Məhkəmə qərarları › İş №1(101)-1985/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1985/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1985/2023 12.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X3 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, X1 və Salmanzadə Zülfiyyə Asif qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları - X2 və Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ş.Tusi küçəsində fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq sonuncunun qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada külli miqdarda təmiz çəkisi 2,385 qram qəhvəyi rəngli maddələri kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 29 aprel 2023-cü il tarixdə saat 07 radələrində Sabunçu RPİ-nin 14-cü PB-nin əməkdaşları tərəfindən özünü şübhəli apardığına görə Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsi Azərbaycan Qadını küçəsində saxlanılaraq 14-cü PB-nə gətirilmiş və həmin bölmədə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə külli miqdarda təmiz çəkisi 2,385 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli üzərində çəkisinin müəyyən edilməsi mümkün olmayan heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ilk olaraq özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polislər tərəfindən gecə saat 02 radələrində Nardaran qəsəbəsində saxlanılmışdır. 1 ildir ki, narkotik vasitədən istifadə edir. Polislər tərəfindən saxlanılan vaxt onun üzərində 02 (iki) qram olmaqla 01 (bir) ədəd büküm narkotik vasitə olmuşdur. Qəbul etdiyi narkotik vasitənin gündəlik dozasını müəyyənləşdirmək üçün elektron tərəzidən istifadə edir. İran İslam Respublikası vətəndaşının nömrəsini ona tanışları versə də, o hç vaxt həmin İran vətəndaşıyla əlaqə saxlamışdır.Polislər tərəfindən tutulan vaxt dərhal üzərinə axtarış və baxış keçirilməmişdir. Polis əməkdaşları onu yolda saxlamamışlar. O polislər tərəfindən bağ evində tutulmuşdur. Bağ evinə 4-5 nəfər polis əməkdaşı daxil olmuşdur. Narkotik vasitə və elektron tərəzi də bağda olmuşdur. Sabunçu RPİ-nin 14-cü PB-də polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmış, lakin üzərində hər hansı bir xəsarət qalmamışdır. Bakı İstintaq Təcridxanasına daxil olarkən tibbi müayindən keçirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında sonradan verdiyi səmimi etirafedici ifadələrində göstərmişdir ki, onun üzərində ittiham aktında göstərilən miqdarda narkotik vasitə və eyni zamanda elektron tərəzi olmuşdur. İstifadəsində olan mobil nömrə ***-***-**- ** saylı olmuş və həmin nömrə ilə əlaqə saxlayaraq özü üçün narkotik vasitə əldə edirmiş. Eyni zamanda başqa şəxslər həmin nömrəyə mesaj yazaraq ondan narkotik vasitə əldə edirmişlər. Bəzən ona tanışları 20-25 manat məbləğində pul verirmiş, o da həmin pul verən şəxslər üçün narkotik vasitə götürmüş və birgə istifadə etmişlər. Qollarındakı çoxlu sayda yaralar narkotik vasitə istifadəçisi olduğu üçün yaranmışdır. Tərəzini istifadə etdiyi narkotik vasitənin miqdarını müəyyən etmək üçün üzərində gəzdirmişdir. İş materiallarında olan telefondakı mesajlar ona məxsusdur. Mobil telefonda adı “Zaur Nar” kimi qeyd olunmuş şəxsdən “20 (iyirmi) manata nə isə var?” məzmunda yazılmış mesajda həmin şəxs narkotik vasitə olan heroini nəzərdə tutur. O, pul müqabilində bir neçə dəfə narkotik vasitə satmışdır. O, narkotik vasitəni aldığı şəxslə “whatsapp” vasitəsilə danışmış və yalnız həmin şəxsdən narkotik vasitə almışdır. O, həmin şəxsdən bir az artıq miqdarda narkotik vasitə almış və özü istifadə etmişdir. Narkotik vasitənin qalan hissəsini isə dost-tanışa satmışdır. Bununla o, istifadə etdiyi narkotik vasitənin pulunu çıxarmışdır. O, narkotik vasitənin satışını gizli şəkildə həyata keçirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadə ona məxsusdur. İran İslam Respublikasının vətəndaşı müxtəlif vaxtlarda narkotik vasitəni müəyyən yerlərə atmış və o da gedib narkotik vasitəni həmin yerdən götürmüşdür. Narkotik vasitəni əldə etdiyi şəxs ona həmin vasitələri ucuz qiymətə satmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra- Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə iclasında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyət olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi Ş.Tusi küçəsində fərdi evdə ailə üzvləri ilə bir yerdə yaşayır. Hazırda heç bir yerdə rəsmi olaraq işləmir, fərdi əməklə yəni gündəlik fəhləliklə məşğul olub maddi ehtiyaclarını ödəyir. 3 ilə yaxındır ki, narkotik vasitə istifadə hesab edilən «kakosu» yəni heroini istifadə edir. Narkotik vasitə hesab edilən heroini Bakı şəhərində üzdən tanıdığı lakin anket məlumatlarını bilmədiyi şəxslərdən alaraq istifadə edir.28 aprel 2023-cü il tarixdə gecə saatlarında Yasamal rayonu Yasamal qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi 30 yaşlarında olan şəxsdən 100 manat pul ödəməklə narkotik vasitə hesab edilən heroini 01 bükümdə olmaqla almışdır. 29 aprel 2023-cü il tarixdə saat 07 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində Azərbaycan Qadını küçəsi ilə hərəkətdə olarkən 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini Sabunçu RPl-nin 14-cü PB-nin polis əməkdaşı kimi təqdim edərək kimliyi barədə soruşmuş, onların sualına şübhəli cavab verdiyi üçün Sabunçu RPl-nin 14-cü PB-nin inzibati binasına dəvət etmişlər. Burada təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, ərizə yazaraq şəxsi axtarış və götürmədə müdafiəçisinin iştirak etməsini istəmədiyini, onun iştirakı olmadan şəxsi axtarış və baxış keçirilməsini demişdir. Şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuş, bu təklifdən sonra əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd şəffaf sellofanda olan heroinə bənzər kütləni, şalvarın sol yan cibindən 01 ədəd elektron tərəzi və arxa cibindən 01 ədəd Samsung Galaxy J2 markalı mobil telefonu çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı qanunla qadağan edilmiş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş. Sonra şəxsi axtarış və baxış zamanı təqdim etdiyini, həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldığını, DİN-in 100 saylı möhürü ilə möhürləndiyini, üzəri onun, iştirak edən polis əməkdaşlarının tərəfindən imzalandığını bildirmişdir. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, üzərindən başqa heç yerdə narkotik vasitə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Üzərində aşkar edilmiş maddəni aldığı şəxslə təsadüfən Yasamal rayonu Yasamal qəsəbəsi ərzisində görüşmüş, narkotik vasitə istədiyini demiş o da ona həmin narkotik vasitəni satmışdır. 4 ya da 5 dəfə +98 903 *** **** saylı telefonundan Xalam kimi adını qeyd etdiyi İran İslam Respublikasının vətəndaşıyla sosial şəbəkədə tanış olub zəng etmiş, o da kart nömrəsi deyib Milliön terminalı vasitəsi ilə həmin karta 50 və ya 100 manat civarında pul göndərmiş, həmin şəxs narkotiki Yasamal rayonu Yeni Yasamal ərazisində və ya Nizami rayonu, Qara Qarayev ərazisində müəyyən yerə atdırıb gedib yerindən götürmüş, həmin şəxslə yəni İran vətəndaşına aid olan nömrə ilə votsap vastəsi ilə danışmışdır.Şəxsi axtarış zamanı üzərindən aşkar edilərək götürülmüş heroini heç kimə verməmiş, şəxsi istifadəsi üçün əldə edib saxlamış, bəzən olub ki narkotik vasitə çox götürmüş, ehtiyacı olandan artığını tanımadığı şəxslərə 10 və ya 15 manata satmışdır. Samsung Galaxy J2 markalı mobil telefon ***-***-**-** və 070 ***- **-** saylı telefon nömrəsi ona məxsusdur. Narkotik vasitə olan heroini həm İran vətəndaşından həm də başqa satan şəxslərdən Bakı şəhərində müxtəlif yerlərdən yerini deməklə gedib götürmüş, həmin narkotik vasitələrin pulunu nəğd şəkildə ödəmiş, borcu qalmamış, kimdənsə və ya İran islam Respublikasına məxsus nömrə ilə danışdığı şəxsdən narkotik vasitə alaraq harasa aparıb qoymamış, bu yolla pul qazanıb narkotik vasitə əldə etməmişdir. Samsung Galaxy J2 markalı mobil telefonda votsap bölümünə daxil olduqdan sonra həmin bölümdə istifadə edilən nömrənin ***-***-**-** onun olması müəyyən edilir. Qeyd edilən nömrə ilə olan yazışmalara nəzər yetirdikdə Saleh na kimi adı qeyd edilmiş ***-***-**-** saylı nömrənin sahibi ilə yazışmalara baxdıqda həmin nömrədən 10 manat pulu qalıb ağrıyıram yazır isə dobru cet düzəldərəm sənə deyə cavab verir, 8 manat varımdı evə çörəy aldım onuncün yazır, o 15 yazaraq cavab verir. Xalam kimi qeyd edilmiş +98 903 *** **** saylı telefon nömrəsi ilə yazışmalar olsa da həmin yazışmalar sms göndərən şəxs tərəfindən silinmişdir. Heceli kimi qeyd edilmiş ***-***-**-** saylı nömrənin sahibi ilə yazışmalara baxdıqda həmin nömrənin sahibi Allah canını sağ eləsin genedə atıbda bidənə yarı verdə mənədə yazır ocavabında axşam üstü atacaq nə qədər var sənə verdim başqasına nə verim özüm nə edəcəm yazır. Zaur Nar kimi qeydə alınmış ***-***-**- ** saylı nömrə sahibi ilə yazışmalara baxdıqda həmin nömrənin sahibi salam qaqaş nəysə var 20 manat var yazır, o cavabında yox qaqa yazır həmin nömrə sahibi olacaq yazır, o hə yazır Həmin şəxslər onun ancaq adlarını bildiyi və telefon nömrələrini telefonuna yazdığı şəxslərdir, onlar narkotik vasitə istəyib o da satmışdır xx-xx-2022 21:17:07 1.1.**********121. 1.**********18 Mesdagadan gelen var yanma kola isdiyir. 15manati var 2 dene alınar? Deyim gelsin? kimi smslərin onun istifadəsində olan nömrəyə yazıldığını və həmin smsm cavab olaraq xx-xx-2022 21:20:28 1.1.**********18 1,1.**********12 Ok kimi cavab yazdığını, həmin nömrənin sahibini tanımadığını, kiməsə vermək üçün narkotik vasitə istədiyini demişdir.Tərəzini ona görə üzərində saxlayır ki, narkotik vasitə alanda onu aldatmasınlar həm də hissələrə bölüb satanda çəki düz olsun. (Cild 1, iş vərəqi 202-205) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, təqsirləndirilən şəxsi xidməti zərurətlə əlaqədar tanıyır, onunla və digər proses iştirakçıları ilə qohumluq münasibətləri, eyni zamanda, düşmənçiliyi və ədavəti yoxdur. Daxili İşlər Nazirliyinin Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis leytenantı rütbəsini daşıyır. Təxminən 2-3 ay bundan qabaq Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat müvəkkili Şahid2la birgə axşam saatlarında Təqsirləndirilən şəxs Azərbaycan Qadını küçəsində tərəflərindən saxlanılmışdır. Ona yaxınlaşaraq onlar özlərini təqdim etmişlər. Onun üzərində qanunla qadağan edilmiş əşya və ya predmetin olması şübhə doğurmuşdur. Təqsirləndirilən şəxs bölməyə dəvət etmişlər. Orada təhqiqatçının otağında videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Bu zaman o, üzərindəki qəhvəyi rəngli maddənin heroin olduğunu bildirmişdir. Həmin maddə qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. O tərəflərindən təxminən axşam saat 20-21 radələrində saxlanılmışdır. Ola bilər ki, Təqsirləndirilən şəxs səhər saatlarında saxlamışlar. Hadisənin üstündə uzun müddət vaxt keçdiyi üçün hər şeyi dəqiq xatırlamır. Təqsirləndirilən şəxs döyməmişlər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin miqdarını bilmir, belə ki, bunu ekspert müəyyən edir. Onun üzərindən heroindən başqa mobil telefon da çıxmışdır. Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, 29 aprel 2023-cü il tarixdə saat 07 radələrində iş yoldaşı əməliyyat müvəkkili Şahid2 ilə biryerdə Sabunçu rayonu Bilgəh qəsəbəsi Azərbaycan Qadını küçəsində xidmət edən zaman bir nəfər şəxsin özünü şübhəli aparmasının şahidi olmuşlar. Həmin şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra şəxsiyyətini təsdiq edən sənədin olub olmaması barədə sual verdikdə yayınmaq istəyən şəxsi 14-cü PB-nə dəvət etmişlər. PB-nə daxil olduqdan sonra şəxsiyyətinin kim olması bilinən Təqsirləndirilən şəxs barəsində raportla rəhbərliyə müraciət etdikdən sonra PB-nin təhqiqatçısı tərəfindən dəvət edilmiş vəkilin iştirakı ilə saxlanılan şəxsin hüquq və vəzifələri izah edilmiş, daha sonra barəsində təhqiqatçı tərəfindən tutma qərarı qəbul edilib tutulmuş üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış və baxışda vəkilin iştirakı olmadan keçirilməsi barədə ərizə vermiş, bundan sonra üzərinə şəxsi axtarış və baxış keçirilən şəxs Təqsirləndirilən şəxs baxış zamanı üzərində saxladığı qanunla qadağan edilmiş maddə və ya əşya varsa masanın üzərinə qoyması barədə verilən suala cavab olaraq əynindəki olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə tünd qəhvəyi rəngli maddəyə bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur, şalvarın sol yan cibindən 01 ədəd elektron tərəzi və arxa cibindən 01 ədəd Samsung Galaxy J2 markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyur sonra isə üzərində aparılan şəxsi axtarış və baxış zamanı qanunla daşınması qadağan edilən əşya və ya maddə aşkar edilmir. Bu məsələdən sonra qeyd olunan maddəni haradan və nə məqsədlə əldə edib üzərində gəzdirməsini soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə gecə saatlarında Yasamal rayonu ərazisində üzdən tanıdığı, lakin anket məlumatlarını və telefon nömrəsini bilmədiyi şəxsdən 100 manat ödəməklə aldığını, həmin gündən saxlanıldığı vaxta qədər üzərində gəzdirdiyini, xx.xx.2023-cü il tarixdə saat 07 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını demişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya aşkar olunmamışdır. Aşkar olunmuş həmin 01 bükümdə olan maddə və tərəzi təhqiqatçı tərəfindən, şübhəli şəxsin, axtarışda iştirak edən polis əməkdaşlarının, həmçinin onun iştlrakıyla zərfə qoyulub qablaşdırılmış, 100 saylı möhürlə möhürlənib götürülmüş, təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol və zərfin üzərinə şəxsi axtarışda iştirak edən hər bir şəxs, eləcə də Təqsirləndirilən şəxs imza etmiş, o da hamı kimi həmin protokolu və zərfi imzalamış, şəxsi axtarış zamanı, habelə protokol tərtib edilərkən heç bir şikayət daxil olmamışdır. (Cild 1, iş vərəqi 86-88) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Sabunçu RPİ-nin 14-cü PB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid2 ifadəsində məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu və Şahid1 məhkəmə baxışı zamanı verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək onunla eyni əməliyyat qrupunda olduqlarını bildirmiş və Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 07:00 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsi Azərbaycan Qadını küçəsində saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü PB-ə gətirilmişdir. (Cild 1, iş vərəqə 3) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından, şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə saat 07:00-dan hesablanmışdır. (Cild 1, iş vərəqə 12-13) 29 aprel 2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldığı və həmin vaxt sonuncu əynindəki olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümündə tünd qəhvəyi rəngli maddəyə bənzər kütləni təqdim edərək masanın üzərinə qoyur, şalvarın sol yan cibindən 01 ədəd elektron tərəzi və arxa cibindən 01 ədəd Samsung Galaxy J2 markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyur, sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir üzərindən əlavə olaraq qanunla qadağan olunmamış hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmir. (Cild 1, iş vərəqə 24-25) Məhkəmə-kimyəvi ekspertizasının 29 aprel 2023-cü il tarixli 6/2490 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddələrs yazılar və imzalar olan bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,385 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Təqsirləndirilən şəxs üzərindən..» sözləri soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd gümüşü rəngli elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir (Cild 1, iş vərəqə 30- 35) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 45-46) Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 65-69) “Sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işindən ayrıca iş ayrılması haqqında” 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsindən həmin məcəllənin 234.4.3-cü maddəsinə tövsüf edilmişdir. (Cild 1, iş vərəqə 109-119) “Təqsirləndirilən şəxsin cəlb edilməsi haqqında” 11 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs yenidən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 125-127) “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsüf edilmiş, təqsirləndirilən şəxsin ifadəsi, şahidlərin ifadələri, “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi haqqında” protokollar və ona əlavə edilmiş CD disklər, ekspert rəyləri, maddi sübut və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 176-185) “Təqsirləndirilən şəxsə elan edilmiş ittihamın dəyişdirilərək ona əlavələrin edilməsi və yenidən ittiham elan edilməsi haqqında” 18 avqust 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 191-192) Məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 5034 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 99-101) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur .(Cild 1, iş vərəqə 82) Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs ilk məhkəmə iclaslarında dindirilərkən ziddiyətli ifadələr vermiş və özünü qismən təqsirli bilərək ifadələrində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş narkotik vasitələri şəxsi istifadə məqsədi ilə əldə etdiyini söyləmişdir. Lakin o, sonradan digər məhkəmə iclaslarında prosses iştirakçılarının suallarını cavablandırarkən əməlini səmimi etiraf etmiş və həqiqətən də narkotik vasitələri satış məqsədi ilə əldə etdiyini, dəfələrlə pul müqabilində ayrı-ayrı şəxslərə satdığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini ilk məhkəmə iclaslarında dəyişdirməsinin səbəblərini araşdırmış, müdafiə tərəfi ibtidai istintaq zamanı etirafedici ifadə verməsinin səbəbini polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-6892/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilən zaman ilkin tibbi müayinədən keçirilmiş və müayinə zamanı bədənində xəsarət aşkarlanmamışdır. Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli 49/2-43091 nömrəli məktubundan və ona əlavə edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs MSY-ə gətirilən zaman hər iki qollarında çoxsaylı yaralar aşkar edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs qollarındakı çoxlu saylı yaraların məhz narkotik vasitə istifadəçisi olduğu üçün yarandığını bildirmişdir. Sabunçu rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli 610-C/23 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki zorakılığa məruz qalması barədə rayon prokurorluğunda araşdırma aparılmış və Təqsirləndirilən şəxs qarşı istər saxlanılan zaman, istərsə də polis bölməsində hər hansı polis əməkdaşı tərəfindən fiziki və ya psixi zorakılıq edilməməsi müəyyən edilmiş, bu səbəbdən də xx.xx.2023-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ilk ifadələrində polis əməkdaşları tərəfindən ittihamda qeyd edilən ünvanda yox, bağda saxlanıldığını, ona polis idarəsində fiziki və psixi təsir göstərildiyini, o isə buna məcburən razılıq verərək həmin narkotik vasitəni satış məqsədi ilə əldə etdiyinə dair etirafedici sənədlərə imza etdiyini söyləmişdir. Şahidlər Şahid2 və Şahid1 isə ifadələrində Təqsirləndirilən şəxs özləri tərəfindən Bakı şəhəri, Sabunçu rayonu Bilgəh qəsəbəsi Azərbaycan Qadını küçəsində saxlanıldığını, onun üzərinə polis bölməsinin inzibati binasında şəxsi axtarış keçirilərkən 01 ədəd bükümdə narkotik vasitə olan heroin və 01 ədəd elektron tərəzi aşkarlandığını, Təqsirləndirilən şəxs hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra heç bir psixi və fiziki zorakılıq edilmədiyini bildirmişlər. Məhkəmə istintaqı zamanı şəxsi axtarış və götürmənin qeydə alındığı videoçəkilişi əks etdirən 01 (bir) ədəd diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti Cinayət-Prossesual Məcəllənin tələblərinə uyğun şəkildə aparılmış, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun məzmununda qeyd edilən hallar burada əyani olaraq öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ““Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə heroin külli miqdar təşkil edir. Məhkəmə aşkar olunmuş narkotik vasitəlrələ bağlı qeyd edir ki, həmin vaxt Təqsirləndirilən şəxs üzərində olan heroinin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan dəfələrlə çoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, habelə narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmaması barədə ilkin məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, mobil telefona baxış protokolu, "xxxx" MMC-dən alınmış 01 ədəd CD diskə baxış protokolu və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsini və məhkəmədə verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, həm məhkəmə nəzarəti qaydasında barəsində həbs qətimkan tədbiri seçilməsi, həm istintaq dövründə eyniməzmunlu ifadə verməsini, eləcə də məhkəmə iclaslarında etirafedici ifadələr verərək təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən 01 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi külli miqdarda - 2,385 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzinin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Narkotik vasitənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitə ilə yanaşı narkotik vasitələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzi aşkarlanması, üzərindən aşkar edilən narkotik vasitə heroinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, onun məhkəmədə verdiyi etirafedici ifadələrində narkotik vasitələri satış məqsədi ilə əldə etməsi və satışını həyata keçirməsi, habelə narkotik vasitəni qabaqcadan razılaşdığı İran İslam Respublikasının vətəndaşından almasını göstərməsi, əldə etdiyi narkotik vasitəni üzərində gəzdirməsi kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. Habelə, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş “CD” diskdə olan məlumatlara baxış keçirilən zaman ***-***- **-** mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs məxsus olması, həmin nömrə ilə müxtəlif nömrələr arasında narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı aşağıdakı məzmunda çoxsaylı yazışmalar aparılması müəyyən edilmişdir: xx-xx-2022 21:17:071.1.**********121.1.**********18 Mesdagadan gelen var yanma kola isdiyir. 15manati var 2 dene alinar? Deyim gelsin? xx-xx-2022 21:20:251.1.**********121.1.**********18 Ok xx-xx-2022 00:20:261.1.**********751.1.**********18 Cox qaqaş heç neynim dimyesen allah razı olsun birax kola az idi ey xx-xx-2022 00:20:301.1.**********751.1.**********18 bh yox canin sag olsun. xx-xx-2022 22:34:271.1.**********791.1.**********18 Qaqas menem elidi adboy verirsen nomremdi axiri 79 evindi gorure bilerik mene cavab di bilimki 25var gec olmasin olmasa tapım qalaram avara hecneyim yoxdu allah qerdewdiynen erdiy olmiyasan yazarsan goz ezyet verirem? 1.1.**********18 1.1.**********75 Atam 30m varda xx-xx-2022 17:55:031.1.**********271.1.**********18201 Lik duzet birdene isdeyem var gelem mende mewd axadayam 1.1.**********111.1.**********18 Ay qaqaw 15cemi pulum var alinar xx-xx-2022 15:35:371.1.**********751.1 **********1826 m var dunenende 1m borcum var babat olsvnda qaqasimsan? 1.1.**********18 1.1.**********27 Terezını getır xx-xx-2022 15:41:34 1.1.**********18 1.1.**********12 Qaqas tapmağ olar ne ısdeyırsen ozunen basqa heo kim bılmesına bırden bu yana gelmelı olsan xx-xx-2022 15:55:39 1.1.**********18 1.1.**********12 Qaqas ozmun deyil ozmun olsa vererdım xx-xx-2022 15:57:43 xx-xx-2022 15:57:44 1.1.**********18 1.1.**********12 Deginende ona nolark xx-xx-2022 15:57:43 1.1.**********18 1.1.**********12 Deginende ona nolark xx-xx-2022 17:25:01 1.1.**********18 1.1.**********12 Gel qaqas sahat .10 a kımı duzelde bılersen gel verim xx-xx-2022 17:25:01 xx-xx-2022 17:25:02 1.1.**********18 1.1.**********12 Gel qaqas sahat .10 a kımı duzelde bılersen gel verim xx-xx-2022 17:26:02 1.1.**********18 1.1.**********12 Heri qaqas gelirem xx-xx-2022 17:26:02 xx-xx-2022 17:26:02 1.1.**********18 1.1.**********12 Heri qaqas gelirem xx-xx-2022 17:27:20 1.1.**********18 1.1.**********12 Guc nen almısam meni padvalıt eleme qaqas gel meledeyem xx-xx-2022 17:27:49 xx-xx-2022 17:27:49 1.1.**********18 1.1.**********12 Ok xx-xx-2022 21:20:08 1.1.**********18 1.1.**********12 Gelsın xx-xx-2022 21:20:28 1.1.**********18 1.1.**********12 Ok xx-xx-2022 20:19:39 1.1.**********18 1.1.**********12 Axşamın xeyir qaqas men seni ağrıda qoymadım amma sen meni qoydun pıs vezyetde canın sag olsun ozmun olseydı hecne demezdım xx-xx-2022 21:17:04 1.1.**********18 1.1.**********12 Oturduğumuz bag vara ora gel xx-xx-2022 18:26:11 xx-xx-2022 18:26:11 1.1.**********18 1.1.**********27 Qaqas 1 dene 5 dik sus ver mene usaqlar gozdeyir babat ele Salam qohum k lazım olsa xeber ele babat vererem xx-xx-2022 18:16:05 xx-xx-2022 18:16:05 1.1.**********18 1.1.**********11 Axşamın xeyir qaqas nese lazım olsa xeber ele 5 dıye gore narahat olma ozumde var idi vermısem xx-xx-2022 18:25:07 xx-xx-2022 18:25:07 1.1.**********18 1.1.**********11 Geli qaqas 15 temizdi qaliram onun yaninda pis cibimde olanda qoyuram olmayanda yazir. İş üzrə Təqsirləndirilən şəxs üzərindən 29 aprel 2023-cü il tarixdə üzərində şəxsi axtarış aparılan zaman aşkar edilrərk götürülmüş «Samsung Galaxy J2 markalı» markalı telefona baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin telefonda votsap bölümünə daxil olduqdan sonra həmin bölümdə Təqsirləndirilən şəxs tərəfindən istifadə edilən nömrənin ***-***-**-** olması müəyyən edilir. Qeyd edilən nömrə ilə olan yazışmalara nəzər yetirdikdə

1. Saleh na kimi adı qeyd edilmiş ***-***-**-** saylı nömrənin sahibi ilə yazışmalara baxdıqda həmin nömrədən 10 manat pulum qalıb ağrıyıram yazır, Rövşən Məmmmədov isə dobru cet düzəldərəm sənə deyə cavab verir, 8 manat varımdıevə çörəy aldım onuncün yazır, Təqsirləndirilən şəxs 15 yazaraq cavab verir.

2. Xalam kimi qeyd edilmiş -98 903 *** **** saylı telefon nömrəsi ilə yazışmalar olsa da həmin yazışmalar sms göndərən şəxs tərəfindən silinmişdir.

3. Heceli kimi qeyd edilmiş ***-***-**-** saylı nömrənin sahibi ilə yazışmalara baxdıqda həmin nömrənin sahibi Allah canını sağ eləsin genedə atıbda bidənə yarı verdə mənədə yazır Təqsirləndirilən şəxs cavabında axşam üstü atacaq nə qədər var sənə verdim başqasına nə verim özüm nə edəcəm yazır.

4. Zaur Nar kimi qeydə alınmış ***-***-**-** saylı nömrə sahibi ilə yazışmalara baxdıqda həmin nömrənin sahibi salam qaqaş nəysə var 20 manat var yazır, Təqsirləndirilən şəxs cavabında yox qaqa yazır həmin nömrə sahibi olacaq yazır, Təqsirləndirilən şəxs hə yazır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi narkotik vasitə olan heroinin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, üzərindən narkotik vasitələri çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzi aşkarlanmasına, narkotik vasitələri satış məqsədi ilə əldə etməsi və satışını həyata keçirməsinə, həmçinin narkotik vasitələri qabaqcadan əlbir olduğu İran İslam Respublikası vətəndaşından almasına dair məhkəmədə verdiyi etirafedici ifadələrinə, üzərindən aşkar olunmuş mobil telefona və istifadəsində olmuş mobil nömrə vasitəsilə apardığı sms yazışmalarına baxış keçirilərkən narkotik vasitələrin alış-verişini əks etdirən yazışmaların olmasına, əldə etdiyi külli miqdarda narkotik vasitəni üzərində gəzdirməsinə, onun narkotik vasitələrinin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatına əsasən, cinayət işində olmaqla, cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

""Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına görə, həmin əməlləri törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi, təqsirini etiraf etməklə səmimi peşman olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, ondan aşkar edilmiş narkotik vasitənin növünü, çəkisini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 29 aprel 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınaraq, Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 2,335 qram qalmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk və "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, «Samsung Galaxy J2 markalı» markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün, məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Həmçinin CPM-in 26.3-cü maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi və tərcüməçinin tərcümə xidmətləri ilə ilə bağlı təqdim etdikləri hesabatlara uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

hökmetdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Sabunçu rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 2,335 qram qalmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin, Samsung Galaxy J2 markalı» markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılsın, şəxsi axtarış keçirilməsinin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd disk və "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir

Sədrlik edən hakim Fəxri Məmmədov

Hakimlər Anar Sadıqov

Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar