Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1998/2023 21.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədzadə Səbinə Adil qızının sədrliyi ilə, hakimlər: Məmmədov Əli İrfan oğlu və Məcidov X7 ibarət tərkibdə, Niyazova Nəzrin Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs– Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxx 1996-cı ildə Yardımlı rayonu, Zevin kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yardımlı rayonu, Zevin kəndində qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağlarında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, silah qismində istifadə edilən əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmiş, habelə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs 18 may 2023-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən daş karxanasında, iş yoldaşı Zərərçəkmiş şəxs guya onun içkili olması barədə karxananın müdiriyyətinə məlumat çatdırmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə qəflətən hücum edib ətrafda olan insanlara əhəmiyyət verməməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək üzərində olan məişət təyinatlı bıçaqdan silah qismində istifadə edərək xuliqanlıq etmiş, habelə karxanada işləyən və onları ayırmaq üçün yaxınlaşan insanlara məhəl qoymayaraq həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs iki dəfə döş qəfəsinin sol kürək nahiyəsinə və sol bud nahiyəsinə vuraraq, sonuncuya sol bud nahiyəsinin deşilmiş kəsilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “Yüngül” xəsarət yetirmiş və döş qəfəsinin arxa səthinin sol yarısının Vİİİ qabırğa proyeksiyasında döş boşluğuna nüfuz edərək sol tərəfli hemotoraks və sol ağ ciyərin aşağı payının arxa səthinin zədələnməsi ilə müşayiət edilən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına “ağır” zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, daş karxanasında fəhlə işləmiş, həmin daş karxanasına qaynı Şahid1 vasitəsi ilə işə düzəlmişdir. Zərərçəkmiş şəxs hadisədən təqribən bir ay əvvəl tanımışdır. 18 may 2023-cü il tarixdə işə gələrkən tərkibində spirt olan “Go” adlı enerji içkisi almış və istifadə edərək iş yerinə çatarkan avtomaşından düşəndə enerji içkisinin qabını atmış, həmin vaxt enerji içkisinin qabının onun əlində olmasını Zərərçəkmiş şəxs görmüşdür. Həmin gün müdriyyət onu çağıraraq içki içməsi ilə bağlı ona irad tutmuş və iş vaxtı spirtli içki içməməyini tapşırmışdır. O, içki içməsi barədə Misirin müdriyyətə məlumat verdiyini düşünmüş, çünki Misirdən başqa içdiyi enerji içkisinin qabını onun əlində görən olmamışdır. Buna görə də bir müddət sonra Misiri tək gördükdə ona yaxınlaşaraq nə üçün müdriyyətə içki içməsi barədə məlumat verdiyini soruşmuşdur. Bu zaman aralarında mübahisə yaranmış, Misir məlumatı onun vermədiyini bildirmiş və onu nalayiq söyüşlərlə təhqir etmiş, o da Misirin onu təhqir etməsindən əsəbləşmiş və üzərində olan bıçaqla Zərərçəkmiş şəxs kürək və bud nahiyəsindən zərbə endirərək ona xəsarət yetirmişdir. Bundan sonra qohumu Şahid1 onlara yaxınlaşmış, onu kənara çəkmiş, sonra digər əməkdaşlar gəlmiş və Misiri xəstəxanaya aparmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən daş karxanasında daşları kəsmək üçün kombayn idarə edir. Təqsirləndirilən şəxs də həmin karxanada fəhlə işləmişdir. Hadisə günü saat təxminən 14 radələrində o, iş başında olarkən Aslan ona yaxınlaşmış və ona nə üçün karxananın müdiri Rəsula onun içkili olduğunu deməsini soruşmuş, həmin vaxt o, gülə-gülə haradan bildiyini soruşmuş, Təqsirləndirilən şəxs təkrar ondan müdirə məlumatı onun verdiyini soruşduqda o, belə bir məlumatı müdirə demədiyini bildirdikdə, Təqsirləndirilən şəxs əlindəki bıçağı çıxarıb onun kürəyinin sol tərəfindən vurmuşdur. Həmin vaxt Aslanı özündən uzaqlaşdırmaq məqsədi ilə kənara itələmiş, o, Aslanı kənara itələyən zaman Aslan bir dəfə də bıçaqla onun sol budundan vurmuşdur. Həmin vaxt onların yaxınlığında olan Aslanın qaynı Şahid1 gəlib onları aralaşdırmışdır. Sonra karxananın müdiri Rəsul onu öz maşını ilə xəstəxanaya çatdırılması üçün aparmışdır. Zərərçəkmiş şəxs həmçinin məhkəmə iclasında təqsirləndirilən şəxslə barışmadığını, ona dəymiş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş, bununla bağlı məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun yeznəsidir. Aslan onun işlədiyi daş karxasında fəhlə işləmişdir. 18 may 2023-cü il tarixdə hadisə baş verən zaman o, hadisə yerindən xeyli kənarda olmuşdur. Uzaqdan hadisə yerində Aslanla Misirin söhbət etdiyini görmüş, həmin vaxt vaqonun yanında çay içərkən Aslanla Misirin mübahisə etdiyini gördükdə dayısı Samirlə birlikdə qaçıb onları sakitləşdirməyə getmişlər, hadisə yerinə çatdıqda Aslanın Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini bilmişlər. Onları aralaşdırdıqdan sonra daş karxanasının sahibi Rəsul da hadisə yerinə gəlmiş və Misiri xəstəxanaya aparmışdır. O, isə Aslanı evə aparmışdır. Lakin, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi anı görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs karxanada fəhlə işlədikləri dövrdə tanımış, hər iki işçi normal işçilər olmuşdur. Hadisə baş verən gün günorta saatlarında Daş Karxanasının yuxarı hissəsindən dayanıb iş gedən yerə baxdıqda bir neçə şəxsin toplaşdığını görmüş, həmin yerə gəlmiş və hadisə yerinə çatdıqda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulduğunu bilmişdir. Dərhal Zərərçəkmiş şəxs öz şəxsi avtomobilinə qoyaraq xəstəxanaya aparılması məqsədi ilə X10 maşınına çatdırmışdır. Hadisə anının şahidi olmamış, Misirin Aslan tərəfindən bıçaqla vurulduğunu görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, atasına məxsus daş karxanasında atasına kömək edir. Hadisə günü hadisə baş verən zaman orada olmamış, hadisənin şahidi olmamışdır. Lakin həmin günü Təqsirləndirilən şəxs ümumi vəziyyətindən Aslanın içkili olmasına dair onda təəssürat yaranmışdır. O, karxanada olan Rəsula zəng edib Aslanın içkili olub-olmadığını yoxlamasını, əgər içkilidirsə işləməyə icazə verməməsini bildirmişdir. Bundan təxminən 1-2 saat sonra işləri ilə əlaqədar evə getmişdir. Daha sonra öyrənmişdir ki, Aslan Misiri bıçaqla vurmuşdur. İbtidai istintaq oraqını iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, aşağıdakı ekspert rəylərini, maddi sübutu, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi təqdim etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə, 15 saylı TTYS-dan Qaradağ RPİ-nin 10-cu PB-nə Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən daş karxanasında Zərərçəkmiş şəxs iş yoldaşı Aslan adlı şəxs tərəfindən bıçaqlanması, sağ budun və kürəyin kəsilərək yaralanması, vəziyyətinin orta ağır olması barədə məlumat daxil olmuşdur, toplanmış materiallarda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin mövcud olduğundan fakta görə cinayət işi başlanılmış və icraata qəbul olunmuşdur. (cild 01, i.v. 01). İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 17.05-də Azərbaycan Respublikasının, DİN-nin “102” xidmətindən daxil olmuş, ********* saylı məlumatda göstərilmişdir ki, 15 saylı TTY-dən həkim Cahangirli məlumat verdi ki, Zərərçəkmiş şəxs iş yoldaşı Aslan adlı şəxs tərəfindən bıçaqlanması, sağ budun və kürəyin kəsilərək yaralanması, hal-hazırda vəziyyətinin orta ağır olması barədə məlumat vermişdir (cild 01, i.v. 05). İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Qaradağ RPİ-nin İŞ-nin baş müstəntiqi polis kapitanı Rauf Xalıqzadə icraatında olan 23003017 nömrəli cinayət işi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə bıçaqla xəsarət alan Zərərçəkmiş şəxs əynində olan geyim əşyaları müvafiq ekspertizaların təyin olunmaları məqsədi ilə X3 götürmüşdür (cild 01, i.v. 08). İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən xx.xx.2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilmişdir (cild 01, i.v. 52). İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsi ilə ittiham elan edilmişdir (cild 01, i.v. 53). İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur (cild 01, i.v. 53-54). İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 365 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - döş qəfəsinin arxa səthinin sol yarısının Vİİİ qabırğa proyeksiyasında döş boşluğuna nüfuz edərək sol tərəfli hemotoraks və sol ağciyərin aşağı payının arxa səthinin zədələnməsi ilə müşayiət edilən bir ədəd deşilmiş-kəsilmiş yarası, sol bud nahiyəsinin deşilmiş kəsilmiş yarası deşici-kəsici əşya (alət) ola bilsin bıçaq təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X6 müraciət etdiyi xx.xx.2023-cü il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə döş qəfəsinin arxa səthinin sol yarısının Vİİİ qabırğa proyeksiyasında döş boşluğuna nüfuz edərək sol tərəfli hemotoraks və sol ağciyərin aşağı payının arxa səthinin zədələnməsi ilə müşayiət edilən bir ədəd deşilmiş- kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddirlər, sol bud nahiyəsinin deşilmiş kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasını nəzərə alıb demək olar ki, həmin xəsarətlər şəxsin özü tərəfindən yetirməsi inkar olunur. (cild 01, i.v. 113-116) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-tibbikriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli 234-MTKŞ/2023 saylı rəyindən görünür ki, maddi sübutların kompleks məhkəmə-tibbi-kriminalistik və məhkəmə-kriminalistik tədqiqinə dair qərarın təsviri hissəsində olan iş haqqındakı məlumatlara əsasən müəyyən olunmuşdur ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol maykanın və qolsuz maykanın hər birinin arxa səthinin sol yarısında bir ədəd dəlib keçən zədə var. Bu zədə deşilmiş-kəsilmiş zədədir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Zərərçəkmiş şəxs məxsus paltarların (qısaqol maykanın və qolsuz mayka) üzərində olan deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs məxsus cins şalvarın və alt şalvarının hər birinin sağ ayağı yuxarı hissəsi tam dairəvi kəsilmişdir və həmin hissələr ekspertizaya təqdim edilməmişdir. Cins şalvarın və alt şalvarının təqdim edildiyi vəziyyətində və kəmərin üzərində zədə aşkar edilmədi. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. (cild 01, i/v 117-118) İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə tibbibioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 322/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0/İ/-dir. Ekspertizaya təqdim edilən şalvar, mayka, idman şalvarı, köynək üzərində olan ləkələrdə insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. Aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri ABO sistemi üzrə O alfa beta /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş kəmər üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəriciləri ABO sistemi üzrə tədqiq edildikdə qrup antigenləri və aqqlyutininlər alınmadığı üçün qan qrupu barəsində fikir söyləmək mümkün olmadı. (cild 01, i/v: 117- 128). İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş kompleks ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixdə 1783 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 01, i/v: 129-131). İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 4(002)-109/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs müddətinin əvvəli 19 may 2023-cü il tarixdən hesablanmaqla dörd ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i/v: 81-84). İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş qısaqol köynək, qısaqol mayka, şalvar, alt şalvarı, kəmər və Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi və cinayətin predmeti olmuş bir ədəd bıçaq Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (cild 01, i/v: 155). İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yeni ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (cild 01, i/v: 156-157). İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə tovsıf olunmuşdur. Məhkəmə X2 Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə verilmiş ittihamla razılaşsa da, aşağıdakı səbəblərə görə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə verilmiş ittihamla razılaşmır. Belə ki, məhkəmə istintaqı zamanı araşdırılan sübutlarla müəyyən olundu ki, Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən daş karxanasında iş yoldaşı Zərərçəkmiş şəxs guya onun içkili olması barədə karxananın müdiriyyətinə məlumat çatdırmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə qəflətən hücum edib, üzərində olan məişət təyinatlı bıçaqla qəsdən Zərərçəkmiş şəxs iki dəfə, döş qəfəsinin sol kürək nahiyəsinə və sol bud nahiyəsinə vuraraq, sonuncuya sol bud nahiyəsinin deşilmiş kəsilmiş yarasından ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət yetirmiş və döş qəfəsinin arxa səthinin sol yarısının Vİİİ qabırğa proyeksiyasında döş boşluğuna nüfuz edərək sol tərəfli hemotoraks və sol ağ ciyərin aşağı payının arxa səthinin zədələnməsi ilə müşayiət edilən bir ədəd deşilmiş-kəsilmiş yarasından ibarət dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan xəsarət yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Yəni, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü (silah qismində istifadə edilən əşya tətbiq etməklə xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi üzrə ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır. Cinayət Prosessual Məcəllənin 139-cu maddəsində sübut edilməli olan hallardan biri kimi cinayət hadisəsinin baş vermə faktının müəyyən edilməsi nəzərdə tutulmuşdur. Cinayət huququ nəzəriyyəsinə görə cinayət hadisəsi dedikdə: müəyyən yerdə, müəyyən zamanda, müəyyən üsulla törədilən və müəyyən nəticəyə gətirib çıxaran hərəkət və ya hərəkətsizlik başa düşülür. Cinayət hadisəsinin sübut edilməsi zamanı hər hansı hadisənin baş verməsinin, hadisənin baş vermə anının, gedişinin və nəticəsinin, baş vermiş hadisənin əlamətlərinin Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətlərinə uyğun gəlməsinin, cinayət niyyətinin həyata keçirilməsi mərhələsinin müəyyən edilməsi zəruridir. Cinayət məsuliyyəti o zaman yaranır ki, törədilmiş əməlin əlamətləri ilə Cinayət Qanununda göstərilən konkret cinayət tərkibinin əlamətləri üst-üstə düşmüş olsun. Şəxsin cinayət törətmək niyyəti onun konkret əməlində təzahür etmirsə, cinayət məsuliyyəti yarana bilməz. Lakin, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə edilən əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmə) maddəsi üzrə ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi həmin Məcəllənin «ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə olan cinayətlər» fəslində nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 221.1-ci (ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər), 221.2-ci (eyni əməllər) maddəsində nəzərdə tutulmuş əməllər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda müvafiq cinayətin tərkibi yaranır. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib həmin ifadələr əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin, yəni xuliqanlıq cinayətinin törədilməsi ümumiyyətlə öz təsdiqini tapmamışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrıayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq kimi qiymətləndirilməməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, AR Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür. İstintaq orqanı təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ittiham irəli sürərkən Təqsirləndirilən şəxs 18 may 2023-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən daş karxanasında, iş yoldaşı Zərərçəkmiş şəxs guya onun içkili olması barədə karxananın müdiriyyətinə məlumat çatdırmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs üzərinə qəflətən hücum edib ətrafda olan insanlara əhəmiyyət verməməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək üzərində olan məişət təyinatlı bıçaqdan silah qismində istifadə edərək xuliqanlıq etməsi, habelə karxanada işləyən və onları ayırmaq üçün yaxınlaşan insanlara məhəl qoymayaraq həmin bıçaqla qəsdən Zərərçəkmiş şəxs iki dəfə döş qəfəsinin sol kürək nahiyəsinə və sol bud nahiyəsinə vuraraq ona xəsarət yetirməsinə istinad etmişdir. Lakin nəyinki məhkəmə istintaqı zamanı, hətta ibtidai istintaq zamanı da daş karxanasında işləyən şəxslərin tərəfləri ayırmaq üçün gəlmələri, onları ayırmağa çalışmaları və təqsirləndirilən şəxsin buna məhəl qoymayaraq zərərçəkmiş şəxsə bıçaqla zərbə vurması faktı cinayət işinin materiallarında, o cümlədən heç bir ifadədə öz əksini tapmamışdır. Belə ki, iş materiallarında olan 04 avqust 2023-cü il tarixli üzləşmə protokolundan da görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzünə qarşı hadisənin baş verməsi ilə bağlı zərərçəkmiş şəxsi tək yaxalaması üçün münasib vaxt axtardığını, sonuncu iş başında olan zaman ona yaxınlaşaraq bıçaqla ona xəsarət yetirdiyini, hadisə baş verən zaman hadisə yerində kənar şəxlərin olmadığını söyləmişdir. Yuxarıda qeyd olunduğu kimi ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə istintaqı zamanı hadisə yerinə gəlmiş şahid Rüfət Rufullayev də ifadəsində Təqsirləndirilən şəxs yaxınlaşdıqdan sonra onu hadisə yerindən uzaqlaşdırdığını bildirmiş, həmin vaxt Təqsirləndirilən şəxs hadisədən əvvəl və ya sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə yol verməsi ilə bağlı məhkəmə istintaqı zamanı heç bir şahid ifadəsi mövcud deyildir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərkən ifadəsində qeyd etmişdir ki, o, işləyən zaman Təqsirləndirilən şəxs ona yaxınlaşmış, onun içkili olması ilə bağlı müdriyyətə onun məlumat verməsini bildirmiş və əlində gizlətdiyi bıçaqla ona iki dəfə xəsarət yetirmişdir. Göründüyü kimi hətta zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsin ona xəsarət yetirdiyi ana qədər sonuncunun üzərində bıçaq olduğundan məlumatı olmamış və əlində bıçaq görməmişdir. Həmçinin məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsindən məlum olur ki, o, hadisə vaxtı bir qədər aralıda olmuş, daha sonra hadisə yerinə yaxınlaşmış, yaxınlaşdıqdan sonra zərərçəkmiş şəxsin xəsarət aldığını bilmiş, dərhal Təqsirləndirilən şəxs kənara çəkərək oradan uzaqlaşdırmışdır. Şahid həmçinin ifadəsində hadisənin baş vermə anını görmədiyini bildirmişdir. İş üzrə şahidlər Şahid1 və Şahid2 verilən suallara cavab olaraq bildirmişlər ki, hadisə baş verən zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini görməmişlər, onlar hadisə yerinə gəldikdən sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını bilmişlər. Şahid3 isə ümumiyyətlə hadisə zamanı orada olmadığını, hadisədən bir müddət sonra məlumat tutduğunu bildirmişdir. İş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ibtidai istintaq zamanı da eyni məzmunlu ifadə verərək hadisə zamanı hadisə yerində olmadıqlarını və hadisə yerinə gəldikdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyini öyrəndiklərini bildirmişlər. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə verilmiş ittihamın əsassızlığı ondan ibarətdir ki, ibtidai istintaqı aparan müstəntiq tərəfindən hər hansı dəqiqləşdirilmə aparılmadan, aradan qaldırılmayan şübhələri təqsirləndirilən şəxsin ziddinə istifadə etməklə, xuliqanlıq niyyətilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurmasından əvvəl xuliqanlıq cinayəti törətməsini əsas gətirmişdir. Eləcə də, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs, iş üzrə şahidlər hadisə baş verən zaman hadisə yerində olmadıqlarını, hadisənin baş verməsinin bilavasitə şahidi olmadıqlarını, hadisə baş verdikdən sonra xəbər tutduqlarını bildirsələr də, istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə yanaşı, həmin Məcəllənin 221.3cü maddəsi ilə də ittiham irəli sürmüşdür. İş üzrə ittiham elan olunması barədə qərardan, sübutların qiymətləndirilməsinə dair qərardan da görünür ki, ibtidai istintaq orqanı xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmiş, cəmiyyətə açıqca hörmətsizliyin ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar isə ittihamda öz əksini tapmamışdır. İbtidai istintaqı aparan şəxs hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə, guya digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq cinayəti kimi qiymətləndirmişdir. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-nin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayət işinin materiallarından, habelə məhkəmə istintaqı və ibtidai istintaq zamanı dindirilmiş zərərçəkmiş və şahid ifadələrindən də görünür ki, hadisə insanların sıx olduğu ictimai yerdə deyil, şəhərdən və yaşayış yerlərindən xeyli kənarda yerləşən və yalnız işçilərin olduğu daş karxanasında baş vermiş, habelə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun içkili olmasını daş karxanasının müdriyyətinə məlumat verməsini güman etdiyindən onun məqsədi yalnız zərərçəkmiş şəxsə xəsarət yetirmək olmuşdur. Hadisədən əvvəl isə zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs arasında heç bir mübahisə və ya dava-dalaş olmamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tək olduğu vaxt ona yaxınlaşmaq üçün əlverişli şəraiti gözləmiş və ona xəsarət yetirmək məqsədi ilə bıçağı əlində gizlədərək ona yaxınlaşmış, ona çatdıqda isə ona bir sual vermiş və ani olaraq iki dəfə zərbə endirərək Zərərçəkmiş şəxs ağır bədən xəsarəti yetirmişdir. Həmçinin bu hallar baş verən zaman onların yanında heç kim olmamış, iş üzrə şahid qismində dindirilmiş hər bir kəs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xeyli kənarda olmuş, yalnız bıçaqlanma hadisəsi baş verdikdən sonra hadisə barədə xəbər tutmuşlar. Bu hal istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı təkzibolunmaz sübutlarla öz təsdiqini tapmışdır. Xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığı deyil, şəxsi ədavət o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən (onda etiraz doğuran) davranışı şərtləndırıbsə əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət - xuliqanlıq kimi qiymətləndirilməməlidir. Belə ki, yuxarıda sadalanan ifadələr və protokollardan da görünür ki, Təqsirləndirilən şəxs almış olduğu məlumatı səhv başa düşərək, yalnız güman əsasında, araşdırmadan Zərərçəkmiş şəxs hədəf alaraq müəyyən etmiş və ona xəsarət yetirmək qərarına gəlmişdir. Beləliklə, məhkəmədə tədqiq edilmiş bütün sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı xuliqanlıq edə biləcək hər hansı məqam müəyyən edilməmişdir. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi, ittiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların heç biri nə ayrı-ayrılıqda, nə də məcmu halında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi qənaətinə gəlməyə əsas vermir. Məhkəmə tərkibi yuxarıda sadalanan mübahisəsiz sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməmişdir. Toplanmış, yoxlanılmış və qiymətləndirilmiş sübutların məcmusu əsasında cinayət təqibi üzrə sübut edilməli olan hallarla əlaqədar ittiham hökmündə gəlinən nəticələr birmənalı və şübhə doğurmayan olmalıdır. Cinayət işi və ya digər materiallar üzrə sübutların elə bir məcmusu toplanılmalıdır ki, onlar sübut edilməli olan ayrı-ayrı halların, habelə CPM-nin 139-cu maddəsində göstərilən sübutetmə predmetinə daxil olan bütün halların müəyyən edilməsinə imkan versin. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bu maddənin İİ hissəsində isə müəyyənləşdirilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Konstitusiya normasını eynilə əks etdirən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsi həmçinin nəzərdə tutur ki, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1997-ci il tarixli 4 saylı qərarının 4-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair" 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir, cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011- ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş uzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X5rşı iş üzrə 26 oktyabr 1984-cu ıl tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə hökmü haqqında AR Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. AR CPM-in 42.1.1-ci maddəsində bəraətin əsaslarından biri kimi nəzərdə tutulmuş “cinayət hadisəsinin olmaması” təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunundan asılı olmayaraq müəyyən edilən bəraətin əsasıdır və cinayət qanununda nəzərdə tutulmuş hər hansı bir cinayətin mövcud olmamasını ehtiva edir. Əməldə cinayət tərkibinin olmaması (CPM-in 42.1.2-ci maddəsi) hadisənin olmasını ehtiva edir, lakin təqsirləndirilən şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) məzmunu, yəni hərəkət və ya hərəkətsizlikdə şəxsin cinayət məsuliyyəti daşımasını şərtləndirən cinayət tərkibinin obyektiv və subyektiv əlamətlərinin olmaması onun əməlinin cinayət kimi səciyyələndirilməsinin qarşısını alır. Cinayətin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətinin olmaması (CPM-in 42.1 3cü maddəsində nəzərdə tutulmuş hal) cinayət qanunu ilə nəzərdə tutulmuş hadisənin mövcudluğunu və cinayət tərkibinin olmasını inkar etmir, lakin əməlin törədilməsində təqsirləndirilən şəxsin iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edir. CPM-nin 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyi sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəhd edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayətprosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Bəraət hökmünün nəticəvi hissəsində cinayət qanununun hər bir maddəsi üzrə təqsirləndirilən şəxsə cinayət-prosessual qanunla nəzərdə tutulan hansı əsaslarla bəraət verildiyi göstərilməlidir. Şəxsə cinayət qanununun bir maddəsi ilə bir əmələ görə irəli sürülmüş ittiham üzrə bəraət yalnız cinayət-prosessual qanunda göstərilən bəraətin əsaslarından biri ilə verilə bilər. Bir neçə cinayət törətməkdə ittiham olunan təqsirləndirilən şəxsə müxtəlif maddələr üzrə bəraət verilməsi üçün fərqli əsaslar müəyyən edildikdə, ona cinayət-prosessual qanunda göstərilən bir neçə əsasa istinad olunmaqla bəraət verilə bilər. Bu halda hökmün nəticəvi hissəsində təqsirləndirilən şəxsə hansı cinayətə görə, qanunda göstərilən hansı əsasla bəraət verilməsi dəqiq göstərilməlidir. AR Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır Məhkəmə tərkibi yuxarıda qeyd edilən müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, AR Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs AR CM-in 221.3-cü maddəsi ilə bəraət verilməlidir. Bundan əlavə məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs onun içki içməsi ilə bağlı işlədiyi daş karyerinin müdriyyətinə məlumatın məhz onun tərəfindən verilməsini araşdırarkən zərərçəkmiş şəxsin onu nalayiq söyüşlərlə təhqir etməsi səbəbindən üzərində olan bıçaqla onu xəsarət yetirməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu həmin ifadə məsuliyyətini yüngülləşdirmək məqsədi güdməklə, guya zərərçəkmiş şəxsin onu təhqir etməsini bəhanə gətirib ona xəsarət yetirməsini bildirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi heç bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə vurub ona ağır bədən xəsarəti yetirməsi məhkəmədə toplanmış sübutlarla tam təsdiqini tapmışdır. Belə ki, zərər çəkmiş şəxs öz ifadəsində Təqsirləndirilən şəxs ona yaxınlaşaraq əlində gizlətdiyi bıçaqla ani vaxtda onun üzərinə hücum edərək kürək və bud nahiyəsindən xəsarətlər yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs dəlil kimi irəli sürdüyü zərərçəkmişin onu təhqir etməsi ilə əlaqədar ifadəsini, iş üzrə şahidlər öz ifadələri ilə təkzib edərək zərərçəkmişin onu təhqir etdiyini eşitmədiklərini bildirdilər. Eləcə də Təqsirləndirilən şəxs onun içkili olduğunu daş karyerinin rəhbərliyinə məlumat verən şəxsin məhz Zərərçəkmiş şəxs olmasını araşdırıb dəqiq məlumat almadan, yalnız əlindəki enerji içkisinin zərərçəkmiş şəxs tərəfindən görülməsini bəhanə edərək, sonuncunun həmin məlumatın onun tərəfindən kiməsə deyilmədiyini söyləməsinə baxmayaraq əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qəsdən ağır bədən xəsarəti yetirmişdir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin ona istinad edir ki, təqsirləndirilən şəxs öz ifadəsində zərərçəkmiş şəxsin təkbaşına olduğu vaxtda yaxınlaşmaq üçün şərait gözlədiyini bildirməsi, əvvəlcədən bıçaq götürməklə zərərçəkmiş şəxsə yaxınlaşması, zərərçəkmiş şəxsin ona söyüş söyəcəyini əvvəlcədən ehtimal etməsinin ağlabatan olmaması o, zərərçəkmiş şəxsə yaxınlaşarkən artıq onu vurub xəsarət yetirmək niyyəti ilə yaxınlaşdığını göstərir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamoldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına ağır zərər vurmada ifadə olunur. Beləliklə, məhkəmədə tədqiq edilmiş bütün sübutların məcmusuna əsasən X1 zərərçəkmiş şəxsə xuliqanlıq niyyəti ilə ağır xəsarət yetirməsi məhkəmədə tədqiq olunmuş sübutlarla tam sübuta yetirilmişdir. İttiham aktında istinad olunan, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmu halında Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi qənaətinə gəlməyə əsas verir. Əməlin hüquqi tövsif məsələsini müzakirə edən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, i/v: 104). Məhlkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində (xx.xx.2021-ci il təvəllüdlü, X4) bir azyaşlı uşağı var. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61- ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Cinayətlərin təsnifatına (mad. 15.4) görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində göstərilən (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) cinayətlər ağır cinayətlər hesab olunur. Həmin maddənin sanksiyasında 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olunması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. «Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixil 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məhkəmə qeyd edir ki, ona məhz hansı növ cəzanın təyin edilməsi məsələsi ətraflı şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində işin bütun halları həm ayrı-ayrılıqda, həm də məcmu halda təhlil edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə gorə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 19 may 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş və ya xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə ekspertiza xərcləri yoxdur. İş üzrə maddi sübutlar - Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş qısaqol köynək, qısaqol mayka, şalvar, alt şalvarı, kəmər və Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi və cinayətin predmeti olmuş bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2, 42 1.4, 42.2, 42.2.4, 344-350, 352-353, 356, 358, 384-385-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ona təyin olunmuş cəzanın çəkilmə müddətinin əvvəli 19 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bakı şəhəri Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerində saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş qısaqol köynək qısaqol mayka, şalvar, alt şalvarı, kəmər və Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi və cinayətin predmeti olmuş bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər Azad Məcidov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-1998/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1998/2023
21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver