Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1994/2022 27.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı və müdafiəçi–«Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Sabunçu Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş vaxtda və mənbədən, satış məqsədilə qanunsuz olaraq təmiz çəkisi- 1,795 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda təmiz çəkisi- 8,140 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 09 may 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsində yerləşən nömrəsiz fərdi evin qarşısında özünü şübhəli apardığına görə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, 12-ci polis şöbəsinə gətirilərək, üzərində keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi- 1,795 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üç ədəd sellofan bükümdə hər birində ayrı-ayrılıqda təmiz çəkiləri- 1,675 qram, 4,804 qram, 1,661 qram olmaqla ümumilikdə külli miqdarda təmiz çəkisi 8,140 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, eləcə də narkotik vasitələrin və psixotrop maddələrin satışında istifadə etdiyi, səthində narkotik vasitə heroinə məxsus izlər olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vastələrin istifadəsi ilə məşqul olur, uzun müddətdir ki, narkotiklərdən isifadə edir. O, saxlanıldığı gün yeni tanış olduğu yoldaşlarını evində olan zaman polis əməkdaları evə basqın edib onu saxlamışlar. Həmin vaxt öz istifadəsi üçün aldığı narkotik vasitə onun üzərində olmuş, lakin o, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onu polis əməkdaşları saxladıqdan sonra polis idarəsinə aparmışlar, polis idarəsində üzərinə baxış zamanı bir ədəd tərəzini də polis əməkdaşları onun üzərinə qoymuşlar. O, özünü satışla təqsirli bilmir, o yalnız istifadəçi olduğu üçün özünü istifadəçi kimi təqsirli bilir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, təxminən iki ilə yaxındır ki, kola kimi tanıdığı narkotik vasitə heroindən və patı kimi tanıdığı psixotrop maddə metamfetamindən falqada çəkmə yolu istifadə edirmiş, istifadə etdiyi narkotik vasitələri və psixotrop maddələri Bakı şəhəri, ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərdən, bəzi vaxtlarda isə Facebook sosial şəbəkəsində tanış olduğu, Özünü ona X6 vətəndaşı kimi təqdim edən “Rasim” adlı şəxsdən alırmış. 08 may 2022-ci il tarixdə istifadə etydiyi ***-***-**-** mobil telefon nömrəsindən İran İlam Respublikasının vətəndaşı kimi tanıdığı “Rasim” adlı şəxsin +**********93 telefon nömrəsi ilə əlaqə saxlayaraq ona narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərməsini xahiş etmişdir. “Rasim” adlı şəxs əvvəlcə onun kart hesabına 162 manat göndərməsini və göndərdiyi pulu götürdükdən sonra psixotrop madəni və narkotik vasitəni hara göndərəcəyi yeri ona deyəcəyini bildirmişdir. Həmin gün “Rasim” adlı şəxsin “Kapital Bank”a məxsus kart hesabına 162 manat göndərdikdən bir qədər sonra, “Rasim” onun istifadə etdiyi mobil telefonunun “WhatsApp”adlı proqramına zəng vuraraq, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində yerləşən dörd yol deyilən yerdə, yolun sağ tərəfində yolun qırağına bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və üç ədəd bükümdə narkotik vasitə heroin qoyduğunu deyərək oradan götürməsini bildirmişdir. Bundan sonra o, “Rasim” adlı şəxin dediyi ünvana yəni Xəzər rayonu, Qala qəsəbəsinə gedərək orada yolun qırağından içərisində metamfetamin olan bir ədəd sellofan bükümünü və içərisində heroin olan üç ədəd sellofan bükümünü götürərərk yaşadığı evə gəlmişdir. Həmin metamfetaminin və heroinin bir qisimini istifadə etmiş, bir qismini isə üzərində saxlamışdır ki, gələcəkdə istifadə etsin. 09 may 2022-ci il tarixdə təxminən saat 01 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsi ilə piyada hərəkət edən zaman, həmin küçədə yerləşən tanımadığı şəxsə məxsus fərdi evin qarşısında iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirərək adını, soyadını soruşmuşlar və şəxsiyyətini təsdiq edən sənəd istəmişlər. Lakin həmin vaxt onun üzərində heç bir sənəd olmadığından, üzərində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğundan, həmçinin həmin vaxt narkotik vasitənin təsiri altında olduğundan, o, oradan yayınmaq istəsə də, polis əməkdaşları buna imkan verməmişlər, buna baxmayaraq o, özünü çox şübhəli aparmamışdır ki, bəlkə sərbəst buraxarlar. Lakin polis əməkdaşları onu sorğu sual etmişlər, polis əməkdaşları ilə bir qədər söhbət etdikdən sonra üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsindən eləcə də narkotik vasitələrin istifadəsində ondan şübhələndiklərini deyib, onlarla birlikdə Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə getməsini təklif etmişlər. O, da səs-küy salmadan etiraz etməmiş və polis əməkdaşlarının təklifi əsasında onlarla birlikdə 12-ci polis şöbəsinə getmişdir. Polis şöbəsində şəxsiyyəti müəyyən olunduqdan sonra, otaqların birində, polis əməkdaşlarından biri ona qanunla dövriyyəsi qadağan edilmiş şübhəli bilinən əşya və predmetlərin saxlanmasında, gəzdirməsində şübhəli bilindiyi üçün Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanıldığım və polis şöbəsinə gətirildiyini bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı ona hüquq və vəzifələrini izah etmiş və video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirərək, müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etirazının olub-olmamasını soruşmuş, o, da müdafiəçinin iştirakı olmadan video çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasına etiraz etməmiş və bundan sonra polis əməkdaşı ona üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etməsini xahiş etmişdir. O, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynində olan qara rəngli şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan bükümünü, içərisində narkotik vasitə heroin olan üç ədəd sellofan bükümünü, bir ədəd elektron tərəzini və həmin şalvarın sol yan cibindən özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonunu çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra həmin bükümlər polis əməkdaşı tərəfindən bir-bir açılqdıqa bükümlərin içərisindən psixotrop maddə metamfetamin və narkotik vasitə heroin aşkar edilmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümlərdən aşkar olunmuş maddələrin nə olduğunu soruşan da, o, səmimi olaraq təqdim etdiyi bir ədəd sellofan bükümdən aşkar olunan maddənin patı kimi tanıdığı metamfetamin, üç ədəd sellofan bükümlərdən aşkar olunan maddələrin kola kimi tanıdığı narkotik vasitə heroin olduğunu deyərək, İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı “Rasim” adh şəxsin kart hesabına 162 manat köçürməklə həm istifadəsi üçün, həmdə satış məqsədilə aldığım bildirmişdir, əslində o, həmin psixotrop maddəni və narkotik vasitəni satış məqsədi ilə yox, şəxsi istifadəsi üçün almışdır, sadəcə olaraq polis əməkdaşlarından qorxduğu üçün, özümü itirmiş, ona görə də həm istifadəsi üçün, həmdə satış məqsədilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis kapitanı rütbəsi daşıyır. 09 may 2022-ci il tarixdə saat 01 radələrində Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin Cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ilə birlikdə inzibati ərazidə xidmət apararkən, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Y.Qasımov küçəsində yerləşən nömrəsiz fərdi evin qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmış və Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilən zaman ona təklif edilmişdir ki, üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən dörd ədəd sellofan bükümünü, bir ədəd elektron tərəzini və həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonunu çıxardaraq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masanın üzərinə qoyduğu, yəni təqdim etdiyi bükümlər təhqiqatçı Fuad Əmənov tərəfindən bir-bir açıldıqda bir ədəd bükümün içərisindən ağ rəngli kristall hissəciklərdən ibarət maddə, üç ədəd bükümlərin içərisindən isə qəhvəyi rəngli maddələr aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan bükümdən aşkar olunan maddənin patı psixotrop maddə, üç ədəd sellofan bükümlərdən aşkar olunan maddələrin kola narkotik vasitə olduğunu deyərək, İran İslam Respublikasının vətəndaşının bank hesabına 162 manat göndərməklə həm istifadəsi, həmdə maddi vəziyyəti ilə əlaqədar satış məqsədilə aldığını, elektron tərəzini isə narkotik vasitələrin və psixotrop maddələrin çəkilərini müəyyən etmək üçün üzərində gəzdirməsini bildirirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş içərisində maddələr olan bükümlər, eləcə də bir ədəd elektron tərəzi təhqiqatçı Fuad Əmənov tərəfindən zərfə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsinin Cinayət- axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, şahid qismində dinidirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə məhkəmə qərarı əsasında ahnmış "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi barədə protokoldan müəyyən edildi ki, diskdə müxtəlif sms mətnlər, nömrə sahiblərinin anket məlumatları, qeyd olunan mobil nömrənin və həmin nömrəyə zəng etmiş mobil nömrələrin anten dairələri haqqında məlumatlar vardır, onlardan bir çoxu iş üçün əhəmiyyət kəsb etməmiş, iş üçün əhəmiyyət kəsb edən sms mətnlərinin məzmunu, tarixi, vaxtı və smsi yazmış mobil nömrələr barədə məlumatlar aşağıdakı kimidir: xx.xx.2022-ci il tarixdə, saat 00:18-də ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə «mənə tez zəng elə yada səhər tezdən 6 ya 15 dəyqə qalmış cxacam mənə 10 torpağ ver tezdən qadan alim». xx.xx.2022-ci il tarixdə, saat 18:48-də ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə « Elşen 5 diy pati çatdım binalara, saat 19:49-da yenə ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə - çatdım texnikoma cıx 5 diy pati normal elə cıx da gözdemiyim çatdım». xx.xx.2022-ci il tarixdə, saat 13:33-də ***-***-**-** saylı mobil nömrədən, ***-***-**-** saylı mobil nömrəyə «söyüşlər bilsəmkı kiməsə mal vermsən anasin söyüşlər. incme məndən». Təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin sonuncu anten əhatə dairəsində hərəkət etməsi aşağıdakı kimidir: ***-***-**-** saylı mobil nömrənin sonuncu dəfə xx.xx.2022-ci il tarixdə, saat 23:57:42-də ünvan 4 ünvanında hərəkət etməsi müəyyən edilmişdir. Baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**- ** saylı mobil nömrə Təqsirləndirilən şəxs öz adınadır. ***-***-**-** saylı mobil nömrə ünvan 5 ünvanında qeydiyyatda olan X5, ***-***-**-** saylı mobil nömrə ünvan 6 ünvanında qeydiyyatda olan X3 adınadır. ***-***-**-** saylı mobil nömrənin kimə məxsus olması barədə məlumat aşkar edilməmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən qeyd olunan diskdən iş üçün əhəmiyyət kəsb edən hissələri A4 formatlı kağıza çıxarılaraq protokola əlavə edilmişdir. "xxxx" MMC-dən daxil olmuş CD diskə tərəfimdən baxış keçirildikdən sonra iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılmış və Sabunçu RPİ-nin 48 nömrəli möhürü ilə möhürlənmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə-kimyəvi ekspertizasının 09 may 2022-ci il tarixli, 6/2669 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərilərində “...Vət. Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,795 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,675 qr., 4,804 qr., 1,661 qr., ümumi təmiz çəkisi 8,140 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Qeyd: Heroinin ümumi, təmiz çəkisi - 8,140 qr., tədqiqata sərf edildi - 0,100 qr., qalıq - 8,040 qr. Metamfetaminin təmiz çəkisi - 1,795 qr., tədqiqata sərf edildi - 0,050 qr., qalıq - 1,745 qr. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ’’Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”İn siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ’’Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 4306 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan asililiq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Kompleks Ambulator Məhkəmə Psixiatrik və Pisixoloji Ekspertizasının xx.xx.2022-ci il tarixli, 2092 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimentalpsixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak prosessləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Ümumilikdə adabtiv və ünsiyyətçil olmaqla, özünəməxsus mövqeyə və prinsipə malikdir. Emosional-iradi sferasında, fərdi-psixi xüsusiyyətlərində, hərəkət və davranışını iradi olaraq tənzimləməməsində hər hansı dəyişiklik aşkar olunmur. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırda da psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş bir ədəd qablaşdırılmış kağız paketin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,795 olmuş psixotrop maddə-metamfetamin, 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,675 qr., 4,804 qr., 1,661 qr., ümumi təmiz çəkisi 8,140 qram olmuş narkotik vasitə heroin və bir ədəd elektron tərəzi 11 may 2022-ci il tarixdə maddi sübut kimi tanınaraq metamfetaminin tədqiqata 0,050 qram sərf edilməsi nəzərə alınmaqla 1,745 qram qalığı, heroinin tədqiqata 0,100 qram sərf edilməsi nəzərə alınmaqla 8,040 qram qalığı elektron tərəzi ilə birlikdə saxlanılması üçün Sabunçu rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə aparılması zamanı video görüntüləri əks olunmuş, DVD disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş CD disk 01 noyabr 2022-ci il tarixdə cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən alınmış tələbnaməndən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən fərqli ifadə verərək onda olan narkotik vasitəni satış məqsədi olmadan şəxsi istifadəsi üçün əldə etdiyini, narkotik vasitələrin satışı ilə məşqul olmadığını bildirməkdə yalnız məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, baxış keçirilməsi barədə protokoldan, axtarış və götürməni özündə əks etdirən video görüntülərin keçirilməsi barədə protokoldan, özünün istintaq zamanı vermiş olduğu etirafedici ifadələri və ekspertiza rəyləri ilə tam təsdiqini tapmışdır. Məhkəmə əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs vərəm xəstəliyindən əziyyət çəkməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində məhkəmə isintaqı zamanı onun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəza ümumi cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09 may 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində saxlanıldığı 09 may 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,745 qram psixatrop madə metamfetamin, qalıq çəkisi 8,040 qram narkotik vasitə heroin bir ədəd elektron tərəzi məhv edilməlidir. Şəxsi axtarış və götürmə, eləcə də baxış keçirilərkən qeyd alınmış videogörüntülər köçürülmüş 01 ədəd DVD disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 09 may 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabından «Verdiktum» Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,745 qram psixatrop madə metamfetamin, qalıq çəkisi 8,040 qram narkotik vasitə heroin bir ədəd elektron tərəzi məhv edilsin. Şəxsi axtarış və götürmə, eləcə də baxış keçirilərkən qeyd alınmış videogörüntülər köçürülmüş 01 ədəd DVD disk, həmçinin "xxxx" MMC-dən daxil olmuş CD disk iş materiallarında saxlanılsın. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərcləri Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1994/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1994/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver