Məhkəmə qərarları › İş №1(101)-1958/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1958/2023

14.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1958/2023 14.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq qızı və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Müdafiəçilər – Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, Abbasqulu Abbaszadə küçəsində nömrəsiz evdə qeydiyyatda olmaqla ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra təsviri-əsaslandırıcı hissədə– CM) 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, külli miqdarda psixotrop maddələri və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri əldə edib saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələr hesab olunan heroin və metadon, külli miqdarda psixotrop maddə metamfetamin, habelə eyni məqsədlə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin əldə edib saxlayaraq daşımış, xx.xx.2023-cü il tarixdə, saat 15:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi ev 35 qarşısında əməliyyat-axtarış tədbiri keçirən Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilmiş, dəvət edilmiş müdafiəçinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə, saat 16:30 radələrində üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə aparılarkən üzərində gəzdirdiyi qəhvəyi rəngli əl çantasında saxladığı çəhrayı rəngli zəncirbəndli pul kisəsindən 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,359 qram, 0,212 qram, 0,334 qram və 2,248 qram olmaqla, eyni tərkibli ümumi təmiz çəkisi 3,153 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə olan metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,013 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd bütöv və bir ədəd ½ hissə açıq qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həbinin, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,100 qram təşkil edən narkotik vasitə metadon və 2 ədəd üzərində «ALYSE 150 Pregabaline» göstəricisi olan blisret kəsiyində ağ rəngli dərman kapsulunun tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,300 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.3 və 240.1ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 09:00 radələrində balaca oğlu ilə birgə evdə olmuşdur. Yaşadığı evdə qonşunun pəncərəsi onun həyətinə baxır. Qapı qonşusu ilə söhbət etdiyi vaxt evin qapısı döyülmüş, qapını açanda polis əməkdaşları yaşadığı evə daxil olmuşdur. Polis əməkdaşları evinə daxil olanda ittihamda qeyd olunan narkotik vasitələr stolun üzərində olmuşdur. Polis əməkdaşları narkotik vasitə axtarmaq üçün evini dağıtmağa başlamışlar. Polis əməkdaşlarına evində stolun üzərində olan narkotik vasitələrdən başqa heç nəyin olmadığını bildirmişdir. Bundan sonra onu Qaradağ RPİ-nin 10-cu PB-yə gətirmişlər. 10-cu PB-in polis əməkdaşları bölmədə çəkiliş zamanı yaşadığı evdən deyil, küçədə hərəkətdə olan zaman saxlanıldığını dediyi təqdirdə onu MSY-dən buraxacaqlarını söz vermişlər. O da çəkiliş zamanı narkotik vasitələri üzərində olan çantadan çıxardıb polis əməkdaşlarına təqdim etmiş və küçədə hərəkətdə olduğu zaman saxlanıldığını bildirmişdir. 1 büküm narkotik vasitəni 10-cu PB-də polis əməkdaşları bölərək 3 büküm etmişlər. Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, ünvan 1 ünvanında uşaqları ilə birgə həyət evində kirayə qalır. Polis əməkdaşları yaşadığı evə daxil olanda balaca oğlu da evdə olmuşdur. Narkotik vasitə stolun üzərində olan vaxt oğlu yatmışdır. Özü istifadə etdiyi üçün narkotik vasitələr stolun üzərində olmuşdur. Narkotik vasitə istifadə etsə də davranışında, hərəkətlərində heç bir dəyişiklik olmamışdır. Narkotik vasitələri “İnstagram” programı vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşından almışdır. Narkotik vasitələri iran vətəndaşının dediyi yerlərdən götürmüş, pulu da kart hesabına atmışdır. O, evlərdə təmizlik etmək fəaliyyəti ilə məşğul olmuşdur. Narkotik vasitə istifadəçisi olduğu üçün narkotik vasitə qəbul edib çağırılan işə getmişdir. Uşaqlarına özü baxmışdır. Narkotik vasitəni həmişə Səid adlı şəxsdən almışdır. Tanışlarından ondan narkotik vasitə istəyənlər olmuşdur. Mütəmadi ondan narkotik vasitə istəyən olmamışdır. O, satdığı narkotik vasitənin pulunu görüşüb əlbəəl almışdır. Narkotik vasitənin qramını 20-30 manata satmışdır. Özü narkotik vasitənin 3-4 qramını 70 manata almışdır. O, sırf narkotik vasitənin satışı ilə məşğul olan olmamışdır. Yaşadığı yerdə narkotik vasitə istifadəçisi kimi tanındığı üçün narkotik vasitə ilə bağlı ona müraciət etmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Onu xx.xx.2023-cü il tarixdə, səhər saat 09:00 radələrində tutmuşlar, video çəkiliş də xx.xx.2023-cü il tarixdə olmuşdur. Narkotik vasitələri tərəzidə çəkib zərfə qoyub möhürləməkləri tam yadında deyil. Onu xx.xx.2023-cü il tarixdə tutsalar da sənədlərdə xx.xx.2023-cü il tarix qeyd olunmuşdur. Saxlanıldığı vaxt polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki, psixoloji təsir və təzyiq göstərilməmiş, sadəcə Şahid1 tərəfindən ona qarşı psixoloji təzyiq olmuşdur. Şahid2 saxlanıldığı vaxt tədbirdə iştirak etməmişdir. Ona Gümüş ləqəbi ilə müraciət edirmişlər. Övladları tutulmazdan qabaq onun himayəsində olmuşlar. Hal-hazırda övladları anasının himayəsindədirlər. Telefonunu girov qoyduğu üçün sms-lərlə bağlı heç bir məlumatı yoxdur. Telefonuna baxış protokolunda adları qeyd olunan adamları tanıyır, Bayıl qəsəbəsinin sakinləridir. Pulu olmayanda telefonunu girov qoyurmuş və telefonunu girov qoyan şəxslər onun adından narkotik vasitələrin satışı ilə bağlı danışıqlar aparırmışlar. Telefonunu girov qoyanda mobil nömrəni də verirdi. Narkotik vasitə lazım olanda telefonunu narkotik vasitə satanlara verərək qarşılığında narkotik vasitə götürmüşdür. Pulu olmadığı üçün telefonunu narkotik vasitə satanlara girov qoymuşdur. Onun telefonu başqa adamlarda olsa da, yenə də onun telefonu vasitəsi ilə onun adından sms yazırdılar. Telefonunda olan sms-lər telefonu girovda olan vaxtlar yazılıb. Telefonunda olan sms-lər ilə bağlı Səbail RPİ-də və BBPİ-də olmuşdur. Sms-lərin heç birini o, yazmamışdır. SMS-lər onun adına ünvanlansa da, ona heç bir aidiyyatı yoxdur. Onun pulu olmayanda telefonunu girov qoymuşdur. Telefonunun 200-300 manat dəyəri olar. Narkotik vasitələri o, öz üçün almışdır. Telefonunu girov qoyub qarşılığında 20 manatlıq narkotik vasitə götürmüşdür. Narkotik vasitəyə borclu qaldığı pulu evlərdə təmizlik işi ilə məşğul olub qazandığı pul ilə qaytarırdı. Telefonunu girov qoyduğu şəxslərin yenidən onun telefonu vasitəsi ilə narkotik vasitə barədə yazışacaqlarına inanmırdı. Telefonunu girov qoyduğu şəxslərə telefonundakı sms-lərlə bağlı polisə çağırıldığını və bir daha belə hərəkət etməmələrini dediyi üçün həmin şəxslərin bir daha belə əməl etmiyəcəklərinə inanmışdır. O, narkotik vasitə satmadığının nəzərə alınaraq ona elan edilmiş CM-in 234.4.3-cü maddəsinin 234.1-1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-nin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilir, narkotik və psixotrop maddələrin alüdəçisi olduğu üçün arada bir tanımadığı şəxslərdən əldə edib qəbul edir, eyni zamanda da tələbatını ödəmək üçün tanımadığı şəxslərə əlbə əl satmışdır. Belə ki, bir neçə gün öncə təsadüfən İnstagram sosial şəbəkəsində adını demədiyi özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etdiyi üzdən görmədiyi bir şəxs ilə tanış olmuşdur. Həmin şəxs onun narkotik vasitə alüdəçisi olduğunu bildikdən sonra müxtəlif cür narkotik vasitələrin, psixotrop maddələrin və sair ona oxşar dərman preparatlarının satmasını bildirmişdir. 70 manata müxtəlif çeşiddə «kakos» «patı» yəni narkotik və psixotrop maddələr, «Alisa» və sair güclü təsir edən dərmanların ondan almasına razılaşmışdırlar. Belə ki, O, 70 manat pulu ona bildirdiyi yadında qalmayan hesab nömrəsinə göndərmişdir. Bundan sonra həmin iranlı mobil telefonunda olan Whatsap proqramına yadında qalmayan Neftçilər metrosu ətrafında olan bir ərazinin fotosunu göndərib həmin aldığı müxtəlif çeşiddə «kakos» «patı» yəni narkotik və psixotrop maddələr, «Alisa» və sair güclü təsir edən dərmanların həmin yerdə şərti işarələnmiş yerdən əldə edə biləcəyini bildirmişdir. O da həmin Neftçilər metrosu ətrafında olan əraziyə gedib yadında qalmayan şərti işarələnmiş yerdən bükülmüş sellofan paketində yadında qalmayan miqdarda müxtəlif çeşiddə «kakos» «patı» yəni narkotik və psixotrop maddələr, «Alisa» və sair adda güclü təsir edən dərmanları əldə etmiş və 3-4 gün ərzində hərəsindən bir az istifadə etmişdir. Həmin maddələri üzərində gəzdirdiyi qəhvəyi rəngli əl çantasında çəhrayi rəngli zəncirbəndli pul kisəsində saxlamışdır. Həmçinin həmin pul kisəsində maddələrlə bərabər narkotik alarkən çəkisini bilmək üçün özünə məxsus 01 ədəd elektron tərəzi və narkotik maddəni nəfəsə çəkmək üçün kiçik ölçülü yaşıl plastik boruda gəzdirmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə, saat 15:10 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi ev 35 qarşısında olarkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini Qaradağ RPİ-nin 10-cu polis bölməsinin əməkdaşları kimi təqdim edib ondan özünü təqdim etməyini bildirmişdirlər. O, özünü təqdim etdikdən sonra onu 10-cu PB-nə dəvət edib gətirmişdirlər. O, narkotikə görə onu polisə dəvət etdiklərini başa düşmüş, daim polis nəzarətində olduğu üçün əl çantasında olan narkotik və psixotrop maddələr, «Alisa» və sair adda güclü təsir edən dərmanları çıxarıb kənara atmaq imkanı olmamışdır. Polis bölməsində qanunsuz narkotikin dövriyyəsi ilə əlaqədar şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiəsi üçün müdafiəçi ilə təmin olunmuşdur. Xidməti otaqların birində polis əməkdaşları ona xəbərdarlıq edib video çəkliş aparmaqla ona təqdim edilmiş müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılarkən ona təklif etmişdirlər ki, üzərində dövriyyəsi qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. O, da şəxsi axtarış və götürmə zamanı üzərində gəzdirdiyi qəhvəyi rəngli əl çantasından Samsung Galaxy A51 markalı mobil telefonunu, özünə məxsus şəxsiyyət vəsiqəsini, həmin çantasında çəhrayi rəngli zəncirbəndli pul kisəsində saxladığı bir bükümdə «kakos» yəni narkotik heroin, dörd bükümdə «patı» yəni psixotrop maddələr, iki ədəd bütöv və bir ədəd 1/2 hissədə metadon adda narkotik, iki ədəd «Alisa» adında güclü təsir edən dərmanları, bir ədəd elektron tərəzi, narkotiki nəfəsə çəkmək üçün kiçik ölçülü yaşıl plastik borunu və sair şəxsi əşya, 6 manat pulunu çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra orada iştirak edən qadın üzərində şəxsi axtarış apararkən gödəkcəsinin cibindən açarlar topası aşkar olunmuşdur. Verilən suallara ifadəsində göstərdiyi kimi cavablandırmışdır. Bükümlərin içərisinə baxış keçirilən zaman bir bükümdə qəhvəyi rəngli toz şəklində (kakos) yəni narkotik vasitə hesab edilən heroin, dörd bükümdə isə (Patı) yəni psixotrop maddələr aşkar olunmuşdur. İki ədəd bütöv və bir ədəd 1/2 hissədə metadon adda narkotik, iki ədəd «Alisa» adında güclü təsir edən dərmanlar zavod şəklində qablaşdırılmış olduğu üçün açılmamışdır. Həmin maddələri öz istifadəsi üçün və pulu olmayanda satmaq üçün üzərində saxlayaraq daşıdığını bildirmişdir. Sorğu zamanı müdafiəçisinə və polis əməkdaşlarına da ifadəsində göstərdiyi kimi narkotik maddəni haradan necə əldə etdiyini bildirmişdir. Ondan aşkar edilmiş həmin büküm, maddələr iştirakçıların yanında zərfə qoyulub möhürlənmiş, zərfin üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə polis əməkdaşı protokol tərtib etmişdir. Protokol ucadan oxunandan sonra hüquqlarının müdafiəsi üçün dəvət edilmiş müdafiəçisinin və iştirakçıların iştirakı ilə imzalanmışdır. Heroinə digər sözlə (Kakos), Metamfetaminə digər sözlə (Patı) deyildiyinə görə çəkliş zamanı da o qaydada adlandırmışdır. 6 manat pulu və sair qanuni şəxsi əşyalaırı özünə qaytarılmışdır. Əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, pulu olmayanda narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olur. Həmin maddələri isə öz istifadəsi üçün əldə etmişdir. Törətdiyi əməlin cinayət olduğunu dərk edir, əməlindən peşmandır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xidmət etdiyi Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati ərazisində Gümüş ləqəbli bir nəfər şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs saxlanılması barədə 1-2 dəfə tədbirlər qurmuşlar, lakin təqsirləndirilən şəxsin yaşadığı ev ünvanlarını dəyişməsindən sonuncunu barəsində apardıqları əməliyyat-axtarış tədbirləri nəticə verməmişdir. Sonradan yaşadığı evin dəqiq ünvanı onlara məlum olmuşdur. Bundan sonra kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-yə təmin olunmuşdur. Şahid1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs yaşadığı mənzilə daxil olmamışlar. Təqsirləndirilən şəxs saxladıqları vaxt yanında balaca uşağı var idi. Təqsirləndirilən şəxs yaşadığı evə onlar tərəfindən baxış keçirilməmişdir. Narkotik vasitələr Qaradağ RPİ-nin 10-cu PB-də Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirilən zaman aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən səhv etmirsə metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs video çəkiliş zamanı narkotik vasitəni satdığını və özü istifadə etdiyini bildirmişdir, lakin sonuncun kiməsə narkotik vasitə satdığını aşkar etməmişdir. Ona daxil olmuş məlumatda bir nəfər şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması göstərilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə baxış keçirtmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qablaşdırılmış zərfə imza etməsi yadında deyil. Təqsirləndirilən şəxs barəsində və ümumiyyətlə Qaradağ RPİ-nin 10-cu PB-də narkotik vasitələrlə bağlı məlumatlar ona daxil olur. Təqsirləndirilən şəxs saxladıqları vaxt yadında deyil. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrin çəkisi ekspertiza tərəfindən müəyyən olunur. Qaradağ RPİ-nin 10-cu PB-də narkotik vasitələri çəkmək üçün tərəzi yoxdur. Təqsirləndirilən şəxs 28 və ya xx.xx.2023-cü il tarixlərinin hansında saxlanılması barədə dəqiq məlumat verə bilməz. Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmamışlar, sadəcə sonradan müstəntiq istintaq hərəkətinin davamı ilə bağlı sonuncunun evinə baxış keçirtmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə, təxminən günorta radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin baş əməliyyat müvəkkili, qrup rəhbəri Şahid1 Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində 1 nəfər şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə Şahid1lə qeyd olunan ünvana getmişlər. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində məlumatda qeyd olunan şəxs tərəflərindən saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-yə dəvət olunmuşdur. Qaradağ RPİnin 10-cu PB-də təhqiqatçı tərəfindən keçirilmiş şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələr aşkar olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı evdən çıxandan sonra saxlamışlar. Təqsirləndirilən şəxs yaşadığı mənzilə daxil olmamışlar. Təqsirləndirilən şəxs saxladıqları vaxt yanında balaca uşağı var idi. Təqsirləndirilən şəxs yanındakı balaca uşağı sonuncunun anasına təhvil verdikdən sonra 10-cu PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitələrin çəkisi və ya növü barədə heç bir narazılıq bildirməmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında saxlamışlar. Hadisə baş verən ərazidəki evlər 1 mərtəbəli, həyət evlərindən ibarətdir. Təqsirləndirilən şəxs yaşadığı evdən necə çıxmasını uzaqdan gördüyü üçün sonuncunun yaşadığı evin qapısının təxminən açıq yaşıl olduğu yadındadır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə prosesində iştirak etmişdir. Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-yə gətirdikdən sonra təhqiqatçının xidməti otağına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə müdafiəçi gəldikdən sonra baxış keçirtmişlər. Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə Qaradağ RPİ-nin 10-cu PB-in xanım polis əməkdaşının və müdafiəçinin iştirakları ilə baxış keçirtmişlər. Onun tərəfindən təqsirləndirilən şəxsə qarşı heç biri fiziki, psixolji təsir və ya təzyiqlər göstərilməmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru Şahid2la xx.xx.2023-cü il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı saat 15:10 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi ev 35 qarşısında qanunsuz narkotik vasitələrin, psixotrop maddələrin, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin dövrüyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılaraq Qaradağ RPİnin 10-cu PB-nə dəvət edilmişdir. Qaradağ RPİ-nin 10-cu PB-də məlum olmuşdur ki, həmin şəxs Qaradağ rayon Lökbatan qəsəbə sakini Təqsirləndirilən şəxsdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə hüquqlarını müdafiə olunması üçün Bakı şəhəri 10 saylı vəkil bürosundan bölmənin təhqiqatçısı tərəfindən dövlət hesabına müdafiəçi təyin olunaraq dəvət olunmuşdur. Həmçinin şəxsi axtarış və götürmə aparma prosessinə bölmənin dəftərxana operatoru Laura Mirzəyevada dəvət edilmişdir. Bundan sonra iştirakçılara xəbərdarlıq edilməklə görüntünü əks etdirən video çəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün dəvət edilmiş müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş maddələr və əşyalar varsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi qəhvəyi rəngli əl çantasından Samsung Galaxy A51 markalı mobil telefonunu, özünə məxsus şəxsiyyət vəsiqəsini, həmin çantasında çəhrayi rəngli zəncirbəndli pul kisəsində saxladığı beş büküm, müxtəlif dərmana oxşar maddələr, bir ədəd elektron tərəzi, nəfəsə çəkmək üçün kiçik ölçülü yaşıl plastik boru və sair şəxsi əşya, 6 manat pulunu çıxardıb masanın üzərinə qoydu və həmin bükümlərin içərisində narkotik vasitə, psixotrop maddələr olmasını, dərmana oxşar maddələrin isə güclü təsir edən maddələr olmasını, onlayn vasitəsi ilə İranlıdan almasını, həm şəxsi istifadəsi üçün, həm də tələbatını ödəmək üçün yəni pulu olmayanda satmaq üçün üzərində saxlayaraq daşıdığını bildirdi. Bükümlər açıldıqda bir ədədinin içərisindən qəhvəyi, digərlərinin içərisindən ağ kristal şəklində maddələr aşkar olunmuşdur. Pulu və qanuni əşyaları özünə qaytarılmışdır. Bükümlər və digər dərmana oxşar maddələr iştirakçıların yanında zərfə qoyulub möhürlənmişdir, zərflərin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Buna görə də təhqiqatçı tərəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, dəvət edilmiş müdafiəçi, Təqsirləndirilən şəxs və özləri həmin protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişdirlər. Əvvəllər Təqsirləndirilən şəxs tanımamış, onunla heç bir ədavəti yoxdur. Ona qarşı heç bir fiziki zor və ya psixoloji təsir göstərilməyibdir. Təqsirləndirilən şəxs saxlanıldığı andan şəxsi axtarış və götürmə aparılma anınadək daim nəzarətdə olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin və sair satışı ilə məşqul olması barədə əməliyyat məlumatı olsa da lakin bunu ifşa etmək mümkün olmamışdır. Şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin istifadəsi və üzərində gəzdirməsi ilə məşğul olması bildirilmişdir (İ cild, i.v. 7) xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin istifadəsi və üzərində gəzdirməsi ilə məşğul olması barədə Qaradağ RPİ-nin 10-cu PB-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (i.v. 8-9) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:10 radələrində saxlanılaraq saat 15:20-də Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmiş və CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (İ cild,i.v. 27) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan, xx.xx.2023cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki,şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoymaq təklif olunmuş, Təqsirləndirilən şəxs könüllü olaraq əlində olan qəhvəyi rəngli əl çantasının içərisindən kiçik çəhrayı rəngli çanta, Samsung Galaxy A51 markalı mobil telefon, özünə məxsus şəxsiyyət vəsiqəsi və 06 manat pul çıxarıb təqdim etmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən bir ədəd açar dəsti aşkar edilmişdir. Pul sayılaraq şəxsə geri qaytarılmış, kiçik çəhrayı rəngli çantanın içərisindən bir ədəd ağ rəngli kağız büküm, dörd ədəd şəffaf sellofan torbaya bükülmüş büküm, iki ədəd kapsula formasinda dərman, iki ədəd və bir ədədin 1/2 hissəsi dairəvi dərman, bir ədəd kiçik ölçülü elektron tərəzi və bir ədəd plastik borucuq aşkar olunmuşdur, ağ rəngli kağız büküm açılarkən içərisində qəhvəyi rəngli, toz şəkilində narkotik vasitəyə bənzər maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “kakos” olduğunu bildirmişdir. Dörd ədəd şəffaf sellofan torbaya bükülmüş bükümün içərisindən kristal şəkilli, duza bənzər maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin maddələrin “patı” olduğunu bildirmişdir. Kapsula formasında olan iki ədəd dərmanın “Alisia”, dairəvi formada olan iki ədəd və bir ədədin 1/2 hissəsi dərmanın isə “Metadon” olduğunu, narkotik tərkibli dərmanlar olduğunu, narkotik vasitəni özü istifadə etdiyini, pulu olmadıqda satdığını, yuxarıda göstərilən maddələri üç-dörd gün əvvəl iran vətəndaşına 70 manat pul ödəməklə Bakı şəhərində “Neftçilərdə” tanımadığı bir yerdən götürdüyünü bildirmişdir. (İ cild,i.v. 37-38, 61). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2494 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,359 qram, 0,212 qram, 0,334 qram və 2,248 qram, ümumi təmiz çəkisi 3,153 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,013 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 ədəd bütöv və bir ədəd ½ hissə açıq qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həbinin əsas təsiredici maddəsi metadondur və həmin həbin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,100 qram təşkil edir, 2 ədəd üzərində «ALYSE 150 Pregabaline» göstəricisi olan blisret kəsiyində ağ rəngli dərman kapsulunun əsas təsiredici maddə preqabalindir və preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,300 qram təşkil edir. (İ cild,i.v. 46-51). xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ Rayon Polis İdarəsinin CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul edilmiş və Qaradağ RPİ 10-cu bölməsinin rəisi, polis polkovnik leytenantı Ramil Salayev tərəfindən təsdiq edilmiş 29 aprel 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir. (İ cild,i.v. 54-56) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild,i.v. 62-64) Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(002)-94/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 16:00-dan hesablanmışdır. (İ cild,i.v. 79-80) «Mobil telefona baxış keçirilməsi barədə» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, sarı rəngli whatsapp proqramında mesajlaşma bölgəsində +98 901 752 20 30 nömrə ilə qeyd olunan əlaqəyə baxdıqda müəyyən olunmuşdur ki, iran ləhçəli cavan oğlan səsli, yazılı SMS, məkan göndərməklə «Kola» «Patı» və sair müxtəlif adlar altında müxtəlif narkotik vasitələri, psixotrop maddələri Təqsirləndirilən şəxs təşkil edərək internetdə onlayn satır. Təqsirləndirilən şəxs da həmin maddələri almasını təsdiq edir. Anar Sim adı ilə qeyd olunmuş 050 796 99 28, X12 adı ilə qeyd olunmuş 055 312 21 16 nömrə ilə qeyd olunan əlaqəyə baxdıqda müəyyən olunmuşdur ki, həmin şəxslər müxtəlif adlar altında narkotik vasitələri, psixotrop maddələri, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri almaq üçün Gümüş deyərək müraciət etməklə Təqsirləndirilən şəxs da qeyd olunan maddələri onlar üçün təşkil etməsinə vəd verir. (İ cild,i.v. 97) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (İ cild,i.v. 105) Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il təvəllüdlü X3 adında, xx.xx.2007-ci il təvəllüdlü X4 adında, xx.xx.2014-cü il təvəllüdlü X5 adında 3 nəfər yetkinlik yaşına çatmayan uşaqları vardır. (İ cild, i.v. 106-108) xx.xx.2016-cı il tarixli, 056606 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs anası birinci qrup əlildir. (İ cild, i.v. 119-121) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2803 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs əl çantasından...” sözləri olan zərfdəki bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır, bir ədəd plastik borucuğun daxilində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. (İ cild i.v.124) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X11 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 4267 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild,i.v. 125-126) xx.xx.2023-cü il tarixli “Bakcell MMC-dən götürülmüş CD diskə baxış keçirmə haqqında” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, 055 424 23 28 mobil nömrəsi Təqsirləndirilən şəxs adına olmaqla həmin nömrədən xx.xx.2023-cü il tarixdə Elnur 2tden xeber cixmadi ha ele etki sene inamim itmesin 35 edeni sene 25 verdim, xx.xx.2023-cü il tarixdə Men pisdik etdim elinden tutdum he vusal gerek ağrıda qoyardim seni, xx.xx.2023-cü il tairxdə Salam necesen xala mene gumuw xala mene 1 ci gune soz verdin deye men onu verdim elnura menim pulumu verin men 10luk vermirdim siz verdin ki, 1cu gun recem mende verdim aldatmaqla olmur men onu satardim borcumu vererdim niyə tutulmaliyam ki men pulu bu gun verin, xx.xx.2023-cü il tarixdə Elnur pulu atda kartima yene niyə firlayirsan men sene bele olmuwam her gun sene pulsuz verirwm, xx.xx.2023-cü il tarixdə Qarajin yaninda aradadi vinston qabindadi gotur get mene de və.s SMS mətnləri yazılmış, xx.xx.2023-cü il tarixdə ********** nömrəsindən 055 424 23 28 mobil nömrəyə Mene kola 05 pati 05 1aİmd Wp bax imkan olanda, xx.xx.2023-cü il tarixdə ********** saylı nömrədən Seherden meni gozдedirsen indi deyirsen pulu gonderim mezelenirsen və.s SMS mətnləri yazılmışdır. (İ cild,i.v. 128-130) xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 3,153 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddələr olan metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,013 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd bütöv və bir ədəd ½ hissə açıq qəhvəyi rəngli «F/M 40» göstəricili dərman həbinin, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,100 qram təşkil edən narkotik vasitə metadon və 2 ədəd üzərində «ALYSE 150 Pregabaline» göstəricisi olan blisret kəsiyində ağ rəngli dərman kapsulunun, tərkibində təsiredici maddəsinin ümumi miqdarı 0,300 qram təşkil edən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin, səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi və daxilində psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd plastik borucuq maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 1 ədəd bütöv və 1 ədəd ½ hissə Metadon həb, 0,008 qr. heroin, 3,053 qram metamfetamin, 1 ədəd kapsul Preqabalin, səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi və daxilində psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd plastik borucuq saxlanılması üçün Qaradağ RPİ-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A51” markalı mobil telefon maddi sübut kimi tanınaraq iş materiallarında saxlanılmışdır. (İ cild,i.v. 131-132, 133-139) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. (İ cild,i.v. 153-155) Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı psixotrop maddələri və narkotik vasitələri və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin ona məxsus olması, satışı ilə məşğul olması barədə verdiyi ifadələrini, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki; Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CMin 234.4.3 və 240.1-ci maddələri ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə evdə saxlanılması, polis əməkdaşının ona psixoloji təzyiq edilməsi, narkotik vasitənin satışı ilə məşğul olmaması və s. ilə bağlı verdiyi ifadələri iş üzrə toplanmış sübutlar, o cümlədən şəxsi axtarış və götürmə aparılması haqqında protokolu, mobil telefona baxış keçirilməsi, Bakcell MMC-dən göndərilmiş CD diskə baxış keçirilməsi haqqında protokollar və işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə Təqsirləndirilən şəxs həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadə, törətdiyi cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətlərini yüngülləşdirməyə yönəlmiş cəhdləri kimi qiymətləndirərək sübut qismində qəbul etmir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməl ağır, CM-in 240.1-ci maddəsində nəzərdə tutulan əməl isə az ağır cinayət hesab olunur. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsaslanmaqla təqsirləndirilən şəxsin himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, anasının birinci qrup əlil olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır, ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3 və 240.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(002)-94/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki məhdudlaşdırılaraq eyni tarixdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 162 manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə hesabına keçirilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd bütöv və 1 ədəd ½ hissə narkotik vasitə metadon həb, 0,008 qram narkotik vasitə heroin, 3,053 qram psixotrop maddə metamfetamin, 1 ədəd kapsul narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin, səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi və daxilində psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd plastik borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A51” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 60 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 60 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 saat hüquqi yardıma görə dövlət büdcəsinin vəsaiti Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 360 manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3, 240.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətinə, Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1 ədəd bütöv və 1 ədəd ½ hissə narkotik vasitə metadon həb, 0,008 qram narkotik vasitə heroin, 3,053 qram psixotrop maddə metamfetamin, 1 ədəd kapsul narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə preqabalin, səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi və daxilində psixotrop maddə metamfetaminə məxsus izlər olan bir ədəd plastik borucuq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş “Samsung Galaxy A51” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən özünə (özünün razılığı ilə yaxın qohumlarına) qaytarılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 162 (yüz altmış iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 60 (altmış)saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar