Məhkəmə qərarları › İş №1(101)-1987/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1987/2025

05.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1987/2025 05.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X1, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 02 (iki) azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X.Məlikaslanov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi və ya CM) 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, 13325 qram narkotik vasitə qurudulmuş marixuana əldə edərək saxlayıb daşımaqla Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilir.

İşin faktiki halları

2. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Əsgər” adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarındakı cinayətkar razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı “Əsgər” adlı şəxs və qeyrilərinin qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı göndərdiyi yerdən götürüb özündə saxlamaq və digər şəxslərə satışını təşkil etmək barədə verdiyi təlimatına, həmçinin, bu qanunsuz fəaliyyəti yerinə yetirmək müqabilində qazanc olaraq pul vədinə əsasən qeyd edilən narkotik vasitəni əldə etmək qərarına gəldikdən sonra 12 sentyabr 2025-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisindən naməlum vaxtda və şaraitdə sonuncular tərəfindən göndərilmiş külli miqdarda - 13325 (on üç min üç yüz iyirmi beş) qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 2 ünvanına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 sentyabr 2025-ci il tarixdə, saat 22:15-də qeyd olunan ünvanda saxlanılaraq həmin gün saat 22:26 dəqiqədən etibarən üzəri yoxlanılan zaman əlində saxladığı 01 (bir) ədəd çantanın içərisində olan 13 (on üç) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1020 (bir min iyirmi) qram, 1015 (bir min on beş) qram, 1010 (bir min on) qram, 1035 (bir min otuz beş) qram, 1025 (bir min iyirmi beş) qram, 1035 (bir min otuz beş) qram, 1025 (bir min iyirmi beş) qram, 1010 (bir min on) qram, 1020 (bir min iyirmi) qram, 1015 (bir min on beş) qram, 1030 (bir min otuz) qram, 1010 (bir min on) qram və 1075 (bir min yetmiş beş) qram olmaqla, ümumi təmiz çəkisi külli miqdarda 13325 (on üç min üç yüz iyirmi beş) qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 12 sentyabr 2025-ci il tarixli əməliyyat raportlarına, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərara və 3-13-6/Ə208/2025 nömrəli əmrə əsasən etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olduğundan, onun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid3, Şahid1, Şahid2 və X4 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22:15də ünvan 3nda saxlanılmışdır. (Cild 1, iş vərəqi 3-7; 12)

4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Baxış keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, saxlanılan vaxt Təqsirləndirilən şəxs paltarında, əşyalarında, əlində saxladığı çantada və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə insanların sıx toplaşması, avtomobillərin intensiv hərəkət etməsi səbəbindən onun üstünü həmin yerdə yoxlamaq mümkün olmadığı üçün saxlanıldığı yerdən 30 metr kənarda üzəri yoxlanılmağa başlanmış, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs əşyalarında, əlində saxladığı çantada və ya bədənində olması ehtimal edilən külli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan çantada narkotik vasitə “nəşə” olduğunu bildirərək baxış üçün təqdim etmiş, daha sonra əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən 01 ədəd siqaret qutusunu, əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən isə 01 ədəd telefon üçün nəzərdə tutulmuş enerji naqilini çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncudan heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd çanta iştirakçıların şahidliyi ilə açılmış və həmin çantanın içərisində 13 ədəd bağlama olduğu müşahidə edilmişdir. 13 ədəd bağlamanın hər biri tək-tək açılan zaman bağlamaların içərisində yaşıl rəngli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edildikdən sonra aşkar olunmuş bağlamalar həmin çantada qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Qablaşdırılmış çanta elektron tərəzidə çəkilən zaman çəkisinin 14 kiloqram olması müəyyən edilmişdir. Baxış prosesi davam etdirilən zaman Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş içərisində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sonuncudan götürülmüş, lakin digər əşyalar onun özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs içərisində 13 ədəd “nəşə” kimi tanıdığı bağlamaların olduğu çantanı 12 sentyabr 2025-ci il tarixdə sosial şəbəkə vasitəsi ilə tanıdığı anket məlumatlarını bilmədiyi İran vətəndaşının göndərdiyi xəritə vasitəsi ilə əldə etdiyini, həmin çantanı iranlının deyəcəyi başqa ünvana aparmaq qarşılığında 500 (beş yüz) manat pul əldə edəcəyini, özünün də arabir narkotik vasitə istifadə etdiyini, əlində olan nəşədən heç kimə vermədiyini və heç kimin məlumatı olmadığını bildirmişdir. (Cild 1, iş vərəqi 9-11)

5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 12 sentyabr 2025-ci il tarixli “Şübhəli şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqi 24-25)

6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2025-ci il tarixli, 7/1200 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Saxlanılan şəxs Təqsirləndirilən şəxs...” yazılar olan bir ədəd damalı çantada 13 (on üç) ədəd üzəri skoçlu bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1020 qram, 1015 qram, 1010 qram, 1035 qram, 1025 qram, 1035 qram, 1025 qram, 1010 qram, 1020 qram, 1015 qram, 1030 qram, 1010 qram və 1075 qram olmaqla, ümumi çəkisi 13325 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: Marixuananın ümumi təmiz çəkisi 13325 qram olmuş, 0,65 qram tədqiqata sərf edildikdən sonra 13324,35 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat təşkil edir. (Cild 1, iş vərəqi 38-41)

7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 13 sentyabr 2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 55-56)

8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 sentyabr 2025-ci il tarixli, 4(005)-1106/2025 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 12 sentyabr 2025-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqi 82-84)

9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Maddi sübut hesab etmək haqqında” 15 sentyabr 2025-ci il tarixli qərara əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 13325 qram çəkidə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, ekspertizadan sonra ümumi qalıq çəkisi 13324,35 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilməklə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinat məsələsi həll edilənədək saxlanılmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqi 87-88)

10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 22 sentyabr 2025-ci il tarixli “Mobil telefona baxış keçirilməsi barədə” protokola əsasən müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mobil telefon qırmızı rəngli olmaqla “Samsung” markalıdır, işlənmiş vəziyyətdədir, plastmas-metal gövdəli, sensor dizaynlı, daxili antennalı, daxili yaddaşı olan və rəqəmsal fotokameralıdır. Mobil telefonun sağ yan tərəfində ekranı kilidləmə düyməsinin, səs tənzimi düymələrinin olması müəyyən edilmişdir. Telefonun ətrafında aşınmış izlərin olması aşkarlanmışdır. Mobil telefon işə salınmış vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zaman telefonun “Whatsapp” bölməsində 12 sentyabr 2025-ci il tarixdə İran İslam Respublikasına məxsus “+98 914 533 6233” saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus “***-***-**-**” saylı mobil nömrəyə saat 21:07-də narkotik vasitələrin olduğu yerin məkanının göndərildiyi, həmin gün saat 21:10-da “o uşağın üstündə amanat çoxdu həə başua dönüm dedi çoxdu dördünü qoydu baxa deyim bil qado alm sənin onun ikisin mənə denen hara gedəsən *** yena iki dənə yarım bir dənəsi səndə” deyə yazılı mesajın göndərildiyi, saat 21:23-də “qaça çatdınsa şəkili atım qado alım” deyə səsli mesajın göndərildiyi, Təqsirləndirilən şəxs tərəfindən “+98 914 533 6233” saylı mobil nömrəyə saat 21:24-də “6 dəqiqə qalıb brat altıca dəqiqə qalıb səbrli ol çatım deyəcəm at 2 dəqiqə qalmış deyəcəm at”, saat 21:30-da “hə at girən at”, saat 21:31-də “2 dəqiqə qalıb şəkili at brat” deyə yazılı mesajların göndərildiyi, İran İslam Respublikasına məxsus “+98 914 533 6233” saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus “***-***-**-**” saylı nömrəyə saat 21:32-də 2 ədəd foto şəklin göndərildiyi müəyyən edilmişdir. Bundan başqa “Whatsapp” mobil tətbiqində 12 sentyabr 2025-ci il tarixdə “+994-70-254-53-53” saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus “***-***-**-**” saylı mobil nömrəyə saat 19:32-də “Ay fərid gör nə deyirəm qaça eşidirsən məni bir nəfər var o tema istəyir eşidirsən məni o da şəhərdən gəlir yanı yoldadı didiki qoy gəlim çatım deyir oda bizən nə deyir gəl mənədə əlbəl məndə dedimki qaça həmin adama pul lazımdı atıb görsün gəlsində deyir məndə istəyirəm gələm hələ olsun” deyə səsli mesajın göndərildiyi müəyyən edilmişdir. Eləcə də, “Whatsapp” mobil tətbiqində 12 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən adı Mehman Əkbərov qeyd olunan “+994-50-327-72-37” saylı mobil nömrəyə saat 18:51-də “yerində də prosta gül verə biləcəm də a yeni ot verə biləcəm yerinə sən di ginən olarada” səsli mesajın göndərildiyi, adı Mehman Əkbərov qeyd olunan +994-50-327-72-37” saylı mobil nömrədən Təqsirləndirilən şəxs məxsus “***-***-**-**” saylı mobil nömrəyə saat 18:51-də “Daş heç yoxdu qardaşım”, “Amid pul atır sənə” deyə yazılı mesajların göndərildiyi müəyyən edilmişdir.(Cild 1, iş vərəqi 97-98)

11. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2026-cı il tarixli, 3-16-21-1/2-23069/2026 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(001)-207/2025 nömrəli hökmü Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(103)-1074/2025 nömrəli qərarı ilə dəyişdirilərək üzərində 02 il 04 ay 04 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, xx.xx.2026-cı il tarixdə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məcəlləsinin 19 dekabr 2025-ci il tarixli qərarının 2.6-cı bəndinə əsasən o, cəzadan azad edilmişdir. (Cild 1, iş vərəqi 99-100)

12. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 484 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. (Cild 1, iş vərəqi 104)

13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 24 oktyabr 2025-ci il tarixli “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil telefon nömrəsindən müxtəlif nömrələrə telefon danışıqları və SMS yazışmalarının aparılması aşkar edilsə də, iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 117)

14. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X7 13 oktyabr 2025-ci il tarixli, 6353 nömrəli ekspert rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs 10 oktyabr 2025-ci il tarixdən BNM-da (F19x2) diaqnozu ilə dispanserdə qeydiyyatdadır. (Cild 1, iş vərəqi 123-125)

15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 12 noyabr 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər istintaq sənədləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatdan sonra qalıq çəkisi 13324,35 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitələrin əldə edilmə mənbəyinə görə və qrupun digər üzvlərinin barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işinin ayrılması qərara alınmış, “Baxış keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokola əlavə edilmiş 01 ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, iş vərəqi 125-134)

16. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 13 noyabr 2025-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, iş vərəqi 136-138)

17. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş 17 noyabr 2025-ci il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, külli miqdarda narkotik vasitələrin mənbə xüsusatına görə Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə hazırki cinayət işindən ayrıca cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqi 152-153)

18. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Baş idarəyə narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə edib üzərində saxlamasına dair daxil olmuş əməliyyat məlumatı əsasında rəhbəri olduğu əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs 12 sentyabr 2025-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində saxlanılmış və həmin yerdə əməliyyat tədbirinin davamı olaraq sonuncunun üzərinə baxış keçirilmişdir. Həmin baxış zamanı Təqsirləndirilən şəxs əlində olan çantadan 13 ədəd bağlamada marixuanaya bənzər narkotik tərkibli maddə aşkarlanmış, həmin maddələrin ümumi çəkisinin təxminən 14 kiloqrama yaxın olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs Baş İdarəyə gətirilmiş və onun çantasından aşkar olunan maddələr qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Şahid3 həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşlarına hər hansı bir müqavimət göstərməmiş, o və digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi zorakılıq tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs əlindəki çantadan aşkarlanmış narkotik tərkibli maddələri könüllü şəkildə təqdim etmiş və həmin maddələri İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən müvafiq çanta sonuncunun əlində olmuşdur. O, ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq edir, həmin ifadədəki imzalar ona məxsusdur. Sözügedən əməliyyat qrupunun tərkibinə o, Şahid1, Şahid2 və X6 daxil edilmişdir.

19. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində dindirilərkən özünü elan olunmuş ittihamda özünü təqsirli bilib göstərmişdir ki, o, 4-5 ildən bəri narkotik vasitə istifadəçisidir. Tutulmazdan təxminən 3-4 ay əvvəl İran İslam Respublikasının vətəndaşı olan, anket məlumatlarını bilmədiyi “Əsgər” deyə tanıdığı şəxslə “İnstagram” sosial şəbəkəsində tanış olmuş, həmin şəxs ondan narkotik vasitə istifadəçisi olub-olmadığını soruşduqda, o, sonuncuya narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Saxlanılmazdan təxminən 3-4 gün əvvəl “Əsgər” adlı şəxs ona bundan sonra onu narkotik vasitə ilə təmin edə biləcəyini və “Whatsapp” mobil tətbiqi ilə göndərdiyi konumdan 14 kiloqram nəşəni götürüb başqa ünvana aparacağı təqdirdə 500 manat pul verəcəyini söyləmişdir. Aralarında olan razılaşmaya görə “Əsgər” adlı şəxs İran İslam Respublikasının ərazisindən Bakı şəhəri, Binəqədi rayonu ərazisinə 01 ədəd çantada nəşə göndərməyi, daha sonra “Whatsapp” mobil tətbiqi vasitəsi ilə həmin predmetlərin qoyulduğu yerin fotogörüntüsünü atmağı, o da həmin ünvana gedib içərisində “nəşə” olan bağlamanı götürdükdən sonra “Əsgər” adlı şəxsin tapşırıqlarına uyğun şəkildə hərəkət etməyi, növbəti göstəriş əsasında sonuncunun deyəcəyi ünvana aparıb tullamağı və bunun müqabilində “Əsgər” adlı şəxs isə ona 500 manat pul verməyi öhdəsinə götürmüşdür. O, ilk öncə “Əsgər” adlı şəxsin bu təklifi ilə razılaşmamış, çünki tutulmaqdan qorxmuş, lakin maddi sıxıntıları olduğuna görə saxlanılan gün sonuncunun bu təklifini yerinə yetirmək istəmişdir. Hadisə baş verən gün “Əsgər” adlı şəxs tərəfindən ona narkotikin olduğu yerin koordinatları göndərilmiş, ünvan onun saxlanıldığı ünvan 3 olmuşdur. Bundan sonra o, tanımadığı taksi ilə həmin ünvana getmiş, ora çatdıqda künc tərəfdə bir ədəd torba görmüş, həmin torba “Əsgər” adlı şəxsin fotogörüntüsünü göndərdiyi torba olmuş, bundan sonra o, torbanı götürüb hərəkətə başlamışdır. Həmin narkotiklərin çəkisi ağır olmuşdur. 12 sentyabr 2025-ci il tarixdə, saat 22:15 radələrində həmin ünvanda olarkən ona bir neçə mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları ondan özünü təqdim etməyini xahiş etmiş, o, özünü təqdim etdikdən sonra polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə şübhəli olduğu deyilmiş və əlində saxladığı torbanın içərisində nə olduğu soruşulmuşdur. O, narkotik vasitə və psixotrop maddələrin olduğunu bildirdikdən sonra videoçəkilişlə üzərinin yoxlanılacağı polis əməkdaşı tərəfindən izah olunmuş, daha sonra videoçəkiliş başlamış, polis əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə daşımağı barədə məlumatlarının olduqlarını və olduğu təqdirdə təqdim etməyi təklif etmişlər. O, bundan sonra 01 ədəd torbanı, 01 ədəd siqaret qutusunu və adapter şnurunu (yəni naqilini) polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra, həmin torbanı saxladığı yerdə yoxlamaq mümkün olmadığı üçün polis əməkdaşları təxminən 30 metr aralıda torbanı yoxladıqda, içərisindən 13 ədəd bağlamada narkotik vasitə “nəşə” aşkar edilmişdir. Daha sonra həmin kütlələr elektron tərəzi vasitəsi ilə çəkilmiş, qablaşdırılmış və üzəri möhürlənərək bütün iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Ardınca onun üstü yoxlanılmış, 01 ədəd “Samsung” markalı mobil telefon aşkarlanmış, başqa heç bir kütlə və ya əşya aşkar edilməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 ədəd mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:

20. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, “Əsgər” adlı İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlamış və həmin şəxslə sonuncunun göndərdiyi ünvana gedib 2 kiloqram çəkidə narkotik tərkibli maddə marixuananı götürüb 500 manat müqabilində göstərilən digər ünvana aparıb qoymağa razılaşmışdır. O, həmin ünvana gedib çantanı götürmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, avtomobilə əyləşdirildikdən sonra əslində 2 kiloqram olan narkotik vasitə marixuana 14 kiloqram kimi rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Şahid3 söylədikləri ümumilikdə doğrudur, lakin aşkarlanmış narkotik tərkibli maddənin çəkisi 2 kiloqram olmuş, yəni o, 14 kiloqram çəkidə marixuana götürmək üçün həmin ünvana getməmişdir. O, “Əsgər” adlı İran İslam Respublikasının vətəndaşı ilə “Tik-Tok” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi zorakılıq tətbiq edilməmiş, Şahid3 onun saxlanılmasında iştirak etmişdir. O, narkotik tərkibli maddə istifadəçisidir, əvvəllər şəxsi istifadəsi üçün narkotik maddə əldə etmiş, lakin heç vaxt narkotik vasitə və psixotrop maddənin satışı ilə məşğul olmamışdır. Aşkarlanmış çanta kvadrat şəkilli, iri ölçülü olmuş, saxlanıldıqdan sonra o, təxminən 1 saat gözləmiş, təhqiqatçı gəldikdən sonra üzərinə videoçəkilişlə baxış keçirilmişdir. İbtidai istintaq dövründə verdiyi ifadə və həmin ifadədəki imzalar ona məxsusdur. Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

21. CM-in 234.4.1-ci və 234.4.3-cü maddələrinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən və yaxud külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

22. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

23. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.

24. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

25. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

26. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

27. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

28. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

29. Maddə 83.3.2. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində olan cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

30. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

31. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

32. Maddə 125.8. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

33. Maddə 126.6. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

34. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

35. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

36. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

37. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

38. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1–197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

39. Maddə 327.1.3. Təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər.

40. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

41. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

42. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:

43. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən narkotik vasitə qurudulmuş marixuananın təmiz halda 500 qramdan 50000 qramadək miqdarı külli miqdar hesab olunur.

Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu

44. Maddə 1.0.1. narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir).

45. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.

46. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.

47. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.

48. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarı

49. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı

50. Qərarın 24-cü bəndi. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

51. Məhkəmə müdafiə tərəfinin mövqeyini araşdırmışdır.

52. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində 2 kiloqram çəkidə narkotik vasitə marixuana əldə etmək üçün “Əsgər” adlı İran İslam Respublikası vətəndaşının göndərdiyi koordinata, yəni Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 2 ünvanına getdiyini, 14 kiloqram narkotik vasitə marixuana üçün oraya getmədiyini, polis əməkdaşları tərəfindən saxlanıldıqdan 1 saat sonra videoçəkilişin aparıldığını, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmadığını bildirmişdir.

53. Məhkəmə bununla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı yeri və vaxtı mübahisələndirməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2025-ci il tarixdə saat 22:15-də ünvan 3nda saxlanılmışdır. Bu, işin mübahisəsiz halıdır.

54. Cinayət işinin materiallarında olan 12 sentyabr 2025-ci il tarixli “Baxış keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına eyni tarixdə saat 22:26-da başlanmış, həmin proses saat 22:42-də başa çatmışdır. Həmçinin, sözügedən protokolun tərtibinə isə həmin tarixdə saat 23:02-də başlanılmış, saat 23:24-də protokolun tərtibi yekunlaşmışdır.

55. Sözügedən protokoldan və əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əlindəki çantanın içərisindən 13 ədəd bağlama aşkarlanmış və həmin bağlamaların içərisində olan narkotik vasitə marixuanaya bənzər maddənin təxmini çəkisinin 13 kiloqram olması müəyyən edilişdir.

56. Bundan sonra, aşkarlanmış bağlamalar həmin çantada qablaşdırdıqdan sonra möhürləmiş və iştirakçılar həmin qablaşdırmanın doğruluğunu imzalamışlar. Videogörüntüdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Həmçinin, məhkəmə baxışı zamanı həmin videoyazının tədqiqindən də görünür ki, videogörüntüdə kəsinti olmamış, ardıcıl olaraq, fasiləsiz videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokola qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Daha sonra həmin predmetlər ekspertizaya təqdim edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2025-ci il tarixli, 7/1200 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 13 ədəd bağlamada narkotik vasitə ümumi təmiz çəkisinin 13325 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana olması müəyyən edilmişdir.

57. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 2 kiloqram narkotik vasitə maruxiana götürmək üçün getdiyini, müvafiq videoçəkilişin saxlanıldıqdan 1 saat sonra aparıldığını məhkəmədə iddia etsə də, bu hal da iş materialları təkzib edilməkdədir.

58. Əvvəla, bu hal, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə baxış və götürmə istintaq hərəkəti aparılarkən verdiyi mövqeyi ilə uzlaşmır.

59. Çünki, o, həmin vaxt aşkarlanmış narkotik marixuananın bütövlükdə ona aid olduğunu söyləmişdir.

60. Digər tərəfdən, “Baxış keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol, şahid ifadələri və cinayət işinin materialları ilə həmin narkotik vasitənin təqsirləndirilən şəxsə aidiyyəti müəyyən edilir.

61. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi hər hansı dəlil və sübutla möhkəmlənməmiş, formal mülahizələrə əsaslanmışdır. Bu səbəbdən, məhkəmə müdafiə tərəfinin həmin iddiasını əsassız, hər hansı dəlilə söykənməyən iddia hesab etmişdir.

62. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsə qarşı sürülmüş ittihamla bağlı qeyd edir ki, məhkəmə, son dövrlər məhkəmə təcrübəsində bu kateqoriya işlər üzrə CM-in 234.4.1-ci maddəsinə münasibətdə fərqli yanaşmaların olduğunu nəzərə alaraq həmin maddə ilə bağlı ətraflı dəyərləndirmə aparılmasını zəruri hesab edir.

63. Məhkəmə hazırki iş üzrə iş materiallarını və məhkəmə iclasında müəyyən edilmiş halları tam və hərtərəfli tədqiq edərək aşağıda şərh edilən hüquqi dəyərləndirmədən çıxış edərək hesab edir ki, təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham (qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edərək daşıyıb saxlama) qanuni və əsaslı hesab edilməlidir.

64. Belə ki, Cinayət Məcəlləsinin: - 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır; - 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır; - 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur.

65. Birgəlik cinayətdə iştirakçılığın obyektiv əlaməti kimi çıxış edir və iştirakçıların hər birinin onlar üçün ümumi (vahid) olan cinayətin törədilməsinə yönəlmiş hərəkətlərinin qarşılıqlı surətdə biri-birini tamamlamasını və şərtləndirməsini ehtiva edir. Cinayətin digər iştirakçılarının hərəkətləri obyektiv olaraq icraçı tərəfindən cinayətin törədilməsini, qoyulmuş cinayətkar məqsədə nail olunmasını asanlaşdırır və bu səbəbdən onun cinayət törətməsi üçün zəruri şərt (zəruri şəraiti yaradan hal) kimi çıxış edir.

66. İştirakçılığın subyektiv əlamətləri ondan ibarətdir ki, əvvəla, iştirakçılıq yalnız qəsdən törədilən cinayətlərdə mümkündür, ikincisi isə cinayətin törədilməsində iştirak edən bütün şəxslər qəsdən hərəkət etməlidirlər. İştirakçılıqda təqsirin qəsd forması onu ehtiva edir ki, həm icraçı, həm də cinayətin digər iştirakçıları konkret cinayətin törədilməsi üçün birgə hərəkət etdiklərini bilirlər, cinayəti səylərini birləşdirməklə törətdiklərini dərk edirlər, yəni bilə-bilə birgə hərəkət edirlər.

67. Cinayət Məcəlləsinin 34.2-ci maddəsi onu nəzərdə tutur ki, cinayətin "qabaqcadan əlbir olan bir qrup şəxs" tərəfindən törədilməsi üçün iki və daha çox şəxsin qabaqcadan razılaşmaqla cinayətin törədilməsində birgə icraçı kimi iştirak etməsi müəyyən edilməlidir. Cinayətin yalnız qabaqcadan cinayət əlaqəsinə girmiş iki və daha çox icraçı tərəfindən törədildiyi, təşkilatçı, təhrikçi, köməkçinin isə icraçıların törətdikləri cinayətdə iştirak etdiyi halda, onların əməlləri Məcəllənin 32.3, 32.4 və 32.5-ci maddələrinə istinad edilməklə, həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə cinayətin təşkilatçısının, təhrikçisinin və ya köməkçisinin əməli kimi tövsif edilməlidir.

68. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun tələbləri baxımından icraçıların əməllərinin həm Cinayət Məcəlləsinin 32-ci maddəsinə, həm də Məcəllənin Xüsusi hissəsinə əsasən "qabaqcadan əlbir olan bir qrup şəxs" əlaməti üzrə tövsif edilməsi istisna edilir. İştirakçılar qabaqcadan razılaşmaqla cinayətin obyektiv cəhətinin törədilməsində birgə icraçı kimi iştirak etdikləri təqdirdə, onların əməlləri qabaqcadan əlbir olan bir qrup şəxs əlamətini yaratdığından, Məcəllənin 32-ci maddəsinə istinad edilməsinə də ehtiyac yaranmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, təşkilatçının, təhrikçinin və ya köməkçinin iştirakı ilə yalnız bir icraçı tərəfindən törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət sayıla bilməz. Adı çəkilən iştirakçıların cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməllərində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilməməlidir.

69. Həmin qərarda göstərilmişdir ki, cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər.

70. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ictimai təhlükəlilik baxımından bir qrup şəxs cinayətkar qrupların digər növlərinə nisbətən az təhlükəlidir. Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstə bir və ya bir neçə cinayət törədilməsi məqsədi ilə iki və yaxud daha çox şəxsin mürəkkəb formada birləşməsidir. Onları adi bir qrup şəxsdən əvvəlcədən əlbir olma əlamətinin mövcudluğu fərqləndirir. Bu cinayətkar qruplarda cinayətin birlikdə törədilməsinə dair razılıq cinayətin törədilməsi anına qədər əldə olunur. Burada cinayət törədilməsinə dair qərarın qəbul edilməsi ilə onun həyata keçirilməsi arasında müəyyən müddət mövcuddur.

71. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir.

72. CM-in 34.2-ci maddəsinin mənasına görə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir.

73. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin.

74. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır.

75. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir.

76. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11ci maddəsində "digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür.

77. Hazırki iş üzrə Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində göstərmişdir ki, polis əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu ərazisində olan zaman saxlanılmış, əlindəki çantaya baxış keçirilərkən içərisində narkotik vasitə marixuana olan bağlamalar aşkarlanmışdır. Onun götürdüyü narkotik tərkibli maddəni yolun kənarına İran İslam Respublikasının vətəndaşı qoymuş, o, həmin İran vətəndaşını tanımamış, həmin marixuananı oradan götürməyi İran vətəndaşı ona söyləmiş, bağlamanın içərisində narkotik tərkibli maddə olduğunu bilmiş, lakin həmin narkotik tərkibli maddənin miqdarını bilməmişdir. O, həmin bağlamanı Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi 2 ünvanından götürüb İran İslam Respublikasının vətəndaşının deyəcəyi yerə qoymağı planlamış, lakin hansı əraziyə qoyacağını hələ dəqiqləşdirməmişdir.

78. Məhkəmə, hazırki işin faktiki hallarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-ci fəslində göstərilən normalar, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 06 may 2022-ci il tarixli Qərarı, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının CM-in 234.4.1-ci maddəsinə dair hissəsini tənzimləyən 12-ci bəndində göstərilən müddəalarla əlaqəli şəkildə təhlil edərək təqsirləndirilən şəxsin İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olaraq cinayət barədə razılığa gəlmələrinə, təqsirləndirilən şəxsin mənfəət əldə etməsi müqabilində iranlı ilə əlbir olmasına dəlalət edir.

79. Hazırki cinayət işinin faktiki halları baxımından əks yanaşmanın sərgilənməsi, yəni təqsirləndirilən şəxsin narkotik vasitəni əldə etdiyi İran İslam Respublikası vətəndaşının müəyyən olunmamasına, onun ifadəsinin alınmamasına istinadən Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsi ilə elan edilmiş ittihamın sübuta yetirilməməsi qənaətinə gəlinməsi işin faktiki halları və istintaqla müəyyən edilmiş hallarla bir araya sığmır.

80. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cinayətin digər şəxslə qabaqcadan əlbir olaraq törədilməsi məsələlərinin həlli zamanı “digər şəxsin” şəxsiyyətinin konkret olaraq bəlli olmaması halı əməlin tövsifi üçün əhəmiyyət kəsb etmir. Analoji ittihamların təsdiqi üçün “digər şəxsin” cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri əvvəlcədən əlbir olmaqla icra (qismən icra) etməsi kifayətdir.

81. Konkret halda, məhkəmə iclasında tədqiq edilmiş sübutlar “digər şəxs”in təqsirləndirilən şəxslə qabaqcadan əlbir olmaqla cinayətin obyektiv cəhətini təşkil edən müəyyən hərəkətləri icra etməsi təsdiq olunduğundan təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.1-ci maddəsilə irəli sürülmüş ittiham əsaslı hesab edilməlidir.

82. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunmasının əsasında onun narkotik vasitələri konkret hər hansı şəxsə satması və ya narkotik vasitələrin satışına dair başqa şəxslərlə danışıqlar (“Whatsapp” mobil tətbiqində yazışmalar və s.) aparması, istehlakçı ilə əvvəldən razılığın olması deyil, məhz öz ifadəsində göstərdiyi xüsusat, yəni aşkar olunmuş narkotik vasitəni şəxsi maraq müqabilində müxtəlif ünvanlara yerləşdirməsini, yəni narkotik vasitənin yayılmasına yönəlmiş hərəkət etmək niyyətinin olmasını göstərməsi olmuşdur.

83. Belə olan halda, CM-in 234.4.3-cü maddəsinə münasibətdə ittihamla razılaşaraq həmin hissədə onun ifadələrinin sübut kimi qiymətləndirildiyi halda CM-in 234.4.1-ci maddəsinə münasibətdə isə İran İslam Respublikası vətəndaşının şəxsiyyətinin müəyyən olunmaması və ifadəsinin alınmamasına istinad edərək təqsirləndirilən şəxsin ifadəsinin sübut kimi qiymətləndirilməməsi təzad yaratmaqla cinayət işi üzrə obyektiv araşdırmanın nəticəsi kimi dəyərləndirilə bilməz.

84. Bununla yanaşı, məhkəmə onu da nəzərə alır ki, aşkar edilərək götürülmüş narkotik vasitənin hələ də təqsirləndirilən şəxsin əlində olan çantada olması onun tək deyil, ifadəsində də göstərdiyi kimi məhz iranlı ilə birgə hərəkət etməsinə, narkotik vasitələrin hansı qaydada yayılacağına dair qabaqcadan razılıqlarının olmasına dəlalət edən hallardandır ki, belə olan halda məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittihamın qanuni və əsaslı olması qənaətindədir.

85. Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilərək narkotik tərkibli maddəni İran İslam Respublikasının vətəndaşı “Əsgər” adlı şəxsin dediyi yerdən götürüb başqa yerə qoymağı planlamasını ifadəsində göstərmişdir.

86. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı narkotik vasitələri satış məqsədilə əldə etməsi, saxlaması və daşımasına dair irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Belə ki, təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın miqdarı, yəni şəxsi istehlak miqdarından 2665 dəfədən çox olması onu təsdiq edir ki, təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə əldə etmiş, saxlamış və daşımışdır.

87. Narkotik vasitənin təqsirləndirilən şəxsin çantasından aşkar edilməsi, qablaşdırılması, həmin vasitənin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahid ifadəsi, istintaq hərəkəti protokolları iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.

88. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan və məhkəmə araşdırılması zamanı tədqiq edilmiş sənədlərdən sübut kimi yol verilməz olanı yoxdur. İş materiallarında olan sübutlar yol veriləndir.

89. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitələrin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.

90. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın külli miqdarından dəfələrlə artıq olmasını, onun mobil telefonunda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə əlaqədar yazışmaların mövcudluğunu, habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir.

91. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır.

92. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

93. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

94. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur.

95. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

96. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

97. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

98. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin məhkəməyədək icraat və məhkəmə baxışı zamanı davranışını, müsbət xarakterizə edilməsini və səmimi peşmanlığını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. (hökmün 12-ci bəndi)

99. Məhkəmədə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir.

100. Məhkəmə həmçinin qeyd etməyi zəruri bilir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 27 yanvar 2026-cı il tarixdə “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məcəlləsinin 19 dekabr 2025-ci il tarixli qərarının 2.6-cı bəndinə əsasən azad edilmişdir. Lakin o, CM-in 83.3.2-ci maddəsinə əsasən, məhkumluğu olan şəxs hesab olunur. (hökmün 11 və 29-cu bəndləri)

101. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

102. Təqsirləndirilən şəxs ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs hesab edildiyindən cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. (hökmün 26-cı bəndi)

103. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 13 sentyabr 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır.Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir.

104. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 12 sentyabr 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. (hökmün 5 və 8-ci bəndləri)

105. İş üzrə mülki iddia, həbs qoyulmuş və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

106. İş üzrə maddi sübut olan, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 13324,35 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, digər sübut – xx.xx.2025-ci il tarixli “Baxış keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokola əlavə edilmiş və həmin istintaq hərəkətinin videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, 01 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılmalıdır. (hökmün 9 və 34-cü bəndləri)

107. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. (hökmün 6-cı bəndi)

108. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. (hökmün 14-cü bəndi)

109. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinsin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu və həbsdə saxlanıldığı müddət, yəni ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 12 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 13324,35 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Digər sübut – xx.xx.2025-ci il tarixli “Baxış keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokola əlavə edilmiş və həmin istintaq hərəkətinin videogörüntüləri özündə əks etdirən 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. 01 (bir) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar