Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-197/2023 30.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1995-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 09.15-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamış və daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs 17 mart 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq metrostansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi - 4,377 qram olan narkotik vasitə - heroini 80 (səksən) manat pul müqabilində alaraq əldə edib, üzərində saxlayaraq daşımış, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 01:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospektində yerləşən yerüstü piyada keçidinin yaxınlığında saxlanılaraq Binəqədi rayonu, Azadlıq prospekti 191 ünvanında yerləşən polis şöbəsinə gətirilmiş, orada saat 03:30-da üzərinə axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarının sağ yan cibində olan bir ədəd yaşıl rəngli sellofan bükümündə 4,377 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə - heroin aşkar edilib götürülmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, narkotik vasitə istifadəçisidir. Polislər tərəfindən saxlanılan zaman üzərindən aşkar olunan təxminən 4 qram olan narkotik vasitəni bir gün əvvəl almışdır. Məbləğ 80 manat olsa da 30 manat ödəmiş, qalan məbləği sonra ödəməli idi. Gün ərzində yarım qrama yaxın istifadə edir. Polislər tərəfindən ona hər-hansı fiziki təsir olmamışdır.Üzərindən aşkar olunmuş narkotik vasitəni şəxsi istifadəsi üçün almış, satış məqsədi olmamışdır. 4.Məhkəmə iclas zalında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur.Həmin ifadəsində o, göstərmişdir ki, anket məlumatlarında göstərilən ünvanda qeydiyyatdadır. Bakı şəhərində daimi yaşayış yeri yoxdur. Belə ki, Nəsimi rayonu ərazisində olan gündəlik 3 manata verilən fərqli-fərqli evlərdə yaşayır. Əvvəllər məhkum olunmamışdır. Hal-hazırda narkotik vasitə heroindən istifadə edir. Bakı şəhərinə yeni il ərəfəsində gəlmişdir. 17 mart 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq metrostansiyası yaxınlığında bir nəfər tanımadığı şəxslə görüşüb 80 manat pul ödəməklə narkotik vasitə olan heroin almışdır. Həmin heroini yaşıl rəngli sellofanda bükülmüş halda üzərində gəzdirmişdir. Çünki onun mütəmadi olaraq yaşadığı bir ünvanı yoxdur. O özü bir neçə müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. xx.xx.2022-ci il tarixdə Azadlıq prospektində olmuşdur. O, orada yerüstü piayda keçidinin yaxınlığında yolu keçmək istəyən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş, polis işçisi olduqlarını demiş və üzərində narkotik vasitə olmasında, narkotik vasitənin qanunsuz dövriyyəsində şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 4-cü PŞ-yə dəvət etmişlər. O, ilk öncə onlardan yayınmağı düşünmüş, lakin sonradan razılaşıb onlarla birlikdə Binəqədi RPİ-nin 4-cü PŞ-yə getmiş və orada ona polis işçisi hüquq və vəzifələrini izah etmiş, o, müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş və bununla bağlı ərizə yazmışdır. Vəkil dəvət olunmuş və ona təqdim edilmişdir. Bundan sonra öz razılığı ilə müdafiəçinin iştirakı olmadan videoçəkilişlə üzərinə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd yaşıl rəngli sellofan bükülünü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükülüdə narkotik vasitə kakos olmuşdur. Sorğu zamanı o, həmin bükümün içərisində olan maddənin «heroin» olmasını, həmin narkotik vasitəni 17 martda Azadlıq metrosunun yaxınlığından tanımadığı şəxsdən 80-manata öz şəxsi istifadə məqsədi ilə aldığını bildirmişdir (İ cild, səh. 77-78). 5.Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ona Murad adlı şəxsin narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, üzərində daşıması və istifadəsi ilə bağlı məlumat daxil olmuş, əməliyyyat qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixdə şəxs piyada olan zaman ona yaxınlaşmışlar. 4-cü PŞ-ə dəvət olunmuş, üzərinə video çəkilişlə baxış keçirilmişdir. Üzərindən kokos çıxmışdır. Narkotik vasitəni 1 gün əvvəl Azadlıq metrosu yaxınlığında şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. 6.Məhkəmə baxışında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 18 mart 2022-ci il tarixdə Binəqədi RPİnin 4-cü PŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq olaraq narkotik vasitə əldə etməsi, saxlaması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmişdir və bundan sonra şöbənin kiçik əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat- axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 18 mart 2022-ci il tarixdə saat 01:20 radələrində Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa elmək məqsədi ilə onun olduğu yeri müəyyən edib, Binəqədi rayonu, Azadlıq prospektinə gələrək əməliyyat mövqeyi seçmişlər. Zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs Azadlıq prospektində yerləşən piyada keçidinin yaxınlığında piyada hərəkətdə olduğunu görüb tədbir iştirakçıları ilə birlikdə ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələri göstərib, həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. O, Təqsirləndirilən şəxs olduğunu dedikdən sonra ona qanunsuz olaraq olaraq narkotik vasitə əldə etməsi, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Şöbədə xidməti otaqların birində ona hüquq və vəzifələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs dövlət hesabına vəkillə təmin olunmaq istəyini bildirmiş və vəkil dəvət olunub ona təqdim edilmişdir. Bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Axtarışdan öncə ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs masaya yaxınlaşıb əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd yaşıl rəngli sellofan bükülünü, çıxarıb masanın üzərinə qoyub, həmin bükümün içərisində kakos adlanan narkotik vasitə olduğunu həmin maddəni 17 mart 2022-ci il tarixdə Azadlıq metrosu yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 80 manata aldığını demişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qablaşdırılıb möhürlənmiş və zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib edilib, ucadan oxunmuş, protokolun doğruluğu bütün iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, səh. 92-94). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təxminən keçən ilin mart ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə bağlı əməliyyat məlumatı əsasında şəxs Binəqədi rayonu, Azadlıq prospektində saxlanılmışdır. Şəxsə polis olduqlarını bildirdikdən sonra 4-cü polis bölməsinə dəvət etmişlər. Vəkilin iştirakı ilə üzərinə baxış keçirilən zaman üzərindən narkotik vasitə heroin aşkar olunmuş, qablaşdırılaraq zərflər üçün olan möhürlə möhürlənmiş, ekspertizaya göndərilmişdir. Şəxsə qarşı hər hansı zor və təzyiq göstərilməmişdir. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, 18 mart 2022-ci il tarixdə Binəqədi RPİnin 4-cü PŞ-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq olaraq narkotik vasitə əldə etməsi, saxlaması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə şöbənin əməliyyat müvəkkili Şahid1 raportla rəhbərliyə müraciət etmiş və bundan sonra Şahid1 rəhbərliyi və öz iştirakı ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. 18 mart 2022-ci il tarixdə saat 01:20 radələrində Təqsirləndirilən şəxs qanunsuz əməllərini ifşa etmək məqsədi ilə onun olduğu yeri müəyyən edib, Binəqədi rayonu, Azadlıq prospektinə gələrək əməliyyat mövqeyi seçmişlər. Zahiri əlamətləri onlara əvvəlcədən məlum olan Təqsirləndirilən şəxs Azadlıq prospektində yerləşən piyada keçidinin yaxınlığında piyada hərəkətdə olduğunu görüb tədbir iştirakçıları ilə birlikdə ona yaxınlaşıb, özlərini təqdim edib, xidməti vəsiqələri göstərib, həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. O, Təqsirləndirilən şəxs olduğunu dedikdən sonra ona qanunsuz olaraq olaraq narkotik vasitə əldə etməsi üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət etmişlər. Şöbədə xidməti otaqların birində ona hüquq və vəzifələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs dövlət hesabına vəkillə təmin olunmaq istəyini bildirmiş və vəkil dəvət olunub ona təqdim edilmişdir. Bundan sonra video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Axtarışdan öncə ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs masaya yaxınlaşıb əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd yaşıl rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoyub, həmin bükümün içərisində kakos adlanan narkotik vasitə olduğunu həmin maddəni 17 mart 2022-ci il tarixdə Azadlıq metrosu yaxınlığında tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 80 manata aldığını demişdir (İ cild, səh. 95-97).
9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 6/557 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün №173” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş zərfdə bir ədəd bükümdə təmiz çəkisi 4,377 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir (İ cild, səh. 38-41).
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X2 barədə 11 iyun 2022-ci il tarixli, 3181 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 118-119).
11. Məhkəmə-psixiatrik ekspertizasının 13 iyun 2022-ci il tarixli, 1517 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər-hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 120-122).
12. «Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə video çəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşayaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd yaşıl rəngli sellofana bükülmüş qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs bu narkotik vasitəni xx.xx.2022-ci il tarixdə səhər saatlarında Azadlıq metrosunun yaxınlığından üzdən tanıdığı, lakin adını və yaşadığı ünvanı bilmədiyi şəxsdən 80 manata öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirmişdir (İ cild, səh. 33-34). 13.«Video görüntülərə baxış keçirilməsi haqqında» 18 mart 2022-ci il tarixli protokoldan görünür ki, axtarışın keçirilməsinə 18 mart 2022-ci il tarixdə saat 03:30-da başlanır. Axtarışın aparıldığı yer süni işıqlandırma ilə işıqlandırılmış, Binəqədi RPİ-nin 4-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru İsmayıl Qurbanovun əyləşdiyi xidməti otaqdır. İştirakçılar- bölmənin əməliyyat müvəkkili Şahid1, PB-nin CA üzrə inspektoru Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı İsmayıl Qurbanovun əyləşdiyi masanın qarşısında dayanmışlar. Təhqiqatçı tərəfindən iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilir, Təqsirləndirilən şəxs masaya yaxınlaşıb əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd yaşıl rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd yaşıl rəngli sellofana bükülmüş halda olan büküm təhqiqatçı tərəfindən açılaraq içərisinə baxılır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində olan maddənin “kakos” adlanan narkotik vasitə olduğunu, həmin maddəni 17 mart 2022-ci il tarixdə Azadlıq metrosu yaxınlığından tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 80 manata aldığını bildirir. Həmin bükülü zərfə qoyularaq möhürlənib iştirakçılar tərəfindən imzalanır. 18 mart 2022-ci il tarixdə saat 03:50-də axtarış yekunlaşdırılır (İ cild, səh. 53). 14.Məhkəmə iclasında məhkəməyədək icraat mərhələsində aparılmış şəxsi axtarış və götürülmə aparılmasını əks etdirən video görüntüyə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, təhqiqatçı tərəfindən iştirakçılara qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs masaya yaxınlaşıb əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd yaşıl rəngli sellofan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd yaşıl rəngli sellofana bükülmüş halda olan büküm təqhiqatçı tərəfindən açılaraq içərisinə baxılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülünün içərisində olan maddənin «kakos» adlanan narkotik vasitə olduğunu, həmin maddəni 17 mart 2022-ci il tarixdə Azadlıq metrosu yaxınlığından tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 80 manata aldığını bildirmişdir. Həmin bükülü zərfə qoyulub möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. 15.«Mobil operatorlardan götürülmüş məlumatlara baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərin, sms və anten məlumatlarının köçürüldüyü "xxxx" MMC-dən götürülmüş CD diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir (İ cild, səh. 116). 16.«Əşyanın maddi sübut hesab edilməsi haqqında» 18 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, səh. 54). 17.«Əşyanın maddi sübut hesab edilməsi haqqında» 18 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd yaşıl sellofan bükümdə təmiz çəkisi 4,377 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut hesab edilmişdir.Maddi sübut hesab edilən 4,377 qram heroinin 4,325 qram qalığı saxlanılması üçün Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, səh. 56-58). 18.«Şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 28). 19.Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 19 mart 2022-ci il tarixli, 4(001)- 290/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 18 mart 2022-ci il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 89-91). 20.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş X3 İdarəsindən verilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 105).
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
21. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 22.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 23.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 24.Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
25. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutların, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham verilmiş əməl həmin Məcəllənin 234.1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə əldə etmə, saxlama və daşımaya tövsif edilməlidir.
26. Belə ki, təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv cəhət, subyekt, subyektiv cəhət) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin məhz "satış məqsədi ilə" əldə edilməsi, saxlanması və ya daşınması ittihamın təqdim etdiyi sübutların məcmusu ilə təsdiqini tapmamış və məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə cinayət təqibi orqanının qənaətini şübhə altına almışdır.
27. İbtidai istintaq orqanı tərəfindən əməl sübutların məcmusuna ittihamın həlli üçün toplanmış sübutların kifayət etməsinə əsasən qiymət verilmədən düzgün tövsif olunmamışdır. İttihamın təsdiq olunması üçün təqdim edilmiş sübutlar məhkəmə tədqiqi zamanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və ya daşıması nəticəsinə gəlinməsinə imkan verməmiş, təqsirləndirilən şəxsin məqsədinin məhz satış olması ilə bağlı sübutların kifayət etmədiyi qənaəti yaratmışdır. 28.İş üzrə toplanmış sübutlar yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilməsi üçün kifayət etdiyi halda, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsə həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə ittiham vermişdir. 29.Cinayət işinin materiallarında olan 18 mart 2022-ci il tarixli raportda Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi, istifadə etməsi və saxlaması barədə məlumatın daxil olması qeyd edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmədə verdiyi ifadələrində narkotik vasitəni öz şəxsi istifadə məqsədi ilə aldığını bildirmişdir. Həmçinin, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ibtidai istintaq zamanı və məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitəni öz şəxsi istifadəsi üçün aldığını deməsini qeyd etmişlər. Bunun əksi nə şahid, nə də təqsirləndirilən şəxsin ifadəsində qeyd edilməmişdir.
30. 18 mart 2022-ci il tarixli digər raportda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs saxlanılması qeyd edilmişdir. Həmin raportda Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinməsi göstərilsə də, qanunsuz dövriyyənin nədən ibarət olması konkret göstərilməmiş, ibtidai istintaqın sonrakı mərhələlərində bu hala aydınlıq gətirilməmiş, eləcə də ibtidai istintaq zamanı qeyd olunan faktla əlaqədar hər hansı sübut növü əldə edilərək araşdırılmamışdır. 31.Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və çıxan zənglərin, sms və anten məlumatlarının köçürüldüyü "xxxx" MMC-dən götürülmüş CD diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmiş, yəni Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıması barədə hər hansı bir məlumat əks olunmamışdır. 32.Bundan başqa, hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktında qeyd olunur ki, «Aparılmış ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, şəxsi axtarışın keçirilməsi protokolu və maddi sübut haqqında protokollar, ekspertiza rəyləri və işin digər halları ilə sübuta yetirilmişdir». İstintaq orqanının gəldiyi göstərilən nəticə mənbəyi olmayan ümumi sözlərdən ibarət formal cümlə olmaqla iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı halı özündə əks etdirmir. Belə ki, aparılan hərtərəfli məhkəmə araşdırması zamanı istintaq orqanı tərəfindən qeyd olunan həmin sübut növlərinin heç birində Təqsirləndirilən şəxs narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşıması faktına rast gəlinməmişdir. Bundan başqa, istintaq orqanı təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini özünün qismən etirafedici ifadəsi ilə sübuta yetirildiyini qeyd etmiş, lakin həmin etirafedici ifadənin nədən ibarət olmasına aydınlıq gətirilməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş materiallarında olan sənədlərin heç birində istintaq orqanın qeyd etdiyi kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edən qismən etirafedici ifadə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində verdiyi ilkin ifadəsində, həmçinin təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində, ümumiyyətlə istintaqın bütün mərhələlərində narkotik vasitəni öz şəxsi istifadəsi məqsədi ilə əldə etdiyini bildirmişdir. 33.Həmçinin həmin ittiham aktında göstərilmişdir ki, «Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi və külli miqdarda narkotik vasitəni öz istifadəsi üçün əldə etməsi və öz müdafiəsi üçün gətirdiyi digər dəlillər, şahid ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, ekspert rəyləri, video görüntülərə baxış keçirilməsi haqqında protokol və digər istintaq sənədləri ilə təkzib edilmişdir». Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış həmin istintaq sənədlərinin hər hansı birində Təqsirləndirilən şəxs narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsini təkzib edən sübut müəyyən olunmamışdır. Belə ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 həm ibtidai istintaq zamanı və həm də məhkəmədə verdikləri ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etdiyini deməsini qeyd etmişlər. Bundan başqa, məhkəmə istintaqı zamanı tədqiq edilmiş iş materiallarında olan «Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə» 18 mart 2022-ci il tarixli protokolda da Təqsirləndirilən şəxs narkotik vasitəni öz istifadəsi məqsədi ilə aldığını və üzərində saxlayıb gəzdirdiyini bildirməsi göstərilmişdir. İstintaq orqanının istinad etdiyi ekspert rəylərinə aid hissədə isə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin narkotik vasitə heroini satış məqsədi ilə əldə edib üzərində saxlayaraq daşımasını təsdiq edən sübut növləri kimi göstərilən ekspert rəylərinə istinad edilə bilməz. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 6/557 nömrəli ekspert rəyi tədqiqata təqdim edilmiş aşkar olunan maddənin narkotik vasitə olmasını təsdiq etsə də həmin narkotik vasitənin təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə əldə edilib üzərində saxlanılaraq daşınmasını müəyyən etmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X2 barədə 11 iyun 2022-ci il tarixli, 3181 nömrəli rəyi isə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin olmasını və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğunu müəyyən edir ki, bu fakt da Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu təsdiq edir. 34.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan üç əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitəni satış məqsədilə əldə edib gəzdirməsi və saxlaması haqda nəticəyə gəlmək üçün sadalanan üç məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. Qeyd olunan üç amildən heç biri hazırki cinayət işi üzrə müəyyən edilməsə də, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımasına dair ittiham verilmiş, təqsirləndirilən şəxsin əməlində şəxsi maraq məqsədilə narkotik vasitənin yayılmasına yönəldilmiş hərəkətlər etməsi və ya əvəzli, yaxud qazanc əldə etmək məqsədilə hər hansı hərəkətlər etməsini təsdiq edən sübut təqdim edilməmişdir. 35."Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilir ki, "təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır". 36.Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması cinayət təqibi orqanı tərəfindən mütləq qaydada mötəbər sübutlarla (məsələn, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. 37.İş materiallarının təhlili göstərir ki, təqsirləndirilən şəxsin ondan aşkar edilərək götürülmüş narkotik vasitəni nə vaxtsa satmaq üçün alıcı axtaracağı, onunla sonradan sövdələşərək həmin narkotik vasitəni ona satacağı barədə cinayət işində hər hansı sübut mövcud deyildir. Həmçinin narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, tərəzi, «müştəri» ilə telefon danışıqları, sms yazışmaları, «müştərilərin» narkotik vasitələrlə bağlı sifarişləri, «şərti alıcı» ilə bağlı hərəkətlər etməsi barədə bir sübut olmadan satış ilə bağlı verilmiş ittiham yalnız ehtimal xarakteri daşıyır. 38.Cinayət Prosessual Məcəlllənin tələblərinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz. 39.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 5-ci bəndinə əsasən 2 qram və daha artıq narkotik vasitə olan heroin külli miqdar hesab edilir. Digər mötəbər sübut növü olmadan isə yalnız bu əlamətə görə şübhəli vəziyyətdə göstərilən cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif oluna bilməz. 40.Məhkəmə sübutları ayrı-ayrılıqda tədqiq edib onları məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin bir bükümdə külli miqdarda – 4,377 qram narkotik vasitə heroini əldə etməsi, üzərində saxlaması və gəzdirməsi öz təsdiqini tapsa da, bu onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsinə dəlalət etmir. Çünki, şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair mötəbər sübutlar olmadığı təqdirdə narkotik vasitənin miqdarının külli miqdarda olması şəxsin həmin narkotik vasitəni məhz satış məqsədilə əldə edib saxlamasına dəlalət edə bilməz. Bu baxımdan təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitəni satmaq niyyətində olmasını təsdiq edən heç bir sübut olmadan, yalnız aşkar edilmiş narkotik vasitə heroinin miqdarının külli miqdar təşkil etməsi həmin narkotik vasitənin məhz satış məqsədi ilə əldə edildiyi barədə nəticəyə gəlməyə əsas vermir. 41.Məhkəmə eyni zamanda təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsin Ambulator X2 barədə 11 iyun 2022-ci il tarixli, 3181 nömrəli rəyinə istinadən həmçinin Təqsirləndirilən şəxs opioidiərin qəbulu nəticəsində yaranan asılılıq sindromu, narkomaniya xəstəliyinin aşkar olunması və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması halına münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin belə asılılığı əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə uyğunluğunu, yəni təqsirləndirilən şəxsin narkotik vasitə heroini şəxsi istifadəsi üçün əldə edib, daşıması və saxlamasını təsdiq edən mötəbər haldır. Məhkəmə belə qənaətə gəlir ki, bu hal təqsirləndirilən şəxsin heroini şəxsi istifadəsi üçün əldə etdiyinə dəlalət edən amil kimi qiymətləndirilməlidir. 42.Məhkəmə hesab edir ki, bu səbəbdən Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd olunan cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. 43.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.
44. Beləliklə məhkəmə işin həqiqi hallarına cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara əsaslanaraq, həmin sübutları müqayisəli tədqiq edib məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. 45.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. 46.“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 47.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 48.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 49.Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 50.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlaması tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. 51.Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 4,377 qram çəkidə narkotik vasitə-heroin əldə etməsi, üzərində saxlaması və daşıması təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla təsdiq olunur. 52.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 53.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 54.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 55.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 57.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. 58.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 59.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 60.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 61.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 62.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 63.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 64.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 18 mart 2022-ci il tarixdən hesablanmalıdır. 65.Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 66.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 67.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 68.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,325 qram olan narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 69.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 70.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 71.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 72.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 73.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 35 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 210 manat təşkil edir. 74.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 210 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 75.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 18 mart 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 210 (iki yüz on) manat Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübutlar - Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 4,325 qram narkotik vasitə heroin məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı çəkilən videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakimlər:
1.(sədrlik edən) Aytən Əliyeva
2. Siyavuş Hacıyev
3. Vüqar Quliyev