Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1974/2023 05.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X4 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, X2 və Salmanzadə Zülfiyyə Asif qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları - X3 və Dövlət ittihamçısı, Müdafiəçi – “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, natamam-orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan külli miqdarda - 19,199 qram çəkidə narkotik vasitə heroini və "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda - 13,390 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə saat 23:08-də yuxarıda qeyd edilən ünvanda saxlanılaraq ünvan 4ütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmiş və orada 20 aprel 2023-cü il tarixdə saat 00:24-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki gödəkçənin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 18,744 qram və 0,455 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 19,199 qram olan narkotik vasitə heroin və 02 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 8,778 qram və 4,612 qram olmaqla ümumi təmiz çəkisi külli miqdarda - 13,390 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. Bacısı Bakı şəhəri, Nərimanov rayonunda “Araz” marketin yanında yaşayır. O da bacısıgilə maşınla gedərkən maşından düşmüş və həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılmışdır. Tutulan zaman üzərində yarım qram narkotik vasitə olan heroin olmuşdur. O, narkotik vasitəni könüllü şəkildə polislərə təqdim etmişdir. Bundan sonra polislər onu sərbəst buraxmaq istəmişlər. Lakin anket məlumatlarımı sistemə daxil etdikdən sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə barəsində olan hökmlə təyin edilmiş cəzanı 09 (doqquz) ay qabaq çəkib qurtardığı məlum olduqdan sonra əl-qolunu bükərək avtomobilə mindirmişlər. Polislər onun mobil telefonuna baxış keçirmiş, lakin nə zəng, nə də mesaj tapmışlar. Bundan sonra onu bölməyə gətirmişlər. Polislər ona məxsus olmayan narkotik vasitəni üzərindəki bükümdə olan yarım qram heroinlə birlikdə cibinə qoymuşlar. Onda əvvəlcə 01 (bir) qram heroin olmuşdur. Onun yarısını istifadə etdikdən sonra yarım qram narkotik vasitə qalmışdır. O da həmin maddəni cibində gəzdirmişdir.Həmin narkotik vasitəni o, Hövsanda tanımadığı şəxsdən almışdır. İttiham aktında göstərilən narkotik maddənin miqdarı çoxdur. Belə ki, ona məxsus olmayan narkotik vasitəni boynuna götürməyinə səbəb polislər tərəfindən təhqirlərə və təhdidlərə, o cümlədən fiziki təsirlərə məruz qalmağı olmuşdur. O etiraz əlaməti olaraq həbsdə saxlanıldığı Bakı İstintaq Təcridxanasında 5 gün ac-susuz qalmışdır. Polislər ona qarşı psixi təzyiq olaraq onların dediklərini etməyəcəyi təqdirdə evindən narkotik vasitə çıxaracaqları ilə onu hədələmiş və eyni zamanda onu təhqir etmişlər. O, məhkəmədə ifadə verən şahidlər Şahid3 və Şahid2 tərəfindən saxlanılmamışdır. Eyni zamanda, onlar tərəfindən də ona fiziki və psixi təsir və təzyiq olmamışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, anket məlumatında qeyd etdiyi ünvanda ailəsi ilə birlikdə yaşayır. 2010-cu ildə ailə həyatı qurmuş və birgə nikahdan iki azyaşlı övladı var. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017ci il tarixli hökmü ilə CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 02 iyul 2022-ci il tarixdə azadlığa çıxmışdır. Azadlığa çıxandan sonra narkotik vasitə istifadə etməmiş, lakin son 10-15 gün olar ki, “kakos” kimi tanıdığı narkotik vasitə heroindən istifadə etməyə başlamışdır. İstifadə etdiyi maddələri Bakı şəhərində müxtəlif tanımadığı şəxslərdən almışdır. 19 aprel 2023-cü il tarixdə tanımadığı iran nömrəsindən ona zəng edən şəxs onun kimliyini soruşmuş, ondan narkotik vasitə istəyib-istəmədiyini soruşaraq, ona narkotik göndərməsini, götürüb istifadə etməsini, pulunu sonra göndərməsini təklif etmişdir. Həmin şəxs danışığı bitirərək ona “Whatsapp”-da konum və narkotikin atıldığı yerin şəklini göndərmişdir. Bundan sonra saat 22-23 radələrində həmin şəxsin ona göndərdiyi konuma, Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsinə getmiş və onun göndərdiyi narkotik vasitəni tapıb cibinə qoymuşdur. Oradan bir qədər aralandıqdan sonra 3 nəfər mülki geyimdə olan DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Onlara yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq üzərində “kakos" deyilən narkotik vasitə heroin və “patı” deyilən psixotrop maddə metamfetamin olmasını etiraf etmişdir. Polis əməkdaşlarının təklifi ilə onlarla birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmiş, orada hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, video çəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan “kakos" deyilən narkotik vasitə heroini və “patı” deyilən psixotrop maddə metamfetamini əynindəki tünd göy rəngli qış gödəkçəsinin sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümləri, həmin gödəkçəsinin sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd vəsiqə qabını, sol yan cibindən isə pul əsginaslarını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra üzərinə şəxsi axtarış keçirilməsinə baxmayaraq əlavə əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi əşyalara polis əməkdaşları tərəfindən keçirilən baxış zamanı 01 ədəd “Samsung” markalı mobil telefonda ***-***-**-** nömrə olduğu, pul əsginasların 167 manat olduğu müəyyən edilmişdir. Həmin pulun özünə məxsus olmasını, qanunsuz yolla pulları əldə etmədiyini bildirmişdir. Daha sonra təqdim etdiyi qara rəngli vəsiqə qabına baxış keçirilən zaman vəsiqədə özünə məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və 03 ədəd plastik bank kartın olması aşkar edilmişdir. Təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümlər açılaraq keçirilən baxış zamanı 1-ci sellofan bükümdə “patı” adlı psixotrop maddə metamfetamin olduğu, 2-ci sellofan bükümdə “kakos” adlı narkotik vasitə heroin olduğu, daha sonra 3-cü sellofan büküm polis tərəfindən açıldıqda, həmin bükümün içərisində 02 ədəd sellofan bükümlər, birinin içərisində “patı” və digərinin içərisində isə “kakos” adlı maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş ümumilikdə 04 ədəd sellofan bükümdə olan maddələri həmin gün, yəni xx.xx.2023cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu, “Montin" deyilən yerdə olarkən, əvvəllər tanımadığı şəxsdən onlayn üsulla əldə etmiş, həmin maddələrin adının “kakos” və “patı” olaraq bilmiş, bir neçə müddətdir ki, bu maddələrdən istifadə etmiş, əvvəllər də Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunmuş, sonuncu dəfə 2022-ci il tarixdə cəzanın sonu ilə azadlığa çıxmış, bu maddələri onlayn qaydada tanımadığı şəxslərin şəklini göndərdiyi bank kartına pul göndərməkə əldə etmiş, həmin şəxslərin ona narkotik maddələri qoyduqları yerin, ünvanının şəklini atmış, həmin ünvana gedərək həmin maddələri yerdən götürmüş, onları heç kimə satmaq, hədiyyə və ya pay qismində vermək niyyəti olmamış, yalnız şəxsi istifadəsi üçün həmin maddələri üzərində saxlamışdır. Bundan sonra üstündən aşkar olunmuş 02 ədəd sellofan bükümdə olan “kakos" adlı maddələr və 02 ədəd sellofan bükümdə “patı” adlı maddələr polis tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Üstündən aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon, 03 ədəd bank kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi polis əməkdaşları tərəfindən götürülmüşdür. 167 manat pul əsginasları, 01 ədəd vəsiqə qabı isə ona qaytarılmışdır. Bu barədə protokol tərtib olunmuşdur. Ona narkotik vasitə və psixotrop maddələri göndərən şəxsi tanımır. (Cild 1, iş vərəqi 71-75) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsi xidməti zərurətlə əlaqədar tanıyır, onunla və digər proses iştirakçıları ilə qohumluq münasibətləri, eyni zamanda, düşmənçiliyi və ədavəti yoxdur. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır və polis leytenantı rütbəsini daşıyır. 19 aprel 2023-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edildikdən sonra onun yoxlanması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs olduğu yer tərəflərindən müəyyənləşdirildikdən sonra 19 aprel 2023-cü il tarixdə saat 23 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsinə getmişlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmiş və Baş idarəyə dəvət etmişlər. Orada şəxsin üzərinə şəxsi axtarış və baxış keçirilən zaman hər hansı qanunsuz əşya olub-olmadığını soruşduqda, o, üzərində olan 03 ədəd narkotik vasitə heroin və psixotrop maddə metamfetamini könüllü şəkildə təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin maddələri əvvəllər tanıdığı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ruhi xəstə olduğu üçün narkotik vasitə istifadə etdiyini bildirmişdir. O, ümumilikdə 04 ədəd büküm təqdim etmişdir. İlqar narkotik vasitə və psixotrop maddələri Bakı şəhəri, Nərimanov rayonu ərazisində yaşayan şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. O saxlanılan vaxt polis əməkdaşlarına qarşı tabesizlik nümayiş etdirməmiş və müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs tərəflərindən fiziki və psixi təsir və təzyiq olmamışdır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan vaxt üzərinə dərhal axtarış və baxış keçirməmələrinə səbəb havanın qaranlıq olması və ətrafda insanların olması olmuşdur. Onun üzərinə şəxsi axtarış və baxış videoçəkiliş vasitəsilə cəmi bir dəfə keçirilmişdir. Keçirilən şəxsi axtarış və baxış istintaq hərəkətində təhqiqatçı, vəkil, digər əməliyyat müvəkkilləri və özü iştirak etmişdir. Təqsirləndirilən şəxs üzərində mobil telefon, plastik kartlar və pul da olmuşdur. Pul onun özünə qaytarılmış, plastik kartlar və mobil telefon isə götürülmüşdür. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. 19 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı əldə etmiş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil edilmişdir. 19 aprel 2023-cü il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsində olması müəyyən edilmiş və həmin yerə gedərək, saat 23.08-də həmin küçədə Təqsirləndirilən şəxs oxşar şəxsə yaxınlaşıb özlərini təqdim etmiş və onların təklifi ilə həmin şəxs özünü təqdim etdikdə onun Təqsirləndirilən şəxs olduğunu bilmişlər. Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu DİN-in BMCMİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlar ilə birlikdə BMCMİ-nə gəlmiş, idarənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Kənan Kərimli tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı video çəkilişdən istifadə edilmiş, Təqsirləndirilən şəxs üzərində qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin ciblərindən 03 ədəd şəffaf sellofan bükülünü, 01 ədəd “Samsung” markalı mobil telefonu, əynində olan şalvarın ciblərindən 01 ədəd vəsiqə qabını və pul əsginaslarını çıxarıb təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin əlavə əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümlərə baxış keçirilən zaman onlardan birində ağ rəngli, kristallik formada psixotrop maddə metamfetaminə oxşar maddə, digərində qəhvəyi rəngli, toz şəkilli, xüsusi spesifik iyə malik olan narkotik vasitə heroinə oxşar maddə olması müəyyən edilmişdir. 3-cü sellofan bükümün içərisindən isə 02 ədəd sellofan büküm aşkar edilmiş, həmin bükümlərdən birinin içərisində psixotrop maddə metamfetaminə, digərində isə narkotik vasitə heroinə bənzər maddələr aşkar edilmişdir. Aşkar edilmiş maddələr qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli vəsiqə qabının içərisində Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və 03 ədəd plastik bank kartı aşkar olmuşdur. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumilikdə 04 ədəd sellofan bükümdə olan maddələri xx.xx.2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu, “Montin” deyilən yerdə olarkən əvvəllər tanımadığı şəxsdən onlayn üsulla əldə etdiyini, həmin maddələrin adının “kakos” və “patı” olaraq bilməsini, bir neçə müddətdir həmin maddələrdən istifadə etdiyini, bu maddələri heç kimə satmaq, hədiyyə və ya pay qismində vermək niyyəti olmadığını, yalnız şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş maddələr, 01 ədəd “Samsung” markalı mobil telefon, 03 ədəd bank kartı, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi götürülmüş, 167 manat pul və 01 ədəd vəsiqə qabı isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixoloji təzyiq olunmamışdır. (Cild 1, iş vərəqi 93-95) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları X1, əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ifadələrində məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək onunla eyni əməliyyat qrupunda olduqlarını bildirmiş və Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və “Əməliyyat qrupunun yaradılması barədə” əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında bir sıra əməliyyat-axtarış tədbirlərinin keçirilməklə yaxalanmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-8) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə əldə edərək dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 23:08 radələrində Təqsirləndirilən şəxs ünvan 3 ünvanının qarşısında saxlanılaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. (Cild 1, iş vərəqə 9) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə saat 23:08-dən hesablanmışdır. (Cild 1, iş vərəqə 18-19) 20 aprel 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan tünd göy rəngli qış gödəkçəsinin sağ yan cibindən 02 ədəd bağlamada narkotik vasitə heroinə və 02 ədəd bağlamada psixotrop maddə olan metamfetaminə bənzər maddə kütlələri, gödəkçənin sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd vəsiqə qabında üzərində “Unibank”, “Kapital Bank”, “Bank of Baku” yazılmış 03 ədəd plastik kartlar, 167 manat pul əskinasları aşkar edilməsi hərəkətinin görüntüsü olan 01 ədəd DVD disk protokola əlavə edilmişdir. (Cild 1, iş vərəqə 27-29) Məhkəmə kimyəvi ekspertizasının 20 aprel 2023-cü il tarixli 6/2348 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün № 6” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs aşkar olunan...” sözləri və İmzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 02 (iki) ədəd sellofan bükümdə ayrıayrılıqda təmiz çəkisi 18,744 qram, 0,455 qram ümumi təmiz çəkisi 19,199 qram olan qəhvəyi rəngli maddə kütləsi kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir; 02 (iki) ədəd sellofan bükümdə ayrı- ayrılıqda təmiz çəkisi 8,778 qram, 4,612 qram ümumi təmiz çəkisi 13,390 qram olan ağ rəngli kristallşəkilli maddə kütləsi kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsülla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (Cild 1, iş vərəqə 43-45) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 61-62) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-580/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 88-92) Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 4080 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 203-204) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 1720 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respubliksaı CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 1, iş vərəqə 209-211) xx.xx.2023-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokollar və ona əlavə edilmiş CD disklər, ekspert rəyləri, maddi sübut və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 229-239) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 05 il 06 aya endirilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 04 ay 24 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. (Cild 1, iş vərəqə 180-181) İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012 və xx.xx.2014-cü il təvəllüdlü, 2 (iki) azyaşlı uşağı var. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ibtidai istintaq zamanı etirafedici ifadə verməsinin səbəbini polis əməkdaşları tərəfindən döyülməsi, həmçinin ona qarşı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-17/38/2-7077/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridaxanaya gətirilən zaman ilkin tibbi müayinədən keçirilmiş və müayinə zamanı bədənində xəsarət aşkarlanmamış, sol saidin ön səthində və sağ qabırğa altı nahiyədə isə köhnə çapıq toxuma izləri aşkar edilmişdir. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-1336/2-12153/23 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs MSY-ə gətirilən zaman bədən səthində xəsarətlərin olmadığı müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli, 658-C-23 saylı cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs qarşı istər saxlanılan zaman, istərsə də polis bölməsində hər hansı polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilməməsi müəyyən edilmiş, bu səbəbdən də xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində polis əməkdaşları tərəfindən saxlanılan zaman həmin vaxt üzərində ittihamda qeyd edilən miqdarda narkotik vasitə olmadığını, ona polis idarəsində fiziki və psixi təsir göstərərək külli miqdarda narkotik vasitəni gətirərək ona məxsus olduğunun etiraf etməsini tələb ediklərini o isə buna məcburən razılıq verərək həmin narkotik vasitəni boynuna götürdüyünü söyləmişdir. Şahidlər X1, Şahid3 və Şahid1 isə ifadələrində Təqsirləndirilən şəxs özləri tərəfindən saxlanıldığını, onun üzərinə polis bölməsinin inzibati binasında şəxsi axtarış keçirilərkən 04 ədəd bükümdə narkotik vasitə və psixotrop maddə aşkarlandığını, Təqsirləndirilən şəxs videoçəkilişdə nümayiş etdirməsi üçün əlavə hər hansı miqdarda narkotik vasitə verərək özünə aid olduğunu etiraf etməsini tələb və təklif etmədiklərini, Təqsirləndirilən şəxs hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra heç bir psixi və fiziki zorakılıq edilmədiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ““Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin külli miqdar təşkil edir. Məhkəmə aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrlə bağlı qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan metamfetaminin və heroinin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan dəfələrlə çoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman həmin vaxt üzərində ittihamda qeyd edilən miqdarda narkotik vasitə olmaması, ona polis idarəsində fiziki və psixi təsir göstərərək külli miqdarda narkotik vasitəni gətirərək ona məxsus olduğunun etiraf etməsini tələb etmələri, o isə buna məcburən razılıq verərək həmin narkotik vasitəni boynuna götürməsi, habelə narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə məhkəmədə verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən məhz onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, həm məhkəmə nəzarəti qaydasında barəsində həbs qətimkan tədbiri seçilməsi, həm də istintaq dövründə eyniməzmunlu ifadə verməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən 04 ədəd sellofan bükümdə ümumi təmiz çəkiləri külli miqdarda - 19,199 qram olan narkotik vasitə heroin və 13,390 qram olan psixotrop maddə metamfetamin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsinin videogörüntülərini özündə əks etdirən diskdən göründüyü kimi üzərindən aşkar edilən narkotik vasitə heroini Hövsan qəsəbəsində tanımadığı şəxsdən alması, əldə etdiyi narkotik vasitə və psixotrop maddələri üzərində gəzdirməsi kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitə və psixotrop maddənin ayrı-ayrı xırda bükümlərə bükülməsinə, əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələri üzərində gəzdirməsinə, onun narkotik vasitələrinin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatına əsasən, cinayət işində olmaqla, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: ""Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən onun əməlində Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzası 05 il 06 aya endirilmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 04 ay 24 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Təqsirləndirilən şəxs əvvəllər təqsirli bilinərək məhkum olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət ağır cinayətlər kateqoriyasına aiddir. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi və cəza təyin edilərkən məhkumluq Məcəlləyə uyğun nəzərə alınır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2017-cı il hökm ilə müəyyən edilmiş cəzadan xx.xx.2022-ci il tarixdə şərti olaraq vaxtından əvvəl azad edilmiş, azad olduğu tarixdən isə yeni cinayət törədənək 6 ildən artıq müddət keçməmişdir. Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, çəkilərini, cəzasını yüngülləşdirən hal kimi himayəsində 2 (iki) azyaşlı uşağının olmasını və cəzasını ağırlaşdıran hal kimi təhlükəli residivin müəyyən edilməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 19 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 160 (bir yüz altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 19,099 qram qalmış narkotik vasitə heroin və qalıq çəkisi 13,290 qram qalmış psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişin əks edildiyi 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmçinin CPM-in 26.3-cü maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi və tərcüməçinin tərcümə xidmətləri ilə ilə bağlı təqdim etdikləri hesabatlara uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 19,099 qram qalmış narkotik vasitə heroin və qalıq çəkisi 13,290 qram qalmış psixotrop maddə metamfetamin məhv edilsin, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 160 (bir yüz altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ( və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-1974/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1974/2023
05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver