Məhkəmə qərarları › İş №1(101)-197/2020

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-197/2020

14.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-197/2020 14.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Məcidov x97 və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi x37, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Azərbaycan-rus dilləri üzrə tərcüməçi x38, Azərbaycan-talış dilləri üzrə tərcüməçi Həbibova Könül Əzizağa qızının iştirakı ilə, xx xxxxxx 1956-cı il tarixdə Lerik rayonunun Blaband kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü, 281.3-cü və 283.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə qismən qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunu və ona bitişik rayonları işğal etmiş Ermənistan Respublikasına, həmin ölkənin xüsusi xidmət orqanlarına Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda köməklik edib onların tapşırıqlarını icra etməklə, düşmən tərəfinə keçməklə Azərbaycan Respublikasının vətəndaşı olaraq dövlətə xəyanət etmiş, Ermənistan Respublikası, həmin dövlətin xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı məqsədyönlü fəaliyyətin tərkib hissəsi kimi Ermənistan Respublikası vətəndaşı x39 rəhbərliyi altında «Talışıstan Milli Televiziyası» adlandırılan internet televiziya kanalının yaradılmasına və fəaliyyətinə köməklik edib, fəaliyyətində iştirak edərək Qarnik Asatryan, habelə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ümumi cinayətkar sövdələşməyə uyğun olaraq Qarnik Asatryanın tapşırığı ilə və onunla müntəzəm razılaşdırmaqla qəsdən Rusiya Federasiyası və Ermənistan Respublikasının ərazilərindəki kütləvi informasiya vasitələri və sosial şəbəkələrdən, o cümlədən həmin internet televiziya kanalından istifadə etməklə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etmiş, bu cür məzmunlu materialları hazırlayaraq yaymış, Ermənistan Respublikası, həmin ölkənin xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinə qarşı məqsədyönlü fəaliyyətinin tərkib hissəsi kimi ümumi cinayətkar sövdələşməyə uyğun olaraq aşkar surətdə, o cümlədən kütləvi informasiya vasitələrindən istifadə etməklə qəsdən Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn təkrar hərəkətlər etmişdir. Belə ki, Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Yerevan Dövlət Universitetinin «İranşünaslıq kafedrası»nın tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması istiqamətində məqsədyönlü fəaliyyət göstərən «x51»nin rəhbəri Qarnik Asatryan 2014-cü ildə Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs Ermənistan tərəfinin maliyyə təminatı ilə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, eləcə də etnik amillərdən istifadə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınması istiqamətində Ermənistan Respublikasında öz rəhbərliyi altında fəaliyyət göstərəcək «Talışıstan Milli Televiziyası» adlandırılan internet televiziya kanalının yaradılmasına köməklik etməsi üçün müraciət etmiş və Təqsirləndirilən şəxsla qeyd olunan internet televiziya kanalının bu məqsədlə yaradılması, internet televiziya kanalının fəaliyyətinə cəlb edilə biləcək şəxslərin tapılması, Təqsirləndirilən şəxs tərəfindən həmin internet televiziya kanalında yayımlanacaq etnik amillərdən istifadə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn materialların hazırlanması, redaktə edilməsi, habelə Təqsirləndirilən şəxs hər dəfə Qarnik Asatryanla razılaşdırmaqla belə materialları digər kütləvi informasiya vasitələrində yayması barədə razılığa gəlmişlər. Bu məqsədlə Təqsirləndirilən şəxs maddi maraq müqabilində Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nəzarəti altında «Talışıstan Milli Televiziyası»nın fəaliyyətinə rəhbərlik edən Qarnik Asatryana sonuncunun tapşırığı ilə həmin internet televiziya kanalı üçün müntəzəm olaraq videoçəkilişlərin hazırlanmasında istifadə olunan xromakeyin əldə edilməsi və digər təşkilati məsələlərin həllinə köməklik etdikdən sonra qeyd olunan internet televiziya kanalı Ermənistan Respublikasının ərazisində, lakin erməni dilində deyil, qeyd olunan çağırışların mahiyyətinə uyğun olaraq Azərbaycan Respublikasının dövlət dilində və Azərbaycan Respublikası vətəndaşlarının gündəlik məişətdə istifadə etdiyi digər dillərdə fəaliyyətə başlayaraq yayımlar həyata keçirmişdir. Həmin müddət ərzində Qarnik Asatryan Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınması, etnik amillərdən istifadə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması hesabına Azərbaycan Respublikasının cənub bölgəsində «Talışıstan» adlı müstəqil dövlətin yaradılmasına çağırış edən verilişlərin layihəsini internet resursları vasitəsilə Təqsirləndirilən şəxs göndərərək mətnlərini hazırlamasını, yaxud əlavə və düzəlişlər etməsini tapşırmış, sonuncu əvvəlcədən əldə edilmiş razılaşmaya uyğun olaraq «Talışıstan Milli Televiziyası»nda qeyd olunan dillərdə yayımlanacaq verilişlərin məzmununu hazırlamış, mətnlərini redaktə etmiş, eyni qaydada Qarnik Asatryana göndərmişdir. Təqsirləndirilən şəxs Qarnik Asatryanla əvvəlcədən əldə edilmiş razılaşmaya uyğun olaraq «Talışıstan Milli Televiziyası» adlandırılan internet televiziya kanalında yayımlanmış 20.03.2015-ci il, 10.04.2015-ci il, 01.05.2015-ci il tarixli çıxışlarında, «Dınyo iyən Tolış» (Dünya və talış) verilişinin 04.05.2015, 18.05.2015, 20.07.2015-ci il tarixli buraxılışlarındakı çıxışlarında, «Hər şeyi öz adı ilə çağıraq» verilişinin 01.07.2015, 15.07.2015 və 24.06.2015-ci il tarixli buraxılışlarındakı çıxışlarında, 24.02.2017-ci il tarixli «Талыши выбирают Армению» (Talışlar Ermənistanı seçirlər) başlıqlı çıxışında, habelə kütləvi informasiya vasitələri hesab edilən - http://voskanapat.info/?p=9637&l=ru internet səhifəsində 24.09.2014-cü il tarixdə yayımlanmış «Мы решаем одну из сложных задач нашей революции» (Biz inqilabımızın çətin vəzifələrindən birini həll edirik), http://tolishpress.org/news/3368.html internet səhifəsində 25.12.2015-ci il tarixdə yayımlanmış «Наша общенациональная идея – Независимый, Свободный Талышистан!» (Bizim ümummilli ideyamız - müstəqil, azad Talışıstan!), http://www.yerkramas.org/article/119508/cel---nezavisimyj-talyshistan internet səhifəsində 26.04.2017-ci il tarixdə yayımlanmış «Цель - независимый Талышистан» (Hədəf müstəqil Talışıstandır) adlı müsahibələrində, https://miaban.ru/info/azerbaijan/madoyan_3/ səhifəsində 09.08.2018-ci il tarixdə yayımlanmış «Нужно ли Армении сохранение Азербайджана?» (Azərbaycanın qalması Ermənistana lazımdırmı?) adlı məqaləsində, eləcə də 06.11.2017-ci il tarixdə «facebook» sosial şəbəkəsindəki profilində «В Санкт- Петербурге повесили флаг Талышистана. 6 ноября ночью в Санкт-Петербурге на мосту, расположенном на пересечении проспектов Славы и Витебское шоссе, был вывешен плакат» (Sankt-Peterburqda Talışıstanın bayrağını asıblar. 06 noyabrda gecə Sankt-Peterburqda “Slavı” və “Vitebskoye şosse” prospektlərinin kəsişməsində yerləşən körpüdə afişa asılmışdır) yazılarını və «Свобода Талышистану!» (Talışıstana azadlıq) yazısı həkk edilmiş uydurma «Talışıstan dövlətinin bayrağı»nın fotoşəkili paylaşmaqla qəsdən etnik amillərdən istifadə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar etmiş, bu cür məzmunlu materialları hazırlayaraq yaymış, eləcə də qəsdən Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn təkrar hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs Qarnik Asatryanla əvvəlcədən əldə edilmiş razılaşmaya uyğun olaraq «Talışıstan Milli Televiziyası»nda 07.03.2016-cı il tarixdə yayımlanmış Ermənistan Respublikasının Yerevan şəhərində 27.02.2016-cı il tarixdə keçirilmiş «Azərbaycan Respublikasının yerli xalqları» adlı elmi konfrans kimi təqdim edilən tədbirə internet üzərindən görüntülü qoşulub etdiyi çıxışlarında Azərbaycan Respublikasının ərazisinin üç hissəyə bölünməsinə və onlardan birində müstəqil «Talışıstan» dövlətinin yaradılmasına, eləcə də 18.12.2017-ci il tarixdə həmin kanalda yayımlanmış x27 şəhərində «Prezident Otel»in konfrans zalında 15.12.2017-ci il tarixdə Ermənistan Respublikasının rəsmi dövlət nümayəndələrinin, həmin ölkənin «Daşnaksütun» partiyasından olan deputatların iştirak etdiyi «Российско-армянское сотрудничество: Итоги, перспективы и основные вызовы» (Rusiya-Ermənistan əməkdaşlığı: nəticələr, perspektivlər və əsas çağırışlar) adlı konfrans kimi təqdim edilən tədbirdəki çıxışında Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasını bütün region üçün təhlükə adlandıraraq bu təhlükənin aradan qaldırılması üçün etnik talış olan Azərbaycan Respublikası vətəndaşları ilə ermənilərin birləşməsinə, Dağlıq Qarabağın müstəqilliyinə və etnik zəmində Azərbaycan dövlətinin parçalanaraq dağıdılmasına qəsdən çağırışlar etmişdir. Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının tapşırığına əsasən Qarnik Asatryan 2014-cü ilin sonlarında Təqsirləndirilən şəxs Azərbaycan və talış dillərini yaxşı bilən, etnik amillərdən istifadə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması hesabına «Talışıstan» adlı dövlətin yaradılması ideyasını təbliğ etməyə razılaşacaq, aparıcılıq qabiliyyətinə malik olan, Ermənistan Respublikasının ərazisində Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyətinin tərkib hissəsi kimi «Talışıstan Milli Televiziyası» adlandırılan internet televiziya kanalında aparıcı qismində fəaliyyət göstərəcək şəxs tapmasını tapşırmışdır. Təqsirləndirilən şəxs qeyd olunan məqsədlə fəaliyyət göstərməsi üçün seçib maddi maraq müqabilində razı saldığı x22 2014-cü ilin sonlarında Ermənistan Respublikasına gedərək 2016-cı ilin sonlarınadək olan müddət ərzində «Talışıstan Milli Televiziyası»nda Azərbaycan Respublikasının dövlət dilində və talış dilində hazırlanan verilişlərdə aparıcı qismində çalışmasını təmin etmiş, sonuncunun çıxışlarının məzmununu hazırlayaraq, mətnlərini redaktə edib Qarnik Asatryana göndərmişdir. Təqsirləndirilən şəxs 2016-cı ildə «Talışıstan Milli Televiziyası» vasitəsilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışların edilməsi, bu cür məzmunlu materialların hazırlayaraq yayılması, Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınması istiqamətində həmin kanalda fəaliyyətini davam etdirməsi üçün Zabil Məhərrəmovun 500 ABŞ dolları təşkil edən əmək haqqının 1000 ABŞ dollarınadək artırılmasını Qarnik Asatryandan xahiş etmiş və sonuncu Zabil Məhərrəmovun maaşını qeyd olunan məbləğədək artırmışdır. 2015-ci ilin sonlarında Qarnik Asatryan əvvəlcədən razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs «Talışıstan Milli Televiziyası»nın «Türk verilişləri redaksiyası»nda Azərbaycan dilində sərbəst danışa bilən qadın axtarıb tapması üçün müraciət etmiş, sonuncu isə Qarnik Asatryana Ermənistan Respublikasında yaşayan Azərbaycan dilini bilən qadınlardan birini qeyd olunan internet televiziya kanalında verilişə aparıcı qismində işə götürməsini, həmin aparıcının Azərbaycan Respublikasında yaşayan müsəlman qadınlardan biri olması görüntüsünü yaratmaq üçün konkret hərəkətlər edilməsini, o cümlədən başına hicab geyindirilməsini və gözünə eynək taxılmasını bildirmiş, Qarnik Asatryan tərəfindən Ermənistan Respublikasının vətəndaşı x16 həmin redaksiyaya aparıcı qismində cəlb edilib xarici görünüşü qeyd olunan qaydada dəyişdirilərək azərbaycanlı kimi «İlhamə Cəfərzadə» adı altında fəaliyyətə başlamış, sonuncunun televiziyadakı çıxışlarının məzmununun və mətninin hazırlanmasında Təqsirləndirilən şəxs yaxından iştirak etmiş, internet resursları vasitəsilə müvafiq tövsiyyələrini vermiş və həmin qadının aparıcılığı ilə Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn «Гянджа без коренных гянджинцев_Из искры возгорится пламя!» (Yerli gəncəlilərsiz Gəncə_Qığılcımdan alov doğar) başlıqlı videomaterialın 18.07.2018-ci il tarixdə «Talışıstan Milli Televiziyası»nda yayımlanmasını təmin etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunu və ona bitişik rayonları işğal etmiş Ermənistan Respublikasının silahlı qüvvələri ilə Azərbaycan Respublikası silahlı qüvvələri arasında təmas xəttində 2016-cı ilin aprel ayının əvvəllərində növbəti silahlı qarşıdurma zamanı Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı və dövlət təhlükəsizliyi zərərinə olaraq, habelə Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətmək məqsədilə qəsdən Ermənistan Respublikasına, həmin ölkənin xüsusi xidmət orqanlarına Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda köməklik edib onların tapşırıqlarını icra etməklə, qeyriləri ilə qabaqcadan razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun olaraq yayımlanacaq materialları əvvəlcədən redaktə etməklə Azərbaycan Respublikasının vətəndaşı Zabil Məhərrəmov tərəfindən Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi geyim forması geyinməklə həmin ölkədə fəaliyyət göstərən «Talışıstan Milli Televiziyası»nda 04.04.2016-cı il tarixdə yayımlanmış «”İm çəmə canq ni” – “Это – не наша война!”» (Bu bizim müharibə deyil), «”Tolış bıbən! İştə xəlği məhavatən!” – “Будьте талышами! Не предавайте свой народ!”» (Talış olun! Öz xalqınızı satmayın) başlıqlı, “Çəmə xosə xəlq. Əmə həmə çok zınedəmon ki, ozobijonojon təbliğat çanədə de du tərbizi püre” (Bizim əziz xalq. Biz hamımız yaxşı bilirik ki, Azərbaycanlıların təbliğatı nə qədər yalanlarla doludur) ifadələri ilə başlayan çıxışlarda Azərbaycan Respublikasının silahlı qüvvələrində xidmət edən etnik talış olan Azərbaycan Respublikası vətəndaşlarına Azərbaycan Respublikası əleyhinə çağırışlar edərək qəsdən Azərbaycan Respublikası silahlı qüvvələrinin döyüş qabiliyyətinin aşağı olması barədə həqiqətə uyğun olmayan təxribat xarakterli fikirlərin səsləndirilməsini, onların ermənilərlə birləşməsinin vacibliyinin təbliğ edilməsini, «Talışıstan Milli Televiziyası»nda 10.04.2015-ci il tarixdə yayımlanmış “Tolışi ləşkər” - “Талышская армия” (Talış ordusu) başlıqlı çıxışda Azərbaycan Respublikasının silahlı qüvvələrində xidmət edən etnik talış olan Azərbaycan Respublikası vətəndaşlarına orduda xidmət etməmələri ilə bağlı Azərbaycan Respublikası əleyhinə çağırışlar edilməsini, onların Azərbaycan Respublikası ərazi bütövlüyünün parçalanması hesabına “Talışıstan ordusu”nda xidmət etməli olduğunun təbliğ edilməsini, “Talışıstan Milli Televiziyasının x92 verilişi” kimi təqdim edilən verilişdə 06.04.2016-cı il tarixdə yayımlanmış “Azərbaycan faciəsi - nə baş verir?” və “Cəbhədən xəbərlər” başlıqlı çıxışlarda Ermənistan Respublikasının silahlı qüvvələri ilə gedən döyüşlər zamanı Azərbaycan Respublikasından ən çox azsaylı xalqların nümayəndələrinin öldürüldüyü və digər bu kimi həqiqəti əks etdirməyən məlumatların məqsədyönlü şəkildə yayılmasını, bununla da Ermənistan Respublikasının, həmin dövlətin xüsusi xidmət orqanlarının Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinə qarşı məqsədyönlü fəaliyyətinin tərkib hissəsi kimi etnik amillərdən istifadə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn təkrar açıq çağırışlar edilməsini, bu cür məzmunlu materialları hazırlayaraq yayılmasını, qəsdən Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn təkrar hərəkətlər edilməsini təmin etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, onun barəsində qətimkan tədbiri qanuni şəkildə seçilməmiş, həbsi zamanı kifayət qədər pozuntulara yol verilmişdir. Belə ki, 14 iyul 2019-cu il tarixdə Səbail Rayon Məhkəməsi onun həbs olunması barədə qiyabi qərar qəbul etmiş, sonra axtarışa verilib həbsi ilə bağlı Rusiya Federasiyasına müraciət edilmişdir. Bütün bunlar barədə o özü də məlumatlı olmuşdur. Rusiya Federasiyasında polis şöbəsinə özü könüllü getmişdir. Tam səmimiyyətlə deyir ki, əgər özü könüllü polis şöbəsinə getməsəydi, heç kim onu axtarıb tapa bilməzdi. Polisə getdikdən sonra prokurorluğa aparılmış və orada Viktor adlı cavan prokuror köməkçisi onunla təxminən 5 saat danışmış, sonra da müvafiq sərəncam əsasında 48 saat saxlanılmalı olduğunu bildirmişdir. Prokuror köməkçisindən onun qanuna riayət etdiyini, yoxsa sərəncam yerinə yetirdiyini soruşmuş, ona həm də «bu hörmətli Azərbaycan Respublikası sənin ananı söysə, ona da əməl edəcəksən?» deyib prokurorluq əməkdaşını orada söymüşdür. Növbəti gün məhkəməyə çıxarılmış və həbsi ilə bağlı qərar verilmişdir. Müəyyən müddət həbsdə qaldıqdan sonra azad edilmiş, bu barədə ona rəsmi qərar da elan olunmuşdur. Amma azad edildikdən sonra miqrasiya xidmətinin kapitan rütbəli əməkdaşı ondan izahat almış, daha sonra isə bir nəfər qadın hakim onun x2vericiliyinin tələblərini pozduğu üçün deportasiya olunması barədə qərar qəbul etmişdir. Sonra Şeremetyevo aeroportuna gətirilmiş, Azərbaycana yola salınmışdır. Bakıda aeroportdan Dövlət Təhlükəsizlik Xidmətinə aparılmış və orada müstəntiqlə görüşmüş, Səbail Rayon Məhkəməsinin barəsində qəbul etdiyi qərarla tanış edilmişdir. Bir nəfər qadın vəkil dəvət edilmiş, hüquqları sadalanmış, istintaq qrupunun üzvlərinin adları bildirilmişdir. Sonradan müstəntiq Səbail Rayon Məhkəməsinin qərarının kserosurətini təcridxananın əməkdaşı vasitəsilə ona göndərmişdir. Halbuki, o özü belə hesab edir ki, həmin qərarı ona müstəntiq deyil, məhkəmə göndərməli idi. Elan edir ki, heç kimdən qorxmur, həmişə də düz bildiyini demişdir. Əvvəlki müstəntiqin təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarının altına da tanış edilməyi barədə qeyd yazmışdır. Azərbaycana gətirilməsinə baxmayaraq əleyhinə sübut toplaya bilməmişlər. Ədavət qızışdırmağı ilə bağlı bir cümləsi də yoxdur. O, heç vaxt Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ilə görüşməmişdir, əksinə, onu Ermənistan Milli təhlükəsizlik nazirliyi tutdurmuşdur. İşində adı çəkilən İsmayıl Şabanov bisavadın, küçə adamının biridir. İsmayıl kimdir ki, o bu şəxslə iş birliyinə getsin? O Zabil üçün vergül də yazmamışdır. x72 Federasiyasının vətəndaşıdır. 2005-ci ildə Ermənistanda beynəlxalq talışşünaslıq konfransında iştirak edərək məruzə etmişdir. Həmin vaxt bütün zal ermənilərlə və iranlılarla dolu olmuşdur. 21 may 2005-ci il tarixdə erməni jurnalist qız ondan müsahibə götürərkən ondan dediklərini olduğu kimi işıqlandırmağı və sonda ona Qarabağla bağlı sual verməsini xahiş etmişdir. O, bütün reallıqları danışmışdır. 2007-ci ildə Ağır Cinayətlər Məhkəməsində başqa bir iş üzrə şahid qismində ifadə verərkən də hər şeyi danışmışdır. Demişdir ki, hər iki dövlət bu münaqişədən istifadə edir. O vaxt Qarnik Asatryan ona «niyə axı orada sən Qarabağ problemindən danışırsan» dedikdə Qarnikə «məgər belə deyilmi?» cavabını vermişdir. Qarnik 10 ildən sonra fikirlərinə görə ondan üzr də istəmişdir. Onun o vaxt dedikləri indi dilə gətirilir ki, iki ölkə icmaları əməkdaşlıq etməlidir. Qarabağ tarixi talış torpaqlarıdır. Azərbaycanda heç bir kitabda bunlara rast gəlinməz. 18-ci əsrdə talış xanı Əsədulla xan Peterburqa gəlib çarla görüşmüş və demişdir ki, «biz Qacarların hakimiyyətinə tabe olmaq istəmirik, ruslar nəzarət etsin». Şahənşah vəfat etdikdən sonra əgər varis qoymurdusa, mütləq gərək seyid şah olmalı idi. Əfşarlar və qacarlar çevriliş etdikdən sonra talış xanı haqqının tapdandığını bildirmiş, bu səbəbdən o, hətta ruslara tabe olmağa razı olmuş, amma qacarlara yox. O vaxt Abbas Mirzə də yalvarmışdır ki, «Lənkəran İranın ürəyidir, onu bizdən almayın». 1919-cu ildə oktyabr inqilabından sonra yardılmış Muğan Sovet Respublikasının da mövcudluğunu qorumasına ermənilər imkan verməmişlər. O, çıxışlarında bütün bunları dolayı yox, birbaşa bildirmiş, həmişə də bu məsələlərə görə yeddi arxası söyülmüşdür. İbtidai istintaq zamanı da demişdir ki, onun əleyhinə olan xırda məqamlar tapılmağa çalışılmış, ancaq lehinə olan şeylərdən danışılmamışdır. Ona həmişə irad bildirilmişdir ki, niyə Qarabağa Artsax deyirsən? O bölgənin adının hələ eradan əvvəl 4-cü əsrdən «ər» və «tsax» sözlərindən yaranan Artsax kimi adlandırılması tarix dərsliklərində mövcuddur. İbtidai istintaqın gedişi zamanı yol verilmiş xeyli sayda prosessual pozuntu mövcud olsa da buna əhəmiyyət verilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanmış sualları cavablandırarkən həm də bildirmişdir ki, onun məqalələrində ədavəti qızışdıran bir cümlə də yoxdur. «Talışıstan Milli Televiziyası»nın nə vaxt, harada, kimin təşəbbüsü ilə yaradılması haqqında məlumatsızdır. Amma bu ad onun ideyasıdır. O özü bu adda televiziya yaratmaq istəmiş, bu adla videolar da çəkib “Youtube”da paylaşmışdır. Amma digərləri onun bu videolarına baxıb eyni adla kanal yaratmışlar. O bu şəxslərin nə işlə məşğul olacağını bilmədiyindən həmin şəxslərə qoşula, belə bir şeyi qəbul edə bilməzdi. 2001-ci ildə hələ sosial şəbəkələr olmamış, amma internet forumları mövcud olmuşdur. Həmin ildə özünə kompüter alıb yavaş-yavaş ondan istifadə etməyi öyrənməyə başlamışdır. Tanışları ona həmin forumlarda iki nəfər talış qızın müraciətlər ünvanlayıb “ermənilər talışlar haqqında iddialar səsləndirir, cavab verin” yazdıqlarını bildirmişlər. x85 imzası ilə “Talışlar kimdir” adlı məqalə göndərilmişdir. Orada həqiqətə uyğun olmayan şeylər yazılmış, talış dilində işlədilən sözlərin erməni əsilli sözlər olduğu, talış dilində erməni sözlərinin çox olduğu, o vaxt ilk siyahıya almada 80 min talışın qeydə alındığı, sonrakı müddətdə bu rəqəmin 3 dəfə artdığı və digər məqamlar qeyd olunmuşdur. O bu məqaləyə çox emosional şəkildə, söyüş həddinə çatacaq formada bir cavab yazmış, orada ermənilərin Ararat ətrafında məskunlaşanda 2 milyon nəfər olduqlarını və indi də bu sayda qaldıqlarını, amma talışların artıq 1 milyon yarım olduğunu qeyd etmiş, bundan başqa erməni sözləri olduğu iddia edilən sözlərə bir neçə alternativ səsləndirə biləcəyini vurğulamışdır. Bir dəfə Sankt-Peterburqda yaşadığı evə zəng gəlmiş, özünü təqdim edən şəxs Qarnik Asatryan olduğunu bildirmiş, nömrəni də hazırda adını xatırlamadığı şəxsdən aldığını demişdir. Qarnik Asatryana o məqalədən sonra əslində zəng vurmamalı olduğunu demiş, amma Qarnik gülüb fikrini dəyişdiyini, həmin mətnin ona hazır verildiyini bildirmişdir. Sonradan Qarnik bir neçə dəfə də zəng vurub ondan hal-əhval tutmuşdur. Qarnikə sözlü insana oxşadığını dedikdə, sonuncu ona telefonda bildirmişdir ki, “talışların elmi konfransını keçirmək istəyirik, talışlar gələrmi? İrandan, Kanadadan və bir sıra digər ölkələrdən alimlər gələcək”. O, iştirak edəcəyini bildirmiş, hətta “Müasir talış ədəbi dilinin bəzi problemləri” mövzusunda çıxış edəcəyini də demişdir. Sonradan Qarnik bir neçə dəfə də zəng vurub “Gələcəksən? Deyirlər ki, gəlməyin inandırıcı deyil” deyə soruşmuşdur. Qarnik ona əvvəlcədən 2005-ci ildə iki vaxtda konfransın keçirilə biləcəyini bildirmişdir. 2005-ci ilin oktyabrında Azərbaycanda parlament seçkiləri keçiriləcəyi səbəbindən həmin dövrdə alınmayacağını bildirmişdir. Həmin ərəfədə Rusiya Federasiyasında bir cavan xanım gəlib ondan müsahibə götürəcəyini, amma yayımlanmayacağını demişdir. Hətta o vaxt Rusiyada qəzet redaktoru olan bir lerikli tanışı onu xəbərdarlıq edərək bildirmişdir ki, “o qız çox həyasızdır”. Müxbirlə görüşmüş, 3 saat yarım sualları cavablandırmış, gedərkən də həmin qız onu tərifləmiş və təəccübləndiyini bildirmişdir. Ermənistandakı konfransa getmək üçün bileti özünün də ala biləcəyi halda belə olmamış, onun bileti alınmışdır. Talış tanışı Zahirəddin müəllimlə bir yerdə Yerevana getmişlər. Konfrans 3 gün davam etmiş, 21 may 2005-ci il tarixdə bitmişdir. Konfrans zamanı Qarnik Asatryanla tanış olmuşdur. Həmin konfransda o, çıxış etməmiş, yalnız müəyyən arayışlar verməklə kifayətlənmişdir. Çünki, orada bir iranlı alim Şah İsmayıl haqqında çox gözəl çıxış etdiyindən, özünün çıxış vaxtından kəsilib ona verilməsini xahiş etmişdir. Hazırladığı məqaləsini konfransda təqdim etmiş, sonradan onun məqaləsi də daxil edilməklə həmin konfransın materialları 2 cildlik kitab halında nəşr olunmuşdur. Yerevandan 30-40 km kənarda kiçik bir şəhərdə “Azadlıq radiosu”nun müxbiri olduğunu söyləyən bir qız ondan müsahibə götürmək istədiyini bildirmişdir. Həmin müxbirə ona şərtlərinin olduğunu deyərək, müsahibəsinin olduğu kimi yayınlanmasını və sonda ona Dağlıq Qarabağla bağlı sual verilməsini istəmiş, müxbir də razılaşmışdır. Qarabağla bağlı mövzuya toxunmasını, nəsə deməsini isə adını çəkmək istəmədiyi yoldaşlarından biri ondan xahiş etmiş, bunu etməsi üçün ona az qala yalvarmışdır. Ona görə bu mövzuya münasibət bildirmişdir. Həmin yoldaşlar Yerevanda Azərbaycanın xeyrinə heç olmasa Qarabağla bağlı bir-iki kəlmə işlətməsi üçün ona yalvarmışlar. Çünki, hamı onun Yerevana səfəri və çıxışları ilə bağlı pis vəziyyətə düşə biləcəklərindən narahat olmuşdur. Müsahibənin sonunda şərtləşdikləri kimi müxbir Dağlıq Qarabağla bağlı ona sual vermiş, o da iki xalqın qonşu kimi yaşamağa məcbur olduğunu, Dağlıq Qarabağın ətrafındakı 7 rayon işğal olunduğundan razılaşmanın ola bilməyəcəyini, Azərbaycanın da, Ermənistanın da bu münaqişədən öz maraqları üçün istifadə etdiklərini, xalqlar hərəkətə keçməyəcəyi halda bu problemin həllinin olmadığını bildirmişdir. Onun özünün ətrafında bir komanda vardır, onlar birlikdə müzakirələr aparır, qərarlar qəbul edirlər. O, həmin komandasının üzvlərinin adlarını demək istəmir. Özü Rusiyada olarkən də telefon işlətməmişdir, Ermənistanda isə Zahirəddin müəllimin nömrəsi olmuş, onlara əlaqə saxlamaq üçün nömrə verilmişdir. Müsahibə verdiyi vaxt dostu Qarnik Asatryan kənardan müsahibəsinə baxmış və ona demişdir ki, “Fəxrəddincan, nə Dağlıq Qarabağ? Nə problem? Mənə elə gəlir axı biz bu problemi həll etmişik”. Qarnikə özünün açıq sözlü olduğunu, olanı dediyini, gələcəkdə onun bu sözlərinə haqq verəcəyini bildirmişdir. Həqiqətən də 10 il sonra Asatryan ona həmin vaxt düz dediyini bildirmişdir. Yerevandakı konfrans bitdikdən sonra 22 may 2005-ci ildə Zahirəddin uçub getmiş, onun pasportunda isə problem yaranmışdır. Daha doğrusu, özü bu cür qələmə vermişdir. Nəticədə 13 gün orada iranlı tələbələr üçün nəzərdə tutulmuş 9 mərtəbəli binada qalmışdır. Həmin müddətdə Asatryan yanına gəlib getmişdir. İranlı tələbələrin özlərinin aşpazı olmuş, ona hər gün 2 dəfə plov və çay verilmişdir. Özündə erməni pulu olmamış, xərcləri özü çəkməmiş, kənara çıxmağa da imkan olmamışdır. Ümumiyyətlə, konfrans iştirakçılarının yol və qarşılama xərcləri ermənilər tərəfindən ödənilmişdir. O, Azərbaycan xalqının talış xalqının düşməni olduğunu deyil, Azərbaycan dövlətinin talış xalqına düşmən olduğunu bildirmişdir. Zabil Məhərrəmovu 2002-ci ildən tanımış, 2005-ci ildən sonra onunla heç bir münasibəti, işbirliyi olmamışdır. Zahirəddini 1993-cü ildən tanımış, Yerevandakı konfransa qədər də görüşməmişlər. Hətta hazırda Zahirəddinlə düşmən münasibətlərindədirlər. Qarnik Asatryanla dostdur. Qarniklə “Skype” proqramı vasitəsilə mütəmadi olaraq danışmışlar. Talışıstan Respublikasının yaradılması ideyası şəxsən onun özünə məxsusdur. Azərbaycan ərazisində Talışıstan dövləti yaratmaq nonsensdir, o belə bir şey demir. O talışıstan ərazisində Talışıstan dövləti yaradılmasını istəyir, cənub bölgəsi kimi deyilən ərazilər tarixi Talışıstan torpaqlarıdır. Rusiya Federasiyasında fəaliyyət göstərən “Regnum” informasiya agentliyində analitik kimi işləmiş, Rusiya vətəndaşlığı olmadığı üçün ştatdan kənar olmuşdur. O agentliyin təşəbbüsü ilə Ermənistanda olmuşdur, konfransdakı çıxışının mətni cinayət işinin materiallarında olduğundan onları təkrar etmək istəmir. Moskvada keçirilən və özünün də iştirak etdiyi konfransda Ermənistan dövlətinin nümayəndələri və “Daşnaksütun” partiyasının deputatları olması barədə onda məlumat olmayıb. Qarnik Asatryan ona talış dilinin qrammatikası ilə bağlı tapşırıqlar verib. Amma Azərbaycanın müdafiə qabiliyyətinin zəiflədilməsi ilə bağlı, Talışıstan dövlətinin yaradılması ilə bağlı tapşırıq verməyib. Televiziyada aparıcılıq təklifi və xahişi olub, amma qəbul etməyib. Qarnikin televiziyada işləmək üçün 2 nəfər tapması barədə xahişinə də «yox» demişdir. İlhamə Cəfərova ad-soyadını tanımamışdır, onun bildiyinə görə bu şəxs həm Azərbaycanın, həm də Ermənistanın əməkdar artisti olmuş, sonradan erməni bir rəssamla evlənmiş və köçüb gedib orada yaşamışdır. Ona heç kim ad qoymayıb. O, Asatryana aparıcının eynək və hicab taxması ilə bağlı heç nə deməyib. 2014-cü ildən Zabillə düşmən münasibətlərində olmuşdur. Zabil Sankt-Peterburqda «Zabil TV» açmış və ən çox da onu təhqir etmişdir. Elə təhqirlərdən sonra Zabillə danışa bilməzdi. Zabili Ermənistana o göndərməyib, Zabil Ermənistanda olan müddətdə onunla heç bir əlaqə saxlamayıb. Asatryan özü ona demişdir ki, “sən heç kimi göndərmədin, mən də Zabili tapdım”. Təxminən 2016-cı ilə qədər Zabil Ermənistanda olub. O özü də həmin televiziyanı izləmişdir. Zabilin həmin televiziyadakı əmək haqqının artırılması ilə bağlı heç bir xahiş etməmiş, Asatryanı da heç yerə dəvət etməmişdir. Məlum aprel döyüşləri ilə bağlı o kiməsə heç bir məlumat verməmişdir. Amma aprelin 3-4-ü savaş başlayanda Asatryan Vyana şəhərindən “Skype” proqramı vasitəsilə ona zəng vuraraq arvadı ilə konfransa gəldiyini bildirmiş və ona “Xəbərin yoxdur? Orada müharibə başlayıb” deyə bildirmişdir. Asatryan rus dilində danışaraq ona “fikirləşirəm ki, talış xalqına müraciət etməyə borclusan” demişdir. Yəni, söhbət talışların döyüşdən çəkindirilməsindən getmişdir. O da Qarnikə “bildiyimə görə heç kimə borcum yoxdur” deyib belə müraciətdən imtina etmiş, həm də Qarnikə pul verdikləri, əməkdaşlıq etdikləri talışların xalqa müraciət etməyə borclu olduğunu xatırlatmışdır. Qarnik təyyarəyə minməyə hazırlaşdığından əlavə vaxt olmamış, Qarnikin arzuladığı müraciətin məzmununu bilməmişdir. Həmin gecə Qarnik Asatryanın belə müraciət üçün niyə məhz ona müraciət etməsinin səbəbini bilmir. O vaxtlar “Skype” proqramı vasitəsilə qoşulduğu konfransların birində hansısa “yan” soyadlı erməni akademik ona “Azərbaycan-Ermənistan münasibətləri alovlansa, münasibətin necə olacaq?” sualını vermiş, o da talışlara bununla bağlı müraciətinin olmayacağını bildirmişdir. Marietta Məhərrəm qızı ilə, Ermənistandan yayımlanın televiziyadakı verilişlərin mövzularının, mətnlərinin seçilməsi ilə heç bir əlaqəsi olmamışdır. “Yerli gəncəlilərsiz Gəncə, qığılcımdan alov doğar” adlı materialı o hazırlamamışdır, bunu kimin hazırladığını bilmir. Milli ədavəti qızışdırmaqla bağlı onun heç bir çıxışı olmamışdır. Qarnik Asatryandan başqa heç kiminlə, xüsusilə Ermənistanın dövlət məmurları ilə heç vaxt heç bir münasibəti olmayıb. «Talışıstan Milli Televiziyası»nın yaradılmasında heç bir iştirakı olmayıb. Sadəcə, aparıcı təyin etməklə bağlı ondan məsləhət istənilib. O özü dəfələrlə Azərbaycanla işi olmadığını, belə bir dövlət tanımadığını bildirmişdir. Öz çıxışlarında kəskin fikirlər səsləndirmişdir, amma heç vaxt elə bir səhvə yol verməmişdir ki, onu ittiham etsinlər. Azərbaycan adlı dövlət onun tədqiqat obyekti deyildir. Bu gün Azərbaycan dövləti təbii ki, mövcuddur, sadəcə olaraq onun çıxışlarında bu adda dövlət haqqında heç nə yoxdur. O, Azərbaycan dövləti ilə düşmən olması ilə bağlı fikrində bu gün də qalmaqdadır. Ermənistanda keçirilmiş konfransda onun iştirakının təşkilatçılar üçün niyə vacib olmasını bilmir. Ermənistanda iranşünaslıq fakültəsini qurtaran şəxs ən azı 7 dil bilir, o kafedranın elmi planı var, onlar bütün İran xalqlarını tədqiq edirlər. Yerevanda talış dilində telekanalın fəaliyyət göstərməsinin ermənilərin nəyinə lazım olmasını bilmir. Asatryan aparıcı məsələsinin həll üçün təkcə ona yox, kifayət qədər insana müraciət edib. Aparıcı qadına eynək və hicab geyindirməyin nə mənası olmasını bilmir. Cinayət işinin materiallarında guya o qadının çirkin olması səbəbindən ona eynək və hicab geyindirilməsini onun təklif etməsi barədə məqamlar vardır. Əslində araşdırılıb baxılsa o qadının gözəl qadın olması bilinəcəkdir. Zabillə onun heç bir erməni ilə bağlı danışığı olmamışdır. İsmayıl Şabanovu 9 noyabr 1999-cu ildən tanıyıb. Bir yerli kimi Zabili evində qəbul etməsini də ondan İsmayıl xahiş etmişdir. Rizvan Şıxıyev ifadəsində Zabilin onun yaxın dostu olmasını və sonuncunun Ermənistanda 5000 ABŞ dolları maaş almasını bildirib, amma onun Zabilin maaşının qaldırılıb 3000 ABŞ dolları edilməsini xahiş edə bilməsi məsələsi absurddur. Vardan Askanyan dilçi alimdir, onunla Ermənistanda konfransda tanış olmuşdur. Qarnik ona mətn göndərməmiş, o da Qarnik üçün tərcümə etməmişdir. Levon Şahnazaryan heç vaxt Ermənistandan kənara çıxmayıb, 2015-ci ildə ölənədək heç vaxt Moskvada olmayıb. Ermənistanın Azərbaycanı tam işğal etməsi halında talış dövləti qurmağa şərait yaranacağı ilə bağlı sualı isə cavablandırmaq istəmir. Erməni filminin təqdimatında iştirak etməmişdir. Razdan Badayan türməyə düşməmişdən bir həftə qabaq onu tapıb əlaqə saxlamışdır. O, Razdana heç vaxt məqalə verməmiş və ondan qonorar almamışdır. Aleksandr Mikayelyan imzasını tanıyır, amma bu şəxslə görüşməmiş və “Skype”lə danışmamışdır. İbtidai istintaq zamanı bütün dindirmə protokollarını şəxsən öz imzası, öz xətti ilə tamamlamışdır, bunu inkar etmir, amma sadəcə ifadələrini oxumamışdır. İbtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş, məhkəmə iclasında ifadələri elahn olunaraq tədqiq olunmuş Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, xx xxxxxx 1956-cı ildə Lerik rayonunun Blaband kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsinə daxil olaraq 1978-ci ildə oranı bitirmişdir. 1995-ci ilin iyun ayının 26-da x27 şəhərinə getmiş, 1996-cı ilin fevral ayının 23-dən 1998-ci ilin dekabr ayının sonunadək x41 vilayətinin Boloqoye rayonunun Berezayka qəsəbəsində yaşamış və orada gecə barını icarəyə götürüb işlətmişdir. 1999-cu ilin yanvar ayının 01-dən 2002-ci ilin may ayınadək Tver vilayətinin Vışniy Voloçyok şəhərində yaşamış, orada kafe icarəyə götürərək işlətmiş və arabir kafe üçün bazarlıq etmək məqsədilə Moskva şəhərinə gedibgəlmişdir. Daha sonra x27 şəhərində yaşamaqla elmi və analitik fəaliyyətlə məşğul olmuş, Rusiya Federasiyasında fəaliyyət göstərən müxtəlif xəbər portalları üçün Cənubi Qafqaz, İran İslam Respublikası, Türkiyə Respublikası və yaxın şərq ölkələrindəki geosiyasi proseslər haqqında məqalələr yazmaqla yanaşı Azərbaycan Respublikasında gedən siyasi proseslər haqqında, talış mövzusunda, yəni Azərbaycan Respublikasında yaşayan talışların hüquqları, problemləri, tarixi, öz müqəddəratını təyin etmək haqqı barədə məqalələr yazmışdır. 2002-2005-ci illərdə x34-Peterburq şəhərində “Tolış” qəzetinin baş redaktoru olmuş, həmin qəzetin 25 buraxılışı olmuş və ancaq talış mövzusunda, yəni talışların tarixi, mədəniyyəti, folkloru, dili, adətləri, mətbəxi, müxtəlif tarixi dövrlərdəki vəziyyəti, talışların iştirak etdikləri müharibələr, talışların 19-cu əsrin əvvəllərində 1813-cü ildə bağlanmış Gülüstan və 1828-ci ildə bağlanmış Türkmənçay müqavilələri əsasında Rusiya Federasiyasının tərkibinə qatıldığı dövrdə, eyni zamanda SSRİ mövcud olduğu dövrdə ictimai, siyasi, sosial, mədəni vəziyyəti, öz haqları uğrunda apardıqları mübarizə, 1991-ci ildən sonra Azərbaycan Respublikasının tərkibində olduqları zaman vəziyyətləri barədə məqalələr çap etmiş, Azərbaycan dövlətinin öz talış xalqının və şəxsən özünün düşməni olduğunu dəfələrlə demiş, hazırda da həmin fikirdə olduğunu, bunu gizlətmədiyini bildirmişdir. Azərbaycan dövlətini özünün və talışların düşməni hesab etməsinin səbəbi kimi şəxsi fikrinə əsaslanaraq talışların ayrıca xalq olaraq öz mövcudluğunu qorumaları üçün talış dilində müxtəlif məktəblərin olmalı olduğunu, talış mədəniyyət mərkəzlərinin, talış dilində qəzet və jurnalların, radio və telekanalların olmalı olduğunu göstərmişdir. Ona görə o, 2009-cu ilədək kütləvi informasiya vasitələrindəki çıxışlarında və məqalələrində həmişə talışların Azərbaycan Respublikasının tərkibində muxtariyyət hüququna malik olmalarını tələb etmiş, o cümlədən Lənkəran Dövlət Universitetində talış dili kafedrası açılmasını və talış dilinin tədris edilməsini, eyni zamanda x35 talış dili üzrə ibtidai sinif müəllimlərinin hazırlanmasını istəmişdir. Bundan başqa Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran filialının açılmasını və orada talışların tarixinin, coğrafiyasının və arxeologiyasının öyrənilməsini, Lənkəran televiziyasında talış dilində kanal açılmasını, dövlət büdcəsindən maliyyələşməklə talış dilində qəzet dərc edilməsini, 1992-ci ildə yaradılmış Talış mədəniyyət mərkəzinə Bakı şəhərində inzibati bina verilməsini istəmişdir. 2001-ci ildə internet klubda foruma daxil olaraq erməni Qarnik Asatryanın talışlar haqqında yazdığı arayışı oxumuş, həmin arayışda sonuncu talışlar haqqında bir çox səhv məlumatlar, yəni talışların işlətdikləri sözlərin bəzilərinin erməni sözü olduğunu bildirmiş, arayışın sonunda isə Qarnik Asatryan özünün Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri olduğunu qeyd etmişdir. O, həmin forumda Qarnik Asatryanın arayışına kəskin cavab yazmış, 2004-cü ilin dekabr ayının sonlarında Sankt-Peterburq şəhərində kirayə qaldığı evdə olarkən ev telefonuna zəng gəlmiş və zəng edən şəxs Qarnik Asatryan olduğunu bildirmişdir. O, yaşadığı evin telefon nömrəsini haradan əldə etməsini Qarnik Asatryandan soruşmuş, sonuncu hazırda xatırlamadığı hansısa yolla əldə etdiyini bildirmişdir. Qarnik Asatryan forumda yazdığı arayışa onun cavabını yenicə oxuduğunu və onunla tanış olub yazdığı arayışa görə üzr istəmək üçün zəng etdiyini bildirmişdir. Bundan sonra onun Qarnik Asatryanla bir neçə dəfə telefon danışığı olmuş, bütün zənglər Qarnik Asatryan tərəfindən Yerevandan onun kirayə qaldığı ev telefonuna edilmiş və 2-3 dəqiqə davam edən hər zəngdə ümumi söhbətlər aparmışlar. x95 ermənisi olduğunu, valideynlərinin evdə ermənicə yox, farsca danışdıqlarını, təmiz iranlı xasiyyətində olduqlarını, yeməklərinin də erməni mətbəxinə deyil, İran mətbəxinə aid olduğunu, mətbəxlərində heç vaxt donuz ətinin olmadığını, səhər, günorta və axşam plov yediklərini, arvadının Krasnodarda doğulub böyüdüyünü və ixtisasca şərqşünas olduğunu bildirmişdir. 2005-ci ilin fevral ayında Qarnik Asatryan ona zəng edərək həmin ilin may ayının 19- 21 tarixlərində Ermənistanın Yerevan şəhərində “Beynəlxalq talışşünaslıq” konfransının keçiriləcəyini deyib ondan həmin konfransda talışların iştirak etmək istəyinin olubolmamasını soruşmuşdur. Qarnik Asatryandan konfransın siyasi və ya elmi xarakter daşıdığını soruşduqda sonuncu cavabında konfransın elmi xarakter daşıdığını demişdir. O, talış hərəkatının beynəlxalq aləmə çıxışının həmin vaxt çox zəif olduğunu, ermənilərin beynəlxalq əlaqələrindən, informasiya vasitələrindən, resurslarından istifadə etməyin vacibliyini nəzərə alaraq konfransda iştirak etmək istədiyini bildirmiş və konfransın proqramına daxil etməsi üçün internetlə həmin vaxt istifadəsində olan Elektron ünvan 1 elektron poçt ünvanından Qarnik Asatryanın Elektron ünvan 2 elektron poçt ünvanına “Talış ədəbi dilinin formalaşmasının bəzi problemləri” başlığını göndərmişdir. Qarnik Asatryanın bu dəvətindən sonra sonuncunun əvvəlki telefon zənglərinin məqsədinin onu konfransa dəvət etmək olduğunu başa düşmüşdür. Bir neçə dəfə elektron poçt ünvanını dəyişdiyini və sonuncu elektron poçt ünvanının Elektron ünvan 3 olduğunu, şifrəsini xatırlamadığını bildirmişdir. O, internetdə talışların ünsiyyət qurduqları forumda may ayının 19-dan 21-dək keçiriləcək “Beynəlxalq talışşünaslıq” konfransı barədə məlumat verərək konfransda kimin iştirak etmək istədiyini soruşmuş, SSRİ dövründə Lənkəran rayonunun Şağlaser kənd orta məktəbində tarix müəllimi işləmiş, 1990-cı illərin əvvəllərində x3 şəhərinə köçərək ailəsi ilə orada yaşamış x17 onunla birlikdə həmin konfransda iştirak etmək istədiyini demişdir. Bundan sonra o, Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri Qarnik Asatryanın dəvəti ilə 2005-ci ilin may ayının 17-də x17 ilə birlikdə Moskva şəhərindən Domodedovo hava limanından Azərbaycan pasportu ilə birbaşa aviareyslə Ermənistanın Yerevan şəhərinə getmişdir. Konfransda iştirak edən şəxslərin bütün səfər xərcləri təşkilat komitəsi tərəfindən ödənilmişdir. 2005-ci ilin may ayının 19-da Yerevan şəhəri yaxınlığında yerləşən istirahət mərkəzinin - sanatoriyanın binasında təşkil edilmiş konfrans başlamış, konfransda “BBC”, “Azadlıq radiosu” və bir çox xarici ölkə jurnalistlərinin iştirak etməsinə baxmayaraq videoçəkiliş hüququ müstəsna olaraq “x73”nə verilmişdir. Həmin konfransa İrandan, Avropa ölkələrindən, Gürcüstandan, Rusiya Federasiyasından iştirakçılar gəlmiş, təxminən 40 məruzə dinlənilmiş, geniş müzakirə olmuş və konfrans 3 gün davam etmiş, konfransda vaxt məhdudiyyəti olduğundan o, məruzə edə bilməmiş, lakin çıxışlar etmişdir. Həmin çıxışlar yalnız elmi mövzuda, yəni talışların dili, tarixi, mədəniyyəti, demoqrafiyası və sair mövzuda olmuş, müzakirələr aparılmışdır. Həmin konfransda iştirakı ilə o, ermənilərin istər Avropa ölkələrində, istər x28 öz resursları vasitəsilə talışları təbliğ etməyə başlamalarına nail olduğunu bildirmişdir. Konfrans qurtardıqdan sonra may ayının 22-də Zahirəddin x8yıtmışdır. O isə üç günlük konfrasdan sonra Azərbaycan pasportunda problem ortaya çıxdığı üçün Rusiyaya qayıda bilməyərək pasportundakı problem həll olunanadək on üç gün Yerevan şəhərində qalmışdır. O, Rusiyanın Yerevan şəhərindəki səfirliyinə Rusiya Federasiyasına qayıtmağa köməklik etmələri üçün pasportundakı problemlə bağlı müraciət etmiş, lakin ona hər hansı köməklik edə bilməmişlər. Yerevanda ümumilikdə qaldığı on səkkiz gün ərzində ictimai təşkilatların, Ermənistan Milli Elmlər Akademiyasının nümayəndələri ilə görüşlər keçirmiş, Ermənistanın 2 televiziya kanalına talışlar, onların müasir vəziyyəti, sayı, yerləşməsi və talış milli hərəkatında apardığı mübarizə barədə ümumi müsahibələr vermişdir. Yerevan Dövlət Universitetinin Şərqşünaslıq kafedrasının dekanı Manukyan soyadlı şəxs onu və x65 şəhərində dörd mərtəbəli imarətə aparmış və orada x44 adlı erməni generalla tanış etmişdir. Manukyan Qarabağ müharibəsi dövründə həmin erməni generalın müavini olmuş, Samvel Babayan Azərbaycan ordusunda talışların, talış zabitlərin xidmət etdiyini deyərək ordudakı həmin talışların vasitəsilə onlara ordu haqqında məlumat toplayıb ötürəcəkləri təqdirdə talışların azadlıq hərəkatında onlara maddi dəstək verəcəklərini, yəni pulla təmin edəcəklərini bildirmiş, o isə həmin təklifdən imtina etmişdir. Daha sonra həmin pasportla o, aviareyslə Belarusiyanın Minsk şəhərinə, oradan isə qatarla Moskva şəhərinə getmiş, bundan başqa hər hansı xarici ölkələrə səfərlər etməmişdir. 2005-ci ilin iyul ayının 13-də o, Moskvadan Bakı şəhərinə gəlmiş, 2008-ci ilin oktyabr ayının 11-dək Bakı şəhərində Binə qəsəbəsi donuzçuluq sovxozunda həyat yoldaşı ilə birlikdə yaşamış, həmin dövrdə fərdi qaydada həyət evlərinin dam örtüklərinin vurulması ilə məşğul olmuş, eyni zamanda 2006-cı ilin mart ayından talışların payız və qış aylarında gecələr ayrı-ayrı evlərdə yığışaraq gecəyarısına kimi söhbətləşdiyi qədim adətlərinin adı ilə “Şəvnışt”, yəni “Gecə qonaqlığı” mənasını verən talış qəzetini Bakı şəhərində çap etdirmişdir. 2008-ci ilin oktyabr ayının 11-də o, çap etdirdiyi rus-talış lüğətinin təqdimat mərasimində iştirak etmək üçün x27 şəhərinə getmişdir. Moskva şəhərində lüğətin təqdimat mərasimi keçirilən restoranın banket zalına daxil olduğu zaman orada talış tanışlarının çap etdirdikləri “Talış müntəxəbatı” adlı kitabın təqdimat mərasiminin keçirildiyinin şahidi olmuş, bu səbəbdən lüğətin təqdimat mərasimini keçirməmişdir. Rusiyada olduğu vaxt orada gedən siyasi prosesləri izləmiş, Rusiyanın Qafqaz siyasətinin kökündən dəyişdiyinə əmin olmuş, özünün və həmfikirlərinin kütləvi informasiya vasitələrində yazdıqları məqalələrə maraq olduğunu görərək talış hərəkatının Rusiyada dirçələ biləcəyi qənaətinə gəlmiş, bu səbəbdən Bakı şəhərinə qayıtmağı planlaşdırsa da orada qalmaq qərarına gəlmişdir. 2009-cu ildə Azərbaycan dövlətinin talışlara muxtariyyat hüququ verməyəcəyini iddia edərək “müstəqil Talışıstan” ideyasını irəli sürmüş, talışların Azərbaycan Respublikasında yaşadıqları talış xanlığının tarixi ərazisində, yəni indiki Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının ərazisində öz müstəqil dövlətini qurmalarını nəzərdə tutmuşdur. O, 2009-cu ildən sonra kütləvi informasiya vasitələrində və yayımlanan məqalələrində “müstəqil Talışıstan Respublikası”nın yaradılması ideyasını təbliğ edərək bunu əsaslandırmağa çalışmışdır. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hər hansı siyasi partiya, ictimai təşkilat, fiziki və hüquqi şəxslərlə əlaqə saxlamamış, onlardan hər hansı maddi yardımlar almamış, hər hansı təsərrüfata, müəssisəyə malik olmamışdır. Talışların Azərbaycan Respublikasının ərazisində yaşadıqları tarixi torpaqların yerində müstəqil “Talışıstan Respublikası”nın yaradılmasını istəmiş və bu səbəbdən belə çıxışlar etmişdir. O, talışlara müraciət edərək onların birləşib öz haqlarını, talış dilinin tədrisi, talış mədəniyyətinin inkişafı, əhalinin rəsmi siyahıya alınması zamanı milliyətlərinin “talış” kimi yazılmasına, “Azərbaycanlı” terminindən imtina edilməsinə, talışların Azərbaycanlı, türk kimi adlandırılmamasına, sayının düzgün qeyd edilməsinə və sair tələblər etməyə çağırışlar etmişdir. Avarlar və ləzgilərlə bağlı fikirləri isə o, Rusiya Federasiyasında təxminən 2014-cü ildə keçirilən konfranslarda onların adlarını xatırlamadığı bəzi nümayəndələri ilə söhbət əsnasında ona bildirdiklərinə əsasən demişdir. Azərbaycan Respublikasının ərazisinin 20 faizinin işğal altında olması, əhalisinin isə bir hissəsinin Rusiya Federasiyasında və digər xarici ölkələrin ərazisində yaşadığını və orada rus dilində təhsil alıb rus dilində danışdıqlarını, oranın mədəniyyətini öyrəndiklərini əsas gətirərək o, Azərbaycanı dövlət hesab etmədiyini, dövlətin dövlət hesab edilməsi üçün birinci şərtin vətən, yəni müəyyən sərhədlər daxilində mövcud olan coğrafi ərazinin olmalı olduğunu bildirmişdir. Azərbaycan dövlətini özünə düşmən hesab etməsi səbəbindən müəyyən çıxışlarında talışların Azərbaycan Respublikasının ərazisində öz müstəqil dövlətinin qurulacağını, öz bayrağının, öz dövlət sərhədlərinin olacağını, Lənkəranın isə “Talış Respublikası”nın paytaxtı olacağını, həmin vaxt çatdıqda isə Azərbaycan adlı dövlətin olmayacağını demişdir. 2010-cu ilədək Rusiya Federasiyasında müvəqqəti yaşamaq icazəsi almamış, 2010cu ilin sentyabr ayında o, həyat yoldaşı və iki oğlu ilə birlikdə Moskva vilayəti üzrə Miqrasiya idarəsinə gedərək sənədlərini təqdim etmişlər. Təqdim edilən sənədlərin içində ancaq Azərbaycan Respublikasının ümumvətəndaş pasportları olmuş, hər biri ayrıayrılıqda Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən verilən sualları cavablandırmış və əməkdaşlar bununla bağlı anketlər doldurmuş, anketlə bağlı sorğu-sual bir neçə gün davam etmişdir. 2011-ci ilin iyun ayının 14-də ona və ailəsinə hər il müddətini uzatmaq şərti ilə 1 il müddətinə müvəqqəti sığınacaq verilmişdir. 2012-ci ilin iyul ayının 01-də o, 3 il müddətinə Rusiyada müvəqqəti yaşayış icazəsi almaq üçün yenidən Rusiyanın Miqrasiya idarəsinə ailə üzvləri ilə birlikdə sənədlərini təqdim etmiş, 2013-cü ilin iyul ayının 01-də ona və ailə üzvlərinə 3 il müddətinə müvəqqəti yaşayış icazəsi verilmişdir. 2013-cü ilin avqust ayının sonlarında isə o, özünün və iki oğlunun sənədlərini Rusiya Federasiyasında 5 il müddətinə oturum icazəsi almaq üçün Miqrasiya idarəsinə təqdim etmiş, 2014-cü ilin yanvar və fevral aylarında övladlarına oturum icazəsi verilmiş, bu barədə sənədləri sonuncular 2014-cü ilin iyun ayında almışlar. 2015-ci ildə o, x29 şəhərində kirayədə yaşadığı mənzildə olarkən istifadəsində olan mobil telefona xatırlamadığı nömrədən bir nəfər zəng edərək Yerevan şəhərindən Qarnik Asatryandan salam gətirdiyini, biznesmen olaraq tikinti işi ilə məşğul olduğunu, öz işlərinə görə Rusiyaya gəldiyini və onunla görüşüb tanış olmaq istədiyini bildirmişdir. O, həmin şəxsi kirayə yaşadığı evə dəvət etmiş, sonuncu isə evə gəlməyə utandığını və narahatçılıq verməmək üçün kənarda kafedə görüşmək istədiyini demiş, o isə evdə tək olduğunu deyib evə dəvət etmişdir. Həmin şəxs özünü Aleksandr kimi təqdim edərək, Alik deyə müraciət edə biləcəyini demiş, söhbətə başlayandan sonra söhbətin istiqamətini talış mövzusuna yönləndirmiş və o, həmin şəxsin davranışından biznesmen olmadığını, Ermənistan xüsusi xidmət orqanının əməkdaşı olduğunu hiss etmiş, lakin evinə qonaq gəldiyi üçün birbaşa bunu üzünə deməmişdir. Həmin şəxslə apardığı söhbətin məzmununu xatırlamır, lakin Aleksandrın növbəti dəfə Rusiyaya gəldikdə onunla görüşə biləcəyi barədə sualına çay içmək üçün evinin qapısının açıq olduğunu, lakin başqa məqsədlə onunla görüşməməsini bildirmiş, bundan sonra həmin şəxslə görüşü və əlaqəsi olmamışdır. x23 o, 1999-cu ildən tanımış, sonuncu ilə talış mövzusunda Moskva şəhərində çoxsaylı görüşləri və söhbətləri olmuş, 2016-cı ildə Ermənistanda keçirilən konfransa internet üzərindən “Skype” proqramı ilə ayrı-ayrılıqda qatılaraq talış mövzusunda çıxışlar etmişlər. x75 həmin konfransa “Skype” proqramı ilə görüntülü qoşulacağını əvvəlcədən bilməmiş, sonuncu ilə talış mövzusunda çıxışların və məqalələrin hazırlanmasında heç bir əlbirliyi olmamış, çıxışları həmişə özü hazırlayaraq etmişdir. Kütləvi informasiya vasitələrində, xəbər portallarında yayımlanan hər məqaləsinə görə o, 50 və ya 100 ABŞ dolları qonorar aldığını, hər ay qonorarlardan təxminən ***-**** ABŞ dolları arası pul qazandığını, həmin məbləğin təxminən 300 ABŞ dollarını kirayə pulu verdiyini, məqalələrinin geopolitica.ru, regnum.ru, iarex.ru, Azərbaycan Respublikasında yayımı qadağan edilmiş kavkazgeoclub.ru, tolishpress.org, freetalyshistan.com xəbər portallarında yayımlandığını, tolishpress.org xəbər portalını 2004-cü ildə özünün Moskva şəhərində adını xatırlamadığı Rusiya vətəndaşlarının adına təsis etdiyini göstərmişdir. Belarusiyanın Minsk şəhərində yaşayan əslən Masallı rayonunun Kolatan kəndindən olan x63 tolishpress.org saytının baş redaktorudur. Onun bütün xəbər portallarında yayımlanan məqalələri tolishpress.org xəbər portalında təkrar dərc edilmiş, Kahin Əbilov xəbər portallarını müstəqil izləyərək onun yeni məqaləsi çıxan kimi tolishpress.org xəbər portalında yayımlamışdır. Bundan başqa Rusiya Federasiyasında 2009-cu ildən 2018-ci ilin mart ayınadək yaşadığı evin kirayə pulu həmin vaxtın məzənnəsi ilə 700 ABŞ dolları ekvivalentində 21000 rus pulu tanımadığı şəxslər tərəfindən hər ay ödənilmişdir. Həmin vəsaiti rus millətindən olan tanımadığı cavan oğlanlar meyvə bağlamasının altına qoyulmuş zərfdə gətirib ona çatdırmışlar. Hətta evin sahibi yaşlı rus kişi ondan kirayə pulunu alanda məbləği ona verilmiş həmin pullardan təzə 5000-lik əskinaslarla vermişdir. Rusiyada yaşadığı müddətdə xarici ölkələrin rəsmi nümayəndələri ilə hər hansı görüşləri olmamış, ancaq Amerikanın “x98” qəzetinin, İspaniyanın xatırlamadığı qəzetinin jurnalisti və müxtəlif konfranslarda iştirak edən xatırlamadığı müxtəlif jurnalist və analitiklərlə görüşərək özünü talış hərəkatının nümayəndəsi kimi təqdim edib konfransın məzmununa uyğun söhbət etmişdir. Moskva şəhərində 2016-cı və ya 2017-ci ildə keçirilən Rusiya təşkilat komitəsinin dəvəti ilə talış problemini qabartmaq məqsədilə “Dünya separatçılarının qurultayı”nda, Moskva şəhərindəki kürd təşkilatlarının dəvəti ilə təxminən 2015-ci və 2016-cı illərdə keçirilən “Beynəlxalq kürd konfransı”nda, Moskva şəhərində təxminən 2012-ci və ya 2013-cü ildə keçirilən “x19”nda, 2009-cu ildə Kazanda keçirilən “Avrasiya forumu”nda iştirak etmişdir. Kütləvi informasiya vasitələrində yazdığı bir çox məqalələrində, eləcə də videogörüntülü çıxışlarında o, Dağlıq Qarabağın orada yaşayan ermənilərin torpağı olması və ermənilərə məxsus olmasını, Dağlıq Qarabağ ərazisində ermənilərin müstəqil dövlət qurmaq haqlarını tanıdığını bildirmişdir. Dağlıq Qarabağ ərazisinin ermənilərə məxsusluğunu bildirmək üçün o, kütləvi informasiya vasitələrində oranı ermənilər kimi “Arsax” adlandırmış, Dağlıq Qarabağı ermənilərin ərazisi olmasını bildirməklə gələcəkdə dünyada yaşayan bütün ermənilərin talış hərəkatına dəstəyini qazanmaq məqsədilə bu fikri kütləvi informasiya vasitələrində yaymış, dəstəyin bir nümunəsi kimi x28 yaşayan erməni varlı iş adamlarından birinin Yerevan şəhərində ofis binası alaraq orada “Talışıstan Milli Televiziyası”nı yaratmasına və onun fəaliyyətinin maliyyələşdirməsinə nail olmuşdur. Həmin internet televiziya kanalı talışların mədəniyyəti, tarixi, dili, hərəkatı, öz dövlətlərini qurmaq istəyi barədə verilişlər hazırlayaraq onlara dəstək vermiş, verilişlər bazar ertəsi və cümə günləri talış dilində yayımlanmışdır. Bundan başqa çərşənbə günləri talışlarla bağlı Azərbaycan dilində verilişlər yayımlanmış, həmin fikirlərin səsləndirilməsi üçün onunla heç kim əlaqə yaratmamış və qarşılığında kimdənsə nəsə almamış, həmin fikirləri Rusiya Federasiyasında olarkən səsləndirmişdir. Çıxışlarını o, kirayədə yaşadığı Rusiya Federasiyası, Moskva vilayətinin Reutov şəhəri, Sovetski küçəsi, ev 9, mənzil 40 ünvanda öz kompüterinin üst tərəfinə quraşdırdığı videokamera vasitəsilə videolentə almış və onları Ermənistanın Yerevan şəhərində fəaliyyət göstərən “Talışıstan Milli Televiziyası”nın yaradıcı rəhbəri, Ermənistan vətəndaşı Qarnik Asatryanın Elektron ünvan 2 elektron poçt ünvanına, eləcə də həmin internet televiziya kanalının elektron poçt ünvanına həmin vaxt istifadəsində olan xatırlamadığı elektron poçt ünvanı vasitəsilə qeyd olunan internet kanalında yayılması məqsədilə göndərmişdir. 2016-cı ilin aprel ayında Azərbaycan Respublikasının və Ermənistan Respublikasının silahlı qüvvələri arasındakı döyüşlərlə bağlı etdiyi 28.12.2016-cı il tarixli videoçıxışında o, döyüşlər qurtardıqdan sonra erməni əsgərlərinin meyitləri üç saat ərzində, Azərbaycan əsgərlərinin isə öz meyitlərini üç gün ərzində yığmaları barədə fikirlərini Ermənistanın Yerevan şəhərində fəaliyyət göstərən x1 kafedrasında işləyən, özü rus millətindən, arvadı isə erməni millətindən olan Anton Yevstratov adlı şəxsin “Talışıstan Milli Televiziyası”nda səsləndirdiyi fikirlərə istinad edərək bildirmişdir. Azərbaycan dövlətini öz talış xalqının və şəxsən özünün düşməni olduğunu deyərək, bu fikirləri səsləndirməkdə məqsədi Azərbaycan ictimaiyyəti arasında Azərbaycan dövlətinə qarşı mənfi fikir formalaşdırmaq olmuşdur. 2013-cü ilin mart ayında “Talışıstanın səsi” radio kanalı Amerikada yaşayan erməni əsilli iş adamının maliyyə yardımı ilə fəaliyyətə başlamış, ofisi Yerevan şəhərində yerləşmiş, radio isə Şuşa şəhərindəki ötürücü qurğu vasitəsilə yayımlanmış, radionun proyektinin rəhbəri Qarnik Asatryan olmuşdur. Radio yaradılan ərəfədə Qarnik Asatryan ona dəfələrlə Yerevan şəhərinə gəlib həmin radionun fəaliyyətində iştirak etməsini təklif etmiş, lakin pasportunun vaxtı 2012-ci ildə qurtardığı üçün Yerevana sənədinin vaxtının bitməsi səbəbilə gələ bilməyəcəyini demişdir. Bundan sonra Qarnik Asatryan ondan dəfələrlə həmin radionun fəaliyyətində iştirak etmək üçün üç nəfər Azərbaycanda yaşayan talış göndərməsini xahiş etmiş, o isə bu təklifdən imtina etmişdir. “Talışıstanın səsi” radiosu efirə çıxandan sonra ilk verilişin yayımlanacağı tarix barədə internetdə xəbər saytlarında məlumat verilmiş və onu tanıyan Rusiyadakı talış tanışları ona bu barədə məlumat verdikləri üçün ilk verilişə qulaq asmışdır. O, ilk verilişə qulaq asan zaman gənc oğlanın verilişi İran talışlarının ləhcəsində apardığını eşitmiş, həmin gün və ya bir gün sonra o, Qarnik Asatryanla “Skype” videogörüntülü proqram vasitəsilə əlaqə saxlamış və həmin gənc barədə maraqlanmışdır. Qarnik Asatryan öz xahişi ilə həmin gənc oğlanın öz həyat yoldaşı və digər iranlı gənc oğlanla birlikdə İrandan Yerevana radionun verilişlərini aparmaq üçün İranın Gilan vilayətində olan talış tanışı, varlı iş adamı tərəfindən göndərildiklərini demişdir. Sonra o, Qarnik Asatryana radioda veriliş aparan iranlı oğlanla onu “Skype”da əlaqələndirməsini, sonuncunun necə adam olduğunu görmək üçün söhbət etmək istədiyini demişdir. Bundan sonra radioda veriliş aparan gənc oğlan ona “Skype”la audiozəng edərək danışmağa başlamışdır. O, zəng edənin üzünü görə bilmək üçün videogörüntülü zəng etməsinə təkid etmiş, əks təqdirdə danışmağın mənası olmadığını bildirmişdir. Bundan sonra həmin gənc videogörüntülü zəng etmiş, özünün İran hökumətinə aidiyyətinin olmamasını göstərmək üçün guya Ermənistana İrandan qaçaq yolla gəldiyini, İran hökumətinə müxalif olduğunu, xaricdə yaşayan müxalif İran təşkilatları ilə yaxşı əlaqəsinin olduğunu, onlarla, hətta İranın keçmiş şahının Amerikada yaşayan oğlu ilə əlaqələndirə biləcəyini demişdir. O, həmin gəncin danışıq tərzindən sonuncunun İranın xüsusi xidmət orqanlarının yaxşı hazırlıq görmüş kadrı olduğunu başa düşmüş, bu səbəbdən ixtisasını soruşmuşdur. Həmin gənc arxeoloq olduğunu dedikdə, o, “nə arxeoloq, sən hazır kadrsan, səndən arxeoloq iyi gəlmir” demiş, həmin gənc bərkdən gülmüş və ondan radiodakı verilişlərin mətnlərinin yazılmasında köməklik göstərməsini xahiş etmişdir. O isə mətbəxdə çömçənin bir adamın əlində olmalı olduğunu deyərək ancaq müsahibə verməklə kömək edə biləcəyini demiş, həmin gənc özünü ona Səməd kimi təqdim etmiş, lakin sonradan x11 həmin gəncin adının başqa olduğunu, sadəcə özünü Səməd kimi təqdim etdiyini öyrənmişdir. Bu danışıqdan sonra o, Qarnik Asatryana həmin gəncin İran hökumətinin adamı olduğunu, buna görə başının ağrıyacağını, ehtiyatlı olmasını demişdir. Qarnik Asatryanın, eləcə də özünü Səməd kimi təqdim edən gəncin sözlərindən sonuncunun Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasında keçirilən elmi tədbirlərdə iştirak etdiyini öyrənmişdir. Həmin tədbirlərə İranın Ermənistandakı səfirliyinin nümayəndələri tez-tez getmiş, tədbirlərdə onun fars dilində sərbəst danışdığını görüb İran səfiri kimliyi ilə maraqlanmış, o isə Lerik rayonundan olan şimal talışı olduğunu deyərək sərhəddə iranlılarla tez-tez ünsiyyətdə olduğundan onların ləhcəsini götürdüyünü demişdir. Ondan da İranlılarla ünsiyyətdə olacağı halda həmin gəncin Lerik rayonundan olmasını təsdiq etməsini xahiş etmişdir. Həmin gəncin həyat yoldaşının radioda nə iş gördüyünü bilməmiş, digər gəncin isə musiqi disklərini radioda səsləndirdiyini öyrənmişdir. Qarnik Asatryan musiqi disklərini səsləndirən gəncin onları göndərən İrandakı varlı iş adamının, ya da onun tanışının qardaşı olduğunu, həmin gəncin ümumiyyətlə söhbət etmədiyini və qaradinməz olduğu demişdir. “Talışıstanın səsi” radiosunun yaradılmasında məqsəd Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı zərərinə olaraq Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaq, talış hərəkatına dair, talışların azadlıq haqqının tanınmalı olmasına dair həmin radioda talışlar üçün verilişlər hazırlamaqla Azərbaycan Respublikasının ərazisində “müstəqil Talışıstan Respublikasının” yaradılması məqsədilə onlarda azadlıq haqqını təlqin etməklə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn siyasət yeritmək olmuşdur. O, bir neçə dəfə həmin radioya “Skype” proqramı ilə talış mövzusunda audiomüsahibələr vermiş, özünün bütün son 25 illik fəaliyyətinin hamısının talış hərəkatına həsr olunduğunu bildirmişdir. O, “min bıçaq yarası” prinsipi barədə danışaraq “Sən üzbəüz gəlirsən bir əjdaha ilə, sənin imkanın yoxdur ki, o əjdahanı öldürəsən, kəsəsən, asasan. Neyləməlisən bəs?! Amma sənə lazımdır ki, ona qalib gələsən. Sən onda əlinə bıçaq götürürsən, qaçırsan ordan-burdan əjdahanın qırağında, arada bir bıçaq yarası vurursan ona. Əjdaha baxıb görəcək bir şey deyil ki, orda qan axır. Bir, iki, üç, min misal üçün ona yara vursan, qan o qədər axır ki, çökür yerə. Ona görə də məqsəd odur ki, harada imkan varsa həmin yerdəcə o bıçaq yarasını vurursan orda” ifadələrini deyərək çəkdiyi misalda əjdaha timsalında Azərbaycan dövlətini göstərmişdir. Həmin radio yaradılmamışdan bir il yarım əvvəl, Moskva şəhərinin mərkəzində Kremlin qarşısındakı Tarix muzeyi ilə üzbəüz yerin altındakı kafedə o, x24, Ermənistanın Prezident Administrasiyasının İnformasiya və Analitik şöbənin müdiri işləmiş Qrant Şahnazaryanla təklikdə görüşmüşdür. Sonuncu ilə həmin görüş zamanı Moskva şəhərinə İqor Muradyanla gəldiyini, sonuncunun Akademiyanın Şərqşünaslıq institutunda konfransda iştirak etdiyini, orada çıxış edəcəyini, bu səbəbdən görüşə tək gəldiyini demişdir. Qrant Şahnazaryan radio açmaq istədiklərini, onu Yerevana dəvət edərək bu işdə köməklik etməsini bildirmiş, o, bundan imtina etmişdir. İqor Muradyanla o, 2005-ci ildə Ermənistanda olarkən “Nora Bank” analitik mərkəzində tanış olmuş, özündən razı yekəxana adam olduğu üçün hər hansı münasibəti olmamışdır. İqor Muradyan Ermənistanda Qarabağ hərəkatının ideoloqlarından biri, vaxtilə Bakıda yaşayan ermənilərdən olmuş, Azərbaycan dilində sərbəst danışmış və 2018-ci ildə vəfat etmişdir. 2014-cü ilin iyun ayında Qarnik Asatryan ona “Skype”la zəng edərək Masallı rayonunun Mahmudavar kəndindən olan, 2002-ci ildən Sankt-Peterburq şəhərində həmyerlilərinin yanında görüb tanış olduğu x30 Yerevan şəhərinə tanışlıq məqsədilə dəvət etdiyini və Yerevanda yanında olduğunu demişdir. x86 Məhərrəmovu təxminən 2013-cü ildə fəaliyyət göstərən “Zabil TV” internet televiziya kanalında işlədiyi dövrdən tanıdığını bildirmişdir. Qarnik Asatryan “Skype” zəngi zamanı ona Zabil Məhərrəmovun qəribə adam olduğunu, Rusiya Federasiyasının qanunvericiliyinin milli zəmində siyasi təşkilat, partiya yaratmağı qadağan etdiyi halda Rusiya Federasiyasında talışların siyasi təşkilatını, siyasi partiyasını yarada bilib-bilməyəcəyi ilə bağlı suallara sonuncunun müsbət cavab verdiyini bildirmişdir. Sonra Rusiyadakı həmyerlilərindən Zabil Məhərrəmovun 2014-cü ildə Yerevanı tərk etdikdən sonra Azərbaycana birdəfəlik köçdüyünü eşitmiş, 2014-cü ilin payız ayında Zabil Məhərrəmov ona zəng etmiş, sonuncuya Reutov şəhərində kirayədə yaşadığı evin ünvanını bildirərək danlamaq üçün evinə dəvət etmişdir. Zabil Məhərrəmov gəldikdən sonra onu internetdə tənqid etdiyi üçün danlayaraq bir daha evinə gəlməməsini bildirmiş, Zabil Məhərrəmov üzr istəyərək çıxıb getmişdir. Növbəti gün Zabil Məhərrəmov yenidən onun Reutov şəhərində kirayədə yaşadığı evə gəlmiş, x45 “Talışıstan Milli Televiziyası” internet televiziya kanalı açmaq istədiyini dedikdə, o, bu barədə məlumatlı olduğunu, lakin onluq olmadığını demişdir. Zabil Məhərrəmov həmin kanala veriliş aparmağa dəvət ediləcəyi təqdirdə gedəcəyini demiş, o isə bunun Zabil Məhərrəmovun öz işi olduğunu deyərək bu barədə ona məlumat verməsinə lüzum görməmişdir. Bundan bir gün sonra Qarnik Asatryan ona zəng edərək x18 yanına gəldiyini demiş və sonuncular bir müddət hazırlıq işləri görmüşlər. İnternet televiziyasının yaranma ərəfəsində Qarnik Asatryan ona “Skype”la zəng edərək internet televiziyası üçün videoçəkilişin aparılması məqsədilə arxa fon materialı - yaşıl rəngli parça lazım olduğunu deyərək onu tapmasını xahiş etmişdir. O, tanıdığı televiziya kanallarında işləyən rus jurnalistlərə zəng edərək həmin arxa fon parçasının nə olması ilə maraqlanmış, ona həmin arxa fon parçasını əldə edə biləcəyi şəxsin telefon nömrəsi bildirilmişdir. Həmin şəxs özü internet televiziya kanalının yaradılması mütəxəssisi olmuş, videoçəkiliş üçün arxa fon parçasının özündə olmadığını deyərək başqa bir şəxsin telefon nömrəsini ona bildirmiş, o da həmin şəxslə əlaqə saxlamışdır. Sonuncu şəxs videoçəkiliş üçün arxa fon parçasının 5x12 metr və 3x7 metr ölçülərdə olduğunu və qiymətlərinin fərqli olduğunu demiş, o, “Skype”la Qarnik Asatryanla əlaqə saxlayaraq həmin şəxsin telefon nömrəsini bildirmiş və Qarnik Asatryan özü həmin şəxslə əlaqə saxlayaraq lazım olan ölçüdə arxa fon parçasını almışdır. Növbəti dəfə Qarnik Asatryanla “Skype”la əlaqə saxlayan zaman sonuncu ona dərin minnətdarlığını bildirərək həmin arxa fon parçasını internet televiziya kanalı üçün tapmaqla onun böyük iş gördüyünü bildirmişdir. 2014-cü ilin noyabr ayının sonlarında “Talışıstanın səsi” radiosunun effekti, səmərəsi çox güclü olmadığından Amerikada yaşayan həmin erməni əsilli iş adamının maliyyə yardımı ilə “Talışıstan Milli Televiziyası” internet televiziya kanalı fəaliyyətə başlamış, həmin internet televiziya kanalının da proyektinin rəhbəri Qarnik Asatryan olmuşdur. Kanal yeni yaradılanda ondan kanalda veriliş aparmaq üçün Azərbaycan talışı tapmasını istəmiş, o isə özünün yaratmadığı işə qol qoya bilməyəcəyini demişdir. Həmin ərəfədə həm Qarnik Asatryan, həm də Zabil Məhərrəmov ona mütəmadi “Skype”la zəng edib məsləhətləşmiş, sonuncu “Talışıstan Milli Televiziyası”nda fəaliyyətə başladıqda Qarnik Asatryan 500 ABŞ dolları maaş vermiş, sonradan Zabil Məhərrəmov ona hər dəfə zəng edib maaş azlığından şikayət etdiyindən o, Qarnik Asatryana zəng edib Zabil Məhərrəmovun maaşının artırılmasını xahiş etmiş, bundan sonra Zabil Məhərrəmovun maaşını 1000 ABŞ dollarına qaldırmışlar. İnternet televiziya kanalı işə başladıqda iki-üç dəfə rus dilində internet televiziya kanalında oxunan mətnlərin titrlərini, yəni verilişin aşağı hissəsində gedən sətirdəki yazıların talış dilinə tərcümə edilməsində Zabil Məhərrəmovun xahişi ilə köməklik etmişdir. Bir müddət Qarnik Asatryanın xahişi ilə cənubi Qafqaz regionunun geosiyasi prosesləri ilə bağlı analitik videoçıxışlar etmiş, “yandex” proqramında “disk” bölməsinə videoçıxışlarını yüklədikdən sonra həmin proqramın verdiyi internet linklərini Zabil Məhərrəmovun “Skype” proqramına göndərmişdir. Əvvəllər həmin videoçıxışlarını “Skype” proqramı vasitəsilə etmiş və Zabil Məhərrəmov xüsusi proqramla Yerevanda həmin videoçıxışları yaddaşda saxlamışdır. Sonradan özü videoçəkiliş üçün kiçik bir kamera alaraq kompüterin ekranının üst tərəfinə quraşdırıb çıxışlarını özü videoya yazıb Zabil Məhərrəmova göndərmiş, “Talışıstan Milli Televiziyası”na göndərdiyi videoçıxışlara görə hər hansı məbləğdə qonorar almamışdır. Ermənistanda yaradılaraq fəaliyyət göstərən “Talışıstan Milli Televiziyası”nda gedən verilişlər üçün hazırlanmış Qarnik Asatryan tərəfindən ona rus dilində verilmiş bəzi mətnlərin talış dilinə özü tərəfindən tərcümə edilməsində, həmin internet televiziya kanalına videoçıxışlarının özü tərəfindən çəkilərək göndərilməsində məqsədi Azərbaycan dövlətini özünün və xalqının düşməni hesab etdiyi üçün Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda Ermənistan dövlətinə köməklik etmək və qarşılığında onların Azərbaycandakı talış hərəkatına dəstəklərini qazanmaq olmuşdur. Kütləvi informasiya vasitələrində yazdığı bir çox məqalələrində, eləcə də videogörüntülü çıxışlarında Dağlıq Qarabağın orada yaşayan ermənilərin torpağı olmasını və ermənilərə məxsus olmasını, eyni zamanda Dağlıq Qarabağ ərazisində ermənilərin müstəqil dövlət qurmaq haqlarını tanıdığını bildirmiş, eləcə də Dağlıq Qarabağ ərazisinin Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı zərərinə olaraq ermənilərə məxsusluğunu qeyd etmək üçün kütləvi informasiya vasitələrində həmin ərazini ermənilər kimi “Arsax” adlandırmışdır. Bunu kütləvi informasiya vasitələrində yaymasının səbəbi Dağlıq Qarabağın ermənilərin ərazisi olmasını bildirməklə gələcəkdə dünyada yaşayan bütün ermənilərin də talış hərəkatına dəstəyini qazanmaq olmuşdur. Bundan başqa o, internet televiziya kanalında yayımlanan əksər türk verilişlərində onun məqalələrindən istifadə olunduğunu, mətnlərdəki cümlələrə axarlılıq verdiyini, talış milli hərəkatının adından hazırlanmış bütün mətnləri özünün yazdığını bildirmişdir. Zabil x12 dostu olduğunu deyib sonuncu ilə pul verməsi üçün danışmasını demiş, o, x56 Asatryanın öz aralarında danışdıqlarını, sonuncunun ona pul vermək istədiyini deməyə qorxduğunu başa düşmüşdür. Həmin danışıq zamanı Zabil Məhərrəmovun yanında olan x57 yaşayan əslən erməni iş adamının onsuz da “Talışıstan Milli Televiziyası” internet televiziya kanalının maliyyələşdirilməsinə pul ayırdığını, ayda ona heç olmasa 500 ABŞ dolları pul verməsini təklif etmişdir. O, Qarnik Asatryana həmin 500 dolları, üstündə də istəsə 1000 dollar və ya 3000 dolları Zabil Məhərrəmova verməsini, amma onunla işinin olmamasını, onu zibilə sala biləcəyini, bir də belə sözlə müraciət etməməsini demiş, az müddət sonra x76 Asatryan üçün baş ağrısı olmuş, teleulduz olub artıq heç nəyi bəyənməmişdir. Zabil Məhərrəmova orada 1 otaqlı mənzil, yeməyini bişirən, paltarını yuyan dul qadın verilmiş, sonuncu həmin qadınla yaşamış, maaşdan əlavə 100-200-300 ABŞ dolları pul verilmişdir. Bundan təxminən bir ay sonra Qarnik Asatryan onunla əlaqə saxlayaraq Zabil Məhərrəmovun pul üçün hay-küy qaldırdığını demiş, o, bunun səbəbi ilə maraqlandıqda Qarnik x6 Sankt-Peterburqda əmisinin yanında olduğunu, sənədlərini registrasiya edə bilmədiyini, Zabil Məhərrəmovun deməsinə görə oğlunun sənədlərini qaydasına salması üçün 2000 ABŞ dolları pul lazım olduğunu demişdir. O da Qarnik Asatryana sonuncunun özünün Zabil Məhərrəmovu təriflədiyini demiş, bundan sonra x86 Məhərrəmova 2000 ABŞ dolları pul vermiş, hər ay, ay yarımdan bir Zabil Məhərrəmov belə bəhanələrlə Qarnik Asatryandan az-az pul almışdır. 2016-cı ilin aprel ayında cəbhə bölgəsində gedən döyüşlər zamanı Zabil Məhərrəmovun videoçıxışlarına baxış sayı artaraq 67000-ə çatdıqdan sonra sonuncu öz videoçıxışının baxılma sayına görə özündən çox razı olmuşdur. 2016-cı ilin yayın sonunda Zabil Məhərrəmov ona “Skype” internet proqramı ilə zəng edib Qarnik Asatryanın çox əsəbiləşdirdiyini, qisas alacağını, amma onun bu işə qarışmamasını demişdir. O, razılaşaraq heç vaxt Zabil Məhərrəmovdan xəbərsiz nəsə etmədiyini sonuncunun diqqətinə çatdırıb nə edibsə onun gününün xoş keçməsi üçün, qazanması üçün etdiyini bildirmişdir. Zabil x9 kömək istəyəcəyi təqdirdə qarışmamasını istəmiş, o da arxayın olmasını, qarışmayacağına söz vermişdir. Zabil Məhərrəmovdan bunun səbəbini soruşduqda sonuncu “Talışıstan Milli Televiziyası” internet televiziya kanalının öz əlində olmalı olduğunu demişdir. O, Zabil Məhərrəmovdan “sən tək talış düşmüsən ora, yəni Yerevana, sənə imkan verəcəklərmi ki, sən orada erməni professoru sıxışdırıb özün onun yerində at oynadasan?” deyə soruşmuşdur. Zabil Məhərrəmov isə “Talışıstan Milli Televiziyası” internet telekanalını ələ keçirməkdə israrlı olduğunu bildirmişdir. Bu zaman o, Zabil Məhərrəmovdan arxasında kiminsə dayanıb-dayanmadığını və bu sözləri demək üçün həmin şəxsin güc verdiyini soruşmuş, bunun mümkün olmadığını demişdir. Zabil Məhərrəmov bu adamların güclü olduğunu və məsələnin onun bildiyi kimi olmadığını demişdir. O, internet telekanalı üçün pulu Qarnik Asatryana onu yaradan Amerikada yaşayan erməni iş adamının verdiyini Zabil Məhərrəmovun nəzərinə çatdıraraq, ayrılan pulu yalnız həmin şəxsin Qarnik Asatryana yox, Zabil Məhərrəmova verə biləcəyini, sonuncuya yalan vədlər verildiyini bildirmişdir. Zabil Məhərrəmov nə etmək lazım olduğunu özünün bildiyini demiş, o isə belə olduğu təqdirdə bundan başqa məsləhət verə bilməyəcəyini demişdir. Bundan bir-iki ay sonra Zabil Məhərrəmov orada müalicə almasına baxmayaraq Qarnik Asatryanla aralarında internet telekanalına rəhbərlik uğrunda mübahisələrin davam etdiyini bildirmiş, o, yenidən Zabil Məhərrəmovdan arxasında duran şəxslərlə maraqlanmış və sonuncu Qarnik Asatryanın yerinə İranşünaslıq kafedrasına müdir təyin edilmiş, özünün 2005-ci ildən Ermənistana etdiyi səfər zamanı tanıdığı elmlər namizədi, dosent Vardan Voskanyan olduğunu demişdir. Yerevandan qayıdandan sonra Vardan Voskanyanla onun əyani görüşü olmamış, sonuncu ilə internetdə müxtəlif forumlarda talış mövzusunda müzakirələrdə birlikdə iştirak etdiyini bildirmişdir. Həmçinin bəzən Qarnik Asatryanla “Skype” internet proqramı ilə görüntülü əlaqə saxladıqda Vardan Voskanyan da sonuncunun yanında olmuş və salamlaşıb hal-əhval tutmuşlar. Vardan Voskanyan da ilk öncə Zabil Məhərrəmovu ələ alaraq sonuncunun vasitəsilə internet telekanalını ələ keçirmək, telekanala ayrılan pullara sərəncam vermək istəmişdir. x58 Asatryanın bu haqqhesabdan sonra aralarındakı münasibət soyumuşdur. O, Zabil x13 zəng etməsini deməsini bildirmiş, Zabil Məhərrəmov “Skype”la Vardan Voskanyana zəng edib onunla bir nəfərin danışmaq istədiyini demiş, Vardan həmin gecə təyyarə ilə Kazan şəhərinə konfransda iştirak etmək üçün uçduğunu deyib həftənin 1-ci günü qayıdacağını, gələndən sonra danışacağını demişdir. Bu zaman Zabil Məhərrəmov onun danışmaq istədiyini demiş və 10 dəqiqə keçməmiş x80 Məhərrəmovun evinə gələrək “Skype” internet videogörüntülü danışıq proqramı ilə əlaqə saxlayıb salamlaşmışlar. O, Vardan Voskanyandan məqsədinin televiziyanı ələ keçirib Zabil Məhərrəmovla işləmək olubolmadığını soruşmuş, sonuncu müsbət cavab vermişdir. O, Qarnik Asatryanın öz dostu olmasına baxmayaraq işin başqa məsələ olduğunu, telekanala rəhbərliyi kimin edəcəyinin onun üçün fərq etmədiyini deyərək Zabil Məhərrəmova ayda 3000 ABŞ dolları maaş verməsi şərtini qoymuşdur. Vardan Voskanyan 1-ci gün Kazan şəhərindən qayıtdıqdan sonra həftənin 5-ci günü ona cavab verəcəyini demiş, bundan sonra ondan cavab gəlməmişdir. 2016-cı ilin sonunda Zabil Məhərrəmov iş yerinə gələndə qapının bağlı olduğunu görmüş, içəri buraxılmadığı bildirilərək 3 gün içində Yerevanı tərk etməsi tələb edilmişdir. x86 Məhərrəmovun pis gündə olduğunu əsas gətirərək ona rus dilində bir mətn göndərib talış dilinə tərcümə etməsini xahiş etmiş, o da Qarnik Asatryanın rus dilində göndərdiyi səhifə yarımlıq mətni talış dilinə tərcümə edib geri göndərmiş, səhəri günü veriliş yayımlanmışdır. x64 zəng edib hönkür-hönkür ağlayaraq Qarnik Asatryanın göndərdiyi mətni tərcümə etməsinin səbəbini soruşub irad tutmuşdur. O, həmin mətni Qarnik Asatryanın xahişi ilə tərcümə etdiyini bildirmiş, Zabil Məhərrəmov isə onları dalana dirəmək istədiyini demişdir. Sonuncu bu tərcüməyə görə onunla mübahisəsinin böyüdüyünü görərək “Skype” danışığını dayandırmışdır. Bundan sonra İsmayıl Şabanov ona zəng edərək x59 şəhərinə qayıtdığını, sonuncunun qarşılanmasını xahiş etdiyini demişdir. x81 Məhərrəmovu evinə gətirməməsini tapşırmış, xeyli keçdikdən sonra qapının zənginin çalındığını eşitmişdir. Gözlükdən baxdıqda qapının ağzında Zabil Məhərrəmovun tək dayandığını görüb həmyerlisi olduğu üçün ağlamış və qapını açmışdır. Zabil Məhərrəmov içəri keçdikdən sonra sonuncunu İsmayıl x25rşıladıqlarını, hara aparmalarını soruşduqları zaman Zabil Məhərrəmovun “dayımın yanına”, yəni öz yanına aparmalarını istədiyini, Zabil Məhərrəmovu ötürüb çıxıb getdiklərini bildirmişdir. O, Zabil Məhərrəmovu Ermənistanın ortasında oturub ermənilərlə dava etdiyi üçün tənbeh etmiş və Zabil Məhərrəmov üzrxahlıq etməyə başlamışdır. Sonra o, İsmayıl Şabanova zəng edərək evinə gəlməsini bildirmiş, sonuncu gəldikdən sonra Zabil Məhərrəmovu onun evinə gətirdiyi üçün danlamışdır. x88 Məhərrəmovun bir neçə gün onun evində qalmasını xahiş etmiş, sonra yerbəyer edəcəyini demiş, o da razılaşmışdır. Zabil Məhərrəmova bütün hərəkətlərində onunla məsləhətləşməsi barədə hamının yanında danışmasına görə tənbeh etmiş, ona sonuncunun fəaliyyətinin Ermənistanda davam etdirə bilməməsinin günahkarının Zabil Məhərrəmovun özünün olması barədə kağıza mətn yazdıraraq həmin mətni talyspress.org saytında yayımlamışdır. Zabil Məhərrəmov bundan sonra onun yanında 10 gün qalmış, onun evində qaldığı müddət ərzində o, Zabil Məhərrəmovun yeməyini bişirmiş, paltarını yumuş, çimizdirmişdir ki, sonuncu “qulluğumda durmadı” deməsin. x47 “Facebook” sosial şəbəkəsində “Təqsirləndirilən şəxs mənim evimi yıxdı” yazdığını görmüşdür. İsmayıl Şabanov həmin vaxt hər gün Zabil Məhərrəmovun yanına gəlmiş, o, x81 Məhərrəmovu evindən aparmasını bildirmiş, sonuncu yenə yalvarmağa başlamış, o, süfrəsinin qırağında oturub “Facebook”da evinin onu yıxmasını yazmasına irad tutmuşdur. İsmayıl Şabanov həmin gecəni də Zabil Məhərrəmovun onun evində qalmasını xahiş edib, səhər gəlib sonuncunu götürəcəyini bildirmiş, o da razılaşmış və səhəri günü İsmayıl Şabanov gəlib Zabil Məhərrəmovu onun evindən aparmışdır. Həmin gündən sonra Zabil Məhərrəmov sosial şəbəkələrdə ancaq onu günahkar çıxarmış və həmin internet kanalındakı fəaliyyətinə görə çatmalı pulu Qarnik Asatryandan onun aldığını iddia edərək bu səbəbdən orada az maaş verildiyini bildirmişdir. 2016-cı ilin axırlarında Zabil Məhərrəmov televiziyanı tərk etdikdən sonra, o, dəfələrlə Qarnik Asatryanın xahişi ilə rus dilində ona göndərdiyi mətnləri talış dilinə tərcümə edib sonuncuya göndərmiş, verilişlərin mövzusu ilə bağlı məsləhətlər vermiş, müzakirələr aparmışdır. 2016-cı ilin yayın sonunda x77 Məhərrəmovun mübahisələri vaxtı sonuncu ona zəng edərək talışların Yerevanda böyük mətbuat konfransı keçirmək istədiklərini deyib onun da orada bəyanatla çıxış etməli olduğunu bildirmişdir. O, Rusiya Federasiyasında yaşamaq hüququ verən sənədlə heç bir ölkəyə gedə bilmədiyini demiş, onun bu sözü Ermənistana gəlmək istəməməsi kimi qəbul edildiyi üçün o, həmin ölkədə yaşamaq hüququ verən sənədlə 92 ABŞ dollarına Moskva-Yerevan birbaşa uçuş aviabileti almış, Vnukovo hava limanına gəlmiş, lakin sərhəd-buraxılış məntəqəsində 3 buraxılış postunu keçdikdən sonra sonuncuda saxlanılaraq həmin sənədlə ölkəni tərk etməyə icazə verilməmişdir. O, evə gələn kimi “Skype” videogörüntülü internet proqramı ilə Qarnik Asatryanla əlaqə saxlayaraq ona inanmadığı üçün danlamış və az qala dövlət sərhədini qanunsuz keçməyə cəhdə görə cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirmişdir. “Talışıstan Milli Televiziyası”nın “türk verilişləri” redaksiyasının aparıcılarından biri olan İlhamə Cəfərzadə adlı şəxsin əslində erməni aktrisası Marietta Vartanyan olduğunu, sonuncunun hicab geyinərək gözünə eynək taxıb veriliş apardığını bildirmişdir. “Talışıstan Milli Televiziyası”nda heç vaxt talışların işləmədiyini, yeganə orada işləyən talışın Zabil Məhərrəmov olduğunu bildirmişdir. Qarnik Asatryan veriliş aparmaq üçün əvvəl talış tapa bilmədiyini, sonra isə türk tapa bilmədiyini demiş, türk dilində, Azərbaycan dilində bilən çoxsaylı erməninin olmasına baxmayaraq onların erməni aksenti ilə danışdıqlarını, informasiya müharibəsində aksentin bilinməli olmadığını demişdir. O, x53 ərləri erməni olan xeyli azərbaycanlı qadının olduğunu, onlardan bir nəfəri tapmasını demiş, Qarnik Asatryan bir nəfərin olduğunu, amma çox eybəcər olması səbəbindən televiziyanın efirinə çıxarılası kimi olmadığını bildirmişdir. O, Qarnik Asatryana həmin qadının gözünə eynək taxmasını, başına da hicab bağlamasını məsləhət verərək beləcə türkə oxşayacağını, efirdə də həmin qadının ancaq üzünün görsənəcəyini, eynəklə normal intelligent insana oxşayacağını bildirmişdir. Bundan az sonra Qarnik Asatryan ona “Skype” videogörüntülü internet proqramı ilə zəng edib onun dahi olduğunu, həmin qadını onun təklif etdiyi kimi geyindirdiyini və artıq efirə çıxara biləcəyini demişdir. 2017-ci ilin dekabr ayının 15-də Rusiya Federasiyasında “Prezident Otel”də Ermənistanla Rusiya arasındakı diplomatik əlaqələrin yaradılmasının 25 illiyi münasibətilə Rusiyada fəaliyyət göstərən Rusiya-Ermənistan birliyi tərəfindən keçirilmiş konfransa bir gün qalmış onun “facebook” səhifəsinə Cavax ermənilərinin formal, qeyri-rəsmi lideri Aqasi Arabyan tərəfindən həmin konfransda iştirak etmək üçün dəvət göndərilmiş, ona Ermənistanın Rusiyadakı səfirinin, deputatların iştirak edəcəyi bildirilmişdir. Səhərisi gün o, həmin konfransa gedərək orada Ermənistanın Rusiyadakı səfirinin, Ermənistanın “Daşnaksütun” partiyasından olan deputatların, Rusiyada yaşayan erməni iş adamlarının iştirak etdiyini görmüşdür. Erməni dostu Levon x26tı Azərbaycan əleyhinə olan voskanapat.info saytının yaradıcısı olmuş, Gəncə yaxınlığındakı Voskonopad kəndində anadan olmuş, bu səbəbdən saytı həmin kəndin adı ilə yaratmış, Özbəkistanın paytaxtı Daşkənddə yaşamış, Daşkənd Dövlət Universitetinin Filologiya fakültəsinin dekan müavini olmuş, rus dili üzrə filologiya elmləri namizədi olmuşdur. Qarabağ müharibəsi başlayanda Azərbaycana qarşı müharibədə iştirak etmək üçün arvadını və uşaqlarını götürüb Xankəndi şəhərinə gəlmiş, şəhərin kənarında dəmir qaraj taparaq ailəsi ilə orada yaşamış və vuruşmuş, sonra “Qarabağ parlamenti”nin deputatı olmuş, Yerevan şəhərinə köçərək orada həmin saytı yaratmışdır. Həmin saytda onun bir neçə müsahibəsi dərc edilmiş, həmin müsahibələri talış hərəkatı, talışların Azərbaycanda azadlıq uğrunda apardığı mübarizə, “Talışıstan milli televiziyası”nın talış milli hərəkatının Talışıstanın müstəqilliyi uğrunda mübarizəsində yeni mərhələ olması ilə bağlı olmuşdur. Həmin müsahibələrdə də o, Azərbaycan əleyhinə fikirlər bildirmiş və Qarabağ ermənilərinin “müstəqillik” əldə etməklə regionda yaşayan digər xalqların müstəqilliyi uğrunda böyük regional layihələr həyata keçirdiklərini və bunu təqdir etdiyini qeyd etmiş, eləcə də Zaqafqaziyada, o cümlədən Azərbaycan Respublikasında yaşayan yerli xalqların müstəqillik uğrunda mübarizəsində “Talışıstan milli televiziyası”nın əhəmiyyətini vurğulamışdır. Həmin müsahibələrində o, yerli xalqların müstəqillik uğrunda mübarizədə vahid cəbhədə birləşməli olduqlarını vurğulayaraq Qarabağ ermənilərinin artıq öz müstəqilliklərini əldə etdiklərini alqışladığını, Azərbaycandakı yerli xalqların mübarizə apararaq ermənilər kimi müstəqil dövlətlərini qurmalı olduqlarını bildirmişdir. Ermənilərin Qarabağda öz müstəqil dövlətlərini qurduqları kimi talışların da Azərbaycan Respublikasının ərazisində öz “Talışıstan” adlı müstəqil dövlətini qurmalarını və həmin dövlətin öz ərazisinin olmasını istəmişdir. Melik Şahnazaryanla əyani tanışlığı olmasa da qiyabi dostluğunun möhkəm olduğunu bildirmiş, sonuncu heç vaxt Rusiya Federasiyasına gəlməmiş, onunla yalnız “Skype” proqramı vasitəsilə əlaqə saxlamışdır. Melik Şahnazaryan 2015-ci ildə vəfat etmiş, o, voskanapat.info saytında sonuncunun qohumlarına, yaxınlarına başsağlığı vermiş, “Voskanapat” analitik mərkəzin rəhbəri və yaradıcısı olaraq x68 talış xalqının böyük dostu və “Arsax”ın böyük vətənpərvəri adlandırmışdır. Dağlıq Qarabağ ərazisinin Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı zərərinə olaraq ermənilərə məxsusluğunu bildirmək üçün kütləvi informasiya vasitələrində verdiyi müsahibələrdə, məqalələrində oranı həmişə ermənilərin özü kimi “Arsax” adlandırmışdır. Qarabağı kütləvi informasiya vasitələrində “Arsax” adlandırmasının, Dağlıq Qarabağın ermənilərin ərazisi olmasını bildirməsinin səbəbi Azərbaycan Respublikasının ərazisində “müstəqil Talışıstan” dövlətinin yaradılması ilə bağlı onun fəaliyyətində daim ermənilərin dəstəklərinə nail olmaq məqsədi olmuşdur. O, erməniləri talış xalqının dostu adlandıraraq dünyada yaşayan bütün ermənilərin talış hərəkatına dəstəyini qazanmaq istəmiş və uzun müddət bu istiqamətdə, yəni talış xalqının öz müstəqil dövlətini yaratması uğrunda apardığı fəaliyyəti ilə talış xalqının milli azadlıq hərəkatını Rusiya Federasiyasında bir çox yerli xalqlar, xüsusən də erməni dövləti və erməni diasporu tərəfindən təşkil edilən müxtəlif konfranslarda, yığıncaqlarda və “Skype” internet videogörüntülü proqramla canlı iştirak etdiyi konfranslarda qabartmışdır. 2018-ci ildə Yerevanda filologiya elmləri doktoru, professor, rus dili üzrə mütəxəssis olan, yazdığı analitik məqalələri qatı Azərbaycan əleyhinə olan voskanapat.info saytında yayımlayan Razdan Madoyanı tanımışdır. Sonuncunun məqalələrini oxumasına baxmayaraq özünü tanımamış, 2018-ci ildə Razdan Madoyan “Skype” səhifəsinə dostluq göndərmiş, göndərən profilin adının yarı erməni, yarı gürcü adı olduğunu görmüş və dostluğu qəbul etmişdir. Daha sonra “Skype” vasitəsilə əlaqə yaranmış, Razdan Madoyan ona məqalələrini oxuduğunu, onunla tanış olmaq istədiyini bildirmişdir. Razdan Madoyanla bir neçə dəfə “Skype” proqramı ilə əlaqə saxlayıb danışmış, hər hansı əyani görüşü olmamışdır. O, Razdan Madoyanla birgə 2018-ci ildə talış hərəkatı ilə bağlı məqalə yazmış, həmin məqalədə o, Azərbaycan dövlətini Ermənistanın və “Arsax”ın, o cümlədən talış xalqının və digər yerli xalqların düşməni olduğunu bildirmişdir. Məqsədi isə həmişəki kimi Dağlıq Qarabağ ərazisinin Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı zərərinə olaraq “Arsax” adlandırıb ermənilərə məxsusluğunu bildirmək və onların Azərbaycan Respublikasının ərazisində “müstəqil Talışıstan” dövlətinin yaradılmasında talış xalqına dəstəyini qazanmaq olmuşdur. O, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda Ermənistan mətbuatının onun Azərbaycandakı talış hərəkatı ilə bağlı Azərbaycan əleyhinə yazdığı məqalələrinin, verdiyi müsahibələrinin yayımlanmasına yaratdığı şəraitdən istifadə etmiş və bu şərait ona talış xalqının erməni xalqının dostu olması, Azərbaycanın işğal edilmiş Qarabağ ərazisindəki torpaqların ermənilərə məxsus olmasını bildirdiyi üçün, eləcə də Ermənistana Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda dəstək verdiyi üçün yaradılmışdır. Aleksandr Mikaelyan adlı ABŞ-da yaşayan şəxs onun məqalələrini oxuyub bəyəndiyi üçün bir-iki dəfə onun elektron poçt ünvanına məqalə yazıb göndərərək yayımlamamışdan öncə məsləhətləşmək istəmiş, məqaləsində Ermənistanın talış məsələsini beynəlxalq aləmdə qabartmalı olduğunu, onlara dəstək verməli olduğunu bildirmişdir. İnternetdə, kütləvi informasiya vasitələrində yayımlanmış məqalələrində, müsahibələrində o, Azərbaycanda talış hərəkatını qabardaraq məqsədinin Azərbaycan Respublikasının ərazisində “Müstəqil Talışıstan Respublikası”nın yaradılması ideyasını reallaşdırmaq olduğunu bildirmişdir. Erməni tanışı Vahan Babaxanyanın “Sankt-Peterburqun erməni cəmiyyəti” adlı rəsmi qeydiyyatdan keçmiş təşkilat təsis edərək gecə-gündüz ermənilərin təbliğatı ilə məşğul olduğunu, Moskva şəhərində rus-erməni diplomatik əlaqələrin 25 illiyinə həsr edilmiş “Prezident Otel”də 15 dekabr 2017-ci il tarixdə təşkil edilmiş konfransda yanında oturduğunu, tədbirdən sonra onu yaşadığı evə dəvət etdiyini və Azərbaycanda talış hərəkatı, Azərbaycandakı talışların azadlığı uğrunda apardığı mübarizə barədə söhbət etdiyini bildirmişdir. x48 2001-ci ildən tanıdığını və Moskva şəhərindəki ofisində görüşdüyünü, daima özü ilə qara dördkünc disketdə gəzdirdiyi məqalələrdən sonuncunun xahişi ilə “Noev Kovçeq” qəzeti üçün “Muğan Sovet Respublikasının elan olunmasının növbəti ildönümü” başlıqlı səhifə yarımlıq məqaləni verdiyini, Qriqori ilə erməni kinoteatrında erməni filminin təqdimatında görüşdüyünü, daha sonra sonuncunun göndərmiş olduğu müxbirə Azərbaycanda talış hərəkatı ilə bağlı müsahibə verdiyini göstərmişdir. Vaqram Gevorqyan adlı Moskva şəhərində yaşayan ermənini o, 2012-ci ildən tanıdığını, sonuncunun ona zəng edərək işlətdiyi internet saytında onun məqalələrini yayımladığını dediyini, özünün isə bunu təqdir etdiyini dediyini, həmin saytın incəsənət xadimi x20 Marks adlı tikinti ilə məşğul olan erməni oliqarxı tərəfindən maliyyələşdirildiyini, təxminən 2014-cü ildə ermənilərin kiçik kinoteatrında nümayiş olunmuş erməni tarixinə aid və Azərbaycan əleyhinə çəkilmiş 30 dəqiqəlik filmə baxdığını, Vaqram Gevorqyanla orada görüşüb qucaqlaşdığını, film qurtardıqdan sonra birlikdə restoranda əyləşdiklərini demişdir. 2018-ci ilin sentyabr ayının 4-də pasport qeydiyyatında olduğu mənzilin sahibi ona zəng edərək Andrey adlı polis əməkdaşının onu soruşduğunu bildirmişdir. Mənzilin sahibi onu nə üçün axtardıqlarını soruşmuş, polis onun dövlətlərarası axtarışda olduğunu və bu səbəbdən onunla söhbət etmək istədiklərini demişdir. O, həmin polisin telefon nömrəsini qeyd edib dərhal zəng etmiş, özünü təqdim edərək axtarıldığını Andreyə bildirmiş, sonuncu bunu təsdiq etmişdir. Andrey səhər saat 10-da Kotelniki Yaşayış massivindəki polis bölməsinə gəlməsini tapşırmışdır. 2018-ci ilin sentyabr ayının 05-də onun mobil telefonuna Andrey mesaj göndərərək növbəti gün bölməyə gəlməsini tapşırmış, sentyabr ayının 06-da saat 09:57 dəqiqədə o, polis bölməsinin qarşısına getmişdir. Polis bölməsində onunla bağlı hansısa sənədlər hazırlandığı üçün nahara qədər gözləmiş, nahardan sonra Andrey başqa bir polis əməkdaşı ilə birlikdə onu özünün idarə etdiyi “VAZ 2105” markalı albalı rəngli avtomobili ilə Lyubertsı şəhər prokurorluğuna aparmışdır. Orada prokuror köməkçisi Valeriy Viktoroviç onu qəbul etmiş, axşama kimi ondan 2 səhifəlik yazılı izahat almış, sonra sənədləri yığıb prokurorun yanına imza etdirmək üçün getmiş, bir qədər sonra qayıtmış və onun 48 saat saxlanılmalı olduğunu bildirmişdir. O, saxlanılmasının əsaslarını soruşmuş, beynəlxalq hüququn tələblərinə əsasən bunun icra edilməli olması ona bildirilmiş, sonra onu Lyubertsı şəhərindəki müvəqqəti saxlama yerinə gətirmişlər. 2018-ci ilin sentyabr ayının 7-də onu Lyubertsı şəhər məhkəməsinə aparılmış, məhkəmə onun həbsdə saxlanılması ilə bağlı qərar qəbul etmişdir. Oradan o, Lyubertsı şəhərindəki müvəqqəti saxlama yerinə gətirilmiş, o, əşyalarını götürmüş və Kolomna şəhərindəki 6 №-li islah təcridxanasına aparılmışdır. Moskva vilayəti üzrə Apelyasiya məhkəməsi qətimkan tədbiri ilə bağlı şikayətinə baxmış, Apelyasiya məhkəməsinə onun videobağlantı ilə qoşulması təmin edilmişdir. Lyubertsı şəhər məhkəməsinin qərarı qüvvədə saxlanılmış, həbsdə saxlanılma müddətinin tamam olmasına bir neçə gün qalmış Lyubertsı şəhər məhkəməsi yeni qərarla həbsdə saxlanılma müddətini 2019-cu ilin mart ayının 06-dək uzatmışdır. Həmin qərardan da Apelyasiya şikayəti vermiş və Apelyasiya məhkəməsi Lyubertsı şəhər məhkəməsinin qərarını qüvvədə saxlamışdır. 2018-ci ilin sentyabr ayının 6-da saxlanıldıqdan bir müddət sonra o, müvəqqəti sığınacaq verilməsi üçün Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş idarəsinə müraciət etmiş, Rusiya Federasiyasının ərazisində oturum hüququnun olması səbəbindən müraciətinə rədd cavabı verilmişdir. O, həmin rədd cavabından Lyubertsı şəhər məhkəməsinə şikayət etmiş, 2019-cu ilin fevral ayının 27-də o, Lyubertsı şəhər prokurorluğuna gətirilmiş, ona Rusiya Baş prokurorluğunun onu Azərbaycana verməkdən imtina etməsi və onu həbsdən azad etməsi barədə prokurorluğun qərarı elan edilmiş və oradan Lyubertsı şəhər məhkəməsinə aparılmışdır. Məhkəmədə ona x2vericiliyin tələblərini pozduğu və məhkəmənin onun işinə baxdığı bildirilmişdir. Pasport qeydiyyatının müddəti fevral ayının 26-da başa çatdığından məhkəmə onun 5000 rubl cərimələnməklə 5 sutka ərzində Rusiya Federasiyasının ərazisini nəzarət altında tərk etməli olması barədə qərar qəbul etmiş, sonra isə o, Moskva-Bakı aviareysi ilə Azərbaycana göndərilmişdir (cild 2, iş vərəqə 26- 29, 33-42, 44-51, 279-282, 294-304; cild 3, iş vərəqə 11-19, 65-71, 73-100, 132-136, 137- 143, 195-206; cild 4, iş vərəqə 12-24). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri ilə bağlı faktiki etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadəni də iş üzrə sübut növü kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid göstərdi ki, o, Rusiya Federasiyasının ayrı-ayrı şəhərlərində, müxtəlif yaşayış məntəqələrində toy şənliklərinin aparıcısı kimi fəaliyyət göstərdiyindən çoxsaylı tanışları vardır. Məclis adamı olaraq, həm də bir şair kimi onu çox adam tanıyır. İştirak etdiyi çoxsaylı məclislərdə saysız-hesabsız azərbaycanlılarla görüşmüşdür. Təqsirləndirilən şəxs, x23, x10, x31 Rusiyada əsasən bu səbəbdən tanımış və bu şəxslərlə də adətən tamadalıq etdiyi toy məclislərində, ad günlərində həmin tədbirə dəvət olunduqları təqdirdə görüşmüş, amma bu insanlarla yaxın şəxsi münasibəti olmamış, müntəzəm əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs həm də alim kimi tanımış, onun talış dilində yazdığı kitabları oxuyub öyrənmişdir. Həm də Təqsirləndirilən şəxs məclislərə qədər “Youtube” və “Facebook”dakı çıxışlarına görə tanımış, hətta Fəxrəddinin evində də qonaq kimi olmuşdur. Dəqiq xatırlayır ki Təqsirləndirilən şəxs və Zabil Məhərrəmovu 2013-cü ildən tanımışdır. Şair və tamada olduğundan toy məclislərində iştirak edən adamlar həmişə ona yaxınlaşıb salamlaşmış, ona yaxınlaşan adamı əqidəsinə görə özündən uzaqlaşdırmaq və xətrinə dəymək istəmədiyindən toyda ona yaxınlaşıb görüşən və fotoşəkil çəkdirən hər kəslə birlikdə fotoşəkillər çəkdirmişdir. Azərbaycana gəldikdən sonra o, Rusiya Federasiyasındakı tanışlarından Zabil Məhərrəmovun Ermənistana getdiyini eşitmiş, ora qayıtdıqdan sonra Zabil Məhərrəmovun “WhatsApp” sosial şəbəkəsindəki profil nömrəsini öyrənib zəng etmiş və sonuncunu Ermənistana getdiyinə görə tənbeh edərək toylarda aparıcılıq etdiyi üçün özü ilə fotoşəkil çəkdirənləri, o cümlədən Zabil Məhərrəmovla olan fotoşəklini “Facebook” sosial şəbəkəsindəki özünün “Rizvan Shixizade” profilində paylaşdığını, Zabil Məhərrəmovla fotoşəklinin olması və sonuncunun Ermənistana getməsi səbəbindən öz nüfuzuna ciddi zərbə vurulduğunu bildirmişdir. Onunla eyni şəhərdə yaşayan Zabil Məhərrəmov “Zabil TV” adlı televiziya kanalında aparıcılıq edən zaman Sankt-Pererburq bazarlarında işləyən həmyerlilərdən yığılan pullarla kifayət qədər yaxşı qazanc əldə etmişdir. Zabil Məhərrəmovun ermənilərlə müqavilə bağladığını və Ermənistanda fəaliyyət göstərən “Talışıstan Milli Televiziyası”nda veriliş aparmağına görə ona hər ay 5000 ABŞ dollarının veriləcəyinin vəd edildiyini eşitmiş, sonradan Zabil Məhərrəmov ermənilərin təklifini qəbul edərək həmin ölkəyə aparıcılıq etməyə getmişdir. Zabil “Talışıstan Milli Televiziyası” adlandırılan internet televiziya kanalında verilişlər aparmağa başlamışdır. Həmin vaxtdan etibarən, Yerevana gedib belə bir işlə məşğul olduğuna görə Zabillə münasibətləri korlanmışdır. Birmənalı olaraq əmindir ki, “Talışıstan Milli Televiziyası” adlandırılan internet televiziya kanalında yayımlanan verilişləri hazırlamaq üçün Zabil Məhərrəmovun savadı, qabiliyyəti yoxdur. Ancaq məişət səviyyəsində danışa bilən, onun düşüncəsinə görə səviyyəsi ««KAMAZ» sürücüsü ilə eyni olan» Zabilin belə işləri görmək qabiliyyəti ümumiyyətlə yoxdur. Həm bəyənənləri, həm də bəyənməyənləri olan Təqsirləndirilən şəxs gəldikdə isə bu şəxsi alim kimi qəbul edir. Zabillə Fəxrəddinin savadı arasında kəskin fərq vardır. Amma Təqsirləndirilən şəxs son dövrlərdəki çıxışlarını şəxsən o bəyənmədiyinə, qəbul etmədiyinə görə çəkilib kənarda durmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, işin materiallarında olan istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti V baş idarəsindən 13 iyul 2018-ci il tarixli 7-2055 №-li məktubla daxil olmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlarının, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərinin əks edildiyi 118, 120, 122, 123 və 124 saylı disklərə həmin tarixdə keçirilmiş baxış protokollarından görünür ki, baxışlar zamanı Təqsirləndirilən şəxs “Talışıstanın Milli Televiziyası” adlandırılan internet televiziya kanalında 01.07.2015, 15.07.2015, 24.06.2015-ci il tarixlərdə yayımlanmış videoçıxışlarının, həmin kanalda 07.03.2016-cı il tarixdə yayımlanmış Ermənistan Respublikasının Yerevan şəhərində 27 fevral 2016-cı il tarixdə keçirilən “Azərbaycan Respublikasının yerli xalqları” adlı elmi konfrans kimi təqdim edilən tədbirə internet üzərindən görüntülü qoşulub Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının ərazisinin üç hissəyə bölünməsinə və onlardan birində müstəqil «Talışıstan» dövlətinin yaradılmasına qəsdən çağırışlar etdiyi videoçıxışının və həmin kanalda 18.12.2017-ci il tarixdə yayımlanmış x27 şəhərində «Prezident Otel»in konfrans zalında 15.12.2017-ci il tarixdə Ermənistan Respublikasının rəsmi dövlət nümayəndələrinin, həmin ölkənin «Daşnaksütun» partiyasından olan deputatların iştirak etdiyi «Российско-армянское сотрудничество: Итоги, перспективы и основные вызовы» (Rusiya-Ermənistan əməkdaşlığı: nəticələr, perspektivlər və əsas çağırışlar) adlı konfrans kimi təqdim edilən tədbirdə Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasını bütün region üçün təhlükə adlandıraraq bu təhlükənin aradan qaldırılması üçün etnik talış olan Azərbaycan Respublikası vətəndaşları ilə ermənilərin birləşməsinə, Dağlıq Qarabağın müstəqilliyinə və etnik zəmində Azərbaycan dövlətinin parçalanaraq dağıdılmasına qəsdən çağırışlar etdiyi videoçıxışının əks olunduğu müəyyən edilmişdir (cild 1, iş vərəqə 55-56, 61-62, 65-66, 69-70, 71-72, 73-74, 75-111, 123-131, 132-143). Məhkəmə-linqvistik ekspertizasının 15 oktyabr 2018-ci il tarixli 20180 saylı rəyindən görünür ki, “Talışıstan Milli Televiziyası” adlandırılan internet televiziya kanalında Təqsirləndirilən şəxs 01.07.2015-ci il tarixdə yayımlanmış çıxışının məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin edilməsi əlamətləri aşkar edilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar: “Mən demişəm ki, biz ayrılıb müstəqil dövlət olacağıq. Ondan sonra Azərbaycanın, indiki Azərbaycan dövlətinin qalan hissəsində nələr olacaq o haqda danışmışam və bütün proqnozlar göstərir ki, orada heç də yaxşı proseslər getməyəcək, yaxşı hadisələr baş verməyəcək.” - Milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər: “On illər ərzində bizim xalqımızın nəyi varsa hamısı onun əlindən alınıbdır, o cümlədən onun adı da əlindən alınıb və onun vətənin adı əlindən alınıb, onun dilinə qadağa qoyulubdur. Bizim xalq çox gözəl bilir ki, belə milli əsarət şəraitində yaşamaq nə deməkdir.” - “Talışıstan Milli Televiziyası” adlandırılan internet televiziya kanalında Təqsirləndirilən şəxs 15.07.2015-ci il tarixdə yayımlanmış çıxışının məzmununda milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin edilməsi əlamətləri aşkar edilir: “Yenə də nə talışlardan, nə ləzgilərdən, nə başqasından, heç sizin özünüzdən də soruşmadılar, bir dəstə adam yığışdı – 50 nəfər Ali Sovetin binasında elan elədilər ki, biz müstəqil dövlətik. Siz səsinizi çıxarmadınız, amma ləzgilər orada səslərini çıxartdılar, ayağa qalxdılar. Talışlar da şükür Allaha 1993-cü ildə x82 Respublikasını elan etdilər, yəni bir səslə dedi ki, bu dövlət bizim deyil”. “Amma biz öz haqqımızı dünyaya elan elədik ki, bizim razılığımız olmadan bizi daxil eliyiblər bu dövlətin tərkibinə və bu dövlət podnosun içində qızıl podnosun içində göydən düşüb bu xalq üçün.” “Burada artıq mən ayırmıram talış, ləzgi, türk və sair. Bu dövlət yarandığı gündən bu xalqların hər biri üçün və birlikdə onların hamısı üçün ümumi bir bəlaya, bir düşmənə, bir yeddibaşlı əjdahaya çevrildi” - “Talışıstan Milli Televiziyası” adlandırılan internet televiziya kanalında Təqsirləndirilən şəxs 24.06.2015-ci il tarixdə yayımlanmış çıxışının məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin edilməsi əlamətləri aşkar edilir: “Danışacam ayrıca proqramda sizin üçün, amma siz gedib ona buna düşmüsüz və talışa üzdə qardaş-qardaş deyib arxadan saplamısız bıçağı onun kürəyinə. Ona görə də o dövlət dağılacaq. Bizim o dövlətlə heç bir işimiz yoxdur. Bizim öz xalqımızla işimiz var. Biz öz xalqımızın dövlətini inşallah bərpa edəcəyik. Biz müstəqil dövlət olarıq inşallah. Onda siz harda olarsız? Kim hara köç eləyəcək? Hardan gələn hara gedəcək? Bunu görərsiniz! Qalanlarınız isə istəyərsiz bizimlə qonşu olasınız, amma sərhədin o tayında. Qonşuluq eliyərik, istəməzsiz onun da çarəsini taparıq. Amma həqiqət budur ki, bizim məqsədimiz bu dəfə Azərbaycan dövlətinin tərkibində Muxtar Respublika qurmaq deyil, Muxtar vilayət statusu almaq deyil. Bizim məqsədimiz “Müstəqil Talışıstan” dövlətini bərpa eləməkdir, inşallah biz onu bərpa da edəcəyik. Həmin gün çətin ki, dünya xəritəsində Azərbaycan adlı bir dövlət olsun və onda siz, bizim türkdilli qonşularımız, Allah bilər dünyanın hansı məmləkətlərinə ölkələrinə səpələnəcəksiniz.” “O gün çox uzaq deyil, inşallah həmin gün bizim bayrağımız Lənkəranda ucalacaq və “Talışıstan” dövləti yaranacaq. Sizə isə təklifim budur ki, yaxşı-yaxşı fikirləşin, götür-qoy eliyin, görün hansı biriniz hansı ölkəyə köç edib gedəcək, çünki o torpaqda sizin nümayəndələriniz sizin oğlanlarınız, övladlarınız elə həngamələrdən çıxıblar, elə işlər görüblər ki, çətin ki, o yerli xalqlar onlarla gələcəkdə yola getsinlər.” - “Talışıstan Milli Televiziyası” adlandırılan internet televiziya kanalında Təqsirləndirilən şəxs 18.12.2017-ci il tarixdə yayımlanmış “Arməne qlavnıe soözniki talışey!” (tərcüməsi: Talışların əsas müttəfiqləri ermənilərdir!) başlıqlı Moskva şəhərində “Prezident Otel”də 15 dekabr 2017-ci il tarixli çıxışının məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin edilməsi əlamətləri aşkar edilir: - Milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər: “Нам надо объединится, русские, талыши, армяне, все, чтобы убрать эту угрозу, раз и навсегда, и после этого не будут, я это не лозунги говорю, ради бога, чтобы смеялись, понимаете, чтобы вам понравится. Я вам говорю как специалист, понимаете, это совсем другие вещи. Вполне серьезно надо отнестись к этому” tərcüməsi: “Bu təhlükəni birdəfəlik aradan qaldırmaq üçün biz, ruslar, talışlar, ermənilər birləşməliyik, mən burada şüarlar səsləndirmirəm, Allah xatirinə ki, güləsiniz, sizin xoşunuza gəlim, başa düşürsünüzmü. Mən bunu sizə bir mütəxəssis kimi deyirəm, bunlar tamam başqa şeylərdir. Buna tam ciddi yanaşmaq lazımdır.” - Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar: “Но, то, что реально уже, давайте признаем Иерусалим столицей там Израиля, Карабах независимым, Крым в составе России, Абхазию, Осетию, всех этих, и дальше каждый народ кто осознает себя и вступает в борьбу за свои права, признаем его права. А армяне выступают против этого. А в этот момент как раз Россия могла бы пойти на такой шаг, признать независимость Нагорного Карабаха и поставить точку и дальше мы сами разрушим это квазигосударство под названием Азербайджан, и все народы этого региона жили бы счастливо, понимаете” tərcüməsi: “Ancaq, həqiqətən, artıq Yerusəlimi (Qüdsü) İsrailin paytaxtı, Qarabağın müstəqilliyini, Rusiyanın tərkibində Krımı, Abxaziyanı, Osetiyanı qəbul edək və sonra özünü başa düşən və öz hüquqları üçün mübarizə aparan xalqın hüquqlarını tanıyaq. Ermənilər isə bunun əleyhinədirlər. Bu anda isə Rusiyanın belə bir addım ata bilər, yəni Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər və nöqtə qoya bilər, sonra isə biz özümüz Azərbaycan adlı kvazidövləti məhv edərik və bu bölgədəki bütün xalqlar xoşbəxt yaşayardılar, başa düşürsünüzmü.” - “Talışıstan Milli Televiziyası” adlandırılan internet televiziya kanalında Təqsirləndirilən şəxs 07.03.2016-cı il tarixdə yayımlanmış 27.02.2016-cı il tarixdə Ermənistanın Yerevan şəhərində “Azərbaycan Respublikasındakı yerli xalqlar” mövzusunda keçirilən tədbirə “Skype” videogörüntülü proqramla qoşulan Təqsirləndirilən şəxs çıxışının məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların edilməsi əlamətləri aşkar edilir: “Сегодня уже среди Российской политологов, аналитиков, ведущих аналитиков наверно вы читаете эти материалы уже об научный оборот выпущен про Ширвана, значит какие-то силы, уже заинтересованы в том, чтобы реализовать этот план. Если всерьез говорить, возникновение этого плана, актуализация этого плана означает что сегодня в плане там раздела Азербайджана на три части становиться реальностью. Но две части тамт очно, а третий часть еще под вопросом. Талышистан и Ширван практически становится реальностью, хотя бы на аналитическом уровне. Я добавляю, что естественно у меня есть некоторые другие информации, тоже по этому поводу, что позволяет мне выступать более-менее уверенно перед вами, и соответственности.” tərcüməsi: “Rus siyasətçiləri, analitikləri, qabaqcıl analitiklər arasında artıq bu gün Şirvan haqqında çıxarılan elmi dövriyyə buraxılan bu materialları yəqin ki, oxuyursunuz, deməli, hansısa qüvvələr artıq maraqlıdırlar ki, bu planı həyata keçirsinlər. Ciddi danışsaq, bu planın ortaya çıxması, bu planın aktuallaşması o deməkdir ki, bugün Azərbaycanın üç hissəyə bölünməsi planı heç olmasa analitik səviyyədə reallığa çevrilir. Amma iki hissə dəqiq var, yalnız üçüncü hissə hələ də sual altındadır. Talışıstan və Şirvan demək olar ki, heç olmasa analitik səviyyədə reallığa çevrilir. Əlavə edirəm ki, mənim təbii ki, bu mövzuda başqa bir məlumatım da var, bu da mənə sizin qarşınızda bu və ya digər şəkildə özümə inamla çıxış etmək imkanını verir.” (cild 1, iş vərəqə 185-186, 218-225). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti V baş idarəsindən 05 aprel 2017-ci il tarixli 7-629 №-li məktubla daxil olmuş 07.03.2017-ci il tarixli 5/2/3733 və 5/2/3737 №-li arayışlara əlavə edilmiş 2 ədəd CD diskə 06 aprel 2017-ci il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, 07.03.2017-ci il tarixli 5/2/3733 №-li arayışa əlavə edilmiş CD diskdə Təqsirləndirilən şəxs Azərbaycan və talış dillərini yaxşı bilən, etnik amillərdən istifadə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması hesabına «Talışıstan» adlı dövlətin yaradılması ideyasını təbliğ etməyə razılaşmış, aparıcılıq qabiliyyətinə malik olan, Ermənistan Respublikasının ərazisində Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyətinin tərkib hissəsi kimi «Talışıstan Milli Televiziyası» adlandırılan internet televiziya kanalında aparıcı qismində fəaliyyət göstərməsi üçün seçib maddi maraq müqabilində razı saldığı x22 Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi geyim forması geyinməklə həmin ölkədə fəaliyyət göstərən “Talışıstanın Milli Televiziyası” adlandırılan internet televiziya kanalında Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq 04.04.2016-cı il tarixdə yayımlanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlarının, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərinin əks edildiyi “İm çəmə canq ni - Это – не наша война!” (tərcüməsi: Bu – bizim müharibə deyil) və “Tolış bıbən! İştə xəlği məhavatən! - Будьте талышами! Не предавайте свой народ!” (tərcüməsi: Talış olun! Öz xalqınızı satmayın) başlıqlı, eləcə də “Çəmə xosə xəlq. Əmə həmə çok zınedəmon ki, ozobijonojon təbliğat çanədə de du tərbizi püre” (tərcüməsi: Bizim əziz xalq. Biz hamımız yaxşı bilirik ki, Azərbaycanlıların təbliğatı nə qədər yalanlarla doludur.) ifadələri ilə başlayan talış dilində videoçıxışlarının, 07.03.2017-ci il tarixli 5/2/3737 №-li arayışa əlavə edilmiş CD diskdə isə Təqsirləndirilən şəxs Zabil Məhərrəmov tərəfindən Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq “Talışıstanın Milli Televiziyası” adlandırılan internet televiziya kanalında 10.04.2015-ci il tarixdə yayımlanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin edilməsini, Azərbaycan Respublikasının silahlı qüvvələrində xidmət edən etnik talış olan Azərbaycan Respublikası vətəndaşlarına orduda xidmət etməmələri ilə bağlı Azərbaycan Respublikası əleyhinə çağırışlar edilməsini, onların Azərbaycan Respublikası ərazi bütövlüyünün parçalanması hesabına “Talışıstan ordusu”nda xidmət etməli olduğunun təbliğ edilməsini təmin etdiyi “Талышская армия” (tərcüməsi: talış ordusu) başlıqlı talış dilində videoçıxışın əks olunduğu müəyyən edilmişdir (cild 1, iş vərəqə 226-230, 231-237). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2018-ci il tarixli 20182 №-li ekspertiza rəyindən görünür ki: - “Talışıstanın Milli Televiziyası” adlandırılan internet televiziya kanalında x22 04.04.2016-cı il tarixdə yayımlanmış “İm çəmə canq ni – “Это – не наша война!” (tərcüməsi: Bu – bizim müharibə deyil) başlıqlı çıxışının məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin edilməsi əlamətləri aşkar edilir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar: - “Toloşıstoni milliyə vində sədo çı Ozobijoni Respublikə iyən de x90 arədə ləşqərəti canqi tasbi anqıl bəşmə əlehdə ovardə.” tərcüməsi: “Talışıstanın milli televiziyası Azərbaycan Respublikası və x91 arasında gedən döyüşlərlə bağlı sizə müraciət edir.” - “Bıji çəmə xəlğ! Bıji səsotə Tolışoston.” tərcüməsi: “Yaşa, bizim xalq! Yaşa, müstəqil Talışıstan!” Milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər: - “Çokney bunım hejo binəynə xəlqon hejo canqi navədə, qullə vədən. Çokne binım əvon de qətbkori tovi çı co mərəğon roədə ğır bedən.” tərcüməsi: “Necə ki, həmişə köklü xalqlar müharibənin önündə, güllənin qabağındadırlar. Necə ki onlar qəsbkarın tələbi ilə başqa maraqların yolunda qırılırlar.” - “Toloşıstani milliyə vində sədo bə həmə tolışon ovardə. Xosə bıvon iyən hovon ım çəmə canq ni, əmə ıştə de əsron çəmə dışmenon dasqirəti jintonomon.” tərcüməsi: “Talışıstanın milli televiziyası bütün talışlara müraciət edir. Əziz qardaşlar və bacılar, bu bizim müharibə deyil, bizim özümüz də əsrlərlə düşmənlərimizin əsarəti altındayıq.” - “Talışıstanın Milli Televiziyası” adlandırılan internet televiziya kanalında x22 04.04.2016-cı il tarixdə yayımlanmış “Tolış bıbən! İştə xəlği məhavatən! - Будьте талышами! Не предавайте свой народ !” (tərcüməsi: Talış olun! Öz xalqınızı satmayın) од başlıqlı çıxışının məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin edilməsi əlamətləri aşkar edilir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar: - “Apreli iku bə dı ovaştə şəvı tırkon həjəmə ləşqəri bə x60 marzi har toninə həndəvər dəfırsiyeşon piyə. Arsaxi aşişə mijon zəfəşon sə.” tərcüməsi: “Aprelin birindən ikisinə keçən gecə türklərin qanmaz ordusu Dağlıq Qarabağ Respublikasının sərhədlərinə hər tərəfdən soxulmaq istəyiblər. Arsaxın dinc əhalisi zərər görmüşdür.” - “Diyəvujə təbliğat jığo sıxanon pevolo kardedə ki, çı Arsaxi zəminondə çand qılə vıron qətə bıən. Bovə məkənən, ıvon həmə du-tərbizin.” tərcüməsi: “Yalançı təbliğat belə sözlər yayır ki, Arsaxın torpaqlarından neçə yer tutulub. İnanmayın, bunlar hamısı yalandır.” - “Çəmə ıştən sərzəminomon heste, ım Tolışostone.” tərcüməsi: “Bizim öz vətənimiz var – bu Talışıstandır.” Milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər: - “Az pidəm ni əmə sənibəton bı nohəxə canqədə binim ıştə dışmeni havari kəşə ratədə canq bıkəımon. Çı co mərəğon roədə, əməni exruc kardəkəson roədə ğır bıbəmon.” tərcüməsi: “Mən istəmirəm biz tez-tez bu nahaq müharibədə öz düşmənimizin tərəfində döyüşək. Başqa maraqlar naminə, bizi istifadə edənlərin yolunda qırılaq.” - “Ozobijoni roədə ki canq kardə ım bə toloşıstoni vəynə canq kardeye. İm bəştə ıştən xəlqi və canq kardeye. İm bəştə moon iyən bəştə əğılon və canq kardeye. Çe tırkə miyonqəzon resədə canq karde çəmə ğəhrəmanə ənkon ğurbi darışteye.” tərcüməsi: “Azərbaycan yolunda kim döyüşürsə bu talışa qarşı döyüşməkdir. Bu öz xalqına qarşı vuruşmaqdır. Bu öz analarına və uşaqlarına qarşı döyüşməkdir. Türklərlə birlikdə döyüşmək bizim qəhrəman əcdadlarımızın qürurunu sındırmaqdır.” - “İştə ji bə tırkə nokəxıvandon poy bın şomədən. Binim əvon şımə dışmen iyən şımə sərzəmini dışmenin. Çı pantırkon ideya roədə qullə vədə qujdə nışonə məbənən.” tərcüməsi: “Öz canınızı türk nökər sahiblərininin ayağına atmayın. Necə ki, onlar sizin və vətəninizin düşmənləridirlər. Pantürklərin ideyaları yolunda ət nişangahı olmayın.” Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar, milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər: - “Az bə yolon, dədə nənon ovardəm. İştə əğılon çı co, çəmə nıbə canqiku oqətən. əvoni peroxnən. Əvoni bo ozodə, aşişə ovc hardə Toloşıstoniro oqətən.” tərcüməsi: “Mən böyüklərə, ata-analara müraciət edirəm. Öz uşaqlarınızı özgə, bizim olmayan müharibədən saxlayın, onları xilas edin. Onları azad, dinc, inkişaf edən Talışıstan üçün saxlayın.” - “Bə tırkə nokəxıvandon mard! Bə Ozobijoni bınəynə xəlqon ozodəti! Bə toloşə xəlqi ozodəti! Bıji ğəhrəmanə tolışə xəlq! Bıji Tolışoston!” tərcüməsi: “Türk nökər sahiblərinə ölüm! Azərbaycanın köklü xalqlarına azadlıq! Talış xalqına azadlıq! Yaşa, qəhrəman talış xalqı! Yaşa Talışıstan!” - “Talışıstanın Milli Televiziyası” adlandırılan internet televiziya kanalında x22 04.04.2016-cı il tarixdə yayımlanmış “Çəmə xosə xəlq. Əmə həmə çok zınedəmon ki, ozobijonojon təbliğat çanədə de du tərbizi püre” (tərcüməsi: Bizim əziz xalq. Biz hamımız yaxşı bilirik ki, Azərbaycanlıların təbliğatı nə qədər yalanlarla doludur.) ifadələri ilə başlayan çıxışının məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışın, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin edilməsi əlamətləri aşkar edilir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırış: - “Bıji Tolışoston!” tərcüməsi: “Yaşa Talışıstan!” Milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər: - “Çımı xosəliyon Ozobijonojə ləşqər yolə tələfaton dodən. Bədbəxtətiku veyniyə mardəkəson bınəyniyə xəlğon numayəndonin. Çəvon dılədən toloşon.” tərcüməsi: “Əzizlərim Azərbaycan ordusu böyük tələfatlar verir. Bədbəxtlikdən ölənlərin çoxu köklü xalqların nümayəndələridir. Onların içində də talışlar.” - “Sənibəton şıməni ıştə əğılon nığo doe vanq kardedəm. Çiç bedə bıbo, çokne bedə bıbu çanədə bə sə omeydə bıbo ıştə əğılon bə canq məhaştənən.” tərcüməsi: “Tez sizi öz uşaqlarınızın qayğısına qalmağa çağırıram. Nə olursa olsun, necə olursa olsun, nəyin bahasına olursa olsun uşaqlarınızı müharibəyə qoymayın.” - “Talışıstanın Milli Televiziyası” adlandırılan internet televiziya kanalında x22 10.04.2015-ci il tarixdə yayımlanmış “Tolışi ləşkər” - “Talışskaə armiə” (tərcüməsi: Talış ordusu) başlıqlı çıxışının məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin edilməsi əlamətləri aşkar edilir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırış: - “Az vey peştipurim ki, ə ruj jəqoən diyəro ni bunim bəvədə çəmə ləşqər çı tolışostoni marzi həndəvərədə çəmə ıştən pərçəmi jintono çəmə sərzəmini qərdəni bəkəşe. İyo əv çəmə xəlqi, çəmə rujiqori peştədə bəmande” tərcüməsi: “Mən çox inanıram ki, o gün çox da uzaqda deyil ki, nə vaxt ki, bizim ordu Talışıstanın sərhədləri ətrafında öz bayrağı altında bizim vətənin keşiyini çəkəcək. Burada o, bizim xalqın, bizim ruzigarın arxasında dayanacaq.” - “Bıji çəmə ləşqər. Bıji Toloşıstoni əvjor bə ləşqər, bıji Tolışoston.” tərcüməsi: “Yaşa, bizim ordu, yaşa, Talışıstanın silahlı ordusu, yaşa Talışıstan.” Milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər: - “Hələ ki, de vey yolə həftoği bıvotəmon ki, çəmə canqbazon ısət çe qıləy pesoxtə keşvəri ləşqəri dılədə umjənə bıən. Binim çə pesoxtə keşvəri nom Ozobijone. İn pesoxtə kişvəri ləşqərən əməni bənə muzunqədə bıə qujdi dodə bə qullə və.” tərcüməsi: “Hələ ki, çox təəssüflə deyək ki, bizim cəngavərlərimiz indi qondarma bir dövlətin ordularına qarışıb. Bu qondarma dövlətin adı Azərbaycandır. Bu qondarma dövlət bizi nişangahda olan ət kimi güllə qabağına verir.” - “Çı ləşqəri vəoməş ni. Çıro çəvon ideyaşon ni, sərzəminşon ni, ğıryətşon ni.” tərcüməsi: “Bu ordunun gələcəyi yoxdur. Çünki onların ideyaları yoxdur, vətənləri yoxdur, qeyrətləri yoxdur.” - “Dı heyfi ki, çəmə çanədə tolışə baləliyon çı tırkon roədə xunşon ru karde. Çanəndə sərbozon nomonşon heste, bəvonşon kon nomonşon doə. İsət çəmə çanədə canbozə zoon ğır bedən marzonədə, tırkon ısət boy Boku çayxononədə, ğomarxononədə ıştə kefədən.” tərcüməsi: “Heyif ki, bizim nə qədər talış balası türklərin yolunda qan tökdü. Hansı cəngavərlərin adı var? Onlara hansı adları veriblər? İndi bizim nə qədər cəngavər oğullarımız sərhəddə qırılır, türklər isə Bakı çayxanalarında, qumarxanalarında kefdədirlər.” (cild 1, iş vərəqə 238-245) 02 mart 2019-cu il tarixdə Təqsirləndirilən şəxs müsahibələrin yayımlandığı internet saytlarına keçirilmiş baxış protokolundan görünür ki, keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlarının, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərinin əks edildiyi http://www.yerkramas.org/ article/119508/cel---nezavisimyjtalyshistan səhifəsində 26.04.2017-ci il tarixdə “Цель - независимый Талышистан” (tərcüməsi: Hədəf – müstəqil Talışıstandır) başlıqlı müsahibəsinin və http://tolishpress.org/news/3368.html səhifəsində 25.12.2015-ci il tarixdə “Наша общенациональная идея – независимый, свободный Талышистан!” (tərcüməsi: bizim ümummilli ideyamız – müstəqil, azad Talışıstan!) başlıqlı müsahibəsinin yayımlandığı müəyyən edilmiş, qeyd olunan müsahibələr çap edilib Azərbaycan dilinə tərcümə edilərək protokola əlavə edilmişdir (cild 2, iş vərəqə 55-57, 79-85, 182-208). 09 mart 2019-cu il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlarının, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərinin əks edildiyi məqalə və müsahibələrinin yayımlandığı internet saytlarına keçirilmiş baxış protokolundan görünür ki, http://voskanapat.info/?p=9637&l=ru səhifəsində 24.09.2014-cü il tarixdə Təqsirləndirilən şəxs “Faxraddin Aboszoda: “Мы решаем одну из сложных задач нашей революции” (tərcüməsi: Fəxrəddin Abbaszadə: Biz inqilabımızın çətin vəzifələrindən birini həll edirik) başlıqlı müsahibənin və https://miaban.ru/info/azerbaijan/madoyan_3/ səhifəsində 09.08.2018-ci il tarixdə Təqsirləndirilən şəxs Razdan Madoyanla birlikdə “F.Aboszoda, R.Madoən. Нужно ли Армении сохранение Азербайджана?” (tərcüməsi: F.Abbaszadə, R.Madoyan. Azərbaycanın qalması Ermənistana lazımdırmı?) başlıqlı məqalənin yayımlandığı müəyyən edilmiş, qeyd olunan məqalə və müsahibə çap edilib Azərbaycan dilinə tərcümə edilərək protokola əlavə edilmişdir (cild 3, iş vərəqə 20-21, 33-39, 40-51). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti V baş idarəsindən 04 mart 2019-cu il tarixli 7-612 №-li məktubla daxil olmuş 126 və 129 saylı disklərə həmin tarixdə keçirilmiş baxış protokolundan görünür ki, həmin CD disklərdə «Talışıstan Milli Televiziyası» adlandırılan internet televiziya kanalına aparıcı qismində cəlb edilərək Azərbaycanlı kimi «İlhamə Cəfərzadə» adı altında fəaliyyətə başlamış Ermənistan Respublikasının vətəndaşı x7 aparıcılığı ilə məzmununun və mətninin hazırlanmasında Təqsirləndirilən şəxs yaxından iştirak edərək «Talışıstan Milli Televiziyası»nda 18.07.2018ci il tarixdə yayımlanmasını təmin etdiyi Azərbaycan Respublikası ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn «Гянджа без коренных гянджинцев_Из искры возгорится пламя!» (Yerli gəncəlilərsiz Gəncə_Qığılcımdan alov doğar) başlıqlı Azərbaycan dilində videomaterialın, eləcə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlarının, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərinin əks edildiyi 24.02.2017-ci il tarixdə yayımlanmış rus dilindəki videoçıxışının əks olunduğu müəyyən edilmişdir (cild 2, iş vərəqə 209, 214-215, 220-221, 224, 235-243, 265-269). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti V baş idarəsindən 06 mart 2019-cu il tarixli 7-649 №-li məktubla daxil olmuş 4 ədəd diskə 27 mart 2019-cu il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, baxış zamanı həmin CD disklərdə Təqsirləndirilən şəxs “Talışıstanın Milli Televiziyası” adlandırılan internet televiziya kanalında Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlarının, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərinin əks edildiyi 18.05.2015-ci il, 20.03.2015-ci il, 20.07.2015-ci il, 01.05.2015-ci il, 04.05.2015-ci il, 10.04.2015-ci il tarixlərdə yayımlanmış talış dilindəki videoçıxışlarının əks olunduğu müəyyən edilmişdir (cild 3, iş vərəqə 1-5, 154, 161; cild 4, iş vərəqə 60, 71-78, 93-96, 97- 106, 116-119, 120-126, 133-137). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti V baş idarəsindən 15 aprel 2019-cu il tarixli 7-909 №-li məktubla daxil olmuş 1 ədəd diskə həmin tarixdə keçirilmiş baxış protokolundan görünür ki, baxış zamanı CD diskdə Təqsirləndirilən şəxs Azərbaycan və talış dillərini yaxşı bilən, etnik amillərdən istifadə edərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması hesabına «Talışıstan» adlı dövlətin yaradılması ideyasını təbliğ etməyə razılaşmış, aparıcılıq qabiliyyətinə malik olan, Ermənistan Respublikasının ərazisində Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyətinin tərkib hissəsi kimi «Talışıstan Milli Televiziyası» adlandırılan internet televiziya kanalında aparıcı qismində fəaliyyət göstərməsi üçün seçib maddi maraq müqabilində razı saldığı x22 “Talışıstanın Milli Televiziyası” adlandırılan internet televiziya kanalında 06.04.2016-cı il tarixdə yayımlanmış “Talışıstan Milli Televiziyasının x92 Verilişi” kimi təqdim edilən verilişdə Azərbaycan Respublikasının ərazisində milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərinin əks edildiyi “Azərbaycan faciəsi - nə baş verir?” və “Cəbhədən xəbərlər” başlıqlı Azərbaycan dilindəki videoçıxışlarının əks olunduğu müəyyən edilmişdir (cild 3, iş vərəqə 182-185, 186-189). Azərbaycan Respublikasının Baş Prokurorluğundan 13.07.2018-ci il tarixli məktubla daxil olmuş ********* №-li cinayət işinin materiallarında Təqsirləndirilən şəxs “facebook” sosial şəbəkəsindəki “Faxraddin Aboszoda” (tərcüməsi: Fəxrəddin Abbaszadə) adlı profilindən 06.11.2017-ci il tarixdə paylaşdığı “В Санкт-Петербурге повесили флаг Талышистана. 6 ноября ночью в Санкт-Петербурге на мосту, расположенном на пересечении проспектов Славы и Витебское шоссе, был вывешен плакат: “Свобода Талышистану!”” (tərcüməsi: Sankt-Peterburqda Talışıstanın bayrağını asıblar. 06 noyabrda gecə Sankt-Peterburqda “Slavı” və “Vitebskoye şosse” prospektlərinin kəsişməsində yerləşən körpüdə “Talışıstana azadlıq” afişası asılmışdır.) başlıqlı fotoşəkildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar əks edilmişdir (cild 1, iş vərəqə 4-5, 10-13). Məhkəmə-linqvistik ekspertizasının 25 sentyabr 2019-cu il tarixli 11854 saylı rəyindən görünür ki: - “Talışıstan Milli Televiziyası” adlandırılan internet televiziya kanalında Təqsirləndirilən şəxs 24.02.2017-ci il tarixdə yayımlanmış “Talışi vıbiraöt Armeniö” (tərcüməsi: Talışlar Ermənistanı seçirlər) başlıqlı çıxışının məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin edilməsi əlamətləri aşkar edilir: Milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər: “Отвечаю: в отличие от Армении, Азербайджан - одна большая тюрьма для десятков народов и народностей. Азери-тюрки с самого начала Карабахского конфликта заявили о том, что Карабах - это тюркская земля, а боль Карабаха - это боль тюрков! Если это так, какое отношение может иметь Карабах и вообще конфликт с армянами к талышу или лезгинам или аварцам? Разумеется, никакого!” tərcüməsi: “Cavab verirəm: Ermənistandan fərqli olaraq, Azərbaycan onlarla xalq və millət üçün böyük bir həbsxanadır. Qarabağ münaqişəsinin başlanğıcından etibarən Azərbaycan türkləri Qarabağın türk torpaqları olduğunu və Qarabağın acısının türklərin ağrısı olduğunu bəyan etdi! Əgər belədirsə, Qarabağ və ermənilərlə münaqişənin ümumiyyətlə talışlara və ya ləzgilərə və ya avarlara nə aidiyyəti ola bilər? Əlbəttə, heç bir!” Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar: “Не смотря на все старания наших врагов из Азербайджана и возражения идейных оппонентов среди талышей, мы теперь с большей уверенностью можем констатировать, что талышский народ - за независимость” tərcüməsi: “Azərbaycandan düşmənlərimizin bütün səylərinə və talışlar arasında ideoloji opponentlərin etirazlarına baxmayaraq, indi daha əminliklə qeyd edə bilərik ki, talış xalqı müstəqillik tərəfdarıdır.” - “Talışıstan Milli Televiziyası” adlandırılan internet televiziya kanalında 18.07.2018-ci il tarixdə yayımlanmış “Yerli gəncəlilərsiz Gəncə _ Qığılcımdan alov doğar” adlı videomaterialın məzmununda milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin edilməsi əlamətləri aşkar edilir: “Bunun bir sübutu da odur ki, sosial şəbəkələrdə türklərin demək olar hamısı həmin talışlara söyüş, təhqirlərlə cavab verirlər. Bu həm də ondan xəbər verir ki, həmin talışlar birdəfəlik başa düşməlidirlər ki, onların başqa yolla getməkdən, öz xalqını Azərbaycanın, türklərin zülmündən azad etməkdən başqa çarəsi yoxdur, başqa yolu yoxdur.” - “Talışıstanın Milli Televiziyası” adlandırılan internet televiziya kanalında Təqsirləndirilən şəxs 18.05.2015-ci il tarixdə yayımlanmış çıxışının məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların edilməsi əlamətləri aşkar edilir: “Jıqo qıləy şəraitədə, bı dınyo jıqo qıləy vaxtədə jıqo qıləy şans ki, omedə, xəlqon həmməy rost bedən. Əmə çı fürsətiku istifadə nıkəmon, bıvotmon, vay dədə ım Ozorboycon bəpe vılo nıbo?! Xıdo nibəbaxşe bəmə. Əmə bı fırsəti dılədə bəpe ıştə dovləti bısoxtəmon” tərcüməsi: “Belə bir şəraitdə, bu dünyanın belə bir vaxtında belə bir şans yaranıb ki, xalqlar hamısı ayağa qalxır. Əgər biz bu şansdan, fürsətdən, vay dədə, Azərbaycan dağılmasın deyə istifadə etməsək, bunu Allah bizə bağışlamaz. Biz bu fürsətin içində öz dövlətimizi qurmalıyıq.” - “Talışıstanın Milli Televiziyası” adlandırılan internet televiziya kanalında Təqsirləndirilən şəxs 20.03.2015-ci il tarixdə yayımlanmış çıxışının məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin edilməsi əlamətləri aşkar edilir: Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar - bax: “İm ğələbon həmey əməni inşallah bə tolışi ozodi bebəkan. Əmə inşallah həmey tolışon həmi bə i co dast bə dast bədomon, tolışi ozod bəkamon. İştə ozodə dovlətədə bəjiyemon, ıştə nəvuziyən, ıştə idonən iştan ğeyd bəkomon. tərcüməsi: Bu qələbələrin hamısı, inşallah, talışı azadlığa çıxaracaq. Biz inşallah, bütün talışlar yekdil olub, əl-ələ verib talışı azad edəcəyik. Öz azad dövlətimizdə yaşayacağıq, öz novruzumuzu, bayramlarımızı da özümüz qeyd edəcəyik.” Milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlər: “Çumçıko əmə hejo ımi votedəbimon. Əmə votedəbimon ki, tolışi xəlğ bı dovləti tərkibədə qıley bədbəxt, məzlum, viyəvonə holodəye ki, çımi nomi qətə kəs ni. Çımi numi nəinki qətəkəs ni, hətto tolış sıxoni votakəson ıştənən bə hiç ki xoş omeydə ni. Əvoni təqib kardedən. Qədəğən kardən bəvon ki, bəştə toliş bıvoton. tərcüməsi: Çünki biz də həmişə elə bunu deyirdik. Biz deyirdik ki, talış xalqı bu dövlətin tərkibində elə bir bədbəxt, məzlum, yaman haldadır ki, onun adını belə çəkən yoxdur. Bunun adının nəinki çəkən yoxdur, hətta talış sözünü çəkənlərin özü də heç kəsin xoşuna gəlmir. Onları təqib edirlər. Özlərinə talış deməyi belə qadağan edirlər.” - “Talışıstanın Milli Televiziyası” adlandırılan internet televiziya kanalında Təqsirləndirilən şəxs 20.07.2015-ci il tarixdə yayımlanmış çıxışının məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların edilməsi əlamətləri aşkar edilir: “Əve, ımrujnə bərnomədə az qıley co hadisə həxədə qəp je fikədəm. Məsələ bımədəe ki, mıddəti bə nav çəmə hamsiyə Xərəbaği prezdent Baako Saakyan dəvət kardə bəbe bə Yolə Britanyə bəçəy paytəxt şəhr London. Bəşımə çandə kərə votəme əmə dustiəti, dışmenəti, çəmə xususi mehebbəti, nifrəti həmə ımoni bə kəno noydəmon. Boəmə fərğış ni sohbət kon dovlətiku, kon dovləti prezidentiku şedə. Əmə bəşımə votəmone ki, Xərəboği qıləy dovlət be ım qıle fakte. Yəni ın dovlət oxonə 20-22 sori dılədə faktik movcude. tərcüməsi: Odur, bu günkü proqramda başqa bir hadisə haqqında danışmaq fikrindəyəm. Məsələ budur ki, bir müddət bundan əvvəl bizim qonşu Qarabağın prezidenti Baako Saakyan dəvət edilib Böyük Britaniyaya onun paytaxt şəhəri Londona. Sizə neçə dəfə demişəm biz dostluq, düşmənlik, bizim xüsusi məhəbbəti, nifrəti bütün bunları kənara qoyuruq. Bizim üçün fərqi yoxdur hansı dövlətdən, hansı dövlətin prezidentindən söhbət gedir. Biz sizə demişik ki, Qarabağın bir dövlət olduğu bu bir faktdır. Yəni bu dövlət son 20-22 ildə faktiki mövcuddur.” - “Talışıstanın Milli Televiziyası” adlandırılan internet televiziya kanalında Təqsirləndirilən şəxs 01.05.2015-ci il tarixdə yayımlanmış çıxışının məzmununda milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin edilməsi əlamətləri aşkar edilir: “Çı rüji bəpeştə kon qıla tolış bəştə qəv bo Ozorboyconi sıxani biyə, əv boştə vətən bıznı, bızın əv odəm ni. Bızın ki, əv bə tolışi xəlği ən yolə xəyənətkare. Az jıqo bəsə dəşeydəm ki, jəqo tolışon, çok əbi ki, nıbun. Əmma bıbinən əvon qıla-mıla bəben. Çəvon sədoən qədə-qədə ebəşen. tərcüməsi: Bu gündən sonra hansı talış Azərbaycan sözünün ağzına alsa, onu özünə vətən bilsə, bil ki, o, adam deyil. Bil ki, o, talış xalqına ən böyük xəyanətkardır. Mən belə başa düşürəm ki, belə talışlar yaxşı olardı ki, olmasın. Amma olsa da, tək-tük olarlar. Onların səsi də yavaş-yavaş batacaq.” - “Talışıstanın Milli Televiziyası” adlandırılan internet televiziya kanalında Təqsirləndirilən şəxs 04.05.2015-ci il tarixdə yayımlanmış çıxışının məzmununda milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin edilməsi əlamətləri aşkar edilir: “Əmma Ozorboyconada tolışon jiedən, co mısılmonə xəlğonən jiedən. Ozorboycon əvoni məhv kardedə, assimilyasiya kardedə, repressiya kardedə, bəvon har curə ğədəğən noydə. tərcüməsi: Amma Azərbaycanda talışlar yaşayır, başqa müsəlman xalqlar da yaşayır. Azərbaycan onları məhv edir, assimilyasiya edir, repressiya edir, onlara hər cür qadağalar var. - “Talışıstanın Milli Televiziyası” adlandırılan internet televiziya kanalında Təqsirləndirilən şəxs 10.04.2015-ci il tarixdə yayımlanmış çıxışının məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların, milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin edilməsi əlamətləri aşkar edilir: “Əve əmənən ıştəni çə tırkom vırada noe əzinimon. Əmə əzınimon ki jıqo bıkəmən ki dınyo bə çəmə xəlği besıro. Əve əmə real siyasət bardedəmon. Əve əmə votədəmon ki çəmə bardə ım mübarizə essatnə Azərbaycani Resplublika tərkibədə bə tolışıstani zəminonədə jiə tolışon azad karde roədə barde mübarizəye. Hejo ım zəminonən inşallah bo Tolışıstani dövləti tərkib doxil bəbe. Əmma inşallah çəmə de co dövləton, ələlxus, İron ki çəmə tarixi vətəne, tolış ki İroni i poaye, çəmə de İroni dövləti həmməysə çoka münasibətinmon bəninine. tərcüməsi: Odur ki, biz də özümüzü bu türklərin yerinə qoya bilmərik. Biz elə edə bilmərik ki, dünya bizim xalqımıza gülsün. Odur ki, biz real siyasət aparırıq. Biz deyirik ki, bizim apardığımız mübarizə indiki Azərbaycan Respublikasının tərkibindəki Talışıstan torpaqlarında yaşayan talışların azad olunması uğrunda apardığımız mübarizədir. Elə bu torpaqlar da, inşallah, Talışıstan dövlətinin tərkibinə daxil olacaq. Amma, inşallah, bizim digər dövlətlərlə, xüsusən də, tarixi vətənimiz olan İranla, talış İranın bir hissəsidir, İran dövləti ilə ən yaxşı münasibətlərdə olmalıyıq.” - Təqsirləndirilən şəxs ilə “Цель - независимый Талышистан” (tərcüməsi: Hədəf müstəqil Talışıstandır) başlıqlı müsahibəsinin məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların edilməsi əlamətləri aşkar edilir: “Сегодня Талышское национальное движение переживает подъем и преследует исключительно политические цели: отделение талышей от Азербайджана и создание собственного государства.” tərcüməsi: Talış milli hərəkatı bu gün bir yüksəliş yaşayır və yalnız siyasi məqsədləri həyata keçirir: talışların Azərbaycandan ayrılması və öz dövlətlərinin yaradılması.” “Но, думаю, будет вполне корректно, если я скажу, что Армения - дружественное нам государство, и армяне как самый крупный коренной этнос Южного Кавказа сами должны определить для себя, что они могут сделать, чтобы не только обеспечивать условия для процветания и благополучия граждан двух своих государств - Республики Армения и Республики Арцах, но и помочь своим соседям, таким же коренным народам, чтобы в регионе воцарилась атмосфера мира и добрососедства. ” tərcüməsi: Amma məncə, Ermənistanın bizə dost bir dövlət olduğunu və Cənubi Qafqazın ən böyük yerli etnik qrupu olan ermənilərin yalnız iki öz dövlətlərinin - Ermənistan Respublikası və Arsax Respublikasının vətəndaşlarının rifahı üçün şərait yaratmaq deyil, regionda sülh və xoş qonşuluq mühiti hökm sürsün deyə, eyni zamanda yerli xalqlar olan talışlara kömək etməkdir.” “В результате нашей многолетней целенаправленной работы сегодня практически все талышские организации, независимо от их видения будущего нашего народа, едины в отношении армян, Армении и, самое главное, Арцаха! Все они однозначно поддерживают свободолюбивый народ Арцаха в его справедливой борьбе за сохранение независимости своего молодого государства! ” tərcüməsi: Uzun illərdir məqsədli işimiz nəticəsində, demək olar ki, bütün talış təşkilatları, xalqımızın gələcəyini görməməsindən asılı olmayaraq, ermənilərə, Ermənistana, ən əsası isə, Arsaxa münasibətdə vahiddirlər! Hamısı Arsaxın azadlıqsevər xalqını gənc dövlətin müstəqilliyini qoruyan ədalətli mübarizəsində dəstəkləyir! ” - Təqsirləndirilən şəxs ilə “Фахраддин Абосзода: “Мы решаем одну из сложных задач нашей революции” (tərcüməsi: Fəxrəddin Abbaszadə: Biz öz inqilabımızın çətin məsələlərindən birini həll edirik) başlıqlı müsahibənin məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların edilməsi əlamətləri aşkar edilir: “Мы сами должны бороться за свою независимость, сами должны решить свою судьбу, и сами должны построить свое государство.” tərcüməsi: “Biz öz müstəqilliyimiz üçün mübarizə aparmalıyıq, biz özümüzün taleyini həll etməliyik və biz öz dövlətimizi qurmalıyıq.” - Təqsirləndirilən şəxs “Ф.Абосзода, Р.Мадоян. Нужно ли Армении сохранение Азербайджана?” (tərcüməsi: F.Abbaszadə, R.Madoyan. Ermənistana Azərbaycanın qalması lazımdırmı?) başlıqlı məqaləsinin məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların, milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin edilməsi əlamətləri aşkar edilir: “Однако всем, и не только армянам, давно известно, что именно идеи отделения талышей от Азербайджана и провозглашение независимости Талышистана, нерушимой дружбы с армянским народом, свободы и независимости Арцаха являются главной целью НТТ и ТНОД, что именно борьба армянского народа Арцаха за свою независимость всегда подается талышам в качестве примера для подражания! ” tərcüməsi: Lakin hər kəs, yalnız ermənilər deyil, talışların Azərbaycandan ayrılması və Talışıstanın müstəqilliyini elan etməsi, erməni xalqı ilə müqayisəsiz dostluq, Arsaxın azadlığı və müstəqilliyi ideyaları, TMT və TMQH-nın əsas məqsədi olduğunu bilir, uzun illərdir ki, Arsax ermənilərinin müstəqillik uğrunda mübarizəsi talışlara nümunə olaraq təqdim edilir!” - Təqsirləndirilən şəxs ilə “Наша общенациональная идея – независимый, свободный Талышистан!” (tərcüməsi: bizim ümummilli ideyamız – müstəqil, azad Talışıstan!) başlıqlı müsahibənin məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların, milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin edilməsi əlamətləri aşkar edilir: “Исходя из этого, я не вижу никакого будущего для талышского народа в составе Азербайджанской республики. Мало того, в условиях все больше набирающей обороты поголовной ассимиляции, ...каждый лишний день пребывания в составе этого преступного государственного образования еще больше ускоряет процесс вымирания нашего народа. Единственный путь я вижу в скорейшем освобождении от этого ига, и построении нашего независимого государства Талышистан.” tərcüməsi: Buna əsasən, mən Azərbaycan Respublikasının tərkibində talış xalqının gələcəyini görmürəm. Üstəlik, .....getdikcə tam assimilyasiya şəraitində, bu cinayətkar dövlət formalaşmasının tərkibində hər bir əlavə gün xalqımızın daha da məhv olmasını sürətləndirir. Mən tək yolu bu boyunduruqdan təcili azad olmaqda və müstəqil dövlətimiz olan Talışıstanın qurulmasında görürəm.” “İqlə ımi bəznem vote ki, bıdə һiç qılə tolışi şəkış nıbu ki, ımruj һəm dınјoədə, һəmən çəmə reqionədə boçəmə Tolışstoni bə dınјo xəritə beşeјro lozim bıə zəruri şərton һəmməј һestin. tərcüməsi: Bircə bunu deyə bilərəm ki, qoy heç bir talış şübhə etməsin ki, bu gün həm dünyada, həm də bizim bölgədə bizim Talışıstanın dünya xəritəsində qeyd olunmsı üçün zəruri olan şərtlərin hamısı var.” - Təqsirləndirilən şəxs 06.11.2017-ci il tarixdə “Faxraddin Aboszoda” (tərcüməsi: Fəxrəddin Abbaszadə) adlı “facebook” sosial şəbəkəsindəki profilindən “В Санкт- Петербурге повесили флаг Талышистана. 6 ноября ночью в Санкт-Петербурге на мосту, расположенном на пересечении проспектов Славы и Витебское шоссе, был вывешен плакат: “Свобода Талышистану!”” (tərcüməsi: Sankt-Peterburqda Talışıstanın bayrağını asıblar. 06 noyabrda gecə Sankt-Peterburqda “Slavı” və “Vitebskoye şosse” prospektlərinin kəsişməsində yerləşən körpüdə “Talışıstana azadlıq” afişası asılmışdır.) başlıqlı fotoşəkili paylaşmasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışın edilməsi əlaməti aşkar edilir. - x39 “Москва стала для талышей вторым Ланконом” (tərcüməsi: Moskva talışlar üçün ikinci Lənkəran oldu) başlıqlı məqaləsinin məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların edilməsi əlamətləri aşkar edilir: “Чисто формально, если термин «движение» упоминается вкупе с какой-либо этнической атрибуцией, то это означает борьбу данного народа за свободу. Иначе говоря - ведение действий, направленных на освобождение от чужеродного ига, а в случае с талышами - от азербайджанской доминации и выходу из состава Азербайджанской Республики. Несмотря на тот факт, что талыши имеют тысячелетнюю историю, на протяжении которой они создали несколько государственных образований (а в XX веке – аж два таких образования), началом целенаправленной борьбы за отделение от Азербайджана можно считать 2005 год.” tərcüməsi: Həqiqətdə, əgər "hərəkat" sözü hər hansı bir etnik atributla birlikdə qeyd edilirsə, bu, müəyyən bir xalqın azadlıq mübarizəsi deməkdir. Başqa sözlə, yabançı məzhəbdən azad olunmağa, talışlarda isə - Azərbaycan hökmranlığından və Azərbaycan Respublikasının tərkibindən ayrılmasına yönələn tədbirlər həyata keçirmək nəzərdə tutulur. Talışların bir neçə dövlət quruluşunu (20-ci əsrdə iki bu cür quruluş) yaratdıqları min illik tarixinə baxmayaraq, 2005-ci il Azərbaycandan ayrılmaq üçün məqsədyönlü mübarizənin başlanğıcı ola bilər.” - “Talışıstanın Milli Televiziyası” adlandırılan internet televiziya kanalında x22 06.04.2016-cı il tarixdə yayımlanmış “Talışıstan Milli Televiziyasının x92 Verilişi” kimi təqdim edilən verilişdə “Azərbaycan faciəsi – nə baş verir?” başlıqlı Azərbaycan dilindəki çıxışının məzmununda milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin edilməsi əlamətləri aşkar edilir: “bu günkü söhbətim sizin hamınıza, talışlar, ləzgilər, avarlar, tatlar, xınalıqlar, udinlər, saxurlar və rutullar, bir sözlə Azərbaycan adlı süni dövlətdə yaşayan bütün köklü xalqlara aiddir. Söhbətim sizə aiddir, azərilər və ya türklər, bu süni dövlətin titul xalqı.” “Amma biz bilirik ki, mənim əzizlərim, bu bir təbliğat örtüyüdür, vahid xalqdan danışmağa dəyməz. Ölkədə təkcə azər türklər deyil, milyonlarla köklü xalqlar, bu torpağın əsl sahibləri, hansı ki, elementar hüquqlardan məhrumdurlar. Türk dillilərin birliyindən də danışmağa dəyməz. Türk dillilərin bir-birinə ruslar, farslar və ermənilərdən də çox nifrət etdikləri, ... bir-biri ilə münaqişə aparan qrupları olduğunu bilirsiniz.” “Yadınızda saxlayın, nə qədər ki, bu torpaqların sahibi olan köklü xalqlar qul vəziyyətindədir, siz də xoşbəxtlik görməyəcəksiniz. Öz səadətini başqasının bədbəxtliyi üzərində qurmaq olmaz.” “Azərbaycan tərəfindən öldürülmüş əsgər və zabitlərin əksəriyyəti bilavasitə köklü xalqların nümayəndələri - talışlar, ləzgilər və başqalarıdır. Bunu siz özünüz də öyrənə bilərsiniz. Doğrudan, onlar həlak olanların haralı olduğunu nə üçün demirlər?” “erməni anası döyüş meydanında həlak olmuş övladını itirirsə, o bilir ki, bu qurban nə üçündür! Bəs, talış, ləzgi anaları özlərinə nə ilə təsəlli verəcəklər?! Onlara elə o qalacaq ki, dərd çəksinlər, voenkomata rüşvət verməyə 5-6 min dollar tapıb, uşaqlarını ön cəbhəyə göndərməkdən xilas edə bilmədikləri üçün özlərini günahlandırsınlar! Bu ən ağır hissdir! Hansı ki, valideyn övladını vətən uğrunda, din uğrunda, dahi şəxsiyyətlər uğrunda deyil, pantürkizmin qurbangahına ət kimi, pantürkizmin qlobal daminantlığını həyata keçirtmək və bir yığın avantürist və muzdluların marağı üçün itirir! Buna görə də, əvvəllər dediyim kimi bu bizim müharibəmiz deyil. Bu pantürkistlərin regionun köklü xalqları ilə müharibəsidir. Bu müharibədə iştirak etmək, insanlığa nifrət edən türk ideologiyasının dominantlığının möhkəmlənməsinə kömək etmək deməkdir! Övladlarınızı xilas edin, mənim əzizlərim, nəyin bahasına olursa, olsun! Həyat insana bir dəfə verilir. Gənclərimizi qoruyun.” - “Talışıstanın Milli Televiziyası” adlandırılan internet televiziya kanalında x22 06.04.2016-cı il tarixdə yayımlanmış “Talışıstan Milli Televiziyasının x92 Verilişi” kimi təqdim edilən verilişdə “Cəbhədən xəbərlər” başlıqlı Azərbaycan dilindəki çıxışının məzmununda milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin edilməsi əlamətləri aşkar edilir: “Müharibənin 1-ci günündən başlayaraq internet səhifələrində ölən əsgər və zabitlərin ad və familiyalarını, həm də foto şəkilləri yayılmağa başlamışdır. Belə məlum oldu ki, onların əksəriyyəti Azərbaycanda yaşayan köklü xalqların nümayəndələridir.” (cild 5, iş vərəqə 184-198). Ambulator məhkəmə-psixiatrik ekspertizasının 04.04.2019-cu il tarixli 546 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur (cild 3, iş vərəqə 156-157; cild 4, iş vərəqə 8-10). Rusiya Federasiyasının Baş Prokurorluğundan Azərbaycan Respublikasının Baş Prokurorluğu vasitəsilə daxil olmuş beynəlxalq hüquqi yardımın göstərilməsi haqqında vəsatətin icrası ilə bağlı materiallardan, eləcə də Azərbaycan Respublikasının Baş Prokurorluğundan 24.05.2019-cu il tarixli 7-313 saylı məktubla daxil olmuş materiallardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən axtarışa verildiyi üçün 06 sentyabr 2018-ci il tarixdə Moskva vilayəti Lyubertsı şəhər prokurorunun müavini R.B.Çirkin tərəfindən şübhəli şəxs kimi tutulmuş, barəsində x27 vilayətinin Lyubertsı şəhər məhkəməsinin 07.09.2018-ci il tarixli qərarı ilə 1 (bir) ay müddətinə, yəni 06.10.2018-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, eləcə də həmin məhkəmənin 03.10.2018-ci il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddəti 5 (beş) ay, yəni 06.03.2019-cu ilədək uzadılmışdır. Moskva vilayət məhkəməsinin 23.10.2018-ci il tarixli apellyasiya qərarı ilə vəkil R.R.İdrisovun Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddətinin 05 ay müddətinə, ümumilikdə isə 06 aya qədər, yəni 06.03.2019-cu il tarixinə qədər uzadılması ilə bağlı Moskva vilayəti Lyubertsı şəhər məhkəməsinin 03.10.2018-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. x54 vilayəti Lyubertsı şəhər prokurorluğunun 27.02.2019-cu il tarixli qərarı ilə onun barəsində həbsdən azad etmə barədə qərar qəbul edilmiş və o, 5 ay 21 gün həbsdə saxlanıldıqdan sonra azad edilmişdir. Təqsirləndirilən şəxs Rusiya Federasiyasında müvəqqəti yaşayış icazəsinin vaxtının bitməsi və həmin ölkə qanunvericiliyinin tələblərinə əməl etmədən orada yaşaması səbəbindən onun barəsində Lyubertsı şəhər məhkəməsi tərəfindən inzibati qaydada cərimələnməklə Rusiya Federasiyası ərazisindən çıxarılması barədə 27.02.2019-cu il tarixli qərar qəbul edilmişdir. Rusiya DİN “Lyuberetsk” x5 Polis Şöbəsi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə barəsində Oktyabr qəsəbə şurasına məişətdə və ictimai yerlərdə mənfi davranışına dair heç bir şikayətin daxil olmadığı, Rusiya Federasiyası ərazisində cinayət məsuliyyətinə cəlb olunmadığı, barəsində hər hansı nüfuzdan salan məlumatın mövcud olmadığı göstərilmişdir. Rusiya DİN “Lyuberetsk” Bələdiyyələrarası İdarənin cinayət-axtarış şöbəsinin 132 saylı 25.04.2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci və 283.1-ci maddələri ilə 14.07.2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən axtarış elan edilmiş və ******* №-li axtarış işi ilə Federal axtarışa verilmişdir, məhkumluğu yoxdur. x69 Xidmətinin Xarici vətəndaşların qeydiyyatı üzrə Mərkəzi məlumat bankının Təqsirləndirilən şəxs barəsində qeydlərindən görünür ki, o, 26.02.2014-cü il tarixdə yaşayış icazəsi almışdır. Təqsirləndirilən şəxs “Lyuberetsk” narkoloji və psixonevroloji dispanserlərdə qeydiyyatda deyil (cild 3, iş vərəqə 58-64; cild 4, iş vərəqə 38-46, 284-304; cild 5, iş vərəqə 17-64). Əməliyyat tapşırığının icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti V baş idarəsindən daxil olmuş 15 aprel 2019-cu il tarixli 7-909 saylı məktubdan görünür ki, x61 Yerevan Dövlət Universitetində “İranşünaslıq kafedrası”nın professoru olmaqla həmin kafedranın tərkibində olan “x51”nin rəhbəri və talış separatizmi istiqamətində Azərbaycan dövlətinin ərazi bütövlüyünün parçalanması yönündə aktiv təbliğat aparan, 1996-cı ildən İran hökuməti tərəfindən maliyyələşdirilən “x49”nə rəhbərlik edən, həmçinin son illərdə Yerevan şəhərində “Talış problemləri” mövzusunda keçirilmiş konfransların təşəbbüsçüsü olmuş şəxsdir. Qarnik Asatryan bir sıra erməni saytlarında, o cümlədən Rusiya Federasiyasının “iran.ru”, “regnum.ru” və “İA REX” informasiya agentliklərinin səhifələrində Azərbaycan-İran münasibətlərini və Azərbaycan Respublikasında guya mövcud olan “talış problemi”ni neqativ şəkildə qabardan silsilə məqalələr dərc etdirmiş, orada tarixi faktları saxtalaşdırmış, Azərbaycan Respublikası əleyhinə ifadələr işlətmişdir. Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının təşkilatçılığı və maliyyə dəstəyi ilə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanması, eləcə də milli düşmənçiliyin salınması məqsədilə, 2014-cü ildə Qarnik Asatryanın rəhbərliyi altında “Talışıstan Milli Televiziyası” yaradılmış və 2018-ci ilədək həmin istiqamətdə fəaliyyət göstərmişdir. Qarnik Asatryan Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının tapşırığına əsasən radikal talış separatçısı Təqsirləndirilən şəxs müraciət edərək, Azərbaycan və talış dillərini mükəmməl bilən, “Talışıstan” dövlətinin yaradılması ideyalarını dəstəkləyən, aparıcılıq qabiliyyəti olan şəxsə ehtiyac olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə öz növbəsində Qarnik Asatryanla radikal talış separatçısı x50 ilə tanış olmasını və sonuncunun 2015-2016-cı illərdə “Talışıstan Milli Televiziyası”nda talış və Azərbaycan dillərində hazırlanan verilişlərdə aparıcı vəzifəsində çalışmasını təmin etmişdir. Həmçinin Təqsirləndirilən şəxs “Talışıstan Milli Televiziyası”nda efirə buraxılan verilişlərin, xüsusilə Zabil Məhərrəmovun çıxışlarının məzmununun hazırlanmasında və mətninin redaktə ediməsində yaxından iştirak etmişdir. Qarnik Asatryan Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nəzarəti altında hazırlanmış verilişlərin layihəsini və mətnini internet resursları vasitəsilə Təqsirləndirilən şəxs göndərmiş, sonuncu isə müvafiq düzəlişlər və əlavələr etdikdən sonra eyni qaydada geri yollamış, nəticədə həmin verilişlərin efirdə yayımlanması təmin edilmişdir. 2016-cı ilin aprel ayının əvvəllərində Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunu və ona bitişik rayonları işğal etmiş Ermənistan Respublikasının silahlı qüvvələri ilə Azərbaycan Respublikası silahlı qüvvələri arasında təmas xəttində növbəti silahlı qarşıdurma zamanı Qarnik Asatryanla əldə olunmuş razılığa əsasən Təqsirləndirilən şəxs tərəfindən “Talışıstan Milli Televiziyası”nın 06.04.2016-cı il tarixdəki buraxılışında, Zabil Məhərrəmovun Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq çıxışı təmin edilmişdir. Zabil Məhərrəmov “Talışıstan Milli Televiziyası”nda fəaliyyətə başladıqdan müəyyən müddət sonra Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq televiziyadakı Azərbaycan Respublikasının əleyhinə fəaliyyətinə görə aldığı 500 ABŞ dolları məvacibindən gileylənib, onun artırılmasına köməklik etməsini istəmişdir. Təqsirləndirilən şəxs da öz növbəsində Qarnik Asatryana müraciət edərək, Zabil Məhərrəmovun məvacibinin 1000 ABŞ dollarına qədər artırılmasını xahiş etmiş, bununla da sonuncunun maaşı qeyd olunan miqdara uyğun qaldırılmışdır. Sonrakı dövrlərdə “Talışıstan Milli Telelviziyası”nın rəhbərliyi ilə Zabil Məhərrəmov arasında məvacibin yenidən artırılması istiqamətində fikir ayrılığı ortaya çıxmış, nəticədə sonuncu işindən ayrılaraq Ermənistandan Rusiya Federasiyasına qayıtmış, Təqsirləndirilən şəxs Moskva vilayətindəki kirayə yaşadığı ünvana gedərək orada 10 gün qalmış, Təqsirləndirilən şəxsla televiziyadakı fəaliyyəti ilə yanaşı talış milli hərəkatı ilə bağlı söhbətlər aparmışdır. Zabil Məhərrəmov işdən ayrıldıqdan sonra da Təqsirləndirilən şəxs Qarnik Asatryanla əlaqələrini davam etdirmiş, əvvəllki vaxtlarda olduğu kimi televiziyanın verilişlərinin məzmununun və mətninin hazırlanmasında köməklik göstərmişdir. “Talışıstan Milli Televiziya”sının efirində “Talış milli hərəkatı” adından yayımlanan verilişlərin hazırlanması birbaşa Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir (cild 3, iş vərəqə 182- 185). Əməliyyat tapşırığının icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti V baş idarəsindən daxil olmuş 15 aprel 2019-cu il tarixli 7-908 saylı məktubdan görünür ki, “Youtube” video portalında yayımlanan “Talışıstan Milli Televiziyası”nın “türk verilişləri redaksiyası”nda çalışan, “Azərbaycan dili” verilişində aparcılıq edən, başına hicab geyindirilmiş və gözünə eynək taxılmış “İlhamə Cəfərzadə” adlı şəxs 2015-2018-ci illərdə efirə çıxaraq Azərbaycanda və xaricdə yaşayan talışları, eləcə də digər milli azlıqları öz müstəqilliklərinin əldə olunması istiqamətində birləşərək, pantürkçülüyə qarşı mübarizə aparmağa səsləmiş, çıxışında türklərlə ermənilər arasında olan münaqişənin talış xalqına aidiyyətinin olmadığını, talışların ermənilərlə tarix boyu dost mühitində yaşadığını, Qarabağ müharibəsində həlak olan talışların isə pantürküzmin qurbanına çevrildiyini vurğulamışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı özünü talış kimi təqdim edən “İlhamə Cəfərzadə”nin - 10.03.1952-ci ildə Qazax rayonunun “qaraçılar” adlanan məhəlləsində anadan olmuş x16 olduğu müəyyən edilmişdir. Marietta Kərimovanın həyat yoldaşı Vreş Vartanyanla yanaşı, övladları Armen və x83 müharibəsində gedən döyüşlərdə iştirak etdikləri, həyat yoldaşının “Daşnaksütun” partiyasının üzvü olduğu müəyyən edilmişdir. Yerevan Dövlət Universitetinin tərkibində fəaliyyət göstərən “x51”nin rəhbəri, Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nəzarəti altında hərəkət edən Qarnik Asatryan “Talışıstan Milli Televiziyası”nın efirə buraxılmış verilişlərinin hazırlanmasında, eləcə də aparıcılarının seçilməsində radikal talış separatçısı Təqsirləndirilən şəxs tövsiyyələrindən yararlanmışdır. x62 Abbasova müraciət edərək, Azərbaycan dilində danışmağı bacaran qadının “Talışıstan Milli Televiziyası”nın Azərbaycan dilində yayımlanacaq verilişində aparıcı qismində çalışmağa razılıq verdiyini, lakin sonuncunun xarici görünüşünün türk xalqının imicinə uyğun olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs isə öz növbəsində həmin aparıcının türk qadınına oxşaması üçün başına hicab geyindirilməsini və gözünə eynək taxılmasını təklif etmiş, məhz Təqsirləndirilən şəxs tövsiyyəsindən sonra “Talışıstan Milli Televiziyası”nın Azərbaycan dilində yayımlanan verilişlərinin buraxılışlarını eynəkli və hicablı geyimdə olan, özünü İlhamə Cəfərzadə kimi təqdim edən Marietta Vartanyan adlı erməni qadın aparmağa başlamış, onun televiziyadakı çıxışlarının məzmununun və mətninin hazırlanmasında Təqsirləndirilən şəxs yaxından iştirak etmiş, internet resursları vasitəsilə müvafiq tövsiyyələrini vermişdir (cild 3, iş vərəqə 190-191) Əməliyyat tapşırığının icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti V baş idarəsindən daxil olmuş 21 may 2019-cu il tarixli 7-1245 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasına qarşı radikal mövqeyi ilə seçilən Təqsirləndirilən şəxs Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyətini tənzimləmiş, eləcə də Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının tapşırıqları və təlimatları əsasında fəaliyyətini tənzimləyən, Yerevan Dövlət Universitetinin tərkibində fəaliyyət göstərən “x51”nin rəhbəri Qarnik Asatryanla talış separatizminin Azərbaycan Respublikasının ərazisində təbliğ olunması və bu istiqamətdə, ideoloji prinsiplər əsasında talış milliyyətli şəxslərin cəlb edilməsini birgə tərəfdaşlıq zəminində həyata keçirmişlər. Təqsirləndirilən şəxs Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının təşkilatçılığı və maliyyə dəstəyi ilə 2014-cü ildə Yerevan şəhərində Qarnik Asatryanın rəhbərliyi altında Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq, eləcə də milli düşmənçiliyin salınması məqsədilə yaradılmış “Talışıstan Milli Televiziyası” adlandırdıqları internet kanalının efirə buraxılan verilişlərinin mətninin tərtib olunmasında, eləcə də aparıcıların seçilməsində və bəzi hallarda onların mövzuya uyğun geyimlərdə efirə çıxmasına dair tövsiyyələr vermişdir. Qarnik Asatryan Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nəzarəti altında hazırlanmış verilişlərin layihəsini və mətnini internet resursları vasitəsilə Təqsirləndirilən şəxs göndərmiş, sonuncu isə müvafiq düzəlişlər və əlavələr etdikdən sonra eyni qaydada geri yollamış, nəticədə həmin verilişlərin efirdə yayımlanması təmin edilmişdir. Qarnik Asatryan Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının tapşırığına əsasən radikal talış separatçısı Təqsirləndirilən şəxs müraciət edərək, Azərbaycan və talış dillərini mükəmməl bilən, “Talışıstan” dövlətinin yaradılması ideyalarını dəstəkləyən, aparıcılıq qabiliyyəti olan şəxsə ehtiyac olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə öz növbəsində Qarnik Asatryanla radikal talış separatçısı x50 ilə tanış olmasını və sonuncunun 2015-2016-cı illərdə “Talışıstan Milli Televiziyası”nda talış və azərbaycan dillərində hazırlanan verilişilərdə aparıcı vəzifəsində çalışmasını təmin etmişdir. 2016-cı il aprel ayının əvvəllərində Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunun və ona bitişik rayonların Ermənistan Respublikasının silahlı qüvvələrinin işğalından azad edilməsi uğrunda gedən hərbi döyüşlər ərəfəsində, Təqsirləndirilən şəxs Qarnik Asatryana verdiyi tövsiyyələr əsasında Zabil Məhərrəmov Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən düşmən ölkənin hərbi geyim formasını geyinərək “Talışıstan Milli Televiziyası”nın “Talışi! Gto ne naşa voyna!” (tərcüməsi: Talışlar! Bu bizim müharibə deyil) başlıqlı verilişində Azərbaycan Respublikasının əleyhinə çıxış etmişdir. Zabil Məhərrəmov qeyd olunan verilişdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində xidmət edən talışlara səslənərək, Azərbaycan Respublikası silahlı qüvvələrinin döyüş qabiliyyətinin aşağı olması barədə həqiqətə uyğun olmayan nüfuzdan salıcı fikirlər səsləndirməklə yanaşı, aparılan döyüşlərin talış xalqına aid olmadığını vurğulamış, talışların ermənilərə birləşməsinə dair çağırışlar etmişdir. Təqsirləndirilən şəxs yaxın əlaqəsi olan Qarnik Asatryan 2016-cı ildə Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının rəhbəri vəzifəsindən azad olunduqdan sonra, sözügedən vəzifəyə Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyətini tənzimləyən Vardan Voskanyan gətirilmiş, sonuncu isə həmin vaxtlarda “Talışıstan Milli Televiziyası”nda aparıcılıq edən Zabil Məhərəmovu öz tərəfinə çəkməyə başlamışdır. x70 Məhərrəmovla yaxınlaşmasının əsas məqsədi Ermənistan Respublikasının xüsusi xidmət orqanları tərəfindən televiziyaya ayrılan pulların talış separatizminin təbliği istiqamətində daha da səmərəli xərclənməsi, Azərbaycan Respublikasında yaşayan və xarici ölkələrdə məskunlaşmış talış milliyyətli şəxslərdə talış hərəkatı ideyalarını formalaşdıracaq verilişlərin planlı şəkildə hazırlanması, həmçinin televiziyanın fəaliyyətinə köməklik göstərəcək talış fəallarının Zabil Məhərrəmovun vasitəsilə, maddi əsaslarla cəlb olunması olmuşdur. Vardan Vaskanyanla münasibətləri inkişaf etdirdikdən sonra Zabil Məhərrəmov yenidən Təqsirləndirilən şəxs müraciət edərək, “x36”nın efirində uğurlu çıxışlar həyata keçirdiyini, çoxsaylı tərəfdarlarının olduğunu, əvvəlcədən planlaşdırılmış layihələrin lazımi şəkildə həyata keçirildiyini vurğulayaraq, maaşının 1000 dollardan 3000 dollara kimi qaldırılması ilə bağlı Vardan Vaskanyanla danışmasını xahiş etmiş, Təqsirləndirilən şəxs isə münasib məqam yaranacağı təqdirdə Vardan Vaskanyanla bu barədə müzakirə aparacağına dair söz vermişdir. Zabil Məhərrəmov daha sonra Vardan Vaskanyana bir nəfərin “Skype” proqramı vasitəsilə onunla danışmaq istədiyini bildirmiş, sonuncu isə hazırda vaxtının olmadığını qeyd etmişdir. x84 həmin bir nəfər şəxsin Təqsirləndirilən şəxs olduğunu bildikdən sonra, sonuncu ilə dərhal “Skype” proqramı vasitəsilə əlaqə saxlamışdır. Ümumi hal-əhval tutduqdan sonra Təqsirləndirilən şəxs Vardan Vaskanyana müraciət edərək, Zabil Məhərrəmovun Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının maddi dəstəyi nəticəsində fomalaşan maaşının 3000 dollara qədər qaldırılmasını xahiş etmişdir. Sonrakı dövrlərdə “Talışıstan Milli Telelviziyası”nın rəhbərliyi ilə Zabil Məhərrəmov arasında fikir ayrılığı ortaya çıxmış, nəticədə sonuncu işindən ayrılaraq Ermənistandan Rusiya Federasiyasına qayıtmışdır. x62 Abbasova müraciət edərək, Azərbaycan dilində danışmağı bacaran qadının “Talışıstan Milli Televiziyası”nın Azərbaycan dilində yayımlanacaq verilişində aparıcı qismində çalışmağa razılıq verdiyini, lakin sonuncunun xarici görünüşünün türk xalqının imicinə uyğun olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs isə öz növbəsində həmin aparıcının türk qadınına oxşaması üçün başına hicab geyindirilməsini və gözünə eynək taxılmasını təklif etmiş, məhz Təqsirləndirilən şəxs tövsiyyəsindən sonra “Talışıstan Milli Televiziyası”nın Azərbaycan dilində yayımlanan verilişlərinin buraxılışlarını eynəkli və hicablı geyimdə olan, özünü İlhamə Cəfərzadə kimi təqdim edən Marietta Vartanyan adlı erməni qadın aparmağa başlamışdır. Təqsirləndirilən şəxs 29 dekabr 2011-ci il tarixdə Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən və maliyyələşən voskanapat.info saytına verdiyi müsahibədə Azərbaycanda guya milli azlıqların, xüsusən də talışların hüquq və azadlıqlarının pozulduğunu qeyd etmiş, talışların dövlətçiliyinin bərpa edilməsi istiqamətindəki mübarizələrini hələ ki, sülh və demokratik metodlar ilə apardıqlarına baxmayaraq, lazım gəldikdə silahlı mübarizəyə də əl atmağa hazır olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs Qarabağ müharibəsini mənasız hesab edərək, bunun talışlara aid olmadığını qeyd etmiş və talış millətindən olan cavanları Azərbaycan Respublikasının ordusuna çağırışdan yayınmağa, cəbhə bölgələrində xidmət edən talışları kütləvi şəkildə ermənilər tərəfə keçməyə çağırmışdır (cild 4, iş vərəqə 257-260). Əməliyyat tapşırığının icrası ilə bağlı Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətindən daxil olmuş 24 iyun 2019-cu il tarixli 7-1624 saylı məktubun çıxarışından görünür ki, 2017-ci ilin aprel ayının 26-da “Голос Армении” informasiya portalının müxbiri Qəyanə Sarmakeşyan “Azərbaycan Respublikasında talış hərəkatı” mövzusunda Təqsirləndirilən şəxs aldığı müsahibəni “Цель - независимый Талышистан” (tərcüməsi: Hədəf – müstəqil Talışıstandır) adı ilə yayımlamışdır. Müsahibə “Qolos Armenii” və bir sıra digər erməni KİV-lərində yerləşdirilmişdir. Təqsirləndirilən şəxs Aqasi Arabyan adlı şəxsin dəvəti ilə 2017-ci ilin dekabr ayının 15-də Moskva şəhərində yerləşən “Prezident Otel”də keçirilən Rusiya Federasiyasında fəaliyyət göstərən “Rusiya-Ermənistan birliyi”nin konfransında çıxış etmiş, həmin tədbirdə Azərbaycan Respublikasının bütün region üçün təhlükəli dövlət kimi məhvinə yönələn çağırışlar etmiş, “erməni və talış xalqlarının qardaşlığı”nı vurğulayaraq Rusiya Federasiyasını Azərbaycan Respublikasını dəstəkləməməyə səslənmişdir (cild 5, iş vərəqə 123-125). Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Müvəqqəti saxlama yeri və istintaq təcridxanasından 04 mart 2019-cu il tarixli 7-613 saylı məktubla göndərilmiş Təqsirləndirilən şəxs məxsus 82№1109012 №-li xarici vətəndaşın yaşayış icazəsi sənədindən görünür ki, xarici vətəndaşın yaşayış icazəsi – xarici vətəndaşa verilmiş onun Rusiya Federasiyasında daimi yaşamaq hüququnu, eləcə də Rusiya Federasiyasından sərbəst çıxmaq və Rusiya Federasiyasına sərbəst gəlmək hüququnu təsdiq edən sənəddir, Moskva vilayəti üzrə x69 Xidmətinin İdarəsi tərəfindən 26 fevral 2014-cü il tarixdə verilmişdir və 26 fevral 2019-cu il tarixədək etibarlıdır (cild 2, iş vərəqə 283-288). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindən daxil olmuş məktuba əlavə edilmiş nikahın pozulması haqqında akt qeydindən görünür ki, 30.07.1962-ci il təvəllüdlü x32 həyat yoldaşı xx.xx.1956-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.05.2019-cu il tarixli 1637/2019 №-li qərarı əsasında boşanmışdır (cild 5, iş vərəqə 149-150). Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri baş idarəsindən daxil olmuş 20 sentyabr 2018-ci il tarixli 7-2617 №-li məktubdan görünür ki, xx.xx.1956-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşıdır (cild 1, iş vərəqə 215-216). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və x15 məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə tədqiq edilmiş bütün sübutların məcmusunu tam, hərtərəfli və obyektiv yoxlayaraq hər bir sübutu digərləri ilə müqayisəli şəkildə təhlil edərək bu nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamlarda təqsirli bilməyərək məhkəməyə verdiyi ifadələri onun müdafiə mövqeyinə əsaslanan subyektiv mülahizələridir və həqiqəti əks etdirmir. Bununla belə, məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən sübut kimi qəbul edir. Təqsirləndirilən şəxs cinayət törətməməsi ilə bağlı dəlilləri ibtidai istintaq orqanının təqdim etdiyi və məhkəmə istintaqında tədqiq edilmiş, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilmə hallarına heç bir şübhə olmayan mötəbər sübutlarla tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin işin faktiki hallarına uyğun gəlməyən hissələrini sübut kimi qəbul etmir. İbtidai istintaq orqanının elan olunmuş ittihamların təsdiqi kimi təqdim etdiyi mötəbər dəlillərin – təqsirləndirilən şəxsin və şahidin ifadələri, ekspert rəyləri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, digər sənədlərin hər hansının sübut kimi qəbul edilməsinə yol verməyən heç bir hal müəyyən edilməmişdir. İbtidai istintaq zamanı hadisələri, onların səbəblərini, xarakterini, mexanizmini bilavasitə qavrayan şəxslərin verdikləri yazılı məlumatlar - təqsirləndirilən şəxsin özünün və şahidin ifadələri prosesssual qanunvericiliyin tələblərinə uyğun şəkildə protokollaşdırılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir, təsnifata görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş əməl xüsusilə ağır, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.3-cü maddəsində nəzərdə tutulmuş əməl ağır və 283.1-ci maddəsində nəzərdə tutulmuş əməl isə az ağır cinayətlərdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü, 281.3-cü və 283.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrlə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalı, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü, 281.3-cü və 283.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə növündə cəza ilə yanaşı həm də cərimə və islah işləri kimi cəzalar nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi digər əməllərin - ağır və xüsusilə ağır cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayətlərin məcmusu üzrə cəzaların toplanmasının zəruri olmasını nəzərə almaqla Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283.1-ci maddəsi ilə də azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3ci maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 sentyabr 2018-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs 14 iyul 2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2018-ci il tarixli 4(009)-372/2018 №-li qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının səlahiyyətli orqanları tərəfindən axtarışa verildiyi üçün 06 sentyabr 2018-ci il tarixdə Moskva vilayəti Lyubertsı şəhər prokurorunun müavini tərəfindən şübhəli şəxs kimi tutulmuş, barəsində x27 vilayətinin Lyubertsı şəhər məhkəməsinin 07 sentyabr 2018-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs x21-Bakı aviareysi ilə Azərbaycan Respublikasına deport olunduqdan sonra 28 fevral 2019-cu il tarixdə saat 05 radələrində Azərbaycan Respublikasının dövlət sərhədini keçərkən Dövlət Sərhəd Xidməti tərəfindən Bakı Beynəlxalq Hava limanında saxlanılaraq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına təhvil verilmişdir (cild 1, iş vərəqə 147-148, 150-151, 166-168; cild 5, iş vərəqə 104-108, 209-211, 303-307). Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.0.5-ci maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cinayət işi üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs “Talışıstan Milli Televiziyası” adlandırılan internet televiziya kanalında 01.07.2015-ci il, 15.07.2015-ci il, 24.06.2015-ci il, 18.12.2017-ci il, 07.03.2016-cı il, 18.05.2015-ci il, 24.02.2017-ci il, 20.03.2015-ci il, 20.07.2015-ci il, 01.05.2015-ci il, 04.05.2015-ci il, 10.04.2015-ci il tarixlərdə yayımlanmış çıxışlarının, eləcə də 18.07.2018-ci il tarixdə yayımlanmış “Yerli gəncəlilərsiz Gəncə _ Qığılcımdan alov doğar” adlı videomaterialın, Təqsirləndirilən şəxs ilə “Цель - независимый Талышистан” (Hədəf – müstəqil Talışıstandır) başlıqlı müsahibənin, “Мы решаем одну из сложных задач нашей революции” (Biz öz inqilabımızın çətin məsələlərindən birini həll edirik) başlıqlı müsahibənin, “Ф.Абосзода, Р.Мадоян. Нужно ли Армении сохранение Азербайджана?” (F.Abbaszadə, R.Madoyan. Ermənistana Azərbaycanın qalması lazımdırmı?) başlıqlı məqalənin, “Наша общенациональная идея – независимый, свободный Талышистан!” (bizim ümummilli ideyamız – müstəqil, azad Talışıstan!) başlıqlı müsahibənin, 06.11.2017-ci il tarixdə “Faxraddin Aboszoda” (Fəxrəddin Abbaszadə) adlı “facebook” sosial şəbəkəsindəki profilindən paylaşdığı “В Санкт-Петербурге повесили флаг Талышистана. 6 ноября ночью в Санкт-Петербурге на мосту, расположенном на пересечении проспектов Славы и Витебское шоссе, был вывешен плакат: “Свобода Талышистану!”” (Sankt-Peterburqda Talışıstanın bayrağını asıblar. 06 noyabrda gecə Sankt-Peterburqda “Slavı” və “Vitebskoye şosse” prospektlərinin kəsişməsində yerləşən körpüdə “Talışıstana azadlıq” afişası asılmışdır.) başlıqlı fotoşəkilin, həmçinin “Talışıstanın Milli Televiziyası” adlandırılan internet televiziya kanalında x22 06.04.2016-cı il tarixdə yayımlanmış “Talışıstan Milli Televiziyasının x92 Verilişi” kimi təqdim edilən verilişdə “Azərbaycan faciəsi – nə baş verir?” və “Cəbhədən xəbərlər” başlıqlı çıxışlarının, 04.04.2016-cı il tarixdə yayımlanmış “İm çəmə canq ni – “Gto – ne naşa voyna!” (Bu – bizim müharibə deyil) başlıqlı, “Tolış bıbən! İştə xəlği məhavatən! - Будьте талышами! Не предавайте свой народ!” (Talış olun! Öz xalqınızı satmayın) başlıqlı çıxışlarının, “Çəmə xosə xəlq. Əmə həmə çok zınedəmon ki, ozobijonojon təbliğat çanədə de du tərbizi püre” (Bizim əziz xalq. Biz hamımız yaxşı bilirik ki, Azərbaycanlıların təbliğatı nə qədər yalanlarla doludur.) ifadələri ilə başlayan çıxışının, 10.04.2015-ci il tarixdə yayımlanmış “Tolışi ləşkər” - “Талышская армия” (Talış ordusu) başlıqlı çıxışının məzmununda Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışların, eləcə də milli nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin edilməsi əlamətləri aşkar edildiyi üçün həmin videoçıxışların yazıldığı DVD disklər, eləcə də məqalə və müsahibələrin əks olunduğu materiallar cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 400 (dörd yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli 4 saylı, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli qərarlarının izah və tövsiyyələri baxımından da, əsaslı hesab edir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü, 281.3-cü və 283.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 281.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 283.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı 06 sentyabr 2018-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs “Talışıstan Milli Televiziyası” adlandırılan internet televiziya kanalında 01.07.2015-ci il, 15.07.2015-ci il, 24.06.2015-ci il, 18.12.2017-ci il, 07.03.2016-cı il, 18.05.2015-ci il, 24.02.2017-ci il, 20.03.2015-ci il, 20.07.2015-ci il, 01.05.2015-ci il, 04.05.2015-ci il, 10.04.2015-ci il tarixlərdə yayımlanmış çıxışlarının, eləcə də 18.07.2018-ci il tarixdə yayımlanmış “Yerli gəncəlilərsiz Gəncə _ Qığılcımdan alov doğar” adlı videomaterialın, Təqsirləndirilən şəxs ilə “Цель независимый Талышистан” (Hədəf – müstəqil Talışıstandır) başlıqlı müsahibənin, “Мы решаем одну из сложных задач нашей революции” (Biz öz inqilabımızın çətin məsələlərindən birini həll edirik) başlıqlı müsahibənin, “F.Aboszoda, R.Madoən. Нужно ли Армении сохранение Азербайджана?” (F.Abbaszadə, R.Madoyan. Ermənistana Azərbaycanın qalması lazımdırmı?) başlıqlı məqalənin, “Наша общенациональная идея – независимый, свободный Талышистан!” (bizim ümummilli ideyamız – müstəqil, azad Talışıstan!) başlıqlı müsahibənin, 06.11.2017-ci il tarixdə “Faxraddin Aboszoda” (Fəxrəddin Abbaszadə) adlı “facebook” sosial şəbəkəsindəki profilindən paylaşdığı “В Санкт-Петербурге повесили флаг Талышистана. 6 ноября ночью в Санкт-Петербурге на мосту, расположенном на пересечении проспектов Славы и Витебское шоссе, был вывешен плакат: “Свобода Талышистану!”” (Sankt-Peterburqda Talışıstanın bayrağını asıblar. 06 noyabrda gecə Sankt-Peterburqda “Slavı” və “Vitebskoye şosse” prospektlərinin kəsişməsində yerləşən körpüdə “Talışıstana azadlıq” afişası asılmışdır.) başlıqlı fotoşəkilin, həmçinin “Talışıstanın Milli Televiziyası” adlandırılan internet televiziya kanalında x22 06.04.2016-cı il tarixdə yayımlanmış “Talışıstan Milli Televiziyasının x92 Verilişi” kimi təqdim edilən verilişdə “Azərbaycan faciəsi - nə baş verir?” və “Cəbhədən xəbərlər” başlıqlı çıxışlarının, 04.04.2016-cı il tarixdə yayımlanmış “İm çəmə canq ni – “Это – не наша война!” (Bu - bizim müharibə deyil) başlıqlı, “Tolış bıbən! İştə xəlği məhavatən! - Будьте талышами! Не предавайте свой народ!” (Talış olun! Öz xalqınızı satmayın) başlıqlı çıxışlarının, “Çəmə xosə xəlq. Əmə həmə çok zınedəmon ki, ozobijonojon təbliğat çanədə de du tərbizi püre” (Bizim əziz xalq. Biz hamımız yaxşı bilirik ki, Azərbaycanlıların təbliğatı nə qədər yalanlarla doludur.) ifadələri ilə başlayan çıxışının, 10.04.2015-ci il tarixdə yayımlanmış “Tolışi ləşkər” - “Талышская армия” (Talış ordusu) başlıqlı çıxışının məzmununda videoçıxışların yazıldığı DVD disklər, eləcə də məqalə və müsahibələrin əks olunduğu materiallar cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 400 (dörd yüz) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar