Məhkəmə qərarları › İş №1(101)-199/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-199/2024

06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-199/2024 06.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 qızının, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X5, Təqsirləndirilən şəxs, müdafiəçi, Bakı şəhəri 05 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı, 1 yetkinlik yaşına çatmayan uşaqları olan, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2amış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,043 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 6,125 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 25 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 14:40da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin inzibati binasına gətirilmiş və polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 6,043 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və 01 bükümdə təmiz çəkisi 6,125 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, bir neçə ildir ki, narkotik vasitə asılılığından əziyyət çəkir. Bununla bağlı ailəsinin köməkliyi ilə bir neçə dəfə müalicə olunmuşdur. Son iki-üç il ərzində metadon proqramına yazılmış və “Semaşko” xəstəxanasına gedib metadon qəbul etmişdir. 25 avqust 2022-ci il tarixində hər zaman olduğu kimi yenə metadon içmək üçün xəstəxanaya getmiş, xəstəxanada qəbul otağına girərkən arxası ilə iki nəfər, sonra daha iki nəfər mülki geyimli şəxslər otağa daxil olmuş, həmin şəxslər ona zor tətbiq edib döyərək aparıb maşına mindirmişlər. Həmin zaman onun yanında qonşusu Şahid1 da olmuş, Əfsunu da başqa maşına mindirmişlər. O, polis bölməsinə aparılmış, bölmədə polislər onun önünə narkotik vasitə qoymuş və boynuna götürməyini tələb etmişlər. O, əvvəl bununla razılaşmamış, lakin polislər ona deyilənlə razılaşmadığı təqdirdə Şahid1 üzünə dayandıracaqlarını və onu narkotik vasitənin satıcısı kimi cəlb edəcəklərini bildirmiş, o da məcbur olub polislərlə razılaşmış, narkotiki boynuna götürmüş və sənədlərə imza etmişdir. Həmin zaman onda telefon olmuş, lakin o, özü telefondan istifadə etməmiş, narkotiki satan “Rəşad” adlı şəxs həmin telefon vasitəsilə mesajlaşmışdır. İlk öncə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ittiham olunacağı deyilsə də, telefonda mesajlar aşkar edildiyi üçün ittiham dəyişdirilərək ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Polislər onu tutan zaman onda heç bir narkotik vasitə olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, o, xəstəxanaya metadon qəbul etmək üçün gedə bilməyəndə və yaxud gecikəndə 7-ci mikrorayonda yaşayan “Rəşad” adlı şəxsdən narkotik alıb istifadə etmişdir. Polislər onu dərman qəbul etmək üçün getdiyi müalicə müəssisəsində tutmuş, o, polislərə tabe olmadığına görə polislər onu döymüş, maşına mindirənə kimi polis əməkdaşı Şahid2 qandalı başına vurmuşdur. O, başından zədə almış, lakin zədələrlə bağlı heç yerə şikayət etməmişdir. Təcridxanaya getdikdə zədələrini heç kimə göstərməmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan edilərək tədqiq olunmuş ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, 25 avqust 2022-ci il tarixdə saat 14:40 radələrində tanışı Şahid1 ilə birlikdə ünvan 5 ünvanın qarşısında olarkən kənardan 4 nəfər mülki geyimli şəxslər onlara doğru yaxınlaşmış, həmin şəxslər özlərini təqdim edərək polis olduqlarını bildirmiş və onların özlərini narkotik vasitənin təsiri altında şübhəli apardıqlarını bildirib onları polis bölməsinə dəvət etmişlər. Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin inzibati binasında xidməti otaqlardan birində ona müdafiəçi təyin edilmiş və üzərinə baxış keçirilməsi üçün mütəxəssis dəvət edilmişdir. Ondan üstündə, paltarında, paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, əynində olan şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal maddə və 01 ədəd şəffaf sellofana bükülmüş qəhvəyi rəngli maddələri masanın üzərinə qoymuş və onun üzərindən əlavə olaraq bir ədəd “Techno” markalı üzərində ***-***-**-** mobil nömrəsi olan telefon aşkar edilmişdir. Bundan başqa onun üzərində qeyri-qanuni hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən bükümlər zərfin içərisinə qoyaraq zərf 7 nömrəli möhürlə möhürləyərək qablaşdırmışdır. Hər bir iştirakçı tərəfindən zərfin üzəri imzalanmışdır. Ondan üzərində aşkar olunan maddələri haradan əldə etməsi soruşulduqda o, cavab olaraq həmin maddələri 25 avqust 2022-ci il tarixdə 7-ci mikrorayon adlanan ərazidə “Rəşad” adlı şəxsdən 110 manata aldığını bildirmişdir (cild 1, iş vərəqi 51-53, 64-66). İbtidai istintaqa verdiyi ifadəsi elan olunduqdan sonra dindirmə protokolu nəzərdən keçirmək üçün Təqsirləndirilən şəxs təqdim edilmiş, o, protokoldakı imzaların ona məxsus olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid1 barəsində idarənin baş əməliyyat müvəkkili Şahid2 əməliyyat məlumatı daxil olmuş, həmin şəxslər 25 avqust 2022-ci il tarixdə Nəsimi rayonu, Mirqasımov küçəsi 1 ünvanının qarşısında saxlanılıb 20-ci Polis bölməsinə gətirilmişdir. Təqsirləndirilən şəxsin üzərinə vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, Rəşadın üzərindən 1 bükümdə metamfetaminə, 1 bükümdə isə heroinə bənzər maddə və telefon aşkar edilmişdir. Rəşad narkotiki adaşı olan “Rəşad” adlı şəxsdən 110 manata Binəqədi rayonunda əldə etdiyini, özünün satışla məşğul olmadığını bildirmişdir. Narkotiklər qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid4 bildirdi ki, təqsirləndirilən şəxs onlar tərəfindən “Semaşko” xəstəxanasının yaxınlığında saxlanılmış, narkotiki istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin saxlanılan zaman üzərində narkotikin olmadığı ilə bağlı dedikləri yalandır. Təqsirləndirilən şəxs saxlanılarkən ona fiziki güc tətbiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşları Şahid3 və Şahid2 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, polisə daxil olan məlumatın məzmunu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olmuş, şəxs polislər tərəfindən yolda gedən zaman saxlanılmış, sonuncunun üzərinə şəxsi axtarış keçirilərkən təhqiqatçının təklifi ilə təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni təqdim etmiş, narkotiki özü istifadə etmək məqsədilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsə qarşı fiziki və psixi təzyiq olmamış, şəxsi heç kim döyməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, əməliyyat məlumatı Şahid2 daxil olmuş, məlumatda təqsirləndirilən şəxsin metadon suyu almağa gələnlərə narkotik satdığı bildirilmiş, təqsirləndirilən şəxs “Semaşko” xəstəxanasının həyətində saxlanılmış, sonuncu narkomaniya xəstəsi olduğunu, narkotik vasitəni satmaq məqsədi ilə deyil, istifadə məqsədi ilə üzərində gəzdirdiyini demişdir. Polislərin təqsirləndirilən şəxsin başına qandalla vurmağı barədə deyilənlər yalandır. O və digər polis əməkdaşları təqsirləndirilən şəxsi döyməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 25 avqust tarixində qonşusu Rəşada dərman içmək üçün 1 saylı Xəstəxanaya getməyi təklif etmiş, onlar birlikdə ona məxsus maşınla həmin xəstəxanaya getmiş, xəstəxanada növbə olmuş, Rəşad onun qabağında dayanmışdır. Ora içi dolu 2 maşın gəlmiş, birinci onu, daha sonra Rəşadı çıxarıb başlarına vura-vura ayrı-ayrı maşınlara oturtmuşlar. Onları saxlayanlar onun maşınını axtarmış, lakin maşından heç nə çıxmamış və onları 20-ci Polis bölməsinə gətirmişlər. Rəşadın artıq gözünün altı hematoma olmuşdur. Çəkilişdən əvvəl polislər çəkiliş vaxtı nə demələrini öyrətmiş, onlar da məcbur olub çəkiliş zamanı elə demişlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, polislər onları “Semaşko”nun qabağında saxlamış, saxlanılarkən polislər Rəşadın başına yumruqla vurmuş, lakin zaldakı Şahid2 Rəşadı vurmamışdır. Məhkəmə cinayət işinin materiallarına əlavə edilmiş ekspertiza rəylərini və sənədləri bilavasitə məhkəmə iclasında tədqiq etmişdir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 6qla yaşayan Təqsirləndirilən şəxs və xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 7 ünvanda yaşayan Şahid1 qabaqcadan əlbir olub qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları bildirilmişdir (cild 1, iş vərəqi 4). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 ifşa olunmaları və yaxalanmaları istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 5-6). - xx.xx.2022-ci il tarixli raportun məzmunundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Yasamal rayonu, Qədirli küçəsi, ev 163 ünvanında yaşayan Təqsirləndirilən şəxs və xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 7 ünvanda yaşayan Şahid1 Haçıağa oğlunun qabaqcadan əlbir olub qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğul olmalarında şübhəli bilindikləri üçün 25 avqust 2022-ci il tarixdə saat 14:40 dəqiqədə Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi 1 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin inzibati binasına gətirilmişlər (cild 1, iş vərəqi 10). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 1 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən bir ədəd içərisində ***-***-**-** simkart nömrəsi olan “Tecno” markalı mobil telefon edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş və heroinə bənzər kütlənin çəkisi 6 (altı) qram, metamfetaminə bənzər kütlənin çəkisi 6 (altı) qram olmuşdur. Sonra həmin kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı “Rəşad” adlı şəxsdən saxlanılmamışdan əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisindən şəxsi istifadəçisi üçün aldığını, “Rəşad” adlı şəxsi təxminən bir ay olar ki, tanıdığını, əvvəllər məhkum olunduğunu, heç kimə narkotik maddə satmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir (cild 1, iş vərəqi 34-37). - materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4545 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində DİN-in Zərflər üçün N7 dairəvi möhür əksi olan kağız paketdə üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 6,043 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 6,125 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildirlər. Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir (cild 1, iş vərəqi 42-47). - diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən xx.xx.2023-cü il tarixli 20/1-461m nömrəli məktubla daxil olmuş özündə Təqsirləndirilən şəxs istifadə etdiyi +**********25 mobil nömrəsinin telefon danışıqlarını və sms mətnlərini əks etdirən 01 ədəd diskə baxış zamanı həmin diskdə 04 ədəd faylın olduğu müəyyən edilmişdir. Həmin fayllar 21023_B-S yer dəyişdirmə - **********25; 21023_SMS-Məzmun - **********25; 21023_SMS Statistika - **********25; 21023_Zəng-Statistika - **********25 adlı pdf. formatlı fayllardır. Həmin fayllardan SMS_Məzmun - **********25 adlı fayla daxil olduqda orada Təqsirləndirilən şəxs istifadəsində olan + **********25 mobil nömrəsinə digər mobil nömrələrdən daxil olan, eləcə də özünün göndərdiyi sms mətnləri aşkar edilmişdir. Onlar +**********25 mobil nömrəsindən +**********42 mobil nömrəsinə göndərilmiş “Onu mene verenin var yoxunun ağzini sen (söyüş). Senden basqa 2 nefere de vermisem bilmeden. Qandon tema adiyla verib mene ... Senden qabaq öz yaxin dostuma vermisem. Sen zeng vuranda uje dostum kurs qoymuşdu meni. Sen zeng edende ise, utandim götürüm telefonu...O Cırığı bu gün tutacaqam. fşdi, onu göre bilmesem, seninle görüşüb temani özümnen de olsa sene ötüreceyem. Meni düz basa düş Qardasim menim” məzmunlu, +**********00 mobil nömrəsindən daxil olmuş “Resad atrava lazimdi mehlede hami tutulub ishimizi ashirtda” məzmunlu, +**********14 mobil nömrəsindən daxil olmuş “Qaqaş dünenki temadida he mene bütöv 2 dene lazimdi ama çekisi düz olsunda qaqaşimsan. Ne vaxta hazir olar vaxtim azdi telesirem 20 deq gelim götürüm gedim düzeler qaqaş?” məzmunlu, + **********11 mobil nömrəsindən daxil olmuş “Qaqas gelim pulu ver basqa yerden goturum” məzmunlu, +**********05 mobil nömrəsindən daxil olmuş “Rəşad brat tema götürə bildin? Brat bir iki dənə necədən verərsən mənə” məzmunlu, +**********60 mobil nömrəsinə göndərilmiş “Qaqas bu (söyüş) kola evezine pati qoyub, bir az sebr ele deyişim” məzmunlu, +**********88 mobil nömrəsindən daxil olmuş “1 DENE BİRDE 5 DİY DAW DAWİ DOBRU QOYDA MUMKUNSE” məzmunlu, +**********03 mobil nömrəsindən daxil olmuş “Menem elmardi reşka srocni puliynan tema lazimdi rauf yatib” məzmunlu, +**********19 mobil nömrəsindən daxil olmuş “Brat cox saxol. Lazat eladi. Saat 5 cun İn Sha ALLAH galacam. Brat mana yarim saxla gagashimsan. emanet ol Allaha” məzmunlu, +**********76 mobil nömrəsindən daxil olmuş “Hə bildim ..nə idi səndə . Nə qədər variantdır? Nə qədər varindir lOluq lazimdi vacib” məzmunlu, +**********11 mobil nömrəsindən daxil olmuş “Qaqaw bidene 5-5 vere bilersen axwamacan mene” məzmunlu, +**********11 mobil nömrəsindən daxil olmuş “X15? Qaqaw İnwhAllah X16 11 X18. imkan X11 X12. Alinar Atam?” məzmunlu, həmin nömrədən daxil olmuş “ecu 02klbi X23 Verde Atam imkan Varsa.X22 Axsam 10m Verm Sene.X20 X21 Bilmrem, X19 At Gelm” məzmunlu, +**********98 mobil nömrəsindən daxil olmuş “Reşad sendeki metadon tabletkanı 8 man.satırsan mene?” məzmunlu, +**********98 mobil nömrəsindən daxil olmuş “Mene yan düzelt, patı yox.” məzmunlu, +**********13 mobil nömrəsindən daxil olmuş “Qaqawim mane l kola 05 daw lazimdi pulu saat 4 erecemm atam he yox di.” məzmunlu, +**********50 mobil nömrəsindən daxil olmuş “Qaqaw veridiyin pati sap sari saralir bir sozunen cekimeye yaramir mende patin cekirem vurumuram iwin duzelisin cox dimirem bidene O.l.qiret eliyerisen i.” sms-lərdir (cild 1, iş vərəqi 190-192). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 daxil olmuş xx.xx.2023cü il tarixli məktubdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X3 müraciət etməmişdir (cild 1, iş vərəqi 219). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 5708 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 114-115). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin xx.xx.2022-ci il tarixli, 084-18722-1222 saylı məktubundan görünür ki, xx.xx.1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla ünvan 10nında yaşayan vətəndaş Təqsirləndirilən şəxs mütəmadi olaraq Nəsimi rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuşdur. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilmiş və bu barədə dəfələrlə qərəzsiz mənbədən şöbəyə məlumat daxil olmuşdur. Odur ki, həmin şəxs ərazidə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan arzuolunmaz şəxs kimi xarakterizə olunur (cild 1, iş vərəqi 120). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 6,043 qram heroin və 6,125 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq qalan 5,593 qram heroin və 6,075 qram metamfetamin Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsinə təhvil verilmişdir (cild 1, iş vərəqi 121-131, 262). - cinayət işindən başqa cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni əldə etdiyi istintaqa məlum olmayan şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca ayrılaraq icraata qəbul edilmişdir (cild 1, iş vərəqi 234-235). - nikah haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Abbasov X8 Xəyalə Adil qızı ilə rəsmi nikahdadır və himayəsində xx.xx.2006-cı il təvəllüdlü Abbasov Muhamməd adlı, xx.xx.2012-ci il təvəllüdlü Abbasov Ələmdar adlı, xx.xx.2020-ci il təvəllüdlü Abbas Raul adlı uşaqları vardır (cild 1, iş vərəqi 179-186). Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı toplanmış sənədlərdəki imzaların ona məxsus olmaması barədə iddiaları ilə əlaqədar müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqında məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Həmin ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/545 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 48-ci vərəqəsində olan "şübhəli şəxsi ekspert rəyi ilə tanış edilməsi haqqında" 26 avqust 2022-ci il tarixli protokolunda "Şübhəli şəxs:" qrafasındakı imza, 51-53-cü vərəqələrində olan 27 avqust 2022-ci il tarixli "şübhəli şəxsin dindirilməsi" protokolunun 2-ci vərəqəsindəki 4 ədəd imza; 64-66-cı vərəqələrində olan 27 avqust 2022ci il tarixli "təqsirləndirilən şəxsin dindirilməsi protokolunun 2-ci vərəqəsindəki 3 ədəd imza, 3-cü vərəqəsindəki "Təqsirləndirilən şəxs:" qrafasındakı imza; 116-cı vərəqəsində olan 03 oktyabr 2022-ci il tarixli "təqsirləndirilən şəxsə ekspert rəyinin təqdim edilməsi və hüquqlarının izah olunması barədə" protokolunda "Təqsirləndirilən şəxs: qrafasındakı imza; 136-cı vərəqəsində olan 18 dekabr 2022-ci il tarixli "təqsirləndirilən şəxsin və onun vəkilinin cinayət işi materialları ilə tanış olması haqqında" protokolunda "Təqsirləndirilən şəxs:" qrafasındakı imza; 200-cü vərəqəsində olan 02 fevral 2022-ci il tarixli "müstəntiqə və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında" protokolunda "Təqsirləndirilən şəxs:" qrafasındakı imza Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 125-ci maddəsinə əsasən: 125.1. Məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. 125.3. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Beləliklə, məhkəmə cinayət-prossesual qanunvericiliyinin qeyd edilən müddəalarını rəhbər tutaraq hesab edir ki, məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 4/545 nömrəli rəyində qeyd edilmiş, cinayət işinin 1-ci cildinin 48-ci vərəqəsində olan "şübhəli şəxsi ekspert rəyi ilə tanış edilməsi haqqında" 26 avqust 2022-ci il tarixli protokolu, 51-53-cü vərəqələrində olan 27 avqust 2022-ci il tarixli "şübhəli şəxsin dindirilməsi" protokolu, 64-66-cı vərəqələrində olan 27 avqust 2022-ci il tarixli "təqsirləndirilən şəxsin dindirilməsi protokolu, 116-cı vərəqəsində olan 03 oktyabr 2022-ci il tarixli "təqsirləndirilən şəxsə ekspert rəyinin təqdim edilməsi və hüquqlarının izah olunması barədə" protokolu, 136-cı vərəqəsində olan 18 dekabr 2022-ci il tarixli "təqsirləndirilən şəxsin və onun vəkilinin cinayət işi materialları ilə tanış olması haqqında" protokolu, 200cü vərəqəsində olan 02 fevral 2022-ci il tarixli "müstəntiqə və prokurora etiraz etmək hüququnun izah edilməsi haqqında" protokolu cinayət-prossesual qanunvericiliyinin tələblərinin kobud pozuntusu ilə əldə edildiyindən həmin sənədlər sübutlar siyahısından çıxarılmalıdır. Bununla yanaşı, cinayət işi üzrə ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış digər mötəbər sübutlar əsasında məhkəmə o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham öz təsdiqini tapır. Belə ki, 25 avqust 2022-ci il tarixli tutma protokolundan görünür ki, tutularkən Təqsirləndirilən şəxs müdafiə hüququ təmin edilərək müdafiəçi dəvət edilmiş, o, müdafiəçinin iştirakı ilə tutulmuşdur. Şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan isə görünür ki, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklifindən sonra o, əynində olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni, 1 (bir) ədəd bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı “Rəşad” adlı şəxsdən saxlanılmamışdan əvvəl Bakı şəhəri, Binəqədi rayonu ərazisindən şəxsi istifadəçisi üçün aldığını, “Rəşad” adlı şəxsi təxminən bir ay olar ki, tanıdığını, heç kimə narkotik maddə satmadığını, başqa heç yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. İş üzrə məhkəmədə dindirilmiş şahidlər Şahid4, Şahid3 və Şahid2 Təqsirləndirilən şəxs narkotik vasitələri “Semaşko” xəstəxanası ərazisində ora müalicə üçün gələn narkomaniya xəstəliyindən əzab çəkən insanlara satışı ilə məşğul olması barədə məlumatla bağlı saxlanıldığı, üzərinə şəxsi axtarış keçirilərkən təhqiqatçının təklifi ilə üzərində olan narkotik vasitəni təqdim etdiyini, narkotiki özü istifadə etmək məqsədilə əldə etdiyini bildirdiyini təsdiq etmişlər. İş üzrə materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/4545 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Beləliklə, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında o nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda 6,043 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 6,125 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımışdır. Qeyd edilən halları məhkəmə cinayət işinin mübahisəsiz halları kimi qəbul edir. Məhkəmənin qarşısında duran başlıca vəzifə biri də Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm rol oynayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının tərtib etdiyi raportun məzmunundan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Nəsimi rayonu ərazisində dövriyyəsi ilə məşğuldur. Bundan əlavə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis bölməsinin əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs mütəmadi olaraq Nəsimi rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması müəyyən edilmiş və bu barədə dəfələrlə qərəzsiz mənbədən şöbəyə məlumat daxil olmuşdur. O, həmin ərazidə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan arzuolunmaz şəxs kimi xarakterizə olunur. Bundan başqa, Təqsirləndirilən şəxs istifadə etdiyi +**********25 mobil nömrəsinin telefon danışıqlarını və sms mətnlərini əks etdirən 01 ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolla müəyyən edilmişdir ki, həm həmin nömrəyə daxil olan, həm də həmin nömrədən göndərilən çoxsaylı sms mətnləri Təqsirləndirilən şəxs müxtəlif şəxslərə və mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olmuşdur. Belə ki, onun istifadə etdiyi mobil nömrədən +**********42 mobil nömrəsinə göndərilmiş “Onu mene verenin var yoxunun ağzini sen (söyüş). Senden basqa 2 nefere de vermisem bilmeden. Qandon tema adiyla verib mene ... Senden qabaq öz yaxin dostuma vermisem. Sen zeng vuranda uje dostum kurs qoymuşdu meni. Sen zeng edende ise, utandim götürüm telefonu...O Cırığı bu gün tutacaqam. fşdi, onu göre bilmesem, seninle görüşüb temani özümnen de olsa sene ötüreceyem. Meni düz basa düş Qardasim menim” məzmunlu, +**********00 mobil nömrəsindən daxil olmuş “Resad atrava lazimdi mehlede hami tutulub ishimizi ashirtda” məzmunlu, +**********14 mobil nömrəsindən daxil olmuş “Qaqaş dünenki temadida he mene bütöv 2 dene lazimdi ama çekisi düz olsunda qaqaşimsan. Ne vaxta hazir olar vaxtim azdi telesirem 20 deq gelim götürüm gedim düzeler qaqaş?” məzmunlu, + **********11 mobil nömrəsindən daxil olmuş “Qaqas gelim pulu ver basqa yerden goturum” məzmunlu, +**********05 mobil nömrəsindən daxil olmuş “Rəşad brat tema götürə bildin? Brat bir iki dənə necədən verərsən mənə” məzmunlu, +**********60 mobil nömrəsinə göndərilmiş “Qaqas bu (söyüş) kola evezine pati qoyub, bir az sebr ele deyişim” məzmunlu, +**********88 mobil nömrəsindən daxil olmuş “1 DENE BİRDE 5 DİY DAW DAWİ DOBRU QOYDA MUMKUNSE” məzmunlu, +**********03 mobil nömrəsindən daxil olmuş “Menem elmardi reşka srocni puliynan tema lazimdi rauf yatib” məzmunlu, +**********19 mobil nömrəsindən daxil olmuş “Brat cox saxol. Lazat eladi. Saat 5 cun İn Sha ALLAH galacam. Brat mana yarim saxla gagashimsan. emanet ol Allaha” məzmunlu, +**********76 mobil nömrəsindən daxil olmuş “Hə bildim ..nə idi səndə . Nə qədər variantdır? Nə qədər varindir lOluq lazimdi vacib” məzmunlu, +**********11 mobil nömrəsindən daxil olmuş “Qaqaw bidene 5-5 vere bilersen axwamacan mene” məzmunlu, +**********11 mobil nömrəsindən daxil olmuş “X15? Qaqaw İnwhAllah X16 11 X18. imkan X11 X12. Alinar Atam?” məzmunlu, həmin nömrədən daxil olmuş “ecu 02kl-bi X23 Verde Atam imkan Varsa.X22 Axsam 10m Verm Sene.X20 X21 Bilmrem, X19 At Gelm” məzmunlu, +**********98 mobil nömrəsindən daxil olmuş “Reşad sendeki metadon tabletkanı 8 man.satırsan mene?” məzmunlu, +**********98 mobil nömrəsindən daxil olmuş “Mene yan düzelt, patı yox.” məzmunlu, +**********13 mobil nömrəsindən daxil olmuş “Qaqawim mane l kola 05 daw lazimdi pulu saat 4 erecemm atam he yox di.” məzmunlu, +**********50 mobil nömrəsindən daxil olmuş “Qaqaw veridiyin pati sap sari saralir bir sozunen cekimeye yaramir mende patin cekirem vurumuram iwin duzelisin cox dimirem bidene O.l.qiret eliyerisen i.” məzmunlu sms-ləri məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını tam təsdiq edən sübut kimi qəbul edir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 800 qramı xüsusilə külli miqdar, metamfetaminin təmiz halda 0,15 qramı xeyli miqdar, 2 qramı külli miqdar, 400 qramı xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən üzərində heç bir narkotik olmaması, polislərin onu döyməsi, nəticədə narkotiki boynuna götürməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxsin müdafiə mövqeyi kimi dəyərləndirir. Belə ki, yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs saxlanılan vaxtdan müdafiə hüququ təmin edilmiş, üzərinə şəxsi axtarış aparılarkən üzərindən aşkar edilmiş narkotikləri vəkilin yanında etiraf etmiş, polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq edilmədiyini bildirmişdir. Buna baxmayaraq məhkəmə müvafiq sorğu verərək təqsirləndirilən şəxsin saxlandığı İstintaq təcridxanasından onun şəxsi işinin və tibbi kitabçasının surətlərini əldə etmiş, həmin sənədlərə proses iştirakçılarının iştirakı ilə baxış keçirilərkən kitabçalarda onun bədəni üzərində hər hansı xəsarət izinin aşkar olunmadığı, habelə xəsarət almasını özünün inkar etməsi barədə qeydlər aparıldığı müəyyən edilmişdir. Təqsirləndirilən şəxsin döyülməsi iddiasına aydınlıq gətirilməsi məqsədilə məhkəmənin müvafiq sorğusu əsasında Bakı şəhəri Nəsimi rayon prokurorluğundan daxil olmuş 12 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə əlaqədar olaraq həmin prokurorluqda araşdırma aparılmışdır. Qərardan o da görünür ki, aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəzaya məruz qalması, ona hər hansı xəsarət yetirilməsi, ona işgəncə verilməsi xüsusatları öz təsdiqini tapmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarından görünür ki, Nəsimi rayon prokurorluğunun 12 iyul 2023-cü il tarixli qərarı ləğv edilmiş və araşdırmanın davam etdirilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi rayon prokurorluğundan daxil olmuş 06 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalması ilə əlaqədar olaraq prokurorluqda əlavə araşdırma aparılmışdır. Qərardan o da görünür ki, aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən qəddar, qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və cəzaya məruz qalması, ona hər hansı xəsarət yetirilməsi, ona işgəncə verilməsi xüsusatları öz təsdiqini tapmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, polis əməkdaşları tərəfindən döyülməsi və təzyiqlərə məruz qalması barədə Təqsirləndirilən şəxs məhkəmədə bildirdikləri həqiqətə uyğun deyil. Bununla da, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməklə məsuliyyətdən yaxa qurtarmaq məqsədini güdür. Məhkəmə, məhkəmədə şahid qismində dindirilmiş, təqsirləndirilən şəxslə yaxın münasibətlərdə olan Şahid1 Təqsirləndirilən şəxs polislər tərəfindən döyülməsi barədə təqsirləndirilən şəxsin lehinə verdiyi ifadələrə tənqidi yanaşır və hesab edir ki, həmin şahid məhkəmə istintaqında belə məzmunlu ifadələr verməklə Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi güdmüş və onun cinayət məsuliyyətindən azad olunmasını istəmişdir. Bu səbəbdən məhkəmə həmin şahidin məhkəmədə verdiyi ifadələri inandırıcı və ağlabatan hesab etmir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, o, təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, yetkinlik yaşına çatmayan bir uşağın olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 04 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək CM-nin 178.2.1 və 178.2.2-ci maddələrinə xitam verilmiş və o, həbsdən azad edilmişdir. Bundan başqa o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-ci il tarixli amnistiya qərarının 2.5- ci bəndinə əsasən cəzadan azad edilmişdir (cild 1, iş vərəqi 117-119). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki il keçdiyindən o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, bir yetkinlik yaşına çatmayan uşağının olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllər ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində 27 avqust 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 avqust 2022-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 25, 78-83, 158-161, 175-178). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu 25 avqust 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən götürülərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,593 qram heroin və 6,075 qram metamfetamin məhv edilməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işinin ibtidai istintaqı zamanı yol verdiyi kobud qanun pozuntuları ilə bağlı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis baş leytenantı X7 barəsində xüsusi qərar çıxarılması məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 25 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs üzərindən götürülərək Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,593 qram heroin və 6,075 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar