Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-198/2022 08.04.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokurorları X3 və Dövlət ittihamçısı müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1979-cu il iyulun 11-də Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2020-ci il 24 sentyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il 09 ay müddətinə, Azərbaycan Respublikasının CM-nin 69.3.-cü maddəsinə əsasən 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli qərarı ilə həmin hökm dəyişdirilməklə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş,Azərbaycan Respublikasının CM-nin 69.3.-cü maddəsinə uyğun olaraq üzərində 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcının 2021-ci il sentyabrın 16-dan hesablanması qərara alınmış, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2020-ci il 24 sentyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının 69.3.-cü maddəsinə əsasən 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməklə cəza çəkdiyi halda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci il mayın 24-də saat 12 radələrində Sumqayıt şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq 455 qram təmiz çəkidə, yəni külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3,195 qram təmiz çəkidə, yəni külli miqdarda ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində daşımış, habelə yaşadığı evdə saxlamış və 2021-ci il mayın 24-də saat 18 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərim İsmayılov küçəsi, ev 5 ünvanının qarşısında saxlanmaqla bölmənin inzibati binasına gətirilmiş, orada videoçəkilişlə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,176 qram təmiz çəkidə ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında videoçəkilişlə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə baxış keçirilərkən yataq otağındakı çarpayının üzərində olan qara rəngli qutunun içərisindən bir ədəd bükümdə 455 qram təmiz çəkidə, yəni külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin üzərindən aşkar edilən psixotrop maddə metamfetaminlə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynilik təşkil edən ümumilikdə 3,019 qram təmiz çəkidə, yəni külli miqdarda ağ rəngli uzunsov formalı parlaq kristallardan ibarət psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan elektron tərəzi aşkar edilməklə götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə ona elan edilən ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik aludəçisi olsa da heç vaxt həmin maddələrin satışını həyata keçirməmişdir. Tutularkən üzərində yarım qram psixotrop maddə metamfetamin olmuşdur. İttiham edildiyi digər predmetlər ona məxsus deyildir. Polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi nəticəsində istintaqdakı ifadələrini təsdiq edib imzalamış, bu haqda hər hansı bir orqana şikayət etməmişdir. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis kapitanı olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili işləmiş Şahid1 ifadəsində göstərdi ki, 2021-ci il mayın 24-də Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatını yoxlamaq üçün ondan, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır, həmin tarixdə saat 18 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərim İsmayılov küçəsi, ev 5 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq özlərini təqdim edib sonuncunun şəxsiyyətini müəyyən etdikdən sonra narkotik maddələrin qanunsuz dövriyyəsində şübhələnildiyini bildirməklə göstərilən şəxsi polis bölməsinə gətirmişlər, orada videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən sonuncu əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd ağ rəngli sellofan bükümü çıxararaq təqdim edib içərisindəki psixotrop maddə metamfetamini 2021-ci il mayın 24-də saat 12 radələrində Sumqayıt şəhərində Cavad adlı şəxsdən öz istifadəsi üçün almaqla üzərində saxladığını bildirmişdir. Aşkarlanan büküm qablaşdırılaraq götürülmüş, Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olduğunu bildirdiyindən sonuncunun yaşadığı ünvan 1 ünvanında videoçəkilişlə müdafiəçinin iştirakı ilə baxış keçirildikdə yataq otağındakı çarpayının üzərində olan qara qutunun içərisindən ağ rəngli iki ədəd sellofan büküm və bir ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümlərdən birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu, onları 2021-ci il mayın 24də Sumqayıt şəhərində Cavad adlı şəxsdən öz şəxsi istifadəsi üçün əldə etməklə yaşadığı evdə saxladığını bildirmişdir. Tərtib edilən protokolların düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs saxlanarkən və bölmədə olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İş üzrə şahid qismində dindirilən hadisə ərəfəsində polis baş serjantı olaraq Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin cinayət-axtarış üzrə kiçik əməliyyat müvəkkili işləmiş Şahid3 Şahid1 ilə analoji ifadə verdi. Məhkəmə iclasında elan edilərək tədqiq olunan Təqsirləndirilən şəxs ibtidai araşdırmada verdiyi ilkin izahatda, şübhəli və təqsirləndirilən şəxslər qismindəki ifadələrdə ittiham olunduğu əməli qismən etiraf edib uzun müddətdir narkotik aludəçisi olduğunu, narkotikların satışı ilə məşğul olmadığını, onları yalnız özünün istifadəsi üçün əldə etdiyini, polis əməkdaşları tərəfindən hər hansı təzyiqə məruz qalmadığını göstərmişdir (iş vərəqi 34, 55-57 və 71-73). Məhkəmə iclasında elan edilərək tədqiq olunan ibtidai istintaqda şahid qismində dindirilən hadisə ərəfəsində polis baş leytenantı olmaqla Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili işləmiş Şahid2 Şahid1 ilə uyğun ifadə vermişdir (iş vərəqi 122-125). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin 2021-ci il 24 may tarixli raportlarından və protokolundan, eyni tarixli əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair qərarından, habelə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2021-ci il 25 may tarixli qərarının surətindən görünür ki, Rasim adlı şəxsin narkotik vasitə qanunsuz saxlaması və istifadə etməsi barədə daxil olan məlumatı yoxlamaq üçün əməliyyat-axtarış qrupu yaradılmış, 2021-ci il mayın 24-də saat 18 radələrində sonuncu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Kərim İsmayılov küçəsi, ev 5 ünvanının qarşısında saxlanaraq bölmənin növbətçi hissəsinə təhvil verilmişdir, məhkəmə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərarı qanuni hesab etmişdir (iş vərəqi 4-6, 9-10 və 58). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 24 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 18:00-da Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə anası X2 xəbər vermək hüququ təmin olunmuş, protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmiş, əlavələr və qeydlər daxil olmamışdır (iş vərəqi 20). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 24 may tarixli protokoldan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd ağ rəngli sellofan bükümü çıxarıb təqdim etməklə içərisindəki psixotrop maddə metamfetamini 2021-ci il mayın 20-də Sumqayıt şəhərində Cavad adlı şəxsdən aldığını və şəxsi istifadə edilməsi üçün üzərində saxladığını bildirmiş, tərtib edilən protokol bütün iştirakçılar tərəfindən imzalanmış, heç bir şikayət, təklif və qeydlər daxil olmamışdır (iş vərəqi 31-32). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin tərtib etdiyi 2021-ci il 24 may tarixli protokoldan görünür ki, videoçəkilişlə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış vaxtı yataq otağındakı çarpayının üzərində olan qara rəngli qutunun içərisindən iki ədəd ağ rəngli sellofan bükümdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr, habelə üzərində «Aosai pocket lcale» yazısı olan qara rəngli elektron tərəzi aşkarlanaraq götürülmüş, tərtib edilən protokol bütün iştirakçılar tərəfindən imzalanmış, heç bir şikayət, təklif və qeydlər daxil olmamışdır (iş vərəqi 36). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 24 may tarixli 6/2054 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilib üzərində «Təqsirləndirilən şəxs» yazısı olan dörd ədəd zərfdəki bir ədəd polietilen torbanın içərisində 455 qram təmiz çəkidə qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin; bir ədəd polietilen bükümdə 0,176 qram təmiz çəkidə ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin; bir ədəd polietilen torbacıqda 43,688 qram təmiz çəkidə kütlədəki 3,019 qram təmiz çəkidə ağ rəngli uzunsov formalı parlaq kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin; 40,699 qram təmiz çəkidə xırda ağ rəngli dənəvari formalı kristallar narkotik və psixotrop maddələrə aid olmayan limon turşusu; bir ədəd üzərində «Aosai» yazısı olan qara rəngli elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır, iz şəklində olduğu üçün narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin çəkisini, eləcə də təqdim edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin ilə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş psixotrop maddə metamtefaminin ümumi təmiz çəkisi 3,195 qram olmaqla həmin maddələr xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eynidir, narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı qalıqları müvafiq qaydada 454,8 qram və 3,095 qram təşkil edir, ekspertiza tədqiqatının dəyəri 114 manatdır (iş vərəqi 40-44). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 26 may tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsindən həmin Məcəllənin 234.4.3.-cü maddəsinə tövsif olunaraq sonuncu təqsirləndirilən şəxs qismində cəlb edilib ona qeyd olunan maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (iş vərəqi 59-60 və 63-65). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2021-ci il 26 may tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2021-ci il mayın 24-dən hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (iş vərəqi 87-92). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2021-ci il iyunun 18-də tərtib etdiyi tələbnamədən və məhkəmə hökmünün və qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2008-ci il 17 aprel tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinərək 02 il 07 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub 2010-cu il avqustun 05-də cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2011-ci il 22 noyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq Azərbaycan Respublikası Milli Məclisinin «Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında» 2013-cü il 07 may tarixli qərarı əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2013-cü il 23 iyul tarixli qərarı ilə cəza müddəti 06 ay azaldılmış və 2013-cü il avqustun 21-də cəzasının sonu ilə azad edilmiş; Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2020-ci il 24 sentyabr tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib 02 il 09 ay müddətinə, Azərbaycan Respublikasının CM-nin 69.3.-cü maddəsinə əsasən 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli qərarı ilə həmin hökm dəyişdirilməklə ona 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuş, sonuncunun 2020-ci il mayın 16-dan 2020-ci il mayın 18-dək tutulduğu 02 gün Azərbaycan Respublikasının CM-nin 69.3.-cü maddəsinə uyğun olaraq cəza müddətinə hesablanıb hazırki qərarla təyin olunan cəzadan çıxılmaqla üzərində 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il sentyabrın 16-dan hesablanmışdır (iş vərəqi 105-114 və sair). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Psixiatriya Xəstəxanası» publik hüquqi şəxsinin 2021-ci il 24 iyun tarixli 5418 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs orada müalicədə olmamışdır (iş vərəqi 115). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 03 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış görüntülərinin əks olunduğu bir ədəd DVD diskinə baxış zamanı sonuncunun əynindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd ağ rəngli sellofan bükümü təqdim etməklə içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 2021-ci il mayın 24-də Sumqayıt şəhərində Cavad adlı şəxsdən alaraq şəxsi istifadəsi üçün üzərində saxladığını bildirməsi müəyyənləşdirilmişdir (iş vərəqi 116). İş materiallarındakı Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2021-ci il 03 iyul tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına baxış görüntülərinin əks olunduğu bir ədəd DVD diskinə baxış vaxtı yataq otağındakı çarpayının üzərində olan qara rəngli qutunun içərisindən iki ədəd ağ rəngli sellofan bükümdə narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar maddələrin, habelə üzərində «Aosai pocket lcale» yazısı olan qara rəngli elektron tərəzinin aşkarlanıb götürülməsi, sonuncunun bükümlərin birində narkotik vasitə heroin, digərində psixotrop maddə metamfetamin olduğunu, onları 2021-ci il mayın 24-də Sumqayıt şəhərində Cavad adlı şəxsdən almaqla şəxsi istifadəsi üçün üzərində saxladığını bildirməsi müəyyənləşdirilmişdir (iş vərəqi 117). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin 2021-ci il 19 avqust tarixli 099-8917-1221 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində keçirilən əməliyyataxtarış tədbirləri ilə müsbət nəticə əldə etmək mümkün olmamışdır (iş vərəqi 130). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 2021-ci il 19 iyun tarixli 1995 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunaraq məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqi 131-132). İş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2021-ci il 04 sentyabr tarixli toplanmış sübutların qiymətləndirilməsi və cinayət işinin materiallarından ayrıca icraata cinayət işi ayrılması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 234.4.3.-cü maddəsi ilə elan olunan ittiham qüvvəsində saxlanılmış, maddi sübut kimi tanınıb Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkarlanmaqla götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 454,8 qram və 3,095 qram qalıqları, üzərində «Aosai pocket lcale» yazısı olan qara rəngli elektron tərəzi saxlanılması üçün idarənin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi üçün cinayət işindən Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə cinayət işinin ayrılması qərara alınmışdır (iş vərəqi 136-144 və 146-147). Məhkəmə mövcud sübutlara qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olduğunu, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə, yəni narkotik aludəçisi olsa da heç vaxt həmin maddələrin satışını həyata keçirməməsi, tutularkən üzərində yarım qram psixotrop maddə metamfetamin olmaqla ittiham edildiyi digər predmetlərin ona məxsus olmadıması, polis əməkdaşları tərəfindən ona təzyiq göstərilməsi nəticəsində istintaqdakı ifadələrini təsdiq edib imzalaması barədə dediklərinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və başqa mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 26-cı bəndində göstərilir ki, CPMin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd olunan Qərarının 27-ci bəndində göstərilir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təzyiq göstərilməsi barədə məhkəməyədək icraatda qanunla nəzərdə tutulmuş qaydada hər hansı müraciət edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadələrini təzyiq altında verməsi barədə ifadəsinə qiymət verməklə hesab edir ki, bu, məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin təzyiq tətbiq edilməsi ilə alınmasına dair iddialardan və həmin şəxsin öz maraqlarına əsaslanaraq ittiham olunduğu əməlin tövsif edilməklə daha yüngül cəzanın təyin olunmasına nail olmasına çalışmasından irəli gələn dəlillərindən ibarətdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanununun 1.0.11.-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2021-ci 6 iyul tarixli qərarına əsasən, toplanılan narkotik tərkibli bitkilərdən və ya onların hissələrindən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda və yaxud satış məqsədi ilə istənilən miqdarda narkotik vasitənin hazırlanması və bundan sonra onun saxlanılması, daşınması, göndərilməsi, emal edilməsi, yaxud satılması kimi cinayət əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 17.1-ci maddəsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 234 və 237-ci maddələri ilə tövsif edilməlidir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 nömrəli Qərarının 9cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin Qərarının 4-cü bəndinə görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən Qərarında həmçinin göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanununun şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə İ siyahısında narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, İİ siyahısında psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram müəyyən olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici və şahidlərin ifadələri, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş özünün ibtidai araşdırmadakı ilkin izahatı, şübhəli və təqsirləndirilən şəxslər qismindəki, şahidin ifadələri, maddi sübutların mövcudluğu, ekspert və tibbi yoxlamanın rəyləri, eləcə də iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halı müəyyən etmədi. Məhkəmə habelə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə görə cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 05 noyabr tarixli Qərarının 4-cü bəndinə əsasən, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda çəkilməmiş cəza 6 ay azaldılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib məhkum oldunduğu 02 il 09 ay müddətinə, Azərbaycan Respublikasının CM-nin 69.3.-cü maddəsinə əsasən 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2020-ci il 24 sentyabr tarixli hökmünün Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli qərarı ilə dəyişdirilməklə üzərində Azərbaycan Respublikasının CM-nin 69.3.-cü maddəsinə uyğun olaraq saxlanan 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 05 noyabr tarixli Qərarının 4-cü bəndi əsasında 6 ay azaldılmalı və üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.2.-ci maddəsini əsas tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə məcburi-narkoloji tibbi yoxlamaya əsasən Azərbaycan Respublikasının CM-nin 93.1.-ci və 93.1.2.-ci maddələrinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunmalı, o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının CM-nin 66.5.-ci maddəsinə müvafiq olaraq, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 69.3.-cü maddəsinə əsasən məhkum oldunduğu 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2020-ci il 24 sentyabr tarixli hökmünün Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli qərarı ilə dəyişdirilməklə üzərində Azərbaycan Respublikasının CM-nin 69.3.-cü maddəsinə uyğun olaraq saxlanan 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 05 noyabr tarixli Qərarının 4-cü bəndi əsasında 6 ay azaldılmalı və üzərində saxlanılmalı olacaq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 66.5.-ci maddəsi əsasında hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla ona qəti cəza təyin edilməlidir. İş üzrə mülki iddia və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkarlanıb götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 454,8 qram və 3,095 qram qalıqları, üzərində «Aosai pocket lcale» yazısı olan qara rəngli elektron tərəzi məhv edilməli, iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 70 iş saatı müddətində həyata keçirilmişdir. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 420 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2021-ci il mayın 24-dən hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3.-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1.-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikasının CM-nin 69.3.-cü maddəsinə əsasən məhkum oldunduğu 02 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2020-ci il 24 sentyabr tarixli hökmünün Bakı Apellyasiya Məhkəməsinin 2021-ci il 16 sentyabr tarixli qərarı ilə dəyişdirilməklə üzərində Azərbaycan Respublikasının CM-nin 69.3.-cü maddəsinə uyğun olaraq saxlanan 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası «8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci il 05 noyabr tarixli Qərarının 4-cü bəndi əsasında 6 ay azaldılmalı və üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın, bu cəza Azərbaycan Respublikasının CM-nin 66.5.-ci maddəsi əsasında hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla o, qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2021-ci il mayın 24-dən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə edilmək üçün tibbi xarakterli məcburi tədbirlər təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilməklə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkarlanıb götürülən narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı müvafiq qaydada 454,8 qram və 3,095 qram qalıqları, üzərində «Aosai pocket lcale» yazısı olan qara rəngli elektron tərəzi məhv edilsin, iki ədəd DVD diskinin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. 114 manat təşkil edən ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun nəfinə (VÖEN: **********) 420 manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-198/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-198/2022
08.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver