Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1976/2025 12.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), X3 və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 37 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 02 avqust 1979-cu il tarixdə Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Xurs kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Xurs kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə Sovxozu, nömrəsiz ünvanda yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 09:45-də açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına xüsusi amansızlıqla qəsdən ağır zərər vurmuşdur. 2.Belə ki, Təqsirləndirilən şəxs 15 iyul 2025-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu, nömrəsiz ünvanda yerləşən birgə yaşadıqları evin mətbəxində arvadı Zərərçəkmiş şəxs birgə nikahdan olan övladlarının təlim-tərbiyəsinə və təhsilinə laqeyd yanaşdığına görə ona irad tutması, habelə evdə olan su mühərrikinin xarab olması səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı xx.xx.2008-ci təvəllüdlü yetkinlik yaşına çatmamış övladları Şahid onları müşahidə etməsinə məhəl qoymayıb Şahid gözləri qarşısında ona və Zərərçəkmiş şəxs xüsusi əzab və iztirab verdiyini dərk edərək, yemək masasının üzərindəki içərisində yarıyadək su olan 1,5 litrlik plastik «Fanta» butulkasını götürüb Zərərçəkmiş şəxs bel nahiyəsi istiqamətində qəsdən atıb zərbə vuraraq Zərərçəkmiş şəxs dalağın intraparenximatoz hematoması (dalaq daxili qansızma) ilə müşayiət olunan dalağın travması-zədələnməsi (bu münasibətlə dalaq cərrahı yolla çıxarılmışdır), belin sol bayır səthinin yumşaq toxumasının hematoması və sıyrığı ilə nəticələnən, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan və İnsan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, hadisə olduğu gün bir qədər əsəbi olmuş və ona su motorunun xarab olduğu deyilmişdir. Həmin vaxt Samirədən su istəmiş və Samirə soyuducudan götürdüyü, lakin tam olaraq donmamış bir litrlik butulkadakı suyu ona vermişdir. Samirədən nə üçün uşaqlara nəzarət etmədiyini soruşmuş və motoru xarab etmələrini bildirəndə isə Samirə məlumatlı olmadığını bildirmişdir. Bu zaman əsəbi olduğundan butulkanı Samirəyə tərəf atmış və butulka Samirənin böyür hissəsindən dəymişdir. Bundan sonra Samirə bir həftə işə gedib-gəlmiş, o, dəfələrlə Samirəyə həkimə getməyi təklif etmiş, Samirə isə bunu qəbul etməmişdir. Sonradan Samirə əməliyyat olunduğunu bildirmişdir. Hadisə olan ərəfədə evdə öz uşaqları və qardaşının uşağı olmuş, butulkanı atarkən uşaqların orada olubolmadığını və hadisəni gördüklərini bilməmişdir. Ola bilər ki, qızı hadisəni görmüş, lakin butulka atarkən o, özü qızını görməmişdir. Butulkanı atarkən Samirə ilə aralarındakı məsafə bir metr olmuş və butulkanı tullayarkən Samirəni birbaşa qəsdən vurmaq məqsədi olmamışdır. Butulkanın içində təxminən bir stəkan miqdarında su olmuşdur. Onun bəzən evdə Samirə ilə mübahisələri olmuşdur. O, əvvəllər arvadına qarşı şiddət göstərməmiş və xəsarət yetirməmişdir. Bir dəfə evə gələndə aralarında mübahisə olmuş və sonra barışmışlar. Həyat yoldaşının heç bir hərəkəti övladlarının tərbiyəsinə maneçilik törətməmişdir. Onun başqa qadından uşağı olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini və əməlindən peşman olduğunu bildirmişdir. 4.Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan üç övladları, xx.xx.2008-ci il təvəllüdlü Şahid, xx.xx.2010-cu il təvəlüldlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X13 dünyaya gəlmişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs “Referans” adlanan tibb mərkəzində xadimə işləyir. xx.xx.2025-ci il tarixdə 07:00 radələrində qızı Şahid dövlət imtahanına apara bilmədiyi üçün həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında sözlə mübahisə olmuş, mübahisə zamanı Zərərçəkmiş şəxs işlədiyi işin övladından üstün olmasını bildirərək onunla mübahisə etmiş, sonra qızı Şahid dövlət imtahanına özü taksi ilə aparmışdır. 15 iyul 2025-ci il tarixdə saat 17:00 radələrində yaşadığı evə işdən qayıdan zaman evdə suyun gəlməməsini görmüş və evin zirzəmisində quraşdırdığı su mühərrikinin nasaz olmasını bilmişdir. O həyat yoldaşından su mühərrikinin nə üçün nasaz olmasını soruşduqda həyat yoldaşı Zərərçəkmiş şəxs su mühərrikinin uşaqlar tərəfindən sıradan çıxmasını bildirərək uşaqlardan soruşmağını bildirmişdir. Zərərçəkmiş şəxs uşaqlan nəzarətsiz qoyduğunu bildirərək yaşadığı evdə mətbəxdə olan masanın üzərində olan bir litr yarımlıq plastik fanta qabını içərisində yarı su ilə dolu vəziyyətə sağ əli ilə götürərək Samirə olan istiqamətə doğru atmışdır. Həmin plastik su qabı həyat yoldaşı Zərərçəkmiş şəxs sağ yan hissəsinə dəymiş və sonra o, yaşadığı evin həyətyanı hissəsinə çıxaraq su mühərrikini təmir etmişdir. xx.xx.2025-ci il tarixdə saat 06:00 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs işlədiyi Referans tibb mərkəzinə işə getmişdir. xx.xx.2025-ci il tarixdə saat 09:00 radələrində evdən çıxaraq işə getmişdir. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək yaşadığı evdə həyat yoldaşı ilə danışmayaraq bir-birinə qarşı heç bir kəlmə deməmişlər. xx.xx.2025-ci il tarixdə saat 10:00 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefona zəng gələrək özünü Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşı kimi təqdim edən şəxs onu bölməyə dəvət etmiş, o həmin şəxsə işdə olduğunu və əynindəki paltarın çirkli olmasını bildirərək səhəri günü xx.xx.2025-ci il tarixdə gələcəyini demişdir. xx.xx.2025-ci il tarixdə o həyat yoldaşına zəng edərək onu nə üçün polisə şikayət etdiyini bildirmiş və Zərərçəkmiş şəxs ona xəsarət yetirdiyi üçün onu polisə şikayət etdiyini bildirmişdir. xx.xx.2025-ci il tarixdə o, Suraxanı Rayon Polis İdarəsinin 30cu Polis Şöbəsinə gedərək hadisə barədə izahatını vermişdir. xx.xx.2025-ci il tarixdə saat 06:00 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs evdən gedən zaman ona işə getməsi barədə sual vermiş, Zərərçəkmiş şəxs ona ağrıması səbəbi ilə Yeni Klinikaya gedəcəyini bildirərək evdən getmişdir. xx.xx.2025-ci il tarixdə evdə qalaraq uşaqlara baxmış, saat 15:00 radələrində evə ərzaq almaq üçün marketə yollanmış, saat 17:00 oğlu Səfərli Elsun ona zəng edərək həyat yoldaşı Zərərçəkmiş şəxs əməliyyat olması barədə məlumat vermişdir. X19 ilə birlikdə həyat yoldaşının yanına gedəcəyini və az yaşlı qızı Duyğu Səfərlini qonşunun yanına qoyduğunu ona bildirmişdir. xx.xx.2025-ci il tarixdən oğlu Elsun Səfərli, qızı Şahid, həyat yoldaşı Zərərçəkmiş şəxs və baldızı Fatimə Allahverdiyevanın istifadə etdikləri mobil telefona zəng etsə də onun mobil telefonuna cavab verməmişlər. Yoldaşı Zərərçəkmiş şəxs hansı xəstəxanada əməliyyat olması barədə məlumatı olmamışdır. O Samirə ilə mübahisə edərkən və masanın üzərində olan su qabını götürüb ona tərəf atarkən mətbəxtdə ondan və Samirədən başqa heç kim olmamışdır. Mətbəxin qapısı həmin vaxt bağlı olmuşdur. O Samirə ilə mübahisə edib onu vurduqdan sonra Aysun səs-küyə mətbəxə gəlmişdir. O qızı Aysunun onların mübahisələrini görmədiyindən əmin olmuş, Aysunun mətbəxdə onlara qulaq asdığını görmüş olsaydı masanın üzərində olan su qabını anası Samirəyə tərəf atmazdı (İ cild, səh. 130-132). 5.Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, işlədiyi üçün səhər saat altıda işə gedir və saat yeddidə evə qayıdır. Evə gələndə işlərini görmək istəyərkən suyun gəlmədiyini görmüş və uşaqlarına atalarına suyun gəlmədiyini demələrini bildirmişdir. Bundan sonra ərinin dayanmadan uşaqların üstünə qışqırdığını eşitmişdir. Əri onun üzərinə də tez-tez qışqırmış, lakin o fikir verməmişdir. Əri yeməyini yeyib bitirdikdən sonra hələ də qışqırmağa davam etmişdir. Həmin vaxt mətbəxdə qaz plitəsini silmiş və evlərində qonaq olan qaynının oğlu çölə çıxmışdır. Bu zaman o, yoldaşına uşağın onlara qonaq gəldiyini, gedib atasına deyəcəyini və bunun ayıb olduğunu demişdir. Bundan sonra Emin daha çox qışqırmağa başlamış və onun ailəsini söymüşdür. Emin onun cavab vermədiyini görərək daha çox hiddətlənməyə başlamışdır. Hadisə olarkən masanın üzərində donmuş vəziyyətdə su ilə dolu iki litrlik butulka olmuşdur. Həmin vaxt birdən arxasından nəyinsə ona dəydiyini hiss etmiş, bu zan ərinə nəfəs ala bilmədiyini demiş və əri narahat olmamasını, itin öləcəyini, lakin onun ölməyəcəyini demişdir. Uşaqları aralarında mübahisə başlayarkən mütləq ona nəsə olacağını bildiklərindən yanında olmuşlar. Buna görə hadisə vaxtı böyük qızı Aysun orada olmuş və mətbəxin qapısı daaçıq olmuşdur. Xəsarət aldıqdan sonra tibbi yardıma getməmiş, növbəti gün onu həkim müayinə etmiş, problemi görərək zədələndiyini, hətta ölə biləcəyini və orqanının cırıldığını demişdir. Onların münasibətləri əvvəllər yaxşı olmuş, sonradan ərinin başqa bir qadınla münasibəti başlamış, yoldaşının həmin qadınla birgə uşaqları olmuş və evlərində olan xalçaya kimi aparıb həmin şəxsə vermişdir. Həyat yoldaşı uşaqları acından ölməməsi üçün qazancından bir hissəni onlara da xərcləmişdir. Həyat yoldaşı dəfələrlə onun boğazını sıxmış, boğazına iz salmış, əlləri göyərmiş və işə belə vəziyyətdə getmək məcburiyyətində olmuşdur. Xəsarət aldıqdan sonraki gün bu barədə polisə məlumat vermişdir. Daha əvvəl dalağı xəstə olmamışdır. 6.Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, Donuzkökəltmə sovxozunda nömrəsiz ünvanda yaşayır. Yaşadığı ev fərdi yaşayış evidir. Təqsirləndirilən şəxs onun əridir. Onunla 2007-ci ildə ailə qurmuş, birgə nikahdan üç övladları doğulmuşdur. Qızı Şahid 2008-ci ildə, oğlu Elsun Səfərli 2010-cu ildə, qızı Duyğu Səfərli 2021-ci ildə doğulmusdur. Eminlə 2019-cu ilədək münasibətləri yaxşı olmuşdur, onunla həmin vaxtadək mehriban yaşamışlar. 2019-cu ildə Emin işlədiyi Gilan X1 ilə tanış olmuş, tanış olduqdan sonra Emin Aygünlə görüşməyə başlamışdır. O Eminin Aygünlə görüşdüyünü sonradan bilmişdir. Belə ki, Emin Aygünlə tanış olduqdan sonra ona və uşaqlarına qarşı münasibəti dəyişmişdir. Həmin vaxtdan etibarən Emin yaşadıqları evdə səbəbsiz olaraq mübahisələr yaratmağa başlamışdır, 15 iyul 2025-ci il tarixdə axşam saat 22 radələrində Emin yaşadıqları evə gəlmişdir. Həmin vaxt evdə uşaqlan və özü olmuşdur. Həmçinin qaynının oğlu Teymur Səfərli də onlara qonaq gəlmişdir. O mətbəxdə olarkən Emin ondan nə üçün su gəlmədiyini soruşmuşdur. O da Eminə su mühərrikinin işləməyini demişdir. Emin gedib su mühərrikinə baxmış və həqiqətən də işləmədiyini görmüşdür. Mətbəxdə onunla yersiz mübahisə yaradıb ona nalayiq ifadələr demişdir. O isə Eminə heç nə deməmişdir. Emin onun səssiz qalmağından daha da əsəbiləşib masanın üzərində olan içərisi su ilə dolu 1,5 litrlik plastik “Fanta” butulkasını götürüb sərt şəkildə ona tərəf atmışdır. Onun həmin vaxt arxası Eminə tərəf olmuşdur. Emin butulkanı ona tərəf atdıqda butulka onun kürəyinin arxasına aşağı sol tərəfinə dəymişdir. O həmin vaxt şiddətli ağrı hiss etmiş, lakin həmin vaxt xəstəxanaya getməmişdir. X7 kiçik tibb işçisi olduğu üçün işdə müayinə olunmağa qərar vermişdir. 16 iyul 2025-ci il tarixdə işdə olarkən ağrılarının şiddətləndiyini gördükdə klinikada müayinə olunmuşdur. Onu müayinə edən həkim dalağında qanaxma olduğunu demişdir. O ağır şəkildə xəsarət aldığını bildikdə DİN-in 102 xidmətinə zəng edib Eminin onu vuraraq xəsarət yetirməyi ilə bağlı məlumat vermişdir. Daha sonra onu Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis şöbəsinə çağırıb ərizə və izahatını almışlar. Onu tibb ekspertizasından keçmək üçün ekspertə göndərmişlər. Ekspert onu müayinə etdikdən sonra yaşadığı evə qayıtmışdır. Ona həkimdən qansızmanın bir neçə günədək dayanacağı təqdirdə əməliyyata ehtiyac olmayacağını dedikləri üçün o, bir neçə gün gözləmişdir. Lakin bir neçə gündən sonra ağrıları şiddətləndiyi üçün Yeni Klinika adlanan xəstəxanaya müayinəyə getmişdir. Lakin həkim orada olmadığına görə sərnişin avtobusu ilə evə qayıtmışdır. Yolda olarkən ağrıları şiddətlənmiş və o avtobusda olan sərnişinlərdən kömək istəmişdir. Sərnişinlər ona təcili tibbi yardım avtomobili çağırıb onu X15 aparmışlar. Lakin yaxınları onun orada əməliyyat olunmağına razı olmadıqları üçün o, Yeni Klinikaya aparılmış və orada əməliyyat olunmuşdur. Əməliyyatla onun daxili orqanı olan dalağı çıxarılmışdır (İ cild, səh. 62-64). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 15 iyul tarixində, saat 22 radələrində əmisi oğlu evlərinə qonaq gəlmiş, qardaşı ilə birgə qumda alətlərlə oynamaq istədikləri üçün evlərinin zirzəmisində olan yeşiyin içindən alətləri götürmüş və həmin alətlərdən birinin sapları evdə olan su motoruna dolaşmışdır. Bunu görən atası da evə gələndə əsəbləşmiş, bununla bağlı ata və anası arasında mübahisə yaranmışdır. Hadisə olarkən anası qaz plitəsini təmizləmiş, özü də mətbəxin girəcəyində dayanmışdır. Həmin vaxt atasının butulkanı anasına tərəf atdığını və anasının bu zərbədən sonra nəfəs almaqda çətinlik çəkdiyini görmüş, bundan sonra qardaşı ilə birgə anasına kömək etmişdir. Həmin butulka iki litrlik “Fanta” butulkası olmuşdur. Butulkanın bir hissəsi ərimiş, bir hissəsinin isə donu açılmamış və yarıdan çox hissəsi donmuş vəziyyətdə olmuşdur. Hadisə olarkən valideynləri arasında məsafə təxminən bir metr olmuşdur. Xəsarət anasının sol böyründə olmuş və xəsarətdən sonra atası otağı tərk etmişdir. O, hadisə olarkən otağın künc hissəsində olmuş, hadisəni görmüşdür. Bu hadisəyə kimi valideynləri arasında mübahisələr olmuş və atası anasını döymüşdür. 8.Məhkəmə iclasında Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Təqsirləndirilən şəxs Teyur oğlu onun atası, Zərərçəkmiş şəxs onun anasıdır. Atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs ilə dəfələrlə yaşadıqları evdə mübahisələri olmuşdur. Hətta mübahisə zamanı anası Zərərçəkmiş şəxs Daxili İşlər Nazirliyinin 102 zəng-mərkəzinə məlumat vermiş, sonra anası Zərərçəkmiş şəxs Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsində aparılan araşdırma zamanı şikayəti olmamasını bildirərək aparılan araşdırmanın dayandırılmasını yazılı olaraq istəmişdir. xx.xx.2025-ci il tarixdə əmisi oğlu X10 yaşadıqları evdə olan zaman qardaşı ilə birlikdə yaşadıqları evin həyətyanı sahəsində oyun oynamış, bu zamanı qardaşı və əmisi oğlu Teymur evin zirzəmisində olan zaman su mühərrikini sıradan çıxarmışlar. Atası Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22:00 radələrində evə gəlmiş və sudan istifadə etmək istəyən zaman suyun gəlməməsini görmüş, bu zamanı su mühərrikinin sıradan çıxmasını bildikdə anası Samirə ilə sözlə mübahisə etmişdir. Mübahisə yaşadıqları evin mətbəxində davam etmiş, o başa düşmüşdür ki, atası anasını döyəcək, bu səbəbdən əgər atası anasını döysə onlara qarşı çıxmaq üçün mətbəxin girişində qapının yanında gözləmişdir. Atası Emin onun orada olmağına baxmayaraq anasına qışqıraraq sözlə təhqir etmişdir. Mübahisə təxminən 10-15 dəqiqə davam etdikdən sonra atası Emin daha da əsəbləşmiş və mətbəxdə olan masanın üzərindən içərisində su ilə dolu vəziyyətdə 1,5 litr plastmas “Fanta” butulkasını əli ilə götürərək var gücü ilə anasına tərəf atmış həmin zaman “Fanta” butulkası anasının kürəyinin sol hissəsinə dəymişdir. Həmin zaman anası belinin sol hissəsini əli ilə tutaraq onu yanına çağırmışdır. O dərhal soyuducuda olan donmuş tərəvəzi anasının belinin sol hissəsinə qoyaraq ağrılarının azalmasına köməklik etmişdir. Bundan sonra anası ucadan ağlamış və ağrıdan qışqırdığı üçün qardaşı Səfərli Elsun və 4 yaşlı bacısı Səfərli Duyğu anasının yanına gəlmişlər. Atası Emin onların iradlarına heç bir cavab vermədən həyətə çıxmışdır. xx.xx.2025-ci il tarixdə anası həkimə gedən zaman UZİ müayinəsi olunduqda dalaq hissəsində ciddi xəsarət aşkar olunmuşdur. xx.xx.2025-ci il tarixdə anası sərnişin avtobusu ilə yaşadıqları evə gələn zaman sərnişin avtobusunda anasının dalaq hissəsində kəskin ağrılar olmuş, TTYS-nın həkimlərinin köməkliyi ilə X15 və sonra Yeni Kilinikaya apanlaraq cərrahi əməliyyata məruz qalaraq dalağı amputasiya edilmişdir. Sonradan atası Emin Suraxanı RPl-nin 30-cu polis şöbəsindən çağrılaraq barəsində araşdırma aparılmasını bilmişdir (İ cild, səh. 110-112). 9.Məhkəmə-tibbi ekspertizasının 16 iyul 2025-ci il tarixli, 498 nömrəli rəyindən görünür ki, 1.Vət.Zərərçəkmiş şəxs dalağın intraparenximatoz hematoması (dalaq daxili qansızma) ilə müşayiət olunan dalağın travması-zədələnməsi (bu münasibətlə dalaq cərrahi yolla çıxarılmışdır), belin sol bayır səthinin yumşaq toxumasının hematoması və sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2025-ci il tarixdə yetirilməsi inkar olunmur, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. 2.Xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınması inkar olunur (İ cild, səh. 23-25). 10.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 29 avqust 2025-ci il tarixli, 2883 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 113-115). 11.«Hadisə yerinə baxış keçirilməsi haqqında» 15 iyul 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş və baxış zamanı hadisənin Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu, nömrəsiz ünvanda yerləşən bir mərtəbəli, kürsülü fərdi yaşayış evinin mətbəxində baş verdiyi müəyyən edilmişdir (İ cild, səh. 8-9). 12.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsin 14 avqust 2025-ci il tarixli, 3-28-29/2-7700/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (İ cild, səh. 104). 13.«Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 28 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə əhəmiyyət kəsb etdiyindən 1 ədəd 1,5 litrlik plastik su qabı maddi sübut kimi tanınmış və maddi sübutun taleyinə məhkəmədə aydınlıq gətirilənə kimi saxlanılması üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir (İ cild, səh. 150-155). 14.«Şübhəli şəxsin tutulması haqqında» 06 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 46). 15.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 avqust 2025-ci il tarixli, 4(010)- 280/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 06 avqust 2025ci il tarixdən hesablamaqla 03 (üç) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 94-98). 16.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyininin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, səh. 108). 17.İş materiallarında olan elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il, xx.xx.2010-cu il və xx.xx.2021-ci il təvəllüdlü üç uşağı vardır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 18.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 19.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 20.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
21. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrinin, ekspertiza rəylərinin, maddi sübutların, istintaq və məhkəmə hərəkətləri protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə ittiham verilmiş əməl həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. 22.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsinin dispozisiyasına görə, qəsdən sağlamlığa ağır zərər vurma, yəni insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma yalnız xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə müvafiq cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas hesab edilir. 23.Təqsirləndirilən şəxsin əməli xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə tövsif edilərkən nəzərə alınmalıdır ki, xüsusi amansızlıq anlayışı həm sağlamlığa ağır zərər vurmanın üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilərkən müəyyən edilməlidir ki, zərərçəkmiş şəxsin sağlamlığına qəsdən xüsusi amansızlıqla ağır zərər vurulması təqsirkarın qəsdi ilə əhatə olunmuşdur. Yəni qeyd olunan tövsifedici əlamətin təqsirləndirilən şəxsin əməlinə şamil edilməsi üçün onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. 24.Xüsusi amansızlığın əlamətləri sağlamlığa ağır zərər vurma prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. 25.Məhkəmə hesab edir ki, qəsdən sağlamlığa ağır zərər vurmanın “xüsusi amansızlıqla” törədilmiş kimi qiymətləndirilməsi üçün zərərçəkmiş şəxsin sağlamlığa ağır zərər vurmanın məhz “xüsusi amansızlıqla” törədilməsi halı təqsirkarın qəsdi ilə əhatə olunmalıdır. Bu zaman təqsirləndirilən şəxs həm birbaşa, həm də dolayı qəsdlə hərəkət edə bilər. 26.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 25-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. 27.Məhkəmə hesab edir ki, hər bir halda təqsirləndirilən şəxsin təkcə sağlamlığa ağır zərər vurmadan ibarət baş vermiş nəticəyə deyil, eyni zamanda sağlamlığa ağır zərər vurmanın ağırlaşdırıcı halı kimi xüsusi amansızlığa olan psixi münasibəti aydınlaşdırılmalıdır. 28.Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini arvadı Zərərçəkmiş şəxs birgə nikahdan olan övladlarının təlim-tərbiyəsinə və təhsilinə laqeyd yanaşdığına görə ona irad tutması, habelə evdə olan su motorunun xarab olması səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı, yəni baş vermiş hadisənin axarı zəminində törətmiş və plastik su butulkasını Zərərçəkmiş şəxs bel nahiyəsi istiqamətində atdıqdan sonra hərəkətini sonlandırmışdır. 29.Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda qəsdən xüsusi amansızlıqla ağır xəsarət yetirmədə ifadə oluna bilər. Yaxın adamlar zərərçəkmiş şəxsi özlərinə əziz sayan, onu dəyərli insan kimi özünün yaxını hesab edən şəxslərdir. Bu halda təqsirkar seçdiyi üsulla zərərçəkmiş şəxsin yaxın adamlarına xüsusi əzab verdiyini dərk etməlidir. 30.Məhkəmə tərkibi, yaxın adamının, yəni övladının yanında Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasının ittiham tərəfindən xüsusi amansızlıqla törədilmə kimi qiymətləndirilməsinə münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsin əməlində hadisə anında zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, aşkar surətdə zərərçəkmiş şəxsə xüsusi ağrılar yetirilməsi halı olmadığından, əməlin xarakteri, törədilmə şəraiti, mexanizmi zərərçəkmiş şəxsə xüsusi əzab verərək zərər vurulması hallarının mövcudluğunu istisna edir. 31.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində hadisə anında zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, aşkar surətdə zərərçəkmiş şəxslərə xüsusi ağrılar yetirilməsi, eləcə də zərərçəkmiş şəxsə yaxın adamının yanında, onlara xüsusi əzab verərək zərər vurulması halları mövcud olmamış və iş materiallarında olan sübutlarla da öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs əməli “xüsusi amansızlıqla” törədilmiş əməl kimi qiymətləndirilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs qəsdi, eləcə də məqsədi və niyyəti zərərçəkmiş şəxsə ağır iztirablar verməklə xüsusi amansızlıqla sağlamlığa ağır zərər vurulmasına yönəlməmişdir. 32.Aparılmış məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurularkən xüsusi amansızlıq edilməsi təqsirləndirilən şəxsin qəsdi ilə əhatə olunmamış, yəni “xüsusi amansızlıq” tövsifedici əlamətinə münasibətdə təqsirləndirilən şəxsin birbaşa və ya dolayı qəsdi müəyyən edilməmişdir. 33.Məhkəmə tədqiq edilmiş sübutlara tam və hərtərəfli hüquqi qiymət verərək qənaətə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi qəsdən sağlamlığa ağır xəsarət vurma əməlinin motivinin xüsusi amansızlıq olması öz təsdiqini tapmır. Təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurma ilə bağlı törətdiyi cinayət əməli “xüsusi amansızlıqla” törənməmişdir. 34.Beləliklə, məhkəmədə tədqiq edilmiş bütün sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xüsusi amansızlıqla ağır xəsarət yetirməsinə dəlalət edə biləcək hər hansı hal müəyyən edilməmişdir. 35.İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri nə ayrı-ayrılıqda, nə də məcmu halında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi qənaətinə gəlməyə əsas vermir. 36.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 37.Məhkəmə tərkibi yuxarıda sadalanan mübahisəsiz sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurarkən “xüsusi amansızlıq” etməmiş, məhz şəxsi münasibətlər zəmnində zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə zamanı zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmuşdur. 38.Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. 39.Hazırki cinayət işi üzrə tərtib edilmiş ittiham aktında qeyd olunur ki, «Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməmiş, onun törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə tibb, məhkəmə psixiatrik ekspertizasının rəyləri, istintaq hərəkəti protokolları və eləcə də digər iş materialları ilə tam sübuta yetirildiyindən onun özünü Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməməsi özünü müdafiə xarakterli vəsatət kimi qəbul edilmiş və əsassız olduğundan rədd edilmişdir». İstintaq orqanının gəldiyi göstərilən nəticə mənbəyi olmayan ümumi sözlərdən ibarət olmaqla iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı halı özündə əks etdirmir. Belə ki, aparılan hərtərəfli məhkəmə araşdırması zamanı istintaq orqanı tərəfindən qeyd olunan həmin sübut növlərinin heç birində Təqsirləndirilən şəxs iitiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi faktına rast gəlinməmişdir. 40.Məhkəmə istintaqı zamanı ibtidai istintaq orqanının gədiyi nəticə, yəni təqsirləndirilən şəxsin ittiham olunduğu ictimai təhlükəli əməli xüsusi amansızlıqla törətməsi ittihamın təqdim etdiyi sübutların məcmusu ilə təsdiqini tapmamış və məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin hüquqi tövsifi barədə cinayət təqibi orqanının qənaətini şübhə altına almışdır. 41.İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri nə ayrı-ayrılıqda, nə də məcmu halında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlməyə əsas vermir. 42.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qeyd olunan normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir, cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 43.Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir 44.Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 45.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. 46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. 47.Məhkəmə tərkibi yuxarıda qeyd edilən müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif olunmalıdır. 48.Məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 iyul 2025-ci il tarixli, 498 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs dalağın intraparenximatoz hematoması (dalaq daxili qansızma) ilə müşayiət olunan dalağın travması-zədələnməsi (bu münasibətlə dalaq cərrahi yolla çıxarılmışdır), belin sol bayır səthinin yumşaq toxumasının hematoması və sıyrığının aşkar edilməsi, xəsarətlərin bərk küt əşyanın (əşyaların) təsirindən törənməsi, qərarda göstərilmiş xx.xx.2025-ci il tarixdə yetirilməsinin inkar olunmaması, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilməsi, xarakterinə və lokalizasiyasına görə həmin xəsarətlərin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmasının inkar olunması müəyyən edilir və həmin xəsarətlərin zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi məhkəmə istintaqı zamanı araşdırılmış subutlarla tam təsdiq olunur. 49.Beləliklə məhkəmə işin həqiqi hallarına cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi müddəalarına, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələblərinə uyğun olaraq tədqiq edilmiş sübutlara əsaslanaraq, həmin sübutları müqayisəli tədqiq edib məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. 50.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X4rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 51.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. 52.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirliliyinin ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokolları, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 53.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticə olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 54.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 55.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 57.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 58.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 59.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 60.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 61.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 62.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 63.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 64.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu - 06 avqust 2025-ci il tarixdən hesablanmalıdır. 65.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, bir ədəd 1,5 litrlik su qabının məhv edilməsini əsaslı hesab edir. 66.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 67.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 68.İş üzrə mülki iddia, ekspertiza xərci və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 69.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 70.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 40 (qırx) saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 440 (dörd yüz qırx) manat təşkil edir. 71.Beləliklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri «Güvən» Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 440 (dörd yüz qırx) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri «Güvən» Vəkil Bürosunun hesabına ödənilməlidir. 72.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 06 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 440 (dörd yüz qırx) manat Bakı şəhəri «Güvən» Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan - bir ədəd 1,5 litrlik su qabı məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Hakimlər:
1.(sədrlik edən) Aytən Əliyeva
2. Elmin Rüstəmov
3. Vüqar Quliyev