Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-197/2024 03.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1966-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti müəyyən edilməmiş «Baba» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, aralarında olan cinayətkar razılaşmaya əsasən şəxsiyyəti məlum olmayan «Baba» adlı şəxsdən və qeyrilərindən satış məqsədi ilə məlum olmayan vaxtda və şəraitdə qanunsuz olaraq kustar üsulla hazırlanmış külli miqdarda 5,314 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 23,836 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib satışını həyata keçirmək məqsədi ilə narkotik vasitə heroinin 0,345 qram olan hissəsini üzərində, qalan külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri isə yaşadığı ünvan 3 ünvana daşımaqla orada saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdə saat 14:48-dən etibarən yaşadığı ünvan 3 ünvanda saxlanılmış, könüllü razılığı və iştirakı ilə yaşadığı həmin ünvana baxış keçirilən zaman evin yataq otağının giriş qapısından sol tərəfdə yerləşən paltar dolabının içərisindən asılmış boz rəngli pencəyin sağ yan cibindən 28 ədəd sellofan bükümdə və 01 ədəd kağız bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,868 qr, 0,403 qr, 0,372 qr, 0,374 qr, 10,203 qr, 1,004 qr, 0,439 qr, 0,408 qr, 0,458 qr,0, 428 qr, 0,433 qr, 0,427 qr, 0,440 qr, 0,434 qr, 0,409 qr, 0,451 qr, 0,459 qr, 0,438 qr, 0,845 qr, 0,424 qr, 0,902 qr, 0,425 qr, 0,456 qr, 0,430 qr, 0,419 qr, 0,430 qr, 0,439 qr, 0,448 qr və 0,170 qr olmaqla ümumi təmiz çəkisi 23,836 qram olan öz aralarında kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən psixotrop maddə metamfetamin, 09 ədəd sellofan bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,599 qr, 0,173 qr, 0,665 qr, 1,290 qr, 0,444 qr, 0,431 qr, 0,448 qr, 0,456 qr, 0,463 qr olmaqla ümumi çəkisi 4,969 qram öz aralarında kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən narkotik vasitə heroin, həmin ünvanda üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə 0,345 qram çəkidə yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə heroinlərlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. 02 dekabr 2022-ci il tarixdə saat 14:40 radələrində yaşadığı mənzildə olarkən polis əməkdaşları həmin mənzilə gəlmiş, ondan narkotik vasitəni və psixotrop maddəni «boynuna götürməsini» tələb etmişlər; onun üzərində və yaşadığı mənzildə qanunsuz narkotik vasitə, psixotrop maddə olmamış, etiraz etdikdə polis işçiləri tərəfindən ona qarş psixi təzyiq göstərilmiş, qarın nahiyəsinə bir yumruq zərbəsi vurmuşlar, zərbənin təsirindən ağrı hiss etsə də, xəsarət almamış, xəsarət izi qalmamış, hazırda da xəsarəti yoxdur, X3 və Bakı İstintaq Təcridxanasına daxil olarkən üzərində heç bir xəsarət olmamış, həkim müayinəsi zamanı da heç bir xəsarət müəyyən edilməmiş, xəsarət alması barədə həkimlərə məlumat verməmişdir; polis əməkdaşları evinin yataq otağının giriş qapısından sol tərəfdə yerləşən paltar dolabının içərisində olan boz pencəyinin cibinə və onun əynində olan idman şalvarının cibinə narkotik vasitə və psixotrop maddə qoymuş, videoçəkiliş aparılarkən həmin narkotik vasitə və psixotrop maddələri çıxararaq təqdim etməsini tələb etmişlər; mənzilə baxış keçirilməsinə razılıq verilməsi barədə ərizə də polis əməkdaşları tərəfindən yazılmışdır; polis əməkdaşlarının təzyiqi nəticəsində videoçəkiliş aparılmaqla etirafedici ifadələr vermişdir; aşkar edilmiş bükümlər ona məxsus deyil, İran vətəndaşı ilə heç bir əlaqəsi olmamışdır. Heç vaxt narkotik vasitələrin satışını həyata keçirməmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə baxşı zamanı elan olunaraq tədqiq olunmuş ifadəsində 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitənin və psixotrop maddənin müxtəlif növlərindən istifadə edir. Təxminən 2 ay bundan əvvəl İnstaqram sosial şəbəkəsində olarkən Baba adlı profillə bir nəfər ona yazaraq adının Baba olduğunu və İran İslam Respublikanın vətəndaşı olduğunu bildirmişdir. Onunla söhbət edən zaman o narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Narkotik vasitə istifadə etdiyi üçün onunla münasibəti yaxşılaşdırmağa qərar vermişdir. Çünki narkotik vasitəni bundan sonra Baba adlı şəxsdən alacaqdır. Baba adlı şəxsdən mobil nömrəsini alıb onunla WhatsApp ani mesajlaşma proqramında danışmışdır. Onunla danışarkən ondan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istəmişdir. Həmin şəxsdə onun göndərdiyi karta puf göndərəcəyi təqdirdə ona narkotik vasitə və psixotrop maddə göndərəcəyini bildirmişdir. Buna görə də iranlıdan 500 manat dəyərində narkotik vasitə və psixotrop maddə istəmiş və onun göndərdiyi karta 500 manat pulu göndərmişdir. Pulu göndərdikdən sonra Baba adlı şəxs WhatsAppla narkotik vasitə və psixotrop maddənin qoydurduğu yerin şəklini və xəritəsini ona göndərmişdir. Buna görə də gecə vaxtı Baba adlı şəxsin verdiyi məlumat əsasında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında yerləşən mağazanın yanına gəlib orada mağazanın divarı yanında gizlədildiyi yerdən narkotik vasitə və psixotrop maddəni götürüb üzərində saxlayıb daşıyaraq yaşadığı ünvana gətirmişdir. Narkotik vasitə heroindən götürüb bir bükümünü üzərində saxlamışdır ki, istəyəndə istifadə etsin.02 dekabr 2022-ci il tarixdə saat 14:45-də yaşadığı ünvan 3 ünvanında olarkən qapı döyülmüşdür. Qapıya yaxınlaşıb qapını açmışdır. Həmin vaxt qapıda bir neçə nəfər şəxs olmuşdur. Həmin şəxslər özlərini təqdim edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını bildirməyini xahiş etmişlər. Özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaqda, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində və yaşadığı ünvanda saxlamaqda, eləcə də daşımaqda şübhəli olduğu bildirilmişdir. Bundan sonra “Əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında” qəbul edilmiş qərarla tanış edilmişdir. Sorğu zamanı səmimi şəkildə hazırda üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə, eləcə də yaşadığı ünvan 3 ünvanında «kokos” və “şüşə” adı ilə tanıdığı narkotik vasitələr gizlədib saxladığını, üzərində və yaşadığı ünvanda saxladığı narkotik maddələri təqdim edə biləcəyini, bununla bağlı üzərinə və yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmaması ilə bağlı ərizə yazaraq təqdim etmişdir. Baxış keçirilməsindən əvvəl ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra yaşadığı ünvan 3 ünvanına videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanılmışdır. Bundan sonra üzərində və yaşadığı ünvanda olması ehtimal edilən narkotik vasitələrin və psixotrop maddələrin təqdim etməsi təklif olunmuşdur; Üzərində “kokos” adı ilə tanıdığı narkotik maddə, eyni zamanda yaşadığı ünvanda “kokos” və “şüşə” adı ilə tanıdığı narkotik maddələr olduğunu bildirib, həmin maddələri təqdim edə biləcəyini qeyd etmişdir. Baxış zamanı iştirakçıları yaşadığı evə dəvət edib, evin dəhliz hissəsində giriş qapısından sağ tərəfdə yerləşən yataq otağına daxil olaraq özündə olan narkotik vasitələrin bir bükümün üzərində və qalan hissəsini isə yataq otağında olan paltar dolabının içində gizlədib saxladığını bildirmişdir. Bundan sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynində olan göy rəngli idman şalvarının sağ yan cibində olan 01 ədəd sellofan bükümü, əynində olan qısaqol gödəkçənin sağ yan cibində olan 01 ədəd siqaret qutusunu və 01 ədəd alışqanı, əynində olan idman şalvarının sol yan cibində olan 19 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi sellofan bükümün içərisində “kokos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Həmin sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Baxış davam etdirilərkən üzərindən başqa heç nə aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən İmzalanmış və götürülmüşdür. Baxış zamanı aşkar edilmiş 01 ədəd siqaret qutusu, 01 ədəd alışqan və 19 manat pul ona qaytarılmışdır. Daha sonra yataq otağında giriş qapısından sol tərəfdə yerləşən paltar dolabının sol qapısını açıb dolabın içərisindən asılmış boz rəngli pencəyinin sağ yan cibində olan 01 ədəd sellofan bağlamanı götürüb təqdim edərək həmin sellofan bağlamanın içərisində «kokos” və “şüşə” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirmişdir. Təqdim etdiyi sellofan bağlamaya baxış zamanı bağlamanın içərisindən 37 ədəd sellofan büküm və 01 ədəd kağız büküm aşkar olunmuşdur. Həmin bükümlər iştirakçıların şahidliyi ilə açıldıqda 28 ədəd sellofan bükümün və 01 ədəd kağız bükümün içərisindən psixotrop maddə metamfetamin, 09 ədəd sellofan bükümün içərisindən isə narkotik vasitə heroin aşkar olunmuşdur. Bundan sonra yaşadığı ünvandan aşkar olunmuş 28 ədəd sellofan bükümdə və 01 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamin, 09 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin bir ədəd zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Sorğu zamanı üzərindən aşkar edilmiş narkotik vasitə heroini, eyni zamanda yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini adını və anket məlumatlarını dəqiq bilmədiyi “Baba" adı ilə müraciət etdiyi İran İslam Respublikasının vətəndaşından aldığını, belə ki, həmin şəxslə təxminən 2 ay əvvəl sosial şəbəkədə tanış olduğunu, sonradan həmin şəxslə arasında münasibət yarandığını və 5 gün əvvəl “WhatsApp” ani mesajlaşma proqramı vasitəsi ilə həmin şəxslə əlaqə saxlayıb ona narkotik vasitə heroin və psixotrop maddə metamfetamin sifariş verdiyini, sonra həmin şəxsin verdiyi kart hesabın narkotik vasitə və psixotrop maddənin 500 manat pulunu köçürdükdən sonra, həmin günü “Baba" adı ilə müraciət etdiyi şəxs tərəfindən mobil telefonuma narkotik vasitənin və psixotrop maddənin gizlədildiyi yerin fotoşəkilləri və xəritə üzrə məkan göndərildiyini, bundan sonra həmin günü gecə vaxtı həmin şəxsin verdiyi məlumat əsasında Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi yaxınlığında yerləşən mağazanın yanına gəlib orada mağazanın divarı yanında gizlədildiyi yerdən narkotik vasitə və psixotrop maddəni götürüb üzərində saxlayıb daşıyaraq yaşadığı ünvana gətirdiyini, həmin narkotik vasitəni və psixotrop maddəni özü istifadə etmək məqsədi ilə özündə saxladığını bildirmişdir.Daha sonra baxış davam etdirilərkən yaşadığı ünvan 3 ünvanından qanunsuz başqa heçnə aşkar edilməmişdir. Baxış zamanı yaşadığı ünvanın mətbəxt hissəsində mətbəxt mebelinin üzərində olan özümə məxsus 01 ədəd “Samsung” markalı mobil telefon və evin dəhliz hissəsindən dolabın üzərində olan ona məxsus şəxsiyyət vəsiqəsi götürülmüşdür.Hadisə yerində keçirilən baxışla bağlı sənədləşmənin aparılması üçün əlverişli şərait olmadığını nəzərə alaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmuşdur. Təklifə etiraz etməyib Baş İdarəyə getməyə razı olduğunu bildirmişdir. Baş İdarəyə gəldikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi ilə təmin edilmişdir. Daha sonra baxışın keçirilməsi iiə bağlı protokol tərtib edilmiş, ucadan oxunmuş və düzgün tərtib edildiyi üçün həmin protokolu imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdə təqribən saat 14:40 radələrində yaşadığı ünvan 3 ünvanında saxlanılaraq könüllü razılığı və iştirakı ilə yaşadığı həmin ünvana baxış keçirilmişdir. Baxış zamanı evin yataq otağının giriş qapısından sol tərəfdə yerləşən paltar dolabının içərisindən asılmış pencəyin cibindən 28 ədəd sellofan bükümdə və 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin, 09 ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Həmin ünvanda Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış həyata keçirilmişdir. Üzərinə axtarış keçirilən zaman 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı istər saxlanılan zaman istərsə də polis idarəsində hər hansı formada psixi, fiziki təsir və təzyiq göstərilməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş və ifadəsi elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 ifadəsinə və işin faktiki hallarına uyğun ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, məhkəmədə elan olunaraq tədqiq edilmiş cinayət işinin materiallarından görünür. Şübhəli şəxsin tutulması haqqında 02 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqi 20). Baxış və götürmə aparılması haqqında 02 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 dekabr 2022-ci il tarixdə saat 14;45-də yaşadığı ünvan 3 ünvanında saxlanılaraq yaşadığı ünvan 3 ünvanında baxış keçirilən zaman həmin evin yataq otağının giriş qapısından sol tərəfdə yerləşən paltar dolabının içərisindən asılmış boz rəngli pencəyin sağ yan cibindən 28 ədəd sellofan bükümdə və 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 09 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə, üzərinə baxış keçirilən zaman əynində olan göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 28-32). Məhkəmə-kimyəvi ekspertizasının 03 dekabr 2022-ci il tarixli, 6/6872 saylı ekspert rəyi ilə müəyyən edilmişdir: -tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N6 dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” yazısı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,345 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-in Zərflər üçün N6 dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvandan aşkar edilmiş.." yazısı və imzalar olan kağız paketdəki 9 (doqquz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,599 qr, 0,173 qr, 0,665 qr, 1,290 qr, 0,444 qr, 0,431 qr, 0,448 qr, 0,456 qr, 0,463 qr, ümumi təmiz çəkisi 4,969 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; -29 (iyirmi doqquz) ədəd bükümdə (onlardan 28 ədəd polietilen və 1 ədəd kağız bükümdə) ayrı-ayrılıqda təmiz çəkiləri 0,868 qr, 0,403 qr, 0,372 qr, 0,374 qr, 10,203 qr, 1,004 qr, 0,439 qr, 0,408 qr, 0,458 qr, 0,428 qr, 0,433 qr, 0,427 qr, 0,440 qr, 0,434 qr, 0,409 qr, 0,451 qr, 0,459 qr, 0,438 qr, 0,845 qr, 0,424 qr, 0,902 qr, 0,425 qr, 0,456 qr, 0,430 qr, 0,419 qr, 0,430 qr, 0,439 qr, 0,448 qr və 0,170 qr ümumi təmiz çəkisi 23,836 qram ağ rəngli kristal şəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; -vət. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 5,314 qram təşkil edir və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər; Qeyd: heroinin ümumi təmiz çəkisi: 4,969 qr, tədqiqata sərf edildi: ümumi 0,27 qr, qalıq: 4,699 qr; heroinin ümumi təmiz çəkisi: 0,345 qr, tədqiqata sərf edildi: ümumi 0,03 qr, qalıq: 0,315 qr; metamfetaminin ümumi təmiz çəkisi: 23,836 qr, tədqiqata sərf edildi: ümumi 0,29 qr, qalıq 23,546 qr (cild 1, iş vərəqi 46-49). Nərimanov Rayon Məhkəməsinin 03 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (ay) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 104-109). Məhkəmə-narkoloji ekspertiza üzrə 17 dekabr 2022-ci il tarixli 7679 saylı ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq halhazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs deməsinə görə təxminən 4-5 ildir ki, narkotik vasitə olan heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etmişdir; həmçinin uzun müddətdir ki, psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə etmişdir (cild 1, iş vərəqi 150-151). Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (cild 1, iş vərəqi 147). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmuyuna əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində qanunsuz heç nə olmaması, polis əməkdaşlarının təsiri və təzyiqi ilə əvvəlcədən üzərinə və yaşadığı mənzilə qoyulmuş narkotik vasitə və psixotrop maddələri videoçəkiliş aparılarkən çıxararaq təqdim etməsi və polis əməkdaşlarının təzyiqi nəticəsində etirafedici ifadələr verməsi, həmin bükümlərin ona məxsus olmaması, İran vətəndaşı ilə heç bir əlaqəsinin olmaması, narkotik vasitə istifadəçisi olsa da heç vaxt satışını həyata keçirməməsi barədə məhkəmə zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakteri daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Van de Hark Niderlanda qarşı işində məhkəmə 51(b)-ci bəndində qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. Nərimanov Rayon Məhkəməsinin 03 dekabr 2022-ci il tarixli qərarından görünür ki, həbs qətimkan tədbiri seçilməsi məsələsinə baxılarkən Təqsirləndirilən şəxs məhkəmədə polis əməkdaşları tərəfindən qarın nahiyyəsinə yumruq zərbəsi vurulması və təzyiqlərə məruz qalması barədə bildirməmiş və ona qarşı irəli sürülən ittihamda göstərilən əməli törətdiyini etiraf etmiş və əməlindan peşiman olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs ilkin izahat və ifadələrində, o cümlədən 02 dekabr 2022-ci il tarixdə yaşadığı mənzildə üzərinə baxış və götürmə aparılarkən həmçinin evə baxış keçirilən zaman aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələrin özünə məxsus olmasını etiraf etmişdir. Bundan başqa, 02 dekabr 2022-ci il tarixli şəxsi axtarış aparılması, evə baxış və götürmə aparılması barədə protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfində fiziki və psixi təsirlərə məruz qalması barədə heç bir qeydi olmamış, həmin istintaq hərəkətlərinin qeydə alındığı videoçəkiliş məhkəmə zamanı nümayiş etdirilib tədqiq olunarkən Təqsirləndirilən şəxs sərbəst şəkildə üzərindən və evindən aşkar edilən qanunsuz əşya və predmetləri polis əməkdaşlarına könüllü təqdim etməsi öz əksini tapmışdır. Bundan başqa, təqsirləndirilən şəxsin tutulmasında, yaşadığı mənzilə baxış və üzərinə şəxsi axtarış keçirilməsində bilavasitə iştirak etmiş şahid qismində dindirilmiş polis əməkdaşları məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən istər saxlanılan zaman, istərsə də idarədə heç bir fiziki və ya psixi təsir edilmədiyini bildirmişlər. Qeyd olunanlar bir daha sübut edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- ümumi təmiz çəkisi 5,314 qram narkotik vasitə olan heroin və ümumi təmiz çəkisi 23,836 qram psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəktələrdir. Qanunun bu tələbinə görə, satış dedikdə yalnız qeyd olunan 3 əsas amil əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satış məqsədilə əldə edib gəzdirməsi haqda nəticəyə gəlmək üçün sadalanan 3 məqsəddən heç olmasa birinin mövcud olması (əvəzli, qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması) sübut edilməlidir. «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci tarixli № 961-İİQ №-li Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarına (1-ci siyahı narkotik vasitələr, 2-ci siyahı psixotrop maddələr)» əsasən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin külli miqdarının aşağı həddi 2 qram müəyyən edilmişdir; Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş psixotrop maddə metamfetaminin ümumilikdə təmiz çəkisi 23,836 qram, narkotik vasitə olan heroinin ümumlikdə təmiz çəkisi isə 5,314 qram olmaqla külli miqdar təşkil edir. Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları o cümlədən şəxsiyyətini səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan DSMF tərəfindən verilmiş 118568 №-li vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. İş materiallarında olan DİN tərəfindən verilmiç 031544 №-li vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası MN tərəfindən verilmiş 15348 №-li arayışın surətindən görünür ki, X4 müharibə iştirakçısı olmuş, Azərbaycan Respublikası Müdafiəsi uğrunda gedən döyüşlərdə xəsarət almışdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İİ qrup əlil olması, müharibə veteranı olması, oğlu X2 müharibə iştirakçısı olması onun cəzasını yüngülləşdirlən hallar kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 45-ci bəndinin tövsiyyəsinə görə, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Azərbaycan Respublikası CM-in 8 və 9-cu maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs münasibətdə Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların müəyyən edilməməsi, onun barəsində Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqini istisna edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu 02 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən hallar kimi İİ qrup əlil olmasını, müharibə veteranı olmasını, oğlu X2 müharibə iştirakçısı olmasını cəza təyin edərkən nəzərə alır, həmçinin cəzasını ağırlaşdıran halın olmamasını və işin digər hallarını nəzərə alaraq, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinin müəyyən edilməsini, cəza çəkməsinin başlanğıcının tutulduğu 02 dekabr 2022-ci il tarixdən hesablanmasını cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 30cu bəndinə əsasən Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlar, güclü təsir edən və zəhərli maddələr üzrə cinayət işlərində maddi sübutların məsələsi həll edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 oktyabr 2005-ci il tarixli 181 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi Qaydası” və “Qanunsuz dövriyyədən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müsadirə edilmiş, lakin dərman preparatları şəklində olduğuna və tibbi məqsədlərlə istifadə oluna biləcəyinə görə məhv edilməsi mədsədə uyğun olmayan narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi üçün təhvil verilməsi Qaydası”na uyğun olaraq məhkəmələr onların məhv edilməsini və ya tibb məqsədləri üçün istifadəyə yararlı olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə verilməsini hökmdə mütləq göstərməli və bu işlər üzrə hökmlərin icrası haqqında sənədlərin işə əlavə olunması təmin edilməlidir. İşdə olan məhkəmə-kimyəvi ekspertizası üzrə 03 dekabr 2022-ci il tarixli 6/6872 №-lı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzilə baxış zamanı aşkar olunaraq götürülmüş 23,836 qram psixotrop maddə metamfetamin və 5,314 qram narkotik vasitə olan heroin kustar üsulla hazırlanmışdır. Qeyd olunanlara əsasən hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar- Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatına sonra qalıq qalan 23,836 qram psixotrop maddə metamfetamin və 5,314 qram narkotik vasitə olan heroin məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.2 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri - məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatın dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə. . hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatına sonra qalıq qalan 5,014 qram narkotik vasitə heroin və 23,546 qram psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış və gütürmə aparılması video görüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi məhkəmə-kimyəvi ekspertiza üzrə tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın və cinayət işi üzrə müsadirə edilməli digər əmlakın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən hakim: Siyavuş Hacıyev hakimlər: Aytən Əliyeva Vüqar Quliyev
Məhkəmə qərarları › İş №1(101)-197/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-197/2024
03.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver