Məhkəmə qərarları › İş №1(101)-1985/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1985/2024

01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1985/2024 01.11.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Qəniyev Faiq Əsəd oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclas katibi: X12 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı və X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi: Ekol Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun iştirakı ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, “Ləhic Bağları” adlanan ərazidə nömrəsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o orta dərəcəli sərxoş vəziyyətdə 08 yanvar 2024-cü il tarixdə, saat 23:30 radələrində qaynanası Şahid1mn yaşadığı ünvan 3 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında qısqanclıq zəminində yaranmış münaqişə zamanı istintaqa məlum olmayan deşici-kəsici xassəyə malik olan bıçaqla sonuncunun bədəninin müxtəlif nahiyələrinə qəsdən vurub ona döş qəfəsinin sol yan səthində olan döş boşluğuna nüfuz etməyən dördüncü deşilmiş-kəsilmiş yarası, sol bazu, sol dirsək oynağının və sol said nahiyəsinin kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül və döş qəfəsinin sol yan səthində olan, döş boşluğuna nüfuz edən sol ağciyərin zədələnməsi ilə müşayiət olunan 3 (üç) ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid bədən xəsarətləri yetirməklə, Zərərçəkmiş şəxsnm sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Olesyanı öldürmək niyyəti olmamışdır. Neçə ədəd xəsarət yetirdiyi yadında deyil. Restoranda mübahisə etdiyi şəxslər dost yox tanışları olmuşdur. Əsəblərinə tab gətirə bilmədiyi üçün hadisəni törətmişdir. Məhkəmə iş materiallarını araşdıb, işdə olan sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o uşaq bağçasında müəllimə işləyir. Səhər saatlarında həkimə getmişdir. Həkimdən qayıdarkən yolda baldızının həyat yoldaşı Vadimi görmüşdür. Evə qayıdarkən Vadim ilə birlikdə qayıtmışlar. Halı pis olduğu üçün Vadim onun əlindən tutmuşdur. Evə çatana yaxın Namiqi görmüşlər. Namiq qışqıra-qışqıra haradan gəldiklərini soruşmuşdur. O isə həkimdən gəldiyini, yolda Vadimi gördüyünü və halının pis olduğunu demişdir. Evə gəldikdə sözlə mübahisələri olmuş, sonra uşaqları götürüb Vadimlə birlikdə getmişlər. Namiq ona bıçaqla ardıcıl olaraq xəsarətlər yetirmişdir. Hadisə anı tam yadında olmasa da, özünün otaqdan qaçaraq çıxdığını xatırlayır. Bu hadisəyə qədər aralarında ciddi münaqişə olmamışdır. Namiq otağa daxil olarkən əlində bıçaq görməmişdir. Baş vermiş hadisədə heç kimi günahkar hesab etmir. Vadimlə sevgi münasibəti olmamışdır. Vadim də Namiqə “1 il ərzində Olesyaya 5 dəfə yazmışamsa böyük bir şeydir” sözlərini demişdir. Vadim baldızının həyat yoldaşıdır, bir evdə yaşamışlar, ailəvi münaqişələr barədə yazışmışlar. Vadim onun halının pis olduğunu gördükdə əlindən tutmuşdur. O xəstə deyilmiş, can həkiminin yanına getmişdir. Təqsirləndirilən şəxslə rəsmi olaraq nigahdadırlar, boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxslə barışmamışlar, lakin onu bağışlayır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə çıxışlarında iştiak edən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və şikayət və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, səhər tezdən oyanıb işə gedirmiş, saat təxmini 11 radələri olarmış. Namiq onlara gedərək qızı Olesyanı soruşmuşdur. Təzə oyandığı və Olesyanın harada olduğunu bilmədiyini demişdir. Namiq çıxıb getmişdir. 10-15 dəqiqə sonra səslərini eşitmiş və evə girərək həll etmələrini demişdir. Namiq və Olesya bir-birlərinə nəsə deyirmişlər, Vadimin adını da çəkirmişlər. Sonra Namiq qızına əl-qol atmağa başlamışdır. O Namiqə oturaraq normal şəkildə danışmağını bildirmişdir. Vadimin adını çəkdiyi üçün Vadimi də çağırmasını söyləmişdir. Sonra Vadim gəlmişdir. Namiq gedib özünə araq alıb içmişdir. Sonra uşaqlara geyinmələrini və Vadimin onları Nardarana aparacağını demişdir. Sonradan qızı həkimdən qayıtdıqda Vadimlə birlikdə gəldiyini və bunu Namiqin gördüyünü danışmışdır. Gün ərzində axşama kimi hədə-qorxu zənglər, smslər gəlmişdir. Gecə saat 12 radələrində Namiq bacısı ilə onlara gəlmiş və onu vurmuşdur. Olesya “anamla işin olmasın” sözlərini demişdir. Namiq Olesyanı gördükdə onun üstünə cummuşdur. İçəri otağa girmişlər, otaq qaranlıq imiş. Hadisənin necə baş verdiyini görməmişdir, bir də görmüşdür ki, qızı yataqın üstündən tullanıb bayıra qaçır. Otaqdan çıxdıqda Namiqin əlində bıçaq olduğunu görmüşdür. Əllərini yuyub bıçağı şalvarının arxa tərəfinə qoymuşdur. Sonra qonşu təcili yardım çağırmışdır. Otaqda nə baş verdiyini o görməmişdir. O qızı və nəvələri ilə birlikdə yaşayır. Uşaqlar onun himayəsindədirlər. Əvvəllər Olesya barədə heç bir şübhəsi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Vadim onun həyat yoldaşıdır. Qardaşı zəng edərək Olesya ilə Vadimi əl-ələ parkda gördüyünü demişdir. Hadisənin şahidi olmamışdır. Vadim və Olesya arasında nəsə hiss etməmişdir. Vadimlə münasibətləri normaldır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs qaynıdır. Olesya xanımla yolda rastlaşıb söhbət etmişlər. Namiq onları metro tərəfdə görmüşdür. Nə məsələ olduğunu soruşmuşdur. O isə yolda rastlaşdıqlarını demişdir. Biraz əsəbləşib hirslənmişdir. Günortadan sonra onları görməmişdir. Hava soyuq imiş, parkı suladıqları üçün yolu keçərkən Olesya xanıma köməklik etmişdir. Olesya xanımla başqa münasibətləri olmamışdır. Olesya xanımın əlindən tutduğuna görə baş vermiş hadisədə özünü günahkar bilir. Onun başqa bir niyyəti olmamışdır. Parkda yer su olduğy üçün ona köməklik etmişdir. Olesya xanımın biraz soyuqdəyməsi var imiş, xəstə imiş. Olesya xanımı qış parkının keçidinin qarşısında görmüşdür. O həkimdən gəldiyini demişdir. Parkı bağban sulayırmış. Onun 2 övladı var. Ailəsi ilə hazırda münasibəti normaldır. Namiq onu döyməmişdir. Onlar Namiqgillə birlikdə yaşayırmışlar. Olesya xanımla sevgi mesajlaşmalarğı olmamışdır. Bir neçə dəfə olmuşdur ki, Olesyagilin arxasınca maşınla getmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2024cü il tarixli, 2/1461 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman orta dərəcəli sərxoş olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2024cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvana giriş ümumi həyətdir, dəhlizin qurtaracağında 2 mərtəbəli ev yerləşir, 1-ci mərtəbə yarım zirzəmi hesab edilir. Mənzilə girişi ağ rəgli taxta və şüşədən ibarətdir. Mənzilin girişində 6 kvadrat metr ölçüdə mətbəx var. Girişdən sol tərəfdə 6 kvadrat metr ölçüdə yataq otağı, üzbəüz 17 kvadrat metr ölçüdə digər otaq, otağın girişində solda 3 ədəd dəsti üzbəüz geyim əşyaları üçün dolab yerləşir, əşyalar dağınıq vəziyyətdədir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs dolabın qarşısını göstərərək, mətbəx bıçağı ilə arvadına 2 dəfə vurduğunu bildirmişdir. Haidəs yerinin fotoşəkilləri protokola əlavə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2024cü il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 4(004)-10/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 may 2024-ci il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan xx.xx.2023cü il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, ifadənin yerində yoxlanılması zamanı o, istintaqa verdiyi ifadəsini bir daha hadisə yerində təsvir etməklə təsdiqləmişdir. Hadisə yerində çəkilmiş fotoşəkillər protokola əlavə olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi Şəxsi ambulator məhkəmə psixiatrik ekspertizanın xx.xx.2024-cü il tarixli, 898 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, ittiham edildiyi cinayəti törətdiyivaxt hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayəti törətdiyi vaxt törətdiyi əməlin mahiyyətini dərk etmək qabiliyyətində olmuşdur,hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. N.N. Şirinov barəsində tibbixarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməlin mahiyyətini dərk etmək və düzgün ifadə ifadə vermək qabiliyyətinə malikdir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 alınmış xx.xx.2024-cü il tarixli, 371 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - döş qəfəsinin sol yan səthində olan, döş boşluğuna nüfuz edən sol ağciyərin zədələnməsi ilə müşayiət olunan 3(üç) ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin, sol bazunun, sol dirsək oynağının və sol said nahiyəsinin kəsilmiş yaraları isə iti kənarlı alətin təsirindən törənmişlər, belə ki, bu yaralar hamısı bir bıçağın təsirindən törədilə bilərdi, törənmə müddətləri qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcələrinə görə döş qəfəsinin sol yan səthində olan, döş boşluğuna nüfuz edən sol ağciyərin zədələnməsi ilə müşayiət olunan 3(üç) ədəd deşilmişkəsilmiş yara həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir, döş qəfəsinin sol yan səthində olan dördüncü yaranın döş boşluğuna nüfuz edib-etməməsi barədə xəstəlik tarixində qeydiyyat olmadığından bu yaranın dərəcəsi barədə dəqiq fikir söyləmək mümkün olmadı. Sol bazu, sol dirsək oynağının və sol said nahiyəsində olan kəsilmiş yaralar isə dərəcəsinə görə həm ümüumilikdə, həm də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlər şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də şəxsin bıçağın üzərinə yıxılması zamanı törənməsi inkar olunur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı iki azyaşlı övladı vardır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq olunaraq araşdırılan Nərimanov rayonu MKTB 36 saylı MKİS-dən təqdim olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin məcələnnin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin məcəllənin ümumi hissələrinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitersiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə“ Azərbaycan Respublikası Prezidentinin 10 fevrvl 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimaitəhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinipn 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu, cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini də nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən tərbiyə və islah olunması mümkündür. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq etməklə cəza çəkmədən islah olunmasını mümkün sayır və həmin cəzanın şərti olaraq tətbiq edilməsini qərara alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib, səmimi peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını, zərərçəkmiş şəxsin onu bağışlayaraq, onunla barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin, sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclasından azad edilsin. “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışına nəzarət Bakı şəhəri Probasiya Xidmətinə tapşırılsın. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Faiq Qəniyev Elmin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar