Məhkəmə qərarları › İş №1(101)-1963/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1963/2021

14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1963/2021 14.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X12 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1968-ci il tarixdə Cəlilabad rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, A.Azərtürk küçəsi ev 35-də qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və üzərində daşımışdır. Belə ki, o, 9 sentyabr 2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 7,430 qram çəkidə, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 10 sentyabr 2021-ci il tarixdə saat 18:00 radələrində Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək TM-də 4-cü sıra 5-ci korpusda yerləşən 44 saylı dərzi dükanında saxlanılaraq Qaradağ RPİ-nin inzibati binasına gətirilmiş və orada saat 19:35 radələrində inzibati otaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli ağ cızıqları olan şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofana bükülmüş 7,430 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmazdan təxminən 9 ay əvvəl narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Sədərək TM-də ticarətlə məşğul olmuşdur. 2018-ci ildə İran İslam Respublikasına gedən zaman orada kafelərin birində əyləşmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin kafeni Məhəmməd Xəttabi adlı İran İslam Respublikasının vətəndaşı işlədir. Beləcə onunla tanışlığı başlamışdır. İran İslam Respublikasının vətəndaşı Məhəmməd Xəttabi orta boylu, dolu bədən quruluşlu, saçları qara rəngli, sifətində xüsusi əlaməti olmayan şəxs olmuşdur. Söhbət əsnasında Məhəmməd Xəttabiyə narkotik vasitələrdən istifadə etdiyini bildirib onun üçün narkotik vasitə tapmasını xahiş etmişdir. Məhəmməd Xəttabi də ona pul müqabilində narkotik vasitə olan heroin tapıb sata biləcəyini bildirmişdir. İran İslam Respublikasından müxtəlif çeşidlərdə olan ərzaq məhsullarını ucuz qiymətə alıb həmin ərzaq məhsullarını Bakı şəhərinə gətirməklə baha qiymətə satıb ailəsini dolandırmışdır. İran İslam Respublikasında olarkən Məhəmməd Xəttabi adlı şəxsdən heç vaxt narkotik vasitə alıb istifadə etməmişdir. Həmçinin oradan narkotik vasitə alıb gətirməmişdir. Söhbət əsnasında Məhəmməd Xəttabi ona bildirmişdir ki, göndərdiyi hesab nömrəsinə müəyyən məbləğlərdə onlayn pul köçürdükdən sonra narkotik vasitəni qoyduğu ünvanı ona “WhatsApp” vasitəsi ilə göndərəcək. İİR-da olanda Məhəmməd Xəttabi özünün istifadə etdiyi +**********358 və +**********110 saylı nömrələrini ona vermiş və həmin nömrələrlə onlar yalnız “WhatsApp” üzərindən əlaqə saxlamışlar. Bakı şəhərində olarkən şəxsi istifadəsi üçün narkotik vasitə lazım olanda Məhəmməd Xəttabi ilə “WhatsApp” vasitəsilə əlaqə saxlayıb narkotik vasitə sifariş etmişdir. Məhəmməd Xəttabinin ona “WhatsApp” vasitəsilə göndərdiyi və sonradan sildiyi üçün qeyd edə bilmədiyi kartın şifrəsinə onlayn pul köçürüb ondan ayda 2-3 dəfə narkotik vasitə olan heroin almışdır. Sonuncu dəfə yəni, 9 sentyabr 2021-ci il tarixdə narkotik vasitə olan heroin almaq məqsədilə Məhəmməd Xəttabi ilə “WhatsApp” ilə əlaqə saxlamış və narkotik vasitə almaq istədiyini bildirmişdir. Məhəmməd Xəttabi onun göndərdiyi hesaba 180 manat pul köçürüb çeki ona atmağını bildirmişdir. 9 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində “20 yanvar” metrostansiyası yaxınlığında dəqiq ünvanını xatırlamadığı Milliön ödəniş terminalı vasitəsilə “Beynəlxalq bank”-a aid xatırlamadığı üçün qeyd edə bilmədiyi hesab nömrəsinə 180 manat pulu onlayn köçürmüşdür. Daha sonra çekin şəklini telefon vasitəsilə çəkmiş və çeki həmin ərazidə zibil qutusuna tullamışdır. Pul köçürdüyü çeki “WhatsApp” üzərindən Məhəmməd Xəttabiyə göndərdikdən sonra telefonun yaddaşından da silmişdir. X2 göndərdiyi “Beynəlxalq bank”-a aid kartın şəklini də telefonunun yaddaşından silmişdir. Məhəmməd Xəttabi ona ödədiyi pulun qarşılığında alacağı narkotik vasitə olan heroini Bakı Dövlət Sirkinin yaxınlığında əvvəlcədən vəd edilmiş qaydada, yəni dirəklərin birinin altında qoyulmuş yerdən götürəyini demişdir. 9 sentyabr 2021-ci il tarixdə saat 22:30 radələrində Məhəmməd Xəttabinin ona dediyi yerdən 1 bükümdə narkotik vasitə olan heroini götürmüşdür. Daha sonra həmin yerdə telefonunu və nömrəsini sındırdıqdan sonra zibil qutusuna tullamışdır. Çünki tutulmaqdan qorxmuşdur. Həmin ərazidə zibil qutuları çox olduğu üçün hansı zibil qutusuna tulladığını xatırlamır. 10 sentyabr 2021-ci il tarixdə saat 18:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Sədərək TM, 4-cü sıra, 5-ci korpusda yerləşən 44 saylı dükanda olduğu zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyini deyərək onu Qaradağ Rayon Polis İdarəsinə dəvət etmişlər. Etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qaradağ Rayon Polis İdarəsinə getmişdir. Polis idarəsində xidməti otaqların birində ona 10 saylı Vəkillər bürosunun vəkillərinin siyahısı təqdim edilmiş və vəkillərin birini seçməsi təklif edilmişdir. Ona təqdim edilmiş vəkillərin siyahısından adı qeyd olunan istənilən vəkilin hüquqlarını müdafiə etməsinə razı olduğunu demişdir. Bundan sonra vəkil X6 və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparmaqla ona təklif olunmuşdur ki, üzərində hər hansı qeyri-qanuni əşya varsa çıxarıb masanın üzərinə qoysun. O da əynindəki qara rəngli ağ cızıqları olan şalvarının sağ yan cibindən, şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı baş verənləri olduğu kimi danışmışdır. Bundan başqa əynindəki qara rəngli şalvarının sol cibindən 1 ədəd gümüşü rəngli üzük aşkar olunmuşdur. Üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd gümüşü rəngli üzük özünə geri qaytarılmış, 1 ədəd şəffaf sellofana bükülmüş büküm məhkəmə-kimyəvi ekspertizasına təqdim edilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və 46 saylı möhürlə möhürlənərək bağlamanın üstü tərəfindən imzalanmışdır. Narkotik vasitənin heroin növündən istifadə etmişdir. Narkotik vasitələri yalnız öz şəxsi istifadəsi üçün almışdır. Heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması özünün qismən etirafedici ifadəsi ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 10 sentyabr 2021-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsində yerləşən nömrəsiz ünvanda kirayədə yaşayan Sahib adlı şəxsin Sədərək TM-də narkotik vasitələrin qanunsuz dövriyyəsi, yəni həm istifadə etməsi, həm də satışı ilə məşğul olması barədə Qaradağ RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması və zəruri əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Sədərək TM-nə getmişlər. Həmin ərazidə müşahidələr etməyə başlamışlar. Müşahidələr nəticəsində onlara məlum olmuşdur ki, Sahib adlı şəxs Qaradağ rayonu, Lökbatan qəsəbəsi Sədərək TM-nin 4-cü sırasında dayanmışdır. Sahib adlı şəxsə yaxınlaşaraq özlərini təqdim edib Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları olduqlarını bildirmiş və Sahib adlı şəxsi Qaradağ RPİ-nə dəvət etmişlər. 10 sentyabr 2021-ci il tarixdə saat 18:00-da Sahib adlı şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi Sədərək TM 4-cü sıra, 5-ci korpusda yerləşən 44 saylı dərzi dükanında saxlanılaraq saat 18:20-də Qaradağ RPİ-nə gətirilmişdir. Qaradağ RPİ-də inzibati otaqların birində həmin şəxsin xx.xx.1968-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olub, Bakı şəhəri, Yasamal rayonu, X8 küçəsi nömrəsiz ünvanda fərdi evdə yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bakı şəhəri Qaradağ RPİ-nin inzibati binasında xidməti otaqlardan birində polis əməkdaşlarının və vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edərək üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və ondan üzərində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların, dövriyyəsi qanunla qadağan edilmiş, məhdudlaşdırılmış digər əşyaların olub-olmaması soruşulmuş, üzərində yuxarıda göstərilən əşyalar olduğu təqdirdə könüllü surətdə təqdim olunması ona təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli ağ cızıqları olan şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülünün içərisində qəhvəyi rəngli, iysiz, palçıq şəklində narkotik vasitə hesab edilən “kakos”, yəni heroin aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı həmin narkotik vasitəni 9 sentyabr 2021-ci il tarixdə Bakı Dövlət Sirkinin yaxınlığında əvvəlcədən vəd edilmiş qaydada (yəni dirəklərdən birinin altına qoyulmuş yerdən götürməklə) “Məhəmməd Xəttabi “adlı İran İslam Respublikası vətəndaşından əvvəlcədən onun kartına 180 manat pul köçürərək şəxsi istifadəsi üçün aldığını etiraf etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarının sol cibindən gümüşü rəngli üzük çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 ədəd şəffaf sellofana bükülmüş kütlə zərfə qoyularaq qablaşdırılmış, 46 saylı möhürlə möhürlənmiş və bağlamanın üstü iştirakçılar tərəfindən imzalanmışdır. Gümüşü rəngli üzük isə Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış və götürmə zamanı istifadə edilən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmişdir. Protokol ucadan və aydın səslə oxunmuş və iştirakçılar tərəfindən heç bir irad, əlavə və düzəliş daxil olmadıqdan sonra doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmişdir. Təqsirləndirilən şəxs Sədərək TM-də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Qaradağ RPİ-nə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 94-95). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 sentyabr 2021-ci il tarixli 6/3998 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazısı olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 7,430 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Qeyd: heroinin ümumi təmiz çəkisi 7,430 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 7,330 qram, cild 1, iş vərəqə 43-46). Cinayət işinin materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, videoçəkiliş 12 dəqiqə 39 saniyə davam edir. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürülmə aparılması zamanı çəkilmiş videoçəkilişin 2-ci dəqiqəsinin 35-ci saniyəsində Təqsirləndirilən şəxs qara rəngli ağ cızıqları olan şalvarının sağ yan cibindən, şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur və bükümü açıb göstərərək içərisində “kakos” deyilən narkotik vasitə olduğunu deyir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə “kakos”un ona məxsus olduğunu və həmin maddəni 9.09.2021-ci il tarixdə saat 22:30 radələrində Məhəmməd Xəttabinin ona dediyi, yəni ünvan 5 ünvanında yerləşən Bakı Dövlət Sirkinin binasının həyətindəki dirəyin aşağı hissəsindən götürdüyünü bildirir. Həmin bir bükümdə olan narkotik vasitəni 180 manata şəxsi istifadəsi üçün aldığını etiraf edir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol cibindən gümüşü rəngli üzüyü çıxarıb masanın üzərinə qoyur. Ondan aşkar edilərək götürülən 1 ədəd büküm onun, vəkilinin və polis əməkdaşlarının iştirakı ilə zərfə qoyulur və möhürlənir, onlar həmin zərfi imzalayır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli üzük özünə geri qaytarılır (cild 1, iş vərəqə 53). Cinayət işinin materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, 10 sentyabr 2021-ci il tarixdə saat 19:35-dən saat saat 19:50-dək müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı Bakı şəhəri 10 saylı Vəkillər Bürosunun vəkili X6, Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1, Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid3 və Qaradağ RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 iştirak etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli ağ cızıqları olan şalvarının sağ yan cibindən, şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur və bükümü açıb göstərərək içərisində “kakos” deyilən narkotik vasitə olduğunu deyir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə “kakos”un ona məxsus olduğunu və həmin maddəni 9.09.2021-ci il tarixdə saat 22:30 radələrində Məhəmməd Xəttabinin ona dediyi, yəni ünvan 5 ünvanında yerləşən Bakı Dövlət Sirkinin binasının həyətindəki dirəyin aşağı hissəsindən götürdüyünü bildirir. Həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Məhəmməd Xəttabi adlı şəxsdən hesabına onlayn 180 manat ödəniş edib şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol cibindən gümüşü rəngli üzüyü çıxarıb masanın üzərinə qoyur. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli üzük özünə geri qaytarılır (cild 1, iş vərəqə 34-35). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 25 sentyabr 2021-ci il tarixli 3622 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 111-112). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 7,330 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir (cild 1, iş vərəqə 118-123). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 103). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22). İş materiallarında olan Qaradağ rayon məhkəməsinin 12 sentyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 10 sentyabr 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 83-87). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 10 sentyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 7,330 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilməli; -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsini özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 10 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 114 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalıq çəkisi 7,330 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhv edilsin; -Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçirilməsini özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar