Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1963/2022 16.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ «16» dekabr 2022-ci il (saat 12:15) Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarənin Ağır cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə 18 oktyabr 1998-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Göyçay rayonu, Nizami küçəsi ev 201, mənzil 8 ünvanında qeydiyyatda olan və ünvan 1nında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 21 iyul 2022-ci il tarixdə saat 02:00 radələrində ünvan 2 ünvanında yerləşən yeraltı avtomobil dayanacağının giriş hissəsində tanışı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində olan soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı, ümumi uzunluğu 161 mm olan qatlanan cib bıçağını çıxarıb Zərərçəkmiş şəxs qəsdən bir dəfə vuraraq, ona qarın nahiyəsinin ön səthinin sağ yarısından daxilə-qarın boşluğuna nüfuz edən, nazik bağırsaqların eventrasiyası və daxili qanaxma ilə nəticələnən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər törətdiyi cinayət əməlinə görə məhkum olunmuş və 2022-ci ilin aprel ayının 1-də cəzasının sonu ilə azad edilmişdir. ünvan 3 ünvanında qeydiyyatda olsa da, ünvan 4vanında kirayə yaşamışdır. Zərərçəkmiş şəxs 06 iyul 2022-ci il tarixdən etibarən tanımışdır. Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonunda yerləşən “Xətai” metrostansiyasının çıxışındakı “Osmanlı” adlı restoranda kuryer işləmişdir. O da həmin restoranda 06 iyul 2022-ci il tarixdən etibarən kuryer kimi işləməyə başlamış və 19 iyun 2022-ci il tarixdə isə həmin restoranda işləməkdən çıxmışdır. Həmin restoranda işlədiyi müddətdə Zərərçəkmiş şəxs ilə aralarında münasibət yaranmışdır. O, Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 4vanında birlikdə kirayə yaşamışdır. 21 iul 2022-ci il tarixdə təxminən saat 02:00 radələrində Bakı şəhəri, Xətai rayonunda yerləşən “Xətai” metrostansiyasının çıxışındakı “Osmanlı” restoranının arxasında tanışı Vüsal adlı şəxslə söhbətləşmişdir. Onun Vüsala 150 manat borcu olmuş və o, həmin şəxslə borcunu qısa müddət ərzində qaytaracağı barədə söhbət etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs işlədiyi “Osmanlı” restoranından çıxaraq onların yanına gələrək onların söhbətlərinə müdaxilə etməyə başlamışdır. O da Cavada söhbətlərinə qarışmamağı barədə xəbərdarlıq etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs uca səslə onunla danışmağa başlamışdır. O, Cavada əsəbiləşmiş və sonuncunu çənəsindən əli ilə yüngül formada vurmuşdur ki, sakit dursun. O, Cavadın çənəsindən vurduqdan sonra Cavad onu təhqir edərək onun sifət nahiyəsinə kəllə atmış, lakin Cavadın ona atdığı kəllə güclü olmadığından ona təsir etməmişdir. Sonra o, Cavadın sifətinə bir dəfə yumruqla zərbə vurmuşdur. Bundan sonra Cavad ondan qaçmaq istəmiş, lakin Cavad ona nalayiq söyüş söydüyündən sonuncunun arxasınca qaçmışdır. Cavad “Osmanlı” restoranın yaxınlığında olan avtomobilin ətrafda dolanmağa və ona nalayiq ifadələrlə söyüşlər söymüşdür. Vüsal da onları ayırmağa çalışmışdır. Onların artıq sakitləşdiyini görən tanışı Vüsal həmin yerdən uzaqlaşmışdır. O, sol əli ilə Cavadın çiynindən tutaraq Bakı şəhəri, Xətai rayonunda yerləşən “Xətai” metrostansiyasının arxasına dəvət etmişdir. Zərərçəkmiş şəxs də onunla razılaşmışdır. Onlar birlikdə “Xətai” metrostasiyasının arxasına getmişlər. Həmin yer tənha bir yer olmuşdur. Həmin vaxt o, sağ əli ilə sağ yan cibində olan bıçağı çıxararaq sol yanında duran Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə vurmuşdur. Əvvəlcədən üzərində olan və Zərərçəkmiş şəxs xəsarət yetirdiyi qara rəngli bıçaq mütəmadi olaraq üzərində olmuşdur. Çünki o, həmin bıçaqdan kuryer kimi işlədiyi zaman qutuları açmaq üçün istifadə etmişdir. O, Zərərçəkmiş şəxs bıçaqladıqdan sonra Cavad zərbənin təsirindən arxaya, yəni metrostansiyanın arxasında metronun çıxışı istiqamətində qaçmağa başlamışdır. O da Cavadın arxasınca qaçaraq sonuncunun nə etmək istədiyini başa düşmək istəmişdir. Bundan sonra Zərərçəkmiş şəxs metronun çıxış hissəsinin qarşısında yerə yıxılaraq huşunu itirmişdir. Bunun ardınca həmin yerə metronun çıxış hissəsindən başqa bir polis əməkdaşı gələrək onlara yaxınlaşmışdır. Həmin vaxt o, səmimi olaraq həmin polis əməkdaşına əlindəki bıçağı göstərərək, yerə yıxılaraq huşunu itirmiş Zərərçəkmiş şəxs nalayiq söyüşlə təhqir etdiyi üçün bıçaqladığını bildirmişdir. Həmin polis əməkdaşı onu metronun içərisinə apararaq 37-ci Polis Şöbəsinə baş vermiş cinayət hadisəsi barədə məlumat vermişdir. Bundan sonra onu 37-ci Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində etdiyi cinayət hadisəsini səmimi olaraq etiraf etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi, onun səmimi etirafı ilə yanaşı aşağıdakı sübut növləri ilə də tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Yardımlı rayonu, Hanoba kəndində qeydiyyatda olsa da, ünvan 5 ünvanında müvəqqəti kirayə yaşamışdır. Xətai rayonu ərazisindəki ‘’Osmanlı’’ restoranında kuryer işləmişdir. Təqsirləndirilən şəxs təxminən 20 gün olmuşdur ki, tanımışdır. ünvan 7 ünvanında sonuncu ilə birlikdə kirayə qalmışdır. Elxanla bir evdə qaldığı müddətdə münasibətləri normal qaydada olmuşdur. 20 iyul 2022-ci il tarixdə saat təxminən 23:30 radələrində işdən çıxmışdır. Evə gedərək yemək yeyib paltarını dəyişdikdən sonra iş yerinin yaxınlığında olan köşkə su almaq məqsədilə getmişdir. Saat təxminən 02:00 radələri olmuş və Xətai metrostansiyasının yaxınlığında yerləşən köşkə yaxınlaşan zaman Elxanın köşkün yanında olduğunu görmüşdür. Orada tanımadığı və adını bilmədiyi bir nəfər şəxslə Elxan söhbət etmişdir. O, yaxınlaşaraq salam vermişdir. Daha sonra Elxanın həmin oğlandan pul istəməsinin şahidi olmuşdur. Adını bilmədiyi şəxs isə Elxana pulunun olmadığını bildirmişdir. Getdikcə münasibətin münaqişəyə çevrilməsini görən zaman o, Elxanla həmin şəxsin arasında baş verən münaqişəyə müdaxilə etmişdir. Elxana həmin şəxsin pulu olmadığını, nə üçün onun üzərinə düşdüyünün səbəbini soruşmuşdur. Həmin şəxs isə aqressiv şəkildə ona bildirmişdir ki, aralarında baş verən söhbətin ona heç bir dəxili yoxdur. Bu sözündən sonra Elxan ona yaxınlaşaraq onun çənəsindən tutmuş və yüngül formada onu vuraraq sakit olmağını bildirmişdir. Elxanın bu hərəkətindən əsəbiləşərək Elxana kəllə atmış, lakin Elxan geri çəkildiyi üçün kəllə sonuncuya dəyməmişdir. Bundan sonra adını bilmədiyi şəxs və kioskda satıcı kimi işləyən Ümid onlara yaxınlaşaraq ayırmışdır. Sonuncular çıxıb getdikdən sonra o, Elxanla qarşılıqlı şəkildə bir-birilərini nalayiq ifadələrlə təhqir etməyə başlamışlar. Bundan sonra Elxan üzərində olan bıçağı açmışdır. O isə Elxana mübahisəni bu həddə çatdırmağa ehtiyac olmadığını bildirmişdir. Bundan sonra Elxan sakitləşərək bıçağı cibinə qoymuş və ona sözü olduğunu deyərək Xətai metrostansiyasının arxasına dəvət etmişdir. Onlar təxminən 100 metr piyada getdikdən sonra metronun arxasına çatmışlar. Orada Elxan ondan nə üçün digər şəxslə arasında olan məsələyə müdaxilə etdiyini soruşmuşdur. O da Elxana düzgün etmədiyini bildirmişdir. Həmin vaxt Elxan yenidən üzərində olduğu bıçağı çıxardaraq bir dəfə onun qarın nahiyəsindən vurmuşdur. O, qaçaraq Xətai metrostansiyasının qarşı hissəsinə gedərək yerə yıxılmış, sonra Elxan qaçaraq həmin ərazidən uzaqlaşmışdır. Tanımadığı şəxslər onun ətrafına toplaşmış və təcili tibbi yardıma məlumat vermişlər. Təcili tibbi yardım maşını bir neçə dəqiqə sonra oraya gəlmiş və onu yaxınlıqda yerləşən adını bilmədiyi xəstəxanaya aparmışlar. Xəstəxanaya getdikdən sonra onu əməliyyat etmişlər və müalicə olunmağı üçün xəstəxanada qalmışdır. 21 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xətai metrostansiyası yaxınlığında Təqsirləndirilən şəxs onu qəsdən xəsarət yetirən zaman ətrafda Elxanla ondan başqa heç kəs olmamışdır. O, daha sonra göstərmişdir ki, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhər Baş Polis İdarəsinə tabe olan Bakı metropolitendə Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyir və polis serjantıdır. O, Bakı metropolitenin Xətai stansiyasında xidmət edir. Metropolitenin stansiyaları hər gün səhər saat 06:00-da açılmış və həmin gün saat 00:00-da giriş qapılar bağlanmışdır. Buna baxmayaraq onlar metronun təhlükəsizliyini təmin edilməsi üçün metropolitenin təhkim olunmuş stansiyalarında xidmət aparmışlar. 21 iyul 2022-ci il tarixdə saat 02:00 radələrində işlədiyi “Xətai” metrostansiyasında xidmət aparan zaman metronun giriş hissəsində bir nəfər şəxsin yerə yıxılmasını və ətrafda olan şəxslərin həmin şəxsə yaxınlaşmasını görmüşdür. Nə baş verdiyini aydınlaşdırmaq məqsədi ilə oraya yaxınlaşan zaman adının sonradan Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsin yerdə uzanıqlı vəziyyətdə olduğunu, sonuncunun qarın hissəsindən xəsarət aldığını və qan içində olduğunu görmüşdür. O, tez X4 103 xidmətinə zəng vuraraq məlumat vermişdir. Həmin vaxt adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs ona yaxınlaşaraq yerdə uzanmış şəxsin onun ünvanına nalayiq ifadələr işlədiyi üçün bıçaqla vurduğunu bildirmiş və hadisə zamanı istifadə etdiyi bıçağı ona təqdim etmişdir. O, Elxanı saxlayıb “Xətai” mertostansiyasına aparıb ərazi üzrə Xətai RPİ-nin 37-ci PŞ-nə məlumat vermişdir. Sonra hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili Cavadı götürüb xəstəxanaya aparmışıdr. Bir qədər sonra ərazidə xidmət aparan Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları xidmət apardığı Xətai metrostansiyasına yaxınlaşmışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşlarına təhvil vermiş və Elxanın ona təqdim etdiyi bıçağı polis əməkdaşlarına təhvil vermişdir. Xətai RPİnin Post Patrul Xidməti Bölüyünün əməkdaşları Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşdirib getmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri vəzifəsində işləyir və polis serjantıdır. 21 iyul 2022-ci il tarixdə Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində xidmət aparmışlar. Həmin gün saat 02:50 radələrində Xətai RP-nin 37-ci PŞ-dən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən “Xətai” metrostansiyasının yaxınlığında bıçaqlanma hadisəsinin olduğunu və metro polisinin bir nəfər şəxsi saxlaması barədə məlumatı alaraq “Xətai” metrostansiyasına yaxınlaşmışlar. Həmin vaxt Bakı şəhər Baş Polis İdarəsinə tabe olan Bakı metropolitendə Polis Şöbəsində polis nəfəri vəzifəsində işləyən Şahid1 adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxsi onlara təhvil verərək sonuncunun Zərərçəkmiş şəxs adlı şəxsi bıçaqla qarın nahiyəsindən vurub xəsarət yetirən şəxs olduğunu bildirmişdir. Şahid1 Təqsirləndirilən şəxs saxlayan zaman sonuncunun təqdim etdiyi hadisə zamanı istifadə etdiyi bıçağı da onlara təqdim etmişdir. Sonra onlar Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşdirib ərazi aidiyyəti üzrə Xətai RPİ-nin 37-ci PŞ-nə apardıb təhqiqatçı Kamran Əhmədova təhvil vermişlər. Şöbədə həmin şəxsin zaman həmin şəxsin xx.xx.1998-ci ildə ünvan 8 ünvanında qeydiyyatda olan və ünvan 9vanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyini bildirdiyi bıçağı da təhqiqatçı Kamran Əhmədova təhvil vermişlər. Kamran Əhmədov da həmin bıçağı protokol tərtib edərək onların və Təqsirləndirilən şəxs iştirakı ilə götürmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş Şahid2 da Şahid3lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq emişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 825 saylı rəydə göstərilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət - qarın nahiyəsinin ön səthinin sağ yarısından daxilə - qarın boşluğuna nüfuz edən , nazik bağırsaqların eventrasiyası və daxili qanaxma ilə nəticələnən bir ədəd deşilmiş - kəsilmiş yara deşici - kəsici əşyanın, ola bilsin bıçağın təsirində törənmişdir, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni kənar şəxs tərəfindən yetirilə bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa agır zərərvurmaya aiddir. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 484/2022/MTBŞ saylı rəyinə görə: 1.Zərərçəkmiş şəxs qan qrupu müqayisəli tədqiqat üçün təqdim edilmiş şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqində «1 -PLUS» kimi göstərilmişdir. Bu qeydə əsasən ABO sistemi üzrə hazırda qəbul olunmuş təsnifata görə onun qan qrupunun 0(1) olmasını söyləmək olar. 2.Məhkəmə bioloji ekspertizaya təqdim edilmiş köynəyin sağ yan səthində hissəvi olaraq ön və arxa səthinə də keçən ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qan qrupunun ABO sistemi üzrə təyini zamanı yalnız «H» antigeni alındı. Bu antigen tək halda əsas antigen kimi yalnız 0(1) qruplu qanı formalaşdırıb xarakterizə etdiyindən bu ləkələrdə olan qanın ABO sistemi üzrə birmənalı olaraq həmin qruplu şəxsə(şəxslərə) məxsus olmasını söyləmək olar. Beləliklə, köynək üzərində olan bu qan ləkələri həmin sistem üzrə eyni qan qruplu Zərərçəkmiş şəxs məxsus ola bilər. Köynəyin arxa səthində olan ləkələrdə isə tədqiqat zamanı qan aşkar olunmadı. Cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2022ci il tarixli 391/MTKŞ-2022 saylı rəydə göstərilmişdir ki, təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın ön səthinin aşağı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədə iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Zərərçəkmiş şəxs məxsus qısaqol koftanın üzərində olan deşilmiş-kəsilmiş zədənin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə dəyişiklik edilməmişdir. Cinayət işinə əlavə olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2691 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik müəyyən edilmir. Onda Dissosial şəxsiyyət pozuntusu (Psixi və X2 Təsnifatı 10-cu baxış, kod F60.2) əlamətləri aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, ittiham olunan əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Əqli-intellektual imkanlarına görə iş üçün əhəmiyyətli halları qavramaq, təsvir etmək və bu barədə məlumat vermək imkanına malikdir. Şəxsi keyfiyyətlərində psixi-emosional vəziyyətində qıcığa qarşı həssaslıq, impulsivlik, konfliktə meyllilik, eqosentrizm, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, sosial normalara riayət etməmək və s. aşkar olunur. Təqsirləndirilən şəxs hadisə baş verən zaman hərəkətlərini ölçüb-biçmək və dərk etmək qabiliyyətinə malik olmuşdur. Bundan başqa cinayət işinin istintaq materiallarına əlavə olunmuş 21 iyul 2022-ci il tarixli “maddi sübutun könüllü təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə zamanı istifadə etdiyi bıçağı polis əməkdaşlarına könüllü sürətdə təqdim edərək Zərərçəkmiş şəxs həmin bıçaqla vurub xəsarət yetirdiyini bildirmişdir. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş 18 oktyabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi və ifadənin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması zamanı, o, istintaqa verdiyi ifadələrini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisələrin necə baş verməsini əyani təsvir etmişdir. İfadənin yerində yoxlanması zamanı xx.xx.2022-ci il tarixdə hadisənin ünvan 2 ünvanında yerləşən yeraltı avtomobil dayanacağını giriş hissəsində baş verməsi müəyyən edilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş 18 oktyabr 2022-ci il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, iki nəfər əynində qara rəngli paltar olan şəxsin “Xətai” metrostansiyasının arxa hissəsindən yeraltı avtomobil duracağına doğru gəlməsi, həmin şəxslərdən birinin əynində olan qısaqol köynəyinin üzərindən ağ rəngli rəsm, digər şəxsin başında idman kepkası olması, başında idman kepkası olan şəxsin sağ əlini digər şəxsin çiyninə qoyması, hər iki şəxsin birlikdə söhbət edərək hərəkət edib saat 02:04:14-də yeraltı avtomobil duracağına daxil olması, saat 02:04:39-da əynində olan qısaqol köynək olan şəxsin yeraltı duracaqdan çıxaraq Xətai metrostansiyasına doğru qaçması, həmin şəxsin ardınca digər şəxsin də duracaqdan çıxaraq həmin şəxsin arxasınca qaçması, daha sonra öndə gedən şəxsin əlini qarın nahiyəsinə tutub “Xətai” metrostansiyasının giriş hissəsinə doğru gedərək yerə yıxılması, bunu görən ətrafda olan şəxslərin yerə yıxılan şəxsə yaxınlaşmaları, digər şəxsin də oraya toplaşan şəxslərin yanına getməsi müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən yeraltı avtomobil duracağına doğru gələn şəxslərdən başında idman kepkası olan şəxsin Zərərçəkmiş şəxs, digər şəxsin isə özü olmasını, avtomobil dayanacağının giriş hissəsində sonuncunun onun ünvanına nalayiq ifadələr işlədiyi üçün bir dəfə qarın nahiyəsindən bıçaqla vurub xəsarət yetirdiyini bildirmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Göyçay rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluğu olmayan hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cəzadan azad olunduğu gündən 2 (iki) il keçməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmalı və onun hərəkətləri cinayətin residivi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 21 iyul 2021-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Xətai RPİ-də saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək və bir ədəd qatlanan cib bıçağı məhv edilməlidir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 48 (qırx səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 288 (iki yüz səksən səkkiz) manat pul onun vəkil işlədiyi 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Xətai RPİ-də saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd köynək və bir ədəd qatlanan cib bıçağı məhv edilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 288 (iki yüz səksən səkkiz) manat pul onun vəkil işlədiyi 24 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1963/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1963/2022
16.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver