Məhkəmə qərarları › İş №1(101)-1967/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1967/2024

04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1967/2024 04.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X7 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Bakı şəhəri “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 23 avqust 1988-ci ildə Siyəzən rayonu, Zarat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmuş və üzərində ödənilməmiş məhkumluğu olan, orta təhsilli, işləməyən, Siyəzən rayonu, Zarat kəndində qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, silah qismində istifadə edilən əşyadan tətbiq edilməklə özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, 28 yanvar 2024-cü tarixdə, saat 03:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə dayanıqlı vəziyyətdə olmaqla, taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs məxsus “X8 220” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşərək Quba şəhərinə aparmarılması, lakin bundan qabaq Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsindən anası və əşyalarını götürməli olduğunu bildirib, həmin ünvana getmələri barədə razılıq əldə etdikdən sonra Zərərçəkmiş şəxs avtomobili idarə edərək Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində özünün işarə ilə gətirdiyi əsas yoldan kənar olmaqla ara məhəlləyə çatmasına nail olduqdan sonra, həmin ünvanda avtomobildən enərək sonuncu tərəfdən ona yaxınlaşıb üzərində olan silah qismində istifadə edilən əşyanı tətbiq edib bel nahiyəsinə tərəf sıxmaqla Zərərçəkmiş şəxs əmlakını ələ keçirmə məqsədilə həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edib quldurluq etməklə üzərində olan pul vəsaitinin ona təqdim etməsini tələb etmiş, sonuncu isə həmin vaxt üzərində olan 1.384 manat məbləğində nağd pul vəsaitini ona verdikdən sonra qaçaraq oradan uzaqlaşıb, silah qismində istifadə edilən əşya tətbiq edilməklə Zərərçəkmiş şəxs 1.384 (bir min üç yüz səksən dörd) manat məbləğində pul vəsaitini ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, əvvəlcə “Şamaxinka” ərazisində dayanmış, sonra bir taksi sürücüsünə yaxınlaşıb demişdir ki, “Xocəsənə gedib, orada olan 2 (iki) ədəd təkəri götürüb Qubaya aparmaq lazımdır”. Taksi sürücüsü Rahim adlı şəxs, yəni iş üzrə zərərçəkmiş şəxs onunla razılaşmışdır. Bundan sonra o, Rahimin “Mercedes” markalı avtomobilinə əyləşmiş və onlar birlikdə Xocəsən adlanan əraziyə getmişlər. Xocasənə çatdıqda, o, maşından düşmüş və cibində olan 100 manatı taksi sürücüsü Rahimə uzadıb sonuncudan həmin pula xırdası olubolmamasını soruşmuşdur. Rahim isə əvvəlcə ona “yox” demişdir. O, oradan uzaqlaşmaq istədikdə, Rahim ona “dayan” deyə səslənmiş və cibində 2 ədəd 20 manatlıq əskinas və 1 ədəd 10 manat pul olduğunu bildirmişdir. O da, Rahimə demişdir ki, “həmin pulu mənə ver, mən yolda özümə məxsus 100 manatı xırdaladıb sənin pulunu qaytararam”. Rahim də, həmin pulu, yəni 50 manatı ona vermişdir. O, 50 manat pulu götürüb oradan uzaqlaşmış və geri qayıtmamışdır. O, Rahimdən yalnız 50 manat pul almışdır. O, Rəhimə qarşı quldurluq etməmiş, həmin vaxt onun üzərində bıçaq olmamışdır. O, ibtidai istintaq zamanı müstəntiqə düzgün ifadə vermişdir. O, Rahim ilə birlikdə Quba rayonuna getməli olmuşdur. Rahimin onu Quba rayonuna aparmasına görə o, Rahimə 50 manat ödəniş etməli olmuşdur. Rahimlə yolda olarkən Xocəsən qəsəbəsinə dönmək barədə razılaşmışlar. O, Rahimdən 100 manata xırda istəmiş, sonuncu da ona cibindən 2 ədəd 20 manatlıq əskinas və 1 ədəd 10 manatlıq əskinas çıxararaq təqdim etmişdir. O da, həmin pulları götürüb getmişdir. Rahim ibtidai istintaq zamanı ilk dəfə ifadə verən zaman doğru ifadə vermiş, lakin ikinci dəfə onu Binəqədi RPİ-nə aparmışlar, orada Rahimə nə dedilərsə, bundan sonra Rahim tamamilə fərqli məzmunda ifadə vermişdir. O, Rahimdən 50 manatı götürüb getmişdir. Həmin pula ehtiyacı olduğu üçün o, belə etmişdir. Onun üzərində bıçaq olmamış, orada kamera olmuş və hər şeyi qeydə almışdır. Hadisə vaxtı onun üzərində telefon olmamışdır. O, zərərçəkmiş şəxsə heç bir xəsarət yetirməmişdir. Rahim cibindən yalnız 2 ədəd 20 manatlıq əskinas və 1 ədəd 10 manatlıq əskinas çıxarıb ona vermişdir. Rahimin onun cibində 100 manat pul olması barədə məlumatlı olmamışdır. O, pulu alıb getdiyi zaman Rahimin onun arxasınca gəldiyini görməmişdir. O, Rahimə arxadan yaxınlaşıb sonuncunun pulunu almamışdır. O, əvvəllər 5 (beş) dəfə məhkum olunmuşdur. Onun barəsində Siyəzən Rayon Məhkəməsində 2 (iki) cinayət işi olmuş və həmin işlər üzrə hökm çıxarılmışdır. Hazırda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində də, onun barəsində cinayət işi var. Onlar əvvəlcə Xocəsənə gedib, oradan təkərləri götürüb, daha sonra isə Qubaya getməli olmuşdur. Həmin maşının üzərində təkəri aparmaq üçün qurğu olmuşdur. O, Rahimlə Qubaya getməyi 50 manata danışmışdır. Rahim ödənişi əvvəlcədən ondan istəməmişdir. Rahim ona 50 manat pulu uzatdıqdan sonra onun 100 manat pulu elə onun özündə qalmışdır. Bundan sonra o, maşından aralanaraq çıxıb getmişdir. Hadisə vaxtı onun üzərində hər hansı bıçaq və ya başqa deşici-kəsici predmet olmamışdır. Zərərçəkmiş şəxs Rahim əvvəlcə hadisəni olduğu kimi danışmış, lakin sonradan onun ifadəsi dəyişmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq elan edilmiş ittiham üzrə ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs quldurluq cinayətini törətməməsi, əksinə onun məqsədinin oğurluq etmək olması və məhz oğurluq cinayətini törətməsi, 100 manat pulu xırdalamaq üçün zərərçəkmiş şəxsdən pul istəməsi, zərərçəkmiş şəxsin könüllü şəkildə ona 50 manat verməsi, onun 50 manat pulu alıb hadisə yerindən uzaqlaşması, hadisə vaxtı üzərində 100 manat pulun olması ilə bağlı hissədə verdiyi ifadəsini məhkəmə cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərilən məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə öz məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, gecə saatlarında “Şamaxinka” ərazisində maşını saxlayıb dayanmış, təxminən saat 02:00-03:00 radələrində Təqsirləndirilən şəxs ona yaxınlaşıb demişdir ki, “Qubaya getməliyik, lakin Xocasəndə anamı və kamaz təkərini də, maşına yükləməliyik.” O, Samirdən soruşmuşdur ki, “Kamaz təkəri bu vaxt oğurluq deyil ki?”. Samir də, cavab olaraq təkərin özünə məxsus olduğunu demişdir. Bundan sonra Samir onun maşınına əyləşmiş və onlar birlikdə Xocəsənə getmişlər. O, orada bir neçə döngədən dönmüş və sonra Samir ona yavaş sürməyini, evin yolunu tapmalı olduğunu demişdir. O isə, Samirdən evin yolunu necə xatırlaya biləcəyini soruşduqda, Samir qaranlıq olması səbəbindən yolları qarışdırdığını demişdir. Bir qədər sonra onlar ünvana çatmışlar. Samir maşından düşmüş və 2 (iki) ədəd kubik daşı üst-üstə yığmış, sonra isə həmin kubiklərin üstünə çıxıb darvazadan boylanmışdır. Sonra Samir ona demişdir ki, “maşının arxasını darvazanın önünə ver”. Həmçinin Samir ona maşının sağının və solunun dəyməməsi üçün ona istiqamət vermişdir. O, qapını açıq qoyub maşını hərəkət etdirmişdir. Bu vaxt o, sol tərəfindən nəyinsə ona toxunduğunu hiss etmişdir. O, həmin predmetin bıçaq və ya vinataçan olması barədə məlumatsız olmuş, lakin həmin predmet küt olmuşdur. Həmin vaxt Samir onun sol tərəfində ayaqüstə yerdə dayanmışdır. Samir ona demişdir ki, “üstündə pul var?”. O isə Samirə “məndə pul nə gəzir” demişdir. Bundan sonra Samir ona “səndə pul olmamış olmaz” demişdir. O da, maşında pullarını saxladığı yerdən 1.384 manat məbləğində pulu götürüb Samirə vermişdir. Samir onun pulunu götürüb qaçmışdır. O isə Samirin arxasınca nalayiq ifadələr işlətmişdir. O, hadisə gününə kimi Təqsirləndirilən şəxs tanımamışdır. Samir onunla Qubaya getməyə görə 50 manat məbləğində ödəniş etmək barədə razılaşmışdır. O, heç bir müştərisindən gediş haqqını qabaqcadan almır, əksinə ödənişi sonradan alır. Onun sol tərəfindən toxundurulan predmet barədə heç nə deyə bilmir. Lakin hadisə vaxtı o, zənn etmişdir ki, həmin predmet bıçaqdır. Məhz bu səbəbdən o, həmin pulları Samirə vermişdir. O, pulları Samirə təqdim etməyəcəyi halda bıçaqlanmaqdan və xəsarət almaqdan qorxmuşdur. O, pulu Samirə 20-30 saniyə ərzində təqdim etmişdir. Puldan başqa Samir ondan heç nə tələb etməmişdir. Orada onların ikisindən başqa heç kəs olmamışdır. Hadisə yerində müşahidə kamerası mövcud olmuşdur. Lakin o, həmin yerin ünvanını tam olaraq xatırlamır. Polisdə ya da prokurorluqda ifadəsini fərqli məzmunda verməsi barədə heç kəs ona heç nə deməmişdir. O, hadisə vaxtı puldan əlavə Samirə heç bir əşya verməmişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs ondan 1.384 manat məbləğində pul almışdır. O, Xocəsən PB-də olan zaman Quba rayonunda olan kənd məhsulları satıcılarına çatmalı olan məbləğləri qeyd etdiyi kağızı təqdim etmişdir. Həmin kağızda hadisə vaxtı onun üzərində olan pullara dair qeydlər olmuşdur. Samirin ona toxundurduğu predmet onun sol tərəfinə toxundurulmuşdur. O, xəsarət almamış, buna görə də ekspertizadan keçməmişdir. Binəqədi RPİ-dən onu ekspertizaya göndərmişlər və o, orada xəsarət aldığını deməmişdir. O ,Quba bazarından pendir, ət, qaymaq, süd və sair bu kimi kənd məhsullarını gətirib Bakı şəhərində ünvanlara çatdırması müqabilində satıcılar ona pul vermişlər. O da, həmin məhsulları alıcılarından aldığı məbləğlərdən özünə çatacaq olan yol pulunu çıxdıqdan sonra qalan məbləği sahiblərinə təqdim etmişdir. Samir tərəfindən həmin gün ondan alınan puldan satıcılara çatacaq məbləğlər də olmuşdur. Samir ona Qubaya aparmağa görə 50 manat ödəməli olmuşdur. Samir onun maşınına minməmişdən əvvəl dayanacağın yaxınlığında kofe almış, həmin vaxt müşahidə kamerası ilə qeydə alınmışdır. Samir öz cibindən pul çıxarıb kofenin pulunu vermiş və həmin vaxt sonuncunun cibindən çıxardığı pulların arasında 100 manatlıq əskinas olmamışdır. O, Təqsirləndirilən şəxs ilə barışmamış, lakin Samirin həbs olunması onun üçün heç nəyi dəyişmir. O, yalnız ona dəymiş zərəri Təqsirləndirilən şəxs tələb edir. Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində qanuni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin) ifadələri ilə yanaşı, ekspertiza rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan (cild 1, iş vərəq 6) görünür ki, Binəqədi RPİ-nin 40cı PB-nin məsul növbətçisi, polis mayoru Zakir Rzayev həmin Polis bölməsinin rəisinə raportla məruzə edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 03:48-də Azərbaycan Respublikası DİN-in 102 xidmətindən məlumat daxil olmuşdur ki, Quba şəhəri, Ərdəbil küçəsində yaşayan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşən şəxsin Binəqədi rayonu, Xocasən qəsəbəsinin girişində onu bıçaqla hədələyərək 1.384 manat pulunu alaraq hadisə yerindən uzaqlaşmışdır. xx.xx.2024-cü il tarixli şifahi ərizə haqqında protokoldan (cild 1, iş vərəqə 7) görünür ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə müştəri kimi onun taksi avtomobilinə əyləşən sərnişinin ondan Qubaya aparmasını xahiş etmiş, daha sonra əlindəki bıçaqla onu öldürəcəyi ilə hədələyərək 1.384 manat pulunu ələ keçirmişdir. Həmin şəxsin müəyyən olunaraq barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. xx.xx.2024-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 10-12) görünür ki, cinayət hadisəsi - Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində ara küçələrin birində baş vermişdir. Ətrafda xeyli sayda ictimai iaşə obyektləri və fərdi yaşayış evləri var. Həmin yer düz nahamar sahədir. Zərərçəkmiş şəxs sözlərinə görə o, burada olarkən quldurluq etmiş şəxs ona bıçağı dayayaraq hədə-qorxu gəlmişdir. Həmin küçənin eni maşının keçə biləcəyi enlikdədir. xx.xx.2024-cü il tarixli Siyəzən Rayon Məhkəməsinin 4(059)-5/2024 saylı qərarından (cild 1, iş vərəqə 46-50) görünür ki, başqa iş üzrə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 13 fevral 2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 61-63) görünür ki, həmin gün Zərərçəkmiş şəxs Məmmədtağı oğlu ona tanınmaya təqdim edilmiş şəxslərin arasından ona qarşı cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs göstərək tanımış və ona qarşı törədilmiş cinayət əməli barədə ətraflı şəkildə ifadə vermişdir. xx.xx.2024-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 31-34) görünür ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzası və 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2015-ci ildə qeyd edilən cəzanın sonu ilə azad edilmişdir. Bundan başqa, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2.000 manat cərimə cəzasına və 07 ay 10 gün müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzasına məhkum edilmiş, bundan başqa, Şabran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci il tarixdə qeyd edilən cəzanın sonu ilə azad edilmişdir. Bundan başqa, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa, Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə barəsində olan cinayət işinə xitam verilmiş və cəzadan azad edilmişdir. Bundan başqa, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə qeyd edilən cəzanın sonu ilə azad edilmişdir. xx.xx.2024-cü il tarixli 540 saylı məhkəmə-tibbi ekspertiza rəyindən (cild 01, iş vərəqə 104-105) görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. 02 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 79-80) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə ittiham elan edilmiş və o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli ifadənin yerində yoxlanmılması haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 96-97) görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət barədə məlumat verərək zərərçəkmiş şəxsə qarşı cinayət əməlini törətdiyi yeri əyani şəkildə göstərmişdir. 06 may 2024-cü il tarixli 1283 nömrəli məhkəmə-psixiatrik ekspertiza rəyindən (cild 01, iş vərəqə 106-107) görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. xx.xx.2024-cü il tarixli əməlin tövsif olunması haqqında qərardan (cild 1, iş vərəqə 110) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsindən həmin Məcəllənin 181.2.5-ci maddəsinə tövsif olunmuşdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında qəraran (cild 1, iş vərəqə 112-113) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 181.2.5-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, lakin o, ittihamla razılaşmayaraq qərarı imzalamaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 131-138) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, barəsində Siyəzən Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 178, 180, 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4 və 182-ci maddələri cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs 1.384 manat məbləğində maddi ziyanın vurulmasının nəzərə alınması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli Siyəzən Rayon Məhkəməsinin 1(059)-23/2024 saylı hökmündən (cild 1, iş vərəqə 208-213) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi ilə onun həbsdə saxlanıldığı 2 (iki) gün müddət təyin olunmuş 2 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmış və onun üzərində 2 (iki) il 5 (ay) 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2024-cü il tarixli ərizədən (cild 1, iş vərəqə 191) görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmamış, sonuncu tərəfindən ona vurulmuş ziyan ödənilməmişdir. xx.xx.2024-cü il tarixli Sizəyən Rayon Məhkəməsinin cavab məktubundan (cild 1, iş vərəqə 207) görünür ki, Təqsirləndirilən şəxs barəsində Siyəzən RPŞ-nin İB-də istintaqı aparılan ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək, istintaq ********* nömrə ilə davam etdirilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin iş üzrə xx.xx.2024-cü il tarixdə ittiham hökmü çıxarılmış və Təqsirləndirilən şəxs barəsində çıxarılmış hökmdən apellyasiya şikayəti vermiş, nəticədə cinayət işi baxılması üçün xx.xx.2024-cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-584/2024 saylı qərarından (cild 1, iş vərəqə 230-233) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Siyəzən Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 1(059)- 23/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. xx.xx.2024-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-276/2024 saylı hökmündən (cild 1, iş vərəqə 241-247) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qeyd edilən cəza Siyəzən Rayon Məhkəməsinin 11 iyun 2024-cü il tarixli, 1(059)-23/2024 nömrəli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cızası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla ona qəti olaraq 2 (iki) il 9 (doqquz) ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun əvvəlki iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət və 1(010)-276/2024 saylı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, cəmi 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 2 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. xx.xx.2022-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-19/2022 saylı hökmündən (cild 1, iş vərəqə 36-42) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 2 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmış və üzərində 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları, eləcə də irəli sürülmüş ittihamı mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsə onun əleyhinə olan sübutlara etiraz etmək, həmin sübutları və ittihamı bütövlükdə mübahisələndirmək üçün məhkəmə prosesində imkan yaradılmış, təqsirləndirilən şəxs və onun müdafiəçisi ayrı-ayrılıqda həmin sübutlara dair öz etirazlarını bildirmişlər, o cümlədən irəli sürülmüş ittihamı bötüvlükdə mübahisələndirmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən hüquqi qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından Cinayət Qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət hüququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə irəli sürülmüş ittihamın qanuni və əsaslı olması məhkəmədə tam şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə belə nəticəyə gələrkən aşağıdakılara əsaslanmışdır. İlk növbədə qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixdə cinayət hadisəsi baş verənədək Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir-birini tanımamışlar, habelə həmin vaxt Zərərçəkmiş şəxs taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2024-cü tarixdə, saat 03:00 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu ərazisində “Şamaxinka” adlanan ərazidə “Mercedes Benz” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan zaman Təqsirləndirilən şəxs onun avtomobilinə sərnişin kimi əyləşərək Quba rayonuna aparmasını, lakin əvvəlcə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsindən anası və avtomobil təkərlərini götürməli olduğunu, bu məqsədlə əvvəlcə Xocasən qəsəbəsinə aparmasını, oradan isə Quba rayonuna aparmasını istəmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla razılaşdıqdan sonra onlar birlikdə Xocasən qəsəbəsinə getmişlər, sonra isə Təqsirləndirilən şəxs verdiyi istiqamət üzrə ara məhəllələrdən birinə daxil olmuşlar. Göstərilənlər cinayət işinin mübahisəsiz hallarıdır. İş üzrə mübahisəli hallar isə aşağıdakılardan ibarətdir:

1. Zərərçəkmiş şəxs mövqeyinə görə -  Hadisə yerinə çatdıqdan sonra Təqsirləndirilən şəxs onun avtomobilindən düşmüş və bir qədər sonra Zərərçəkmiş şəxs sol tərəfindən nəyinsə ona toxunduğunu hiss etməsi, ona toxundurulan predmetin küt əşya olması,  Təqsirləndirilən şəxs ondan 1.384 manat məbləğində pul alması,  Təqsirləndirilən şəxs onun maşınına minməmişdən əvvəl dayanacağın yaxınlığında kofe alması, həmin vaxt Samirin öz cibindən pul çıxarıb kofenin pulunu verməsi və həmin vaxt cibindən çıxardığı pulların arasında 100 manatlıq əskinasın olmaması.

2. Təqsirləndirilən şəxs mövqeyinə görə -  Hadisə vaxtı üzərində bıçaq və ya bıçaq qismində istifadə edilə biləcək alətin olmaması,  Zərərçəkmiş şəxs qarşı basqın etməməsi, əksinə 100 manat pulu xırdalamaq məqsədi ilə sonuncudan pul istəməsi, Zərərçəkmiş şəxs da ona 50 manat pulu verdikdən sonra hadisə yerindən qaçıb getməsi,  Məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs əvvəlcə onun yuxarıda göstərdiyi məzmunda ifadə verməsi, sonradan isə, yəni Binəqədi RPİ-də olduğu vaxt zərərçəkmiş şəxsin ifadəsini dəyişməsi,  Onun zərərçəkmiş şəxsdən 1.384 manat almaması, əksinə 50 manat alıb hadisə yerindən qaçması. Bu hissədə qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixdə cinayət hadisəsi baş verən yerdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs başqa heç kəs olmamış, cinayət hadisəsini əks etdirən digər sübutlar, o cümlədən videogörüntülər məhkəməyədək icraat zamanı ibtidai istintaq orqanı tərəfindən əldə edilib cinayət işinə əlavə edilməmişdir. Ona görə də iş üzrə mübahisəli hallara aydınlıq gətirilməsi - yalnız zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş məlumatların doğruluğunun yoxlanılması vasitəsilə mümkündür. Belə ki, Zərərçəkmiş şəxs polis orqanına müraciət edərək onun taksi avtomobilinə sərnişin kimi minmiş şəxsin ondan əvvəlcə Xocasən qəsəbəsinə, sonradan isə Quba rayonuna aparmasını xahiş etdiyini, onlar Xocasən qəsəbəsində ara məhəllələrin birinə daxil olduqdan sonra həmin şəxsin onu öldürəcəyi ilə hədələyərək ondan 1.384 manat məbləğində pulu alaraq ələ keçirdiyini bildirmişdir. Sonra Zərərçəkmiş şəxs polis orqanına izahat verərək bir daha təsdiq etmişdir ki, onun avtomobilinə minmiş şəxs əlindəki bıçağı onun qarın nahiyəsinə dayayaraq ondan üstündəki pulları tələb etmiş, o, həmin şəxsə belə etməməsini demiş, həmin şəxs isə sərt şəkildə ondan pul istəmiş, bundan sonra o, üzərində olan 1.384 manat pulu həmin şəxsə vermiş, həmin şəxs pulu götürdükdən sonra qaçmış, o, maşınla həmin şəxsi izləməyə çalışsa da, sonuncunun izini itirmişdir. xx.xx.2024-cü il tarixdə hadisə yerinə baxış keçirildiyi vaxt Zərərçəkmiş şəxs bir daha həmin istintaq hərəkətində təsdiq etmişdir ki, onun maşınına sərnişin kimi minmiş şəxs ona bıçağı dayayaraq hədə-qorxu gəlmişdir. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs qismində çıxış edərək bir qədər fərqli məzmunda ifadə verib bildirmişdir ki, Samir əlində onun görmədiyi alətlə onun qarın nahiyəsinə dayayaraq ondan pul tələb etdikdə, Samir əvvəlcə pula ehtiyacı olduğunu bildirmiş, o da, Samirə 1.384 manat məbləğində pul vermişdir. Dindirilən zaman verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə zamanı Təqsirləndirilən şəxs ona xəsarət yetirməsə də, Samir hadisə zamanı əlində onun görmədiyi əşyanı onun qarın nahiyəsinə dayamaqla ona ağrı yetirmiş, lakin o, bununla bağlı tibb müəssisəsinə müraciət etməmişdir. Həmçinin Zərərçəkmiş şəxs digər suala cavab olaraq bildirmişdir ki, izahatında Təqsirləndirilən şəxs əlində bıçaq olması barədə məlumat versə də, hadisə baş verən zaman həyacanlı olduğundan bıçaqla bağlı məlumat vermiş, lakin zərərçəkmiş şəxs qismində dindirilən zaman verdiyi ifadəsi doğrudur. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilən zaman Zərərçəkmiş şəxs bildirmişdir ki, Samir əlində olan onun görmədiyi alətlə onun qarın nahiyəsinə dayayaraq ondan pul tələb etmiş, o da, 1.384 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt verilən suala cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs bıçaq ya da hər hansısa bir iti uclu alətlə onun qarnına dirəyərək hədə-qorxu gəlib ondan pul tələb etmiş, o da, üzərində olan 1.384 manat məbləğində pulu Təqsirləndirilən şəxs vermişdir. Zərərçəkmiş şəxs növbəti suala cavab olaraq bildirmişdir ki, Samir pulu ondan alıb qaçan zaman o, Samirin arxasınca qaçaraq sonuncudan dayanmasını tələb etsə də, bu mümkün olmamışdır. Zərərçəkmiş şəxs məhkəmədə dindirilən zaman isə ifadəsində bildirmişdir ki, onlar Xocasən qəsəbəsinə çatdıqdan sonra Samir ona maşının sağının və solunun dəyməməsi üçün ona istiqamət vermiş, o, qapını açıq qoyub maşını hərəkət etdirmiş, bu vaxt sol tərəfindən nəyinsə ona toxunduğunu hiss etmiş, həmin predmetin bıçaq və ya vintaçan olmasını bilməmiş, lakin həmin predmet küt predmet olmuş, həmin vaxt Samir onun sol tərəfində ayaqüstə yerdə dayanaraq ona demişdir ki, “üstündə pul var?”. O isə Samirə “məndə pul nə gəzir” demişdir. Bundan sonra Samir ona “səndə pul olmamış olmaz” demişdir. O da, maşında pullarını saxladığı yerdən 1.384 manat məbləğində pulu götürüb Samirə vermiş, Samir də onun pulunu götürüb qaçmışdır. O, Samirin arxasınca nalayiq ifadələr işlətmişdir. O, hadisə vaxtı elə zənn etmişdir ki, həmin predmet bıçaqdır. Məhz bu səbəbdən o, həmin pulları Samirə vermişdir. O, pulları Samirə təqdim etməyəcəyi halda bıçaqlanmaqdan və xəsarət almaqdan qorxmuşdur. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs əlində bıçaq və digər predmet olması və Təqsirləndirilən şəxs ona hədə-qorxu gəlməsi ilə bağlı bir qədər ziddiyyətli məlumatlar versə də, məhkəmədə verdiyi ifadəsində bu ziddiyyətə aydınlıq gətirmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmədə ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı o, elə zənn etmişdir ki, Təqsirləndirilən şəxs onun qarın nahiyəsinə toxundurduğu alət bıçaqdır, məhz bu səbəbdən də Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanacağından və Samirin ona xəsarət yetirəcəyindən qorxaraq 1.384 manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə Zərərçəkmiş şəxs göstərilən hissədə verdiyi məlumatları həqiqi və ağlabatan sayır. Belə ki, Təqsirləndirilən şəxs onun qarın nahiyəsinə toxundurduğu alətdən qorxaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tələbi ilə sonuncuya pul verməsi başa düşüləndir. Əks yanaşma, yəni Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təklifinə və ya xahişinə (real təhlükə olmadan) əsasən 1.384 manat pulu sonuncuya verməsi inandırıcı və ağlabatan hesab oluna bilməz. Zərərçəkmiş şəxs yuxarıda göstərilən məlumatlarının təhlili onu göstərir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə gecə vaxtı, ətrafda heç kəsin olmadığı yerdə Zərərçəkmiş şəxs qarın nahiyəsinə istintaq yolu ilə müəyyən edilməyən, lakin silah qismində istifadə edilə biləcək predmeti toxundurmaqla pul tələb etmiş, Zərərçəkmiş şəxs isə gecə vaxtı və köməyə gələcək şəxslərin olmadığı yerdə Təqsirləndirilən şəxs tərəfindən ona qarşı edilən qanunsuz hərəkətlərdən qorxaraq 1.384 manat məbləğində pulu sonuncuya vermişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmədə verdiyi ifadələrinin təhlili isə ona göstərir ki, o, eyni mövqedən çıxış edərək iddia etmişdir ki, Zərərçəkmiş şəxs onu Xocasən qəsəbəsinə apardıqdan sonra Zərərçəkmiş şəxs 100 manatı xırdalamaq üçün pul istəmiş, sonuncu ona 50 manat pulu verdikdən sonra qaçıb hadisə yerindən getmiş, həmin vaxt üzərində bıçaq və ya silah qismində istifadə edilə biləcək heç bir predmet olmamış, Zərərçəkmiş şəxs qarın nahiyəsinə heç bir predmet dirəməmiş və hədə-qorxu ilə pul tələb etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs göstərilən hissədə verdiyi məlumatları həqiqi saymır. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Xocasən qəsəbəsinə gedərək oradan anası və avtomobil təkərlərini götürmək məqsədi ilə getməsini, sonradan Quba rayonuna onu aparmasını xahiş etdiyi, eləcə də Xocasən qəsəbəsində ara məhəllələrin birinə daxil olduqdan sonra hər hansı şəxslə görüşmədiyi halda, başqa sözlə, hər hansı zərurət yaranmadığı halda Zərərçəkmiş şəxs 100 manat pulu xırdalamaq üçün pul istəməsi və sonuncunun ona 50 manat pul verməsi heç cür əsaslı sayıla bilməz. Yəni Təqsirləndirilən şəxs anası və təkərləri götürmək məqsədi ilə getdiyi ərazidə və üzərində 100 manat pul olduğu halda, buna heç bir əsas yaranmadan 100 manat pulu xırdalamaq məqsədi ilə Zərərçəkmiş şəxs pul istəməsi, sonuncunun da ona 50 manat verdikdən sonra hadisə yerindən qaçıb getməsi və Zərərçəkmiş şəxs məhz 50 manat məbləğində pula görə sonradan polis orqanına müraciət edərək Təqsirləndirilən şəxs ona bıçaq dirəyərək hədə-qorxu ilə pul tələb etməsi barədə şikayət etməsi məntiqli olmaması ilə yanaşı, həmçinin inandırıcı və ağlabatan deyil. Əksinə Zərərçəkmiş şəxs cinayət hadisəsi ilə bağlı bildirdiyi məlumatların məcmusu, təfərrüatı və təhlili onu göstərir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə ona qarşı etmiş olduğu qanunsuz hərəkətləri məhz Zərərçəkmiş şəxs bildirdiyi qaydada və ardıcıllıqla baş vermişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsi həqiqəti əks etdirir və ona görə də onun ifadəsi mötəbər sübut sayılmalıdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmədə verdiyi ifadələri isə işin həqiqi hallarının təhrif edilməsinə yönəlmiş və ona görə də onun ifadəsi yalan ifadə kimi qəbul edilməlidir. Məhkəmə belə nəticəyə gələrkən həmçinin Təqsirləndirilən şəxs şəxsiyyətini və əvvəllər müxtəlif cinayətlər törətdiyinə görə dəfələrlə məhkum olunduğunu əsas tutmuşdur. Belə ki, cinayət işinə əlavə edilmiş sənədlərdən (tələbnamə, məhkəmə hökmləri və sair) görünür ki, Təqsirləndirilən şəxs 2014-cü il tarixdən etibarən dəfələrlə qəsdən cinayət törətdiyinə (Cinayət Məcəlləsinin 29,177.2.3, 178.1, 234.1, 221.3 (sonradan əməl başqa cinayət əməlinə tövsif olunmuş), 180.1-ci maddələri) cinayət məsuliyyətinə cəlb olunmuşdur. Məhkəmə göstərilənləri əsas tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətdiyinə görə dəfələrlə məhkum olunduğundan hazırkı iş üzrə işin həqiqi hallarına uyğun olmayan məzmunda ifadə verərək cinayət məsuliyyətindən yayınmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək istəmişdir. Əks nəticəyə gəlmək üçün başqa hallar məhkəmədə müəyyən edilməmişdir. Bu hissədə məhkəmənin gəldiyi nəticənin əsaslı olmasına dəlalət edən digər bir səbəb də var. Belə ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə çıxarılmış və qanuni qüvvəsini almış 1(010)-276/2024 saylı hökmündən görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinməklə cəzalandırılmışdır. Göstərilən məhkəmə hökmü ilə təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, gecə saat 03:00 radələrində birlikdə sərnişin kimi taksi avtomobilində əyləşmiş bir nəfər şəxsdən 200 manatlıq pul əskinasının xırdalamaq bəhanəsi ilə 2 (iki) ədəd 100 manatlıq əskinasdan ibarət 200 manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə hadisə yerindən qaçıb uzaqlaşaraq zərərçəkmiş şəxsin əmlakını açıq talayıb 200 manat ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə göstərilən məhkəmə hökmünü təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə törətmiş olduğu cinayət əməli üzrə daha yüngül cinayətə görə məsuliyyətə cəlb edildiyini görüb, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs qarşı törətmiş olduğu cinayət əməli ilə bağlı işin əsl həqiqi hallarını gizlətməklə məsuliyyətini yüngülləşdirmək istəmişdir. Bu məqsədlə də Təqsirləndirilən şəxs yuxarıda göstərilən işin (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olmuş 1(010)-276/2024 saylı cinayət işi) hallarına oxşar məzmunda ifadə (hər iki halda pulun xırdalanması) vermişdir. Göstərilənlərin məcmusu ona dəlalət edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat zamanı, həm də məhkəmədə ifadə verərkən səmimi olmamış, əksinə işin əsl hallarını gizlətməklə məsuliyyətini yüngülləşdirmək istəmişdir. İttihamla bağlı o da qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama əsasən onun üzərində olan silah qismində istifadə edilən əşyanı tətbiq edib Zərərçəkmiş şəxs bel nahiyəsinə tərəf sıxmaqla özgənin əmlakını ələ keçirmə məqsədi ilə həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi ilə bağlı olan basqın edib quldurluq etməsi göstərilsə də, məhkəmədə araşdırılmış sübutlardan, o cümlədən məhkəməyədək icraat zamanı keçirilmiş prosessual hərəkətlərin nəticəsinə dair tərtib edilmiş sənədlər əsasında təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bel nahiyəsinə deyil, əksinə qarın nahiyəsinə əlindəki predmeti sıxmaqla cinayət əməlini törətmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz Zərərçəkmiş şəxs qarın nahiyəsinə predmeti dayayaraq sonuncunun 1.384 manat pul vəsaitini qanunsuz şəkildə ələ keçirməklə quldurluq cinayətini törətmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs məhkəmədə verdiyi ifadəsi mötəbər və əsaslı sübutdur, Təqsirləndirilən şəxs vermiş olduğu ifadəsi isə həqiqəti əks etdirmədiyinə görə mötəbər sübut kimi qəbul edilə bilməz, ona görə də məhkəmə Təqsirləndirilən şəxs ifadəsini yalan ifadə kimi qiymətləndirir. Odur ki, Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı və məhkəmədə vermiş olduğu ifadələrinin məcmusu üzrə Təqsirləndirilən şəxs törətmiş olduğu qanunsuz hərəkətlərinə hüquqi qiymət verilməklə sonuncunun əməlləri tövsif edilməlidir. Belə ki, cinayət hüququ nəzəriyyəsinə görə - quldurluq cinayətinin obyekti həm mülkiyyət münasibətləri, həm də insan sağlamlığıdır. Quldurluq cinayəti obyektiv cəhətdən özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı basqında ifadə olunur. Basqın dedikdə, təqsirkarın zərərçəkmiş şəxsə qarşı yönəltdiyi və zor tətbiq edilməsi və ya zor tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qəflətən törədilən fəal hərəkətlər başa düşülür. Belə basqın o halda quldurluq cinayətinin tərkibini yaradır ki, hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və yaxud belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olsun və vahid məqsədə - özgə əmlakını ələ keçirməyə yönəlsin. "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 mart 2005-ci il tarixli, 01 saylı qərarının 1-ci bəndində göstərilir ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 23-cü bəndində, həmçinin göstərilir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Özgə əmlakının ələ keçirilməsi qeyri-müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları: - cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkəranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir. Sözügedən qərarın 25-ci bəndində göstərilir ki, silah qismində istifadə edilən əşya dedikdə, zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və sair), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Şəxs silahı yalnız nümayiş etdirmişsə və ya aşkar yararsız və ya doldurulmamış silahla zərərçəkmişin həyatı və ya sağlamlığı üçün təhlükəli olan xəsarət yetirmək niyyəti olmadan həmin predmetlərlə onu hədələmiş və ya silah tətbiq etmə görüntüsü yaratmışsa (məsələn: silah maketi, oyuncaq xəncəl), digər ağırlaşdırıcı hallar olmadıqda işin konkret hallarından asılı olaraq onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulan quldurluq kimi tövsif edilməlidir. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (Cinayət Məcəlləsinin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin törədilmə üsulu və mexanizmini, yəni məhz gecə vaxtı və ətrafda heç kəsin olmadığı yerdə (köməyə gələcək şəxslərin olmaması nəzərdə tutulur) həmin cinayətin törədilməsini, habelə başqa bəhanə ilə Zərərçəkmiş şəxs Xocasən qəsəbəsinə getməsinə nail olmasını, həmin əraziyə birlikdə gedərkən yolda ünsiyyət qurub tanışlıq verməsini (Zərərçəkmiş şəxs ilkin izahatında göstərmişdir ki, yol gedərkən Təqsirləndirilən şəxs ona Quba rayonunun Sovxoz kəndindən olduğunu və həmin kənddən olan Zərərçəkmiş şəxs dostu İsgəndərin qardaşı Muradı tanıdığını bildirmiş), Xocasən qəsəbəsində məhəllələrin birində maşından düşərək kimisə axtararaq sonradan Zərərçəkmiş şəxs yanına yaxınlaşaraq qəflətən əlindəki predmeti Zərərçəkmiş şəxs qarın nahiyəsinə dayayaraq hədələyib pul tələb etməsini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs göstərilən qanunsuz hərəkətlərindən qorxaraq dərhal Samirə 1.384 manat məbləğində pul verməsini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qəflətən etmiş olduğu hərəkətlərini öz həyatı və sağlamlığı üçün təhlükə hesab etməsini məcmu halda nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də xx.xx.2024-cü il tarixdə, gecə vaxtı silah qismində istifadə edilən əşyadan tətbiq etməklə özgənin əmlakını ələ keçirmə məqsədilə hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Beləliklə, məhkəmə bir daha ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayətin bütün tərkib əlamətləri var və bu səbəbdən də məhkəmə onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə tövsif edir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmiş və həmin cinayət hadisəsi həqiqətən baş vermişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli başa çatmış cinayətdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, eləcə də onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirli bilinməklə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal və ya hallar müəyyən edilməmişdir. Lakin məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi onun əməlində cinayətlərin sadə residivinin olması müəyyən edilmişdir. Belə ki, o, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə və xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə cəzadan azad edilsə də, az ağır cinayət törətməyə görə qanunla müəyyən edilmiş 2 (iki) illik müddət keçmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Bu da öz növbəsində cinayətlərin sadə residivini təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin sadə residivini yaradır. Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən görə sadə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir, şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı). Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi). Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin məcmusu var. Belə ki, qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli Siyəzən Rayon Məhkəməsinin 1(059)-23/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun həmin iş üzrə həbsdə saxlanıldığı 2 (iki) gün müddət (xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət) təyin edilmiş cəzadan çıxılmaqla üzərində 2 (iki) il 5 (ay) 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Sözügedən məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs bu iş üzrə cinayət əməllərini xx.xx.2024-cü il və xx.xx.2024cü il tarixdə (iki epizod) törətmişdir. Bundan başqa, qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-276/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qeyd edilən cəza Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(059)-23/2024 saylı hökmü ilə ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla ona qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, onun əvvəlki iş üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət və 1(010)-276/2024 saylı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, cəmi 4 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində 2 (iki) il 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Bu məhkəmə hökmünə əsasən Təqsirləndirilən şəxs bu iş üzrə cinayət əməlini xx.xx.2023-cü il tarixdə törətmişdir. Göstərilənlər ona dəlalət edir ki, Təqsirləndirilən şəxs əməlində qanuni qüvvəsini almış xx.xx.2024-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-276/2024 saylı hökmünə nisbətdə cinayətlərin məcmusu var və hazırkı iş üzrə ona təyin ediləcək cəza xx.xx.2024-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-276/2024 saylı hökmü ilə ona qəti olaraq təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-276/2024 saylı hökmü ilə nəzərə alınmış 4 (dörd) gün müddət ona qəti olaraq təyin ediləcək cəzadan çıxılmalı və üzərində saxlanılacaq cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Bu hissədə qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixli Siyəzən Rayon Məhkəməsinin 1(059)-23/2024 saylı hökmü ilə təyin edilmiş cəza xx.xx.2024-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-276/2024 saylı hökmünə əsasən Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq cəza təyin edildiyindən xx.xx.2024-cü il tarixli Siyəzən Rayon Məhkəməsinin 1(059)-23/2024 saylı hökmü ilə təyin edilmiş cəzanın hazırkı iş üzrə təyin ediləcək cəza ilə toplanmasına yol verilmir. Lakin xx.xx.2024-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 276/2024 saylı hökmündə Təqsirləndirilən şəxs yuxarıda göstərilən 1(059)-23/2024 saylı və 1(010)-276/2024 saylı cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanıldığı cəmi 4 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılması nəzərdə tutulduğundan və bu bilavasitə Təqsirləndirilən şəxs xeyrinə olduğundan göstərilən cəmi 4 (dörd) gün müddət hazırkı iş üzrə təyin ediləcək qəti cəzadan çıxılmalıdır. Əks yanaşma Təqsirləndirilən şəxs müdafiə hüüququna qəsddir. Beləliklə, məhkəmə yuxarıdakıları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə həmin Məcəllənin 65.2-ci maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və ona təyin ediləcək cəza xx.xx.2024-cü il tarixli Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-276/2024 saylı hökmü ilə təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla ona cinayətlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun 1(010)-276/2024 saylı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün və 1(059)-23/2024 saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün, cəmi 4 (dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı iş üzrə ona təyin ediləcək qəti cəzadan çıxılmalı və üzərində saxlanılacaq cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən - bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qeyd edilən Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq qəti azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınsa da, sonradan məhkəmə tərəfindən müəyyən edilmişdir ki, məhkəməyədək icraat zamanı onun barəsində başqa iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(059)-5/2024 saylı qərarı əsasında həbs qətimkan tədbiri seçildiyindən hazırkı cinayət işi üzrə onun barəsində qətimkan tədbiri seçilməmiş və bu səbəbdən də onun başqa iş üzrə həbsdə saxlanılması nəzərə alınmışdır. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında yol verilmiş səhv aradan qaldırılmalı, yəni hazırkı iş üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə

hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 1(010)- 276/2024 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən qismən toplansın və ona cinayətlərin məcmusu qaydasında qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 1(010)-276/2024 saylı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün və 1(059)-23/2024 saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün, cəmi 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı iş üzrə ona təyin edilmiş qəti cəzadan çıxılsın və üzərində 9 (doqquz) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılmış cəzanın əvvəli 13 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanısın. İş üzrə maddi sübut, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli olan əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Əli Məmmədov hakimlər Səbinə Məmmədzadə Azad Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar