Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1977/2023 01.09.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X21, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi -Azərbaycan Respublikası Vəkillər Kollegiyası Kredo vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr apararaq məhkəmə, Müəyyən etdi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatına daxil olmuşdur. Cinayət işi materialları araşdırılan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilir ondan ötrü ki, o, X25 X23 Müştərək travm şöbəsinin müdiri vəzifəsində işləyən zaman, vəzifəli şəxs qismində qabaqcadan əlbir olan bir qrup şəxs halında Şahid19 ilkin müayinə zamanı hərbi xidmətə yararsız hesab edilməsinə dair qabaqcadan razılaşdırılmış qaydada, xəstəlik müəyyən edilmədiyi halda sənəd tərtib etmiş; X4 hərbi xidmətə yararsız hesab edilməsinə görə 2017-ci ilin mart ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin inzibati binasındakı xidməti otağında həmin idarənin rəisi vəzifəsində işləyən X14 həmin İdarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləyən X6 vasitəsilə maddi nemət olan 2.500 manat məbləğində pul vəsaitini; X3 hərbi xidmətə yararsız hesab edilməsinə görə 2017-ci ilin mart ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin inzibati binasındakı xidməti otağında həmin idarənin rəisi vəzifəsində işləyən X14 həmin İdarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləyən X6 vasitəsilə maddi nemət olan 3.000 manat məbləğində pul vəsaitini əldə etmiş; Şahid25 ilkin müayinə zamanı hərbi xidmətə yararsız hesab edilməsinə dair sənəd tərtib etmiş; Şahid5 hərbi xidmətə yararsız hesab edilməsinə görə 2017-ci ilin avqust ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin inzibati binasındakı xidməti otağında həmin idarənin rəisi vəzifəsində işləyən X14 həmin İdarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləyən X6 vasitəsilə maddi nemət olan 5.000 manat məbləğində pul vəsaitini; Şahid7 hərbi xidmətə yararsız hesab edilməsinə görə 2017-ci ilin noyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin inzibati binasındakı xidməti otağında həmin idarənin rəisi vəzifəsində işləyən X14 vasitəsilə maddi nemət 2.500 manat məbləğində pul vəsaitini; X15 hərbi xidmətə yararsız hesab edilməsini əks etdirən sənəd tərtib etmiş; Şahid18 hərbi xidmətə yararsız hesab edilməsini əks etdirən sənəd tərtib etmiş; X9 hərbi xidmətə yararsız hesab edilməsini əks etdirən sənədi 31 noyabr 2017-ci il tarixdə tərtib etmiş; Şahid9 hərbi xidmətə yararsız hesab edilməsinə görə 2018-ci ilin yanvar ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin inzibati binasındakı xidməti otağında həmin idarənin rəisi vəzifəsində işləyən X14 həmin İdarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləyən X6 vasitəsilə maddi nemət olan 300 manat pul vəsaitini; Şahid11 hərbi xidmətə yararsız hesab edilməsinə görə 2018-ci ilin fevral ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin inzibati binasındakı xidməti otağında həmin idarənin rəisi vəzifəsində işləyən X14 həmin İdarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləyən X6 vasitəsilə maddi nemət olan 2.500 manat pul vəsaitini; X10 hərbi xidmətə yararsız hesab edilməsinə görə 2018-ci ilin mart ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin həmin idarənin rəisi vəzifəsində işləyən X14 vasitəsilə maddi nemət olan 5.000 manat pul vəsaitini; Şahid13 hərbi xidmətə yararsız hesab edilməsinə görə 2018-ci ilin iyun ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin inzibati binasındakı xidməti otağında həmin idarənin rəisi vəzifəsində işləyən X14 həmin İdarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləyən X6 vasitəsilə maddi nemət olan 300 manat pul vəsaitini; Şahid16 hərbi xidmətə yararsız hesab edilməsinə görə 2018-ci ilin iyul ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin inzibati binasındakı xidməti otağında həmin idarənin rəisi vəzifəsində işləyən X14 həmin İdarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləyən X6 vasitəsilə maddi nemət olan 200 manat pul vəsaitini ələ keçirmişlər; X2 tibbi müayinələr zamanı hərbi xidmətə yararsız hesab edilməsinə dair qabaqcadan razılaşdırılmış qaydada, xəstəlik müəyyən edilmədiyi halda sənəd; X1 tibbi müayinələr zamanı hərbi xidmətə yararsız hesab edilməsinə dair 17 sentyabr 2018-ci il tarixli sənəd tərtib etmiş; Şahid20 barəsində keçirilmiş tibbi müayinələr zamanı hərbi xidmətə yararsız hesab edilməsinə dair qabaqcadan razılaşdırılmış qaydada, xəstəlik müəyyən edilmədiyi halda 12 noyabr 2018ci il tarixli sənədlər tərtib etmişdir. Cinayət işinin 7-ci cild 82-194-cü vərəqələrində olan Bakı Hərbi Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1-1(093)-17/2022 saylı hökmün 85-ci vərəqəsində olan hissəsində -X4 hərbi xidmətə yararsız hesab edilməsinə görə 2017-ci ilin mart ayında sonuncudan X28 Hüseynov vasitəsilə 2.500 manat məbləğində pul vəsaitini, cinayət işinin 7-ci cild 89cu vərəqəsində olan hissəsində Şahid5 hərbi xidmətə yararsız hesab edilməsinə görə 2017-ci ilin avqust ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin inzibati binasındakı xidməti otağında həmin idarənin rəisi vəzifəsində işləyən X14 həmin İdarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləyən X6 vasitəsilə maddi nemət olan 5.000 manat pul vəsaitini, cinayət işinin 7-ci cild 91-ci vərəqəsində olan hissəsində Şahid7 hərbi xidmətə yararsız hesab edilməsinə görə 2017-ci ilin noyabr ayında X28 Hüseynov vasitəsilə 2.500 manat məbləğində pul vəsaitini; cinayət işinin 7-ci cild 93-cü vərəqəsində olan hissəsində Şahid9 hərbi xidmətə yararsız hesab edilməsinə görə 2018-ci ilin yanvar ayında həmin idarənin rəisi vəzifəsində işləyən X14 həmin İdarənin baş zabiti X6 vasitəsilə maddi nemət olan 300 manat pul vəsaitini; cinayət işinin 7-ci cild 95-ci vərəqəsində olan hissəsində Şahid11 hərbi xidmətə yararsız hesab edilməsinə görə 2018-ci ilin fevral həmin idarənin rəisi vəzifəsində işləyən Babayev Rövşən həmin İdarənin baş zabiti Hüseynov Hüseyn vasitəsilə maddi nemət olan 2.500 manat pul vəsaitini; cinayət işinin 7-ci cild 97ci vərəqəsində olan hissəsində X10 hərbi xidmətə yararsız hesab edilməsinə görə 2018-ci ilin mart ayında həmin idarənin rəisi vəzifəsində işləyən X14 vasitəsilə maddi nemət olan 5.000 manat pul vəsaitini; cinayət işinin 7-ci cild 87-ci vərəqəsində olan hissəsində X3 hərbi xidmətə yararsız hesab edilməsinə görə 2017-ci ilin mart ayında həmin idarənin rəisi vəzifəsində işləyən Babayev Rövşən həmin İdarənin baş zabiti vəzifəsində işləyən Hüseynov Hüseyn vasitəsilə maddi nemət olan 3.000 manat məbləğində pul vəsaitini; cinayət işinin 7-ci cild 100-cü vərəqəsində olan hissəsində Şahid13 hərbi xidmətə yararsız hesab edilməsinə görə 2018-ci ilin iyun ayında həmin idarənin rəisi vəzifəsində işləyən Babayev Rövşən həmin İdarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti Hüseynov Hüseyn vasitəsilə maddi nemət olan 300 manat pul vəsaitini; cinayət işinin 7ci cild 101-ci vərəqəsində olan hissəsində Şahid16 hərbi xidmətə yararsız hesab edilməsinə görə 2018-ci ilin iyul ayında həmin idarənin rəisi vəzifəsində işləyən Babayev Rövşən həmin İdarənin baş zabiti X6 vasitəsilə maddi nemət olan 200 manat pul vəsaitini ələ keçirdikləri müəyyən edilmişdir. Bakı Hərbi Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1-1(093)-17/2022 saylı hökmünə əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin rəisi X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 313, 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin baş zabiti X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 313, 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; Şahid30 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2, 313-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilib barəsində 01 (bir) il şərti sınaq müddəti təyin edilmiş; Şahid28 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2, 313-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 01 (bir) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilib barəsində 01 (bir) il şərti sınaq müddəti təyin edilmiş; Şahid26 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 311.3.1 və 32.5, 311.3.2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-nin 70-ci maddəsi tətbiq edilməklə cəzası şərti hesab edilib barəsində 01 (bir) il şərti sınaq müddəti təyin edilmişdir. (cinayət işinin 7-ci cild, iş vərəqə 82-194) Həmçinin, cinayət işinin 7-ci cild 194-243-cü vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 1-1(103)-3/2023 saylı qərarına əsasən, Bakı Hərbi Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1-1(093)-17/2022 saylı hökmü yalnız, X11 təyin edilmiş cəzaya münasibətdə dəyişdirilərək, sonuncu qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Hərbi Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli, 1-1(093)-17/2022 saylı hökmü 15 mart 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş cəmi 17 epizod üzrə, 9 epizodda, yəni, X8, X5, Şahid5, Şahid7, Şahid9, Şahid11, X18, X22 və Şahid16 keçirilmiş tibbi müayinələr zamanı qabaqcadan gəlmiş olduqları razılığa əsasən, hərbi xidmətə yararsız olmaları barədə maddi nemət qarşılığında sənədlər tərtib edib, pul vəsaitini ələ keçirməsi, Bakı Hərbi Məhkəməsinin qanuni qüvvəsini almış 18 oktyabr 2022-ci il tarixli, 1-1(093)-17/2022 saylı hökmü ilə də müəyyən edilmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərkən müəyyən etmişdir ki, cinayət işi üzrə məhkəmə aidiyyəti Bakı Hərbi Məhkəməsinə aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə görə, Hərbi məhkəmələr müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən və az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlərə baxırlar (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3. və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi yurisdiksiya üzrə Bakı Hərbi Məhkəməsinə aid olduğundan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 68.2 və 75.1-ci maddələrinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1. və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 68.2, 75.1, 299.3., 299.3.1., 300.1. və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair dair cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustağlığı” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1977/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1977/2023
01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver