Məhkəmə qərarları › İş №1(101)-1978/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1978/2023

20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1978/2023 20.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məmmədov X5 Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Neftçala rayonu, Bankə qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə psixotrop maddə və külli miqdarda narkotik vasitə heroin əldə etmək məqsədilə şəxsiyyəti istintaqa “Fərid" adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxs və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, mənfəət olaraq gəlir əldə etmək müqabilində “Fərid” adlı şəxsə məxsus psixtrop maddə metamfetamin və külli miqdarda narkotik vasitə heroinin satışını həyata keçirəcəyi barədə razılığa gəlib aralarında aparılmış vəzifə bölgüsünə əsasən o, 16 aprel 2023-cü il tarixdə, saat 21 radələrində sonuncunun tapşırığı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində əvvəlcədən təyin edilmiş yerdən “Fərid” adlı şəxsin istintaqa şəxsiyyəti məlum olmayan şəxs vasitəsilə qoydurduğu 1004,697 qram (1 kq 4,697 qr) külli miqdarda narkotik vasitə heroin və 0,9 qram psixotrop maddə metamfetamini götürüb qanunsuz olaraq əldə edib həmin narkotik vasitə və psixotrop maddəni digər şəxslərə çatdırmaq üçün müvafiq yerə qoymaq məqsədilə üzərində daşıyaraq saxlamış, 17 aprel 2023-cü il tarixdə, saat 15:45 radələrində ünvan 1 ünvanın yaxınlığında həmin heroinin 0,447 qram və metamfetaminin 0,403 qram hissəsini 60 manat müqabilində Şahid1 satdıqdan sonra həmin günü saat 16 radələrində eyni ünvanda Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1la birlikdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nizami Rayon Polis İdarəsinin inzibati binasına gətirilərək orada Şahid1 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən onun satdığı 2 ədəd şəffaf sellofan bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,214 qram və 0,233 qram ümumi təmiz çəkisi 0,447 qram narkotik vasitə heroin və 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,184 qram və 0,219 qram ümumi təmiz çəkisi 0,403 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, daha sonra onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən Şahid1 satdığı heroin və metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil edən 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,180 qram və 0,270 qram ümumi təmiz çəkisi 0,450 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,265 qram və 0,232 qram ümumi təmiz çəkisi 0,497 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əynində olan qara rəngli gödəkçənin içərisindən qara rəngli selofana bükülmüş və üzəri şəffaf yapışqan lentlə bağlanılmış 1 ədəd bağlamada təmiz çəkisi 1003,8 qram qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və gödəkçəsinin sağ yan cibindən üzərində heroin və metamfetaminin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.Bununla da o, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, üzərindən iki büküm narkotik vasitə aşkar edilib, sellofonda isə yarım qram heroin olub, digər bükümdə isə yarım qram metenfetamin olub. O, həbs olunan gün evdən çıxmışdır ki, üstəndəki narkotik vasitələri aparıb Telman adlı tanışına çatdırsın. Vərəm dispanserinin yanından keçəndə bu vaxt polis əməkdaşları avtomobillə gəlib onu saxlamışlar. O, polis avtomobilinə mindiriləndə görmüşdür ki, tanışı Telman həmin avtomobilin içində əyləşib. Sonra onları Polis Bölməsinə aparmışlar. Bölmədə isə 1 kiloqram narkotik vasitəni stolun üzərinə qoyub ona bildirmişlər ki, bu narkotiki boynuna götürməlisən və sənin olmasına dair ifadəyə imza etməlisən. O, ilk olaraq bunu üzərinə götürməkdən imtina etsə də, hətta özü öz boyun nahiysəsinə xəsarət yetirərək intihara cəhd etsə də, sonra məcbur olub ifadəsinə imza etmişdir. Belə ki, ibtidai aradşırma dövrü polis əməkdaşları tərəfindən ona fiziki və psixi təzyiq göstərilmişdir.Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, 2 il olar ki, narkotik istifadəçisdir, narkotik vasitələri İranlıdan alırmış və ödənişi telefon vasitəsi ilə həyata keçirmişdir. Telmanı həbs olunmamışdan 2-3 ay əvvəl taksi sürücüsü kimi tanımış, o da narkoman olduğu üçün aralarında münasibətlər yaranmışdır. Tutulan gün onda nə 1 kiloqram narkotik, nə də tərəzi olmayıb. Özü narkotik istifadəçisidir, sadəcə olaraq Telman ona zəng edərək bədənində ağrılarının olduğunu, narkotikə ehtiyacının olduğunu bildirdiyindən Telmana həmin gün pay kimi narkotik aparıbmış. İstintaq Təcridxanasına daxil olarkən müayinəsi zamanı boynunun sağ yan səthində müşahidə olunmuş iki ədəd xəsarəti istintaqa etiraz etmək üçün özü özünə yetirdiyini bildirmişdir. Bundan əlavə, saxlanılarkən üzərində olan “Samsung A12” markalı mobil telefonun “vatsap" proqramında mövcud olan mesajlarla bağlı isə bildirmişdir ki, həmin mesajların əksəriyyəti digər şəxsdən aldığı narkotik vasitənin pulunu ödəmək üçün yazdığı mesajlardı. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Neftçala rayonunda yaşasa da bəzi hallarda işləmək məqsədilə Bakı şəhərinə gəlir və günlük kirayə evlərdə qalır. Bakı şəhərində daimi yaşayış yeri yoxdur. Özü hərbi xidmətdə olmuş, əvvəllər heç bir psixi xəstəliyi olmamış və hazırda da yoxdur. Ailəlidir, iki övladı var və onlar hər ikisi yetkinlik yaşına çatmışlar. Əvvəllər qəsdən adam öldürməyə görə məhkum olunmuş və 2019-cu ilin mart ayında cəzasını çəkib qurtarıb azadlığa çıxmışdır. O, təxminən 2 il olar ki, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbul edir. Bildirir ki, o, özü üzərində 055 *** ** ** və 051 *** ** ** saylı nömrələr olan «Samsung» markalı mobil telefon işlədir. O, narkotik vasitəni “Votsap” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Fərid adlı İran İslam Respublikasının vətəndaşından əldə edir. Belə ki, sonuncu dəfə, 16 aprel 2023-cü il tarixdə, saat 21:00 radələrində Fərid tərəfindən Bakıxanov qəsəbəsi ərazisinə qara sellofana bükülmüş halda içərisində narkotik vasitə heroin olan bağlama qoyulmuş və o, da Fəridin dediyi istiqamət üzrə həmin bağlamanı götürüb üzərində saxlamışdır. Həmçinin bağlamanın yanında xırda bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin də olmuşdur. Fərid ona növbəti günlərdə həmin bağlamanı hara qoyacağını deyəcəkmiş. Lakin hələki bildirmədiyi üçün onları üstündə gəzdirmişdir. Bildirir ki, o, Bakı şəhərində təsadüfən Şahid1 tanımış və bir neçə dəfə Telmana pul müqabilində narkotik vasitə vermişdir. 17 aprel 2023-cü il tarixdə də Telman ondan narkotik istədiyi üçün o, həmin günü saat təxminən 15:45 radələrində onunla Q.Qarayev metrostansiyasının yaxınlığında Şərifli küçəsi 74 saylı ünvanın qarşısında görüşmüşdür. Telmana 60 (altmış) manat müqabilində 02 bükümdə narkotik vasitə heroin və 02 bükümdə psixotrop maddə metamfetamin vermişdir. Bundan sonra o, Telmanla orada dayanaraq söhbət edən zaman dörd nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib onu və Telmanı Nizami Rayon Polis İdarəsinə dəvət etmişlər. O və Telman etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Nizami Rayon Polis İdarəsinə gəlmişlər. Polis İdarəsində ona dövlət hesabina verilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılaraq üzərinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı bir əşya varsa könüllü təqdim etməyi bildirmiş, o da əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofana bükülmüş metamfetamini və 02 ədəd şəffaf sellofana bükülmüş heroini təqdim etmişdir. Həmçinin o, əynində olan qara rəngli gödəkçənin içərisində saxladığı qara rəngli sellofana bükülmüş və üzəri şəffaf yapışqan lentlə bağlanılmış bağlamanı təqdim edərək bildirmişdir ki, həmin bağlamanın içərisində olan tünd qəhvəyi rəngli maddə narkotik vasitə olan heroindir, bağlama və bükümləri "Votsap" sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı kimi adının Fərid olduğunu bildiyi şəxsdən almışdır. Xırda bükümləri isə Fərid özü istifadə etmək üçün bağlamanın yanına qoymuşdur. Bundan əlavə olaraq o, əynində olan qara rəngli gödəkçənin sağ yan çibindən gümüşü rəngli kiçik ölçülü elektron tərəzi və əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən “Samsung” A-12 markalı qara rəngli 01 ədəd mobil telefonu və şalvarının arxa sağ çibimdən üç ədəd 20 (iyirmi) manatlıq olmaqla 60 (altmış) manat pul əskinasını təqdim etmişdir. O, polis əməkdaşlarına bildirmişdir ki, onunla birlikdə saxlanılan Telman adlı şəxsə iki büküm heroin və iki büküm psixotrop maddə olan metamfetamin sataraq ondan 60 (altmış) manat pulu alaraq şalvarının arxa sağ cibinə qoymuşdur. Hazırda təqdim etdiyi 60 manat pul da Telmandan aldığı puldur. Tərəzini isə üzərində ona görə saxlamışdır ki, Telman narkotikin çəkisinə inanmadığı üçün ona verdiyi bükümləri həmin tərəzidə çəkib vermişdir. Onun üzərindən aşkar olunaraq götürülmüş heroin və metamfetamin bükümləri və heroin bağlaması, eləcə də elektron tərəzi qablaşdırılaraq möhürlənmişdir. O və polis əməkdaşları protokolu və möhürlənmiş bağlamanı öz imzaları ilə imzalamışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, Fərid adlı şəxsə pul verərək narkotik vasitə almamış, Fərid özü ona təklif etmişdir ki, qara sellofana bükülmüş narkotik vasitəni onun dediyi yerə qoyaraq şəklini çəkərək ona göndərməli imiş, onun müqabilində Fərid ona öz istifadəsi üçün pisxotrop maddə metamfetamin və narkotik vasitə heroin vermişdir. O, Fəridi heç vaxt görməmiş, ancaq telefonla danışıb yazışmışdır. O, Telmana bir neçə dəfə pul müqabilində narkotik vasitə vermişdir. Telman ona demişdir ki, ondan yalnız öz istifadəsi üçün narkotik alır. Telmanın başqa şəxsə narkotik satması barədə onda məlumat yoxdur. Ondan aşkar olunan tərəzini narkotiki çəkmək üçün üzərində saxlayırmış. Onda yalnız üzərindən aşkar olunmuş narkotik vasitə vardır, başqa yerdə saxladığı yoxdur. Üzərində narkotik vasitə olmasını heç kim bilməmişdir. O, başqa heç kimə narkotik satmamışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, polis əməkdaşları onu evinin yanından tutub avtomobilə əyləşdirərək Qara Qarayev metrostansiyasının yanına aparmışlar. Özü narkotik istifadəçisi olduğundan Çingizdə narkotik olanda, özündə isə olmayanda qəbul etməyə ona verirdi, o da narkotik olanda, Çingizdə olmayanda istifadə etməyə Çingizə verirdi. Hər ikisi də narkotik aludəçisi olduqlarından narkotiki bölüşürdülər. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, O, həmin narkotik vasitəni Çingizdən pay kimi götürmüşdür, pulla almamışdır. Narkotik vasitəni istifadə etmək üçün 2-3 dəfə Çingizdən götürüb və sonuncu dəfə tutulmamışdın 3-4 gün qabaq da götürmüşdür. Həbs olunduqları gün də Çingiz ona narkotik verməməli idi. Çingizdən 2-3 dəfə heroin götürüb, bəzən 0,3,bəzən 0,4, bəzən 0,5 qram heroin olub. Hər dəfə də Çingiz narkotiki ona pulsuz verib. İbtidai araşdırma zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasında doğulsa da bir yaşından sonra Azərbaycanda yaşamışdır. Orta təhsilini Bakı şəhərində Azərbaycan dilində almışdır. Atası və anası da azərbaycanlıdır. Müxtəlif şirkətlərdə sürücü işləmiş, həmçinin taksi fəaliyyəti də göstərmiş, hazırda işsizdir. Təxminən 2-3 il olar ki, narkotik vasitə olan heroin və psixortop maddə olan metamfetamin qəbul edir. 17 aprel 2023-cü il tarixdə saat təxminən 15:45 radələrində o, narkotik vasitə olan heroin və pisixotrop maddə olan metamfetamin almaq üçün tanıdığı Çingiz adlı şəxslə Q.Qarayev metrostansiyasının yaxınlığında görüşmüş, Çingizə 60 (altmış) manat pul vermiş və Çingiz ona həmin pulun müqabilində 02 ədəd bükümdə narkotik vasitə olan heroin və 02 ədəd bükümdə pisixotrop maddə olan metamfetamin vermişdir. Bundan sonra o, həmin narkotik vasitələri əynində olan qara rəngli gödəkcəsinin sağ yan cibinə qoyaraq oradan uzaqlaşmaq istəyən zaman polis əməkdaşları onlara yaxınlaşaraq saxlamışlar. Onlar özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib onu və Çingizi Nizami Rayon Polis İdarəsinə dəvət etmişlər. O və Çingiz buna etiraz etməyərək polis idarəsinə gəlmişlər. Polis idarəsində ona dövlət hesabina verilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş aparılaraq üzərinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları ona üzərində qeyri-qanuni hər hansı bir əşya varsa könüllü təqdim etməyi bildirmiş, o da əynində olan qara rəngli gödəkçəcbnin sağ yan cibindən iki ədəd şəffaf sellofana bükülmüş metamfetamini və iki ədəd şəffaf sellofana bükülmüş heroini polis əməkdaşlarına təqdim edərək bildirmişdir ki, bükümlərin ikisində olan maddə metamfetamin, digər ikisi isə heroindir. Sorğu əsasında bildirmişdir ki, təqdim etdiyi heroin və metamfetamini o, saxlanılmamışdan əvvəl Çingiz adlı şəxslə Q.Qarayev metrostasiyasının yaxınlığında Şərifli küçəsində görüşərək 60 (altmış) manat pul verərək öz istifadəsi üçün almışdır. Onun üzərindən aşkar olunaraq götürülmüş metamfetamin və heroin bükümləri polis əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq möhürlənmişdir. O və polis əməkdaşları protokolu və möhürlənmiş bağlamanı öz imzalan ilə imzalamışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər də bir neçə dəfə yalnız öz istifadəsi üçün Çingizdən narkotik vasitə almış və narkotik satışı ilə məşğul olmur. Çingizin ona satdığı narkotik vasitəni haradan əldə etdiyini bilmirmiş, bu barədə söhbətləri olmayıb. O, heroin və metamfetaminin hər ikisindən istifadə edir, ona görə də xırda bükümlər halında əldə etmişdir ki, bir neçə dəfə istifadə edə bilsin. Bildirmişdir ki, o, 055 *** ** ** saylı nömrə işlədir, lakin onun telefonunun ekranı sındığı üçün onu işlədə bilmir və ona görə də nömrəsini ailə üzvləri və ya qonşulardan kiminsə telefonuna qoyub müvəqqəti zəng edib yenə telefonu sahibinə qaytarırmış. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, Çingiz və Telman adlı şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olduğundan ərazidə hər ikisinə yaxınlaşıb saxlayaraq onları Polis İdarəsinə dəvət etmişlər. Bölmədə təhqiqatçının otağında Telmanın üzərinə şəxsi baxış keçirən zaman onun üzərindən 4 büküm narkotik vasitə aşkar edilrək götürülüb. 2 büküm heroin, 2 büküm metanfetamin olub. Telman sorğu zamanı bildirib ki, narkotik vasitələri Çingizdən alıb. Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiq göstərilməmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Keçirdikləri tədbirlər nəticəsində 17 aprel 2023-cü il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 74 ünvanının yaxınlığında narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şahid1 və Təqsirləndirilən şəxs saxlanılmışdır. Onları Nizami Rayon Polis İdarəsinə gətirmişlər və təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirilmişdir. Bundan sonra inzibati otaqlardan birində onların iştirakı ilə videoçəkiliş aparılmaqla Şahid1 üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı ilk əvvəl Şahid1 üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmiş, Şahid1 da əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən dörd ədəd şəffaf sellofan bükümü çıxardaraq masanın üstünə qoymuşdur. Təhqiqatçı bükümləri açdıqda onlardan ikisinin içərisində tünd qəhvəyi rəngli spesifik iyə məxsus toz şəkilli narkotik vasitə heroinə bənzər maddə, ikisinin içərisində də ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olduğu görünmüşdür. Şahid1 həmin bükümlərdəki maddələrin nə olduğunu soruşduqda o, tünd qəhvəyi rəngli maddənin narkotik vasitə heroin, ağ rəngli kristal şəkilli maddənin isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Şahid1 üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı əşya tapılmamışdır. Təhqiqatçı Şahid1 bükümlərdəki maddələri haradan əldə etdiyini soruşmuş, Telman da bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, həmin bükümləri onunla birlikdə saxlanılan Çingiz adlı şəxsdən 17 aprel 2023~cü il tarixdə, günorta saatlarında «Qara Qarayev» metrostansiyasının yaxınlığında öz istifadəsi üçün 60 manata alaraq üzərində saxlamışdır. Təhqiqatçı tərəfindən Şahid1 təqdim etdiyi bükümlər zərfə qoyulub möhürlənmiş və onlar zərfin üzərinə imza etmişlər. Həmçinin şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar protokolu imzalamışlar. Həmçinin digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və toplanmış material İstintaq Şöbəsinə verilmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində bildirmişdir ki, 17 aprel 2023-cü il tarixdə Şahid1 və Çingiz saxlanılaraq Polis İdarəsinə gətirilmişdir, Telmanın üzərinə baxış keçirilən zaman üzərindən narkotik vasitə aşkarlanmışdır. Sorğu zamanı Tərlan bildirmişdir ki, narkotik vasitəni Çingiz adlı şəxsdən alıb. Əlavə olaraq bildirmişdir ki, ibtidai aradşırma dövrü təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiq göstərilməmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Onun və Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin digər əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində 17 aprel 2023-cü il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 74 ünvanının yaxınlığında narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şahid1 və yanında olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Onlara özlərini təqdim edib polis əməkdaşları olduqlarını və onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirirərək hər ikisini Nizami Rayon Polis İdarəsinə gətirmiş və təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirilmiş, vəkillər dəvət edilmişdir. Bundan sonra inzibati otaqlardan birində onların iştirakı ilə videoçəkiliş aparılmaqla Şahid1 üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı təhqiqatçı ilk əvvəl Şahid1 üzərində qanunsuz əşya varsa onu təqdim etməsini təklif etmiş, Şahid1 da əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən dörd ədəd şəffaf sellofan bükümü çıxardaraq masanın üstünə qoymuşdur. Təhqiqatçı bükümləri açdıqda onlardan ikisinin içərisində tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, ikisinin içərisində də ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olduğu görünmüşdür. Şahid1 həmin bükümlərdəki maddələrin nə olduğunu soruşduqda o, tünd qəhvəyi rəngli maddənin narkotik vasitə heroin, ağ rəngli kristal şəkilli maddənin isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Şahid1 üzərində şəxsi axtarış aparılsa da başqa hər hansı əşya tapılmamışdır. Təhqiqatçı Şahid1 bükümlərdəki maddələri haradan və nə məqsədlə əldə etdiyini soruşduqda sonuncu bildirmişdir ki, narkotik vasitə istifadəçisidir, həmin bükümləri onunla birlikdə saxlanılan Çingiz adlı şəxsdən 17 aprel 2023- cü il tarixdə, günorta saatlarında «Gara Garayev» metrostansiyasının yaxınlığında öz istifadəsi üçün 60 manat verib alaraq üzərində saxlamışdır. Təhqiqatçı tərəfindən Şahid1 təqdim etdiyi bükümlər zərfə qoyulub möhürlənmiş və onlar zərfin üzərinə imza etmişlər. Həmçinin şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və bütün iştirakçılar protokolu imzalamışlar. Bundan sonra digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və toplanmış material İstintaq Şöbəsinə verilmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində bildirmişdir ki, 17 aprel tarixində saat 16 radələrində Şərifli küçəsində Telman və Çingiz adlı şəxsləri saxlayaraq Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. Təhqiqatçının otağında onların üzərlərinə baxış keçirilmiçdir. Çingizin üərində iki büküm patı, iki büküm kakos, bir də yekə qara bükümdə heroin olmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, elektron tərəzi Çingizdən aşkar olunmuşdur. İbtidai aradşırma dövrü təqsirləndirilən şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təzyiq göstərilməmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş və onun da iştirak etdiyi əməliyyat tədbiri nəticəsində 17 aprel 2023-cü il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi 74 ünvanının yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Şahid1 və yanında olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Onlara özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş, həmçinin onların narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumat verib hər ikisini Nizami Rayon Polis İdarəsinə gətirmiş və raportla rəhbərliyə məruzə edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən zəruri prosessual hərəkətlər həyata keçirilərək vəkillər dəvət edilmişdir. Digər polis əməkdaşlarının iştirakı ilə Şahid1 üzərində şəxsi axtarış aparılmışdır. Onun iştirakı ilə isə inzibati otaqlardan birində videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa onu təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs da əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən dörd ədəd şəffaf sellofan bükümü, əynində olan qara rəngli gödəkçəsinin içərisində saxladığı qara rəngli salafana bükülmüş və üzəri şəffaf yapışqan lentlə bağlanmış bağlamanı, qara rəngli gödəkçəsinin sağ yan cibindən kiçik ölçülü gümüşü rəngli elektron tərəzini, mavi rəngli cins şalvarının sol yan cibindən bir ədəd qara rəngli «Samsung A12» markalı mobil telefonu, həmin şalvarın arxa sağ cibindən isə 3 ədəd 20 manatlıq əskinaslar olmaqla cəmi 60 manat pulu təqdim etmişdir. Təhqiqatçı xırda bükümləri açdıqda onlardan ikisinin içərisində tünd qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddə, ikisinin içərisində də ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olduğu görünmüşdür. Təhqiqatçı böyük bağlamanı açdıqda isə onun içərisində tünd qəhvəyi rəngli toz şəkilli narkotik vasitə heroinə bənzər maddə olması görünmüşdür. Təhqiqatçı Təqsirləndirilən şəxs həmin bükümlərdəki maddələrin nə olduğunu soruşduqda o, tünd qəhvəyi rəngli toz şəkilli maddənin narkotik vasitə heroin, ağ rəngli kristal şəkilli maddənin isə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs böyük bağlamadakı maddənin narkotik vasitə heroin olmasını, həmin heroinin «vatsap» sosial şəbəkəsi vasitəsilə tanış olduğu və İran İslam Respublikasının vətəndaşı kimi adının Fərid olduğunu bildiyi şəxs tərəfindən 2 gün əvvəl Xırdalan şəhərinə qoyulduğunu və onun tərəfindən götürüldüyünü, həmin bağlamanı Fərid adlı şəxsin ona deyəcəyi yerə qoyaraq şəklini də çəkib Fəridə göndərəcəyini, kiçik bükümlərdəki heroin və metamfetamini isə öz istifadəsi üçün götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində olan 60 manat pulu tutulduğu gün onunla birlikdə saxlanılan Telmandan almış və əvəzində Telmana 2 büküm heroin və 2 büküm metamfetamin vermişdir. Çingiz bildirmişdir ki, Telman ondan aldığı narkotik vasitənin çəkisinə inanmadığı üçün o, üzərində saxladığı elektron tərəzi vasitəsilə heroin və metamfetamini çəkib Telmana vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin başqa hər hansı əşya tapılmamışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi dörd ədəd şəffaf sellofan bükümləri, qara rəngli salafana bükülmüş və üzəri şəffaf yapışqan lentlə bağlanmış bağlamanı, kiçik ölçülü gümüşü rəngli elektron tərəzini zərfə qoyub qablaşdırmış və onlar üzərini imzalamışlar. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raportlardan” və “Şübhəli şəxsin tutulması haqqında” protokollardan görünür ki, Şahid1, Təqsirləndirilən şəxs həmin tarixdə Nizami RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq İdarəyə gətirilmişlər. xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (həmin protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd diskdən) görünür ki, Nizami RPİ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə Nizami RPİ-də üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükülmüş ağ kristal halında spesifik iyə malik olan maadəni və 02 ədəd şəffaf sellofan bükülmüş tünd qəhvəyi rəngli spesifik iyə malik olan maddəni, əynində olan qara rəngli gödəkçəsinin içərisində saxladığı qara rəngli sellofana bükülmüş və üzəri şəffaf yapışqan lentlə bağlanmış bağlamanı, əynində olan gödəkçəsinin sağ yan cibindən gümüşü rəngli kiçik ölçülü elektron tərəzini, şalvarının sol yan cibindən “Samsung A12” markalı mobil telefonu və şalvarının arxa sağ cibindən 3 ədəd 20 manatlıq əskinası təqdim etmişdir. Onun üzərində şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarına əlavə olunmuşdur. xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elam olunmuşdur. xx.xx.2023-cü il tarixli Nizami Rayon Məhkəməsinin qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olan “Samsung A12” markalı mobil telefona baxış keçirilmiş və məlum olmuşdur “Samsung A12” markalı mobil telefon işlək vəziyyətdədir, üzərində 055 *** ** ** saylı mobil nömrə vardır və “vatsap" proqramı da həmin nömrə ilə qeydiyyatdan keçmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs telefonun yaddaşında “Farib” adı ilə qeyd edilmiş **********69 saylı nömrə ilə “vatsap” proqramı vasitəsilə 02 aprel 2023-cü il tarixdən yazışmağa başlamış, həmin tarixdə göndərilmiş və ya alınmış mesajlar silinmişdir. 16 aprel 2023-cü il tarixdə saat 21:17-də Təqsirləndirilən şəxs “Farid" adı ilə qeyd edilmiş kontakta səsli mesaj göndərərək “soyuqdan dondum, bir dənə kart at çıxım gedim evə” bildirir, daha sonra 17 aprel 2023-cü il tarixdə, saat 00:47-də “Farib” adı ilə qeyd edilmiş kontakt Təqsirləndirilən şəxs səsli mesaj göndərərək “sabah nahar vaxtı kart ataram vurarsan” bildirir, 17 aprel 2023-cü il tarixdə, saat 14:48-də Təqsirləndirilən şəxs “Farid” adı ilə qeyd edilmiş kontakta səsli mesaj göndərərək “bir dənə kart at da qaqa" bildirir. Daha sonra “Farib” adı ilə qeyd edilmiş kontakt tərəfindən Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə, saat 16:10, 16:37 və 17:08-də göndərdiyi mesajlar özü tərəfindən silinir, saat 17:07-də isə səsli zəng edir, lakin zəngə cavab verilmir, daha sonra saat 17:55dən saat 20:22-yə qədər göndərdiyi 8 ədəd mesaj özü tərəfindən silinir, saat 20:54-də mesaj şəklində sual işarələri göndərir, 18 aprel 2023-cü il tarixdə, saat 19:21-də yenidən mesaj şəklində sual işarəsi göndərir, 19 aprel 2023-cü il tarixdə saat 20:46-da səsli zəng edir və zəngə cavab verilmir, saat 20:47-də səsli mesaj göndərib “əmi niyə cavab vermirsən, mənə cavab ver görüm, niyə cavab vermirsən, mənə yaz, nə olub, sənin problemin nədir" bildirir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “Farib” adı ilə qeyd edilmiş kontaktla “vatsap” proqramı vasitəsilə 01 aprel 2023-cü il tarixdən etibarən çoxsaylı danışıqlar aparmış, özü zəng etmiş və həmin şəxsdən zəng qəbul etmiş, sonuncu dəfə isə 17 aprel 2023-cü il tarixdə, saat 12:57-də zəng qəbul edib 4 dəqiqə 34 saniyə danışıq aparmışdır. Şahid1 isə istifadəsində olan 055 *** ** ** saylı nömrədən Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə saat 14:27-də zəng etmiş və 1 dəqiqə 19 saniyə danışıq olmuşdur. Bundan başqa müəyyən edilmişdir ki, 17 aprel 2023-cü il tarixdə, saat 14:25-də Şahid1 istifadəsində olan 055 *** ** ** saylı nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** saylı nömrəyə zəng etmiş, zəngə cavab verilməmişdir. 17 aprel 2023-cü il tarixdə, saat 14:43-də Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** saylı nömrədən Şahid1 istifadəsində olan 055 *** ** ** saylı nömrəyə zəng etmiş və 1 dəqiqə 38 saniyə danışıq olmuşdur. Baxış zamanı mobil telefonda iş üçün əhəmiyyət kəsb edən faktlar üzrə 5 ədəd fotoşəkil çəkilərək (kserosurət) protokola əlavə edilmişdir. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 6/2283 saylı, 18 aprel 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün №162" dairəvi möhür əksi, “saxlanılan şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki; 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1003,8 qram qəhvəyi rəngli toz şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,180 qr və 0,270 qr, ümumi təmiz çəkisi 0,450 qram qəhvəyi rəngli toz şəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,265 qr və 0,232 qr, ümumi təmiz çəkisi 0,497 qram ağ rəngli kristal şəkilli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd arxasında “300q/0,01q” yazısı olan “gümüşü” rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkilərini və bükümlərdəki heroinlərlə və metamfetaminlərlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Vət.Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 1004,25 qram (1 kq 4,25 qr) təşkil edir və həmin heroinlər Şahid1 aşkar edilərək götürülmüş 2 (iki) ədəd bükümdəki heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidirlər. Vət.Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 (iki) ədəd bükümdəki metamfetamin Şahid1 aşkar edilərək götürülmüş 2 (iki) ədəd bükümdə olan metamfetaminlə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eynidir. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin PHŞ-nin ambulator məcburinarkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 4643 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli “qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi ayrıca icraata ayrılmışdır. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin mənasına görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən bu Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə həmin əməl Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilir. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Yuxarıda sadalananlardan da, göründüyü kimi təqsirləndirilən şəxs irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin (bir hissəsinin) ona məxsus olmadığını və üzərinə qoyulduğunu, narkotik vasitəni və psixotrop maddəni satmadığını, həmçinin satmaq və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadığını, narkotik vasitəni və psixotrop maddəni satmaq fikri (məqsədi) olmadığını, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər edilməsini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin gətirdiyi bu dəlillər şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, məhkəmə ekspertizalarının rəyləri, habelə digər toplanmış istintaq materialları ilə tam təkzib edilmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın nəticəsinə görə müvafiq protokol tərtib edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxsin tutularkən polis bölməsində polis əməkdaşları tərəfindən döyülməsi və yaxud da fiziki təzyiqlərə məruz qalıb-qalmamasının araşdırılması üçün məhkəmə müvafiq sorğular verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq Təcridxanasından onun tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçada onun İstintaq Təcridxanasına daxil olarkən müayinəsi zamanı boynun sağ yan səthində iki ədəd cızıq müşahidə olunduğu müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndiriəln şəxs İstintaq Təcridxanasına daxil olarkən müayinəsi zamanı boynunun sağ yan səthində müşahidə olunmuş iki ədəd xəsarətin özü tərəfindən özünə yetirildiyini və məqsədinin də istintaqa etiraz etmək olduğunu bildirmişdir. Bundan başqa, iş materiallarında olan Nizami Rayon Prokurorluğunun xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tutulan zaman (ibtidai araşdırma zamanı) polis əməkdaşları tərəfindən döyülməsinin müəyyən edilməsi barədə araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə təqsirləndirilən şəxsin özünü tam təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin (bir hissəsinin) ona məxsus olmadığı və üzərinə qoyulduğu, narkotik vasitəni və psixotrop maddəni satmadığı, həmçinin satmaq və ya kiməsə çatdırmaq barədə heç kimdən hər hansı bir tapşırıq (göstəriş) almadığı, narkotik vasitəni satmaq fikri (məqsədi) olmadığı, həmçinin polis əməkdaşları tərəfindən saxlanılarkən polis əməkdaşları tərəfindən ona psixoloji və fiziki təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Bundan əlavə, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində narkotik vasitəni Çingizdən pay kimi götürdüyünü, pulla almadığını bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı şahidin gətirdiyi bu dəlillər iş materiallarından olan ifadələr, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə toplanmış digər istintaq materialları ilə tam təkzib edilmişdir. Belə ki, məhkəmə hesab edir ki, şahidin məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi həmin xüsusatlar işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadəsinin həmin hissəsini (xüsusatı) təqsirləndirilən şəxsi və özünü müdafiə xarakteri daşımaqla onun cinayət məsuliyyətindən yayındırılması və məsuliyyyətinin yüngülləşdirilməsi məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir, ibtidai araşdırma zamanı (ilkin mərhələdə) verilmiş ifadənin isə mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, ifadəni həmin hissədə daha mötəbər, əsaslı və həqiqəti əks etdirən ifadələr kimi qiymətləndirir. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ifadəsini (məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, narkotik vasitənin (psixotrop maddənin) miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində əsas meyar olmasa da məhkəmə işin digər hallarını, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitənin və psixotrop maddənin müxtəlif növlərdə (heroin və metafetamin) olmaqla yanaşı şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdar təşkil etməklə birdəfəlik istehlak üçün nəzərdə tutulmamasını, bir qisminin bükümlər halında olmasını, təqsirləndirilən şəxsdən elektron tərəzinin aşkar olunmasını, həmçinin təqsirləndirilən şəxsin Şahid1 60 manat pul müqabilində narkotik vasitə və psixotrop maddə satmasını, bundan əlavə ibtiadi araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsində qeyd etdiyi digər halları da (narkotik vasitəni “Votsap” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Fərid adlı şəxsdən əldə etdiyini, sonuncu dəfə 16 aprel 2023-cü il tarixdə Fərid tərəfindən Bakıxanov qəsəbəsi ərazisinə qara sellofana bükülmüş halda içərisində narkotik vasitə və psixotrop maddə olan bağlama qoyulduğunu və Fəridin ona növbəti günlərdə həmin bağlamanı hara qoyacağını deyəcəyinə dair xüsusatları) nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X8rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün (məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələri) ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.2 və 120.2.4-cü maddələri ilə təqsirli bilinib 14 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarına əsasən cəzadan 11 ay 28 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələblərinə görə CM-in 120.2.2 və 120.2.4-cü maddələri maddələri cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin tələblərinə görə qəsdən xüsusilə ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən ağır cinayətin törədilməsi cinayətin xüsusi təhlükəli residivi sayılır. İş materiallarından müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmiş və götürülməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs qəsdən xüsusilə ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə görə cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallar hesab olunur. Qeyd olunalara əsasən məhkəmə təqsirləndirilən şəxsin əməlində cinayətin xüsusi təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini (təqsirini) qismən etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Yuxarıda sadalananlara əsasən, məhkəmə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, həmçinin aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünü, çəkisini (miqdarını), cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını Cinayət Məcəlləsinin 56-cı maddəsinin tələblərinə uyğun olaraq xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həmçinin onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı, ibtidai həbs (tutulma) müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə cinayət işinin materialarında olan rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə iş üzrə maddi sübut olan və Nizami RPİ-nin saxlanc anbarında-kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan aparılmış tədqiqatlardan sonra qalıq qalmış 1003,6 qram və 0,350 qram narkotik vasitə heroin və 0,397 qram psixotrop maddə metamfetamin, eləcə də üzərində heroin və metamfetaminin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ‘‘Samsung A12" markalı bir ədəd mobil telefon təqsirləndirilən şəxsin özünə (onun razılığı ilə digər şəxslərə) qaytarılmalı, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsdən aşkar olunmuş və Bakı şəhəri Baş Polis İdarəsinin Maliyyə Plan şöbəsində saxlanılan 60 manat (3 ədəd 20 manatlıq əskinas) məbləğində pul vəsaitinin cinayət yolu ilə əldə edilməsi müəyyən olunduğundan cinayət yolu ilə əldə edilmiş vəsait kimi xüsusi müsadirə edilərək (əvəzsiz olaraq) dövlət nəfinə alınmalıdır. Cinayət Prosessual Məcəllənin 132.1.1-ci maddəsinə görə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə hüquqi yardımın göstərilməsi üçün müdafiəçinin təqdim etdiyi hesabat əsasında müdafiəçiyə hər iş saatı üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq pul ödənilir. Müdafiəçi tərəfindən təqdim olunmuş hesabatdan görünür ki, o, iş materialları ilə tanış olmaqla və məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə vaxt sərf etmişdir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hüquqi yardıma görə müdafiəçiyə Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə pul hesablanaraq qödənilməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəza çəkmə müəssisəsində çəksin və ibtidai həbs (tutulma) müddəti cəzaçəkçə müddətinə daxil edilməklə onun cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs (cəza çəkdiyi müddətdə) narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, ərazi (yaşayış yeri üzrə) narkoloji dispanserində (kabinetdə) qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Nizami RPİ-nin saxlanc anbarında - kamerasında (maddi sübutların saxlanılma yerində) saxlanılan aparılmış tədqiqatlardan sonra qalıq qalmış 1003,6 qram və 0,35 qram narkotik vasitə heroin və 0,397 qram psixotrop maddə metamfetamin, eləcə də üzərində heroin və metamfetaminin izləri olan bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, ‘‘Samsung A12" markalı bir ədəd mobil telefon təqsirləndirilən şəxsin özünə (onun razılığı ilə digər şəxslərə) qaytarılsın, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilməsinin görüntülərini özündə əks etdirən 01 ədəd disk (DVD) cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxsdən aşkar olunmuş və Bakı şəhəri Baş Polis İdarəsinin Maliyyə Plan şöbəsində saxlanılan 60 manat (3 ədəd 20 manatlıq əskinas) məbləğində pul vəsaitinin cinayət yolu ilə əldə edilməsi müəyyən olunduğundan cinayət yolu ilə əldə edilmiş vəsait kimi xüsusi müsadirə edilərək (əvəzsiz olaraq) dövlət nəfinə alınsın. İş üzrə ekspertiza xərci 114 manat təqsirləndirilən şəxsdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli olan digər əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərdiyi 40 saat hüquqi yardıma görə «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 240 manat məbləğində pul ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu vaxtdan (təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar