Məhkəmə qərarları › İş №1(101)-1973/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1973/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1973/2023 04.10.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı1 və Dövlət ittihamçısı2, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri “Alyans” vəkil bürosunun vəkili Müdafiəçi ştirakları ilə, xx xxxxxx 1991-ci il tarixdə Cəbrayıl rayonu, Mərzə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 1(008)-191/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq, amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunmasının barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış, 11 yanvar 2022-ci il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Cəbrayıl rayonu, Mərzə kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ramana sovxozu, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, şəxsiyyəti naməlum şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib narkotik vasitələrin qanunsuz olaraq alınıb-satılmasını həyata keçirmək üçün ümumi razılığa gələrək satış məqsədi ilə naməlum vaxtda və mənbədən qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 4,039 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 07 may 2023-cü il tarixdə saat 04:45 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ramana sovxozu ərazisində yerləşən 085 adlı kafenin yaxınlığında özünü şübhəli apardığından DİN-nin X4 Alayının 8-ci patrul bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq Sabunçu RPİnin 14-cü polis bölməsinin inzibati binasına gətirilmiş, orada videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümün içərisində təmiz çəkisi 4,039 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclsında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitədən istifadə edir, həmçinin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. 07 may 2023-cü ildə saat 04:45 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ramana sovxozu ərazisində yerləşən “085” adlı kafenin yaxınlığında 2 nəfər polis əməkdaşı ona yaxınlaşmışlar. Xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib ondan özünü təqdim etməyini istəmişlər. Onun üzərində şəxsiyyətini təsdiq edən sənəd yox imiş. O, həmin 2 nəfər polis əməkdaşı tərəfindən Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə aparılmışdır. O, müadfiəçi ilə təmin olunmuşdur. Videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış və götürmə zamanı o müdafiəçinin iştirakını istəməyib müdafiəçidən imtina etmişdir. Videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış və götürmə zamanı üzərindən 1 ədəd büküm aşkar olunmuşdur. Həmin bükümün içərisində olan narkotik vasitə heroin olmasını bildirmişdir. Polisə demişdir ki, həmin narkotiki Həsən adlı şəxsdən əldə etmişdir. Belə ki, Həsən adlı şəxs 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini Yasamal rayonu ərazisinə yol kənarına qoymuş və ona «whatsapp» vasitəsilə ərazinin konumunu atmışdır. Bundan sonra o həmin əraziyə gedərək daşın altında bir ədəd sellofan bükümündə olan narkotik vasitəni götürmüş və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirmişdir. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Öz adına ***-***-**-** saylı və 055 ***-**-** saylı mobil nömrələrdən istifadə edir. Mobil nömrələrindən narkotik vasitələr barədə müxtəlif yazışmalar olmuş, lakin həmin nömrələrin kimə məxsus olmasını hazırda xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası DİN-nin X4 Alayının 8-ci patrul bölüyündə polis nəfəri işləyir. O, yazdığı raportu və ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. 07 may 2023-cü ildə gecə saatlarında xidmətdə olarkən Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ramana sovxozu ərazisində özünü şübhəli apardığından tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs tərəflərindən Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxs Sabunçu RPİ-nin 14cü Polis Bölməsinə gətirildikdən sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuşdur. Videoçəkiliş vasitəsilə aparılan şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş maddəni çıxararaq bildirmişdir ki, həmin bükümün içərisindəki «kakos» adlandırdığı narkotik vasitədir, onu tutulmamışdan bir qədər əvvəl gecə saatlarında “Həsən” adlı bir şəxslə telefon əlaqəsi saxlayaraq hesabına 100 manat pul göndərib şəxsi istifadəsi üçün almış, “Həsən” adlı şəxsin atdığı konumla həmin narkotik vasitəni Yasamal rayonu ərazisində yol kənarından yerdən götürmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən 2 ədəd mobil telefon çıxararaq təqdim etmişdir. Bundan sonra bükümdəki həmin maddə zərfə qoyularaq möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol tərəfindən imzalanmışdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, 07 may 2023-cü ildə o və Şahid2 xidmətdə imiş. Onlar xidməti maşın vasitəsilə xidmət edirmişlər. Xidməti maşını o idarə edirmiş. Təqsirləndirilən şəxs özünü şübhəli aparırmış, həmçinin Təqsirləndirilən şəxs saxlanılan zaman narkotik vasitənin təsiri altında imiş. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı müqavimət göstərməmiş və qaçmağa cəhd etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-nin X4 Alayının 8-ci patrul bölüyünün polis nəfəri Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 4-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin X4 Alayının 8-ci patrul bölüyünün polis nəfərəri Şahid1 və Şahid2 07 may 2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü ildə saat 04:45 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ramana sovxozu ərazisində yerləşən 085 adlı kafenin yaxınlığında xidmətdə olduqları zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb həmin vətəndaşla sorğu-sual aparan zaman onlardan yayınmaq istədiyi üçün, həmin şəxsin narkotik vasitənin istifadəsində, daşımasında və satışında şübhəli bilib Sabunçu RPİ-nin 14-cü PB-nə dəvət etmişlər. PBdə həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Cinayət işinin 25-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs 07 may 2023-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, üzərinə keçirilən şəxsi axtarış zamanı müdafiəçinin iştirakını tələb etmədiyini bildirmişdir. Cinayət işinin 26-27-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 07 may 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla qadağan edilmiş və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan büküm çıxarıb təqdim edərək, içərisində narkotik vasitə heroin olduğunu, xx.xx.2023-cü ildə internet vasitəsilə tanış olduğu Həsən adlı şəxsdən sonuncunun Yasamal rayonu ərazisində qoyduğu yerdən götürdüyünü bildirmişdir. Həmçinin, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iki ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş 01 ədəd büküm və iki ədəd mobil telefon qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış zamanı “Samsung” markalı mobil telefon vasitəsilə videoçəkiliş aparılmışdır. Cinayət işinin 33-36-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2023-cü il tarixli 6/2645 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,039 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 73-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 may 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış 01 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində ola biləcək narkotik vasitələri, qanunla qadağan edilmiş və ya iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan büküm çıxarıb təqdim edərək, içərisində narkotik vasitə heroin olduğunu, xx.xx.2023-cü ildə internet vasitəsilə tanış olduğu Həsən adlı şəxsdən onlayn vasitəsilə sonuncunun Yasamal rayonu ərazisində qoyduğu yerdən götürdüyünü bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iki ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş 01 ədəd büküm və iki ədəd mobil telefon qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin 74-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 may 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş bir ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan və 2252 parolu ilə açılan «İPhone» markalı mobil telefonun daxilində olan və +98***-***-**-** nömrə ilə qeydiyyata alınmış «WhatsApp» ani mesajlaşma mübadilə sisteminin qovluğuna daxil olduqda müəyyən edilmişdir ki, qeyd olunan nömrə ilə Təqsirləndirilən şəxs kontaktda «DostuM CeK» kimi qeydə aldığı +98***- ***-**-** saylı «WhatsApp» mobil nömrəsi arasında səsli və yazılı mesajlar, habelə şəkillər mövcuddur. Səsli və yazılı mesajlardan Təqsirləndirilən şəxs Fərəməz kimi müraciət etdiyi şəxslə arasında ümumi razılıqları əsasında narkotik vasitə və psixotrop maddələrin alış-verişini həyata keçirməsi, Təqsirləndirilən şəxs Fərəməz adlı şəxslə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparması müəyyən edilmişdir. Cinayət işinin 75-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 may 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı götürülmüş bir ədəd üzərində ***-***-**-** saylı mobil nömrə olan «Samsung Galaxy J5» markalı mobil telefonun daxilində olan və ***-***-**-** nömrə ilə qeydiyyata alınmış «WhatsApp» ani mesajlaşma mübadilə sisteminin qovluğuna daxil olduqda müəyyən edilmişdir ki, qeyd olunan nömrə ilə Təqsirləndirilən şəxs kontaktda «DosduM CeK» kimi qeydə aldığı +98***-***-**-** saylı «WhatsApp» mobil nömrəsi arasında səsli və yazılı mesajlar, habelə şəkillər mövcuddur. Səsli və yazılı mesajlardan, o cümlədən şəkillərdən Təqsirləndirilən şəxs Fərəməz kimi müraciət etdiyi şəxslə arasında ümumi razılıqları əsasında narkotik vasitə və psixotrop maddələrin alış-verişini həyata keçirdiyi, Təqsirləndirilən şəxs Fərəməz adlı şəxslə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparmasə müəyyən edilmişdir. Cinayət işinin 96-140-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 27 iyul 2023-cü il tarixli telefon danışqılarını, sms yazışmalarını və anket məlumatlarını özündə əks etdirən elektron daşıyıcıya baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş məlumatlardan çıxarışdan görünür ki, "xxxx" MMCdən 21 iyul 2023-cü il tarixli, BKC/LGL-9976/23 nömrəli məktubla daxil olmuş 01 ədəd “CD” diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə daxil olan və çıxan smslərdə aşağıdakı sms mətnləri müəyyən edilmişdir. - Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə ***- ***-**-** saylı mobil nömrədən “Qam tema lazımdı”; -xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***- ***-**-** saylı mobil nömrədən “Tel sonur yigmir bir normal adaptir yoxdu evde.axi men çekdiyim ele deildi daw idi ona gore aa mence kolasida nese qatilib denen ona nolar e kende oturma”, “Gedib o rahat yerde oturmaa gec gelsen nem ey saba goturerik telefonu sen orda ujey oturmağa yer tapmisan rahatsan hecne oz iwindi ne deim.koladan biraz”, “atib cekecem dedim deim eseblesme mende nefcilerr getmeliyem bilmirem.ona gore yoxlmag lazim belke sen cawib vermisen axi men ceken ele deildi”, “Uzurlu say emanet olunan seye el vurulmaz billrm amma dunen bilirsen yaxsi deilem koladan biraz cekmisem royal zad yaninda qiwqirma ustume xaiw edirem bilirsen bele sey eden deilem nese cekmey istedim amma bu kola nese qatib sanki.nolar pulu dagitma vur ona eve tez gel getme ramaniya xaiw ediremm”; -xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***- ***-**-** saylı mobil nömrədən “Qaqaw berk lomkadeyam olurem”; -xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***- ***-**-** saylı mobil nömrədən “Cet lazimdi uwaq şüşə ramanidan gelib verw bilirsen?”; -xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***- ***-**-** saylı mobil nömrədən “Qaqa iki dene cet duzelt gelirem”, ***-***-**-** saylı mobil nömrədən “Hec cur oture bilmersen qapidan zatdan pulnan bir cet isteyirdu”, ***-***-**-** saylı mobil nömrədən “Senen xaiw edtdim axi bayagki mene iyne vyr ele get mefesim.catmit bu derman bitir neise dyryb teli sondurursen men bilursen xesteyem”, -070 ***-**-** saylı mobil nömrədən “Yari daw var?”; -xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***- ***-**-** saylı mobil nömrədən “Yeke oğlansan royali gonderdiyin gunen sen teleni acmirsan ozunde mene deyirsen ki mene zeng etmisen pati lazimdi duz qow etmey olar”; -17 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Ay menim qardawim vallah veziyet pisdi cox pis agridayam hec olmasa yari ya bir cet gelim ya sen gotur gel.”; -19 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “10 luq cet kola lazimdi pul mendedi burda gozduyum ya gelim o yana”, -20 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Sen cani falga götr”; -21 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Evdeyem tema gelirler goturmeye verim gelirem evde ol”; -24 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Nurlan eleme bele anamin cani.teli qoyanda bele demirdin.6 qramin pulun hesabla gor sene ne qeder verdim?2 3 dene temami ver qalan o verdiyim pula duwenler senin olsun.kiwi kimi dedik iw gorecik.fikrin yoxdusa ver telimi cixardim bu gun eve gedemmirem”; -27 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Salam qaqa menem hemid 05 var indi ?”, “Bawima oyun acmiyacan gelim goturum zabratdayam kuruqda teli zadi sondurersen 1 den sen ol cekini duz verirsen alinirsa elim”; -29 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Nurlan kentdesen qaqa 1 daw 1 kola lazimdi cet”; -30 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrədən “pulsuz verdiyin 3ed. 05 kola..05 patiydi.sora pulnan cemi 2dene 05 verdin dedim 1 butov qram ver.Elne qoydm cox olanin ver dedim.birde falqadaki paymi goturdum.olardan bawqa nese”; “Yari daw duzeltde qaqa gelirem”; -31 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Salam nurlam 1 cet kola 1 cet de daw lazimdi aslanlayam mawinda hardasan sa gelim goruwey”, “Qaqa pul butundu hardasan goruwey kola lazimdi”; -02 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Qaqa menem senan bidene sensir telfon var mende Samsung duas bunu verim sene istyir her sei bunan yazram ele sene verim didene veziyeten cixmaga bisey vere bilersen”; -04 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Qaqa mende pawti 150 manat var.sen ne vaxta goturersen qaqa temani?tema lazim idi.dedim senle borcu sifırliyardim.aqanin yanina getmezdimde daqilmasin pul”, “Onda men qaqa sen gelene kimi aqadan yari daw yari kola gotrurem”; -15 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Varsa balaca bir daş ver mene qaqa”; -18 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Pulnan ozme yari kola vere bilirsen?”; -25 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “QAQAS DUNENEN LOMKADAYAM VEZYETİM COX PİSDİ.MENDE EV TELEFONU VAR SUNURSUZ OLANARDAN TUKANDA 50 MANATDİ QARDAŞ CANİ.ONU VERİM SENE MENE KOLA VERDA YETİM”, “QARDASDİG ELEDE BU YAXSİLİGVİ YADAN ÇİXARTMARAM.HACAN EVDE REMONT İSİN OLAR MENDE SENİN QULUGUNDA DURARAM.”; -01 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Ay mamoglu yari lazimdi”; -05 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Salam yeti is var ora gedacam lomkada gedamira”, “Oluram lokadan sana qurban galim na verasdan is alda clxmasln”, “Nurlan mana zag ela san cani cox pisam”, “Nurlan 10 manat pul var alda clxmasl”; -17 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Salam nurlan lomkadayam telfonu ac cahilsan”, 055 ***- **-** saylı mobil nömrədən “SALAM QAQAS YARİM MASİN QUM LAZİMDİ DUZELER QAQA??”; -01 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Nurik bu ne temadi?konkret tuxta temadi and olsun Allaha . Qardawimsan 5-10 manat artiq verim normalni tema verde”; -04 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “QAQAS SALAM SENE İSİM DUSUB DUNENEN AĞRİDAYAM QARDAŞİMSAN İMKAN VARSA CİXARTDA MENİ VEZYETDEN AXSAM SAAT 8 DE PULU KARTİVA ATARAM QARDAŞİMSAN İMKAN VARSA”, “QAQAS SALAM SENE İSİM DUSUB DUNENEN AĞRİDAYAM QARDAŞİMSAN İMKAN VARSA CİXARTDA MENİ VEZYETDEN AXSAM SAAT 8 DE PULU KARTİVA ATARAM QARDAŞİMSAN İMKAN VARSA”, “ATQAZ ELEMEDA VEZYETİM COOOX PİSDİ.MENEM NATİQ.”, “Qaqa 5 manat duzub qoşmuşam imkan varsa bidene cet qardasimsan alindirda 5 manatda axsam verecem qardaş cani.”; -14 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Qaqa qadan alaram bidene acda senol dünəndən agridayam”; -22 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Yarı əmələ gələr tez Bir cavab denen”; -23 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Satmadigin koladan qaqamsan bidene qeweyini duzelit gəlirəm. Pul kartdadi məndə. Sen Allah o birsinnen olmasin”; -***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə “Qaqa butan qabaqindayam 1 dene cet isdirem meni yig”; -24 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Qardawim sabah seher goriwek.imkan var 2miz oturaq xeyr iw var tema var bidene 500-700 manatdiq.”; -27 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə 055-311- 95-07 saylı mobil nömrədən “yarlnl neciya verasan dasl”, ***-***-**-** saylı mobil nömrədən “Var pulnan neyse dasda kolada lazimdi gelim”, “Gelem yari kola lcetde das”; -28 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Qaqa o dediyin falqadakini nece gelim.giturum”, “Qaqa salam o dediyin falqadakini niye mene vermedin ? Telefona cvb ver neyinse var?”; -30 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “SALAM QAQAS SENE İSİM DUSUB GELSEM SABAHA KİMİ MENE BİR CET KOLA VERE BİLERSEN SABA PULUNU VERECEM.YA GELİM VEZYETDEN ÇİXART NECE MESLEHETDİ ELEDE ELE İMKAN CATİRSA ATQAZ ELEMEDA QARDASİMSAN.DUNENEN HECNE ELEMEMİSEM VEZYETİM COX PİSDİ. 10 MANAT KARTİMA PUL ATACİYDİLAR ONUDA ATMADİLAR.”; Bundan başqa Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəsindən aşağıdakı məzmunda sms mətnləri göndərilmişdir; -01 yanvar 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Qaqa yoxdu temasi”, -03 yanvar 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Qaqa direnen mament 1 qramda olsa mene saxla”, “Qaqa olem vallah”, -10 yanvar 2023-cü il tarixdə ***-***-**-** sayıl mobil nömrəyə “Qaqa meni evden buraxmadilar , qalasi oldum. Görüşerik 1 saatdan sora özve vererem tema”, -11 yanvar 2023-cü il tarixdə ***-***-**-** sayıl mobil nömrəyə “Mal bişmeye navakayin şüşesi yada vada al.”, -19 yanvar 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Aslan 10 deyqiya deyir metro markete catiram dediyi vaxt gelmese verecem sene temani”, -20 yanvar 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Anam cani tez gelib cata bilsen falqada daw var senede qalar”, -24 yanvar 2023-cü il tarixdə ***-***-**-** sayıl mobil nömrəyə “Doğurdan sennen insana omur boyu xeyir gelmiyib gelmiyecekde,usaq gelib mennen tema gotumeye girib padiyezde gozduyur deyirem bina cehennem padyezi hardan tanyirsan deyir royal cagrib meni bura ordan yadimda,menede deyirsen qiragda gorsurem budu senin mene xelbet is gormeyin.royal cox boyuk problemsn”, “Zabratin kuruqundayam gelem, vur ama 55 manat vur , birde men harda dusecem.?”, -***-***-**-** saylı mobil nömrəyə “Sahib zaretkam azdi sönecek telfon, narahat olma pramoy obanin yanina gelirem biraz gec geldiyim ücünde kolani dobru qoyacamki gözdemeyve deysin.”, -***-***-**-** saylı mobil nömrəyə “Mekan sene dedim eger gotumuyesense meni avara eleme , saat 8ze 10 deq qalib telfon sondurursen. Nese satiram 35 manata gedir.”, -***-***-**-** saylı mobil nömrəyə “Royal mali atdi mehtabata, disbecirde abuzerle seni gözdeyirem sen mama cani qaca-qaca gel”, -27 yanvar 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “30 manat di 05”, “Hemid 30 manat butov pulnan ruslan93 yanina ge vzv at men ora maqazine dusecem ,temiz05vi verim. Fiso uzatma cat ora yig”, -***-***-**-** sayıl mobil nömrəyə “Senin şakoya verdiyin patini evde qaytaracam ha ozve mali mala qatma”, “Sen istedin istemedin,ya dedin demedin ozun bilersen, men verdiyimi aldigim kimi aldigimida qaytarmagi bilirem.”, -29 yanvar 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Gel qara qarayeve cixarim vezyetdden.”, -30 yanvar 2023-cü il tarixdə ***-***-**-** sayıl mobil nömrəyə “sen mene dedin iki 05 yerine bir dene qram ver ,men sene qirami verdim sen menim 2 dene 0,5 mi qaytarmadin”, -***-***-**-** saylı mobil nömrəyə “Nurlandi qaqas mennen elaqe saxlada,biraz malim var 0,5q 25 m ,lq 50m malada kankret soz ola bilmez pecat bir maldi ,patida onnan dala qalmaz prob verecem sene komek ele biraz yer be yer eliyek, men qarsiliginda seni sevindirecem,sozun acigi bilesuvara getmeliyem mal getirmeye rentakara pul lazimdi”, -***-***-**-** sayıl mobil nömrəyə “Röyal pul düzelen kimi vur peremezn kartinaki men bu biri 15 deneni bagladim mene deyir kohne borcu saat 6 ya kimi vur bu birin 15 deneni bagliyim”, “Yari daw duzeltde qa”, “Royal sene birden yigsamki qaqa mene 05 pati verib demedinki dosdum gelecek”, -070 ***-**-** saylı mobil nömrəyə “meqsedin meni ilisdirmekdi ya suroka gondermekdi bax torpağ soxular,puluvu fıradilar,0,5 q yerne0,2q mal sene”, -03 fevral 2023-cü il tarixdə ***-***-**-** sayıl mobil nömrəyə “Vayfayi acma özüm acacam, sen pul düzelt qumnan zadan sox camahata pulu duzelt mal gotrende qaytar”, -04 fevral 2023-cü il tarixdə ***-***-**-** sayıl mobil nömrəyə “Royal men sene faize pul vermirem bir sey elemirem , ama 70 manati getirende ustune 30 manatda qoy getir, ele ele hemese is gorek,geldin 3 qrama yaxin malmi apardin 1 manat vermedin.”, “Qaqa 170 manat aramiz var neynirsen ele menim borcumu baglaki sene mal vere bilim”, -07 fevral 2023-cü il tarixdə ***-***-**-** sayıl mobil nömrəyə “Kisisen meni niye pis vezyetde qoydun 25m verdim mali sene ona gore, pulum catmir tema gotumeye,sende telf söndü", -10 fevral 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Qaqa zaklatqa vurmaliyam”, -12 fevral 2023-cü il tarixdə ***-***-**-** sayıl mobil nömrəyə “Royal 140 manat aramiz var 90 birdi 50 de bir , mal gotreceksense mennen en azi 100 manat düzelt sora gel”, -19 fevral 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Qaqa ruslanin arxasindayam. Men patya göre yubandim, 1 deq oddayam”, -08 mart 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “2dene cet qalib, gelirsen ge verim”, -24 mart 2023-cü il tarixdə ***-***-**-** sayıl mobil nömrəyə “qalmisg lomkada, ne pul var ne mal, sen ol pisdi vezyet.,evde ne suyumuz,var ne siqaret nede quru corek”, -05 aprel 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrəyə “Maşdagadayam heciden pati götürüm gelem”, -25 aprel 2023-cü il tarixdə 055 -247-61-14 saylı mobil nömrəyə “Temani indi gotmuem urmiya malidi baha almisam 8 manata serf elemir 10 azn ele”. Cinayət işinin 94-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-dən daxil olmuş 19 iyul 2023-cü il tarixli, 49-3/2- 6823 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək mümkün olmamış, lakin, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə etimad doğuran mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 154-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru X1 07 avqust 2023-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında protokoldan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, üzərində həqiqətən narkotik vasitə olduğunu, ona məxsus mobil telefon nömrəsi ilə aparılmış danışıqların onun tərəfindən həyata keçirilməsini etiraf etmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs özünün etirafını, şahidlərin ifadələrini, ekspert rəylərini, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrəsinə daxil olan və çıxan SMS mətnlərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar hesab edilir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 83-84-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 23 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işinin 88-93-cü vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 1(008)-191/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq, amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunmasının barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli, 7(010)-712/2021 saylı qərarına əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli ilə Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, 1(008)-191/2021 saylı məktubdan və məktuba əlavə edilmiş Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsindən verilmiş 14 fevral 2022-ci il tarixli bildirişdən görünür ki, Təqsirləndirilən şəxs 11 yanvar 2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə görə bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumlud ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və cinayətin resdivini yaradır. Təqsirləndirilən şəxs əməli cinayətlərin residivini yaratdığından, məhkəmə cəza təyini zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsini nəzərə alır. Belə ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Cinayət işinin 141-142-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 may 2023-cü il tarixli 3074 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən cəzasını yüngülləşdirilən halları müəyyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 07 may 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 15-ci vərəqəsində olan 07 may 2023cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 67-70-ci vərəqələrində olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli 4(008)-370/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 07 may 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş və ekspertiza tədqiqatdan sonra qalıq qalmış 3,989 qram narkotik vasitə heroin məhv edilməlidir. Cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 01 ədəd “Samsung” və 01 ədəd “İphone” markalı mobil telefonlar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 07 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş və ekspertiza tədqiqatdan sonra qalıq qalmış 3,989 qram narkotik vasitə heroin məhv edilsin. Cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş 01 ədəd “Samsung” və 01 ədəd “İphone” markalı mobil telefonlar Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar