Məhkəmə qərarları › İş №1(101)-1970/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1970/2024

04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1970/2024 04.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əsgərova-X2 (sədrlik edən), Sadıxov Rasim Əkrəm oğlu və Kərimov Novruz Ağakərim oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Zərərçəkmiş şəxs2 və onun qanuni Qanuni nümayəndə1, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Nizami rayonu, X6 127 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində Bakı şəhəri Xəzər rayon məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxslərin barəsində onların köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətlərini təkrarən etmişdir. Belə ki, o, 2023-cü ilin dekabr ayının sonlarında axşam saatlarında gündəlik icarə əsasında idarə etdiyi dövlət nömrə nişanı dəqiq yadında qalmayan “Toyota Prius” markalı dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsinə gəlmiş, həmin gün Mərdəkan qəsəbəsi Sergey Yesenin küçəsi 106 S ünvanında yerləşən “Bravo” marketin qarşısında təsadüfən rastlaşdığı xx.xx.2012-cü il təvəllüdlü olmaqla aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs1 ilə tanış olmuş, ona həmin marketdən içmək üçün istədiyi suyu almış, onun cinsiyyət orqanının böyük ölçülü olduğunu öyrənib bildikdən sonra Zərərçəkmiş şəxs1 ona qarşı seksual xarakterli hərəkətlər etməklə cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə həmin gün saat 23 radələrində idarə etdiyi avtomobilin arxa oturacağına otuzdurub heç bir söz dəmədən avtomobili Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Comərdli küçəsində yerləşən nömrəsiz fərdi tikilinin qarşısına sürərək sahibsiz həyətə daxil olub saxlamış, avtomobilin qapısını bağlamaqla Zərərçəkmiş şəxs1 müqavimət göstərmək imkanından məhrum edib zor tətbiq edəcəyi hədəsi ilə köməksiz vəziyyətə gətirdikdən sonra seksual xarakterli zorakılıq hərəkətləri etmək üçün onun şalvarını çıxartdırıb cinsiyyət orqanını gərginləşdirməyi tələb etmiş, bundan sonra avtomobilin maşınının salonunda Zərərçəkmiş şəxs1 gərginləşmiş cinsiyyət orqanını öz ağız boşluğuna yerləşdirərək ilk növbədə seksual xarakterli hərəkətlər etmiş, daha sonra isə seksual xarakterli digər zorakılıq hərəkətləri ilə özünün gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs1 arxa keçəcəyinə daxil edərək onunla qeyri-təbii yolla cinsi əlaqdə olub cinsi ehtirasını pozğun formada təmin edərək, bu barədə heç kimə dəməməyi Zərərçəkmiş şəxs1 tapşırmaqla onun mobil telefon nömrəsini alıb əlaqə saxlayaraq həmin hərəkətlərini 18 fevral 2024-cü il tarix də daxil olmaqla həmin vaxta kimi olan müddət ərzində dəfələrlə yenə eyni üsulla həmin Xəzər rayonu Şüvəlan qəsəbəsi Comərdli küçəsində yerləşən nömrəsiz fərdi tikilinin həyətində avtomobilin salonunda arxa oturacağın üzərində davam etdirib cinsi ehtirasını pozğun formada təmin edərək təkrarən xx.xx.2012-cü il təvəllüdlü olmaqla aşkar surətdə on dörd yaşına çatmayan zərərçəkmiş şəxs şəxs Zərərçəkmiş şəxs1 barəsində onun köməksiz vəziyyətindən istifadə etməzlə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri elmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs aşkar surətdə on dörd yaşına çatmayan şəxs Zərərçəkmiş şəxs1 barəsində onun köməksiz vəziyyətindən istifadə etməklə ilk dəfə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etdikdən sonra, təkrarən Zərərçəkmiş şəxs1 ilə birlikdə gedib onun vasitəsilə ünvan 3 ünvanın qarşısında tamş olduğu xx.xx.2010-cu il təvəllüdlü olmaqla aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs2 da ona avtomobili sürməyə verəcəyini vəd edib aldadaraq 2023-cü ilin dekabr ayının sonlarında axşam saatlarında həmin ünvanda gündəlik icarə əsasında idarə etdiyi dövlət nömrə nişanı dəqiq yadından qalmayan “Toyota Prius” markalı dövlət qeydiyyat nişanlı avtomobilə otuzdurub onun da cinsiyyət orqanının böyük ölçülü olduğunu öyrənib bildikdən sonra Zərərçəkmiş şəxs2 da ona qarşı seksual xarakterli hərəkətlər etməklə cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə həmin gün saat 23 radələrində avtomobili heç bir söz dəmədən Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Comərdli küçəsində yerləşən nömrəsiz fərdi tikilinin qarşısına sürərək sahibsiz həyətə daxil olub saxlamış, avtomobilin qapısını bağlamaqla Zərərçəkmiş şəxs2 müqavimət göstərmək imkanından məhrum edib zor tətbiq edəcəyi hədəsi ilə köməksiz vəziyyətə gətirdikdən sonra seksual xarakterli zorakılıq hərəkətləri etmək üçün onun şalvarını çıxartdırıb cinsiyyət orqanını gərginləşdirməyi tələb etmiş, bundan sonra avtomobilin maşınının salonuna Zərərçəkmiş şəxs1 yanında Zərərçəkmiş şəxs2 gərginləşmiş cinsiyyət orqanını da öz ağız boşluğuna yerləşdirərək ilk növbədə seksual xarakterli hərəkətlər etmiş, daha sonra seksual xarakterli digər zorakılıq hərəkətləri ilə özünün gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs2 arxa keçəcəyinə daxil edərək onunla qeyri-təbii yolla cinsi əlaqdə olub cinsi ehtirasını pozğun formada təmin edərək, bu barədə heç kimə dəməməyi Zərərçəkmiş şəxs2 tapşırmaqla onun mobil telefon nömrəsini alıb əlaqə saxlayaraq həmin hərəkətlərini 18 fevral 2024-cü il tarix də daxil olmaqla həmin vaxta kimi olan müddət ərzində dəfələrlə yenə eyni üsulla həmin avtomobilin salonunda arxa oturacağın üzərində davam etdirib cinsi ehtirasını pozğun formada təmin edərək xx.xx.2010-cü il təvəllüdlü olmaqla aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs2 barəsində onun köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri təkrarən etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər icarə müqaviləsi əsasında idarə etdiyi “Toyota Prius” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 19 fevral 2024-cü il tarixində Xəzər rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Heç kimə münasibətdə seksual xarakterli zorakılıq hərəkətlərinə yol verməmiş, evli qadınla yaxınlıq etməsi səbəbindən tutulmuşdur. Belə ki, həmin qadının əri Xətai rayon Polis İdarəsinin əməkdaşıdır. Əri mobil telefonda arvadının sonuncu ilə olan mesaj yazışmalarını görmüşdür. Zərərçəkmiş şəxsləri isə “Bravo Marketin” yaxınlığında dilənçiliklə məşğul olarkən görmüşdür. Uşaqları avtomobilinə müştəri qismində əyləşdirmişdir. Zərərçəkmiş şəxslərdən biri dilənərkən ondan pul istədiyindən ona marketdən su alıb vermişdir. Çölə çıxan zaman zərərçəkmiş şəxs ondan hətta siqaret də istədikdə neçə yaşı olduğunu soruşmuş, zərərçəkmiş şəxs cavab olaraq 16 yaşı olduğunu dedikdən sonra ona siqaret vermişdir. Su alıb verdiyi uşaq gündəlik dilənçiliklə 10-15 manat gəlir götürdüyünü bildirmiş, həmin şəxsin dilənçi olmağını eşidən zaman ona yazığı gəlmiş və maddi çətinlikləri ilə bağlı ona müraciət etməsini bildirmişdir. Zərərçəkmiş şəxslərdən birinin xahişi ilə idarə etdiyi avtomobillə onu yaşadığı məhəlləyə aparmışdır. Həmin ünvana çatdıqda isə telefon zəngi vasitəsilə dostunu yanlarına dəvət etmiş, hər iki zərərçəkmiş şəxs avtomobilinə əyləşmişlər. Digər zərərçəkmiş şəxsin xahişi ilə yazığı gəldiyi üçün avtomobilin idarə etməsini ona vermişdir. Su aldığı uşaq tez-tez taksidən istifadə etməsini bildirərək onun telefon nömrəsini istəmişdir. Bir gün sonra həmin uşaqlar ona zəng edərək avtomobil idarə etmək üçün yenə öz yanlarına çağırmış sonuncu uşaqların təkilifi ilə razılaşmamışdır. Növbəti gün uşaqlar ona birlikdə “MC Donaldsa” getməyi və ona yemək alacaqlarını təklif etmiş, həmçinin avtomobil idarə etmək arzusunda olduqlarını bildirmişdir. Uşaqların xahişi ilə əlaqədar dedikləri ünvana getmiş, təxminən 7-8 dəqiqə onunla birlikdə avtomobil idarə etmişlər. Bir müddət sonra uşaqlar ondan taksi fəaliyyəti ilə məşğul oluduğuna görə pul ilə görüşən qadın nömrəsi bilib-bilməməsini soruşmuşdur. Uşaqları evlərinə göndərdikdən sonra onların normal uşaqlar olmadığını anlamış, hər iki uşağın nömrəsini öz telefonunda əngəlləmişdir. Bundan 15 gün sonra ondan Polis İdarəsinə şikayət daxil olmuşdur. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələrindən görünür ki, 2023-cü ilin dekabr ayında o, idarə etdiyi Toyota Prius markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin vaxt o, Xəzər rayonu Mərdəkan qəsəbəsinə müştəri gətirmişdir. Daha sonra isə Mərdəkan qəsəbəsində yerləşən Bravo marketə su almaq üçün getmişdir. Avtomobilini həmin marketin dayanacağında saxlamışdır. Avtomobili nasaz, olduğu üçün saxladıqdan sonra avtomobil işə düşməmişdir. O, həmin marketə su almaq üçün daxil olmuşdur. Marketə daxil olan zaman marketin qapısının qarşısında az yaşlı oğlan uşağını görmüşdür. Az yaşlı uşaqdan marketin qarşısında nə işlə məşğul olduğunu soruşmuşdur. Uşaq ona marketə daxil olan müştərilərdən pul istədiyini demişdir. Uşağın ondan nə istədiyini soruşmuşdur. Onlar birlikdə marketə daxil olmuşlar. O, uşağa marketdən içmək üçün su almışdır. Daha sonra o işlədiyi şirkətə zəng edərək avtomobilin mühərrikinin işə düşmədiyini bildirmişdir. Şirkət ona kömək göndərdiyini təxminən 40 dəqiqə ərzində gələcəyini demişdir. Adını araşdırma zamanı öyrəndiyi Zərərçəkmiş şəxs1 ilə birlikdə onlar maşına əyləşmişlər. Söhbət zamanı Hüseyn ona əvvəllər bir nəfər şəxsin ona pul verərək onun cinsiyyət orqanını əmdiyini bildirmişdir. Hüseynin həmin sözündən sonra onda maraq yaranmışdır. O. Hüseyndən yaşını soruşmuşdur. Hüseyn ona 16 yaşının olduğunu demişdir. O da Hüseynin sözünə inanmışdır. Hüseyn ona öz cinsiyyət orqanını göstərmişdir. Həmin vaxt Hüseynin cinsiyyət orqanı sərtləşmiş vəziyyətdə olmuşdur. Hüseynin cinsiyyət orqanı böyük olduğu üçün o, Hüseynin 16 yaşı olduğuna inanmışdır. O da Hüseynin cinsiyyət orqanını əmmək qərarına gəlmişdir. Avtomobilin mühərriki işə düşəndən sonra o, maşını Bravo marketdə heç kəsin görməyəcəyi bir yerə sürərək aparmışdır. Orada Zərərçəkmiş şəxs1 cinsi orqanını əmmişdir. Daha sonra onlar birlikdə Zərərçəkmiş şəxs1 dediyi küçəyə gəlmiş, Zərərçəkmiş şəxs1 öz tanışına zəng edərək onu məhəlləyə çağırmışdır. Həmin uşaq maşına əyləşmişdir. Hüseyn onu həmin uşaqla tanış edərək onun adının Məhəmməd olduğunu demişdir. Məhəmməd ondan maşını sürmək üçün istəmişdir. O da Məhəmmədin uşaq olduğunu nəzərə alaraq qəlbinə dəyməmək üçün maşını məhlələrində sürməyə vermişdir. Təxminən 10 dəqiqə ərzində Məhəmməd maşını sürmüşdür. Sonra isə maşını 10 dəqiqə ərzində Hüseyn də öz məhəllələrində idarə etmişdir. O, onların yaşadığı evin yaxınlığında maşını saxlamışdır. Həmin vaxt Məhəmməd arxa oturacaqda oturmuşdur. O, qabaqdan arxa oturacağa keçib oturmuş, maşının arxa oturacağında Məhəmmədin cinsiyyət orqanını əmmişdir. Sonra maşının onların məhəlləsinə sürərək hər ikisini maşından düşürtmüşdür. Onlar bir-birlərinə mobil nömrələrini vermişdir. Sonra hər ikisi ona maşına benzin alacaqlarını və bunun qarşılığında onları Bakı şəhərinin müxtəlif ünvanlarına aparmağını istəmişlər. O, onlarla razılaşmışdır. O, həmin gün yenidən taksi fəaliyyətini davam etdirməyə başlamışdır. Birinci görüşün səhəri günü Hüseyn və Məhəmməd ona zəng edərək onu Mərdəkan qəsəbəsinə çağırmışlar. O, onlara işlədiyini və gələ bilməyəcəyini demişdir. Həmin vaxt onlarla görüşməyinin doğru olmadığını anlamışdır. Onlar ona gün ərzində bir neçə dəfə zəng edərək görüşə çağırmışlar. O, uşaqlara gələ bilməyəcəyini demişdir. Onlar onun gəlməyəcəyi təqdirdə nömrəsini yayacaqları ilə hədələmişlər. O da qorxduğu üçün onların yanına gəlmişdir. Məhəmməd telefonun xarab olduğunu deyib 30 manat pul istəmişdir. O da ona 30 manat pulunun olmadığını demişdir. Məhəmməd ona maşınının və 2 ədəd telefonunun olduğunu demişdir. Sonra Hüseyn və Məhəmməd ondan tələb etmişdir ki, o, yenidən onların cinsiyyət orqanını əmsin. O, həmin gün onların cinsiyyət orqanını əmməmişdir. O, onlara idarə etmək üçün avtomobilini sürməyə və çəkmək üçün siqaretini vermişdir. O, həmin gün oradan çıxıb getmişdir. Hüseyn və Məhəmmədin nömrələrini öz telefonunda əngəlləmişdir. O, onların nömrəsini əngəllədikdən sonra onlar ona başqa nömrələrdən zəng edərək onu yenidən Mərdəkan qəsəbəsinə çağırmışlar. O, onlara vaxtının olmadığını yolu oradan keçəcəyi təqdirdə gələ biləcəyini demişdir. Təxminən 15 gün ərzində ona, onlardan heç bir zəng gəlməmişdir. 15 gün sonra Hüseyn ona tanımadığı bir nömrədən zəng etmişdir. Onu Mərdəkan qəsəbəsinə çağırmışdır. Hüseyn ona başqa bir dostu ilə birləşib avtomobilinə benzin alıb gəzmək istədiklərini demişdir. O da Hüseynin çağırışı ilə onun yaşadığı məhəlləyə gəlmişdir. Həmin vaxt Hüseyn və Məhəmməd maşına əyləşmişdirlər. O, Məhəmmədi maşından düşürtmüşdür. Hüseynin yaşadığı məhəllədə 100 metr maşın idarə etdikdən sonra maşını saxlamışdır. Hüseyn dostunu çağıracağını deyib maşından düşmüşdür. Təxminən 5 dəq sonra Hüseyn maşına tək əyləşmişdir. Dostunun evdə olmadığını bildirmişdir. Onlar “Bravo marketin” yanında olan zaman polis əməkdaşları maşını saxlamışdırlar. O, heç bir müqavimət göstərmədən polislərlə birlikdə Xəzər rayon Polis İdarəsinə gəlmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə o, Mərdəkan qəsəbəsi “Bravo marketin” qarşısında maşında olan zaman polis əməkdaşlarının ona yaxınlaşdığını, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdiklərini onu Polis İdarəsinə dəvət etdiklərini, ona qarşı heç bir fiziki və psixi təsir olmadığını, o, ümumilikdə Zərərçəkmiş şəxs1 oğla və Zərərçəkmiş şəxs2 ilə ümumilikdə 3 dəfə görüşdüyünü, lakin 2 dəfə o onların cinsiyyət orqanını əmdiyini, o, Zərərçəkmiş şəxs1 cinsi orqanını 2 dəfə onun razılığı ilə əmsə də onunla qeyri təbii yolla cinsi əlaqədə olmadığını, ekspert rəyi ilə razı olmadığını, Zərərçəkmiş şəxs2la arxa keçəcək nahiyyəsindən onunla qeyri təbii yolla cinsi əlaqədə olmadığını, ekspert rəyi ilə razı olmadığını, o, onlarla cəmi 3 dəfə görüşdüyünü, 2 dəfə onların cinsiyyət orqanını əmdiyini bildirmişdir. İbtidai istintaq dövründə döyüldüyü üçün qeyd edilən məzmunda ifadə vermiş, polis əməkdaşları ona qeyd edilən məzmunda ifadə vermədiyi təqdirdə butulkaya otuzduracaqlarını bildirmişlər. Polis əməkdaşları tərəfindən qarın boşluğuna və bədəninin müxtəlif nahiyyələrinə zərbə vurulmuşdur. Vurulan zərbələrdən bədənində iz qalmamışdır. Adı çəkilən uşaqlara qarşı heç bir hərəkəti olmamış, onlarla ümumilikdə iki dəfə görüşmüşdür. Uşaqları qaranlıqda gördüyü üçün onların yaşının az olduğunu bilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən sübutların toplanması məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, taksi sürücüsü təqsirləndirilən şəxsin adı Təqsirləndirilən şəxsdur. Hüseyn vasitəsilə onu tanımış, Hüseyn həmin şəxsin onları taksi kimi gəzdirəcəyini bildirmişdir. Əvvəl razılaşmasa da Hüseyn dostunun ona avtomobili sürmək üçün verəcəyini təklif etmişdir. Bundan sonra Hüseynlə razılaşmışdır. Təqsirləndirilən şəxs bir-iki dəfə avtomobilini idarə etmişdir. Hüseyn ona Aslanın cinsiyyət orqanını yalamasını istəyib-istəməməsini soruşmuşdur.Əvvəl rədd etsə də sonradan bu təklifi qəbul etmiş, Aslanla üç dəfə görüşsə də ona qarşı bu hərəkəti iki dəfə etmişdir. Həmçinin Aslan onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Aslanla arasında cinsi əlaqə olmasını ailə üzvlərinə ona görə deməmişdir ki, təqsirləndirilən şəxsin atasına “nəsə” etməyindən qorxmuşdur. Aslan onun yanında Hüseynin cinsiyyət orqanını yalamışdır. Aslanla üçüncü görüşdən sonra sonuncunun mobil nömrəsini əngəlləmişdir. Təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi vardır. Məhkəmə iclasında elan edilərək tədqiq edilən Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2023-cü ilin dekabr ayının sonlarında axşam saatlarında o yaşadığı evdə olmuşdur. Qohumu Zərərçəkmiş şəxs1 onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmişdir. Onu yaşadığı evin qarşısına çağırmışdır. O, yaşadığı evin qarşısına çıxmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 boz rəngli “Toyota Prius” markalı maşında olmuşdur. O da həmin maşına əyləşmişdir. Avtomobilin sürücüsünü ona təqdim edərək adının Aslan olduğunu bildirmişdir. Həmin vaxt Hüseyn avtomobildə qabaq oturacaqda oturmuşdur. O isə keçib arxa oturacaqda oturmuşdur. Hüseyn sürücü Aslana avtomobili Mərdəkan qəsəbəsi çöllük deyilən əraziyə sürməsini bildirmişdir. Aslan maşını həmin əraziyə sürmüşdür. Aslan kiminsə olmadığı bir məhəllədə yolun kənarında maşını saxlamışdır. Aslan maşının işıqlarını söndürmüşdür. Sonra özü arxa oturacağa keçmişdir. Həmin vaxt Aslan Hüseynə tapşırmışdır ki, yola nəzarət etsin. Aslan həmin vaxt onun cinsiyət orqanını əmməyə başlamışdır. Aslan onun cinsiyyət orqanını əməndən sonra onlar yaşadıqları evin yaxınlığına gəlmişlər. Aslan öz avtomobilini növbə ilə onlara sürməyə vermişdir. Daha sonra isə Aslan Hüseynə 10 manat ona isə 5 manat vermişdir. Həmin günün səhəri Aslan yenə Mərdəkan qəsəbəsinə gəlmişdir. Onlar yenə Hüseynlə birlikdə onun avtomobilinə əyləşmişdir. Aslan onları Mərdəkan qəsəbəsində yerləşən “Bravo” marketə aparmışdır. Oradan onlar üçün içməyə su və yeməyə bulku almışdır. Sonra o, idarə etdiyi avtomobili Qala istiqamətində idarə etməyə başlamışdır. Həmin yolda olan zibillik olan ərazidə maşını saxlamışdır. Həmin vaxt qabaq oturacaqda Hüseyn isə arxa oturacaqda oturmuşdur. Aslan qabaq oturacaqdan düşüb Hüseynin cinsiyət orqanını əmməyə başlamışdır. Hüseynin cinsiyyət orqanını əmdikdən sonra o, arxa oturacaqda oturmuşdur. Onun da cinsiyyət orqanını əmməyə başlamışdır. Aslan 2023-cü ilin dekabr ayından 2024-cü ilin fevral ayına kimi onunla və Hüseynlə mütəmadi olaraq görüşmüş və cinsiyyət orqanlarını əmmiş və onlarla cinsi əlaqədə olmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs onlara hədə qorxu gəldiyi, hadisə barədə heç kimə məlumat verməməkləri barədə xəbərdar etdiyini, Təqsirləndirilən şəxs onun cinsiyət orqanını əmdiyini və onunla cinsi əlaqədə olduğunu, hadisə barədə heç kimə məlumat vermədiyini, Təqsirləndirilən şəxs onlarla görüşə tək gəldiyini, ona qarşı olan hərəkətlərin mahiyyətini dərk etmədiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, parka gedən zaman Təqsirləndirilən şəxs avtomobilinin nasaz olduğunu bildirərək ona kömək etməsini bildirmiş, Aslanla birlikdə usta tapdıqdan sonra avtomobilin nasazlığı aradan qaldırılmışdır. Təqsirləndirilən şəxs Məhəmmədə dostu kimi təqdim etmişdir. Ekspert onun arxa keçəcək nahiyəsini yoxlamışdır. Məhkəmə tibbi ekspert rəyində onunla arxa keçəcək nahiyəsində cinsi əlaqədə olma hallarının müəyyən edilməsi ilə razılaşır. Təqsirləndirilən şəxs onun cinsiyyət orqanını beş dəfə yalamış, eləcə də qeyritəbii yolla cinsi əlaqədə olmuşdur. Həmin hərəkətlərin müqabilində ona 5-10 manat pul vermiş, bu hərəkətləri kiməsə deməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. 21 fevral 2024-cü il tarixli “Telefona baxış keçirilməsi haqqında protokoldan” və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı “İphone” markalı mobil telefonun “Foto” bölməsində “Nedavnie” adlı hissəsində 09 ədəd foto şəkil və 08 ədəd videolar olduğu müəyyən edilmişdir. Həmin 9 ədəd şəkildən 2 ədədi kişi cinsiyyət orqanın şəklidir ( cild 1, iş vərəqi 86-88). 21 fevral 2024-cü il tarixli “İfadənin yerində yoxlanılması haqqında protokol” dan görünür ki, Zərərçəkmiş şəxs2 oğlu ilkin ifadəsində hadisənin baş verdiyi ünvanın Bakı şəhəri, Mərdəkan qəsəbəsi Qala şosesi olduğunu göstərsə də, ifadənin yerində yoxlanılması zamanı müəyyən edilmişdir ki, hadisə Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Comərdli küçəsi nömrəsiz fərdi tikilinin qarşısında baş vermişdir (cild 1, iş vərəqi 111). 21 fevral 2024-cü il tarixli “Telefona baxış keçirilməsi haqqında protokoldan” və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefonun “WhatsApp” ani mesajlaşma proqramında iş üzrə Zərərçəkmiş şəxs1 adı “HUSEYUN MERDEKAN” kimi, Zərərçəkmiş şəxs2 adı isə “MEH EM ED MERDEKAN” kimi qeyd edilmişdir. Elə iki zərərçəkmiş arasında olan yazışma telefona baxış keçirilməmişdən əvvəl silinmişdir. 21 fevral 2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 istifadəsində olan "REDMİ” markalı mobil telefona baxış keçirilən zaman WhatsApp ani mesajlaşma proqramında iş üzrə Təqsirləndirilən şəxs adı “HÜSEYNİN DOSDU” kimi qeyd edilmişdir ( cild 1, iş vərəqi 89-96). 26 fevral 2024-cü il tarixli məhkəmə psixoloji ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər, qərarın təsviri hissəsində göstərilən hadisə zamanı öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur ( cild 1, iş vərəqi 133- 134). 26 fevral 2024-cü il tarixli məhkəmə psixoloji ekspertiza rəyindən görünür, Zərərçəkmiş şəxs2 əqli və psixi intellektual imkanları normaya uyğundur, onda gerilik əlamətləri aşkar olunmur, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər, qərarın təsviri hissəsində göstərilən hadisə zamanı öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur ( cild 1, iş vərəqi 135-136). 6 aprel 2024-cü il tarixli məhkəmə psixoloji ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Psixi-emosional sferasında qıcığa qarşı həssaslıq müşahidə edilir. Təqsirləndirilən şəxs onda müəyyən edilən şəxsiyyət pozuntusuna xas olan hövsələsizlik, emosional reaksiyalara meyillilik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. cinayət əməlini törədərkən öz hərəkətlərini dərk etmək qabiliyyətinə malik olmuşdur ( cild 1, iş vərəqi 137- 138). 21 fevral 2024-cü il tarixli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, H.H. Şərifovun bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmiş,sonuncunun arxa keçəcək nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər müəyyən edilmişdir (cild 1, iş vərəqi 130-132). 22 may 2024-cü il tarixli məhkəmə tibbi ekspertiza rəyindən nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patalogiya, anomaliya aşkar edilməmişdir, cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir ( cild 1, iş vərəqi 139-142). 21 fevral 2024-cü il tarixli məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilməmiş, sonuncunun arxa keçəcək nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər müəyyən edilmişdir. Zərərçəkmiş şəxs2 xarici cinsiyyət üzvü nahiyyəsində cinsi əlaqəyə maneə törədəcək hər hansı bir patologiya, anomaliya aşkar edilməmişdir. Cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir ( cild 1, iş vərəqi 125-128). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olan 1 iyun 2024-cü il tarixli tələbnamədən görünür ki, Abasov X3 rayon Məhkəməsinin 25 iyul 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,180.1-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 1, iş vərəqi 143- 144). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə qeyd edir ki, 14 yaşına çatmayan zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə əməllərinə görə cinayət məsuliyyəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslər barəsində seksual xarakterli zorakılıq hərəkətlərinə yol verməməsi barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs ifadələri bilavasitə məhkəmədə dindirilən zərərçəkmiş şəxsin ifadələri, məhkəmə tibbi, məhkəmə psixoloji ekspertiza rəyləri ilə habelə iş üzrə toplanmış və yuxarıda sadalanmış digər sübut növləri ilə təkzib edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini qəsdən törətmişdir. Həmin əməl başa çatmış cinayətdir, təsnifata görə xüsusilə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkməmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur(Cild 1, iş vərəqə 34) Lakin ittiham aktında şəxsin tutulması 20 fevral 2024-cü il tarix kimi göstərilmişdir. Məhkəmə ittiham aktında göstərilən halı texniki səhv kimi qəbul edir və qiymətləndirir. Belə ki, iş materiallarından görünür ki, cinayət işi Qanuni nümayəndə2 20 fevral 2024-cü il tarixli, azyaşlı övladı Zərərçəkmiş şəxs1 köməksiz vəziyyətindən istifadə edilərək ona qarşı Təqsirləndirilən şəxs tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi barəsində ərizəsinə əsasən başlanılmışdır. Zərərçəkmiş şəxs1 20 fevral 2024-cü il tarixdə saat 22:00-da zərərçəkmiş şəxs qismində tanınmışdır. Qeyd olunan halda təqsirləndirlən şəxsin 20 fevral 2024-cü il tarixdə həmin şübhə əsasında saat 01:15-də tutulması mümkünsüzdür. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 102-106). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 21 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmə zamanı onun hüquqlarını dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində 40 (qırx) ) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri “Universal” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə 17 ( on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmə mərhələsində göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Müdafiəçi işlədiyi Bakı şəhəri “Universal” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Leyla Əsgərova-Məmmədova Rasim Sadıxov Novruz Kərimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar