Məhkəmə qərarları › İş №1(101)-1976/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1976/2023

05.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1976/2023 05.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1968-cı il tarixdə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan , ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensir Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, satış məqsədi ilə qanunsuz, olaraq külli miqdarda psixotrop maddə və narkotik vasitəni əldə etmiş, saxlamış və qram narkolik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, 14 aprel 2023-cü il tarixdə saat 15:55 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq, ünvan 3şəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirildikdən sonra xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,706 qram və 1.368 qram, ümumi təmiz çəkisi 3,074 qram külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə təmiz çəkisi 1.736 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o Sumqayıt şəhərindən çıxıb Razinə gedirmiş. Ona taksi sifarişi daxil olmuşdur. Usta işləyən br nəfər şəxsi götürmüşdür. Orada ehtiyyat hissələr dükanına girmişdir. Tanımadığı bir adam mülki geyimdə ona yaxınlaşmış, və ona maşınına ayın 31-i Mingəçevir şəhərində məcburi dayandırılma verildiyini demişdir. O, həmin gün maşının onda olmadığını demişdir. Həmin vaxt maşın onda olmamışdır. Polislər dediyi yerə getmişlər və orada üstlərini yoxlamışlar. Üstündən heç nə çıxmamışdır. 3 bükümü cibinə qoymuşlar. Həyətdə onları yoxlamışlar. Ehtiyyat hissələri dükanına o da girmişdir. Dükan sexin yanında imiş. Müştərini də sexə aparırmış, müştəriyə maşında problem olduğunu demişdir. O lampanı götürəndə polislərin gəldiyini görmüşdür. Təqribən 1 saat, saat yarım onları izlədiklərini demişlər. Onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. Ona sellofandakı bükümün ona məxsus olduğunu deməsini bildirmişlər, o isə razı olmurmuş. Ancaq işgəncə verdikləri üçün o polis əməkdaşlarının dediklərini qəbul etmişdir. Onun üzərində ehtiyyat hissələri dükanında baxış keçirilmişdir. Üstündən heç nə çıxmamışdır. Polis idarəsində ona fiziki-psixi təsir göstərilmişdir. Vəkilə ona göstərilən fiziki-psixi təsirlə bağlı məlumat vermişdir. O taksi şoferi, digəri isə müştəri imiş. 2021-ci ildən azadlığa çıxmışdır. 2011-ci ildən bəri narkotik qəbul etmirmiş. Onu niyə tutduqlarını bilmir. Üstünə ləkə düşdüyü üçün onu tutmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. Baş idarəyə Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin istifadəsi və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. 14 aprel 2023-cü il tarixində Təqsirləndirilən şəxs Sabunçu rayonunda saxlanılaraq baş idarəyə aparılmışdır. İdarədə üzərinə baxış keçirən zaman üzərindən 3 büküm narkotik vasitə aşkarlanmışdır. İstifadə etdiyi maşından isə heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Əməliyyat qrupuna Elsəvər rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman əlverişli şərait olmadığı üçün üzərinə baxış keçirilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxsi hadisə ilə əlaqədar tanımışdır. Şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuşdur.Təqsirləndirilən şəxsə qarşı heç bir zor tətbiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4 verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs hərəkətlərini araşdırılmış sübutlar əsasında qiymətləndirərək ona elan edilmiş satış məqsədi ilə narkotik vasitəni qanunsuz əldə edib, həmin narkotik vasitəni satmasına dair ittihamın təsdiq edilməməsi qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs həmin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və həmin maddənin sanksiyası həddində cəza təyin olunmalıdır. Belə ki, əməlin tövsifi ilə əlaqədar ilk növbədə qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs verilmiş ittihamda narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi nəticəsini heç cür əsaslandırmamışdır və iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Eyni zamanda ittiham aktında da qeyd olunumuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri və psixotrop maddələri əldə etdikləri mənbənin, həmçinin onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olubolmamalarının müəyyən edilməsi məqsədi ilə BMCMİ-nə, Nərimanov RPİ-nin 16-cı və 18ci PŞ-nə əməliyyat tapşırığı verilmiş, alınmış cavablardan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddələrin əldə edildiyi mənbənin, eləcə də, onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamışdır. Yuxarıda qeyd olunduğu kimi, ittiham aktında istinad edilən sübutların (ifadələrin) heç birində belə bir məlumat yoxdur ki, narkotik vasitənin məhz satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlməyə əsas versin və iş materiallarından görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas da olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs belə niyyətinin olduğunu göstərə bilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətləri üzrə məhkəmə təcrübəsi haqqında”» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011ci il tarixli qərarının izahlarını da nəzərə alır. Belə ki, həmin qərarın 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işlərə baxılarkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinin tələbinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində izah edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Bu halların mövcud olmadığını vurğulamaqla yanaşı məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı və məhkəmə iclasında Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla öz təsdiqini tapmamışdır. Bundan başqa, adı çəkilən qərarın 9-cu bəndindəki izahda sadalanan hallar da mövcud deyildir. Həmin bəndə izah olunur ki,“... Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bununla əlaqədar məhkəmə qeyd edir ki, narkotik vasitənin miqdarı da onun satış məqsədi ilə əldə olunmasına dəlalət etmir və təcrübədə bundan yüksək miqdarda narkotik vasitənin satış məqsədi olmadan əldə olunmasına rast gəlinir. Bundan başqa, adı çəkilən Plenumun qərarının 11-ci bəndində izah edilmişdir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Sadalanan xüsusatlara əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi qənaətinə gəlməyə əsas (o cümlədən Plenumun qeyd olunan izahında göstərilən hallar) iş üzrə mövcud deyildir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə müvafiq olaraq məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandırılmalıdır. Bütün bunları nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 21.2, 145.3, 351.3.4 maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli olmasına dair, eləcə də Azərbaycan Respublikası CPM-nin 351.2 maddəsinin ittiham hökmünün ehtimallara əsaslanmasının yol verilməməzliyi barədə tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitənin əldə etməsi və həmin narkortik vasitəni satması təsdiq olunmur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını əsas tutaraq məhkəmə Təqsirləndirilən şəxs əməllərini qanunsuz olaraq istehlak miqdarından artıq miqdarda narkotik vasitinənin əldə edib saxlaması kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdikdə, saxladıqda, hazırladıqda, emal etdikdə, daşıdıqda müvafiq cinayətin tərkibi yaranır. Həmin Məcəlləsinin 234.1-1-ci maddəsinə görə isə bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə müvafiq cinayətin tərkibi yaranır. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə prosesində narkotik vasitənin ona məxsus olmaması və polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və hesab edir ki, o cinayət əməlini yüngülləşdirmək üçün belə ifadə verir, onun törətmiş olduğu cinayət əməli şahid ifadələri, ekspertiza rəyləri və istintaq materialları ilə tam sübuta yetirilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il qərarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır.Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 14 aprel 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan 14 aprel 2023-cü il tarixli «şəxsi axtarış və götürmə haqqında» prokoldan və həmin protokola əlavə edilmiş diskə keçirilmiş baxışdan görünür ki, təhqiqatçı tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs və X5 üzərində olan əşyaları təqdim etməsi təklif olunur. İlk əvvəl Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümləri, həmin cins şalvarının arxa sağ cibindən içərisində siqaret dənələri olan 01 ədəd "Prima" markalı siqaret qutusunu, həmin cins şalvarının sağ yan cibindən İçərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd "Xiomi" markalı mobil telefonu, həmin cins şalvarının arxa sol yan cibindən 01 ədəd avtomobil açarını çıxarıb masanın üzərinə qoyur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və ya predmetlər aşkar olunmur. Daha sonra Ruslan Mehdiyev əynində olan boz rəngli cins şalvarının sol yan cibindən 03 ədəd şəffaf sellofan bükümləri, həmin cins şalvarının arxa sağ yan cibindən içərisində 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd "Kapital bank". 01 ədəd "Leobank" və 01 ədəd "Unibank" bank kartları olan 01 ədəd pul kisəsini, həmin cins şalvarının sağ yan cibindən içərisində 070- 215-00-53, ***-***-**-** saylı mobil nömrələr olan 01 ədəd “Redmi” markalı mobil telefonu, həmin cins şalvarının arxa sol yan cibindən içərisində ***-***-**-** və 055- ***-**-** saylı mobil nömrələr olan 01 ədəd qara rəngli "Red m i" markalı və içərisində mobil nömrə olmayan 01 ədəd "HTC" markalı mobil telefonları, əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd açarı çıxarıb masanın üzərinə qoyur. Şəxsi axtarış davam etdirilərkən. Ruslan Mehdiyevin üzərindən başqa əşya və ya predmetləraşkar olunmur. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərə baxış keçirilməyə başlanılır. Təqsirləndirilən şəxs aşkar olunan 02 ədəd sellolan bükümün içərisində ağ rəngli, kristal halında maddələr, 01 ədəd sellofan bükümün içərisində isə qəhvəyi rəngli, toz halında maddə olması aşkar olunur. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdəki maddələrin “Palı” və “Kakos” kimi tanıdığı narkotik maddələr olduğunu, həmin maddələri iki gün əvvəl yəni, xx.xx.2023-cü il tarixdə Səbail rayonu. Badamdar qəsəbəsində İran İslam Respublikasının vətəndaşı “Əli" adlı şəxs kimi tanıdığı şəxsdən əldə etdiyini, həmin narkotik maddələrin müqabilində “Əli" adlı şəxsin ona fotoşəklini göndərdiyi bank kartına 50 manat pul göndərdiyini, qarşılığında ”01 i" adlı şəxsin həmin maddələri Badamdar qəsəbəsində yerə qoyduğunu, bundan sonra gedib həmin yerdən həmin maddələri götürdüyünü, həmçinin həmin maddələri özü istifadə etmək məqsədilə əldə edib üzərində daşıdığını bildirir. Daha sonra Ruslan Mehdiyevin təqdim etdiyi bükümlərə baxış keçirilir, bükümlərdən birinin içərisində ağ rəngli, kristal halında, digər iki bükümdə isə qəhvəyi rəngli, toz halında maddələr olması müəyyən olunur. İlkin sorğu zamanı Ruslan Mehdiyev həmin bükümlərdə olan maddələrin “heroin” və “palı” olduğunu, bəmin maddələri 02 gün əvvəl yəni, xx.xx.2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində olarkən İran İslam Respublikasının vətəndaşı “Oli” adlı şəxs kimi tanıdığı şəxsdən əldə etdiyini, belə ki, "Oli” adlı şəxsin ona fotoşəklini göndərdiyi bank kartına 70 manat pul göndərdiyini, qarşılığında isə "Əli” adlı şəxsin qeyd olunan maddələri Bakıxanov qəsəbəsində yerə qoyduğunu və həmin yerdən özü istifadə etmək məqsədilə götürüb üzərində daşıdığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs və Ruslan Mehdiyevin üzərlərindən aşkar edilmiş içərisində qeyd olunan maddələr olan bükümlər ayrı-ayrılıqda zərilərə qablaşdırılır, zərflərin üzəri möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2227 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Tədqiqata təqdim edilmiş: üzərində “Ruslan Mehdiyevdən aşkar olunan maddələr..." və s. yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,391 qram; 1,657qram, ümumi təmiz çəkiləri 3,048qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 1,637qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, üzərində “Təqsirləndirilən şəxs aşkar olunan maddələr...” və s. yazılar, imzalar olan kağız paketdəki 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,706qram; 1,368qram, ümumi təmiz çəkiləri 3,074 qram ağ rəngli, kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 1,736qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Ruslan Mehdiyevdən və Təqsirləndirilən şəxs aşkar olunmuş heroin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında, həmçinin metamfetamin kütlələri də kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin ümumi təmiz çəkisi-1,637 qram, sərf edildi: ümumi 0,1 qram, qalıq: 1,537 qram, heroinin ümumi təmiz çəkisi-3,048 qram, sərf edildi: ümumi 0,14 qram, qalıq: 2908 qram, metamfetaminin ümumi təmiz çəkisi-3,074 qram, sərf edildi: ümumi 0,14 qram, qalıq: 2,934 qram, heroinin ümumi təmiz çəkisi-1,048 qram, sərf edildi: ümumi 0,14 qram, qalıq: 2,906 qram. (ekpertiza tədqiqatın dəyəri 110 manatdır) İbtidai istintaqda şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eksperliza Mərkəzinin Fizikikimyəvi ekspertizalar şöbəsinin böyük eksperti işləyir. Məhkəmə- kimyəvi ekspertizasının 15 aprel 2023-cü il tarixli, 6/2227 nömrəli rəyini tərəfindən tərtib edilmişdir. Tədqiqat prosesinin təsviri hissəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 1,048 qram, tədqiqata sərf edildi 0,14 qram, qalıq 2,908 qram olması texniki səhv olaraq qeyd edilmişdir. Əslində həmin heroinin təmiz çəkisi 1,736 qram, tədqiqata sərf edildi 0.1 qram, qalıq 1,636 qram olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan sübutların qiymətləndirilməsi haqqında 02 avqust 2023-cü il tarixli qərardan görünür ki, X6 barəsində hazırki cinayət işindən zəruri istintaq sənədlərin əsilləri çıxarılmaqla ayrıca cinayət işi ayrılmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 15 aprel 2023-cü il tarixli, 4(005)-540/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 04(dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 5(005)-760/2023 saylı qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqınca” Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 14 aprel 2023-cü il tarixli qərarı qanuna uyğun hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli, 3488 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomanıya xəstəlıyı) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs ilə X6 biri-birilərilə üzləşdirilmiş, üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha biri-birilərinin üzünə qarşı təsdiq etmişlər. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, şahidlər Şahid3 və Şahid2 ilə Təqsirləndirilən şəxs ayrı-ayrılıqda biri-birilərilə üzləşdirilmiş, üzləşdirmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha biri-birilərinin üzlərinə qarşı təsdiq etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 14 aprel 2023-cü il tarixdən hesablanmaqla, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən edilir ki, məhkəmə ekspertizasının rəylərinin verilməsi üçün aparılmış tədqiqatın ümumi dəyəri 110 (yüz on) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,934 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1,636 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı və üzərində “Ruslan Mehdiyevdən aşkar olunan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,537 qram metamfetaminin, 2,908 qram heroinin, həllinə, barəsində əlavə nömrə verilməklə dayandırılmış ayrıca cinayət işi üzrə digər təqsirləndirilən şəxs Ruslan Mehdiyevin işinə baxılıb qurtardıqdan sonra hüquqi qiymət verilməli, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, ekspertiza xərci təşkil edən 110(yüz on) manat məbləğinin Təqsirləndirilən şəxs aid hissəsi 55 (əlli beş) manat tutularaq dövlət büdcəsinə keçirilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 3 (üç) 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin başlanğıcı 14 aprel 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertiza xərci təşkil edən 110(yüz on) manat məbləğinin Təqsirləndirilən şəxs aid hissəsi 55 (əlli beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 2,934 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1,636 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin cinayət işinin materiallarında saxlanılması və X3 aşkar olunan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,537 qram metamfetaminin, 2,908 qram heroinin həllinə, barəsində əlavə nömrə verilməklə dayandırılmış ayrıca cinayət işi üzrə digər təqsirləndirilən şəxs X4 işinə baxılıb qurtardıqdan sonra hüquqi qiymət veriləcəyi nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Mahmud Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar