Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1979/2023 28.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, himayəsində azyaşlı uşağı olan, orta təhsilli, sürücü fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1, 234.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır, bundan başqa, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır, Belə ki, Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdə, gecə saatlarında Biləcəri qəsəbəsinin ərazisində naməlum şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Mehdi” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə, ümumilikdə 0,330 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini və şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ümumilikdə 0,188 qram çəkidə psixotrop maddə olan metamfetamini 40 manat pul müqabilində alıb əldə edərək üzərində saxlamaqla daşımış, 15 mart 2023-cü il tarixdə, saat 13:00 radələrində Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o, ünvan 2 ünvanında yerləşən mərasim evinin arxasında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov 65 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı polis bölməsinə gətirilib həmin gün, saat 14:50də üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd siqaretin göy rəngli kağızına bükülmüş təmiz çəkiləri 0,139 qram və 0,191 qram, ümumi təmiz çəkisi 0,330 qram olan xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd siqaretin gümüşü rəngli kağızına və 01 ədəd göy kağızına bükülmüş təmiz çəkiləri 0,084 qram və 0,104 qram, ümumi təmiz çəkisi 0,188 qram olan xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində naməlum şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan “Mehdi” adlı şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 2,141 qram çəkidə narkotik vasitə olan heroini 20 manat pul müqabilində 01 ədəd şəffaf rəngli sellofan bükümdə əldə edərək üzərində saxlamaqla daşımış, 12 aprel 2023-cü il tarixdə, saat 14:00-da Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o ünvan 5 ünvanının qarşısında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov 65 ünvanında yerləşən Binəqədi RPİ-nin 6-cı polis bölməsinə gətirilib üzərinə həmin gün, saat 15:30-da şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə, təmiz çəkisi 2,141 qram olan, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1, 234.1-1-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilib, CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, təxminən xx.xx.2023-xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən yaşadığı evdən çıxanda Binəqədi RPİ-nin 6-cı PB-in əməkdaşı yaxınlaşıb onu saxlamışlar. Saxladıqdan sonra onu Binəqədi RPİ-nin 6-cı PB-yə gətirmişlər. 6-cı PB-də ona fiziki təzyiqlər göstərdikdən sonra tutulmalı olduğunu bildirmişlər. Polis əməkdaşları ailəsi ilə onu təhdid etmişlər. O, səmimi etiraf etmədiyi təqdirdə narkotik vasitəni yaşadığı evə aparıb qoyacaqları ilə hədələmişlər. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirmişdir ki, 1-ci dəfə 2023-cü ilin mart ayında CM-nin 234.1-ci maddəsi ilə tutulmuşdur. 2-ci dəfə 2023-cü ilin aprel ayında CMnin 234.1-1-ci maddəsi ilə tutulmuşdur. 1-ci dəfə tutulanda yaşadığı evdən çıxanda polis əməkdaşı yaxınlaşıb Binəqədi RPİ-nin 6-cı PB-yə getməli olduğunu bildirmişdir. Polis əməkdaşı ona yaxınlaşanda ilk öncə tək idi, sonradan 1 nəfər polis serjantı da gəlmişdir. Onu polis serjantı gəldikdən sonra avtomobilə əyləşdirib Binəqədi RPİ-nin 6-cı PB-yə gətirmişlər. İlk dəfə 6-cı PB-yə gətiriləndə üzərində aşkar olunan narkotik vasitənin qramı az olduğundan prokuror barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina etmişdir. Polis əməkdaşları 1-ci dəfə prokuror onu buraxdığı üçün təzədən tutulacağını bildirmişlər. 1-ci dəfə tutulanda üzərində narkotik vasitə var idi. 1-ci dəfə tutulmağı ilə bağlı ittiham aktında qeyd edilənləri mübahisələndirmir, saxlanılmağı ilə bağlı heç bir etirazı yoxdur. 2-ci dəfə xx.xx.2023-cü il tarixdə, günorta 12:00-13:00 radələrində polis əməkdaşları onu saxlayıb Binəqədi RPİ-nin 6-cı PB-yə gətirmişlər. 2-ci dəfə onu saxlayanda 1-ci dəfəki kimi yaşadığı evin qarşısında saxlayıb, 1 nəfər polis əməkdaşı gəldikdən sonra maşına əyləşdirib Binəqədi RPİ-nin 6-cı PB-yə aparmışlar. Tutulduğu yerlə Binəqədi RPİ-nin 6-cı PB arasında 3 km-ə yaxın, 5 dəqiqəlik yol olar. Binəqədi RPİ-nin 6-cı PB-yə gətirəndən sonra onu saxlayan sarışın, hündür boylu polis əməkdaşı ona qarşı fiziki təzyiqlər göstərmişdir. Ona qarşı fiziki təzyiqlər olsa da, xəsarəti yox idi, çünki polis əməkdaşları böyrəklərinə vurmuşlar. O, döyülməyi ilə bağlı barəsində həbs qətimkan tədbiri seçilən zaman şikayətini bildirmiş və bununla bağlı BİT-də olan zaman prokuror gəlmişdir. Prokurora polis əməkdaşları tərəfindən döyüldüyünü bildirmiş, lakin xəsarətinin olmadığını demişdir. Video çəkiliş zamanı aşkar olunan narkotik vasitəni polis əməkdaşları ona vermişlər. Polis əməkdaşları ona video çəkiliş zamanı narkotik vasitəni Mehdi adlı şəxsdən aldığını bildirməyini demişlər. Özü Metadon qəbul edir. Əvvəllər ara-sıra metamfetamin istifadə etmişdir. 2023-cü ilin mart ayından narkotik vasitə istifadə etməmişdir. 1-ci dəfə tutulandan narkotik vasitəni “Siqan” adlı şəxsdən almışdır. Döyülməyi ilə bağlı məhkəmədən sonra heç kimə şikayət etməmişdir. O, yazmağı bacarmadığı üçün ibtidai istintaq zamanı ifadələrini polis əməkdaşları yazmış, sadəcə o, imza etmişdir. Polis əməkdaşları onu ailəsi ilə təhdid etdikləri üçün ifadələri imza etmişdir. Əməliyyatçı və təhqiqatçı onu təhdid edirmişlər. Barəsində 4 ay həbs qətimkan tədbiri seçiləndə CM-nin 234.1-1-ci maddəsi ilə ittiham olunduğunu bilmişdir. Döyülməyi ilə bağlı prokurora şikayətini bildirdikdən sonra onu aparıb xəstəxanada ekspertizadan keçirtmişlər. 1 saylı şəhər klinik xəstəxanasında Metadon qəbul etməyi ilə bağlı qeydiyyatdadır. Metadonu gündəlik istifadə edir. Metadonu gündəlik qəbul etdiyi üçün digər narkotik vasitələri istifadə etməyinə ehtiyac yoxdur. 2-ci dəfə polis əməkdaşları tərəfindən tutulanda heç kim tutulma anını görməmişdir. Etdiyi əməldən peşmandır. Ailəlidir, 4 və 9 yaşında övladları var. Şahid1 dedikləri doğrudur. Şahid3 onun saxlanılmağında iştirak etməmişdir. Şahid3 ancaq onu Binəqədi RPİ-nin MSY-nə və Binəqədi rayon Prokurorluğuna aparanda görmüşdür. Şahid3 üzərinə şəxsi axtarış aparılan zaman video çəkilişdə iştirak etməmişdir. Şahid3 ona qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərməmişdir.. Polis əməkdaşları ona qarşı psixoloji təzyiq göstərdikləri üçün üzərindən aşkar olunan narkotik vasitənin yalandan ona məxsus olduğunu etiraf etmişdir. Binəqədi RPİ-nin 6-cı PB-nin Şahid4 adlı polis əməkdaşı onu təhdid etmişdir.. Şahid4 ona qarşı Binəqədi RPİ-nin 6-cı PB-nin rəis müavinin otağında və məişət otağında fiziki təzyiqlər göstərmişdir. Narkotik vasitəni Binəqədi RPİ-nin 6-cı PB-in rəis müavini saxlanılmağında iştirak edən polis əməkdaşlarına vermiş, onlar da gətirib ona vermişlər. İbtidai istintaq zamanı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində və Binəqədi rayon Prokurorluğunda ona qarşı olunan qanunsuzluqlarla bağlı etirazlarını bildirmiş, daha sonra başqa yerlərə şikayət bildirməmişdir. Binəqədi RPİnin 6-cı PB-nin rəis müavinin xidməti otağı 1-ci mərtəbədə sol tərəfdə yerləşir. Şahid4 ağ rəngli “Ford” markalı avtomobilə əyləşdirib Binəqədi RPİ-nin 6-cı PB-yə aparmışdır. O, CM-nin 234.1-1-ci maddəsi ilə özünü təqsirli bilmir, amma CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamı səmimi etiraf edir. Odur ki, deyilənlərin nəzərə alınaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, ona CM-in 234.1 və 234.1-1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etdiyinə görə məhkum olunmuşdur. Təxminən 5 il olar ki, narkotik vasitə heroindən istifadə edir, heroini Bakı şəhəri ərazisində tanımadığı şəxslərdən alaraq istifadə edirdi. O, narkotik vasitələri qəbul etməyə başlayanda Bakı şəhəri, Biləcəri qəsəbəsin də anket məlumatlarını dəqiq bilmədiyi Mehdi adlı şəxslə tanış olmuş və həmin şəxs ona bildirmişdi ki, narkotik vasitə və ya psixotrop maddə lazım olanda bura gəlib ondan ala bilər. O, da narkotik maddə heroin lazım olanda Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi adlanan ərazinin yaxınlığına gedərək həmin şəxsi tapıb ondan almışdır. Narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamin aldıqdan sonra bədənində ağrılar olan zaman münasib yer taparaq orada qəbul etmişdir. Bildirir ki, 14 mart 2023-cü il tarixdə gecə saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsinə gedib Mehdi adlı şəxsi taparaq onunla görüşmüşdür. Orada həmin şəxsə 40 manat pul verib ona 2 büküm narkotik vasitə heroin və 2 büküm psixotrop maddə metamfetamin gətirməsini istəmişdir. Təxminən 10 dəqiqə sonra həmin şəxs ona 02 ədəd bənövşəyi rəngli kağız bükümdə narkotik vasitə heroin və 01 ədəd siqaretin gümüşü kağızına və 01 ədəd bənövşəyi kağızına bükülmüş halda psixotrop maddə metamfetamin gətirib vermişdir. O, da narkotik vasitə heroini və psixotrop maddə metamfetami əynində olan bənövşəyi rəngli şalvarın sağ yan cibinə qoymuşdur ki, bədənində ağrılar olan zaman istifadə etsin. 15 mart 2023-cü il tarixdə saat 13:00 radələrində ünvan 7 ünvanda yerləşən Xeyir-Şər evinin arxasında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət etmişdilər. O, da heç bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişdir. Ona hüquq və vəzifələri izah olunmuşdur, müdafiəçi təqdim olunmuşdur və şübhəli şəxs qismində tutulduqdan sonra narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. O, həmin axtarış aparılma prosessinin vəkilin iştirakı olmadan aparılmasına etiraz etməmişdir və bu barədə ərizə ilə müraciət etmişdir Bundan sonra polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyi bildirmişdirlər. O, da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynimdə olan bənövşəyi rəngli cins şalvarın sağ yan cibində saxladığım 02 ədəd siqaretin bənövşəyi rəngli kağızına bükülmüş halda olan heroini və 02 ədəd siqaretin gümüşü və bənövşəyi kağızına bükülmüş halda olan psixotorp maddə metamfetaminləri çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddələri haradan aldığımı soruşanda, o həmin maddələri öz istifadəsi üçün xx.xx.2023cü il tarixdə gecə saatlaırnda Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi adlanan ərazidə adının Mehdi olduğun bildiyi şəxsdən 40 manata aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırıldı onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmişdir və onlar imzalarla protokolun doğruluğunu təsdiq etmişdirlər. O, həmçinin izahatında narkotik vasitələrin satışı ilə məşğul olmadığını, həmişə özü qəbul etmək üçün aldığını, polis əməkdaşları tərəfindən üzərinizə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilmədiyini, o üzərindən aşkar oğunmuş narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində adının Mehdi olduğu bildiyi şəxsdən 40 manata aldığını, o narkotik vasitə satmış yalnız adının Mehdi olduğunu bildiyini və həmin şəxsin digər anket məlumatlarını dəqiq bilmədiyini, Mehdi adlı şəxsin əlaqə telefonu ilə bağlı heç bir məlumatının olmadığını, Mehdi adlı şəxsin zahiri əlamətləri 35-40 yaşlarında, orta boylu qaraşın, qara saçları olduğunu, narkotik vasitə satmış həmin şəxsin zahiri əlamətlərində döymə çapıq olmadığını bildirmişdir. Bundan başqa, 12 aprel 2023-cü il tarixdə, səhər saatlarında Biləcəri qəsəbəsində yaşayan Mehdi adlı şəxsdən öz istifadəsi üçün 01 ədəd bükümdə 20 manata narkotik vasitə heroin alaraq üzərimdə saxlamışdır. 12 aprel 2023-cü il tarixdə, saat təxminən 14:00 radələrində yaşadığı Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi ev 33A ünvanında qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onlar Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları olduğunu bildirmişdilər. Polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət etdimdirlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə 6-cı PB-nin inzibati binasına getmişdir. Orada ona hüquq və vəzifələri izah olunmuşdur, təqdim edilən siyahıda özünün seçdiyim vəkil 6-cı PB-yə dəvət edilərək ona təqdim olunmuşdur və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində təhqiqatçı tərəfindən polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, ərizə verərək müdafiəçimin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilmişdir, şəxsi axtarış keçiriləcəyi ilə bağlı qərar elan edilmişdir. Bundan sonra polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən üzərində saxladığı qanunsuz əşyalar olub-olmadığı, əgər varsa həmin əşyaları könüllü olaraq təqdim etməyi təklif edilmişdir. O, könüllü olaraq əynində olan boz rəngli cins şalvarın sol cibindən 01 ədəd Xiaomi markalı mobil telefonu və həmin şalvarın sağ yan cibində saxladığı, 01 ədəd şəffaf rəngli sellofan bükümdə içində narkotik vasitə heroini çıxararaq masanın üzərinə qoymuşdur. Təhqiqatçı 01 ədəd şəffaf rəngli bükümü açdıqda içində narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Təhqiqatçı ona aşkar edilmiş həmin maddə barədə məlumat verməyi dedikdə bildirmişdir ki, aşkar olunan maddə narkotik vasitə heroindir, həmin maddənin istifadəçisidir, aşkar edilən maddəni 12 aprel 2023-cü il tarixdə, səhər saatlarında “Alatava” adlanan yerdə adını Mehdi bildiyi üzdən tanıdığı, lakin anket məlumatlarını dəqiqə bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün alıb üzərində saxlamışdır. Bundan sonra iştirakçıların yanında təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış aparılmışdır, lakin başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməməmişdir.Üzərindən aşkar edilən 01 ədəd şəffaf rəngli büküm içərisindəki heroin ilə birlikdə şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzərinə möhürlənmişdir və iştirakçıların ad və soyadları üzərinə yazılmışdır. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir, sonra həmin protokol ucadan oxunmaqla iştirakçılar tərəfindən hər hansı əlavə və ya düzəliş olub-olmaması soruşulmuşdur. Protokol keçirilən şəxsi axtarışa uyğun tərtib edildiyindən o, hər hansı əlavə və ya düzəlişinin olmadığını bildirmişdir. Bundan sonra tərtib edilmiş protokol və möhürlənərək qablaşdırılmış zərf onun, eləcə də şəxsi axtarışda iştirak etmiş vəkili və polis əməkdaşları tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə daxil olmuş məlumat əsasında tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin daşınmasında və saxlanmasında şübhəli bilinərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi 33 ünvanında yerləşən mərasim evinin arxasında tərəflərindən saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PB-yə gətirilmişdir. Binəqədi RPİ-nin 6-cı PB-də təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncunun üzərindən narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-nin kiçik əməliyyat müvəkkili Şahid2 ilə birgə saxlamışlar. Daxil olmuş məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olması göstərilmişdir. Təqsirləndirilən şəxs qarşı heç biri fiziki, psixoloji təsir və ya təzyiq göstərməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən 14:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tərəflərindən saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət etmişlər. 6-cı PB-də təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman sonuncun şalvarının sağ yan cibindən narkotik vasitə heroin aşkar olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən 2,141 qram narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə video çəkiliş zamanı aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, təxminən 14:00 radələrində ona daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən Ağ saray şadlıq evinin yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqları vaxt tək idi. Əvvəllər də Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması barədə məlumatı var idi. Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6cı PB-nin sahə inspektoru Şahid4 ilə birgə saxlamışlar. Təqsirləndirilən şəxs üzərindən 1 büküm narkotik vasitə və 1 ədəd də telefon aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə 1 dəfə 6-cı PB-də baxış keçirilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunsa da sonuncunun üzərinə baxış keçirilən zaman müdafiəçi iştirak etməmiş, lakin sonradan müdafiəçi gəlmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı vaxt və üzərinə şəxsi axtarış aparılan zaman heç bir narazılıq, etiraz bildirməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarından hər hansı ağrısının olması ilə bağlı heç nə istəməmişdir. Təqsirləndirilən şəxs barəsində başqa bir cinayət işinin olduğunu bilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə, təxminən 14:00 radələrində Binəqədi RPİ-nin 6-cı PB-in əməliyyat müvəkkili Şahid3 Təqsirləndirilən şəxs barəsində məlumat daxil olmuşdur. O da Binəqədi RPİ-nin 6cı PB-nin polis əməkdaşı olaraq kömək məqsədi ilə tədbirdə iştirak etmişdir. Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən Ağ saray şadlıq sarayının yaxınlığında yerləşən 5 mərtbəli binanın yanında tərəflərindən saxlanılaraq Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət olunmuşdur. Binəqədi RPİ-nin 6-cı PB-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncun şalvarının sağ yan cibindən 1 ədəd büküm narkotik vasitə heroin aşkar olunmuşdur. O, verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayında saxlanılması barədə məlumatı var idi. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində tutulan narkotik vasitə istifadəçiləri Təqsirləndirilən şəxs və digər şəxslərdən aldıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs tərəflərindən saxlanıldığı vaxt heç bir narazılıq bildirməmişdir. Təqsirləndirilən şəxs Binəqədi RPİ-nin 6-cı PB-in əməliyyat müvəkkili Şahid3la ilə birgə saxlamışlar. Şahid3 tədbirdə və təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarışda iştirakını sübut edən iş materiallarında video çəkilişin qeydə alındığı DVD disk var. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Təqsirləndirilən şəxs üzərindən 1 büküm narkotik vasitə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitənin video çəkiliş zamanı çəkilib-çəkilməməsi tam yadında deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman müdafiəçi iştirak etməmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitədən başqa telefon da aşkar olunmuşdur. Təqsirləndirilən şəxs onun xidmət apardığı inzibati ərazidə yaşamadığı üçün sonuncu ilə profilaktik söhbət aparmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. O, Təqsirləndirilən şəxsla birgə Binəqədi RPİ-nin 6-cı PB-in rəis müavinin xidməti otağında olmamışdır. 2022-ci ilin oktyabr ayından “Volkswagen Passat” markalı avtomobil idarə edir. Onun tərəfindən Təqsirləndirilən şəxs qarşı heç biri fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş, məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 15 mart 2023-cü il tariхdə Təqsirləndirilən şəxs оğlunun qanunsuz оlaraq narkоtik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daхil оlmuşdur. Həmin məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuşdur, o və Binəqədi RPİ-nin 6-cı PB-nin CA əməliyyat müvəkkili polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır, qrupun rəhbəri polis leytenantı Şahid1 olmuşdur. Daha sоnra 15 mart 2023ci il tarixdə saat 13:00 radələrində daхil оlmuş məlumat əsasında ünvan 9 ünvanında yerləşən Xeyir-Şər evinin arxasında, əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs оğlunun zahiri əlamətləri ilə uyğun gələn şəхs tərəflərindən saхlanılmışdır. Həmin şəхsə özlərini təqdim еtmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin şəхs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs üzərinə şəхsi axtarış kеçirilməsi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət еtmişdirlər. İlkin razılaşaraq onlarla birlikdə 6-cı PB-yə gəlmişdilər. 6-cı PB-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmaqla özünün seçdiyi vəkil dəvət edilmişdir. Vəkil ona təqdim edildikdən və hüquq və vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir və bununla bağlı ərizə yazmışdır. Sonra хidməti оtaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə tərəflərindən şəxsi axtarış kеçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində оlan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofanı və həmin şalvarın sol yan cibindən təxminən 30-35 manat pulu, 01 ədəd Samsung markalı mobil telefonu masanın üzərinə qoymuşdur. 01 ədəd şəffaf rəngli sellofan açıldıqda içində 04 ədəd ağ rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Bükümlər açıldıqda 02 ədəd ağ rəngli kağız bükümün iç tərəfinin bənövşəyi rəngdə olduğu və içində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli, kristalşəkilli maddə olduğu müəyyən edilmişdir. Digər 02 ədəd büküm açıldıqda isə 01 ədəd bükümün iç tərəfinin bənövşəyi rəngdə, digər 01 ədəd bükümün isə iç tərəfinin gümüşü rəngdə olduğu və hər iki bükümün içində narkotik vasitə heroinə bənzər tozşəkilli, qəhvəyi rəngli maddələr olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfertamini 14 mart 2023-cü il tarixdə, gecə saatlarında Biləcəri qəsəbəsində yaşayan “Mehdi” adlı şəxsdən hər bükümü 10 manat olmaqla ümumilikdə 40 manata aldığını, həmçinin şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Aşkar еdilmiş 02 ədəd bükümdə оlan narkotik vasitə heroinə və 2 ədəd bükümdə psixotrop maddə hesab edilən metamfetamin bənzəyən maddə boş zərfə qоyularaq 175 №-li zərflər üçün möhürü ilə möhürlənmişdir. Kеçirilmiş şəxsi axtarışla bağlı prоtоkоl tərtib еdilmişdir və həmin prоtоkоl ucadan oxunmuşdur, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir zor tətbiq edilməmişdir. Bu faktı özü və şəxsi axtarışda iştirak edən şəxslər təsdiq edə bilər, Təqsirləndirilən şəxs narkotik maddələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmamışdır. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. Şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, 12 aprel 2023-cü il tariхdə Təqsirləndirilən şəxs оğlunun qanunsuz оlaraq narkоtik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daхil оlmuşdur. Həmin məlumat əsasında raportla rəhbərliyə məruzə olunmuşdur, o, və Binəqədi RPİ-nin 6-cı PB-nin sahə inspektoru polis leytenantı Şahid4 оğlundan ibarət əməliyyat qrupu yaradılmışdır, qrupun rəhbəri olmuşdur. 12 aprel 2023-ci il tarixdə, saat 14:00 radələrində daхil оlmuş məlumat əsasında ünvan 10 ünvanının qarşısında, əvvəlcədən alınmış məlumatda Təqsirləndirilən şəxs оğlunun zahiri əlamətləri ilə uyğun gələn şəхs tərəfindən saхlanılmışdır. Həmin şəхsə özlərini təqdim еtmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Həmin şəхs özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs üzərinə şəхsi axtarış kеçirilməsi üçün Binəqədi RPİ-nin 6-cı PB-nə dəvət еtmişdirlər. Aynur razılaşaraq onlarla birlikdə 6-cı PB-yə gəlmişdir. 6-cı PB-də Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmaqla özünün seçdiyi vəkil dəvət edilmişdir. Vəkil ona təqdim edildikdən və hüquq və vəzifələri bir daha izah edildikdən sonra Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir və bununla bağlı ərizə yazmişdır. Sonra хidməti оtaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə tərəflərindən şəxsi axtarış kеçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz saxladığı əşyaları könüllü təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində оlan boz rəngli cins şalvarın sol yan cibindən qara rəngli “Xiomi” markalı mobil telefonu və həmin boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü masanın üzərinə qoyub təqdim etmişdir. Büküm açıldıqda içində tozşəkilli, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar edilmiş maddə narkotik vasitə heroindir, həmin maddəni 12 aprel 2023-cü il tarixdə, səhər saatlarında Biləcəri qəsəbəsində yaşayan “Mehdi” adlı şəxsdən 20 manata aldığını, həmçinin şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir və başqa iş üçün əhəmiyyət kəsb edən hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Aşkar еdilmiş 01 ədəd bükümdə оlan narkotik vasitə heroin boş zərfə qоyularaq 175 №-li zərflər üçün möhürü ilə möhürlənmişdir. Kеçirilmiş şəxsi axtarışla bağlı prоtоkоl tərtib еdilmişdir və həmin prоtоkоl ucadan oxunmuşdur, həm zərf, həm də protokol şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən imzalanmışdır. O, həmçinin ifadəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı hər hansı biz zor təzyiq göstərilmədiyini, Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadələrindən görünür ki, digər Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadələri təkrarlayaraq, ibtidai istintaq zamanı eyni məzmunda ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.1-1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi bildirilmişdir. (İ cild, i.v. 3) xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə Binəqədi RPİ-nin 6-cı PB-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild, i.v. 4-5) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:00-da CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 14.00-dan tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 20) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən qara rəngli “Xiomi” markalı mobil telefonu və həmin boz rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülmüş bükümü çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş, o, 01 ədəd şəffaf sellofona bükülmüş bükümün içərisində olan maddənin el içində “heroin” deyilən narkotik vasitə olduğunu bildirmiş, ondan həmin bükümün haradan, nə vaxt əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyi sual edildikdə narkotik vasitə heroini 12 aprel 2023-cü il tarixdə, səhər saatlarında Biləcəri qəsəbəsində yaşayan “Mehdi” adlı şəxsdən 20 manata şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. (İ cild, i.v. 30-32, 191) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/2178 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №175” dairəvi möhür əksləri olan, ”Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2.141 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. (İ cild, i.v. 42-46) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 58-59) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(001)-401/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 14:00-dan hesablanmışdır. (İ cild, i.v. 77-79) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi CM-nin 234.1-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməklə ibtidai istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. (İ cild, i.v. 80-81) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 83) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməsi bildirilmişdir. (İ cild, i.v. 86) xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə Binəqədi RPİ-nin 6-cı PB-yə daxil olmuş məlumat əsasında sonuncunun müəyyən edilib ifşa edilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi və həmin tədbirlərin keçirilməsi məqsədi ilə əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (İ cild, i.v. 87-88) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 14:30-da CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 13:00-dan tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 102) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən qara rəngli “Samsung J3” markalı mobil telefonu, 1 ədəd 10, 4 ədəd 5 və 3 ədəd 1 manatlıq Azərbaycan əskinası olan ümumi 33 manat pulu və həmin göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan torbada içərisində 04 ədəd siqaretin göy və gümüşü kağızına bükülmüş bükümləri çıxardıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməsi təklif olunmuş, o, 01 ədəd şəffaf sellofon torbanın içərisində olan 02 ədəd siqaretin göy rəngli gümüşü kağızına bükülmüş bükümlərin içərisində olan maddənin el içində “heroin” deyilən narkotik vasitə və 02 ədəd siqaretin gümüşü və göy rəngli kağızına bükülmüş maddələrin el içində” Patı” adlandırılan psixotrop maddə hesab edilən metamfetamin olduğunu bildirmiş, ondan həmin bükümlərin haradan, nə vaxt əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyi sual edildikda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 14 mart 2023-cü il tarixda, gecə saatlarında Biləcəri qəsəbəsində yaşayan “Mehdi” adlı şəxsdən hər bükümü 10 manat olmaqla, ümumilikdə 40 manata alaraq şəxsi istifadəsi üçün əldə edərək üzərində saxladığını bildirmişdir. (İ cild, i.v. 112-114, 191-192) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1608 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №175” dairəvi möhür əksi və “...Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər; Şübhəli şəxs: -imza; iştirakçılar-üç imza, tərtib etdi: R.İsrayılov:-imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 02 ədəd bükümlərdə təmiz çəkiləri 0,139 qram,-0,191 qram, ümumi təmiz çəkisi - 0,330 qram qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir; 02 ədəd bükümlərdə təmiz çəkiləri-0,084 qram,-0,104 qram, ümumi təmiz çəkisi-0,188 qram olan ağ rəngli kristaldan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ), metamfetamin- “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. (İ cild, i.v. 124- 128) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 139-140) xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlandığı MSY-dən azad edilmişdir. (İ cild, i.v. 155-159) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 01 il 10 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. (İ cild, i.v. 165-166, 179-185) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X8 Ambulator X1 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 1943 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İİ cild, i.v. 167-168) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1- 1-ci maddəsindən həmin Məcəllənin 234.1 və 234.1-1-ci maddələrinə tövsif edilmişdir. (İ cild, i.v. 171-172) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video görüntülərinin köçürüldüyü 02 ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 2,141 qram heroin, ümumi təmiz çəkiləri 0,188 qram olan psixotrop maddə metamfetamin, 0,330 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq çəkisi 2,091 qram narkotik vasitə heroin, 0,290 qram narkotik vasitə heroin, 0,148 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Binəqədi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. (İ cild, i.v. 212-213) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixitarik X3 Hüquqi Şəxsin xx.xx.2023-cü il tarixli, 1320 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs оğlu hаzırdа hər hаnsı bir psiхi хəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs оğlundа həmçinin оnа ittihаm оlunаn əməl dövründə hər hаnsı bir хəstəlik və yа psiхi fəаliyyətin müvəqqəti pоzulmаsı əlаmətləri аşkаr оlunmаyıb. Həmin dövrdə о, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs оnа ittihаm оlunаn əməl bаrəsində anlaqlı hesab оlunmаlıdır. Оnun hərəkətləri Аzərbаycаn Rеspubliкаsı CMnin 21-ci mаddəsinin təsiri аltınа düşmür. Yохlаnılаn şəхs hаl-hаzırdа dа öz hərəkətlərini dərk еtmək və оnlаrı idаrə еtmək iqtidаrındаdır. Təqsirləndirilən şəxs оğlunun məcburi müаlicəyə еhtiyаcı yохdur. (İ cild, i.v. 214-216) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5/680 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 10" əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Mi A2 Lite” markalı “M1805D1SG” modelli “**********31190, **********31208” “ımeı” kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Xiaomi Mi A2 Lite” markalı “M1805D1SG” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər, audio, foto, video fayllar, “WhatsApp” proqram təminatı vasitəsi ilə aparılmış foto fayllar və sairə) mövcud olan məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş bir ədəd DVD-R diskə). Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Xiaomi Mi A2 Lite” markalı “M1805D1SG” modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş “Xiaomi Mi A2 Lite” markalı“M1805D1SG” modelli mobil smartfonun yaddaşına quraşdırılmış “WhatsApp proqram təminatı vasitəsi ilə aparılmış (buraxılmış, qəbul olunmuş, çıxan) səsli zənglər müəyyən olundu, lakin rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə qeyd olunan səsli zəngləri köçürərək istintaq orqanına təqdim etmək mümkün olmadı. (İ cild, i.v. 218-223) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1, 234.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 244-246) Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 4(001)-848/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. (İ cild, i.v. 285-290) Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının məhkəmənin sorğusuna cavab məktubundan və ona əlavə olunmuş tibbi kitabçadan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar olunmamışdır. Binəqədi rayon Prokurorluğundan məhkəməyə daxil olmuş sorğuya cavab məktubundan və ona əlavə olunmuş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hər hansı şəxsin əməlində hər hansı cinayətin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Doğum haqqında şəhadətnamlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2018-ci il təvəllüdlü X6 adlı yetkinlik yaşına çatmayan və azyaşlı uşaqları vardır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə, Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, təzyiqlərə məruz qaldığından ibtidai istitaq zamanı etirafedici ifadələr verməsi və s. ilə bağlı verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə etməsini, saxlamasını və daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1, 234.1-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan əməl ağır, CM-in 234.1-ci maddəsində nəzərdə tutulan əməl isə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59.1.4, 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı və bir nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1, 234.1-1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2023-cü il tarixdə, saat 13:00-da məhdudlaşdırılaraq, həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə saxlanıldığı MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Sadalanan iş materiallarından müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 14.00-dan tutulmuş hesab edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 14:00-dan hesablanmış, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli qərar ilə həbsdə saxlama müddəti 20 gün uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 252 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş tədqiqatdan sonra qalıq çəkiləri 2,091 qram narkotik vasitə heroin, 0,290 qram narkotik vasitə heroin, 0,148 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video görüntülərinin köçürüldüyü 02 ədəd DVD formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 70 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 70 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 saat hüquqi yardıma görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 manat məbləğində pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1, 234.1-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Binəqədi RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş tədqiqatdan sonra qalıq çəkiləri 2,091 qram narkotik vasitə heroin, 0,290 qram narkotik vasitə heroin, 0,148 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video görüntülərinin köçürüldüyü 02 ədəd DVD formatlı disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 252 (iki yüz əlli iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 70 (yetmiş) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 420 (dörd yüz iyirmi) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1979/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1979/2023
28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver