Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1969/2025 27.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri X10 (sədrlik edən), Kamranov Hafiz Eldar oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi Rüstəmov Zaur Zakir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.2000-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8-ci inzibati binada qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar sövdələşməyə əsasən Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşının bildirdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində istintaqla müəyyən edilməyən yerdən naməlum tarix, vaxt və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda, 15450 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, aralarında olan cinayətkar sövdələşməyə əsasən satıb əldə ediləcək pul vəsaitini bölmək məqsədi ilə əldə etdiyi qeyd edilən narkotik vasitə qurudulmuş marixuananı ünvan 2 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 7 avqust 2025-ci il tarixdə, saat 22:40-da ünvan 2 ünvanının yaxınlığında olan zaman saxlanılaraq ünvan 3 ünvanında yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada xidməti otaqda, 8 avqust 2025-ci il tarixdə, saat 00:14-dən etibarən üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı 1 ədəd göy rəngli və sol əlində saxladığı 1 ədəd qara rəngli sellofan torbaların içərisindən 15 ədəd sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1045 qram, 1025 qram, 1040 qram, 1040 qram, 1040 qram, 1025 qram, 1035 qram, 1030 qram, 1020 qram, 1040 qram, 1030 qram, 1035 qram, 1015 qram, 1010 qram və 1020 qram olmaqla tərkiblərinə görə eyni olan, ümumilikdə külli miqdarda, 15450 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə baxış iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, “Memar Əcəmi” metrostansiyası yaxınlığında yerləşən “DuAks” mobil aksessuarlar şəbəkəsində sınaq müddətində satıcı işləmiş, bir aylıq sınaq müddətindən sonra işə qəbul olunmuş, ayda 400-450 manat əməkhaqqı almışdur. 07 avqust 2025-ci il tarixdə işdən çıxaraq o, anası ilə birlikdə kirayədə qaldığı, ünvan 1 ünvanına getmək üçün metro ilə “Nizami” stansiyasına getmiş, oradan Yasamal rayonu ərazisinə keçmiş və təxminən saat 19:00 radələrində köhnə “Sovetski” adlanan ərazidə yerləşən mərkəzi parkın yanında olan vaxt yaxınlığında nömrəsini xatırlamadığı gümüşü rəngli “Mercedes” markalı avtomobil saxlamışdır. Avtomobildən düşən üç nəfər şəxsdən biri ondan maşına minməsini xahiş etmişdir. Avtomobilə mindikdən sonra özlərini polis əməkdaşları kimi təqdim etmiş, o da özünü həmin şəxslərə təqdim etmiş, onun telefonu əlindən alınmış, kilid şifrəsi tələb edilmiş, bir əraziyə gətirilərək orada olan kafenin yanında maşından düşürülmüş, lakin orada video çəkiliş aparılmamışdır. Əvvəllər narkotik vasitədən istifadə etmiş, lakin həmin vaxt heç bir problemi olmadığı üçün özündən arxayın olmuşdur. Avtomobilə əyləşdikdən sonra ondan məhkumluğunun olub-olmaması soruşulmuş və o da əvvəllər məhkum olunduğunu bildirmişdir. Daha sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Orada əməliyyatçılar jurnalda onun adını qeydiyyata alaraq cibgirliklə bağlı araşdırma aparmışlar, lakin heç bir sübut tapılmamışdır. Ona bildirilmişdir ki, o, onların qeydiyyatındadır. O, onlara yalvararaq anasına tutulduğu barədə xəbər vermələrini xahiş etmişdir. Onlar anasının mobil nömrəsini soruşmuşlar və o, zəng edib xəbər verəcəklərini düşünmüşdür, lakin bunu etməmişlər. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində avtomaşının baqajından bağlamalar çıxarmışlar, bağlamalardan birinin qara zibil torbası, digərinin isə göy torba olduğunu görmüş, lakin içində nə olduğunu bilməmiş, onları götürməyə gücü belə çatmamışdır. Onu narkotik vasitə ilə yükləyərək videosunu çəkmişlər. Video çəkiliş gecə saat 03:20 radələrində aparılmış, video zamanı telefonunda saat göründüyü üçün çəkiliş yenidən edilmişdir. Çəkiliş zamanı vəkil orada olmuş, o, vəkilə ailəsi ilə əlaqə saxlamasını xahiş etmiş, lakin vəkil üzünü yana çevirmişdir. Həmin videoda aydın görünmüşdür ki, əlləri qandallı vəziyyətdə olmuş, onlara baxmış və heç nə deyə bilməmişdir. Onu döyüb qarın boşluğuna zərbələr endirilmiş, elektroşok vasitəsilə çiynindən yandırılmışdır. Nərimanov rayon məhkəməsində bunları deyə bilməmişdir. Belə ki, əməliyyatçı Ayaz ona zirzəmidə olan meyit şəkillərini göstərərək eyni aqibətin onu da gözlədiyini deyib sözlə hədələmiş, Anar tərəfindən isə ona idarənin 5-ci mərtəbəsində fiziki zor tətbiq edilmişdir. İstintaq təcridxanasına daxil olan zaman döyüldüyünü, MSY-də iki gün saxlanıldığını, məhkəməyə isə 10 gün sonra çıxarıldığını, əlində xəsarət olduğunu, lakin bunun iş zamanı baş verdiyini həkimlərə bildirmişdir. Hansı qeydiyyatların aparılıb-aparılmadığını bilməmiş, özü isə bu barədə heç kimə şikayət etməmişdir. İstintaq zamanı ondan heç bir ifadə alınmamış, ondan narkoloji analiz götürülməmiş, zor tətbiqi nəticəsində sadəcə qol çəkmiş, ifadələrdəki imzası ona məxsus olsa da məzmununu ona aid olmamışdır. ***-***-**-** mobil nömrəsi özünə məxsus olmuş, həmişə həmin nömrədən özü istifadə etmişdir. Onun “İnstagram” və “TikTok” sosial şəbəkə hesabları olmuş, onlardan şəxsən istifadə etmiş, “iranlı” hər hansı bir şəxslə telefon yazışması olmamamış, heç bir yazışmadan xəbəri yoxdur. Telefonunda olan “Tiktok” adı ilə qeydə alınmış iranlı şəxslə yazışma ona aid deyil, saxlanılan zaman telefonuna müdaxilə edilmişdir. Telefonu polis əməkdaşların əlində açıq vəziyyətdə olmuşdur. 15 kiloqram narkotik vasitəni heç kim ona satmaq məqsədilə verməz, lakin o, bunu sübut edə bilmir. “Spid” (QİÇS) xəstəliyindən əziyyət çəkdiyini, narkotik vasitənin satışı ilə məşğul olmadığını, istintaq orqanı tərəfindən qanunsuzluqlara yol verilməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş edir. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanınmamışdı, onunla qohumluğu və ya düşmənçiliyi yoxdur. 07 avqust 2025-ci il tarixdə ona Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat tərəfindən raportla rəhbərliyə məruzə edildikdən sonra müvafiq qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, həmin qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil edilmişdir. Əməliyyat məlumatında qeyd olunanlara əsasən 07 avqust 2025-ci il tarixdə, saat 22-23 radələrində Təqsirləndirilən şəxs olacağı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi ünvanına getmişlər. Həmin ərazidə bir qədər müşahidə apardıqdan sonra saat 22:40-da ünvan 5 ünvanının yaxınlığında əlində 02 ədəd sellofan torba olan Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olmasını görmüşlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş və ona da özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmiş və həmin yerdə üzərinə baxış keçirilməsi mümkün olmadığından Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də etiraz etmədən onlarla, əlində saxladığı sellofan torbalar ilə birlikdə Baş İdarəyə gəlmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilərək təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edilmiş və əvvəlcə Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında, bədənində, eləcə də əllərində saxladığı qara və göy rəngli sellofan torbalarda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yanında olan 01 ədəd qara və 01 ədəd göy rəngli sellofan torbalarda “marixuana” olduğunu, üzərində, eləcə də çiynindən asılmış formada olan 01 ədəd qara rəngli çantanın içərisində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə, psixotrop maddə olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs çiynindən asdığı 01 ədəd qara rəngli çantanı, əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən isə 01 ədəd mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa əşya və predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs saxlanılarkən əllərində saxladığı 01 ədəd qara və 01 ədəd göy rəngli sellofan torbaların içərisində olan, adını “marixuana” kimi bildiyi narkotik vasitələri 07 avqust 2025-ci il tarixdə, “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxladığı “iran” vətəndaşının ona “Whatsapp”da göndərdiyi “konuma” əsasən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən ünvandan əldə etdiyini, həmin qara və göy rəngli torbaların içərisində olan kütlələri İran İslam Respublikası vətəndaşının ona deyəcəyi ünvana (konuma) çatdırması qarşılığında 200 manat pul almalı olduğunu, torbaların içərisində olan kütlələrdən heç kimə satmadığını, pay vermədiyini, özünün istifadə etmədiyini, onda olmasından heç kimin məlumatının olmadığını, 2020-2023-cü illər tarixlərində “kakos” kimi tanıdığı narkotik vasitə istifadə etdiyini, həmçinin əvvəllər bu kimi hallara yol vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi göy rəngli sellofan torbanın içərisinə baxış keçirilmiş və baxış zamanı həmin sellofan torbanın içərisindən 03 ədəd sellofan bağlama, qara rəngli sellofan torbaya keçirilən baxış zamanı isə içərisindən 12 ədəd sellofan bağlama aşkar olunmuşdur. Aşkar olunmuş sellofan bağlamalara baxıs keçirilərkən ümumilikdə 15 ədəd sellofan bağlamanın içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr götürülüb 01 ədəd qara rəngli sellofan torbanın içərisində qablaşdırılmış və üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona baxış keçirilmişdir. Baxış keçirilərkən həmin mobil telefonun “İphone” markalı olması müəyyən edilmişdir və iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli çantaya keçirilən baxış zamanı, çantanın içərisindən 01 ədəd qara rəngli pul qabı, “Spid” xəstəsi olduğuna görə həmin xəstəlik üçün nəzərdə tutulmuş içərisində 01 ədəd ağ rəngli dərman həbi olan 01 ədəd dərman qabı, 01 ədəd yükləyici və içərisində 02 ədəd qulaqcıq olan 01 ədəd qulaqcıq qabı aşkar olunmuşdur. Bundan sonra 01 ədəd qara rəngli pul qabına baxış keçirilmişdir. Baxış zamanı həmin pul qabının içərisindən şəxsin özünə məxsus olduğunu bildirdiyi 02 ədəd bank kartı, 01 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, ictimai nəqliyyatdan istifadə etmək üçün nəzərdə tutulmuş 01 ədəd “BakıKart” plastik kartı, pul və 01 ədəd üzərində mobil nömrə qabı aşkar edilmişdir. Daha sonra 02 ədəd bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd mobil nömrə qabı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Digər əşyalar isə pul qabı və çanta ilə birlikdə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şəxsi axtarış və götürmə başa çatdıqdan sonra bu barədə müvafiq protokol tərtib olunmuşdur. Protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, imzalanmışdır. Onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı qanunazidd hərəkətə yol verilmişdir. Onlar Təqsirləndirilən şəxs Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində, yolda əlində iki torba piyada gedərkən saxlamışlar. Həmin vaxt əlverişsiz şərait olduğundan şəxsin üzərinə baxış idarədə keçirilmişdir. Məhkəmə baxış iclasında əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X15 tərəfindən tərtib olunmuş, həmin idarənin baş əməliyyat müvəkkilləri Şahid1, Şahid2, əməliyyat müvəkkili Şahid3, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X11, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, xx.xx.2025-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2025-ci ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Daxil olmuş məlumat əsasında 07 avqust 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək, o, həmin gün saat 22:40-da ünvan 2 ünvanının yaxınlığında əllərində saxladığı qara və göy rəngli sellofan torbalar ilə birgə saxlanılmış, saxlanılarkən Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılmasına, eləcə də əllərində olan qara və göy rəngli sellofan torbalara baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə prosessual hərəkətlərin aparılmasından ötrü o, əməkdaşların müşayiəti ilə saxlanıldığı yerdən əllərində olan qara və göy rəngli sellofan torbalar ilə birlikdə Baş İdarəyə gətirilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında, bədənində, eləcə də saxlanılarkən əllərində saxladığı qara və göy rəngli sellofan torbalarda qanunla qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərara əsasən 08 avqust 2025-ci il tarixdə, saat 00:14-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlandı. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olundu. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında, bədənində, eləcə də əllərində saxladığı qara və göy rəngli sellofan torbalarda olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yanında olan 01 ədəd qara və 01 ədəd göy rəngli sellofan torbalarda “marixuana” olduğunu, üstündə, eləcə də sağ çiynindən sola doğru asılmış formada olan 01 ədəd qara rəngli çantanın içərisində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə, psixotrop maddə olmadığını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs sağ çiynindən asdığı 01 ədəd qara rəngli çantanı, əynində olan göy rəngli cins şalvarının arxa sağ cibindən isə 01 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymaqla təqdim etdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üstündən başqa əşya və predmet aşkar olunmadı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs saxlanılarkən əllərində saxladığı 01 ədəd qara və 01 ədəd göy rəngli sellofan torbaların içərisində olan, adını “marixuana” kimi bildiyi narkotik vasitələri 07 avqust 2025-ci il tarixdə, "Whatsapp" ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxladığı, anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşının ona göndərdiyi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən ünvandan əldə etdiyini, həmin qara və göy rəngli torbaların içərisində olan kütlələri İran İslam Respublikası vətəndaşının ona deyəcəyi ünvana (konuma) çatdırması qarşılığında 200 manat pul almalı olacağını, torbaların içərisində olan kütlələrdən heç kimə satmadığını, pay vermədiyini, özünün istifadə etmədiyini, onda olmasından heç kimin məlumatının olmadığını, 2020-2023-cü illər tarixlərində "kakos" kimi tanıdığı narkotik vasitə istifadə etdiyini, həmçinin əvvəllər bu kimi hallara yol vermədiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs məxsus olan göy rəngli sellofan torbanın içərisinə baxış keçirildi və baxış zamanı həmin sellofan torbanın içərisindən 03 ədəd sellofan bağlama, qara rəngli sellofan torbaya keçirilən baxış zamanı isə içərisindən 12 ədəd sellofan bağlama aşkar olundu. Aşkar olunmuş sellofan bağlamalara ardıcıllıqla baxış keçirilərkən həmin bağlamaların hər birinin içərisində yaşıl rəngli, xüsusi spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin olması müəyyən edildi. Bundan sonra isə 01 ədəd göy rəngli sellofan torbada olan 03 ədəd sellofan bağlama, eləcə də 01 ədəd qara rəngli sellofan torbanın içərisindən aşkar olunmuş 12 ədəd sellofan bağlama, ümumilikdə 15 ədəd sellofan bağlamanın içərisində olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr götürülüb 01 ədəd qara rəngli sellofan torbanın içərisində qablaşdırıldı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər" üçün 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi mobil telefona baxış keçirildi. Baxış keçirilərkən həmin mobil telefonun “İphone” markalı və içərisində Təqsirləndirilən şəxs deməsinə görə ***-***-**-** saylı mobil nömrə olması müəyyən edildi. Daha sonra baxış 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürüldu. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qara rəngli çantaya keçirilən baxış zamanı içərisindən 01 ədəd qara rəngli pul qabı, "Spit xəstəsi olduğuna görə həmin xəstəlik üçun nəzərdə tutulmuş içərisində 01 ədəd ağ rəngli dərman həbi olan 01 ədəd dərman qabı, 01 ədəd yükləyici və içərisində 02 ədəd qulaqcıq olan 01 ədəd qulaqcıq qabı aşkar olundu. Bundan sonra 01 ədəd qara rəngli pul qabına baxış keçirildi. Baxış zamanı həmin pul qabının içərisindən üzərində "5411 2498 0503 5396" və "4169 7388 0668 6618" yazıları əks olunmuş şəxsin özünə məxsus olduğunu bildirdiyi 02 ədəd bank kartı, 01 ədəd Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, ictimai nəqliyyatdan istifadə etmək üçün nəzərdə tutulmuş 01 ədəd "BakıKart" plastik kartı, 14 manat pul və 01 ədəd üzərində ***- ***-**-** yazıları əks olunmuş mobil nömrə qabı aşkar edildi. Daha sonra 02 ədəd bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi və 01 ədəd mobil nömrə qabı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürüldü. Digər əşyalar isə pul qabı və çanta ilə birlikdə Təqsirləndirilən şəxs geri qaytarıldı. Şəxsi axtarış və götürmə gecə vaxtı, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış və götürmə 08 avqust 2025-ci il tarixdə saat 00:33-də başa çatdı. Şəxsi axtarış və götürmə zamanı videokameradan istifadə edilməklə video çəkiliş aparıldı. Protokolun tərtibatı başlandı saat 00:39 dəqiqədə, qurtardı saat 01:07 dəqiqədə. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edildi, imzalarla təsdiq edildi (cild 1, i/v 27-29). - Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zaman çəkilmiş DVD diskə baxış keçirilmiş və baxış zamanı xx.xx.2025-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 08 avqust 2025-ci il tarixli, 7/1052 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş 15 ədəd sellofan bağlamada olan kütlələr” yazılar və imzalar olan 01 ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen torbada 15 (on beş) ədəd üzərləri skoçla bağlanmış ağ rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri - 1045,0 qram; 1025,0 qram; 1040,0 qram; 1040,0 qram; 1040,0 qram; 1025,0 qram; 1035,0 qram; 1030,0 qram; 1020,0 qram; 1040,0 qram; 1030,0 qram; 1035,0 qram; 1015,0 qram; 1010,0 qram; 1020,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 01 ədəd qara rəngli polietilen torbada ümumi sayı 15 ədəd ağ rəngli sellofan bağlamalarda olan marixuanaların ümumi çəkisi - 15450,0 qramdır. Tədqiqata təqdim olunmuş 01 ədəd qara rəngli polietilen torbada ümumi sayı 15 (on beş) ədəd ağ rəngli sellofan bağlamalarda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuanaların ümumi çəkisi – 15450,0 qram (1-15 №-li ob.), cəmi tədqiqata istifadə olundu - 1,5 qram (hər obyektdən 0,1 qram), qalıq – 15448,5 qram (cild 1, i/v 42- 45). - xx.xx.2025-ci il tarixli “Maddi sübut hesab etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əlində sellofan torbalardan aşkar edilərək götürülmüş külli miqdarda 15450,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, qalıq çəkisi 15448,5 qram narkotik vasitə qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanılmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübitları saxlama yerinə təhvil verilmişdir (cild 1, i/v 100-102). - xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə məlumatlara baxış keçirilməsi haqqında" protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında “Unibank" ASC-dən xx.xx.2025-ci il tarixli, 07373 nömrəli məktubla daxil olan məlumatlara baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Unibank" ASC-yə məxsus “5411 2498 0503 5396” nömrəli plastik kart Təqsirləndirilən şəxs özünə məxsus olmuş və həmin bank kartı vasitəsilə müxtəlif tarixlərdə müəyyən bank əməliyyatları icra olunmuşdur. Lakin cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (cild 1, i/v 138). - xx.xx.2025-ci il tarixli “Cinayət işi üzrə məlumatlara baxış keçirilməsi haqqında" protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında “Kapital Bank" ASC-dən xx.xx.2025-ci il tarixli, 2025/204/28941 nömrəli məktubla daxil olan məlumatlara baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Kapital Bank" ASC-yə məxsus "4169 7388 0668 6618" nömrəli plastik kart Təqsirləndirilən şəxs özünə məxsus olmuş və həmin bank kartı vasitəsilə müxtəlif tarixlərdə müəyyən bank əməliyyatları icra olunmuşdur. Lakin, cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (cild 1, i/v 187). - xx.xx.2025-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC-dən GQ-2-572-497-2025 nömrəli məktubla daxil olmuş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirildi. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olduğu, habelə onlar arasında əvvəllərdən olan yazışmaların sms mətnləri, eyni zamanda istintaq materiallarına uyğun gələn onların olduqları yer üzrə anten əhatə dairələri müəyyən edilmişdir. Təqsirləndirilən şəxs mobil telefon nömrəsi ilə olan danışıqlarına baxış zamanı müxtəlif mobil telefon nömrələri ilə danışıqlar aparılması müəyyən edilmiş, cinayət işi üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir (cild 1, i/v 141). - Qeyd olunan CD diskdəki məlumatlara məhkəmə baxışı zamanı da baxış keçirilmiş, ***-***-**-** saylı mobil telefon nömrəsi üzrə xx.xx.2025-ci il tarixdə aparılmış danışıqlar və anten dairələri elan edilmişdir. - xx.xx.2025-ci il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı 01 ədəd “İphone” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. İstintaq zamanı aşkar edilərək götürülmüş mobil telefonun yaddaşına keçirilən baxış zamanı mobil telefonun “Fotoğraflar” bölməsində 07 avqust 2025-ci il tarixdə mobil telefona “whatsapp” mobil tətbiqi vasitəsi ilə daxil olmuş narkotik vasitələrin gizlədildiyi yeri işarə edən 03 ədəd fotoşəkil, “whatsapp” mobil tətbiqinin “Söhbətlər” bölməsində adı “Tik-Tok” kimi qeyd edilmiş İran İslam Respublikasına məxsus +**********29 mobil nömrəsinin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında aşağıdakı məzmunda səsli və yazılı ismarıclar olması müəyyən edilmişdir: 03 may 2025-ci ildə Tik-Tok (02:18) yazılı ismarıc: Bakidasan san Ya rayonda; Təqsirləndirilən şəxs (02:18) yazılı ismarıc: Hə bakida Mehdiabadda; Tik-Tok (02:18) yazılı ismarıc: Malim catmamisdi onagura nali catib otutrsun sanin mali atacam. San ot işdirdin; Təqsirləndirilən şəxs (02:19) yazılı ismarıc: Yox 2 dənə kola 110 manatda pul atdim amma hər nəysə mən basqasiynan isdiyirəm uje; Tik-Tok (02:20) yazılı ismarıc: Yaxsi qaqa san narahat olma mali atacam hansi atrafdsan. 06 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs (03:03) yazılı ismarıc: Deyəsən qaz görürsəne məni. 110 manatimi atdine sən mənə; Təqsirləndirilən şəxs (03:04) yazılı ismarıc: Arvad usaq nəsil kök gedirə səndə xəbərin olsun soxum o 110 manatada sənədə PEYSEL sən; Təqsirləndirilən şəxs (03:05) yazılı ismarıc: Məncə pula görə adam Ailəsin anasin bacısın söydurməz. Hər nəysə o pul mənə maraqli deyil onsuzda mən 1 saata qazaniram o pulu; Təqsirləndirilən şəxs (03:06) yazılı ismarıc: Və başqa adamnanda işdiyirəm; 08 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs (01:21) yazılı ismarıc: Atda mənimdə malimi; 19 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs (22:32) yazılı ismarıc: İsdiyəcəm amma duzgun olsaq; Tik- Tok (22:33) yazılı ismarıc: İnşallah; 07 avqust 2025-ci il tarixdə Tik-Tok (01:48) yazılı ismarıc: Salm Baba; Təqsirləndirilən şəxs (01:48) yazılı İsmarıc: Salam; Təqsirləndirilən şəxs (01:49) yazılı ismarıc: Necəsən?; Tik-Tok (01:49) yazılı ismarıc: Sagol bsva san bak8dsan ya rayonda; Təqsirləndirilən şəxs (01:49) yazılı ismarıc: Hə baba bakıdayam evdə; Tik-Tok (01:50) yazılı ismarıc: Baba mane bir adam lazimdi ki kuryer isdya natar edak; Təqsirləndirilən şəxs (01:50) yazılı ismarıc: Baba isdiyə bilərik mən prablemsiz adamam işidə bilirəm; Təqsirləndirilən şəxs (01:55) yazılı ismarıc: Baba prablem deyil səxsiyyət vəsiqəmidə ataram vidyoda ataram Baba mən düzdüyü sevən biriyəm mənim öz adamlarimda var burda ot da isdiyillər torpağda daşda; Təqsirləndirilən şəxs (01:56) yazılı ismarıc: Məni taniyannar bilir ki məndə yalan yoxdu; Tik-tok (01:57) yazılı ismarıc: Yaxsi qaqa man sabah sanan alage saxlyacam; Tik-Tok (01:58) yazılı İsmarıc: Bakinin hansi atrafndsan; Təqsirləndirilən şəxs (01:58) yazılı ismarıc: Yaxşı baba nə vaxd isdəsən yıg; Tik-Tok (01:58) yazılı ismarıc: san seta olarsan sabah; Təqsirləndirilən şəxs (01:58) yazılı ismarıc: Nizamidə Yasamal; Tik-Tok (01:59) yazılı ismarıc: He bildim; Təqsirləndirilən şəxs (01:59) yazılı ismarıc: Hə baba evdə padvalda; Tik-Tok (01:59) yazılı ismarıc: Yaxsi baba birde bu barda bir kasdan dansma heckime bilindirme; Təqsirləndirilən şəxs (01:59) yazılı ismarıc: Baba hardan göturəcəmsə gecə göturum gündüz təhlükəlidi baba; Təqsirləndirilən şəxs (02:00) yazılı ismarıc: Yoxe baba mənm 25 yasim var 20 yasinnan tema aləmindəyəm usag deyiləm ki kiməsə nəysə deyib özumu yandirim; Tik-Tok (02:02) yazılı ismarıc: Baba sabah dyacam qadan alim; Təqsirləndirilən şəxs (02:03) yazılı ismarıc: Yaxşı baba gecən xeyirə; Tik-Tok (02:03) yazılı ismarıc: Oldi baba sabah insallh sanan alage saxlyacam; Tik-Tok (02:15) yazılı ismarıc: Qaqa yeni gunase yaxnsan; Təqsirləndirilən şəxs (02:25) yazılı ismarıc: Hə qaqa Yeni günəşliyə hə yaxmam; Tik-Tok (02:25) yazılı ismarıc: Sabah insalah axsam sahat 9 ta 9tarima; Təqsirləndirilən şəxs (02:25) yazılı ismarıc: Yaxşı qaqa; Tik-Tok (02:26) yazılı ismarıc: Sabahda ozum gurulto ygacam dansaceyg; Təqsirləndirilən şəxs (02:26) yazılı ismarıc: Hə baba nə vaxd isdəsən yıg danışaq şəxsiyətimidə ataram sənə; Təqsirləndirilən şəxs (02:27) yazılı ismarıc: Baba bəs mənim qazancım nə olacaq?; Tik-Tok (02:27) yazılı İsmarıc: Yaxsi baba vodudada ozum dyacam sabah nadtasan qundarsan. Narahat olma sane yaxsi pul veracam; Təqsirləndirilən şəxs (02:28) yazılı ismarıc: Yaxşı baba; Tik-Tok (02:28) yazılı ismarıc: Razi edacam gecan xeyre; Təqsirləndirilən şəxs (21:25) yazılı ismarıc: Baba qorxurame Günəşli burdan uzaqdi gedərəm tutularam; Təqsirləndirilən şəxs (21:26) yazılı ismarıc: burda 8 il 9 ildiye cəzası; Tik-Tok (21:26) yazılı ismarıc: Baba; Tik- Tok (21:26) səsli ismarıc: Ay baba ay qadan alım nəyə tutulacaqsan axı bəs mən sənə düz söz danışıram aəə nədən qorxursan?; Tik-Tok (21:27) yazılı ismarıc: Balamin cani hecnr gurxsu uoxdov; Təqsirləndirilən şəxs (21:27) yazılı ismarıc: Baba şəhər tərəfə atsa götürərəm mən qaliram nizamidə; Təqsirləndirilən şəxs (21:28) yazılı ismarıc: Yeni gunəsli burdan cox uzaqdiye baba; Tik-Tok (21:28) yazılı ismarıc: Baba kunm hazirdi; Tik-Tok (21:28) səsli ismarıc: Ay qardaş konumu bir saatdı ee mən yerinə qoymuşam mən səni güdürəm ə nədən qorxursan ora çatan kimi konumu atacam gedib götürəssən; Təqsirləndirilən şəxs (21:28) yazılı ismarıc: at baxim konuma; Tik-Tok (21:29) yazılı ismarıc: Qardasim get cat atmda vax man 10 kuldan mal ordan goturmusam hec prablemi yoxdi; Təqsirləndirilən şəxs (21:29) yazılı ismarıc: Baba yeni gunəsli cox boyuk yerdidə; Tik-Tok (21:29) yazılı ismarıc: Qardasim; Tik-Tok (21:30) yazılı ismarıc: San catankimİ man kunm atacam rahat gedib goturacsan; Təqsirləndirilən şəxs (21:30) yazılı ismarıc: Baba həmdə mali göturənnən sonra taksi vurmaliyam oda bizim pulnan 10 manat yazit. Yoxe baba gedə bilmirəm qadanalaram; Tik-Tok (22:18) yazılı ismarıc: Baba buradi tabdin burani; Təqsirləndirilən şəxs (22:18) yazılı ismarıc: Baba konum at; Tik-Tok (22:19) yazılı ismarıc: Konm ele odi; Təqsirləndirilən şəxs (22:19) yazılı ismarıc: Yoxe baba mən necə bilim haradi ora; Tik-Tok (22:19) konum göndərilib; Tik-Tok (22:19) yazılı ismarıc: Buradi; Tik-Tok (22:20) yazılı ismarıc: taba bildin; Təqsirləndirilən şəxs (22:20) yazılı ismarıc: Hə konumu tapdim gedim görüm mal ordadi; Tik-Tok (22:20) yazılı ismarıc:get gutur tez; Tik- Tok (22:21) yazılı ismarıc: He rahat yetdedi; Tik-Tok (22:23) yazılı ismarıc: Baba mal ordadi; Təqsirləndirilən şəxs (22:24) səsli zəng; Tik-Tok (22:24) yazılı ismarıc: San saklin yanndasan; Təqsirləndirilən şəxs (22:25) konum göndərib; Tik-Tok (22:26) narkotik vasitələrin yerini işarə edən 03 ədəd fotoşəkil; Tik-tok (22:26) səsli ismarıc: Baba düz ağacın altındadır bax şəkilə bax genə atıram o şəkilləri sənə; Tik-Tok (22:27) yazılı ismarıc: tapdin; Təqsirləndirilən şəxs (22:27) səsli zəng; Tİk-Tok (22:27) yazılı ismarıc: Agacin altındadı; Tik-Tok (22:33) yazılı ismarıc: Sabir ol atran; Tik-Tok (22:33) səsli ismarıc: Səbrli ol atıram pul səbrli ol; Təqsirləndirilən şəxs (22:33) yazılı ismarıc: Gözduyurəm baba; Tik-Tok (22:33) yazılı ismarıc: Yaxsi; Tik-Tok (22:34) yazılı ismarıc: Atram; Təqsirləndirilən şəxs (22:34) yazılı ismarıc: Baba klokda almisam; Tik-Tok (22:34) yazılı ismarıc: Yaxsi hindi atr pul; Tik-Tok (22:35) yazılı ismarıc: Atım baba galdi; Təqsirləndirilən şəxs (22:35) yazılı ismarıc: Hə gəldi vururam taksi; Tik-Tok (22:35) yazılı ismarıc: Guturda get; Tik-Tok (22:36) yazılı ismarıc: San gutur tez mali. Guturdun; Tik-Tok (22:37) yazılı ismarıc: Baba. Na oldi bas. Get guturda. Bas hardsan san; Tik-Tok (22:38) yazılı ismarıc: Baba; Tik-Tok (22:38) səsli zəng; Tik-Tok (22:39) yazılı ismarıc: Baba. Cavab ver da; Tik-Tok (22:50) yazılı ismarıc: 10 kilo malim varidi orda san guturdun; Tik- Tok (22:51) yazılı ismarıc: 10 kilu malm vardi orda nayse guturdin hindi cavab verda; Tik- Tok (22:53) cavabsız səsli zəng; Tik-Tok (22:54) yazılı ismarıc: San nye cavab vermisan; Tik-Tok (22:56) yazılı ismarıc: Baba; Tik-Tok (22:57) cavabsız səsli zəng; Tik-Tok (22:59) cavabsız səsli zəng; Tik-tok (23:00) yazılı ismarıc: Baba; Tik-Tok (23:00) cavabsız səsli zəng; Tik-Tok (23:00) yazılı ismarıc: Mane nye yalan dansdin; Tik-Tok (23:01) yazılı ismarıc: Cavab ver dedim; Tik-Tok (23:02) Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin fotoşəkli; Tik-Tok (23:02) cavabsız səsli zəng; Tik-Tok (23:03) yazılı ismarıc: Sananm. San 10 manatan sari mani ati. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “İphone” markalı mobil telefona baxış keçirilməsinə dair müvafiq protokol tərtib edilərək qeyd edilmiş hallarla bağlı tərtib edilmiş fotocədvəl ilə birlikdə cinayət işinin materiallarına əlavə edildi (cild 1, i/v 157-173). - xx.xx.2025-ci il tarixli “Maddi sübut hesab etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus **********2641 İMEİ kodlu, 01 ədəd İphone markalı mobil telefon cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, i/v 174-175). - Məhkəmə baxışı zamanı maddi sübut kimi tanınmış telefona baxış keçirilmiş, xx.xx.2025-ci il tarixli “Mobil telefona baxış keçirilməsi haqqında” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi İran İslam Respublikasının vətəndaşının şəxsiyyətinin müəyyən edilməsi, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirib-keçirməməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq müsbət nəticə əldə etmək mümkün olmadı. Bu və digər halların müəyyənləşdirilməsi istiqamətində tərəflərindən zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunduğu halda əlavə məlumat veriləcəkdir (cild 1, i/v 156). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X4 daxil olmuş xx.xx.2025ci il tarixli, 1/4363 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 6 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X5 müraciət etməmişdir (cild 1. i/v 132). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-28-29/2-7704/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (cild 1, i/v 115). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X12 məhkəmə-tibbi ekspertizasının 05 sentyabr 2025-ci il tarixli, 400/MEŞ nömrəli rəyindən görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi keçirilmişdir. 2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarət - döş qəfəsinin ön səthinin qançırı bərk küt əşyanın təsirindən müayinədən 8-12 gün əvvəl əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. Qeyd olunan xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət müxtəlif şəraitlərdə törənə bildiyindən dəqiq olaraq hansı şəraitdə törənməsi hüquqi müstəvidə aydınlaşdırıla bilər (cild 1, i/v 179-181). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi Ambulator X2 xx.xx.2025-ci il tarixli, 6692 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür (cild 1, i/v 182-183). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən və Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-251/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmişdir (cild 1, i/v 118-119, 120-124). - xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-968/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 2025-ci il tarixdə, saat 22:40-da şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 19, 95-97). - xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı keçirilən videogörüntüləri özündə saxlayan 01 ədəd DVD disk cinayətin izlərini özündə əks etdirdiyi üçün maddi sübut kimi tanınanaraq cinayət işi materiallarında saxlanılması qərara alınmışdır (cild 2, i/v 188-203). - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-17/40/2- 1080/2025 nömrəli məktubdan, həmin məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı sol said nahiyyəsində köhnə çapıq qeyd olunmuş, zədə almadığını bildirmişdir. - Həmin məktuba əlavə edilmiş BMCMİ-nin MSY tərəfindən tərtbib ediliş aktın surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 02:55 radələrində BMCMİ-nin TŞ-nin təhqiqatçısı Əli Ağayevin şübhəli şəxsin tutma protokolu əsasında MSY-nə qəbul edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs axtarış-baxış keçirildi. Baxış zamanı şəxsin sağ qolunda kəsiklər, sağ budunun ön hissəsində köhnə yaralar, sağ baldırın ön hissəsində yanıq xəsarətləri və sol ayağının pəncəsində xırda yaralar aşkar edilmişdir. Özünə sual verdikdə bildirmişdir ki, qolundakı kəsikləri pişiklə oynayarkən, sağ ayağındakı xəsarətləri təxminən 5-6 il öncə, sol ayağındalı xəsarətləri isə ayaqqabı sıxdığına görə almışdır. Həmin akt şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən də imzalanmışdır. - Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, X1 oğlu Təqsirləndirilən şəxs tapılması ilə bağlı müraciəti əsasında toplanmış materialda Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinin tələbləri üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə isə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Balakən Rayon Məhkəməsinin müraciətinə dair” 23 iyul 2021-ci il tarixli qərardadı). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun: - 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. - 1.0.10-cu maddəsinə görə isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. - 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər kimi təsbit edildiyindən, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması dedikdə onun yaymaq məqsədi ilə əldə edilməsi, saxlanılması başa düşülməlidir. - 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”na əsasən heroin və qurudulmuş marixuana Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitə, metamfetamin isə psixotrop maddədir. 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahılarına əsasən qurudulmuş marixuananın (kannabis) kütləsi 5 qram təşkil etdikdə xeyli miqdarda, 500 qram olduqda külli miqdarda, 50000 qram olduqda isə xüsusilə külli miqdarda narkotik vasitə hesab olunur. Məhkəmə qeyd edir ki, bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir. Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür. Göründüyü kimi, yuxarıda qeyd edilən kriminal (qanunazidd) hərəkətlərin məqsədi narkotik vasitələri satılmasına yönəldilmiş, burada kriminal əməl niyyətlə ifadə olunaraq qarşıya qoyulmuş məqsədə çatmaq üçün hazırlıq işlərinin aparılması ilə başa çatdırılmasına yönəldilmiş, formal quruluşa malik olan tərkiblərdə olduğu kimi cinayət tərkibinin obyektiv cəhəti ictimai təhlükəli hərəkətdən ibarət olmuş və qanunla qadağan edilən hərəkət törədildiyi andan başa çatmışdır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması özü tərəfindən inkar edilsə də, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, araşdırılmış ekspertiza rəyləri, təqsirləndirilən şəxs Fuad Muayevin istifadəsində olan telefonunda aşkar edilmiş yazışmaları və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələrlə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat təxminən 19 radələrində kirayə yaşadığı evə gedən zaman “Nizami” metrostansiyasının yaxınlığında saxlanıldığını bildirsə də təqsirləndirilən şəxs Fuad Muayevin istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə aparılmış danışıqlara dair müvafiq opertor tərəfindən təqdim edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.20225-ci il tarixdə, saat 22:01:33 radələrində ***-***-**-** mobil nömrəsi ilə (nömrə sahibi Ağalı Eyvazov, təqsirləndirilən şəxs həmin nömrənin anasının istifadəsində olduğunu bildirmişdir) 73 saniyə telefon danışığı aparılmışdır. Bundan əlavə təqsirləndirilən şəxsin anasının onun itikin düşməsi ilə bağlı verdiyi izahatında son dəfə xx.xx.2025-ci il tarixdə, saat 21:20 radələrində Fuadla əlaqə saxladıqda Fuad sınaq müddətində işlədiyi ünvan 8 ünvanında yerləşən “DuAks” mobil telefon 22:01-də “WhatsApp” tətbiqi vasitəsilə ismarıc yazaraq Fuadla maraqlandıqda isə sonuncu işdən evə gəldiyini, yemək yediyini və yorğun olduğu üçün yatacağını qeyd etmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs ona məxsus mobil telefonda olan “Tik-Tok” kimi qeydə alınmış şəxsi tanımadığını, onunla arasında xx.xx.2025-ci il tarixdə heç bir yazışmanın olmadığını bildirsə də həmin nömrə ilə aralarında olan xx.xx.2025-ci il tarixdə, 06.05.25-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə, xx.xx.2025-ci il tarixdə, saat 02:28-dək olan yazışmalarla bağlı məhkəməyə hər hansı əsaslı ifadə verə bilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qaldığını bildirsə də saxlanılması üçün müvəqqəti saxlama yerinə təhvil verilən zaman üzərində aşkar edilmiş xəsarətlər sağ qolunda kəsiklər, sağ budunun ön hissəsində köhnə yaralar, sağ baldırın ön hissəsində yanıq xəsarətləri və sol ayağının pəncəsində xırda yaralar olmuş, həmin xəsarətlərlə bağlı həm həmin zaman, həmçinin məhkəmə iclasında verilmiş suallara cavab olaraq qolundakı kəsikləri pişiklə oynayarkən, sağ ayağındakı xəsarətləri təxminən 5-6 il öncə, sol ayağındalı xəsarətləri isə ayaqqabı sıxdığına görə aldığını bildirmişdir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X8 X12 məhkəmə-tibbi ekspertizasının 05 sentyabr 2025-ci il tarixli, 400/MEŞ nömrəli rəyinə əsasən xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi keçirilmiş və bədən səthində aşkar edilmiş xəsarət - döş qəfəsinin ön səthinin qançırı bərk küt əşyanın təsirindən müayinədən 8-12 gün əvvəl əmələ gəlmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2019cu tarixli «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair» Qərarında qeyd olunur ki, Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin məzmununa əsasən, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin ittihamdan müdafiə olunmaq məqsədi ilə verdiyi yalan ifadəsini və cinayətin törədilməsinə aidiyyəti olmayan şəxsin adını bilərəkdən çəkdiyi hallara dair ifadəsini bir-birindən fərqləndirməlidir. İrlandiyanın İngiltərəyə qarşı işi üzrə 20 mart 2018-ci il tarixli Avropa Məhkəməsinin qərarında göstərilmişdir ki, sübutun qiymətləndirməsi üçün “əsaslı şübhələrdən kənar” standartını rəhbər tutaraq sübutetmə prosesini həyata keçirən məhkəmə belə sübut qismində yalnız işin faktiki halları ilə uyğun olan və ya həmin hallarla təkzib edilməyən, habelə, kifayət qədər güclü, aydın əlamətlərə məxsus olan hallar istifadə edə bilər. Bu nöqteyi nəzərdən sübutların toplanılması zamanı tərəflərin davranışı da nəzərdən keçirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirərək iş materialları ilə təkzib edilməsini nəzərə alır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsində göstərilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. - 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. - 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. - 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyindən, həmin əmələ görə məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət törətməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, cinayət əməlinin törədilməsində iştirakını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və qalıq çəkisi 15448,5 qram çəkidə qurudulmuş marixuana məhv edilməli, iş materaillarına əlavə edilmiş 01 ədəd “İphone” markalı mobil telefon Təqsirləndirilən şəxs və ya onun yaxın ailə üzvlərinə qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə saxlayan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1969/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli qərarı ilə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında edilmiş dəyişikliklərə əsasən “6 manat” sözləri “11 (on bir) manat” sözləri ilə əvəz edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 26 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına 286 (iki yüz səksən altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli 07 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və qalıq çəkisi 15448,5 qram çəkidə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmiş 01 ədəd “İphone” markalı mobil telefon Təqsirləndirilən şəxs və ya onun yaxın ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılması zamanı çəkilən videogörüntüləri özündə saxlayan 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 21 saylı Vəkil Bürosunun hesabına 286 (iki yüz səksən altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Şəlalə Həsənova (sədrlik edən) Hafiz Kamranov Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(101)-1969/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1969/2025
27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver