Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1985/2022 07.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsi ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri «Mərkəz» vəkil bürosunun vəkili Müdafiəçi Xalıq qızının iştirakları ilə xx xxxxxxx 1987-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə 28 iyun 2018-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə AR CM-nin 234.4.3, 93.1.2-ci maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 09 dekabr 2021ci il tarixli Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsini xx.xx.2021-ci il tarixdən 9 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmiş və Quba Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qərarı ilə cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, A.Əbdülkərim küçəsi ev 71-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə, kultivasiya etmişdir. Belə ki, o, naməlum vaxtda və mənbədən əldə etdiyi toxumlardan istifadə etməklə faktiki olaraq öz istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsində yerləşən, ətrafı daş hörgü ilə hasarlanmış 40 sot bağ sahəsində qanunsuz olaraq külli miqdarda 6256 ədəd əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini əkib, damlama suvarma sistemi ilə təchiz edib aqrotexniki qaydada qulluq edib yetişdirməklə xx.xx.2022-ci il tarixədək kultivasiya etmiş və xx.xx.2022-ci il tarixdə Sabunçu RPİ-nin 42-ci PB-nin və Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsindəki həmin bağ sahəsində baxış və götürmə aparılarkən oradan külli miqdarda 6256 ədəd ümumi çəkisi 104,180 kiloqram olan əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək kökündən çıxarılmaqla götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2017ci ildə AR CM-nin 234.4.3-cü maddəsi ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.20218ci il tarixli hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdən cəzasının sonrakı hissəsini Quba rayon ərazisində yerləşən 9 saylı məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməyə davam etmişdir. O, hərdən icazə əsasında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsindəki evinə gəlib getmişdir. 2022-ci ilin mart ayının əvvəllərində atasının Maştağa qəsəbəsində Sabir küçəsində yerləşən torpaq sahəsinə baxmağa gedərkən küçədə yolun kənarında bir ədəd torbada çətənə bitkisinin toxumlarını tapmış və onları həmin torpaq sahəsində əkib becərmək, sonra da onun yarpaqlarını qurudub özünün istifadə etməyi üçün qurudulmuş marixuana hazırlamaq qərarına gəlmişdir. Bundan sonra tapdığı çətənə bitkisi toxumlarını özünə məxsus torpaq sahəsində əkmiş, sonra müxtəlif tarixlərdə iki dəfə icazə alıb evinə gələrkən əkdiyi toxumların cücərdiyini görüb onların diblərini boşaldıb qulluq göstərirmiş. 04 iyul 2022-ci il tarixdə Quba rayon məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunub evinə gəlmişdir. 05 iyul 2022-ci il tarixdə axşam radələrində Maştağa qəsəbəsi Sabir küçəsində olan torpaq sahəsinə gedərkən polis əməkədaşları onu saxlayaraq bildirmişlər ki, onun narkotik təbiətli bitkilər əkib becərməyi barədə məlumat daxil olmuşdur. O da həqiqətən torpaq sahəsində çətənə bitkisi əkdiyini etraf etmiş və əkdiyi çətənə kollarını göstərmək məqsədilə onlarla birlikdə torpaq səhəsinə gəlib həmin kolları onlara göstərmişdir. Polis əməkdaşları kolların hamısını çıxarıb qablaşdıraraq protokol tərtib etmişlər, o da həmin protokolu imzalamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Sabunçu rayonu Maştağa qəsəbəsində qeydiyyatdadır. 3 uşağı var, lakin pasportunda subay yazılmışdır. Əvvəlki məhkumluğunda cəmi 6 qram narkotik vasitə olmuş, lakin həmin vaxt onun üstünə çox narkotik qoymuşlar. Bu iş üzrə istintaqda vəkili olmuş, sənədlərə imza etmişdir. Onu döyməmişlər, ona demişlər ki, əgər imza etməsə, ona 234.4.3-cü maddəsi ilə ittiham veriləcək, o da imza etmişdir. Məhkəmə iclasında İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Sabunçu RPİ-nin 42-ci PB-nin əməliyyət müvəkkili vəzifəsində xidmət edir. 05 iyul 2022-ci il tarixdə Quba rayon Polis şöbəsinin əməkdaşları 42-ci PB-nə gələrək Maştağa qəsəbəsi sakini olan Təqsirləndirilən şəxs Maştağa qəsəbəsinin həmin PB-nin xidməti ərazisinə aid olan Sabir küçəsindəki torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib beçərməsi barədə məlumat daxil olduğunu bildirmişlər. Əməliyyat müvəkkili Şahid1 bu məlumatın yoxlanılması, həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayətin ifşa olunması məqsədi ilə müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə polis bölməsinin rəhəbərliyi ilə razılaşdırmış və bu barədə qərar qəbul edilmişdir. Tədbirlərin həyata keçirilməsi məqsədi ilə o, PB-nin digər əməkdaşları Şahid1, Şahid3 Şahid5, Quba RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis polkovnikleytenantı X5 və həmin NMQ-nin əməliyyat müvəkkili Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Nəzərdə tutulan tədbilər planına əsasən onlar Maştağa qəsəbəsi Sabir küçəsinə gələrək orada müşahidə aparan zamanı Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olan bir şəxsin oraya gəldiyini görüb ona yaxınlaşaraq əvvəlcə özlərini təqdim edib, həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Sonra Təqsirləndirilən şəxs özünün bağ sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər kultivasiyə etməsindən şübhələndiklərini və bu şübhələrin yoxlanılması üçün həmin bağ sahəsinə baxış keçirilməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs bağ sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirməklə bu barədə yazılı ərizə vermişdir. Sonra torpaq sahəsinə baxışın həyata keçirilməsi məqsədi ilə 42-ci PB-nin baş təhqiqatçısı Bəhram Bəhramov gəlmiş və sonuncu tərəfindən onların həmçinin dəvət olunmuş aqronom mütəxəssisin iştirakı ilə göstərilən bağ sahəsinə baxış keçirilmişdir. Baxış zamanı torpaq sahəsinin yarı hissəsində, damcılı suvarma sisteminin yer səthi ilə çəkilmiş rezin boru xəttləri boyunca müxtəlif uzunluqlarda yetişmiş 6256 ədəd bitkilər aşkar edilmişdir. Mütəxəssis aqronom bitkiləri nəzərdən keçirib, onların tərkibində narkotik maddələr olan, əkilib becərilməsi qanunla qadağan olunmuş çətənə kolları olduğunu və bu çətənə kolları suvarılmaqla aqrotexniki qulluq göstərilməklə yetişdirildiyini bildirmişdir. Təqsirləndirilən şəxs də şifahi olaraq bildirmişdir ki, buraya suvarma sistemini çəkib, çətənə kollarını taparaq əkmiş və özü qulluq etmişdir. Sonra aşkar edilmiş 6256 ədəd çətənə kolları kökündən çıxarılıb kisələrə yığılıb qablaşdırılmış, baxış barədə protokol tərtib olunarkən Təqsirləndirilən şəxs və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3, Şahid5 və Şahid4 ifadələrində Şahid2 göstərdiklərini təsdiq edərək, eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında proses iştirakçıların razılığı ilə Şahid1 elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, sonuncu bir daha şahidlər Şahid3, Şahid5 , Şahid4 və Şahid2 ifadələrini təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin rəisinin adına ünvanlanmış 05 iyul 2022-ci il tarixli raportundan görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs özünə məxsus olan Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi nömrəsiz həyətyanı torpaq sahəsində narkotik bitkisi əkib-becərməsi, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin 15-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 iyul 2022-ci il tarixli Təqsirləndirilən şəxs Sabunçu rayon Pİ-nin 42-ci Polis Bölməsinin rəisi adına ünvanlanmış ərizəsindən görünür ki, sonuncu polis əməkdaşları tərəfindən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsində yerləşən bağ sahəsində baxış və götürmə keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Cinayət işinin 16-18-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış fərdi evin həyətyanı sahəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında 05 iyul 2022-ci il tarixli protokoldan görünür ki, 05 iyul 2022-ci il tarixdə saat 18:50-dən 21:20-dək olan müddət ərzində Təqsirləndirilən şəxs məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabir küçəsində yerləşən daş hasarlı 40 sot bağ sahəsinə onun özünün, Sabunçu RPİ-nin 42-ci PB-nin və Quba RPŞ-nin əməkdaşlarının, aqronomun iştirakı ilə keçirilmiş baxış zamanı damlama-suvarma sistemi ilə təchiz olunmuş torpaq sahəsindən 10-65 sm arası müxtəlif hündürlükdə 6256 ədəd tərkibində narkotik maddələr olan çətənə kolları aşkar edilərək götürülmüşdür. Cinayət işinin 19-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış “Maştağa” kənd təsərrüfatı məhsulları istehsalı müəssisəsinin alim-aqronomu X8 tərəfindən verilmiş aqronomik rəyindən görünür ki, xx.xx.2022-ci il tarixdə Sabunçu RPİnin 42-ci PB-nin əməkdaşlarının və onun iştirakı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsindəki bağ sahəsinə keçirilən baxışda həmin həyətyanı sahədə 40 sot ərazidə damlama suvarma sistemi ilə təchiz olunmuş yerdə əkilməsi və becərilməsi qadağan olunan 10-65 sm müxtəlif hündürlükdə 6256 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar olunmuşdur. Çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunmuş, suvarılmışdır. Cinayət işinin 60-62-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 iyul 2022-ci il tarixli DVD diskinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 05 iyul 2022-ci il tarixdə saat 18:50-dən 21:20-dək olan müddət ərzində Sabunçu RPİ-nin 42-ci PB-nin baş təhqiqatçısı polis mayoru Bəhram Bəhramov tərəfindən həmin PB-nin əməkdaşları Şahid1, Şahid2, Şahid3, Şahid5 və Quba RPŞ-nin əməkdaşları X2 və Şahid4, aqronom mütəxəssis X3, iş üzrə Təqsirləndirilən şəxs iştirakları ilə sonuncuya məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsində yerləşən daş hasarlı bağ sahəsinə onun özünün iştirakı ilə keçirilmiş baxış zamanı oradan 6256 ədəd tərkibində narkotik maddələr olan çətənə kolları aşkar edilib götürüldüyü müəyyən edilmişdir. Cinayət işinin 49-52-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-bioloji ekspertizasının 7/737 nömrəli 6 iyul 2022-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-nin №241» dairəvi möhür əksi olan 14 ədəd ağ rəngli torbada 6256 ədəd yaş vəziyyətdə olan ümumi çəkisi 104.180,0 (104 kq, 180 qr) qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Cinayət işinin 39-40-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş maddə, əşya və predmet aşkar edilməmişdir. Cinayət işinin 133-138-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsində yerləşən daş hasarlı bağ sahəsinə baxış zamanı götürülmüş 6256 ədəd tərkibində narkotik maddələr olan çətənə kolları cinayət işi üzrə maddi sübut kimi tanınmaqla Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən adı “çətənə növlü bitkilər” olan narkotik vasitənin 16 ədədi külli miqdar hesab edilir. Bundan başqa,Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 25 fevral 2013-ci il tarixli Qərarında göstərilmişdir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin İİİ Siyahısında Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş, tərkibində narkotik maddələr olan tiryək xaşxaşı, yağlı xaşxaşın digər növləri, çətənə növlü bitkilər; yetişdirmək məqsədilə qanunsuz becərilməsi təşkil edilmiş, çoxillik xaşxaşın və yabanı bitmiş çətənələrin kolkosları; Azərbaycan Respublikasının ərazisində iqlim şəraitinə görə bitməyən və kultivasiyası qadağan edilən kokain kolu və kat bitkisi aid edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlülüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. CM-nin 237.1-ci maddəsinin “kultivasiya” anlayışı öz hüquqi mənasına görə tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və toplanmasından fərqli olaraq tərkibində xüsusi narkotik maddələr olan bitkilərin əkilməsi və yetişdirilməsi üçün xüsusi şəraitin yaradılması, həmçinin onların yetişdirilməsi üsullarının təkmilləşdirilməsi, yeni sortların alınması, onların məhsuldarlığının və əlverişsiz hava şəraitinə dözümlülüyünün artırılmasına yönələn hərəkətləri nəzərdə tutur. “Kultivasiya” anlayışının tərkibinə yabanı şəkildə bitən bitkilərin toplanması kimi əlamətin daxil edilməsi bu anlayışın elmi və hüquqi mənaları ilə uzlaşmır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 126-127-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 məhkəmə narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Kannabioidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 123-124-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Quliyev X9 Rayon Məhkəməsinin 13 noyabr 2013-cü il tarixli hökmü ilə AR CM-nin 322.2ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə cəzasının sonu ilə azad olunmuş, 28 iyun 2018-ci il tarixli Bakı Ağır Cinaytlər Məhkəməsinin hökmü ilə Azərbaycn Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməklə 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 121-ci vərəqəsinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün 30 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Cəza çəkdiyi müddətdə mart-iyun aylarında qeyri iş günlərində ailə üzvlərinin yaşadığı ünvana getməsi icazə verilmişdir. Cinayət işinə əlavə edilmiş 117-119-cu vərəqəqələrinə əlavə edilmiş Quba Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 7(027)-42/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinaytlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, həmin məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətməsi onun barəsində cinayətin təhlükəli residivini yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən, qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusi təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən, təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyən etmədi. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs əməllərində təhlükəli residiv olmasını sonuncunun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Həmçinin, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini barəsində təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsində törətməsini nəzərə alınaraq, Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Quba Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 7(027)-42/2022 saylı qərarı ilə Bakı Ağır Cinaytlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" qərarında göstərilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsindən daxil olmuş 02 dekabr 2022-ci il tarixli, 17/49-786 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinaytlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının 04 iyul 2022-ci il tarixə kimi 04 il 06 ay 28 gününü çəkmiş, cəzanın 11 ay 02 gün hissəsi çəkilməmiş qalmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 7(027)-42/2022 saylı qərarına əsasən Bakı Ağır Cinaytlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş və vaxtından əvvəl şərti olaraq azad edildiyi 11 (on bir) ay 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə kollegiyası belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza cəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 05 iyul 2022ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 29-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 85-87-ci vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 iyul 2022-ci il tarixli, 4 (008)-580/2022 mömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 05 iyul 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 6256 ədəd çətənə kolu məhv edilməli, 1 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia verilməmişdir. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Quba Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli, 7(027)-42/2022 saylı qərarına əsasən Bakı Ağır Cinaytlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə ona təyin edilmiş 05 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş və vaxtından əvvəl şərti olaraq azad edildiyi 11 (on bir) ay 02 (iki) gün müddət yeni təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 6256 ədəd çətənə kolu məhv edilsin. 1 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1985/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1985/2022
07.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver