Məhkəmə qərarları › İş №1(101)-199/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-199/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-199/2022 08.06.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Azər İslah oğlu Paşayevdən,Əhməd Qəhrəman oğlu Quliyevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X15, X9, X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı1, Dövlət ittihamçısı3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, müdafiəçilər, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 və 28 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə məhkəmə, Məmmədzadə Cavid Yaşar oğlunun, xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olub və tutulduğu ana qədər həmin ünvanda yaşayan, hazırki iş üzrə barəsində həbs qətimkan tədbiri seçilib Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib sonuncuya məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,237 hektar təşkil edən torpaq sahəsinə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış alacağına vəd verib Eleanora Hüseynovanı aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2018-ci ilin aprel ayının əvvəllərində ünvan 4 ünvanda Eleanora Hüseynovadan 119.000 manat, 2019cu ilin iyun ayında sənədləşmə prosesində əlavə xərclərin ödənilməsi adı ilə ünvan 5 ünvanın qarşısında Eleanora Hüseynovanın sürücüsü Şahid3 vasitəsilə göndərdiyi 15.000 manat və 2019-cu ilin iyun ayında ünvan 6 ünvanın qarşısında Eleanora Hüseynovanın sürücüsü Şahid3 vasitəsilə göndərdiyi 3.000 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib ümumilikdə Zərərçəkmiş şəxs1ın külli miqdarda, yəni 137.000 manat məbləğində pulunu ələ keçirmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 Gürcüstan Respublikasından sərfəli qiymətə “Toyota Prius” markalı avtomobil gətirəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə edib aldadaraq 07 mart 2020-ci il tarixdə Gürcüstan Respublikasında olan zaman avtomobilin alınması məqsədi ilə Zərərçəkmiş şəxs2 tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Təbriz küçəsində yerləşən ATM vasitəsilə onun "xxxx" ASC-nin pul kartına köçürülmüş 3000 manat pulu və 2020-ci ilin mart ayının ortalarında “Toyota Prius” markalı avtomobili ölkə ərazisinə gətirib avtomobilin gömrük rəsmiləşdirilməsindən keçirilməsi adı ilə ünvan 7 ünvanda Zərərçəkmiş şəxs2 1.500 manat pulu alaraq ələ keçirib verdiyi vədə əməl etməyərək avtomobili sonuncuya təhvil verməyib ümumilikdə Zərərçəkmiş şəxs2 4.500 manat məbləğində pulunu ələ keçirmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2012-ci il tarixdən Şahid1 sürücüsü olmuşdur. Şahid1 Azərbaycan Respublikasında fəaliyyət göstərən X25 filialının nümayəndəsi olmuşdur. Şahid1 özü Bakı şəhərində olmadığı müddətlərdə o, onun həyat yoldaşı X12 və uşaqlarına sürücülük etmişdir. 2015-ci il tarixdə Şahid1 Beynalxaq Bankın işi ilə bağlı 318 milyon manat pul məbləğinin yeyintisi ilə əlaqədar Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edildi və bir il Bakı istintaq Təcridxanasında həbsdə saxlanıldı. 2016-cı il tarixdə Şahid1 məhkəmə tərəfindən şərti olaraq azadlığa çıxdı. Onun Şahid1 ilə yaxşı münasibətləri olmuşdur. 2018-ci il tarixdə Şahid1 bacısı X10 adına olan 0,11 ha və digər bacısı X6 adına sərəncamla ayrılmış 0,15 ha torpaq sahələrini və ümumilikdə 0,46 ha torpaq sahəsini satmaq istədiyini ona bildirmişdir. Həmin torpaq sahələrinin daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarışı olmadığı üçün alqı-satqısına icazə verilmirdi. Buna görə də o, ilkin olaraq həmin torpağın 26 sotu ilə bağlı daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarışın alınmasında onlara köməklik etmiş və əvvəlcədən həmin işin görülməsi ilə bağlı 82500 manat pulu Şahid1 2018-ci ilin mart-aprel aylarında ünvan 8 ünvanında almışdır. 26 sot torpaq sahəsinin sənədləşdirilməsi üçün təxminən hər sota görə 3200 manat pul hesablanmışdır. Həmin 26 sot torpağın 17 sotu onun vasitəsilə ilə 170.000 manata satılmışdır. Şahid1 anası X13 17 sot torpağın pulunu, yəni 170.000 manat pulu özü almışdır. Daha sonra X13 170.000 manat pulu tam olaraq ona vermiş və o da həmin puldan 51000 manatını Şahid1 vermişdir. Bununla yanaşı olaraq, X16 ilə onun arasında olan razılığa əsasən o, yerdə qalıq qalan 119.000 manat pulun bir hissəsini 20 sot sənədsiz torpağın dövlət reyestr xidmətindən çıxarış alınması məqsədi ilə istifadə etməli olmuşdur. Həmin dövrdə 119.000 manat puldan 66.000 manatını o, 20 sot torpağın 10 sotunun özəlləşdirilməsi üçün vermişdir. Daha sonra həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün yenidən 66.000 manat puldan əlavə olaraq 15.000 manat pul lazım oldu. Şahid1 məxsus olan “Land Rover” discovery minik markalı nəqliyyat vasitəsinin sürücüsü Vüqar həmin pulu Şahid1 alıb Şahid1 yaşadığı ünvan 9 ünvanının qarşısında ona vermişdir. Bundan sonra Vüqar əlavə olaraq ona 3000 manatı Adilin yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində ona vermişdir. Vüqar tərəfindən ona verilən 3000 manat pul Şahid1 çatası pul olmuşdur. Lakin o, 3000 manat pulu itirdiyindən Şahid1 verə bilməmişdir. Adilə həmin pulu da sənədləşdirmə xərcləri ilə bağlı verəcəyini demişdir. Onun Şahid1 20 sot torpağın daşınmaz əmlakın dövlət reyestr xidmətindən çıxarış alınması məqsədi ilə 100.000 manat verəcəyi vardır. O, həmin pulun müqabilində Şahid1 Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində 47 sot torpaq sahəsi vermişdir. Qeyd edilən torpaq sahəsinin hazırda bir sotunun təqribi bazar qiyməti 3.000 manat təşkil edir və qeyd edilən torpaq sahəsi bələdiyyə sənədləri əsasındadır, lakin daşınmaz əmlakın reyestr xidmətindən çıxarış alınmamışdır, lakin onlar nə torpğı zərərin əvəzi kimi qəbul etmirlər, nə də torpağın sənədlərini qaytarmırlar. O, digər Zərərçəkmiş şəxs2 artıq 22 ildir ki, tanıyır. Onların arasında dostluq münasibətləri olmuşdur və həm də Seynur onun köhnə qonşusudur. Pandemiyadan əvvəl o, özü avtomobil ticarəti ilə məşğul olmuşdur. Yəni ki, o, Gürcüstandan avtomobilləri ucuz qiymətə alıb Azərbaycana gətirərək rəsmiləşdirdikdən sonra müəyyən qədər baha satmaqla gəlir əldə etmişdir. 2020-ci il fevral ayında Seynurla görüşmüşdür. Həmin vaxt o, Gürcüstandan “Toyota Prius” markalı 1.6 mühərrikli avtomobil gətirmiş və Seynur bu avtomobili gördükdə avtomobil Seynurun çox xoşuna gəlmişdir. Bundan sonra Seynur ona şərikli avtomobil gətirib satmağı və qazanc əldə etməyi təklif etdi. O da Seynurla dostluq münasibətləri olduğundan etiraz etməmişdir. 2020-ci ilin mart ayında o, Seynura onunla birgə Gürcüstan Respublikasına avtomobil gətirməyə getməyi təklif etmişdir. Seynur virusdan qorxduğunu və getmək istəmədiyini bildirdi. 06 mart 2020ci il tarixdə o, Gürcüstan Respublikasına getmişdir. 07 mart 2020-ci il tarixdə o, Seynurla əlaqə saxlayaraq ona məxsus bank hesabına pul göndərməsini tapşırmışdır. 07 mart 2020-ci il tarixdə Seynur onun adına olan “Unibanka” məxsus 5229 5307 1508 4604 nömrəli pul kartına 3000 manat pul göndərmiş və o həmin pulun üstünə 2300 ABŞ dolları qoyaraq avtomobili almışdır. Bir sözlə həmin avtomobil ona 4000 ABŞ dollarına yəni 6800 manata başa gəlmişdir. 10 mart 2020-ci il tarixdə o, Gürcüstan Respublikasından aldığı “Toyota Prius” markalı avtomobil ilə Balakən sərhədinə gəlmiş, qeyri iş günü olduğundan avtomobili sərhəddən keçirə bilməmiş və buna görə də sərhəddə qalmışdır. Bir gün sonra yəni 11 mart 2020-ci il tarixdə sənədlər qaydasına salındığından avtomobil sərhəddən buraxılmış və o, Bakı şəhərinə gəlmişdir. Bakı şəhərinə gəldikdə o, ilkin olaraq Seynur yaşadığı məhəlləyə gəlmiş və avtomobili Seynura göstərmişdir. Bundan sonra o, 2-3 gün avtomobili sürmüş, gömrükdə gətirilən avtomobillərin sayının çoxluğundan ora getməmiş və gözləmişdir. Gömrük vaxtı tamamlanmamışdan əvvəl o, avtomobili aparıb gömrük dayanacağında saxlamış və həmin gün sənədləri hazırlayıb gözləmişdir, lakin həmin gün ona sms gəlməmiş və o, avtomobili gömrük rəsmiləşdirilməsindən keçirə bilməmişdir və Seynurdan 12-13 mart 2020-ci il tarixdə Seynurun iş yerində əlavə olaraq gömrük rəsmiləşdirilməsi üçün 1500 manat pul almışdır. 18 mart 2020-ci il tarixdə o, gömrüyə gedib gətirdiyi “Toyota Prius” markalı avtomobili rəsmiləşdirmişdir. Təxminən üç gün sonra o, Seynura zəng edib müştəri çıxdığını bildirmişdir. Lakin Seynur ona avtomobili qaynı Rüstəmə aldığını demiş və bir qədər gözləməsini xahiş etmişdir. O, Seynuru 29 mart 2020-ci il tarixədək gözləyəcəyini bildirmişdir. O fikirləşmişdir ki, karantinə görə banklar işləmir və Seynur gətirib həmin pulu ona çatdıra bilməyəcəkdir. Pula ehtiyacı olduğu üçün avtomobili Şahid7 adlı şəxsə 11900 manata satmışdır. Həmin vaxt o, Seynura zəng edib pulu götürə biləcəyini demiş, Seynur isə maşını istədiyini bildirdi. O isə əldə etdiyi pulu şəxsi problemlərinə xərcləmiş və Seynurun 4500 manatını qaytara bilməmişdir. Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində qızı X10 adına 0,11 ha, digər qızı X6 adına sərəncamla ayrılmış 0,15 ha torpaq sahələri olmuşdur. Həmin torpaq sahələri ümumilikdə 0,237 ha torpaq sahəsindən ibarət olmuşdur. Torpağ sahələri uzun illərdir ki, onlar tərəfindən 2 (iki) metr hündürlüklə hasara alınaraq ümumi ailələrinin istifadəsində olmuşdur. Torpağın sənədləri olmamışdır. Sonradan pula ehtiyacları olduğundan torpaq sahəsini sənədləşdirib satmaq qərarına gəlmişlər. Bundan sonra ailələrində uzun müddət sürücü işləyən və etibar etdikləri məhkəmədə ona təqsirləndirilən şəxs kimi təqdim edilən Təqsirləndirilən şəxs onların torpaq satmaq fikirlərinin olduğunu eşidib ona bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində qızlarının adlarına sərəncamla ayrılmış ümumilikdə sənədsiz olan 0,237 ha torpaq sahəsini qanuni əsaslarla sənədləşdirib satmaq üçün yaxşı tanışları vardır və bu işdə onlara köməklik göstərəcəklər. O, Təqsirləndirilən şəxs uzun müddət tanıdığından və ona etibar etdiyindən və Cavid tərəfindən aldadılacağını düşünmədən 2018-ci ilin mart-aprel aylarında Cavidə əlbəəl oğlu Şahid1 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 96 saylı evin həyətində 30.000 ABŞ dolları, yəni 51.000 manat, 8.000 ABŞ dolları, yəni 13.600 manat və 30.000 manat olmaqla cəmi, 94.600 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs Nailə Hüseynovaya ayrılmış 0,11 ha və Sevinc Hüseynovaya ayrılmış 0,15 ha torpaq sahələrinə, cəmi 0,26 ha torpaq sahəsinə dövlət reyestr xidmətindən çıxarış alaraq həqiqətən də onlara təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs bildirdi ki, həmin 0,26 ha torpaq sahəsinin 0,17 ha hissəsini 170.000 manata satılması üçün Şahid1 ilə razılığa gəlmişdir. Nəticə etibarı ilə Təqsirləndirilən şəxs onun razılığı əsasında etibarnamə əsasında onun iştirakı ilə 0,26 ha torpaq sahəsindən 0,17 ha torpaq sahəsini 170.000 manata satdı. O, 170.000 manat pulu götürdükdə Cavid həmin puldan ona yalnız 51.000 manat pul vermiş, qalıq qalan 119.000 manat pulu isə özünə götürüb bildirdi ki, 119.000 manat puldan 43.000 manat pulu torpağı satan vasitəçiyə, 9.500 manat müqavilə xərcləri üçün notariusa, 1.500 manat isə digər xərclərə verib, nəticədə qalan 65.000 manatı isə sənədsiz torpaq sahəsinin sənədləşdirilməsi üçün xərcələyəcəkdir. İlk əvvəl bu işlərlə bağlı o, oğlu Şahid1 heç bir söz deməmişdir, lakin Təqsirləndirilən şəxs ona qarşı dələduzluq hərəkətləri etdiyini, onu aldatdığını görüb baş vermiş hadisəni Adilə danışmışdır. Adil də Cavid tərəfindən onun aldadıldığını görüb Cavidə zəngi edib pulu qaytarmağı tələb etmişdir. Bundan sonra Cavid bildirdi ki, vasitəçiyə və digər şəxslərə pul vermişdir, lakin o, Cavidin yalan danışdığını başa düşmüşdür. Bundan sonra Cavid Adilə bildirmişdi ki, qısa müddətdə həmin torpaq sahəsinə çıxarış alacaqdır və heç bir hüquq mühafizə orqanlarına şikayət etməyə ehtiyac yoxdur. Bundan sonra da o, yalan danışaraq çıxarışın verilməsindən müxtəlif bəhanələr gətirərək imtina etməyə başladı. Adil Caviddən torpaq sahəsinə çıxarışı tələb etdikdə o, bildirdi ki, çıxarış almaq üçün müvafiq sənədləri aidiyyəti orqanlara təqdim etmiş və götürmək üçün əlavə 18.000 manat pul lazımdır. O da 2019-cu ilin iyun ayında ünvan 10 ünvanında oğlu Adilə 15.000 manat pulu vermişdir. Adil də öz növbəsində pulu Cavidə göndərmişdir. Nəticədə Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək çıxarışı verməkdən yayındı və onlardan götürdüyü ümumilikdə 137.000 manatı bu günə kimi qaytarmamışdır. Bu gün də onları aldatmaqda davam edir. Zərərçəkmiş şəxs2 ifadələrində göstərdi ki, təxminən 2005-ci ildən məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunmuş Təqsirləndirilən şəxs tanıyır. Aralarında ədavətləri olmamışdır. Cavid onunla qonşuluqda yaşamışdır və münasibətləri yaxşı olmuşdur. Cavid mütəmadi olaraq həftədə 1-2 dəfə onun yanına gəlmiş və onlar oturub söhbətləşmişdirlər. Bir gün Cavid onun yanına gəlib Gürcüstan Respublikasından ucuz qiymətə “Toyota Prius” markalı avtomobili gətirmək istədiyini və əlində 7500 manat nağd pul olduğunu və 4500 manat pulun çatmadığını bildirib ondan 4500 manat istəyib, gətirəcyi maşını sərfəli qiymətə onun özünə satacağını dedi. Cavid də razılaşdı. Bundan sonra Cavid Gürcüstana getdi. Həmin vaxtı o, Cavidə pul verməmişdir. Onlar razılaşmışlar ki, Cavid avtomobili ona gətirdikdə o, həmin avtomobili banka salıb oradan 7500 manat pul çıxardıb Cavidə verəcəkdir və beləliklə onların hesablaşması bitəcəkdir. Cavid Gürcüstana çatdıqda ona zəng vurmuş və ondan özünə məxsus “Unibank ASC”-yə aid olan bank kartına 3000 manat pul göndərməyi tapşırdı. O, dərhal qeyd olunan bank kartına 07 mart 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ATM vasitəsilə 3000 manat pul göndərmiş və Cavidə zəng vurub pulu göndərdiyini bildirmişdir. Təxminən 3-4 gün sonra Cavid ona söz verdiyi “Toyota Prius” markalı avtomobili onun iş yerinə gələrək avtomobili ona göstərmişdir. O həmin vaxt əmin olmuşdur ki, Cavid ona yalan danışmır. Cavid həmin vaxt ondan gömrük rəsmiləşdirilməsi üçün 1500 manat pul alıb getdi. O, Cavidə pulu verdikdən sonra 2-3 gün ərzində Cavidə zəng edib avtomobilin gömrük rəsmiləşdirilməsi ilə bağlı soruşduqda Cavid müxtəlif bəhanələrlə işi sabah həll edəcəyini bildirdi. Bir müddət sonra o yenidən Cavidə zəng vuraraq rəsmiləşdirmə işinin nə yerdə olduğunu soruşduqda Cavid həll edəcəyini bildirmişdir. O həmin qurumdan avtomobilin rəsmiləşdirilməsi ilə bağlı soruşduqda ona avtomobilin rəsmiləşdirilmədiyi bildirilmiş, Cavid avtomobili rəsmiləşdirdiyini, lakin texniki nasazlıqlar olduğundan hələ gətirib çıxara bilmədiyini qeyd etmişdir. Bundan 3-4 gün sonra Cavid avtomobili gətirərək rəsmiləşdirdiyini bildirdi. O da avtomobili qaynı Rüstəmə aldığı üçün Rüstəmi çağırıb avtomobili Rüstəmə göstərmişdir. Rüstəm avtomobilə əyləşmiş və avtomobili sürüb yoxladı. Onlar bundan sonra telefon vasitəsilə bankla danışmış və avtomobili banka qoyub pul götürməklə bağlı razılığa gəlmişlər. Həmin gün Cavidə zəng vurduqda Cavid artıq avtomobili ona satmayacağını dedi. O, Caviddən 4500 manat pulunu istədikdə o, pulu da verməyəcəyini bildirib dedi ki, 29 mart 2020-ci il tarixədək 7500 manat pulu versə, avtomobili satmayacaq və onun üçün saxlayacaq. Bu söhbətlərdən təxminən dörd gün sonra o, Dövlət Statistika Komitəsinin yaxınlığında Cavidin gətirdiyi “Toyota Prius” markalı Az ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobilin başqa bir şəxs tərəfindən idarə olunduğunu aşkar etmişdir. Həmin şəxsə yaxınlaşmış və bunun nə məsələ olmasını ondan soruşub ona avtomobilin Cavid tərəfindən onun üçün gətirildiyini demişdir. Həmin şəxs də adının Oruc olduğunu deyib Cavid hələ Gürcüstana getməmişdən qabaq ona avtomobil gətirəcəyini deyərək ondan nağd şəkildə 6500 manat pulu aldığını, avtomobili gətirdikdən sonra isə yerdə qalan pulu verərək Cavidə inanmadığı üçün dərhal avtomobili öz adına qeydiyyata saldığını dedi. Bu zaman o, Cavidin əlində olan 7500 manat pulun Oruc adlı şəxsə aid olduğunu başa düşmüş və Cavid tərəfindən aldadılaraq, ümumilikdə özünün 4500 manat pulunun Cavid tərəfindən ələ keçirildiyini başa düşmüşdür. O, Cavidə hissəhissə olmaqla ümumilikdə 4500 manat pul vermiş və Cavid hələdə verdiyi pulu geri qaytarmamışdır, lakin o, həmin məbləğdə pulu Caviddən tələb etmir. Şahid1 ifadələrində göstərdi ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində bacıları X10 adına 0,11 ha və X6 adına sərəncamla ayrılmış 0,15 ha torpaq sahələri olmuşdur. Bacılarına məxsus olan torpaqlardan savayı sənədsiz 0,237 ha torpaq sahəsi də olmuşdur. Mövcud olan torpaq sahələri artıq uzun illərdir ki, onlar tərəfindən hasara alınaraq ailələrinin ümumi istifadəsində olmuşdur. Sonradan pula ehtiyacları olduğundan anası X11 həmin torpaq sahəsini sənədləşdirib satmaq qərarına gəlmişdir. Bundan sonra ailələrində uzun müddət sürücü işləyən, etibar etdikləri və məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunmuş Təqsirləndirilən şəxs torpaq satmaq fikirlərinin olduğunu eşidib onun anasına bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində qızları X10 adına 0,11 ha və X6 adına sərəncamla ayrılmış 0,15 ha torpaq sahələri ümumilikdə 0,26 ha torpaq sahələrini qanuni əsaslarla sənədləşdirib satmaq üçün yaxşı tanışları vardır və bu işdə köməklik göstərəcəkdir. Təqsirləndirilən şəxs uzun müddət tanıdıqlarından, Cavidə etibar etdiklərindən və Cavid tərəfindən aldadılacaqlarını düşünmədən 2018-ci ilin mart-aprel aylarında Cavidə anası Elenora tərəfindən əl-bə-əl onun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 96 saylı evin həyətində 30.000 ABŞ dolları yəni, 51.000 manat, 8.000 ABŞ dolları, yəni 13.600 manat və 30.000 manat olmaqla cəmi, 94.600 manat pul verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Nailə Hüseynovaya ayrılmış 0,11 ha və Sevinvc Hüseynovaya ayrılmış 0,15 ha torpaq sahələrinə cəmi 0,26 ha torpaq sahəsinə dövlət reyestr xidmətindən çıxarış alaraq həqiqətən də təqdim etdi və bundan sonra Təqsirləndirilən şəxs bildirdi ki, həmin 0,26 ha torpaq sahəsinin 0,17 ha hissəsini 170.000 manata satılması üçün müştəri ilə razılığa gəlmiş və sonda etibarnamə əsasında iştirakı ilə 0,26 ha torpaq sahəsindən 0,17 ha torpaq sahəsini 170.000 manata satdı. X13 170.000 manat pulu götürdükdə Təqsirləndirilən şəxs həmin puldan yalnız 51.000 manat pul verdi, qalan 119.000 manat pulu isə özünə götürdü və bildirdi ki, 119.000 manat puldan 43.000 manat pulu torpağı satan vasitəçiyə, 9.500 manat müqavilə xərcləri üçün notariusa, 1.500 manat isə digər xərclərə vermiş, qalan 65.000 manatı isə sənədsiz 0,237 ha torpaq sahəsinin sənədləşdirilməsi üçün götürdüyünü bildirmişdir. İlk əvvəl bu işlərlə bağlı X13 ona heç bir söz deməmişdir. Lakin Təqsirləndirilən şəxs X7 qarşı dələduzluq hərəkətləri etdiyini, anası aldadıldığını görüb baş vermiş hadisə barəsində sonradan ona məlumat vermişdir. O, Cavid tərəfindən anası X4 aldadıldığını görüb Cavidə zəngi edib pulu qaytarmağı tələb etmişdir. Cavid də vasitəçiyə və digər şəxslərə pul verib. O da Cavidin yalan danışdığını hiss etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona telefonda bildirmişdir ki, qısa müddətdə həmin 0,237 ha torpaq sahəsinə çıxarış alacaqdır və heç bir hüquq mühafizə orqanlarına onun barəsində şikayət etməyə ehtiyac yoxdur. Lakin Təqsirləndirilən şəxs yalan danışaraq çıxarışın verilməsindən müxtəlif bəhanələr gətirərək imtina etməyə başlamışdır. O, Təqsirləndirilən şəxs 0,237 ha torpaq sahəsinə çıxarışı tələb etdikdə Cavid bildirdi ki, çıxarış almaq üçün müvafiq sənədləri aidiyyəti orqanlara təqdim etmişdir və götürmək üçün əlavə pul lazımdır. Beləliklə də anası X1 ilə o, 2019-cu ildə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 96 saylı evdə Təqsirləndirilən şəxs çatması üçün 15.000 manat pulu sürücüsü Vüqara vermişdir. Vüqar həmin pulu məhz elə həmin tarixdə Cavidə çatdırmışdır. Bundan sonra Cavid yenə pul lazım olduğunu demişdir. Onun sürücüsü Vüqar ona çatmalı olan 3000 manat pulu Cavidə verdiyini bildirmiş və pulun çatıb çatmadığını ondan soruşmuşdur. O, Cavidə zəng edərək elə həmin 3.000 pulu da sənədləşmə üçün xərcləyə biləcəyini demişdir. Nəticədə Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək çıxarışı verməkdən qəsdən yayınmağa başlamışdır. Beləliklə də o, Təqsirləndirilən şəxs verilmiş ümumilikdə olan 137.000 manat pulu tələb etdikdə Cavid tezliklə pulu qaytaracağını bildirsə də, bu günə kimi yalan danışaraq qaytarmaqdan imtina etmişdir. 2019-cu ilin fevral mart aylarında Cavid ona müvəqqəti olaraq etibarını qazanmaq məqsədilə torpaq sahəsi vermək istədiyini bildirmişdir. Lakin o, həmin torpaq sahəsini yox pulu istəmişdir. O, vəkil işləyən dostu Nazimlə əlaqə saxlamış və ondan məsləhət almaq istədiyini bildirmişdir. O Nazimlə söhbət etmiş və Nazim bildirmişdir ki, torpaqları sığorta kimi götürək və görək yekunda necə olur. Onlar birlikdə Nardaran bələdiyyəsinə getmişdir. Həmin yerə çatdıqda bələdiyyənin sədri onlara bildirmişdir ki, bələdiyyə onları yalnız vergi ödəyicisi kimi qeydiyyata götürür, bu torpaqlarla bağlı mülkiyyət hüququnu həyata keçirmək üçün həmin torpağı özəlləşdirməlidirlər. Torpağın 22 sotu onun adına qeyd olunmuş və o həmin torpaq üzrə vergi ödəyicisi kimi nəzərə alınmışdır. Lakin o həmin sənədləri istəmədiyi üçün götürməmişdir. Digər 25 sot torpaq isə dostu Şahid2 adına qeydə alınmışdır. Bundan bir müddət keçdikdən sonra o, Caviddən yenə verilmiş pulu tələb etdikdə, Cavid pulunun olmadığını və bunun əvəzində torpaq verdiyini bildirmişdir. O isə Cavidə verdiyi torpaq sahəsinin heç bir işə yaramadığını, ona torpağın lazım olmadığını bildirmiş və Cavidə vermiş olduğu pulu geri qaytarmasını tələb etmişdir. Lakin Cavid yenə də pulu qaytarmamışdır. Bundan sonra o polisə müraciət etmişdir. Şahid2 ifadələrində göstərdi ki, ali təhsilli hüquqşünasdır. Bakı şəhəri, ünvan 11 ünvanında ailə üzvləri ilə birgə yaşayır. O, Şahid1 təxminən on ilə yaxındır ki, iş münasibətləri zəminində tanımış və indiyədək ailəvi yaxınlıqları vardır. 2019-cu ilin əvvəllərində Şahid1 ilə görüşüb söhbət edən zaman Adil dedi ki, Cavid adlı sürücüsü onun anası X5 məxsus torpağı sənədləşdirmək adı ilə ondan hissə-hissə olmaqla ümumilikdə 137.000 manat pul almış lakin hələ də sənədləşməni başa çatmamışdır və bu barədə bir məlumat verməmişdir. Onlar Şahid1la birgə Təqsirləndirilən şəxslə görüşmüş və bu hadisənin nəticəsi barədə Caviddən məlumat almaq istəmişdir. Cavid bildirmişdir ki, sənədləşmə prosesində müəyyən gecikmələr vardır. Bu gecikmələr aradan qalxan kimi o, həmin torpağı sənədləşdirib, çıxarışı Şahid1 təqdim edəcəkdir. Bir müddət sonra o Şahid1la yenidən görüşdükdə işin nə yerdə qaldığını ondan soruşmuşdur. Şahid1 da hələ də bir nəticənin olmadığını ona bildirdi. O, Adilə Caviddən çıxarışının tez müddətdə verilməsin, əks təqdirdə isə pulunu tələb etməsini demişdir. Təxminən bir ay sonra yenidən onlar Şahid1la görüşmüşdür. Şahid1 ona demişdir ki, Cavid onun pulunu geri qaytarmır və Şahid1 deyir ki, gözləsin, sənədlər bu yaxında hazır olacaq, əgər inanmırsınızsa, torpaq sahəsi versin sənədlər hazır olanda geri götürər. Adil həmin torpaqları istəmədiyini demiş və ona nağd pulun və ya sənədlərin verilməsini istədiyini bildirmişdir. Lakin o, Adilə həmin torpaqları götürməsini, əgər Cavid pulu verməzsə və ya aldadarsa heç olmasa Adilin əlində Cavidə öhdəlik yaradan hər-hansısa bir sənədin olmasını məsləhət görmüşdür. Onlar 2020-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs və onun dostu Fuadla birgə Nardaran Bələdiyyəsinə getmişlər. Orada olan zaman Cavid 25 sot və 22 sot olmaqla ümumilikdə 47 sot olan torpaq sahələrini bələdiyyə sənədi ilə onlara vermişdir. Təqsirləndirilən şəxs adına qeyd edilmiş Nardaran qəsəbəsi, Yusif Məmmədəliyev küçəsində yerləşən 25 sot torpaq sahəsi bələdiyyə sənədi ilə onun adına qeyd olunmuşdur. Təqsirləndirilən şəxs dediyinə görə dostu X8 adına qeyd olunmuş 22 sot torpaq sahəsi isə Şahid1 mülkiyyətinə verilməli idi, lakin Təqsirləndirilən şəxs Nardaran Bələdiyyəsində adına qeyd olunmuş 25 sot torpaq sahəsində imtina ilə bağlı ərizə yazıb onun adına keçirilsə də, X14 həmin yerə gəlmədi və torpaqdan imtina ilə bağlı ərizə yazmadı. Ona həmin 25 sot topaq sahəsinə sahibliyi ilə bağlı sənəd verilsə də, Adilə 22 sot torpaq sahəsinə sahibliyi ilə bağlı heç bir sənəd verilmədi. O, Adil ilə görüşdükdə Adil hələ də çıxarışın hazır olmadığını və pulunun geri qaytarılmadığını, özünün də Cavidin etdiyi əməllə bağlı polisə müraciət etdiklərini dedilər. O, Adilə düzgün qərar qəbul etdiyini demişdir. Şahid6 ifadələrində göstərdi ki, 2010-cu ildən Sabunçu rayonu, Nardaran Bələdiyyəsinin sədri vəzifəsində çalışır. Məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunmuş Təqsirləndirilən şəxs təxminən 2019-cu ildə Nardaran Bələdiyyəsinə müraciət edərək adına qeyd olunmuş sənədlərin başqa bir adını bilmədikləri vətəndaşın adına uçota götürmələrini xahiş etmiş və sözü gedən torpaq sahəsinin dəyərini sahibinə hissə-hissə ödəyəcəyini dedi. O, Cavidyə bildirmişdir ki, bu sənəd mülkiyyət hüququ ilə bağlı heç bir əhəmiyyət daşımır, yalnız həmin şəxsi vergi ödəyicisi kimi qeydiyyata alır. Cavid isə ona bildirmişdir ki, problem yoxdur sadəcə həmin şəxsi vergi ödəyicisi kimi qeydiyyata al. Bundan bir müddət sonra həmin şəxslər Sabunçu rayonu, Nardaran Bələdiyyəsinə gəlmişdi. O, Şahid1 və Şahid2 izah etmişdir ki, bələdiyyə onları vergi ödəyicisi kimi qeydiyyata götürür, lakin bu sənədlə mülkiyyətlə bağlı heç bir hüquq verilmir. Yalnız həmin torpağı özəlləşdirdikdən sonra həmin torpaq onların mülkiyyətinə keçir. Həmin sənəd vasitəsilə sadəcə özəlləşdirmə zamanı onların vergi ödəyicisi olmaları nəzərə alınır. Bundan sonra sənədləşmə həyata keçirildi. Bundan bir gün sonra Təqsirləndirilən şəxs Sabunçu rayon, Nardaran bələdiyyəsinə gəlmiş və sənədlərdən birinin rüsumu ödənmədiyindən həmin sənəd ləğv olunmuşdu. Bundan sonra Cavid digər torpaq sahəsinin də sənədinin ləğv etmək istədiyini bildirdi. O da sənədi ləğv etmək üçün sənəd kimin adındadırsa həmin şəxs gəlib imtina ilə bağlı imzası ilə təsdiq olunmuş ərizə yazmalıdır. Cavid bildirdi ki, həmin şəxsin Təqsirləndirilən şəxs etibarnaməsi var bir neçə günə gəlib həmin sənədi ləğv etdirəcək. Bundan sonra ona məlum olmuşdur ki, Cavid həbs olunmuşdur. Şahid7 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunmuş Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin yanvar-fevral aylarında işlətdiyi Yasamal rayonu, M.Naxçıvani küçəsində yerləşən “Callipso” restoranının müştərisi kimi tanıyır. Cavid Gürcüstandan avtomobil gətirib satmaqla məşğul idi. 05 mart 2020-ci il tarixdə günorta saatlarında Cavidlə söhbət etdikləri zaman o, Cavidə sərfəli qiymətə “Toyota Prius” markalı avtomobil almaq istədiyini və ona ucuz qiymətə Gürcüstandan həmin avtomobildən gətirə bilib-bilməyəcəyini Caviddən soruşmuşdur. Cavid polblem olmadığını bildirib ona Gürcüstandan “Toyota Prius”markalı avtomobili sərfəli qiymətə gətirə biləcəyini dedi. O, Təqsirləndirilən şəxs ilkin olaraq avtomobili gətirmək üçün nə qədər pul verməli olduğunu soruşmuşdur. Cavid də Gürcüstandan avtomobili almaq üçün ilkin olaraq 6500 manat pul verməli olduğunu dedi. O da qalan pulu isə avtomobili gətirdikdən sonra gömrük rəsmiləşdirilməsi zamanı verəcəyi barədə Cavidlə razılaşmışdır. Cavid ona özünün də əlində 4500 manat pul olduğunu və gömrük rəsmiləşdirilməsi barədə narahat olmamasını bildirdi. Cavid dedi ki, əgər pulu olmasa avtomobilin gömrük rəsmiləşdirilməsi xərclərini özü ödəyər və o, sonra həmin pulu ona verər. Təxminən 06 mart 2020-ci il tarixdə Cavid “Toyota Prius” markalı avtomobili gətirmək üçün Gürcüstan Respublikasına getmişdir. 10 mart 2021-ci il tarixdə Cavid Gürcüstandan qayıtdı və “Toyota Prius” markalı avtomobili gətirib Avtonəqliyyat Gömrük İdarəsinin dayanacağında saxladı. Təxminən 7-8 gün ərzində o, Təqsirləndirilən şəxs gömrük rəsmiləşdirilməsinin nə yerdə olduğunu soruşduqda, Cavid müxtəlif bəhanələrlə günü günə satmış və onu aldatmağa çalışmışdır. Lakin o, Cavidə inanmadığı üçün 4500 manat pulu özü düzəldərək Cavidin yanına gəlib onunla görüşüb maşını rəsmiləşdirməyə getmələrini demişdir. 18 mart 2020-ci il tarixdə onlar Avtonəqliyyat Gömrük İdarəsinə getmişdir və orada “Toyota Prius” minik markalı avtomobili Az ** ZN *** dövlət qeydiyyat nişanı ilə Cavidin adına gömrük rəsmiləşdirilməsini həyata keçirmişlər. Məhz həmin gün o Cavidə inanmadığı üçün və özü Yevlax rayon qeydiyyatında olduğu üçün avtomobili başqa bir Bakıda qeydiyyatda olan tanışı qadının adına keçirmişdir. Rəsmiləşdirmə prosesi bitdikdən sonra o, maşını sürüb iş yerinin qarşısında saxlamışdır. Bundan sonra Cavidə əlavə olaraq Gürcüstanda hotel pulu, yemək, yol pulu kimi xırda xərclərin ödənilməsi üçün 600 manat pul vermişdir. Təxminən 20 mart 2020-cil tarixdə işlədiyi Bakı şəhəri, Yasamal rayonu, M.Naxçıvani küçəsində yerləşən “Callipso” restoranının qarşısında bir nəfər orta yaşlı kişi ona yaxınlaşmış, avtomobilin həmin şəxs üçün gətirildiyini və onun avtomobildə nə işinin olduğunu soruşmuşdur. Sonradan ona məlum olmuşdur ki, həmin şəxsin adı Seyhundur və Cavid həmin “Toyota Prius” markalı avtomobili onun üçün gətirdiyini, ondan bunun üçün 4500 manat pul aldığını dedi. O da Seynura həmin avtomobilin gətirilməsi üçün Cavidə ilkin olaraq 6500 manat pul verdiyini, avtomobili gətirdikdən sonra isə hissə-hissə ümümilikdə 4500 manat və 600 manat pul verdiyini, avtomobilin Bakı şəhərinə gətirilib səndləşdirilməsi ilə birlikdə ona 11.600 manata başa gəldiyiyni demişdir. Şahid4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs qismində təqdim olunmuş Təqsirləndirilən şəxs təxminən on ildir ki, yeznəsi Seynurun vasitəsilə qiyabi tanımışdır. Cavid Seynurun dostu olmuş və ailəvi məclislərdə Cavid də iştirak etmişdir. 2020-ci ilin mart ayında Seynur ona Gürcüstandan onun üçün “Toyota Prius” markalı avtomobili gətizdirdiyini bildirdi. Seynur bildirdi ki, avtomobili Cavid gətirir və ilkin olaraq 3000 manat Cavidə kart vasitəsilə ödəmişdir. Qalan pulu isə Seynur Cavidə Bakıya gəldikdən sonra rəsmiləşdirmə zamanı verəcəkdir. O da sevinib özünə məxsus Vaz 21099 markalı avtomobili satmışdır ki, Seynura pulun ödənməsində köməklik göstərsin. Bundan sonra onlar avtomobilin gətirilməsini gözləmişdirlər. Təxminən mart ayının sonlarında Cavid qırmızı rəngli “Toyota Prius” markalı avtomobili Gürcüstandan gətirmişdir. Seynur ona dedi ki, avtomobil gətirilib, gəl bax gör xoşuna gəlirmi? O Seynurla görüşmüş, birlikdə Cavidin yanına getmişlər və bundan sonra üçü birgə avtomobilə əyləşmişdirlər. O avtomobili sürmüş və elə bir problem görmədiyindən avtomobil xoşuna gəlmişdir. Seynura da bildirmişdir ki, məsləhətlidir, xoşunaa gəlib, ala bilərlər. Cavid ona demişdir ki, bəs maşını onun üçün gətirmişdir pulun qalan hissəsini necə ödənəcəkdir. O, problem olmadığını və maşını banka lizinqə salıb pulun qalan hissəsini nağd ödəyəcəyini bildirmişdir. Cavid ona problem olmadığını və maşını pulu verən zaman götürəcəklərini bildirdi. Onlar razılaşdıqdan sonra Seynurla o Sumqayıta gedib lizinqlə danışmışdırlar. O özünə VÖEN açdırmışdır. Bundan sonra onlar Cavidə zəng edib sənədləşdirməni həyata keçirmək üçün getmək istədiklərini bildirmişlər. Cavid onları müxtəlif bəhanələrlə aldatmış və günü günə satmışdır. Yekunda da onların xəbəri olmuşdur ki, Cavid maşını artıq başqa bir şəxsə satmışdır. O, Seynurdan bu işin axırının necə olacağını soruşmuşdur. O, Cavidə inanıb maşını alacağını düşünüb öz maşınını da sataraq hal hazırda maşınsız qaldığını Seynura bildirmişdir. Seynur ona narahat olmamasını və bir şey fikirləşəcəyini bildirmişdir. Daha sonra o, Seynurdan verdiyi pulu ala bilib-bilmədiyini soruşduqda Cavidin pulu verməkdən boyun qaçırdığını və bununla bağlı polisə şikayət edəcəyini bildirdi. Şahid5 ifadələrində göstərmişdir ki, 2018-2019-cu illərdə Sabunçu rayonu, Nardaran Bələdiyyəsində qeyri rəsmi işçi kimi faəliyyət göstərmiş hal-hazırda işsizdir. Təxminən 2019-cu ilin fevral-mart aylarında Cavid adlı şəxs Nardaran Bələdiyyəsinə müraciət edərək öz adında olan torpaq sahəsinə dair öhdəlikləri bələdiyyənin adını bilmədikləri vətəndaşların adına 45 sot torpaqla bağlı öhdəlikləri keçirmələrini xahiş etmiş və sözü gedən torpaq sahəsinin dəyərini torpaq sahibinə hissə-hissə ödəyəcəyini bildirmişdir. Həmin sözü gedən vətəndaşlar bir neçə gün sonra Sabunçu rayonu, Nardaran bələdiyyəsinə gəlmiş və onlar həmin vətəndaşlarla görüşüb Cavidin xahişini yerinə yetirmişdirlər. Həmin şəxslərdən biri Şahid1, digəri isə Şahid2 olmuşdur. Sözü gedən torpaq sahələrinin sənədlərindən biri götürülmüş digərini isə həmin şəxslər istəməmiş və Təqsirləndirilən şəxs tərəfindən rüsum ödənişi edilməmişdir. Sonradan Cavid ona həmin şəxslə arasında olan haqq hesabın həll olduğunu demiş və digər sənədin götürülməsi üçün dövlət rüsumunu ödəməmişdir. Bələdiyyə sənədləşməsi qaydasına əsasən torpaq üzrə vergi ödəyicisi kimi uçota götürülən şəxs dövlət rüsumunu ödəmədiyi üçün həmin sənəd ləğv olunmuşdur. O bildirmişdir ki, Cavid həmin torpaq sahələri ilə bağlı müəyyən qədər ödəniş etsə də torpağın əsl sahibinə məbləği tam ödəməmişdir. Bundan sonra Cavid Nardaran bələdiyyəsinə gəlmiş, ona digər torpaq sahəsinin də sənədini ləğv etmək istədiyini bildirmişdir. Lakin o qeyd etmişdir ki, həmin sənədi ləğv etmək üçün həmin sənəd kimin adındadırsa, həmin şəxs gəlib imtina ilə bağlı imzası ilə təsdiq olunmuş ərizə yazmalıdır. Cavid ona bildirmişdir ki, həmin şəxsin Caviddə etibarnaməsi vardır və bir neçə günə gəlib həmin sənədi də ləğv etdirəcək. Bundan sonra onlara məlum olmuşdur ki, Cavid adlı şəxs həbs olunmuşdur. Şahid3 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 təxminən 2015-ci ildən tanıyır və 2018-2019-cu illərdə Şahid1 məxsus “X30” **-VR-*** nömrəli avtomobilin sürücüsü kimi işləmişdir. O, bildirmişdir ki, Cavid adlı şəxsi təxminən 2018-ci ildən Şahid1 ailə sürücüsü kimi tanımışdır. Təqsirləndirilən şəxs ilə sadəcə salam-sağol münasibətləri olmuşdur, heç bir yaxınlığı olmamışdır. 2018-ci ilin qış aylarında Şahid1 ona zəng edərək Şahid1 yanına getməsinii demişdir. O Şahid1 yanına gedib çatdıqda Şahid1 ona 15.000 manat pul vermiş və həmin pulu torpaq sənədləşməsi ilə bağlı aparıb Cavid adlı digər sürücüyə verməli olduğunu qeyd etmişdir. O, 15.000 pulu Adil müəllimin yaşadığı Nəsimi rayonu, Nizami küçəsində Cavid adlı şəxsə günorta saatlarında vermişdir. Bundan təxminən 1 ay sonra o Cavid adlı şəxsə Şahid1 çatması üçün 3000 manat pulu Neftçilər Xəstəxanasının arxasında vermişdir. Lakin Cavid həmin 3000 manat pulu Şahid1 çatdırmamışdır. Sonradan o Şahid1 zəng vuraraq pulun Şahid1 çatdırılıb-çatdırılmamasını soruşanda Şahid1 bildirmişdir ki, heç bir problem yoxdur. Cavid həmin 3000 manat pulu torpağın sənədləşdirilməsi ilə bağlı götürmüşdür, narahat olmağa bir səbəb yoxdur. Bu yaxınlarda onun məlumatı olmuşdur ki, Təqsirləndirilən şəxs Şahid1 aldatmışdır və hal hazırda tutulub Bakı İstintaq Təcridxanasındadır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, iş üzrə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 oğlu ifadələrində göstərdiyi halları üzləşdirmə zamanı də təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadələrində göstərdiyi halları üzləşdirmə zamanı da təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadələri yerində yoxlanılarkən ifadələrində göstərdiyi halları əyani də göstərmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadələri yerində yoxlanılarkən o, ifadələrində göstərdiyi halları əyani də göstərərək təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş iş üzrə tərtib olunmuş torpaq sahəsinə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid1 və Şahid2 vermiş olduğu torpaq sahəsi ünvan 12 ünvanında dəniz kənarında yerləşir. Həmin torpaq sahəsinə Nardaran Bələdiyyəsinin sədri və Şahid1 iştirakı ilə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 2500 m2 və 2200 m2 torpaq sahələri bitişik şəkildə dörd ətrafı hasarlanmış torpaq sahələridir. Torpaq sahələrinin ümumi ölçüsü 47x100 olmaqla ümumilikdə 47 sotdur. Həmin torpaq sahələri 25 sot və 22sot olmaqla bölünsə də torpaq sahələrini bir birindən ayıran hasar mövcud deyildir. İstintaq orqanı yuxarıda təsvir olunan sübutlar əsasında təqsirləndirilən şəxs Məmmədzadə Cavid Yaşar oğlunun əməllərini dələduzluq kimi qiymtləndirib ona onun əməllərinin Azərbaycan Respublikası CM-nin 178.3.2-cü maddəsi ilə tövsüf etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadələrində əldə etdiyi 137.000 manat pulu başqa şəxslərə verməsini, digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 ilə birgə iş birliyində görüntüsü yaratmağa cəhd edib, lakin onun bu ifadələrini təsdiq edən sübutlar müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs özünün təqsirsizliyiyni sübuta yetirmə yükünü daşımadığını nəzər alır, lakin o, özünün gətirdiyi dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim etmək vəzifəsi daşayır, lakin o, bunu etmədi. Bu səbəbdən də məhkəmə, Təqsirləndirilən şəxs bu ifadələrini özünün müdafiəsinə yönələn ifadələr kimi qiymətləndirir. Məhkəmə, yuxarıda göstərilən halları nəzərə alıb təqsirləndirilən şəxs Məmmədzadə Cavid Yaşar oğlunun ona elan olunmuş ittihamda nəzərədə tutulan cinayət əməlini törətməkdə təqsirinin məhkəmədə sübuta yetiriməsi qənaətinə gəlir və onun əməllərinin Azərbaycan Respublikası CM-nin 178.3.2-cü maddəsi ilə tövsüf olunmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxs Məmmədzadə Cavid Yaşar oğlunun həmin əməlləri qəsdən törətməsi qənaətinə gəlir və onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, təqsirləndirilən şəxs Məmmədzadə Cavid Yaşar oğlunun təqsirli bilindiyi cinayət əməllərini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməllərin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Məmmədzadə Cavid Yaşar oğluna məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 137.000 manat məbləğində, Zərərçəkmiş şəxs2 Məhərrəm oğluna 4500 manat zərər vurması müəyyən olundu, lakin onlar həmin məbləqlərlə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia vermədilər. Bu səbəbdən də məhkəmə, zərərçəkmiş şəxslərə vurulmuş zərərlərin təqsirləndirilən şəxsdən tutulması üçün əsas olmadığını nəzərə alıb, zərərçəkmiş şəxslərlə onlara dəymiş zərərlə əlaqədar mülkü-mühakimə icraatı qaydasında şikayət etmək hüquqlarının olmasının izah edilməsini əsaslı sayır. Məhkəmədə, təqsirləndirilən şəxs Məmmədzadə Cavid Yaşar oğluna Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən 82 (səksən iki) saat hüquqi yardım göstərilmişdir. Bu səbədən də ona hər saatı 6 (altı) manat olmaqla ona 492(dör yüz doxsan iki) manat ödənilməlidir. Məhkəmə, həmin məbləği dövlət büdcəsi hesabına 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilib bu məbləğin Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsi əsaslı sayır.Çünkü onu bu məbələğin ödənilməsindən azad etmək üçün əsəas müəyyən olunmadı. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxsnın cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barələrində istintaq orqanı tərəfindən qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, o, əvvəllər məhkum olmamışdır. Məhkəmə cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxsnın ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olmasını nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Məmmədzadə Cavid Yaşar oğlunın Zərərçəkmiş şəxs1 dəymiş zərərəiən ödənilməsinə cəhd etməsi, Zərərçəkmiş şəxs2 ondan dəymiş zərəri təlb etməməsini, ittiham üzrə etirafedici ifadələr verib cinayətin açılmasında iştirak etməsini onun casını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Məmmədzadə Cavid Yaşar oğlunın cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, ona təyin ediləcək cəzanın əvvəlinin onun tutulduğu 25 fevral 2021-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmə, təqsirləndirilən şəxs Məmmədzadə Cavid Yaşar oğluna təyin ediləcək cəzanın müddətini müəyyən edərkən onun tərəfindən törədilmiş cinayət əməlnin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, cəzanın onun islah olunmasına və ailə şəraitlərinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək ona 7 (yeddi) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 25 fevral 2021-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 dəymiş 137.000 manat məbləğində, Zərərçəkmiş şəxs2 Məhərrəm oğluna dəymiş 4500 manat zərərlə əlaqədar mülkü-mühakimə icraatı qaydasında müstəqil şəkildə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Təqsirləndirilən şəxs hüquqi ardım göstərdiyinə görə dövlət büdcəsindən Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilməsi üçün 492(dörd yüz doxsan iki) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Həmin məbləq Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs Məmmədzadə Cavid Yaşar oğlu isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Novruz Kərimov Hakimlər Əhməd Quliyev Azər Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar