Məhkəmə qərarları › İş №1(101)-196/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-196/2023

13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-196/2023 13.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, X2, X10, Novruzova Ülviyyə Şəmsəddin qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı3, Dövlət ittihamçısı4, Dövlət ittihamçısı5, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx xxxxxx 1977-ci il tarixdə Masallı rayonunun Qızılağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı olan, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, 14 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 mart 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, 04 mart 2022-ci il tarixdə Biləsuvar rayon mərkəzində şəxsiyyəti istintaqa məlum olmayan “Bəhram” adlı İran İslam Respublikası (bundan sonra: İİR və ya İran) vətəndaşından istintaqla müəyyən olunmayan şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,880 qram qəhvəyi rəngli maddə olub kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini 300 manata əldə edib üzərində saxlamaqla daşımış və 14 mart 2022-ci il tarixdə, saat 19:10-da ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edərkən Yasamal RPİ-nin Cinayət Axtarışı şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,880 qram olmaqla külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür, yəni qeyd olunan bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin, yəni satış məqsədi ilə qanunsuz olaraq heroin narkotik vasitəsini külli miqdarda əldə etmə, saxlama və daşıma cinayətinin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, əvvəllər narkotikdən istifadəyə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tutulmuş, familiya və ata adlarını bilmədiyi Azər və Samir adlı şəxslərlə bir yerdə cəza çəkmişdir. O, narkotik vasitədən iynə vurmaq üsulu ilə istifadə etmişdir. Cəzasını çəkib qurtardıqdan sonra da bu vərdişini tərgidə bilməmiş, imkan dairəsində tapa bildikdə istifadə etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamın mahiyyəti üzrə ifadəsində göstərdi ki, 14 mart 2022-ci il tarixdə o, Yasamal rayonu, V. Əliyev küçəsi, ev 201 ünvanın yaxınlığında deyil, birbaşa «Ağçiçəyim» şadlıq sarayının yanında yerləşən, Samirə məxsus 201 nömrəli həmin evin içində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ev Samirin şəxsi evi olmuşdur. Belə ki, o, cəzadan azad olunduqdan sonra da Samirgillə əlaqəni kəsməmiş, münasibət saxlamışdır. Hadisə günü də Azərlə mobil əlaqə saxlayıb sonuncunun dəvəti ilə saxlanıldığı evə qonaq kimi getmiş, özündə olmadığı üçün Samirgildən narkotik vasitə alıb qəbul etmək istəmişdir. Samirgilə getməkdə də məqsədi elə narkotik vasitə alıb qəbul etmək istəməsi olmuşdur. Azər onu 35 dəqiqə gözlətmiş, malın, yəni narkotikin gətiriləcəyini bildirmişdir. O, oturub narkotikin gətirilməsini gözləmiş, lakin narkotik vasitə alıb qəbul etməyə imkan tapmamış, 8-9 nəfər polis əməkdaşları Samirin evinə girmişlər. Həmin vaxt o, Samir özü, əvvəllər onunla bir yerdə cəza çəkmiş Azər və Samirin adını bilmədiyi bacısı oğlu da evdə olmuşlar. Daxil olan polislərdən birinin adının Haldun olduğunu elə oradaca öyrənib bilmişdir. Polislər onların dördünü də saxlamış, hamısının üst-başını, evi tam axtarmış, yalnız Azərin üstündən balaca bir büküm narkotik çıxmışdır. Lakin onun, Samirin üzərindən və evdən heç nə tapılmamışdır. Amma onun mobil telefonu onun üzərindən dərhal götürülmüş, özünə qaytarılmamışdır. Mobil telefon və üzərində olan nömrə onun özünün adına olmuş, həmin nömrəni sonuncu dəfə həbsdən azad olduqdan sonra almış, lakin həmin nömrə onun yadında qalmamışdır. Onun telefonu polis tərəfindən götürülərkən telefon işlək vəziyyətdə olmuşdur. Heç bir sənədləşmə aparmadan onu Yasamal rayon Polis İdarəsinə, Azərgili isə bölməyə aparmışdılar. O, Polis İdarəsinə aparılarkən hava yenicə qaralmağa başlamış, lakin dəqiq saatı bilməmişdir. O, Polis idarəsinə aparıldıqdan sonra, üst-başı hələ evdə ikən axtarıldığından və heç nə tapa bilmədiklərindən, onun üzərində heç bir axtarış aparılmamışdır. Sorğu-suala cavab olaraq saxlanıldığı evdə qonaq olduğunu bildirdiyindən adının Anar olmasını öyrəndiyi polis əməkdaşı və onun bir neçə həmkarı onu bir küncə çəkib vurmağa başlamış, onun boynuna narkotik qoymaq istəmişlər. Lakin o, polisin təklifini qəbul etmək istəməmişdir. Hadisə vaxtı verilən suallarla onun ailəli olduğunu, həmin vaxt ailə-uşağının Bakıda olmalarını öyrəndiklərindən onu döyməklə yanaşı, həm də ailə üzvləri ilə hədələmiş, sonuncuları polisə gətirib külli miqdarda narkotiklə yükləyəcəklərinə and içmişlər. Hətta hansısa arvadın qızıl dişlərini və pulunu da guya onun oğurladığını onun boynuna qoymaq istəmişlər. Odur ki, veriləcək narkotiki boynuna götürmək məcburiyyətində qalmışdır. Bundan sonra polis tərəfindən ona bir ədəd siqaret qutusunda narkotik vasitə verilmiş, o, içərisində narkotik olan həmin siqaret qutusunu təlimatlandırıldığı qaydada cibinə qoymuşdur. Bundan sonra formal olaraq videoçəkiliş aparılmaqla guya onun üzərində şəxsi axtarış aparılmış və o, çəkiliş zamanı ailəsinin xətrinə cibimdə olan narkotik vasitəni çıxarıb təqdim etmişdir. Çəkilişdən əvvəl onun mobil telefonu da onun özünə qaytarılmış və o, həmin telefonu da çəkiliş vaxtı təqdim etmişdir. Onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən müdafiəçinin orada iştirak edibetmədiyini unutmuşdur. Təqsirləndirilən şəxs arayış verib göstərdi ki, eşitdiyinə görə Samirin adını bilmədiyi bacısı oğlu əvvələr onun bilmədiyi hansısa vəzifədə işlədiyindən ona toxunulmamış və ona qarşı heç bir ittiham irəli sürülməmişdir. Lakin Azərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddə ilə təqsirli bilindiyini, faktiki hansısa cəzaçəkmə müəssisəsində cəza çəkdiyini, Samirlə bacısı oğlunun isə buraxdıqlarını sonradan eşidib bilmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərdi ki, o, çəkiliş zamanı və daha sonra izahat-ifadə verərkən polisin diktəsi ilə guya təqdim etdiyi narkotik vasitəni iranlıdan aldığını bildirmişdir. O, polisin diqtəsi ilə ibtidai istintaq zamanı geniş ifadə vermiş, lakin məhkəmədə olarkən hamısı yadında qalmamışdır. O, tutulandan sonra müstəntiqə barəsində baş verənləri düz danışmaq istəmiş, lakin ona «elə etmə ki, sənin üzərinə başqa işlər də qoyulsun» kimi bir cavab vermişdir. Ondan real olaraq ifadə alınmamış, şəxsi axtarış protokolunda yazılanlar onun ifadələrinə köçürülmüş və ona imza etdirilmişdir. O, ifadələrinin heç birini oxumamış, müstəntiq isə ona oxumamışdır. Təqsirləndirilən şəxs ifadəsinin yekununda göstərdi ki, o, narkotik vasitə qəbul etmiş, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, saxlanılarkən onun üzərində ümumiyyətlə narkotik vasitə olmamışdır. O, saxlanılıb Yasamal RPİ-yə aparıldıqdlan sonra döyülmüş, döyülmə nəticəsində ayağı göyərmişdir. Lakin Bakı İstintaq Təcridxanasına yerləşdirilən zaman döyüldüyünü bildirsə də, xəsarəti olmadığını demişdir. Həmin vaxt döyülməsiylə bağlı heç bir orqana şikayət etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamianı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadələri elan edilməklə tədqiq olundu. Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, özünü Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunan həmin ifadələrində göstərmişdir ki, o, ünvan 1 ünvanda həyat yoldaşı X5, 2005-ci il təvəllüdlü qızı Günay Məmmədova və 2009cu il təvəllüdlü oğlu Ələsgər Məmmədovla birlikdə yaşamışdır. Heç bir yerdə rəsmi qaydada işləməmiş, xususi işlərdə fəhləlik etmişdir. Əvvəllər qanunsuz olaraq narkotik vasitə əldə etməyə, saxlamağa və üstümdə daşımağa görə 4 dəfə məhkum olunmuşdur. Sonuncu dəfə 2015-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi və 206-cı maddəsi ilə altı il altı ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş və 2021-ci ildə cəzasının sonu ilə çəzaçəkmə müəssisəsindən azadlığa buraxılmışdır. Uzun müddət narkotik vasitələrdən istifadə etmiş, əsasən “kakos” adlanan heroindən istifadə etmiş və onda narkotik vasitələrdən asılılıq yaranmışdır. Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində daha sonra göstərmişdir ki, 14 mart 2022-ci il tarixdə üzərindən aşkar edilmiş heroini 10 gün əvvəll Biləsuvar rayon mərkəzində anket məlumatlarını bilmədiyi Bəhrəm adlı İran vətəndaşından 20 qram olaraq 300 manat pul ödəməklə öz istifadəsi üçün alararaq üzərində saxlamış, aldığı narkotikin təxminən yarısını özü istifadə etmişdir. bir bükümdə heroini isə şalvarının sağ yan cibində saxlamışdır. O, aldığı narkotiki iynə inyeksiyası yolu ilə damarlarına vurmaqla istifadə etmişdir. 14 mart 2021-ci il tarixdə, saat 19:10 radələrində ünvan 4 ünvanın qarşısı ilə piyada hərəkət edərkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Yasamal RPİnin əməkdaşları kimi təqdim etmiş, ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilərək onu polis idarəsinin inzibati binasına dəvət etmişlər. Yasamal RPİ-nin Təhqiqat Şöbəsini baş təhqiqatçısı tərəfindən ona hüquq və vəzifələri izah edərək dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Baş təhqiqatçı tərəfindən onun üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə açıq qəhvəyi rəngli heroin narkotik vasitəsini təqdim etmişdir. Sorğu zamanı həmin narkotik vasitəni 10 gün əvvəl Biləsuvar rayonundan Bəhrəm adlı İran vətəndaşından 300 manat pul ödəyərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrində göstərmişdir ki, o, narkotik təqdim etdikdən sonra onun üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin könüllü təqdim etdiyi narkotikdən başqa heç bir qanunsuz saxladığı narkotik vasitə, psixotrop maddə, yaxud əşya və sənəd aşkar edilməmişdir. Baş təhqiqatçı tərəfindən onun bir bükümdə təqdim etdiyi həmin narkotik vasitə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və zərfin üzəri möhürlənərək onun tərəfindən, müdafiəçisi və polislər tərəfindən imzalanaraq götürülmüşdür. Polis əməkdaşları bütün bu prosesləri videoçəkilişlə etmişlər. Ən nəhayət, Təqsirləndirilən şəxs tədqiq olunan ifadələrinin yekununda göstərmişdir ki, o, İran vətəndaşı “Bəhrəm” adlı şəxslə təxminən 10 gün əvvəll Biləsuvar rayon mərkəzində tanış olmuş, o, özünü İrandan olan azərbaycanlı kimi təqdim etmiş və Biləsuvar rayon mərkəzində yaşadığını narkotik və psixotrop maddələri satışı ilə məşğul olmasını bildirmişdir. Əldə etdiyi narkotik maddənin satışı ilə məşğul olmamış, heç kimə narkotik vasitə satmamışdır. Üzərinə baxış keçirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zor tətbiq olunmamış, digər formada təzyiqlər göstərilməmişdir (iş vərəqə: 68-71, 86-90, 193-196). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi sərbəst ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı onun adından yazılmış, onun imzaladığı və məhkəmə baxışı zamanı tədqiq olunan həmin ifadələr ona məxsus ifadələr deyildir. Belə ki, ona qarşı hədə-qorxu olunmuş, təzyiqlər göstərilmiş və məhkəmədə elan olunan həmin ifadələri müstəntiq onun adından şəxsi axtarış protokoluna uyğunlaşdırılmaqla yazılmışdır. O, məhkəmədə elan olunan həmin ifadələri qəbul etmir və məhkəmədə verdiyi ifadələri həqiqətdir, onları təsdiq edir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Yasamal RPİnin Cinayət-Axtarış Şöbəsinin (bundan sonra: CAŞ-in) əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, onlarda Abbasov Samir, Vüsal və Maqa ləqəbli şəxslərin Samirin evinə yığılıb narkotik qəbul etmələri barədə əməliyyat məlumatı olduğundan əməliyyat qrupunun rəhbəri kimi o, və əməliyyat qrupunun üzvü kimi RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Samirin ünvanına getmişlər. Şahid2 və onun özündən başqa əməliyyat tədbirində başqa polis əməkdaşı iştirak etməmişdir. Abbasov Samir, Şahid3 və Məhərrəm birlikdə Samirin mənzilində olmuşlar. Təqsirləndirilən şəxsi, Azəri və Samiri küçədə şübhəli şəxs kimi saxlamış və Yasamal RPİ-yə aparmışlar. Saxlayarkən heç birinin üzərini orada yoxlamamışlar. Qurbanov Vüsalı isə onlar həmin ünvanda bir həftə əvvəl saxlamışlar. Şəxsin adının Təqsirləndirilən şəxs, ləqəbinin isə «Maqa» olduğunu sonra bilmişlər. Yasamal RPİ-də onların hər üçünə ayrı-ayrı vəkillər tutulmuşdur. Yasamal RPİ-də şəxsi axtarış aparılmış və Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu özü etiraf etmiş, çıxarıb masanın üzərinə qoymuş və şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Azərlə Samirin üzərində isə narkotik vasitə aşkar edilib-edilməməsi onun yadında qalmamışdır. Təqsirləndirilən şəxs, Azər və Samir onlar tərəfindən saxlanılarkən, Yasamal RPİ-yə aparılarkən və Yasamal RPİ-də olarkən ona qarşı fiziki zor tətbiq edilməmiş, qanunsuz olaraq onun boynuna narkotik vasitə qoyulmamış, ifadə verməyə məcbur edilməmişdir. Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu. Şahid - Yasamal RPİ-nin Cinayət Axtarışı Şöbəsinin əməliyyat müvəkkili Şahid1 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 14 mart 2022-ci il tarixdə xidmət etdiyi Yasamal RPİ-yə Masallı rayonunda anadan olmuş, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs oğunun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması haqqında əməliyyat məlumatı daxil olduğundan onun tərəfindən Yasamal RPİ-nin rəisinə məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupunun yaradılması haqqında raportla məruzə etmişdir. Yasamal RPİ-nin rəisinin 14 mart 2022-ci il tarixli əmri ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün onun rəhbərliyi ilə Yasamal RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Göstərilənlərlə əlaqədar Şahid2 ilə birlikdə 14 mart 2022-ci il tarixdə Yasamal rayonu ərazisində zəruri əməliyyat-axtarış tədbirlərini həyata keçirməyə başlamışlar. Həmin gün saat 19:10-da ünvan 5 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs saxlanılmış, o, və polis leytenantı Şahid2 xidməti vəsiqələri ilə özlərini ona Yasamal RPİ-nin əməkdaşları kimi təqdim edərək ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra onlar ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək Yasamal RPİ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onların təklifləri ilə razılaşaraq birlikdə idarənin izibati binasına getmişlər. Yasamal RPİ-nin rəisinə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında əsaslı şübhələr olduğuna görə Yasamal RPİ-yə gətirilməsi və onun paltarında, əşyalarında və üzərində ehtimal olunan, qanunla qadağan edilmiş narkotik və psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsi üçün raportla məruzə etmişdir. Yasamal RPİ-nin rəisinin yazılı göstərişinə əsasən Təqsirləndirilən şəxs paltarında, əşyalarında, üzərində olması ehtimal olunan qanunla qadağan edilmiş narkotik və psixotrop maddələrin, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Əli Məmmədova həvalə edilmişdir. Baş təhqiqatçı Əli Məmmədov tərəfindən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edildikdən sonra o, şübhəli şəxs qismində tutulmuş, daha sonra onun üzərində şəxsi axtarış və götürmə aparılması haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında qərar elan edilərək ona hüquq və vəzifələri izah edilmiş və prosesin gedişi “Samsung” markalı telefon vasitəsilə video çəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürülmə aparılmış, baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs paltarında, əşyalarında, üzərində, ehtimal olunan qanunla qadağan edilmiş narkotik və psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyalar və sənədlər olduğu təqdirdə könüllü təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofona bükülmüş maddəni çıxarıb könüllü təqdim edərək, həmin bükümün içərisindəki maddənin heroin narkotik vasitəsi olduğunu və narkotik vasitəni 10 gün əvvəl Biləsuvar rayonunda Bəhrəm adlı İİR vətəndaşından 300 manat pul ödəyərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüyə baxış keçirilən zaman həmin bir ədəd bükümün içərisində qəhvəyi rəngli, toz halında, spesifik qoxuya malik heroin narkotik vasitəsinə bənzər maddə olması aşkar edilmişdir. Şahid1 tədqiq olunan həmin ifadəsinin davamında göstərmişdir ki, Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan bükümü təqdim etdikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə davam etdirilmiş, lakin onun üzərində, paltarlarında sair ehtimal olunan qanunla qadağan edilmiş narkotik və psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik olacaq digər əşyalar və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş 01 ədəd içərisində qəhvəyi rəngli, tozşəkilli, spesfik iyə malik maddə olan büküm içi boş olan ağ zərfin içinə qoyularaq üzəri Azərbaycan Respublikası DİN-nin 42 saylı möhürü ilə möhürlənərək zərfin üzəri protokol iştirakçıları və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Bundan sonra narkotik vasitəyə bənzər kütlə məhkəmə-kimyəvi ekspertizası tədqiqatı keçirilməsi üçün ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması və narkotik vasitə götürülməsi haqqında protokol tərtib edilmişdir. Şahid1 tədqiq olunan həmin ifadəsinin yekununda göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq azadlığı məhdudlaşdırılan zaman və üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətləri aparılarkən ona qarşı hər hansı bir zorakılıq, təzyiq və sair təsir tədbirləri həyata keçirilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə Yasamal RPİ-yə əvvəllər əməliyyat məlumatları daxil olmuş, konkret olaraq 14 mart 2022-ci il tarixdə RPİ-yə onun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edib gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuş və həmin gün də onu yaxalayaraq cinayət məsuliyyətinə cəlb etmişlər (iş vərəqə: 115-119). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən şahid X12 ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsinin daha doğru oldluğunu göstərdi. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Bakı şəhəri Yasamal RPİnin CAŞ-nin digər əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, onlar gündə bir əməliyyat tədbiri keçirdiklərindən onun bu iş üzrə vermiş olduğu ifadəsi dəqiq yadında qalmamışdır. Lakin ibtidai istintaqda verdiyi ifadəsi doğrudur və həmin ifadəsini təsdiq edir. Şahid2 ifadəsində əlavə olaraq göstərdi ki, onlar əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlamış və onun üzərindən narkotik vasitə aşkar olunmuş və təqsirləndirilən şəxsin narkotik vasitəni Bəhram adlı şəxsdən şəxsi istifadəsi üçün alıb əldə etməsini bildirməsi təxminən onun yadında qalmışdır. Məhərrəmdən başqa saxlanılan şəxslərin arasında Samir və Azər adlı şəxslərin də olduğu onun yadındadır. Lakin Məhərrəmi saxladıqları ünvan onun yadında qalmamışdır. Şahid2 ifadəsində, həmçinin göstərdi ki, saxlanılarkən üzərinə dərhal baxış keçirilməsi barədə Təqsirləndirilən şəxs göstərdikləri doğru deyildir. Təqsirləndirilən şəxs onlar tərəfindən Polis İdarəsinə gətiriləndən sonra onun üzərinə qanuni yolla baxış keçirilmişdir. Təqsirləndirilən şəxs və digərləri onlar tərəfindən saxlanılarkən, Yasamal RPİ-yə aparılarkən və Yasamal RPİ-də olarkən Məhərrəmə və digərplərinə qarşı fiziki zor tətbiq edilməmiş, Məhərrəmə qanunsuz olaraq boynuna narkotik vasitə götürməsi məqsədilə heç bir qanunsuz üsuldan istifadə olunmamış və o, ifadə verməyə məcbur edilməmişdir. Şahid2 məhkəmə baxışı zamianı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Şahid2 həmkarı Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu və məhkəmə baxışı zamanı tədqiq olunan ifadəsi ilə məzmun etibarı ilə üstüstə düşən ifadə vermişdir (iş vərəqə: cild İ, 121-122). İfadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Şahid2 ifadəsində göstərdi ki, ibtidai istintaq zamanı ifadə verdiyi tarixdən uzun müddət keçdiyi üçün ifadəsini unutmuşdur, lakin ibtidai istintaq mərhələsində vermiş olduğu ifadəsi daha doğrudur. Cinayət işinə məhkəmə baxışı zamanı məhkəmənin təşəbbüsünə əsasən iş üzrə dindirilən əlavə Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla 14 saylı cəzacəkmə müəssisəsində birlikdə cəza çəkərkən tanış olmuş, onunla dostluq münasibətində olmuşdur. Cəzadan azad olunduqdan sonra da aralarında münasibət davam etmişdir. Onun (Şahid3) evi olmadığından o, dostu Şahid4 ünvan 4 ünvanında yerləşən evində yaşamışdır. O, Şahid4 də həbsdə olan zaman çəzaçəkmə müəssisəsindən tanımışdır. Təqsirləndirilən şəxs rayonda yaşamış, onunla telefon əlaqəsi saxlamışdır. Danışıqlardan birində Məhərrəm ailəsi ilə Bakıda olduğunu dediyindən o, Məhərrəmi yaşadığı evə dəvət etmişdir. Hadisə günü, yəni 14 mart 2022-ci il tarixdə Məhərrəm onun yaşadığı Samirə məxsus evə gəlmişdir. Məhərrəmlə əvvəllər evdə görüşləri olmamış, Məhərrəm ilk dəfə onun yaşadığı evə qonaq kimi gəlmişdir. O özü narkotik vasitə istifadəçisi olmuş, Məhərrəmin də narkotik vasitə qəbul etməsindən xəbərdar olmuşdur. Məhərrəm narkotik vasitə qəbul etmək istədiyindən o, sonuncunu birlikdə istifadə etmələri üçün evə dəvət etmişdir. O, Məhərrəm, Samir və Samirin bacısı oğlu Anar birlikdə olarkən 5-6 nəfər polis əməliyyatçılar evə daxil olmuşlar. Əməliyyatçılardan Haldunu və Emin Əhmədzadəni tanımış, digərlərini isə tanımamışdır. Onlar dərhal bütün evi, onların üstünü axtarmışlar. Emin Əhmədzadə onun üzərini axtarmış, onun üzərindən 0,9 qr. narkotik vasitə çıxmış, o, etiraf edib həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Evdə axtarış aparılarkən evdən və Samirlə Məhərrəmdən heç bir narkotik vasitə aşkar olunmamışdır. Məhərrəmin üzərindən siqaret və alışqan, 5-10 manat pul və telefon çıxmışdır. Məhərrəm polisə etiraz etdiyi üçün evdə polislər onu döymüş, yumruqla onun sinəsindən vurmuşlar. Bundan sonra onları götürüb aparmış, yalnız Anarı buraxmışlar. O, Məhərrəmin qonaq olduğunu, onda heç nə aşkar olunmadığını demiş, onu buraxmağı xahiş etmişdir. Əməliyyatçı isə yoxlayıb, izahatını alıb buraxacaqlarına söz vermişdir. Şahid3 ifadəsində daha sonra göstərdi ki, Yasamal RPİ-də Məhərrəmgildən ayrılmış, onu Yasamal RPİ-nin 29-cu PB-nə aparmışlar. Məhərrəmin taleyindən xəbəri olmamış, iki gün sonra isə Samirin buraxıldığını eşitmişdir. Lakin onda aşkar olunan 0,9 qr. narkotik vasitə sənədləşdirilmiş, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verilmiş, Yasamal Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hökmünə əsasən bir il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur və hazırda 15 saylı çəzacəkmə müəssisəsində cəza çəkməkdədir. O, saxlanıldıqdan sonra 29-cu PB-də sənədləşmə aparılarkən ona narkotik vasitəni Məhərrəmdən almasını bildirməsi təklif olunduqda o, bunu qəbul etməmiş və belə bir ifadə verməmişdir. Şahid3 ifadəsinin yekununda daha sonra göstərdi ki, o, narkotik vasitələrdən istifadə etmiş, saxlanılarkən faktiki olaraq onun üzərindən narkotik vasitə çıxmış, həmin narkotik vasitə olduğu kimi də sənədləşdirilmişdir. Həmin sənədləşmələrdə və onun ifadələrində guya onun küçədə tək olaraq saxlanıldığı, polislərin guya ona oğurluq faktına görə yaxınlaşdıqları yazılmışdır. Üzərinlə narkotik aşkar olunduğundan və ona yüngül maddə ilə ittiham verildiyindən məcburiyyət qarşısında məhkəmədə də ifadəsini dəyişməmiş, Məhərrəmlə bağlı ifadə verməmişdir. Əsl həqiqətdə isə hadisə hazırda baxılan iş üzrə məhkəmədə ifadəsində göstərdiyi kimi olmuşdur. Cinayət işinə məhkəmə baxışı zamanı əlavə Şahid3 haqqında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il hökmü elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, Şahid3 həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ondan ötrü ki, o, 14 mart 2022-ci il tarixdə, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,924 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək əynində olan göy rəngli şalvarının sağ arxa cibində saxlamaqla daşımış və 14 mart 2022-ci il tarixdə, saat 16:40 dəqiqədə ünvan 6 ünvanın yaxınlığında Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin və Yasamal RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq 29-cu Polis Şöbəsinin inzibati binasına aparılmış və üstünə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli şalvarının sağ arxa cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,924 qram olan qəhvəyi rəngli tozşəkilli narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür. Tədqiq olunan hökmdən görünür ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid3 özünü təqsirli bilmiş, ifadəsində 14 mart 2022-ci il tarixdə, saat 10-11 radələrində Bakı şəhəri Yasamal rayonu, Vasif Əliyev küçəsində tək olaraq sərbəst gəzən zaman yerdə bir ədəd ağ kağıza bükülmüş bükülünü görüb götürdüyünü, açdıqda içərisində heroin narkotik vasitəsi olmasını gördüyünü, ağrıları olduğu üçün istifadə etməsi üçün əynində olan göy rəngli cins şalvarın arxa sağ cibinə qoyduğunu və həmin gün, saat 16:40 radələrində ünvan 8 ünvanında küçədə tək gedərkən polis əməkdaşlarının onu saxladıqlarını, o, bədənində ağrılar olduğu üçün narkotik vasitə qəbul etdiyini və hazırda da üzərində narkotik vasitə olduğunu bildirdiyini, polis əməkdaşlarının qanuni tələbinə əsasən onlarla birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə getdiyini, sonra, şöbədə xidməti otaqların birində əynində olan göy rəngli cins şalvarın sağ arxa cibində saxladığı bir ədəd ağ kağıza bükülmüş bükülünü çıxararaq polis işçilərinə könüllü təqdim etdiyini bildirmiş, həmçinin polis əməkdaşları tərəfindən saxlanılan zaman və ondan sonrakı müddət ərzində ona qarşı heç bir təzyiq göstərilmədiyini qeyd etmişdir (iş materialları). Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı yenə də məhkəmənin təşəbbüsünə əsasən iş üzrə dindirilən əlavə Şahid4 ifadəsində göstərdi ki, o, baxılan iş üzrə Təqsirləndirilən şəxs tanımış, 2017-2018-ci ildə onunla birlikdə 14 saylı CÇM-də cəza çəkmişdir. O, özünə məxsus ünvan 9 ünvanda yerləşən həyət evində yaşamış, onlar həyətdə 3 qardaş olmaqla ayrı-ayrı evlərdə yaşamışlar. Onunla birlikdə cəza çəkmiş Şahid3 da, evi olmadığından onunla birlikdə yaşamış, o, bir otağı yaşaması üçün Azərə vermişdir. Şahid4 ifadəsinin davamında göstərdi ki, Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdə onun evində Yasamal RPİ-nin əməkdaşları tərəfindən tutulmuşdur. Yasamal RPİnin polis əməkdaşlarından Haldın və Emin adlı şəxsləri tanımış, qalan 3-4 nəfər isə onun adlarını tanımadığı şəxslər olmuşdur. Həmin vaxt evdə o, Azər və Məhərrəm olmuşlar. Polislər evə daxil olan kimi onların üst-başını, evi təmiz axtarmış, hansısa qadının soyulduğunu, qızıl dişlərinin və pullarının aparıldığını bildirmiş, guya həmin şəxslər şübhəli kimi onların olduğu ünvanı bildirmişlər. Polislər onların üstünü və evi axtararkən yalnız Azərdən az miqdarda narkotik çıxmış, lakin onun evindən, ondan və Məhərrəmdən heç bir şey çıxmamışdır. Bundan sonra onu və Azəri 29-cu PB-nə, Məhərrəmi isə Yasamal RPİ-yə aparmışdılar. Məhərrəmin onun qonağı olduğunu bildirmiş, polislər onun izahatının alınıb buraxılacağını demişlər. Mart ayında Məhərrəmgillə birlikdə saxlanılarkən onun üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır, lakin onu da 0,8 qram narkotiklə sənədləşdirmişlər. Bir-iki gün İVS-də saxlanılmış, növbəti gün isə sanksiya üçün prokurorun yanına aparıldıqda prokuror onu dinləyib buraxmışdır. Şahid4 ifadəsinin davamında daha sonra göstərdi ki, 14 mart 2022-ci il tarixdə o, Məhərrəm və Azər bir yerdə onun evində saxlanılmışlar, onlar ayrı-ayrı olaraq və başqa başqa yerlərdə tutmamışlar. Məhərrəmin üstündən 5-10 manat puldan və mobil telefondan başqa heç nə çıxmamışdır. Onun da ifadəsi sənədləşməyə uyğun yazılmış və imzalatdırılmışdır. İfadələrində nə Azər və nə də Məhərrəm barədə heç nə yazılmamışdır. İfadələri yazılmış vəziyyətdə ona təqdim olunmuş və ona yüngül maddə ilə ittiham verildiyindən razılaşıb, ifadələrini oxumadan imzalamışdır. Real həqiqət isə hazırda baxılan iş üzrə məhkəmədə verdiyi ifadəsində göstərdiyi kimi olmuşdur. Prokuror onu buraxdıqdan sonra isə guya o, axtarışa verilmiş və buna görəı 19 avqust 2022-ci il tarixdə isə yaşadığı həyətdə tək olarkən tutulub həbs edilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı əlavə Şahid4 haqqında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il hökmü elan edilməklə tədqiq edildi və müəyyən olundu ki, Şahid4 həmin hökmlə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ondan ötrü ki, o, 13 mart 2022-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” adlı ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,873 qram olan kustar üsulla hazırlanmış heroin narkotik vasitəcb əldə edib üstündə saxlamaqla daşımış və 15 mart 2022-ci il tarixdə, saat 16:20 dəqiqədə ünvan 10 ünvanın qarşısında Yasamal RPİnin 29-cu Polis şöbəsinin və Yasamal RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və şöbənin inzibati binasında 0,873 qram çəkidə həmin narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür. Tədqiq olunan hökmdən görünür ki, cinayət işinə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Şahid4 özünü təqsirli bilmiş, ifadəsində Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs Şahid4 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək narkotik vasitələrdən istifadəyə görə əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkumluq həyatı yaşadığını qeyd edib ifadəsində göstərmişdir ki, o, 13 mart 2022-ci il tarixdə günorta saatlarında “Şamaxinka" adlanan ərazidə yerləşən “KontaktHome” adlı məişət əşyaları mağazasının yaxınlığında kiçik ölçülü bir bükümdə içərisində heroin narkotik vasitəsinə bənzər kütlə aşkar edib şəxsi istifadəsi üçün əynində olan tünd boz rəngli idman şalvarının sağ cibinə qoyaraq üzərində daşımış, lakin həmin gün münasib olmadığından narkotik vasitəni istifadə edə bilməmişdir. Növbəti gün, yəni 14 mart 2022-ci il tarixdə, saat 16 radələrində isə o, yaşadığı ünvan 12 ünvanın qarşısında olan zaman biri mülki, digəri isə xidməti geyimdə olan iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib hüquqlarını izah etdikdən sonra inzibati ərazidə baş vermiş quldurluq cinayət hadisəsi ilə bağlı şübhələr əsasında onu Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binasına dəvət etmişlər. O, da heç bir etiraz etmədən onlarla birlikdə Bakı şəhəri Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin inzibati binasına gəldikdən sonra şöbədə həmin quldurluq cinayət hadisəsi ilə əlaqəsinin olmaması məlum olsa da, üzərində narkotik vasitə daşıdığını bildirdiyindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmiş, o, əynində olan tünd boz rəngli idman şalvarının sağ cibindən içərisində heroin olan bir ədəd şəffaf polietilen bükümü çıxarıb təhqiqatçıya təqdim etmiş və həmin maddənin narkotik vasitə heroin olmasını bildirib hansı yolla əldə etməyi barədə məlumat vermişdir. Protokol tərtib edilmiş, təqdim etdiyi içərisində heroin olan bir ədəd polietilen büküm zərfə qoyularaq möhürlənmiş və götürülmüşdür. O, tutularkən və polis bölməsində olarkən, istərsə də MSY-də saxlanılarkən ona heç bir zor tətbiq edilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan “şəxsi axtarış və götürmə aparılması haqqında» 14 mart 2022-ci il tarixli protkoldan görünür ki, Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı X17 tərəfindən onun xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X1, Yasamal RPİ-nin CAŞ-ın əməliyyat müvəkkilləri Şahid1, polis leytenantı Şahid2 iştirakları ilə protokol tərtib olunan tarixdə, saat 19:10-da Yasamal RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən ünvan 12 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində, əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması planlaşdırılmış, şəxsi axtarışa başlamazdan əvvəl ona üzərində olan qanunla dövriyyəsi qadağan olunmuş, yaxud iş üzrə əhəmiyyətə malik ola biləcək digər əşya və predmetləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin təklifdən sonra əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofon bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisindəki maddənin “kakos” kimi tanıdığı heroin narkotik vasitəsi olduğunu və narkotik vasitəni 10 gün əvvəl Biləsuvar rayonunda Bəhrəm adlı İran İslam Respublikasının vətəndaşından 300 manat pul ödəyərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş bükülü açılan zaman içərisində qəhvəyi rəngli maddə aşkar edilərək götürülmüş, zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin 42 nömrəli dairəvi möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs özü imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı digər qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra tədqiq olunan həmin protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesi “Samsunq” markalı mobil telefon vasitəsi ilə videolentə alınmış və elektron maqnit məlumat daşıyıcısı olan 1 ədəd “DVD” formatlı diskə köçürülərək protokola əlavə edilmişdir (iş vərəqə: səh. 34-35). İşdə olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd “DVD” formatlı diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında 15 mart 2022-ci il tarixli protokoldan görünür ki, tədqiq olunan həmin protokolun məzmunu Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasına dair tərtib olunmuş və məhkəmə baxışı zamanı tədqiq olunan 14 mart 2022-ci il tarixli protkolun məzmunu ilə tam uyğundur və kənarlaşmalara yol verilməmişdir (iş vərəqə: səh. 51-52, 53-55). Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması prosesinin 01 ədəd DVD formatlı diskə yüklənmiş videogörüntüləri nümayiş olundu və müəyyən edildi ki, nümayiş olunan videogörüntülər Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında olan 14 mart 2022-ci il tarixli protkolun və şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yerləşdirildiyi bir ədəd “DVD” formatlı diskdə olan videogörüntülərə baxış keçirilməsi haqqında 15 mart 2022-ci il tarixli protokolun məzmunu ilə uyğundur (iş materialları). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 15 mart 2022-ci il tarixli, 6/1498 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz şəkidə 9,880 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiq olunan rəydə göstərilmişdir ki, heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in, siyahısına (Siyahı İ) daxildir. Ən nəhayət, tədqiq olunan həmin rəydən görünür ki, tədqiqat zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroin narkotik vasitəsinin ümumi təmiz çəkisinin 9,880 qram olduğu müəyyən edilmiş, bundan 0,050 qram tədqiqatın aparılmasına sərf edilmiş, 9,830 qram heroin narkotik vasitəsi isə qalıq qalmışdır (iş vərəqə: səh. 42-46). İşdə olan və məhkəmə baxışı zamanı araşdırılan məhkəmə-narkoloji ekspertizasının 17 may 2022-ci il tarixli, 2558 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Tədqiq olunan rəydən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: səh. 202-203). Daha sonra işdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəməpsixiatrik ekspertizasının 26 may 2022-ci il tarixli, 1852 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatı mərhələsində hər hansı psixi xəstəlikdən əziyyət çəkmədiyi, onda ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətlərinin aşkar olunmadığı müəyyən edilmişdir. Həmçinin həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: səh. 214-216). Məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının müvafiq qərarlarından görünür ki, Təqsirləndirilən şəxs götürüldüyü qeyd olunan və məhkəməkimyəvi ekspertiza keçirilməsi nəticəsində qalıq qalmış 9,830 qram heroin narkotik vasitəsi iş üzrə maddi sübut kimi tanınmaqla saxlanılması üçün Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutların saxlanılması ambarına təhvil verilmiş, həmçinin iş üzrə madi sübut növü kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: səh.51-53, 122-123). Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə qəhvəyi rəngli, kustar üsulla hazırlanmış külli miqdarda - təmiz çəkisi 9,880 qram təşkil edən heroin narkotik vasitəsini əldə etmə, saxlama və daşıma cinayətini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, “İnsan Hüquqları və Əsas Azadlıqları haqqında” Avropa Konvensiyasının (bundan sonra: Avropa Konvensiyası), Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun müddəalarını rəhbər tutaraq, Təqsirləndirilən şəxs cinayət əməlinə hüquqi qiymət verərkən məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, məhkəməyədək icraat mərhələsində təqsirləndirilən şəxsin əleyhinə sübutlar toplanılarkən polis tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və Qanununlarının, Avropa Konvensiyasının və s. tələbləri kobud şəkildə pozulmuş, Təqsirləndirilən şəxs hələ saxlanılarkən kobud qanun pozuntularına yol verilmiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasına nail olunması məqsədilə onun müdafiə hüquqları kobud şəkildə pozulmuş, eyni məqsədlə sübutlar qəsdən saxtalaşdırılmış, iş üzrə ilkin materiallar toplanılarkən qeyri-hüquqi metodlardan istifadə olunmuş, həm məhkəməyədək icraat mərhələsində və həm də məhkəmə istintaqı zamanı şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan ifadələr verilmişdir. Belə ki, məhkəmə baxışı nəticəsində ilk növbədə müəyyən edildi ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın təsdiqi üçün təqdim olunmuş sübutlar, o cümlədən Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Yasamal RPİ-nin CAŞ-nə əməliyyat məlumatı daxil olması və həmin məlumatla bağlı müvafiq tədbirlərin görülməsi ilə əlaqədar Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən tərtib olunmuş 14 mart 2022-ci il tarixli raport, «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında» əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş, Yasamal RPİnin rəisi tərəfindən təsdiq edilmiş qəbul edilmə günü qeyri-müəyyən olan, mart 2022-ci il tarixli qərar, «Əməliyyat qrupunun yaradılması haqqında» Ə120-091-22 saylı, 14 mart 2022-ci il tarixli əmr və eyni tarixli protokol, Təqsirləndirilən şəxs 2 nəfərdən ibarət əməliyyat qrupunun üzavləri – Bakı şəhəri Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 və eyni İdarənin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 tərəfindən 14 mart 2022-ci il tarixdə, saat 19:10-da ünvan 14 ünvanın qarşısında piyada hərəkət edərkən saxlanılması və onun birbaşa Yasamal RPİ-nin inzibati binasına aparılması ilə bağlı Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 Yasamal RPİ-nin rəisinə ünvanladığı 14 mart 2022-ci il tarixli raport, Təqsirləndirilən şəxs üzərində 14 mart 2022-ci il tarixdə, saat 20:35-dəqiqədən saat 20:58-dəqiqəyədək şəxsi axtarış aparılmasını nəzərdə tutuan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesini özündə ehtiva edən bir ədəd DVD formatlı disk, həmin diskə yüklənmiş videogörüntülər və həmin videogörüntülərin yükləndiyi DVD formatlı diskə baxış keçirilməsi haqqında 15 mart 2022ci il tarixli protokol, iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 15 mart 2022-ci il tarixli, 6/1498 saylı rəyi, Təqsirləndirilən şəxs götürülməsi iddia olunan və iş üzrə mddi sübut kimi tanınmış, çəkisi 9,880 qram təşkil edən heroin narkotik vasitəsi, Təqsirləndirilən şəxs barəsində iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 17 may 2022-ci il tarixli, 2558 nömrəli rəyi, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirildiyi 15 və 16 mart 2022-ci il tarixli protokollar, Bakı şəhəri Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 və eyni İdarənin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat mərhələsində vermiş olduqları şahid ifadələri sübutların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 124.2, 124.2.1-124.2.5-ci maddələrinə əsasən şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər cinayət prosesində sübut kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Belə ki, ilk növbədə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Yasamal RPİ-nin CAŞ-nə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olması ilə əlaqədar Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş 14 mart 2022-ci il tarixli raportda Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması göstərilsə də, bununla bağlı qəbul edilmiş, lakin qəbul edilmə tarixi qeyri-müəyyən olan «Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında» qərarın giriş hissəsində həmin məlumatın tam fərqli - Təqsirləndirilən şəxs Yasamal rayonunun V.Əliyev və Z.Kərimov küçələrində qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və istifadə etməsi barədə daxil olduğu qeyd edilmişdir. Tədqiq olunan həmin qərarın nəticə hissəsinin 2-ci bəndində isə, əməliyyat müşahidəsinin Yasamal rayonunun V.Əliyev və Z.Kərimov küçələrində deyil, heç bir sənəddə adı çəkilməyən Yasamal rayonunun M.Muxtarov və Ə.Hüseynzadə küçələrində keçirilməsinə qərar verilmişdir. Məhkəmə baxışı zamanı tədqiq olunan Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 və eyni İdarənin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən birgə tərtib olunan 14 mart 2022-ci il tarixli raportun məzmunundan isə görünür ki, Təqsirləndirilən şəxs əməliyyat qrupunun üzavləri tərəfində müşahidə aparılmasına qərar verilmiş məkanlarda deyil, 14 mart 2022-ci il tarixdə, saat 19:10-da ünvan 14 ünvanın qarşısında piyada hərəkət edərkən saxlanılmışdır. Tədqiq olunan və onun birbaşa Yasamal RPİ-nin inzibati binasına aparılması ilə bağlı 14 mart 2022-ci il tarixli həmin raportun məzmunundan daha sonra görünür ki, Təqsirləndirilən şəxs əməliyyat məlumatının daxil olması barədə ilkin raportda və «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında» qərarda göstərilənlərdən fərqli olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsində, dövriyyəsində və qəbulunda şübhəli şəxs kimi saxlanılmışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan Bakı şəhəri Yasamal RPİ üzrə «əməliyyat qrupunun yaradılması haqqında» Ə120-091-22 saylı, 14 mart 2022-ci il əmrin məzmunundan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, saxlanması və qəbulu ilə məşğul olması barədə daxil olmuş məlumat yoxlanılması üçün Bakı şəhəri Yasamal RPİ üzrə CAŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 (qupun rəhbəri) və eyni İdarənin CAŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və həmin məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi məhz qeyd olunan iki nəfər əməliyyatçıya həvalə edilmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 mart 2022-ci il tarixli protokolun məzmunundan da görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdə saat 19:10-da Yasamal RPİ-nin CAŞ-nin əməkdaşları – əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 tərəfindən ünvan 12 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, şübhəli şəxs qismində tutulmuş, şəxsi axtarışa məruz qoyulan Təqsirləndirilən şəxs təhqiqatçının təklifinə əsasən əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofon bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisindəki maddənin “kakos” kimi tanıdığı heroin narkotik vasitəsi olduğunu və narkotik vasitəni 10 gün əvvəl Biləsuvar rayonunda Bəhrəm adlı İran İslam Respublikasının vətəndaşından 300 manat pul ödəyərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Qeyd olunan bu xüsusatlar məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında 15 mart 2022-ci il tarixli protokolun məzmunda və nümayiş olunan videogörüntülərdə də yer almışdır. Lakin cinayət işinə məhkəmə baxışı zamanı dindirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində barəsində əməliyyat məlumatı daxil olması və həmin əməliyyat məlumatı ilə bağlı tərbib edilmiş sənədlərdə, üzərində şəxsi axtarış və götürmə aparılması barədə protokolda və s. sənədlərdə, məhkəməyədək icraat mərhələsində verdiyi izahat və ifadələrində, həmçinin şahidlərin ifadələrində əleyhinə göstərilənləri inkar edib, 14 mart 2022-ci il tarixdə o, Yasamal rayonu, V. Əliyev küçəsi, ev 201 ünvanın yaxınlığında deyil, birbaşa «Ağçiçəyim» şadlıq sarayının yanında yerləşən, Samirə məxsus 201 nömrəli həmin evin içərisində polis əməkdaşları tərəfindən saxlanıldığını, polis əməkdaşlarının 8-9 nəfər olduqlarını, həmin vaxt onun, Samirin özünün, Azərin və Samirin adını bilmədiyi bacısı oğlunun da evdə olmalarını, polislərdən birinin adının Haldun olduğunu oradaca öyrənib bildiyini, polislərin onların dördünü də saxlamalarını, hamısının üst-başını, evi tam axtardıqlarını, onun, Samirin üzərindən və evdən heç nə tapılmadığını, yalnız Azərin üstündən balaca bir büküm narkotik çıxdığını, mobil telefonunun onun üzərindən dərhal götürüldüyünü, özünə qaytarılmadığını, heç bir sənədləşmə aparmadan onu Yasamal RPİ-yə, Azərgili isə PB-nə apardıqlarını, RPİ-də üzərində heç bir axtarış aparılmadığını, adının Anar olmasını öyrəndiyi polis əməkdaşı və onun bir neçə həmkarının onu döyüb boynuna narkotik qoymaq istədiklərini, polisin təklifini qəbul etmək istəmədikdə, onu döyməklə yanaşı, həm də ailə üzvləri ilə hədələndiyini, onların polisə gətirilib külli miqdarda narkotiklə yükləyəcəklərinə and içmələrini, hətta hansısa arvadın qızıl dişlərini və pulunu da guya onun oğurladığını onun boynuna qoymaq istəmələrini, odur ki, ittihamda göstərilən miqdarda narkotik vasitəni boynuna götürməyə məcbur olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı daha sonra ifadəsində ibtidai istintaq zamanı polisin diktəsi ilə etirafedici izahat-ifadə verdiyini, ondan real olaraq ifadə alınmadığını, ifadələrinin heç birini oxumadığını, müstəntiq tərəfindən oxunmadığını, saxlanılarkən onun üzərində ümumiyyətlə narkotik vasitə olmadığını, döyülməsiylə bağlı heç bir orqana şikayət etmədiyini bildirmişdir. Məhkəməyədək icraat mərhələsində dindirilmiş əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ifadələrində daxil olmuş əməliyyat məlumatına, «əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» qərara və əməliyyat qrupunun yaradılması haqqında əmrə uyğun olaraq Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat tədbirində ikisindən başqa qeyri əməkdaşların iştirak etmədtiyini, sonuncunun 14 mart 2022-ci il tarixdə, saat 19:10-da əməliyyat qrupunun üzvləri olaraq ikisi tərəfindən ünvan 17 ünvanın yaxınlığında saxlanılıb Yasamal RPİ-yə aparıldığını və «şəxsi axtarış və götürmə protkolunda» göstərildiyi kimi, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edilib götürüldüyünü təsdiq etsələr də, məhkəmə baxışı zamanı şahid qismində dindirilən əməliyyat müvəkkili Şahid1 tam fərqli ifadə verib göstərdi ki, onlarda Samir Abbasov, Vüsal adlı şəxslərin və Maqa ləqəbli şəxsin Samirin evinə yığılıb narkotik qəbul etmələri barədə əməliyyat məlumatı olmuş, əməliyyat qrupunun rəhbəri kimi o, və əməliyyat qrupunun üzvü kimi əməliyyat müvəkkili Şahid2 Samirin ünvanına getmiş, Abbasov Samir, Şahid3 və Təqsirləndirilən şəxs birlikdə Samirin mənzilində olmuşlar. Şahid2 və onun özündən başqa əməliyyat tədbirində başqa polis əməkdaşı iştirak etməmişdir. Şahid1 suallar ətrafında dindirilərkən ifadəsində həm də təqsirləndirilən şəxsi, Azəri və Samiri küçədə şübhəli şəxs kimi saxlayıb hər üçünü Yasamal RPİ-yə apardıqlarını, saxladıqları yerdə heç birinin üzərini yoxlamadıqlarını, Yasamal RPİ-də onların hər üçünə ayrı-ayrı vəkillər tutulduğunu göstərmişdir. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, məhkəmə baxışı zamanı «Abbasov Samir» olapraq natamam və «Şahid3» olaraq tamam ad familiyaya məxsus şəxslər barədə məlumatı ilk olaraq əməliyyat müvəkkili Şahid1 məhkəmə baxışı zamanı şahid qismində dindirilərkən vermişdir. Ondan əvvəl məhkəmə baxışı zamanı dindirilən Təqsirləndirilən şəxs qeyd olunan adları «Samir», Azər kimi qeyd etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, əməliyyat müvəkkili Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs saxlamaları və onun üzərindən narkotik vasitə aşkar olunması təxminən onun yadında qalmış, Məhərrəmdən başqa saxlanılan şəxslərin arasında Samir və Azər adlı şəxslərin də olduğu onun yadındadır, lakin Məhərrəmi saxladıqları ünvan onun yadında qalmamışdır. Əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 məhkəmə baxışı zamanı verdikləri ifadələri ilə onların məhkəməyədək icraat mərhələsində vermiş olduqları ifadələri arasında müəyyən olunan köklü ziddiyyətlərlə bağlı onların hər ikisinin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri elan olunmaqla tədqiq edildikdə hər iki şahid məhkəməyədək icraat mərhələsində vermiş olduqları ifadələrinin doğru olduğunu bildirdilər. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində saxlanılma yeri və vaxtı, şəraiti, saxlanılan şəxslər, onları saxlayan polis əməkdaşlarının say tərkibi, saxlanıldıqları yerdə polis əməkdaşları tərəfindən üzərlərində və evdə axtarış aparılması və nəticələri, saxlanılan şəxslərin aparıldıqları istiqamət barədə göstərdiklərini, yəni 14 mart 2022-ci il tarixdə Məhərrəmin Şahid4 məxsus ünvan 9 ünvanda yerləşən evə qonaq gəldiyini, hər iki şahid və Təqsirləndirilən şəxs birlikdə evdə olarkən 5-6 nəfər polis əməliyyatçılarının evə daxil olduqlarını, əməliyyatçılardan yalnız Haldunu və Emin Əhmədzadə adlı şəxsləri tanıdıqlarını, polis əməkdaşlarının dərhal bütün evi, onların üstünü axtarmalaprını, X15 üzərini axtararkən sonuncunun üzərindən 0,9 qram narkotik vasitə aşkar etdiyini, evdən və Samirlə Məhərrəmdən heç bir narkotik vasitə aşkar olunmadığını, Məhərrəmin üzərindən siqaret və alışqan, 5-10 manat pul və telefon çıxdığını, hamısının Yasamal RPİ-yə aparıldığını, Məhərrəmin Yasamal RPİ-də qaldığını, onları isə Yasamal RPİ-nin 29-cu PBnə aparmalarını məhkəməin təşəbbüsü əsasənda iş üzrə əlavə şahid olaraq dindirilən Şahid4 və Şahid3 bir daha təsdiq etmişlər. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, baxılan iş üzrə dindirilmiş Şahid4 Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ondan ötrü ki, o, 14 mart 2022-ci il tarixdə, saat 16:20 dəqiqədə ünvan 10 ünvanın qarşısında Yasamal RPİ-nin CAŞ-nin kiçik inspektoru X7 və Yasamal RPİ-nin 29-cu Polis şöbəsinin sahə inspektoru X18 tərəfindən saxlanılaraq 29-cu Polis Şöbəsinin inzibati binasına aparılmış və şəxsi axtarış nəticədə ondan 0,873 qram çəkidə həmin narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür. Məhkəmə baxışı zamanı, həmçinin müəyyən edildi ki, baxılan iş üzrə dindirilmiş şahid Quliyev X13 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir ondan ötrü ki, o, 14 mart 2022-ci il tarixdə, saat 16:40 dəqiqədə ünvan 6 ünvanın yaxınlığında Yasamal RPİ-nin CAŞ-nin kiçik inspektoru X7 və Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinin əməliyyat müvəkkili X8 tərəfindən saxlanılaraq 29-cu Polis Şöbəsinin inzibati binasına aparılmış və şəxsi axtarış nəticədə ondan 0,924 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı tədqiq olunan qanuni qüvvəsini almış həmin hökmlərin məzmunundan görünür ki, başqa-başqa hökmlər üzrə məhkum olunmuş Şahid3 və Şahid4 barələrində işə baxılarkən bir-biri ilə, həmçinin baxılan iş üzrə Təqsirləndirilən şəxsla eyni tarixdə, eyni məkanda tutulmaları, birgə axtarışa məruz qalmaları barədə ifadə verməmiş, hər biri yalnız özü barədə, onlara verilən ittihamın məzmununua uyğun etirafedici ifadələr vermişlər. Baxılan iş üzrə verdiyi ifadə ilə məhkum olunduğu iş üzrə vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərə aydınlıq gətirən Şahid3 ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə etmiş, saxlanılarkən faktiki olaraq onun üzərindən narkotik vasitə çıxmış, həmin narkotik vasitə olduğu kimi də sənədləşdirilmişdir. Ona qarşı yüngül maddə ilə ittiham verildiyindən və sonadək özü ilə bağlı, sənədləşmədə olduğu kimi, etirafedici ifadələr verdiyindən, Məhərrəmlə bağlı ifadə verməmişdir. Eyni xüsusatla bağlı baxılan iş üzrə Şahid4 ifadəsində göstərmişdir ki, ondan narkotik vasitə aşkar edilib götürülməsə də, 0,8 qram sənədləşdirilmiş, ifadəsi də sənədləşməyə uyğun yazılmış və imzalatdırılmışdır. İfadələrində nə Azər və nə də Məhərrəm barədə heç nə yazılmamışdır. İfadələri yazılmış vəziyyətdə ona təqdim olunmuş və ona yüngül maddə ilə ittiham verildiyindən razılaşıb, ifadələrini oxumadan imzalamışdır. Real həqiqət isə hazırda baxılan iş üzrə məhkəmədə verdiyi ifadəsində göstərdiyi kimi olmuşdur. Təqsirləndirilən şəxs, şahidlər Şahid3 və Şahid4 ifadələrindən başqa, həm də məhkəmə baxışı zamanı tədqiq olunan Şahid4 məhkum olunması haqqında Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli və Şahid3 məhkum olunması haqqında eyni məhkəmənin xx.xx.2022-ci il tarixli hökmlərindən də görünür ki, şahidlər Şahid3 və Şahid4 də eyni gündə, eyni rayonda və eyni küçədə Təqsirləndirilən şəxs saxlanıldığı 14 mart 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsində 201 nömrəli evin qarşısında (Şahid4) və 200 nömrəli evin yaxınlığında (Şahid3) Yasamal RPİ-nin CAŞ-nin və Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə aparılmışlar. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsində yerləşən 201 nömrəli ev məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Şahid4 məxsus olmuşdur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Şahid4 məhkum olunması haqqında Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün təsviriəsaslandırıcı hissəsində həmin işə baxmış məhkəmənin gəldiyi nəticəyə görə Şahid4 qanunsuz olaraq əldə etdiyi 0,873 qram heroin narkotik vasitəsi ilə 15 mart 2022-ci il tarixdə, saat 16:20 dəqiqədə saxlanılmışdır. Lakin tədqiq olunan həmin hökmdən görünür və mötəbər sübutlarla təsdiq olunur ki, Şahid4 hökmdə göstərildiyi kimi 15 mart 2022-ci il tarixdə deyil, məhz Təqsirləndirilən şəxs saxlanıldığı 14 mart 2022-ci il tarixdə, saat 16:20 dəqiqədə saxlanılmışdır. Məhkəmə baxışı zamanı tədqiq olunan Şahid4 məhkum olunması haqqında Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli və Şahid3 məhkum olunması haqqında eyni məhkəmənin xx.xx.2022-ci il tarixli hökmlərindən, həmçinin görünür ki, şahidlər Şahid3 və Şahid4 məhkəmə baxışı zamanı dindirilərkən ifadələrində Bakı şəhəri, Yasamal rayonu, V.Əliyev küçəsində 201 nömrəli evin içərisində saxlanılarkən evə daxil olmuş polis əməkdaşlarından Haldun və Emin Əhmədzadə adlı şəxsləri tanıdıqnlarını göstərmişlər ki, baxılan iş üzrə cinayət işinin materiallarına əsasən Yasamal RPİ-nin CAŞnin əməliyyat müvəkkili Şahid1 14 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs, Yasamal RPİ-nin CAŞ-nin kiçik inspektoru X7 isə 14 mart 2022-ci il tarixdə, saat 16:00 dəqiqədə isə Yasamal rayonu, V.Əliyev küçəsi, 200 nömrəli evin yaxınlığında Şahid3, həmin gün, saat 16:20 dəqiqədə isə Yasamal rayonu, V.Əliyev küçəsi, 201 nömrəli evin qarşısında, cəmi 20 dəqiqə fərqi ilə Şahid4 saxlanılmasında iştirak etmişdir. Daha sonra məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi saxlanıldıqdan sonra polis tərəfindən ailəsi ilə bağlı hədələnməklə yanaşı, hətta hansısa arvadın qızıl dişlərinin və pulunun oğurlanması işini də onun boynuna qoymaq istədiklərini bildirmişdir. Qeyd olunan xüsusat, yəni belə bir cinayət faktının baş verməsi məhkəmə baxışı zamanı tədqiq olunan Şahid4 məhkum olunması haqqında Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli və Şahid3 məhkum olunması haqqında eyni məhkəmənin xx.xx.2022-ci il tarixli hökmləri ilə də təsdiq olunur. Belə ki, Şahid4 Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən məhkum olunmasına dair iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları X7 və X18, Şahid3 eyni məhkəmənin xx.xx.2022-ci il tarixli hökmünə əsasən məhkum olunmasına dair iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları X7 və X8 ifadələrində 2022-ci ilin mart ayında Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati ərazisində X4 qarşı naməlum şəxs tərəfindən quldurluq cinayət əməli törədildiyini, cinayəti törətmiş şəxsin müəyyən edilməsi istiqamətində Yasamal RPİ-nin və 29-cu PŞ-nin əməkdaşları tərəfindən birgə tədbirlər keçirildiyini bildirmiş, polis əməkdaşları Rüfət Xələfov və Emin Əhmədzadə Şahid4, polis əməkdaşları Emin Əhmədzadə və Niyaz Süleymanov isə Şahid3 14 mart 2022-ci il tarixdə həmin tədbirlər çərçivəsində saxladıqlarını göstərmişlər. Polis əməkdaşları Emin Əhmədzadə və Niyaz Süleymanov həmin ifadələrində, həmçinin 13 mart 2022-ci il tarixdə X6 ərizə ilə Yasamal RPİ-nin 29-cu PŞ-nə müraciət edərək, yaşadığı mənzilə su içmək adı ilə daxil olmuş şəxsin onun evdə tək olmasından istifadə edib, onu arxadan itələyib yerə yıxdığını, ağzından tutub boğmağa başladığını və bədənin müxtəlif nahiyyələrinə vurub ağzındaki 500 manat dəyərində 5 ədəd qızıl protez dişini və barmağındakı 700 manat dəyərində qızıl üzüyünü barmağından çıxarıb getidiyni bildirdiyini göstərmişlər. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan Təqsirləndirilən şəxs üzərində «Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 mart 2022-ci il tarixli protokolun və məhkəmə baxışı zamanı nümayiş olunan şəxsi axtarış və götürmə aparılması prosesini özündə əks etdirən videogörüntülərin müqayisəli təhlili göstərir ki, tərtib olunan «Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 mart 2022-ci tarixli protokol videogörüntülərə uyğunlaşdırılmaqla tərtib edilmişdir. Məhkəmə baxışı zamanı istər “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 mart 2022-ci il tarixli protokolun tədqiqi və istərsə də şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərin nümayişi mərhələsində Təqsirləndirilən şəxs hər iki sənəddə göstərilənlərə etiraz edib, protokolda göstərilənlərin və videogörüntülərin reallığı əks etdirmədiyini bildirmiş, təqdim etdiyi narkotikin “boynuna qoyulduğunu” və çıxarıb təqdim etməyə məcbur edildiyini göstərmişdir. Bundan başqa, məhkəmə baxışı zamanı müəyyən edildi ki, məhkəməyədək icraat mərhələsində ona qarşı polis tərəfindən edilmiş qanunsuzluqlar barədə Təqsirləndirilən şəxs çoxsaylı şikayətlərinə aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon Prokurorluğu tərəfindən baxılmamış, toplanmış həmin materiallar, cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə daxil olduqdan sonra cinayət işinə əlavə edilib baxılması üçün məhkəməyə göndərilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı cinayət işinin məhkəməyədək icraatı mərhələsində Təqsirləndirilən şəxs qarşı işgəncə, qeyri-insani rəftar və s. qanunsuzluqların baş verib-verməməsinin yoxlanılması məqsədilə Yasamal rayon Prokurorluğuna sorğu göndərilmiş, sorğu ətrafında araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs 04 mart 2022-ci il tarixdə Biləsuvar rayon mərkəzində şəxsiyyəti naməlum olan “Bəhram” adlı İİR vətəndaşından qşeyri-müəyyən şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,880 qram təşkil edən qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroini 300 manata əldə edib üzərində saxlamaqla daşıması və 14 mart 2022-ci il tarixdə, saat 19:10-da ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edərkən Yasamal RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına aparılması, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,880 qram olan külli miqdarda heroin narkotik vasitəsinin aşkar edilərək götürülməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı məhkəmə belə nəticəyə gəlir ki, həmin ittiham üzrə təqsirləndirilən şəxsə qarşı toplanmış sübutlar Azərbaycan Respublikası Konstitusiyasının, Avropa Konvensiyasının, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin, "Əməliyyataxtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması ilə əldə olunduğundan məhkəmə baxışı zamanı araşdırılan həmin sübutlar, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülən ittihamın təsdiqi üçün mötəbər sübutlar kimi qiymətləndirilə və qəbul edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs saxlanılarkən onun üzərində hər hansı növdən olan narkotik vasitənin olub-olmaması, məhkəmə-narkoloji ekspertizasının 17 may 2022-ci il tarixli 2558 saylı rəyində qeyd olunduğu kimi Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin aşkar olunması, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, onun narkotik vasitələri hansı məqsədlə alıb əldə etməsi, saxlaması və daşıması hüquqi cəhətdən əhəmiyyətini itirmişdir və bu xüsusat üzrə əlavə məhkəmə araşdırması aparılmasına zərurət yoxdur. Azərbaycan Respublikası CPM-nin 33.1 və 33.3-cü maddələrində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 125.2, 125.2.1 və 125.2.9-cu maddələrinə əsasən insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Yenə də həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV hissəsinə görə, qanunun pozulması ilə əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə edilə bilməz. Avropa Məhkəməsi Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır ki, “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır”. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət- Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən əməldə cinayət tərkibi olmaması (maddə 42.1.2), təqsirliliyin sübuta yetirilməməsi (maddə 42.1.4.) əsasları ilə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa, 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə şəxsin barəsində bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-nin 7.1-ci maddəsinin tələbinə görə yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılması ilə əlaqədar onun barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran halların nəzərə alınması, məhkumluğu, cəza təyini, maddi ziyan, cəzaçəkmə müəssisəsinin növü, həbsdə saxlama müddətləri və həbsin əvvəli ilə bağlı məsələnin müzakirəsi istisna təşkil edəcəkdir. Cinayət işinə məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 14 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 16 mart 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həmin tarixdən məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması ilə əlaqədar onun haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhər BPİ-nin Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar edilərək götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 9,830 qram narkotik vasitə hesab edilən heroin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən, hökm qanuni qüvvəyə mindikdən sonra həmin miqdarda heroin narkotik vasitəsini metamfetamin psixotrop maddəsini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinə əsasən bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərməlidir. İş üzrə maddi sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd disk və "xxxx" MMCdən daxil olmuş özündə telefon məlumatlarını əks etdirən 01 ədəd disk – cəmi iki ədəd elektron daşıyıcı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəflərinə dair məsələ müzakirə olunarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar edilərək götürülməsi iddia olunan narkotik vasitə ilə bağlı 15 mart 2022-ci il tarixli, 6/1498 nömrəli məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə 81 (səksən bir) manat ekspertiza xərci sərf edilmişdir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən 15 mart 2022-ci il tarixli, 6/1498 nömrəli məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs aid edilməməlidir. Azərbaycan Respublikası CPM-nin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bəraət alması ilə əlaqədar ona cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1, 42.1.4, 42.2.4, 348.3 və 350.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - Bakı şəhər BPİ-nin Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar edilərək götürülməsi iddia olunan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 9,830 qram narkotik vasitə hesab edilən heroin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən, həmin miqdarda heroin narkotik vasitəsini əldə etmiş, daşıyaraq saxlamış şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallarla birlikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin; - iş üzrə maddi sübut kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə prosesinin videogörüntülərinin yükləndiyi 01 ədəd disk və "xxxx" MMCdən daxil olmuş özündə telefon məlumatlarını əks etdirən 01 ədəd disk – cəmi iki ədəd elektron daşıyıcı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bəraət verildiyindən 15 mart 2022-ci il tarixli, 6/1498 nömrəli məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf olunan 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs aid edilməsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunsun. İş üzrə mülki iddia yoxdur, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar