Məhkəmə qərarları › İş №1(101)-196/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-196/2025

21.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-196/2025 21.07.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X21 Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X15, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – "AİM" Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci ildə, Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, işləməmiş, əvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu, Cavanşir küçəsi, ev 21, mənzil 81-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs, bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən və ictimai qaydanın qorunmasının qarşısını alan şəxsə müqavimət göstərməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, həmçinin xuliqanlıq niyyətilə və zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar iki şəxsin qəsdən sağlamlığına ağır zərər vurmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir.

2. Belə ki, o, 19 fevral 2017-ci il tarixdə, saat 20:50 radələrində ünvan 1 ünvanda yerləşən "Koroğlu” metrostansiyasının çıxışının yaxınlığında az əvvəl "Koroğlu" metrostansiyasının içərisində yaranmış sıxlıqla əlaqədar Zərərçəkmiş şəxs2 çiyni ilə onun çiyninə toxunmasını cüzi səbəb kimi bəhanə edib heç bir əsaslı səbəb olmadan tanışı Şahid1 ilə bir qrup şəxs halında özlərinin şəxsiyyətini digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla öz üstünlüklərini nümayiş etdirmək məqsədilə özlərini ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə açıq-açığa hörmətsizlik edib əvvəlcə o, Zərərçəkmiş şəxs2la mübahisə edərək üzərində gəzdirdiyi təyinatı istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edərək həmin bıçaqla xuliqanlıq niyyətilə qəsdən Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq sonuncuya ümumilikdə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid qarının ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası və İ, İİ, İİİ barmaqların bükücü vətərlərinin zədələnməsi ilə müşayiət olunan sağ saidin bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət xəsarətlər yetirmiş və həmin vaxt orada olan Mamedov İbragıma (X7) onu qanunsuz hərəkətlərinin qarşısını almaq istəyərkən sonuncuya müqavimət göstərərək ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək əlində olan bıçağı silah qismində istifadə etməklə aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik göstərərək, insanlara qarşı etinasızlıq nümayiş etdirib ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xuliqanlıq niyyətilə həmin bıçaqla Zərərçəkmiş şəxs1m (X2) bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq sonuncuya ümumilikdə həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edərək sağ ağciyərin zədələnməsinə və sağtərəfli hemopnevmotoraksa səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası, sol budun bir ədəd və sol dirsək oynağı nahiyəsinin iki ədəd kəsilmiş-deşilmiş yaralarından ibarət xəsarətlər yetirmiş, həmin vaxt onunla bir qrupda birləşmiş Şahid1 isə üzərində olan təyinatı istintaqa məlum olmayan bıçaqdan silah qismində istifadə edərək ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs1 (X7) zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməklə həmin bıçaqla qəsdən sonuncunun bel və ayaq nahiyələrindən iki dəfə vuraraq Zərərçəkmiş şəxs1 (X7) ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bel nahiyəsinin bir ədəd və sol qalça sümüyü səviyyəsinin bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaralarından ibarət xəsarətlər yetirmiş, bununla da o, bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən və içtimai qaydanın qorunmasının qarşısını alan şəxsə müqavimət göstərməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, həmçinin xuliqanlıq niyyətilə və zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar iki şəxsin qəsdən sağlamlığına ağır zərər vurmuşdur.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. 2/608 saylı, 20 fevral 2017-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan (cild 01, iş vərəqə 8) görünür ki, Şahid4 barəsində alkoqol sərxoşluğunun dərəcəsi yüngül dərəcəli müəyyən edilmişdir.

4. 2/609 saylı, 20 fevral 2017-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan (cild 01, iş vərəqə 9) görünür ki, Şahid3 barəsində alkoqol sərxoşluğunun dərəcəsi yüngül dərəcəli müəyyən edilmişdir.

5. 02 mart 2017-ci il tarixli cinayət işinin dayandırılması haqqında qərardan (cild 01, iş vərəqə 29) görünür ki, cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilənədək dayandırılması qərara alınmışdır.

6. Məhkəmə-tibb ekspertizası xx.xx.2017-ci il tarixli, 160 nömrəli rəyindən (cild 01, iş vərəqə 30-31) görünür ki, 1991-ci il təvəllüdlü Şahid2 bədən səthində aşağıdakı xəsarət aşkar olunmuşdur: üst dodağın sağda əzilmiş-cırılmış yarası. Qeyd edilən xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 19 fevral 2017-ci il tarixdə alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir.

7. 09 oktyabr 2017-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan (cild 01, iş vərəqə 40-43) görünür ki, hadisə yerinə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar olunmadığı müəyyən edilmişdir.

8. Məhkəmə-tibb ekspertizasının xx.xx.2017-ci il tarixli, 971 nömrəli rəyindən (cild 01,iş vərəqə 52-54) görünür ki, 1990-cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 qarının ön divarının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası və İ, İİ, İİİ barmaqların bükücü vətərlərinin zədələnməsi ilə müşayiət olunan sağ saidin bir ədəd deşilmiş-kəsilmiş yarası müəyyən edildi. Xəsarətlər (cəmi iki yara) deşici-kəsici alət (lər)in təsirindən törənmişlər, qərarda göstərdiyi kimi 19 fevral 2017- ci il tarixdə kənar şəxs (lər) tərəfindən bıçaq (lar) la yetirilə bilər, dərəcəsinə görə qarının ön divarının deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır, sağ saidin yarası isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir.

9. Məhkəmə-tibb ekspertizasının xx.xx.2017-ci il tarixli, 972 nömrəli rəyindən (cild 01, iş vərəqə 55-56) görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 (X3) döş qəfəsinin sağ yarısının ön səthinin daxilə nüfuz edərək sağ ağciyərin zədələnməsinə və sagtərəfli hemopnevmotoraksa səbəb olan bir ədəd deşilmiş-kəsilmiş yarası, bel nahiyəsinin bir ədəd və sol qalça sümüyü səviyyəsinin bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yaraları, sol budun bir ədəd və sol dirsək oynağı nahiyəsinin iki ədəd kəsilmiş-deşilmiş yaraları müəyyən edildi. Xəsarətlər (cəmi altı yara) deşici-kəsici alət (lər)in təsirindən törənmişlər, qərarda göstərildiyi kimi 19 fevral 2017-ci il tarixdə kənar şəxs (lər) tərəfindən bıçaq(lar)la yetirilə bilər, dərəcəsinə görə döş qəfəsinin ön səthinin deşilmiş- kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir.

10. 30.10.2017-ci il tarixli Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən (cild 01, iş vərəqə 61) görünür ki, “Koroğlu” metrostansiyasının çıxışının yaxınlığında Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan onun sağ əlinə, qarın nahiyyəsinə qəsdən müxtəlif formada bir neçə dəfə bıçaqla vuraraq bədən xəsarətləri yetirmişdir.

11. 30.10.2017-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan (cild 01, iş vərəqə 62-64) görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır.

12. 30.10.2017-ci il tarixli X9 tərəfindən verilmiş ərizədən (cild 01, iş vərəqə 77) görünür ki,19 fevral 2017-ci il tarixdə, saat 20:50 radələrində Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Koroğlu” metrostansiyasının çıxışının yaxınlığında Təqsirləndirilən şəxs onun sağ döş qəfəs nahiyyəsinə, sol böyür nahiyyəsinə, sol dirsəyinin alt və üst nahiyyələrinə qəsdən bıçaqla vuraraq ona bədən xəsarətləri yetirmişdir. Daha sonra həmin vaxt Şahid1 onun bel nahiyyəsinə, sol dizdən yuxarı olan ayaq “baldır” nahiyyələrinə qəsdən bıçaqla vuraraq ona bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs və Şahid1 barəsində qanuna müvafiq olaraq ölçü götürülməsi və cinayət məsuliyyətinə cəlb edilmələri qərara alınmasını xahiş etmişdir.

13. 30.10.2017-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan (cild 01, iş vərəqə 78) görünür ki, X9 zərərçəkmiş şəxs qismində tanınmışdır.

14. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2017-ci il tarixli verilmiş tələbnaməsindən (cild 01, iş vərəqə 86) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir.

15. 03.11.2017-ci il tarixdə Şahid3 tərəfindən verilmiş ərizədən (cild 01, iş vərəqə 89) görünür ki, 19 fevral 2017-ci il tarixdə, saat 20:50 radələrində Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Koroğlu” metrostansiyasının çıxışının yaxınlığında baş vermiş dava dalaş zamanı hadisəinin iştirakçıları Şahid1, Şahid2, Təqsirləndirilən şəxs və Əli adlı şəxslər tərəfindən ona heç bir bədən xəsarəti yetirilməmiş, həmçinin o həmin şəxslərə hər hansı xəsarət yetirməmişdir, Xəsarət alan şəxslər X9, Şahid4 və Zərərçəkmiş şəxs2 olmuşdur.

16. 03.11.2017-ci il tarixli zərərçəkmiş şəxs qismində tanıma haqqında qərardan (cild 01, iş vərəqə 90) görünür ki, Şahid3 zərrəçəkmiş şəxs qismində tanınmışdır.

17. Məhkəmə-tibb ekspertizasının xx.xx.2017-ci il tarixli, 1005 nömrəli rəyindən (cild 01, iş vərəqə 105-107) görünür ki, 1989-cu il təvəllüdlü Şahid1 bədən səthində xəsarət və ya xəsarət izi aşkar edilməmişdir.

18. 08.11.2017-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və ona əlavə edilmiş fotocədvəldən (cild 01, iş vərəqə 125-128) görünür ki, Şahid1 ifadəsi hadisə yerində yoxlanılmış, Şahid1 ifadəsində göstərdiklərini hadisə yerində bir daha əyani göstərərək təsdiq etmişdir.

19. xx.xx.2017-ci il tarixli şübhəli şəxs tutma haqqında protokoldan (cild 01, iş vərəqə 131) görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinmiş və xx.xx.2017-ci il tarixdə, saat 18:50-də şübhəli şəxs qimsində tutulmuşdur.

20. 10.11.2017-ci il tarixli cinayət işinin tövsif edilməsi barədə qərardan (cild 01, iş vərəqə 138-139) görünür ki, Azərbaycan Respubliaksı CM-nin 221.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsindən Azərbaycan Respubliaksı CM-nin 221.3-cü maddəsindən Azərbaycan respublikası CM-nin 221.2.1, 221.2.2 və 221.3-cü maddəsinə tövsif edilməklə, ibtidai istintaqın həmin maddələr ilə davam etdirilməsi qərara alınmışdır.

21. 11.11.2017-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan (cild 01, iş vərəqə 140-141) görünür ki, Şahid1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respubliaksı CM-nin 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir.

22. 11.11.2017-ci il tarixli Bakı şəhəri Nizami rayon Məhkəməsinin 4(007)-347/2017 saylı qərarından (cild 01, iş vərəqə 151-152) görünür ki, Şahid1 barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2017-ci il tarixdən hesablanması qərara alınmışdır.

23. 15.11.2017-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan (cild 01, iş vərəqə 153-155) görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsi hadisə yerində yoxlanılmış, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini hadisə yerində bir daha əyani göstərərək təsdiq etmişdir.

24. 18.11.2017-ci iıl tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan (cild 01, iş vərəqə 156-157) görünür ki, Zərərçəkmiş şəxs1 (X9) ifadəsi hadisə yerində yoxlanılmış, Zərərçəkmiş şəxs1 (X9) ifadəsində göstərdiklərini hadisə yerində bir daha əyani göstərərək təsdiq etmişdir.

25. 23.11.2017-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan (cild 01, iş vərəqə 158-159) görünür ki, Şahid3 ifadəsi hadisə yerində yoxlanılmış, o, ifadəsində göstərdiklərini hadisə yerində bir daha əyani göstərərək təsdiq etmişdir.

26. 05.12.2017-ci il tarixli ərizədən (cild 01, iş vərəqə 166) görünür ki, Şahid4 ərizə ilə müraciət edərək, 18 fevral 2017-ci il tarixdə saat 20:50 radələrində Nizami rayonu, H.Əliyev prospektində yerləşən “Koroğlu” metrostansiyasının çıxışının yaxınlığında baş vermiş dava dalaş zamanı Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Əli adlı şəxs tərəfindən heç bir bədən xəsarəti almadığı və həmin şəxslər tərəfindən döyülmədiyini bildirmişdir.

27. 12.12.2017-ci il tarixli ifadənin yerində yoxlanması haqqında protokoldan (cild 01, iş vərəqə 172-173) görünür ki, Şahid4 ifadəsində göstərdiklərini hadisə yerində bir daha əyani göstərərək təsdiq etmişdir.

28. Məhkəmə-tibb ekspertizasının xx.xx.2017-ci il tarixli, 1067 nömrəli rəyindən (cild 01, iş vərəqə 174-176) görünür ki, 1995-ci il təvəllüdlü Şahid4 sol əlin arxa səthinin səthi əzilmiş yarası müəyyən edildi. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarda göstərildiyi kimi 19 fevral 2017-ci il tarixdə kənar şəxs(lər) tərəfindən yetirilə bilər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir.

29. 13.12.2017-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan (cild 01,iş vərəqə 177) görünür ki, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci, 221.2.2-ci və 221.3-cü maddələri ilə istintaq edilən ********* №-li cinayət işinin istintaqı ilə əlaqədar olaraq "Koroğlu" metrostansiyasında videomüşahidə kamerası ilə qeydə alınmış 02 adəd diskə Nizami RPİnin İŞ-də 208 nömrəli ximdəti otaqda "LG" markah xidməti kompyuterdə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 1-ci diskdə videogörüntülər, 2-ci diskdə isə fotoşəkillər vardır. Viedogörüntülər olan disk açıldıqda diskdə metronun "Koroğlu" stansiyasının platformasının görüntüləri göründü. İbrahim Məmmədov bildirdi ki, platformada o, Zərərçəkmiş şəxs2, Şahid3 və Şahid4dir. Zərərçəkmiş şəxs2 bilməyərəkdən çiyni ilə onların arxa tərəfi ilə platformada hərəkətdə olan adını sonradan bildiyi Təqsirləndirilən şəxs toxunur. Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxsla mübahisə edir və Şahid3 onların yanına gəlib Musanı kənara çəkir. Təqsirləndirilən şəxs arxa tərəfindən gələn ağ saçı olan oğlan ona küçədə bıçaqla xəsarət yetirən Şahid1dur. Zərərçəkmiş şəxs2 və onu bıçaqla vuran şəxs isə Musa ilə mübahisə edən və görüntülərdə olan Təqsirləndirilən şəxsdur.

30. 28.12.2017-ci il tarixdə Nizami rayon X17 tərəfindən təsdiq edilmiş ittiham aktından görünür ki, Şahid1 bir qrup şəxs halında, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş və silah qismində tətbiq edilən bıçaqla vətəndaşlar üzərində və ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə qarşı müqavimət göstərməklə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq cinayətini törətməsi ilə bağlı ittiham irəli sürülmüşdür.

31. 19.01.2018-ci il tarixli axtarış elan edilməsi və ittiham elan edilməsi üçün şəxsin tutulması barədə qərardan (cild 01, iş vərəqə 223-225) görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, olduğu yeri müəyyən edildikdə o, ittiham elan edilməsi üçün tutularaq Nizami RPİ-nin İş-nə gətirilməsinin təmin edilməsi qərara alınmışdır.

32. 19.01.2018-ci il tarixli axtarış elan edilməsi və ittiham elan edilməsi üçün şəxsin tutulması barədə qərardan (cild 01, iş vərəqə 223-225) görünür ki, Şahid2 barəsində axtarış elan edilmiş, olduğu yer müəyyən edildikdə o, ittiham elan edilməsi üçün tutularaq Nizami RPİ-nin İŞ-nə gətirilməsinin təmin edilməsi qərara alınmışdır.

33. 19.01.2018-ci il tarixli cinayət işinin dayandırılması haqqında qərardan (cild 01, iş vərəqə 229-231) görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Təqsirləndirilən şəxs və Şahid2 müəyyən edilənədək cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır.

34. 06.02.2018-ci il tarixli protokoldan (cild 01, iş vərəqə 241) görünür ki, Şahid2 06 fevral 2018-ci il tarixdə saat 18:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində tutulmuşdur.

35. 06.02.2018-ci il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərarından (cild 01, iş vərəqə 242) görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraat qəbul edilərək istintaqı aparılması qərara alınmışdır.

36. 08 fevral 2018-ci il tarixli qətimkan tədbiri seçmək barədə qərardan (cild 01, iş vərəqə 275-276) görünür ki, Şahid2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərara alınmışdır.

37. 08 fevral 2018-ci il tarixdə ifadənin yerində yoxlanması haqqında protokoldan (cild 01, iş vərəqə 221-223) görünürki, Şahid2 hadisə yerində ifadəsində dediklərini təsdiqləmiş və bildirmişdir ki, təxminən 8 aya yaxındır ki, Xəzər rayonu, Albalılıq qəsəbəsində yerləşən kolbasa zavodunda fəhlə işləyir. Nəticə etibari ilə bildirmişdir ki, 19 fevral 2017-ci il tarixdə o yaşadığı evdən çıxaraq Əhmədli metrostansiyasına getmək qərarına gəlmişdir. Metronun Koroğlu stansiyasında olan zaman dostu Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna SMS yazaraq harada olduğunu ondan soruşmuşdur. O Təqsirləndirilən şəxs telefonda danışa-danışa hazırda Koroğlu metrosunda olduğunu söyləmişdir. İləmin vaxt Təqsirləndirilən şəxs ona Xalqlar Dostluğu metrostansiyasına gəlməsini xahiş etmişdir. O, Təqsirləndirilən şəxsla Xalqlar Dostluğu metrostansiyasına görüşmüşdür. Bundan sonra onlar ikisi birlikdə metro nəqliyyat vasitəsi ilə Əhmədli metrostansiyasına gəlmişdir. Onlar Əhmədli metrostansiyasından çölə çıxmış və metronun yaxınlığında olan “Xeyriyyə” çay evinə getmişdir. Onlar çay evində olan zaman əvvəllər tanışı Təqsirləndirilən şəxs yanında gördüyü adını sonradan bildiyi Şahid1 kimi bildiyi Xəyalın dostu həmin ünvana gəlmişdir. Həmin “Xeyriyyə” adlı çay evində əyləşib çay içmişdir. Daha sonra həmin çay evindən qalxıb Əhmədli metrostansiyasının yaxınlığında gedərək dönər yemişdir. Sonradan oraya onun iş yoldaşı Cavid və Cavidin qohumu Əli adlı şəxslər gəlmişdir. Sonra onlar Əhmədli metrostansiyasından bir qədər aralıda yerləşən “Enis" adlı çay evinə getmişdir. “Enis” çay evində iki-üç saat əyləşib çay içmişlər. Onlar “Enis” çay evindən çıxaraq bir qədər piyada gəzmiş və daha sonra “Xalqlar Dostluğu” metrostansiyasına gəlmişlər.Metronun yanında bir qədər söhbət etdikdən sonra onun tanışı Cavid yaşadığı ünvana getmişdir. Bundan sonra o, Əli, Xəyal və Elmarla birlikdə metro ilə Koroğlu mefrostansiyasına gəlmişdir. Onlar Koroğlu metrostansiyasından çıxaraq piyada şəkildə avtobuslarla evə getmişlər. Nəhayət metro vaqonundan çıxan zaman ondan əvvəl Təqsirləndirilən şəxs öndə getmişdir. Bir sözlə onlar Koroğlu metrostansiyasında vaqondan düşüb çıxışa doğru hərəkət edən zaman əvvəllər tanımadığı və birinci dəfə gördüyü şəxs, sonradan şəxsiyyəti onlara bəlli olan Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs çiyin-çiyinə dəymişlər. Bu zaman onların arasında sözlə mübahisələri başlamışdır. O həmin şəxslərə yaxınlaşan zaman sonradan bildiyi şəxs Şahid3 Təqsirləndirilən şəxs yaxınlaşaraq üzürxaxlıq etmişdir. Bir sözlə mübahisəni sakitləşdirmişdir. Daha sonra onlar öz yoluna davam edib metrodan bayıra çıxmışdır. Çölə çıxan zaman həmin şəxslər öndə getmişdir. Onlar çöldə olan zaman həmin şəxslərdən biri Təqsirləndirilən şəxs yaxınlaşmış və onunla mübahisə etməyə başlamışdır. O, həmin şəxslərə tərəf yaxınlaşmaq istəyəndə arxadan ona üzünü görmədiyi şəxs yaxınlaşaraq başından və üz nahiyyəsindən zərbələr endirmişdir. Bu zaman o, zərbənin təsirindən huşunu itirərək yerə yıxılmışdır. Ayılanda sifət nahiyyəsinin qanadığını və Təqsirləndirilən şəxs və Şahid1 ona tərəf yaxınlaşdıqlarını görmüşdür. Bu zaman onlar ilə birlikdə olan Əlinin metronun içərisindən çıxdığını görmüşdür. Əli isə onlara yaxınlaşandan sonra onlar metronun yaxınlığında olan körpünün yanına gedərək həmin yerdə dayanmışlar. Onlar körpünün yanında olan zaman sərnişin avtobusu yanlarında dayanmış və içərisindən tanımadığı bir nəfər şəxs yerə düşmüş, ilk öncə Şahid1 ilə daha sonra isə onlar ilə əl verib görüşdükdən sonra yenidən avtobusa əyləşərək çıxıb getmişdir. Daha sonra onlar metronun yaxınlığında dövlət nömrə nişanı yadında qalmayan taksiyə əyləşərək üzü Maştağa qəsəbəsi istiqamətində getmişlər.Taksidə olan zaman Təqsirləndirilən şəxs onunla mübahisə edən şəxsə üzərində olan bıçaqla xəsarət yetirdiyini demişdir. Nəhayət Maştağa qəsəbəsində olan yanacaq doldurma məntəqəsinə gəlmişlər və onun ağzı qanadığı üçün o, orada avtomobildən düşərək ağzının qanını yumuşdur. Bundan sonra onlar yenidən Əhmədli metrostansiyası yaxınlığına gəlmişlər. Həmin ünvanda o, yaxın dostu Orxanın yaşadığı evinə getmişdir. Həmin vaxt o, dodağından xəsarət aldığını görmüşdür. O, üzünün qanını yuduqdan sonra Təqsirləndirilən şəxs tanışı ilə yaşadığı evə getmişdir. Səhərisi gün o, Maştağa qəsəbəsində yerləşən 7 nömrəli poliklinikaya getmiş və həmin zaman onun dodağını tikiş qoyulmuşdur. O, həmin vaxt Təqsirləndirilən şəxs ilə dəfələrələ əlaqə saxlasada onun istifadəsində olan mobil nömrəsinə zəng çatmamışdır. Daha sonra ona bir daha məlum olmuşdur ki, həmin şəxslər X9, Zərərçəkmiş şəxs2, Şahid4 və Şahid3 olmuşdur. Bununla yanaşı olaraq X8 və Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Bununla yanaşı olaraq X9, Zərərçəkmiş şəxs2 və Şahid3 ifadələrində yalan danışmalarını, ona Şahid4 dodaq nahiyəsindən yumruqla bədən xəsarəti yetirməsini o dəqiq olaraq bilmədiyini, ola bilər ki, o Xəyalgili aralaşdıran zaman kiminsə əli ehtiyatsızlıqdan onun dodaq nahiyəsinə dəyməsini, bir sözlə o Səxavət Mirəzliyev tərəfindən döyülməməsini, həmçinin oda heç bir şəxsə bıçaqla bədən xəsarətləri yetirmədiyini göstərmişdir.

38. 17.02.2018-ci il tarixli şəxsin cinayət təqibində şübhəli şəxs qismində iştirakından azad edilməsi və barəsində seçilmiş qətimkan tədbirinin ləğv edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 284-285) görünür ki, Şahid2 cinayət işi üzrə şübhəli şəxs qismində iştirakından azad edilməsi, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməsi qərara alınmışdır.

39. 17.02.2018-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 01, iş vərəqə 287) görünür ki, Şahid2 və Şahid4 əməllərində 126.2.1, 126.2.2, 126.2.4, 221.2.1, 221.2.2 və 221.3-cü maddələrinin tərkib əlamətləri olmadığından barələrində cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

40. 17.02.2018-ci il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərardan (cild 01, iş vərəqə 297-299) görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Təqsirləndirilən şəxs müəyyən edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır.

41. Bakı şəhəri Nizami rayon məhkəməsinin 23 aprel 2018-ci il tarixli 1(007)-110/2018 saylı hökmündən (cild 01, iş vərəqə 304-308) görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinmiş, 03 üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 09 noyabr 2017-ci il tarixdən, hökm çıxarılanadək olduğu 05 ay 18 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasına hesablanması və üzərində qəti olaraq 02 il 06 ay 12 gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanmış, ARCM-nin 70-ci maddəsinə əsasən Şahid1 təyin olunmuş cəza 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilməsi hökm edilmişdir.

42. 07 yanvar 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 6-7.) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.2, 126.2.4, 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur.

43. xx.xx.2022-ci il tarixli, 4(007)-8/2022 nömrəli Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 18-25) görünür ki, Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.2, 126.2.4, 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və onun tutularaq dərhal həbs edilməsi qərara alınmış, Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddəti 02 (iki) ay 16 (on altı) gün həddində müəyyən edilmiş, həbsetmənin əvvəli tutulduğu tarixdən hesablanması qərara alınmışdır.

44. xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan (cild 2, iş vərəqə 26-28) görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.2, 126.2.4, 221.2.1, 221.2.2 və 221.3-cü maddələri istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraat, Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır.

45. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin məktubundan (cild 2, iş vərəqə 32) görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4, 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə axtarışda olan Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il tarixdə, saat 02:45 radələrində Bakı Hava Limanı qarşısında saxlanılmış və Nizami RPİ-nin MSY-ə təhvil verilmişdir.

46. xx.xx.2023-cü il tarixli protokoldan (cild 2, iş vərəqə 33) görünür ki, 15 sentyabr 2023-cü il tarixdə saat 02:45 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02:45 radələrində Bakı şəhəri Hava Limanının qarşısında saxlanılmışdır.

47. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan (cild 2, iş vərəqə 34-36) görünür ki, ********** nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir.

48. Bakı şəhəri Nizami rayonu Polis İdarəsinə Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş ərizədən (cild 2, iş vərəqə 92) görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələb yoxdur.

49. Bakı şəhəri Nizami rayonu Polis İdarəsinə Mamedov İbrahim tərəfindən verilmiş ərizədən (cild 2, iş vərəqə 93) görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayət və tələb yoxdur.

50. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini Bakı şəhəri Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin məktubundan (cild 02, iş vərəqə 98) görünür ki, əməliyyat tapşırığı ilə bağlı bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Lakin Təqsirləndirilən şəxs 19 fevral 2017-ci il tarixdə, saat 20:50 radələrində ünvan 2 ünvanda yerləşən "Koroğlu" metrostansiyasının çıxışının yaxınlığında Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 və X7 bıçaqla xəsarət yetirən zaman hadisəni görən şəxslərin əhatə dairəsini, Təqsirləndirilən şəxs 19 fevral 2017-ci il tarixdə, saat 20:50 radələrində ünvan 3 ünvanda yerləşən "Koroğlu" metrostansiyasının çıxışının yaxınlığında Zərərçəkmiş şəxs2 və X7 xəsarət yetirməkdə istifadə etdiyi bir ədəd bıçağın yerini, 19 fevral 2017-ci il tarixdə, saat 20:50 radələrində ünvan 2 ünvanda yerləşən "Koroğlu" metrostansiyasının çıxışının yaxınlığında hadidəsə baş verən zaman orada olan Şahid1, Şahid2 və Əli adlı şəxsin şəxsiyyətini və yerini, Təqsirləndirilən şəxs başqa cinayətlər törədib törətməməsini müəyyən etmək mümkün olmamışdır. Tərəflərindən bu istiqamətdə əməliyyat axtarış tədbirləri davam etdirilmişdir.

51. 28.11.2023-cü il tarixli, 4(007)-478/2023 nömrəli Bakı şəhəri Nizami rayon Məhkəməsinin qərarından (cild 2, iş vərəqə 126-129) görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4, 221.2.1, 221.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 30 yanvar 2024-cü il tarixinədək uzadılmışdır.

52. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 2, iş vərəqə 131-132) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır.

53. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023cü il tarixli 3427 nömrəli rəyindən (cild 2, iş vərəqə 136-140) görünür ki, Təqsirləndirilən şəxs hazırda psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görədə Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da Öz hərəkətlərini dərk etmək və onları idarə etmək İqtidarındadır Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin mahiyyətini dərk etmək və düzgün ifadə vermək iqtidarındadır.

54. 19.01.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittihamın elan edilməsi haqqından qərardan (cild 2, iş vərəqə 156-158) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələri ilə ona yenidən ittiham elan olunmuşdur.

55. 19.01.2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 184-205) görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4 və 221.3cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29, 120-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 228.4-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsi, ********* nömrəli cinayət işi üzrə Şahid3 zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi haqqında Bakı şəhəri Nizami RPİ-nin İŞ-nin sabiq müstəntiqi, polis kapitanı X4 tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərar iş üzrə nəzərə alınması, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin İstintaq Söbasinin sabiq müstəntiqi, apitan X5 tarafindan Şahid2 da Azərbaycan Respublikası CM-in 126.2.1, 126.2.2, 126.2.4.221.2.1.221.2.2 va ü maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi barada qabul 17 fevral 2018-ci il tarixli qərar is üzrə nəzərə alınması, X13 naməlində Azərbaycan Respublikası CM-nin 131-ci maddəsinin tarkib əlamətləri indan onun barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilməsi, Zərərçəkmiş şəxs2, Şahid4, Şahid3 oğlunun və Mamedovi İbragımın (X6) ərində Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin tərkibi adığımdan barələrində cinayət təqibinin başlanılması rədd edilməsi haqqında Bakı Nizami RPİ-nin İS-nin sabiq müstəntiqi, polis kapitanı X14 tarafindən qəbul edilmis xx.xx.2017-ci il tarixli qərar is üzrə nəzərə alınması, 19 fevral 2017-ci il tarixdə, saat 20:50 radələrində ünvan 4 ünvanda yerləşən "Koroğlu" metrostansiyasının sinin vaxınlığında hadisə baş verən vaxt orada olan Əli adlı səxsin hər hansı bir şəxsi ast öz təsdiqini tapmadığından Əli adlı şəxsin barəsində həmin xüsusat üzrə cinayət binin başlanması rədd edilməsi, Heydər Əliyev prospekti 110 saylı ünvanda yerləşən "Koroğlu" metrostansiyasının Nizami rayonu, aşının yaxınlığında hadisə baş verən vaxt Zərərçəkmiş şəxs2 və Mamedovi İbragim (X6) Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Əli adlı şəxsi vurmadığından Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 (X18 unun) barələrində cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında qərarın nəzərə alınması, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Mamedovi guma (X7) dəymiş ziyan təqsirləndirilən Rüstəmov yal Namiq oğlu tərəfindən ödənilməsi iş üzrə nəzərə alınması, 19 fevral 2017-ci il tarixdə metronun "Koroğlu” stansiyasında video müşahidə merası ilə qeydə alınaraq götürülümüş ilkin mübahisənin görüntüləri olan 01 ədəd disk hamin kameradan götürülmüş fötoşəkillər olan 01 ədəd disk iş üzrə əhəmiyyət kəsb ediyindən iş üzrə maddi sübut kimi tanınsın və cinayət işinə əlavə edilməsi, Təqsirləndirilən şəxs 15 sentyabr 2023-cü il də Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.2, 126.2.4, 221.2.1, 221.2.2 va 3-cü maddələri ilə ittiham elan olunan zaman ifadə verməməsi Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli olduğundan əsassız hesab edilərək istintaq srəfindən rədd edilməsi iş üzrə nəzərə alınması, Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə ham elan olunan zaman özünü həmin maddələrlə təqsirli bilməyərək Zərərçəkmiş şəxs2 lu oğlunu və Mamedovi İbragımı (X8) bıçaqla ormamasını bildirməsi ilə bağlı gətirdiyi dəlillər Təqsirləndirilən şəxs özünü üdafiə xarakterli olduğundan əsassız hesab edilərək istintaq tərəfindən rədd edilməsi, bəzi istintaq sənədlərində Zərərçəkmiş şəxs1n anket məlumatları X1 qeyd olunmasına baxmayaraq Şahid1 barəsində olan Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 3.04.2018-ci il tarixli hökmünə əsasən Zərərçəkmiş şəxs1n adı, soyadı və atasının adı Zərərçəkmiş şəxs1 (X9)kimi oxunması, Məhkəmə tibbi ekspertizasının və kompleks ambulator məhkəməpsixiatrik və məhkəmə psixoloji ekspertizasının rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilməsi, qərarda rədd edilmiş xüsusatlarla bağlı, ********* nömrəli cinayət işindən ayrıca icraata material ayrılsın və müəyyən edilmiş qaydada qeydiyyata alınmaqla dəftərxanada saxlanılması üçün Bakı şəhəri Nizami rayon Prokurorluğuna göndərilməsi qərara alınmışdır.

56. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Mamedovı İbragim (X9) ifadəsində göstərmişdir ki, o, sinə və ayaq nahiyələrindən xəsarət almışdır. Ona bıçaq zərbəsi vurulmuşdur. Hadisə yeri qaranlıq olduğundan, o Xəyalın, yoxsa başqa bir şəxsin onu vurduğunu dəqiq xatırlamamışdır. Hadisə yerində təxminən 7-8 nəfər adam olmuşdur. Xəyalı zahiri olaraq xatırlamış, lakin onu kimin vurduğunu dəqiq xatırlamır. Onu həm arxadan, həm də qabaqdan bıçaq ilə vurmuşlar. Hadisə zamanı bel, sinə, qol və ayaq nahiyələrindən ona bıçaq zərbəsi vurulmuşdur. Hadisə zamanı ara qarışdığından, onu kimin vurduğunu dəqiq xatırlamamışdır. Hadisə anında qarşısında bir nəfər olmuşdur. Hadisə anında Xəyal onunla üzbəüz vəziyyətdə dayanmışdır. Sağ tərəfindən sinəsinə, arxadan belinə, həmçinin qoluna bıçaq zərbələri dəymişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Onun qabağında Xəyal, arxasında isə Elmar dayanmışdır. Lakin onu kimin bıçaqladığını, Xəyalın əlində bıçaq olub-olmadığını dəqiq xatırlamır. Zərərçəkmiş şəxsin ibtidai istintaq dövründə verdiyi ifadədən isə görünür ki, o,19 fevral 2017-ci il tarixdə, saat 18:30 radələrində dostları Zərərçəkmiş şəxs2, Şahid4 və Şahid3 ilə birlikdə Nizami rayonu, "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən "BEŞ-QOŞA" adlanan çay evinə gedib orada masaların birinin ətrafında oturaraq bir qədər stolüstü domino oynamışlar və ayrı-ayrılıqda 3 bakal pivə içdiklərindən bir az sərxoş olmuşlar. Saat 20:25 radələrində yaşadıqları evə getmək məqsədilə birlikdə oranı tərk edib "Neftçilər" metrostansiyası istiqamətində gedərək metrostansiyaya daxil olmuşlar və qatara minib "Koroğlu" metrostansiyasına gedərək qatardan düşmüşlər. Həmin vaxt o, Şahid3 ilə bir az qabaqda hərəkət etslər də Zərərçəkmiş şəxs2 isə Şahid4 ilə birlikdə arxada hərəkət etmişlər. Birdən arxadan səs eşidib arxaya baxdıqda Musanın sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxslə sözlü mübahisə etdiyini görmüşdür. Mübahisənin Musanın təsadüfən Xəyalın çiyninə toxunması səbəbindən baş verdiyini öyrəndikdən sonra Xəyaldan üzrxaxlıq etmiş, sonra Xəyalla Musa mübahisəni qurtarmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs yanında sonradan tanıdığı Şahid1, Şahid2 və hazırda tanımadığı digər bir şəxs olmuşdur. Bundan sonra, onlar dördü birlikdə öz yoluna davam edib "Koroğlu" metrostansiyasından bayıra çıxaraq piyada formada hərəkətlərinə davam etmişlər. Göstərilən tarixdə, saat 20:50 radələrində metrostansiyanm çıxışının yaxınlığında Təqsirləndirilən şəxs "qaqaş, qaqaş" deyib uca səslə Musanı çağırdığından, Musa, onlardan ayrılıb Xəyala tərəf getmişdir. Bu vaxt o, Musanın arxasınca getsə də, Şahid4 və Şahid3 aralıda dayanmışlar. Musa Təqsirləndirilən şəxsla üzbəüz gələndə Xəyal heç nə demədən əlindəki bıçaqla öncə Musanın sağ əlinə, daha sonra qarın nahiyyəsinə bir neçə dəfə zərbələr endirmişdir. Musa zərbələrin təsirindən əyilib yerə oturmuşdur. Bu zaman o, Təqsirləndirilən şəxs yaxınlaşaraq yumruqla Xəyalın sağ çənə nahiyəsinə bir zərbə endirmişdir. Xəyal da əlindəki bıçaqla onun sağ döş qəfəsinə, sol böyür, sol dirsəyinin alt və üst nahiyələrinə zərbələr endirib kənara çəkilmişdir. Bundan sonra, Şahid1 üzərində gəzdirdiyi bıçaqla onun bel və sol baldır nahiyələrinə zərbələr endirmiş, o, yumruqla Təqsirləndirilən şəxs başına bir zərbə vurmuşdur. Zərbənin təsirindən Təqsirləndirilən şəxs yerə oturduqdan sonra, Şahid4 və Şahid3 araya girib dalaşmanın davam etməsinə imkan verməmişlər. Həmin vaxt o, və Zərərçəkmiş şəxs2 xəsarətlər aldıqlarından, Şahid4 və Şahid3 onları 3 saylı şəhər Kliniki Xəstəxanasına aparmışlar və orada həkimlər onlara tibbi yardım göstərib əməliyyat etmişlər. Həmçinin Zərərçəkmiş şəxs1 (X9) verilmiş suallara cavab olaraq bildirmişdir ki, Hadisə 19 fevral 2017-ci il tarixdə saat 20:50 radələrində ünvan 6 ünvanda yerləşən “Koroğlu” metrostansiyasmın çıxışının yaxınlığında baş vermiş, təxminən 10-15 dəqiqə davam etmiş, hadisə baş verən zaman o, Zərərçəkmiş şəxs2, Şahid4, Şahid3, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, adını Əli kimi bildiyi şəxs və oraya toplaşmış tanımadığı şəxslər olmuşdur. Hadisənin baş verməsinə səbəb 19 fevral 2017-ci il tarixdə saat 20:50 radələrində Nizami rayonu H.Əliyev prospekti 110 ünvanında yerləşən “Koroğlu” metrostansiyasmın çıxışının yaxınlığında Zərərçəkmiş şəxs2 metroda Təqsirləndirilən şəxs ilə çiyin-çiyinə dəyməsi olmuşdur. Hadisə baş verən zaman kənar şəxslər hadisəyə müdaxilə etməmişlər və hadisə vaxtı kənar şəxslərdən xəsarət alan olmamışdır, həmin vaxt o, və Zərərçəkmiş şəxs2 bədən xəsarətləri almışlar, lakin həmin vaxtı yuxarıda qeyd edilən şəxslər, yəni qəsdən onları bıçaqlayan şəxslər küçə söyüşlərindən istifadə etdiklərinə görə xeyli sayda insanlar narahat olduqlarını ifadə etmişlər və polisin hadisə yerinə gəlməyi barədə fikir söyləmişlər. Bildirmişdir ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs əlində olan bıçaqla ilk olaraq Zərərçəkmiş şəxs2, sonra isə onu vurmuş, bundan sonra Elmar Zeynalov yenidən onu bıçaqla vuraraq xəsarət yetirmişdir.

57. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, qol və əl nahiyələrindən bıçaq zərbəsi dəymişdir. Onu bıçaqlayan şəxs Xəyal olmuşdur. Hadisə zamanı ətraf qaranlıq olmuşdur. Hadisə zamanı Xəyal və o üzbəüz dayanmışlar. Digər şəxslər isə arxada olmuşlar. Hadisə anında ara qarışmış. Hadisə ani bir anda baş vermiş, qısa müddət ərzində ona bıçaq zərbələri dəymişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 19 fevral 2017-ci il tarixdə, saat 18:30 radələrində dostları X9, Şahid4 və Şahid3 ilə birlikdə Nizami rayonu, "Neftçilər" metrostansiyası yaxınlığında yerləşən "BEŞ-QOŞA" adlanan çay evinə gedib orada masaların birinin ətrafında oturaraq bir qədər stolüstü domino oynamışlar və ayrı-ayrılıqda 3 bakal pivə içdiyiklərdən bir az sərxoş olmuşlar. Saat 20:25 radələrində yaşadıqları evə getmək məqsədilə birlikdə oranı tərk edib "Neftçilər" metrostansiyası istiqamətində gedərək metrostansiyaya daxil olmuşlar və qatara minib "Koroğlu" metrostansiyasına gedərək qatardan düşmüşlər. Həmin vaxt o, Şahid4 ilə birlikdə arxada getsələr də, X9 və Şahid3 onladan bir qədər irəlidə hərəkət etmişlər. Metronun daxilində, “yəni platformada” olan zaman sıxlıq olduğundan, çiyni sonradan tanıdığım Təqsirləndirilən şəxs çiyninə toxunmuşdur. Bu vaxt Xəyalla aralarında ani mübahisə yaransa da, Şahid3 spirtli içkinin təsiri altında olduğunu Xəyala deyib ondan üzrxahlıq etdiyindən, Xəyalla aralarındakı mübahisəyə son qoyulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs yanında sonradan tanıdığı Şahid1, Şahid2 və hazırda tanımadığı digər bir şəxs olmuşdur. Bundan sonra, onlar dördüdə birlikdə öz yoluna davam edib "Koroğlu" metrostansiyasından bayıra çıxaraq piyada formada hərəkətlərinə davam etmişlər. Göstərilən tarixdə, saat 20:50 radələrində metrostansiyanın çıxışının yaxınlığında Təqsirləndirilən şəxs "qaqaş, qaqaş" deyib uca səslə onu çağırdığından, o, yanında olan şəxslərdən ayrılıb Xəyala tərəf getmişdir. Bu vaxt İbrahim Məmmədov onun arxasınca gəlsə də, Şahid4 və Şahid3 aralıda dayanmışlar. O, Təqsirləndirilən şəxsla üzbəüz gələndə Xəyal heç nə demədən əlindəki bıçaqla öncə sağ əlinə, daha sonra qarın nahiyyəsinə bir neçə dəfə zərbələr endirdiyi üçün qarnından qan axdığından qan axmasın deyə o, əyilib yerə oturmuşdur. Bu zaman X20 Rüstəmova yaxınlaşaraq yumruqla onun sağ çənə nahiyəsinə bir zərbə endirdiyindən, sonuncu əlindəki bıçaqla İbrahim Məmmədovun sağ döş qəfəsinə, sol böyür, sol dirsəyinin alt və üst nahiyələrinə zərbələr endirib kənara çəkilmişdir. Bundan sonra, Şahid1 üzərində gəzdirdiyi bıçaqla İbrahim Məmmədovun bel və sol baldır nahiyələrinə zərbələr endirdiyindən, sonuncu yumruqla Təqsirləndirilən şəxs başına bir zərbə vurmuşdur. Zərbənin təsirindən Təqsirləndirilən şəxs yerə oturduqdan sonra, Şahid4 və Şahid3 araya girib dalaşmanın davam etməsinə imkan verməmişlər. Həmin vaxt o, və İbrahim Məmmədov xəsarətlər aldıqlarından, Şahid4 və Şahid3 onları 3 saylı şəhər Kliniki Xəstəxanasına aparmışlar və orada həkimlər onlara tibbi yardım göstərib əməliyyat etmişlər. Həmçinin Zərərçəkmiş şəxs2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə 19 fevral 2017-ci il tarixdə saat 20:50 radələrində ünvan 6 ünvanda yerləşən “Koroğlu” metrostansiyasmın çıxışının yaxınlığında baş vermiş, təxminən 10-15 dəqiqə davam etmiş, hadisə baş verən zaman orada o, X9, Şahid4, Şahid3, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, adını Əli kimi bildiyi şəxs və oraya toplaşmış tanımadığı şəxslər olmuşdur. Hadisənin baş verməsinə səbəb 19 fevral 2017-ci il tarixdə saat 20:50 radələrində Nizami rayonu, H.Əliyev prospekti 110 ünvanında yerləşən “Koroğlu” metrostansiyasmın çıxışının yaxınlığında onun metroda Təqsirləndirilən şəxs ilə çiyin-çiyinə dəyməsi olmuşdur. Hadisə baş verən zaman kənar şəxslər hadisəyə müdaxilə etməmişlər və hadisə vaxtı kənar şəxslərdən xəsarət alan olmamışdır, həmin vaxt o, və X9 bədən xəsarətləri almışlar, lakin həmin vaxtı yuxarıda qeyd edilən şəxslər, yəni qəsdən onları bıçaqlayan şəxslər küçə söyüşlərindən istifadə etdiklərinə görə xeyli sayda insanlar narahat olduqlarını ifadə etmişlər və polisin hadisə yerinə gəlməsi barədə fikir söyləmişlər. Bildirmişdir ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs əlində olan bıçaqla ilk olara məni vurdu, sonra isə X8 vuraraq onlara xəsarət yetirmişdir. Hadisə baş verən zaman orada olan Şahid2 və Əli adlı şəxslər nə onu nə də X8 vurmamışdır.

58. Məhkəmə istintaqında şahid qismində ibtidai istintaq zamanı dindirilmiş Şahid2 ifadəsi elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, hadisə 2017-ci ildə baş vermişdir. Xəyalın da iştirak etdiyi həmin davada, ona dəyən yumruqdan huşunu itirmiş və baş verənləri xatırlamamışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisədə 7- 8 nəfər şəxs iştirak etmişdir. Hadisə baş verməzdən qabaq, onlar evlərinə getmək niyyətində olmuşlar. Onlar Əhmədli stansiyasından metroya minib, ev istiqamətində getmişlər. Davada iştirak edən şəxsləri tanımamışdır.Onlar Xəyal ilə evə, Maştağa qəsəbəsi istiqamətində getmişlər. Onların niyyəti Əhmədli metrosundan Koroğlu stansiyasına gedərək, oradan da taksi yaxud avtobus vasitəsilə evə getmək olmuşdur. Mübahisə çiyin-çiyinə toqquşma səbəbindən baş vermişdir. O, Xəyaldan başqa digər şəxsləri tanımamışdır. Onlar əvvəlcədən həmin şəxslərlə çay evində oturub, söhbət aparmışlar. Şahid1 adlı şəxsi tanımamışdır. Cavid, Əli, Emil və digərlərini Xəyal vasitəsilə tanımışdır. Musa və Xəyal çiyin-çiyinə toqquşmuş, bu zaman o da araya girərək, həmin şəxslərlə söhbət etməyə çalışmışdır. Lakin həmin şəxslər içkili olduğundan onun əksinə, mübahisəni sonlandırmaq yox, böyütmək niyyətində olmuşlar. Həmin şəxslər söyüş söymüş və mübahisənin böyüməsinə səbəb olmuşlar. Hadisə ilə bağlı xatırladıqları bundan ibarət olmuşdur. Qarşı tərəfdə 8-9 nəfər şəxs olmuşdur. Mübahisə metronun içində başlamış, metrodan çöldə davam etmişdir. Qarşı tərəf üzrxahlıq etməmiş, əksinə söyüş söymüşdür. Qarşı tərəf birinci olaraq ona əl-qol ataraq, mübahisəni davaya çevirməyə çalışmışdır. Çünki qarşı tərəflə mübahisə barədə danışan o özü olmuşdur. O, mübahisəni sülh yolu ilə həll etməyə çalışmış, lakin qarşı tərəfdən onunla söhbət edən şəxs əl-qol ataraq, söyüş söymüşdür. Onun ünvanına söyüş söyən şəxsi nə tanımış, nə də adını bilmişdir. Söhbət zamanı kimsə arxadan onu vurmuş və o huşunu itirmişdir. Daha sonra baş verənləri xatırlamamışdır. Onu baş nahiyəsindən vurmamışlar. Onu hansı alət və vasitə ilə vurduqlarını xatırlamamır. Bədəninin başqa nahiyəsinə bıçaq zərbəsi dəyməmişdir. Musa və Xəyal çiyin-çiyinə toqquşmuşdur. Onlardan heç kim bir-birindən üzr istəməmişdir. Hadisə günü spirtli içki içməmişdir. Hadisələr metrodan çöldə baş vermişdir. Avtobusda onlarla görüşən şəxsin hadisəyə hər hansı aidiyyatı olmamışdır. Xəyal avtomobildə olarkən qarşı tərəfdən 1 nəfər şəxsə xəsarət yetirdiyini demişdir. Onun dodağına nə olması barədə ona heç kim sual verməmişdir. Qarşı tərəfdən şikayətçi olmamış, ibtidai istintaq orqanı da nə səbəbə xəsarət alması ilə maraqlanmamışdır. Xəyal 2 nəfərə xəsarət yetirməmişdir. Nə səbəbə bu tərzdə ifadə verdiyini bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəni tam xatırlamadığını bildirmiş, hadisəni unutmadığını, lakin bəzi təfərrüatları xatırlaya bilmədiyini qeyd etmişdir.

59. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Musa, İbragim və Səxavət bir yerdə işləmişlər. Hadisə günü işdən çıxıb kafeyə gəlmişlər. Domino oynamış və pivə içmişlər. Daha sonra metronun Koroğlu stansiyasına gedərək, ordan Neftçilər metro stansiyasına getməyi qət etmişlər. Qatar gələn zaman o yaxınlıqda anlaşılmazlıq baş verdiyini və mübahisə yarandığını görmüşdür. Qarşı tərəfdə Xəyal və dostları olmuş, lakin o heç birini tanımamışdır. Ardınca metrodan çıxmışlar və mübahisə küçədə davam etmişdir. Qarşı tərəfdən xatırlamadığı kimsə, “qolu dəyən bura gəlsin“ demişdir. Daha sonra baş verənlər haqqında məlumatı olmayib. Musa və İbragimin hadisə zamanı yaralanmışdır. O, Səxavətlə birlikdə, Musa və İbragimi xəstəxanaya çatdırmışdır. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, Xəyalı tanımır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Hadisə zamanı kimin, kimə bıçaq zərbəsi vurduğunu xatırlamır. Hadisə zamanı qarşı tərəfə yaxınlaşıb, üzrxahlıq etmişdir. Onlar daha sonra metrodan çıxmışlar. Qarşı tərəfdən xatırlamadığı kimsə, “qolu dəyən bura gəlsin “ demişdir. Hadisə yerində bir neçə nəfər olmuşdur. Lakin o həmin şəxslərin heç birini tanımamış və kimin, kim olduğunu bilməmişdir. Onlar hadisə yerində 04 nəfər olmuşlar. Qarşı tərəfdə neçə nəfər şəxs olduğunu xatırlamır. Qarşı tərəfə çiyini dəyən Musa olmuşdur. Sonuncu çağırışa cavab vermiş, digər şəxslərlə söhbət etməyə və məsələni aydınlaşdırmağa getmişdir. Musanın qarşısında neçə nəfər olduğunu xatırlamır. Sonuncunu söhbət etməyə bir nəfər çağırmışdır. Musa bıçaqlandıqdan sonra İbragim də hadisə yerinə tərəf getmişdir. Daha sonra o və Səxavət oraya yaxınlaşmışlar. Onlar metrodan çıxıb “Piramida” adlanan yerdə dayanmışlar. Qarşı tərəfdən gələn şəxslər onlardan təxminən 80-100 metr məsafədə olmuşdur. Hadisə gecə saatlarında baş vermişdir. Lakin ətraf işıqlandırılmışdır. O, bıçağın kimin əlində olduğunu xatırlamır. Mübahisənin baş verdiyi ərazidən kifayət qədər uzaqda dayandığından, hadisələrin gedişini aydın görə bilməmişdir. Hadisənin üzərindən 8 il keçdiyindən bir çox detalı xatırlaya bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Musanın heç özü də sonuncunu kimin bıçaqladığını dəqiq xatırlamır. O, Xəyalın əlində bıçaq görməmiş, o, ümumiyyətlə bıçaqla vurulma anını xatırlamamışdır. Onun ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Babək prospektində yerləşən maşın bazarında avtomobillərin satışı ilə məşğul olur. 19 fevral 2017-ci il tarixdə saat 18:30 radələrində dostları Zərərçəkmiş şəxs2, X9 və Səxavətlə Babək prospektində yerləşən maşın bazarından çıxıb Nizami rayonu, Neftçilər metrostansiyasınm yaxınlığında yelrəşən “Beş-Qoşa” adlı çayxanaya gəlmişlər. “Beş-Qoşa” çayxanasında hər biri üç bakal pivə içmişlər və stolüstü domino oynayıb saat 20:25 radələrində onlar çayxanadan çıxıb birlikdə piyada Neftçilər metro stansiyas ma getmişlər. Musa, İbrahim, Səxavət və o, özü metroda qatara minib Koroğlu stansiyasına gəlib həmin stansiyada düşmüşlər. Stansiyada qatardan düşdükdən sonra Musa və Səxavət arxa tərəfdən, İbrahim və o, onlardan ön tərəfdə getmişlər. Həmin vaxt metrostansiyada, yəni platformada olan pilləkənlə qalxan zaman tanımadığı şəxsin dostu Musa ilə mübahisə etdiyni görmüşdür. İbrahim onlara yaxınlaşdıqda mübahisənin başa çatdığının şahidi olmuşdur. İbrahim Musadan həmin şəxslə mübahisə etməsinin səbəbini soruşduqda Musa İbrahimə təsadüfən həmin şəxslə çiyin-çiyinə toxunması üstündə aralarında mübahisə olduğunu demişdir. O, Musanın çiyin çiyinə dəydiyi şəxsə yaxınlaşaraq həmin oğlana Musamın içkili olduğunu izah edib həmin şəxslərdən üzrxaxlıq etmişdir. Həmin şəxsin yanında ondan başqa üç nəfər də olmuşdur. Həmin şəxs heç nə olmamış kimi öz yoluna, onlar da Öz yollarına davam etmişdir. O, Musa, Səxavət və İbrahim metronun Koroğlu stansiyasının çıxışından çölə tərəf çıxmışdır. Bu zaman Musa ilə çiyin çiyinə toxunan səxs qışqıra-qışqıra Musanı arxadan səsləyib “qaqaş-qaqaş” deyib çağırdıqda Musa onlardan ayrılıb həmin şəxsin yanına tərəf getmişdir. İbrahim Musanın həmin şəxsin yanma getdiyini görüb İbrahim də Musanaın arxasınca getmişdir. O, və Səxavət isə kənarda dayanıb onlara baxmışlar. Təxminən saat 20:50 radələrində Koroğlu metrostansiyasınm çıxışının yaxınlığında metroda Musa ilə çiyin çiyinə dəymiş şəxs, adı sonradan onlara məlum olan Təqsirləndirilən şəxs üstündə olan bıçaqla Musanın sağ əlinə, qarın nahiyəsinə qəsdən bir neçə vurub Musaya xəsarət yetirmişdir. Bu zaman Musa Təqsirləndirilən şəxs ona yetirmiş olduğu xəsarətlərə görə yerdə oturmuşdur. İbrahim bunu görüb Təqsirləndirilən şəxs yaxınlaşaraq Xəyala əli ilə sağ çənəsinə yumruq vurmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əlində olan bıçaqla bir neçə dəfə İbrahimin sağ döş qəfəs nahiyəsinə, sol böyür nahiyəsinə, sol dirsəyinin alt və üst nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dostu ağ baş ləqəbli Xəlilov X10 yaxınlaşıb əlində olan bıçaqla İbrahimin bel nahiyəsinə, sol dizdən yuxarı olan baldır nahiyəsinə vurmuşdur. Bundan sonra İbarhim əli ilə Şahid1 başına vurmuşdur. Elmar da xəsarət aldıqdan sonra yerdə otrumuşdur. O, və Səxavət aralamaq məqsədilə onların yanına gəlmiş, Xəyala, Elmara, Əliyə və Şahid2 onları döyməməyə qoymamış və davadalaşı sakitləşdirməyə çalışmşılar. Bu zaman Səxavət də sağ əlindən xəsarət almışdır. Səxavət də əli ilə Vüsalın dodağına vurmuşdur. Musa və İbrahimin ağır xəsarətlər aldığına görə o, və Səxavət onları taksi ilə 3 nömərli xəstəxanaya aparmışlar.

60. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunmuşdur. O, ifadəsində göstərmişdir ki, Babək prospektində yerləşən maşın bazarında elektrik kimi işləyir. 19 fevral 2017-ci il tarixdə saat 18:30 radələrində dostları Zərərçəkmiş şəxs2, X9 və Şahid3 ilə Babək prospektində yerləşən maşın bazarından çıxıb Nizami rayonunda Neftçilər metrostansiyasının yaxınlığında yelrəşən “Beş-Qoşa” adlı çayxanaya gəlmişlər. “Beş-Qoşa” çayxanasında hər biri üç bakal pivə içmişlər və stolüstü domino oynayıb saat 20:25 radələrində onlar çayxanadan çıxıb birlikdə piyada Neftçilər metrostansiyasına gəlmişlər. Musa, İbrahim, Muxtar və o metroda qatara minib Koroğlu stansiyasına gəlib həmin stansiyada düşmüşlər. Stansiyada qatardan düşdükdən sonra Musa və o, arxa tərəfdən, İbrahim və Şahid3 isə onlardan ön tərəfdə getmişlər. Həmin vaxt metrostansiyada, yəni platformada olan pilləkənlə qalxan zaman tanımadığı şəxsin dostu Musa ilə mübahisə etdiyni görmüşdür. İbrahim onlara yaxınlaşdıqda mübahisənin başa çatdığının şahidi olmuşdur. İbrahim Musadan həmin şəxslə mübahisə etməsinin səbəbini soruşduqda Musa İbrahimə təsadüfən həmin şəxslə çiyin-çiyinə toxunması üstündə aralarında mübahisə olduğunu demişdir. Dostu Şahid3 Musanın çiyin-çiyinə dəydiyi şəxsə yaxınlaşaraq həmin oğlana Musanın içkili olduğunu izah edib ondan üzrxahlıq etmişdir. Həmin şəxsin yanında ondan başqa üç nəfər də olmuşdur. Həmin şəxs heç nə olmamış kimi öz yoluna, onlar da öz yollarına davam etmişdir. O, Musa, Muxtar və İbrahim metronun Koroğlu stansiyasının çıxışından çölə tərəf çıxmışdır. Bu zaman Musa ilə çiyin-çiyinə toxunan səxs qışqıra-qışqıra Musanı arxadan səsləyib “qaqaş-qaqaş” deyib çağırdıqda Musa onlardan ayrılıb həmin şəxsin yanına tərəf getmişdir. İbrahim Musanın həmin şəxsin yanma getdiyini görüb İbrahim də Musanın arxasınca getmişdir. O, və Muxtar isə kənarda dayanıb onlara baxmışdır. Təxminən saat 20:50 radələrində Koroğlu metrostansiyasmın çıxışının yaxınlığında metroda Musa ilə çiyin-çiyinə dəymiş şəxs, adı sonradan onlara məlum olan Təqsirləndirilən şəxs üstündə olan bıçaqla Musanın sağ əlinə, qarın nahiyəsinə qəsdən bir neçə vurub Musaya xəsarət yetirmişdir. Bu zaman Musa Təqsirləndirilən şəxs ona yetirmiş olduğu xəsarətlərə görə yerdə oturmuşdur.İbrahim bunu görüb Təqsirləndirilən şəxs yaxınlaşaraq Xəyala əli ilə sağ çənəsinə yumruq vurmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs əlində olan bıçaqla bir neçə dəfə İbrahimin sağ döş qəfəs nahiyəsinə, sol böyür nahiyəsinə, sol dirsəyinin alt və üst nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dostu və adı sonradan onlara məlum olan, ağ baş ləqəbli Şahid1 ona yaxınlaşıb əlində olan bıçaqla İbrahimin bel nahiyəsinə, sol dizdən yuxarı olan baldır nahiyəsinə vurmuşdur. Bunda sonra İbrahim əli ilə Şahid1 başına vurmuşdur. Elmarda xəsarət aldıqdan sonra yerdə oturmuşdur. O, və Muxtar aralamaq məqsədilə onların yanına gəlmiş, Xəyala, Elmara, Əliyə və Şahid2 onları döyməməyə qoymamışdır və dava-dalaşı sakitləşdirməyə çalışmışlar. Bu zaman o, sol əlindən xəsarət almış, ona xəsarətin kimin yetirdiyini görməmişdir. Sonra onun özü isə sağ əli ilə Vüsalın dodaq nahiyəsinə vurmuşdur. Onun Vüsalı döymək fikri olmamışdır. Musa və İbrahimin ağır xəsarətlər aldığına görə o, və X23 İbrahimi taksi ilə 3 nömrəli xəstəxanaya aparmışlar. Bununla yanaşı olaraq o sağ əlindən xəsarət almış, lakin sol əlində olan xəsarətin hansı formada onda olmasından və hansı üsulla yaranmasını deyə bilməmişdir. Bəlkə də özü tərəfindən işləyən zaman olmuş ona görə ki, o, maşın bazarında fəhlə işləmiş, yəqin həmin vaxtı sol əlindən xəsarət almışdır. Belə ki, bir daha qeyd etmişdir ki, konkret olaraq onun sol əlində olan xəsarət və ya əzik hazırda yoxdur, həmçinin o, Təqsirləndirilən şəxs, Şahid1, Şahid2 və Əli adlı şəxslər tərəfindən döyülməmiş və bədən xəsarəti almamışdır. Həmçinin onun Şahid2 dodaq nahiyyəsinə xəsarət yetirməyi qəsdən olmamış, o həmin dava-dalaşı sakitləşdirən zaman əli ehtiyatsıqlıqdan ona dəyməsini gsötərmişdir.

61. Məhkəmə istintaqında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, 19 fevral 2017-ci il tarixdə saat 15 radələrində yaşadığı Sabunçu rayonu, Zabrat qəsəbəsi, yeni yaşayış massivindən çıxıb avtobusla metronun Koroğlu stansiyasına gəlib oradan da metro ilə Əhmədli metrostansiyasına gəlmişdir. Metrodan çıxıb piyada gəzərkən yolda tanşı Təqsirləndirilən şəxs Namaiq oğlu ilə və Xəyalın tanışı Şahid2lə rastlaşmışdır. Onlarla bir az söhbət edikdən sonra birlikdə Əhmədli qəsəbəsində yerləşən Xeyriyyə adlı çayxanaya getmişdir. 30 dəqiqə yaxın müddət onlar çayxanada olmuşlar, çayxanadan çıxdıqdan sonra bilrikdə Əhmədli metrosunun yaxınlığındakı dönər evində dönər yemişlər. Dönər evində olan zaman oraya Şahid2 tanışları Cavid və Əli gəlmişdir. Dönər evindən çıxıb birlikdə Xətai rayonu Sarayevo küçəsində yerləşən “Enis” adlı çay evinə getmişlər. Çay evində iki-üç saat oturduqdan sonra çay evindən çıxıb piyada metronun Xalqlar Dostluğu stansiyasına tərəf gəlmişlər. Orada bir qədər söhbət etdikdən sonra Vüsalın tanışı Cavid çıxıb getmişdir. Ə1İ, Xəyal, Vüsal və özü birlikdə metro ilə Koroğlu stansiyasına gəlmişlər. Koroğlu metrostansiyasında vaqondan düşüb tanışları ilə birlikdə platformada hərəkət edən zaman Vüsalla Xəyal ön tərəfdə, onlardan arxa tərəfdə isə Əli ilə onun özü hərəkət etmişlər. Həmin vaxt metrostansiyada adı sonradan məlum olan Zərərçəkmiş şəxs2la Təqsirləndirilən şəxs çiyin-çiyinə bir birinə dəymişdir. Buna görə Təqsirləndirilən şəxs Musaya “qardaş bir az yavaş ol, yol gedirik” deyib Musaya iradını bildirdikdə Musa əsəbi halda Xəyala baxıb üzünə dirənərək “nə deyirsən” demişdir. Bu zaman onların arasında sözlə mübahisə başladıqda adı sonradan bildiyi Muxtar Musanın qoluna girərək Musanı kənara çəkib əl işarəsi ilə Təqsirləndirilən şəxs Musanın içkili olduğunu, ona fikir verməməyi bildirib Xəyaldan üzr istəmişdir. Bundan sonra o, Vüsal, Əli və Xəyal metrodan küçəyə çıxmışdır. Bu zaman çöldə Zərərçəkmiş şəxs2 uca səslə Xəyala kənarda təkbətək söhbət etmək işdəyini demişdir. Təqsirləndirilən şəxs isə Musanı yanma çağıraraq söhbət etmələrini təklif etmişdir. O, dava-dalaş olmasın deyə Musam kənara çəkib Musaya təmkinli omağa dəvət etdikdə bu zaman Vüsalın yerə yıxıldığını görsə də Vüsalı kimin vurub yerə yıxdığını görməmişdir. Onların yanında olan Əli isə qəflətən oradan uzaqlaşmışdır. Vüsalın yanma gələn zaman həmin şəxslərdən hansısa bir nəfəri arxa tərəfdən onun baş nahiyəsindən vurmuşdur. Sonradan adlarını bildiyi İbrahim Məmmədov, Şahid3, Zərərçəkmiş şəxs2 və Şahid4 Xəyalın üstünə üstünə hücüm çəkərkən Xəyalın onlardan bıçaqla özünü müdafiə etdiyini görmüşdür. Daha sonra onlar avtobus dayanacağına tərəf qaçıb getmişdir.Onların yanında olan Əli adlı şəxs yenindən hardansa onların yanına gəlmişdir. Əli, Vüsal, Xəyal və o, sonra metronun yaxınlığındakı körüpünün yanına tərəf getmişlər. Körpünün yanında olan zaman o, Təqsirləndirilən şəxs əlində bıçaq görmüşdür. Təqsirləndirilən şəxs onlara əlində olan bıçaqla Musanı və İbrahimi vurduğunu demişdir. 198 saylı marşurut avtobusun sürücüsü Kənan Babayev onu görüb avtobusu saxlaylb avtobusdan düşərək onun yanma gəlmişdir. Kənan ondan nə baş vediyini soruşduqda o, Kənan hər şeyin qaydasında olduğunu və çıxıb getməsini ona demişdir. Dövlət nömrə nişanı yadında qalmayan bir taksi ilə onları Maştaga qəsəbəsində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinə gətirib orada üst başlarını təmizlədikdən sonra həmin taksi ilə yenidən metronun Əhmədli stansiyasına qayıtmışlar. Daha sonra isə o, öz yaşadığı evə qayıtmışdır. O, İbrahim Məmmədovu bıçaqla vurub xəsarət yetirmədiyini, onlara xəsarət yetirən Təqsirləndirilən şəxs olmasını göstərmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardı

62. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o davada iştirak etmişdir, ancaq heç kəsə bıçaq zərbəsi vurmamışdır. Metrodan çıxarkən zərərçəkmiş şəxslərlə arasında söz-söhbət yaranmışdır. O həmin şəxslərə irad tutmuş, metroda mübahisə başlamış, çölə çıxanda dava başlamışdır. Həmin şəxslər 8-9 nəfər olmuşdur. Onlar isə 2-3 nəfər olmuşdur. Üzərində bıçaq olmamışdır. O xəsarət yetirməmiş və dava zamanı da metronun arxa tərəfində olmuşdur. O 3-4 nəfərlə əlbəyaxa davada olmuşdur. O zərərçəkmiş şəxsə xəsarəti əl ilə yetirmiş, bıçaqdan istifadə etməmişdir. Digər şəxsin dalaşmasını görməmişdir. Hadisə eyni anda və eyni yerdə baş vermişdir. Ancaq o ətrafa fikir verməmişdir. Zərərçəkmiş şəxslərə kimin xəsarət yetirməsini o bilməmişdir, çünki mübahisədə 9 nəfər olmuş, gecə saatları olduğundan hava qaranlıq olmuşdur. Onun üzərinə 3-4 nəfər gəlmiş. Onlar özü isə 3 nəfər olmuşlar. Onun üzərində bıçaq olmamış, onunla gələn şəxslərdən biri ilə metroda qarşılaşmış, digəri isə onun sinifyoldaşı olmuşdur, sinifyoldaşının üzərində bıçaq olmamışdır. O, zərərçəkmiş şəxsə əl ilə və ya yumruq ilə xəsarət yetirmişdir. Həmin vaxt onun üzərinə 3-4 nəfər düşmüşdür, hamısı içkili vəziyyətdə olmuşdur.

Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi:

63. Maddə 126.2.1 Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

64. Maddə 126.2.2 Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

65. Maddə 126.2.4. Qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

66. Maddə 221.3. Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

67. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

68. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir

69. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

70. Maddə 56.1.2. qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində;

71. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

72. Maddə 591.12 zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, maddə 59.1.13 cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi cəzanı yüngülləşdirən hallardır.

73. Maddə 66.3. Cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi

74. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

75. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

76. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

77. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

78. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

79. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

80. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir

81. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

82. Maddə 338.1. Məhkəmə baxışına təqdim edilmiş bütün sübutlar məhkəmə iclasında tədqiq edildikdən sonra məhkəmə iclasında sədrlik edən cinayət prosesinin tərəfləri barəsində onlara məhkəmənin hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edəcəyi barədə xəbərdarlıq edir.

Konsitusiya məhkəməsinin Plenumunun qərarları:

83. 2011-ci il 20 may tarixli qərar. Xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun.

“Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2002-cı il tarixli 3 №-li qərar

84. Qərarın 4-cü bəndi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2-ci maddəsində tövsifedici əlamətlər və CM-in 121-123-cü, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zaman, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-in 120.1-ci maddəsi ilə tövsif edilməlidir.

85. Qərarın 6-cı bəndi. Məhkəmələrə tövsiyə olunmuşdur ki, qəsdən adam öldürmə cinayəti xuliqanlıq niyyəti ilə o vaxt tövsif edilməlidir ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə). Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarlarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqəsədi ilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanının zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqazidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz.

86. Qərarın 7-ci bəndi zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar təqsirkarın zərərçəkmiş şəxsi və ya yaxın qohumlarını qəsdən öldürməsi CM-nin 120.2.3-cü maddəsi ilə o vaxt məsuliyyətə səbəb olur ki, təqsirkar zərərçəkmiş şəxsi məhz xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsinə mane olmaq məqsədilə, yaxud belə fəaliyyətə görə qisas almaq niyyəti ilə öldürmüş olsun. Odur ki, qəsdən adam öldürmə istər zərərçəkmiş şəxs tərəfindən xidməti vəzifələrin, ictimai borcun bilavasitə yerinə yetirilməsi zamanı, istərsə də xidməti vəzifə, ictimai borcla şərtləndirilən müvafiq hərəkət edilənə (qərar qəbul edilənə) qədər və ya bundan sonra törədilmiş olsun, cinayətin bu əlamət üzrə tövsif edilməsi üçün əsas yaranır.Şəxsin xidməti vəzifəsini həyata keçirməsi dedikdə onun dövlət, bələdiyyə, mülkiyyət formasından asılı olmayaraq qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş digər müəssisə və təşkilatlarla, habelə fəaliyyəti qanunvericiliyə zidd olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanmış əmək müqaviləsindən (kontrakdan) irəli gələn xidməti vəzifələrin dairəsi başa düşülür.İctimai borcunu yerinə yetirmək dedikdə isə şəxslərin həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısıının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür.

Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qərarı

87. Qərarın 1-ci bəndi. Məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması, ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikidə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür.

88. Qərarın 5-ci bəndi. Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır.

89. Qərarın 5-ci bəndi. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsif olunmalıdır.

Avropa Məhkəməsinin presedent hüququ:

90. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Məhkəmənin hüquqi dəyərləndirməsi:

91. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bir qrup şəxs halında silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən və ictimai qaydanın qorunmasının qarşısını alan şəxsə müqavimət göstərməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmiş, həmçinin xuliqanlıq niyyətilə və zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar zərərçəkmiş şəxs X9 və digər Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığına ağır zərər vurma cinayət əməlini törətmişdir.

92. Məhkəmə istintaqı zamanı tətqiq edilən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, hadisə Zərərçəkmiş şəxs2 çiyni ilə Təqsirləndirilən şəxs çiyninə toxunmasını cüzi səbəb kimi bəhanə gətirməsi səbəbindən baş vermişdir.

93. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurması ilə bağlı ittihamla özünü qismən təqsirli bilsə də, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X2 və iş ürə şahidlərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələri, iş üzrə istintaq hərəkətlərinin əks olunduğu protokollar, ekspertiza rəyləri, istintaq zamanı toplanmış və məhkəmə iclaslarında tədqiq edilmiş sübutlarla tam təsdiq edilmişdir. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə barışdıqlarından məhkəmə istintaqı zamanı verdikləri ifadələr tam və dəqiq olmamaqla yanaşı, həmin ifadələr əsasən təqsirləndirilən şəxsə daha yüngül cəzanın təyin edilməsinə kömək etmə niyyətinə yönəlmişdir. Odur ki, cinayət əməlinin törədildiyi gündən artıq 8 il vaxt keçməsini, həmçinin onların məhkəmə istintaqı zamanı tam və ətraflı ifadə verə bilmədiklərini nəzərə alaraq məhkəmə tərəfindən zərərçəkmiş şəxslərin ibtidai istintaq dövründə verdikləri ifadələr işin hallarına uyğun olan, cinayətin törədilməsini təsdiq edən mötəbər sübut kimi qəbul edilməlidir.

94. Yuxarıda qeyd edilənlərə əsasən, həmçinin işdə olan zərərçəkmiş şəxslərə vurulmuş xəsarət dərəcələrinin müəyyən edilməsinə dair ekspert rəylərini nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs ifadəsində zərərçəkmiş şəxslərə əl ilə xəsarət yetirməsi, bıçaqdan istifadə etməməsi ilə bağlı hissədə irəli sürdüyü dəlilləri əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin özünü qismən təqsirli bilməsi özünümüdafiə xarakterli, onun məsuliyyətdən yayındırmağa yönəlmiş ifadələr kimi qəbul edilməlidir.

95. Belə ki, ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və X9 barəsində xəsarət alıb-almamalarının müəyyən ediməsi məqsədilə məhkəmə tibbi ekspertizasının təyin edilməsi və rəyin alınması zamanı cinayət prosessual qanunvericiliyin tələblərinə tam riayət olunmuşdur.

96. Zərərçəkmiş şəxslərin aldığı ağır xəsarətlər təqsirləndirilən şəxsin törətmiş olduğu əməl (fəal hərəkət) arasında birbaşa səbəbli əlaqə olmuş və zərərçəkmiş şəxslər həmin xəsarəti məhz təqsirləndirilən şəxsin deşici kəsici alətlə ona yetirdiyi zərbə nəticəsində almışdır.

97. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətin bütün tərkib əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, habelə onun əməlinə bu hissədə ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd edilən cinayət əməli məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Bununla da cinayətin törədilməsində o, təqsirlidir.

98. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir, habelə onun törətmiş olduğu cinayət əməli cinayətlərin təsnifatına görə ağır və az ağır cinayətlər kateqoriyasına aiddir.

99. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur.

100. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir.

101. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir (qərarın 73-ci bəndi).

102. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun 126.2.1, 126.2.2, 126.2.4-cü maddələrinin sanksiyasında altı ildən on bir ilədək azadlıqdan məhrum etmə cəzası, cinayət qanunun 221.3-cü maddəsinin sanksiyasında 02 ildən beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. (qərarın 63-66-ci bəndləri)

103. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 67,68,69,71-ci bəndləri).

104. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs qarşı zərərçəkmiş şəxslərin şikayətləri olmaması, onlara vurulmuş ziyanın ödənilməsini və onunla barışmalarını təqsirləndirilən şəxsin məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir.

105. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

106. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışmalarını, onlara vurulmuş ziyanın ödənilməsini və ona qarşı şikayətlərinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

107. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin təqsirli bilindiyi cinayətlərə görə Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzaların ağırlığını, əməlində cinayətlərin məcmusu olduğunu və törədilmiş cinayət əməlləri nəticəsində 2 (iki) nəfər şəxsin sağlamlığına ağır zərər yetirdiyini məcmu halda nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində lakin minimum həddə olmamaqla cəza təyin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin zorakı cinayət törətməsi və iki nəfrə bıçaqla ağır xəsarət yetirməsi ona minimum həddə cəza təyin edilməsini istisna edir. Məhkəmmə təqsirləndirilən şəxsə minimum həddə cəza təyin etməklə cəzanın məqsədinə nail olunmasını mümkün hesab edir.

108. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir (qərarın 70-ci bəndi).

109. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixli, 4(007)-8/2022 nömrəli Bakı şəhəri Nizami rayon Məhkəməsi qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, o, xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild2, iş vərəqə 33) və hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 2, iş vərəqə 18-25). Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın79, 80ci bəndlər).

110. Məhkəmə hesab edir ki, həbsdə saxlanıldığı müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.

111. İş üzrə hadisənin görüntülərini özündə əks etdirən 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.

112. İş üzrə maddi sübut, məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur.

113. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə

hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1, 126.2.2, 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1,126.2.2,126.2.4-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. xx.xx.2017-ci il tarixdə metro stansiyasında video müşahidə kamerası ilə qeydə alınaraq götürülmüş ilkin mübahisənin görüntüləri olan 1 ədəd disk və həmin kameradan götürülmüş ilkin mübahisənin fotoşəkilləri olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Aygün Qurbanova

Hakimlər Fərid Namazov

Telman Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar