Məhkəmə qərarları › İş №1(101)-200/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-200/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-200/2023 20.06.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər –«Universal» Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi1 İlyas oğlu, zərərçəkmiş şəxs Şahid1 və onun nümayəndəsi, Bakı şəhər 2 aylı Vəkil bürosunun vəkili Nümayəndə iştirakları ilə xx xxxxxx 1984-cü il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, «Azərbaycan Elmi Aqrar» jurnalında hüquqşünas işləmiş, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Qasımov küçəsi, ev 14, mənzil 1-də qeyidiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yeni yaşayış sahəsində, fərdi yaşayış evində yaşamış və halhazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29.178.3.2, 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi İttihama əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək “Azərbaycan Aqrar Elmi” jurnalında məsləhətçi və hüquqşünas vəzifələrində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə həmin jurnalın baş redaktoru X4 atası Şahid1 qeyd edilən jurnalın yaranmış vergi borcları və işçilərin əmək haqlarının ödənilməsində köməklik göstərilməsi ilə bağlı özünə müraciətindən sonra qeyd olunan jurnalın külli miqdarda vergi borcu olduğunu ona bildirməklə həmin borcun ödənilərək bank hesablarına qoyulmuş məhdudiyyətin götürülməsi, eləcə də vergi borcları və işçilərin əmək haqlarının ödənilməsi adı ilə 48.600 manat pulun verilməli olmasını 2021-ci ilin yanvar ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının həyətində görüşləri zamanı Şahid1 yalandan bildirib, sonuncunun razılığını aldıqdan sonra bank hesablarına qoyulmuş məhdudiyyətin götürülməsi adı ilə 2021-ci ilin yanvar ayında Azərbaycan Milli Elmlər Akademiyasının həyətində Şahid1 2.000 manat, vergi borcları və işçilərin əmək haqlarının ödənilməsi adı ilə 2021-ci ilin yanvar-may ayları ərzində Bakı Metropoliteninin Nəriman Nərimanov stansiyasının yaxınlığında, Bakı şəhəri, Nərimanov rayonu Həsən Əliyev küçəsində Kral restoranının yanında və Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid parkında hissə-hissə olmaqla, 14 dəfəyə cəmi 46.600 manat olmaqla, ümumilikdə 48.600 (qırx səkkiz min altı yüz) manat pul vəsaitini ondan alaraq, eyni niyyətlə, Şahid1 “Məmmədəli” adlı şəxsin oğlu Amal Həsənovdan şikayətçi olduğunu və buna görə də sonuncu tərəfindən həmin şəxsə vurulmuş 1.200 manat ziyanın ödənilməsinin zəruri olmasını 2021ci ilin may ayında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid parkında olan görüşləri zamanı yalandan bildirib, Şahid1 razılığını almaqla həmin gün sonuncudan Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid parkında 1.200 manat məbləğində pul vəsaitini alaraq, eyni niyyətlə, Şahid1 Şahid3 baş redaktoru olduğu Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalından oğlu Şahid2 rəhbərlik etdiyi "xxxx" MMC- yə köçürülmüş məbləğin mənimsənilməsinə görə "xxxx" MMC-nin maliyyə fəaliyyətinə dair müstəqil auditor rəyi alaraq Şahid3 barəsində Nərimanov Polis İdarəsində araşdırma başlanmasının zəruri olmasını bildirib, bunun üçün özünün yaxın münasibətdə olduğu müstəqil auditora və Nərimanov RPİ-nin səlahiyyətli vəzifəli şəxsinə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə auditora maddi nemət olan 5.000 manat, polis əməkdaşına isə maddi nemət olan 2.500 manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını 2021-ci ilin iyul ayında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid parkında görüşləri zamanı Şahid1 yalandan bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra həmin niyyətlə 7.500 manat pulu 2021-ci ilin iyul ayında Yasamal rayonu, Hüseyn Cavid parkında Şahid1 alaraq, eyni niyyətlə, 2021-ci ilin iyul ayının sonlarında Yasamal rayonu Hüseyn Cavid parkında görüşləri zamanı Şahid1 guya Şahid2 hansısa şəxsin tələbə kimi xaricə göndərilməsi adı ilə “Rafiq" adlı şəxsdən 65.000 (altmış beş min) manat pul aldığını, ziyan ödənilməyəcəyi halda Şahid2 həbs ediləciyini 2021-ci ilin iyul ayının sonlarında Yasamal rayonu Hüseyn Cavid parkında görüşləri zamanı yalandan bildirib, ziyanın ödənilməsi ilə bağlı Şahid1 razılığını almaqla sövdələşdikdən sonra həmin gün 10.000 manat pul vəsaitini, növbəti gün həmin dövrün məzənnəsi ilə 51.000 manat təşkil edən 30.000 (otuz min) ABŞ dolları və 4.000 (dörd min) manat pul vəsaitini Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid parkında Şahid1 alıb, daha sonra cinayətkar niyyətini davam etdirərək sonuncuya guya şikayət edən “Rafiq” adlı şəxsin əlavə xərclərinin çıxdığını, şikayətinin geri götürülməsi üçün əlavə 3.000 (üç min) manat da istədiyini Yasamal rayonu Hüseyn Cavid parkında görüşləri zamanı yalandan bildirib, Şahid1 razılığını almaqla sövdələşdikdən sonra 2021-ci ilin iyul ayının sonlarında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid parkında Şahid1 3.000 manat pul vəsaitini alaraq, eyni niyyətlə, 2021-ci ilin avqust ayının əvvəllərində Yasamal rayonu Hüseyn Cavid bağında görüşləri zamanı Şahid1 “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Şahid3 barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə külli miqdarda ziyan olmasını, həmin ziyanın bir hissənin Şahid2 tərəfindən ödənilməsinin zəruri olması barədə 2021-ci ilin avqust ayının əvvələrində Yasamal rayonu Hüseyn Cavid bağında görüşləri zamanı yalandan bildirib, Şahid1 təlaşlandırdıqdan sonra guya özünün İqtisadiyyat Nazirliyi yanında Vergilər Xidmətinin Ekspertiza İdarəsinin və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yüksək vəzifədə işləyən səlahiyyətli şəxsləri ilə yaxın münasibətinin olmasını, həmin şəxslər vasitəsilə Şahid2 kömək etmək imkanının olmasını yalandan bildirib, həmin vəzifəli şəxslərə xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni qeyd edilən ********* nömrəli cinayət işi üzrə Şahid2 cinayət məsuliyyətinə cəlb edilməməsi üçün müəyyən ediləcək külli miqdarda zərər məbləğinin azaldılmasına görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan 28.000 (iyirmi səkkiz min) manat məbləğində pul vəsaitinin Vergilər Xidmətinin Ekspertiza İdarəsinin və maddi nemət olan 8.500 (səkkiz min beş yüz) manat məbləğində pul vəsaitinin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin vəzifəli şəxslərinə rüşvət qismində verilməsinin zəruri olmasını aldatmaqla bildirərək, Şahid1 razılığını almaqla sövdələşdikdən sonra 2021-ci ilin avqust ayında Sabunçu rayonu, Maştağa qəsəbəsinin girəcəyində 28.000 (iyirmi səkkiz min) manat, bir neçə gün sonra Səbail rayonu “Malakan bağı” deyilən yerdə 8.500 (səkkiz min beş yüz) manat pul vəsaitini ondan alaraq, eyni niyyətlə, Şahid1 övladı Şahid2 direktoru olduğu “Amal Mətbəə"-yə işə götürmək üçün 7-8 nəfərdən pul aldığını, həmin şəxslərin şikayətləri əsasında guya Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində araşdırma aparıldığını, zərərlərin ödənilməyəcəyi halda Şahid2 problem yaranacağını 2021-ci ilin avqust ayının ortalarında Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Malakan Bağı” deyilən yerdə görüşləri zamanı yalandan bildirərək Şahid1 təlaşlandırıb ziyanın ödənilməsinə razı salıb sövdələşdikdən sonra 2021-ci ilin avqust ayının sonunda həmin adla Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid parkında ondan 28.000 (iyirmi səkkiz min) manat pul vəsaitini alaraq, eyni niyyətlə, Şahid1 “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Şahid3 barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində istintaq olunan ********* nömrəli cinayət işinin guya istintaq müddətinin bitməsini, Binəqədi rayon məhkəməsində yüksək vəzifədə işləyən səlahiyyətli şəxs vasitəsi ilə istintaq müddətinin uzadılması imkanına malik olmasını 2021-ci ilin avqust ayında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən Hüseyn Cavid parkında görüşləri zamanı yalandan bildirərək, həmin məsələnin müsbət həlli üçün qeyd edilən məhkəmədə guya yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid1 xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan 3.000 (üç min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1 aldatmaqla bildirib, sonuncunun razılığını almaqla sövdələşdikdən sonra həmin adla 2021-ci ilin sentyabr ayında Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Malakan bağı” deyilən yerdə 1.000 manat, Bakı şəhəri, Azərbaycan prospektində 2.000 manat pul vəsaitini ondan alaraq, ümumilikdə qeyd edilən qaydada öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui- istifadə etmə yolu ilə Şahid1 məxsus cəmi 192.800 (bir yüz doxsan iki min səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə külli miqdarda ziyan vurmaqla ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar oğlu Şahid2 xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid1 vahid niyyətlə təhrik etmiş, 2021-ci ilin sentyabr ayında Şahid1 eyni niyyətlə müraciət edərək “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Şahid3 barəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Şahid2 ilə bağlı problemlər yarandığını Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Malakan Bağı” deyilən yerdə görüşləri zamanı bildirərək Şahid1 təlaşlandırdıqdan sonra ona guya özünün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərlə münasibətinin olmasını, həmin şəxslər vasitəsilə Amal Həsənüyə kömək etmək imkanının olmasını yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün qeyd edilən Baş İdarədə guya yüksək vəzifədə işləyən tanışına xidməti vəzifəsinin icrası ilə əlaqədar Şahid2 xeyrinə edəcəyi hərəkətə görə maddi nemət olan 100.000 (bir yüz min) manat məbləğində pul vəsaitinin birbaşa yolla özü vasitəsilə rüşvət qismində verilməsinin zəruri olmasını Şahid1 aldatmaqla bildirmiş, lakin Şahid1 aldadıldığını başa düşərək həmin pul vəsaitini ona verməkdən imtina etdiyindən bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib sonuncuya məxsus qeyd olunan pul vəsaitini ələ keçirməyə nail olmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu iİə Şahid1 məxsus 292.800 (iki yüz doxsan iki min səkkiz yüz) manat məbləğində pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid1 oğlu Şahid2 “Kənd Təsərrüfatı Nazirliyinin “Azərbaycan Aqrar Elmi” jurnalının baş redaktoru vəzifəsində çalışır. Təxminən 2020-ci ilin sonlarında “Azərbaycan Aqrar Elmi” jurnalında çalışan tanışı Fikrət ona zəng edərək Amalın işçilərdən pul alaraq işə götürdüyünü işçilərin əmək haqlarının ödənilmədiyini, əmək haqqına görə jurnalın təxminən 74.000 manat məbləğində borcu olduğunu demiş və bu məsələdə hüquqşünas kimi ondan köməklik etməsini istəmişdir. O da jurnalın redaksiyasına gələrək bütün sənədlərlə tanış olmuşdur. Amal həqiqətən də təxminən 50-yə yaxın işçidən pul alaraq onları işə götürmüş, lakin həmin işçilərin əmək haqları ödənilməmiş, bu səbəbdən də işçilər Amaldan pullarını tələb etmiş və onu işə buraxmamışdır. Bundan sonra, o həmin işçilərin əksəriyyəti ilə görüşüb danışmış və onlara pullarının qaytarılacağını demiş və şikayət etməmələrini xahiş etmişdir. İşçilər razılaşmış və sonra kimlərdən Şahid2 tərəfindən pul alınmışdısa, onların pulları qaytarılmışdır. Bundan sonra, o da həmin jurnalda rəsmi olaraq hüquqşünas kimi işə qəbul olunmuşdur. Pul vəsaitlərini də o, Şahid2 atası Şahid1 götürüb həmin işçilərə və pul alınan digər şəxslərə ödəmişdir. Borcların bir qismi ödənildikdən sonra rüblük hesabat verərkən məlum olmuşdur ki, Şahid2 10 nəfər şəxsdən pul alaraq onları işçi kimi jurnala rəsmiləşdirmişdir. Amaldan bu barədə soruşanda bu işi onun yox Şahid3 etdiyini demişdir. Bir neçə gün sonra gecə, təqribən 2021-ci ilin yayında Kənd Təsərrüfatı Nazirliyindən kadrlar şöbəsinin rəis müavini İlham müəllim ona zəng edərək Şahid2 nazirliyin Kadrlar şöbəsinin müdiri Elvin Paşayevin adından işə düzəltmək adı altında bir qadından 3000 manat pul aldığını demiş və Amalla onu nazirliyə çağırmışlar. Nazirliyə getməmişdən qabaq Amalın işə düzəltmək üçün pul aldığı qadınla görüşmüş və ondan alınan pulu geri qaytarmışdır. Bir müddət sonra Rahil Nəcəfli dövlət tərəfindən 'Azərbaycan məktəbi” jurnalına ayrılan pul vəsaitlərini mənimsədiyinə görə onun barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət etmiş və Baş İdarədə cinayət işi başlanmışdır. Araşdırma zamanı ayrılan pul vəsaitlərinin təxminən 101.000 manatının Şahid2 adına rəsmiləşdirilmiş "xxxx"-nin hesabına köçürülərək nağdlaşdırıldığı məlum olmuş, buna görə Şahid2 də şahid kimi istintaqa çağırılmışdır. Həmin vaxt Amalın atası Şahid1 ondan Amala köməklik etməyini xahiş etmişdir. O da Rasim müəllimə həmin iş üzrə ziyanın ödənilməli olduğunu bildirmişdir. Təxminən 40.000 manat vəsaiti Şahid2 nağdlaşdırmasını öyrənmişdir. Ona görə də Şahid1la danışıq zamanı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işi üzrə 70.000 manat pul iş üzrə vurulmuş zərər olduğunu demişdir. Lakin Şahid1 onunla razılaşmamışdır. Bunda sonra o, bu məsələdən uzaqlaşmış, faktiki olaraq o, heç kimlə ünsiyyət qurub hər hansı bir məbləğ barədə razılaşmamış, Baş İdarədə işləyən hər hansı bir tanıdığı şəxs olmamışdır. Bundan başqa Şahid2 tərəfindən Şahid8 qızının universitetə qəbul edilməsindən ötrü 33000 ABŞ dolları pul alınmışdır. Şahid8 Amaldan şikayət etdikdən sonra o, Kənanla danışmış, Kənan şikayətini geri götürmüşdür. Kənanın hansı orqana şikayət etməsini xatırlamır. Bundan sonra o, Amalın atası Şahid1 aldığı 67.000 manat pulun 16.000 manatını Amala vermiş, qalan pulun 30.000 manatına isə Amalla birlikdə “Vito” markalı maşın almış, 18.300 manata isə Şüvələn qəsəbəsində 69 kvadrat metrlik obyekt almışlar. Təxminən 3000 manat isə maşının təmirinə xərcləmişlər. Bundan başqa o, Şahid1 Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işi üzrə 70.000 manat pulu həqiqətən də istəmiş, lakin həmin məsələni o deyil, Amalın özü Baş İdarədə işləyən sinif yoldaşının qardaşı vasitəsi ilə danışmışdır. Daha sonra Amal atası ilə əvəzindən onun danışmasını xahiş etmişdir. O da Amalın xahişini yerinə yetirib, atasına bu barədə demişdir. Onun məqsədi Amala kömək etmək olmuşdur. “Azərbaycan Aqrar Elmi” jurnalının keçmiş baş redaktoru Məmmədəli adlı şəxsə Amalın borcu olmuş, lakin borcu geri qaytarmamışlar, buna görə də ona pul verilməmişdir. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsində də heç bir araşdırma aparılmamış, bununla da bağlı Şahid1 ona pul verməmiş, Binəqədi rayon məhkəməsinə də vermək adı ilə o, Şahid1 pul almamış və bu barədə danışıqları olmamışdır. Qeyd edilənlər hamısı Şahid1 uydurması olmuşdur. O, Şahid1 cəmi 91-92 min manat pul almış, həmin pulun 67.000 manatını tələbənin valideyni şikayət edən zaman almış, qalan 24-25 min manat pulu isə Amaldan şikayət edən şəxslərə qaytarmışlar. Ümumilikdə 91-92 min manatdan başqa qeyd edilənlər hamısı Şahid1 şər və böhtanlarıdır. O, Şahid1 aldığı pulların hamısını yalnız zərərçəkmiş şəxslərə olan borcların ödənilməsinə sərf etmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadələrindən başqa məhkəmə iclasında dindirilmiş zərər çəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayından tanımış, ilk dəfə telefonla danışmışdır. Oğlu həmin vaxt Kənd Təsərrüfat Nazirliyinin bir jurnalının elmi redaktoru olmuşdur. Sərxanı da həmin jurnalın hüquq şöbəsinin müdiri kimi tanımışdır. Sonrakı müddətdə dəfələrlə görüşmüş, Sərxan ondan əməkhaqqı kurslarının, desenfe kurslarının vəs. Bağlamaq üçün mütəmadi olaraq ondan vəsaitlər almışdır. Onun oğlunun təsis etdiyi mətbəənin adı digər bir cinayət işin keçirmişdir. Onu bu barədə ilk dəfə məlumatı Sərxan vermişdir. Həmin iş Karrupsiyada olmuş, həmin məsələnin həlli üçün vəsaitlər almışdır. Sonrakı müddətdə də hər dəfə 2020-ci ilin yanvarından hər dəfə oğlunun adından ona guya ağır maddələrlə ittiham irəli sürülməsini bildirib onu qurtarmaq üçün ondan külli miqdarda vəsaitlər almışdır. O, Sərxana çox inanmış, onu özünə çox yaxın insan hesab etmişdir. 2020-ci ilin dekabr ayında oğlunun dostu zəng vurub demişdir ki, Amal onun köməyi ilə bankdan kredit götürüb, Amalı tapa bilmir ki, ona şirinlik verməli idi. O zaman oğlu Amalı axtarmış, telefonu cavab verməmiş, həmin oğlana zəng vurub demişdir ki, Amal Sərxanla bir yerdədir, Sərxanın kim olduğunu soruşduqda, demişdir ki, Amalla bir yerdə işləyir. O, həmin adamdan Sərxanın mobil nömrəsini almış, zəng etmiş Sərxana. Onlar həmin ərəfədə 10000 manat kredit götürmüşlər, oğluna pulu götürüb evə gəlməsini demiş, Amal evə gəldikdə pulun harada olduğunu soruşmuş, X3 bildirmişdir. O Sərxana zəng vurmuş pulu gətirməsini demişdir. Səhəri gün Sərxan ona 9100 manat pul vermişdir. Pulun qalanını soruşanda şirinlik verdiyini , bir qədər də Amalın xərclədiyini demişdir. Amalnan məsələ bitəndən sonra təxminən may ayının axırı iyun ayının əvvəlində Sərxan demişdir ki, Amal bir cinayət edib, kiminsə uşağını universitetə düzəltməsi üçün böyük miqdarda pul alıb, həmin uşaq yüksək rütbəli bir şəxsin yaxın adamıdır, uşaqda instituta girə bilməyib, atası Amaldın şikayət edib. Bu işi təcili yoluna qoymaq lazımdır. O məqamda bazar günü olmuş Amal zəng vurub demişdir ki, Sərxana zəng etsin onu polislər saxlayıb. O da Sərxana zəng etmiş, Sərxanda ona demişdir ki, təcili 65000 manat pul tapmaq lazımdır. O tez pul axtarmağa başlamış, əvvəlcə 10000 manat sonra isə 50000 manat tapıb Sərxana vermiş, bir neçə gün keçəndən sonra Sərxan demişdir ki, o universitetə düzələn adam deyib ki, əlavə xərcləri çıxıb 10000 manat da verməlidir. Sərxan bir neçə dəfə gedib gəldikdən sonra razılaşmışdır ki, 3000 manat versin, o, 3000 manat vermişdir. Hazırda Sərxanın hesabı ilə 68 000 manat pulu Sərxan belə almışdır ondan. Bundn sonra Sərxan demişdir ki, Karrupsiyada iş gedir, orada şikayətlər var, Rahillə Amal işlər görüblər, adam işə götürüblər. Guya şəxsi vətəndaşların işləri ayrılıb Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə verilib, o adamların ziyanı ödənilməlidir. 28000 manat pulun zərəə verilməli olduğunu bildirmişdir. Sonra demişdir ki, iş yenidən qayıdıb Baş prokurorluğa iş orada aparılacaq. Gedib orada kiminsə köməkçisi ilə işi həll edəcək. O gedib bankdan 25 000 manat kredit götürüb Sərxana vermişdir. Bir neçə gün sonra Sərxan gəlib demişdir ki, orada bir qoca arvad var, onunda 3000 borcu qalıb onuda vermək lazımdır ki, sonra problem olmasın. Onuda gətirib vermişdir. Karrupsiyada mətbəə ilə bağlı işin məsələsi qalmışdır, Sərxan demişdir ki, işi göndərmişlər ekspertizaya, demişdir ki, ekspertizada gedib puldan ödəsə məbləq azalacaq iş yüngül olacaq. Sonra bildirmişdir ki, «gəl Rahilə qarşı bir işdə biz açdıraq. Gedək şikayət edək audit rəyi alaq». 8500 manat da bu məsələ ilə bağlı almışdır. Ekspert rəylərinə görə isə səhv etmirsə birinə 28000 manat, o birində 8500 manat pul almışdır. Bir müddət sonra gəlmişdir ki, işin müddətin uzatmaq lazımdır, 3000 manat pul verməlidir, o 1000 manat tapmış Sərxana demişdir ki, 2000 manat da ona borc versin. Sərxan da 2000 manat qoymuş, guya ora vermişdir, sonra axtarıb borc edib 2000 manatıda düzəldib Sərxana vermişdir. O, o qədər utanmışdır ki, bu düşdüyü vəziyyəti heç kimə bildirməmişdir. Həmin vaxt gəlib ona demişdir ki, hər şey təmizlənib, Karrupsiyaya pul vermək lazımdır. Onu həmin adamlarla görüşdürməyi tələb etmiş, lakin Sərxan onları görüşdürməmişdir. Sonra ondan 70000 manata razılaşmış, lakin o, pulu verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Kənd təsərrüfat Nazirliyində Aqrar Elmi Jurnalında çalışarkən, çalışdığı müəssisədə problemlər yaranmışdır. Problemlər içərisində işçilərinin birinin vasitəsi ilə Sərxanı tanımışdır. Sərxan ona hər işlərində kömək edəcəyini bildirmiş, o da Sərxanı və onun Samirə adlı tanışı ilə birlikdə çalışdığı müəssisədə işə götürmüşdür. Bütün nazirliyin əməkdaşlarına və rəhbər şəxslərlə tanış etmişdir. Sonrakı proseslərdə nazirlik tərəfindən onun bu işlərə qarışmamağı tövsüyə olunmuş və bütün işləri Sərxan öz öhdəsinə götürmüşdür. Çalışdığı müəssisənin hüquqşünası kimi Sərxan jurnalda yaranan bütün çatışmazlığı aradan qaldıracağına söz vermişdir. Ondan sonra Sərxanla münasibətləri yaxınlaşmış, sonralar müəyyən proseslər ortaya çıxmış, həmin proseslərdə hazırda digər məhkəmədə davam edir. Sərxan ona adının hallanmaması və işinin həll olunması üçün müəyyən vəsaitlər lazım olacağını demişdir. Həmin məsələ ilə bağlı 7000 manat özü şəxsən Sərxana vermiş, sonra pulun məbləqi artdığına görə məcbur olub atasından xahiş etmişdir. Ondan sonrakı məsələlərdə o kənara çəkilmiş, artıq Sərxan bir başa atası ilə müəyyən dövürlərdə görüşüb məsələlrin həll olunması üçün atası ilə həll etmişdir. Sonradan atası ilə onun münasibətləri pisləşməyə başlamış, belə ki, ona müəssisəyə getməməsini demiş, o da getdiyinə görə atası ondan incimiş və Sərxana daha yaxın olmağa başlamışdır. Bir neçə dəfə anası vasitəsi ilə eşitmişdir ki, Sərxan atasından müəyyən miqdarda işin həll olunması üçün pullar almışdır. Sərxan onu Maştağaya dəvət etmiş, orada maşın təmiri salonunun birində oturub çay içmişlər. Orada Sərxan ona demişdir ki, əlaqələri güclüdür, onun işin nazirlikdə pis vəziyyətdədir, töhmət alacaq və Mahirin işi ilə əlaqədar olaraq həbs oluna bilər. Ona görə o, nə desə onu da eləməlidir, çün ki, onun əlaqələri böyükdür, hətta onun da yanında Vahid müəllimin adını dəfələrlə çəkmişdir. Orada zərərçəkmişlərin olduğunu ona demiş, Nazirliyə dəymiş ziyanı Sərxan öz üzərinə götürmüş, maliyyə baxımından atası ilə danışsışdır. Sərxan sonra Rahilin işində onun adının hallandığını demiş, ona görə də atasından aldığı pullardan bir dəfə onun iştirakı ilə 2000 manat pul alıb, yerdə qalan pulların verilməsində onun iştirakı olmamışdır. Tez-tez hədə qorxu gəlmişdir ki, az qalıb içəri düşəcəksən. Hətta 2021-ci ilin yayında dediyinə görə onun tutulmağı barədə qərar çıxarılır və bu düşüb ortalığa, oktyabr-noyabr aylarına qədər bu proseslər davam etmiş, sonda məlum olmuşdur ki, Sərxan hər şeyi yalan danışıb. Onu hədə qorxu ilə atasına zəng elətdirib polis tərəfindən saxlanıldığını dedirtib. Hal-hazırda da müəyyən olunub ki, Kənt təsərrüfat nazirliyinə onun borcları qalıb, Rahilin barəsində olan işlə bağlıda müəyyən olunmuşdur ki, Sərxan prokurorluqda heç kimlə görüşməyib və heç kimə pul verməyib. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 Həsənqulu oğlu ifadəsində göstərmişdir ki, o, Sərxanı uzun müddətdir ki, tanıyır. Dostluq münasibəti olub. Onun həyətində boş torpaq sahəsi olmuş, Sərxan demişdir ki, həmin sahəni tikib obyekt kimi istifadə etmək olar. O, bu barədə Sərxanla danışanda demişdir ki, Amal pul verərsə oranı tikib üç nəfərə şərikinə işlətmək olar. Amalın borcları olmuş, onu sıxmışlar, həmin ərəfədə tikintiyə pulları Amal vermişdir Sərxana. Sərxanda tikintiyə vermşdir. Tikintiyə təqribən 30000 manat qədər pul buraxılmışdır. Sonra o bilmişdir ki, Amal maşın alıb onun Şahin adlı dostuna vermişdir. Ama o, bu işin dəqiqliyini bilmir, Sərxanla Amal öz aralarında həll etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, o, hazırda heç yerdə işləmir, baş vermiş hadisə zamanı Azərbaycan Kənt Təssərrüfat Nazirliyinin Aqrar jürnalında işləmişdir. O, həmin jurnala Rahil vasitəsi ilə düzəlmişdir. Həmin jurnalda cəmi bir qısa müddət işləmiş sonra işdən çıxmışdır. Rahilidə Rahilin dostu vasitəsi ilə tanımışdır. Sərxanla 4-5 dəfə jurnalda işləyən zaman görüşmüşdür. 5000 manatı onun vermisi ilə bağlı ona karrupsiyada da sual vermişlər, lakin vermədiyini, Amalın atasının verdiyini, Amalnan birlikdə Sərxanın tanışı Elxan adlı şəxsin yanına gedərək pulu Elxana vermişlər, Elxanda 5000 manatı Amaldan almasına dair yazıb kağıza vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Milli X5 Nəşriyyatının direktorudur, hazırda da həmin yerdə çalışır. O, Təqsirləndirilən şəxs tanımır, görməmişdir. Zərərçəkmiş şəxsi tanıyır, Amalla normal münasibəti olub, belə ki, kitablarını nəşr etmişdir. Onu istintaq zamanı da çağırmışlar, orada olanlardan ona məlum olmuşdur ki, guya ona Sərxan pul verib, lakin, Sərxan ona ümumiyyətlə pul verməmişdir. Onun otağına və ya yanına gəlməmiş, Sərxan dedikləri hamısı şər böhtandır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, Sərxanı və Rasim müəllimi tanımır, Amal müəllimi tanıyır, belə ki, o, iqtisad universitetində oxuyan zaman Amal müəllim onun müəllimi olub ona universitetdə dərs demişdir. Amal müəllimlə münasibəti bir bacı qardaş kimi çox yaxın olub. Bir dəfə ona zəng gəlmiş, telefonu açanda Amal müəllim demişdir ki, dostunun nömrəsidir, yəni Sərxanı nəzərdə tutmuşdur. Sonra Amal müəllim bir müddət yoxa çıxmış, zəng çatmamışdır. O, ikinci ali təhsil almışdır, ona müəyyən sənədlər lazım olmuş, Amal müəllimə ehtiyacı olmuş axtarıb tapa bilməmişdir, ona görə də o, Sərxanın nömrəsinə zəng etmiş, Amalı axtardığını dedikdə, Sərxan həmin nömrənin ona məxsus olduğunu bildirmişdir. Hətta o, Sərxan müəllimə zarafat da etmişdir ki, o, bəlkə ölüb niyə axtarmır Amala desin onunla əlaqə saxlasın. Bir müddət sonra ona karrupsiyadan zəng gəlmiş, onu idarəyə çağırmışlar, orada Sərxanı tanımadığını, Amal müəllimi axtardığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o evdar xanımdır, Təqsirləndirilən şəxs isə görməmiş və tanımır. Amal və Akif müəllmidə qızının işləri ilə əlaqədar tanımış, belə ki, qızı Amalın işlədiyi jurnalda kaarektır vəzifəsində işləmişdir. Bir müddət işlədikdən sonra işi xoşuna gəlməmiş və sonra işdən çıxmışdır. Bundan başqa o nə Akif müəllimi nə də Amal müəllimi görməmişdir. Sərxan və Akif müəllim arasında olan hadisələrlə bağlı isə onun heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, bui ş üzrə zərər çəkmişdir, lakin Təqsirləndirilən şəxs deyil Şahid2 qarşı. O, Amalı dələduzluq işləri içində tanımış, atası bunu bilmir onun başına da olmazın oyunların gətirib. O da həmin işlərin içində aldanmışdır, bütün işlərin içində Amal xeyirli təmiz çıxıb pul qazanan tərəf çıxıb, o, pul itirən tərəf olmuşdur. Amalı Namiqlə o tanış etmişdir. Kənt təsərüfatı Nazirliyində açdığı müəssisədə Amal onu məcbur edib işçilərə ayrı ayrılıqda maaş verməyə. X19 instituna aparıb orada ona bir otaq vermişlər. Namiqlə ikisi işi elə qurmuşlar ki, ancaq özləri qazanmışlar, onun da bu gün bu vəziyyətə düşməsinin səbəbi Amaldır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid6 ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayına kimi Şahid2 baş redaktoru olduğu Kənd Təsərrüfatı Nazirliyinin “Azərbaycan Aqrar Elmi” jurnalında məsul katib vəzifəsində işləmiş, həmin vaxtdan da Şahid2 tanımışdır. Təqsirləndirilən şəxs da həmin jurnalda işlədiyi dövrdə tanımış, onu işə götürmək üçün sənədlərini Sərxan qəbul etmişdir. Sərxan özünü Şahid2 müavini kimi təqdim etmiş, Şahid2 jurnalın rəhbəri olsa da, bütün işləri Sərxan həll etmiş, Sərxan özünü hüquqşünas kimi, əlaqəli şəxs kimi göstərdiyindən Şahid2 ona inanmış və onun dediyi sözlərlə oturubdurmuşdur. Təqsirləndirilən şəxs Şahid2 istifadə etməsi açıq aşkar hiss olunmuş, hətta jurnalın möhürü də Sərxanda olmuşdur. X12 işə qəbul edilməsindən ötrü pul verməmiş, Naibənin anası Şahid2 4.000 manat borca pul vermişdir. Amal da həmin pulu Naibənin anasına qaytarmışdır. Ümumiyyətlə Sərxan dələduz adam olmuş, daima olaraq Amalı aldatmış, Amaldan pullar almışdır. Amal isə sadəlövh adam olduğundan Sərxana inanmış, sonuncu da Amalın bu xasiyyətindən istifadə etmişdir. Şahid2 işə qəbuledilməsi üçün ondan pul almamışdır. O, “Azərbaycan Aqrar Elmi” jurnalında işləsə də, adı "xxxx" MMC-ə işçi kimi rəsmiləşdirilmişdir. O, işlədiyi ayların əmək haqqını almadığı üçün əmək müfəttişliyinə şikayət etmiş, bundan sonra Şahid2 özü ona 1.000 manat pul vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid7 ifadəsində göstərmişdir ki, Şahid2 2015-ci ildən tanıyır, aralarında dostluq münasibətləri vardır. X1 isə bir dəfə görmüş, sonuncu ilə hər hansı münasibət yoxdur. Şahid2 2020- 2021-ci ilin yay ayında ondan borca olaraq 2.500 manat pul almış, lakin pulu dediyi vaxta qaytarmamışdır. Həmin vaxt o, evini təmir etdirdiyindən pula ehtiyacı yaranmış, lakin Amalın telefonuna zəng çatmadığdan o, məcburən Amalın atası Rasim müəllimə zəng edib Amalı maraqlanmışdır. Bundan sonra Amal ona zəng etmiş və Biləcəri istirahət mərkəzində görüşmək barədə razılaşmışlar. Amal ona Sərxan adlı tanışı və sonuncunun həyat yoldaşı ilə gəldiyini bildirərək, ona da yoldaşı ilə birlikdə gəlməyi təklif etmiş, o da yoldaşı Qərənfillə birlikdə Amal ilə görüşə getmişdir. Həqiqətən də Amal Sərxan və sonuncunun həyat yoldaşı dediyi qadınla gəlmiş, onlar birlikdə çay içmişlər, çay süfrəsində Amal ona 2.000 manat pul vermiş, 500 manatı da bir aya verəcəyini demişdir. Bundan sonra Amal ona bir dəfə 300 manat, bir dəfə də 100 manat pul vermişdir. Hazırda isə Amal ona 100 manat borcu qalsa da yaxın dost münasibətində olduqlarından o, Amaldan həmin pulu istəməmişdir. O, Amala işə düzəlmək üçün pul heç vaxt verməmişdir. Şahid8lə də bir dəfə Şahid2 vasitəsi ilə görüşmüşdür. Şahid8 qızının attestat ilə xarici ölkələrdə yerləşən universitetlərdən birində təhsil almasına köməklik edilməsi üçün Amala müraciət etmiş, Amal da bu barədə ona demişdir. Onun Rusiya Federasiyasının Moskva şəhərində qohumları yaşadığından o, qohumlarına bu barədə müraciət etmiş, qohumları da universitetlərdən maraqlanaraq ona məlumat vermişlər. Bundan sonra Şahid2 Şahid8 borc müqaviləsi əsasında pul almış, həmin pulu universitetə təhsil haqqı kimi köçürmüşdür. Amalın Şahid8 təhsil haqqından başqa pul almasından məlumatı olmamışdır. Həmin işə görə də ona 2.000-3.000 manat şirinlik verilmişdir. Şahid8 özü də ona şirinlik verdiyini bilmişdir, Kənanı buna görə məcbur etməmişlər. Şahid8 qızı universitetə qəbul edildikdən sonra tələbə bileti verilmişdir. Şahid8lə onların arasında hər hansı narazılıq olmamışdır. Təqsirləndirilən şəxs Şahid8 qızının universiteti ilə bağlı hər hansı problemin olmasına görə ümumiyyətlə ona heç nə deməyibdir. Sərxan bir dəfə ona Amalın Rasim müəllimin Şahid8lə olan borc müqaviləsinin ləğv etdirilməsini xahiş etməsini ona demişdir. O da Sərxana həmin məsələnin ona aidiyyəti olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid8 ifadəsində göstərmişdir ki, Şahid2 təxminən 5 ildir ki, tanıyır, sonuncu ilə münasibətləri normaldır, aralarında hər hansı narazılıq və düşmənçilik yoxdur. Təqsirləndirilən şəxs isə tanımır. O, qızının Rusiya Federasiyası Seçinova Universitetinə qəbul edilməsinə köməklik etməsində ötrü Şahid2 xahiş etmiş, sonuncu da Malik adlı tanışının Rusiyada yaşayan qohumları vasitəsi ilə qəbulla bağlı maraqlanmış, qızının imtahan verməsi üçün müəllimlər tapmış, imtahana hazırlaşmasına köməklik etmişdir. Müəllimlərin müəyyən xərcləri olmuşdur. Həmçinin Amalın və tanışı Malikin qohumlarının da zəhməti olmuşdur. O da həmin şəxslərin zəhmətini qiymətləndirərək həm müəllimlərin zəhmət haqqını, həm də Amalgilə şirinlik kimi 33.000 ABŞ dolları pul vermişdir. Qızı həmin universitetə qəbul edilmiş və hazırda da orada oxuyur. Qızı universitetə qəbul ediləndən sonra tələbə biletini almış, onun bununla bağlı, ümumiyyətlə Şahid2 ilə arasında heç vaxt narazılıq yaranmamışdır. Bir dəfə Şahid2 yanında bir nəfər hüquqşünasla gələrək borc müqaviləsini ləğv etdirmək istədiyini demiş, o da etiraz etməmiş, bundan sonra həmin vəkil ona bir kağızda pulun qaytarılması ilə bağlı yazılmış qəbzə qol çəkdirmişdir. Onun Şahid2 heç bir şikayəti və tələbi yoxdur. İstintaq zamanı Şahid1 Təqsirləndirilən şəxs ilə aralarında olan danışıqların əks olunduğu CD diskə 05 mart 2022-ci il tarixdə baxış keçirilmişdir. Qeydə alınan səs yazılarından görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında aşağıdakı məzmunda danışıq aparılmışdır. “01 22.10.21” adlı fonoqramlarda aşağıdakı məzmunda danışıqların olması müəyyən edildi: S: Ne edirsiniz? R: Sağlığın, sağ ol, Sərxan. S: Nə edək? R: Heç nə, vallah. Böyükdür problem. Heç nə edə bilmirəm mən. ’’prosto” qoy, bu, getsin öz qaydası ilə. Belə qərara gəlirəm ki, getsin, istintaq öz qaydasında getsin. S: Necə istintaq qaydası ilə getsin? R: Yəni “smısli” buraxaq, öz “xodu ilə” də. Onlar necə aparırlar işi, aparsınlar. S: Rasim əmi, elə şey etmək olar? R: Yoxdur da, tapa bilmirəm. Mənim pulum yoxdur, ev də satılmır hələ. Hələ heç dindirən yoxdur. S: Rasim əmi, o sözü onlara demək olmaz axı. R: Nə edək? Dünən danışdıq da, necə edək? S: Rasim əmi, dünən başqa şey deyirik camaata. “Uje” bilirsən, tam "ne seryozno” hərəkət edirik. R: Sərxan, mən onu başa düşürəm. Amma mən yenə də deyirəm ki, mənim imkanım yoxdur! Bax, bax, bu şey yoxdur. “Zəhrimarı” düzəl də bilmirəm mən. Mən pul tapa bilmirəm, həll edə bilmirəm. Qoy görək, bunlar nə edir? Buraxaq hələ. Qoy görək, qaydası ilə getsin. S: Adamı çağırtdırmışam, ifadələr dəyişməlidir, bunlar indi şey... Ora “Aqrar Elmi” jurnalının şeyini aparmalıyam ki, ifadəsini dəyişsin. Oğlanın Səbuhi...indi Amalgil çatır, oğlanı çağırır gedək görək ki, o, Vüqar müəllimin elədiyi kimi edək. Bu işin ortasında qayıdıb onlara söz demək bilirsən, nə deməkdir? R: Mən nə edim, bax dünən də bu söhbəti çox etdik də. Nə edim, mən? De mənə, yolunu göstər, mən edim. S: Nə deyim, Rasim əmi. Heç özüm bilirəm ki, nə deyim? R: Məsələ ondadır da elə. “Zəhrimar” vəziyyət elədir ki, elə mən də sənin günündəyəm. Bilmirəm, nə danışıram, nə deyirəm. Özüm də başa düşürəm ki, nə deyirəm, amma mənim başqa yolum yoxdur. Bir qalıb Allahın ümidinə və ölkənin qanunlarına. Özüm də qalmışam belə, nə deyim? Belə də get sadəcə de ki... S: Rasim əmi, heç bir şey deyə bilmərəm, heç bir şey. Dünənki sözlərin, dünənki yalvarışların, dünənki bir belə danışığın yanında mən nə deyim ona? R: Mən də sənlə razıyam da. Mən də sənlə birlikdə idim. Mən bunları eşidirdim, amma xırda məsələ deyil, çox böyük şeydir. Yenə deyirəm, bəlkə, sən məni aparasan kiminsə yanına, elə özüm deyim. S: Rasim əmi, mən özüm özümü gedə bilmərəm axı. Özün kimin yanına gedirsən, get. Nərimanın zadın, heç kimin də adını çəkmə. R: Yox, yox, mənim nəyimə lazım. R: Mənim ancaq yolum ona qalıb da, başqa şeyə yox. S: Amma sənə deyirəm, sən ora girib çıxan kimi Amalı tutacaqlar. R: Əşi, nə edim, tutacaqlar? Tutulanlardan...min dənə, milyon dənəsi tutulur, tutulanlardan biri də o olsun. Mən nə edim? Amalı tutacaqlar...yenə də deyirəm, bu ölkədə heç olmasa, mən hesab edirəm ki, qayda-qanun var da. Kiminsə şəxsi istəyi ilə deyil ki? Qanun qoyulacaqsa, edəcəkə, edəcək də. S: Yox e, qanun deyəndə, qanunla belə edəcək də. Başqa yolu yoxdur ki. Qanunla mən deyirəm də sənə. R: Mən başa düşürəm də. Mən qanuna qarşı çıxa bilmərəm ki, qanuna qarşı çıxa bilmərəm. S: Yaxşı, bu belə idisə, bunu niyə gedib söhbət edirdik? R: Yox e... S: Bunu qabaqcadan düşünmək lazım idi. R: Sərxan, sənlə biz axı danışdıq, belə deyildi də. Sən məni başa düşürsən? S: Rasim əmi, bir aydır biz bu işin üstündə “əlləşiri”, sənə qurban olum. Düz bir ay. R: Bir az da çox, bir az da çox. Sənin başladığın bir az da çoxdur, yəni bu vaxtdan hələ. Söhbət ondan gedir ki, mən...pulum yoxdur. Bax, “Fakt” budur. Mən güman eləməzdim belə bir şey olacaq. S: Yoxdan Allah da bezər, mən ona bir söz demirəm. İndi nə deyək, yaxşı. Dünən bir nağıl danışdım, indi nə deyim? R: De ki, tapa bilmədi, tapa bilmədi, tapa bilmədi və bilmir ki, bunu nə vaxta tapa bilər. De ki, gəldi, dedi ki, tapa bilmirəm. S: Mən onu deyən kimi “na mesto” çağıracaqlar, “poxa” düşəcəyik. R: Çağıracaqlar, daha mən nə edim? Özümü öldürüm mən? Məni öldürməklə məsələ həll olacaqsa, gedim özümü öldürüm. S: E yoxe... (gülüşürlər bu danışıqda) R: Yox da vallah. Qardaş, məsələ yenə də deyirəm, sən başa düşürsən? Mən deyirəm ki, yoxdur da. Dünən gördün, adam qalmadı, dedim də sənə. Bütün qohuməqrəba, nə bilim, tanış-biliş...hamıya müraciət edirəm, hamısı ağlaşma qurur. R: Bu məqbul variantdır, amma dediyin yoldaş bu şeyi, necə deyərlər, missiyanı boynuna götürəcəksə. S: Rasim əmi, sən ora gedən kimi bunlar götürüb yığacaqlar birinci bilirəm, yüz faiz Vahid əmini. R: Aha. S: Dalınca da bilirəm ki, yığacaqlar Qüdrət müəllimi. Ondan sonra aləm dəyəcək birbirinə. Ondan sonra onun da cavabını bilirəm nə olacaq, ondan sonra bunların da hərəkəti nə olacaq. Ondan sonra biz “vopşe” yaxın gedə bilməyəcəyik. Ən yaxşı, gözəl variant, mən bilirəm ki, gəlsin, yalvar-yaxar edək. Sən bir tərəfdən, mən bir tərəfdən gedər bizə vaxt alar, ya nə edər. R: De də, de onda. “12 noyabr 2021 2ci qorus" adlı fonoqramda aşağıdakı məzmunda danışıqların olması müəyyən edildi: -Yox, yox. O hesablamada idi, o heç. Onu bilirəm. O hesabladı, bir dənə cəmi sosial sığortası qaldı da 3100 (üç min yüz) manat. -Sən dedin də hə. Amma onun o biri sənədləri zadı hamısı orda idi axı, vermişdim sənə auditora “pomoyemu” təsdiq etməyə vermişdim. Auditor olmaz, yəqin mühasibdə olar. Bilmirəm, mühasibdə ya kimdə. Yadımda qalan odur, bəlkə də səhv deyirəm, ola bilər. Ama hər bir halda belə bir şey var. Görəsən, nəyi hesab...gərək biz onu oturub haqq-hesab etməliyik də.Nə harda olub. Başa düşürəm, onlar da şeydir. Əsas kağızları mənə ver, nədir nə deyil, baxım. Yox, biz bir yerdə oturmalıyıq ki...mən...sənədlərin indi hazırlayırlar. Ki, nəyi nə etmişik, nəyi harda eləmişik... Nə formada eləmişik. Bu ayaqüstə olunası söhbət deyil axı. Olsun da. Harda deyirsən, mən oturmağa şey eləmirəm ki. Amma olsun ki, mən bilim, nədir. Sənin ümumiyyətlə bu işlər haqqında fikrin nə oldu? Mən, heç nə. Sizə dedim də sözümü. Nə dedin? Yəni mən elədiyim səhvi düzəldəcəm. Nə vaxta? Necə? Nə vaxta düzəldəcəksən? Yəqin ki, səhərə, birigünə həll edəcəyik də. Oturub bunu bir-bir həll etməliyik ki, nə nəyə verilib, nə nədir. Sərxan, Sərxan. Nə nə deyil. Sərxan, başa düşdüm də. Nə nəyə verilib, kimə nə vermisən. Bax o qədər müxtəlif adamların adını çəkirdin, müxtəlif adamları deyirdin, hörmətli adamlar və sairə...Mən indi bunların şeylərini istəmirəm. Mən istəyirəm ki, sən mənə hesabatı deyəsən, görüm nədir. Çünki, mənim araşdırdığım məsələlərə görə o adamların bəziləri ilə biz danışmışıq, hamısı ilə yox, mən deyim sənə. Onlar mənə heç belə məsələlərin olmadığını deyirlər. Rasim əmi, kim, nəyi, harda deyir, nə deyir...birincisi göydə Allah var. Əlbəttə. Və dövlət var. Bəli. Yəni nə olub, necə olub, nə nə formadadır, mən onu gözəl bilirəm. Bu işin içində birbaşa mən olmuşam. Bəli. Mən də onu nöqtəsinə qədər xatırlayıram, hər şeyini bilirəm. Yəni burda... Mən də onu xatırlayıram. Yəni bu şey deyil. Yəni bu məsələ elə deyil ki. Nə nədir, nə deyil. Amma mənim uzatmağa vaxtım yoxdur. 91000(doxsan bir min) nə qədərsə “Amal” mətbəənin borcu olub, 236000(iki yüz otuz altı min) - də şeyin. İndi bir- bir hamısını nə formada olub, nə necə olub, nə hardan gəlib, nə hardan gedib hamısını indi hazırladıram. Hazırlat, hamısını hazırlat. Nəyin var, nə deyirsən, gətir qoyaq ortaya. Sonra yerdə qalır... -Və sən mənə, mənə dediklərinin, nədir o...məndən aldıqlarının şeyini ver mənə, hesabatını. Mənim səndən birinci gündən, o gündən bu yana budur. Bu qədər aldın Sərvərə, bu qədər aldın vəlvələyə, kimə, nəyə. Kimin adından, nə ilə, özün bilirsən bunu. Səndən onların haqq-hesabını istəyirəm. Bu mətbəə, tipoqrafiya nə bilim nə, bunlar öz yerində, bunlar öz yerində. Heç nə qalmayacaq, bir dənə nöqtə də qalmayacaq. Hamısını kəsəcəyik. -Adə, yox da...araşdıraq... -Hamısını araşdıracağıq. Sərvərin məsələsi nədir, mənə konkret şey lazımdır. Bu camaatın borcları öldürür məni. Mən sənə deyirəm bunu, əlli dəfə deyirəm. Sərvərin məsələsi...gəl elə başlayaq ondan, gəl elə başlayaq ondan. Uzağa getmək lazım deyil. Çünki gözləyirlər, bu işi bilirlər. Mən yenə də deyirəm, məndən şey gözləyirlər...müvafiq yoldaşlar. -Yox, ərizə formasını həll etmirik. Mən, baş verənlər haqqında...Mən o gün sənə dedim axı, parkda, “Malokan” bağında sənə dedim ki, sənin o şeylerini getdim, axtardım, araşdırdım bu məsələlərin hamısını. Korrupsiyadan başlamış, hamısına qədər, hamısını keçmişəm. Hamısından xəbərim var və hamısı da bundan məlumatlıdırlar ki, nələr olub, nədir deyə. İndi bunlar məndən kağız, ərizə istəyirlər ki, ver, biz bu işi başlayaq. Mən də sənə deyirəm ki, gəl, bunları öz aramızda həll edək. Çünki özün bilirsən ki, ora gedən bir şey, “dvoynoy, troynoy” olacaq. Mən də onu istəmirəm. Mənim sənə qarşı heç bir... “əstağfirullah” mərdimazarlıq eləmək, sənə pisilik eləmək könlümdən keçmir, fikrimdən də keçmir. Amma məni elə vəziyyətə salmısınız ki, mənim başqa yolum yoxdur, mən bunu sənə yenə deyirəm. Min dəfə demişəm, yenə deyirəm. Mən o pullarımın hamısının axırına çıxmalıyam. -Rasim əmi, mən elədiyim bir səhvi bilirəm və o səhvimi də düzəldəcəm. -Bilmirəm, sən mənə konkret vaxt de, konkret şey de. -Yox, mən konkret hesabat etmək istəyirəm sizinlə. -Yox e, sən hesabat elə, hesabat elə. -Hesabat edək, bağlayaq da. -Epizod-epizod hesabat elə də. -Hə də. Oturaq, bir-bir... -Bax, dedim sənə. Bu Sərvərin məsələsi nədir, niyə həll etmirik onu? Onun nə problemi var, niyə müzakirə etmirik, niyə onu həll etmirik? -Mənim gözüm üstə. Hamısını bir yerdə... problem yoxdur. -Nə vaxt olacaq bu? -Mən deyirəm, sabah belə bir şey edək. Sabah siz də...sabah altı-bazardı da. Oturaq bağlı bir yerdə, mən də hesabatlarımı götürüm, siz də hesabat... -Sərxan, nə vaxtdır...mən sənə yenə deyirəm, sən mənə iyirimi dəfə sən mənə vaxt təyin etmisən. -Yox, mən sabah boş olacam Sərxan, nə vaxtdan bu sözü mənə deyirsən... mən bütün işlərimi ümumiyyətlə hamısını təxirə salmışam. Sən bir günə deyirsən, beş günə gəlirsən. Nə bilim belədir, elədir. Bu söhbətlərin hamısını özün bilirsən. Yox, yox, bu söhbətləri qurtardıq da. Mən işlə bağlı getmişəm, kefə getməmişəm ki. Yox, hər nə üçün getmisən. Mənim üçün bu dəqiqə ən vacib iş budur, mənim üçün. Səninçün ola bilsin, əllinci işdir, mən deyə bilmərəm. Ama mənimüçün birinci dərəcəli iş budur. Ya bu məsələni həll edirik... Yox, yox, yüz faiz arxayın olun. Ya mən sənin işlərinin, o biri problemlərinin, məsələlərinin həllini gözləyə bilmərəm ki, sənin nə vaxt boş vaxtın olacaq. Çünki mən də pis vəziyyətdəyəm. Aydındırdır. Mənim onu gözləməyə vaxtım yoxdur, Sərxan, başa düş. Başa düşdüm. Onda belə edirik... Mən ona görə atanla da görüşmək istəyirdim... Yox, özümüz həll edəcəyik. Atamlıq burda nə problem var ki? Mən səhvi eləmişəm... Yox, sən həmişə deyirdin, atamla bunları məslətləşirəm. Amma mənim eşitdiklərim, gördüklərim başqa şey deyir. Yox, atamla məsləhətləşməyə başqa...bu elədiyim “poxu” atamla məsləhətləşməyəcəm ki, bu “poxu” mən yeyirəm. Hə də lap yaxşı. Mən onu bilmirəm. Ama elə şey var, hamı öz atasıyla məsləhətləşir. Təbii ki, o normal bir şeydir. Mən demirəm ki, bu şeydir, bu normal şeydir, əlbəttə. Amma mənim bildiklərim və eşitdiklərim, mənə gəlib çatanları deyirəm. Rasim əmi, sizin bildiklərinizi və eşitdiklərinizi sizə bir-bir sübut edəcəm. Görək də, inşallah. Mən yenə deyirəm, qayıdıram yenə də əlli dəfə o yana...Hanı bu Sərvərin məsələsi? Hanı bu Amalı polis tutdu apardı, “MVD”- yə çıxartdı, Daşdəmirovun yanına çıxdım, Daşdəmirova zəng elədim. Hanı onlar? Rasim əmi, o polisi tutan da sənin oğlundur, zəng elətdirən də oğlundur. Yox, hər kimdir... pul hara gedib, kimə... pulu məndən alan sənsən. Yox, düzdür. Bu işi düzəldən sənsən. Pulu aparıb mənim yanımda Generalla danışan, məsələ həll edən, tapşırdan sənsən. Mən səndən istəyirəm. Oğlum nə qələt edib, elədiyi qələtə də cavab verəcək. Aydındır, başa düşdüm. Bu birmənalıdır və xahiş edirəm səndən, bunu uzatma. Çünki mən atan çəkini 4-5 gün ərzində... -Yox, yox, Rasim əmi, uzatmaq yox e...Mən deyirəm, sabaha bir yerdə oturaq, təmiz haqq- hesab edək, qurtaraq. Onla da söhbətimizi bağlayaq qurtarsın söhbət. -Sən, neçənci dəfədir... Sabah bunu edəcəkdiksə, bugün görüşməyimizin mənası nə idi? O günü də gəldik, beş dəqiqə oturduq, çayı da yarımçıq qoyub getdin. -Rasim əmi, bugün beşinci gündür, indi məhkəməm var. Gedirəm məhkəməyə. Siz də dərsinizə gedin. Sabah, mən altı-bazar boşam. Sabah günün birinci yarısı yox, ikinci yarısı gedim sər-sənədimi yığım, ikinci yarsı bağlı bir yerdə oturaq, haqq-hesabımızı edək, qurtarsın getsin. -Sabhları mən səni burda saat neçədə gözləyim? -Yox, burda eləməyək. Burda oturmağa bir yerimiz yoxdur ki. Normal bir yer danışaq, orda da oturub söhbətimizi edək. -91200 (doxsan bir min iki yüz) manat... -Sübut edəcəksən, mən onu görməliyəm, sübut olunmalıdır. Mən onu bilməliyəm ki, belədir. Çünki mənim kağızlarım da bu yoxdur. - “Amal” mətbəənin bütün hesabatları, 91200(doxsan bir min iki yüz) manat borcu olub. Nə danışırsız? -Sən məndən Sərvərin məsələsi ilə ekspertizanın məsələsinə 150000 (yüz əlli min) pul almısan. 150000(yüz əlli minə) yaxın. Mən o 150000(yüz əlli min) -nin hesabını istəyirəm səndən. Ver, birinci mənə onu ver. -Siz mənə deyin görüm mənə 150000(yüz əlli min)-i nəyə vermisiniz, mən də hesabatını verim. -Deyim sənə? Elə birbaşa deyim? “Srazu” indi burda deyim. -70000(yetmiş min) almısan Sərvəriyə görə. -70000(yetmiş min) olmaz, 65000 (altmış beş min) olar. -65000 (altmış beş min) üstəgəl 3000( üç min)-də şeyə görə aldın. Ay “voyenkomafda məsələ həll edirəm. Ərizə verib, ay 10000(on min) “voyenkumata” pul verib... -3000(üç min ) deyil, (2000) iki mindir o. -İki min olsun, hə, ola bilər. Oldu altmış yeddi min. Bundan başqa, istintaq zamanı "xxxx" MMC-dən daxil olmuş diskə 29.04,2022-ci il tarixdə baxış keçirilmişdir. Baxış protokolundan görünür ki, Şahid1 istifadəsində olan 050 *** ** ** nömrəsindən ilə Təqsirləndirilən şəxs istifadəsinsə olan 055- ***-**-** saylı mobil nömrəyə “Sərxan. Məni uşaq kimi aldatma. Konkret söz de. Mənim gözləməyə vaxtım yoxdur”, “Gecikirsen və cavab vermirsən”, “Sərxan Salam. Demişdin və biz razilasmişdiq ki,bu gün görüşəcəyik və sən bütün məsələlərə (hörmətli yoldaşlarla apardığın işlər haqqında) hesabat verəcəksən. Müxtəlif məqsədlərlə məndən aldığın pullarin hesabatını verəcəksən. Bu gün harada və nə vaxt görüşürük. Xahiş edirəm, məni həmişəki kimi asılı saxlama.” , “X13 tutaraq söz verdin ki, bu gün səhər gələcək və hər məsələyə aydınlıq gətirəcəksən, pulların hesabatını verəcəksən. Gəlmədin və mənim zənglərinə, smslərə, səs yazılarına cavab vermirsən. Bu neçənci dəfədir ki, sözünə əməl etmirsən. Nə qədər bu davam edəcək. Axı mən sənə dəfələrlə demişəm necə ağır vəziyətdəyəm.” , “Artıq neçənci dəfədir.Sabah saat 11-də Akademiyanın parkında görüşərik.”, “Salam. Dünənki söhbətdən sonra yenədə bu gün sözünə əməl etmədin.Sənə dedim axı yalanın axırı yoxdur.Vəziyyəti daha da pisləşdirmə.Hər şey qeydə alınır. Mənim sənə verə biləcəyim vaxt tükənir. Vaxtı uzatmaqla sən heç nə qazanmayacaqsan.Mənim artıq itirəcəyim heç nə qalmayıb.”, “Sərxan deyəsən sən mənim dediklərimi başa düşmək istəmirsən... Bir daha deyirəm. Gəl mənim pullarımı qaytar.. Məni atanla görüşdür. Mənim vəziyyətim pisdir.Başa düş.... Atanı mən özümdə tapa bilərəm. Lakin mənim tərbiyəm tələb edir ki, bunu sənin vasitənlə edim” məzmununda smslər göndərilmişdir. Təqsirləndirilən şəxs tərəfindən isə “Sonra zəng edərəm”, “çıxıb yığacam” məzmunda smslər Şahid1 göndərilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan 055 *** ** ** saylı mobil nömrə ilə Şahid1 istifadəsində olan 050 *** ** ** saylı mobil nömrə arasında 2021-ci il ərzində mütəmadi danışıqlar qeydə alınmışdır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 02 fevral 2022-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs “Azərbaycan Aqrar Elmi” jurnalına hüquqşünas vəzifəsinə təyin edilmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 02 fevral 2022-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə Şahid2 "xxxx" MMC-də direktor vəzifəsinə təyin edilmişdir. İstintaq zamanı Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İstintaq zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” Publik Hüquqi şəxsdən daxil olmuş xx.xx.2022-ci il tarixli, 2792 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adı göstərilən xəstəxanada müalicədə olmayıbdır. Cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “CD” disk və Şahid1 tərəfindən istintaq orqanına könüllü təqdim edilmiş Təqsirləndirilən şəxs Rasim oğlu ilə danışıqları özündə əks etdirən 1 ədəd “CD” disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İşin faktiki halları ilə təhlil olunarkən, istintaq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs öz əməllərinin (hərəkətlərinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. O, talama cinayət əməlini birbaşa qəsdlə törətdiyi və niyyətinə nail olduğu üçün cinayət başa çatmış cinayətdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü təqsirli bilməməsinə dair vermiş olduğu ifadəsi özünümüdafiə xarakteri daşımaqla, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə protokolları, eləcə də iş üzrə toplanmış digər mötəbər sübutlarla təkzib edilmiş, həmin dəlilləri özünümüdafiə kimi qiymətləndirilməklə sübut kimi qəbul olunmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, üzləşdirmə protokolları, sms və telefon danışıq yazıları və digər dəlillərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-sü il tarixli 11/23№-li Qərarı ilə “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndi aşağıdakı redaksiyada verilmişdir. “36. Dələduzluq cinayətlərinə dair işlərə baxarkən məhkəmələrin diqqəti bu əməllərin vəzifəli şəxslər, habelə rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq etmiş (“rüşvətxorluqda yalançı vasitəçi” - “psevdorüşvətçi”) şəxslər tərəfindən törədilməsi ilə bağlı olan aşağıdakı məsələlərə cəlb edilsin. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında müraciətdə qaldırılan məsələnin Cinayət Məcəlləsinin müvafiq normalarına və həmin normalara dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqelərə uyğun həll edilməsinin mümkün olduğunu nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin müraciətini icraata qəbul etməkdən imtina etmiş və bu zaman sözügedən məsələ üzrə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini əks etdirən mənbə kimi “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsinin müddəalarına xüsusilə istinad etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir”. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs CM-nın 32.4, 312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədərkən, o, rüşvət verəndən guya vəzifəli şəxslərə ötürmək üçün pul vəsaitini alıb və almağa cəhd göstərmiş, lakin faktiki olaraq onları mənimsəyirək dələduzluq əməlini törətmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 192000 (yüz doxsan iki min) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib ona külli miqdarda ziyan vurmaqla dələduzluq etməklə vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar oğlu Şahid2 xeyrinə edəcəyi hərəkətə və bilə-bilə qanunsuz hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi neməti rüşvət qismində verməyə Şahid1 vahid niyyətlə təhrik etmiş, Şahid1 qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, qalan pul vəsaitini ondan ala bilməyib, etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şahid1 məxsus 100.000 (yüz min) manat məbləğində pul vəsaitini ona vahid niyyətlə külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 15 iyun 2015-ci il tarixli qərarının 32-ci maddəsinə əsasən CM-nin 17.1-ci maddəsinə əsasən, CM-nin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Qanunun bu tələbi baxımından, şəxs CM-nin eyni maddəsi ilə nəzərdə tutulmuş həm başa çatmış, həm də başa çatmamış dələduzluq cinayətləri törətdikdə o, həmin əməllərə görə CM-nin müvafiq maddələri ilə təqsirli bilinir və cinayətlərin məcmusu üzrə deyil, başa çatmış cinayətə görə vahid cəza təyin edilir. Həmin qərarın 33-cü bəndinə əsasən şəxsin niyyəti xeyli və ya külli miqdarda əmlakın ələ keçirilməsinə yönəldikdə, lakin iradəsindən asılı olmayaraq o, həmin miqdarda əmlakı əldə edə bilmədikdə onun əməli ələ keçirilmiş əmlakın dəyərindən asılı olmayaraq işin hallarına görə xeyli və ya külli miqdarda ziyan vurmaqla dələduzluğa cəhd etmə kimi qiymətləndirilir. Bununla belə xeyli və ya külli miqdarda əmlakı ələ keçirmək niyyətində olan şəxs istədiyi miqdarda yox, bundan az, lakin yenə də xeyli və ya külli miqdar təşkil edən əmlakı ələ keçirdikdə təqsirkarın əməli başa çatmış cinayət kimi CM-nin 178.2.4 və ya 178.3.2-ci maddəsi ilə tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə məxsus 100.000 manat məbləğində pulun ələ keçirməyə cəhd etsə də, lakin onun tərəfindən 192000 manat məbləğində pul ələ keçirməklə cinayət əməli başa çatmışdır (CM 178.3.2), yəni onun əməlində CM-nin 29,178.3.2-ci maddəsi müəyyən edilmir. Belə olan təqdirdə ona verilmiş ümumi ittihamdan CM-nin 29,178.3.2-ci maddəsi də rəqəm ifadəsində xaric edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndinə əsasən, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Qeyd edilənlərə əsaslanaraq Təqsirləndirilən şəxs irəli sürülmüş ümumi ittihamdan CM-nin 29,178.3.2 və 32.4, 312.2-ci maddələri xaric edilməli və o, CM-nin 178.3.2-ci maddəsi ilə təqsirili bilinib cəzalandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin məcəllənin 46.2-ci maddəsində göstərilmişdir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, iş üzrə zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur, onlara dəymiş ziyan ödənilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağın olması, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməllərində onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış barəsində Bakı şəhər Binəqədi rayon məhkəməsinin həmin tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etmiş, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəmiş və əməlində ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tələblərinə əməl edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilir ki, “müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən yüngülləşdirici halların məcmusunu, əməlindən qismən də olsa səmimi peşmanlıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsində 02 azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Şərti məhkum edilmiş şəxsə Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən təhsil yerini, iş yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən Bakı şəhər, Abşeron rayon və Sumqayıt şəhər inzibati ərazilərini tərk etməmək vəzifəsi qoyulmalıdır. İş üzrə ekspertiza xərcləri yoxdur. İş üzrə maddi sübut "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “CD” disk və Şahid1 tərəfindən istintaq orqanına könüllü təqdim edilmiş Təqsirləndirilən şəxs Rasim oğlu ilə danışıqları özündə əks etdirən 1 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs təyin olunmuş əsas cəza 02 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs davranışına nəzarət Bakı şəhər probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs üzərinə təhsil yerini, iş yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, davranışına nəzarəti həyata keçirən orqanlara xəbər vermədən Bakı şəhər, Abşeron rayon və Sumqayıt şəhər inzibati ərazilərini tərk etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə maddi sübut "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “CD” disk və Şahid1 tərəfindən istintaq orqanına könüllü təqdim edilmiş Təqsirləndirilən şəxs ilə danışıqları özündə əks etdirən 1 ədəd “CD” disk iş materiallarında saxlanılsın Hökmdən elan olunduğu, andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar