Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-196/2021 03.02.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Mahmud Muradxan oğlu Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi: fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə xx xxxxxx 1972-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Sumqayıt şəhəri Corat qəsəbəsi, İsgəndər Qasımov küçəsi, 1-ci məhəllə, ev 20 ünvanda yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 2019-cu ilin sonunda şəxsiyyətləri istintaqa məlum olmayan Camal və Nasir adlı İran İslam Respublikasının sakinləri ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq 13.500 manat müqabilində külli miqdarda narkotik vasitə olan 1 kiloqramdan artıq heroinin İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu keçirilməsi, satış məqsədilə qanunsuz olaraq əldə edilməsi, qanunsuz daşınması və saxlanılmasına dair qabaqcadan razılıq əldə etmişdir. Həmin razılığa əsasən, Təqsirləndirilən şəxs 2019-cu ilin sonunda qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçiriləcək külli miqdarda narkotik vasitənin satış məqsədilə qanunsuz olaraq əldə edilməsi üçün razılaşdırılmış 13.500 manat məbləğində pulun bir hissəsini, yəni 9.000 manatı Camal və Nasir adlı İran İslam Respublikası sakinlərinin tapşırığı ilə sonuncuların Azərbaycan Respublikası ərazisində olan tanışlarına verərək həmin pulun İran İslam Respublikası ərazisinə çatdırılmasını təmin etmişdir. Bundan sonra razılaşmaya əsasən, Camal və Nasir adlı İran sakinləri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə edib saxladıqları külli miqdarda narkotik vasitə, yəni təmiz çəkisi 1 kq 265,75 qram olan heroini 2020-ci ilin fevral ayında şəxsiyyəti istintaqa məlum olmayan şəxs vasitəsi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyətilə qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsi və qabaqcadan əlbir olan bir qrup şəxs halında Sumqayıt şəhərinə qanunsuz daşınaraq qanunsuz saxlanılmasını təşkil etmişlər. xx xxxx 2020-ci ildə Camal və Nasir adlı İran İslam Respublikasının sakinləri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə göndərdikləri 1 kq 265,75 qram heroinin 444,3 qram olan hissəsinin şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz daşınaraq Saray qəsəbəsində yol kənarında olan «Cəbrayıl market» mağazasının yanındakı beton dirəyin altında gizlədilib qanunsuz saxlanılmasını təşkil etmiş, daha sonra narkotik vasitənin yerini mobil telefonla Təqsirləndirilən şəxs bildirmişlər. Həmin gün saat 23 radələrində Təqsirləndirilən şəxs Saray qəsəbəsinə gedərək yol kənarında olan «Cəbrayıl market» mağazasının yanındakı beton dirəyin altında gizlədilmiş qeyd olunan 1 kq 265,75 qram heroinin 444,3 qram olan hissəsini götürərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib, daşımaqla yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi, İsgəndər Qasımov küçəsi, 1-ci məhəllə, 20 saylı evin həyətində yerləşən köməkçi tikilidəki dolabda gizləməklə qanunsuz saxlamışdır. xx xxxx 2020-ci ildə Camal və Nasir adlı İran İslam Respublikasının sakinləri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə göndərdikləri 1 kq 265,75 qram heroinin qalan 821,45 qram olan hissəsini şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz daşınaraq Saray qəsəbəsində yol kənarında olan «Cəbrayıl market» mağazasının yanındakı beton dirəyin altında gizlədilib qanunsuz saxlanılmasını təşkil etmiş, daha sonra narkotik vasitənin yerini yenidən mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs bildirmişlər. xx xxxx 2020-ci ildə axşam saat 19 radəiərində Təqsirləndirilən şəxs taksi ilə Saray qəsəbəsinə getmiş, yol kənarında olan «Cəbrayıl market» mağazasının yanındakı beton dirəyin altında gizlədilmiş qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərzaisinə göndərilmiş 1 kq 265,75 qram heroinin qalan 821,45 qram olan hissəsini götürərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə etmiş, qanunsuz daşımaqla taksi ilə yaşadığı evə gedərkən Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, onun hərəkət etdiyi avtomobilə keçirilmiş baxış zamanı, həmin avtomobilin sonuncunun əyləşdiyi qabaq sağ oturacağın aşağı hissəsindən külli miqdarda narkotik vasitə, yəni təmiz çəkisi 821,45 qram olan heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra davam etdirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilərək Saray qəsəbəsində yol kənarında olan «Cəbrayıl market» mağazasının yanındakı beton dirəyin altında gizlədilmiş, xx xxxx 2020-ci ildə Təqsirləndirilən şəxs həmin yerdən əldə etdiyi 1 kq 265,75 qram heroinin külli miqdarda olan digər hissəsi, yəni 444,3 qram narkotik vasitə olan heroin onun yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi, İsgəndər Qasımov küçəsi, 1-ci məhəllə, 20 saylı evin həyətində yerləşən köməkçi tikilidən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə istifadəçisidir. 2013-cü ildə müalicə üçün İran İslam Respublikasının Ərdəbil şəhərinə getmişdir. Orada Camal və Nasir adlı İİR sakinləri ilə tanış olmuşdur. Camal və Nasir onu müxtəlif xəstəxanalara aparmış, dərmanlarının alınmasında köməklik göstərmişdir. Sonuncular qolundakı iynə izlərindən onun narkotik vasitə istifadəçisi olduğu bilib, Azərbaycan ərazisində adamlarının olduğunu, istədiyi vaxt ona narkotik vasitə təşkil edə biləcəyini demişər. Sonunculara zərurət olarsa müraciət edəcəyini bildirmişdir. 2016-ci ilin yay aylarında yenidən müalicə üçün İİR-nın Ərdəbil şəhərinə getmiş, orada Camal və Nasirlə görüşmüşdür. Sonuncular ona yenidən narkotik vasitə təklif etmişlər. O isə ehtiyac olanda özünün onlara müraciət edəcəyini bildirmişdir. Azərbaycana qayıtdıqdan sonra Camal və Nasirlə telefonla mütəmadi əlaqə saxlamışdır. 2019-cu ilin sonlarında Camal və Nasir telefonla əlaqə saxlayıb, əllərində külli miqdarda narkotik vasitə olan heroin olduğunu bildirmişlər. Həmin vaxt narkotik vasitə heroinə ehtiyacı olduğundan, almaq qərarına gəlmişdir. Camal və Nasirlə bir qədər sövdələşdikdən sonra heroinin təxminən 1 kiloqramının 13.500 manata almağa razılaşmışdır. Pulun 9.000 manatını əvvəlcədən, qalan 4.500 manatını isə malı alandan sonra verəcəyini demişdir. 2019-cu ilin sonunda narkotik vasitə olan heroinə görə Camal və Nasirə verəcəyi 13.500 manat məbləğində pulun 9.000 manatını Bakı şəhərində avtovağzal ərazisində sonuncuların ona bildirdikləri tanımadığı şəxsə vermişdir. Belə ki, avtovağzal ərazisinə tanımadığı taksi sürücüsü vasitəsi ilə getmiş, avtomobilin qeydiyyat nişanını və avtovağzalın qarşısında durduğu yeri Camala bildirdikdən sonra tanımadığı şəxs ona yaxınlaşıb, pulu ondan götürmüşdür. 2020-ci ilin mart ayının 10-da Camal ***-***-**-** saylı mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib, heroinin bir hissəsinin Saray qəsəbəsinin girəcəyində yerləşən «Cəbrayıl» marketdən təxminən 100 metr aralıda yerləşən betonun dibinə qoyulduğunu, qalanının isə bir müddət sonra ona çatdırılacağını bildirmişdir. Onun mobil telefonunda «WhatsApp» proqramı olmadığından, nikahdankənar yaşadığı Şahid2 mobil telefonunun «WhatsApp» proqramından istifadə edərək Camal və Nasirlə bir neçə dəfə əlaqə saxlamış və özünə məxsus «Toyota Corolla» markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobillə deyilən yerə gedib, 500 qrama yaxın narkotik vasitə olan heroini götürmüşdür. Həmin narkotik vasitəni yaşadığı ünvana gətirib, həyətyanı sahədə yerləşən mətbəx kimi istifadə edilən bir mərtəbəli tikildəki dolabda gizlətmişdir. 2020-ci ilin mart ayının 19-da Camal və Nasir yenidən ona zəng etmiş, sifariş etdiyi malın qalan hissəsinin və əlavə olaraq qoyulmuş 350 qram heroinin əvvəlki yerdə, yəni Saray qəsəbəsinin girəcəyində yerləşən «Cəbrayıl» marketdən təxminən 100 metr aralıda olan betonun dibində gizlədildiyini bildirmişlər. O, əlavə olaraq qoyulan 350 qrama yaxın heroinə etiraz etməmiş, narkotik vasitənin qalan pulunu yaxın vaxtlarda göndərəcəyini bildirmişdir. Sumqayıt şəhərində taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid1 zəng edib yanına çağırmış və sonuncuya məxsus «Daewoo Centra» markalı **- DK-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin əraziyə getmiş və betonun dibindən bir ədəd sellofan torbaya yerləşdirilmiş 850 qrama yaxın narkotik vasitə olan heroini oradan götürmüşdür. Avtomobilə əyləşərək naroktik vasitə olan torbanı qabaq sağ oturacağının aşağı hissəsinə qoymuşdur. Elə bu an DTX əməkdaşları avtomobilə yaxınlaşıb, hal şahidlərinin iştirakı ilə avtomobilə baxış keçirmiş və heroin aşkar edilərək götürülmüşdür. Daha sonra yaşadığı evin həyətyanı sahədəsində yerləşən mətbəx kimi istifadə olunan bir mərtəbəli tikildəki dolabda da narkotik vasitə olduğunu bildirmiş və hal şahidlərinin iştirakı ilə həmin ünvana keçirilmiş baxış zamanı 500 qrama yaxın narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Taksi sürücüsü Şahid1 və birlikdə yaşadığı Şahid2 narkotik vasitə heroin barədə məlumatsız olmuşlar. Əməlindən peşmandır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2009-cu ildə tanış olmuş və uzun müddət ər-arvad kimi yaşamışlar. Sonuncu ailə həyatı qurduqdan sonra münasibətləri bir qədər soyumuş, lakin ara-sıra görüşməkdə davam etmişdir. Şahin ona ərzaq məhsullarının alınmasında və kirayə pulunun verilməsində köməklik etmişdir. Sonuncunun əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, bir neçə il əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum olunduğunu bilmiş, həmçinin birlikdə yaşadıqları son dövrlərdə də narkotik vasitələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılığı ilə məşğul olmasından şübhələnmişdir. Belə ki, Şahin onun mobil telefonunun «WhatsApp» proqramından istifadə bəzi şəxslərlə danışmış və gördüyü işlər barədə ona heç vaxt məlumat verməmişdir. 2013 və 2016-cı illərdə müalicə məqsədi ilə Təqsirləndirilən şəxsla birlikdə İİR-nın Ərdəbil şəhərinə getmişdir. Ora getməkdə məqsədi Təqsirləndirilən şəxs «Hepatit C» xəstəliyinin daşıyıcısı olması və həmin xəstəliyin yaşadıqları dövrdə özünə də yoluxmasından şübhələnməsi olmuşdur. İİR-da olduqları dövrdə Şahin Camal və Nasir adlı İİR sakinləri ilə tanış olmuşdur. Həmin şəxslər İİR-nın Ərdəbil şəhərində taksi fəaliyyəti ilə məşğul olmuş, eləcə də İİR-da olduqları zaman sonuncular onları İranın Ərdəbil şəhərində müalicələri üçün bir neçə yerə aparmış, həmçinin onların evlərində də qonaq olmuşlar. Şahin Azərbaycana qayıtdıqdan sonra Camal və Nasir adlı İİR sakinləri ilə əlaqələrini davam etdirmişdir. Şahinin telefonunda «WhatsApp» proqramı olmamış, sonuncu son vaxtlar bir neçə dəfə onun mobil telefonunun «WhatsApp» proqramından istifadə edərək Camal və Nasirlə əlaqə saxlamışdır. Şahin hər dəfə kənara çəkilib danışdığından, onun nə isə gizli bir iş görməsindən şübhələnmişdir. Camal və Nasirin Azərbaycan ərazisinə Şahin üçün nə isə göndərəcəklərini hiss etmiş, lakin onların mobil telefonda konkret olaraq nə danışdıqlarını, eləcə də Camal və Nasirin Şahin üçün nə göndərəcəklərini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə axşam saat təxminən 19-20 radələrində Dövlət Təhlükəsizliyi Xidmətinin bir əməkdaşı ona yaxınlaşıb, Şahid1 adlı şəxsə məxsus avtomobilə keçiriləcək baxışda hal şahidi kimi iştirak etməsini ondan xahiş etmiş və o, razılaşmışdır. Odur ki, DTX əməkdaşı ilə birlikdə Saray qəsəbəsinin girəcəyində yerləşən «Cəbrayıl» marketin yaxınlığına getmişdir. Orada DTX əməkdaşı tərəfindən baxışda iştirak edən digər hal şahidi Şahid4, eləcə də digər baxış iştirakçıları Təqsirləndirilən şəxs, Şahid1 hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra isə sonuncuya məxsus «Daewoo» markalı, **-DK- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin qabaq sağ oturacağının aşağı hissəsindən 1 ədəd sellofan bağlamanın içərisinə yerləşdirilmiş yarımbükülülərdə kəskin spesifik iyli, narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Baxış zamanı qeyd edilən maddə, eləcə də Təqsirləndirilən şəxs məxsus 1 ədəd mobil telefon aparatı Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Baxış nəticələrinə dair protokol tərtib edilmiş və bütün iştirakçılar protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx xxxx 2020-cİ il tarixdə axşam saat təxminən 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi, İsgəndər Qasımov küçəsi, 1-ci məhəllə, ev 20 ünvanda keçirilmiş baxışda Şahid6 ilə birlikdə hal şahidi qismində iştirak etmişdir. Belə ki, axşam saat təxminən 20-21 radələrində Dövlət Təhlükəsizliyi Xidmətinin iki əməkdaşı ona yaxınlaşıb, Təqsirləndirilən şəxs adlı şəxsin yaşadığı Sumqayıt şəhəri Corat qəsəbəsi, İsgəndər Qasımov küçəsi, 1-ci məhəllə, ev 20 ünvanda keçirəcəkləri baxışda hal şahidi kimi iştirak etməsini ondan xahiş etmişdir. Razılaşıb DTX əməkdaşları ilə birlikdə həmin ünvana getmişdir. Baxışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı tərəfindən bütün baxış iştirakçılarına, eləcə də onlara hüquq və vəzifələri izah edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həyətdəki mətbəx kimi istifadə edilən bir mərtəbəli tikilidəki dolabda narkotik vasitə olan heroin gizlətdiyini bildirmişdir. DTX əməkdaşları onların iştirakı ilə həmin yerdə bir ədəd sellofan torbaya yerləşdirilmiş kəskin spesifik iyli narkotik vasitə olan heroinə bənzər maddə aşkar etmişlər. Qeyd edilən maddə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Sonda baxışın nəticələrinə dair protokol tərtib edilmiş və bütün şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsinə oxşar ifadə verdi. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, “Daewoo Centra” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhərində taksi sürücüsü kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs onun müştərisidir, arabir taksi sürücüsü kimi sonuncunu sifariş etdiyi ünvanlara aparmışdır. xx xxxx 2020-ci il tarixdə təxminən saat 18-19 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək gedəsi yeri olduğunu bildirmiş, odur ki, Corat qəsəbəsinə gedib onu yaşadığı ünvandan götürmüşdür. Sonuncu avtomobilə əyləşdikdən sonra Saray qəsəbəsindən “Saray postu”na gedən yolda, posta təxminən 1-2 km qalmış “Cəbrayıl” marketin yanından sola dönməyini ona tapşırmışdır. Təqsirləndirilən şəxs tapşırığı ilə sonuncu ilə birlikdə həmin əraziyə gedərək “Cəbrayıl” marketin yanından sola dönmüş, daha sonra təxminən 100-150 metr yol getdikdən sonra sonuncu avtomobili saxlatdırmışdır. Təqsirləndirilən şəxs avtomobildən düşüb 5-10 dəqiqə gəzmiş və bir qədər aralanaraq əlində paketlə qayıdıb avtomobilə əyləşmişdir. Təqsirləndirilən şəxs əlindəki paketi avtomobilin qabaq sağ oturacağının ayaq hissəsinə qoyaraq ona geri qayıtmasını bildirmişdir. Təqsirləndirilən şəxs Corat qəsəbəsində narkotik vasitə istifadəçisi və satışı ilə məşğul olan şəxs kimi tanımışdır. Sonuncunun narkotik vasitələrin satışına görə əvvəllər məhkum olunduğunu bilsə də, onun həmin əraziyə gedərək narkotik vasitə əldə edəcəyindən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs avtomobilinə əyləşdikdən sonra DTX əməkdaşları avtomobili saxlayaraq baxış keçirəcəklərini bildirmişlər. DTX əməkdaşları onların və 2 nəfər hal şahidinin iştirakı ilə ona məxsus olan “Daewoo Centra” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirtmişlər. Baxış zamanı avtomobilin qabaq sağ oturacağının ayaq hissəsindən Təqsirləndirilən şəxs bir qədər əvvəl əldə edərək avtomobilə yerləşdirdiyi paket aşkar edilmişdir. Paketə açıldıqda içərisində kəskin iyli, narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. DTX əməkdaşları tərəfindən həmin maddə qablaşdırılaraq götürülmüşdür. Baxışın nəticələrinə dair protokol tərtib edilmiş, digər şəxslər kimi, o da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx xxxxx 2020-ci il tarixli 6/343 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı zaman hərəkət etdiyi “Daewoo Centra” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş bir ədəd polietilən torbada yerləşdirilmiş təmiz çəkisi 821,35 (səkkiz yüz iyirmi bir tam yüzdə otuz beş) qram olan, eləcə də Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanda gizlətdiyi təmiz çəkisi 444,2 (dörd yüz qırx dörd tam onda iki) qram olan və ümumi halda təmiz çəkisi 1265,55 (min iki yüz altımış beş tam yüzdə əlli beş) qram, qalıq çəkisi isə 1265,35 (min iki yüz altımış beş tam yüzdə otuz beş) qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, Təqsirləndirilən şəxs saxlanıldığı zaman hərəkət etdiyi “Daewoo Centra” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobildən və Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında gizlətdiyi narkotik vasitə olan heroinlər kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmə-fonoskopik ekspertizasının x xxx 2020-ci il tarixli 4/140 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “K1” kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “Verbatim” markalı DVD diskdə olan mübahisəli fonoqramlar eyniləşdirici tədqiqat üçün yararlıdır. Məhkəmə-narkoloji ekspertizasının x xxx 2020-ci il tarixli 1339 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəli aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşin 14-19-cu vərəqələrindəki xx xxxx 2020-ci il tarixli baxış protokollarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 məxsus “Daewoo Centra” markalı **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı avtomobilin qabaq sağ oturacağının ayaq hissəsindən baxış protokolu ilə götürülmüş 1 ədəd sellofan torbaya yerləşdirilmiş təxmini çəkisi 800 qrama yaxın olan sarı bozumtul rəngli, kəskin spesifik iyli narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Bundan başqa həmin tarixdə davam etdirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvana keçirilmiş baxış zamanı qeyd edilən ünvanın həyətyanı sahəsində yerləşən və mətbəx kimi istifadə olunan bir mərtəbəli tikilidə yerləşən dolabdakı rəfdən bir ədəd sellofan torbanın içərisinə yerləşdirilmiş təxmini çəkisi 480 qrama yaxın olan qəhvəyi rəngli, kəskin spesifik iyli, narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. İşin 40-41-ci vərəqələrindəki xx xxxx 2020-ci il tarixli mütəxəssis arayışından görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı zaman hərəkət etdiyi “Daewoo Centra” markalı **-DK- *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış zamanı həmin avtomobilin qabaq sağ oturacağının ayaq hissəsindən aşkar edilərək götürülmüş təmiz çəkisi 821,45 (səkkiz yüz iyirmi bir tam yüzdə qırx beş) qram, qalıq çəkisi 821,35 (səkkiz yüz iyirmi bir tam yüzdə otuz beş) qram olan və Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanda gizlətdiyi təmiz çəkisi 444,3 (dörd yüz qırx dörd tam onda üç) qram, qalıq çəkisi 444,20 (dörd yüz qırx dörd tam onda iki) qram olan tünd bej rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İşin 79-84-cü vərəqələrindəki kompakt diskə baxış keçirilməsi barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroinin qaçaqmalçılığı, eləcə də satış məqsədilə əldə olunması, saxlanması və daşınması ilə bağlı Camal və Nasir adlı İran İslam Respublikasının sakinləri ilə aralarında telefon danışıqları olmuşdur. İşin 183-188-ci vərəqələrindəki x xxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, “xxxx” MMC-dən daxil olmuş CD diskə keçirilmiş baxış zamanı Camal və Nasir adlı İİR-nın sakinlərinin istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında sonuncu narkotik vasitə olan heroini əldə etdiyi 10 mart və xx xxxx 2020-ci il tarixlərində, eləcə də digər tarixlərdə mütəmadi olaraq danışıqlar aparılması, 10 mart və xx xxxx 2020-ci il tarixlərində Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini əldə etdiyi zaman onun mövqe (location-anten dairəsi) gösəricilərinin narkotik vasitələrin gizlədildiyi ərazidə, yəni Saray qəsəbəsi ərazisində və Camal, Nasir adlı şəxslərin isə mövqe göstəricilərinin “Fizuli rayonu, Horadiz qəsəbəsi, Gənclər prospekti 11” ünvanında olması müəyyən edilmişdir. İşin 150-151-ci vərəqələrindəki xx xxxxx 2020-ci il tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs saxlanarkən ondan aşkar edilərək götürülmüş 1 ədəd “Fly” markalı mobil telefon aparatına keçirilmiş baxış zamanı onun üzərinə ***-***-**-** saylı mobil telefon nömrəsinin quraşdırıldığı, həmçinin Təqsirləndirilən şəxs "camp" adı ilə Camal və Nasir adlı İran İslam Respublikası sakinlərinin istifadələrində olan ***-***-**-** saylı mobil telefon nömrəsini mobil telefon aparatının "adlar" bölümündə qeyd etdiyi, eləcə də həmin mobil telefon nömrəsi ilə aralarında telefon danışıqlarının aparıldığı müəyyən edilmişdir. İşin 86-88-ci vərəqələrindəki “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 2013-cü ilin avqust ayında və sonuncu dəfə xx xxxx 2016cı il tarixdə ölkə hüdudlarını “Astara” NBM-dən İran İslam Respublikası istiqamətində tərk edərək xx xxxx 2016-cı il tarixdə həmin NBM-dən Azərbaycan Respublikasına geri qayıtmışdır. İşin 176-178-ci vərəqələrindəki maddi sübut kimi tanınma haqqında x xxx 2020-ci il tarixli qərar və aktdan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 1265,55 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 1265,35 qram hissəsi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün DTX-nin İstintaq Baş İdarəsinin maddi sübutlar otağına təhvil verilmişdir. İşin 188-ci vərəqəsindəki maddi sübut kimi tanınma haqqında x xxx 2020-ci il tarixli qərardan görünür ki, “xxxx” MMC-dən x xxx 2020-ci il tarixli 7-1001 saylı məktubla daxil olmuş bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 193-cü vərəqəsindəki maddi sübut kimi tanınma haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Fly” markalı mobil telefon aparatı və üzərinə quraşdırılmış ***-***-**-** saylı sim kart iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 212-213-cü vərəqələrindəki maddi sübut kimi tanınma haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs telefon danışıqlarının yazıldığı üzərində 1800-2000 rəqəmləri yazılmış CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İşin 85-ci vərəqəsindəki Azərbaycan Respublikası DİN BƏSİİ-nin tələbnaməsindən və 220-226-cı vərəqələrindəki hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər məhkəməsinin x xxxxxxx 1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 226-cı maddəsinin 2-ci hissəsinə əsasən 8 (səkkil) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin x xxxxxxxx 2005-ci il tarixli qərarı ilə CM-nin 76.3-cü maddəsinə əsasən vaxtından əvvəl şərti azad olunmuşdur. İşin 29-cu vərəqəsindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 236-cı vərəqəsindəki Sumqayıt ŞİHB-nın Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteirzə olunur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin təqsirini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən, yəni yalnız Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildi. Onun bu ifadəsi ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə tam təkzib olunduğundan məhkəmə, ifadəsinə tənqidi yanaşır. Yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməlləri Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmalı, o, həmin maddələrlə təqsirli bilinməli və ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, CMnin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, CM-nin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddianın olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: DTX-nin İstintaq Baş İdarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1265,55 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 1265,35 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Fly” markalı mobil telefon aparatı və üzərinə quraşdırılmış ***-***-**-** saylı sim kart, “xxxx” MMC-dən xx xxx 2020-ci il tarixli 7-1001 saylı məktubla daxil olmuş bir ədəd CD disk və Təqsirləndirilən şəxs telefon danışıqlarının yazıldığı üzərində 1800-2000 rəqəmləri yazılmış CD disk isə iş materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 414 (dörd yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin. Ona CMnin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 66.3-cü-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə mülki iddianın olmadığı nəzərə alınsın. Maddi sübut kimi tanınaraq DTX-nin İstintaq Baş İdarəsində saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 1265,55 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 1265,35 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin Təqsirləndirilən şəxs məxsus “Fly” markalı mobil telefon aparatı və üzərinə quraşdırılmış ***-***-**-** saylı sim kart, “xxxx” MMC-dən xx xxx 2020-ci il tarixli 7-1001 saylı məktubla daxil olmuş bir ədəd CD disk və Təqsirləndirilən şəxs telefon danışıqlarının yazıldığı üzərində 1800-2000 rəqəmləri yazılmış CD disk isə iş materiallarında saxlanılsın. Məhkəmə məsrəfi olan ekspertiza tədqiqatına sərf edilmiş 414 (dörd yüz on dörd) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulsun. Hökmdən elan olunduğu (məhkuma isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-196/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-196/2021
03.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver