Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1960/2024 02.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X2 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Cəlilabad rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri "Arbitrium" Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1988-ci ildə Masallı rayonunda anadan olmuş, evli, orta təhsilli, işsiz,ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, fərdi yaşayış evində yaşamış, barəsində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxx 1985-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, evli, orta təhsilli, işsiz, Cəbrayıl rayonu, Hasanlı kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, Kotec qəsəbəsi, fərdi yaşayış evində yaşamış, barəsində Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 və İran İslam Respublikası vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşının bildirdiyi yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,194 qram çəkidə narkotik vasitə heroin əldə etmişlər, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 29 yanvar 2024-cu il tarixdə saat 22:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş, Baş İdarədə üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdikləri 01 ədəd bükümdə külli miqdarda 6,194 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 onda ittiham olunur ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımış, həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,882 qram çəkidə narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, bu barədə daxil olmuş məlumat əsasında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 05 yanvar 2024-cü il tarixdə saat 19:10-da Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən “Qayalı” marketin qarşısında saxlanılaraq Polis İdarəsinə gətirilmiş, Polis İdarəsində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda 0,882 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 İran İslam Respublikası vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşının bildirdiyi yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,194 qram çəkidə narkotik vasitə heroin əldə etmişlər, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 29 yanvar 2024-cu il tarixdə saat 22:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş, Baş İdarədə üzərlərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdikləri 01 ədəd bükümdə külli miqdarda 6,194 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək bildirmişdir ki, Şükranla həm dost, həm də qonşu olmuş, bir məhlədə qaldıqları üçün tez-tez görüşmüşdürlər. Lakin hadisə günü Şükranı təsadüfən 20 Yanvar ərazisində görmüşdür. Sumqayıt şəhərinə Şükranla birlikdə gedəcəkləri üçün sonuncuya olan təklifinə əsasən əvvəlcə özü üçün 3 qram narkotik vasitə götürmək üçün Yasamal ərazisinə, daha sonra Sumqayıta getməyi planlamışlar. İran vətəndaşı ilə aralarında olan razılaşmaya əsasən sonuncunun yaşadığı Yasamal ərazisində yerləşən binanın 3-cü mərtəbəsinə qalxan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdırlar. Narkotik vasitə istifadəçisidir, Şükran onun Yasamal ərazisinə narkotik vasitə əldə etmək üçün getdiyini bilsə də narkotik vasitənin miqdarı və onun bölüşdürülməsi barədə danışmamışdırlar. Polis əməkdaşları ona psixoloji, Şükrana isə fiziki təzyiq göstərdiklərindən ibtidai istintaq dövründə bir-birini ifşa edən ifadələr vermişlər. Belə ki, polis əməkdaşları işgəncə alətlərini göstərib sonuncunu qorxutmuşdur. Saxlanılan zaman üzərində narkotik vasitə olmamış, şəxsi axtarış istintaq hərəkəti zamanı tərəfindən təqdim edilən maddəni ona idarədə polis əməkdaşları vermişdir. Tutulana qədər taksi sürücüsü kimi işləsə də yeni il ərəfəsində avtomobilini təhvil verdiyi üçün hadisə yerinə taksi ilə getmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, ünvan 4 ünvanında qeydiyyatdadır, Sumqayıt şəhəri, Kotec qəsəbəsi fərdi yaşayış evində yaşayır. ***-***-**-** saylı nömrəni istifadə edir. Narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitə heroini Sumqayıt şəhərində anket məlumatlarını bilmədiyi şəxslərdən alıb istifadə edir. Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, Kotec qəsəbəsində yaşayır. Onu bir neçə ildir ki, tanıyır və asudə vaxtlarında görüşürlər. Təqsirləndirilən şəxs2 də narkotik vasitə istifadəçisidir. Son vaxtlar narkotik vasitə heroini İran İslam Respublika vətəndaşı ilə “whats app” proqramı vasitəsi ilə əlaqə saxlayıb onun bildirdiyi yerdən gedib götürmüşdür. 29 yanvar 2024-cü il tarixdə İran İslam Respublikası vətəndaşı ilə “whats app” proqramı vasitəsi ilə əlaqə saxlayıb ona öz istifadəsi üçün 5-6 qram narkotik vasitə göndərməsini və bildirdiyi yerdən gedib həmin narkotik vasitəni götürəcəyini, söyləyəcəyi karta pul göndərəcəyini demişdir. İran İslam Respublikası vətəndaşı ona malın, yəni narkotik vasitə heroinin Bakı şəhəri, Yasamal rayonu ərazisində olacağını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 yanında olduğu üçün Bakı şəhəri, Yasamal rayonuna gedib oradan sifariş verdiyi narkotik vasitəni götürməli olduğunu, birlikdə gedəcəyi halda ona da öz istifadəsi üçün aldığı narkotik vasitə heroinin yarı hissəsini pay verəcəyini demişdir. Şükran da onun təklifi ilə razılaşmış və bunlar birlikdə İran İslam Respublikası vətəndaşının bildirdiyi yerə gəlmişlər. Mobil telefonuna göndərilən ünvana uyğun olaraq narkotik vasitənin olduğu yerə yaxınlaşıb 01 ədəd bükümü götürüb şalvarının cibinə qoymuşdur. Həmin ərazidən bir qədər uzaqlaşıb ünvan 3 ünvanın qarşısında hərəkət edən zaman saat 22:30 radələrində 4 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib xidməti vəsiqələrini göstərib Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları özlərini təqdim etmələrini söyləmişlər, onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları hər ikisinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduqlarını bildirib, barələrində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla ayrı-ayrılıqda tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onları polis idarəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmişlər. Polis idarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və hər ikisi şübhəli şəxs qismində tutulmuşlar. Ona və tanışı Təqsirləndirilən şəxs2 hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə üzərlərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə, psixotrop maddə, qanunsuz hər hansı bir əşya və ya predmet varsa, məlumat verməyi bildirilmişdir. Həmin vaxt üzərində adını “kakos” kimi bildiyi narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü, sağ arxa cibindən “İphone” markalı mobil telefonu və həmin şalvarın sol yan cibindən 120 manat pulu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşı tərəfindən təqdim etdiyi əşyalara baxış keçirilməyə başlanılmışdır. İlk öncə təqdim etdiyi “İphone” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı həmin mobil telefonun özünə məxsus olduğunu bildirməklə içərisində ***-***-**-** saylı mobil nömrənin olduğunu qeyd etmişdir. Sonra isə təqdim etdiyi 120 manat pula baxış keçirilmiş və 120 manat pulun özünə məxsus olmasını, həmin pulları hər hansı bir cinayət yolu ilə əldə etmədiyini bildirmişdir. Sonda isə təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində olan sellofan bükümdə qablaşdırılmış maddəyə baxış keçirilmişdir. Həmin büküm iştirakçıların şahidliyi ilə açılan zaman sellofan bükümün içərisində narkotik vasitə heroinə bənzər maddələr olması aşkar olunmuşdur. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşı tərəfindən qablaşdırılıb iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda üstündən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon da polis əməkdaşı tərəfindən götürülmüşdür. 120 manat pul isə özünə geri qaytarılmışdır. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddəni götürmək üçün xx.xx.2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2lə görüşüb adını və digər anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşının “Whatsapp” vasitəsi ilə göndərdiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən ünvana gedərək götürdüklərini, həmin narkotik vasitə üçün İran İslam Respublikası vətəndaşına aralarında olan razılığa əsasən sonradan ümumilikdə 120 manat pul göndərəcəyini, əvvəllər də narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etdiyini, hazırda üstündən aşkar olunmuş maddələri də öz şəxsi istifadəsi üçün əldə etdiyini, əldə etdiyi narkotik vasitədən istifadə etmək üçün Təqsirləndirilən şəxs2 də verəcəyini, həmin maddələrdən başqa heç kimə vermədiyini, heç kimə satmadığını bildirmişdir. Daha sonra tanışı Təqsirləndirilən şəxs2 üstünə də şəxsi axtarış aparılsa da, ondan hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı isə Təqsirləndirilən şəxs2 əldə etdiyi narkotik vasitədən də özünə veriləcəyini bildirmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək bildirmişdir ki, 05 yanvar 2024-cü il tarixdə hazırki iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 deyil, Nurlan adlı başqa şəxslə 10 manatlıq narkotik vasitə əldə etmək üçün getmişdirlər. Həmin zaman Nurlan narkotik vasitəni götürdükdən sonra onları polis əməkdaşları tutmuşdur. 29 yanvar 2024cü il tarixdə tutulması epziodu üzrə qeyd edir ki, Günəşlidən işdən nömrəsini xatırlamadığı avtobusla 20 Yanvar ərazisinə gəldikdən sonra Təqsirləndirilən şəxs1la orada görüşmüş, sonuncu ona Yasamal rayonu ərazisinə getməli olduğunu bildirmişdir. Yolda olarkən Təqsirləndirilən şəxs1oun narkotik vasitə əldə etmək üçün getdiyindən məlumatlı olmuşdur. Narkotik vasitəni satmaq niyyətləri olmamış, həmin narkotik vasitəni ümumiyyətlə götürə bilməmişlər. Getdikləri yerdə 4 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşları özlərini ona təqdim etmişdirlər. Polis əməkdaşları tərəfindən iki saata yaxın döyüldüyü üçün elan olunmuş ittihamı qəbul etmiş, narkotik vasitə üçün hər hansı məbləğdə pul ödəməmiş, lakin ***-***-**-** mobil telefon nömrəsindən istifadə etsə də ittiham aktında göstərilən mesajlar tərəfindən yazılmamışdır. Təcridxanaya daxil olarkən bədənində göyərtilər olmuş, döyülməyini bildirmişdir. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, narkotik vasitə heroindən istifadə edir. Təqsirləndirilən şəxs1 ilə eyni ərazidə Sumqayıt şəhəri, Kotec qəsəbəsində yaşayır. O da narkotik vasitə heroindən istifadə edir. 29 yanvar 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ona bildirmişdir ki, İran İslam Respublikası vətəndaşı ilə danışıb həmin şəxsə narkotik vasitə heroin şifariş vermişdir. Onunla birlikdə narkotik vasitənin yerləşdiriləcəyi Bakı şəhəri, Yasamal rayonu ərazisinə gedəcəyi halda əldə etdiyi narkotik vasitədən pay verəcəyini demişdir. O da Nurlanın təklifi ilə razılaşmış və onlar birlikdə Nurlanın istifadəsində olan telefona göndərilən ünvana getmişlər. Nurlan narkotik vasitənin olduğu yerə yaxınlaşıb götürmüş və şalvarının cibinə qoymuşdur. Oradan bir qədər uzaqlaşdıqdan sonra saat 22:30 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 53 ünvanının yaxınlığında olduqları zaman 4 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlara özlərini təqdim etmələrini söyləmişlər, özlərini təqdim etdikdən sonra polis əməkdaşları hər ikisinin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduqlarını bildirib barələrində qəbul edilmiş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla ayrı-ayrılıqda tanış etmişlər. Bu zaman tanışı Təqsirləndirilən şəxs1 səmimi olaraq etiraf edib bildirmişdir ki, üzərində narkotik vasitə vardır və həmin narkotik vasitədən ona da vermək niyyətində olmuşdur. Bundan sonra polis əməkdaşları onları polis idarəsinə dəvət etmişlər. Şəxsi axtarış zamanı ilk öncə tanışı Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə, psixotrop maddə, qanunsuz hər hansı bir əşya və ya predmet varsa, məlumat verməyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 da həmin vaxt üzərində adını “kakos” kimi bildiyi narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü, sağ arxa cibindən “İphone” markalı mobil telefonu və həmin şalvarın sol yan cibindən 120 manat pulu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşı tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində olan sellofan bükümdə qablaşdırılmış maddəyə baxış keçirilmişdir. Həmin büküm iştirakçıların şahidliyi ilə açılan zaman sellofan bükümün içərisində narkotik vasitə heroine bənzər maddələr olması aşkar olunmuşdur. Sorğu zamanı tanışı Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddəni əldə etmək üçün xx.xx.2024-cü il terixdə onunla görüşüb birlikdə Təqsirləndirilən şəxs1 “Whatsap” ani mesaj laşma şəbəkəsində olan hesabı vasitəsi ilə əlaqə saxladığı adını və digər anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikası vətəndaşının “whatsapp” ani mesajlaşma şəbəkəsində olan hesabı vasitəsi ilə Təqsirləndirilən şəxs1 göndərdiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən ünvana gedərək Nurlan tərəfindən götürüldüyünü, Təqsirləndirilən şəxs1 həmin narkotik vasitə üçün İran İslam Respublikası vətəndaşına sonradan ümumilikdə 120 manat pul göndərəcəyini, əvvəllər də narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etdiyini, hazırda tanışı Təqsirləndirilən şəxs1 üstündən aşkar olunmuş maddələri də öz şəxsi istifadəsi üçün əldə etdiyini, Nurlanın həmin narkotik vasitədən ona istifadə elmək üçün verəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, hər iki şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında 29 yanvar 2024-cü il tarixdə təqsirləndirilən şəxslər Yasamal rayonu ərazisində Şərifzadə küçəsindəki “Kaktus” restoranına yaxın yerdə saxlanılmış, Təqsirləndirilən şəxs1 sağ yan cibindən bir bükümdə narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmiş, Təqsirləndirilən şəxs2 üzərindən heç nə aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs2, narkotik vasitələrin istifadəsi barəsində daxil olmuş əməliyyat məlumatı əsasında 2024-cü ilin yanvar ayında axşam saat 7 radələrində Sumqayıt şəhəri ərazisində Səməd Vurğun küçəsi “Qayalı” market yaxınlığında digər polis əməkdaşı Orxan Baxşəliyevlə birlikdə tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs2 Polis İdarəsinə xidməti avtomobillə aparılmışdır. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 29 yanvar 2024-cü il tarixli raportdan görünür ki, Nurlan və Şükran adlı şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları,satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və maddələr əldə edərək saxlamaları və daşımaları barədə məlumat daxil olmuşdur (Cinayət işi cild 1, iş vərəqə 4). 29 yanvar 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar (Cinayət işi cild 1, iş vərəqə 5) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 02 fevral 2024-cü il tarixli qərarı ilə qanuni hesab edilmişdir (Cinayət işi cild 1, iş vərəqə 159). 29 yanvar 2024-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 22:30-da ünvan 7 ünvanının yaxınlığında olduqları zaman saxlanılmış,saxlanılarkən üstlərinə şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə bağlı prosesual hərəkətlərin aparılmasından ötrü onlar saxlandıqları yerdən Baş İdarəyə gətirilmişlər (Cinayət işi cild 1, iş vərəqə 12). 30 yanvar 2024-cü il tarixli “Şəxsi axtarış və götürmə” aparılması haqqında protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 üstündə adını “kakos” kimi bildiyi narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü, sağ arxa cibindən “İphone” markalı mobil telefonu və həmin şalvarın sol yan cibindən 120 manat pulu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi “İphone” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 həmin mobil telefonun ona məxsus olduğunu bildirmişdir. 120 manat pula baxış keçirilmiş və pulların 01 ədəd 100 manatlıq, 01 ədəd 20 manatlıq pul əsginası olmaqla ümumilikdə 120 manat pul olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində olan maddəyə baxış keçirilmişdir. Həmin büküm iştirakçıların şahidliyi ilə açılan zaman sellofan bükümün içərisində qəhvəyi rəngli, toz şəkilli, xüsusi spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddələr olması aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 01 ədəd 100 manatlıq, 01 ədəd 20 manatlıq pul əsginası olmaqla ümumilikdə 120 manat pul onun özünə geri qıytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlərin olması barədə məlumat verməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üstündə narkotik vasitələr, psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar və ya sənədlərin olmadığını bildirərək əyinində olan şalvarın sol yan cibindən “CİO” markalı mobil telefonu və həmin şalvarın sağ yan cibindən 10 manat pulu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra təqdim olunmuş əşyalara baxış keçirilməyə başlanılmışdır. İlk öncə Təqsirləndirilən şəxs2 təqdim etdiyi “CİO” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs2 həmin mobil telefonun ona məxsus olduğunu bildirmişdir. Mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. 10 manat məbləğində pul isə özünə qaytarılmışdır. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş narkotik vasitə heroinə oxşar maddəni götürmək üçün xx.xx.2024-cü il tarixdə onunla birlikdə polis əməkdaşları tərəfindən saxlanılmış tanışı Təqsirləndirilən şəxs2lə görüşüb adını və digər anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşının “Whatsap” ani mesajlaşma şəbəkəsində olan hesabı vasitəsi ilə ona göndərdiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən ünvana gedərək götürdüklərini, həmin narkotik vasitə üçün İran İslam Respublikası vətəndaşına aralarında olan razılığa əsasən sonradan ümumilikdə 120 manat pul göndərəcəyini, əvvəllər də narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə ediyini, əldə etdikləri narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs2lə birlikdə bölərək istifadə etmək niyyətində olduqlarını, həmin maddələrdən başqa heç kimə vermədiyini, heç kimə satmadığını bildirmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 də Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək narkotik vasitə heroini əldə etmək üçün tanışı Təqsirləndirilən şəxs1la xx.xx.2024-cü il tarixdə görüşüb birlikdə Təqsirləndirilən şəxs1 “Whatsap” ani mesajlaşma şəbəkəsində olan hesabı vasitəsi ilə əlaqə saxladığı adını və digər anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşının “Whatsap” ani mesajlaşma şəbəkəsində olan hesabı vasitəsi ilə Təqsirləndirilən şəxs1 göndərdiyi Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən ünvana gedərək götürdüklərini, əldə etdikləri narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs1la birlikdə bölüb istifadə etmək niyyətində olduqlarını, həmin maddələrdən başqa şəxslərə pay vermək və satmaq kimi niyyətlərinin olmadığını bildirmişdir. (cild 1,iş vərəqə 46-49). 30 yanvar 2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası DİN zərflər üçün №6-li dairəvi əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs1 üstündən aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə heroinə oxşar maddə” yazısı və imzalar olan paketdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 6,194 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin qalıq çəkisi 6,194 qram təşkil etmişdir. (cild 1,iş vərəqə 65-66). 15 mart 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş CD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən “Söz deyirem bir dene var istesen onu vererdim sene benzin pulu lazımdı 15 manat zad” məzmununda mesaj göndərilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsindən “Hardasan kola var”, “Əl çatan yer var 30 var yarı”, “Salam Bala hardasan yarım var”, “Salam menem şükran, qaqa 05 tekem”, “sene kola gətirmişəm gel verim”, “Yarı kamaz daş lazımdır gelmek olar qaqa”, “Yarı torpağ temiz olsun bawima oyun acma”, “05.torpaq, 10.M.das”, “Qaqa alinsa 5.lik kola 5.lik daw” məzmununda mesajlar göndərilmişdir(Cinayət işi cild 1, iş vərəqə 191). 5 yanvar 2024-cü il tarixli “şəxsi axtarışın keçirilməsi” barədə protokoldan və ona əlavə edilmiş həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 05 уanvar 2024-cü il tarixdə saat 19:10-da Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən “Qayalı” marketin yaxınlığında saxlanılaraq Polis İdarəsinə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd kağız bükümdə spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür (Cinayət işi cild 1, iş vərəqə 226-227). 06 yanvar 2024-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 124” dairəvi möhür əksi, vət Təqsirləndirilən şəxs2 aşkar edilmiş....” yazısı və imzalar olan zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 0, 882 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra narkotik vasitə heroinin qalıq çəkisi 0,832 qram təşkil etmişdir (Cinayət işi cild 1, iş vərəqə 236-237). 31 yanvar 2024-cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 6,194 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 6,141 qram olan heroin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılma yerinə təhvil edilmişdir ( cild 1, iş vərəqi 144-145). 15 fevral 2024-cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 0, 882 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 0,832 qram olan heroin saxlanılmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir ( cild 1, iş vərəqi 272). 05 iyun 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD disk, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk, maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (Cinayət işi cild 2, iş vərəqə 74-88 ). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 7 fevral 2024-cü il tarixli tələbnamələrdən məlum olur ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamış(Cinayət işi cild 1, iş vərəqə 178-179), Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər Məhkəməsinin 18 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 5 mart 2020-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmiş, 15 may 2020-ci ildə cəza müddəti başa çatdığına görə şöbədə qeydiyyatdan çıxarılmışdır (cild 1,iş vərəqə 180-181). Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qanunun mənasına görə CM-nin həm 234.1-ci, həm də 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət- Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qanunda “satış” məqsədinin anlayışı verilməsə də, həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına aydınlıq gətirilmişdir. Belə ki, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər “satma ” kimi başa düşülür. Bu kontektsdə “satış” məqsədi də narkotik vasitələrin və ya psixortop maddələrin “əvəzli, qazanc əldə etmək və ya sair şəxsi maraqdan yayılması” məqsədi kimi şərh edilə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 №-li Qərarına əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın Siyahıların ( yeni redaksiyada) 1-ci Siyahısının 83-cü bəndinə əsasən - təmiz halda 2 (iki) qram və daha artıq çəkidə narkotik maddə heroin külli miqdar təşkil edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilsə də Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədilə narkotik vasitə əldə etmədiyini qeyd etmiş, Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 söylədiklərini təsdiq edərək saxlanılarkən üzərində narkotik vasitə olmamasını bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 29 yanvar 2024-cü il tarixində barələrində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə heroinin onlara məxsus olmaması,fiziki təzyiqə məruz qalmaları səbəbindən həm barələrində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həm də şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən etiraf edici ifadələr vermələri barədə məhkəmədə verdikləri ifadələrini onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduları cinayət əməllərini törətmələrini sübuta yetirilmiş hesab edir. Belə ki,məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından daxil olmuş 13 sentyabr 2024-cü il tarixli məktubla müşaiyət olunan tibbi müayinə sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 31 yanvar 2024-cü il tarixdə Bakı istintaq Təcridxanasına gətirilmiş, sorğu zamanı onlar xəsarət almadıqlarını bildirmiş, hər iki təqsirləndirilən şəxsin bədənlərinə baxış zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 31 yanvar 2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 istəyinə əsasən İranlıya narkotik vasitə sifariş etdirdiyini, əvvəlcədən ona İran İslam Respublikasının vətəndaşının oraya narkotik vasitə yerləşdirəcəyini ,əldə edəcəyi narkotik vasitənin 4 qramını ona verəcəyini bildirdiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs2 isə həmin ifadəni təkzib etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş materiallarında olan şəxsi axtarış və götürmə haqqında protokolun, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli və təqsirləndirilən şəxs qismində dindirmə ptorokollarının mötəbərliliyinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən şübhə altına alınması üçün əsaslar müəyyən edilməməsi səbəbindən Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən narkotik vasitə heroinin sonuncunun Təqsirləndirilən şəxs2lə birgə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən əldə edilməsi barədə xüsusat işin mübahisəsiz halını təşkil edir. Məhkəmə həmçinin belə qənaətə gələrkən onu əsas götürür ki, İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. İş materiallarından isə görünür ki, hər iki təqsirləndirilən şəxs ibtidai istintaq zamanı fiziki təzyiqə məruz qalmaları barədə hər hansı orqana mürcaiət etməmiş, barələrində həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən aşkar edilən narkotik vasitənin ona aid olması halını təkzib etmədən, miqdarının çox olmağından xəbərsiz olduğunu, polis əməkdaşları tərəfindən fiziki təzyiq məruz qalmamasını bildirmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni qabaqcadan əlbir olmuş bir qrup şəxs halında əldə etmə əməllərində satış məqsədinin olması barədə nəticəyə gələrkən isə məhkəmə, hər iki təqsirləndirilən şəxsin istifadəsində olan telefon nömrəsi ilə narkotik vasitələrin satışı məzmununda danışıqların aparılması barədə iş materiallarına istinad edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə görə cinayətlər təsnifatına əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan əməllər az ağır, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan əməllər isə ağır cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyası həddində həmin Məcəllənin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə cəza təyin edərkən həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 21 avqust 1963-cü il təvəllüdlü atası, 12 oktyabr 2018-ci il təvəllüdlü azyaşlı övladı var. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı övladı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, himayəsində 21 avqust 1963-cü il təvəllüdlü atasının olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində həyat yoldaşı, 07 sentyabr 2010-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan övladı var. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində həyat yoldaşı, 07 sentyabr 2010-cu il təvəllüdlü yetkinlik yaşına çatmayan övladı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, təqsirləndirilən şəxslərin barələrində yuxarıda sadalanan yüngülləşdirici halların olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi yolu ilə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 29 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 21), Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəllinin 29 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 141-143). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirliyi bilindiyi epizod üzrə 5 yanvar 2024-cü il tarixdə tutulmuş (Cild 1, səh 218/19), 07 yanvar 2024-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (Cild 1, səh 258). Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi epziodu üzrə isə o, 29 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş (cild 1, iş vərəqə 36-37), Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəllinin 29 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 138-140). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 yanvar 2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 05 yanvar 2024-cü il tarixdən 07 yanvar 2024-cü il tarixədək tutulduğu müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 19 fevral 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cinayət işi cild 2, iş vərəqə 4-5). Məhkəmə-narkoloji ekspertizasının 19 fevral 2024-cü il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs2 opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan Aslılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cinayət işi cild 2, iş vərəqə 6-7). Məhkəmə qeyd edilən rəyləri nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,141 qram təşkil edən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,832 qram təşkil edən heroin məhv edilməli,Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198.3-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə elan edilmiş ittihama daxil olan narkotik vasitələrin ekspertizasına çəkilmiş 228 (iki yüz iyirmi səkkiz )manat ekspertiza xərci təqsirlilik dərəcəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında bölünməklə Təqsirləndirilən şəxs1 57 (əlli yeddi) manat, Təqsirləndirilən şəxs2 171 (yüz yetmiş bir) manat tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 64 və 235). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi məhkəmə zamanı Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, məhkəmı mərhələsində göstərilmiş 48 (qırx səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər “Arbitrium” Vəkil Bürosunun hesabına müvafiq olaraq ödənilməsi üçün 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 29 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə 5 yanvar 2024-cü il tarixdən 7 yanvar 2024cü il tarixədək tutulduğu müddət hazırki hökmlə təyin edilmiş qəti cəzadan çıxılmaqla üzərində 5 (beş) il 5(beş) ay 28( iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 29 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,141 qram təşkil edən heroin və Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,832 qram təşkil edən heroin məhv edilsin; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində həyata keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin video görüntülərini özündə əks etdirən 02 ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. 228 (iki yüz iyirmi səkkiz ) manat ekspertiza xərci təqsirlilik dərəcəsinə uyğun olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında bölünməklə Təqsirləndirilən şəxs1 57 (əlli yeddi) manat, Təqsirləndirilən şəxs2 171 (yüz yetmiş bir) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş 48 (qırx səkkiz) saat həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Arbitrium” Vəkil Bürosunun hesabına vəkili Müdafiəçi2 ödənilməsi üçün 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov
Məhkəmə qərarları › İş №1(101)-1960/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1960/2024
02.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver