Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1993/2025 27.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X7 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1993-cü il tarixdə Ağsu şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, həbs olunana qədər heç bir yerdə işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 09 ay 01 bir gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 y/k-də kirayədə yaşamış, 01 sentyabr 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)- 465/2025 saylı, 03 sentyabr 2025-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitəni əldə edib saxlamış və daşımışdır. İşin faktiki halları: Təqsirləndirilən şəxs tamah niyyəti və satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda İran İslam Respublikasının vətəndaşı olması ehtimal edilən şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsdən naməlum şəraitdə qanunsuz olaraq xüsusilə külli miqdarda üzəri şəffaf yapışqan lentə bağlanmış qara rəngli polietilen bükümdə təmiz çəkisi 985 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, barəsində daxil olmuş qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatının realizəsi ilə bağlı 01 sentyabr 2025-ci il tarixdə saat 22:55 dəqiqədə Bakı şəhəri, Səbail RPİ-nin 8-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanın qarşısında saxlanılaraq, orada həmin tarixdə saat 22:55-dən etibarən videoçəkilişlə üstünün yoxlanılması zamanı sağ əlində saxladığı üzəri şəffaf yapışqan lentə bağlanmış qara rəngli polietilen bükümdə təmiz çəkisi 985 qram bozumtul-qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış xüsusilə külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar: Cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, altı aya yaxın müddətdir narkotik vasitə qəbul edir. Təxminən 20 gün bundan əvvəl “Tik-tok” sosial şəbəkəsində özünü «Mehdi» kimi təqdim edən İran islam Respublikası vətəndaşı ilə tanış olmuş, həmin şəxslə «Whatsapp» vasitəsi ilə İran İslam Respublikasına məxsus nömrə ilə əlaqə saxlayır. «Mehdi» adlı şəxs ona 350 (üç yüz əlli) manat qarşılığında narkotik vasitəni konum vasitəsi ilə (zakladka yolu ilə) bir yerdən götürüb başqa yerə qoymağı təklif etmiş, o da razılaşmışdır. Bir dəfə qeyd olunan məbləğ qarşılığında narkotik vasitəni göstərilən yerə qoymuşdur. 01,09.2025-ci il tarixdə saat 21 radələrində «Mehdi» adlı şəxs onunla «Whatsapp» vasitəsi ilə əlaqə saxlayaraq Bayıl qəsəbəsində 1 (bir) kiloqram narkotik vasitə heroin qoyulduğunu, həmin heroini oradan götürməyini təklif etmiş və bunun üçün ona 350 manat pul təklif etmiş, o da razılaşmışdır. Onun əvvəl birlikdə ofisiant işlədiyi yaxın tanışı Şahid1 31,08.2025-ci il tarixdə axşam saatlarında onun yanına qonaq gəlmiş, bir gün onlarda qalmış, sabahı gün, yəni 01.09,2025-ci il tarixdə axşam saatlarında Məsimə yaxın bir tanışı ilə görüşəcəyini bildirərək onunla getməsini təklif etmişdir. Məsim həmin vaxt ona etiraz etməmiş və onunla birlikdə Bayıl qəsəbəsinə gəlmişlər. O, Məsimə biraz kənarda dayanmağını, tanışının onu görməməsini təklif etmiş, Məsim kənarda dayanmış, o, İran İslam Respublikası vətəndaşı kimi tanıdığı «Mehdi» adlı şəxsin «WhatsappA» konum vasitəsilə ona göstərdiyi yerə getmiş, orada qoyulmuş qara rəngli sellofan bükülünü götürmüş və bir neçə metr getmişlər ki, mülki formada və üzərində polis sözü yazılmış jiletkada olan dörd nəfər şəxs onlara yaxınlaşmış, onlardan biri əlində olan telefonla çəkiliş aparmış, həmin şəxslər polis əməkdaşı olduqlarını bildirmişlər və onun üzərində narkotik vasitə olmasından şübhələndiklərini deyərək qanunsuz nə varsa təqdim etməyini istəmişlər. O, sağ əlində saxladığı, işərisində narkotik vasitə olan qara rəngli sellofana bükülmüş bükümü polislərə təqdim etmişdir. Bundan sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı ona məxsus qara rəngli kaburası olan ***-***- **-** nömrəsi altında işləyən «Samsung» markalı mobil telefonunu götürmüşlər, sonra yanında olan tanışı Məsimdən qanunsuz nə varsa təqdim etməsini istəmişlər, sonuncunun üzərində qanunla qadağan edilmiş əşya aşkar edilməmiş, Məsimin əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı qara rəngli kaburası olan «Redmi» markalı mobil telefonu götürmüşlər. Ondan aşkar edilmiş narkotik vasitə, «Samsung» markalı mobil telefon, eləcə də Məsimdən götürülmüş «Redmi» markalı mobil telefon qablaşdırılmış və möhürlənmişdir. Sonra onları polis əməkdaşları 8-ci polis bölməsinə gətirmişlər. Orada təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş daşıdığı həmin narkotik vasitə olan heroin bükümünə baxış keçirilmiş və qablaşdırılmışdır. Polis Bölməsinə təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Tanışı Şahid1 onun Bayıl qəsəbəsinə xx.xx.2025-ci il tarixdə nə məqsədlə getdiyini bilməmiş, sonuncuya tanışı ilə işi olduğunu bildirmişdir. O, Məsimə kənarda dayanmasını, tanışı ilə görüşəcəyini bildirmiş, onun ora hansı məqsədlə gəldiyini sonuncu bilməmişdir. «Mehdi» adlı şəxsin atdığı konumdan həmin bükümü götürdüyü zaman Məsim kənarda dayandığı üçün onun kimdən və haradan nə götürdüyünü görməmişdir. Həmin bükümü götürüb Məsimə yaxınlaşıb arxasınca gəlməsini deyib, 20-30 metr irəliləmişlər ki, polislər onları saxlamışlar. Heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. Sadəcə telefon vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikası vətəndaşı «Mehdi» adlı şəxsin göndərdiyi konumla həmin narkotik vasitə heroini konumdan götürüb başqa ünvana daşımaqla ondan pul almışdır. Özü də narkotik vasitə istifadəçisidir. Narkotik vasitələrin və ya psixotrop maddələrin qəbul edilməsinin qadağan olunmasını və məsuliyyətini dərk edir, əməlindən peşmandır. xx.xx.2025-ci il tarixdə saxlanlan zaman və şübhəli şəxs qismində 8-ci PB-nə gətirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməmişdir. Heroini tanımadığı və digər anket məlumatlarını bilmədiyi, sadəcə adını «Mehdi» kimi bildiyi İran İslam Respublikası vətəndaşından «Whatsapp» da atdığı konum vasitəsi ilə əldə edir. Həmin şəxslə görüşməmiş, onunla başqa münasibəti, əlaqəsi yoxdur və olmamışdır. Tik-tok sosial şəbəkəsində tanış olduğu «Mehdi» adlı şəxs öz istifadəsində olan +**********87 nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nİn 8-ci PBnin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə 21,03.1993-cü il təvəllüdlü, Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağsu rayonu, Ağsu şəhəri, X8 küçəsi ev 21, mənzil 9 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edib Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə rəhbərliyin əmri əsasında 01 sentyabr 2025-ci il tarixdə tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və Səbail RPİ-nin 8-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, əməliyyat müvəkkili, polis leytenantı Şahid4, əməliyyat müvəkkili, polis leytenantı Şahid5, 8-ci PB-nin Cinayət Axtarış üzrə kiçik inspektoru, polis serjantı X3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə olunmuşdur. Tərəflərindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs və həmin vaxt onun yanında olan xx.xx.1988-ci il təvəllüdlü, ünvan 5 ünvanında qeydiyyatda olan Şahid1 01 sentyabr 2025-ci il tarixdə saat 22:55 radələrində ünvan 3 ünvanın yaxınlığında saxlanılmışlar. Onlar videoçəkiliş aparılmaqla saxlanılan Təqsirləndirilən şəxs və Şahid1 özlərini təqdim edərək xidməti vəsiqələrini onlara göstərib polis əməkdaşı olduqlarını bildirmişlər. Saxlanılan Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün saxlanılması bildirilərək hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş və ona üzərində qanunla qadağan olunan hər hansı əşya və ya maddə varsa könüllü təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılan zaman sağ əlində saxladığı qara rəngli torbanı təqdim etmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli torbaya baxış keçirilmiş və torbanın içərisində üzəri yapışqanlı lentlə bağlanmış 01 ədəd qara rəngli sellofan bağlama olması müəyyən edilmişdir. Həmin sellofan bağlama açılaraq içərisinə baxış keçirildikdə qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra həmin sellofan bağlama tərəfindən qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və sonuncunun əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd «Samsung Galaxy» markalı mobil telefon aşkar edilərək kağız zərfə qablaşdırılıb götürülmüşdür. Sonra Şahid1 üstü tərəflərindən yoxlanılmış və sonuncunun əynində olan şalvarın sağ yan cibindən 01 ədəd «Redmi» markalı mobil telefon aşkar edilərək kağız zərfə qablaşdırılıb götürülmüşdür. Tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni Tiktok sosial şəbəkəsi vasitəsilə tanış olduğu «Mehdi» adlı İran İslam Respublikası vətəndaşından, sonuncunun bildirəcəyi ünvana yerləşdirmək məqsədilə ona göndərilən konum əsasında əldə etdiyini, bunun qarşılığında 350 manat qazanc əldə edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin İİR vətəndaşı «Mehdi» adlı şəxslə 10 gün əvvəl əlaqə saxladığını, sonuncudan narkotik vasitə hesab edilən "nəşə” aldığını, qarşılığında 350 manat qazanc əldə etdiyini qeyd etmişdir. Ona verilən əlavə suallara cavab olaraq, Şahid1 üzərində saxladığı narkotik vasitə barədə heç bir məlumat vermədiyini, başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını bildirmişdir. Eyni zamanda saxlanılan Şahid1 verilən suallara cavab olaraq, o da Təqsirləndirilən şəxs narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımasından məlumatı olmadığını bildirmişdir. Saxlanılan Təqsirləndirilən şəxs və Şahid1 üstünün yoxlanılmasına dair protokolu yerində tərtib etmək üçün şərait olmadığından Səbail RPİnin 8-ci PB-nin inzibati binasında tərtib edilmiş, üstünü yoxlama prosesini əks etdirən videogörüntü 01 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Tərəfindən Təqsirləndirilən şəxs barəsində müvafiq araşdırma aparılması barədə 8-ci PB-nin rəhbərliyinə məruzə edildikdən sonra araşdırmanın aparılması PB-nin təhqiqatçısı, polis mayoru Pərviz Cəfərova həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı götürülmüş 01 ədəd qara rəngli sellofan bağlama, 01 ədəd mobil telefonun qablaşdırıldığı zərf, Şahid1 üstünün yoxlanılması zamanı götürülmüş 01 ədəd «Redmi» markalı mobil telefonun qablaşdırıldığı zərf, həmçinin üstünü yoxlama prosesinin əks etdirən videogörüntünün olduğu 01 ədəd DVD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş 01 ədəd sellofan bağlama təhqiqatçı tərəfindən açılaraq içərisindəki kütləyə baxış keçirildikdən sonra yenidən qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs və Şahid1 götürülmüş mobil telefonlara baxış keçirildikdən sonra yenidən zərflərə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, əməliyyat tədbirində ümumi olaraq 5 nəfər olduqlarını, təqsirləndirilən şəxsi saxlayan zaman yanında dostunun olduğunu, saxlanılan zaman heç bir müqavimət göstərmədiyini, təqsirləndirilən şəxsə qarşı fiziki və psixi təzyiq olunmadığını, təqsirləndirilən şəxsi saxlayan narkotik vasitə olan bağlamanı artıq götürdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində Səbail RPİ-nin 8-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, 8-ci PB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid4 və polis leytenantı Şahid5 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri, Səbail RPİ-nİn 8-ci PB-nin CA üzrə kiçik inspektoru, polis serjantı X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. Səbail RPİ-nin 8-ci Polis Bölməsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə edib Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə 01 sentyabr 2025-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş, polis əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik polis əməkdaşı Ramala həvalə olunmuş, o, isə qrup üzvü qismində tədbirlərdə iştirak etmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 01 sentyabr 2025-ci il tarixdə saat 22:50–22:55 radələrində ünvan 6 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs və yanında olan şəxs saxlanılmışdır.Saxlanılma zamanı videoçəkiliş aparılmış, hər iki şəxsə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs saxlanılma səbəbi, hüquq və vəzifələri, o cümlədən müdafiəçiyə malik olmaq hüququ izah edilmiş və üzərində qanunla qadağan olunmuş əşyaların könüllü təqdim edilməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı qara rəngli torbanı könüllü təqdim etmişdir. Onun da iştirakı ilə torbaya baxış keçirilmiş, içərisində qara rəngli sellofan bağlama aşkar edilmişdir. Bağlamaya baxış zamanı içərisində narkotik vasitə heroinə bənzər qəhvəyi rəngli kütlə müəyyən edilmiş, maddə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Digər şəxsin üzərində narkotik vasitə aşkar olunmamışdır və bu faktlardan xəbərsiz olduğunu bildirmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, təqsirləndirilən şəxsi saxlayan zaman heç bir müqavimət göstərmədiyini, həmçinin təqsirləndirilən şəxsi saxlayan zaman ona qarşı heç bir fiziki və psixi təzyiq göstərilmədiyini, Təqsirləndirilən şəxs saxladıqları yerə 30 dəqiqə əvvəldən getdiklərini, PB-nə Təqsirləndirilən şəxs və Şahid1 başqa heç kəsi aparmadıqlarını, təqsirləndirilən şəxsi saxlayan zaman ətrafda yetkinlik yaşına çatmayan hər hansı bir şəxsin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs iki aya yaxın müddətdir tanıyır, birlikdə Bakı şəhərində müxtəlif restoranlarda ofisiant-masadar işləmişlər, həmin vaxt aralarında yaxın münasibət yaranmışdır. Təxminən bir aydan artıqdır ki, Kənan işdən çıxmış, başqa bir işə getmişdir. Aralarında münasibət qalsa da, telefon əlaqələri olmamışdır. 31,08.2025-ci il tarixdə axşam saatlarında Kənan ona zəng edib, onu kirayədə yaşadığı, Abşeron rayonu Masazır qəsəbəsində yerləşən evinə qonaq dəvət etmiş və onunla görüşmək istədiyini bildirmişdir. O da Kənanın dediyi ünvana onunla görüşmək üçün getmiş, bir gecə onlarda qalmışdır. 01.09,2025-ci il tarixdə axşam saatlarında həmin gün işi olmadığından Kənanla birlikdə olmuşdur. Kənan ona bildirmişdir ki, bir nəfər tanışı var, onu görmək üçün Bakı şəhərinə gedəcək, ona da birlikdə getməyini xahiş etmişdir. O da Kənana etiraz etmədən birlikdə yol taksisi ilə həmin ünvana, yəni Bakı şəhəri, Səbail rayonunda yerləşən Bayıl qəsəbəsinə getmişlər. Tanımadıqları taksidən düşdükdən sonra Kənan ona ara məhəllədə dostu ilə görüşəcəyini, dostunun onu görməməsini və onun da kənarda dayanmağım bildirmişdir. O, bir az kənarda dayanmış və telefonla danışmağa başlamışdır. Kənan məhəlləyə tərəf getmiş, bir az keçmişdir ki, Kənan əlində qara selofanla ona tərəf gəlib, onun arxasınca gəlməyini bildirmişdir. Təxminən 20-30 metr binalardan üzü yola doğru irəlilədikdə qarşıdan mülki geyimdə jilet geyimli arxasında polis sözləri yazılmış, özlərini polis kimi təqdim edən dörd nəfər şəxs əvvəlcə Kənana, sonra ona yaxınlaşmış, həmin vaxt Kənanın əlində qara rəngli sellofan bükülü olmuşdur. Polislər onları saxladıqda, məlum olmuşdur ki, Kənanın əlində olmuş həmin qara torbada narkotik vasitə var. O, Kənanın həmin torbanı kimdən, nə məqsədlə, nə cür əldə etdiyini görməmiş və bilməmişdir. Həmin vaxt polislər onun da üzərinə icazəsi ilə baxış keçirmişlər, onun üstündən heç bir qanunla dövriyyəsi qadağan edilən əşya aşkar edilməmiş, əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı qara rəngli kaburası olan «Redmi» markalı mobil telefonu götürmüşlər. Kənanın əlində olan qara rəngli sellofan bükülünü və «Samsung» markalı mobil telefonunu götürmüşlər və zərflə qablaşdırmışlar. Təqsirləndirilən şəxs hansı məqsədlə Bayıl qəsəbəsinə gəldiyini ona deməmiş, o, sonuncunun hansı məqsədlə ora gəldiyini bilməmişdir. Ona dostu İlə görüşmək üçün həmin yerə getməklərini və onun kənarda gözləməyini bildirmişdir. Həmin vaxt onun Kənanın əldə etdiyi qara rəngli selofandakı bağlamadan, bağlamanın içərisində nə olduğundan xəbəri olmamışdır. Polis tərəfindən saxlanılan zaman onlara qarşı heçbir zorakılıq olmamışdır. Narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etmir. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq, sellofan bükümün rəngini xatırlamadığını, təqsirləndirilən şəxsin ora dostu ilə görüşmək üçün getdiyini deməsini, əvvəllər narkotik vasitədən istifadə etdiyini, hazırda isə heç bir narkotik vasitədən istifadə etmədiyini, saxlanıldıqları yerdə təxminən 30 dəqiqə qaldıqlarını, polis bölməsinə saat neçədə aparılmaqlarını bilmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 01 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Səbail RPİ-nin 8-ci PB-nə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Bakı şəhəri, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu və onun həmin vaxt yanında olan Şahid1 01 sentyabr 2025-ci il tarixdə saat 22:55 dəqiqədə ünvan 3 ünvanın qarşısında saxlanılaraq Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı sonuncu sağ əlində saxladığı 01 (bir) ədəd qara rəngli torbanı təqdim etmiş, həmin torbanın içərisində 01 ədəd qara rəngli sellofan paketə bükülmüş üzəri yapışqanlı lentlə örtülmüş 01 ədəd bağlama olması müəyyən edilmiş, bağlamanın içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, sonra həmin narkotik vasitə heroinə bənzər kütlə qablaşdırılaraq üzəri DİN-nin zərflər üçün 52 saylı möhürü ilə möhürlənmiş, daha sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, sonuncunun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefon, Şahid1 üstü yoxlanılan zaman isə əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd «Redmi» markalı mobil telefon aşkar edilmiş, hər iki mobil telefon zərfə qoyularaq DİN-nin zərflər üçün 52 saylı möhürü ilə möhürlənərək qablaşdırılmış, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitəni Tik-Tok sosial şəbəkəsindən tanıdığını, «Mehdi» adlı İran İslam Respublikası vətəndaşının vasitəsi ilə Səbail rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı yerlərə çatdıraraq qazanc əldə etmək məqsədi ilə əldə etdiyini bildirmiş, bundan başqa təxminən 10 gün öncə Tik-Tok sosial şəbəkəsindən tanıdığı «Mehdi» adlı İİR vətəndaşının narkotik vasitə hesab olunan heroini əldə edərək müxtəlif ünvanlara yerləşdirib 350 manat qazanc əldə etdiyini bildirmiş, bundan başqa o, dostu Şahid1 Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov küçəsi 14 ünvanınına nə məqsədlə gəldiyini bildirmədiyini söyləmiş, Şahid1 verilən suallara cavab olaraq dostu Təqsirləndirilən şəxs ilə birlikdə qeyd olunan ünvana gəldiyini, lakin nə məqsədlə gəlməsini bilmədiyini bildirmişdir. Üstünü yoxlama Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov küçəsi 14 ünvanının qarşısında keçirilmiş, üstünü yoxlama zamanı «Samsung» markalı mobil telefon vasitəsi ilə Səbail RPİ-nin 8-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid4 tərəfindən video çəkiliş aparılmışdır. Cinayət işinin materiallarında olan «əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş tərəfindən təqdim edilən əşyaya baxış keçirilməsi və götürülməsi haqqında» 02 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Səbail RPİ-nin 8-ci PB-nin keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində 01 sentyabr 2025-ci il tarixdə saat 22:55 dəqiqədə ünvan 8 ünvanın qarşısında saxlanılaraq üstü yoxlanılan zaman götürülmüş 01 (bir) ədəd torbanın içərisində üzəri yapışqanlı lentlə örtülmüş 01 ədəd qara rəngli sellofan bağlamada narkotik vasitə heroinə bənzər kütlə, üzərindən aşkar edilmiş 01 ədəd «Samsung» markalı mobil telefon, saxlanılan zaman Təqsirləndirilən şəxs yanında olmuş Şahid1 üstü yoxlanılan zaman götürülmüş 01 (bir) ədəd «Redmi» markalı mobil telefon qablaşdırılaraq üstünü yoxlama prosesini əks etdirən videogörüntünün köçürüldüyü 01 ədəd DVD formatlı disklə birlikdə aidiyyəti üzrə təqdim edilmiş, təqdim olunan 01 (bir) ədəd üzəri yapışqanlı lentlə örtülmüş qara rəngli sellofan bağlamada narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş və həmin kütlə yenidən qablaşdırılıb DİN-nin 52 saylı möhürü ilə möhürlənmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 (bir) ədəd «Samsung» markalı mobil telefona baxış keçirilmiş, mobil telefonun «Whatsapp» proqramında «Mehdi» adlı şəxsin iranlı ləhcəsi ilə Təqsirləndirilən şəxs 1 kiloqram çəkidə satış məqsədi ilə heroin göndərdiyi səs yazılarında və yazışmalarda qeyd edilmiş, Şahid1 aşkar edilmiş «Redmi» markalı mobil telefonda şübhə doğuracaq hər hansı danışıq və ya yazı aşkar edilməmiş, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, ondan aşkar edilmiş narkotik vasitənin heroin olduğunu, təxminən iyirmi gün əvvəl Tik-tok sosial şəbəkədə tanış olduğu, İran İslam Respublikası vətəndaşı olan, özünü «Mehdi» kimi təqdim etmiş şəxsin istəyi ilə xx.xx.2025-ci il tarixdə saat 21 radələrində konum (zakladka) vasitəsi ilə 350 manat qarşılığında narkotik vasitəni başqa ünvana çatdırmaq üçün Bayıl qəsəbəsində göstərilən ünvandan götürən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını, sağ əlində saxladığı içərisində narkotik vasitə heroin olan qara rəngli sellofan bükülünü təqdim etdiyini bildirmişdir. Baxış və götürmə zamanı «Samsung» markalı mobil telefonun videokamerası vasitəsi ilə Səbail RPİ-nin 8-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid4 tərəfindən video çəkiliş aparılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 sentyabr 2025-ci il tarixli, 6/2926 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 52” dairəvi möhür əksi olan üzəri şəffaf yapışqan lentə bağlanmış qara rəngli polietilen bükümdə təmiz çəkisi 985 qram bozumtul-qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi” haqqında 02 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin 01 ədəd DVD formatlı diskdə əks edilmiş görüntülər 01 sentyabr 2025-ci il tarixdə saat 22:55 dəqiqədə qeydə alınır. ünvan 3 ünvanın yaxınlığında Səbail RPİ-nin 8-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, 8-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, əməliyyat müvəkkili, polis leytenantı Şahid4, əməliyyat müvəkkili, polis leytenantı Şahid5, 8-ci PB-nin CA üzrə kiçik İnspektoru, polis serjantı X6 tərəfindən əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanması zamanı saxlanılan şəxs Təqsirləndirilən şəxs və onun yanında olan Şahid1 üstü yoxlanılır. Üstünü yoxlamazdan əvvəl Təqsirləndirilən şəxs və Şahid1 üzərilərində olan qanunsuz əşya və ya maddələri könüllü təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı 01 ədəd qara rəngli torbanı təqdim edir. Həmin torbaya baxılan zaman içərisində üzəri yapışqanlı lentlə örtülmüş qara rəngli sellofan bağlama olması müəyyən edilir. Həmin bağlamaya baxış keçirilərkən qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilir. Bundan sonra həmin bağlama möhürlənərək götürülür. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılır, sonuncunun əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd «Samsung Galaxy» markalı mobil telefon aşkar edilir. Aşkar edilmiş 01 ədəd mobil telefon ağ rəngli kağız zərfə qablaşdırılaraq götürülür. Bundan sonra, Şahid1 üstü yoxlanılır, sonuncunun əynində olan şalvarın sağ yan cibindən 01 ədəd «Redmİ» markalı mobil telefon aşkar edilərək ağ rəngli kağız zərfə qablaşdırılaraq götürülür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni Tiktok sosial şəbəkəsi vasitəsilə tanış olduğu «Mehdi» adlı İran İslam Respublikası vətəndaşından, sonuncunun bildirəcəyi ünvana yerləşdirmək məqsədilə ona göndərilən məkan məlumatı əsasında əldə etdiyini, bunun qarşılığında 350 manat qazanc əldə edəcəyini bildirir. Bundan başqa, Təqsirləndirilən şəxs İİR vətəndaşı «Mehdi» adlı şəxslə 10 gün əvvəl əlaqə saxladığını, sonuncudan narkotik vasitə hesab edilən “nəşə” aldığını, qarşılığında 350 manat qazanc əldə etdiyini bildirir. Təqsirləndirilən şəxs verilən əlavə suallara cavab olaraq, o, Şahid1 üzərində saxladığı narkotik vasitə barədə heç bir məlumat vermədiyini, başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamadığını bildirir. Şahid1 verilən suallara cavab olaraq, o, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımasından məlumatı olmadığını bildirir. Cinayət işinin materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” 18 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, qeyd olunan mobil telefon aparatı «Samsung Galaxy A32» markalı, smart funksiyalı mobil telefon aparatıdır. Mobil telefonun «Whatsapp» ani mesajlaşma tətbiqinə baxış keçirilərkən «Azercell» mobil şəbəkəsinə aid olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçməsi müəyyən edilmişdir. Baxış zamanı «Whatsapp» ani mesajlaşma tətbiqində «Mehdi.mehr» kontakt adı ilə yaddaşda saxlanılmış İran İslam Respublikası mobil şəbəkəsinə aid +98 914 *** **** saylı mobil nömrə ilə söhbət pəncərəsində narkotik vasitələrin dövriyyəsi ilə bağlı mesaj mətnləri, səs qeydləri və fotoşəkillər müəyyən edilmişdir. Qeyd olunan məlumatlara baxış zamanı “atda şəkli” məzmunlu mesaj mətni, “dedim ata qoy atsın, atım şəkil, məndə deyilki ondadı” məzmunlu səs qeydi, “noldu, ay gaga, 1 kilo mal di götürdün yaz, 1 gram deyilki” məzmunlu mesaj mətni, “1 kilo maldı ha zarafat söhbət deyil, mənim evimi yıxarsan ha”, “o sefer götürdüyün o kilo yarım var idi ha, eyni həmən maldandı, fərq eliyir ha bu söhbət” məzmunlu səs qeydlər, “niya adboy verisan”, “götürüm deyecem” məzmunlu mesaj mətnləri, “bə sən bir saatdı şəkli alıbsan, bir qram deyil ha bir kilo maldı, şuluğ söhbət deyil ha, malı qoyan bura bilir kimə mal verir, gələr mənim qapıma evimi yıxarsan ha" məzmunlu səs qeydi, “bunu götürdün dee, patinin ünvanın atım”, “ay gardas noldu goturmadin, 1 kilo maldi zarafat sohbat dayil” məzmunlu mesaj mətnləri aşkar edilmişdir. Bundan başqa, mobil telefonun daxilindəki digər qovluqlara baxış zamanı «Qalereya» başlıqlı qovluğun tərkibində narkotik vasitələrin dövriyyəsi ilə bağlı fotoşəkillər aşkar edilmişdir. Baxış zamanı aşkar edilmiş sübut əhəmiyyətli fotoşəkillər printerdə çap edilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi” haqqında 02 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, həmin DVD diskdə əks edilmiş görüntülər 02 sentyabr 2025-ci il tarixdə Səbail RPİ-nin 8-ci PB-nin təhqiqatçısı, polis mayoru X5 xidməti otağında qeydə alınmışdır. Videogörüntüdən xidməti otaqda təhqiqatçı Pərviz Cəfərov, Səbail RPİ-nin 8-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, 8-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid3, əməliyyat müvəkkili, polis leytenantı Şahid4, əməliyyat müvəkkili, polis leytenantı Şahid5, 8-ci PB-nin CA üzrə kiçik inspektoru, polis serjantı X6, saxlanılan şəxslər Təqsirləndirilən şəxs və Şahid1 olması müəyyən edilir. Təhqiqatçı tərəfindən saxlanılan şəxslər Təqsirləndirilən şəxs və Şahid1 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir. Bundan sonra Səbail RPİ-nin 8-ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 saxlanılan şəxs Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı götürülmüş 01 ədəd üzəri yapışqanlı lentlə örtülmüş qara rəngli sellofan bağlamanı və 01 ədəd «Samsung Galaxy» markalı mobil telefonun qablaşdırıldığı zərfi, Şahid1 üstünün yoxlanılması zamanı götürülmüş 01 ədəd «Redmi» markalı mobil telefonun qablaşdırıldığı zərfi, həmçinin üstünü yoxlama prosesini əks etdirən videogörüntünün olduğu 01 ədəd DVD diski təhqiqatçıya təqdim edir. Təqdim edilmiş 01 ədəd üzəri yapışqanlı lentlə örtülmüş qara rəngli sellofan bağlamaya təhqiqatçı tərəfindən baxış keçirildikdə içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilir. Kütləyə baxış keçirildikdən sonra yenidən qablaşdırılaraq götürülür. Bundan sonra Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı götürülmüş 01 ədəd «Samsung Galaxy» markalı mobil telefonun «Whatsapp» mesajlaşma tətbiqinə baxış keçirilir. Baxış zamanı «Mehdi» adlı İİR vətəndaşı ilə aparılmış danışıqlara dair mesaj mətnləri və səs yazıları aşkar olunur. Şahid1 üstünün yoxlanılması zamanı götürülmüş 01 ədəd «Redmi» markalı mobil telefona təhqiqatçı tərəfindən baxış keçirilərkən narkotik vasitələrin dövriyyəsi ilə bağlı hər hansı məlumat aşkar edilmir. Hər iki mobil telefon cihazı yenidən zərflərə qablaşdırılaraq götürülür. Təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni «Mehdi» adlı İran İslam Respublikası vətəndaşından, sonuncunun bildirəcəyi ünvana yerləşdirmək məqsədilə ona göndərilən məkan məlumatı əsasında əldə etdiyini bildirir. Şahid1 verilən suallara cavab olaraq, o, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşımasından məlumatı olmadığını bildirir. Cinayət işinin materiallarında olan “telefon məlumatlarına baxış keçirilməsi barədə” 05 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, diskin “12684-xx.xx.2025” adlı 01 ədəd “zip” formatlı qovluq vardır. Həmin qovluq açılaraq baxış keçirildikdə “513949596_SMS”, “**********96” adlı 02 ədəd “txt” formatlı, “abuneciler” və “antenna” adlı 02 ədəd “xlsx” formatlı fayllar mövcuddur. Həmin fayllar ardıcıllıqla açılaraq baxış keçirildi. Baxış zamanı müəyyən edildi ki, ********** saylı mobil nömrə Təqsirləndirilən şəxs adına qeydiyyatdadır. Sms mətnlərinə baxış zamanı narkotik vasitələrin dövriyyəsi ilə bağlı hər hansı məlumat aşkar edilmədi. Cinayət işinin materiallarında olan “cinayət işinin başlamasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 13 noyabr 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Xidməti araşdırmalar idarəsində toplanmış 1139-C-25 nömrəli material üzrə cinayət işinin başlanılması hissəvi rədd olunmuş, Təqsirləndirilən şəxs bədən xəsarətlərini hansı şəraitdə və hadisə nəticəsində almasının müəyyən edilməsi üçün daxili işlər orqanları tərəfindən araşdırılma aparılmasının təmin edilməsi məqsədilə materialdan ayrılmış material aidiyyəti üzrə Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinə göndərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator məcburi-narkoloji tibbi yoxlamasının 22 sentyabr 2025-ci il tarixli 5917 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, ifadələr arasında ziddiyyət olduğundan Şahid5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkəti zamanı Şahid5 ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək bir daha ifadələrini təsdiqləmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, ifadələr arasında ziddiyyət olduğundan Şahid4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkəti zamanı Şahid4 ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək bir daha ifadələrini təsdiqləmişdir. Cinayət işinin materiallarında olan “Üzləşdirmə haqqında” protokoldan görünür ki, ifadələr arasında ziddiyyət olduğundan Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, həmin istintaq hərəkəti zamanı Şahid2 ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək bir daha ifadələrini təsdiqləmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.5-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü ildə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün irəli sürdüyü sübutlar: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitəni şəxsi istifadə məqsədilə gedib götürmüş və həmin zaman polis əməkdaşları ona yaxınlaşmışlar. Lakin o, ona yaxınlaşan şəxslərin polis olduğunu bilməmişdir. Sadəcə oradan qaçaraq uzaqlaşmışdır. Daha sonra qabaqda gözələyən polis əməkdaşları onu saxlamışlar. Daha sonra digər iki mülki geyimli polis əməkdaşı da gəlmiş və onu aparıb döymüşlər. Onu döyüldüyü yerdə 1 gün saxlayıb səhər sərbəst buraxmışlar. Sonradan onu tutan zaman üzərində aşkar olunmuş 1 kq çəkidə narkotik vasitə ona aid olmamışdır. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, narkotik vasitənin bütün növlərindən istifadə etdiyini, saxlanıldığı gün 5 qram narkotik vasitə heroin götürmək üçün hadisə yerinə getdiyini və 70 manat ödənişi qabaqcadan göndərdiyini, polis əməkdaşlarından qaçdığı üçün döyüldüyünü, saxlanıldığı gün götürmək üçün getdiyi narkotik vasitə onda olmamışdır, polis əməkdaşlarının onu döydükdən sonra narkotik vasitəni gətirib önünə qoyduqlarını, fiziki təzyiqlərə məruz qaldığı üçün məhkəməyə qədərki icraat dövründə etirafedici ifadələr verdiyini, narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını, İran vətəndaşı ilə aralarında narkotik vasitənin çəkisi ilə bağlı danışıq aparılmadığını, İran vətəndaşının ona sadəcə narkotik vasitənin şəkilini atdığını, Şamaxinka adlanan ərazidə hadisə günü aparat vasitəsilə pul göndərdiyini, bundan əvvəlki məhkəmə proseslərində öz təhlükəsizliyinə görə həqiqətləri demədiyini bildirmişdir. Cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs qismində əlavə dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Səbail rayonu ərazisində öz şəxsi istifadəsi üçün getdiyi məkana yaxınlaşmadan bir neçə şəxsin ona hücum etdiyini görmüş və oradan qaçaraq uzaqlaşmağa çalışmışdır. Bu zaman park ərazisində yıxılmış və bu zaman həmin şəxslər ona çataraq onu döyməyə başlamışlar. Daha sonra onu narkotik vasitənin olduğu məkana gətirib orada da döyməyə davam etmişlər. Onu döyən zaman iki nəfər yeniyetmənin bunu mobil telefona qeydə aldığıını görüb onları da saxlayaraq polis bölməsinə aparmışlar. Ona atılmış məkana 35 dəqiqə sonra bir torba gətirmişlər və video çəkiliş ediləcəyini bildirmişlər. Razı olmadığı halda dostunun da həbs ediləcəyini bildirdilər. O, dostunun bu işlərdən xəbərsiz olduğu üçün razılaşmış və onların dedikləri kimi video çəkilişdə danışmışdır. Polis bölməsində olan zaman ondan izahat alınmamış, yazılmış izahata oxumadan imza atmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma; Yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə külli miqdarda və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddə 3 - Yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Maddə 8.1 - Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Maddə 41.2 - Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Maddə 56.1.3. Xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Maddə 58.3 - Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Maddə 65.2. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Maddə 69.3 - Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Maddə 83.3.3. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Maddə 93.1.2. cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Maddə 99-1.2. məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Maddə 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 44.1 - Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124 - İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 145 - Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 125.8 - Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 158.2 - Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6 - Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 132 - Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1 - Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən narkotik vasitə heroinin çəkisi 0,15 qramdan artıq xeyli miqdar, 2 qramdan artıq külli miqdar, 800 qramdan artıq olduqda xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9 - Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.11 - Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 2 №-li qərarı Qərarın 9-cu bəndi - Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas) - Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi - Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Konvensiyası və Avropa Məhkəməsinin president hüququ: "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmənin hüquqi dəyərləndirməsi: Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitə heroinin miqdarı qüvvədə olan qanunvericiliyə əsasən xüsusi ilə külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, üzərində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmetin olmaması, polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması, bunun nəticəsi olaraq polis əməkdaşlarının təqdim etdiyi narkotik vasitənin özünə məxsus olması barədə etirafedici izahat verməsi barədə Təqsirləndirilən şəxs ifadəsi işdə olan sübutlarla təsdiq olunmadığına görə qəbul edilə bilməz və cinayət məsuliyyətindən yayınmaq üçün özünümüdafiə məqsədi ilə verilmiş sayılmalıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə göndərilmiş ilkin tibbi kitabçanın surətindən görünür ki, sonuncu həbs olunmadan əvvəl zədə aldığını bildirmişdir. Baxış zamanı alnında, sol saidin arxa, hər iki diz oynağında, ön səthində köhnə çapıqlar var. Sol saidin arxasında, qarının sol bayır səthində, hər iki diz oynaqlarının öt səthində səpələnmiş qərtməkli yaralar var. Hər iki yuxarı, aşağı ətraflarda narkotik inyeksiya izləri, çapıqlanmış zədələr var. Cinayət işinin materiallarına əlavə edilmiş 02 sentyabr 2025-ci il tarixli və 03 sentyabr 2025-ci il tarixli şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman vermiş olduğu ifadələrindən görünür ki, təqsirləndirilən şəxs 01 sentyabr 2025-ci il tarixdə axşam saatlarında Səbail rayonu ərazisində, barəsində heç bir məlumatının olmadığı, İİR vətəndaşı olan “Mehdi” adlı şəxsin atdığı məkanda olan qara rəngli sellofana bükülü olan narkotik vasitəni 350 manat müqabilində yerləşdirildiyi məkandan “Mehdi” adlı şəxsin dediyi digər bir məkana aparmaq üçün götürmüşdür. İzahatlarında həmçinin ona verilmiş suallara cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı hər hansı zor və ya təzyiq olmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş həmçinin təqsirləndirilən şəxs ilə birlikdə saxlanılmış Şahid1 ifadəsində, saxlanılan zaman Təqsirləndirilən şəxs əlində qara rəngli sellofan bükülü olduğunu bildirmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, Kənan ona bir nəfər tanışını görmək üçün Bakı şəhərinə getməyi təklif etmiş, o da etiraz etməyərək Kənan ilə birlikdə yol taksisi ilə həmin ünvana, yəni Bakı şəhəri, Səbail rayonunda yerləşən Bayıl qəsəbəsinə getmiş, taksidən düşdükdən sonra Kənan ona ara məhəllədə dostu ilə görüşəcəyini, dostunun onu görməməsini və onun da kənarda dayanmağını bildirmiş, Kənan məhəlləyə tərəf getmiş, bir az keçmişdir ki, Kənan əlində qara selofanla ona tərəf gəlib, onun arxasınca gəlməyini bildirmiş, təxminən 20-30 metr binalardan üzü yola doğru irəlilədikdə qarşıdan mülki geyimdə jilet geyimli arxasında polis sözləri yazılmış, özlərini polis kimi təqdim edən dörd nəfər şəxs əvvəlcə Kənana, sonra ona yaxınlaşmış, həmin vaxt Kənanın əlində qara rəngli sellofan bükülü olmuşdur. Polislər onları saxladıqda, məlum olmuşdur ki, Kənanın əlində olmuş həmin qara torbada narkotik vasitə var. O, Kənanın həmin torbanı kimdən, nə məqsədlə, nə cür əldə etdiyini görməmiş və bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən ünvana, yəni Bakı şəhəri, Səbail rayonunda yerləşən Bayıl qəsəbəsinə məhz narkotik vasitəni götürmək üçün getmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini mötəbər sübut qismində qəbul edir və sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsindən də görünür ki, altı aya yaxın müddətdir narkotik vasitə qəbul edir. Təxminən 20 gün bundan əvvəl “Tik-tok” sosial şəbəkəsində özünü «Mehdi» kimi təqdim edən İran islam Respublikası vətəndaşı ilə tanış olmuş, həmin şəxslə «Whatsapp» vasitəsi ilə İran İslam Respublikasına məxsus nömrə ilə əlaqə saxlayır. «Mehdi» adlı şəxs ona 350 (üç yüz əlli) manat qarşılığında narkotik vasitəni konum vasitəsi ilə (zakladka yolu ilə) bir yerdən götürüb başqa yerə qoymağı təklif etmiş, o da razılaşmışdır. Bir dəfə qeyd olunan məbləğ qarşılığında narkotik vasitəni göstərilən yerə qoymuşdur. 01,09.2025-ci il tarixdə saat 21 radələrində «Mehdi» adlı şəxs onunla «Whatsapp» vasitəsi ilə əlaqə saxlayaraq Bayıl qəsəbəsində 1 (bir) kiloqram narkotik vasitə heroin qoyulduğunu, həmin heroini oradan götürməyini təklif etmiş və bunun üçün ona 350 manat pul təklif etmiş, o da razılaşmışdır. Onun əvvəl birlikdə ofisiant işlədiyi yaxın tanışı Şahid1 31,08.2025-ci il tarixdə axşam saatlarında onun yanına qonaq gəlmiş, bir gün onlarda qalmış, sabahı gün, yəni 01.09,2025-ci il tarixdə axşam saatlarında Məsimə yaxın bir tanışı ilə görüşəcəyini bildirərək onunla getməsini təklif etmişdir. Məsim həmin vaxt ona etiraz etməmiş və onunla birlikdə Bayıl qəsəbəsinə gəlmişlər. O, Məsimə biraz kənarda dayanmağını, tanışının onu görməməsini təklif etmiş, Məsim kənarda dayanmış, o, İran İslam Respublikası vətəndaşı kimi tanıdığı «Mehdi» adlı şəxsin «WhatsappA» konum vasitəsilə ona göstərdiyi yerə getmiş, orada qoyulmuş qara rəngli sellofan bükülünü götürmüş və bir neçə metr getmişlər ki, mülki formada və üzərində polis sözü yazılmış jiletkada olan dörd nəfər şəxs onlara yaxınlaşmış, onlardan biri əlində olan telefonla çəkiliş aparmış, həmin şəxslər polis əməkdaşı olduqlarını bildirmişlər və onun üzərində narkotik vasitə olmasından şübhələndiklərini deyərək qanunsuz nə varsa təqdim etməyini istəmişlər. O, sağ əlində saxladığı, işərisində narkotik vasitə olan qara rəngli sellofana bükülmüş bükümü polislərə təqdim etmişdir. Bundan sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı ona məxsus qara rəngli kaburası olan ***-***-**-** nömrəsi altında işləyən «Samsung» markalı mobil telefonunu götürmüşlər, sonra yanında olan tanışı Məsimdən qanunsuz nə varsa təqdim etməsini istəmişlər, sonuncunun üzərində qanunla qadağan edilmiş əşya aşkar edilməmiş, Məsimin əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı qara rəngli kaburası olan «Redmi» markalı mobil telefonu götürmüşlər. Ondan aşkar edilmiş narkotik vasitə, «Samsung» markalı mobil telefon, eləcə də Məsimdən götürülmüş «Redmi» markalı mobil telefon qablaşdırılmış və möhürlənmişdir. Sonra onları polis əməkdaşları 8-ci polis bölməsinə gətirmişlər. Orada təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş daşıdığı həmin narkotik vasitə olan heroin bükümünə baxış keçirilmiş və qablaşdırılmışdır. Polis Bölməsinə təhqiqatçı tərəfindən vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah edilmişdir. Tanışı Şahid1 onun Bayıl qəsəbəsinə xx.xx.2025-ci il tarixdə nə məqsədlə getdiyini bilməmiş, sonuncuya tanışı ilə işi olduğunu bildirmişdir. O, Məsimə kənarda dayanmasını, tanışı ilə görüşəcəyini bildirmiş, onun ora hansı məqsədlə gəldiyini sonuncu bilməmişdir. «Mehdi» adlı şəxsin atdığı konumdan həmin bükümü götürdüyü zaman Məsim kənarda dayandığı üçün onun kimdən və haradan nə götürdüyünü görməmişdir. Həmin bükümü götürüb Məsimə yaxınlaşıb arxasınca gəlməsini deyib, 20-30 metr irəliləmişlər ki, polislər onları saxlamışlar. Heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin alqı-satqısı ilə məşğul olmamışdır. Sadəcə telefon vasitəsi ilə əlaqə saxladığı İran İslam Respublikası vətəndaşı «Mehdi» adlı şəxsin göndərdiyi konumla həmin narkotik vasitə heroini konumdan götürüb başqa ünvana daşımaqla ondan pul almışdır. Özü də narkotik vasitə istifadəçisidir. Narkotik vasitələrin və ya psixotrop maddələrin qəbul edilməsinin qadağan olunmasını və məsuliyyətini dərk edir, əməlindən peşmandır. xx.xx.2025-ci il tarixdə saxlanlan zaman və şübhəli şəxs qismində 8-ci PB-nə gətirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməmişdir. Heroini tanımadığı və digər anket məlumatlarını bilmədiyi, sadəcə adını «Mehdi» kimi bildiyi İran İslam Respublikası vətəndaşından «Whatsapp» da atdığı konum vasitəsi ilə əldə edir. Həmin şəxslə görüşməmiş, onunla başqa münasibəti, əlaqəsi yoxdur və olmamışdır. Tik-tok sosial şəbəkəsində tanış olduğu «Mehdi» adlı şəxs öz istifadəsində olan +**********87 nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** nömrəsi ilə əlaqə saxlamışdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən etməmişdir. Məhkəmə əvvəllər qəsdən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən xüsusilə ağır cinayət törətməsini cinayətlərin residivi və Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 7(002)-911/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının 09 ay 01 gününü çəkməkdən şərti olaraq azad edilmiş və 31 may 2024-cü il tarixdə cəzası başa çatmışdır. Bununla da, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cəza müddətinin başa çatmasına baxmayaraq, iki il keçmədən, yəni xx.xx.2025-ci il tarixdə yenidən qəsdən xüsusilə ağır cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla cəza təyin edilməli və cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə ona təyin edilmiş cəzanın əvvəli 01 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Maddi sübutlarla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 984,80 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üstünü yoxlanılması, baxış keçirilməsi və götürmə prosesini əks etdirən videogörüntülərin köçürüldüyü 02 (iki) ədəd "xxxx" disk, Azercell MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs isitfadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə dair məlumatların əks olunduğu 01 (bir) ədəd “CD” disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalı, Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A32” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılmalıdır. Məhkəmə xərcləri ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 165 (yüz altmış beş) manat məbləğində vəsait «Verdiktum » Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Verdiktum» Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut qismində tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Səbail Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 984,80 qram olan narkotik vasitə - heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üstünü yoxlanılması, baxış keçirilməsi və götürmə prosesini əks etdirən videogörüntülərin köçürüldüyü 02 (iki) ədəd "xxxx" disk, Azercell MMC-dən daxil olmuş, Təqsirləndirilən şəxs isitfadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə dair məlumatların əks olunduğu 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Bakı şəhər Səbail Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A32” markalı mobil telefon cəzasını çəkib qurtardıqdan sonra Təqsirləndirilən şəxs və ya hökm qanuni qüvvəyə mindikdən sonra özünün razılığı ilə ailə üzvlərinə qaytarılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 15 (on beş) iş saatı üçün 165 (yüz altmış beş) manat məbləğində vəsait «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına «Verdiktum» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(101)-1993/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1993/2025
27.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver