Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-200/2021 13.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibləri- X12 və X5, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi, mülki iddiaçı - X6 və nümayəndəsi - Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, Müdafiəçi - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbsi, B.Dadaşov küçəsi, döngə 1, ev 2-də qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmiş, həmçinin bilə-bilə hüquq verən saxta vəsiqədən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2018-ci ilin iyul-avqust aylarında istintaqa dəqiq məlum olmayan vaxtda və şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 1000 manat müqabilində alaraq əldə etdiyi, üzərində Rusiya Federasiyasının Çeçenistan Respublikası tərəfindən xx.xx.2018-ci il tarixdə onun adına verilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar əks olunmuş "Requla" firmasının istehsalı olan “FDS Forensic” xüsusi kompüter proqramında olan həqiqi sürücülük vəsiqəsi ilə eynilik təşkil etməyən, bu növ sənəd üçün qəbul olunmuş standarta uyğun olmayan minik və yük avtomobillərini idarə etmək hüququ verən "BCD" kateqoriyalı **********№-li saxta sürücülük vəsiqəsindən bilə-bilə istifadə etməklə nəqliyyat vasitələrini idarə etmiş, həmçinin, bundan sonra həmin saxta sürücülük vəsiqəsi əsasında xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərin pozaraq, yəni nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi "Daewoo BS090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus ilə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən keçən Sabunçu-Zabrat avtomobil yolunda Zabrat dairəsi istiqamətində 50 km/saat sürətlə hərəkət edərkən, "Ayxan market”in yaxınlığında "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməmiş, həmin vaxtı adi yerişlə yolu sağdan sola doğru keçmək istəyən piyadalar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 avtobusun qabaq sol hissəsi ilə vurmuş, nəticədə Təqsirləndirilən şəxs ehtiyyatsızlıqdan piyada Zərərçəkmiş şəxs1 baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, sol təpə-gicgah sümüklərinin kəllə əsasına keçən qapalı, qəlpəli sınıqları, sol tərəfli 2-3-4-5-6-7-8-9-10-cu qabırğaların yerini dəyişən qapalı qəlpəli sınıqları və həmin səviyyədə döş plevrasının cırılması, sol saiddə hər iki said sümüklərinin yerini dəyişən qapalı sınıqları, sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna hava və qanın yığılması), ağciyərlərin əzilmiş-cırılmış yaraları, başın, gövdənin, yuxarı və aşağı ətrafların dərialtı hematomaları, əzilmiş-cırılmış yarası, qançır və sıyrıqlarından ibarət, sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq həmin xəsarətlərdən xx.xx.2019-cu il tarixdə 3 saylı Şəhər Klinik Xəstəxanasında ölməsinə, piyada Zərərçəkmiş şəxs2 Yusil oğlunun isə sağ sirkə kasasının yerini dəyişən, hər iki oturaq sümüklərinin orta 1/3-nin, sol qasıq sümüyünün xətti sınıqları, sağ said, sol bazu və sol kürək nahiyələrinin sıyrıqlarından ibarət ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.3 və 320.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, avtobus idarə edib işləmək istədiyi üçün “BCD" kateqoriyalı sürücülük vəsiqəsi almaq istəsə də, Azərbaycanda həmin kateqoriyalı sürücülük vəsiqəsi almaq ona çətin gəlmiş, sürücülük məktəbini bitirsə də, nəzəri test imtahanından müvəffəqiyyətlə keçmək üçün suallara hazırlaşa bilməmişdir. Təxminən 2019-cu ilin iyun ayında Nardaran-Koroğlu metrosu marşrutu üzrə 189 saylı xətdə işləyən avtobusda pul yığan işləyəndə əvvəllər tanımadığı bir şəxslə söhbət zamanı həmin şəxs ona sürücülük vəsiqəsi istəyirsə pul müqabilində onun üçün düzəldə biləcəyini bildirmişdir. O, həmin şəxsə "BCD” kateqoriyalı sürücülük vəsiqəsi istədiyini bildirmişdir. Həmin şəxs Rusiya Federasiyasının sürücülük vəsiqəsini ona verəcəyini bildirmiş və o, razılaşmışdır. Həmin şəxsi tez-tez avtobusda görsə də, onu tanımamış və harada yaşadığından heç bir məlumatı olmamışdır. Aradan bir neçə gün keçdikdən sonra həmin şəxsi avtobusda gördükdə, sonuncu ona 1000 manat müqabilində lazımi kateqoriyada Rusiya Federasiyasının sürücülük vəsiqəsini Rusiyaya getmədən və imtahan vermədən 1 ay ərzində verə biləcəyini bildirmişdir. Həmin şəxslə sürücülük vəsiqəsi hazır olduqdan sonra tələb olunan pulu verəcəyi barədə razılaşmışlar. Bundan sonra o, həmin şəxsin ona tapşırığı əsasında şəxsiyyət vəsiqəsinin surətini, yaşayış yeri üzrə sağlamlıq haqqında arayışı, fotoşəkillərini və ilkin olaraq 100 manat pulu həmin şəxsə vermişdir. Daha sonra 2018-ci ilin avqust ayında Koroğlu metrosunun yanında həmin şəxslə görüşdükləri zaman sonuncu ona Çeçenistan Respublikası tərəfindən onun adına verilmiş “BCD” kateqoriyalı sürücülük vəsiqəsini vermiş, o da, razılaşdıqları pulun qalanını, yəni 900 manat pulu həmin şəxsə vermişdir. Lakin həmin müddət ərzində, eləcə də elə indiyədək onun özü nə Rusiya Federasiyasında, nə də, Çeçenistan Respublikası ərazisində olmamışdır. Həmin sürücülük vəsiqəsini əldə etdikdən sonra, elə onu təqdim etməklə Mərdəkan qəsəbəsindən Koroğlu metrostansiyasına marşrutu xətti üzrə üzrə işləyən 136 saylı xətdə avtobus idarə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə adını bilmədiyi dispetçer ona zəng vuraraq “Daewoo” markalı, **-TG-*** qeydiyyat nömrə nişanlı avtobusla sabahı gün sərnişin daşımaq lazım olduğunu bildirdiyindən, gecə vaxtı Maştağa qəsəbəsində həmin firmanın qarajından səhəri gün idarə edəcəyi avtobusu götürmüşdür. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarından avtobusla sərnişin daşımağa başlamış, elə həmin gün saat 22 radələrində Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən Zabrat qəsəbəsi ərazisində iki piyadanın yolun ortasında qoşa xətlərin üzərində dayandığını, yolu sağdan sola keçmək istədiklərini görmüşdür. Lakin o, həmin piyadalara yaxınlaşdıqda piyadalar fikirlərini dəyişib onu gözləmədiyi şəkildə yolu soldan sağa, yəni geriyə doğru keçməyə başlamışlar. Bu zaman idarə etdiyi avtobusla piyadalar arasında məsafə çox az olduğundan əyləc pedalını bassa da, avtobusu saxlaya bilməmiş və həmin piyadaları idarə etdiyi avtobusla vurmuşdur. Bundan dərhal sonra o və avtobusda olan sərnişinlər avtobusdan düşüb yerə uzanıqlı vəziyyətdə olan, şəxsiyyətləri ona sonradan məlum olan mərhum Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 köməklik etməyə çalışmışlar, sərnişinlərdən biri 103 Təcili Tibbi yardım xidmətinə də zəng vurmuş, o da hadisə yerində qalıb gözləmişdir. Bir qədər sonra Təcili Tibbi yardım avtomobili oraya gəlmiş və Seyidrzanın vəziyyəti ağır olduğuna görə təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. O həmin vaxt həyacanlı olduğuna görə özünü itirmiş və Seyidrzaya tibbi yardım göstərən həkimlərə yaxınlaşmadan avtobusda hərəkətsiz oturmuşdur. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları da gəlmiş, o da sonunculara özünü avtobusun sürücüsü kimi təqdim etmişdir. Hadisə yeri ilkin müayinə edildikdən sonra avtobusu yol polisi əməkdaşlarının iştirakları ilə cərimə meydançasına qoymuş, daha sonra isə üzərində sürücülük vəsiqəsi və şəxsiyyət vəsiqəsi olmadığına görə polis əməkdaşları ilə birlikdə yaşadığı evə gedərək, sənədləri götürüb polis əməkdaşlarına təhvil vermişdir. Bundan sonra polis əməkdaşları onu sərxoşluğun müəyyən edilməsi üçün tibbi müayinədən keçirtmiş və onu Zabrat qəsəbəsindəki 15-ci polis bölməsinə aparmışlar. Orada iş müstəntiqə həvalə edilmiş və o, müstəntiqin iştirakı ilə hadisə yerinə gedərək, baş verənləri izah etmiş və hadisə yeri müayinə olunmuşdur. Baş vermiş hadisədən sonra valideynləri dəfələrlə mərhum Seyidrzanın evinə gedib barışmağa çalışsalar da, sonuncunun ailə üzvləri ilə barışmaq cəhdləri alınmamış, arada razılıq əldə olunmamışdır. Digər Zərərçəkmiş şəxs2la isə hazırda barışıq əldə olunmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən zaman o, ayıq olmuş, nə spirtli içki, nə də hər hansı digər vasitə qəbul etməmişdir. Həmin vaxt idarə etdiyi avtobusun sürəti 40-50 km/saat olmuşdur. Hadisə xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən Zabrat qəsəbəsi ərazisində baş vermişdir. Hadisə zamanı idarə etdiyi avtobus texniki cəhətdən saz vəziyyətdə olmuş və avtobusda ondan başqa təxminən 20-25 nəfər sərnişin olmuş, onun özü və avtobusdakı sərnişinlər heç bir xəsarət almamışlar. O, piyadaları idarə etdiyi avtobusla öz hərəkət yolunda, avtobusun sol kənar hissəsi ilə vurmuşdur. Piyadalar yolu sağdan sola tərəf keçmiş, onları “Ayxan” marketə 100 metr qalmış görmüş, tormoz əyləcini bassa da, avtobusu saxlaya bilməmiş və həmin piyadaları vurmuşdur. Piyadaları vurduqdan sonra avtobusu saxlayıb avtobusdan düşərək piyadalara yaxınlaşmış bu zaman sərnişinlərdən də bəziləri avtobusdan düşüb piyadalara yaxınlaşmış, sərnişinlərdən biri TTY çağırmışdır. Bu zaman həmçinin avtobusda olan sərnişinlərdən, tanımadığı iki qadın tibb işçisi olduqlarını bildirib avtobusla vurduğu həmin şəxslərə ilkin tibbi yardım göstərmişlər. Bundan sonra ona məlum olmuşdur ki, həmin vaxt vurduğu şəxslər hər ikisi yaşayır. Daha sonra isə piyadalardan birini TTY ilə, digəri isə taksi ilə xəstəxanaya yola salmışlar. Təqdim etdiyi sürücülük vəsiqəsinin alınması ilə bağlı o, Rusiya Fedrasiyasına heç vaxt getməmiş, hər hansı bir imtahanda və s. iştirak etməmişdir. İş materialları ilə sürücülük vəsiqəsinin verilmə müddətini əhatə edən xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası ərazisi hüdudlarını tərk etmədiyinin müəyyən edildiyi ona aydındır. Son olaraq bildirir ki, baş vermiş hadisəyə və törətdiyi cinayət əməllərinə görə peşmandır, yaşanan hadisə avtomobil idarə edən hər bir kəsin başına gələ bilən bir yol nəqliyyat hadisəsi olmuşdur. Zərərçəkmiş şəxs2 ilə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və subay olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması hadisənin baş vermə şəraiti və səbəbləri barədə onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, iş üzrə keçirilmiş ekspertiza rəyləri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır, mərhum Zərərçəkmiş şəxs1 onun qardaşıdır. Qardaşı Zərərçəkmiş şəxs1 xx.xx.1965-ci ildə Ağsu rayonunda anadan olmuş və öz ailəsi ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi R.Axundov küçəsində nömrəsiz evdə yaşamış və fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə 23:30 saat radələrində o, yaşadığı evdə olan zaman ona Seyidrzanı maşın vurduğu və 3 saylı şəhər xəstəxanasında olduğunu xəbər vermişlər. O bu xəbəri aldıqdan dərhal sonra 3 saylı şəhər kliniki xəstəxanasına yollanmış və və oraya çatdıqda həkimlər ona qardaşı Seyidrzanın reanimasiya şöbəsinə yerləşdirildiyini bildirmişlər. Artıq xx.xx.2019-cu il tarixdə, saat 01-02 saat radələrində o, elə 3 saylı şəhər kliniki xəstəxanasında olduğu zaman həkimlər qardaşı Zərərçəkmiş şəxs1 öldüyünü bildirmişlər. Seyidrzanın meyiti tibbi ekspertizadan keçirildikdən sonra onlara təhvil verilmiş, xx.xx.2019-cu il tarixdə qardaşı Seyidrzanı Bakı şəhəri Zabrat qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn elmişlər. O, sonradan qardaşı Seyidrzanı Zabrat qəsəbəsində avtobusun vurmasını bilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs və ailəsi tərəfindən mərhumun ailəsinə qarşı barışıq üçün heç bir addım atılmamış, dəymiş ziyandan heç bir miqdarda ödəniş olmamışdır. Tərəfindən verilmiş mülki iddia tələbi ilə bağlı qeyd etmişdir ki, iddia tələbində göstərdiyi məbləğ əsasən yas mərasimində çəkilmiş xərclərlə bağlıdır, keçirilən yas mərasimində 600 nəfər iştirak etmiş, 3000-4000 manat xərcləri çıxmışdır. Tərəfindən əldə etdiyi arayışlar mülki iddia ərizəsinə əlavə edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə, saat 22 radələrində yaşadığı evdən özünə siqaret almaq məqsədilə çıxmışdır. O, Sabunçu-Zabrat avtomobil yolunu sağdan sola adi yerişlə keçən zaman arxadan da bir nəfər şəxsdə adi yerişlə onun dalınca yolu keçmişdir. Özü hərəkət istiqamətlərini ayıran qoşa xəttin üzərində olarkən Sabunçu qəsəbəsi istiqamətindən gələn görə bilmədiyi avtomobil onu vurmuşdur. Həmin vaxt o, yerə yıxılmış, daha sonra isə özündən getdiyi üçün sonrası ilə bağlı heç nə xatırlamamışdır. Növbəti gün ayıldığı zaman xəstəxanada olduğunu görmüşdür. Sonradan bilmişdir ki, onu və ondan başqa bir nəfər şəxsi Sabunçu qəsəbəsindən Zabrat dairəsi istiqamətində hərəkət edən avtobus vurmuş, digər şəxs ölmüşdür. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, yolu sağ tərəfdən sola tərəf, yəni Ayxan market tərəfdən qarşıya doğru keçmiş, qoşa xəttin üzərində olduğu zaman əks tərəfdən maşınların gəlib-gəlmədiyini yoxladığı zaman avtobus onu vurmuşdur. Həmin vaxt mərhum ondan sol tərəfdə olduğundan avtobus ilk mərhumu vurmuş, sonra isə onu vurmuşdur. Hadisə vaxtı avtobusu yolun hərəkət hissəsində görmədiyindən, həmin avtobusun sürətini bilməmişdir. Məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, hadisənin baş verdiyi ərəfədə anası Arzu, atası Vəli, qardaşı Vaqif və nənəsi Sevillə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Təqsirləndirilən şəxs onun qonşuluğunda yaşaması ilə əlaqədar ötəri olaraq tanımış, lakin onunla heç bir münasibəti olmamışdır. Sadəcə olaraq Fazil sərnişin avtobusu ilə Maştağa-Koroğlu metrosu istiqamətində avtobusla sərnişin daşıdığı üçün bir neçə dəfə sonuncunun idarə etdiyi avtobusla gəlibgetmişdir. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında o, Bakıxanov qəsəbəsində Fazilin idarə etdiyi "Daewoo” markalı avtobusa minmiş və avtobusda yer olmadığı üçün arxa tərəflərdə ayaqüstə durmuşdur. Avtobus Zabrat qəsəbəsi ərazisində "Ayxan” marketi yenicə keçmişdir ki, qəfildən sürücü əyləci basmış, sərnişinlər, əsasən də, ayaqüstə duran sərnişinlər irəliyə doğru itələnmiş və avtobus yolu keçən piyadaları vurmuşdur. O və digər sərnişinlər avtobusdan yerə düşmüş və bu zaman avtobusun qarşısında yolu keçən iki piyadanın uzandığını görmüşdür. Sürücü Fazil və orada olan şəxslər xəsarət alan piyadalara kömək etməyə çalışmış və oraya təcili tibbi yardım avtomobili çağırmışlar. O, həssas olduğundan piyadaların xəsarətlərinə baxa bilməmişdir. Bir neçə dəqiqədən sonra təcili tibbi yardım avtomobili gəlmişdir. Xəsarət alanlardan biri təcili tibbi yardım avtomobili, digəri isə taksi avtomobili ilə xəstəxanaya yola salınmışdır. O, evə gedəndə Fazil həyəcanlı və qorxmuş vəziyyətdə avtobusda sükan arxasında oturmuş, polis əməkdaşları da yenicə oraya gəlmişlər. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, o, avtobusun arxa hissəsində olduğundan piyadaların necə vurulduğunu görməmişdir. Hadisə zamanı avtobusda sərnişin qismində və hadisə yerində tanıdığı başqa bir şəxs olmamışdır. Həmin piyadalardan birinin xəstəxanada aldığı xəsarətlərdən öldüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabunçu RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru Şahid4 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə onlar qrafik üzrə gecə növbəsində olmuş və inspektor, polis baş serjantı X9 ilə birlikdə xidməti avtomobillə xidmətə çıxmışlar. Təxminən saat 22 radələrində Sabunçu rayonu Zabrat qəsəbəsində “Ayxan” marketin yaxınlığında yolun hərəkət hissəsində 186 saylı xətt üzrə sərnişin daşıyan avtobusun piyadaları vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə Sabunçu RPİ-nin növbətçi hissəsindən məlumat almışlar. Məlumat əsasında xidməti avtomobillə hadisə yerinə çıxmış, məlumat aldıqlarından 25-30 dəqiqə sonra onlar hadisə yerinə gələndə Təcili tibbi yardım avtomobili artıq orada olmuş və ağır xəsarət alan şəxsi avtomobilə yerləşdirib aparmışlar. Yol-nəqliyyat hadisəsini törədən “Daewo BS 090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus yolun kənarında dayanmışdır. Sürücü, sonradan adını öyrəndiyi Təqsirləndirilən şəxs avtobusda sükan arxasında həyacanlı vəziyyətdə oturmuşdur. Təqsirləndirilən şəxs hadisənin necə baş verdiyini soruşduqda, Fazil bildirmişdir ki, Maştağa istiqamətində hərəkətdə olarkən iki piyadanın yolun ortasında durduğunu və yolu keçməyə çalışdıqlarını görmüş, lakin onlara yaxınlaşanda yolu keçməyə başladıqları üçün əyləci bassa da, avtobusu saxlaya bilməmiş və həmin iki piyadanı vurmuşdur. Piyadalardan birinin xəsarəti ağır olmadığına görə avtomobillə xəstəxanaya yola salınmışdır. Təqsirləndirilən şəxs şəxsiyyəti təsdiq edən sənədi, sürücülük vəsiqəsini və avtobusa dair qeydiyyat şəhadətnaməsini onlara təqdim etməyini təklif etdikləri zaman Fazil onlara sənədləri evdə unutduğunu, evdən götürüb onlara təqdim edə biləcəyini bildirmişdir. Bu səbəbdən avtobusu sürücünün iştirakı ilə cərimə meydançasına qoyduqdan sonra Fazili yaşadığı Maştağa qəsəbəsində evinə aparmış və Fazil evdən sənədlərini götürüb onlara təqdim etmişdir. Bundan dərhal sonra onlar Fazili sərxoşluq müayinəsindən keçirərək Təqsirləndirilən şəxs avtobusu ayıq vəziyyətdə idarə etdiyini müəyyən etmişlər. Bundan sonra Fazili Zabrat qəsəbəsində yerləşən Sabunçu RPİ-nin 15-ci Polis bölməsinə aparsalar da, Sabunçu RPİ-nin müstəntiqi Muxtar Muxtarlı hadisə yerinə baxış keçirmək üçün hadisə yerinə gəldiyi üçün Fazili hadisə yerinə aparmışlar. Müstəntiqin rəhbərliyi ilə hadisə yeri müayinə olunmuş, onlar isə hadisə yerində baxışın sonunadək gözləməyib xidməti fəaliyyətlərinə davam etmək üçün oradan çıxıb getmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X9 digər Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, o, təxminən 3 il olar ki, 186 saylı xətt üzrə işləyən marşrut avtobusu qarajında mexanik vəzifəsində işləyir. Həmin xətt üzrə 12 avtobus işləyir, həmin xətt üzrə işləyən avtobus Maştağa qəsəbəsindən Neftçilər metrostansiyasına sərnişinləri daşıyır. Təqsirləndirilən şəxs bir neçə aydır ki, tanıyır. Təqsirləndirilən şəxs ilk dəfə xx.xx.2019-cu il tarixdə 186 saylı xətt üzrə işləyən marşrut avtobusunda sürücü kimi işə çıxmış və “Daewoo BS090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə etmişdir. xx.xx.2019-cu il tarixdə axşam 22-23 radələrində ona xəbər gəlmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi "Daewoo BS090” markalı **-TG- *** dövlət qeydiyyat nişanlı avtobus ilə Zabrat qəsəbəsində “Ayxan” marketin yaxınlığında iki nəfər piyadanı vurmuşdur. O və 186 saylı marşrutun dəstə rəhbəri Vüqar adlı şəxs dərhal hadisə yerinə getmişlər. Hadisə yerində polis əməkdaşları olmuş, sürücü Təqsirləndirilən şəxs və idarə etdiyi avtobus orada olmuşdur. Piyadalar onlar gələndə artıq xəstəxanaya aparmışlar. Daha sonra "Daewoo BS090" markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus cərimə meydançasına göndərilmişdir. Bundan sonra o, sürücü Təqsirləndirilən şəxsla birlikdə 15-ci polis bölməsinə getmişlər. O. hadisənin hansı şəraitdə baş verməsini görməmiş və bu barədə hər hansı bir məlumatı olmamışdır. (cild 01, iş vər. 36) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsindən görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 22 radələrində o, 186 saylı xətt üzrə işləyən “Daewoo” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobildə sərnişin kimi Maştağa qəsəbəsinə gedirmiş. Həmin vaxtı avtobusda təxminən 25 nəfər şəxs olmuşdur. Avtobus “Ayxan” marketi” keçdikdən sonra birdən ani olaraq əyləci basmış və avtobus dayanmış, həmin vaxtı sərnişinlər avtobusdan düşmüşlər, o da avtobusdan düşmüş və görmüşdür ki, avtobus iki nəfər piyadanı vurmuş, onlar xəsarət almışlar. Avtobusun sürücüsü də orada olmuş, sürücü və oraya yığışmış adamlar həmin vurulmuş piyadalara kömək etmək istəyirmişlər. Təxminən 10-15 dəqiqə sonra oraya təcili tibbi-yardım avtomobili gəlmiş, piyadaladan birini təcili tibbi yardım avtomobili, digər piyadanı isə taksi avtomobilinə qoymuşlar və xəstəxanaya yola salmışlar, sonra hadisə yerinə polis işçilər gəlmişlər. Həmin vaxtı sürücü avtobusun yanında dayanmışdır. O, bundan sonra başqa bir avtobusa minib oradan çıxıb getmişdir. Hadisədən sonra sürücü avtobusdan düşərək vurduğu piyadalara kömək etmək istəyirmiş, xəsarət almış piyadaları xəstəxanaya yola saldıqdan sonra, sürücü hadisə yerində qalmış, hadisə yerinə polis işçiləri gəlmişlər, bundan sonra o, başqa avtobusa minib çıxıb getmişdir. O. avtobusun arxa hissəsində olduğu üçün hadisənin hansı şəraitdə baş verməsini görməmiş, onlar avtobus əyləci basıb saxladıqdan sonra avtobusdan düşüb hadisənin artıq baş verdiyini görmüşlər. (cild 01, iş vər. 97) Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilərək tərəflərə təqdim edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. “Cinayət işinin başlaması və icraata götürülməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM–nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (cild 01, iş vər 1) Sabunçu RPİ-nin N/H-nin M/N-i əvəz edən polis baş/leytenantı Aqil Xudiyev tərəfindən Sabunçu RPİ-nin rəisi vəzifəsini icra edən polis polkovniki Şaiq Əliyevə raportla məruzə edərək, xx.xx.2019-cu il tarixdə saat 23:30-da 1994 a/o, Təqsirləndirilən şəxs i/e Daewoo markalı 186 saylı xətt sərnişin avtobus AZ **-TG-*** d.q.n-lı Zabrat qəsəbəsi Ayxan marketin qarşısında hərəkətdə olan zaman yolu keçən piyada 1982 a/o, Zərərçəkmiş şəxs2 (sol budun sınığı) və 1965 a/o, Quliyev Seyidrza Məhəmməd oğlu aldığı xəsarətsən vəfat etmişdir, məlumatların araşdırılması üçün 2 saylı HK-da qeydiyyata alınmasına göstəriş verilməsini xahiş etmişdir.(cild 01, iş vər 4) “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan, protokola əlavə olan sxemdən və fotoşəkillərdən görünür ki, Bakı şəhəri Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi Muxtar Muxtarov tərəfindən daxil olmuş məlumat əsasında Sabunçu RPİ-nin növbətçi hissəsinin sürücüsü Hüseyn İsmayılovun və dəvət olunmuş hal şahidlərinin və Təqsirləndirilən şəxs iştirakları ilə, hadisənin baş verdiyi Bakı şəhəri Sabunçu rayonu, Zabrat qəsəbəsi, Sabunçu-Zabrat yoluna baxış keçirilmiş, baxış zamanı piyadanı vurma hadisəsinin baş verdiyi yeri Təqsirləndirilən şəxs göstərmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, birinci piyadanın vurulduğu yer Zabrat dairəsi istiqamətində, yolun sağından mərkəzə doğru 8 metr, yolun mərkəzindən keçən qoşa ağ xətdən sağa 2,5 metr, 2-ci piyadanın vurulduğu yer yer Zabrat dairəsi istiqamətində, yolun sağından mərkəzə doğru 8 metr, yolun mərkəzindən keçən qoşa ağ xətdən sola 2,5 metr məsafədə yerləşir, piyadaların vurulma yerləri arasında məsafə isə 1 metrdir, piyadalar yolu sağdan sola keçmişlər. “Daewoo” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus cərimə meydançasına yerləşdirilmişdir. “Daewoo” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus Zabrat dairəsi istiqamətində hərəkət etmişdir. (cild 01, iş vər 5-9) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin xx.xx.2019-cu il tarixli 1/2873 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə avtobusu idarə edərkən ayıq vəziyyətdə olmuşdur.(cild 01, iş vər 10-11) “xxxx Firması” tərəfindən verilmiş 186 nömrəli xətt üzrə 58 nömrəli yol vərəqəsindən görünür ki, “Daewoo” markalı, 10TG771 qeydiyyat nömrə nişanlı avtobusun xx.xx.2019-cu il tarixdən, xx.xx.2019-cu il tarixədək **********№-li BCD kateqoriyalı sürücülük vəsiqəsi əsasında Təqsirləndirilən şəxs etibar edilmişdir. “Cinayəti törətməkdə şübhəli olan şəxsi tutma haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün həmin tarixdə saat 09.40-da tutulmuşdur. (cild 01, iş vər 29) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 3 nömrəli şəhər klinik xəstəxanası tərəfindən xx xxxxxx 2019-cu il tarixli 1001 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs2 xəstəxanaya 24.0.8.2019-cu il tarixdən bədənin küt travması, baş-beyin travması, OKB travması ilə əlaqədar müalicə alır.(cild 01, iş vər 37) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11- Təcrübə və Tədris Birliyi tərəfindən Sabunçu RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Muxtar Muxtarova ünvanlanmış məktubdan görünür ki, xx.xx.2019-cu il tarixli ********* saylı sorğuya cavab olaraq bildirilmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 meyiti xx.xx.2019-cu il tarixdə məhkəmə-tibbi müayinəsindən keçirilmişdir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb “Kəllə tağı və əsas sümüklərinin çox qəlpəli sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi olmuşdur.(cild 01, iş vər 38) Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 4(008)-370/2019 saylı xx.xx.2019 tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Sabunçu rayon prokurorunun təqdimatı təmin edilməmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilmişdir.(cild 01, iş vər 55-56) “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi qərar alınmışdır. (cild 01, iş vər 57-58, 59) “Zərərçəkmiş şəxsin hüquqi varisinin təyin edilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X6 qardaşı Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində təyin edilmişdir. (cild 01, iş vər 63) Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2019-cu il tarixli tələbnamə arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. (cild 01, iş vər 75) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X21 İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, DİN-in Baş X21i İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarından əsasən xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilmədiyi müəyyən edilmişdir. (cild 01, iş vər 76) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, 1252 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sağ sirkə kasasının yerini dəyişən, hər iki oturaq sümüklərinin orta 1/3-nin, sol qasıq sümüyünün xətti sınıqları, sağ said, sol bazu və sol kürək nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən xx.xx.2019-cu il tarixdə və şəraitdə, yəni baş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir.(cild 01, iş vər 79-81) Məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli 126 №-li rəyindən görünür ki, Mərhum Zərərçəkmiş şəxs1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: Baş beyin maddəsinin əzilməsi, baş beyin maddəsinə və yumşaq qişalarına qansızma, sol təpəgicgah sümüklərinin kəllə əsasına keçən qapalı, qəlpəli sınıqları, sol tərəfli 2-3-4-5-6-7-8- 9-10-cu qabırğaların yerini dəyişən qapalı qəlpəli sınıqları və həmin səviyyədə döş plevrasının cırılması, sol saiddə hər iki said sümüklərinin yerini dəyişən qapalı sınıqları, sol tərəfli hemopnevmotoraks (sol döş boşluğuna hava və qanın yığılması). Ağciyərlərin əzilmiş-cırılmış yaraları, başın, gövdənin, yuxarı və aşağı ətrafların dərialtı hematomaları, əzilmiş-cırılmış yarası, qançır və sıyrıqları. Xəsarətlər həyati olub, Zərərçəkmiş şəxs1 xəstəxanaya daxil olmasından (xx.xx.2019-cu il, saat 22:20) az əvvəl bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə və şəraitdə, yəni avtobus vurması nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. İlkin zərbə ona ayaqüstü vəziyyətdə olmaqla bədənin sol yan səthindən yetirilə bilərdi. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb kəllə tağı və əsası sümüklərinin sınıqları ilə əlaqədar baş beyin maddəsinin əzilməsi. Baş beyin maddəsinə və qişalarına qansızma olmuşdur. Ölüm xx.xx.2019-cu il tarixdə 01:10da xəstəxanada baş vermişdir, bu da ilkin meyit əlamətlərinə əsasən öz təsdiqini tapır. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1,2% qatılığında etil spirti aşkar edilmişdir. Etil spirtinin bu miqdar qatılığı canlı şəxslər üçün tərtib olunmuş cədvələ əsasən yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild 01, iş vər 82-87) Məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2019-cu il tarixli, 24853 saylı rəyindən görünür ki, ekspert tərəfindən aparılmış tədqiqatlar nəticəsində qeyd olunan şəraitdə nəqliyyat vasitəsinin tam dayanma yolu 38,6 metr, piyadalar vurulana qədər qət etdiyi yolu keçməyə başladığı anda nəqliyyat vasitəsinin piyadaların vurulma yerində 91- 70,1 metr aralı məsafədə olması müəyyən edilmiş, bununla da istintaq tərəfindən verilən məlumatlara əsasən piyadalar vurulana qədər qət etdiyi yolu keçməyə başlayanda nəqliyyat vasitəsinin piyadaları vurduğu yerdən olduğu məsafəsi onun mövcud şəraitə uyğun tam dayanma yolundan böyük olduğu müəyyən edilərək, “Daewoo BS090” markalı, 10-TG771 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olduğu və onun hərəkətlərində '"Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğu nəticəsinə gəlinmişdir. (cild 01, iş vər 101-103) “Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 4(008)-455/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxx 2019-cu ildən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər 131-133) Təqsirləndirilən şəxsə ittihamın elan edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan olunmuşdur.(cild 01, iş vər 144-153) Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işinin materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. (cild 01, iş vər. 213-224) Cinayət işi üzrə təyin edilmiş əlavə-məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 2145 saylı rəyindən görünür ki, “Daewoo BS090” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtobusu sürücülük vəsiqəsi olmadan idarə etdiyi şəraitdə, onun hərəkətlərində “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (cild 02, iş vər 20-22) xx xxxx 2020-ci il tarixli protokoldan və əlavə edilmiş kserosurətlərdən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo BS090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsindən sonra 9 saylı cərimə meydançasına gətirilməsi və təhvil verilməsi ilə bağlı 9 saylı cərimə meydançasına daxil olan və çıxan avtomobillərin qeydiyyatı kitabına baxış keçirilmiş və həmin kitabda 1542 nömrəli sırada “Daewoo BS090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdə cərimə meydançasına gətirilməsi göstərilmişdir. Həmçinin daxil olan avtomobillərin qeydiyyatı barədə jurnalda həmin avtomobilin xx.xx.2020-ci il tarixdə saat 22:45-də cərimə meydançasına daxil olması qeyd edilmişdir. (cild 02, iş vər 23) “Telefon məlumatlarına baxış keçirilməsi barədə” xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsinin xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə hansı anten dairələrində olması barədə məlumat qeyd edilmiş xxxx MMC-dən daxil olmuş məlumatlara baxış keçirilmiş, həmin məlumatlarda Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin baş vermiş hadisə zamanı xx.xx.2019-cu il tarixdə, saat 22:02-də Zabrat qəsəbəsi Səhər Şossesi 50 saylı binanın qarşısında, həmin günü saat 22:12-dən 22:37dək Zabrat 1 qəsəbəsi Babək küçəsi 55 ünvanında, saat 22:37-dən saat 22:49-dək Zabrat 2 qəsəbəsində, saat 22:49-dan saat 22:59-dək Maştağa qəsəbəsi B.Dadaşov küçəsində, saat 23:09-da Zabrat-2 qəsəbəsində, 23:10-da Zabrat 1 qəsəbəsi, Babək küçəsi 5 ünvanında, 23:35-də Sabunçu qəsəbəsi Ə.Məmmədəliyev küçəsində, xx.xx.2019-cu il saat 01:01-dən sonra isə Maştağa qəsəbəsi B.Dadaşov küçəsində olması müəyyən edilmişdir. Baxış zamanı digər əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. (cild 02, iş vər. 36) Bakı Şəhər Baş Polis İdarəsinin Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində Azərbaycan Respublikası ərazisi hüdudlarını tərk etməmişdir. (cild 02, iş vər 98) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Pİ-nin 11.06.020-ci il tarixli 073-16901-1220 saylı məktubundan görünür ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisindən keçən Sabunçu-Zabrat avtomobil yolunda baş vermiş yol-nəqliyyat hadisəsi yerində və yaxınlıqda müşahidə videokameraları aşkar edilməmişdir, həmçinin baş vermiş hadisənin şahidi olan şəxsləri müəyyən etmək mümkün olmamışdır. (cild 02, iş vər 124) Sənədlərin texniki ekspertizasının xx xxxx 2020-ci il tarixli, 5/286 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan 95 16 842096 nömrəli Rusiya Federasiyasının aid sürücülük vəsiqəsinin blankı hər hansı bir eyni nov sənəddən texniki qurğusu vasitəsilə kompüterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan 95 16842096 nömrəli Rusiya Federasiyasına aid sürücülük vəsiqəsi “Requla firmasının istehsalı olan FDS Forensic" xüsusi kompüter proqramında olan həqiqi sürücülük vəsiqəsi ilə eynilik təşkil etmir və bu növ sənəd üçün qəbul olunmuş standarta uyğun deyildir. (cild 02, iş vər 126-129) “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsindən həmin Məcəllənin 263-1.3 və 320.2-ci maddələrinə tövsif olunması, qeyd olunan maddələrdə nəzərdə tutulmuş ittiham elan olunması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 143 və 264-cü maddələri ilə cinayət təqibinin rədd olunması, Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün dəlil gətirməməsi nəzərə alınması, saxta sürücülük vəsiqəsinin hazırlanması və satılması xüsusatı ilə bağlı Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə cinayət təqibinin rədd olunması, “xxxx” MMC-yə faktiki rəhbərlik etmiş X13, dispeçer X2 və MMC-də işləmiş digər vəzifəli şəxslərin əməllərində Azərbaycan Respublikası CM-nin 265 və 265-1.2-ci maddələrinin tərkibinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün barələrində cinayət işindən materialın ayrılması və araşdırma aparılmasından ötrü Bakı şəhər prokurorluğu vasitəsilə Sabunçu rayon prokurorluğuna göndərilməsi, cinayət işinə əlavə edilmiş saxta sürücülük vəsiqəsinin Azərbaycan Respublikası CPM-nin 128 və 135-ci maddələrinə əsasən maddi sübut qismində tanınması, bəzi istintaq sənədlərində “Daewoo BS090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun qeydiyyat nişanı səhvən **-TG-*** kimi qeyd olunsa da, **-TG-*** dövlət qeydiyyat nişanlı kimi oxunması qərara alınmışdır. (cild 02, iş vər 133-144) İşə əlavə olunmuş xx xxxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 yazılı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və maddi tələbi yoxdur. İşə əlavə olunmuş Bakı Nəqliyyat Agentliyinin məktubu və əmrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixindən “xxxx” firmasına sınaq müddətinə işə qəbul edilmişdir. Hadisə baş verən an **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisini, zərərçəkmiş şəxsi və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması onun özünün etirafedici ifadəsi, toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmunu, ekspertiza rəyləri və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.3 və 320.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə, Təqsirləndirilən şəxs cəza təyin edilməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli 5 №-li qərarının 24-cü bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu öz-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməllərini etiraf edib peşman olmasını, Zərərçəkmiş şəxs2 ilə barışmaqla, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin sanksiyasından görünür ki, qanunverici tərəfindən qeyd olunan cinayət əməlini törətməyə görə beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin sanksiyasından görünür ki, qanunverici tərəfindən qeyd olunan cinayət əməlini törətməyə görə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə əhatə olunan əməli ehtiyatsızlıqla törədilən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə əhatə olunan əməli isə qəsdən törədilən cinayət əməli olmuşdur. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan qərarında sadalanan halları, eləcə də cinayət qanunvericiliyinin cəza təyini ilə bağlı normalarını iş üzrə müəyyən edilmiş hallarla (zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə olunmaması, sonuncuya dəymiş ziyanın ödənilməmiş olmasını) nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinin minimumu həddində cəza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bununla yanaşı “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 44-cü bəndinə əsasən ümumi istifadədə olan nəqliyyat vasitəsi sərnişin daşınması üçün nəzərdə tutulmuş, müəyyən edilmiş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsidir (avtobus, trolleybus, tramvay). 33-cü maddəsinin 1-ci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Həmin maddənin 2-ci bəndinin 6-cı yarımbəndinə əsasən isə Azərbaycan Respublikası ərazisindəki yollarda “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək, habelə “B”, “C” və ya “C1” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə) yaranır. Göründüyü kimi qanunverici tərəfindən sürücülük hüququnun əldə olunması üçün nəzəri və praktiki biliklərə sürücünün sahib olması tələbi qoyulmaqla yanaşı, hazırki halda Təqsirləndirilən şəxs idarə etdiyi ümumi istifadədə olan nəqliyyat vasitəsi olan avtobusu idarəetmə hüququnun yaranması üçün əlavə olaraq B”, “C” və ya “C1” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində beş ildən az olmayan təcrübənin olması şərti müəyyən edilmişdir ki, bu hal özlüyündə qeyd olunan növdən olan nəqliyyat vasitələrinin idarə edilməsinin nəinki sürücü üçün, eləcə də onun daşıdığı sərnişinlərin də təhlükəsizliyi baxımından daha yüksək peşəkarlıq tələb etdiyinə dəlalət edir, hazırki halda Təqsirləndirilən şəxs saxta sürücülük vəsiqəsindən istifadə etməklə bu tip nəqliyyat vasitəsini idarə etməsini nəzərə alaraq məhkəmə hesab edir ki, sonuncuya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ilk dəfə qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrumetmə növündə və ilk dəfə ehtiyatsızlıqdan ağır cinayət əməlini törətməyə görə 05 ildən çox müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi əsaslı hesab edildiyindən o, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübutlar,- cinayət işinə əlavə edilmiş Rusiya Federasiyasının Çeçenistan Respublikası tərəfindən xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs verilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar əks olunmuş "Requla" firmasının istehsalı olan “FDS Forensic” xüsusi kompüter proqramında olan həqiqi sürücülük vəsiqəsi ilə eynilik təşkil etməyən, "BCD" kateqoriyalı **********№-li saxta sürücülük vəsiqəsi və “xxxx” MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanmalıdır. İş üzrə ekspertiza tədqiqatı dəyəri 303,65 (üç yüz üç manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulmalıdır. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlər Təqsirləndirilən şəxs və “xxxx” firmasına qarşı iddia tələbi irəli sürərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 320.1ci maddələri ilə Təqsirləndirilən şəxs və 186 saylı marşrut xəttinə məsul olan “xxxx” firmasından müştərək qaydada onun xeyrinə 123.562 (yüz iyirmi üç min beş yüz altmış iki) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, dəfndən sonra o, Bakı şəhərində Zabrat qəsəbəsində 3-7, sonra 40 mərasimi və Ağsu rayonunda qardaşının vəfatı ilə əlaqədar 3-7 mərasimi vermiş, Bakı şəhərində təşkil edilmiş yas mərasimində, 3-7 və 40 mərasimində hər birində 400 nəfər olmaqla iki dəfə X1 kimi işlədiyi mərasim evində təşkil edilmişdir. Qeyd edilən mərasim zamanı adambaşına 8 manat olmaqla 800 nəfər iştirak etdiyindən cəmi 6400 manat vəsait xərclənmiş, Ağsu rayonunun Gəgəli kəndində təşkil edilmiş yas mərasimində isə 500 nəfər şəxs iştirak etmiş və rayon yerində qiymətlər nisbətən aşağı olduğundan adambaşına 5 manatdan olmaqla 2500 manat vəsait xərclənmişdir. Bundan başqa, mərhum qardaşının 40 mərasimi baş tutanadək hər həftə cümə axşamı verilmiş burada da, gələn şəxslərə məclis verilməsi, üçün təqribi 500 manat vəsait xərclənmişdir. Beş dəfə verilmiş cümə axşamı məclislərinə 2500 manata yaxın pul xərclənmişdir. Mərhumun qəbirstanlıqda dəfn xərclərinə 500 manat, baş daşı və qəbirüstünün hazırlanmasına isə 2000 manat pul xərclənmişdir. Beləliklə yas mərasimləri və dəfin xərclərinin cəmi (6400+2500+2500+2500=13900) 13900 manat təşkil etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təqsiri ucbatından vəfat edən qardaşı Zərərçəkmiş şəxs1 ailə başçısı olmuş və ailəsini dolandırmışdır. Vəfat etdiyi dövrdə o, pensiya yaşına çatmamış (54 yaş), əmək qabiliyyətli olmaqla fərdi qaydada işləmişdir. Nəzərə alınsa ki, mərhumun pensiya yaşına çatmasına 11 il qalmışdır, bu onun ailəsinin 11 illik (132 ay) orta aylıq əmək haqqı miqdarında gəlirindən məhrum olmuşdur. Həmin müddəti həminki dövr üçün Azərbaycan Respublikası üzrə müəyyən edilmiş orta aylıq əmək haqqı miqdarı ilə hesablasaq (132x603,5=79662) 79662 manat təşkil edir. Bütün bunlarla yanaşı baş vermiş hadisə nəticəsində ona və mərhum qardaşının ailəsinə-mənəvi ziyan dəymiş və ailəliklə iztirablar keçirmiş, mərhumun həyat yoldaşının səhhətində, xüsusən də gözlərində problemlər yaranmışdır. Bütün bu hadisələr nəticəsində ona (mərhumun ailəsi olaraq) dəymiş mənəvi zərərin həcmini 30.000 manat məbləğində qiymələndirmişdir. Məhkəmə kollegiyası iddiaçının vurulmuş maddi ziyanı tələb etməsinə dair hissəsi ilə bağlı ilk növbədə qeyd edir ki, iddiaçı öz ərizəsinə iki ədəd arayış əlavə etməsinə baxmayaraq, ərizəsində göstərdiyi məbləğləri ödədiyini təsdiq edən ödəniş qəbzlərini (qaimələrini) təqdim etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən mənəvi zərərlə bağlı tələb irəli sürülsə də, qeyd olunan mənəvi tələbin dəyərinin nə ilə əsaslandırılması və sübuta yetirilməsi iddiaçı tərəfindən əsaslandırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ’’əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Qeyd edilən mülki prosessual normaların və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinin hazırki mübahisəyə tətbiqi nəticəsində müəyyən edilir ki, hazırki mübahisədə ona maddi zərərin dəyməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Bundan başqa iddiaçı tərəfindən verilən əldən çıxmış gəlirlə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi olaraq onun qardaşı tanınmış, sonuncunun iddia tələbində də zərərçəkmiş şəxsin ölməsi ilə əlaqədar əldən çıxmış gəlirin hesablanaraq ona ödənilməsi göstərilmişdir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli qərarında qeyd olunur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Vərəsəlik hüququ da belə hüquqlardan biridir. Belə ki, qüvvədə olan MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki cinayət işinin materiallarından ölmüş şəxsin vərəsəlik işi ilə bağlı hər hansı halın, mirasın kim tərəfindən qəbul edilmiş olmasının müəyyən edilməsi mümkün olmamaqla, iddiaçının belə bir tələb irəli sürmək baxımından subyektiv hüquqlarının mövcudluğunun müəyyən edilməsi qeyri-mümkündür. Məhkəmə “xxxx” firmasına münasibətdə iddia tələbinin irəli sürülməsi ilə bağlı da qeyd edir ki, “Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qərardan görüdnüyü kimi “xxxx” MMC-yə faktiki rəhbərlik etmiş X13, dispetçer X2 və MMC-də işləmiş digər vəzifəli şəxslərin əməllərində Azərbaycan Respublikası CM-nin 265 və 265-1.2-ci maddələrinin tərkibinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün barələrində cinayət işindən materialın ayrılması və araşdırma aparılmasından ötrü Bakı şəhər prokurorluğu vasitəsilə Sabunçu rayon prokurorluğuna göndərilməsi qərar alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin hüquqi varisi, mülki iddiaçı X3 həmin iş üzrə irəli sürmüş olduğu iddia tələbi baxılmamış saxlanmalı və ona mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 345-349, 351-353 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 320.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri törətməkdə təqsirli bilinib, CM-nin 263- 1.3-cü maddəsi ilə 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 320.2-ci maddəsi ilə 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs iş üzrə şübhəli şəxs qismində Qaradağ RPİ-nin X8 xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutularaq saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanaraq təyin olunmuş əsas cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 06 (altı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar,- cinayət işinə əlavə edilmiş Rusiya Federasiyasının Çeçenistan Respublikası tərəfindən xx.xx.2018-ci il tarixdə Təqsirləndirilən şəxs verilməsi barədə həqiqətə uyğun olmayan məlumatlar əks olunmuş "Requla" firmasının istehsalı olan “FDS Forensic” xüsusi kompüter proqramında olan həqiqi sürücülük vəsiqəsi ilə eynilik təşkil etməyən, "BCD" kateqoriyalı **********№-li saxta sürücülük vəsiqəsi və “xxxx” MMC tərəfindən təqdim olunmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlansın. İş üzrə ekspertiza tədqiqatı dəyəri 303,65 (üç yüz üç manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs dövlətin xeyrinə tutulsun. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X3 mülki iddia ərizəsi baxılmamış saxlansın və ona mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Eldar Mikayılov Hakimlər: Əliövsəd Abasov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-200/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-200/2021
13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver