Məhkəmə qərarları › İş №1(101)-1979/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1979/2025

24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1979/2025 24.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Fəxri Afiq oğlunun (sədrlik edən), Əsgərova-X5 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi - X2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 oğlunun iştirakları ilə, xx xxxxx 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, Bakı şəhəri, Yasamal rayonu, Akim Abbasov küçəsi ev 10, mənzil 37-də qeydiyyatda olmaqla yaşayan, hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan mexaniki nəqliyyat vasitəsini idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 20 iyul 2025-ci il tarixdə saat 20:43-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələbinə zidd olmaqla mexaniki nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan motosikletdə sərnişin kimi Zərərçəkmiş şəxs olmaqla idarə etdiyi “Kavasaki” markalı 10 A 565 dövlət qeydiyyat nişanlı motosikleti Bakı-Salyan yolunun 10-cu kilometrliyində Bakı şəhəri istiqamətində yolun sol kənarı ilə hərəkət etdirərkən hadisənin qarşısını almağa texniki imkanı olsa da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, diqqətini tam dəyişən yol şəraitindən və motosikletin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq motosikleti hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməklə yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkət və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda, bunu etməyib, idarə etməyə nəzarəti itirərək motosikletin sol yan hissəsini yolu hərəkət istiqamətlərinə ayıran metal konstruksiyaya və yerə bərkidilmiş istiqamətləndirici nişana vurması nəticəsində sərnişin Zərərçəkmiş şəxs motosikletdən yerə yıxılaraq baş beyin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, beyin kötüyünə və beyinciyinə qansızmalar, kəllə və üz sümüklərinin sınıqları, İ, İİ toxumalar altına qansızmalar, sol gicgah-təpə və alın nahiyəsinin sağ yarısının sıyrıqları, sol ağciyərin cırılmış yaraları və ağciyərlərə qansızmalar, dalağın cırılmış yarası, sol böyrək ətrafı yumşaq toxumalara və böyrəyə qansızmalar, soldan İV, V, Vİ qabırğaların sınıqları və qabırğaarası əzələlərə qansızma, sol bazu sümüyünün qapalı yerdəyişmiş sınığı, sol bazu oynağı-bazu nahiyəsinin sıyrıqları və sol bazu nahiyəsinin qançırı, çənə sümüyünün yerdəyişmiş qəlpəli sınığı, soldan İİ və sağdan İİİ dişlərin diş ətinə qansızmalar, alt dodağın cırılmış yaraları və çənəaltı nahiyənin sıyrığı, sol diz oynağı nahiyəsinin əzilmiş-cırılmış yarası və sıyrığı, hər iki gözaltı nahiyənin və hər iki üst göz qapaqlarının, burun nahiyəsinin qançırları, boyun, bel, qarın, sol bud, sol baldır, sol yanaq, sol almacıq nahiyələrinin sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan və ölümlə səbəbli əlaqəsi olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almaqla ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2025-ci ilin iyul ayının 20-də saat 16 radələrində İnci ilə görüşmüşlər. Həmin gün İncinin istirahət günü olmuş, birlikdə dəniz kənarına getməyə qərar vermişlər. Daha sonra onlar dənizə getmişlər. Təxminən 4 saat çimərlikdə olmuşlar. Daha sonra saat 20 radələrində evə qayıtmağa qərar vermişlər. Hadisə baş verən yerdə o ikinci döngə olduğunu nəzərə almamışdır. Birinci döngəni keçdikdən sonra sürətini bir az artırmışdır. Sol zolaqda hərəkət edən zaman yolu ayıran maneəyə dəymişlər və idarəetməni itirmişdir. Bir az irəlidə o plakata dəymiş, yerə yıxılmış və özündən getmişdir. Onun dəydiyi plakata İnci də dəymişdir. Sonrakı hadisələri huşunu itirdiyindən xatırlamır. Məhkəmədə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, idarə etdiyi motosiklet faktiki olaraq ona məxsusdur. O motosikleti hadisədən bir neçə gün əvvəl almışdır. Motosikleti almağa gedən zaman özü ilə motosikletlərdən başı çıxan bir tanışını aparmışdır. Həmin gün motosikleti almağa qərar vermişdir. Motosikleti onun adına keçirmək mümkün olmadığına görə yanında apardığı tanışının adına rəsmiləşdirmişlər, sonradan isə öz adına keçirəcəkmiş. Həmin tanışı ona ümumi etibarnamə vermişdir. Onun sürücülük hüququ yoxdur. O sürücülük vəsiqəsi almaq üçün müraciət etmişdir. Hadisə baş verdiyi həftədə o vəsiqəsini götürəcəkmiş, lakin hadisəyə görə vəsiqəsini götürə bilməmişdir. Motosikleti 9 500 manata almışdır. Hadisə baş verən vaxt sürəti təxminən 80 km/saatdan yuxarı olarmış. O, həmin motosikleti hadisədən 3 gün əvvəl almışdır. O, əvvəllər maksimum sürəti 50 km/saat olan motosiklet idarə etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və tərəflərin razılığı ilə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsindən görünür ki, psixi cəhətdən sağlamdır, heç bir dispanser qeydiyyatına alınmamışdır. Ali təhsilini bitirdikdən sonra hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra ixtisasına uyğun iş tapa bilmədiyi üçün “Volt” çatdırılma xidmətində işləmişdir. Əvvəllər piyada, velosiped və ya mopedlə kuryerlik etmişdir. O, orta məktəbdə oxuyarkən babasının iki təkərli motosikletini idarə etmiş, uşaqlıq xatirələrinə görə 2025-ci ilin iyul ayının ortalarında 9500 manata özü üçün, lakin Aydının adma baş etibarnamə tərtib edilməklə Kavasaki markalı 10 A 565 dövlət qeydiyyat nişanlı motosikleti almışdır. Sürücülük vəsiqəsi olmadığı üçün o, motosikleti öz adına sənədləşdirə bilməmiş, Aydının adından da ona etibarnamə verilməmişdir. Lakin nəqliyyat vasitəsi - motosiklet idarə etmək üçün sürücülük vəsiqəsi olmamış, düşünmüşdür ki, bir qədər idarə etsin, daha da sürməyini təkmilləşdirsin, sənədlərini toplayıb, imtahana hazırlaşıb sürücülük hüququ almaq üçün müraciət edər. Həmin motosikletlə kuryerlik fəaliyyəti ilə məşğul olmamışdır. 20 iyul 2025-ci il tarixdə o, sevdiyi Zərərçəkmiş şəxs ilə şəhərdə görüşmüş, həmin gün istirahət günü olmuşdur. O, İncini təxminən 4 ay olardı ki, tanıyırmış, onunla evlənmək qərarına gəlmişdir. İnci ilə bir müddət şəhərdə gəzmiş və saat 16 radələrində İnci ilə birlikdə aldığı həmin motosikletlə Şıx qəsəbəsində fəaliyyət göstərən “X14” çimərliyinə getmişlər. Çimərlikdə yemək yemişlər, İnci spirtli içki qəbul etmiş, o isə alkoqol qəbul etməmişdir. Axşam saat 20 radələrində çimərlikdən çıxmışlar. O, motosikletdə qabaqda oturmuş, İnci isə onun arxasında əyləşmişdir. Baş geyimlərini hər ikisi geyinmişlər. Şıx qəsəbəsindən avtomobil yolu ilə Xırdalan şəhərinə doğru hərəkətə başlamışlar. Saat təxminən 20:40 radələrində Kavasaki markalı 10 A 565 dövlət qeydiyyat nişanlı motosikleti Yeni Salyan yolunda yolun sol yan hissəsi ilə iki yol ayrıcını ayıran, yəni hərəkət istiqamətlərini ayıran dəmir konstruksiyaya-maneəyə yaxın saatda 100 km sürətdən artıq sürətlə hərəkət edirmiş, yolun hansı hissəsi olduğunu xatırlamır. Motosikleti dəmir maneəyə çox yaxın hərəkət etdirdiyi üçün motosikletin sol yan hissəsi qarşısındakı dəmir maneənin kənarına yerə bərkidilmiş yol istiqamətləndirici plakata - nişana dəymiş və arxasında oturan İnci yerə yıxılmışdır. O da bir qədər qabaqda motosikletdən aşmışdır. İncinin nəyə dəydiyini, hara yıxıldığını görməmişdir. O, aldığı xəsarətlərdən huşunu itirmiş, ayıldıqda xəstəxanada olduğunu bilmişdir. Sonradan ona məlum olmuşdur ki, İnci vəfat etmişdir. O, bir neçə xəsarət alsa da hazırda yalnız sol çiynində bir qədər ağrılar hiss edir, ümumilikdə sağalmış, ağrıyan yeri yoxdur. Motosiklet əsl həqiqətdə ona məxsusdur, öz pulu ilə 9500 manata almışdır. Sürücülük vəsiqəsi olmadığı üçün motosikleti öz adına sənədləşdirə bilməmişdir, ona görə də, dostu Aydının adına sənədləşdirmişdir. Hadisə vaxtı sürəti saatda 100 km-dən artıq olardı. Belə ki, hadisənin videoçəkilişinə baxdıqda bu görünür. O, şahid qismində dindirilərkən dəqiq bilmədiyini demək istəmişdir. (cild 1, iş vərəqə 138-140) İbtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edildikdən sonra Təqsirləndirilən şəxs məhkəmədə verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, istintaq vaxtı verdiyi ifadəsində də sürətinin 80 km/saatdan çox olduğunu demişdir. O ayılanda artıq xəstəxanada olmuşdur. Onun ailəsi zərərçəkmişin ailəsinin yanına getmişdir. İnci ilə hadisədən 5 ay əvvəl tanış olmuşlar. Çimərlikdə olan zaman o içki içməmiş, İnci isə içki içmişdir. O özünü pis hiss etdiyini, avtomobillə qayıtmaq istədiyini demiş və keçib avtomobilə əyləşmişdir. Yunus adlı dostu İnciyə də avtomobilə keçməsini demiş, İnci isə motosikletlə qayıtmaq istədiyini bildirmişdir. O İnciyə avtomobilə oturmasını təkid etmişdir. Yunus da İnciyə avtomobilə oturmasını, istədikləri yerdə onları düşürəcəyini demişdir. İnci isə Yunusun onlardan əl çəkməsini demişdir. O mübahisə yarandığını görüb, Yunusa onların getdiyini demişdir. Sosial şəbəkə hesabında paylaşdığı 200 km/saat sürətlə idarə olunan motosiklet ona məxsus deyildir. O, sosial şəbəkə hesabında İnci ilə olan xatirələrini paylaşırmış. Motosikletdə nasazlıq olmamışdır. Hadisə baş verən zaman İnci onun arxasında əyləşmişdir. Motosikleti idarə edən zaman İnci onun fikrini yayındıracaq heç bir hərəkət etməmişdir. Çırpıldıqları lövhəni o görməmişdir. Hadisənin baş verməsinə səbəb onun ikinci döngənin olduğunu nəzərə almamağı və sürəti artırmağı olmuşdur. İbtidai istintaq zamanı ifadələrini oxumamış, müstəntiq də ona oxumamış, amma özü qol çəkmişdir. Törətdiyi əməldən peşmandır. Hal hazırda zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmışlar, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 göstərmişdir ki, hadisə barədə ona axşam vaxtı polis əməkdaşlarından kiminsə zəng vurması nəticəsində məlumatı olmuşdur. O özü Göyçay rayonunda yaşayır. İnci Bakıda anası ilə birlikdə yaşayırmış. O, həm işləyib, həm də oxuyurmuş. Onlar İncinin anası ilə ayrılmışlar. Hadisə barədə məlumat aldıqdan sonra Səbail RPİ-yə yaxınlaşmışdır. Təqsirləndirilən şəxsin ailəsi tərəfindən dəfn, yas xərclərində heç bir köməklik olmamışdır. Təqsirləndirilən şəxsin ailəsi hadisədən 7 gündən sonra gəlmişdirlər. Yas zamanı təqsirləndirilənin dayısı gəlib “əslində biz bura elçi gələcəkdik” demiş, bu da onun xoşuna gəlməmişdir. İncinin motosiklet almaq istəyi olmuşdur. İnci sürücülük vəsiqəsi almağa hazırlaşırmış. Düşünür ki, Həbiblə də bu səbəbdən tanış olmuşlar ki, sonuncu İnciyə motosiklet idarə etməyi öyrətsin. Hadisə günü də üzərilərində xeyli pul olmuşdur. Düşünür ki, bu pul motosiklet almaq üçün beh verməyə görə olmuşdur. Həbibin valideynləri yas mərasiminə üç dəfə gəlmişlər. Bir dəfə Həbibin dayısı gəlmiş, daha sonra anası gəlmişdir. Qızının 7-si günü də anası gəldiyini, yolda olduğunu, amma Həbibin vəziyyəti pisləşdiyi üçün gələ bilmədiyini demişdir. Lakin o sonra müstəntiqdən öyrənmişdir ki, həmin gün Həbibdən ifadə almışdır. Anası ona Həbibin günahkar olduğunu, cəzasını çəkəcəyini demişdir. Hal- hazırda təqsirləndirilən şəxslə barışmışlar. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmiş, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun qızıdır. İnci Əsgərova 20 iyul 2025-ci il tarixdə saat 20:50 radələrində Bakı şəhəri Səbail rayonu Yeni Salyan yolunda Təqsirləndirilən şəxs idarə etdiyi Kavasaki markalı 10 A 565 dövlət qeydiyyat nişanlı motosikletində sərnişin kimi oturub qəzaya düşmüş və nəticədə ölmüşdür. Zərərçəkmiş şəxs müvafiq ekspertizadan sonra dəfn etmişlər. Hadisənin necə baş verdiyini görməmişdir. Zərərçəkmiş şəxs hadisədən bir qədər əvvəl, yəni 20 iyul 2025-ci il tarixdə axşam saatlarında anası ilə əlaqə saxlayaraq mobil telefonunun şarjının olmadığını, Təqsirləndirilən şəxs və digər dostları ilə birlikdə çimərlikdə yeyib-içdiklərini, viski qəbul etdiyini anasına demişdir. Ona görə də, Həbibin sərxoş halda motosikleti idarə etməsindən şübhələnir. (cild 1, iş vərəqə 42-44) Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X6 ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş ziyanın tam həcmdə ödənildiyini, Təqsirləndirilən şəxsla barışdığını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Həbib onun dostudur. O motosiklet ustasıdır. Həbib özünə motosiklet almağa gedən zaman onun motosikletlərdən başı çıxdığı üçün onunla getməyini xahiş etmişdir. Daha sonra onlar motosiklet almağa getmişlər. Axşam vaxtı olduğuna görə motosikleti rəsmiləşdirməyə gedə bilməmişlər. Motosikletin sahibi ona onlayn formada baş etibarnamə vermişdir. Həmin gün cümə günü olmuşdur. Onlar danışıb razılaşmışlar ki, həftənin birinci və ya ikinci günü motosikleti Həbibin adına keçirərlər. Həbibin sürücülük vəsiqəsi olmamış, bu səbəbdən Həbib motosikleti idarə edə bilməmişdir. Buna görə də o motosikleti Sumqayıtdan Yasamal rayonuna qədər sürüb gətirmişdir. Onlar Həbiblə razılaşmışlar ki, sürücülük vəsiqəsi alana qədər motosikleti idarə etməyəcək. O, həmin həftənin bazar günü Həbibin motosikletlə qəza etdiyini öyrənmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid bildirmişdir ki, o hadisə günü Həbibin zərərçəkmiş şəxslə görüşəcəklərini və motosiklet idarə edəcəklərini bilməmişdir. O evdə olduğu vaxt ona şəkil və video göndərmişlər ki, motosiklet sənin adınadır, yalnız bundan sonra hadisədən məlumatı olmuşdur. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, ayıq sürücü işləsə də, əsasən tanışların moped və motosikletlərini təmir edir. 2025-ci ilin iyul ayının ortalarında kuryer kimi işlədiyini bildiyi tanışı Təqsirləndirilən şəxs ona müraciət edərək özü üçün Kavasaki markalı motosiklet almaq İstədiyini deyib onunla birlikdə Sumqayıt şəhərinə gedərək həmin motosikletə bir usta kimi göz gəzdirməyini, necə işlədiyini yoxlamasını xahiş etmişdir. Birlikdə dediyi Kavasaki markalı 10 A 565 dövlət qeydiyyat nişanlı motosikletə baxmışlar. Motosikletin heç bir problemi olmamışdır. Motosikletin qiymətini satıcı Əli ilə 9500 manata razılaşmışlar. 17 iyul 2025-ci il tarixdə Sumqayıt şəhərində Həbib Əliyə 9500 manat pul vermişdir. Lakin Həbibin ümumiyyətlə sürücülük vəsiqəsi olmadığından, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadığından ondan xahiş etmişdir ki, həmin motosikleti müvəqqəti olaraq onun adına sənədləşdirsinlər, Əli ona motosikletə görə baş etibarnamə versin. Razılaşmaya görə, Həbib qısa müddət ərzində sürücülük vəsiqəsi alacaqmış və sonra o, öz adından motosikletə dair Həbibə baş etibarnamə verəcəkmiş. O, Həbiblə razılaşmış, lakin bildirmişdir ki, motosiklet onun adına sənədləşirsə, sürücülük hüququ almadan motosikleti idarə etməsin. Həbib razılaşmışdır. Motosiklet faktiki olaraq Həbibə məxsus olduğundan motosikleti aparıb Həbibgilin evinə - Yasamal rayonu Akim Abbasov küçəsi 10 saylı binaya aparmışlar. Həbib özü də ona bildirmişdir ki, sürücülük vəsiqəsi olmadan idarə etməyəcək. Sonradan ona məlum olmuşdur ki, Həbib 20 iyul 2025-ci il tarixdə Yeni Salyan yolunda Kavasaki markalı 10 A 565 dövlət qeydiyyat nişanlı motosikleti idarə edərək qəza törətmiş və motosikletdə sərnişin olan əvvəllər bir neçə dəfə Həbibin yanında gördüyü İnci adlı qız ölmüşdür. Hadisənin necə baş verdiyini görməmiş, orada olmamışdır. (cild 1, iş vərəqə 157-159) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. (cild 1, iş vərəqə 1) xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 20:52 radələrində DİN-nin TŞX-dən DİN-nin 102 xidmətinə məlumat verilmişdir ki, Səbail rayonu Bibiheybət Məscidinin yaxınlığında Motosiklet maneəyə dəymiş, 1 nəfər ölmüş, 1 nəfər yaralanmışdır. (cild 1, iş vərəqə 3) xx.xx.2025-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisənin Bakı şəhəri Səbail rayonu Bakı- Salyan yolunun 10-cu kilometrliyində Bakı şəhəri istiqamətində yolun sol kənarında baş verməsi müəyyən edilmişdir. Baxış barədə protokol tərtib edilmiş, hadisə yerinin sxemi və fotoşəkilləri çəkilmişdir. (cild 1, iş vərəqə 4-10) Bakı şəhəri Səbail RPİ-nin xx.xx.2025-ci il tarixli, 47/2-15536 saylı məktubundan görünür ki, cinayət işi üzrə “Giriş-çıxış və qeydiyyat” İAMAS-ın “Sərhədkeçməyə məhdudiyyət” siyahısında Təqsirləndirilən şəxs ölkədən çıxışına məhdudiyyət qoyulmuşdur. (cild 1, iş vərəqə 20-21) xx.xx.2025-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanmasına başlamazdan əvvəl Səbail RPİ-nin inzibati binasının həyətində sürücüsü olduğu motosikllə törətdiyi yol-nəqliyyat hadisəsi yerini və yol şəraitini əyani göstərməsi təklif olunmuş, bu təklifdən sonra şahid Təqsirləndirilən şəxs göstərdiyi yolla Bakı-Salyan yolu ilə Bibiheybət məscidini keçib sağa dönüş edərək şosse yolu ilə Salyan yolu ilə «Dostluq» kompleksinin kəsişməsini keçib «Velosiped yarışı» meydanını keçib «Ramada» restoranının tuşundan əks hərəkət zolağına keçmiş və şahid Təqsirləndirilən şəxs əks hərəkət yolunu ayıran dəmir maneədə olan batıq yeri göstərib bildirmişdir ki, idarə etdiyi motosikl ilk olaraq sükanı silkələnməklə həmin yerə dəymişdir, həmin yerdən bir qədər qarşıda (göstərdiyi yer tərəfimizdən 5 metrlik ölçü ilə ölçüldü 20 metr oldu) dəmir maneəni göstərib motosiklin 2-ci dəfə həmin maneəyə dəyməsini, sonra motosiklin hərkətini davam etdirərək həmin yerdən qarşıda (göstərdiyi məsafə tərəfimizdən 5 metrlik ölçü ilə ölçüldü və 27 metr olduğu müəyyən edildi) göstərib orada arxada oturan sərnişin Zərərçəkmiş şəxs motosikldən yıxılmasını, həmin yerdən qarşıda olan maneədəki sürtünmə yerini göstərib (əvvəlki yerdən 23 metr məsafədə) motosiklin yenidən maneəyə dəyməsini və həmin vaxt motosikldə olmasını, oradan motosikldə olmaqla motosiklin irəli hərəkət etməsini və irəlidə motosikldən yıxılmasını (həmin məsafə tərəfimizdən ölçüldü və 27 metr olması müəyyən edildi) və motosiklin sonra da hərəkətini avtomatik davam etdirdiyini və həmin vaxt huşunu itirdiyindən sonra nə baş verdiyini xatırlamadığını bildirmişdir. (cild 1, iş vərəqə 31-33) AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və AZ-İ№884879 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixində doğulmuş İnci adlı uşağın atası X4r. (cild 1, iş vərəqə 34-35) xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X6 20 iyul 2025-ci il tarixində Bakı şəhəri, Səbail rayonu, Şıxov ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində aldığı xəsarətlərdən hadisə yerində vəfat etmiş qızı Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmasını xahiş etmişdir. (cild 1, iş vərəqə 36) xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, X1 əri X2 mərhumə qızı Zərərçəkmiş şəxs hüquqi varisi olaraq tanınmasına etiraz etmir. (cild 1, iş vərəqə 37) xx.xx.2025-ci il tarixli “zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə nəticəsində aldığı xəsarətlərdən öldüyündən atası X6 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə onun hüquqi varisi kimi tanınmış, ona hüquq və vəzifələri izah edilmişdir. (cild 1, iş vərəqə 38-41) Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, Kavasaki markalı, 10 A 565 dövlət qeydiyyat nişanlı motosiklet xx.xx.2026-cı il saat 23:59-dək Şahid etibar edilmişdir. (cild 1, iş vərəqə 47-48) Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-13-16/ 2-159066/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1999cu il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmişdir. (cild 1, iş vərəqə 52) Məhkəmə tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 56 nömrəli rəyindən görünür ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin üzərində baş beyinin toxumasına, qişalarına və mədəciklərinə qansızmalar, beyin kötüyünə və beyinciyə qansızmalar, kəllə və üz sümüklərinin sınıqları, İ, İİ, Vİ boyun fəqərələrinin sınıqları, başın sol alın-təpəgicgah və sol alın-təpə nahiyəsində yumşaq toxumalar altına qansızmalar, sol gicgah-təpə və alın nahiyəsinin sağ yarısının sıyrıqları, sol ağciyərin cırılmış yaraları və ağciyərlərə qansızmalar, dalağın cırılmış yarası, sol böyrək ətrafı yumşaq toxumalara və böyrəyə qansızmalar, soldan İV, V, Vİ qabırğaların sınıqları və qabırğaarası əzələlərə qansızma,sol bazu sümüyünün qapalı yerdəyişmiş sınığı, sol bazu oynağı- bazu nahiyəsinin sıyrıqları və sol bazu nahiyəsinin qançırı, çənə sümüyünün yerdəyişmiş qəlpəli sınığı, soldan İİ və sağdan İİİ dişlərin diş ətinə qansızmalar, alt dodağın cırılmış yaraları və çənəaltı nahiyənin sıyrığı, sol diz oynağı nahiyəsinin əzilmiş-cırılmış yarası və sıyrığı, hər iki gözaltı nahiyənin və hər iki üst göz qapaqlarının, burun nahiyəsinin qançırları, boyun, bel, qarın, sol bud, sol baldır, sol yanaq, sol almacıq nahiyələrinin sıyrıqları kimi xəsarətlər aşkar edilmiş, az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərərvurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, xəsarətlərin qərarın təsviri hissəsində göstərilən yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür, Zərərçəkmiş şəxs ölümünə səbəb baş beynin toxumasına, qişalarına, mədəciklərinə, beyin kötüyünə, beyinciyə qansızmalar, kəllə sümüklərinin və boyun fəqərələrinin sınıqları olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitini meyitxanada müayinəsindən başlanandan (xx.xx.2025-ci il tarixdə saat 09:00-dan) 12-16 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild 1, iş vərəqə 58-66) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 74) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-28-29/2-8136/2025 saylı məktubdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (cild 1, iş vərəqə 75) Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “X12” PHŞdən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adına tərtib olunmuş ******* saylı xəstəlik tarixinin surəti təqdim olunmuşdur. Qeyd olunan xəstəlik tarixinin surətlərindən görünür ki, müayinə sahəsinə daxil olan sümüklərdə sınıq aşkar olunmamış, sümüklərin anatomik düzülüşü təbiidir, sol kürək sümüyünün cismində yerini dəyişməyən xətti sınıq qeyd olunur, sol ağ ciyərin yuxarı və aşağı paylarınınm lateral-periferik subplevral hissələrində geniş “buzlu şüşə” görüntüsü təyin edilir, sağ ağ ciyərin aşağı payının paramediastinal hissəsində lokal “buzlu şüşə” ocaqları izlənilir. Minimal soltərəfli pnevmotoraks və minimal pnevmomediastinum nəzərə çarpır. Traxeyanın mənfəzində minimal yığıntılar var. Plevral boşluqlarda maye toplantısı izlənilmir. Ürək-ölçüləri böyüməyib. Perikardda maye izlənilmir. (cild 1, iş vərəqə 76-95) Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/1933 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, Kavasaki markalı, 10 A 565 dövlət qeydiyyat nişanlı motosiklin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasın Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs motosikleti sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (cild 1, iş vərəqə 96-99) xx.xx.2025-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan və qəbzdən görünür ki, cinayət işi üzrə Kavasaki markalı 10 A 565 dövlət qeydiyyat nişanlı motosiklet maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs təhvil verilmişdir. (cild 1, iş vərəqə 100-101) xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsindən həmin Məcəllənin 263-1.3-cü maddəsinə tövsif edilmişdir. (cild 1, iş vərəqə 105) xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 oktyabr 2025-ci il tarixdə saat 14:00 dəqiqədə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (cild 1, iş vərəqə 115-116) xx.xx.2025-ci il tarixli “məlumat daşıyıcısı olan diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baş vermiş hadisənin görüntülərini əks etdirən videogörüntüyə baxış keçirlmiş, baxış zamanı müəyyən edilmişdir ki, 20 iyul 2025-ci il tarixdə saat 20:43də Kavasaki markalı 10 A 565 dövlət qeydiyyat nişanlı motosiklet yolun hərəkət hissəsinin solu ilə hərəkət istiqamətlərini ayıran metal konsturuksiyaya yaxın yüksək sürətlə hərəkət zamanı həmin yerdə müvafiq ara məsafəsi ilə yerə bərkidilmiş metal istiqamətləndirici nişana dəymiş və motosikleti idarə edən sürücünün arxasında oturan şəxs zərbədən yerə yıxılmışdır. Motosiklet bir qədər hərəkət etdikdən sonra aşmış və sürücü də irəlidə yerə yıxılmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, sürücü Təqsirləndirilən şəxs, yerə yıxılan sərnişin isə Zərərçəkmiş şəxs olmuşdur. (cild 1, iş vərəqə 129) xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 263-1.3-cü maddəsi ilə ittiham elan edilmişdir. (cild 1, iş vərəqə 130-132) Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi haqqında 27 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X10 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir. (cild 1, iş vərəqə 143-144) xx.xx.2025-ci il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, tutulduğu Bakı şəhəri Səbail RPİ-nin X7 azad edilmişdir. (cild 1, iş vərəqə 145-147) xx.xx.2025-ci il tarixli “cinayət işinin icraatının dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (cild 1, iş vərəqə 148-149) xx.xx.2025-ci il tarixli “cinayət işinin icraatının təzələnməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. (cild 1, iş vərəqə 151-152) Şahid tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs öz pulu ilə aldığı, lakin Şahid adına verilən baş etibarnamə ilə sənədləşdirilən Kavasaki markalı 10 A 565 dövlət qeydiyyat nişanlı motosikleti 20 iyul 2025-ci il tarixdə Şahid icazəsiz idarə etmişdir. Lakin Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur, çünki motosiklet Təqsirləndirilən şəxs məxsus olmuşdur. (cild 1, iş vərəqə 160) xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263- 1.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs alkoqol və ya narkotik vasitə sərxoşluğu halında motosikleti idarə etməsinin istisna olunması nəzərə alınmış, cinayət işi üzrə hadisənin görüntülər olan bir ədəd CD disk özündə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları əks etdirdiyindən iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, Kavasaki markalı 10 A 565 dövlət qeydiyyat nişanlı motosiklet iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və müvafiq qəbzlə Təqsirləndirilən şəxs Hamiq oğluna təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 185-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. (cild 1, iş vərəqə 161-166) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-1.3-cü maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair” 24 sentyabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsini, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin ifadələrini, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 263-1.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl ehtiyatsızlıqdan törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2013-cü il 15 noyabr tarixli 5 nömrəli Qərarının 21-ci bəndinə görə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, dəymiş ziyanı ödəməsini, ona qarşı şikayət və tələbin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını iş üzrə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halın mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, CM-in 60-cı maddəsinin tələblərini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrum etmə növündə əsas cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında”qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, bu cinayətləri törətməkdə təqsirləndirilən şəxslərin sürücülük hüququnun olmaması onun barəsində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəzanın tətbiq olunmasına maneə deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə əsas və nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. CM-in 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. CM-in 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzanın əvvəli onun müvafiq səlahiyyətli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, onun haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 128 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış «kavasaki» markalı, 10A565 dövlət qeydiyyat nişanlı motosikletin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan «kavasaki» markalı, 10A565 dövlət qeydiyyat nişanlı motosikletin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın, Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz Şəhər Xidmətindən daxil olmuş 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 hər iş saatına 11 manat hesab edilməklə, cəmi 110 (bir yüz on) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Mahirə Kərimova Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar