Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1993/2023 15.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı, Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili X4 və Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1977-ci il tarixdə Ermənistan Respublikası, Qafan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli olmuş, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni, digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, rəsmi nikah münasibətində olduğu arvadı Zərərçəkmiş şəxs ilə son dövrlərdə ailədaxili münasibətlərinin korlanması, sonuncunun ailə münasibətlərinə uyğun gəlməyən hərəkətlər etməsi, yəni, cəmiyyət içində açıq-saçıq geyinməsi, onun barəsində əxlaqa uyğun olmayan, şərəf və ləyaqətinə təsir edən nalayiq ifadələr işlətməsi, ailə başçısı kimi hörmət qoymayaraq yad kişilərlə münasibət qurub xəyanət etməsi, onun ailədə və cəmiyyətdə insanlar arasında formalaşmış nüfuzunu aşağı salması, həmçinin sonuncu dəfə 10 may 2023-cü il tarixdə saat 10 radələrində yaşadıqları ünvan 2 ünvanında ona qarşı eyni xarakterli hərəkətləri təkrar etməsi səbəbindən arvadı Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə ona qarşı nalayiq ifadələr işlətməsi ilə bağlı avradına yenidən iradını bildirsə də, buna məhəl qoymayaraq hərəkətlərinə davam etdiyində, evin dəhlizində əlində tozsoranın borusunu tutan Zərərçəkmiş şəxs öldürmək məqsədilə boğazından tutaraq boğmağa çalışsa da, sonuncu tozsoranın borusu ilə onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr endirərək müqavimət göstərdiyi üçün dərhal yaxınlıqda yerləşən mətbəxə gedərək oradan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı, soyuq silah hesab edilməyən, qəhvəyi tutacaqlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə qəsdən bıçaq zərbələri vurmaqla ona döş boşluğuna nüfuz etməyən döş qəfəsinin ön səthinin 2 (iki) ədəd deşilmiş-kəsilmiş yarası hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa yüngül zərərvurmaya aid, mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəsi olan döş qəfəsinin sol yarısının ön səthinin sol döş boşluğuna nüfuz edərək sol ağciyərin zədələnməsinə səbəb olan 7 (yeddi) ədəd deşilmiş-kəsilmiş yaraları hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid, ümumilikdə 9 (doqquz) ədəd deşilmiş-kəsilmiş bıçaq xəsarəti yetirib Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2004-cü il tarixdə Zərərçəkmiş şəxs ilə evlənmiş, həmin evlilikdən 3 övladları var. Son vaxtlar Sevinc günbəgün açıq-saçıq geyinir və küçəyə bu formada geyinərək çıxmağa başlayırmış. Sevincə bu cür geyinməməsi barədə irad tutsa da, Sevinc sözlərini dinləmirmiş. 2020-ci ildə Sevincdən boşanmaq üçün Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Belə ki, Sevinc problemlər yaradır öz bildiyi kimi hərəkət edir, təhqirlə danışır, onu bir ər kimi saymırmış. Sevinc barəsində polisə şikayət edəcəyini, döyüldüyünü polisə deyərək onu tutduracağını deyirmiş. Buna görə də, o, qorxub boşanma ərizəsini geri götürürmüş. 2022-ci ilin avqust ayında məhkəməyə müraciət etmiş və bu dəfə ərizəsini geri götürməmişdir. O vaxtdan məhkəmə mübahisəsi davam etmiş və Sevinclə mübahisələri daha da şiddətlənmişdir. Sevinc yüksək səslə söyüşlə danışır, açıq-saçıq geyinirmiş. Sonuncu dəfə 10 may 2023-cü il tarixdə saat 9 radələrində yaşadığı Sabunçu qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 23 ünvanında yerləşən evində Sevincin səsinə yuxudan oyanmışdır. Belə ki, Sevinc yüksək səslə ona və oğluna qarşı söyüşlər söymüş və yüksək səslə qışqırmışdır. Həmçinin həmin gün də Sevinc açıq-saçıq geyinmişdir. O, çölə çıxıb evdən getmək istədikdə Sevinc tozsoranı götürüb dəhlizi tozsoranladığı vaxt söyməyə davam etdiyindən arvadına yenə susmasını, təhqirlərə son verməsini istəmiş, lakin Sevinc yaxşı elədiyini bildirmişdir. Həmin vaxt saat 10 radələri imiş və bundan sonra o dəhlizdə əlində tozsoran olan Sevincin boğazından sağ əli ilə tutmuş və arxasıüstə onu yerə yıxmışdır. Hər iki əli ilə onun boğazından tutub sıxmağa başlamışdır. Sevinc müqavimət göstərməyə çalışmışdır. Sevincin müqavimətini gördüyü üçün bundan sonra dərhal mətbəxə getmiş və oradan qəhvəyi tutacaqlı bıçağı götürüb dəhlizə qayıdaraq Sevincə bıçaq zərbələri vurmuşdur. Sevinc arxası üstə halsız vəziyyətdə uzanıqlı olmuşdur. O, bıçaq zərbələri vurarkən Sevinc ilk öncə müqavimət göstərsə də, sonradan səsi gəlməmişdir. Bundan sonra Sevincin öldüyünü anlamış və bıçağı arvadının meyitinin yanına yerə qoyduqdan sonra polisə gedərək təslim olaraq törətdiyi əməli etiraf etmişdir. O, özünü ona görə qismən təqsirli bilir ki, Sevinc onu öldürməyə məcbur edirmiş. Onun açıq-saçıq geyinməsi və təhqirli sözlər işlətməsi onu öldürməyə vadar etmişdir. Əməlindən peşmandır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs ona ağır söyüşlər söyməsi, ona xəyanət etməsi, açıq-saçıq nəticəsində o, Sevinci öldürmüşdür. Zərərçəkmiş şəxs ondan gizlətdiyi ikinci telefonu olmuşdur. O, Zərərçəkmiş şəxs döyməmiş, əksinə Zərərçəkmiş şəxs onu döymüşdür. Belə ki, 15 oktyabr qardaşının toy günündə Zərərçəkmiş şəxs onun üst başını cırmışdır ki, qardaşının toyuna getməsin. O da 12-ci Polis Bölməsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs ona xəyanət etməsi barədə onun anasına, bacısına və qardaşı Turala məlumat vermişdir. Zərərçəkmiş şəxs ona neçə dəfə xəyanət etmişdir. Sonuncu xəyanətində o, Sevincin ailəsinə bildirmişdir ki, gəlib Zərərçəkmiş şəxs aparsınlar, o, Sevincdən boşanacaq. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 dəfələrlə məhkəmə iclaslarına çağıralacağına baxmayaraq, məhkəməyə gəlməyərək 31 oktyabr 2023-cü il tarixli teleqramla məhkəməyə müraciət edərək, istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, tezliklə Təqsirləndirilən şəxs azadlığa çıxmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış zərərçəkmiş şəxsin hüquqi varisi X1 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun doğma bacısı olmuşdur. Sevinc onun balaca bacısı olmuşdur. O, bildirmişdir ki, bacısı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə tanış olub öz istəyi ilə evlənmiş və həmin evlilikdən Şahid1, Quliyeva Zeynəb və Quliyev Xalid adlı övladları doğulmuşdur. O, bir qardaş kimi bilmişdir ki, Zöhrab və Sevincin münasibətləri evlilikdən sonra korlanmışdır və aralarında daimi olaraq problemlər olmuşdur. Zöhrab və Sevinc münaqişəli ailə kimi birbiriləri ilə yola getməmişlər. Bildiyi qədərilə Zöhrab və Sevinc yaşadıqları ev üstündə mübahisələr yaşayırmışlar. Zöhrabm anası Fəridə evi satmaq istəmiş, Sevinc də həmin evin satılmasına razı olmadığı üçün aralarında daimi olaraq problemlər olmuşdur. O, işi ilə əlaqədar tez-tez Rusiya Federasiyasına getdiyi üçün problemlərinin dərinliklərini bilməmişdir. Hadisə barəsində isə bildirmişdir ki, onun hadisə barədə məlumatı Mövsüm ona zəng etdikdə olmuşdur. O, şahidi olmadığı üçün hadisənin nə cür baş verməsini bilməmişdir. Zöhrab və Sevincin münasibətləri yaxşı olmamışdır, daimi olaraq münaqişədə olmuşlar. Təqsirləndirilən şəxs Sevincin xəyanətlərinin olmasını bir qardaş kimi ona bildirmişdir. Lakin, heç vaxt konkret olaraq hər hansı bir şəxsin adını ona heç vaxt bildirməmişdir. Zöhrab ona Sevinci öldürmək niyyəti barəsində heç vaxt hər hansı bir söz deməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməsinin səbəbi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs anasıdır. Oğlu Təqsirləndirilən şəxs Sevinc adlı qadınla evlənib və həmin evlilikdən 3 övladı vardır. Oğlu Təqsirləndirilən şəxslə arvadı Sevinc yola getmirmişlər, tez-tez aralarında mübahisələr olurmuş. Gəlini Sevincin “Nəcəf” adlı şəxslə sevgili münasibətləri var imiş. “Nəcəf” adlı şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işləyir, onu sadəcə şəkillərdə görmüşdür. Gəlini Sevinc 68 №-li məktəbin qarşısından Nəcəfin maşınına minirmiş və onlar harasa gedirmişlər. Hətta “Nəcəf” adlı şəxsin nəvəsiylə şəkili də var. Oğlu Təqsirləndirilən şəxs isə səhər işə gedib axşam gəlirmiş. Nəvəsi Nəcəf öz anasını güdüb anasının əxlaqsız həyat tərzi keçirdiyini öyrənmişdir. O, hadisə günü yəni, 10 may 2023-cü il tarixdə evində olmuş və oğlu Təqsirləndirilən şəxs gəlinini bıçaqlamağını görməmişdir. Zöhrab arvadı Sevinci öldürdükdən dərhal sonra polisə təslim olmuşdur. Məhkəmə iclasında şahid qismində dəvət olunmuş Şahid2 Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə əsasən öz qardaşına qarşı ifadə vermək istəmədiyini bildirdiyindən məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid2 cinayət işinin 144-148-ci vərəqələrində olan ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Zöhrab Sevinc adlı qadınla evlənmiş və həmin evlilikdən 3 övladı olmuşdur. Zöhrab ailə üzvləri ilə onların yaşadıqları evin yanındakı evdə yaşamışdır. Bir həyətdə 2 ev olmuşdur, bir evdə o, arvadı Sevinc, 3 övladı və anası Fəridə ilə birlikdə, digər evdə isə Zöhrab, arvadı Sevinc və 3 övladı yaşamışdır. Zöhrabın arvadı Sevinclə yaşadıqları ailə-məişət problemləri üzündən onlar 2023-cü ilin yanvar ayının əvvəllərindən həmin evdən Binə qəsəbəsinə köçmüşlər. Belə ki, Zöhrabın arvadı Sevinc onlarla yola getmir, əxlaqsız həyat tərzi keçirir, açıq-saçıq geyinir, yüksək səslə, söyüşlə danışmışdır. Sevincin həyat tərzi yaşadıqları məhəllədə insanlar arasında yayılmış və Sevincin əməlləri barəsində onlar ailəlikdə utanc hissi keçirmişlər. Bu barədə dəfələrlə Sevincə xəbərdarlıq etsələr də, Sevinc iradlarına məhəl qoymamış, özü bildiyi kimi yaşadığını bildirmiş və onu, anası Fəridəni də təhqir etmişdir. Sevincin əxlaqsızlıqları barəsində əri Zöhrabın da məlumatı olmuş və Zöhrab da Sevincə bu barədə bildirmiş və hətta Sevincdən boşanmaq istəmişdir. Sevinc isə onların bu iradları səbəbindən barələrində şər-böhtan xarakterli ərizələrlə Sabunçu RPİ-nin 12-ci PŞ-nə müraciətlər etmiş, onu, qardaşı Zöhrabı tutdurmaqla hədələmişdir. Zöhrabın ailə üzvləri ilə birlikdə yaşadığı ev də anası Fəridənin mülkiyyətində olmuş, ona görə də, anası Fəridə məhkəməyə müraciət etmişdir ki, Sevinci həmin evdən çıxartsın, Sevincin əxlaqsız əməlləri səbəbindən olduqları yerdən uzaqlaşdırsın. Məhkəmə prosesi də davam etmişdir. Bildirmişdir ki, hadisə günü, yəni, 10 may 2023-cü il tarixdə o, Nizami metrosu tərəfdə iş yerində olmuşdur. O, usta işləmiş və həmin ərazidə təmir işi görmüşdür. Həmin gün saat təxminən 16 radələrində ona zəng gəlmiş və özünü polis işçisi kimi təqdim edən adını xatırlamadığı şəxs bildirmişdir ki, Zöhrab arvadı Sevinci öldürmüşdür. Qardaşı Təqsirləndirilən şəxs ona arvadı Zərərçəkmiş şəxs öldürmək niyyəti barədə hər hansı bir söz deməmişdir. Çünki o, 2023-cü ilin əvvəllərindən Zöhrabla qonşu olduqları evdən köçüb getmişdir və Zöhrabla əlaqə saxlamamışdır. Bildiyi qədəriylə Sevinc Nəcəf adlı şəxslə Zöhraba xəyanət etmişdir. O, Nəcəfi heç vaxt görməmişdir. Nəcəf barədə ona Zöhrabın oğlu Mövsüm bildirmişdir. Düşünmüşdür ki, Zöhrab artıq Sevincin əməllərinə dözə bilməmiş və öldürmüşdür. Sevinc heç bir irada məhəl qoymamış və bildiyi kimi yaşamış, Zöhraba da xəyanət etmişdir. 10 may 2023-cü il tarixdə hadisədən sonra və ya əvvəl Təqsirləndirilən şəxs onunla heç bir əlaqə saxlamamışdır. Bildiyi qədəriylə Zöhrab arvadı Sevinci öldürdükdən dərhal sonra polisə təslim olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. O, əvvəl Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işləyirmiş, lakin hazırda bu cinayət işi ilə əlaqədar işdən çıxarılmışdır. O, Zərərçəkmiş şəxs 2016-ci il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanımışdır. Belə ki, o, “İnstagram” sosial şəbəkəsində qadın səhifəsindən paltar alırmış və həmin səhifədən Sevinclə əlaqələri yaranmışdır. Zərərçəkmiş şəxs anası Türkiyədə yaşayırmış. O, Zərərçəkmiş şəxs anasına pul göndərirmiş və anası da Türkiyədən Azərbaycana paltar göndərirmiş. Onlar həmin paltarları Bakıxanov qəsəbəsində yerləşən “Harmoni” mağazasından onlayn şəkildə satırmışlar. Daha sonra Sevinclə o Bakıxanov qəsəbəsində kişi geyimləri mağazası açmaq barədə razılaşmış və bir neçə dəfə müxtəlif obyektlərə də baxmışlar, lakin münasib yer tapa bilməmişlər. Sevinc ona borcları olduğunu dediyinə görə o Sevincə köməklik məqsədilə 2019-cu ildə “Kapital Bank”-dan 5800 manat kredit götürmüşdür. Kredit götürdüyü məbləğ 5800 manat olsa da ödəyəcəyi məbləğ faizi ilə hesabladıqda 7000 manat imiş. Zərərçəkmiş şəxs 1 il ərzində kredit götürülən pulun 2000 manatını ödəmiş, qalan məbləği özü ödəmişdir. O, həmçinin Zərərçəkmiş şəxs işi ilə bağlı 1350 manat pul vermiş, lakin Zərərçəkmiş şəxs həmin pulu ona qaytarmamışdır. O, Zərərçəkmiş şəxs ilə sevgili olmamışdır. Onlar sadəcə birlikdə iş görmüş və Zərərçəkmiş şəxs onun adına kredit pul götürmüşdür. Həmçinin, o, Zərərçəkmiş şəxs ilə birlikdə mağaza üçün mal götürməyə gedirmiş. Zərərçəkmiş şəxs qızının evdə tək olduğunu deyəndə o Sevinclə birlikdə evlərinə gedirmiş, Zərərçəkmiş şəxs qızını evdən götürürmüşlər. Həmin vaxt da Zərərçəkmiş şəxs qızı ilə şəkil çəkdirmişdir. O, Zərərçəkmiş şəxs ailəli olduğunu bilmirmiş. Zərərçəkmiş şəxs ona boşandığını, oğlunun atasında, qızının isə özü ilə qaldığını və onların bir həyət içində ayrı-ayrı evlərdə yaşadıqlarını demişdir. Zərərçəkmiş şəxs ailəli olmağını dəqiqləşdirmək heç vaxt ona maraqlı olmamışdır. Çünki onlar Zərərçəkmiş şəxs ilə birgə iş görmüşlər. O, istintaq zamanı Zərərçəkmiş şəxs ailəli olduğunu bilmişdir. O, Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsi mənzil 5 ünvanında yaşayır. Zərərçəkmiş şəxs ünvanını dəqiq bilmir. X16 rayonunda yaşayırmış. O, Zərərçəkmiş şəxs dəfələrlə maşınıyla evindən götürməmişdir. Kredit ödənişinin vaxtı çatan vaxtlarda Sevinc evdən çıxa bilmədiyini dediyi üçün o məhlədə Zərərçəkmiş şəxs pulu alıb özü krediti ödəmişdir. Həmin vaxt da Mövsüm onları görmüşdür. O, Zərərçəkmiş şəxs ilə səmimi yazışmalar etməmişdir. İstintaq zamanı ona təzyiq olmamış, müstəqil şəkildə ifadə vermişdir. İfadəsini oxuyaraq imzalamışdır. 20 avqust tarixində o, Zərərçəkmiş şəxs ilə birlikdə banka olan kredit pulunu ödəməyə getmişlər. Zöhrab zəng edəndə Zərərçəkmiş şəxs qorxduğunu görmüşdür. O, Sevincə demişdir ki, o, özü Zöhrab bəyə ödəniş qəbzini göstərib harda olduğunu izah edər. Amma Zərərçəkmiş şəxs Zöhrabın kreditdən xəbərsiz olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanında yaşayır. Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs və 3 övladı ilə birlikdə onlarla qonşuluqda yaşayırlar. Təqsirləndirilən şəxs və həyat yoldaşı Zərərçəkmiş şəxs yaxşı ailə kimi tanıyır. O, iş adamıdır və səhər evdən çıxıb axşam evə qayıdır. Ətraflı bilməsə də məlumatı var imiş ki, hər ailədə olduğu kimi Zöhrabgilin ailəsində də bəzən ailədaxili mübahisələr olurmuş. Şahidi olduğu dava-dalaşlarda çox vaxt Sevinc Zöhraba nalayiq ifadələr işlədirmiş. Sevinc açıq-saçıq geyimi ilə özünü evdar xanım kimi aparmırmış və hətta qonşulardan eşitdiyinə görə yad kişilər ilə əlaqə saxlayırmış. 10 may 2023-cü il tarixdə səhər saat 9 radələrində işə getmək üçün hazırlaşırmış və qonşuluqda Zöhrabın arvadı Sevinclə mübahisə səslərini eşitmişdir. Lakin, o, cinayət hadisəsinin baş verdiyindən xəbərsiz imiş. O, sonradan Sabunçu RPİ-nin əməkdaşlarının verdiyi suallardan başa düşmüşdür ki, Zöhrab həmin mübahisə zamanı arvadı Sevinci bıçaqlayaraq öldürmüşdür. O, cinayət hadisəsini görməmiş, sadəcə qonşuluqdan səslər gəldiyini eşitmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə elan olunaraq araşdırılmış Şahid1 ifadəsindən görünür ki, onun atası Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxsdir. Onlar ailədə 3 övlad olmuşlar. O, evdə ən böyük övladdır. Ondan kiçik 9-cu sinifdə təhsil alan bacısı Zeynəb, 4-cü sinifdə təhsil alan qardaşı Xalid vardır. Bildirmişdir ki, atası Zöhrab ilə anası Sevincin münasibətləri 2013-cü il tarixdən etibarən korlanmışdır. Belə ki, yaşadıqları ev üstündə mübahisələr olmuşdur. Həmin ev nənəsi Fəridənin adınadır və nənəsi Fəridə onların evdən çıxmağını istəmişdir. Anası Sevinc isə evdən çıxmağı qəbul etməmişdir. Atası Zöhrab da anasına demişdir ki, evdən çıxsınlar, başqa evdə kirayədə yaşasınlar, lakin anası Sevinc bundan imtina etmişdir. Hətta bir neçə dəfə məhkəmə prosesi də olmuş, anası Sevincin evdə yaşamaq hüququ məhkəmə tərəfindən təsdiq edilmişdir. Lakin, anası Sevinc evdən çıxmadıqca anası və nənəsi Fəridə, həmçinin əmisi Namiq arasında münasibətlər korlanmışdır. Fəridə və Namiq anasının evdən çıxmamağını qəbul etməmişlər və daimi olaraq atasına və anasına Sevincə evdən çıxmalı olduqlarını bildirmişlər. Atası razı olsa da, anası Sevinc razı olmamışdır. Atasının razı olması səbəbindən anası Sevinclə də münasibətlər korlanmışdır. Həmçinin, atası Zöhrab da əvvəllər ətir satıcısı kimi işləsə də, sonradan işdən çıxmışdır və işləməmiş, evə qazanc gətirməmiş, ona görə də, anası ilə mübahisələri baş verirmiş. Bildirmişdir ki, o, 2022-ci ilin avqust ayının əvvəllərində yaşadıqları evdə olarkən anası Sevincin mobil telefonunda Nəcəf adlı bir kişi ilə yazışdığını görmüşdür. Nəcəf və anası bir sevgili kimi bir-birilərini sevməklərindən danışırmışlar. O, bu barədə heç kimə deməmiş və anasının bu əməlini dəqiqləşdirmək üçün izləməyə qərar vermişdir. Təxminən bir neçə gün öncə anası evdən çıxdıqdan sonra uzaqdan haraya getməsini, kiminlə görüşməsini izləmişdir. Bir dəfə anası Sevinc avtobusa minərək Sabunçu qəsəbəsindəki tunelin yanındakı parkda telefonda yazışdığı, adını telefonda görüb bildiyi Nəcəf adlı şəxslə görüşmüşdür. Nəcəf və anasının görüşdüyünü görəndə o, oradan getmişdir. Bundan sonra o, növbəti günlərdə də anası Sevinc evdən çıxarkən izləməyə davam etmişdir. Bir neçə gün sonra yenə anası Sevinc evdən çıxıb evin yaxınlığındakı market tərəfə getməyə başlamış və o, orada “BMW” markalı, dövlət qeydiyyat nömrəsi “888” ilə bitən qara rəngli avtomobilə əyləşdiyini və avtomobili idarə edən həmin əvvəl gördüyü Nəcəf adlı şəxslə birlikdə getdiyini görmüşdür. Bundan sonra artıq anasının hərəkətləri onda da pis təsir oyatmış və bu barədə atası Zöhraba danışmağa qərar vermişdir. Evdə atası Zöhrabın yanına getmiş və Nəcəf barədə atasına danışmışdır. Atası anası Sevinclə danışacağını bildirmişdir. Bildiyi qədərilə atası anası Sevinclə Nəcəf barədə danışmış, Sevinc həyatında Nəcəf adlı şəxs olmasını inkar etmişdir. Atası bundan sonra Nəcəf məsələsinə görə çox əsəbləşirmiş və anası Sevincin bu hərəkətini bir kişi kimi qəbul etmirmiş. Tez-tez anası ilə mübahisə yaşamış və ona hətta bir dəfə anasının bu hərəkətini belə qoymayacağını demişdir. O, sonradan anlamışdır ki, atası anasının xəyanət etməsi səbəbindən ola bilsin həmin vaxtdan artıq anası Sevinci öldürməyi düşünmüşdür. Nəcəf barədə atasına dedikdən sonra, yəni 2022-ci ilin avqust ayında atası Zöhrab boşanmaq üçün məhkəməyə müraciət etmiş, lakin sonradan ərizəsini geri götürmüşdür. O, bunun səbəbini bilməmişdir. Lakin, düşünmüşdür ki, həmişə mübahisə zamanı anası Sevinc atasını polisə verməklə hədələmiş, atası da anasının bu hədələrindən qorxmuş və qorxduğu üçün ərizəsini geri götürmüşdür. Anası atasından boşanmaq istəməmişdir. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 08.30 radələrində o, yaşadığı ünvan 6 ünvanında yerləşən evində olmuşdur. O, yuxudan oyandıqda balaca bacı qardaşı artıq məktəbə getmişdir. O, yemək yedikdə artıq anası Sevinc evin dəhlizində gileylənməyə başlamışdır. Atası içərdə yatmış, anası Sevinc isə yüksək səslə “Dur get işlə, sizin nəsil biqeyrətdir”, “Biqeyrətsiz” sözləri demişdir. Atası Zöhrab isə yatdığı yerdən “Ayıbdı, evdə uşaqlar var, bəsdir belə sözlər dedin” demişdir. O, artıq görürmüş ki, mübahisə kəskinləşir. Anası Sevinc bu zaman ona demişdir ki, qardaşı Xalidin yeməyi evdə qalıb aparıb məktəbdə yeməyi Xalidə versin. Xalidin oxuduğu 215 nömrəli məktəb onların evindən təxminən 150 metr məsafədə uzaqlıqda yerləşir, piyada maksimum 5 dəqiqəlik yoldur. O, evdən çıxmış və qardaşı Xalidin yeməyini aparıb məktəbdə vermişdir. O, evdən çıxarkən artıq anası ilə atası mübahisə etməyə başlamışdır. O, evə qayıtdıqda isə atası Zöhrabın mətbəxdə əyləşib yemək yediyini görmüşdür. Anası Sevinc isə mətbəxdə güzgünün qabağında bəzənmiş və o, anlamışdır ki, anası harasa getməyə hazırlaşır, lakin o, anasından haraya gedəcəyini soruşmamışdır. Atası və anası o, orada olarkən mübahisə etməmişlər, sakitlik olmuşdur. O, ayaqüstə şirniyyatla çay içmiş və evdən çıxıb getmişdir. O, heç 10 dəqiqə evdə durmamış, evdən çıxanda saat təxminən 09.30 radələri olarmış. Bundan sonra o, işə getmişdir. O, avtomobil ustası yanında köməkçi işləyir. O, evdən çıxdıqdan 2 saat sonra adını xatırlamadığı qonşu zəng edib bildirmişdir ki, evə gəl evdə hadisə olmuşdur. Evə gəldikdə artıq polislərin orada olduğunu görmüş və atasının anası Sevinci öldürdüyünü ona demişlər. Onun fikrincə, atasının anası Sevinci öldürmək niyyəti anası Sevincin Nəcəf adlı şəxslə xəyanət etməsini bildikdən sonra əmələ gəlmişdir. Atası ona bir dəfə bu hadisəni belə qoymayacağını demişdir. Ola bilsin, hadisə günü anası Sevinclə atası Zöhrab arasında mübahisə zamanı atası Zöhrab əsəblərinə hakim ola bilməyib hadisəni törətmişdir. Hadisə günü atası Zöhrabın əynində göy rəngli uzunqol köynək və göy rəngli cins şalvar olmuşdur. Anasının üzərində isə göy rəngli qısa ev şortiki və ağ rəngli mayka olmuşdur. Atası hadisə gününədək ***-***-**-** mobil nömrəsindən istifadə etmişdir. Anası Sevinc isə 055-522- 66-16 və ***-***-**-** mobil telefon nömrəsindən istifadə etmişdir. O, Nəcəfin anket məlumatlarını bilmir. Sadəcə adının Nəcəf olduğunu bilir. Hadisə günü evdə anası Sevinc və atası Zöhrab olmuşlar. O, evdən çıxarkən evdə başqa adam olmamışdır. Atası Zöhrabı anası Sevinci öldürməyinə kimsə təhrik etməmişdir. Düşünmüşdür ki, atası Zöhrab anası Sevincin sözlərindən və Nəcəf adlı şəxslə xəyanət etməsindən əsəbləşib anasını öldürmüşdür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 143-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 may 2023-cü il tarixli şəxsin könüllü gələrək təslim olması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə özü könüllü polis şöbəsinə gələrək, həyat yoldaşı Zərərçəkmiş şəxs bıçaqla vuraraq öldürdüyünü bildirmişdir. Cinayət işinin 142-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RPİ-nin 12-ci PŞ-nin növbətçi əvəzi, polis polkovnik leytenantı Anar Seyidovun 10 may 2023-cü il tarixli raportundan görünür ki, xx.xx.2023-cü ildə saat 12:55-də Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirərək öldürməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin 3-14-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 may 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evidir. Giriş qapısı ilə üzbəüz evin dəhlizində arxasıüstə uzanmış şəkildə meyit vardır. Meyitin üzərində ağ rəngli qolsuz mayka və göy rəngli şortik vardır. Maykanın üzərində sinə nahiyəsi tərəfdə qanabənzər ləkələr müşahidə edilir. Meyitin sinə nahiyəsinin əsasən sol tərəfində kəsici-deşici alətlə kəsilməyə xarakterik xəsarət izləri vardır. Meyitin əynindəki ağ rəngli maykanın sinə nahiyəsindən 1 ədəd pambıq tampon vasitəsilə qanabənzər ləkələrdən nümunə götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Meyitin çənə, alın nahiyəsində də xəsarət izləri vardır. Meyitin ətrafında yerdə qanabənzər ləkələr müşahidə edilmir. Meyitin sol əlinin yanında yerdə meyitlə paralel şəkildə üzərində qanabənzər ləkələr olan, qəhvəyi tutacaqlı bıçaq vardır. Həmin bıçaq götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Meyitin sağ ayağı tərəfdə qırmızı rəngli dəmir borusu olan tozsoran müşahidə edilir. Tozsoranın dəmir borusu üzərində qanabənzər ləkələr vardır və həmin ləkələrdən pambıq tampon vasitəsilə 1 ədəd nümunə götürülərək müvafiq qaydada qablaşdırılmışdır. Baxış zamanı ümumilikdə 1 ədəd qəhvəyi tutacaqlı bıçaq, meyitin əynindəki ağ rəngli maykanın sinə nahiyəsindən 1 ədəd pambıq tampon vasitəsilə qanabənzər ləkələrdən nümunə, tozsoranın dəmir borusu üzərində ləkələrdən pambıq tampon vasitəsilə 1 ədəd nümunə (cəmi 2 ədəd nümunə) qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı fotoçəkiliş aparılmışdır. Cinayət işinin 15-20-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 may 2023-cü il tarixli meyitə baxış keçirilməsi haqqında protokoldan görünür ki, meyitə baxış keçirərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus meyitin üzərində qana bulaşmış ağ rəngli mayka, göy rəngli şortik vardır. Maykanın üzərində 13 ədəd kənarları hamar zədə vardır. Çənənin sağ yarısında qırmızımtıl rəngli qançırlar vardır. Çənənin ön səthində qırmızımtıl rəngli, səthi quru sıyrıq vardır. Döş qəfəsinin sol yarısının ön səthində cəmi 4 (dörd) ədəd müxtəlif ölçülərdə kənarları hamar, bucaqlarından biri iti, digəri küt olan qansızmalı yaralar vardır. Döş qəfəsinin sol yarısının ön səthində döşyanı xətt üzrə İİ qabırğaarası sahədə cəmi 5 (beş) ədəd qansızmalı yaralar vardır. Meyitin xarici müayinəsində digər xəsarətlər aşkar edilməmişdir. Meyitə baxış zamanı 1 ədəd ağ rəngli mayka, 1 ədəd göy rəngli şortik müvafiq qaydada qabiaşdırılaraq götürülmüşdür. Cinayət işinin 66-68-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 may 2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yerindən götürülmüş 1 ədəd qəhvəyi tutacaqlı bıçaq digər 4 ədəd bıçaqlar arasında Təqsirləndirilən şəxs təqdim olunmuş. Tanıyan şəxs Təqsirləndirilən şəxs təqdim edilən bıçaqları nəzərdən keçirib göstərmişdir ki, həmin tutacağı qəhvəyi rəngli olan 3-cü yerdə yerləşən bıçaq ilə hadisə vaxtı Zərərçəkmiş şəxs xəsarətlər yetirərək öldürmüşdür. Cinayət işinin 77-84-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 may 2023-cü il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsini əyani şəkildə göstərərək, istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Cinayət işinin 203-210-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X6” publik hüquqi şəxsin Sabunçu rayon şöbəsinin 10 iyun 2023-cü il tarixli 132 nömrəli meyidin ekspertizasının rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Kəskin və çoxlu daxili qanitirmə Döş qəfəsinin sol yarısının ön səthinin sol döş boşluğuna nüfuz edərək sol ağciyərin yaralanmasına səbəb olan 7 (yeddi) ədəd; Sol döş boşluğuna nüfuz etməyən 2 (iki) ədəd (ümumilikdə 9 ədəd) deşilmiş-kəsilmiş yaraları. Sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna sərbəst qanın və havanın yığılması). Daxili üzvlərdə kəskin azqanlılıq. Çənə və boyun nahiyələrinin qançırları və sıyrğı müəyyən edilmişdir. Xəsarətlər həyati olub, mərhumun ölümündən az əvvəl törənmişlər. Xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar küpü və ülgücü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçaqla (və ya ona bənzər diger bıçaq); qançırlar və sıyrıq isə bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər. Dərəcəsinə görə: Döş qəfəsinin sol yarısının ön səthinin sol döş boşluğuna nüfuz edərək sol ağciyərin zədələnməsinə səbəb olan 7 (yeddi) ədəd deşilmiş-kəsilmiş yaraların hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla mərhumun ölümü ilə birbaşa səbəbli əlaqəlidir; Döş boşluğuna nüfuz etməyən döş qəfəsinin ön səthinin 2 (iki) ədəd deşilmiş-kəsilmiş yarası hər biri ayrı-ayrılıqda və ümumilikdə canlı şəxslərdə sağlamlığa YÜNGÜL zərərvurmamn əlamətlərinə malikdirlər. Çənə və boyun nahiyələrinin qançırları və sıyrığı isə canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb qeyd olunan deşilmiş-kəsilmiş yaralarla əlaqədar sol ağciyərin yaralanması nəticəsində baş vermiş kəskin və çoxlu daxili qanitirmə olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 3-5 saat əvvələ uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən deşilmiş-kəsilmiş yaralar, xarakterinə, eləcə də yara kanalının istiqamətinə görə onun arxası üstə uzanıqlı vəziyyətində alınmasına daha çox xarakterikdir. Çənə və boyun nahiyəsində aşkar edilmiş qançırlar və sıyrıq isə bədənin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturaq, uzanmış və s.) ola bilərmiş. Meyitdə aşkar edilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığını müəyyən etmək mümkün deyil. Meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisiiatlar aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan 2 (iki) ədəd tamponun məhkəmə-tibbi tədqiqi zamanı spermatozoidlər aşkar olunmamışdır. Cinayət işinin 199-200-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X6” X13 Sabunçu rayon şöbəsinin 13 may 2023-cü il tarixli 1012 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sol əlin İ barmağının dırnaq falanqasına xırda ölçülü qansızma müəyyən edilmişdir. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, xx.xx.2023-cü il tarixdə törənə bilər, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin 216-220-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X6” X13 05 iyun 2023-cü il tarixli, 293/2023-MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu- Oalfa,beta/l/. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-O/l/. Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, 02 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs məxsus mayka, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «H» antigeni, əksər ləkələrdə həmçinin alfa və beta aqqlyutininləri alınmışdır. Bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs və ya əgər Təqsirləndirilən şəxs hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa ona məxsus ola bilər. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus şortik üzərində qana şübhəli ləkələr aşkar olunmamışdır. Cinayət işinin 223-225-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X6” X13 20 iyun 2023-cü ii tarixli, 207/2023-MTKŞ saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın sol döş nahiyəsində on üç ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus maykanın sol döş nahiyəsində aşkar edilmiş doqquz ədəd deşilmiş-kəsimiş zədə onun bədəninin döş qəfəsinin sol yarısının ön səthində olan doqquz ədəd eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Zərərçəkmiş şəxs məxsus maykanın sol döş nahiyəsində aşkar edilmiş digər dörd ədəd deşilmiş-kəsilmiş zədə onun bədənində öz əksini tapmamışlar. Bu da yalnız maykanın zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus şort, şalvar və köynək üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir dəyişiklik edilməmişdir. Cinayət işinin 115-122-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 13 may 2023-cü il tarixli cinayət işinin materiallarına əlavə olunmuş USB toplayıcısının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş USB-ə baxış keçirilən zaman, Təqsirləndirilən şəxs qızı Zeynəb Quliyeva ilə Şahid4 şəkillərinin olması, həmçinin, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı nalayiq ifadələr işlətdiyi səs yazıları mövcuddur. Cinayət işinin 185-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 21 iyul 2023-cü il tarixli cinayət işinin materiallarına əlavə olunmuş diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms və zəng məlumatlarını özündə əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat olması müəyyən edilməmişdir. Cinayət işinin 262-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 09 avqust 2023-cü il tarixli cinayət işinin materiallarına əlavə olunmuş diskin yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə daxil olan və çıxan sms və zəng məlumatlarını özündə əks etdirən CD diskə baxış keçirilmiş, baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumat olması müəyyən edilməmişdir. Cinayət işinin 169-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu Rayon Məhkəməsindən daxil olmuş 30 may 2023-cü il tarixli məktubdan görünür ki, Sabunçu Rayon Məhkəməsində iddiaçı Təqsirləndirilən şəxs ilə cavabdeh Zərərçəkmiş şəxs qarşı nikahın pozulmasına dair mülki iş icraatdadır. Cinayət işinin 170-171-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu Rayon Məhkəməsinin 13 dekabr 2022-ci il tarixli, 2(008)-676/2022 saylı qərardadından görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı nikahın pozulmasına dair mülki iş üzrə məhkəmə iclasında tərəflər məhkəməyə gəlmədiyindən, ərizə baxılmamış saxlanılmışdır. Cinayət işinin 178-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu Rayon Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli qərardadından görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdeh Zərərçəkmiş şəxs qarşı nikahın pozulmasına dair mülki iş üzrə məhkəmə iclasında iddiaçı Təqsirləndirilən şəxs ərizəsinin baxılmamış saxlanılması barədə müraciət etdiyindən, iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özünü ona görə qismən təqsirli bilir ki, Sevinc onu öldürməyə məcbur edirmiş. Onun açıq-saçıq geyinməsi və təhqirli sözlər işlətməsi onu öldürməyə vadar etmişdir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin məhkəməyə göndərdiyi barışması barədə teleqramı və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlləriinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının izah və tövsiyələrini də nəzərə alır. Belə ki, qərarda qeyd edilmişdir ki: “Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu edilmə mərhələsi və şəraiti,həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır”. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs sosial vəziyyəti, şəxsiyyəti, psixi və tibbi durumu və digər halların araşdırılması üçün müəyyən orqanlara sorğular ünvanlanmış və həmin sorğulara cavablar verilmişdir. Belə ki, cinayət işinin 194-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş 25 iyul 2023-cü il tarixli tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 193-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən daxil olmuş 29 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 180-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya X7 Şəxsindən daxil olmuş 02 iyun 2023-cü il tarixli, 8051 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıblar. Cinayət işinin 167-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Sabunçu RİHB-nın Sabunçu qəsəbəsi İƏD üzrə nümayəndəliyindən daxil olmuş 31 may 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağı -2009-cu il təvəllüdlü X5 və bir azyaşlı uşağı 2013-cü il təvəllüdlü X8 vardır. Cinayət işinin 212-213-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi X13 ambulator məcburi-narkoloji tibbi yoxlamanın 27 may 2023-cü il tarixli, 3288 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 228-231-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X13 05 iyun 2023-cü il tarixli, 1550 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin, dünyagörüşü səviyyəsinin, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradı olaraq tənzimləməsində hər hansı bir dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur və ictimai təhlükəli əməli törətdiyi zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs ictiami təhlükəli əməl zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur və buna görə də, törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməlindən sonra onda hər hansı psixi pozuntu qeyd olunmamışdır və halhazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək qabiliyyətindədir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci, 21.3-cü və 22.1-ci maddələrinin təsiri altına düşmədiyindən barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Öz psixi vəziyyətinə görə məhkəməistintaq hərəkətlərinin aparılmasında iştirak etmək və öz prosessual hüquq və vəzifələrini yerinə yetirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs emosionallıq, iradi zəiflik, başqalarının hiss və yaşantılarına qarşı biganə olmamaq, cəsarətsizlik kimi fərdi-psixi xüsusiyyətlərə və emosional halından asılı olaraq, öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Qeyd olunan cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında situasiya ilə əlaqədar hirslilik, qəzəb kimi hallar əmələ gəlmiş və cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin 143-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 may 2023-cü il tarixli şəxsin könüllü gələrək təslim olması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə özü könüllü polis şöbəsinə gələrək, həyat yoldaşı Zərərçəkmiş şəxs bıçaqla vuraraq öldürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, könüllü gəlib təqsirini boynuna alma heç bir məcburiyyət olmadan təqsirkar şəxsin könüllü olaraq öz-özünü istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına təqdim etməsini, törədilmiş və ya hazırlanan cinayət və ya həmin cinayətdə iştirak etməsi barədə bu orqanlara dürüst məlumat verməsini ehtiva edir. Həmçinin cinayətin açılmasına fəal kömək göstərmək törədilmiş cinayətlə əlaqədar şəxsin ona məlum olan bütün hallar haqqında istintaq zamanı düzgün ifadə verməsində, cinayətin iştirakçılarının, habelə cinayət yolu ilə əldə edilmiş predmetlərin, yaxud alət və vasitələrin tapılmasında, cinayətin izinin aşkar edilməsində istintaq orqanlarına kömək göstərməsində ifadə olunur. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini isə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası 01 dekabr 2017-ci il tarixdən qüvvədə olan CM-nin 60-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğün olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 10 may 2023cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 41-42-ci vərəqələrində olan cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə tutulmuşdur. Həmçinin, cinayət işinin 104- 109-cu vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 4(008)-380/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 10 may 2023-cü il tarixdən hesablanmaqla, barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olan 01 ədəd göy rəngli uzunqol köynək, 01 ədəd göy rəngli cins şalvar və cinayəti törədərkən istifadə etdiyi 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olan 01 ədəd ağ rəngli mayka, 01 ədəd göy rəngli şortik məhv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli və “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olan 01 ədəd göy rəngli uzunqol köynək, 01 ədəd göy rəngli cins şalvar və cinayəti törədərkən istifadə etdiyi 01 ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olan 01 ədəd ağ rəngli mayka, 01 ədəd göy rəngli şortik məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1993/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1993/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver