Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1962/2024 20.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X20, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X16, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçilər X21 və X13 iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Ermənistan Respublikası, Quqark şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarda zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2012-ci il tarixdə saat 20:20 radələrində Azərbaycan Respublikasının hüdudlarından kənarda Rusiya Federasiyası Samara vilayətinin Çapayevsk şəhərinin Lenin və Zaporojskaya küçələrinin kəsişməsində yerləşən mini bazarın ərazisində Rusiya Federasiyasının vətəndaşı olan X1suz hərəkətlərinin təsiri altında, yəni, azərbaycanlıların ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı A.Vorovkinin sifət nahiyəsindən yumruq zərbəsi ilə vuraraq ona burun sümüklərinin sınığından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirdikdən sonra, naməlum kəsici-deşici xassəyə malik bıçağı silah qismində istifadə edərək A.Vorovkinin qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq, ona qaraciyərin 4 seqmentinin və qarının düz əzələ arteriyasının qansızma ilə müşayiət olunan zədələnməsi ilə ön qarın divarının nüfuz edən kor yarası ilə nəticələnməklə ümumilikdə həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası vətəndaşıdır, lakin Rusiya Federasiyasında yaşamışdır. O, uşaq vaxtından Ukrayna və Rusiyada yaşamışdır. 2012-ci ildə onun 23 yaşı var imiş. O, Rusiya Federasiyasında idmanla məşğul imiş və nailiyyətləri var imiş. Rusiyada “qara millət”-ə qarşı konflikt var. Zərərçəkmiş şəxs Vorovkin Aleksandr ilə bir yerdə məşqlər edirmişlər. Vorovkin Aleksandr ilə dost deyilmiş, amma aralarında normal münasibət var imiş. Vorovkin Aleksandrın ana tərəfi erməni imiş. Onlar yarışlara gedirmiş. O, kikboks üzrə Rusiya çempionu imiş. Vorovkin Aleksandr da ona qarşı paxıllıq və kin var imiş. Vorovkin Aleksandr yarışlara gedə bilmirmiş, ya da yarışlarda 2 və 3-cü yeri tutduğuna görə paxıllıq edirmiş. Vorovkin Aleksandr əvvəllər zarafatla deyirmiş ki, “qara millət“ bura doluşmuşdur. Onlar isə bu sözlərə fikir vermirmiş. Vorovkin Aleksandr sonra deyirmiş ki, “qara millət“olan sizi rədd etmək lazımdır. O, həmişə Vorovkin Aleksandra deyirmiş ki, “qara millət“ deyib ümumi danışmasın, Rusiya çoxmillətli ölkədir. Bir müddət sonra Vorovkin Aleksandr məşqlərə gəlmirmiş, yoxa çıxmışdır. Bilmir, deyəsən məşq kruqunu dəyişmişdir. Bir gün o zaldan çıxarkən Vorovkin Aleksandr ona zəng edərək onunla işi olduğunu və dediyi yerə getməyini istəmişdir. O, yorğun olduğunu və sonra görüşmək istədiyini demişdir. Lakin o sonra razılaşmış və getmişdir. O, ora gedəndə onlardan əlavə 2-3 nəfərin olduğunu görmüşdür. Vorovkin Aleksandr yenə demişdir ki, eşitdim qazanmısan, nə edirsən idmanı?! O, demişdir ki, bəli qazanmışdır. Vorovkin Aleksandr yenə “qara millət“ haqqında danışmağa başlamışdır. O, Vorovkin Aleksandra demişdir ki, ətrafda tanımadığı adamlar var, ağ etməsin. Vorovkin Aleksandr əlində olan bıçağı çıxarıb yelləməyə başlamış və demişdir ki, vaxt gəlmiş, onları təmizləyəcəklər. O, Vorovkin Aleksandra demişdir ki, bıçağı götürsün, adamı əsəbləşdirməsin, camaat baxır. Vorovkin Aleksandr bıçağı daha da yelləməyə başlamışdır. O, Vorovkin Aleksandın əlindən yumruqla vurmuşdur ki, bıçağı götürsün. Bu hərəkət Vorovkin Aleksandrın acığına gəlmiş və məsələni ciddiləşdirməyə başlamışdır. O, istəmişdir ki, bıçağı Vorovkin Aleksandrın əlindən alsın ki, yelləməsin. Sonra onlar güləşməyə başlamışlar. Necə oldusa bıçaq Vorovkin Aleksandra dəymişdir. O, VoroVkin Aleksandra bıçaq vurmamış, çünki o idmançıdır və onun vurmaq üçün bıçağa ehtiyacı yoxdur. İdmançı üçün kiminsə üstünə bıçaqla getmək ayıb sayılır. Vorovkin Aleksandra ona bıçaq girdiyini demiş və yanındakılar da Təcili Yardım çağırmışlar. O da çıxıb getmişdir. Hadisədən sonra 1-2 aydan çox o Rusiyada qalmışdır. O, axtarışa verilməyindən xəbərsiz imiş, çünki Rusiyada tez-tez belə hadisələr baş verirmiş. Bütün bu məsələ “qara millət“ söhbəti üstündə olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə yerinə Vorovkin Aleksandr onu çağırmış, o çağırmamışdır. Hadisə yeri Vorovkin Aleksandrın evinə yaxın yer imiş. Hadisəni kiminsə təsdiq edə biləcəyini düşünmür. Çünki hadisədən 12 il keçir. Vorovkin Aleksandrın anası erməni imiş, onlar ana tərəfin soyadını götürürlər. Bıçaqlamadan sonra Vorovkin Aleksandrla maraqlanmamışdır. Çünki bu dərəcədə məsələ olacağını bilmirmiş. Vorovkin Aleksandrın ailəsi aqressivdirlər və onu “qara millət“ hesab edirlər, barışmaq istəmirlər. O, onlara görə həm “qara millət“, həm də Azərbaycanlıdır. Yəni bu onlara ikiqat toxunur. O, əməlindəm peşmandır, belə olmasını istəməzmiş. Onda bıçaq olmamışdır. Hadisə zamanı ətrafda zalda olan uşaqlar var imiş. Lakin hadisədən 12 il keçmişdir. Onun dayısı uşaqları barışmaq üçün cəhd etmişlər və Vorovkin Aleksandrın ailəsinə demşlər ki, Xətai də evlidir, 2 uşaq atasıdır, hadisə uşaqlıqda olmuşdur. Amma səhəri gün Vorovkin Aleksandrgil polisə müraciət etmişlər ki, onun dayısı uşaqları onlara hədə-qorxu gəlirlər və təzyiq göstərirlər ki, ifadəsini geri götürsün. Vorovkin Aleksandrın erməni anası barışıq bağlanmasını istəmir. O, Vorovkin Aleksandrı vurmaq niyyətində olmamışdır. Vorovkin Aleksandr ona paxıllıq etsə də, “qara millət“ kimi onunla düşmənçilik etsə də onun onu bıçaqlamaq niyyəti yox imiş. Onlar Rusiyada millət söhbəti etmirmiş, təkcə Vorovkin Aleksandr millət söhbəti edirmiş. Ağ maşınla hadisə yerinə o getmişdir. Məhkəmə iclasında iştirak etmələri barədə iş üzrə zərərçəkmiş şəxs və şahid qismində tanınmış şəxslərə 19 iyul 2024-cü il və 23 iyul 2024-cü il tarixlərdə yaşadıqları Rusiya Federasiyası, Samara Vilayəti ərazisinə müvafiq bildirişlər göndərilmiş, həmin bildirişdə sonunculara məhkəmə iclasında iştirak etmələrinin zəruriliyi izah edilmiş, iştirak edə bilmədikləri təqdirdə isə Bakı Ağır Cinayətlər Məhkəməsinə teleqramla, və ya elektron poçt ünvanına və ya +99***-***-**-** mobil nömrəsində olan “whatsapp” mobil tətbiqinə baş vermiş hadisə ilə əlaqədar olaraq, istintaq zamanı verdikləri ifadələri təsdiq edibetməmələri barədə yazılı surətdə bildirmələri göstərilsə də, çox uzun müddət keçməsinə baxmayaraq, hal-hazıra qədər məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Bundan başqa, iş üzrə zərərçəkmiş şəxs X5 istifadə olan 8 *** ** ** 686 mobil nömrənin “whatsapp” proqramı vasitəsilə əlaqə saxlanılmış, məhkəmə iclasında iştirak etməsi üçün dəvət edilmiş, həmçinin, iştirak edə bilmədiyi təqdirdə isə yazılı surətdə öz fikrini bəyan etməsi bildirilsə də, o, nə şifahi, nə də yazılı surətdə öz mövqeyini bildirməkdən imtina etmiş və sonradan məhkəmə işçilərinin işlətdiyi telefon nömrəsinə blok qoymuşdur. Məhkəmə iclasında istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınmış X4 proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, o, heç bir yerdə işləməmiş və Samara vilayəti, Samara şəhəri, Moskovskoye Şosesi küçə, 28 “d” ünvanında ÇFM mühafizə rəisi işləyən anasının tam maddi təminatında yaşayır. O, spirtli içkilərdən sui-istifadə etməmiş, narkoloji və psixonevroloji dispanserlərdə qeydiyyatda deyildir, həmin vaxt Çapayevsk şəhərindəki 8 nömrəli məktəbdə qiyabi təhsil almış, orada 10 və 11-ci sinifləri eksternat üzrə bir ildə bitirmişdir. Məktəbdə oxuyandan sonra müddətli hərbi xidmət keçmək üçün hərbi xidmətə getməyi planlaşdırmış, ondan sonra bacısının işlədiyi müəssisədə işə düzəlmək istəmişdir. xx.xx.2012-ci il tarixində bütün gün evdə olub ev işləri ilə məşğul olmuşdur. Təxminən saat 19:40-da dostu Şahid2 evinə gəlmiş, onunla birlikdə gəzintiyə çıxmışlar. Küçəyə çıxıb Şahid2 ilə “Qorilka” mağazasında hər birinin tutumu 0,5 litr olan hərəsinə bir şüşə pivə almışlar. Pivə içdikdən sonra ştatın 1 saylı marşrut avtobusuna minmişlər və onlar 30 mikrorayon, WAQ idarəsinin binasına getmişlər. Təxminən saat 20:00-da Şahid2la artıq WAQ-ın yaxınlığında olmuş, demək olar ki, elə həmin vaxta iki qız - Yana Masyaqina və Vika da gəlmişlər. Yana və Vika ilə onlar Şahid2la əvvəlcədən görüşməyə razılaşmışlar. Yana və Vika gələndə dördü Zaporojskaya küçəsi ilə Vatutina küçəsinə doğru getmişlər, orada dostları Şahid4 və sonuncunun sevgilisi Loqinova Mariya ilə görüşmək istəmişlər. Onlar bazar tərəfdən Zaporojskaya küçəsi ilə, yəni alış-veriş sıraları boyunca getmişlər. Vatutin küçəsinə çatmazdan təxminən 5-10 metr əvvəl o, piştaxtaların birində oturan 3 oğlandan ibarət bir dəstə görmüşdür. Çöldə qaranlıq olmuş və o, bu dəstənin adamlarını dərhal görməmişdir. Birdən piştaxtanın arxasında oturan uşaqlardan birinin onlar tərəfə qışqırdığını eşitmişdir: “Faşistlər”. O, Yana, Vika və Şahid2 bu uşaqlara tərəf getdiyi üçün, onlara yaxınlaşanda bu oğlanları görmüşdür. Uşaqlardan biri onun 10 saylı məktəbdən dostu, onunla həmyaşıd Şahid10, ikincisi isə Çapaevsk şəhərinin yerli sakini kimi tanıdığı Şahid6 olmuşdur. Üçüncü şəxs qısa boylu, rus olmayan, tanımadığı, onun anladığı kimi, zahiri görkəmi azərbaycanlı olan oğlan olmuşdur. O, bilir ki, bu oğlan Çapaevsk şəhəri, Prospekt ərazisində yaşayır. Həmin uşaqlara yaxınlaşaraq “Niyə faşistlər?” sualını vermiş və bununla da onlara qarşı belə münasibətin səbəbini öyrənmək istəmişdir. Onun sualına rus olmayan oğlan cavab vermişdir ki, o və Şahid2 özlərini belə aparırlar. Bu söhbət sakit keçmiş, nə o, nə də Maksim bu oğlanların heç birini təhqir etməmiş, dava salmamışlar. Söhbət əsnasında onlara Çapaevsk şəhərinin yerli sakini kimi tanıdığı başqa bir oğlan - Aleksandr Duryaqin yaxınlaşmışdır. A.Duryaqin söhbətə qarışmamış, sadəcə dayanıb baş verənlərə baxmışdır. O, rus olmayan bir oğlanla söhbət edərkən Şahid2 Şahid10la nə isə danışmışdır. Söhbətin mahiyyətini bilməmiş, amma Şahid10 tərəfindən yüksək tonda gedirmiş. Sonra VAZ 2106 ağ və ya açıq rəngli avtomobil, dövlət nömrə nişanı 604 olan, hərfləri xatırlamadığı, bazara qədər sürmüşdür. Həmin maşından ona tanış olmayan daha iki oğlan çıxmış, 19-20 yaşlı kimi görünmüşdür, zahiri görkəmindən azərbaycanlıya oxşamışdır. Həmin adamlar yanlarına gəlmişdir. Həmin uşaqlardan biri əvvəlcə orada olan qeyri-rus oğlana yaxınlaşmışdır. Öz ana dillərində nə isə danışmışlar, bundan sonra maşın sürən uşaqlardan biri heçnə izah etmədən yumruğunu bir dəfə üzünə vurmuşdur. Zərbəyə reaksiya vermiş və biraz yan tərəfə yayınmış, zərbə onun sol yanağına dəymişdir. Bu zərbə yanağında cızıq buraxmışdır. Sonra həmin oğlan onun sinəsinə güclü zərbə endirmişdir. Həmin şəxs zərbəni bıçağa bənzər iti cisimlə vurmuş, amma qaranlıq olduğundan obyektin özünü görməmişdir. Sinə nahiyəsindən aldığı zərbədən dərhal sonra həmin oğlan eyni iti cisimlə onun qarnına zərbə endirmişdir. Bu zərbədən sonra yerə yıxılıb özünü bükmüşdür. Yana, Vika və Şahid2 o anda harada olduqlarını bilməmiş, çünki həmin vaxt onları görə bilməmişdir. Başa düşdüyü qədər, yan tərəfə qaçmışlar. Bundan əlavə, o, artıq yerdə uzananda üç qeyri-rus oğlanın, Şahid10 və Şahid6 ətrafında necə dayandığını görmüşdür. Həmin vaxt əlləri ilə başını bağlayıb, ayaqlarını qarnına sıxmışdır. Sonra hər tərəfdən, başına, bədəninə və əl-ayağına təpiklər vurulduğunu hiss etmişdir. Onu kimin, hansı nahiyəsindən vurduğunu dəqiq görməmiş, çünki zərbələrdən əlləri ilə başını örtmüş və həmin an heç kimə baxmamışdır. A.Duryaqinin onu vurub-vurmadığını bilməmişdir. Onu döyməkləri təxminən bir dəqiqə çəkmişdir. Sonra bir anda ucadan qışqıran bir kişi səsini eşitmişdir: “Polis”, bundan sonra onu mühasirəyə alanların hamısının necə qaçmağa başladığını görmüş, amma hara qaçdıqlarını görməmişdir. Onu vuranların hamısı qaçdıqdan sonra bir kişi ona yaxınlaşmış, ayağa qalxıb Zaporjskaya və Vatutina küçələrinin kəsişməsinə qədər getməyinə kömək etmişdir, həmin vaxt qarnında və sinəsində nə isə isti hiss etmişdir. Özünü yoxlayandan sonra qan içində olduğunu anlamış və huşunu itirməyə başlamışdır. Yadındadır ki, Şahid4 kişi ilə birlikdə təcili yardım çağıran Şahid7 ilə birlikdə ona tərəf qaçmışdır. Yananı, Vikanı və Şahid2 o, daha görməmişdir. Baş verənlərdən başqa heçnə xatırlamır. O, xx.xx.2012-ci il tarixində onu döyən və iki dəfə bıçaqlayan Qrişa adlı oğlanı tanınma zamanı tanımışdır. Qrişanın əsl adı Təqsirləndirilən şəxsdur. Onu xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilə kimi müalicə aldığı Çapayevsk şəhər xəstəxanasına yerləşdirən zamanı ona “Qarın boşluğunun nüfuz edən yarası, qaraciyər yarası, ön qarın divarının kəsilmiş-deşilmiş yarası, arteriya yarası” diaqnozu qoymuşlar. Qeyd olunan diaqnozdan əlavə ona “Burun sümüklərinin sınığı” diaqnozu qoyulmuşdur. Həmin bədən xəsarətlərini ona Təqsirləndirilən şəxs vurmuşdur. Ona vurulan bıçaq zərbələrindən sonra yerə yıxıldığından Şahid10, Malyuşkin Nikolay, Duryaqin Aleksandr və “Fedya” adlı cavan oğlanlar onun bədəninə zərbələr vurmağa davam etmişdir. Onun üzündən, daha dəqiq burun nahiyəsindən ayaqla zərbəni kimin vurduğunu görməmişdir. O, güclü fiziki ağrı hiss etmiş, lakin huşunu itirməmişdir. O, sadəcə görmüşdür ki, Novruzovun əlində nə isə parıldamış, hansı əlində olduğunu da görməmiş, çünki qaranlıq olmuşdur. Novruzovun ona qarşı qeyd olunan silahı necə tətbiq etdiyini o, görməmiş, heç dərhal başa düşməmişdir ki, onu nə iləsə vurmuşlar. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid1 ifadəsindən görünür ki, oğlu A.M.Vorovkin 8 №li OÜM BTM-də 10 “z” sinfində oxuyur. Bu sinif qiyabi təhsil forması sinfidir. Bu onunla əlaqədardır ki, A.M.Vorovkin gündüz vaxtı Beşkində “Prospekt” r-da yerləşən avtoservisdə işləyir. Məktəbdə onun heç bir problemi yoxdur, həmçinin heç kimlə münaqişəsi də yoxdur. Psixonevroloji dispanserdə və narkoloji dispanserdə uçotda deyil, heç vaxt inzibati və cinayət məsuliyyətə cəlb edilməmişdir. Xasiyyətcə münaqişəli deyil, sakitdir. Onun Şahid4 adlı yaxın dostu var, Maksim Çapayevsk şəhəri, Korolenko küçəsi ünvanında yerləşən “Xoztovarı” mağazasının yerləşdiyi evin qarşısındakı evdə yaşayır. X12, Kiyatsin Valeriy adlı daha iki dostu var və sonuncular onların binasında yaşayırlar. Həmçinin oğlunun Qafqaz milliyyətindən olan şəxslərin olduğu çoxlu tanışları var. O, Aleksandrın tanışlarını yaxından tanımır, ona sadəcə vizual olaraq tanış olmuşlar. “Qeyri-slavyan” milliyyətindən olan şəxslərə qarşı münasibəti düzdür, haqqında heç vaxt pis söz deməmişdir. 20.09.12-ci il tarixində saat 08dən 20-yə kimi işdə olmuşdur. Saat 20-də evə getməyə hazırlaşmış, lakin bir qədər ləngimişdir. Saat 20:15-də A.M.Vorovkinə zəng vurub harada olduğunu və nə etdiyini soruşmuşdur. Aleksandr dərhal ona cavab vermiş və demişdir ki, nənəsinin yanında xəstəxanada olub və indi Şahid2 ilə birlikdə Zaporojskaya küçəsi ilə “Prospekt” tərəfə gedir. O, Aleksandrın Şahid2 ilə ünsiyyət etdiyini bilmişdir. Təqribən bir il əvvəl yaxından ünsiyyət etməyə başlamış, aralarında ümumi nəyin ola biləcəyini bilməmişdir. O, oğlundan hər şeyin qaydasında olub-olmadığını soruşmuş, sonuncu hər şeyin yaxşı olduğunu demişdir. Aleksandr ona demişdir ki, indi Şahid4 Maşa adlı sevdiyi qızla onların yanına gələcəklər və onlar birlikdə prospektə gedəcəklər. Həmçinin Aleksandr bildirmişdir ki, Samara vilayəti, Çapayevsk şəhəri, Zaporojskaya küçəsində yerləşən mini-bazarda onların tanışları Vika və Lena onları gözləyirlər. O, başa düşmüşdür ki, prospektə minibazardan keçib gedəcəklər. Aleksandr ona heç bir problemdən bəhs etməmişdir. O, səhər təqribən saat 06:30-da işə gedəndə Aleksandrda heç bir bədən xəsarəti olmamış, özünü yaxşı hiss etmişdir. Sonra o, öyrənəndə ki, oğlunun hər şeyi qaydasındadır, söhbəti bitirib dəstəyi asmışdır. Onun danışığı bitirən kimi mobil telefonda saata baxmaq kimi xüsusi bir adəti olmuşdur. Saat 20:17 olmuşdur. Bundan sonra o evə getmək üçün hazırlaşmağa başlamışdır. Sonra saat 20:28-də Şahid4 sevgilisi Maşa naməlum nömrədən onun mobil telefonuna zəng vurmuş, həmin nömrə onun telefonunda qalmamışdır. Maşa telefonda qışqıraraq ona demişdir ki: “tez gəlin, «çurkalar» Saşkanı bıçaqlayıblar”. O, Maşadan harada olduqlarını soruşmuş və sonuncu demişdir ki, Samara vilayəti, Çapayevsk şəhəri, Vatutin və Zaporojskaya küçələrinin kəsişməsindədirlər. Sonra o, öz maşını ilə işdən çıxmışdır. 5 dəqiqədən sonra Maşa ona zəng vurub demişdir ki, təcili yardıma zəng vurmuş və həkimlər indi gələcəklər. Həmçinin Maşa ona izah etmişdir ki, A.M.Vorovkinin bütün üzü, bədəni qan içərisindədir və qanın haradan gəldiyini başa düşə bilmir. O, Samara şəhərindən gələnə kimi Maşa vaxtaşırı ona zəng vurub Saşanın həmin ana görə vəziyyətini bildirmişdir. O, Maşadan öyrənmişdir ki, gələn təcili yardım həkimləri Aleksandrı Samara vilayəti, Çapayevsk şəhəri MŞX qəbul otağına aparmışlar, oradan da cərrahi şöbəyə əməliyyata göndərmişlər. O, xəstəxanaya saat 21:30-da çatmış, oğlunu əməliyyat etmişlər. Aleksandr bir qədər narkozdan ayılıb ona izah etmişdir ki, onlar dördlükdə bazardan keçərkən “Kurı-qril” köşkü ərazisində piştaxtaların birinin arxasında cavan adamların dəstəsini görmüşlər. Neçə nəfər olduqlarını xatırlamır, ya üç, ya dörd nəfər olmuşlar. Qeyri-rus milliyyətindən olan, daha doğrusu Qafqaz milliyyətindən olan, Çapayevsk şəhəri, Şors küçəsi 8 ünvanında yaşayan oğlan onların ünvanına “faşistlər” demişdir. Bundan dərhal sonra dolu bədənli, Qafqaz milliyyətli oğlanlardan biri Aleksandrın sinəsindən, yəni günəş kələfi nahiyəsindən bir zərbə vurmuşdur. Aleksandr demişdir ki, sanki kim isə əli ilə zərbə vurmuş, lakin ağrı hiss etməmişdir. Zərbədən Aleksandr yıxılmamış, yerində dayanmış, yüngül səndələmişdir. Bundan dərhal sonra oğlandan ikinci zərbə gəlmiş və həmin şəxsin əlində nəyin isə parladığını görmüş, dərhal bunun böyük ehtimal bıçaq olduğunu anlayıb zərbəni blok etmişdir. İkinci zərbədə oğlan onun qarnını hədəf almışdır. Bundan sonra Saşa başa düşmüşdür ki, huşunu itirir, gözlərinə qaranlıq çökmüşdür, həmin vaxt kim isə Aleksandrın burnuna zərbə vurub yerə yıxılmış, sonra oğlunun bədənini təpikləməyə başlamışlar. Aleksandr ona demişdir ki, dairədə dayanan hər kəs onu təpikləmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 ifadəsindən görünür ki, onun Vorovkin Aleksandr adlı dostu var, bir ildir ki, dostluq edirlər. Xasiyyətcə Aleksandr ümumiyyətlə sakit insandır, lakin bəzən qəzəbli olmuşdur. Bəzən spirtli içkilər içmiş, lakin nadir hallarda. 19.09.12-ci il tarixində təqribən saat 20:21də o və Vorovkin, eləcə də onların tanışları Vika və Yana Samara vilayəti, Çapayevsk ş, “Prospekt” ərazisində yerləşən Bolşoye Tomılovo qəsəbəsində 2 №li avtobus marşrutunun son dayanacağında heykəlin yanında olmuşlar. Aleksandr Duryaqin də həmin avtobus dayanacağında olmuşdur. O, həmin oğlanı əvvəldən tanımış, Samara vilayəti, Çapayevsk şəhəri, Silikatnaya küçəsində yerləşən topdansatış bazasında birlikdə işləmişlər. X19 ilə görüşmüş, çünki həmin vaxtlar Vikadan eşitmişlər ki, Aleksandr Duryaqin guya haqqında şayiələr yaymışdır. O və Vorovkin Aleksandr onu müdafiə etmək qərarına gəlmişlər, çünki, o demişdir ki, belə bir şey olmayıb və bu böhtandır. Söhbət əsnasında o və A.Vorovkin A.Duryaqindən nə üçün şayiə yaydığını soruşmuşlar. Cavabında A.Duryaqin demişdir ki, o Vika haqqında belə sözlər deməyib. Söhbət zamanı onlar özlərini nəzakətli aparmışlar, söhbəti belə bitirmişlər ki, A.Duryaqin ümumiyyətlə bundan sonra Vika haqqında danışmayacaq. Həmin vaxt heç bir dava olmamışdır. Sonra onlar ayrılmışdır. Bundan təqribən 30 dəqiqə sonra, ona elə gəlir saat təqribən 21:30 olmuş, o, Vika, Yana, A.Vorovkin “Prospekt” ərazisində, yəni Samara vilayəti, Çapayevsk şəhəri, Şors küçəsi, ev 110 ərazisində olmuşlar. Həmin evin qarşısında onlar Duryaqin Aleksandrı sonuncunun Nikolay adlı dostu ilə birlikdə görmüşlər. Nikolay onların Aleksandr Duryaqin ilə Vika haqqında ikilikdə danışmalarına görə irad bildirmişdir. O, demişdir ki, onlar artıq hər şeyi həll etmişlər. Həmin vaxt Nikolay demişdir ki, onunla deyil, dəstəsinin böyüyü olan German ilə həll etmək lazımdır. O, həmin vaxta kimi German adlı oğlanı tanımamış və bu adı ilk dəfə eşitmişdir. O, Nikolaya demişdir ki, heç bir Germanla danışmaq fikri olmamışdır. A.Vorovkin demişdir ki, bu məsələ bilavasitə Aleksandr Duryaqin ilə həll olunmuş və onlara German filan lazım deyil. Həmin vaxt Nikolay onlardan soruşmuşdur: “Siz onunla danışmaq istəmirsiniz, çünki o, çurkadır?” həmin vaxt o, ümumiyyətlə Germanın nə milliyyəti olduğunu bilməmiş, ona görə də heç bir nəticə çıxara bilməmiş, A.Vorovkin də onun kimi. O və A.Vorovkin cavabında ona demişdir ki, Germanın milliyyətinin onlar üçün heç bir fərqi yoxdur, onlar artıq bütün məsələni həll etmişlər və görüşməyin mənası yoxdur. Bundan sonra o, çıxıb evə getmiş, qalanları isə həmin evin yanında qalmışlar. 20.09.12-ci il tarixində təqribən saat 19:30-da Yana A.Vorovkinə zəng vurub onları gəzməyə çağırmışdır. Həmin vaxt o, A.Vorovkin ilə sonuncunun evinin yanında olmuş, hərəsinə bir butulka pivə içmişlər. Onlar Yana ilə sözləşmişlər ki, 30 dəqiqədən sonra, yəni saat 20-də o və A.Vorovkin WAQ-ın yanma gedəcəklər. Onlar VVAQ-a çatanda, sözləşdikləri vaxt üçün artıq Vika və Yana onları orada gözləmiş, onlar gəzmək qərarına gəlmişlər. Onlar VVAQ-ın ətrafında gəzmiş və “Prospekt” tərəfə getmək qərarına gəlmişlər. O və A.Vorovkin Lenin küçəsi ilə gedib sonra isə Şors küçəsinə dönmək istəmişlər, lakin Vika hamısının Zaporojskaya küçəsində yerləşən bazardan keçib getmələrini istəmişdir. Çünki dediyinə görə guya başqa yolla getsəydi, nənəsi onu görə bilərmiş. Onlar getmək istəməmiş, lakin Vika dediyində israr etməyə başlamışdır. Onlar razılaşmış və bazardan keçib getmişlər. Bazarın sonuna, yəni Samara vilayəti, Çapayevsk şəhəri, Vatutin küçəsinə yaxın onlar dördlükdə ticarət piştaxtalarının yanında dayanmış və görmüşlər ki, piştaxtaların arasında dörd oğlan dayanıb: bəhs etdiyi Nikolay, eləcə də daha əvvəldən tanımadığı üç oğlan. Görünüşdən həmin oğlanların 16-20 yaşları olmuş, onlardan biri Qafqaz milliyyətindən, qalan iki nəfər rus olmuşdur. O və A.Vorovkin oğlanlara yaxınlaşıb salamlaşmış və üç tanımadığı oğlanlardan biri ona və A.Vorovkinə “kənara çəkilək, söhbət edək” demişdir. O, A.Vorovkin, Nikolay, “qafqazlı” oğlan və iki rus oğlan bazar boyu Zaporojskaya küçəsindən keçən yola çəkilmişlər. Orada VAZ 2107 markalı, açıq bej rəngli avtomobil dayanmış, nömrəsini xatırlamamış, maşının bamperləri olmamışdır. Başa düşdüyünə görə həmin maşın rus oğlanlarından birinin olmuşdur. “Qafqazlı” oğlan ona və A.Vorovkinə maşının salonuna oturmağı demişdir ki, onları hara isə söhbət etməyə aparsınlar. Kim ilə və harada danışacaqlarını deməmişlər, yalnız onu demişlər ki, adamlar gözləyir. O və A.Vorovkin imtina etmişlər. Həmin vaxt “qafqazlı” oğlan öz mobil telefonu ilə kimə isə zəng vurmuşdur. O gah rus dilində, gah başqa dildə danışmışdır. O, danışıqdan başa düşmüşdür ki, Germana zəng vurmuş, çünki söhbət zamanı bu ad keçmişdir. “Qafqazlı” oğlan demişdir ki, onlar getməyə imtina etmişlər. Sonra Nikolay və A.Vorovkin guya onların düzgün hərəkət etməmələrini, böyüklə deyil, A.Duryaqinlə danışmaqlarının düzgün olmadığını müzakirə etməyə başlamış, dava-dalaş olmamışdır. “Qafqazlı” oğlan demişdir ki, German indi gələcək. Təqribən 10 dəqiqədən sonra ağ rəngli VAZ 2106 avtomobili gəlmiş və həmin maşından ön sürücü oturacağından, ön sərnişin oturacağından Qafqaz milliyyətindən olan iki ,əvvəldən tanış olmadığı oğlan düşmüşdür. VAZ 2106 avtomobilinin sürücüsü onlara yaxınlaşmış, özünü təqdim edərək adının German olduğunu bildirmişdir. İkinci oğlan özünü təqdim etməmişdir. Onlar salamlaşmış və German ona və A.Vorovkinə demişdir: “kənara çəkilək, söhbət edək”. Sonra German onlardan soruşmağa başlamışdır ki, aralarında kim “çurkaları əzmək lazımdır” demişdir. O və A.Vorovkin demişdir ki, onlar belə söz deməmişdir. German qəzəbli, aqressiv olmuşdur. German onlardan belə bir söz demədiklərini eşitdikdən sonra sağ əli ilə ona yaxın dayanan A.Vorovkinin üzündən bir yumruq vurmuşdur. Zərbə düz vurulmuş, A.Vorovkin zərbədən səndələmiş, lakin ayaqda qala bilmişdir. Sonra German hər iki yumruğu ilə Aleksandra qaydasız şəkildə zərbələr vurmağa başlamışdır. A.Vorovkin müqavimət göstərməmiş, sadəcə əlləri ilə üzünü tutmuşdur. Neçə dəfə yumruqla zərbələr vurduğunu bilməmiş, lakin 10 zərbədən çox olduğunu dəqiq bilmişdir. Sonra A.Vorovkin yıxılmış və German Aleksandrın bədənindən, başından, ətrafından təpikləməyə başlamışdır. A.Vorovkin yalnız əlləri ilə üzünü tutmuşdur. German A.Vorovkini döyəndə o, qorxub kənara çəkilmişdir. O, öz həyatına görə qorxmuş və buna görə də, A.Vorovkinə kömək etməmiş, lakin o hər şeyi görmüşdür. Germanın dəstəsindən olan oğlanlar da hər şeyi görmüş, çünki onlar dava zamanı onlara yaxınlaşmışlar. O, görmüşdür ki, zərbələr endirilən zaman A.Vorovkinin üzündən qan axmağa başlamışdır. Aleksandrın döyülməsi təqribən 5 dəqiqə davam etmiş, German ayaqları ilə Aleksandra 20 dəfədən çox zərbələr endirmişdir. German zərbələri endirərkən təkrar etmişdir: “indi bilərsən, bizim haqqımızda necə belə demək olar”. Bir anda German Aleksandrı yerdə təpikləməyi kəsəndə, A.Vorovkin yerdən qalxmışdır. Sonra o, eşitmişdir ki, A.Vorovkin “Təcili yardım çağırın, o məni bıçaqladı” sözlərini deyərək qışqırmışdır. O, artıq yaxşı görməmiş və Germanın A.Vorovkini bıçaqladığı məqamı görməmişdir. Cavabında o, eşitmişdir: “sənə heç bir təcili yardım filan yoxdur, evə piyada get”. Sonra o, Germanın “ikinci hanı?” dediyini eşitmişdir. Başa düşmüşdür ki, söhbət ondan gedir və o, evə qaçmışdır. O, yolda heç kimi görməmişdir. Əvvəl tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi oğlan A.M.Vorovkinin müxtəlif bədən nahiyələrinə əlləri ilə çoxsaylı zərbələr vurmuş, o, həmin şəxslərin birbaşa yaxınlığında olmuşdur. Bir anda, daha dəqiq bilmir nə vaxt, Təqsirləndirilən şəxs sağ əlində o, hansısa parlaq əşya görmüş, bunun nə olduğunu o, detallı olaraq görməmiş, buna görə dəqiq deyə bilməmişdir, o nə olmuşdur. Təqsirləndirilən şəxs A.M.Vorovkini döyəndə o, qorxduğu üçün kənarlaşmışdır. X.N. Novruzovun əlində olan əşya ilə hər hansı bir hərəkət edib etməməsini o, görməmiş, lakin o, onlardan aralananda baş verə bilərmiş. Təqsirləndirilən şəxs A.M.Vorovkinə ən azı 10 zərbə vurmuşdur, o, biraz kənara çəkilmişdir. Yerdə uzanan A.M.Vorovkini Nikolay, Duryaqin Aleksandr, Şahid10, qeyri rus milliyyətindən “qafqazlı” oğlan, X.N. Novruzov və sonuncunun tanışı əhatə etmişdir. Bundan sonra həmin şəxslər nizamsız olaraq yerdə uzanan A.M.Vorovkinə zərbələr vurmağa başlamışdır. Kimin nə qədər vurduğunu deyə bilməsə də, hərdən bir sadaladığı şəxs çoxlu sayda zərbə vurmuşdur. Bütün sadaladığı şəxslər A.M.Vorovkinin döyülməsində iştirak etmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid3 ifadəsindən görünür ki, 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs uşaqlıqdan tanımışdır. Xasiyyətcə Xətai həmişə diliuzun olmuş, özünü həmişə başqalarından üstün tutmuşdur. Xətainin ünsiyyət çevrəsini tanımamışdır. xx.xx.2012-ci il tarixində yaşadığı Furmanov küçəsində Xətainin Zaporojskaya küçəsində yerləşən bazarda bir rus oğlanı bıçaqladığı haqqında söz-söhbət yayılmışdır. Novruz bu hadisənin həqiqətən baş verdiyini və Xətainin xüsusi ağır cinayət törətdiyini, rus oğlana 2 dəfə bıçaqla zərbə vurduğunu təsdiqləmişdir. Bu faktla bağlı digər təfərrüatları bilməmişdir. Baş verənlərdən sonra Xətaini bir dəfə belə olsun görməmişdir. Evində olmamışdır. Xətainin atası Novruzun deməsindən bilmişdir ki, Xətai elə oğlanı bıçaqladığı gün Rusiya Federasiyasından Bakı şəhərinə getmiş, çünki Rusiya Federasiyası ərazisində müvəqqəti qalma müddəti bitmişdir. Həmçinin ona məlum olmuşdur ki, hamı Xətaini rusca “Qere” (German) kimi çağırmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid4 ifadəsindən görünür ki, Aleksandrla yaxın dostluq münasibətləri saxlamışdır. Dostluq etdikləri müddətdə Aleksandr heç vaxt ona heç bir şey haqqında yalan danışmayıb və heç vaxt ona qarşı satqınlıq etməmişdir. xx.xx.2012-ci il tarixində axşam vaxtı, lakin dəqiq vaxtı xatırlamır, o, Mariya ilə birlikdə Çapaevsk prospektinin ərazisində gəzmişdir. O, Aleksandra zəng vurub harada olduğunu soruşmuşdur. Cavab olaraq, Aleksandr ona demişdir ki, ortaq dostları Şahid2la birlikdə Zaporojskaya küçəsində yerləşən bazarda “otuzuncu”dadır. Zaporojskaya küçəsinə çatdıqdan sonra Mariya ilə o, Vatutina küçəsinə tərəf dönmüş və bazar cərgələri ilə getmişlər. Həmin vaxt Makarov qarşısına çıxmışdır. Onlardan bir qədər aralıda bazarda qışqırıqlar eşitmiş və Makarovdan nə baş verdiyini soruşmuşdur. Makarov da ona demişdir ki, “Gəlin buradan qaçaq, yoxsa bizim də payımızı verəcəklər”. Makarovdan nə demək istədiyini soruşmağa başlamış, cavab verməmiş və cəld Vatutina küçəsinə tərəf qaçmışdır. Sonra bazarı biraz da gəzmiş və Aleksandrı görmüşdür. Aleksandr tək olmuşdur. Aleksandr səndələyərək qarnını tutaraq Vatutina küçəsinə, fənərə doğru getmişdir. Sonra Mariya və o, Aleksandrın yanına getmiş və Aleksandra yaxınlaşanda onlardan kömək istəməyə başlamışdır. Aleksandrın sinəsində və qarnında qan görmüşdür. Onda anlamışdır ki, Aleksandr bıçaqla vurulub və təcili yardım çağırmışdır. Sonra təcili yardım gəlmiş və Aleksandr xəstəxanaya aparılmışdır. O, Novruzovu tanımamışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid5 ifadəsindən görünür ki, xx.xx.2012-ci il saat 20:00-dan sonra, lakin dəqiq vaxtı xatırlamır, o, Yelena ilə birlikdə Çapayevsk şəhərində Çernyaxovski küçəsində yerləşən “Magnit” mağazasından qayıdırmış. Bir neçə dəqiqədən sonra bazarın “qaranlıq” cərgələrindən 16-18 yaşlı gənc oğlan çıxmışdır. Bu oğlan sağ əli ilə qarnını tutub yanına gəlmiş, bıçaqla vurulduğunu deyərək təcili yardım çağırmağını istəmişdir. Sonra oğlanın halı pisləşmiş və o, oğlanı yerə uzadıb gödəkcəsini açmışdır. Oğlanın gödəkcəsinin altında bütün qan içində olan maykası olmuşdur. Qız təcili yardım çağırmışdır. Bir müddət sonra təcili yardım və polis gəlmişdir. Yaralı oğlan artıq huşunu itirməyə başlamışdır. Təcili yardım maşını oğlanı cəld xərəkdə götürüb, yanına gələn oğlan və qızla birlikdə getmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid6 ifadəsindən görünür ki, xx.xx.2012-ci il tarixində, təxminən saat 19:00-da Çapaevsk şəhərinin Zaporojskaya küçəsində yerləşən bazarda dostları Şahid8, Şahid10, qeyri-rus oğlan Fedya ilə görüşmüşdür. Xarici görünüşü Qafqaz milliyyətinə bənzəyir. Bazarda ticarət sırasının yanında dayanıb söhbət etmişlər. Aleksandr Vorovkin və yoldaşı Şahid2 onlara yaxınlaşmışdır. O, Aleksandr və Maksimin hər ikisini yerli sakin kimi tanımış və “salam sağ ol”dan başqa ünsiyyət qurmamşdır. Aleksandr və Maksim ilə birlikdə iki qız da - Yana və Vika da olmuşdur. O, Vikanı yaxşı tanımış və tez-tez ünsiyyət qurmuş, ancaq Yananı bir neçə dəfə görmüşdür. Vorovkin və Maksimovla heçnə danışmamışdır. O, dayanıb Vika ilə danışmışdır. Vika və o, Şahid8 haqqında danışmış, çünki Vika Şahid8 sevgilisidir, Şahid8 isə onun dostudur. Bir anda, xatırladığı qədər, Şahid10 zəng etməyə getmiş, amma kimə zəng etdiyini bilməmişdir. Sonra 10 dəqiqədən sonra görmüşdür ki, bazara iki oğlan gəlmiş, biri dəqiq rus olmamış, azərbaycanlı olmuşdur. Qaranlıq olduğu üçün ikinci oğlanı görə bilməmişdir. Şahid2 sözlərindən öyrəndiyi kimi, rus olmayan oğlanın adı Qrişadır. Sonra Qrişa və yoldaşı təxminən 10 metr aralıda Vorovkin və Maksimova tərəf çəkilmişdir. O, Aleksandr Duryaqin, Şahid10, Fedya, Vika və Yana yerlərində qalmışlar. Sonra Vorovkin, Makarov, Qrişa və yoldaşı bir-birinin üstünə qışqırmağa və öz aralarında nəyisə aydınlaşdırmağa başlamışlar, amma nə aydınlaşdırdıqlarını bilməmişdir. Növbəti anda Vorovkin və Qrişa təkbətək döyüşməyə başlamışlar. Qrişanın yoldaşı və Makarov yaxınlıqda dayansalar da, Vorovkinlə Qrişanın döyüşünə müdaxilə etməmişlər. Bazar işıqlı olmadığından, orada qaranlıq olduğundan kimin kimə, necə və ya nə ilə vurduğunu görməmişdir. Döyüşün sonunu gözləmədən o, Duryaqin Aleksandr, Şahid10, Fedya Lenin küçəsinə doğru getmişlər, Vika və Yana evə getmişlər. Həmin axşam nə Makarovu, nə Vorovkini, nə Qrişanı, nə də sonuncunun yoldaşını bir daha görməmişdir. O, Vorovkinin dilindən eşitmişdir: “Çurkaları əzmək lazımdır”. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid7 ifadəsindən görünür ki, o, sevgilisi Şahid4 ilə birlikdə yaşayır. Maksimlə onun anası ilə birlikdə yaşayan X10 adlı uşaqlıq dostları vardır. O, Aleksandrla və Maksimlə çox yaxın dostluq münasibətləri saxlamış, tez-tez ünsiyyət etmiş və birlikdə gəzmişlər. xx.xx.2012-ci il tarixində axşam vaxtı, lakin dəqiq vaxtı xatırlamır, Maksim ilə birlikdə Çapaevsk prospektinin ərazisində gəzmişlər. Həmin vaxt Makarov qarşılarına çıxmışdır. Onlardan bir qədər aralıda bazarda o, Maksim kişi qışqırıqları eşitmişlər. O zaman Şahid2 nə baş verdiyini soruşub cavabında sonuncu qaçmalı olduqlarını, əks halda “bizim də payımızı verəcəklər”ini demişdir. Bundan sonra Makarov heçnə izah etmədən cəld Vatutin küçəsinə tərəf qaçmışdır. Sonra onlar Maksimlə biraz bazara tərəf getmişlər və tezliklə Aleksandrı görmüşlər. Aleksandr tək olmuş, yanında heç kim olmamışdır. Aleksandr səndələyərək qarnını tutaraq Vatutina küçəsinə, fənərə doğru getmişdir. O, anlamışdır ki, Aleksandr bıçaqla vurulub və onlar Maksimlə təcili yardım çağırmağa başlamışlar, çünki Saşanm halı getdikcə pisləşmişdir. Tezliklə təcili yardım gəlmiş və Aleksandr xəstəxanaya aparılmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid8 ifadəsindən görünür ki, xx.xx.2012-ci il tarixində rus olmayan oğlan Qrişa adlı bir adam A.Vorovkinin gözləmədiyi şəkildə sonuncunun üzünə yumruq vurmağa başladığını görmüşdür. Ən azı 10 dəfə zərbə endirmişdir. Qrişa A.Vorovkini vuranda ona nə isə demiş, amma nə dediyini başa düşə bilməmişdir. A.Vorovkin Qrişaya zərbə endirməmiş, sadəcə onun zərbələrindən əlləri ilə özünü müdafiə etmişdir. Sonra onların dəstəsində çaxnaşma başlamış, yalnız kimdənsə: “Qrişanın bıçağı var” ifadəsini eşitmişdir. Bundan sonra o, Vika, Yana, Şahid6, Şahid10 və Fedya müxtəlif istiqamətlərə qaçıb dağılışmışdır. O, evinə qaçmışdır. Sonradan ədını bildiyi Təqsirləndirilən şəxs başqa heç kim Vorovkin Aleksandra zərbə vurmamışdır, aralarında qarşılıqlı dava olmamış, yalnız Təqsirləndirilən şəxs zərbə vurmuşdur. Təqsirləndirilən şəxs o, bıçaq görməmiş, lakin istisna etməmişdir ki, Təqsirləndirilən şəxs əlində bıçaq ola bilərmiş. O, X.N.X6 zərbə vurmasını görməmiş, çünki hava qaranlıq olmuş və o, uzaq məsafədə olmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid9 ifadəsindən görünür ki, xx.xx.2012-ci il tarixində, təxminən saat 22:30 radələrində anası ona zəng edərək Aleksandrın bıçaqla vurulduğunu və döyüldüyünü, Çapaevsk Mərkəzi Şəhər Xəstəxanasında reanimasiyada olduğunu söyləmişdir. 22 sentyabr 2012-ci il tarixində təqribən səhər saat 08:00 radələrində Aleksandrı görmək üçün xəstəxanaya getmişdir. Aleksandr özünə gəlib ona demişdir ki, xx.xx.2012-ci il tarixində axşam saatlarında münaqişə zamanı Qrişa adlı oğlan onun döş qəfəsindən və qarnından iki bıçaq zərbəsi vurmuşdur. O, Aleksandrı bıçaqlayan Qrişa adlı oğlanı tanımır və heç vaxt görməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış şahid qismində dindirilmiş Şahid10 ifadəsindən görünür ki, onun Vorovkin Aleksandr adlı tanışı var və sonuncu ilə məktəbdən tanışdır. X26 adlı dostu vardır və Fədail ilə məktəbdən, 1-ci sinifdən tanışdırlar, bir yerdə oxumuşlar. 2013-cü ilə qədər Fədail Samara vilayəti, Çapayevsk şəhəri, Şors küçəsi 118-37 ünvanında yaşamışdır. Bundan əlavə o Qrişa adlı oğlanı tanıyır, Qrişa özünü belə adlandırmışdır. Sonradan ona məlumdur ki, Qrişanın adı Təqsirləndirilən şəxsdur, sonuncu ilə 2012-ci ilin yayından klubda tanış olmuşlar. X15 milliyyətli şəxslərə qarşı “çurkaları əzmək lazımdır” ifadəsini işlətmişdir. Yadında qaldığı qədər X.N. Novruzov “Sən kimi çurka adlandırmısan? Məni?” “vur məni” sözlərini demişdir. Sonra Təqsirləndirilən şəxs asta-asta Vorovkin Aleksandrın üstünə getməyə başlamış, sonra o, görmüşdür ki, X.N.X7 üzündən və bədənindən hər iki əlləri ilə vurmağa başlamışdır. Vorovkin Aleksandr əlləri ilə üzünü tutmağa çalışaraq cavab zərbələr vurmamış, aralarında qarşılıqlı dava olmamışdır. Vorovkin Aleksandr Təqsirləndirilən şəxs vurmamışdır. Bundan sonra o, görmüşdür ki, Təqsirləndirilən şəxs onlar tərəfə qaçmış, yanlarından qaçaraq keçəndə biraz dayanmış və onlara “biz onu görməmişik” sözlərini deyərək gəldiyi avtomobilə tərəf qaçmışdır. Sonra o, Vorovkin Aleksandr tərəfə baxmış və sonuncu yüksək səslə demişdir ki, “Nə dayanmısınız? Məni bıçaqladılar!”. Onlar dərhal baş verənlərdən qorxaraq qaçmışlar. Bundan sonra, növbəti gün o, polis əməkdaşlarından öyrənmişdir ki, Vorovkin Aleksandr bıçaq yarası ilə xəstəxanaya yerləşdirilmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid11 ifadəsindən görünür ki, xx.xx.2012-ci il təxminən saat 20:20 radələrindən sonra öz dostu xx.xx.1980-ci il təvəllüdlü Şahid5 ilə Samara vilayəti Çapayevsk şəhəri, Çemyaxovski küçəsində yerləşən “Maqnit” mağazasından qayıdırmışlar. Onlar danışdıqları müddətdə bazarda heç bir qışqırıq səsi eşitməmişlər. Təxminən 2-3 dəqiqə sonra o, arxadan kişi səsi eşitmişdir. O və Şahid5 çevrilmiş və əvvəl tanımadığı, görünüşə görə 16-18 yaşlı bir oğlan görmüşlər. Həmin oğlan gödəkcədə olmuş və sağ əli ilə qarnından tutmuşdur, həmin oğlan ona yaxınlaşaraq təcili yardım çağırmağı xahiş etmiş və demişdir ki, onu bıçaqlamışlar. Daha sonra oğlanın halı pisləşərək yerə yıxılmağa başlamışdır. Təxminən 5-7 dəqiqə sonra təcili tibbi yardım maşını və polis əməkdaşlarının avtomobili gəlmişdir. Asfalt üzərində olan oğlan artıq həmin vaxt huşunu itirməyə başlamışdır. Təcili tibbi yardım həkimləri oğlanı xərəyə qoyub təcili tibbi yardım avtomobilinə yerləşdirib ora gəlmiş oğlan və qız ilə birlikdə getmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid12 ifadəsindən görünür ki, onun Vorovkin Aleksandr adlı tanışı var və sonuncu ilə 2012-ci ildə tanış olmuşdur. xx.xx.2012-ci il axşam vaxtı, o, Kalnitkstaya Yana, Vorovkin Aleksandr, soyad və adını xatırlaya bilmədiyi daha bir oğlan ilə Samara vilayəti, Çapayevsk şəhəri, “otuzuncu” rayon ətrafında Çapayevsk şəhəri, Zaporojye küçəsində yerləşən mini bazar ərazisində olmuşlar. Samara vilayəti Çapayevsk şəhəri Vatutin küçəsinə 5-10 metr qalmış onlar 3 oğlandan ibarət kampaniya görmüşlər. Həmin şəxslərdən kimsə onları çağırmış və hamısı qeyd olunan oğlanların yanına yaxınlaşıb söhbət etmişlər. X17 və sonuncunun dostunu çağırmışlar. Bundan sonra o və Yana daha bir neçə saniyə orada dayanmış, artıq axşam olduğundan Vorovkin Aleksandrı və dostunu gözləmədən Samara vilayəti Çapayevsk şəhəri, Vatutin küçəsində yerləşən evlərinə tərəfə getmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid13 ifadəsindən görünür ki, onun Folubayeva Viktoriya adlı tanışı var və sonuncu ilə uşaqlıqdan, təxminən 10 yaşından tanışdır. Vorovkin Aleksandr adlı tanışı da var. xx.xx.2012-ci il axşam vaxtı o Şahid12, Vorovkin Aleksandr, Şahid2 ilə Samara vilayəti Çapayevsk şəhəri, “otuzuncu” rayon ətrafında Çapayevsk ş, Zaporojye küçəsində yerləşən mini bazar ərazisində olmuşlar. Samara vilayəti Çapayevsk şəhəri, Vatutin küçəsinə 5-10 metr qalmış onlar 3 oğlandan ibarət kampaniya görmüşlər və oğlanlardan biri tanıdığı Şahid6 olmuşdur. Həmçinin orada Duryaqin Aleksandr və üçüncü tanımadığı bir oğlan olmuşdur. Həmin şəxslərdən kimsə Vorovkin Aleksandr tərəfə nə isə deyərək çağırmışdır. Bundan sonra Vorovkin Aleksandr və dostu Şahid2 qeyd olunan oğlanlara yaxınlaşmışdır. O və Şahid12 olduqları yerdə qalmışdır. Vorovkin Aleksandr qeyd olunan oğlanlara yaxınlaşandan sonra nə isə danışmışlar. Təxminən 1-2 dəqiqə sonra o və Şahid12 artıq gec olduğundan Vorovkin Aleksandrı və sonuncunun dostunu gözləmədən Samara vilayəti Çapayevsk şəhəri, Vatutin küçəsi tərəfə getmişlər. Onlar arxaya çevrilməmiş və arxada nə baş verdiyini görməmişlər. Bir neçə dəqiqə sonra o, artıq evdə olmuşdur. Bir neçə gündən sonra o, Şahid12 öyrənmişdir ki, Vorovkin Aleksandr xəstəxanadadır, sonuncu bıçaqla vurublar və bıçaq yarası vardır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid14 ifadəsindən görünür ki, xx.xx.2012-ci il tarixdə təxminən saat 19:00-19:30 radələrində dostu Şahid6 ona zəng edərək bayıra çıxıb-çıxmayacağı soruşmuşdur. O da cavab vermişdir ki, biraz sonra gəzməyə gedəcək. Onda Şahid6 ona demişdir ki, Çapaevskdə Zaporojskaya küçəsi ünvanında yerləşən bazara getmişdir. Ona demişdir ki, tezliklə gələcək. Təxminən saat 20:20 radələrində maşınınla göstərilən bazara getmiş və Samara vilayətinin Çapaevsk şəhəri Vatutin küçəsindən 15-20 metr məsafədə yerləşən alış-veriş mərkəzlərinə getmişlər. Şahid6 ondan soruşmuşdur ki, dəstələrində tam olaraq kim demişdir ki, bu “qaraqulaqları” yəni qeyri-rusları tapdalamaq lazımdır. Cavab vermişdir ki, bunu kimin dediyini bilmir, belə söhbətləri eşitməmişdir. Təxminən 5-7 dəqiqədən sonra bazara, onların olduğu yerə VAZ 2106 markalı avtomobil gəlmişdir. Gələn maşından iki oğlan düşüb A.Vorovkin və Şahid2 yaxınlaşmışdır. Onlardan biri qeyrirus, azərbaycanlı olmuşdur. Rus olmayan oğlan Qrişa adlı bir adamdır, əsl adını bilməmişdir. Sonra Qrişa, onun yoldaşı A.Vorovkin və Şahid2 ilə onlardan təxminən 5-10 metr aralıya uzaqlaşıb nə isə danışmağa başlamışlar, amma nə haqda danışdıqlarını eşitməmişdir. Sonra o, Qrişanın gözlənilmədən A.Vorovkinin üzünə yumruq atmağa başladığını görmüşdür. Ən azı 10 dəfə zərbə endirmişdir. Sonra dəstələrinə çaxnaşma başlamış və o, yalnız kimdənsə bu ifadəni eşitmişdir: “Qrişanın bıçağı var” deyə uşaqlardan biri qışqırmışdır. Bundan sonra o, Vika, Yana, Şahid6, Şahid10 və Fedya müxtəlif istiqamətlərə qaçmışlar. O, maşına minib evinə getmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü cild 2-3-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X9 31 yanvar 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi və nömrə verilməsi haqqında qərarından görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Rusiya Federasiyası CM-nin 111-ci maddəsinin 2-ci hissəsi ilə təqsirləndirilməsinə dair cinayət işi icraata qəbul edilmişdir. Cinayət işinin 4-cü cild 114-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Çapayevsk Ş üzrə RF DİN-nin növbətçisinin 20 sentyabr 2012-ci il tarixli məlumatının tərcüməsindən görünür ki, həmin tarixdə 1995-ci il təvəllüdlü X3rın boşluğunun nüfuzedici yaralanması diaqnozu ilə Çapayevsk şəhər xəstəxanasına yerləşdirilmişdir. Cinayət işinin 4-cü cild 115-116-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 20 sentyabr 2012-ci il tarixli “hadisə yerinə baxış” protokolunun tərcüməsindən görünür ki, hadisə Rusiya Federasiyası, Samara vilayəti, Çapayevsk şəhəri, Vatutin və Zaparojiskaya küçələrinin kəsişməsində, Zaparojiskaya küçəsi 27 və 29 saylı evlərin əks tərəfində, mini bazarda baş vermişdir. Cinayət işinin 4-cü cild 167-168-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 oktyabr 2012-ci il tarixli fotoşəkil üzrə tanınma üçün təqdimetmə protokolunun tərcüməsindən görünür ki, istintaq zamanı zərərçəkmiş şəxs X5 xx.xx.2012ci il tarixdə onu bıçaqla vuraraq xəsarət yetirmiş Təqsirləndirilən şəxs fotoşəkil üzrə tanınmaya təqdim edilmiş, tanınma zamanı Aleksandr Vorovkin tanınan şəxslər arasında Təqsirləndirilən şəxs fotoşəklini göstərərək sonuncunun onu vuraraq xəsarət yetirən şəxs olmasını bildirmişdir. Cinayət işinin 4-cü cild 173-174-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 oktyabr 2012-ci il tarixli fotoşəkil üzrə tanınma üçün təqdimetmə protokolunun tərcüməsindən görünür ki, istintaq zamanı Şahid2 xx.xx.2012-ci il tarixdə X8 bıçaqla vuraraq xəsarət yetirmiş Təqsirləndirilən şəxs fotoşəkil üzrə tanınmaya təqdim edilmiş, tanınma zamanı Şahid2 tanınan şəxslər arasında Təqsirləndirilən şəxs foto şəklini göstərərək sonuncunun A.Vorovkini vuraraq xəsarət yetirən şəxs olmasını bildirmişdir. Cinayət işinin 4-cü cild 190-191-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 noyabr 2012-ci il tarixli fotoşəkil üzrə tanınma üçün təqdimetmə protokolunun tərcüməsindən görünür ki, istintaq zamanı Şahid6 xx.xx.2012-ci il tarixdə X8 bıçaqla vuraraq xəsarət yetirmiş Təqsirləndirilən şəxs fotoşəkil üzrə tanınmaya təqdim edilmiş, tanınma zamanı Şahid6 tanınan şəxslər arasında Təqsirləndirilən şəxs foto şəklini göstərərək sonuncunun A.Vorovkini vuraraq xəsarət yetirən şəxs olmasını bildirmişdir. Cinayət işinin 4-cü cild 231-233-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Samara Vilayəti Məhkəmə-Tibbi Ekspertiza Bürosunun iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 12 dekabr 2012-ci il tarixli 10-11/160 md.Çap saylı rəyindən görünür ki, tibbi sənədlərə əsasən vət. Vorovkində qanaxma ilə müşayiət olunan qaraciyərin dördüncü seqmentinin və düz qarın əzələsinin arteriyasının zədələnməsi ilə qarın ön divarının nüfuz edən yarası şəklində zədələr aşkar edilmişdir. Nüfuz edən yara iti bir cismin təsiri nəticəsində əmələ gəlmişdir, onun xüsusiyyətlərini tibbi sənədlərlə müəyyən etmək mümkün deyil, çünki yalnız uzunluğu dəri yarasının ölçüsündən artıq olan yara kanalı təsvir olunmuşdur. Ön qarın divarının nüfuz edən yarası təcili yardıma getməzdən bir müddət əvvəl alınıb, bunu yaranın qanaxması və qarın boşluğunda maye qanın olması sübut edir. Qaraciyərin dördüncü seqmentinin və düz qarın əzələsinin arteriyasının zədələnməsi ilə ön qarın divarının kor nüfuz edən yarası xəsarətin yetirilmə anında həyati təhlükə törətmiş və sağlamlığa AĞİR zərər vurmuşdur. Ekspertin sərəncamına üz skeletinin sümüklərinin rentgenoqrafıyası təqdim olunmadığından “Burun sümüklərinin sınığı” diaqnozunu təsdiqləmək mümkün deyil. Cinayət işinin 5-ci cild 87-90-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Samara Vilayəti Məhkəmə-Tibbi Ekspertiza Bürosunun iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 29 aprel 2013-cü il tarixli 10-11/63 md.Çap saylı rəyindən görünür ki, Vorovkinin tibbi sənədlərinə əsasən aşağıdakı zədələr aşkar olunmuşdur: qaraciyərin 4 seqmentinin və qarının düz əzələ arteriyasının qansızma ilə müşayiət olunan zədələnməsi ilə ön qarın divarının nüfuz edən yarası. -Burun sümüklərinin qapalı sınığı. Nüfuz edən yara iti predmetin təsiri nəticəsində yaranmışdır, onun xüsusiyyətlərini tibbi sənədlərə əsasən müəyyən etmək mümkün deyil, çünki yalnız yara kanalı təsvir olunub, onun uzunluğu isə dəri yarası ölçülərindən çoxdur. Burun sümüklərinin sınığı bərk, küt əşyanın zərbə və ya sıxma təsiri nəticəsində yaranmışdır, qeyd olunan zədənin özünü xarakteri ilə təsdiq olunur. Ön qarın divarının nüfuz edən yarası, xəstəxanaya müraciətdən bir az əvvəl yaranmışdır, buna yaranın qansızması və qarm boşluğunda maye qanın olması dəlalət edir. Burun sümüklərinin sınığı rentgen tədqiqatının aparılmasından 3 həftə əvvəl yaranmışdır. Buna sınıq nahiyəsində sümük toxuma reaksiyasının olmaması dəlalət edir. Qaraciyərin 4 seqmentinin və qarının düz əzələ arteriyasının qansızma ilə müşayiət olunan zədələnməsi ilə ön qarm divarının nüfuz edən kor yarası. Həyat üçün təhlükəli olmuşdur və sağlamlığa AĞİR zərər vurulmasına səbəb olmuşdur. Burun sümüklərinin sınığı sağlamlığın 3 həftədən çox olmayan qısa müddətli pozulmasına səbəb olmuşdur, bu isə sağlamlığa YÜNGÜL zərər kimi qiymətləndirilmişdir. Cinayət işinin 5-ci cild 183-187-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Samara Vilayəti Məhkəmə-Tibbi Ekspertiza Bürosunun iş üzrə təyin edilmiş məhkəmə-tibbi-kriminalistik ekspertizasının 09 sentyabr 2015-ci il tarixli 06-8/211 saylı rəyindən görünür ki, A.M.Vorovkinin gödəkcəsində sol aşağı hissədə küt tərəfi və ülgücü olan tiyə tipli yastı kəsici deşici alətlə vurulan bir kəsici-deşici zədəyə malikdir. Tiyənin nüfuz etmiş hissəsinin eni təxminən 1,9 sm. Zədə № 1 kəsici-deşici alətin konkret nümunəsinin təqdim olunması zamanı ümumi əlamətlər üzrə eyniləşdirilə bilər. A.M.Vorovkinin gödəkcəsində № 1 kəsici-deşici zədə tibbi sənədlərə əsasən A.M.Vorovkinin qarnında solda olan kəsici-deşici zədəyə məkan uyğunluğuna malik ola bilər. A.M. Vorovkinin futbolkasının önündə aşağı kənarda boynun kəsiyi kənarına qədər uzununa parça kəsiyi var, çox güman tibbi yardımın göstərilməsi zamanı edilib. Futbolkada hər hansı bir digər zədə yoxdur. Cinayət işinin 5-ci cild 173-177-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Samara Vilayəti Məhkəmə-Tibbi Ekspertiza Bürosunun iş üzrə təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 10-lle/307Ç saylı rəydə göstərilmişdir ki, vətəndaş A.M.Vorovkində aşağıdakı xəsarətlər müəyyən olunmuşdur:qarın ön divarında çapıqlar: epiqastral nahiyədə (1), göbəkdən aşağı, orta xətdə (1), yaraların sağalması nəticəsində çapıq əmələ gəlib. Tibbi sənədlərə görə Vətəndaş A.M.Vorovkinin qaraciyərin 4-cü seqmentinin və rektus abdominis əzələsinin arteriyasının zədələnməsi ilə qanaxma ilə müşayiət olunan qarın ön divarının nüfuz edən yarası şəklində zədələnmə ilə müəyyən edilir. Yara qaraciyərin 4-cü seqmentinin və rektus abdominis əzələsinin arteriyasının zədələnməsi ilə epiqastrik nahiyə, sağalması nəticəsində çapıq əmələ gəlmiş, pirsinp və kəsici xassələrə malik obyektə məruz qalma nəticəsində əmələ gəlmiş, çapıq fusiform forması, onun hamar kənarları, birinin uclarının iti bucaqlı, digərinin (əks) “U” formalı olması, uzunluğunun dəri yarasının ölçüsündən çox olan yara kanalının olması ilə təsdiqlənmişdir. Orta xətdə göbəkdən aşağı qarın ön divarındakı yara, sağalması nəticəsində çapıq əmələ gəlmiş, kəsici xüsusiyyətlərə malik bir cismin zərbəsi nəticəsində əmələ gəlmişdir ki, bu da mil formalı, çapıq forması, onun hamar kənarları və iti bucaqlı ucların olması ilə təsdiqlənir. Qaraciyərin 4-cü seqmentinin və rektus abdominis əzələsinin arteriyasının zədələnməsi ilə epiqastrik nahiyədə yara, təcili yardıma getməmişdən bir müddət əvvəl alınmış, yaranın qanaxması və qarın boşluğu nahiyədə maye qanın olması sübut edilir (stasionar xəstənin tibbi qeydinə görə). Qarının ön divarında göbəkdən aşağı orta xətdə çapığın morfoloji xüsusiyyətləri yaranın sağalma anından müayinə anma qədər 15 aydan çox vaxt keçdiyini göstərir. Yaranın nə qədər əvvəl yarandığım daha dəqiq müəyyən etmək mümkün deyil, çünki stasionar xəstənin tibbi kitabçasında təsvir olunmur. Zədə qarının ön divarının nüfuz edən, qaraciyərin 4-cü seqmentinin və qarının düz əzələsinin arteriyasının zədələnməsi, qanaxma ilə müşayiət olunan, vurma zamanı həyati təhlükəsi olan, İnsan sağlamlığına dəyən zərərin şiddətinin müəyyən edilməsi üçün tibbi meyarlar”m 6.1.15 bəndinə uyğun olaraq həyati təhlükəsi olan yaradır, “sağlamlığa AĞİR zərər kimi qiymətləndirilir. Zərər - orta xətdə göbək altındakı qarın ön divarındakı yara, sağalması nəticəsində çapıq əmələ gəlmiş, zədə anından üç həftəyə qədər davam edən qısamüddətli sağlamlıq pozğunluğunun əlamətlərinə malikdir. “İnsanın sağlamlığına dəyən zərərin şiddətinin müəyyən edilməsi üçün tibbi meyarlar”ın 8.1-ci bəndinə uyğun olaraq sağlamlığa YÜNGÜL zərər kimi qiymətləndirilir. Ekspertin sərəncamında üz skeletinin sümüklərinin rentgenoqrafıyası olmadığından “Burun sümüklərinin sınığı” diaqnozunu təsdiqləmək mümkün deyil. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-145-ci maddələrini rəhbər tutaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlini ibtidai istintaq orqanı Azərbaycan Respublikası CM-nin 12.1, 126.2.4-cü maddəsi ilə tövsif edərkən haqlı olmamışdır. Belə ki, istintaq orqanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qəsdən ağır dərəcəli bədən xəsarəti yetirməsi əməlini heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə törədilmiş əməl kimi, yəni CM-nin 12.1, 126.2.4-cü maddəsi ilə tövsif etmişdir. Lakin cinayət işinin materiallarından görünür ki, baş vermiş cinayət hadisəsi zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs ünvanına milliyyətlə bağlı alçaldıcı ifadələr işlətmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 6-cı bəndinin mənasına görə xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərər vurmanı mübahisə və dalaşma zəminində sağlamlığa ağır zərər vurmadan fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişin sağlamlığına ağır zərər vurmaq məqsədi ilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqazidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurma cinayətində təqsirli bilinə bilməz. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 saylı 12 dekabr 2002-ci il tarixli qərarında göstərilən xuliqanlıq niyyəti ilə bağlı xüsusatlar eyni zamanda qəsdən sağlamlığa ağır zərər vurmaya da şamil edilməlidir. Məhkəmə iş üzrə toplanmış biri digərini tamamlayan mötəbər və mümkün sübutları müqayisəli şəkildə tədqiq edib araşdıraraq onlara məcmu şəkildə qiymət verməklə belə hesab edir ki, istintaq orqanı Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsi bıçaqla vuraraq sağlamlığına ağır zərər vurması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmışdır. Belə ki, məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxs Vorovkin Aleksandr əvvəllər zarafatla deyirmiş ki, “qara millət“ bura doluşmuşdur, Vorovkin Aleksandr sonra deyirmiş ki, “qara millət“olan sizi rədd etmək lazımdır. Göründüyü kimi, hadisə zərərçəkmiş şəxs Vorovkin Aleksandrın millət ayrı-seçkiliyi salması və buna əsasən alçaldıcı ifadələr işlətməsi səbəbindən baş vermişdir. Belə ki, məhkəmə iclasında nə zərərçəkmiş şəxs, nə də iş üzrə şahidlər iştirak etmədiklərindən və şifahi və ya yazılı formada baş vermiş hadisə ilə bağlı hər hansı fikir bildirmədiklərindən, təqsirləndirilən şəxsin bu ifadələrini təkzib edən hal müəyyən edilməmişdir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sağlamlığa ağır zərər vurma o vaxt xuliqanlıq niyyəti ilə yetirilmiş hesab edilə bilər ki, təqsirkar öz davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törətmiş olsun. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsində təqsirsizlik prezumsiyasının dörd ünsürü nəzərdə tutulmuşdur ki, həmin ünsürlərdən biri də şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilməməsi prinsipidir. Burada əsaslı şübhələr dedikdə şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. İş üzrə toplanmış sübutlarda Təqsirləndirilən şəxs xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurması öz təsdiqini tapmamışdır. Belə olan halda, aradan qaldırılması mümkün olmayan şübhələr Azərbaycan Respublikası Konstitusiyasının 63-cü və Azərbaycan Respublikası CPM-nin 21-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 338.1.2-ci maddəsinin tələblərinə əsasən hökm çıxardıqda yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibdtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Azərbaycan Respublikası CPM-nin 145.3 maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 28.5 maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 349.5 və 349.5.1-ci maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı iş üzrə qərarda qeyd etmişdir ki, sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbara, Messege və Harbordo İspaniyaya qarşı işi üzrə qərarda da qeyd olunmuşdur ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X24rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 318.1.-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrini rəhbər tutaraq iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, müqayisəli şəkildə təhlil etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə belə hesab edir ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2012-ci il tarixdə saat 20:20 radələrində Azərbaycan Respublikasının hüdudlarından kənarda Rusiya Federasiyası Samara vilayətinin Çapayevsk şəhərinin Lenin və Zaporojskaya küçələrinin kəsişməsində yerləşən mini bazarın ərazisində Rusiya Federasiyasının vətəndaşı olan X1suz hərəkətlərinin təsiri altında, yəni, azərbaycanlıların ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı A.Vorovkinin sifət nahiyəsindən yumruq zərbəsi ilə vuraraq ona burun sümüklərinin sınığından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarət yetirdikdən sonra, naməlum kəsici-deşici xassəyə malik bıçağı silah qismində istifadə edərək A.Vorovkinin qarın nahiyəsindən bir dəfə qəsdən vuraraq, ona qaraciyərin 4 seqmentinin və qarının düz əzələ arteriyasının qansızma ilə müşayiət olunan zədələnməsi ilə ön qarın divarının nüfuz edən kor yarası ilə nəticələnməklə ümumilikdə həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 12.1, 126.2.4-cü maddəsindən həmin Məcəllənin 12.1, 126.1-ci maddəsinə tövsif olunmalı və, o, Azərbaycan Respublikası CM-nin 12.1, 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət işinin 4-cü cild 177-ci vərəqəsində olan 12 oktyabr 2012-ci il tarixli Samara Vilayəti üzrə Rusiya Federasiyası İstintaq Komitəsinin İstintaq İdarəsinin Çapayevsk Rayonlararası şəhəri istintaq şöbəsinin baş müstəntiqi, baş ədliyyə leytenantı A.N.Pudnikovanın qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində şübhəli şəxs qismində axtarış elan edilmişdir. Cinayət işinin 6-cı cild 27-28-ci vərəqələrində olan 18 aprel 2017-ci il tarixli Rusiya Federasiyası İstintaq Komitəsinin Samara vilayəti üzrə İstintaq İdarəsinin Çapayevsk şəhəri üzrə istintaq şöbəsinin müstəntiqi R.A.Şelemetyevin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 4-cü cild 30-34-cü vərəqələrində olan Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis kapitanı X2 17 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinə görə, ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.3-cü maddəsinə görə, cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs barəsində cinayət hadisəsi baş verdikdən sonar, 2012-2023-cü illər ərzində axtarış elan edildiyindən, cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi ilə bağlı müddətin axımı dayandırılmışdır. Buna görə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.3-cü maddəsinin tələbləri sonuncuya şamil edilə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 1-ci his. (insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma) əməlləri Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə tam əhatə olunur. Rusiya Federasiyası CM-nin 111-ci maddəsinin 1-ci hissəsi 08 (səkkiz) ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuş, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası isə 03 (üç) ildən 08 (səkkiz) ilədək müddət göstərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.5-ci maddəsinin müddəallarını əsas tutaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təyin edilən cəza Rusiya Federasiyası CM-nin 111-ci maddəsinin 1-ci hissəsində göstərilən azadlıqdan məhrum etmə cəzasının və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində göstərilən azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi eynilik təşkil edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.5-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 12.1—12.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 4-cü cild 16-17-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 22 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin 4-cü cild 13-14-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı -xx.xx.2019-cu il təvəllüdlü X18 və xx.xx.2018-ci il təvəllüdlü X22 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini isə Azərbaycan Respublikası CM-nin 59.1.8-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cu maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bundan başqa, məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “İnsan Hüquqlarının və X14 haqqında” Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin“azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (Azərbaycan Respublikası CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan xx.xx.1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin onun milli dəyərlərinə alçaldıcı ifadələr işlətməsi səbəbindən bildirməsini, məhkəmə iclasında zərərçəkmiş şəxs və şahidlər iştirak etmədikləri üçün təqsirləndirilən şəxsin bu ifadəsini təkzib edə bilən halın mövcud olmamasını nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzasınn təyin edilməsi onun ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər. Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayan məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar vardır və ona şərti cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilməlidir. Bundan başqa, cinayət işinin 4-cü cild 38-ci vərəqəsində olan 28 noyabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 4-cü cild 71-74-cü vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 4(005)-1633/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, sonuncu məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Sonuncu barəsində 08 yanvar 2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 4-cü cild 90-91-ci vərəqələrində olan Nərimanov RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı X2 08 yanvar 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qərarının 2.21-cü bəndində qeyd edilmişdir ki, “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm cıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” İş üzrə maddi sübut kimi tanınmış və Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan bir ədəd gödəkcə və bir ədəd futbolka məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Bundan başqa, cinayət işinin 6-cı cild 160-161-ci vərəqələrində olan A.M.Vorovkinin iddia ərizəsindən görünür ki, sonuncu ibtidai istintaq dövründə iddia ərizəsi ilə çıxış edərək, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş mənəvi ziyana görə 300.000 rubl tələb etmiş və mülki iddaçı qismində tanınmışdır. Məhkəmə kollegiyası zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın əsaslığını araşdırmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1 maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2 maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2 maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3 maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, zərərçəkmiş şəxs A.M.Vorovkinə məhkəmə iclasında iştirak etməsi barədə dəfələrlə məlumat verilsə də, sonuncu məhkəmə iclasında iştirak etməmiş və öz mövqeyini bildirməmiş, bundan başqa mülki iddia verərkən dövlət rüsumunu ödəməmişdir. Göstərilən səbəblərə əsasən, zərərçəkmiş şəxs A.M.Vorovkinin mənəvi zərərin ödənilməsi barədə mülki iddiası baxılmamış saxlanılmalı və mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun 3 noyabr 2008-ciil tarixli qərarinın 8-ci bəndində plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum qeyd etmişdir ki, məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair formada maddi qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Qeyd edilən Qərarın 10-cu bəndində isə plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsi nə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu vəs.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunalara əsasən zərərçəkmiş şəxs A.M.Vorovkinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin müddəallarına görə mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə hüququ olması izah olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99.1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi əmlakı müəyyən edilməmiş və istintaq zamanı ona məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamışdır. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 126.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə əsas cəzası şərti hesab edilsin. Ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Nərimanov Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan bir ədəd gödəkcə və bir ədəd futbolka məhv edilsin. Zərərçəkmiş şəxs A.M.Vorovkinin mənəvi zərərin ödənilməsi barədə mülki iddiası baxılmamış saxlanılsın və mülki iddia ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1962/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1962/2024
20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver