Məhkəmə qərarları › İş №1(101)-1961/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1961/2024

23.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1961/2024 23.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Namazov Fərid Arif oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X5 və X7, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1985-ci ildə Astara rayonu, Pensər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində üçü azyaşlı olmaqla 5 (beş) uşağı olan, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Astara rayonu, Telman kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 noyabr 2024-cü il tarixdə, saat 12:10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs satış məqsədilə narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma niyyəti ilə qeyrisi ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq qeyrisi tərəfindən qanunsuz olaraq satış məqsədilə məlum olmayan mənbədən, tarixdə və vaxtda əldə edilərək 1 (bir) ədəd qara rəngli sellofanda təmiz çəkisi 2105 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana Bakı şəhəri Yasamal rayonu ərazisində gizlədilmiş, Təqsirləndirilən şəxs həmin marixuananı 22 fevral 2024-cü il tarixdə “Whatsapp” ani mesajlaşma - mübadilə sistemindən istifadə etməklə özünə məxsus “Samsung Galaxy A24” markalı mobil telefon aparatına yüklənmiş “Whatsapp” ani mesajlaşma - mübadilə proqramı vasitəsilə qeyrisi ilə əlaqə yaradaraq sonuncunun “Whatsapp” ani mesajlaşma - mübadilə sistemi vasitəsilə göndərdiyi məkana, yəni ünvan 2 ünvanına gələrək həmin narkotik vasitə olan külli miqdarda qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, 22 fevral 2024-cü il tarixdə, saat 17:45 radələrində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin (bundan sonra mətndə - Yasamal RPİ-nin 29-cu PŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-in inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əlindəki 1 (bir) ədəd qara rəngli sellofana bükülərək üzəri yapışqanlı lentlə bağlanmış təmiz çəkisi 2105 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, özünün şəxsi istifadəsi üçün İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlayıb ondan narkotik vasitə istəmiş, sonradan sonuncu ona zəng edərək kiçik bükümdə şəxsi istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana göndərəcəyini bildirmiş, danışıqlarına əsasən iranlının qeyd etdiyi ünvana həmin bükümü götürməyə getmiş, lakin göndərilən sellofanı götürə bilmədən 5 nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. O, iranlının göndərdiyi qara rəngli sellofanın içində narkotik vasitə qurudulmuş marixuana olmasını bilmiş, lakin həmin sellofana ümumiyyətlə toxunmamış, sellofanı götürə bilmədən polis əməkdaşları tərəfindən saxlanıldığından həmin narkotik vasitə ona məxsus olmamışdır. Yasamal RPİ-nin 29-cu PŞ-də polis əməkdaşları onu döyərək evindən başqa qanunsuz predmetlər çıxaracaqlarına dair hədələyib həmin narkotik vasitəni boynuna almasını tələb etmiş, habelə müdafiəçinin iştirakı ilə aparılmış şəxsi axtarış istintaq hərəkəti zamanı 14 dəfə videoçəkiliş edilməklə nəyi necə demək lazım olduğunu öyrətmişlər. Videoçəkiliş zamanı müdafiəçi iştirak etsə də, polis əməkdaşlarının qanunsuz hərəkətlərinə hər hansı etirazını bildirməmişdir. O, ittihamda göstərilən tarixdə, vaxtda və yerdə saxlanılmış, saxlanıldığı ünvanda iranlının göndərdiyi sellofanı axtararkən polis əməkdaşları onu saxlayaraq həmin sellofanı göstərib narkotik vasitənin ona aid olduğunu bildirmişlər. O, heç kimə narkotik vasitə satmamış, narkotik vasitələri kiminsə göstərişinə əsasən aparıb harasa qoymamış, mobil telefonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışına dair hər hansı səs yazısı və ya sms-yazışmaları olmamışdır. Onun iranlı ilə əvvəllər hər hansı danışığı olmamış, saxlanılmamışdan 15 gün əvvəl iranlı “Whatsapp” vasitəsilə ona zəng edərək mobil telefon nömrəsini yaxın dostundan əldə etdiyini, onun narkotik vasitə istifadəçisi olmasından xəbərdar olduğunu deyərək ona narkotik vasitə verə biləcəyini bildirmişdir. İranlı şəxs növbəti dəfə onunla əlaqə saxlayarkən 22 fevral 2024-cü il tarixdə ona pay olaraq narkotik vasitə verəcəyini söyləmiş, həmin gün saat 15:00 radələrində isə kuryerin Yasamal ərazisindən çıxdığını, narkotik vasitəni ona gətirdiyini bildirdikdən sonra narkotik vasitənin qoyulduğu yerin şəklini ona göndərib həmin binaya daxil olduqdan sonra mobil telefonun işığı ilə axtarıb kiçik bükümü tapa biləcəyini izah etmiş, iranlı tərəfindən ona ünvanı göndərilmiş binanın blokuna daxil olub sellofanı axtararkən polis əməkdaşları ona arxadan yaxınlaşaraq əllərini qandallamışlar.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, 5 nəfər polis əməkdaşı tərəfindən saxlanılmış, saxlanılarkən əlində heç bir sellofan paket olmamış, ümumiyyətlə həmin sellofan paketə əli dəyməmiş və ya götürməmişdir. O, “İnstagram” sosial şəbəkəsində heç kimlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı mesajlaşmamış, mobil telefonundan aşkar edilmiş mesajlar 22 fevral 2024-cü il tarixdə, saat 17:45-də tutulduqdan sonra polis əməkdaşlarının özü tərəfindən yazılmışdır. O, fiziki və psixi təzyiqlərə məruz qalması barədə müdafiəçisinə hər hansı məlumat verməmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs özünü təqsirli bildiyi əmələ münasibətdə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,234.1-ci maddəsi) peşman olduğunu, himayəsində üçü azyaşlı və ikisi yetkinlik yaşına çatmayan olmaqla beş uşağı olduğunu bildirərək məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi.

4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraatın ilkin mərhələsində 23 və 24 fevral 2024-cü il tarixlərdə onun hüquqlarını müdafiə etmiş müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmiş və o həmin ifadələrində ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, nadir hallarda narkotik vasitə olan marixuanadan çəkmək yolu ilə istifadə edir. Təxminən bir ay əvvəl +98 910-43-29-49 mobil telefon nömrəsindən onun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin vatsapına zəng gəlmişdir ki, İran İslam Respublikası vətəndaşıdır, onunla iş qurmaq istəyir. Ondan işin nə işi olmasını soruşduqda ona bildirmişdir ki, Cəlilabad rayonunda deyilən yerdən narkotik vasitəni götürüb Bakı şəhərinə gətirmək lazımdır. Ona etiraz etmiş və onun nömrəsinin səhv verildiyini bildirmişdir. 22 fevral 2024-cü il tarixdə günorta saatlarında həmin şəxs yenidən ona zəng edərək bildirmişdir ki, ona istifadə etmək üçün öz kuryeri vasitəsilə narkotik vasitə olan marixuana “atdıracaqdır”, həmin narkotik vasitəni ona pay edir. Ona təşəkkürünü bildirmiş və “Whatsapp”da həmin şəxs ona “konum” atmış, həmin yer ünvan 2 ünvanını göstərmişdir. O, 22 fevral 2024-cü il tarixdə, saat 16 radələrində həmin ünvana getmiş və “Whatsapp”da həmin ünvanda olduğunu demişdir. Bundan sonra həmin şəxs ona “Whatsapp”da şəkil göndərərək narkotik vasitə olan marixuananı hara qoymasını göstərmişdir. Həmin narkotik vasitəni axtararkən bir ədəd qara rəngli torbanı götürüb kənara qoyub kiçik ölçülü onun üçün qoyulmuş narkotik vasitə bükülmüş bükülünü axtararkən arxadan ona tanımadığı mülki geyimli şəxs yaxınlaşaraq polis əməkdaşı olduqlarını bildirib onu saxlayaraq Yasamal RPİ-nin 29-cu PŞ-yə dəvət etmişlər. Onlara tabe olmaqla Yasamal RPİ-nin 29-cu PŞ-in inzibati binasına gətirilmiş və orada xidməti otaqlardan birində polis əməkdaşları müdafiəçi çağırdıqdan sonra onun üzərinə şəxsi axtarış aparılmasını bildirmiş və üzərində hər hansı gəzdirilməsi və saxlanması qadağan olunmuş əşya və ya maddənin olub-olmamasını soruşmuşlar. O, əlindəki bir ədəd qara rəngli sellofana bükülərək üzəri yapışqanlı lentlə bağlanmış narkotik vasitə olan qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Ondan həmin kütlələrin nədən ibarət olduğunu soruşduqda, həmin kütlələrin “nəşə” deyilən marixuana olduğunu bildirmiş, üzərindən başqa hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Təqdim etdiyi narkotik vasitə qablaşdırılıb möhürlənərək onun və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilmiş qurudulmuş marixuananı satış məqsədi olmadan öz şəxsi istifadəsi üçün 22 fevral 2024-cü il tarixdə, saat 16 radələrində “instagram” sosial şəbəkəsində danışdığı, lakin şəxsiyyəti ona məlum olmayan İran İslam Respublikası vətəndaşının qeyd etdiyi yerdən, yəni ünvan 4 ünvanının qarşısından götürmüşdür. Üzərindən aşkar edilmiş narkotik vasitə marixuananı kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamış, həmin narkotik vasitəni özü istifadə etmək üçün əldə etmişdir. Saxlanılarkən və PŞ-yə gətirilərkən, eyni zamanda PŞdə ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. Heç bir psixi, yaxud fiziki zora məruz qalmamışdır. İran İslam Respublikası vətəndaşı ona narkotik vasitə çatacağını bildirərkən həmin narkotik vasitənin çəkisi barədə məlumat verməmişdir. Həmin şəxs ona istifadə etməsi üçün pay verdiyini demişdir, lakin narkotikin çəkisi və bükümün ölçüsü barədə heç nə deməmişdir. Əvvəl həyəcanlı olduğuna görə ilkin təhqiqat sənədlərində və videoçəkilişdə narkotik vasitənin özünə məxsus olduğunu və satış üçün əldə etməsini bildirmişdir ki, hazırda isə həqiqəti söyləmək qərarına gəlmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə - i.v.) 34-35; 49-51; 62-64;)

5. Eyni zamanda, Təqsirləndirilən şəxs məhkəməyədək icraatın sonrakı mərhələsində həmin müdafiəçisi X1 iştirakı ilə 1 may 2024, 6 iyun 2024 və 7 iyun 2024-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs həmin ifadələrində məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadələr vermişdir (Cild 1, i.v. 124-129; 201-207; 252- 258;).

6. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

7. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

8. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 22 fevral 2024-cü il tarixdə xidmət etdiyi polis şöbəsinə xx xxxxxxx 1985-ci il təvəllüdlü Astara rayonu, Telman kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla əlaqədar dərhal onun tərəfindən raport əsasında Yasamal RPİ-nin 29-cu PŞ-nin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və şəxsin ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək rəhbərliyi altında və həmin şöbənin cinayət axtarışı üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün əməliyyat müvəkkili Şahid1 ilə birlikdə məlumatda göstərilən ünvanda zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış, nəticədə həmin gün, yəni 22 fevral 2024-cü il tarixdə, saat 17:45 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin ünvan 4 ünvanında 9 mərtəbəli binadan əlində qara rəngli sellofan torba ilə çıxdığını görüb ona yaxınlaşıb özlərini təqdim edərək onun şəxsiyyətini dəqiqləşdirmiş, Təqsirləndirilən şəxs olmasını müəyyən edib özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək Yasamal RPİ-nin 29-cu PŞ-yə getməyini təklif etmiş, Təqsirləndirilən şəxs də hər hansı etiraz etməyərək onlarla birlikdə Yasamal RPİnin 29-cu PŞ-yə gəlmişdir. Təqsirləndirilən şəxs saxlanılması barədə rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi həmin polis şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X8 həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən prosessul hərəkətlər yerinə yetirilmiş, hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilmiş, daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edilərək vəkilinin, eləcə də onun və əməliyyat qrupunun üzvü əməliyyat müvəkkili Şahid1 iştirakı ilə axtarış və götürmə keçirməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilmiş, həmin təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs sağ əlində tutduğu qara rəngli sellofan torbanın içərisində bir ədəd şəffaf rəngli sellofana bükülərək yapışqanlı lentlə bağlanmış bükümü masanın üzərinə qoyub təqdim etmiş, X9 torbanın içərisində olan şəffaf sellofana bükülmüş bağlamanı açaraq içərisinə baxış keçirmiş, baxış zamanı bağlamanın içərisindən bitki mənşəli, ot şəkilli, spesifik iyə malik narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Eyni zamanda X9 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin nədən ibarət olduğunu, həmin maddəni nə vaxt, harada, kimdən, neçəyə və hansı məqsədlə almasını soruşduqda Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf bükümdə olan maddənin narkotik vasitə olan marixuana olduğunu, bir müddət əvvəl “İnstagram” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı olan şəxslə tanış olaraq əlaqə yaratdığını, bu gün isə həmin şəxs ona nəşə (marixuana) təklif etdiyini və onun “konumunu” göndərdiyi ünvana getdiyini və orada binanın giriş hissəsindən hazırda təqdim etdiyi qara rəngli sellofan torbanın içərisində marixuanaya bənzər yaşıl kütləni götürüb çıxan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-yə gətirdiklərini bildirmişdir. Daha sonra X9 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, əynindəki şalvarın arxa cibindən bir ədəd içərisində +99470590-70-07 nömrəsi olan “Samsunq Galaxy A24” markalı mobil telefon aşkar edilərək götürülmüş, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı başqa hər hansı qanunsuz əşya aşkar olunmamışdır. X9 tərəfindən içərisində kütlə olan bağlama olduğu qara rəngli sellofan torbaya bükülərək qablaşdırılaraq möhürlənmiş, qablaşdırılmış bağlamanın üzərində qeydlər aparılmaqla şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da həmin zərfin üzərinə imza etmişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən hər hansı qeyd və ya etiraz olmadan imzalanmış, eləcə də aparılmış videoçəkiliş bir ədəd məlumat daşıyıcısı olan DVD formatlı diskə köçürülərək həmin protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs saxlanılaraq polis şöbəsinə gətirilərkən və 29-cu PŞ-də olarkən, habelə üzərinə axtarış keçirilərkən ona qarşı hər hansı təzyiq və zorakılıq göstərilməmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində etimad doğuran, məlum və qərəzsiz mənbədən əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkomaniyaya qurşanmış şəxs olmaqla qanunsuz olaraq narkotik vasitələri istehlak etməklə yanaşı, eyni zamanda satışı ilə məşğul olması müəyyən edilmiş, lakin həmin narkotik vasitə marixuananın mənbəsi ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hazırkı tarixədək hər hansı müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətini əks etdirən videoçəkiliş tərəflərindən yalnız bir dəfə qeydə alınmış, birincinin saxlanılmasında beş nəfər polis əməkdaşının iştirak etməsi və mobil telefonundan aşkar edilmiş vatsap yazışmalarının guya polislər tərəfindən yazılması tamamilə yalandır.

9. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid2la oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs tərəflərindən binanın blokunun qarşısında əlində qara rəngli sellofanla saxlanılmış, onlar bloka daxil olmamış, habelə orada sellofanın içərisinə baxış keçirilməmiş, şəxs özü sellofanın içərisində nə olduğunu bilmədiyini desə də, sellofanın içərisi açıq olmuşdur. Şəxsi axtarış və götürmə istintaq hərəkəti bir dəfə müdafiəçisiin iştirakı ilə videoçəkilişlə aparılmış, aşkar olunmuş narkotik vasitənin çəkisi çəkilməmiş, qablaşdırıldıqdan sonra rəy verilməsi üçün ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxs saxlanılmasında özü və Şahid2 başqa digər şəxslər iştirak etməmiş, birincinin guya 5 nəfər şəxs tərəfindən saxlanılması, 14 dəfə videoçəkiliş aparılması və digər ifadəsində göstərdiyi xüsusatlar özünümüdafiə xarakteri daşımaqla həqiqəti əks etdirmir. Təqsirləndirilən şəxs qarşı tərəflərindən fiziki, psixi və sair təzyiq və ya zorakı təsir göstərilməmişdir.

10. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

11. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə, saat 17:45-də Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılaraq həmin polis şöbəsinə gətirilmiş, orada üzərində aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əlindəki 1 (bir) ədəd qara rəngli sellofana bükülərək üzəri yapışqanlı lentlə bağlanmış təmiz çəkisi 2105 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi faktına görə Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X15 tərəfindən 23 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

12. “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə” 22 fevral 2024-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisi, polis polkovnik-leytenantı Tural Nəzərov tərəfindən təsdiq edilərək Şahid2 rəhbərliyi ilə həmin idarənin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə, saat 17:45-də ünvan 2 ünvanının qarşısında saxlanılaraq Yasamal RPİnin 29-cu PŞ-yə gətirilmişdir (Cild 1, i.v. 3-11;).

13. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 fevral 2024-cü il tarixli, 5(004)- 236/2024 saylı qərarından görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən qəbul edilmiş və həmin şöbənin rəisi, polis polkovnik-leytenantı Tural Nəzərov tərəfindən təsdiq edilmiş 22 fevral 2024-cü il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə” qərar qanuna uyğun hesab edilmişdir (Cild 1, 45;).

14. Yasamal RPİ-nin 29-cu PŞ-nin məsul növbətçi əvəzi, polis leytenantı Ağadadaş Tağızadə tərəfindən tərtib olunmuş 22 fevral 2024-cü il tarixli aktdan görünür ki, 22 fevral 2024-cü il tarixdə, saat 18:00 radələrində Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilərkən sonuncunun üzərində heç bir xəsarət olmamışdır (Cild 1, i.v.12;).

15. “Şübhəli şəxsin tutulması haqqında” 22 fevral 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Nəbiyev X18 RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X10 tərəfindən müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə həmin tarixdə, saat 19:00-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmaqla hüquq və vəzifələri ətraflı şəkildə izah edilmişdir. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 22 fevral 2024-cü il tarixdə, saat 17:45 dəqiqədən tutulmuş hesab edilmişdir (Cild 1, i.v. 13; 23;).

16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 fevral 2024-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün Yasamal RPİ-nin 29cu PŞ-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı X10 tərəfindən həmin şöbənin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və polis kapitanı Şahid1 iştirakı ilə Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Protokoldan görünür ki, 22 fevral 2024-cü il tarixdə, saat 17:45 radələrində Yasamal RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 8 ünvanın qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində Yasamal RPİ-nin 29-cu PŞ-yə gətirilmiş, orada sonuncuya paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində olan qara rəngli sellofan torbanın içərisində bir ədəd şəffaf rəngli sellofana bükülərək üzəri yapışqanlı lentlə bağlanmış bükümü təqdim etmişdir. Təqdim olunan həmin bükülü təhqiqatçı tərəfindən açılaraq içərisinə keçirilən baxış zamanı bağlamanın içərisində bitki mənşəli, ot şəkilli, spesifik iyə malik narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisindəki maddənin narkotik vasitə olan marixuana olduğunu, həmin narkotik maddələri bir müddət əvvəl sosial şəbəkədə İran İslam Respublikası vətəndaşı ilə tanış olduğunu, sonuncu ilə “İnstagram”da bir müddətdir əlaqə yaratdığını, bu gün isə həmin şəxsin ona nəşə (marixuana) təklif edərək onun “konumunu” göndərdiyi ünvana getdiyini və orada binanın giriş hissəsindən bitki mənşəli ot şəkilli marixuanaya bənzər qara sellofanda olan yaşıl kütləni götürüb binadan çıxan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-yə gətirdiklərini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə marixuanaya bənzər bir ədəd bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün 169” saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən sübut əhəmiyyətinə malik ola biləcək içərisində +99470590-70-07 mobil telefon nömrəsi olan “Samsung Galaxy A24” markalı mobil telefon aşkar edilərək götürülmüş, bundan başqa heç bir digər əşya və ya maddə aşkar olunmamışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasında xidməti iş otaqlarından birində, təbii işıqlandırma şəraitində keçirilmişdir. Protokolda “Samsung” markalı mobil telefondan istifadə edilməklə videoçəkiliş aparılması, həmin videoçəkilişin əks olunduğu məlumat daşıyıcısının protokola əlavə edilməsi qeyd olunmuşdur. Bu barədə həmin tarixdə, saat 19:10-dan 19:30-dək protokol tərtib olunmaqla iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 31-33;).

17. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 22 fevral 2024-cü il tarixli protokolda əks olunan istintaq hərəkəti videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müddəti 10 dəqiqə 55 saniyə olan həmin videoçəkilişin əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq E.M.Kazımov tərəfindən baxış keçirilməsinə dair 31 mart 2024-cü il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə Təqsirləndirilən şəxs və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakı ilə üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı xarici görkəminin səliqəli olması, sərbəst olmaqla suallara rahat və ətraflı şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 33; 98-99;)

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzi tərəfindən verilmiş “Məhkəmə-bioloji ekspertizasının” 23 fevral 2024-cü il tarixli, 3-16-16/2- 7/306 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Saxlanılan Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan qara rəngli polietilen bağlamadakı 1 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 2105 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 2105 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq çəkisi – 2104,8 qram. Aparılmış tədqiqatın dəyərinin 78 (yetmiş səkkiz) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 40- 43;).

19. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X10 tərəfindən Təqsirləndirilən şəxs barəsində toplanmış material araşdırmanın davam etdirilməsindən ötrü aidiyyəti üzrə Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 46;).,

20. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 fevral 2024-cü il tarixli, 4(004)- 168/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 22 fevral 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsini xahiş etmiş, habelə daxili işlər nazirliyinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra döyülərək fiziki təzyiqə məruz qaldığını bildirmişdir. Eyni zamanda müdafiəçi X6 Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli, 4(004)- 567/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 12 iyul 2024-cü il tarixədək uzadılmışdır (Cild 1, i.v. 79-83;).

21. “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 28 mart 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi müstəntiq, polis kapitanı X11 tərəfindən icraata qəbul edilməklə istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 89;).

22. “Mobil telefona baxış keçirilməsi barədə” 28 mart 2024-cü il tarixli protokoldan görünür ki, müstəntiq Eldar Kazımov tərəfindən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd “Samsung” markalı “SM-A245F/DSN” modelli “**********74998/01” və “**********74990” İMEİ kodlu mobil telefon aparatında quraşdırılmış “Whatsapp” mobil tətbiqində olan yazışmalara baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus +**********07 GSM nömrəsi ilə istifadə etdiyi “Whatsapp” mobil tətbiqindən 22 fevral 2024cü il tarixdə, saat 03:45 dəqiqədə +98 910 438 2949 GSM nömrəsinə 17 saniyə müddətinə səsli ismarıc göndərərək “çox sağol abin çox sağol Allah səni var eləsin, eeeeee bu nə temasıdır ki kiməsə qoyacam və ya mənim özüm üçün göndərmisən Allah seni var bidene mənə cavab deyərsən”, həmin tarixdə, saat 04:40 dəqiqədə 11 saniyə müddətinə səsli ismarıc göndərək “çox sağol abi çox sağol payın artıq olsun Allah səndən razı olsun nə qulluğun olsa qardaşın burda hazırdı sənin qulluğunda”, həmin tarixdə, saat 04:43 dəqiqədə 05 saniyə müddətinə səsli ismarıc göndərərək “inşallah abi inşallah narahat olma mənim gözüm üstə”, həmin tarixdə, saat 04:57 dəqiqədə 09 saniyə müddətinə səsli ismarıc göndərərək “eeeee Yasamala deməli hardasa abi yarım satdıx yarımsaata ordayam”, həmin tarixdə, saat 04:57 dəqiqədə 12 saniyə müddətinə səsli ismarıc göndərərək “sən qoydur narahat olma şəkili atsın sənə sən at mənə mən ora yaxınlaşan da yığaram səni narahat olma görüntülü yığaram səni”, həmin tarixdə, saat 04:58 dəqiqədə 04 saniyə müddətinə səsli ismarıc göndərərək “yaxşı abi mən də tərpəndim gedirəm yavaş yavaş o yana”, həmin tarixdə, saat 05:11 dəqiqədə 12 saniyə müddətinə səsli ismarıc göndərərək “abi mən Yasamal tərəfdəyəm əəə, yəni buralardayam da şey disə at şəkili yaxınlaşım yavaş yavaş” sözlərini bildirmişdir. +98 910 *** **** nömrəsindən Təqsirləndirilən şəxs istifadə etdiyi “Whatsapp” mobil tətbiqinə 22 fevral 2024-cü il tarixdə, saat 05:31 dəqiqədə xəritə üzrə ünvan və fotoşəkillər göndərilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan 070 ***-**-** GSM nömrəsi ilə istifadə etdiyi “Whatsapp” mobil tətbiqindən 22 fevral 2024-cü il tarixdə, saat 05:32 dəqiqədə +98 910 *** **** GSM nömrəsinə 06 saniyə müddətinə səsli ismarıc göndərərək “abi bu blokun içindədi??? Trasamoturun yanındaaa?” ifadəsini bildirmişdir. +98 910 *** **** nömrəsindən Təqsirləndirilən şəxs istifadə etdiyi “Whatsapp” mobil tətbiqinə 22 fevral 2024-cü il tarixdə, saat 05:55 dəqiqədə yazılı ismarıclar göndərilərək“ ne oldo”, “Ay qardaş”, “Sohbatimiz ble deyil di ki tema ni gutorob javab vermiasan”, “jamahat pol ver malim”, “yaxşi harakat deyil”, “zang ele mne”, “1 kiloyarımı bizim di bizim di galani onvan ele”, həmin tarixdə, saat 05:58 dəqiqədə “jindi harakat elema tema manim deyil sne dedim”, hamin tarixdə, saat 06:00 dəqiqədə “ bo harakati elema, dedim jamahat mani gozdoyor, axmax adam”, həmin tarixdə, saat 06:01 dəqiqədə “Aaaaay qaqa, Ay qaqa, 1 kilo yarimi sanin ama kisi kimi yarsin onvna ele mne”, həmin tarixdə, saat 06:25 dəqiqədə 13 saniyə müddətinə video görüntü göndərmiş, həmin tarixdə, saat 06:26 dəqiqədə foto şəkil göndərmiş və hamin tarixdə saat 06:26 dəqiqədə “ble bağla”, “at 1 kilo yarimin onvana” ifadələri bildirilmişdir. Bundan başqa araşdırma zamanı Təqsirləndirilən şəxs mobil telefonuna baxış keçirilərkən yazışmaların həyata keçirildiyi saat vaxtının günümüzdə istifadə etdiyimiz PM saat vahidi ilə deyil, AM saat vahidi ilə hesablandığı müəyyən edilmişdir. Belə olan halda nümunə olaraq göstərmək olar ki, xx.xx.2024-cü il tarixdə, saat 06:01 dəqiqədə “Aaaaay qaqa, Ay qaqa, 1 kilo yarimi sanin ama kisi kimi yarsin onvna ele mne” həyata keçirilmiş yazışma AM saat vahidi ilə qeydə alınmışdır, həmin saat vaxtı günümüzdə istifadə edilən PM saat vahidinə çevrilən zaman 18:01 kimi oxunur. Beləliklə, baxış zamanı müəyyən edilmiş saatlarda prosessual pozuntu olmadığı müəyyən edilmədiyindən saatlar arasında ziddiyyət aşkar edilməmişdir (Cild 1, i.v. 93-94;).

23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 16 aprel 2024-cü il tarixli cavabından, müvafiq hökmün surətindən və məktubdan görünür ki, Nəbiyev X17 Rayon Məhkəməsinin 31 mart 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hal-hazırda məhkumluğu olmayan şəxsdir (Cild 1, i.v. 109- 110; 159-163;).

24. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasından daxil olmuş 2096/2024 saylı tibb kitabçasından görünür ki, Təqsirləndirilən şəxs həmin təcridxanaya 26 fevral 2024-cü il tarixdə gətirilmiş və tibbsanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. Həmin kitabçanın 12-ci bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəsarət aldığını bildirmişdir. Həmin kitabçanın 13-cü bəndində göstərilmişdir ki, baxış zamanı Təqsirləndirilən şəxs dəri səthində yeni zədə və ya xəsarət izləri aşkar edilməmiş, sol diz nahiyəsində köhnə çapıq toxumalar aşkar olunmuşdur. Həmin kitabçanın 14-cü bəndində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı şikayəti olmamışdır (Cild 1, i.v. 112-116;).

25. “Üzləşdirmə haqqında” 2 may 2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs ilə Şahid2 və Şahid1 arasında birincinin müdafiəçisi Rasim Almuradovun iştirakı ilə keçirilən üzləşdirmə istintaq hərəkətləri zamanı hər üçü məhkəməyədək icraat zamanı verdikləri ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzünə demişlər. Üzləşdirmə zamanı Şahid2 və Şahid1 Təqsirləndirilən şəxs dediklərinin tamamilə yalan olduğunu, sonuncunun özünümüdafiə xarakterli ifadələr verdiyini, narkotik vasitə olan marixuananın ona məxsus olmasının Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı çəkiliş aparılarkən şifahi olaraq dediklərini bir daha təsdiq etdiklərini bildirmişlər (Cild 1, i.v.149-158;).

26. Yasamal RPİ-nin 29-cu PŞ-nin rəisi, polis polkovnik-leytenantı Tural Nəzərovun 21 may 2024-cü il tarixli məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat tədbirlərinin nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı əldə etdiyi şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşının şəxsiyyətini və yerini müəyyən etmək mümkün olmamışdır (Cild 1, i.v.172;).

27. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə kompüter-texniki ekspertizasının” 6 may 2024-cü il tarixli, 2-16-16/2- 5/429/2024 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 14” əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy A24” markalı “SM-A245F/DSN” modelli “**********74998, **********74990” İMEİ kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Samsung Galaxy A24” markalı “SM-A245F/DSN” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, foto, audio, video fayllar, “Whatsapp” porqram təminatı vasitəsi ilə aparılmış audio, foto, video fayllar və sairə) mövcud olan məlumatlar müəyyən olunmuşdur (bax rəyə əlavə olunmuş bir ədəd DVD-R diskə). Rəyin “Tədqiqi hissəsinin” 3-cü bəndində göstərilən səbəblərə görə “Samsung Galaxy A24” markalı “SM-A245F/DSN” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “Whatsapp” proqram təminatı vasitəsi ilə aparılmış məlumat (çat seansı, buraxılmış, gələn çıxan səsli və video zənglər) mübadilələrini, “İnstagram” sosial şəbəkəsinə aid “nebiyev085” adlı istifadəçi profilinin “Direct” bölməsində məlumat (çat seansı, səsli və video zənglər) mübadilələrini, “Facebook” sosial şəbəkə vasitəsilə aparılmış məlumat (çat seansı, buraxılmış zəng) mübadilələrini və “TikTok” sosial şəbəkə vasitəsilə aparılmış məlumat (çat seansı) mübadilələrini köçürərək istintaq orqanına təqdim etmək mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 80 (səksən) manatdır (Cild 1, i.v. 173-177;).

28. “Diskə baxış keçirilməsi haqqında” 19 may 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə kompüter-texniki ekspertizasının” 6 may 2024-cü il tarixli, 2-16-16/2-5/429/2024 saylı rəyinə əlavə edilmiş bir ədəd “DVD-R” formatlı, üstünə “Ekspertiza 5-429 imza” söz, rəqəmləri və imza qeyd edilmiş diskə baxış keçirilmişdir. Baxış zamanı həmin diskdə “Ekspertiza 5-429” adlanan qovluq, həmin qovluğun içərisində “UFED Samsung GSM SM-A245F DSNJDS Galaxy A24 2024_05_02 (001)” qovluq, həmin qovluğun içərisində “2024-05-06.15-06-22” adlanan qovluq, həmin qovluğun içərisində “EvidenceCollection” adlanan qovluq, həmin qovluğun içərisində “Account Package”, “files”,”gpr”, “İcons”, “resourcese”, “thumbnails” “EvidenceCollection2024-05-06 otçet” adlanan qovluqlar vardır. “Account Package” qovluğun içərisində iki ədəd fayl vardır, həmin fallarda iş üçün əhəmiyyətli olan məlumat yoxdur, “files” adlanan qovluqda “Archives”, “Confuqrathion”, “Datebase”, “Documents”, “Audio”, “Videos” adlanan doqquz ədəd fayl vardır. “Archives”, “Confiquration”, “Datebase”, “Text” qovluqlarda iş üçün əhəmiyyətli olan məlumatlar aşkar olmamışdır. “Audio” adlanan qovluqda 1007 fayla köçürülmüş səs yazıları vardır. Həmin səsyazıları olan fayllardan PTT 20240222 WA0021, PTT 20240222 WA0024, PTT 20240222 WA0027, PTT 20240222 WA0029, PTT 20240222 WA0030, PTT 20240222 WA0032, PTT 20240222 WA0033 və PTT 20240222 WA0040 adlanan səsyazıları olan fayllarda X2 oxşar səslə “Abi” deyə müraciət etdiyi şəxsə göndərdiyi malı onun üçün və ya başqa şəxsə göndərməsini soruşması, ona minnətdarlıq etməsini, yarım saata Yasamala gəlib çatacağını bildirməsi, müraciət etdiyi şəxsə mal göndərənə malın şəklini çəkib ona atmasını, o da şəkili ona göndərməsini, daha sonra Yasamalda olmasını, daha sonra “Abi” deyə müraciət etdiyi şəxsdən göndərdiyi malın blokun içərisində transformatorun yanında olmasını soruşması müəyyən olunur. “Videos” adlanan qovluqda VİD 20232131- WA0025, VİD 20240102-WA0005, VİD 20240118-WA0004, VİD 20240118-WA0009, VİD 20240222-WA0049, “welcame screen İ video” adlanan fayllar vardır, VİD 20232131-WA0025, VİD 20240102-WA0005, VİD 20240118-WA0004, VİD 20240118-WA0009, “welcame screen video” adlanan fayllarda iş üçün əhəmiyyətli məlumatlar aşkar olmamış, 13 saniyəlik video görüntüdən ibarət olan VİD 20240222- WA0049 adlanan faylın xx.xx.2024-cü il tarixdə saat 17:43-də qeydə alınması, həmin faylda yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlənin görüntüləri müşahidə olunur. “Documents” adlanan faylda Təqsirləndirilən şəxs “Toyota Prius” markalı 77DY708 dövlət qeydiyyat nişanlı avtomobilin etibar edilməsinə dair “mobil notariat” tətbiqi vasitəsilə elektron qaydada rəsmiləşdirilmiş etibarnamə yerləşdirilmiş, həmin etibarnamə A4 formatlı kağıza çap edilərək protokola əlavə olunmuşdur. “İmages” adlanan qovluğun içərisinə 328 ədəd fotoşəkilə aid fayl vardır. Həmin fayllardan İMG- 20240222 WA0035, İMG-20240222 WA0036, İMG-20240222 WA0037, İMG-20240222 WA0047, İMG-20240222 WA0050, İMG-20240222 WA0051, İMG-20240222 WA0052, İMG-20240222 WA0053, İMG-20240222 WA0054, İMG-20240222 WA0055, İMG- 20240223 WA0000 adlanan fayllarda binanın blokunun ox işarəsi göstərilməklə, bloka girişdə pilləkənin kənarından sol tərəfi ox işarəsi ilə elektrik şitlərinin (transformatoru) göstərilməsi, elekton tərəzidə qurudulmuş marixuanaya bənzər 50 qram kütlənin elekton tərəzidə çəklməsi, +98 *** ** ** 49 “Whatsapp” saylı nömrə ilə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin fotoşəklini və malın qoyulacaq ərazi - Yeni Yasamalın xəritəsi, ABB bank xidməti vasitəsilə 285 manat pulun 5522******** 1615 saylı kartdan 5239********0007 kartına pul köçürülməsinə dair yazışmalar olması müəyyən olunur. Həmin fayllar A4 kağızına çap edilərək protokola əlavə edilmişdir. ”Thumbnails” adlanan qovluqda 334 ədəd fayla yerləşdirilmiş fotoşəkil var, həmin fotoşəkillər “İmages” adlanan qovluqdakı fayllarda olan fotoşəkillərlə eyni məzmunludurlar. Beləliklə, 6 may 2024-cü il tarixli 5/-429 nömrəli rəyə əlavə edilmiş üzərlərinə “Ekspertiza 5-429” imza, söz və rəqəmlər, imza yazılmış bir ədəd “DVD-R” formatlı diskdə narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması ilə bağlı yuxarıda qeyd olunan məlumatlar aşkar edilmişdir (Cild 1, i.v. 178-191;).

29. "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı ilə əldə edilərək CD disk elektron maqnit daşıyıcısına köçürülmüş məlumatlara baxış keçirmə haqqında” 31 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş 070 590 07 07 saylı simkart nömrədən 1 yanvar 2024-cü il tarixdən 22 fevral 2024-cü il tarixədək olan müddət ərzində aparılmış danışqların (daxil olan və çıxan zənglər) çıxarışların, SMS yazışmalaranın mətnlərinin, eləcə də daxil olan və çıxan zənglərə aid abonentlərin anket məlumatlarının və həmin zənglərin hansı antenalar tərəfindən qeydiyyata alınması haqqında məlumatlara baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən edilməmiş, “Zenglerin Detallasmasi ********* 10033 705900707_4” adlanan faylda Təqsirləndirilən şəxs istifadə etdiyi 070 590 07 07 simkart nömrəsindən 1 yanvar 2024-cü il tarixdən 23 fevral 2024-cü il tarixədək olan müddət ərzində çıxan və daxil olan zənglərin anten dairəsinə aid tarix və vaxta dair məlumatlara baxış zamanı isə müəyyən edilmişdir ki, 21 fevral 2024-cü il tarixdə saat 23:58-dən 22 fevral 2024-cü il tarixə saat 21:44-ə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs istifadə etdiyi ********* mobil telefon nömrəsi ilə apardığı danışıqlar zamanı 22 fevral 2024-cü il saat 16:37-dən həmin gün saat 21:44-ə kimi olan müddət ərzində Yasamal rayonu, Yeni Yasamal ərazisində anten dairəsində qeydə alınmışdır. “X4 **********0047 ********* NAR_4” adlanan fayla baxış zamanı 070 590 07 07 simkart nömrəsinin Təqsirləndirilən şəxs adına qeyd olunmuşdur (Cild 1, i.v. 196-198;).

30. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 7 iyun 2024-cü il tarixli, 4062 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs deməsinə görə arabir narkotik vasitə olan marixuanadan istifadə etmişdir (Cild 1, i.v. 212-213;).

31. “Ambulator məhkəmə psixiatrik ekspertizasının” 7 iyun 2024-cü il tarixli, 1675 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, i.v. 214-216;).

32. “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsifi haqqında” 7 iyun 2024-cü il tarixli qərardan və müvafiq məktubdan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.3 və 234.4.1-ci maddələrinə tövsif edilərək ona həmin maddələrlə yenidən ittiham elan olunması, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 2105 qram narkotik vasitə qurudulmuş marixuananın maddi sübut qismində tanınmaqla ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 2104,8 qram narkotik vasitə qurudulmuş marixuananın saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilməsi qərara alınmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş üzərində ***-***-**-** simkart nömrəsi olan “Samsung Galaxy A24” markalı “SM-A245F/DSN” modelli mobil smartfonun maddi sübut qismində tanınmaqla saxlanılması üçün Yasamal RPİ-nin Növbətçi Hissəsinə təhvil verilməsinin nəzərə alınması, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 1 (bir) ədəd DVD, “Məhkəmə kompüter-texniki” ekspertizasının 6 may 2024-cü il tarixli, 5/439 nömrəli rəyinə əlavə edilmiş 1 (bir) ədəd DVD-R və "xxxx" MMC-dən götürülmüş DVD formatlı disklərin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılması, baxış zamanı müəyyən edilmiş saatlar arasında ziddiyyətin aşkar edilməməsinin nəzərə alınması qərara alınmışdır (Cild 1, i.v. 219-236; 266;).

33. “Ayrıca icraata cinayət işinin ayrılması haqqında” 7 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan naməlum şəxs və ya şəxslər tərəfindən narkotik vasitəni əldə etdiyi mənbənin, o cümlədən narkotik vasitələri satdığı və ya satmağa hazırlaşdığı şəxslərin və şahidlərin müəyyən edilməsi, Təqsirləndirilən şəxs mobil telefonu vasitəsilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılan danışıqlarda iştirak edən “Abi” deyə müraciət etdiyi şəxsin şəxsiyyətini və olduğu yerləri müəyyən etmək və sair istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü hazırkı cinayət işindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmaqla ibtidai istintaqının davam etdirilməsi, o cümlədən ayrılmış cinayət işinə ********* nömrəsi verilməklə ********* nömrəli cinayət işinin bütün materiallarının surətlərinin çıxarılaraq siyahı üzrə ********* nömrəli cinayət işinə əlavə edilməsi qərara alınmışdır (Cild 1, i.v. 238- 241;).

34. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 7 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.1-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilərək hüquq və vəzifələri izah olunmuşdur (Cild 1, i.v. 243-245;).

35. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq M.E.Kazımov tərəfindən 16 iyun 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 21 iyun 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.267-280;).

36. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 iyul 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmişdir (Cild 2;).

37. Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X12 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 9 aprel 2024-cü il tarixli 470-C-24 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən daxil olmuş məlumatlar əsasında araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs Yasamal RPİ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkət və davranışlara yol verilməsi müəyyən edilmədiyi üçün toplanmış material üzrə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Qərardan görünür ki, “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X23 Yasamal rayon şöbəsinin 29 mart 2024-cü il tarixli, 100 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs adına Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından tərtib olunmuş tibbi kitabçada onun bədən səthində hər hansı xəsarətin olması barədə qeydiyyat olmamışdır. Materiala əlavə edilmiş “Yasamal RPİ-nin 29-cu PŞ-yə gətirilmiş şəxslərin qeydiyyatı” kitabından çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə, saat 18:00-da 29-cu PŞ-yə gətirilmişdir. Bununla da, araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki güc tətbiqinə, işgəncə və digər qanunsuz hərəkətlərə məruz qalması müəyyən edilməmişdir (Cild 2;).

38. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan və iş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20 sentyabr 2012-ci il təvəllüdlü Xədicə Nəbiyeva, 26 may 2015-ci il təvəllüdlü Zəhra Nəbizadə və 16 yanvar 2022-ci il təvəllüdlü Məhəmmədhüseyn Nəbiyev adlı üç azyaşlı, 30 dekabr 2009-cu il təvəllüdlü Mehdi Nəbizadə və 29 sentyabr 2008-ci il təvəllüdlü Rza Nəbiyev adlı iki yetkinlik yaşına çatmayan uşağı vardır (Cild 1, i.v. 131-136; Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

39. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

41. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

42. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

43. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir.

44. Belə ki, CM-in 234.4.1 və 234.4.3-cü maddələri qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir.

45. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 109.1-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 50000 qram olması müəyyən edilmişdir.

46. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı 2105 qram, yəni külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın miqdarının şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən xeyli miqdarından təxminən 421 dəfə, külli miqdarından isə təxminən 4 dəfədən artıq olması, qeyriləri ilə qabaqcadan əlbir olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən müxtəlif ünvanlara qoyulması ilə bağlı mobil telefonundan aşkar edilmiş çoxsaylı vatsap yazışmaları və danışıqları, fotoşəkilləri, habelə narkotik vasitənin qoyulduğu yerin koordinatlarının işarələnərək göndərilmiş fotoşəkilləri və görüntüləri, həmçinin bank kartı hesabında pul köçürmə əməliyyatlarının aparılması onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

47. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

48. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

50. Hökmün 49-cu bəndində qeyd edilən qərarın 12-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi, külli miqdarda törədilməsi, habelə mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiyatelekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayətin qeyd olunan tövsifedici əlamətlərlə törədilib-törədilməməsi məsələsi həll olunarkən “cinayətin təkrar törədilməsi”, “qabaqcadan əlbir olan bir qrup şəxs” və “mütəşəkkil dəstə” anlayışlarını təsbit edən CM-in 16, 34.2 və 34.3-cü maddələri ilə yanaşı, həmin cinayət-hüquqi kateqoriyaların, habelə cinayətin mediadan, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədilməsi əlamətinin təfsirinə həsr olunmuş, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2021-ci il 25 yanvar tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 15 mart tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 6 may tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 1999-cu il 20 aprel tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4 və 236-cı maddələrinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 14 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqelər rəhbər tutulmalıdır....Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CMin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

51. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmaması, iranlı şəxsin bildirdiyi yerə öz şəxsi istifadəsi məqsədilə 10 qram narkotik vasitə götürmək üçün getməsi, lakin həmin narkotik vasitəni götürmədən 5 nəfər polis əməkdaşı tərəfindən saxlanılaraq külli miqdarda narkotik vasitənin boynuna almasına dair hədə-qorxu və təzyiqlərə məruz qalması, aşkar olunmuş narkotik vasitənin çəkisi barədə hər hansı məlumatının olmaması, şəxsi axtarış və götürmə istintaq hərəkətinin müdafiəçinin iştirakı ilə 14 dəfə videoçəkiliş aparılmaqla həyata keçirilməsi, saxlanıldıqdan sonra mobil telefonundan aşkar olunmuş yazışmaların polis əməkdaşları tərəfindən icra olunması ilə bağlı verdiyi ziddiyyətli ifadələrə tənqidi yanaşaraq həmin ifadələrdə göstərilənlərin işin faktiki halları ilə öz təsdiqini tapmadığından və sübuta yetirilmədiyindən onun məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

52. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

53. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, hökmün 14, 16- 17, 24 və 37-ci bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sübutlarla da Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ilkin ifadələrində və üzərinə videoçəkiliş vasitəsilə həyata keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı verilən suallara ətraflı cavablar verməklə (şəxsi istifadəsi üçün əldə etməsini xüsusi vurğulamasına baxmayaraq) fiziki və ya psixi təzyiqlərə məruz qalması barədə hər hansı məlumat verməmiş, lakin məhkəməyədək icraatın sonrakı mərhələsində isə həmin ifadələrindən imtina edərək polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması, aşkar edilmiş predmetin özünə məxsus olması və sair işin faktiki halları ilə tam ziddiyyət təşkil etməklə özünün ifadəsindən başqa hər hansı digər sübutla təsdiqini tapmayan ifadələr vermişdir. Məhkəmə xüsusi vurğulamaqla qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs həmin ifadələri də məhkəməyədək icraatın ilkin mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi, habelə üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilərkən iştirak etmiş eyni müdafiəçisinin iştirakı ilə vermişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı da ziddiyyətli ifadələr verərək həmin müdafiəçinin iştirakı ilə 14 dəfə videoçəkiliş aparıldığı, polis əməkdaşları tərəfindən ona nəyin necə deyilməsinin izah edildiyini, həmin müdafiəçinin isə həmin hallara hər hansı etiraz etməməsi göstərmiş, halbuki, Təqsirləndirilən şəxs qeyd edilən müdafiəçisi sonuncu məhz barəsində qətimkan tədbiri seçilərkən bu barədə məlumat verdikdən sonra müvafiq vəsatətlər verməklə hüquqlarını müdafiə etdiyi şəxsə keyfiyyətli hüquqi yardım göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı da ziddiyyətli ifadələr verərək gah əvvəlcə iranlı şəxslə özünün əlaqə yaratdığını, gah da iranlının birinci olaraq onunla əlaqə yaratdığını göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat, həm də məhkəmə icraatı zamanı verdiyi ifadələrinə digər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs ifadələrində göstərdiyi və hər hansı digər sübutla öz təsdiqini tapmayan ifadələrinə tənqidi yanaşılmaqla sübut kimi qiymətləndirilmədən rədd edilməlidir.

54. Eyni zamanda, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, müdafiə tərəfi təkidlə təqsirləndirilən şəxsin mobil telefonuna baxış zamanı sonuncunun polis əməkdaşları tərəfindən saxlanılmasından sonrakı vaxt ərzində aşkar edilmiş ismarıcların guya polis əməkdaşları tərəfindən həyəta keçirildiyini bildirmişlər. Halbuki, hökmün 22-ci bəndində də göstərildiyi kimi Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona baxış zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs qabaqcadan əlbir olduğu qeyrisinin göstərişi və yönləndirməsi əsasında əvvəlcədən gizlədilmiş külli miqdarda narkotik vasitəni satış məqsədi ilə götürərək ayrı-ayrı bükümlərə bölməklə ona deyiləcək ünvanlara qoyması üçün həmin narkotik vasitənin olduğu ünvana gedərək qeyd edilən predmeti götürüb binadan çıxaraq uzaqlaşarkən polis əməkdaşları tərəfindən 22 fevral 2024-cü il tarixdə, saat 17:45 radələrində saxlanılaraq 29-cu polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs saxlanılmasından xəbərsiz olan sonuncunun qabaqcadan əlbir olduğu qeyrisi ilə əvvəlcədən razılaşdıqları kimi külli miqdarda narkotik vasitəni götürdükdən sonra bu barədə əlbir olduğu şəxsə məlumat verməklə həmin predmetlərlə bağlı sonrakı hərəkətlərini koordinasiya etməli olduğundan qeyrisi Təqsirləndirilən şəxs sonuncu saxlanıldıqdan sonrakı qısa müddət ərzində də vatsap vasitəsi ilə yazmaqla və səsli ismarıclar göndərməklə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni götürüb-götürməməsi ilə maraqlanmış, sonuncu isə artıq polis əməkdaşları tərəfindən saxlanıldığından qeyrisinə hər hansı cavab verə bilməmişdir. Qeyrisi isə Təqsirləndirilən şəxs ona cavab verməməsini sonuncunun külli miqdarda narkotik vasitəni götürməklə onu aldadaraq ələ keçirdiyini düşünmüşdür. Halbuki Təqsirləndirilən şəxs mobil telefonu onun polis əməkdaşları tərəfindən saxlanılması ilə əlaqədar şəxsi axtarış istintaq hərəkəti zamanı götürülmüşdür.

55. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

56. CPM-in 351.2 və 351.3.4-cü maddələrinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

57. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

58. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.

59. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

60. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

61. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

62. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

63. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

64. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinin tələbinə əsasən himayəsində 2 (iki) yetkinlik yaşına çatmayan uşağının olmasını, 39 yaşında olmaqla özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını bildirməsini və narkomaniya xəstəliyindən əzab çəkməməklə məcburi müalicəyə ehtiyacı olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

65. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır.

66. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

67. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

68. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

69. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

70. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

71. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 22 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 fevral 2024-cü il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 22 fevral 2024-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 21 iyun 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 12 iyul 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

72. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 22 fevral 2024-cü il tarixdən hesablanmalıdır.

73. Məhkəmə hökmün 30-cu bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

74. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir.

75. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Yasamal RPİ-də saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 2104,8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, 1 (bir) ədəd “Samsung Galaxy A24” markalı “SM-A245F/DSN” modelli mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılmalı, “Şəxsi axtarış və götürmə” istintaq hərəkəti zamanı aparılmış videoçəkiliş zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 1 (bir) ədəd, “Məhkəmə kompüter-texniki ekspertizasının” 6 may 2024-cü il tarixli, 5/439 nömrəli rəyinə əlavə edilmiş 1 (bir) ədəd və "xxxx" MMC-dən götürülmüş 1 (bir) ədəd, ümumilikdə 3(üç) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

76. CPM-yə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

77. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 158 (bir yüz əlli səkkiz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

78. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak müəyyən edilməmişdir.

79. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

80. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

81. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 22 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 2104,8 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin və 1 (bir) ədəd “Samsung Galaxy A24” markalı “SM-A245F/DSN” modelli mobil telefon Təqsirləndirilən şəxs ailə üzvlərinə və ya onun digər qohumlarına qaytarılsın, 3 (üç) ədəd diskin hazırkı cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 158 (bir yüz əlli səkkiz) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar