Məhkəmə qərarları › İş №1(101)-1975/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1975/2022

06.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1975/2022 06.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X8 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Yasamal rayon məhkəməsinin 9 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarı ilə barəsində “8 noyabr-Zəfər Günü münasibət ilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilərək cəzası 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, 31 mart 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir), məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, məhəllə 507/511, ev 16 B, mənzil 45-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə edərək daşımış və üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılaşmaya əsasən 4.07.2022-ci il tarixdən 5.07.2022-ci il tarixə keçən gecə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesində sonuncundan satış məqsədilə qanunsuz olaraq 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,890 qram olan ağ rəngli kristallik şəklində kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 1 ədəd bükümdə təmiz çəkisi 1,504 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 8 ədəd bükümdə külli miqdarda ümumi təmiz çəkisi 3,923 qram qəhvəyi rəngli maddə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 5.07.2022-ci il tarixdə saat 9:00-da Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Amart” ticarət mərkəzinin qarşısında Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılaraq ünvan 1 ünvanda yerləşən 6-cı Polis Bölməsinə gətirilmiş və orada şübhəli şəxs qismində tutulduqdan sonra saat 10:55-də üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd dəmir qabın içərisində 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,723 qram, 0,844 qram, 0,502 qram, 0,856 qram, 0,322 qram, 0,182 qram, 0,094 qram, 0,400 qram olmaqla ümumi təmiz çəkisi 3,923 qram qəhvəyi rəngli maddə olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,301 qram, 0,244 qram, 0,345 qram olmaqla ümumi təmiz çəkisi 0,890 qram ağ rəngli kristallik şəklində kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin və 1 ədəd bükümdə təmiz çəkisi 1,504 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 5 iyul 2022-ci il tarixdə saat 9 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Məlik Aslanov döngə 2 ərazisində yerləşən “Məhəllə” marketin yaxınlığında dostları Ağa və Rəcəbi gözləmişdir. Ağa və Rəcəb “Tofaş” markalı avtomobillə gəlib onu evinə aparacaqdılar. Gözləyən zaman uzaqdan ona tərəf bir avtomobilin gəldiyini görmüşdür. Lakin gözü zəif gördüyü üçün ona yaxınlaşan avtomobilin “Tofaş” markalı, yoxsa başqa avtomobil olduğunu bilməmişdir. Daha sonra ona yaxınlaşan avtomobildə olan şəxslərin polis əməkdaşları olduqlarını və ondan əvvəl Ağa və Rəcəbi tutduqlarını bilmişdir. Polis əməkdaşları ona narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu deyib Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər. Yolda olarkən polis əməkdaşları Ağa və Rəcəbi azad edib, avtomobildən düşürmüş, onu isə Binəqədi RPİ-nin 6-cı PB-nə gətirmişlər. Onu tutan polis əməkdaşlarından biri Binəqədi RPİ-nin əməkdaşı Murad adlı şəxs olmuşdur. Polis bölməsində olarkən üzərində videoçəkilişdən əvvəl şəxsi axtarış həyata keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd dəmir qabın içərisində saxladığı 1 bükümdə 2,5 qram heroin, 1 bükümdə 0,8 qram metafetamin və ittihamda göstərildiyi qədər, 1 bükümdə 1,504 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Bundan sonra üzərində videoçəkilişlə şəxsi axtarış həyata keçirilmişdir. Videoçəkiliş zamanı üzərindən aşkar olunan bükümlərin, saydığı qədəri ilə, 7 bükümə ayrıldığını görmüşdür. Lakin polis əməkdaşları ona əvvəlcədən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham irəli sürüləcəyini dediklərindən onlara inanıb bükümlərin sayına görə etiraz etməmişdir. Daha sonra isə ona təqdim edilən sənədlərə imza etmişdir. Mobil telefonundan 3 sms aşkar olunmuşdur. Onlardan 2-si 1 nömrədən, digəri isə başqa nömrədən yazılmışdır. Ona 2 sms göndərən şəxsi tanımır, 1 sms göndərən şəxs isə smsdə mobil telefonunu açan zaman ona zəng etməyini xahiş etmişdir. Polis əməkdaşları onu “Opel” markalı avtomobillə polis bölməsinə gətirmişdir. Dostlarım və o, narkotik vasitə aludəçisi olduqları üçün ehtiyac olduqda sms yazaraq bir-birlərindən əvəzsiz olaraq narkotik vasitə istəmişlər. Heç kimə pul müqabilində narkotik vasitə və psixotrop maddə verməmişdir. Əvvəlki məhkumluğu zamanı narkotk vasitələrdən istifadəsi ilə əlaqədar ona məcburi müalicə təyin olunmuşdur. Cəzaçəkmə müəssisəsində olduğu müddətdə narkotik vasitə istifadə etməsə də, azad olunduqdan sonra yenidən istifadə etməyə başlamışdır. Mobil nömrəsinə narkotik vasitənin satışı məzmununda sms yazan şəxsləri tanımır. Üzərindən aşkar olunan narkotik maddələri şəxsi istifadəsi üçün almışdır. İbtidai istintaq zamanı ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Tutulan zaman üzərində yalnız 3 büküm narkotik maddə olmuşdur. Polis əməkdaşları şəxsi axtarışı videoçəkilişlə həyata keçirməzdən əvvəl narkotik maddələrlə dolu olan dəmir qabı ondan götürmüşlər. Bükümlərin sayı videoçəkilişdən əvvəl polis əməkdaşları tərəfindən artırılmışdır. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, 5 iyul 2022-ci il tarixdə saat 9 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Amart” ticarət mərkəzinin qarşısında olan zaman olan tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis kimi təqdim etmiş, xidməti vəsiqələrini göstərdikdən sonra sonuncuların polis əməkdaşları olduqlarını öyrənmişdir. Polis əməkdaşları ona bildirmişlər ki, narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəlidir və üzərinə baxış keçirmək istəyirlər. Buna görə də onu Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişlər, orada ona müdafiəçi təyin olunmuşdur. Lakin müdafiəçinin iştirakı olmadan üzərinə baxış və şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən ona üzərində olan qeyri-qanuni əşyaları könüllü təqdim etməsi təklif olunmuş, daha sonra videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd dəmir qabı çıxarıb masanın üzərinə qoymuşdur. Sonra onun üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən çıxan 1 ədəd dəmir qabı açmaq tələb olunmuşdur. O, üzərindən çıxan dəmir qabı açaraq içərisindən ümumilikdə 8 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm, 2 ədəd ağ və 1 ədəd mavi rəngli sellofana bükülmüş büküm və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri təqdim etmişdir. Belə ki, o, 8 ədəd şəffaf sellofana bükülmüş bükümlərin hər birini ayrı-ayrılıqda açaraq içərilərində olan qəhvəyi rəngli tozşəkilli maddəni göstərərək onun narkotik vasitə olan heroin, şəffaf və mavi rəngli olmaqla ümumilikdə 3 ədəd bükümün içərisində ağ rəngli kristallik formada psixotrop maddə olan “metafetamin” və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə olan maddənin narkotik vasitə marixuana olduğunu bildirmişdir. O həmin narkotik vasitə və psixotrop maddələri 5 iyul 2022-ci il tarixdə gecə saatlarında Binəqədi rayonu, Binəqədi şossesində tanımadığı şəxsdən ümumilikdə 113 manat müqabilində almaqla şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin bükümlər polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır (cild 1, iş vərəqə 61-63, 84-86, 172-174 və 204- 205). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxx 1980-cı il tarixdə, Bakı şəhərində anadan olmuş, məhkumluğu olan, evli, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işləməyən, Yasamal rayonu, Ə.Ələkbərov küçəsi məhəllə 507/511, ev 16 B, mənzil 45-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlinin digər təhqiqat üsulları ilə ifşa edilməsi mümkün olmadığından, həmin şəxsin cinayət başında yaxalanmasının təmin edilməsindən ötrü “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əməliyyat tədbirinin keçirilməsi zərurəti nəzərə alınaraq 4 iyul 2022-ci il tarixli qərar qəbul edilməklə Binəqədi RPİ-nin 6-cı PB-nin rəisi Cövdət Məmmədov tərəfindən həmin tarixdə təsdiq edilmiş, əməliyyat qrupunun tərkibi müəyyən edilməklə, Binəqədi RPİ-nin 6-ci PB-nin sahə rəisi polis kapitanı Şahid1 da həmin qrupa daxil edilmiş, qeyd olunan tədbirin o və Şahid1 ilə keçirilməsinə qərar verilmişdir. Birlikdə 5 iyul 2022- ci il tarixdə saat 9:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Amart” ticarət mərkəzinin qarşısında olarkən “Zaur” adlı şəxsin zahiri əlamətlərinə oxşar şəxsi görüb yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya psixotrop maddələr gəzdirməsi, satması və istifadə etməsində şübhəli olduğunu deyərək sonuncunu saxlayıb Binəqədi RPİ-nin 6-cı Polis bölməsinə aparmışlar. Bu barədə Binəqədi RPİ-nin 6-cı PB-də raport tərtib edərək, göstəriş əsasında Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı polis kapitanı Tural Məmmədova təhvil vermişlər. Sonra təhqiqatçı tərəfindən bütün iştirakçıların hüquqları izah edilməklə saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd dəmir qabı çıxarıb masanın üzərinə qoymuşdur. Sonra onun üzərindən hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən çıxan 1 ədəd dəmir qabı açmaq tələb olunmuşdur. O, üzərindən çıxan dəmir qabı açaraq içərisindən ümumilikdə 8 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm, 2 ədəd ağ və 1 ədəd mavi rəngli sellofana bükülmüş büküm və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri təqdim etmişdir. Belə ki, o, 8 ədəd şəffaf sellofana bükülmüş bükümlərin hər birini ayrıayrılıqda açaraq içərilərində olan qəhvəyi rəngli tozşəkilli maddəni göstərərək onun narkotik vasitə olan heroin, şəffaf və mavi rəngli olmaqla ümumilikdə 3 ədəd bükümün içərisində ağ rəngli kristallik formada psixotrop maddə olan metafetamin və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə olan maddənin narkotik vasitə marixuana olduğunu bildirmişdir. O həmin narkotik vasitə və psixotrop maddələri 5 iyul 2022-ci il tarixdə gecə saatlarında Binəqədi rayonu, Binəqədi şossesində tanımadığı şəxsdən ümumilikdə 113 manat müqabilində almaqla şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlər boş zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən, o cümlədən saxlanılan şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra şəxsi axtarışın aparılması barədə protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs tutulan zaman onlara müqavimət göstərməmiş və qaçmağa çalışmamışdır. Təqsirləndirilən şəxs tutduqları yerin yaxınlığında “Məhəllə” market olmamışdır. Təqsirləndirilən şəxs tutulan zaman tək olmuşdur. Təqsirləndirilən şəxsi tutduqları yerin yaxınlığında “Tofaş” markalı avtomobil görməmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik maddələr dəmir qutuda olmuşdur. Təqsirləndirilən şəxsə 2 nəfər yaxınlaşmışlar. Şəxs barəsində məlumat daxil olduqdan bir neçə gün sonra tutulması halları olur. Təqsirləndirilən şəxs səhər saatlarında tutmuşlar. Narkotik vasitələrin qanuni dövriyyəsi anlayışı onların həm satış, həm də istifadə məqsədilə əldə edilməsi, daşınması, saxlanması və satışını əhatə edir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Şəxsi axtarış videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 138-140). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, 5.07.2022-ci il tarixdə saat 9:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, “Amart” ticarət mərkəzinin qarşısında saxlanılaraq üzərinə şəxsi axtarış keçirilməsindən ötrü Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin inzibati binasına aparılmış, orada videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmamışdan öncə üzərində qeyri-qanuni əşyalar və ya maddələr varsa, təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd dəmir qabı çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən çıxan 1 ədəd dəmir qabı açmaq tələb olunmuşdur. O, üzərindən çıxan dəmir qabı açaraq içərisindən ümumilikdə 8 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm, 2 ədəd ağ və 1 ədəd mavi rəngli sellofana bükülmüş büküm və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri təqdim etmişdir. Belə ki, o, 8 ədəd şəffaf sellofana bükülmüş bükümlərin hər birini ayrı-ayrılıqda açaraq içərilərində olan qəhvəyi rəngli tozşəkilli maddəni göstərərək onun narkotik vasitə olan heroin, şəffaf və mavi rəngli olmaqla ümumilikdə 3 ədəd bükümün içərisində ağ rəngli kristallik formada psixotrop maddə olan metafetamin və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə olan maddənin narkotik vasitə marixuana olduğunu bildirmişdir. O həmin narkotik vasitə və psixotrop maddələri 5.07.2022-ci il tarixdə gecə saatlarında Binəqədi rayonu, Binəqədi şossesində tanımadığı şəxsdən ümumilikdə 113 manat müqabilində almaqla şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bunların ardınca Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bükümlər müvafiq ekspertizadan keçirilməsi üçün olduğu kimi bükülərək boş zərfə qoyulmuş və qablaşdırılaraq möhürlənmişdir. Sonra tərtib edilmiş protokol ucadan oxunmuş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı videogörüntü çəkilmiş və DVD diskə köçürülərək tərtib olunmuş protokola əlavə olunmuşdur (cild 1, iş vərəqə 34- 36). Cinayət işinin materiallarında olan “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi” barədə protokoldan görünür ki, DVD diskdə 1 ədəd videofayl vardır. Həmin videofaylda olan videogörüntü 5.07.2022-ci il tarixdə lentə alınmağa başlanmışdır. Həmin videogörüntüdə ümumilikdə qapalı məkan olmaqla, xidməti iş otağı, içərisində masalar, stullar və kompüter dəsti, şəxslər müşahidə olunur. Videogörüntü başladıqda, özünü Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı polis kapitanı Tural Məmmədov kimi təqdim edən şəxs iştirakçıları təqdim edib polis əməkdaşları olduqlarını bildirir. Sonra otaqda olan Təqsirləndirilən şəxs ayağa qalxması və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyalar varsa, onlara təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd dəmir qabı çıxarıb masanın üzərinə qoymuşdur. Sonra ona üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Daha sonra ondan üzərindən çıxan 1 ədəd dəmir qabı açmaq tələb olunmuşdur. O, üzərindən çıxan dəmir qabı açaraq içərisindən ümumilikdə 8 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm, 2 ədəd ağ və 1 ədəd mavi rəngli sellofana bükülmüş büküm və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümləri təqdim etmişdir. Belə ki, o, 8 ədəd şəffaf sellofana bükülmüş bükümlərin hər birini ayrı-ayrılıqda açaraq içərilərində olan qəhvəyi rəngli tozşəkilli maddəni göstərərək onun narkotik vasitə olan heroin, şəffaf və mavi rəngli olmaqla ümumilikdə 3 ədəd bükümün içərisində ağ rəngli kristallik formada psixotrop maddə olan metafetamin və 1 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə olan maddənin narkotik vasitə marixuana olduğunu bildirmişdir. O həmin narkotik vasitə və psixotrop maddələri 5.07.2022-ci il tarixdə gecə saatlarında Binəqədi rayonu, Binəqədi şossesində tanımadığı şəxsdən ümumilikdə 113 manat müqabilində almaqla şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra bükümlər olduğu kimi bağlanılaraq təhqiqatçı tərəfindən boş zərfə qoyularaq qablaşdırılır və möhürlənir, sonda zərfin üstü ardıcıllıqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülür (cild 1, iş vərəqə 127). Cinayət işinin materiallarında olan “CD diskə baxış keçirilməsi” barədə protokoldan görünür ki, 1 ədəd “CD” fomatlı disk Binəqədi RPİ-nin İstintaq Şöbəsinin 305 saylı xidməti otaqda olan “HP” markalı kompüterin DVD oxuyucusu vasitəsilə açıldıqda içərisində 4 ədəd fayl aşkar olundu. Birinci və ikinci fayllar açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən müxtəlif vaxtlarda “Zaur camahat kəsdirib qapımə gecə vaxtdı saat uje dördü demək olar gagaş. Neyniyim indi mən ay zaur. Bəyağda yaxşıdı ki orxana dedim Yoxsa soxacağdm mənə patını 0.7 ni gram adıynan. Sonrada mən sənə deyəndə ki burda 0.7 di gram yoxdu.səndə”, “Zaur kişisən də daş gret elədə mənə yarım üsdündə”, “Nomrevi acan kimi yigda mene ya bildir ozum yigim.. Amma gurban sene gozlayirem ona gore na gadar Tez olsa yaxwi Olar brat” tipli mesajların olması qeyd olunmuşdur. Üçüncü fayl açıldıqda, faylın içərisində Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə telefon əlaqəsi saxlamış müxtəlif mobil nömrələrin kimin adına qeydiyyatda olması qeyd olunmuşdur. Dördüncü fayl açıldıqda ekranda Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** mobil telefon nömrəsinin "xxxx" MMC-nin anten dairələrinin yerləşdiyi ərazilərdə olması qeyd olunmuşdur (cild 1, iş vərəqə 129-137). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5 iyul 2022-ci il tarixli 7/729 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş təmiz çəkisi 1,504 qram birki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (Qeyd: marixuananın ümümi təmiz çəkisi 1,504 qram, tədqiqata sərf edildi 0,02 qram, qalıq 1,484 qram, cild 1, iş vərəqə 48- 49). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 5 iyul 2022-ci il tarixli 6/3681 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N-175” dairəvi möhür əksi olan soyad və imzalar qeyd edilmiş zərfin içərisində 1 ədəd dəmir qabda 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,723 qram, 0,844 qram, 0,502 qram, 0,856 qram, 0,322 qram, 0,182 qram, 0,094 qram, 0,400 qram, ümumi təmiz çəkisi 3,923 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,301 qram, 0,244 qram, 0,345 qram, ümumi təmiz çəkisi 0,890 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metafetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir. (Qeyd: metafetaminin ümümi təmiz çəkisi 0,890 qram, tədqiqata sərf edildi 0,12 qram, qalıq 0,770 qram, heroinin ümümi təmiz çəkisi 3,923 qram, tədqiqata sərf edildi 0,24 qram, qalıq 3,683 qram, cild 1, iş vərəqə 52-54). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 8 avqust 2022-ci il tarixli 6/3789-6/3780 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi N-65” dairəvi möhür əksləri olan 1 ədəd kağız paketdə üzərində soyad və imzalar qeyd edilmiş 1 ədəd zərfdə 8 ədəd bükümdə ümumi təmiz çəkisi 3,683 qram olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Digər 3 ədəd bükümdə ümumi təmiz çəkisi 0,770 qram olan metafetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir (Qeyd: metafetaminin ümümi təmiz çəkisi 0,770 qram, tədqiqata sərf edildi 0,06 qram, qalıq 0,710 qram, heroinin ümümi təmiz çəkisi 3,683 qram, tədqiqata sərf edildi 0,16 qram, qalıq 3,523 qram, cild 1, iş vərəqə 154-157). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 3 sentyabr 2022-ci il tarixli 4923 saylı rəyində göstərilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin, psixostimulyatorların və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 158-159). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 12 sentyabr 2022-ci il tarixli 2420 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilməmişdir. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 161-162). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 3,523 qram olan narkotik vasitə heroin, 0,710 qram olan psixotrop maddə olan metafetamin və 1,484 qram olan narkotik vasitə marixuana maddi sübut kimi tanınaraq Bakı şəhəri Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmiş, 1 ədəd DVD və 1 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 179-189). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin 9 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərarı ilə barəsində “8 noyabr-Zəfər Günü münasibət ilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilərək cəzası 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına endirilmiş, 31 mart 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 118-122, cild 2). Təqsirləndirilən şəxs törətdiyi həmin cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə görə “az ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzasını çəkib qurtardıqdan 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddələr ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 5 iyul 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 24). Cinayət işinin materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 6 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 5 iyul 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 103-108). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normanın tələblərinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və əməlində cinayətlərin residivi olduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 5 iyul 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 202 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhər Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 3,523 qram olan narkotik vasitə heroin, 0,710 qram olan psixotrop maddə olan metafetamin və 1,484 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, -1 ədəd DVD və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 5 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 202 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhər Binəqədi RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş və tədqiqatdan sonra qalıq çəkiləri 3,523 qram olan narkotik vasitə heroin, 0,710 qram olan psixotrop maddə olan metafetamin və 1,484 qram olan narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, -1 ədəd DVD və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar