Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-199/2025 07.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X6 (sədrlik edən), hakimlər Əliyeva Aytən Heydər qızı və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X7, X13, X11, X31, X24 və Abdullayeva Sədaqət İlyas qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X32, Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2, müdafiəçilər – Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 oğlunun, Müdafiəçi1, Müdafiəçi2, Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Alyans Vəkil Bürosunun vəkili Müdafiəçi5 Rüstəm oğlunun, zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ASC-nin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Rusiya Federasiyası Moskva vilayəti Puşkin şəhəri Lesnıy Polyana qəsəbəsində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 178.2.2, 178.2.4, 271.2.2-ci maddələri ilə xx xxx 1984-cü ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta-texniki təhsilli, məhkum olunmuş, işləməyən, Qubadlı rayonunun Aşağı Mollu kəndində qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 271.2.2-ci maddələri ilə xx xxxx 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, “Giperaks” telefon mağazasında satıcı işləmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 271.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla təkar dələduzluq etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs halında kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, burada saxlanılan məlumatları ələ keçirməklə qəsdən daxil olmuş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə özgənin külli miqdarda əmlakını gizli olaraq talamaqla təkrar oğurlamışdır.
2. Belə ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs1 Məhiyyədin oğlu etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək həqiqətə uyğun olmayan məlumatlar verməklə yüksək vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını bildirib Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Gəncə Dövlət Universitetinin Pedoqoji fakültəsində qabiliyyət imtahanından uğurlu nəticə əldə etməsini təşkil edəcəyinə dair vəd verib inam və etibarını qazandıqdan sonra sonuncudan 2021-ci ilin iyun ayı ərzində istintaqla müəyyən edilməyən tarix və saatda hissə-hissə olmaqla, sonuncu dəfə Sumqayıt şəhəri 42-ci məhəllə yaxınlığında 3750 manat olmaqla, ümumilikdə 6500 manat məbləğində pul vəsaiti alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs5 xeyli - miqdarda, 6500 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir.
3. Bundan başqa, Təqsirləndirilən şəxs1 Məhiyyədin oğlu təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs6 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Nazirliyinin əməkdaşı kimi təqdim edərək həqiqətə uyğun olmayan məlumatlar verməklə yüksək vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını bildirib Zərərçəkmiş şəxs6 xəstəliklə əlaqədar təqaüd əldə etməsini təşkil edəcəyinə dair vəd verib inam və etibarını qazandıqdan sonra sonuncudan 2021-ci ilin avqust ayının əvvəllərində istintaqla müəyyən edilməyən tarix və saatda hissə-hissə olmaqla, sonuncu dəfə Sumqayıt şəhəri 42-ci məhəllə yaxınlığında 2000 manat olmaqla, ümumilikdə 4000 manat məbləğində pul vəsaiti alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək Zərərçəkmiş şəxs6 4000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
4. Bundan başqa, Təqsirləndirilən şəxs1 Məhiyyədin oğlu təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü X19 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək həqiqətə uyğun olmayan məlumatlar verməklə yüksək vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını bildirib X2 övladı Şahid2 Azərbaycan Respublikası Mədəniyyət və İncəsənət Universitetinin rəqqaslıq fakültəsinə tələbə kimi qəbul olunmasını təşkil edəcəyinə dair vəd verib inam və etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs5 vasitəsilə Zərərçəkmiş şəxs2 2021-ci ilin avqust ayı ərzində istintaqla müəyyən edilməyən tarix və ünvanda hissə-hissə olmaqla, ümumilikdə 15000 manat məbləğində pul vəsaiti alıb vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək zərərçəkmiş şəxs X25 xeyli miqdarda, 15000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
5. Bundan başqa, Təqsirləndirilən şəxs1 Məhiyyədin oğlu təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək həqiqətə uyğun olmayan məlumatlar verməklə yüksək vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını bildirib Zərərçəkmiş şəxs4 xəstəliklə əlaqədar təqaüd əldə etməsini təşkil edəcəyinə dair vəd verib inam və etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs5 vasitəsilə Zərərçəkmiş şəxs4 2021-ci ilin avqust ayında istintaqla müəyyən edilməyən tarix və ünvanda 5500 manat məbləğində pul vəsaiti alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 xeyli miqdarda, 5500 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
6. Bundan başqa, Təqsirləndirilən şəxs1 Məhiyyədin oğlu təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü X20 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək həqiqətə uyğun olmayan məlumatlar verməklə yüksək vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını bildirib X3 övladı Şahid4 Azərbaycan Respublikası Bədən Tərbiyəsi və İdman Akademiyasına tələbə kimi qəbul olunmasını təşkil edəcəyinə dair vəd verib inam və etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs5 vasitəsilə Vəfa Əliyevadan 2021ci ilin avqust ayının sonunda istintaqla müəyyən edilməyən tarix və saatda Mingəçevir şəhəri Heydər Əliyev prospektində yol kənarında 13000 manat məbləğində pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş şəxs X20 xeyli miqdarda, 13000 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
7. Bundan başqa, Təqsirləndirilən şəxs1 Məhiyyədin oğlu təkrarən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü X20 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək həqiqətə uyğun olmayan məlumatlar verməklə yüksək vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını bildirib X3 qohumu X26 Mingəçevir şəhərində fəaliyyət göstərən məktəblərdən birinə müəllim kimi işə qəbul olunmasını təşkil edəcəyinə dair vəd verib inam və etibarını qazandıqdan sonra Zərərçəkmiş şəxs5 vasitəsilə Vəfa Əliyevanın övladı Şahid4 2021-ci ilin avqust ayının sonu sentyabr ayının əvvəllərində istintaqla müəyyən edilməyən tarix və saatda Mingəçevir şəhəri Mingəçevir yolu küçəsində fəaliyyət göstərən “Sevgi” adlı restoranın yaxınlığında 8500 məbləğində pul vəsaitini alıb ələ keçirərək zərərçəkmiş şəxs X20 xeyli miqdarda, 8500 manat məbləğində ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
8. Bundan başqa, Rüstəmzadə X8 Mehman Tahir oğlu, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan Türkiyə Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2022-ci ilin yanvar ayının sonundan həmin ilin fevral ayının əvvəllərinədək olan müddət ərzində Türkiyə Respublikasının istintaqa məlum olmayan vətəndaşı vasitəsilə internet xətti üzərindən kompyuter sisteminə, yəni müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən qurğuya və ya bir-birinə qoşulmuş və yaxud əlaqələndirilmiş qurğular qrupuna daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, burada saxlanılan xarici ölkə vətəndaşlarına məxsus bank kartlarının məlumatlarını, yəni bank kartının 16 rəqəmli nömrəsini, kartın bitmə tarixini və CVV nömrəsini ələ keçirmək məqsədi ilə daxil olub həmin məlumatlar əsasında elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin külli miqdarda əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə təkrar talama qərarına gəlmiş, 2022-ci ilin yanvar ayının sonundan fevral ayının əvvəllərinədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 qeyd edilən kart məlumatlarını kompüter sistemində “azericard.az" saytında müvafiq məlumat lövhələrinə daxil etməklə Kanada Konfederasiyasının “X61 of Canada”, “Toronto-Dominion”, “Royal Bank of Canada” və “X62” banklarına aid xarici ölkə vətəndaşına məxsus bank kartlarındakı ümumilikdə həmin dövrün məzənnəsi ilə 194441 manat olmaqla 114377 ABŞ dolları məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən Zərərçəkmiş şəxs1 ASC-də açılmış bank hesabların bank kartlarına köçürdükdən sonra Təqsirləndirilən şəxs3 həmin dövrün məzənnəsi ilə 81750 manat olmaqla 48088 ABŞ dolları məbləğində pul vəsaitini, Təqsirləndirilən şəxs1 həmin dövrün məzənnəsi ilə 112691 manat olmaqla 66289 ABŞ dolları məbləğində pul vəsaitini müxtəlif ünvanlarda yerləşən Zərərçəkmiş şəxs1 ASC, "Nikoyl Bank” ASC, "xxxx"ASC və "xxxx" ASC-ə məxsus bankomatlar vasitəsilə ilə 2022-ci ilin yanvar-fevral ayları ərzində istintaqla müəyyən edilməyən ünvanlarda nağdlaşdıraraq plana uyğun olaraq aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə külli miqdarda pul vəsaitini gizli olaraq talamaqla təkrar oğurlayaraq Zərərçəkmiş şəxs1 ASC- ə 114377 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə külli miqdarda 194441 manat məbləğində ziyan vurmaqla təkrar oğurluq etmişdir.
9. Təqsirləndirilən şəxs2 qəsdən cinayət törətməyə görə məhkum olunmasına baxmayaraq qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, burada saxlanılan məlumatları ələ keçirməklə qəsdən daxil olmuş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə özgənin külli miqdarda əmlakını gizli olaraq talamaqla oğurlamışdır.
10. Belə ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2,2, 177.2.3- 1, 271.2.1, 271.2.2-ci maddələri ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, 02 il şərti sınaq müddəti təyin edilməsinə, xx.xx.2020-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 02 il müddətinə olan şərti sınaq müddəti ləğv edilərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmasına xx.xx.2022-ci ildə Sumqayıt şəhər Məhkəməsinin qəran ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmasına, xx.xx.2022-ci ildə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə 08 ay 09 gün vaxtından əvvəl şərti azad edilməsinə xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmasına baxmayaraq qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 Məhiyyədin oğlu və şəxsiyyəti istintaqa məlum olmayan Türkiyə Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2022-ci ilin yanvar ayının sonundan həmin ilin fevral ayının əvvəllərinədək olan müddət ərzində Türkiyə Respublikasının istintaqa məlum olmayan vətəndaşı vasitəsilə internet xətti üzərindən kompüter sisteminə, yəni müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən qurğuya və ya bir-birinə qoşulmuş və yaxud əlaqələndirilmiş qurğular qrupuna daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, burada saxlanılan xarici ölkə vətəndaşlarına məxsus bank kartlarının məlumatlarını, yəni bank kartının 16 rəqəmli nömrəsini, kartın bitmə tarixini və CVV nömrəsini ələ keçirmək məqsədi ilə daxil olub həmin məlumatlar əsasında elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin külli miqdarda əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə təkrar talama qərarına gəlmiş, 2022-ci ilin yanvar ayının sonundan fevral ayının əvvəllərinədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 qeyd edilən kart məlumatlarını kompyuter sistemində “azericard.az” saytında müvafiq məlumat lövhələrinə daxil etməklə Kanada Konfederasiyasının “X61 of Canada”, “Toronto-Dominion”, “Royal Bank of Canada” və “X62” banklarına aid xarici ölkə vətəndaşına məxsus bank kartlarındakı ümumilikdə həmin dövrün məzənnəsi ilə 194441 manat olmaqla 114377 ABŞ dolları məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən Zərərçəkmiş şəxs1 ASC-də açılmış bank hesabların bank kartlarına köçürdükdən sonra Təqsirləndirilən şəxs1 həmin dövrün məzənnəsi ilə 112691 manat olmaqla 66289 ABŞ dolları məbləğində pul vəsaitini, Təqsirləndirilən şəxs3 həmin dövrün məzənnəsi ilə 81750 manat olmaqla-48088 ABŞ dolları məbləğində pul vəsaitini müxtəlif ünvanlarda yerləşən Zərərçəkmiş şəxs1 ASC, "xxxx" ASC, “Azərbaycan Sənaye BankTASC və "xxxx" ASC-ə məxsus bankomatlar vasitəsilə ilə 2022-ci ilin yanvar-fevral ayları ərzində istintaqla müəyyən edilməyən ünvanlarda nağdlaşdıraraq plana uyğun olaraq aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə külli miqdarda pul vəsaitini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ASC-ə 114377 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə külli miqdarda 194441 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir.
11. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında kompüter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, burada saxlanılan məlumatları ələ keçirməklə qəsdən daxil olmuş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə özgənin külli miqdarda əmlakını gizli olaraq talamaqla oğurlamışdır.
12. Belə ki, Qulami X35 Mehman Tahir oğlu, Təqsirləndirilən şəxs1 Məhiyyədin oğlu və şəxsiyyəti istintaqa məlum olmayan Türkiyə Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 2022-ci ilin yanvar ayının sonundan həmin ilin fevral ayının əvvəllərinədək olan müddət ərzində Türkiyə Respublikasının istintaqa məlum olmayan vətəndaşı vasitəsilə internet xətti üzərindən kompyuter sisteminə, yəni müvafiq proqramlara uyğun olaraq verilənlərin avtomatlaşdırılmış işlənməsini həyata keçirən qurğuya və ya bir-birinə qoşulmuş və yaxud əlaqələndirilmiş qurğular qrupuna daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, burada saxlanılan xarici ölkə vətəndaşlarına məxsus bank kartlarının məlumatlarını, yəni bank kartının 16 rəqəmli nömrəsini, kartın bitmə tarixini və CW nömrəsini ələ keçirmək məqsədi ilə daxil olub həmin məlumatlar əsasında elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin külli miqdarda əmlakını vahid niyyətlə əhatə olunan qəsdlə təkrar talama qərarına gəlmiş, 2022-ci ilin yanvar ayının sonundan fevral ayının əvvəllərinədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 qeyd edilən kart məlumatlarını kompüter sistemində “azericard.az” saytında müvafiq məlumat lövhələrinə daxil etməklə Kanada Konfederasiyasının “X61 of Canada", “Toronto-Dominion”, “Royal Bank of Canada" və “X62” banklarına aid xarici ölkə vətəndaşına məxsus bank kartlarındakı ümumilikdə həmin dövrün məzənnəsi ilə 194441 manat olmaqla 114377 ABŞ dolları məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 tərəfindən Zərərçəkmiş şəxs1 ASC-də açılmış bank hesabların bank kartlarına köçürdükdən sonra Təqsirləndirilən şəxs1 həmin dövrün məzənnəsi ilə 112691 manat olmaqla 66289 ABŞ dolları məbləğində pul vəsaitini, Təqsirləndirilən şəxs3 həmin dövrün məzənnəsi ilə 81750 manat olmaqla 48088 ABŞ dolları məbləğində pul vəsaitini müxtəlif ünvanlarda yerləşən Zərərçəkmiş şəxs1 ASC, "xxxx" ASC, “Azərbaycan Sənaye Bankı’ASC və "xxxx" ASC-ə məxsus bankomatlar vasitəsilə ilə 2022-ci ilin yanvar-fevral ayları ərzində istintaqla müəyyən edilməyən ünvanlarda nağdlaşdıraraq plana uyğun olaraq aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə külli miqdarda pul vəsaitini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs1 ASC-ə 114377 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə külli miqdarda 194441 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir.
İşin halları və dəlilləri:
13. Məhkəmə iclaslarında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2, 178.2.2, 178.2.4, 271.2.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni həmin Məcəllənin 177.3.2, 271.2.2-ci maddələri ilə olan ittihama münasibətdə özünü təqsirli bilməyərək, CM-in 178.2.2, 178.2.4-cü maddələri ilə olan ittihamlara münasibətdə isə özünü təqsirli bilərək ifadə verərək bildirdi ki, Gəncə Texnoloji Universitetinin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə Edilməsi fakültəsində 2007-2011-ci illər ərzində təhsil almış, təhsil aldığı müddətdə də Gəncə şəhərində kirayədə yaşamışdır. Bir müddət Sumqayıt şəhərində mobil telefon mağazası işlətmiş, telefon aksesuarlarının satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs3 onun əsgərlik yoldaşı olmuş, eləcə də Sumqayıt şəhərində işlətdiyi mobil telefon mağazasında satıcı işləmişdir. Digər Təqsirləndirilən şəxs2 isə Sumqayıt şəhərində iştirak etdiyi məclislərdən birində tanımış və aralarında dostluq münasibəti yaranmış və bundan sonra bir neçə dəfə görüşmüşlər. Söhbətlərindən birində Mehman ona kriptovalyuta barəsində anlayışı olduğunu demişdir. Bir gün Sumqayıt şəhərində olan Əli adlı tanışı ona “Bitkoin” kriptovalyutasına sahib olduğunu, kriptovalyutanı satmaq niyyətində olduğunu bildirərək ondan alıcı tapmasına kömək etməyini xahiş etmişdir. O, Əliyə cavab olaraq Mehman adlı tanışının bu işlərdən anlayışı olduğunu bildirmişdir. Bu məsələ ilə bağlı Mehmanla əlaqə saxlayaraq müştəri tapması barədə köməklik etməsini xahiş etmişdir. Bir neçə gün sonra Mehmanla görüşüb danışdıqları zaman Mehman ona müştəri tapdığını, Türkiyə Respublikasında yaşayan Pelin adlı qadının kriptovalyuta almaq istədiyini bildirmişdir. Mehman onu həmin Pelin xanımla telefonda danışdırmış, Pelin xanım ona kriptovalyutanı hissəvi şəkildə almaq istədiyini bildirmişdir. Aralarında razılıq əldə edildiyi üçün Pelin xanımın mobil telefon nömrəsini götürmüş və növbəti gün ona ödəniş etməsi üçün istifadəsində olan Kapital Bank ASC-yı, ABB ASC-yə və Unibank ASC-yə məxsus plastik bank kartlarının şəkillərini göndərmiş, lakin Pelin xanım ona köçürmə əməliyyatının uğursuz olduğunu, həmin bank kartlarının xarici ölkə ərazisindən köçürmə əməliyyatını qəbul etmədiyini bildirmişdir. Bundan sonra o, Rabitə Bank ASC-yə müraciət edərək, Rabitə Bank ASC-yə məxsus bank kartlarının xarici ölkə ərazisindən köçürmə əməliyyatını qəbul edib-etmədiyini soruşmuş, bankın əməkdaşı ona xarici ölkə ərazisindən köçürmə əməliyyatının mümkün olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs3la birlikdə hər birinə 3 ədəd olmaqla, USD, AZN VƏ EURO pul vahidləri köçürmələrinin mümkün olduğu plastik bank kartları sifariş edərək götürmüşlər. Çox sayda plastik bank kartı götürmələrinə səbəb istədikləri qədər pul köçürməsi həyata keçirmək olmuşdur, belə ki hər kart üzrə müəyyən məbləğ köçürmə limiti olmuşdur. Daha sonra Pelin xanımla aralarında olan razılaşmaya əsasən Pelin xanıma həmin 6 ədəd bank kartlarının şəklini göndərmiş və Pelin xanım həmin kartlara ödənişlər etməyə başlamışdır. Belə ki, Pelin xanım nə qədər çox ödəniş etsə, bir o qədər çox kriptovalyuta əldə edəcəkmiş. Pelin xanımın elektron pul qabısına Bitcion kriptovalyutasını Əli adlı tanışı göndərmiş, Pelin xanım isə Bitcoin kriptovalyutasını ödənişini etdikdən sonra əldə edirmiş. Pelin xanımın köçürdüyü pul vəsaitlərini Sumqayıt şəhərində bəzən özün, bəzən Novruz nağdlaşdırmış və sonra nağd pul vəsaitlərini Əliyə vermişdir. Köçürülən pulun 7 faizini qonorar olaraq özünə götürmüş, həmin pulun 3 faizini Təqsirləndirilən şəxs2, 1 faizini Təqsirləndirilən şəxs3 vermiş, 2 faizini isə özünə götürmüş, 1 faizi isə Rabitə Banka komissiya kimi çatmışdır. Təqsirləndirilən şəxs2 azyaşlı uşağı olduğu və özü də xəstə olduğu üçün ona daha çox faiz verərək köməklik etmişdir. Pelin xanım ona ümumilikdə 114.377 ABŞ dolları məbləğində pul vəsaiti köçürmüşdür. O kartlardan ümumilikdə 66.289 ABŞ dolları pul çıxarmışdır. Həmin pullar “bitcoin” satışından əldə edilmiş pullar olmuşdur. Bu pulları nağd qaydada Əliyə vermiş, Əli də “bitcoin”ə konvertasiya etmişdir. 151 nəfərin kartına müdaxilə edərək, oradan pulları çıxartmamışdır. Bildirir ki, mobil telefonunda Rabitəbank ASC-yə məxsus mobil bankçılıq tətbiqi mövcud olsa da, həmin mobil tətbiqdə digər banklara məxsus plastik kartların nömrələrini, kartların son istifadə tarixlərini və üçrəqəmli təhlükəsizlik kodunu daxil etməmişdir. Rabitə Bank ASC-yə məxsus bank kartına Kanada banklarından pul köçürülməsindən xəbərdar olmamış, bu işdə qətiyyən iştirakı olmamışdır. Ehtimal edir ki, Rabitə Bank AC-yə məxsus bank kartlarının hər iki tərəfinin şəklini Pelin xanıma göndərdiyi üçün onun kart əməliyyatlarına Pelin xanım tərəfindəndən müdaxilə edilməsi mümkündür. Onun “OCOS” adlı məhşur “maliyyə piramidası” işi ilə bağlı 10 min manat gəlir əldə etmiş, Türkiyə Respublikasının İstanbul şəhərinə istirahətə getdiyi vaxt İstanbulda olarkən həmin pulları da götürmüşdür. Daha sonra Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Moskva şəhərində olarkən də heç bir maliyyə əməliyyatı həyata keçirməmişdir. Moskva şəhərində olarkən barəsində beynəlxalq axtarış olduğu üçün həbs edilmişdir. Bank kartlarına Kanada bankından pul köçürülməsi barədə məlumatı Rusiya Federasiyasının Moskva şəhərində tutulduqdan sonra prokurorluğun müstəntiqindən öyrənmişdir. Bildirir ki, heç bir halda kompüter sisteminə orada saxlanılan məlumatları ələ keçirməklə qəsdən daxil olmuş, eləcə də elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə başqa şəxslərin külli miqdarda əmlakını ələ keçirməmişdir. Təqsirləndirilən şəxs1 Məhiyyədin oğlu ona elan edilmiş CM-nin 178.2.2 və 178.2.4cü maddələri ilə ittiham üzrə ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs2 övladlarından birini Azərbaycan İdman Akademiyasına, digərini isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavr pilləsinə qəbul olunmalarının təmin edilməsi ilə bağlı 15000 manat məbləğində pul almış, lakin sonradan müəyyən səbəblərdən dolayı bu iş alınmadığından həmin pulu Zərərçəkmiş şəxs2 geri qaytarmışdır. Eləcə də, Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs4 xəstəliyi ilə bağlı ona əlillik dərəcəsinin verilməsini təşkil etməsi üçün 5500 manat məbləğində pul vəsaiti almış, lakin həmin pul vəsaitini geri qaytara bilməmişdir. Bundan başqa, zərərçəkmiş şəxs Aynur Əhmədovadan onun oğlu Şahid4 Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olması üçün 13000 manat məbləğində pul vəsaiti almış, lakin bu işi də həll edə bilməmiş və pulu da geri qaytara bilməmişdir. Zərərçəkmiş şəxs5 onu qabiliyyət imtahanından keçirmək üçün 6500 manat, onun qardaşı Zərərçəkmiş şəxs6 isə gözündə olan xəstəliklə əlaqədar pensiya düzətmək üçün 4000 manat məbləğində pul almış, lakin onların da işlərini həll edə bilməmiş, eləcə də pullarını da qaytara bilməmişdir. Bildirir ki, maddi imkanı olduqda zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəyəcəkdir. İbtdai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir.
14. Təqsirləndirilən şəxs1 cinayət işi üzrə ibtidai istintaq dövründə verdiyi ifadəsinin məzmunundan görünür ki, o özünü qismən təqsirli bilərək göstərmişdir ki, Sumqayıt şəhərində yerləşən 29 nömrəli tam orta məktəbin Azərbaycan sektorunu bitirmişdir. Fiziki və psixi cəhətdən sağlamdır, heç bir psixiatrik disponserdə qeydiyyatda deyildir. O, Gəncə Texnoloji Universitetinin İstehsal və Xidmət Sahələrinin İqtisadiyyatı və İdarə Edilməsi fakültəsində 2007-2011-ci illər ərzində təhsil almış, təhsil aldığı müddətdə də Gəncə şəhərində kirayədə yaşamışdır. Buna görə Gəncə şəhərində yaşayan xeyli sayda tanışları vardır. Həmin tanışlarından biri də Zərərçəkmiş şəxs5dır. Zərərçəkmiş şəxs5 ilə sadəcə tanışlıq münasibətləri olmuşdur. 2019- 2020-ci illər ərzində Zərərçəkmiş şəxs5 ilə söhbət zamanı o, Gəncə Dövlət Universitetinin Bədən Tərbiyəsi və İdman fakültəsinin qabiliyyət imtahanında keçə bilmədiyini bildirmişdir. Ona tanışları vasitəsi ilə bu işdə kömək edə biləcəyini demişdir. Həmin dövrdə təsadüfən tanıdığı hazırda adını xatırlamadığı şəxs ona universitetlərin qabiliyyət imtahanından, həmçinin pensiya düşməyən şəxslərə pensiya düzəldilməsi məsələlərini qeyri-qanuni yollarla, yəni pul almaqla həll edə biləcəyini demişdir. O da həmin şəxsə arxayın olub Zərərçəkmiş şəxs5 pul qarşılığında onu qabiliyyət imtahanından keçirə biləcəyini demişdir. Ona imtahandan keçmək üçün 6.000 manat pul lazım olduğunu bildirmişdir. O da həmin pulu hissə-hissə olmaqla, yaşadığı Gəncə şəhərindən ona verilməsi üçün yol taksiləri ilə Bakı şəhərinə göndərmişdir. O da həmin pul vəsaitlərini Bakı şəhərində tanımadığı yol taksilərindən Avtovağzalda götürürmüş. Zərərçəkmiş şəxs5 ona ümumilikdə 6000 manat pul vermişdir. O da öz növbəsində həmin pul vəsaitini hazırda adını xatırlamadığı, ümumiyyətlə anket məlumatlarını bilmədiyi şəxsə vermişdir. Lakin sonradan həmin şəxs Elmiranı imtahandan keçirə bilməmiş, həmçinin ona verdiyi 6000 manat pul vəsaitini də geri qaytarmamış, amma Elmiraya həmin pulu özü qaytaracağını bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs5 qardaşı Zərərçəkmiş şəxs6 xəstəliklə əlaqədar pensiyaya çıxmaq istədiyini bildirmiş, lakin ona pensiya təyin edilmirmiş. Bununla bağlı ona həmin tanışı vasitəsilə pensiyasını düzəltməyini xahiş etmişdir. O da həmin şəxsdən soruşmuşdur, o isə 4000 manat pul lazım olduğunu bildirmişdir. O da öz növbəsində Elnara pensiya məsələsinin düzəlməsi üçün 4000 manat pul verməli olduğunu demiş, onunla razılaşmış və eyni qaydada yol taksiləri ilə hissə-hissə olmaqla 4000 manat pul vəsaitini yaşadığı Gəncə şəhərindən Bakı şəhərinə göndərmiş, o da həmin pulları Bakı şəhərində Avtovağzalda tanımadığı yol taksilərindən götürmüş və işi düzəldən adama vermiş, lakin Elnarın da pensiya məsələsi öz həllini tapmamış və həmin aldığı 4000 manatı qaytarmamış, lakin həmin pul vəsaitini özü qaytaracaqdır, bununla bağlı Zərərçəkmiş şəxs6la razılaşmışdır. Zərərçəkmiş şəxs5 qardaşının arvadının iş yoldaşı X33 oğlu Şahid2 Mədəniyyət və İncəsənət Universitetinin rəqqaslıq fakültəsinin qabiliyyət imtahanından keçməsini istəyirmiş. Bununla bağlı o, Zərərçəkmiş şəxs2 15.000 manat pul vəsaiti lazım olduğunu bildirmişdir. Həmin 15.000 manatdan 14.000 manatını işin düzəlməsi ilə bağlı tanışına verəcəkmiş, 1000 manatı isə götürəcəkmiş. X27 hissə-hissə olmaqla yol taksiləri ilə Gəncə şəhərindən Bakı Avtovağzalına pul göndərirmiş, o da həmin pulları qəbul edirmiş. Nəticədə o, həmin pulu qabiliyyət imtahanına görə 7000 manatını tanışına vermiş, razılamaya görə imtahandan sonrada qalan 7000 manatı da verəcəkmiş, lakin Vəfa Vəfiyevanın oğlu imtahandan keçə bilməmiş, buna görə o, məcburən Vəfadan aldığı 15.000 manat pul vəsaitinin hamısını öz cibindən ona qaytarmışdır. Həmin pulu o, Vəfadan hissə-hissə olmaqla 2021-ci ilin yay aylarında almışdır, elə yay yaylarının sonunda da qaytarmışdır. Bundan başqa Vəfa ona qardaşı Zərərçəkmiş şəxs4 pensiya düzəlməsi ilə bağlı da müraciət etmişdir. Çünki ona dövlət tərəfindən pensiya təyin edilməmişdir. Lakin o, xəstəliklə bağlı pensiyaya çıxmaq istəyirmiş. Buna görə də ona pensiya düzəldilməsi ilə bağlı 2021-ci ilin avqust ayında hissə-hissə olmaqla 5500 manat pul vəsaitini almış, həmin pul vəsaiti də eyni qayda ilə Gəncə şəhərindən yol taksiləri ilə Bakı Avtovağzalına göndərilmiş, o da Bakıda tanımadığı taksidən həmin pullan təhvil alırmış və pulun 5000 manatını Səbuhiyə pensiya düzəldilməsi üçün tanışına vermiş, 500 manatını isə özünə götürmüşdür. Nəticədə onun pensiya məsələsi alınmamış, həmin tanışı da vətən müharibəsini bəhanə edərək ondan aldığı pulu qaytarmamışdır. Lakin o, Vəfaya onun qardaşının pulunu nə olursa olsun öz hesabına qaytaracağını bildirmiş, lakin həbs olunduğuna görə həmin pul vəsaitini hələdə qaytara bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 tələbə yoldaşı X34 oğlu Şahid4 Bədən Tərbiyəsi və İdman Akademiyasına tələbə qismində düzəltmək üçün Zərərçəkmiş şəxs2 vasitəsilə ondan xahiş etmişdir. O da tanışından bu məsələnin həllinin neçəyə başa gələcəyini soruşduqda 12.000 manata həll olunacağını demiş, o isə Aynur Əhmədovaya 13.000 manat demişdir. Bu işdən 1000 manat ona qalacaqmış. Aynur Əhmədova 13000 manat pul vəsaitini Mingəçevir şəhərindən yol taksiləri ilə Bakı Avtovağzalına hissə-hissə göndərmişdir. O da həmin pulları Bakıda tanımadığı taksilərdən qəbul etmişdir. Aynurdan aldığı 12.000 manatı tanışına vermiş, 1000 manatı isə özünə götürmüş, nəticədə həmin iş alınmamış, o, özünə götürdüyü 1000 manatı qaytarmışdır. O, ümumi 13.000 manatı 2021ci ilin avqust ayı ərzində almış, iş alınmadığına görə 1000 manatı isə 2021-ci ilin sentyabr ayında Aynur Əhmədovaya geri qaytarmışdır. Bundan başqa 2021-ci ildə məclislərin birində Mehman adlı şəxs ilə tanış olmuşdur. Həmin dövrdə o, mobil telefonlar üçün aksessuarların satışı ilə məşğul olurmuş. Mehman ona zəng edərək həbsxanadan yeni çıxdığını və sadə mobil telefon lazım olduğunu bildirmişdir. Ona sadə bir mobil telefonu təmənnasız şəkildə vermişdir. Beləcə onunla əlaqələri yaranmış və ara-sıra onunla Sumqayıt şəhərində görüşürmüşlər. Bir gün Mehman ona zəng edərək bir məsələ ilə bağlı görüşmək istədiyini bildirmişdir. Onlar Sumqayıt şəhərində yerləşən “Retro” adlı kafedə görüşmüşlər. Mehman ona bildirmişdir ki, bir miqdar kriptovalyutası vardır, onlar “Bitcoin və USDT"-dən ibarətdir. Həmin kriptovalyutaları nağdlaşdırmaq lazımdır. Bununla bağlı bank kartı lazımdır. Ondan soruşmuşdur ki. nəyə görə öz adına bank kartı açmır, cavabında ona bildirmişdir ki, həbsxanadan şərti azad olunduğuna görə öz adına bank kartı ala bilmir. O, Mehmanla razılaşmışdır. Cavanşir özü oma bildirdirmişdir ki, Zərərçəkmiş şəxs1-a yaxınlaşıb oradan bank kartı götürsün. O bir müddət fikirləşmiş, Mehman ona zəng etdikdə ondan problemin yaranıb-yaranmayacağını soruşmuş, Mehman isə heç bir problemin yaranmayacağını bildirmiş, buna görə də onunla razılaşmışdır. Bundan sonra Mehman ona Sumqayıt şəhərində “Retro” adlı kafedə 100 manat pul vermişdir ki, manat, avro, dollar hesabları olan 3 ədəd bank kartı açsın və həmin kartlar “Rabitəbank"-dan olsun. O, həmin kartları öz adına Zərərçəkmiş şəxs1-dan əldə etmiş və həmin kartları özündə saxlamışdır. Ancaq Mehman həmin bank kartlarının üz və arxa tərəfinin şəkillərini, həmçinin şəxsiyyət vəsiqəsinin şəkillərini çəkərək özündə saxlamışdır. Təqribən 2 gün sonra onun hər üç kartına pul yüklənmişdir. Həmin pulun hazırda xatırlamır, amma təxmini 7-8000 manat olmalı imiş. Bundan sonra Mehman ondan yeni kart açdırmasını istəmiş, buna görə Mehman ondan kartına yüklənən pulu götürən zaman əlavə olaraq 100 manat pul vermişdir ki, yenidən 3 ədəd bank kartı açdırsın və həmin kartlar “Rabitəbank"-dan olsun. O, Mehmana bildirmişdir ki, öz adında artıq kartlar var, lakin başqa bir tanışına deyə bilər ki, onun adına əgər razılıq verərsə bank kartı açdırsınlar. O da qonşusu və əsgərlik yoldaşı Təqsirləndirilən şəxs3 bu məsələ haqqında danışmışdır. Novruz öz adına bank kartı açılmasına razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs3 öz adına Zərərçəkmiş şəxs1-dan manat, avro, dollar hesabı olan 3 ədəd bank kartı açdırmışdır. Həmin kartların şəkillərin də Mehmana göndərmişdir. Təqribən 10 gün müddətində onun kartına ümumilikdə 54.000 ABŞ dolları, Təqsirləndirilən şəxs3 kartına da xeyli miqdarda pul yüklənmişdir. Həmin pulları Zərərçəkmiş şəxs1-ın Sumqayıt filialında yerləşən bankomatından nağdlaşdıraraq Sumqayıt şəhərində, həmçinin Bakı şəhərində Mehmana vermişdir. Onunla bərabər Təqsirləndirilən şəxs3 da pulu nağdlaşdırmışdır, onun kartından çıxarılan pulları da o, Mehmana vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 ASC-dən ona zəng gəlmiş və kartına gələn pulların nə ilə bağlı yükləndiyi soruşulmuş, banka həmin pulların kriptovalyuta olduğunu bildirmişdir. Onu banka dəvət etmişlər, o isə banka yaxınlaşmağa vaxtı olmadığını bildirmişdir. Mehmana zəng edib bankın ona dediklərini demiş, Mehman ona narahat olmamasını bildirmişdir. Bankın zəngindən təqribən 2-3 gün sonra dostu Təqsirləndirilən şəxs3 ilə birlikdə Türkiyə Respublikasının İstanbul şəhərinə, oradan isə işləmək üçün Rusiya Federasiyasına getmiş və təqribən 1 il orada sürücü kimi işləmişdir bir ildən sonra, yəni 24 yanvar 2023-cü ildə Rusiya Federasiyasının yol polisi orqanları tərəfindən saxlanılmış və barəsində istintaqı aparılan cinayət işi barədə məlumatlandırılmışdır. Tanışı Mehman adlı şəxsin deməsinə görə pulun mənbəyi kriptovalyuta imiş, Mehman tərəfindən köçürülürmüş, pulu köçürməkdə məqsədi onu nağdlaşdırmaq imiş, pulun miqdarı 54.000 ABŞ dolları olmuşdur. O, nağdlaşdırdığı məbləği xatırlamır, lakin düşünür ki, 54.000 ABŞ dollarından çox olmamalıdır. Hesabına daxil olan pulları nağdlaşdırdıqdan sonra o, Mehman adlı şəxsə hissə-hissə olmaqla Sumqayıt və Bakı şəhərində hazırda xatırlamdığı ünvanlarda vermiş, ümumilikdə 54.000 ABŞ dolları pul vermiş, üç dəfə pulu taksi sürücüsü vasitəsilə göndərmişdir. Rabitəbank kartlarına köçürülmüş pulları nağdlaşdırdığına görə Təqsirləndirilən şəxs2 ona ümumilikdə 4000-4500 manat arası pulu hissə-hissə olmaqla vermişdir. Pulların oğurluq olduğundan xəbəri yox imiş, ona və Təqsirləndirilən şəxs3 ümumilikdə 6000 manat olmaqla ona 4000 manat, Novruza isə 2000 manat pul Təqsirləndirilən şəxs2 tərəfindən verilmişdir. (Cild 5, iş vərəqi (bundan sonra i.v.) 201-205)
15. Məhkəmə iclaslarında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2 və 271.2.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, Təqsirləndirilən şəxs1lə Sumqayıt şəhərində məclislərdən birinə tanış olmuş və münasibətləri yaranmışdır. Cavanşir ondan kriptovalyuta almaq istəyən bir şəxs tapmasını xahiş etmiş, daha sonra o Türkiyə Respublikasında yaşayan Pelin adlı xanımı Cavanşirlə tanış etmiş və daha sonra Pelin xanım və Cavanşir arasında kriptovalyuta üçün pul köçürmələri əməliyyatları həyata keçirilmişdir. Həmin əməliyyatlardan Cavanşirin qazandığı vəsaitlərdən özünə 3 faiz komissiya haqqı götürmüşdür. Məhkəmənin diqqətinə çatdırır ki, Rabitə Bank ASC-yə məxsus bank kartına Kanada banklarından pul köçürülməsindən xəbərdar olmamış, bu işdə qətiyyən iştirakı olmamışdır. Pulun Kanadadan gəlməsini o ibtidai istintaq zamanı bilmişdir, əvvəl bilməmişdir. Cavanşir və X56 ASC-dən bank kartları götürmələri üçün tapşırıq verməmişdir. Pelin xanım ona heç bir kart məlumatı verməmişdir. O heç kəsə Rabitə bankda kart hesabı açmaları barədə bir şey deməmişdir. Təqsirləndirilən şəxs3 ümumiyyətlə tanımamış, ona bank məlumatları verməmişdir. Rabitəbank ASC-dən külli miqdarda pul vəsaitlərinin oğurlanması barədə məlumatı olmamış və bu əməliyyatlarda iştirakı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir.
16. Təqsirləndirilən şəxs2 cinayət işi üzrə ibtidai istintaq dövründə verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Azərbaycan Respublikası CM-İn 177.3.2 və 271.2.2-ci maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində yerləşən 31 nömrəli tam orta məktəbin Azərbaycan sektorunu bitirmişdir. Fiziki və psixi cəhətdən sağlamdır, heç bir psixiatrik dispanserdə qeydiyyatda deyildir. Mahiyyəti üzrə bildirmşdir ki, ilk dəfə 2020-ci ildə xarici ölkələrin oğurluq bank kartları məlumatlarını əldə edərək “Azercell” mobil operatorunun fakturalı telefon nömrələrinə bank kartlarnın içərisində olan pullan köçürərək nağdlaşdırdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 272-ci maddələrinin müxtəlif bəndlərinə əsasən cinayət məsuliyyətinə cəlb edilmiş. 2021-ci ilin oktyabr ayının ortalarında cəza çəkdiyi 16 saylı cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Həmin dövrdə işləmədiyinə görə maddi sıxıntılar çəkmiş, həmçinin xəstəliyi olduğuna görə müalicə xərclərini qarşılaya bilmirmiş. Buna görə yenidən oğurluq bank kartları əldə etmiş, həmin pulları nağdlaşdıraraq qazanc əldə etmək qərarına gəlmişdir. Buna görə təsadüfən Sumqayıt şəhərində olarkən Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Onunla söhbət zamanı cəza çəkmə müəssisəsindən yeni çıxdığını və nəyə görə məhkum olunduğunu danışmışdır. Hətta yenidən xarici ölkələrə məxsus oğurluq bank kartlan əldə edə biləcəyini və həmin bank kartlarındakı pulları ölkə ərazisində nağdlaşdıra biləcəyini bildirmiş, lakin həbs olunub çıxdıqdan sonra bu məsələlərlə məşğul olmağa qorxduğunu və yenidən tutulmaq istəmədiyini də bildirmişdir. Cavanşir isə həmin pulları özünə məxsus bank kartları vasitəsilə nağdlaşdıra biləcəyini demiş, hətta tutulsa onu ələ verməyəcəyini də demişdir. Bildirmişdir ki, bank kartlarının mühafizə sistemi hazırda dünyada 2 cür olur: “3D security” mühafizə olunan kartları (sms və s. İlə mühafizə sistemi olan) və “2D” mühafizə olunmayan bank kartlan. Dünya ölkələrinin çox hissəsi “2D” mühafizə olunmayan bank kartlarından imtina etmişdir, lakin Amerikada bank kartlarının mühafizəsi baha olduğuna görə hələdə Amerika vətəndaşlarının çox hissəsi həmin “3D security” bank kartlarını almaqdan imtina edirlər və “2D” mühafizə olunmayan daha ucuz bank kartlarından istifadə edirlər. Buna görə də Türkiyədə bir qrup adamlar var ki, hansısa xarici ölkələrin xüsusən Amerika vətəndaşları "2D” mühafizə olunmayan bank kartı ilə hər hansı bir restoranda və ya alış-veriş mərkəzində nağdsız ödəniş edirsə onun bank kartının informasiyaları serverə yazıldığına görə həmin şəxslər bank kartının informasiyalarını serverdən oğurlayırlar və onun kimi bir neçə müxtəlif adamlara həmin bank kartlarının informasiyalarını pul qarşılığında satırmışlar. O da Türkiyədə olan adlarını dəqiq bilmədiyi, çünki onlarla ancaq onlayn formada əlaqə yaratmış, çox güman ki, ona dedikləri adları da öz adları yox, saxta adlardır, ona görə ki, o da onlara saxta adını deyirmiş. O, həmin əlaqələrindən istifadə edərək xarici ölkələrə məxsus “2D” mühafizə sistemi olmayan bank kartlarından 400-ə yaxın bank kartının informasiyalarını Türkiyədən online qaydada ona göndərmişlər. Onun Türkiyədə olan əlaqələri ilə danışıqlarına görə bank kartlarından pulu nağdlaşdırdıqdan sonra pulun 45-50% hissəsini onlara kriptovalyuta şəklində göndərməli imiş. Buna görə Təqsirləndirilən şəxs1 adına "Rabitəbank”-da 3 növ bank kartı açmışlar. Həmin bank kartları dollar, avro, manat hesabları imiş. Həmin dövrdə, yəni 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs1-da “2D” mühafizə olunmayan sistemi açıq olduğuna görə həmin bankı seçmişlər. O, azericard.az saytı vasitəsi ilə Təqsirləndirilən şəxs1 adına olan Zərərçəkmiş şəxs1 bank kartılarına Kanada banklarına məxsus informasiyaları ələ keçirilmiş mühafizə olunmayan “2D” bank kartlarından pullar köçürmüşdür. Lakin Cavanşir dostu Təqsirləndirilən şəxs3 adlı şəxsin adına Zərərçəkmiş şəxs1 bank kartları açmışdır. Bundan sonra o, həm Təqsirləndirilən şəxs3 bank kartına, həm də Təqsirləndirilən şəxs1 bank kartına pullar köçürməyə başlamışdır. Beləliklə Novruz və Cavanşirin bank kartlarına ümumilikdə 220.000 manata qədər pul köçürmüşdür. Həmin pulları Cavanşir və Novruz Rabitəbankın bankomatlarından nağdlaşdıraraq ona verirmişlər. O, pulun təxminən yarısını Türkiyədəki əlaqələrinə kriptovalyuta vasitəsilə göndərmiş, qalan pulu isə 3 yerə bölərək Cavanşir Novruz və ona çatmışdır. Bu işdən ona təqribən 35.000 manat pul çatmışdır. Həmin 35.000 manatı isə şəxsi ehtiyaclarına və xəstəliyi ilə əlaqədar müalicəsinə xərcləmişdir. Onlar pulları nağdlaşdırdıqdan sonra Rabitəbankdan Cavanşirə zəng gəlmiş və həmin pulların qaytarılmasını tələb etmişlər. Buna görə Cavanşir tutulmaqdan qorxaraq Türkiyəyə qaçmışdır. O, Təqsirləndirilən şəxs1 ilə təsadüfən tanış olmuş və aralarında olan razılaşmaya əsasən o, oğurluq bank kartlarından pulları onun Rabitəbank hesabına köçürərək nağdlaşdırmışlar və həmin pulları aralarında bölmüşlər, Təqsirləndirilən şəxs3 o, tanımır, onu Cavanşir öz dostu kimi tanış etmiş, onun da adına olan bank kartlarına pul köçürüb, nağdlaşdırmışlar və ələ keçirdikləri puldan ona da pay vermişlər, hətta ələ keçirdikləri pulları bərabər bölmüşlər. O, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 başqa şəxslərlə əlbir olaraq oğurluq bank kartlarından ələ keçirdiyi pulları heç kimlə nağdlaşdırmamışdır. Ümumilikdə 220.000 manata qədər pulu nağdlaşdırmış, həmin puldan ona 35.000 manat hissəsi ona çatmışdır. (Cild 5 iş vərəqi: 124-127)
17. Məhkəmə iclaslarında Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2 və 271.2.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs1 2011-ci il tarixdən hərbi xidmətdən tanımışdır. Təqsirləndirilən şəxs1 telefon satışı ilə məşğul olmuş, mağaza işlətmiş, o da Cavanşirin işçisi olmuşdur. Cavanşir ondan Rabitə Bank ASC-yə məxsus Cavanşir ondan bank kartları almağı xahiş etmişdir, O da Cavanşirin sözünə əməl edərək gedib almışdır. Kartlar Təqsirləndirilən şəxs1 olnuş, ara-sıra vaxtı olmayanda o kartlardan pulu nağdlaşdırmışdır. O ümumilikdə kartlardan 2-3 min dollar məbləğində pul çıxarmışdır. O Təqsirləndirilən şəxs1 ondan kartdan pul çıxarmağı xahiş edən zaman Cavanşirdən həmin pulların mənbəyini və çıxarılma səbəbini soruşmamışdır, belə ki, Cavanşirlə onun arasında inam, etibar olmuşdur. O 80 min dollardan artıq pulu nağdlaşdırmamışdır, o yalnız 2-3 min nağdlaşdırmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, belə ki, Sumqayıt şəhərində tutularaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmış və orada fiziki və psixi təzyiqə məruz qalmışdır. Onun Kanada ilə əlaqəsinin olmamış, orada hər hansı bir tanışı olmamışdır. Təqsirləndirilən şəxs1 pulların haradan göndərildiyi barədə ona məlumat verməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Rabitə Bank ASC-yə məxsus bank kartına Kanada banklarından pul köçürülməsindən xəbərdar olmamış, bu işdə qətiyyən iştirakı olmamışdır.
18. Təqsirləndirilən şəxs3 cinayət işi üzrə ibtidai istintaq dövründə verdiyi ifadəsinin məzmunundan görünür ki, o, Azərbaycan Respublikası CM-in 177.3.2 və 271.2.2-ci maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhərində yerləşən 29 nömrəli tam orta məktəbin Azərbaycan sektorunu bitirmişdir. Fiziki və psixi cəhətdən sağlamdır, heç bir psixiatrik dispanserdə qeydiyyatda deyildir. ünvan 5 ünvanında yaşımışdır. Mahiyyəti üzrə bildirmişdir ki, 01 dekabr 2021-ci il tarixdən Sumqayıt şəhərində yerləşən UPSEL MMC-yə məxsus Superfon adlı telefon mağazasında satıcı işləmişdir. Təqsirləndirilən şəxs1 Məhiyyədin oğlu onun əsgərlik yoldaşıdır. Onunla 11 ildir ki, bir-birilərini tanıyırlar. 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs1 ona demişdir ki, onda müxtəlif şəxslərə aid plastik bank kartları vardır. Həmin kartlar xarici bak kartları imiş. Bunu əvvəlcədən ona demişdir. Sonradan isə həmin kartların çox hissəsinin Kanada bankalarına məxsus bank kartları olduğunu bildirmişdir. Həmçinin əlavə etmişdir ki, həmin bak karftlarının kimə məxsus olduğu məlum deyil və ya oğurluq kartlardır. Onların içərisində olan pulları öz kartlarına yükləyəcəklər. Bunun üçün də ondan plastik bank kartlarını istəmişdir. O, özünün və atasının Leobank, Kapital bank, Beynəlxalq Bank, Unibank və Rabitə Bank kartlarının nömrələrini ona atmışdır. Daha sonra onun Rabitə Bank kartına müxtəlif məbləğlərdə pullar gəlməyə başlamışdır. Həmin pulları müvafiq olaraq həm Rabitə Bank kartından, həm də Leobank, Kapital Bank, Beynəlxalq bank, Unibank kartlarına göndərərək nağdlaşdırmışdır. Hər həftə pul nağdlaşdırdığina görə Təqsirləndirilən şəxs1 ona 150- 300 manat pul verirmiş. Hətta demişdi ki, polis onları tutarsa cərimə ilə məsələ həll olunacaqdır. O, Rabitə bankda hər 3 valyuta vahidi olan, yəni avro, dollar və manat olan bank kartları açmışdır. Hamısı da özünün adına imiş və onlar Təqsirləndirilən şəxs1 imiş. Sonuncu ona demişdir ki, kamerası olmayan bir internet kluba getsin və orada e-mail açsın. E-maildə isə adları xarici adlar qoysun ki, şübhə çəkməsin. Elə də olmuşdur. O, Sumqayıt şəhəri Sülh küçəsində internet klublardan birinə getmiş və orada e-mail açmışdır. 9-10 ədəd e-mail açmış və şifrələrini də Təqsirləndirilən şəxs1 vermişdir. Cavanşirə məxsus ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlayırmış və vatsap nömrəsinə göndərmişdir. Həmin nömrəni isə özünün telefonunda Emil744 deyə qeyd etmişdir. Onun kartlarına pullar gəldikcə Təqsirləndirilən şəxs1 ilə birlikdə və ya tək olaraq pulları çıxarırmışdır. Bəzən isə digər kartlarına göndərmişdir və oradan çıxarıb Cavanşirə vermişdir. 17 fevral 2022-ci il tarixdə ona Rabitə Bankdan zəng gəlmiş və demişlər kit həmin banka məxsus olan kartlarına oğurlanmış xarici bank kartlarından müxtəliff məbləğlər gəlmişdir. Həmin məbləğ 11850 ABŞ dolları, 5401 manat və 4710 avro imiş. Təqsirləndirilən şəxs1 onun kartlarından başqa öz kartlarına da həmin oğurluq xarici kartlardan pullar yükləmişdir. Rabitə Bankdan ona zəng vurub yuxarıda deyilən məbləği onlara geri qaytarmağını tələb etdikdə bu barədə Cavanşirə məlumat vermişdir. Belə olan halda sonuncu ona demişdir ki, təcili olaraq Türkiyə Respublikasının İstanbul şəhərinə qaçsınlar. Daha sonra xx.xx.2022-ci il tarixdə gecə 04 radələrində onlar Türkiyəyə uçmuşlar. 22 gün orada qalmışlar və o, artıq sıxılmışdır. Çünki iş-güc yox imiş və narahat imiş. Təqsirləndirilən şəxs1 demişdir ki, o, artıq öz ailəsinin yanına gedir və Bakıda öz əməlini etiraf edəcəkdir. Cavanşir ona bildirmişdir ki, narahat olmasın, hər şeyi həll etmişdir, lakin 11 mart 2022-ci il tarixdə Türkiyədən Bakı şəhərinə gəlmişdir. O, Təqsirləndirilən şəxs1 ilə əsgərlik yoldaşıdır, onunla birlikdə xarici bank kartlarından Rabitə Bank hesablarına köçürülmüş pul vəsaitlərini nağdlaşdırmışlar. Təqsirləndirilən şəxs2 tanımır. Təqsirləndirilən şəxs1 başqa şəxslərlə əlbir olaraq oğurluq bank kartlarından ələ keçirdikləri pulları heç kimlə nağdlaşdırmamışdır. O, həmin məbləği dəqiq xatırlamır, lakin Rabitə Bankdan ona zəng gələn zaman 11850 ABŞ dolları, 5401 manat və 4710 avro məbləğində pulun qaytarılmalı olduğu deyilmişdir.
19. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
20. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
21. Məhkəmədə zərərçəkmiş şəxs-mülki iddiaçı qismində dindirilmiş X34 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o Mingəçevir şəhər Uşaq İncəsənət məktəbində fortopiano müəllimi işləmişdir. X33 onun tələbə yoldaşıdır. Onun oğlu Şahid4 tələbə qəbulu üçün imtahan vermiş və az bal toplamışdır. O Vəfaya Vüsalı universitetə düzəltməyinin mümkün olduğunu soruşduqda Vəfa ona Elmiranın nömrəsini vermişdir. O Zərərçəkmiş şəxs5 ilə əlaqə saxlamışdır. Elmira ona əmisi oğlu Təqsirləndirilən şəxs1 Təhsil Nazirliyində yüksək vəzifədə işlədiyini demişdir. Həmçinin, Elmira bu işin həlli üçün 13.000 manat pul verməyin lazım olduğunu bildirmişdir. O bir müddət sonra Elmiraya zəng edərək pulu düzəltdiyini demişdir. O pulu Elmiranın anası vasitəsiylə Elmiraya çatdırmışdır. Elmira da pulu əmisi oğlu Cavanşirə verəcəyini bildirmişdir. Lakin, vəd edilən iş alınmamışdır. Bundan sonra Elmira görüşməkdən yayınaraq, Cavanşirin nömrəsini əlaqə saxlamaq üçün onlara vermişdir. Təqsirləndirilən şəxs1 ilə adətən onun atası əlaqə saxlamışdır. O Təqsirləndirilən şəxs1 ilə bir dəfə telefonla əlaqə saxlamışdır və onu görməmişdir. O bundan başqa qeyd edmişdir ki, onun xalasının nəvəsi X41 8500 manat pulu müəllimlərin qəbul imtahanından keçmək üçün onun məsləhəti ilə Zərərçəkmiş şəxs5 və Təqsirləndirilən şəxs1 vermişdir. Pul verildikdən sonra Elmira ilə əlaqə saxlasalar da o, müxtəlif bəhanələr gətirərək işin düzələcəyini deyirmiş. Onlar işin düzəlmədiyini görüb məcbur qalaraq kredit götürüb Fidanın verdiyi 8500 manat pulu özləri ödəmişdir. Təqsirləndirilən şəxs1 onun xalası nəvəsi X21 alınmış 8.500 manatı ödədi, əlavə olaraq da, onun oğlunun imtahanı ilə əlaqədar verilmiş 13.000 manat müqabilində 1.000 manat məbləğində pul versə də, həmin pul onun xalası nəvəsi Fidanın pulunu vermək üçün bankdan götürdükləri kreditin faiz ödənişlərinə sərf olunmuşdur. Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs1 əmisi oğlu kimi təqdim edərək, Cavanşirin Təhsil Nazirliyində yüksək vəzifədə işləməsini bildirmişdir. O yalnız Zərərçəkmiş şəxs5 onlarla əlaqə saxlamaqdan yayındıqdan sonra Təqsirləndirilən şəxs1 bir dəfə telefonda səsini eşitmişdir. O 13.000 manat pulu oğlunun qabiliyyət imtahanından keçirilməsi və test balının müəyyən qədər artırılması üçün vermişdir. Zərərçəkmiş şəxs5 müxtəlif bəhanələr gətirərək gizləndikdən sonra Təqsirləndirilən şəxs1 pulu geri qaytaracağını bildirirdi. Ona vurulmuş 13.000 manat ziyanın geri qaytarılmadığını, hazırda ziyanın tələb etdiyini bildirmişdir. O Zərərçəkmiş şəxs5 Gəncə şəhərindən ortaq tanışları vasitəsi ilə tanıdığını bildirmişdir. O özünü Zərərçəkmiş şəxs5 əlaqələri olan, qabiliyyətvə digər imtahanlarla bağlı işlərin həlli yolunu bilən şəxs kimi təqdim etmişdir. Hazırda həbsdə olduğu üçün vurulmuş ziyanı qaytara bilmədiyini, lakin həbsdə olmadığı zaman zərər çəkmiş şəxsin qohumunun 8.500 manat pulunu geri qaytardığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs1 verdiyi 1.000 manat pulu Fidanın pulunu vermək üçün bankdan götürdükləri kreditin faiz ödənişlərinə sərf etdiklərini bildirmişlər. Pulun Təqsirləndirilən şəxs1 guya tanımadığları taksi vasitəsilə göndərilməsi ilə bağlı yazılanlar həqiqətə uyğun deyil. 13.000 manat pulu heç bir zaman tanımadığları taksi vasitəsilə göndərə bilmədiklərini, pulu Zərərçəkmiş şəxs5 verdiklərini, lakin, təəssüf ki, Zərərçəkmiş şəxs5 məsuliyyətə cəlb edilmədiyini bildirmişdir. Ona vurulmuş maddi ziyanın ödənilməsini və məhkəməyə təqdim etdiyi mülki iddianın təmin olunmasını xahiş edir.
22. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs-mülki iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Zərərçəkmiş şəxs1 ASC-də, hazırki vəzifəsində isə yəni, “Rabitəbank" ASC-nin Hüquq Departamentinin direktoru kimi fəaliyyət göstər. 2022-ci ilin fevral ayında Zərərçəkmiş şəxs1 ASC-yə “Mastercard” şirkətindən “Charge back" əməliyyatı haqqında müraciət daxil olmuşdur. Orada xarici bank kartlarından pul vəsaitləri müştərilərin məlumatı olmadan oğurlandığı və həmin pul vəsaitləri Zərərçəkmiş şəxs1 ASC-nin plastik bank kartlarına köçürüldüyü bildirilmişdir. Həmin kart sahibləri tərəflərindən müəyyən olunmuş və həmin şəxslərin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 olması aşkar edilmişdir. Həmin xarici kartlardan müştərilərin xəbəri olmadan külli miqdarda pul vəsaiti oğurlanmışdır. Təqsirləndirilən şəxs1 üç valyuta üzrə, yəni manat, dollar, avro Zərərçəkmiş şəxs1 ASC-də açılmış bank hesablarına ümumilikdə manatla ekvivalent olaraq 112691 manat, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 ASC-də açılmış hər üç valyuta üzrə manat, dollar, avro üzrə bank hesablarına 81750 manat pul vəsaiti köçürülmüş və daha sonra isə həmin pulları sonuncular tərəfindən çıxarılmışdır. Ondan sonra Zərərçəkmiş şəxs1 ASC beynəlxalq ödəniş sisteminə uyğun olaraq “Mastercard” ödəniş sistemi tərəfindən “charge back” prosessi qaldırılaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 kart hesablarında müvafiq olaraq 112.691 manat və 81.750 manat pul vəsaiti silinmişdir. Həmin şəxslər o pulları nağdlaşdırdıqlarına görə bank məbləği charge back prosessi ilə geri qaytarmaq istədikdə həmin vəsait hesabda olmamış və hesablar mənfiyə düşmüşdür, pul vəsaitləri isə Canada ekvayer bankına Zərərçəkmiş şəxs1 ASC-nin cliring hesabından köçürülmüşdür, nəticədə banka maddi ziyan dəymişdir. Oğurluq hadisəsi nəticəsində şirkətə ümumilikdə 194.441 manat maddi ziyan dəymişdir. Hazırda mülki iddia ərizələrinin təmin olunmasını məhkəmədən xahiş edir.
23. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs1 ona əmisi oğlu kimi təqdim etmiş və Cavanşirin nazirlikdə işlədiyini demişdir. Qardaşına görə 5.500 manat pulu da o vermişdir. Təqsirləndirilən şəxs1 ona işin düzələcəyini deyirdi. Zərərçəkmiş şəxs5 və Təqsirləndirilən şəxs1 onun adından Mehriban xanımın adına məktub yazırdılar. O Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs5 onu aldatdıqlarını bilsə də, bəhanələri olmaması üçün həmin ərizələrin yazılmasına razılaşdığını, sonda isə Zərərçəkmiş şəxs5 və Təqsirləndirilən şəxs1 hər ikisi onu aldatdıqlarını boyunlarına almalı olmuşdular. 15.000 manat pul ona qaytarılsa da, 5.500 manat geri qaytarılmayıb. Təqsirləndirilən şəxs1 15.000 manat pulun onda olduğunu, 5.500 manat pulun isə onda olmamasını deyirdi. 5.000 manat və 5.500 manat pul məbləğlərinin hər ikisi ona verildiyini, Zərərçəkmiş şəxs5 hər hansı məbləğ verilmədiyini bildirmişdir. O Təqsirləndirilən şəxs1 tanımadığını, ondan şikayətinin olmadığını bildirmişdir. 15.000 manat pulun ona geri qaytarıldığını, həmin hissədə şikayətinin olmadığını bildirmişdir. O ifadəsində qeyd olunan “Mehman” adlı şəxsi tanımır onun fikrinə görə həmin “Mehman” adlı şəxs hazırda təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs2la eyni şəxs olmadığını bildirmişdir.
24. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, X33 onun bacısıdır. 2021-ci ilin iyul ayının sonlarında o, bacısıoğlu Şahid2 universitetə qəbul olunması üçün işinin düzəldiyini eşitmişdir. Vəfa bunun üçün tanışları Şahid3 baldızı Zərərçəkmiş şəxs5 15.000 manat verdiyini demişdir. Bundan sonra Vəfa söhbət zamanı onların çox adama iş düzəltdiyini, hətta Elzanın həyat yoldaşına da pensiya düzəltdiyi demişdir. O da həmin zaman işsiz imiş və maddi imkanı yaxşı deyilmiş. Həmçinin o, bir neçə dəfə əməliyyat olunduğu üçün pensiya ala biləcəyini düşünmüşdür. Buna görə də Vəfaya onun pensiya işini də həmin şəxsdən maraqlanmasını istəmişdir. Vəfa Elmira ilə danışmışdır və onun pensiya işinin də düzəldilə biləcəyini, lakin bunun qarşılığında 5500 manat pul lazım olduğunu bildirmişdir. Vəfa ona bu barədə dedi və o, 2021-ci ilin avqust ayının əvvəllərində həmin pulu Vəfaya vermişdir ki, işin düzəlməsi üçün Elmiraya versin. Elə həmin günü də Zərərçəkmiş şəxs5 Vəfadan onun pensiya düzəltmək üçün verdiyi 5.500 manat pulu gəlib götürmüşdür. Elmira da öz növbəsində 3 ay müddətində onun pensiya ilə bağlı bank kartı ala biləcəyini demişdir. Daha sonra o, rəsmi işə düzəltsin, buna görə də Vəfaya demişdir ki, Elmira onun pensiya işini düzəltməməsini bildirsin, yoxsa işdə buna görə ona problem yarana biləcəkdir. O, Vəfa ilə birlikdə Elmiragilə getmişdir. Elza və Elmiranın anası da evdə imiş. O, Elmiraya pensiya işini ləğv etməyini, işə düzələcəyini bildirmişdir. Elmira onu Cavanşirlə danışdırmışdır. O, Cavanşirə pensiya istəmədiyini, işdə problem olacağını dedikdə, Cavanşir heç bir problem olmadığını, həmin pensiyanı düzəldəcəyini, sistemdə gizlədəcəyini bildirdi. Bir müddətdən sonra onlar onların aldatdığını və dələduzluq yolu ilə pulunun ələ keçirildiyini başa düşmüşlər. Bundan sonra Vəfa pulu tələb etməyə başlamışdır. Onlar Vəfanın verdiyi 15.000 manat pulu qaytarsalar da bu günki günədək də dələduzluq yolu ilə ondan ələ keçirdikləri 5.500 manat pulu qaytarmamışlar. Qeyd etmişdir ki, o, həmin pulu bacısı Vəfaya vermişdir və Vəfa həmin pulun onda olduğunu, onun pensiya işimi düzəldəcəyini bildirmişdir. Daha sonra onlar müxtəlif bəhanələrlə bu işi yubatmışlar. Lakin bu günki günədək də həmin 5500 manat pulu qaytarmamışlar. Cinayət nəticəsində ona ümumilikdə 5.500 manat maddi ziyan dəymişdir. Ona vurulmuş maddi ziyanın ödənilməsini tələb edir.
25. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, 2020-ci ilin sentyabr ayında bacısı Elmira ilə Sumqayıt şəhərində kirayədə yaşamaq üçün gedən zaman tanışları Xəyal Hacıyevin vasitəsi ilə tanıdıqları Təqsirləndirilən şəxs1 onlara Sumqayıt şəhərində kirayə ev tapmışdır. Onun gözündə problem olduğu üçün 2021-ci ilin aprel may ayında Cavanşir ona 2-ci qrup əlillik ala biləcəyini bildirmişdir. Bu məqsədlə ilk dəfə 2.000 manat pulu bacısı Zərərçəkmiş şəxs5 vermiş və Elmira həmin pulu ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs1 göndərmiş, ikinci dəfə də 2.000 manat pulu Təqsirləndirilən şəxs1 bacısı Zərərçəkmiş şəxs5 vasitəsilə göndərmişdir. Beləliklə ümumilikdə 4.000 manat məbləğində pul vermişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona ümumilikdə 4.000 manat maddi ziyan dəymiş, ona vurulmuş 4.000 manat maddi ziyan ödənilmədiyi üçün pulunun ödənilməsini tələb etmişdir. Təqsirləndirilən şəxs1 söz verdiyi kimi digər zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyanın əksər hissəsini ödəmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 aralarında digər şəxslərə vurulmuş maddi ziyanı ödədikdən sonra onun da pulunu geri qaytaracağı barədə razılıq olmuşdur, bu səbəbdən Təqsirləndirilən şəxs1 qarşı şikayətim yoxdur, lakin faktiki olaraq ona vurulmuş ziyan ödənilməmişdir.
26. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o və qardaşı Elnar Sumqayıt şəhərinə kirayədə yaşamaq üçün gedən zaman tanışı Xəyal Hacıyevin vasitəsi ilə tanıdığı Təqsirləndirilən şəxs1 onlara Sumqayıt şəhərində kirayə ev tapmışdı və onların ailəvi normal münasibətləri yaranmışdır. Onun qardaşı Elnarın gözündə problem olduğu üçün 2021-ci ilin aprel may ayında söhbət əsnasında Cavanşir qardaşı Elnara 2-ci qrup əlillik ala biləcəyini bildirmişdir. Bu məqsəd ilə onun qardaşı Cavanşirə 2-ci qrup əlillik alması pensiyası üçün 4.000 manat pul vermişdir. 2021-ci ilin iyun ayında o ixtisasını dəyişmək üçün Cavanşirə müraciət etmişdir. Cavaşir isə onun ixtisasını dəyişə biləcəyini lakin, bunun müqabilində 6.500 manat pul vermək lazım olduğunu bildirmişdir. 2021-ci iyun ayında o ixtisasını dəyişmək üçün Cavanşirə 6500 manat pulun bir hissəsini bank hesabı vasitəsi ilə bir hissəsini isə tanışı olan Arif adlı şəxsin vasitəsi ilə göndərmişdir. Gəlinləri olan Elza ona iş yoldaşı Vəfa adlı şəxsin oğlunun universitetdən az bal yığdığını və ona kömək edən şəxsin ona da kömək etməsini xahiş etmişdir. Bundan sonra o Cavanşirlə danışmışdır. 2021-ci ilin avqust ayında Vəfa ona zəng edərək rəfiqəsinin oğlunun universitetə qəbul edilməsi üçün ona köməklik etməsini xahiş etmişdir. O isə bu barədə Cavanşirlə danışb Vəfaya məlumat verəcəyini bildirmişdir. O Cavanşirlə danışan zaman Vəfanın tanışı Mingəçevir şəhərində yaşayan Aynur adlı şəxsin oğlunun Bakı şəhərində universitetə tələbə kimi qəbul edilməsini xahiş etdiyini bildirmişdir. Cavanşir isə bunun üçün bir qədər müddət lazım olduğunu, daha sonra Aynur adlı şəxsin oğlunun qəbul kodu ilə onun şəxsi kabinetinə baxdıqdan sonra Aynurun oğlunun ilk öncə texnikoma düzəldə biləcəyini lakin daha sonra universitetə tələbə kimi qəbul edilməsinə köməklik edə biləcəyini lakin bunun müqabilində 13 000 manat pul vermək lazım olduğunu bildirmişdir. Aynur 13000 manat pulu düzəltməyi üçün 3-4 gün müddət istəmişdir. 2021-ci ilin avqust ayının sonunda o, Bakı şəhərində olan zaman Aynur zəng vurub 13 000 manat pulu hazırladığını, lakin, Gəncə şəhərinə gələ bilmədiyini və pulu ondan Mingəçevir şəhərindən götürmək lazım olduğunu bildirmişdir. Bundan sonra o, uzaq qohumu Arifə zəng vurub Bakı şəhərinə gələn zaman Mingəçevir şəhərindən Aynur adlı şəxsdən 13000 manat pulu götürməyini xahiş etmişdir. 2021-ci ilin avqust ayında Arif anası Tahirə ilə birgə Bakı şəhərinə gələn zaman Mingəçevir şəhərindən Aynur adlı şəxsdən onun oğlunun universitetə qəbul edilməsi üçün 13000 manat pulu almışdır. Bundan bir qədər sonra yəni 2021-ci ilin sentyabr ayında Aynur müəllimə ona zəng vuraraq qohumları Fidan adlı şəxsin müəllimə kimi Mingəçevir şəhərində işə düzəlməsinə köməklik etməyimi xahiş etmişdir. O isə yenə də bu barədə Cavanşirlə danışan zaman Cavanşir ondan həmin şəxsin şəxsi kodunu istəmişdir. O X23 şəxsi kodunu verdikdən sonra Cavanşir Fidan adlı şəxsin Cəlilabada rayonunda müəllimə kimi işə qəbul edildiyini bildirmişdir. X29 Mingəçevir şəhərinə müəllim kimi işə qəbul edilməsi üçün 8500 manat pul vermək lazım olduğunu bildirmişdir. O, bu barədə Aynur müəllimə ilə danışdıqdan sonra Cavanşirin mobil nömrəsini Aynura verdim və özlərinin danışmağını təklif etmişdir. Bundan sonra Aynur və Cavanşir öz aralarında danışaraq razılaşmışlar. 2021-ci ilin sentyabr ayında o, qohumu Arif və anası Tahirə Mingəçevir şəhərinə getmişlər. 2021-ci ilin sentyabr ayında Mingəçevir şəhərində xatırlamadığı ünvanda Aynurun oğlu ilə görüşmüşlər. Həmin vaxtı o və anası Tahirə Arifə məxsus avtomobildə arxada oturmuşlar. Aynurun oğlu Arifin avtomobilinə ön oturacağa əyləşmişdir. Aynurun oğlu 8500 manat pulu sayaraq Arifə vermiş, daha sonra həmin şəxs avtomobildən enib çıxıb getmişdir. Bundan sonra Bakı şəhərinə getmişlər. Bakıda anasını və onu düşürtdükdən sonra Arif 8500 manat pulu aparıb Cavanşirə vermişdir. Lakin daha sonra Aynurun qohumu Fidan Nəsiblinin işi alınmadığı üçün Cavanşir 8500 manat pulu bank vasitəsi ilə Aynurun və onun atasının hesabına göndərmişdir. Aynurun oğlunun işi və Aynurun qohumları Fidan Nəsiblinin işlərinin düzəlməsi barədə köməklik etməkdə heç bir mənfəəti olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 Bakıda Təhsil Nazirliyində olan tanışları vasitəsilə onu X44 və İdman Akademiyasında qabiliyyət imtahanından keçirə biləcəyini demiş və 6.000 manat pul tələb etmiş, tanışları vasitəsilə qardaşının xəstəliyi ilə bağlı pensiya düzəldilməsi məsələsini həll edə biləcəyini, Zərərçəkmiş şəxs2 oğlunun universitetə qəbul olması məsələsini həll edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs1 bu məsələyə dair danışıqlarını əks etdirən səs yazmaları da mövcud olmuşdur. Zərərçəkmiş şəxs2 oğlunun işi tam həll edilməmiş onların evdə gətirib qızının işi ilə bağlı pulu Təqsirləndirilən şəxs1 vermək istədikdə buna narazılıq etmişlər. Belə ki, nə özünün, nə də Zərərçəkmiş şəxs2 oğlunun məsələsi hələ də öz həllini tapmamışdır. Onun bu məsələlərdə hər hansı mənfəəti olmamışdır. Zərərçəkmiş şəxs2 nə üçün narazı olmasını bilməmişdir. Təqsirləndirilən şəxs1 ondan işlərin yoluna düşəcəyi barədə yalan danışmağını istəmmiş və yalnız bu halda bütün şəxslərə vurulmuş ziyanı ödəyəcəyini demişdir. Ona vurulmuş maddi ziyan da ödənilməmişdir. Təqsirləndirilən şəxs1 ilə aralarında hər hansı başqa münasibətlərin olmasına dair həqiqətə uyğun olmayan söhbətlər yayılmaması üçün ona “əmioğlu” deyə müraciət etmişdir. Təqsirləndirilən şəxs1 digər zərər çəkmiş şəxslərə vurulmuş ziyandan ödənişlər etdiyi və digər şəxslərin zərərini ödədikdən sonra ona vurulmuş maddi ziyanı da ödəyəcəyini bildirdiyi üçün ondan şikayət etməmişdir. Lakin ona vurulmuş ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs2 özü yalvararaq yalnız onu tanıdığı üçün Təqsirləndirilən şəxs1 pulu onun vasitəsi ilə verməyi xahiş etmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 pulun göndərilməsində vasitəçilik etmişdir..
27. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, "xxxx" ASC-də növbə rəisi işləyir. 2021-ci ildə oğlu Şahid2 tələbə qəbulu imtahanından az bal yığmışdır. Onlar onu univerdsitetə düzəltmək istəmişlər. Həyat yoldaşı X14 iş yoldaşı Şahid3 baldızı Zərərçəkmiş şəxs5 bu işi düzəldə biləcəyini demişdir. Razılaşmışlar və bundan sonra Vəfa Elza ilə əlaqə saxlayaraq onların işini düzəltməyə köməklik etməsini xahiş etmişdir. Elza zəng edərək onların işini dediyini, baldızı Elmiranın bununla bağlı onlara gələcəyini bildirmişdir. Səhəri gün Elmira onların yaşadıqları evə gəlmişdir. Bu zaman 2021-ci ilin avqust ayının əvvəlləri imiş. Elmira onlara gələrək əmisi oğlu Təqsirləndirilən şəxs1 Təhsil Nazirliyində işlədiyini, onun bu işləri düzəltdiyini Vəfaya demişdir. Bu zaman Elmira Cavanşirin ona zəng etdiyini deyərək onun danışmağını təklif etmişdir. Elmira Vəfanın yanında telefonu açaraq Cavanşirlə danışmağa başlamış və onun oğlunun az bal yığdığını, onu universitetə düzəltmək lazım olduğunu bildirmişdir. Cavanşir də telefondan heç bir problem olmadığını, oğlu Sərxanı ilk öncə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rəqqaslıq fakültəsinə düzəldəcəklərini, bir ildən sonra isə dizaynerlik ixtisasına keçirəcəyini bildirmişdir. O, Cavanşirin sözlərinə inanmış və bundan sonra Elmira ilə söhbət edən zaman Elmira 15.000 manat pul lazım olduğunu demişdir. Vəfa həmin vaxtı Elmiraya 5000 manat pul vermişdir. Bundan bir neçə gün sonra o, Elmira ilə əlaqə saxlamış və Emiranın işlədiyi yerin qabağında avtomobildə həyat yoldaşı onun və oğlu Sərxanın yanında 10.000 manat pul vermişdir. Elmira işin tezliklə düzələcəyini demişdir. Bundan sonra Elmira onun oğlu Sərxanı Bakı şəhərinə aparmış və rəqs kursuna yazdırmışdır. Sərxan orada Elmiranın qardaşı Elnargildə qalmışdır. Bundan sonra Sərxan Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə qəbulla bağlı qabiliyyət imtahanına girmişdir. İmtahanda müəllim Sərxana 0 bal yığdığını və imtahandan kəsildiyini demişdir. Bundan sonra Vəfa Elmira ilə əlaqə saxladıqda o, narahat olmamağını, işin düzələcəyini demişdilər. Vəfa davamlı olaraq Elmira ilə əlaqə saxlayırmış və Elmira hər dəfə müxtəlif bəhanələr gətirərək işin düzələcəyini demişdir. Sonra Sərxanın rəqs müəllimi Mehman adlı şəxs Gəncə şəhərinə gəlmiş və onunla görüşdükdə, o, narahat olmamaqlarını, işin tezliklə düzələcəyini və Sərxanın universitetə qəbul olacağını demişdir. Daha sonra Elmira Vəfaya ərizə ilə Azərbaycan Respublikası Baş Nazirinə və X37 müraciət etməyini bildirmişdir. Cavanşirgil hazır ərizə yazaraq onlara göndərmişlər və onlar da qol çəkərək taksi ilə Cavanşirə göndərmişlər. Bundan sonra onlar bir ay ərzində Baş Nazirin qəbulu olacağını, onun qəbula girdikdən sonra işlərin düzələcəyini bildirmişlər. Təxminən 20 gün sonra Elmira Vəfaya Bakı şəhərinə getməyini, Baş Nazirin və DİM-də qəbulda olacağını demişdir. O, həyat yoldaşı ilə birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhərində Mehman onları qarşılamış və onları Azərbaycan Respublikası Nazirlər Kabinetinə aparmışdır. Orada onları düşürdüb Mehman getmişdir. Onlar orada yaxınlaşaraq qəbula girmək istədiklərini dedikdə orada onlara qəbul vaxtının olmadığını demişlər. Bundan sonra o, Mehmanla əlaqə saxladıqda o, oraya bir də yaxınlaşmaqlarını, onları qəbul edəcəklərini demişlər. Onlar təkrar yaxınlaşdıqda və onalara yenə qəbul gününün olmadığını bildirmişlər. Şikayətlərinin təhsillə bağlı olduğunu dedikdə DİM-ə yaxınlaşmaqlarını demişlər. Onlara DİM-ə getmişlər və orada onlara ərizələrinin qəbul olunduğunu və rəsmi qaydada onlara cavab veriləcəyini demişlər. Ondan sonra onlar Gəncə şəhərinəqayıtmışlar. Elmira ilə yenidən əlaqə saxladıqda o, müxtəlif bəhanələr gətirirmiş və işin düzələcəyini deyirmiş. Daha sonra DİM-dən ona rəsmi cavab gələrək yerlərin dolduğunu və oğlunun universitetə qəbul olunmağının mümkün olmadığını demişdir. O, bu barədə Cavanşirə bildirdik də, o, narahat olmamağını, Mehriban Əliyevaya müraciət etməyini bildirmişdir. O, ərizə ilə Mehriban xanıma müraciət etmişdir. Cavanşir zəng edərək, poçtla ərizənin gec olduğunu, özlərinin göndərəcəyini bildirmişlər. O, yenə ərizə yazıb taksi ilə Cavanşirə göndərmişdir. Bundan sonra Cavanşir Vəfa ilə əlaqə saxlayıb ərizəni göndərdiyini, bir neçə günə Mehriban xanımdan zəng gələcəyini demişdir. +**********00 nömrəsindən onun nömrəsinə zəng gələrək Mehriban xanıma müraciət etdiyini, onun qəbula gəlməli olduğunu, həftə içi hər gün qəbula gələ biləcəyini demişlər. Bundan sonra Vəfa atası ilə birlikdə Bakı şəhərinə getmişlər. Vəfa Cavanşirlə əlaqə saxlamışdır Qeyd etmişdir ki, Elmira artıq onun zənglərinə və mesajlarına cavab vermirmiş. X4, pulu da ona verdiyini, Mehmanın isə ondan pul aldığını etiraf etmədiyini demişdir. Vəfa Mehmanın səs yazısını Cavanşirə göndərdikdən sonra o, pulu qaytaracağını demişdir. Bundan sonra X1 ailəsindən X10 iştirakı ilə iki dəfəyə 2500 manat olmaqla, ona 5000 manat pul göndərmişdi. Daha sonra Cavanşir onun kart hesabına 2500 manat, 2500 manat və 5000 manat olmaqla ümumilikdə 10000 manat pulu ona ödəmişdir. Bundan başqa qeyd etmişdir ki, Elmira Vəfanın qardaşı Zərərçəkmiş şəxs4 pensiya düzəltmək adı ilə də 2021-ci ilin avqust ayının sonlarında 5500 manat pulunu almışdır. Lakin hazıradək həmin işi düzəltməmişlər və pulu ödəməmişlər. Qeyd etmişdir ki, o, oğlu Sərxanın universitetə düzəlməsi və Səbuhiyə pensiya düzəldilməsi adı ilə Elmiraya ümumilikdə 20.500 manat pul vermişdir. Həmin puldan 5000 manatı Mehman tərəfindən 10000 manatı Cavanşir tərəfdən olmaqla ümumilikdə 15.000 manatı qaytarılmışdır. 5500 manat isə bu günki günədək də qaytarılmamışdır. Həmçinin qeyd etmişdir ki, Vəfa Sərxanın universitetə düzəldilməsi məsələsini tələbə yoldaşı X20 bildirdikdə o da oğlunu universitetə düzəltmək istədiyini bildirmişdir. Daha sonra Aynur da Elmira ilə Mingəçevir şəhərində 2021-ci ilin avqust ayının sonlarında görüşüb oğlunun kollecə düzəlməsi adı ilə 13000 manat, qohumu Fidan Nəsiblini isə orta məktəbə müəllim kimi işə düzəltmək adı ilə 2021-ci ilin sentyabr ayında Mingəçevir şəhərində 8500 manat olmaqla ümumilikdə 21500 manat pul vermişdir.
28. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, 2020-ci ildə Gəncə şəhəri 11 nömrəli orta məktəbin Azərbaycan sektorunu bitirmişdir. ünvan 7 ünvanında yaşıyır. Mahiyyəti üzrə bildirmişdir ki, 2020 və 2021-ci ildə X45 tərəfindən keçirilən ali məktəblərə qəbul imtahanı ilə bağlı imtahana daxil olmağına baxmayaraq keçid balını toplaya bilmədiyi üçün heç bir ali məktəbə qəbul ola bilməmişdir. Buna görə də anası Zərərçəkmiş şəxs2 iş yoldaşı Şahid3 baldızı Zərərçəkmiş şəxs5 universitetə tələbə kimi düzəltdiklərini bildirmişdir. Buna görə də anası Vəfa Vəliyevə onu da həmin Zərərçəkmiş şəxs5 və onun əmisioğlu kimi təqdim etdiyi Təqsirləndirilən şəxs1 vasitəsilə pul qarşılığında onu Azərbaycan Respublikası Mədəniyyət və İncəsənət universitetinin rəqs fakültəsinə tələbə kimi düzəltmək istəmişdir. Anası Zərərçəkmiş şəxs5 ilə bu işlə əlaqədar danışmışdır. Danışığa əsasən onu universitetə düzəltmək üçün anası X54 Məmmədovaya ümumilikdə 15.000 manat pul vermişdir. Zərərçəkmiş şəxs5 da öz növbəsində həmin pulu əmisioğlu kimi tanıtdırdığı Təqsirləndirilən şəxs1 verdiyini bildirmişdir. 2021-ci ilin yay aylarında, yəni qəbul imtahanından sonra universtetlərdə qabiliyyət imtahanları keçirilən ərəfədə Elmira anasına demişdir ki, o, Bakıya gedib 3 gün ərzində Mehman adlı müəllim ilə rəqs üzrə qabiliyyət imtahanına hazırlıq keçməlidir. O da buna görə Bakıya yoldanmışdır. Orada onu Elmiranın qardaşı Zərərçəkmiş şəxs6 qarşılamışdır. Onu özünün yaşadığı Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən mənzilə aparmış və hazırlıq müddətində burada qala biləcəyini bildirmişdir. Onunla razılaşmışdır. O, rəqs hazırlığını Sumqayıt şəhərində Mehman adlı şəxs ilə birlikdə 3 gün müddətində keçmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs1 də oraya gəlmiş, o, birinci və sonuncu dəfə Cavanşiri orada görmüşdür. Onlar hər gün 1 saat olmaqla qabiliyyət imtahanına hazırlaşırmışlar. Üç gündən sonra o, Mədəniyyət və İncəsənət universitetində keçirilən qabiliyyət imtahanına yollanmış və həmin imtahandan kəsilmişdir. Bundan sonra o, yaşadığı Gəncə şəhərinə geri qayıtmışdır.
29. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs1 ASC-ə 2022ci ilin fevral ayında Kanadaya məxsus 2 bankdan Kanada banklarının 141 müştərisinə məxsus vəsaitlərinin silinməsi ilə əlaqədar şikayət daxil olmuşdur. Buna görə də şikayət araşdırılmağa başlanmışdır. Belə hallarda banklar arasında məhkəməyə oxşar “charge back” prosesi başlanılır. Məlum oldu ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 kart hesablarına 194.441 manat həcmində vəsaitlər mədaxil olunmuşdur. Aşkara çıxarıldı ki, Kanada banklarının kartlarının 16 rəqəmli nömrələri və arxasındakı 3 rəqəmli şifrələr vasitəsilə vəsaitlər Zərərçəkmiş şəxs1 ASC-nin kart hesablarına köçürülmüş, daha sonra həmin vəsaitlər müxtəlif ATM-lər vasitəsilə nağdlaşdırılmış və ya digər kartlara, “m10” platformasına köçürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 vəsaitləri geri qaytarmağı tələb etmişlər. Çünki, bank olaraq əsaslı arqument gətirə bilmədiklərindən, artıq Kanada bankları həmin vəsaitləri onların hesablarından silmişdilər. Zərərçəkmiş şəxs1 ASC-nin “Visa Mastercard” standartlarına qoşulmasına dair sənədlər mövcuddur. Təqsirləndirilən şəxslər Zərərçəkmiş şəxs1 ASC-nin mobil tətbiqində mədaxil bölməsini seçərək, Kanada banklarına məxsus kartların 16 rəqəmli nömrələrini və 3 rəqəmli şifrələrini daxil edərək, qeyd edilən vəsaitləri öz kart hesablarına köçürməyə nail olmuşlar. Zərərçəkmiş şəxs1 ASC-nin hesablarından 114.377 ABŞ dolları vəsait silinmişdir. Nəticədə onlar Kanada banklarına “charge back” prosesində uduzaraq vəsaitlər hesablarından silinmişdir. Həmin mədaxil əməliyyatının tətbiq vasitəsilə hansı ölkənin ərazisində həyata keçirilməsi onlara məlum olmamışdır. Lakin, tətbiq vasitəsilə əməliyyatların edildiyi məlumdur. Sənədlər Kanada banklarından daxil olub və həmin vəsaitlərin oğurlanmış vəsaitlər olması bildirilib. Mobil tətbiq vasitəsilə əməliyyatı kimin keçirilməsinə dair “data” fayllar onlara təqdim edilməmişdir. Həmin əməliyyatların Kanada bankları müştərisinin könüllü razılığı əsasında baş verməsi mümkün deyil, çünki, həmin mədaxil əməliyyatı sayt vasitəsilə deyil məhz Zərərçəkmiş şəxs1 ASC-ə məxsus mobil tətbiq vasitəsilə edilmişdir. Ola bilsin ki, Kanada banklarına məxsus kartlara məxsus bütün məlumatlar ələ keçirilib. Belə ki, karta dair bütün məlumatlar daxil edilməsə qeyd olunan mədaxil əməliyyatının aparılması mümkün deyildir. Zərərçəkmiş şəxs1 ASC-nin mobil tətbiqində mədaxil bölməsinə daxil olmaqla qarşı tərəfin bank kartına məxsus bütün məlumatları daxil etməklə, eyni zamanda “OTP” kodu yazmaqla əməliyyatı icra etmək mümkündür. Mədaxil əməliyyatını icra edən zaman kart sahibinin mobil nömrəsinə “OTP” kod göndərilir. Lakin, ola bilsin ki, sistemdə kart sahibinin mobil nömrəsini əvəz edərək, digər mobil nömrə daxil etməklə, “OTP” kod əldə edilmişdir. Birbaşa olaraq Zərərçəkmiş şəxs1 ASC-dən vəsait oğurlanmayıb, lakin, bu şəxslərin mədaxil hərəkətləri nəticəsində Kanada bankları bizə iddia qaldıraraq vəsaiti siliblər. Kanada bankı sübutları onlayn formada “disput” fayl vasitəsilə təqdim etmişdirlər. Kanadanın hüquq-mühafizə orqanlarına müraciət olunub-olunmamasına dair onlarda məlumat olmamışdır. “Charge back” prosesində Maliyyə monitorinqi xidmətinə müraciət etməyə ehtiyac duyulmur. Maliyyə monitorinqi xidməti özü şübhəli hal müəyyən edib, sorğu verdikdə onlara sənədləri təqdim etmişlər. Zərərçəkmiş şəxs1 ASC Kanada banklarının 141 müştərisinin şikayətlərini görmür, yazışma yalnız Kanada bankları ilə Zərərçəkmiş şəxs1 ASC arasında keçirilib, onlar etiraz etsə də, etiraz təmin edilməyib və vəsait Zərərçəkmiş şəxs1 ASC-nin hesabından silinmişdir. Zərərçəkmiş şəxs1 ASC-nin hər hansı müştərisi bank hesabından vəsaitin çıxarıldığını məlumat verərsə, ilk növbədə texniki məsələləri, daha sonra isə müştərinin iddiasının əsaslı olub-olmamasını, “OTP” kod təqdim edilib-edilməməsini araşdırırlar. Tətbiqdə qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsinin “FİN” nömrəsi daxil edilməlidir, tətbiqdə qeydiyyatdan keçdikdən sonra isə hər hansı əməliyyatı həyata keçirmək üçün “FİN” nömrəsinə ehtiyac yoxdur. Mobil tətbiqin yükləndiyi mobil cihaz barədə məlumatlar bankın sistemində göstərilir. Əməliyyatlar iki mobil tətbiq vasitəsilə icra edilmişdi. Mobil tətbiq olmadan kart nömrəsindən istifadə etməklə mədaxil əməliyyatını həyata keçirmək mümkün deyil.
30. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Şahid3 həmin ifadələrində göstərmişdir ki, Gəncə şəhər 4 nömrəli musiqi məktəbində fortopiano müəllimi işləyir. X22 tanıyır. Vəfa onun iş yoldaşıdır və onunla normal münasibətləri olmuş, heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2021-ci ilin iyun ayının sonlarında Vəfa ona oğlu Sərxanın qəbul imtahanında az bal yığdığını, universitetə qəbul olunmayacağını bildirmişdir. O da ona baldızı Zərərçəkmiş şəxs5 tanışı olduğunu, həmin adamın bu işlərlə məşğul olduğunu, baldızını da universitetə düzəltmək üçün, həyat yoldaşına isə pensiya düzəltməsi üçün pul verdiklərini demişdir. Vəfa ona bu barədə köməklik etməyini istəmişdir. O da Elmira ilə danışıb ona xəbər edəcəyini demişdir. Bundan sonra o, Vəfanın nömrəsini Elmiraya, Elmiranın nömrəsini isə Vəfaya vermişdir. Bundan sonra o, Bakı şəhərinə getmiş və bu işlərlə maraqlanmamışdır. Sentyabr ayında onlar dərsə başlayan zaman Vəfa ona işlərin düzəlmədiyini, pullarını isə geri qaytarmadıqlarını bildirmişdir. O da bu barədə Elmiraya bildirdikdə, Elmira pulları Cavanşirə verdiyini və Cavanşirin də pulu qaytaracağını demişdir. Daha sonra Vəfa Cavanşirin onun pullarının bir hissəsini qaytardığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, 2021-ci ilin mart ayında həyat yoldaşı Zərərçəkmiş şəxs6 pensiya düzəltmək üçün Cavanşir də 5500 manat pul vermişdir. Daha sonra Elnarın işi düzəltmədikdə pul tələb etmiş, Cavanşir də ilk öncə Vəfanın pulunu verib daha sonra onların pullarını verəcəyini demişdir. Bundan sonra da onlar Cavanşirlə əlaqə saxlaya bilməmişlər və pullarını da geri ala bilməmişlər. (Cild 4 iş vərəqi: 94-96).
31. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş Şahid4 həmin ifadələrində göstərmişdir ki, X34 onun anasıdır. O, 2021-ci ildə universitetə sənəd versə də, balı az olmuş və qəbul ola bilməmişdir. Anası təfiqəsi Vəfa xala ilə danışan zaman Vəfa xala oğlunun da az bal yığdığını, Elmira tanışının pul müqabilində onun oğlunu universitetə qəbul etdirəcəklərini bildirmişdir. Anası da Elmiranın ona da kömək etməsini istəmişdir. Vəfa xanım da Elmiranın nömrəsini anasına vermişdir. 2021-ci ilin iyul ayının sonlarında anası Elmira ilə telefonla danışmış və onun universitetə qəbul olunmasında kömək göstərməsini xahiş etmişdir. Elmira Vəfanın ona bu barədə dediyini, onun universitetə qəbul olunmasına kömək edəcəyini, bunun müqabilində 15.000 manat pul verəcəklərini bildirmişdir. Anası bu qədər pulun olmadığını demişdir. Bundan Elmira maraqlanacağını və daha sonra bu işi 13.000 manata düzəldə biləcəyini demişdir. Anası razılaşmışdır. Elmira onu Bədən Tərbiyəsi və İdman Akademiyasına düzəldəcəyini demişdir. 2021-ci ilin avqust ayının əvvələrində anası Mingəçevir şəhərində 13000 manat pulu Elmiranın anasına vermişdir. Daha sonra Elmira ilə anası telefonla danışan zaman pulun Elmiraya çatdığını və onun işini tezliklə düzəldəcəyini bildirmişdir. Bir müddət sonra Elmira ilə danışan zaman onların gecikdiyini Akademiyaya sənəd qəbulunun başa çatdığını, ilk öncə onun sənədlərini İdman kollecinə verəcəyini, daha sonra Akademiyaya köçürəcəklərini bildirmişdir. Avqust ayının ortalarında Elmira onun Bakı şəhərinə getməyini istəmiş, orada qabiliyyət imtahanı verəcəyini, bundan sonra kollecə qəbul olunacağını bildirmişdir. O, bakı şəhərinə getmiş və onu orada Elmiranın qardaşı Elnar qarşılamışdır. Onlar Elnarın avtomobili ilə Sumqayıt şəhərinə getmişlər. Elnar onu Mehman müəllimin yanına apardığını, daha sonra Cavanşirin yanına gedəcəklərini demişdir. Orada telefon mağazasında Cavanşir adlı şəxslə görüşmüşdür. Cavanşir onun işini danışdığını və düzəltdiyini, heç bir problem olmadığını, səhəri gün qabiliyyət imtahanına girəcəyini, ondan sonra kollecə qəbul olunacağını bildirmişdir. Daha sonra Cavanşir onu telefonda Mehman müəllimlə danışdırmışdır. X17 müəllimi olduğunu, işinin düzəldiyini, sentyabr ayından etibarən dərslərə başlayacağını bildirmişdir. Bundan sonra onlar Bakı şəhərinə qayıtmışlar və o, Elnargildə qalmışdır. Səhəri gün durub hazırlaşıb qabiliyyət imtahanına getmək istəyərkən Elnar onun bacısı ilə danışmağını, onun məsələsinin həll edildiyini, artıq qabiliyyət imtahanında keçdiyini və imtahana getməyə ehtiyac olmadığını bildirmişdir. O, həmin gün də Elnargildə qalmış və səhəri gün Mingəçevir şəhərinə qayıtmışdır. Bundan sonra onlar Elmira ilə əlaqə saxlamışlar, Elmira hər dəfə müxtəlif bəhanələr gətirərək işin düzələcəyini bildirmişdir. 2021-ci ilin sentyabr ayınn ortalarında Elmira ilə danışan zaman onun Bakı şəhərinə getməli olduğunu və dərsə başlayacağını demişdir. O, Bakı şəhərinə getmiş və orada qalmağa başlamışdır. Elmira ilə danışan zaman Elmira hər dəfə müxtəlif bəhanələr gətirərək bir neçə günə dərsə çıxacağını bildirmişdir. Bu minval ilə o iki ay Bakı şəhərində qalmışdır. 2021-ci ilin noyabr ayında Cavanşir ona zəng edərək onu kollecə aparacağını demişdir. Səhəri gün o, Cavanşirlə birlikdə Cavanşirə məxsus “Passat” markalı avtomobil ilə Kooperasiya kollecinə getmişlər. Cavanşir ona avtomobildə gözləməyini demiş və özü kollecin binasına daxil olmuşdur. Bundan sonra Cavanşir gələrək onu özünü direktor müavini kimi təqdim edən şəxsin yanına aparmışdır. Həmin şəxs onu boş yerlərə yerləşdirəcəyini bildirmişdir. Oradan çıxmışlar və Cavanşir ona 3 günə tələbə biletini götürəcəyini demişdir. Bundan sonra da o gözləmiş, onlardan xəbər çıxmamışdır. Buna görə də o, Mingəçevir şəhərinə qayıtmışdır. Onlar Elmira və Cavanşirlə əlaqə saxlayan zaman bir müddət işin düzələcəyini desələr də, sonradan işin alınmadığını və aldıqları pulu qaytaracaqlarını bildirmişlər, lakin pulu qaytarmamışlar. Bundan sonra onun işi danışılıb pulu veriləndən sonra qohumları Fidan da müəllim kimi işə düzəldilməsini istəmiş, anası Elmira ilə bu barədə danışıb düzəldilməsi ilə bağlı xahiş etmişdir. Elmira da bu məsələnin düzələcəyini və bunun müqabilində 8500 manat pul lazım olduğunu bildirmişdir. Fida razılaşmış və həmin pulu onlara vermişdir. Bundan sonra Elmira anası ilə danışan zaman Mingəçevir şəhərinə gəlib pulu götürəcəyini demişdir. 2021-ci ilin sentyabr ayının əvvəllərin o, Mingəçevir şəhərində Mingəçevir yolunda yerləşən “Sevgi” adlı şadlıq sarayının qarşısında Elmiranın qohumu Arif adlı şəxsə məxsus “Mercedes” markalı avtomobilin içərisində Elmira ilə görüşmüşdür. Həmin vaxt 8500 manat pulu sayaraq Elmiraya vermişdir. Elmira da pulu onun yanında sayaraq götürmüş və işin tezliklə düzələcəyini bildirmişdir. Daha sonra işlər alınmadığına görə Cavanşir ümumilikdə 9500 manat pulu qaytarmışdır. Hazıradək isə 12.000 manat hələdə qaytarılmamışdır. (Cild 4 iş vərəqi: 133- 137).
32. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, habelə ifadələri elan edilməklə tədqiq edilmiş şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən üzləşdirmə protokolları və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
33. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 31 mart 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı Fəxri Babazadə tərəfindən Zərərçəkmiş şəxs1 ASC-nin İdarə Heyətinin sədri Aydın Hüseynov DİN-ə müraciət edərək Kanadanın “Capital One” bankına məxsus hesablardan müxtəlif məbləğlərdə pul vəsaitlərinin oğurlanaraq Zərərçəkmiş şəxs1 ASC-dəki hesablara köçürüldüyünü, lakin “Chargeback” əməliyyatı nəticəsində məbləğlərin geri qaytarıldığı üçün banka 54330 ABŞ dolları ziyan vurulduğunu bildirməsinə dair xx.xx.2022-ci il tarixli RB-02/534 saylı ərizəsi əsasında toplanmış material əsasında fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (cild 1, i.v 1; 9;).
34. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 30 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Məhiyəddin oğlu Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmişdir. (cild 1, i.v. 60)
35. “Axtarış elan etmək haqqında” 02 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Məhiyəddin oğlunun barəsində 02 may 2022-ci il tarixdə axtarış elan edilmişdir. (cild 1, i.v. 62)
36. “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə” 28 iyun 2022-ci il tarixli Azərbaycan Respublika Baş Prokurorluğunun qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 30 avqust 2022-ci il tarixədək uzadılması qərara alınmışdır. (cild 1, i.v. 67-68)
37. “Cinayət işi üzrə icraatın dayandırılması barədə” 28 iyun 2022-ci il tarixli Azərbaycan Respublika Baş Prokurorluğunun qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı Fəxri Babazadə tərəfindən həmin tarixdə iş üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan gizləndiyinə görə dayandırılmışdır. (cild 1, i.v. 69)
38. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 Məhiyəddin oğlu əvvəllər məhkum olunmamış şəxsdir. (Cild 1,i.v. 70).
39. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X57 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 8397 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Məhiyəddin oğlu və Təqsirləndirilən şəxs3 arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmamışlar. (Cild 1, i.v.78).
40. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X57 tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli xx/xx-12983 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Məhiyəddin oğlu və Təqsirləndirilən şəxs3 arxiv məlumatına görə Respublika Narkoloji Mərkəzində müalicədə olmamışlar. (Cild 1, i.v.82).
41. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Məhiyəddin oğlunun barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, i.v.95-99).
42. “Cinayət işi üzrə icraatın dayandırılması barədə” 12 oktyabr 2022-ci il tarixli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı Fəxri Babazadə tərəfindən həmin tarixdə iş üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan gizləndiyinə görə dayandırılmışdır. (cild 1, i.v. 100).
43. “İcraatın təzələnməsi və cinayət işinin icraata qəbul edilməsi haqqında” 11 avqust 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı Fəxri Babazadə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilməsi barədə qərar verilmişdir. (cild 1, i.v 109;).
44. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Məhiyəddin oğlunun həbsdə saxlanma müddəti 02 ay müddətinə uzadılmışdır. (Cild 1, i.v.114-117).
45. Moskva şəhəri Babuşkinski Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Məhiyəddin oğlunun barəsində 01 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (Cild 1, i.v.140-142).
46. Moskva şəhəri Babuşkinski Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Məhiyəddin oğlunun həbsdə saxlanma müddəti 05 ay müddətinə uzadılmışdır. (Cild 1, i.v.143-145).
47. Moskva şəhəri Babuşkinski Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Məhiyəddin oğlunun həbsdə saxlanma müddəti 06 ay müddətinə uzadılmışdır. (Cild 1, i.v.146-148).
48. Rusiya DİN-nin Moskva şəhəri Yaroslavski rayonu üzrə bölməsi tərəfindən tərtib edilmiş “Faktiki saxlanma vaxtı haqqında” arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Məhiyəddin oğlu xx.xx.2023-cü il tarixdə saat 18:00-da axtarışda olması səbəbindən saxlanılmışdır. (Cild 1, i.v.150).
49. Rusiya Federasiyasının Baş Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Məhiyəddin oğlunun barəsində ekstradisiya edilməsi barədə sorğu təmin edilmişdir. (Cild 1, i.v.153-154).
50. “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis kapitanı Ramiz Axundov tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə icraatln təzələnməsi haqqında qərar verilmişdir. (cild 1, i.v 155;).
51. “Cinayət işinin tövsif edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis kapitanı Ramiz Axundov tərəfindən ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1ci maddəsindən həmin məcəllənin 177.3.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. (cild 1, i.v 178;).
52. “Təqsirləndirilən şəxs qismində cəlb etmə və yeni məzmunda ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Məhiyəddin oğlu Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmişdir. (cild 1, i.v. 179)
53. “Üzləşdirmənin aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və üzləşmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatlan birbirilərinin üzlərinə qarşı bildirmişlər. (cild 1, i.v. 207-211)
54. “Hüquqi. şəxsin zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2023-cü il tarixli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis kapitanı Ramiz Axundov tərəfindən qəbul edilmiş qərardan görünür ki, hüquqi şəxs Zərərçəkmiş şəxs1 ASC ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilmişdir (cild 2, i.v. 1)
55. “Zərərçəkmiş Hüquqi şəxsin nümayəndəsi qismində tanıma haqqında” xx.xx.2023-cü il tarixli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis kapitanı Ramiz Axundov tərəfindən qəbul edilmiş qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ASC-nin səlahiyyətli nümayəndəsi Zərərçəkmiş şəxs1 ASC-nin Hüquq Departamentinin direktoru Nümayəndə ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınması barədə qərar qəbul edilmişdir. (cild 2, i.v. 2)
56. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamış şəxsdir. (Cild 2,i.v. 36).
57. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Əsədov X28 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-1, 271.2.1, 271.2.2-ci maddələri ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ona 02 il şərti sınaq müddəti verilmişdir. xx.xx.2020-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şərti cəzası ləğv edilib, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2022-ci ildə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, xx.xx.2022-ci ildə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə 08 ay 09 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. (Cild 2,i.v. 37-38).
58. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-1, 271.2.1, 271.2.2-ci maddələri ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ona 02 il şərti sınaq müddəti verilmişdir. (Cild 2,i.v. 39-48).
59. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində olan şərti cəzası ləğv edilərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması barədə qərar qəbul edilmişdir. (Cild 5,i.v. 58-62).
60. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 ərizəsi təmin edilərək cəzasının qalan hissəsinin X40 müəssisəsində çəkilməsi barədə qərar qəbul edilmişdir. (Cild 5,i.v. 63-65).
61. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 ərizəsi təmin edilərək 08 ay 09 gün vaxtından əvvəl şərti azad edilmişdir. (Cild 5,i.v. 66-68).
62. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X39” X57 tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 7146A, 7146B və 7146V nömrəli məktublardan görünür ki, Təqsirləndirilən şəxs1 Məhiyəddin oğlu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində dispanser müşahidələri aparılmamışdır. (Cild 2, i.v.139-141).
63. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Məhiyəddin oğlu xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyasından ekstradisiya olunaraq Bakı İstintaq Təcridxanasına təhvil verilmiş və barəsində xx.xx.2022ci il tarixdə açılmış 70659 nömrəli axtarış işinə xx.xx.2023-cü il tarixdə xitam edilmişdir. (Cild 2, i.v.172).
64. “Cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması haqqında” xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən qəbul edilmiş qərardan görünür ki, ********* nömrəli cinayət işinin ibtidai istintaq müddəti 02 ay olmaqla 09 yanvar 2024-cü il tarixədək uzadılması qərara alınmışdır. (cild 2, i.v. 185-186).
65. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmişdir. (cild 3, i.v. 50).
66. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 27 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmişdir. (cild 3, i.v. 71)
67. Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin 27 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmənin əvvəli 27 noyabr 2023-cü il tarix olmaqla 09 yanvar 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (cild 3, i.v. 93- 98).
68. Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin 27 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 27 noyabr 2023-cü il tarix olmaqla 09 yanvar 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (cild 3, i.v. 99- 104)
69. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 09 mart 2024-cü il tarixədək uzadılması qərara alınmışdır. (cild 5, i.v. 146-150)
70. Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 09 mart 2024-cü il tarixədək uzadılması qərara alınmışdır. (cild 5, i.v. 151-156).
71. Bakı şəhəri Nərimanov Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Məhiyəddin oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 24 fevral 2024-cü il tarixədək uzadılması qərara alınmışdır. (cild 5, i.v. 170-176).
72. “Cinayət işinin bir icraatda birləşdirilməsi barədə” 04 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Mingəçevir RPŞ-dən daxil olmuş Təqsirləndirilən şəxs1 Məhiyyədin oğlunun barəsində Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (cild 4, i.v. 1-5)
73. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 may 2022-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər sakini Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Prokurorluğuna ərizə ilə müraciət edərək, 2021-ci ilin avqust ayında oğlunun ali təhsil alması ilə bağlı iş yoldaşı Elza müəllimənin vasitəçiliyi ilə onun baldızı Zərərçəkmiş şəxs5 ilə tanış olduğunu, onun nazirlikdə olan qohumunun vasitəsi ilə oğlunun İİ turdan keçməsinə pul qarşılığında köməklik edəcəyini, bu işlə bağlı 15000 (on beş min) manat pulu, həmçinin qardaşı üçün pensiya düzəlməsinə görə 5500 (beş min beş yüz) manat olmaqla ümumilikdə 20500 (iyirmi min beş yüz) manat pulu Zərərçəkmiş şəxs5 verdiyini, daha sonra işin düzəlmədiyinə görə Zərərçəkmiş şəxs5 pulu tələb etdikdə həmin pulu tanışı Təqsirləndirilən şəxs1 verdiyini, Təqsirləndirilən şəxs1 ilə görüşüb pulunu tələb etdikdə hissə- hissə pulu qaytaracağını, bir neçə dəfəyə olmaqla 15000 (on beş min) manatını qaytardığını, pulunun 5500 (beş min beş yüz) manatını isə qaytarmamış, həmçinin Mingəçevir şəhər sakini X34 xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Prokurorluğuna ərizə ilə müraciət edərək, 2021-ci ilin avqust ayında oğlunun ali təhsil alması ilə bağlı qrup yoldaşı Zərərçəkmiş şəxs2 vasitəçiliyi ilə onun iş yoldaşı Elza müəllimənin baldızı Zərərçəkmiş şəxs5 ilə tanış olduğunu, onun nazirlikdə olan qohumunun vasitəsi ilə oğlunun ünuversitetə qəbul olunmasına pul qarşılığında köməklik edəcəyini, bu işlə bağlı 13000 (on üç min) manat pulu, həmçinin qohumu Fidanı orta məktəbə müəəlimə kimi işə düzəlməsinə görə 8500 (səkkiz min beş yüz) manat olmaqla ümumilikdə 21500 (iyirmi bir min beş yüz) manat pulu Zərərçəkmiş şəxs5 verdiyini, daha sonra işin düzəlmədiyinə görə Zərərçəkmiş şəxs5 pulu tələb etdikdə həmin pulu tanışı Təqsirləndirilən şəxs1 verdiyini, Təqsirləndirilən şəxs1 ilə görüşüb pulunu tələb etdikdə hissə-hissə pulu qaytaracağını, bir neçə dəfəyə olmaqla 9500 (doqquz min beş yüz) manatını qaytardığını, pulunun 12000 (on iki min) manatını isə qaytarmadığı barədə bildirməsi faktlarına əsasən Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı Qəzənfər Nəbiyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılaraq istintaqın aparılması qərara alınmışdır. (cild 4, i.v. 9)
74. X34 tərəfindən xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Prokurorluğuna yazıılmış şikayət ərizəsindən görünür ki, 2021-ci ilin avqust ayında oğlunun ali təhsil alması ilə bağlı qrup yoldaşı Zərərçəkmiş şəxs2 vasitəçiliyi ilə onun iş yoldaşı Elza müəllimənin baldızı Zərərçəkmiş şəxs5 ilə tanış olduğunu, onun nazirlikdə olan qohumunun vasitəsi ilə oğlunun ünuversitetə qəbul olunmasına pul qarşılığında köməklik edəcəyini, bu işlə bağlı 13000 (on üç min) manat pulu, həmçinin qohumu Fidanı orta məktəbə müəəlimə kimi işə düzəlməsinə görə 8500 (səkkiz min beş yüz) manat olmaqla ümumilikdə 21500 (iyirmi bir min beş yüz) manat pulu Zərərçəkmiş şəxs5 verdiyini, daha sonra işin düzəlmədiyinə görə Zərərçəkmiş şəxs5 pulu tələb etdikdə həmin pulu tanışı Təqsirləndirilən şəxs1 verdiyini, Təqsirləndirilən şəxs1 ilə görüşüb pulunu tələb etdikdə hissə-hissə pulu qaytaracağını, bir neçə dəfəyə olmaqla 9500 (doqquz min beş yüz) manatını qaytardığını, pulunun 12000 (on iki min) manatını isə qaytarmamışdır. (cild 4, i.v. 21)
75. Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Prokurorluğuna yazıılmış şikayət ərizəsindən görünür ki, 2021-ci ilin avqust ayında oğlunun ali təhsil alması ilə bağlı iş yoldaşı Elza müəllimənin vasitəçiliyi ilə onun baldızı Zərərçəkmiş şəxs5 ilə tanış olduğunu, onun nazirlikdə olan qohumunun vasitəsi ilə oğlunun İİ turdan keçməsinə pul qarşılığında köməklik edəcəyini, bu işlə bağlı 15000 (on beş min) manat pulu, həmçinin qardaşı üçün pensiya düzəlməsinə görə 5500 (beş min beş yüz) manat olmaqla ümumilikdə 20500 (iyirmi min beş yüz) manat pulu Zərərçəkmiş şəxs5 verdiyini, daha sonra işin düzəlmədiyinə görə Zərərçəkmiş şəxs5 pulu tələb etdikdə həmin pulu tanışı Təqsirləndirilən şəxs1 verdiyini, Təqsirləndirilən şəxs1 ilə görüşüb pulunu tələb etdikdə hissə- hissə pulu qaytaracağını, bir neçə dəfəyə olmaqla 15000 (on beş min) manatını qaytardığını, pulunun 5500 (beş min beş yüz) manatını isə qaytarmamışdır. (cild 4, i.v. 25).
76. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2022-ci il tarixli Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı Qəzənfər Nəbiyev tərəfindən tərəfindən qəbul edilmiş qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilmişdir (cild 4, i.v. 61)
77. Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs1 Məhiyəddin oğlu tərəfindən dəymiş zərərin tam həcmdə ödənildiyini, aralarında barışıq əldə etdiyini bildirmişdir. (Cild 7)
78. “Zərərçəkmiş şəxs qismində tanıma haqqında” xx.xx.2022-ci il tarixli Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş leytenantı Qəzənfər Nəbiyev tərəfindən tərəfindən qəbul edilmiş qərardan görünür ki, X34 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilmişdir (cild 4, i.v. 71)
79. “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə zərərçəkmiş şəxs X33 ilə şahid Zərərçəkmiş şəxs5 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və üzləşmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatlan bir-birilərinin üzlərinə qarşı bildirmişlər (cild 4, i.v. 114-118).
80. “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə zərərçəkmiş şəxs X34 ilə şahid Zərərçəkmiş şəxs5 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və üzləşmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatlan bir-birilərinin üzlərinə qarşı bildirmişlər (cild 4, i.v. 119-124).
81. “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, X15 hadisənin baş verdiyini bildirdiyi ərazi Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşir (cild 1, i.v.138-142).
82. “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid4 hadisənin baş verdiyini bildirdiyi ərazi Mingəçevir şəhəri, Mingəçevir yolu küçəsində yerləşən “Sevgi” Şadlıq Sarayının yaxınlığındakı ərazidə yerləşir (cild 4, i.v.143-147).
83. “İttiham elan edilməsi üçün şüphəli şəxsin tutulması və şəxsin barəsində axtarış elan edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Mingəçevir ŞPŞ İB-nin müstəntiqi, polis baş leytenantı Pərviz Ələkbərov tərəfindən Təqsirləndirilən şəxs1 Məhiyəddin oğlunun barəsində axtarış elan olunması barədə qərar qəbul edilmişdir. (cild 4, i.v.175-176).
84. “Üzləşdirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Şahid4 ilə şahid Zərərçəkmiş şəxs5 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və üzləşmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatlan bir-birilərinin üzlərinə qarşı bildirmişlər. (cild 4, i.v.200-201).
85. “Əməlin tövsif edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Mingəçevir ŞPŞ İB-nin müstəntiqi, polis baş leytenantı Pərviz Ələkbərov tərəfindən ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə istintaq olunan cinayət işi həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. (cild 4, i.v 217-218;).
86. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Mingəçevir ŞPŞ İB-nin müstəntiqi, polis baş leytenantı Pərviz Ələkbərov tərəfindən Təqsirləndirilən şəxs1 Məhiyəddin oğlu Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmişdir. (cild 4, i.v.228).
87. “Cinayət işinin tövsif edilməsi barədə” 07 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis kapitanı Ramiz Axundov tərəfindən ********* cinbayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsindən həmin məcəllənin 177.3.2, 178.2.2, 178.2.4 və 271.2-ci maddələrinə tövsif edilməsi qərara alınmışdır.
88. “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs3 418980******29424 (AZN) kart hesabında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 17.803,19 manat dövr üzrə mədaxil, 17.803,19 manat dövr üzrə istifadə edilmiş məbləğ, Təqsirləndirilən şəxs3 418980******92803 (USD) kart hesabında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 49.495,14 USD dövr üzrə mədaxil, 49.495,14 USD dövr üzrə istifadə edilmiş məbləğ, Təqsirləndirilən şəxs3 418980******76542 (EUR) kart hesabında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 15.168,13 EUR dövr üzrə mədaxil, 15.168,13 EUR dövr üzrə istifadə edilmiş məbləğ müəyyən edilmişdir. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs1 418980******73014 (USD) kart hesabında xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 75.127,98 USD dövr üzrə mədaxil, 75.127,98 USD dövr üzrə istifadə edilmiş məbləğ müəyyən edilmişdir. Cinayət işinin istintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs3 nağdlaşdırdığı məbləğ 17.803,19 manat, 49.495,14 USD və 15.168,13 EUR, digər Təqsirləndirilən şəxs1 nağdlaşdırdığı məbləğ isə 75.127,98 USD olmuşdur. (cild 5, i.v.7).
89. “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında” 08 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, cinayət işi üzrə zərərçəkmiş "xxxx" ASC tərəfindən təqdim edilmiş iş 05 mart 2022-cil tarixli RB- 02/721 nömrəli məktubla göndərilmiş diskə Baxış zamanı diskdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə müxtəlif vaxtlardan "xxxx" ASC-yə məxsu ATM-lərdən pul vəsaitlərini nağdlaşdıran zaman ATM-in kamerası ilə çəkilmiş fotoşəkilləri əks olunmuşdur. (cild 5, i.v.8).
90. “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında” 08 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli RB-02/1295 nömrəli məktubla göndərilmiş diskdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 xarici oğurluq bank kartlarından ələ keçirərək Rabitəbank ASC-yə məxsu bank kartları ilə nağdlaşdırdıqları pul vəsaitələrinin beynəlxalq normalarla "xxxx" ASC tərəfindən 2022-ci ilin aprel, may və iyun ayları ərzində həyata keçirilmiş Kanada Konfederasiyasının banklarına geri ödənişləri ilə bağlı məlumatlar əks olunmuşdur. (cild 5, i.v.9).
91. “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında” 08 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli RB-02/3355 nömrəli məktubla göndərilmiş diskdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 xarici oğurluq bank kartlarından ələ keçirərək Rabitəbank ASC-yə məxsus bank kartları ilə nağdlaşdırdıqları pul vəsaitələrinin beynəlxalq normalarla "xxxx" ASC tərəfindən 2022-ci ilin aprel, may və iyun ayları ərzində həyata keçirilmiş Kanada Konfederasiyasının banklarına geri ödənişləri ilə bağlı məlumatlar əks olunmuşdur. (cild 5, i.v.10).
92. “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında” 08 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş "xxxx" ASC tərəfindən təqdim edilmiş iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 "xxxx" ASC-də açılmış hesablar barədə məlumatları özündə əks etdirən sənədlərə baxış keçirdim. Baxış zamanı Təqsirləndirilən şəxs3 **********0429424 (AZN), **********376542 (EUR), **********892803 (USD) Təqsirləndirilən şəxs1 418980******68430 (AZN), **********468430 (EUR), **********468430 (USD) bank kartları üzrə əməliyyatlar əks olunmuş, həmin əməliyyatlar 27 yanvar 2022-ci il tarixdən 9 fevral 2022-ci il tarixədək olan dövr ərzində intensiv maliyyə əməliyyatlarını(mədaxil və məxaric) əks etdirir. (cild 5, i.v.11)
93. “Cinayət işinin istintaq materiallarına əlavə edilmiş sənədlərə baxış keçirilməsi haqqında” 08 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş "xxxx" ASC tərəfindən təqdim edilmiş 30 noyabr 2023-cü il tarixli RB-02/4238 nömrəli məktuba və məktuba əlavə edilmiş 121 səhifədən ibarət sənədlərə baxış keçirdim. Həmin sənədlər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Kanada Konfederasiyasının "X61 of Canada", "Royal Bank of Canada" və "X48"larına məxsus 151 nəfər müştərinin pullarının ələ keçirilməsi haqqında, həmin pulların hansı nömrəli ATM-lər vasitəsilə nağdlaşdırılması haqqında və ələ keçirilmiş pul vəsaitlərinin beynəlxalq tələb hüququ ilə "xxxx" ASC tərəfindən ödənilməsinə dair sənədlər əks olunmuşdur. Baxış zamanı təqsirləndirilən şəxslərin 4 ədəd Kanada Konfederasiyasına məxsus "X61 of Canada", "X62", "Royal Bank of Canada" və "X48" bankların müştərilərinin bank kartlarından oğurluq etməsi, həmin pulları təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 adına "xxxx" ASC-də açılmış bank kartlarına köçürərək, Sumqayıt və Bakı şəhərində müxtəlif ATM-lərdə nağdlaşdırmaları, müəyyən edilmişdir. Protokol ucadan oxundu, doğruluğu imzalarla təsdiq edildi. (cild 5, i.v.12)
94. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs4 zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. (cild 5, i.v.13).
95. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs5 zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. (cild 5, i.v.37).
96. Zərərçəkmiş şəxs5 xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs1 Məhiyəddin oğlu ilə aralarında barışıq əldə etdiyini və təqsirləndirilən barəsində yüngül cəza təyin olunmasını məhkədən xahiş etmişdir. (Cild 7)
97. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs6 zərər çəkmiş şəxs qismində tanınması qərara alınmışdır. (cild 5, i.v.48).
98. Zərərçəkmiş şəxs6 xx.xx.2025-ci il tarixdə məhkəməyə ünvanladığı ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs1 Məhiyəddin oğlu ilə aralarında barışıq əldə etdiyini və təqsirləndirilən barəsində yüngül cəza təyin olunmasını məhkədən xahiş etmişdir. (Cild 7)
99. “Üzləşdirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs5 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və üzləşmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə qarşı bildirmişlər. (cild 5, i.v.32-34).
100. “Üzləşdirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs6 arasında üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və üzləşmə zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzlərinə qarşı bildirmişlər. (cild 5, i.v.35-36)
101. “Təqsirləndirilən şəxs qismində cəlb etmə və yeni məzmunda ittiham elan edilməsi haqqında” 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci və 271.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmişdir. (cild 5, i.v. 101-102).
102. “Təqsirləndirilən şəxs qismində cəlb etmə və yeni məzmunda ittiham elan edilməsi haqqında” 22 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.3.2-ci və 271.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmişdir. (cild 5, i.v. 114-115)
103. “Təqsirləndirilən şəxs qismində cəlb etmə və yeni məzmunda ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.3.2, 178.2.2, 178.2.4 və 271.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilmişdir. (cild 5, i.v. 190-192)
104. Zərərçəkmiş şəxs1 ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli mülki iddia ərizəsindən görünür ki, mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada Zərərçəkmiş şəxs1 ASC-nin xeyrinə 194441 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün 485 manat dövlət rüsumu vəsaitin tutulmasını məhkəmədən xahiş etmişdir.
105. X34 tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli mülki iddia ərizəsindən görünür ki, mülki cavabdeh Təqsirləndirilən şəxs1 onun xeyrinə 13000 manat dəymiş ziyan və 129 manat dövlət rüsumu olmaqla cəmi 13129 manat pulun tutularaq ona ödənilməsini məhkəmədən xahiş etmişdir.
106. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 2022-ci ilin fevral ayından may ayına kimi "xxxx" ASC üzrə Kanadanın "Capital One" bankı tərəfindən X12 vasitəsilə "xxxx" MMC-yə etiraz ("chargeback") əməliyyatları üzrə daxil olan müraciətlərin sayı 546 ədəd olmuşdur. Qeyd olunan müddət və say üzrə etiraz əməliyyatlarının ümumi məbləği 194,441 (yüz doxsan dörd min dörd yüz qırx bir) manat təşkil etmişdir. (cild 6. i.v.195)
107. “Sübutların qiymətləndirilməsi haqqında” 20 dekabr 2023-cü il tarixli qərardan görünür ki, istintaqa məlum olmayan Türkiyə Respublikasının vətəndaşlarının müəyyən edilərək istintaqa cəlb edilməsi üçün ********* nömrəli cinayət işin Azərbaycan Respublikası CM-in 177.3.2 və 271.2.2-ci maddələri ilə cinayət işi ayrılması, Rabitəbank" ASC-dən daxil olmuş 05 mart 2022-ci il tarixli RB-02/721 nömrəli məktubla göndərilmiş disk, 22 aprel 2022-cil tarixli RB-02/1295 nömrəli məktubla göndərilmiş disk və 02 oktyabr 2023-cü il tarixli RB-02/3355 nömrəli məktubla göndərilmiş disk, olmaqla ümumilikdə 03 ədəd disk, həmçinin 30 noyabr 2023-cü il tarixli RB-02/4238 nömrəli məktuba və məktuba əlavə edilmiş 121 səhifədən ibarət sənədlər iş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (cild 5. i.v.78-100)
108. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı X40 Müəssisəsindən göndərilmiş, 02 dekabr 2025-ci il tarixli məktubdan görünür ki, müəssisədə cəza çəkmiş məhkum Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə 16 saylı CM-dən müəssisəyə daxil olaraq qeydiyyata götürimüş, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər məhkəməsinin qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmışdır. Məktubda qeyd olunan müddətdə yəni 2022-ci ilin yanvar ayının sonundan həmin ilin fevral ayının əvvəllərinədək müəssisədə olmamış, lakin hansı səbəbdən müəssisəni tərk etməsilyarədə heç bir məlumat yoxdur.
109. Məhkəmənin sorğusuna əsasən Rabitə Bank ASC-dən məhkəməyə daxil olmuş 22 oktyabr 2025-ci il tarixli məktub və məktuba qoşma olaraq əlavə edilmiş hesabdan çıxarış və köçürmələr üzrə cədvəldən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Məhiyyədin oğlunun adına olan, Rabitə Bank ASC-yə məxsus kartlar vasitəsi ilə aparılmış əməliyyatlar hesaba köçürmə vasitəsi ilə aparılmışdır. Əməlin tövsifi və digər hüquqi məsələlər:
110. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
111. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
112. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
113. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
114. CM-in 177.1-ci maddəsində oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 177.2.3-cü maddəsinə görə oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin maddə ilə cinayət məsuliyyəti müəyyən edilir. Qeyd edilən məcəllənin 177.3.2-ci maddəsinə görə CM-in 177.1 və 177.2-ci maddələrində nəzərdə tutulmuş oğurluq əməlləri külli miqdarda ziyan vurmaqla törədildikdə həmin maddə ilə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Həmin qeydin 3-cü bəndinə əsasən isə bu Məcəllənin 177—183-cü, habelə 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu Məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur.
115. CM-in 178.1-ci maddəsində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə görə CM-in 178.1-ci maddəsinə əsasən dələduzluq təkrar və xeyli miqdarda törədildikdə həmin maddələrlə cinayət məsuliyyəti müəyyən edilir. Qeyd edilən məcəllənin 178.3.2-ci maddəsinə görə CM-in 178.1 və 178.2-ci maddələrində nəzərdə tutulmuş dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə cinayət məsuliyyəti müəyyən edilir və həmin maddənin sanksiyasında beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
116. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
117. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə-CPM-in) 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
118. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə müvafiq olaraq ağır (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğurluqla bağlı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 ASC-nə münasibətdə CM-in 177.3.2-ci maddəsi), az ağır (Təqsirləndirilən şəxs1 dələduzluqla bağlı zərərçəkmiş şəxslərlə bağlı epizodlara münasibətdə CM-in 178.2.2 və 178.2.4-cü maddələri) və az ağır (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, burada saxlanılan məlumatları ələ keçirməklə qəsdən daxil olmağa münasibətdə CM-nin 271.2.2-ci maddəsi) cinayətlər kateqoriyasına aid edilir.
119. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
120. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
121. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hərəkətlərində CM-in 177.3.2-ci maddəsi, Təqsirləndirilən şəxs1 isə 178.2.2 və 178.2.4-cü maddələri ilə olan cinayət əməllərinin tövsifi ilə əlaqədar qeyd edir ki, mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd və əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsdən ibarətdir. Cinayət qanunvericiliyi cinayətin törədilmə üsullarından asılı olaraq, talamanın oğurluq (CM-in 177ci maddəsi), dələduzluq (CM-in 178-ci maddəsi), soyğunçuluq (CM-in 180-ci maddəsi) və quldurluq (CM-in 181-ci maddəsi) formalarını fərqləndirir. Qanunverici talamanın ayrı-ayrı formalarına görə cinayət məsuliyyətini məhz talamanın üsullarını nəzərə alaraq fərqləndirmişdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakının götürülməsindən və (və ya) özünün, yaxud başqa şəxsin xeyrinə keçirilməsindən ibarətdir. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti (yalnız kəsik tərkibli cinayət hesab edilən quldurluq istisna olmaqla) maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin-əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının mövcud olmasıdır. Talama cinayətləri törədildikdə zərərçəkmiş şəxsə dəymiş başqa ziyan (məsələn, əldən çıxmış fayda) təqsirkarın vurduğu real maddi ziyanın miqdarı müəyyən edilərkən nəzərə alınmır (lakin zərərçəkmiş talama cinayətləri nəticəsində əldən çıxmış fayda formasında maddi ziyanın da əvəzinin ödənilməsi ilə əlaqədar mülki iddia qaydasında tələb irəli sürə bilər).
122. CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhəti özgənin əmlakını gizli olaraq talamada ifadə olunur. Bu cinayət subyektiv cəhətdən yalnız birbaşa qəsdlə və tamah məqsədi ilə törədilə bilər. Təqsirkar özgənin əmlakını qanunsuz və əvəzsiz götürdüyünü və (və ya) özünün və və ya başqa şəxsin xeyrinə keçirdiyini dərk edir, bunun əmlakın mülkiyyətçisinə (və ya başqa sahibinə) real maddi ziyan vuracağını qabaqcadan görür və belə nəticənin başqa verməsini arzu edir.
123. Ali Məhkəmənin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (qərarın 7-ci bəndi). Həmin qərarın 18-ci bəndinin 3-cü abzasında qeyd edilir ki, “Əgər şəxs Cinayət Məcəlləsinin müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. Qeyd edilən qərarın 26-cı bəndinin 3-cü abzasına əsasən oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. Bundan başqa, həmin qərarın 27-ci bəndində göstərilir ki, özgə əmlakının bir neçə dəfə talanması hərəkətləri o zaman Cinayət Məcəlləsinin 177.2.4, 180.2.5, 181.2.4-cü maddələri ilə - “xeyli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.3.2, 180.3.2, 181.3.2-ci maddələri ilə - “külli miqdarda” ziyan vurma əlaməti üzrə, Cinayət Məcəlləsinin 177.4, 180.4, 181.4-cü maddələri ilə - “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilə bilər ki, talanmış əmlakın ümumi miqdarı müvafiq olaraq beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan dəyərdə və ya əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan dəyərdə və ya beş yüz min manatdan yuxarı dəyərdə olsun və qəsdin məhz xeyli və ya külli və ya xüsusilə külli miqdar təşkil edən əmlakın ələ keçirilməsinə yönəlməsi təsdiq edilsin. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər.
124. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli Qərarında göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Dələduzluğun təkrarən törədilməsi nəticəsində zərər çəkmiş şəxslərə həm xeyli, həm də külli miqdarda ziyan vurulduqda hökmdə törədilmiş cinayətlər ayrı-ayrılıqda təsvir edilməklə təqsirkarın əməli cinayət qanununun daha ağır məsuliyyət nəzərdə tutan norması ilə tövsif edilir (qərarın 31-ci bəndi). Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydində nəzərdə tutulmuş müddəalar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbləri, habelə həmin maddənin qeydində göstərilənlər nəzərə alınaraq məhkəmələrə izah edilsin ki, dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri beş yüz manatdan artıq olsun. Dələduzluqla ələ keçirilmiş əmlak beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə olduqda, əməl - xeyli miqdarda ziyan vurmaqla (CM-nin 178.2.4-cü maddəsi), əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayaq məbləğdə olduqda - külli miqdarda ziyan vurmaqla (CM-nin 178.3.2-ci maddəsi), beş yüz min manatdan yuxarı olan məbləğdə olduqda isə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq kimi qiymətləndirilir (qərarın 30-cu bəndi). Qeyd edilən qərarın 33-cü bəndinin 2-ci abzasına əsasən dələduzluğun törədilməsi nəticəsində ələ keçirilmiş əmlakın dəyərinə dair mübahisə yarandıqda onun dəyəri məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əsasında, belə əmlak məhv edildikdə və ya itirildikdə isə iş üzrə toplanmış sübutlar əsasında müəyyən edilir.
125. Cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-dən daxil olmuş sənədlərə və disklərə baxış keçirilmiş və müəyyən edilmişdir ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş "xxxx" ASC tərəfindən təqdim edilmiş 05 mart 2022-ci il tarixli RB- 02/721 nömrəli məktubla göndərilmiş diskdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə müxtəlif vaxtlardan "xxxx" ASC-yə məxsu ATM-lərdən pul vəsaitlərini nağdlaşdıran zaman ATM-in kamerası ilə çəkilmiş fotoşəkilləri, 22 aprel 2022cil tarixli RB-02/1295 nömrəli məktubla göndərilmiş diskdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 xarici oğurluq bank kartlarından ələ keçirərək Rabitəbank ASC-yə məxsu bak kartları ilə nağdlaşdırdıqları pul vəsaitələrinin beynəlxalq normalarla "xxxx" ASC tərəfindən 2022-ci ilin aprel, may və iyun ayları ərzində həyata keçirilmiş Kanada Konfederasiyasının banklarına geri ödənişləri ilə bağlı məlumatlar və 02 oktyabr 2023-cü il tarixli RB-02/3355 nömrəli məktubla göndərilmiş diskdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 xarici oğurluq bank kartlarından ələ keçirərək Rabitəbank ASC-yə məxsu bank kartları ilə nağdlaşdırdıqları pul vəsaitələrinin beynəlxalq normalarla "xxxx" ASC tərəfindən 2022-ci ilin fevral, mart, aprel, may və iyun ayları ərzində həyata keçirilmiş Kanada Konfederasiyasının banklarına geri ödənişləri ilə bağlı məlumatlar aşkar edilmiş, "xxxx" ASC-dən daxil olmuş sənədlər Təqsirləndirilən şəxs3 418980******29424(AZN) kart hesabında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 17.803,19 manat dövr üzrə mədaxil, 17.803,19 manat dövr üzrə istifadə edilmiş məbləğ, Təqsirləndirilən şəxs3 418980******92803(USD) kart hesabında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 49.495,14 USD dövr üzrə mədaxil, 49.495,14 USD dövr üzrə istifadə edilmiş məbləğ, Təqsirləndirilən şəxs3 418980******76542(EUR) kart hesabında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində 15.168,13 EUR dövr üzrə mədaxil, 15.168,13 EUR dövr üzrə istifadə edilmiş məbləğ, Təqsirləndirilən şəxs3 **********0429424(AZN), **********376542(EUR), **********892803(USD) Təqsirləndirilən şəxs1 418980******68430(AZN), **********468430 (EUR), **********468430(USD) bank kartları üzrə əməliyyatlar əks olunmuş, həmin əməliyyatlar 27 yanvar 2022-ci il tarixdən 9 fevral 2022-ci il tarixədək olan dövr ərzində intensiv maliyyə əməliyyatları(mədaxil və məxaric) və təqsirləndirilən şəxslərin 3 ədəd kanada Konfederasiyasına məxsus "X61 of Canada", "Royal Bank of Canada" və "X48" bankların müştərilərinin bank kartlarından oğurluq etməsi, həmin pulları müxtəlif ATM-də nağdlaşdırmaları, sonuncu dəfə isə 9 fevral 2022- ci il tarixdə saat 11:17-də "xxxx" ASC-ə məxsus 00000884 nömrəli Sumqayıt şəhəri 9-cu mikrorayon Ü.Hacıbəyov küçəsində yerləşən "Bravo" marketdəki bankomatdan nağdlaşdırmaları və pulların 2022-ci ilin yanvar ayının sonlarından 2022-ci ilin fevral ayının əvvəllərinədək olan müddət ərzində fasiləsiz olaraq hər gün "xxxx" ASC-yə məxsus Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 öz adlarına açdırdıqları bank kartlarına köçürülməklə nağdlaşdırılması müəyyən edilmişdir.
126. Məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hallar və onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, istintaq orqanı hazırki iş üzrə şahidlərin ifadələri, baxış protokollarına hüquqi qiymət verməklə, sübutları müqayisəli şəkildə qiymətləndirmiş və və hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmişdir. İstintaq araşdırması zamanı toplanmış sübutlarda ziddiyyətlərin olması müəyyən edilməmişdir. İstintaq orqanı hesab edir ki, hazırki, cinayət təqibi üzrə toplanmış sübutlar Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2, 178.2.2, 178.2.4 və 271.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.3.2 və 271.2.2-ci maddələri ilə təqsirli bilinmələri üçün kifayətdir. Bundan başqa, cinayət işi materiallarından görünür ki, istintaq araşdırması dövründə Təqsirləndirilən şəxs2 və X42 özlərini müdafiə üçün real dəlil və əsas göstərməmişlər. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs5 ilə üzləşdirmə zamanı zərərçəkmiş şəxslərdən aldığı pul vəsaitlərini iş düzəltməsi üçün adını bilmədiyi şəxsə və ya şəxslərə verdiyini bildirərək özünün müdafiəsi üçün dəlillər göstərmişdir.
127. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadələr qismən onların törətdikləri, yəni ittiham aktında ibtidai istintaq orqanının onların barəsində gəldiyi nəticəni təsdiq edir. Belə ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı zamanı ittihamda onlar tərəfindən törədilməsi aid edilən əməllərin tam həqiqəti əks etdirməməyinə dair ifadələri həqiqəti əks etdirməməklə, heç bir əsası yoxdur və cinayət işinin materiallarına əlavə edilmiş sənəd və istintaq hərəkətləri ilə təsdiq edilməməklə yanaşı, mötəbər hesab edilməməlidir.
128. Beləliklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlləri qismən özlərinin müdafiəçilərinin iştirakı ilə məhkəməyədək icraat zamanı, məhkəmə icraatı zamanı verdiyi ifadələrlə, cinayət işinin materiallarına əlavə edilmiş üzləşdirmə protokolları ilə, zərərçəkmiş şəxslərin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrilə, eləcə də, cinayət işinin materiallarına əlavə edilmiş, məhkəmə tərəfindən mötəbər sayılan sübutlarla tam təsdiq edilmişdir.
129. Belə ki, “Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. CPM-nin 21.2-ci maddəsinin tələblərinə görə Cinayət-Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.
130. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
131. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).
132. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
133. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3) qabaqcadan əlbir olan bir qrup şəxs halında kompyuter sisteminə və ya onun hər hansı bir hissəsinə daxil olmaq hüququ olmadan həmin sistemə və ya onun hər hansı bir hissəsinə mühafizə tədbirlərini pozmaqla, burada saxlanılan məlumatları ələ keçirməklə qəsdən daxil olmuş, eləcə də qabaqcadan əlbir olan bir qrup şəxs halında elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə özgənin külli miqdarda əmlakını gizli olaraq talamaqla təkrar oğurlamış və Təqsirləndirilən şəxs1 etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə xeyli miqdarda ziyan vurmaqla təkar dələduzluq etməsi məhkəmədə tam sübuta yetirildiyindən onların əməlləri yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 177.3.2 və 271.2.2-ci maddələrinə münasibətdə hər üçünə, yalnız Təqsirləndirilən şəxs1 münasibətdə isə 178.2.2 və 178.2.4-ci maddələri ilə düzgün tövsif edilmiş və onlar, həmin maddələrlə təqsirli bilinməklə onlara cəza təyin edilməlidir.
134. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hərəkətlərində CM-in 177.3.2 və 271.2.2-ci maddələrində, əlavə olaraq Təqsirləndirilən şəxs1 hərəkətlərində CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hərəkətlərində CMin 177.3.2 və 271.2.2-ci maddələrində, əlavə olaraq Təqsirləndirilən şəxs1 hərəkətlərində CM-in 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından onlara cəza təyin olunmalıdır.
Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
135. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
136. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
137. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
138. Məhkəmə CM-in 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 üç, Təqsirləndirilən şəxs2 bir yetkinlik yaşına çatmayan uşağının olması, 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 CM-nin 178.2.2 və 178.2.4-cü maddələri üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ilə barışıq əldə etməsini, CM-nin 59.1.14-cü maddəsi əsasən həmin məcəllənin 178.2.2 və 178.2.4-cü maddəsi üzrə Zərərçəkmiş şəxs2 münasibətdə dəymiş ziyanın ödənilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamasını, müsbət xarakterizə olunmasını onların cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır.
139. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivini, CM-nin 61.1.6-cı maddəsinə əsasən isə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-nin 271.2.2-ci maddəsində qeyd olunan cinayəti əməllərini tamah məqsədilə törətməsini ağırlaşdıran hallar kimi nəzərə alır.
140. Təqsirləndirilən şəxs2 məhkumluğu Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-1, 271.2.1, 271.2.2-ci maddələri üzrə yaranmışdır, yəni həmin məcəllənin 15-ci maddəsinə əsasən qeyd olunan maddələr az ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, həmin məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Baxılan iş üzrə cinayət əməli Təqsirləndirilən şəxs2 tərəfindən 2022-ci ilin yanvar ayının sonundan həmin ilin fevral ayının əvvəllərinədək olan müddət ərzində törədilmişdir, məhkumluğunun yaranmasına səbəb olna cinayət işi üzrə cəzasını 09 mart 2023-cü il tarixdə çəkib qurtarmışdır, yəni baxılan iş üzrə cinayət əməli iki il keçməmiş törədilmişdir. Beləliklə, sonuncunun əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranmışdır. CM-nin 65.2-ci maddəsi nəzərə alınaraq, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır.
141. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindiyi CMin 177.3.2 və 271.2.2-ci maddələrinin, Təqsirləndirilən şəxs1 isə əlavə olaraq 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
142. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.
143. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hazırkı cinayət işi üzrə təqsirli bilindiyi hər bir cinayət əməlinə görə ayrılıqda cəza təyin edilməli, daha sonra CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna görə ona hazırkı iş üzrə qəti cəza təyin edilməlidir.
144. CM-in 56.1.2-ci maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində, CM-nin 56.1.3-ci maddəsinin tələbinə görə isə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir.
145. Odur ki, azadlıqdan məhrum etmə növündə cəzanı təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ümumi rejimli, Təqsirləndirilən şəxs2 isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
146. CPM-in 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
147. Məhkəməyədək icraat zamanı Rusiya DİN-nin Moskva şəhəri Yaroslavski rayonu üzrə bölməsi tərəfindən tərtib edilmiş “Faktiki saxlanma vaxtı haqqında” arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 24 yanvar 2023-cü il tarixdə saxlanılmış, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 27 noyabr 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, i.v. 150; cild 3 i.v. 93-98, 99-104)
148. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli 24 yanvar 2023-cü il tarixdən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 27 noyabr 2023-cü il tarixdən hesablanmaqla qəti cəza müddətinə daxil edilməldir
149. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
150. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq iş üzrə maddi sübut olan 03 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi materiallarında saxlanılmalıdır.
151. İş üzrə üzərinə həbs qoyulmuş əmlak və məhkəmə xərcləri yoxdur.
152. İş üzrə verilmiş mülki iddiaları müzakirə edərək məhkəmə hesab edir ki, mülki iddiaçılar Zərərçəkmiş şəxs1 ASC və X34 tərəfindən verilmiş cinayət əməlləri nəticəsində vurulmuş maddi ziyanın ödənilməsinə dair mülki iddialar təmin edilməlidir. Belə ki, zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 ASC-nin mülki iddia ərizəsi təmin olunmalı və ümumilikdə 194441 (bir yüz doxsan dörd min dörd yüz qırx bir) manat pul təqsirləndirilən şəxslər - mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq, zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 ASC-yə ödənilməli, həmçinin zərərçəkmiş şəxs – mülki iddiaçı X15 mülki iddia ərizəsi təmin olunmalı və ümumilikdə 13129 (on üç min bir yüz iyirmi doqquz) manat pul təqsirləndirilən şəxs- mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq, zərərçəkmiş şəxs – mülki iddiaçı X20 ödənilməlidir.
153. Ziyanı ödənilməyən və məhkəməyə mülki iddia ərizəsi ilə müraciət etməyən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 cinayət əməli nəticəsində vurulmuş ziyanın ödənilməmiş hissəsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2 maddəsinə uyğun olaraq mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir.
154. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadıqları üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi4 oğlu və Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 28 aprel 2025-ci il tarixədək göstərilmiş xidmət müqabilində 6 manat, 28 aprel 2025-ci il tarixdən sonra 11 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla dövlət büdcəsinin vəsaiti hesabına məhkəmə mərhələsində göstərilmiş 80 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi2 585 manat, Müdafiəçi4 oğluna 70 saat iş saatı həcmində hüquqi yardımla bağlı 560 manat və Müdafiəçi1 70 saat iş saatı həcmində hüquqi yardımla bağlı 630 manat pul işlədikləri Bakı şəhəri 3 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir.
155. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
156. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2005-ci il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
157. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.3.2, 178.2.2, 178.2.4, 271.2.2-ci maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 271.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş əsas cəzalar qismən toplanılmaqla və əlavə cəza isə birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 24 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.3.2 və 271.2.2-ci maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CMnin 271.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş əsas cəzalar qismən toplanılmaqla və əlavə cəza isə birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.3.2 və 271.2.2-ci maddələri ilə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 271.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş əsas cəzalar qismən toplanılmaqla və əlavə cəza isə birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut hesab olunan 03 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 ASC-nin mülki iddia ərizəsi təmin olunsun və ümumilikdə 194441 (bir yüz doxsan dörd min dörd yüz qırx bir) manat pul təqsirləndirilən şəxslər - mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq, zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs1 ASC-yə ödənilsin. Zərərçəkmiş şəxs – mülki iddiaçı X15 mülki iddia ərizəsi təmin olunsun və ümumilikdə 13129 (on üç min bir yüz iyirmi doqquz) manat pul təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs1 tutularaq, zərərçəkmiş şəxs – mülki iddiaçı X20 ödənilsin. Məhkəməyə mülki iddia ərizəsi ilə müraciət etməyən və ziyanları ödənilməmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə uyğun olaraq mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 580 (beş yüz səksən) manat məbləğində pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 oğluna 570 (beş yüz yetmiş) manat məbləğində pul ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs3 göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 610 (altı yüz on) manat məbləğində pul ödənilsin. Hökmdən onun elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən Elmin Rüstəmov Hakimlər Aytən Əliyeva Vüqar Quliyev