Məhkəmə qərarları › İş №1(101)-199/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-199/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-199/2023 21.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Samir İmamverdi oğlu (sədrlik edən), Hüseynov Cavid İbadulla oğlu və İsmayılov Eldar Herov oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi: Qasımzadə Banu Pənah qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokurorları X2 və Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi: Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov küçəsi ev 162-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 may küçəsi ev 50-də yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Milad” adlı şəxslə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında, qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıması barədə razılığa gəlib, həmin cinayətin həyata keçirilməsi üçün üzərinə düşən öhdəliyinə əsasən “Milad” adlı şəxsin göndərdiyi və sonuncunun “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə bildirdiyi istintaqa məlum olmayan tarixdə və ünvandan ümumi təmiz çəkisi 1173,643 qram narkotik vasitə heroini “Milad” adlı şəxsin “Whatsapp” proqram tətbiqi vasitəsilə ona bildirəcəyi ünvanlara çatdırmaq məqsədilə əldə edərək, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsinə qədər daşımış və 15 mart 2022-ci il tarixdə saat 12:10 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Xüsusilə Mühüm İşlər Üzrə əməliyyat müvəkkilləri tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında saxlanılaraq, ünvan 3 ünvanda yerləşən Sabunçu RPİ-nin 13-cü PBnə gətirilib xidməti otaqda üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə və sağ əlindəki sellofan torbanın içərisindəki sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1140 qram və 33,643 qram olmaqla, ümumi təmiz çəkisi 1173,643 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, onda 10 qram narkotik vasitə olmuşdur. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 15 mart 2022-ci il tarixdə Mərdəkan qəsəbəsində saat 7 radələrində saxlanılmışdır. Polis əməkdaşları 6 nəfər imişlər və onlar iki ayrı maşında imişlər. Polislər onu saxladıqdan sonra ondan narkotik vasitədən istifadə edib-etmədiyini soruşmuşlar, o isə onlara narkotik vasitə istifadəçisi olduğunu, evində narkotik vasitə olduğunu və onlara təqdim edə biləcəyini bildirmişdir. Üzərində narkotik vasitə yox imiş. Orada bir müddət gözləmişlər. Polis əməkdaşları başqa şəxsi də tutmağa çalışırmışlar. Həmin tanımadığı şəxsi tutub digər avtomobilə mindirmişlər. Saat 9 radələrində evinə getmişlər və polis əməkdaşlarına 10 qram narkotik vasitəni təqdim etmişdir. Anası da bu baş verənlərə şahid olmuşdur. Bundan sonra saat 10-11 radələrində Razinə getmişlər. Saat 4-5 radələrinə qədər Razində polis əməkdaşlarının avtomobilində gözləmişlər. Polis əməkdaşlarından bəziləri həmin ərazidə harasa gedib 1 kiloqram narkotik vasitəni götürmüşlər. Yolda bir kafenin yanında dayanmışlar, əlavə olaraq 3 nəfər polis əməkdaşı da gəlmişdir, digər tutduqları şəxsi azadlığa buraxmışlar, onu isə Razində 13-cü Polis bölməsinə gətirmişlər. Götürdükləri narkotik vasitəni üzərinə ataraq onun olduğunu bildirmişlər. O isə polislərə onun evində sadəcə olaraq 10 qram narkotik vasitə olduğunu və bu 1 kiloqramın onun olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona zor tətbiq etmişlər. O da təzyiqlərə dözməyərək ona yüklədikləri narkotik vasitənin onun olduğunu bildirməyə məcbur olmuşdur. Narkotik vasitəni iranlı Milad adlı şəxsdən əldə edirmiş. Miladla Whatsapp və İnstagram mobil tətbiqləri vasitəsilə əlaqə saxlayırmış. Miladı internet vasitəsilə tanımışdır. Milad ona deyirmiş ki “Get malın yerini dəyiş”, o da gedib dəyişirmiş. Narkotik vasitənin yerləşdirildiyi yeri dəyişməyi barədə Milada Whatsapp vasitəsilə məlumat verirmiş. Narkotik vasitənin dəyişdiyi yerinin şəklini çəkib Milada göndərirmiş. Milad ona ödəniş etmirmiş, malın bir hissəsini öz şəxsi istifadəsi üçün götürürmüş. Milad ona bank vasitəsilə və ya digər formada ödəniş etmirmiş. ********** saylı mobil nömrə onun istifadəsində olmuşdur. ********** saylı mobil nömrə ilə iranlı şəxslə yazışırmış. Xatırladığı qədərilə sonu 5177 olan mobil nömrə iranlı şəxsə məxsusdur. Bir dəfə iranlı şəxs ona 170 manat pul göndərmişdir. Həmin pulu nə üçün göndərdiyi yadından çıxmışdır. Hər gün göndərmirmiş, bu hal bir dəfə baş vermişdir. İranlı şəxsin ona şəkil göndərməkdə məqsədi onu aldadıb-aldatmadıqlarını, həmin yerdə konkret malın olub-olmamasını yoxlamağını istəməyi olmuşdur. O narkotik vasitəni götürüb tərəzidə ölçüb iranlı şəxsə şəklini atırmış və yerini dəyişdirirmiş. O ancaq narkotik vasitənin yerini dəyişirmiş. Saat 7 radələrində evindən çıxmışdır. Səhər tezdən çölə çıxmağına səbəb dükana getmək istəməyi ilə bağlı olmuşdur. Üzərində heç nə yox imiş. Həmin vaxt polis əməkdaşları evinin yanında onu tutmuşlar. Polis əməkdaşları saat 7 radələrində onu tutmuşlar, 4-də isə onu bölməyə aparmışlar. O narkotik vasitəni polis əməkdaşlarına təqdim etmək üçün evinə getdikdə 5 nəfər polis əməkdaşı evinin həyətinə daxil olmuş, digər 1 nəfər polis əməkdaşı isə avtomobildə digər tutduqları şəxsin yanında qalmışdır. Evində narkotik vasitəni polis əməkdaşlarına verəndə anası evdə olmuşdur. Evindəki 10 qram narkotik vasitəni öz istifadəsi üçün iranlının malının üzərindən götürmüşdür. Evindəki narkotik vasitə 10 qramdan az ola da bilər. Polis əməkdaşları tərəzi vasitəsilə ölçəndə 10 qram olduğu görsəndiyi üçün həmin narkotik vasitənin 10 qram olduğunu bildirirmiş. Lakin 10 qramdan az olarmış. Saat 7-dən 10-a qədər Mərdəkan ərazisində olmuşlar. O evində narkotik vasitə olduğunu polis əməkdaşlarına etiraf etmişdir. Polis əməkdaşlarının Razində narkotik vasitəni haradan götürdüklərini bilmir, küçə yadında deyil. Razində o avtomobildə polis əməkdaşları ilə birgə gözləyirmiş. Onun evi Mərdəkan qəsəbəsində yerləşir. Polis əməkdaşları onu Mərdəkan qəsəbəsində tutmuşlar. Polis əməkdaşları onu vurmuşlar. Fiziki təzyiq göstərmişlər. O da qorxub onların ona verdiyi narkotik vasitənin onun olduğunu bildirmişdir. Narkotik vasitəni bir ünvandan götürüb, başqa ünvana yerləşdirirmiş. Evindəki 10 qram narkotik vasitəni öz istifadəsi üçün iranlının malının üzərindən götürmüşdür. İranlının malını cırıb 1-2 qram götürürmüş. İranlının malının üzərindən götürdüyünü ona bildirirmiş. 10 qramı bir dəfəyə götürməmişdir, hər dəfə malın üzərindən 1-2 qram götürmüşdür və bununla da o toplanmışdır. Hər dəfə eyni tip, yəni heroin götürürmüş. Videoçəkilişdə narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir, lakin bu ona təzyiq göstərilməsinin nəticəsi imiş. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatının yoxlanılması məqsədilə o və digər əməkdaşları Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. 15 mart 2022-ci il tarixdə saat 12:10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi ünvanının yaxınlığında piyada hərəkət edən zaman Təqsirləndirilən şəxs saxlamışlar. Ona özünü təqdim etmişlər və onu Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışın keçirilməsi zamanı Təqsirləndirilən şəxs əlində olan sellofan torbanı təqdim etmişdir. Həmin torbaya baxış keçirilməsi zamanı həmin torbanın içərisində heroinə oxşar maddə aşkar edilmişdir. Bundan sonra müvafiq protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs saat 12 radələrində saxlamışlar. Əməliyyat məlumatı adətən bir saat əvvəl daxil olmuşdur. Onlar Təqsirləndirilən şəxs Razində izləməyə başlamışlar. Onlar Təqsirləndirilən şəxs səhər saat 7 radələrində saxlamamışlar. Təqsirləndirilən şəxs təzyiq göstərən olmamışdır. Təqsirləndirilən şəxs Bakıxanov qəsəbəsi, Ramiz Qəmbərov küçəsi ünvanın yaxınlığında saxlamışlar. Onlar Təqsirləndirilən şəxs tək tutmuşlar. Təqsirləndirilən şəxs narkotik vasitə götürmək üçün həmin ünvana getmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə götürəndən sonra tutmuşlar. Təqsirləndirilən şəxs evində narkotik vasitə olub-olmadığını soruşmuşlar, o evində narkotik vasitə olmadığını bildirmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri satış məqsədilə əldə etməsi barədə imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun qaynıdır. Allahverdi tutulan gün qayınatasıgildə imiş, gecə səhərə qədər onlarda qalıb söhbət etmişdir. Səhər 7-8 radələrində Allahverdi səhər yeməyi üçün çörək və pendir almaq üçün evdən çıxmışdır. Nə qədər gözləsələr də, Allahverdi gəlməmişdir, onunla əlaqə saxlamaq da mükün olmamışdır. Bir müddət sonra, təqribən 08:40 radələrində 3-4 nəfər şəxs Allahverdiylə birgə evin həyətinin qapısından içəriyə daxil olmuşdur. Onlar Allahverdini narkotik vasitə ilə əlaqədar tutduqlarını demişlər. Onlardan birinin boyu balaca imiş. Allahverdi onlara evdə öz şəxsi istifadəsi üçün narkotik vasitə olduğunu demişdir. Allahverdi hamama daxil olmuşdur və oradan balaca bükümdə narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onlardan tərəzi istəmişdir və o qaynanasının mətbəxdə istifadə etdiyi tərəzinin tozunu təmizləyib onlara vermişdir. Polis əməkdaşları Allahverdinin onlara verdiyi bükümü tərəzidə çəkmişlər və onun çəkisi 6 qramdan az imiş, heç 6 qram deyilmiş. Polis əməkdaşları narkotik vasitəni çəkəndə onlara göstərmişlər. Polis əməkdaşları tərəzini və bükümü götürüb getmişlər. O çölə çıxanda görmüşdür ki, polis əməkdaşları iki avtomobildə gəlmişlər və digər avtomobildə başqa şəxslər və bir nəfər başqa tutulmuş şəxs də var imiş. ********** saylı mobil nömrə onun istifadəsindədir. Polis əməkdaşları evə gəldikdə səhər saat 08:40 radələri imiş. Həmin gün bütün gecə bir yerdə qayınatasıgildə oturub söhbət edib, çay içmişlər. Mart ayı imiş. O biri avtomobildə olan şəxsin də polis əməkdaşları tərəfindən tutulduğunu ehtimal edir, bəlkə də o da polis imiş. Bundan sonra polis əməkdaşları yenidən evə gəlmişlər, o polisləri görməmişdir. Allahverdinin narkotik vasitədən istifadə etdiyini bilməmişdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli olması sübuta yetirilir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin olmaması və özünü narkotik vasitənin satışında təqsirli bilməməsinə dair verdiyi ifadəsi iş materiallarında olan sübutlarla təkzib olunduğundan, məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq, inandırıcı saymır və onun ifadəsini özünü müdafiə edilməsi kimi qiymətləndirir. Məhkəmə eyni zamanda cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid3 təqsirləndirilən şəxsin qohumu və yaxın münasibətdə olan tanışı olmaqla maraqlı şəxs sayıldığından, məhkəmə onun ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq üçün yuxarıda göstərilən ifadə verir. Cinayət işində olan 15 mart 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun baş təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” 15 mart 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən 01(bir) ədəd bükümdə, həmçinin sağ əlindəki sellofan torbanın içindən 01(bir) ədəd bükümdə qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlələri təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncunun əynindəki qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefon və 14(on dörd) manat pul aşkar olunur. Aşkar edilmiş heroinə bənzər maddələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1 kq 183 qram müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddələri Turan adlı şəxsin vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Milad” adlı şəxsin tapşırığı ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində gizlədilən yerdən həm özü istifadə etmək, həm də satış məqsədilə əldə etdiyini, gödəkcəsinin sağ yan cibindən aşkar edilmiş bükümdəki maddəni təxminən 10 gün əvvəl əldə etdiyini, sellofan torbada olan maddəni isə xx.xx.2022-ci il tarixdə götürdüyünü, 077 407 56 67 saylı mobil nömrəni işlətdiyini, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını bildirir. Aşkar edilmiş maddi sübutlar cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılaraq götürülmüş, bununla bağlı protokol tərtib edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənəd aşkar edilməmişdir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/1506 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən ...” sözləri olan kağız paketdəki iki ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 1140 qram, 33,643 qram, ümumi təmiz çəkisi 1173,643 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına daxildir. Qeyd: heroinin ümumi təmiz çəkisi- 1173,643 qram, tədqiqata sərf edildi-ümumi 0,100 qram, qalıq-1173,543 qram. (ekpertiza tədqiqatın dəyəri 81 manatdır) Cinayət işi materiallarında olan “Diskə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 15 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə zamanı BNMİ-də video çəkiliş aparılmış və həmin videogörüntüləri özündə əks etdirən bir ədəd «DVD» markalı diskə baxış keçirilmişdir. Baxışla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan əşaları təqdim etməsi təkil olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəsinin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü, sağ əlindəki sellofan torbanı masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu həmin bir ədəd sellofan büküm və sellofan torba açılarkən içərisində qəhvəyi rəngli maddələr olması aşkar olunur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncunun əynindəki qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd “İphone” markalı mobil telefon və 1 ədəd 5 manatlıq, 9 ədəd 1 manatlıq olmaqla cəmi 14 manat pul aşkar olunur. Aşkar edilmiş maddələr elektron tərəzidə çəkilir və ümumi çəkisi 1 kq 183 qram müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olan “Kakos” olduğunu, həmin maddəni həm özü istifadə etmək, həm də satış məqsədilə Turan adh şəxsin vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı “Milad” adlı şəxsən aldığını, belə ki, gödəkcəsinin sağ yan cibindən aşkar edilmiş bükümdəki maddəni təxminən 10 gün əvvəl əldə etdiyini, sağ əlində sellofan torbada olan maddəni isə xx.xx.2022-ci il tarixdə səhər radələrində Bakıxanov qəsəbəsində qoyulan yerdən götürdüyünü bildirir. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı başqa əşya və ya predmet aşkar edilmir. Cinayət işi materiallarında olan “Mobil telefonda olan məlumatlara baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “İphone” markalı mobil telefona sonuncunun və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı həmin mobil telefonda ***-***-**-** saylı mobil nömrədən istifadə edilməsi, həmçinin mobil telefonda «Whatsapp» mobil tətbiqində iş üçün əhəmiyyət kəsb edən ötürülmüş və qəbul edilmiş məlumatlar olması aşkar edilmişdir. Belə ki, narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər maddələr elektron tərəzinin üzərində çəkilməklə fotoşəkilləri, bundan başqa Mərdəkan qəsəbəsində müəyyən ünvanlara paketlər qoyulması və həmin yerlərin işarələnərək fotoşəkillərinin çəkilib +**********77 saylı mobil nömrəyə göndərilməsi müəyyən edilmişdir. Mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, +**********77 saylı mobil nömrə narkotik vasitəni əldə etdiyi İran İslam Respublikasının vətəndaşı “Milad” adlı şəxsin nömrəsidir, həmin nömrəyə «Whatsapp» mobil tətbiqi vasitəsilə elektron tərəzinin üzərində narkotik vasitə heroin və psixotrop maddə metemfetaminin fotoşəkillərini, eləcə də, Mərdəkan qəsəbəsində müəyyən ünvanlara paketlər qoyulması və həmin yerlərin işarələnərək fotoşəkillərini çəkib özü göndərmişdir. Belə ki, “Milad” adlı şəxs ona təklif etmişdir ki, “Whatsapp” sosial şəbəkəsində ona narkoti vasitəni hara qoyacağı yeri bildirəcək və həmin yerin fotoşəklini atacaqdır, özü də həmin yerdən narkotik vasitəni götürəcək, həmin narkotik vasitədən bir qədərini özü istifadə edəcək, qalan hissəsini isə onun dediyi yerə qoyacaq və həmin yerin fotoşəklini ona “Whatsapp” sosial şəbəkəsi vasitəsilə göndərəcək, bunun müqabilində “Milad” adlı şəxs ona Kapital banka aid bank kartına müəyyən məbləğlərdə pul göndərəcəkmiş. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 5(008)- 267/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BNMİ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 “Əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair ” 15 mart 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işi materiallarında olan Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 4(008)- 218/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 15 mart 2022-ci il tarixdən hesablanmaqla 04(dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan 20 iyun 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Vətəndaş Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək xəsarət alması əsasında toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadığına görə rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol verilmir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli, AZF/LGL-5665/22 saylı məktubla "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dariəsi xx.xx.2022-ci il tarixdə saat 10:48:13 dəqiqədən 15:39:57 dəqiqəyədək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində olmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 Şəxsinin xx.xx.2022-ci il tarixli, 2920 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan asililiq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan 04 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı ifadələri arasında ziddiyətlər olduğundan Şahid1 ilə Təqsirləndirilən şəxs biri-birilərilə üzləşdirilmiş, üzləşdirmə zamanı sonuncu ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, Şahid1 onu döymədiyini, həmçinin sonuncunun ona üzərindən və əlindən aşkar edilməsi üçün narkotik vasitə vermədiyini, hazırda üzləşdiyi polis əməkdaşının onu Mərdəkanda yaşadığı evin yaxınlığında saxlayan polis əməkdaşı olduğunu, digər polis əməkdaşlarının adlarını bilmədiyini, yalnız görsə tanıya biləcəyini qeyd etmiş, Şahid1 isə Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs dediklərinin yalan olduğunu, Təqsirləndirilən şəxs özü və Şahid2 daxil olmuş məlumat əsasında ünvan 5 ünvanın yaxınlığında görüb ona yaxınlaşıb bir-başa 13-cü PB-nə dəvət etdiklərini, həmin vaxt yanlarında başqa bir polis əməkdaşı, həmçinin hər hansı bir şəxs olmadığını, tərəflərindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmədiyini və evindən heç nə götürülmədiyini, istər PB-nə gətirilərkən, istərsə də 13-cü PB-də ona qarşı hər hansı bir təzyiq, zorakılıq hərəkətləri edilmədiyini, onun üzərində şəxsi axtarış videoçəkilişlə və müdafiəçisinin iştirakı ilə keçirildiyini, Təqsirləndirilən şəxs sadəcə olaraq, törətmiş olduğu əməldən boyun qaçırmaq məqsədilə hazırki ifadəsində qeyd etdiyi kimi özünü müdafiə xarakterli ifadə verdiyini bildirmişdir. Cinayət işi materiallarında olan 04 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı ifadələri arasında ziddiyətlər olduğundan Şahid2 ilə Təqsirləndirilən şəxs biri-birilərilə üzləşdirilmiş, üzləşdirmə zamanı sonuncu ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, Şahid2 onu yalnız 13-cü PB-nə gətirən polis əməkdaşı olduğunu, belə ki, əvvəl onu Mərdəkanda saxlayan tanımadığı və adlarını bilmədiyi polis əməkdaşları onu Elməddin adlı polis əməkdaşına təhvil verdikdən sonra sonuncu onu yanında olan digər tanımadığı polis əməkdaşları ilə birlikdə 13-cü PB-nə gətirdiyini, hazırda üzləşdiyi Elməddin adlı polis əməkdaşının onu döymədiyini, ona zorakılıq hərəkətləri etmədiyini, evində baxışda iştirak etmədiyini, ona əlində və üzərində saxlamağı üçün narkotik vasitə heroin vermədiyini bildirmiş, Şahid2 isə Təqsirləndirilən şəxs üzünə qarşı ifadəsində göstərdiyi xüsusatlan bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs dediklərinin yalan olduğunu, belə ki, Təqsirləndirilən şəxs daxil olmuş məlumat əsasında Sabunçu rayonu ünvan 6 ünvanın yaxınlığında görüb ona yaxınlaşıb özlərini təqdim edib 13-cü PB- nə dəvət etdiklərini, həmin zaman yanında polis əməkdaşı Şahid1 olduğunu, başqa heç bir polis əməkdaşı, həmçinin hər hansı bir şəxs olmadığını, Təqsirləndirilən şəxs qeyd etdiyi yerdə saxladıqdan sonra onu hər hansı bir yerə aparmadıqlarını və həmin yerdən bir-başa 13-cü PB-nə aparıldığını, Təqsirləndirilən şəxs yaşadığı evə tərəflərindən baxış keçirilmədiyini və evindən heç nə götürülmədiyini, istər PB-nə gətirilərkən, istərsə də 13-cü PB-də ona qarşı hər hansı bir şəxs və ya polis əməkdaşı tərəfindən təzyiq, zorakılıq hərəkətləri edilmədiyini, onun üzərində şəxsi axtarış videoçəkilişlə və müdafiəçisinin iştirakı ilə keçirildiyini, Təqsirləndirilən şəxs qeyd etdiyi kimi ona qarşı zorakılıq hərəkətləri edilmiş olsaydı və yaşadığı evinə əvvəlcə baxış keçirilib yaşadığı evindən aşkar edilmiş narkotik vasitəni əynindəki gödəkcəsinin sağ yan cibinə qoyması, eyni zamanda əlində təqdim etməsi üçün sellofan torba verilmiş olsaydı, sonuncu müdafiəçisinə bu barədə bildirməli olduğunu, Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən boyun qaçırmaq məqsədilə hazırki ifadəsində qeyd etdiyi kimi özünü müdafiə xarakterli ifadə verdiyini qeyd etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun şəxsiyyətini, törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəliliyi hallarını nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin məqsədi və motivini, təqsirkarın cinayətin törədilməsində rolunu nəzərə alıb barəsində təqsirli bilindiyi cinayət qanununun normasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın seçilməsini və cəzasını tutulduğu vaxtdan, yəni 15 mart 2022-ci il tarixdən hesablanmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran və yüngülləşdirən hal müəyyən etmədi. Məhkəmə nəzərə alır ki, “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsi isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİNin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 1173,543 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan 01 ədəd DVD Diskin və "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD diskin və məhkəmə istintaqı zamanı "xxxx" MMC-dən əldə edilmiş 02 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81(səksən bir) manat alınıb dövlət büdcəsinə verilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən ekspertə verilməli olan məbləğ məhkəmə məsrəflərinə aid olduğundan, məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 15 mart 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza xərci təşkil edən 81(səksən bir) manat alınaraq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 1173,543 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd dvd diskin və "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd cd diskin və məhkəmə istintaqı zamanı "xxxx" MMC-dən əldə edilmiş 02 ədəd cd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Bakı Ağır Cinayətlər məhkəməsinin hakimləri: Samir Əliyev (sədrlik edən) Cavid Hüseynov Eldar İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar