Məhkəmə qərarları › İş №1(101)-200/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-200/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-200/2025 23.04.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və X15-Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X10, X2, X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, X7, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs9, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, 24 avqust 1974-cü ildə Lerik rayonunun Züvüç kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, barəsində həbs qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə özünü X26 rəhbərliyi ilə əlaqələri olan şəxs və həmin mərkəzdə işləyən nəzarətçi kimi təqdim edib övladı Azər Cabbarovu Bakı şəhəri 2 saylı Baza Tibb kollecinin stomatologiya fakültəsinə qəbul etdirmək barədə yalan vəd verməklə aldadıb vahid niyyətlə Zərərçəkmiş şəxs1 25 fevral 2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən Lənkəran Dövlət Universitetinin qarşısında “Hyundai Elantra” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində həmin dövrün məzənnəsi ilə 8500 manat təşkil edən 5000 (beş min) ABŞ dolları və yol xərci adı ilə 100 (yüz) manat pulu alıb ələ keçirməklə, bundan sonra sonuncunun maddi imkanının yaxşı olduğunu bilib daha çox pul əldə etmək məqsədi ilə Azər Cabbarovu Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinə əlavə 35.000 ABŞ dolları vermək şərti ilə tələbə kimi qəbul etdirmək imkanına malik olması barədə yalan vəd verməklə aldadıb, 27 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 11 saylı notariat kontorunda Zərərçəkmiş şəxs1la formal olaraq kredit müqaviləsi bağlamaqla sonuncudan 66.300 (altmış altı min üç yüz) manat pul alıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 74.900 (yetmiş dörd min doqquz yüz) manat məbləğində külli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə özünü Abşeron rayon 2 saylı orta məktəbdə işləyən və orta məktəblərə müəllim işə qəbul etdirən şəxs kimi təqdim edib sonuncunun övladı X32 rayonu ərazisində yerləşən orta məktəblərdən birinə ibtidai sinif müəlliməsi vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verməklə aldadıb Zərərçəkmiş şəxs2 10 may 2019-cu il tarixdə Xırdalan şəhəri, S.Vurğun küçəsi, dalan 5 ünvanında yerləşən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı X52 Çəkmə Müəssisəsində xidməti otağında həmin dövrün məzənnəsi ilə 10.030 (on min otuz) manat təşkil edən 5900 (beş min doqquz yüz) ABŞ dollarını alıb ələ keçirməklə sonuncuya 10.030 (on min otuz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə özünü Təhsil Nazirliyində işləyən şəxs kimi təqdim edib sonuncunun övladı Şahid5 Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul etdirəcəyi barədə yalan vəd verməklə aldadıb vahid niyyətlə Zərərçəkmiş şəxs3 2019-cu ilin iyun ayının sonlarında ünvan 5 ünvanında yerləşən “Ləvəngi” restoranında 10.000 (on min) manat, 2019-cu ilin iyul ayının əvvəllərində “Ləvəngi” restoranında 10.000 (on min) manat, 2019cu ilin iyul ayının ortalarında “Ləvəngi” restoranında 10.000 (on min) manat, 2019-cu ilin iyul ayının sonlarında “Ləvəngi” restoranında 10.000 (on min) manat, xx.xx.2019-cu il tarixdə “Bakı Beynəlxalq Avtovağzalı”nın yanında 10.000 (on min) manat, 2019-cu ilin avqust ayının ortalarında “Ləvəngi” restoranında 20.000 (iyirmi min) manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 70.000 (yetmiş min) manat məbləğində külli miqdarda maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə özünü müəllim və Təhsil Nazirliyində yaxşı əlaqələri olan şəxs kimi təqdim edib sonuncunun oğlu Şahid7 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına tələbə kimi qəbul etdirəcəyi barədə yalan vəd verməklə aldadıb Zərərçəkmiş şəxs4 2021-ci ilin fevral ayının əvvəllərində ünvan 6 ünvanında yerləşən yaşadığı evdə 8.000 (səkkiz min) manat pulunu alıb ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə etməklə özünü X27 və hazırlıq kursunda işləyən şəxs kimi təqdim edib sonuncunun tanışı Şahid9 Azərbaycan Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsinə tələbə kimi qəbul etdirəcəyi barədə yalan vəd verməklə aldadıb Zərərçəkmiş şəxs5 15 iyun 2021-ci il tarixdə Şahid13 vasitəsi ilə Bakı şəhəri, Şamaxinka adlanan ərazidə almış olduğu 25.000 (iyirmi beş min) manat pulu Abşeron rayonu, Xırdalan şəhəri ərazisində “Heydər Əliyev” adına parkda ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə etməklə özünü Təhsil Nazirliyində və X27 işləyən şəxs kimi təqdim edib sonuncunun X5nı İqtisadiyyat Universitetinin kompüter mühəndisliyi fakültəsinə tələbə kimi qəbul etdirəcəyi barədə yalan vəd verməklə aldadıb Zərərçəkmiş şəxs6 15 iyul 2021-ci il tarixdə ünvan 7 ünvanda yerləşən evdə 40.000 (qırx min) manat pulu alıb ələ keçirməklə xeyli miqdarda maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə etməklə özünü Təhsil Nazirliyində işləyən şəxs kimi təqdim edib sonuncunun həyat yoldaşı X11 işlədiyi Kürdəmir şəhər 2 saylı tam orta məktəbdən Sumqayıt şəhəri ərazisində yerləşən orta məktəblərdən birinə ibtidai sinif müəlliməsi vəzifəsinə köçürəcəyi barədə yalan vəd verməklə aldadıb Zərərçəkmiş şəxs7 16 iyul 2021-ci il tarixdə ünvan 7 ünvanda yerləşən evdə 14.000 (on dörd min) manat pulu Şahid11 vasitəsi ilə alıb ələ keçirməklə xeyli miqdarda maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə etməklə özünü Təhsil Nazirliyində işləyən şəxs kimi təqdim edib sonuncunun həyat yoldaşı X8 Sumqayıt şəhəri ərazisində yerləşən orta məktəblərdən birinə fizika müəlliməsi vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verməklə aldadıb Zərərçəkmiş şəxs8 16 iyul 2021-ci il tarixdə ünvan 7 ünvanda yerləşən evdə 24.000 (iyirmi dörd min) manat pulu Şahid11 vasitəsi ilə alıb ələ keçirməklə xeyli miqdarda maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə etməklə özünü Təhsil Nazirliyində yaxşı əlaqələri olan şəxs kimi təqdim edib sonuncunun həyat yoldaşı Şahid12 Bakı şəhəri ərazisində yerləşən orta məktəblərdən birinə azərbaycan dili-ədəbiyyat müəlliməsi vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verməklə aldadıb Zərərçəkmiş şəxs9 2021-ci ilin iyul ayının sonlarında Xırdalan şəhəri ərazisində yerləşən “Heydər Əliyev” adına parkda 15.000 (on beş min) manat məbləğində pulu alıb ələ keçirməklə xeyli miqdarda maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ifadələrində ona elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərini törətməkdə özünü təqsirli bilərək göstərdi ki, bəzi ödənişlər etməklə, hal-hazırda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 49000 manat, Zərərçəkmiş şəxs2 7000 manat, X18 54000 manat, Zərərçəkmiş şəxs4 6000 manat, Zərərçəkmiş şəxs5 23000 manat, Zərərçəkmiş şəxs6 40000 manat, Zərərçəkmiş şəxs7 13000 manat, Zərərçəkmiş şəxs8 24000 manat, Zərərçəkmiş şəxs9 Mehman oğluna 15000 manat borcu qalıb. Pulu olduqca ödəmələr həyata keçirir. İfadələrinə əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2 maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı göstərmişdir ki, o, 1995-1999—ci il tarixlər də Lənkəran Dövlət Universitetinin riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil almış, universiteti bitirdikdən sonra 1999-2012-ci illər ərzində Lerik rayonu M.Qasımov adına Bibiyonu kənd tam orta məktəbində riyaziyyat müəllimi işləmiş, 2013-2017-ci illərdə Abşeron rayonu Masazır kənd 2 saylı tam orta məktəbində eyni vəzifədə işləmiş, 2017-ci ildə isə öz ərizəsi ilə işdən azad olunmuşdur. O, 2018-ci ildə isə Nəsimi rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 2900 manat cərimə cəzasına məhkum olunmuş, elə həmin ildə cəriməni tamamilə ödəmişdir. Şahid13 1995-ci ildən Bakı Dövlət Universitetinin yataqxanasına gələn zaman tanımış, belə ki, Lütvi həmin vaxt Bakı Dövlət Universitetində oxumaqla bərabər yataqxanaların komendantı olmuşdur. O, da bibisi oğlu və dostları yataqxanada qaldığından yanlarına gələn vaxt tez-tez Lütvini görmüş, universitetləri bitirdikdən sonra özü Lerik rayonuna getmiş, Lütvi isə Elmlər Akademiyasında hansısa vəzifədə işləməyə başlamış və bununla da əlaqələri kəsilmişdir. O, 2013-cü ildə övladlarının təhsili ilə bağlı Abşeron rayonu ərazisinə köçüb Abşeron rayonu Masazır kənd 2 saylı tam orta məktəbində riyaziyyat müəllimi olaraq işə başlamış, həmin məktəbdə işə başladıqdan sonra günlərin birində şəhər ərazisində Lütvi ilə rastlaşmış, söhbət zamanı Lütviyə özünü Masazır kənd 2 saylı tam orta məktəbində müəlim işləyən, kurslarda tələbə hazırlaşdıran və universitetə tələbə qəbul etdirən şəxs kimi təqdim etmiş, bundan sonra isə qarşılıqlı nömrələrini götürüb əlaqə saxlamağa başlamış, 2017-ci ildə Lütvinin dələduzluq etdiyi üçün tutulduğunu eşidib təxminən iki dəfə də baş çəkmək üçün yanına getmişdir. O, 2019-cu ilin fevral ayının əvvəllərində maddi vəziyyəti pis olduğundan universitetə tələbə qəbul etdirmək adı ilə kimdənsə pul alıb, sonradan imkanı yaxşı olanda geri qaytarmaq qərarına gəlmiş, bu məqsədlə özünü hər yerdə universitetlərə tələbə qəbul etdirən şəxs kimi təqdim etmiş, həmin ərəfələrdə avtomobili cərimə meydançasına yerləşdirildiyindən Bakı şəhəri Yasamal rayon X56 şöbəsinə getmişdir. O, Yol polisi şöbəsində olan vaxt Şirvanəli adlı bir nəfər şəxslə tanış olub özünü X53 Dövlət Komissiyası ilə əlaqələri olan şəxs kimi təqdim edib universitetə tələbə qəbul etdirə biləcəyini demiş, Şirvanəli də gələcəkdə lazım ola bilər deyə mobil telefon nömrəsini götürmüşdür. O, Şirvanəliyə ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrini təqdim etmiş, bu söhbətdən az bir müddət keçmiş Şirvanəli unutduğu mobil nömrə ilə ona zəng edərək qohumunu Tibb Kollecinə qəbul etdirmək üçün koməklik etməsini istəmişdir. O, da etiraz etmədikdə Şirvanəli əlaqə saxlaması üçün mobil nömrəsini qohumuna verəcəyini demiş, təxminən bir gün sonra Kamran adında bir nəfər şəxs unutduğu nömrədən zəng edərək oğlunu Bakı Tibbi Kollecinə qəbul etdirmək istədiyini bildirmişdir. O, isə belə məsələlərin mobil telefonla danışılmasının doğru olmamasını deyib ən qısa müddətdə görüşməyi təklif etmiş, səhər günü Kamran mobil telefonla zəng edərək onu ünvan 8 ünvanında yerləşən “Avrasiya” klinikasının qarşısına dəvət etmişdi. O, qeyd edilən ünvanda görüşdükdən sonra Kamranla birlikdə sonuncunun yaşadığı ünvan 9 ünvana gəlmiş, həmin vaxt mənzildə Kamranın oğlu Azərdə olmuşdur. O, söhbət zamanı ilk dəfə gördüyü Kamranın yaşadığı evdə olan vaxt yalandan özünü Dövlət İmtahan Komissiyasında Nəzarətçi işləyən, X53 Komissiyada yaxşı əlaqələri olan şəxs kimi, eləcə də Məleykə Abbaszadənin yaxın adamı kimi təqdim edib çox adamı universitetə qəbul etdirdiyini bildirmişdir. Kamran isə oğlu Azərin Tibb Universitetinə qəbul edilməsinin çətin olduğunu, bu səbəbdən də 2 saylı Bakı Tibb Kollecində stomoatologiya fakültəsinə qəbul etdirməsini ondan xahiş etmişdir. O, da etiraz etmədikdə işin görülməsi üçün 9000 (doqquz min) manat pul istəyib pulun əvvəlcədən verilməli olduğunu dedikdə Kamran pulu düzəltmək üçün təxminən bir həftə möhlət istəmiş, başqa da heçnə olmamışdır. O, təxminən bir həftə müddətində Kamranı gözləsə də sonuncudan heç bir xəbər çıxmadığını gördükdə təcili pula ehtiyacı olduğundan gecə saatlarında Bakı şəhərindən avtomobil ilə çıxıb 25 fevral 2019-cu il tarixdə səhər saatlarında Lənkəran şəhərinə çatmışdır. O, Lənkəran şəhərində olan vaxt Kamranın unutduğu mobil telefonuna zəng edərək təsadüfən Lənkəran şəhərində gəldiyini, hazırda Azərin Kollecə qəbul olunma məsələsinin həll olunduğunu, bu səbəbdən də 9.000 (doqquz min) manat pulu, Azərin şəxsiyyət vəsiqəsinin və hərbi biletinin surətini ünvan 2 ünvanında yerləşən “Lənkəran Dövlət Universitetinin” qarşısına gətirməsini istəmiş, qısa müddət sonra Kamran ona yanına gələrək Azərin sənədlərinin surətlərini və 5000 ABŞ dolları pulu vermişdir. O, pulu az gətirməsinin səbəbini soruşduqda Kamran çətinliklə pulu düzəltdiyini bildirmişdir. O, da Kamrandan qeyd edilən məbləğdə pulu və yol pulu adı ilə 100 manatda alıb Bakı şəhərinə geri qayıtmış, elə həmin gün axşam saatlarında Kamrana zəng edib yenə pul almaq üçün yalandan Polis Akademiyasına və Tibb Universitetinə tələbə qəbul etdirmək imkanının olduğunu deyib tanış olarsa xəbər etməsini istəmiş, çünki Kamranın özünün bu təkliflə razılaşacağını bilmiş, gözlədiyim kimidə olmuşdur. Həmin gün səhv etmirsə axşam saatlarında Kamran ona zəng edərək oğlu Azəri Tibbi Universitetinin stomatologiya fakültəsinə qəbul etdirmək imkanının olub-olmadığını, müsbət halda isə hansı qiymətə edəcəyinə dair sual vermişdir. O, da cavab olaraq Kamrana belə işləri çox asanlıqla həll etdiyini, işin qiymətinin 100.000 (yüz min) manat olduğunu, lakin tanışlıq xatirinə 80.000 (səksən min) manat müqabilində həll edə biləcəyini demişdir. Aralarına olan razılaşmaya görə Kamran vermiş olduğu 5000 (beş min) ABŞ dollarından əlavə 35.000 ABŞ dolları yəni 66.300 (altmış altı min üç yüz) manatda pul verməyi öhdəsinə götürmüşdür. Kamranda 27 fevral 2019-cu il tarixdə ona zəng edib Bakı şəhərində olduğunu, lakin pulu notarial qaydada vermək istədiyini demişdir. O, da pul lazım olduğu üçün başqa çarəsi olmadığından razılaşıb həmin gün Kamranla əlaqə saxlayaraq Bakı şəhəri, Binəqədi rayonu, Xocalı prospekti 24/A ünvanında yerləşən 11 saylı notariat kontorunda görüşmüş, görüş zamanı Kamran 66.300 (altmış altı min üç yüz) manatı həqiqətə uyğun olmayan borc müqaviləsi adı altında notarial qaydada ona təqdim etmişdir. O, isə həmin pulu Kamrandan borc kimi deyil məhz övladını Azərbaycan Tibb Universitetinə tələbə kimi qəbul etdirmək adı almış, aralarında olan razılaşmaya görə Kamrana oğlu Azəri X39 tərəfindən keçirilən qəbul imtahanında iştirak edərək universitetə qəbul etdirəcəyini vəd etmişdir. O, bundan sonra şübhələnməməsi üçün mütəmadi olaraq Kamranla əlaqə saxlamış, aldığı pulları isə öz ehtiyaclarına sərf etmişdir. 2019-cu ilin avqust ayında Kamran ona zəng edərək oğlu Azərin universitetə qəbul edilən şəxslərin siyahısında olmadığı barədə məlumat vermişdir. O, isə cavab olaraq Kamrana belə məsələlərin qeydiyyata düşmədiyini deyib Azərin artıq universitetə qəbul olunduğunu bildirmiş, sonradan Kamran tez-tez zəng edib işin gedişatı ilə maraqlandıqda sonuncunu inandırmaq məqsədi ilə adam axtarmağa başlamışdır. O, da bu səbəbdən 2019-cu ilin sentyabr ayında tanışı Lütvi ilə əlaqə saxlayıb bir nəfər Kamran adlı şəxsdən övladını Tibb Universitetinə qəbul etdirmək üçün pul aldığını, lakin işi görə bilmədiyindən pulu qaytarmağa vaxt qazanması üçün Lütvini pul aldığı şəxsə X26 işçisi kimi təqdim edəcəyini demişdir. O, 2019-cu ilin sentyabr ayında Kamrana zəng edərək Lütvini X26 əməkdaşı kimi təqdim etdikdən sonra əlaqə saxlaması üçün ***-***-**-** və 05- 217-11-02 saylı mobil nömrələri Kamrana vermiş, sonrakı müddətdə onun xahişi ilə vaxt qazanması üçün Lütvi bir neçə dəfə Kamranla görüşərək işin düzələcəyi barədə yalan danışmışdır. O, isə Kamrandan aldığı pulları öz ehtiyaclarına xərcləmiş, müalicə ilə bağlı övladını İran İR apardıqdan sonra Kamran yalan danışdığını anlayıb pulu geri tələb etməyə başlamışdır. O, da pulu geri qaytarmağa imkanı olmadığından mobil zənglərə cavab verməmişdir. O, bundan başqa Zərərçəkmiş şəxs2 Şahid13 vasitəsi ilə tanımış, 2018-ci ilin dekabr ayının sonlarında tanışı Lütvi zəng edərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı X52 Çəkmə Müəssisəsinə köçürüldüyünü deyib ondan yanına gəlməsini xahiş etmişdir. O, da həmin gün imkanı olmadığından səhəri gün Lütvinin yanına gəlmiş və həmin vaxtda müəssisənin rəisi Zərərçəkmiş şəxs2la tanış olmuş, tanışlıq zamanı özünü Abşeron rayon 2 saylı orta məktəbdə müəllim və ziyalı kimi təqdim etdikdən sonra Lütviyə bir neçə günlük icazə almış, təxminən 2019-cu ilin yanvar ayında söhbət zamanı tanışı Lütvi MTCÇM-in rəisi Rövşənin qızını orta məktəbə müəllimə düzəlmək istədiyini deyib kömək edib-etməyəcəyini soruşmuşdur. O, isə Rövşənin yaxşı pulu olacağını düşünüb aldadaraq ələ keçirmək niyyətinə düşüb Lütviyə köməklik edəcəyi barədə məlumat vermiş, təxminən 3-4 gün sonra Rövşənin istəyi əsasında sonuncunun işlədiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Xırdalan şəhərində yerləşən 14 saylı MTCÇM-nə gəlmiş, Rövşən müəllimin otağında olan zaman sonuncu qızı Nərminin bundan əvvəl imtahanda iştirak etsədə şəhər üzrə tələb edilən gərəkli balı toplamadığını demişdir. O, da özünü Abşeron rayon 2 saylı orta məktəbdə işləyən və kursda şagird hazırlayan müəllim, orta məktəblərə müəllim qəbul etdirən və Təhsil Nazirliyində yaxşı əlaqələri olan şəxs kimi təqdim edib 2019-cu ilin sentyabr ayında keçiriləcək imtahan zamanı Nərmini Abşeron rayonu ərazisində yerləşən orta məktəblərdən birinə ibtidai sinif müəllimi vəzifəsinə qəbul etdirəcəyinə soz vermiş, Rövşən isə iş müqabilində nə qədər pul lazım olduğunu soruşduqda 10.000 (on min) manat pul istəmiş, Rövşən isə ondan pulu nə vaxt verəcəyini və işi kimin vasitəsi ilə görəcəyini soruşmuşdur. O, isə cavab olaraq işi kimin vasitəsi ilə görəcəyi barədə heç bir məlumat vermədən pulun deyilən tarixdə özünə çatdırılmasını istəmiş, qarşılıqlı razılaşma əldə edildikdən sonra əlaqə saxlamaq üçün Rövşənlə bir-birilərinin mobil nömrələrini götürmüş, bundan sonra bir neçə dəfə Rövşən öz istifadəsində olan unutduğu mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng edərək işi nə vaxt düzəlcəyini, yəni pulu alacağını soruşmuşdur. O, isə hər dəfə də cavab olaraq bu haqda özünün məlumat verəcəyini demiş, təxminən 2019-cu ilin aprel-may aylarının hansısa günündə Rövşənlə danışan zaman may ayının 10-da pulu götürməyə gələcəyini, bu səbəbdən də pulu və diplomun surətini, şəxsiyyət vəsiqəsini hazırlamasını istəmişdir. O, 10 may 2019-cu il tarixdə unutduğu saatlarda əvvəlcədən razılaşmaları üzrə Rövşən müəllimin işlədiyi cəza çəkmə müəssisəsinə getdikdə Lütvinində xidməti otaqda əyləşdiyini görmüş, salamlaşdıqdan sonra vaxtının az olduğunu əsas gətirib Rövşəndən pulu və zəruri sənədləri təqdim etməsini istəmiş, elə həmin vaxt Rövşən ortaq tanışları Lütvinin yanında 5900 ABŞ dollarını və qızına məxsus zəruri sənədlərin surətini təqdim etmişdir. O, da pulu alıb saydıqdan sonra Rövşənə qızı Nərmini 2019-cu ilin sentyabr ayında keçiriləcək imtahandan keçirib Abşeron rayonu ərazisində yerləşən orta məktəblərdən birinə ibtidai sinif müəlliməsi vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verərək çıxıb getmişdir. Sonrakı müddət ərzində Rövşən tez-tez əlaqə saxlayaraq işin gedişatı ilə maraqlandıqda o, sentyabr ayında işin həll olunacağı barədə yalan vədlər vermiş, aldığı pulu isə öz ehtiyacına sərf etmişdir. O, verdiyi vədlər yalan olduğundan 2019-cu ilin noyabr ayından zənglərə cavab verməmiş, günlərin birində isə Lütvi qohumları vasitəsi ilə əlaqə yaradıb Rövşən tərəfindən axtarıldığını demişdir. O, da öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin «whatsapp» sosial şəbəkəsi vasitəsi ilə mesaj yazıb Rövşənin “yeni il” bayramını təbrik etdikdən sonra Nərminin işinin bir ay müddətində həll olacağını, əks halda isə pulunu geri qaytaracağını demişdir. O, bundan sonra mütəmadi olaraq Rövşən ilə əlaqə saxlayıb hər dəfəsində də pulu geri qaytaracağı barədə vədlər vermiş, lakin imkanı olmadığından pulu geri qaytara bilməmiş, bu səbəbdən də Rövşən onun barəsində hüquq mühafizə orqanlarına şikayət ərizəsi ünvanlamışdır. O, da tutulacağından qorxaraq qaçıb gizlənməyə başlamışdır. O, bundan başqa Qax rayon sakini olan Zərərçəkmiş şəxs3 Şahid13 vasitəsi ilə tanımış, belə ki, 2019-cu ilin səhv etmirsə iyun ayında dostu Lütvi zəng edərək bir nəfər Mais adlı şəxsin övladının universitetə qəbul olunması üçün imtahan nəticələrinin kodlaşdırılmasına köməklik etməsini xahiş etmişdir. O, da razılıq verdikdən təxminən 2-3 gün sonra Lütvi zəng edərək Mais adlı şəxsin Bakı şəhərinə gəlib görüşmək istədiyini dedikdə ünvan 12 ünvanında yerləşən “Ləvəngi” restoranına gəlmələrini istəmiş, qısa müddətdən sonra özüdə qeyd etdiyi ünvana gəlmişdir. O, Mais adlı şəxsi də ilk dəfə orada görmüş, görüş zamanı Mais qəbul imtahanında iştirak edən oğlu Həmzətin Respublika ərazisində yerləşən universitetlərdən birinin hüquq fakültəsinə qəbul olunması üçün yaxşı kodlaşdırma aparan şəxs axtardığını demişdir. O, da bir qədər özünü tərifləyərək Təhsil Nazirliyində işlədiyini deyib Maisdən övladının şəxsiyyət vəsiqəsinin surətini, abuturiyentin iş nömrəsini və digər zəruri məlumatları alıb əlaqə saxlamaq üçün qarşılıqlı olaraq bir-birilərinin mobil nömrələrini götürmüş, təxminən 2019-cu ilin iyun ayında imtahan nəticələri elan olunduqda Maisin oğlu Həmzətin qəbul imtahanında 300-dən aşağı bal toplaması məlum olmuşdur. O, da bu barədə zəng edərək Maisin özünə məlumat vermiş, təxminən 2-3 gündən sonra Maisin təklifi ilə “Ləvəngi” restoranında görüşmüş, Lütvidə yanlarında olmuş, Mais görüş zamanı ondan övladı Həmzətə köməklik göstərməsini xahiş etmişdir. O, da tanıdığı Maisə ölkə xaricində yerləşən universitetlərdən birinə qəbulu məsləhət bilib universitetlərin depozitlərini sadalamağa başlamış, bir qədər məsləhətləşdikdən sonra Türkiyə Respublikasında yerləşən universitetlərdən birinə qəbulla bağlı aralarında razılıq əldə olunmuşdur. O, da 10.000 ABŞ dollarının universitetin depozitinə qoyulacağı, 3.000 manat pulun isə özünə çatacağı barədə Maisə məlumat vermiş, başqa da heçnə olmamışdır. O, təxminən 2019-cu ilin iyun ayının sonlarında Mais və Lütvi ilə “Ləvəngi” kafesində görüşmüş, görüş zamanı Mais 10.000 (on min) manat pulu təqdim edib qalıq pulu qısa müddət ərzində çatdıracağını bildirmiş, lakin bir gün sonra Mais zəng edərək oğlunun xaricdə təhsil almasını istəmədiyini deyərək Respublikası ərazisində yerləşən universitetlərdən birinin hüquq fakültəsinə qəbul etdirməyini ondan xahiş etmişdir. O, da pula ehtiyacı olduğundan yalandan razılaşıb 70.000 manat müqabilində Həmzəti “Bakı Dövlət Universiteti”nin hüquq fakültəsinə qəbul etdirəcəyi barədə Maisə yalan vəd vermiş, Maisdə razılaşdıqda pulu bir dəfəyə deyil hissə-hissə ödəyə biləcəyini dedikdə razılaşmışdır. O, təxminən 2019-cu ilin iyul ayının əvvəllərində Maisin təklifi ilə “Ləvəngi” restoranına gəlmiş, elə həmin vaxtda Maisin yanında iki nəfər Səbuhi adlı şəxslərin olduğunu görmüş, Mais həmin şəxslərin yanında 10.000 manat pulu çıxarıb ona təqdim etmiş, başqada heçnə olmamışdır. O, təxminən 2019-cu ilin iyul ayının ortalarında Maislə zəngləşib yenidən “Ləvəngi” restoranına gəlmiş, görüş zamanı Maisin yanında Səbuhi adlı şəxs olmuş, görüş zamanı Mais yenidən 10.000 manat pulu təqdim etmişdir. O, qalıq pulları nə vaxt verəcəyini soruşduqda Mais dəqiq bir söz deyə bilməyəcəyini, pul tapan kimi gətirib verəcəyini demiş, təxminən 2019-cu ilin iyul ayının sonlarında yenidən “Ləvəngi” restoranında Maislə görüşmüş, görüş zamanı Maisin yanında Səbuhidən başqada ilk dəfə gördüyü bir nəfər şəxsdə olmuş, həmin şəxslərin yanında Mais 10.000 manat pulu təqdim etmişdir. O, da pulu aldıqdan sonra saymayaraq çantasına qoyub çıxıb getmişdir. O, bundan sonra 06 avqust 2019-cu il tarixdə “Ləvəngi” kafesində Mais və Səbuhi ilə görüşmüş, görüş zamanı Mais üzərində gətirdiyi pulu təqdim etmək istədikdə yanında olan Səbuhi adlı şəxs buna imkan verməyib yalnız notarial sənədləşmə aparıldıqdan sonra pulun veriləcəyini bildirmişdir. O, ilkin olaraq etiraz etsədə Maisin pul vermək fikrindən daşındığı gördükdə çarəsiz qalaraq razılaşmış, bundan sonra birlikdə unutduğu “Asan Xidmət” mərkəzlərindən birinə getsələrdə növbə olduğunu görmüşdür. O, da bunu gördükdə vaxtının olmadığını bəhanə edərək başqa bir notariusa getməyi təklif etmiş, bundan sonra da “Bakı Beynəlxalq Avtovağzalı”nın yanında yerləşən nömrəsini unutduğu notarius ofisinə gəlmiş, lakin ofis bağlı olduğundan Maisə və Səbuhiyə şəxsiyyət vəsiqəsinin üzərinə aldığı pulun məbləği barədə qeydiyyat aparmağı təklif etmiş, Maisgildə razılaşdıqda o, şəxsiyyət vəsiqəsinin surətinə 50.000 manat pulu borc alması ilə bağlı yazı qeydiyyatı aparmış, həmin vaxt Maisin yanında olan Səbuhi adlı şəxslə biraz aralarında narazıçılıq yaransada Mais müdaxilə edərək sakitçilik yaratmış, avtomobildən yerə endikdən sonra isə Mais tərəfindən 10.000 manat ona təqdim edilmişdir. O, da pulu aldıqdan sonra çıxıb getmiş, təxminən 2019-cu ilin avqust ayının ortalarında yenidən Maislə “Ləvəngi” restoranında görüşmüş, Səbuhidə yanlarında olmuş, görüş zamanı Mais 20.000 manat pul gətirdiyini, lakin qəbul ilə bağlı hər hansı bir sənəd gördükdən sonra pulu təqdim edəcəyini demişdir. O, da pulu almaq üçün başqa yol olmadığından Maisə işin həllini tapdığını və oğlunu Bakı şəhərinə göndərməsini istəmiş, Maisdə bundan sonra 20.000 manatı təqdim etmiş, sonrakı günlərdə Maisin oğlu Həmzət Bakı şəhərinə gəlmişdir. O, da günlərin birində Həmzət ilə görüşüb sonuncunu guya qəbul olduğu universitetlə tanış etmək məqsədi ilə Bakı Dövlət Universitetinə aparmış, orada da atası Maisə göstərməsi üçün şəkil çəkdirmiş, başqa da heçnə olmamışdır. Qəbul imtahanlarının cavabları elan olunduqdan sonra yalan vədlər verib aldatdığı Maisin övladı Həmzət heç bir universitetə qəbul ola bilməmiş, lakin sonradan Mais Lütvi vasitəsi ilə qohumlarını tapdığından utanaraq ümumilikdə 15.000 manat pulu geriyə qaytarmış, qalan pulları isə öz şəxsi ehtiyaclarıma sərf etmişdir. O, bundan başqa Zərərçəkmiş şəxs4 2018-ci ildən tanımış, elə həmin ərəflərdə Gülşənin qızının kollecə daxil olmasına köməklik etdiyindən yaxşı münasibətləri yaranmışdır. 2021-ci ilin səhv etmirsə yanvar ayında Gülşən zəng edərək oğlu Əli adlı şəxsi İdman Akademiyasına tələbə qəbul etdirməyə köməklik etməyini ondan xahiş etmişdir. O, da Təhsil Nazirliyində işləyən yaxın tanışları ilə məsləhətləşdikdən sonra xəbər verəcəyi barədə Gülşənə yalan məlumat vermiş, təxminən iki gün keçdikdən sonra guya məsləhətləşmiş kimi Gülşənə zəng edib işin düzəlməsi müqabilində 8.000 manat pul lazım olduğunu demiş, Gülşən isə razılaşaraq pulu düzəltdikdən sonra xəbər edəcəyini bildirmişdir. O, 2021-ci ilin fevral ayının əvvəllərində Gülşən ilə zəngləşərək sonuncunun yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə getmiş, həmin vaxt evdə Gülşənin həyat yoldaşı Samir və oğlu Əli adlı şəxsdə evdə olmuşdur. O, qeyd edilən şəxslərin yanında 8.000 manat pulu Gülşəndən alıb təxminən bir-iki ay müddətində işi həll edəcəyi barədə yalan vəd verib getmiş, lakin heç bir iş görməyəcəyi üçün pulu öz ehtiyaclarına xərcləmiş, təxminən iki ay müddət keçdikdən sonra Gülşən zəng edərək iş barədə maraqlanmağa başlamışdır. O, da hər dəfəsində işin düzələcəyi barədə Gülşənə yalan vədlər vermiş, lakin 2021-ci ilin avqust ayında barəsində həbs qətimkan tədbiri seçildiyindən əmisioğlu Asifdən şikayət etməsin deyə Gülşənə 2.000 manat pul verməsini xahiş etmiş, məlumatı olduğu qədərdə Asif qısa müddət sonra 2000 manat pulu yaşadığı evdə Gülşənə geri qaytarmış və şikayət etməməsini xahiş etmişdir. Bundan başqa təxminən 2021-ci ilin iyun ayında tanışı Şahid13 tanışı Zaur adlı şəxsin öz qohumunu Kooperasiya Universitetinə tələbə qəbul etdirmək istədiyini deyib ondan köməklik etməsini xahiş etmişdir. O, da müsbət cavab verdikdən təxminən 3-4 gün sonra qarşı tərəfin istəyi ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Heydər” parkındada Zaur, Lütvi, Ramil və Qəzənfər ilə görüşmüş, görüşün kim tərəfindən təşkil edilməsi isə dəqiq yadında qalmamışdır. O, tanışlıq mərhələsindən sonra özünü hazırlıq kursunda müəllim, X27 nəzarətçi işləyən, ümumilikdə təhsil ilə məşğul olan şəxs kimi təqdim etmiş, elə həmin ərəfələrdə uşağın atasının Ramil adlı şəxs olduğunu, lakin imkanı olmadığından işi Zaurun öz öhdəsinə götürdüyünü bilmişdir. Söhbət zamanı Ramil oğlu Qəzənfərin 11-ci sinif buraxılış imtahanında az bal toplaması səbəbindən universitetə qəbul imtahanından keçməsinin qeyri-mümkün olduğunu onun nəzərinə çatdırmışdır. O, da hansı universiteti istədiklərini soruşduqda Zaur və Ramil Azərbaycan İqtisadiyyat Universitetinin iqtisadiyyat fakültəsini istədiklərini demişdir. O, isə bu işin bahalı olacağını deyib Qəzənfəri Kooperasiya Universitetinin iqtisadiyyat fakultəsinə qəbul etdirə biləcəyini vəd vermiş, razılaşma əldə edildikdən sonra görəcəyi iş müqabilində Zaurdan 30.000 manat pul istəmiş, Zaur isə pulun çox olduğunu dedikdə adamlar əlindən çıxmasın deyə danışdıqdan sonra məlumat verəcəyini bildirmişdir. O, bir neçə gün gözlədikdən sonra səhv etmirsə Zaura zəng edərək 25.000 manat müqabilində Qəzənfəri “Kooperasiya Universiteti”nin iqtisadiyyat fakultəsinə qəbul etdirə biləcəyi barədə vəd verdikdə Zaur razılaşmışdır. O, xx.xx.2021-ci ildə Bakı şəhərində olan zaman Zaur zəng edərək işləri ilə bağlı təcili gedəcəyindən görüşərək 25.000 (iyirmi beş min) manat pulu vermək istədiyini demişdir. O, isə pulu şəxsən Zaurdan almamaq üçün hazırda Bakı şəhərində olmadığını deyib zəngləşərək pulu Lütviyə verməsini xahiş etmiş, təxminən bir saatdan sonra Zaur zəng edərək 25.000 (iyirmi beş min) manat pulu Bakı şəhəri, Şamaxinka adlanan yerdə “Kapital Bank”ın qarşısında Lütviyə verməsi ilə bağlı məlumat vermişdir. O, da təxminən iki saatdan sonra zəngləşərək Xırdalan şəhəri ərazisində “Heydər” parkının içərisində Lütvidən 25.000 manat pulu almış, Lütvidə yanından Zaura zəng edərək pulu çatdırması ilə bağlı məlumat vermişdir. O, özü də Zaurla danışıb pulun çatdırılması barədə məlumat vermiş, almış olduğu pulları isə öz ehtiyaclarına xərcləyərək heç bir iş görməmişdir. O, bundan başqa Şahid11 tanışı Şahid13 vasitəsi ilə tanımış, belə ki, 2021-ci ilin iyul ayının əvvəllərində Lütvi zəng edərək İqtisadiyyat Universitetinə tələbə qəbul etdirmək imkanının olub-olmadığını soruşmuşdur. O, da pul ələ keçirmək fikrinə düşüb imkanının olduğunu dedikdə Lütvi köməklik istəyən şəxslərlə görüşüb özünün söhbət etməsini xahiş etmiş, səhv etmirsə bir-iki gün sonra Lütvi ilə birlikdə Xırdalan şəhərində, Quşçuluq yaşayış massivi ərazisində yerləşən bir evə getmiş, elə ilk dəfə də Şahid11 orada görmüşdür. O, görüş zamanı özünü Sitarə xanıma Təhsil Nazirliyinin və X26 əməkdaşı kimi təqdim etmiş, Şahid11 isə bacısı qızını İqtisad Universitetinin kompüter mühəndisliyi fakültəsinə qəbul etdirmək istədiyini deyib işin qiymətini soruşmuşdur. O, da həmin vaxt 40.000 manat pul istəmiş, elə həmin vaxt Şahid11 ailəvi tanışı olan Namiq adlı şəxsində müəllimə işləyən həyat yoldaşının şəhərlər arası köçürmə məsələsinə də kömək etmək imkanının olub-olmamasını soruşmuşdur. O, da əlindən gələn bir iş olduğunu dedikdə Sitarə səhəri gün evə gəlib Namiq ilə bu barədə danışmasını xahiş etmişdir. O, da etiraz etmədikdə səhəri gün Sitarənin yaşadığı evdə Namiq ilə görüşmüş, görüş zamanı Namiq həyat yoldaşının iş yerini Kürdəmir rayonunda yerləşən orta məktəbdən Sumqayıt şəhərində olan məktəbə dəyişdirilməsini, eləcə də baldızını Sumqayıt şəhəri ərazisində yerləşən məktəblərdən birinə müəllimə vəzifəsinə düzəldilməsini istəmişdir. O, da köçürmə məsələsinə görə 14.000 (on dord min), müəllimə vəzifəsinə qəbul üçün isə 24.000 (iyirmi dörd min) manat pul istəmiş, bundan sonra isə çıxıb getmişdir. Təxminən 2021-ci ilin iyul ayının ortalarında Sitarə ona zəng edərək yaşadığı evə gəlib bacısı Rahilə adlı qadından pulu götürməsini istəmişdir. O, da həmin gün Sitarənin yaşadığı Xırdalan şəhərində yerləşən evə gedərək Rahilədən 40.000 manat pul almış, səhəri gün isə Sitarə xanımdan Namiqin vermiş olduğu ümumilikdə 38.000 manat pulu yaşadığı evdə alaraq ələ keçirmişdir. O, bundan başqa Zərərçəkmiş şəxs9 2021-ci ilin iyun ayında Sabunçu rayon Zabrat qəsəbəsində yerləşən 307 saylı orta məktəbdə direktor müavini işləyən zaman tanımış, belə ki, həmin vaxtlar Qafqaz qeyd edilən məktəbdə görülən təmir işlərinə nəzarət etmiş, günlərin birində tanıdığı Qafqaz həyat yoldaşı Sahibə adlı xanımın ixtisasca müəllimə olduğunu, lakin dəfələrlə X37 müsaqibəsində iştirak etsədə lazimi nəticə toplamadığından Bakı şəhəri ərazisində məktəbə qəbul edilmədiyini demişdir. O, da pul ələ keçirmək fikrinə düşdüyündən Qafqaza həvəslənməsi üçün imtahan balı çox aşağı olan şəxslərə köməklik etməsi barədə yalan məlumat vermiş, Qafqazda həyat yoldaşı Sahibəni qarşıdan gələn imtahanlarda Bakı şəhərinə müəllimə vəzifəsinə qəbul etdirmək istədiyini deyərək işin qiymətini, eləcə də kimin vasitəsi ilə görəcəyini soruşmuşdur. O, da cavab olaraq Təhsil Nazirliyində tanışlarının olduğunu, Sahibənin Bakı şəhəri ərazisində yerləşən məktəblərdən birinə azərbaycan dili və ədəbiyyat müəlliməsi vəzifəsinə qəbul etdirmək üçün 15.000 (on beş min) manat pul istədikdə Qafqaz razılaşmışdır. O, bundan sonra inandırıcı olsun deyə Qafqazla guya məktəblərin seçilməsi istiqamətində “whatsapp” sosial şəbəkəsi vasitəsi danışıqlar etmiş, təxminən 2021-ci ilin iyul ayının sonlarında saat 20 radələrində Qafqaza zəng edərək işin həll olunması üçün bu gün pulun çatmalı olduğunu demişdir. Elə həmin gün Qafqazla zəngləşərək saat 21 radələrində Xırdalan şəhəri ərazisində yerləşən “Heydər” parkında görüşmüş, görüş zamanı park ərazisində yerləşən kafelərdən birində əyləşib orada Qafqazdan 15.000 manat pulu almış, Qafqaz pulu verdikdən sonra həyat yoldaşı Sahibənin nə vaxt işə qəbul olunacağını soruşmuşdur. O, isə yalandan Sahibənin 2021-ci ilin iyul ayında keçiriləcək MİQ imtahanlarında formal iştirak etməsini, imtahanda yığdığı baldan asılı olmayaraq Sahibəni Bakı şəhəri ərazisində yerləşən orta məktəblərdən birinə azərbaycan dili və ədəbiyyat müəlliməsi vəzifəsinə qəbul etdirəcəyi barədə vəd vermiş, həmin pulu isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs5 ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona 25000 manat borcu var idi, 2000 manat Abşeron Rayon Polis İdarəsində geri qaytarmışdır, hal-hazırda 23000 manat borcu var. Pulu Lütfi adlı şəxsə vermişdi, təqsirləndirilən şəxs özü də zəng edib pulu aldığını bildirmişdi. Təqsirləndirilən şəxs uşağını universitetə düzəltmək üçün 25000 manat pul almışdı. Hadisə 2021-ci ildə baş verib. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı göstərmişdir ki, o, fərdi qaydada Quba rayonunda daş karxanası işlədir, dostu Ramilin oğlu Qəzənfərin kirvəsidir, həm də uzaq qohumluq əlaqələri vardır. Kirvəsi olduğu Qəzənfər 2020-2021ci il abuturiyeti idi və sınaq imtahanlarında çox aşağı yəni, cəmi 75 bal toplamışdır. Onlar artıq sınaq imtahanının nəticələrinə görə Qəzənfərin universitet imtahanından kəsiləcəyini yəqin etdiklərindən sonuncunu universitetə qəbul etdirmək üçün adam axtarmağa başlamışdır. O da Qəzənfərin ailəsinin maddi durumu yaxşı olmadığıdan üniversitetə qəbul xərclərini öz üzərinə götürmüşdür. O, 2021-ci ilin may ayında Bakı şəhəri, Binəqədi rayonunda “Amor” şadlıq sarayı yanında yerləşən avtomobil təmiri sexində usta işləyən Namiqin yanında avtomobilinin salonunu təmir etdirən zaman əvvəllər tanıdığı Ramiz adlı şəxs yanına gəlmiş, dəfələrlə Ramizi usta işləyən Namiqin yanında görmüşdür. Elə həmin vaxtlarda salamlaşmış və başqa heç bir dostluq münasibəti olmamışdır. O, təmir sexində olan zaman Qəzənfəri universitetə qəbul etdirməyə adam axtarmağı barədə ümumi söhbət açmış, Ramiz isə bir nəfər əvvəllər üniversitetdə müəllim işləmiş şəxs olduğunu, həmin şəxslə maraqlanıb bir məlumat verəcəyini bildirmişdir. O, təxminən 2-3 gündən sonra avtomobil təmir sexində Ramizi görmüş, həmin vaxt Ramiz Lütvi adlı şəxslə danışdığını və görüşüb söhbət etməyin lazım olduğunu demişdir. O, təxminən bir gündən sonra 2021-ci ilin may ayının son günlərində Ramizlə birlikdə Lütvi adlı şəxslə Bakı şəhərində “Şamaxinka” deyilən yerdə kafedə görüşmüş, Lütvi söhbət zamanı özünü Bakı Dövlət Universitetində işləmiş şəxs kimi təqdim edib bir nəfər Aqşin adlı şəxs olduğunu və həmin şəxslə danışdıqdan sonra məlumat verəcəyini demiş, bundan sonra Lütvi özünə məxsus ***-***-**-** saylı mobil nömrəsini təqdim etmişdir. O da öz növbəsində ***-***-**-** saylı nömrəsini Lütviyə təqdim etmiş, təxminən iki gündən sonra Lütvi ***-***-**-** saylı mobil telefonla onun istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə zəng edərək Aqşinlə görüşməyi təklif etmişdir. O da razılaşıb həmin gün günorta saatlarında Lütvi ilə “Şamaxinka” adlanan ərazidə görüşüb birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Heydər” parkına getmiş, qısa müddət sonra Aqşin adlı şəxs yanlarına gəlmiş, masa arxasında olan zaman Aqşin özünü X27 işləyən şəxs kimi təqdim edib belə işləri çox asanlıqla gördüyünü bildirmişdir. O da Aqşinin geyiminə və danışığına baxaraq həqiqətən dediklərinə inanmış, Masa arxasında əyləşən zaman Aqşin kirvəsi olduğu Qəzənfəri “Kooperasiya” Universitetinin iqtisadiyyat fakültəsinə qəbul etdirəcəyini, bu işin müqabilində isə 30.000 manat pul alacağını bildirmiş, lakin bu işi kimin vasitəsi ilə həll etməsi barədə heç nə deməmiş, nə də o, bu barədə soruşmamışdır. O isə məbləğin çox olduğunu deyərək Aqşindən işi bir az aşağı qiymətə etməsini xahiş etmiş, Aqşin isə maraqlandıqdan sonra xəbər verəcəyini bildirmiş, aradan bir neçə gün keçdikdən sonra Aqşin ona zəng edərək Qəzənfəri “Kooperasiya” Universitetinə tələbə kimi qəbul etdirmək üçün 25.000 manat pul lazım olduğunu demişdir. O isə bir az düşündükdən sonra yekun qərarını deyəcəyini bildirmişdir. Ehtimal edir ki, Aqşin mobil nömrəsini Lütvidən alaraq zəng etmişdir. O, 10 iyun tarixdə Aqşinə zəng edərək deyilən məbləğlə razı olduğunu və qısa müddətdə pulu hazırlayacağını bildirmişdir. O, xx.xx.2021-ci il tarixdə səhər saatlarında Aqşinə zəng edərək 25.000 manat pulu görüşüb vermək istədiyini demiş, Aqşin isə cavab olaraq universitetlərə keçirilən imtahanlarla bağlı işdən çıxa bilmədiyini, pulu götürmək üçün Lütvini göndərəcəyini demişdir. O, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Lütvi ilə zəngləşərək Bakı şəhəri, Şamaxinka deyilən yerdə “Kapital Bank”ın qarşısında yolun əks tərəfində görüşmüş, həmin vaxt Lütvinin mobil telefonu ilə Aqşinə zəng edərək pulun hazır olması barədə məlumat vermiş, Aqşin isə cavab olaraq “hazırda işim var, sən pulu ver Lütviyə, o pulu mən çatdıracaq” demişdir. O, da 25.000 manat pulu 100 manatlıq əskinas şəklində sayıb Aqşinə çatdırması üçün Lütviyə vermiş, 25.000 manat pulu Lütviyə verdikdən sonra Aqşinə də zəng edərək bu barədə məlumat vermiş, Aqşin isə narahat olmamasını, Lütvinin pulu çatdıracağını demiş, aradan bir neçə saat keçdikdən sonra Aqşin ona zəng edərək göndərdiyi 25.000 manat pulu Lütvidən təhvil aldığını bildirmiş, Aqşin söhbət əsnasında qohumu Qəzənfərin üniversitetlər açılan zaman dərsə gedəcəyini, keçirilən imtahanlarda da Qəzənfərin adının qeydiyyatdan keçəcəyini bildirmişdir. O, aradan bir neçə ay keçdikdən sonra 2021-ci ilin iyul ayının sonlarında Aqşinə zəng edərək işin hansı mərhələdə olduğunu soruşmuş, Aqşin isə hər şeyin qaydasında olduğunu, Qəzənfərin 2021ci ilin senntyabr ayında üniversitetə gedəcəyini bildirmiş, başqa da heçnə olmamışdır. O, 2021-ci ilin avqust-sentyabr aylarında Aqşinlə əlaqə yarada bilmədikdə Lütvini tapıb nə baş verdiyini soruşmuş, Lütvi isə Aqşinin dələduzluq üstündə tutulduğunu demişdir. O, da həmin vaxt aldadıldığını başa düşmüş, imtahan nəticələri isə açıqlananda Qəzənfərin adının universitetə qəbul edilən şəxslərin siyahısında olmadığından artıq dəqiq aldadıldığını başa düşmüşdür. Zərərçəkmiş şəxs7 ifadələrində göstərdi ki, Xırdalan qəsəbəsində Sitarə adlı uzaq qohumu vasitəsilə Təqsirləndirilən şəxs tanımışdır. Yoldaşının Sumqayıt şəhərinə ezam olunmasına Aqşin köməklik edəcək idi. Daha sonra vaxt təyin olundu ki, Xırdalanda Sitarə xanımın evində saat 9-10 radələrində görüş təyin olundu, Aqşin də bəzi sənədlərin surətlərinin hazırlanmalı olmasını bildirmişdi. Sitarə xanımgilə gəldikdə Aqşin 1-2 saatdan sonra gələ biləcəyini bildirdi, onun da işi olduğuna görə çox gözləyə bilməmişdir. Pulu Sitarə xanıma verdi ki, həmin pulu Aqşinə versin. Daha sonra təqsirləndirilən şəxs Aqşinlə əlaqə saxlaya bilməmişlər. 4000 manatı Sitarə xanım geri qaytarıb. Təqsirləndirilən şəxs onun həyat yoldaşını ezam etmək üçün 14.000 manat, dostunun yoldaşı ilə əlaqədar 24.000 manat pul almışdı. Təqsirləndirilən şəxs onun pulunu qaytarmayıb, Sitarə xanım dostunun 24.000 manatını və ona dəymiş ziyanın 4000 manatını geri qaytarıb. Tarix dəqiq yadında deyil, lakin 2021-ci ilin yay aylarında idi. İfadələrinə başqa əlavəsi yoxdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs7 ibtidai istintaq zamanı göstərmişdir ki, o, Şahid11 ailəvi tanışdır, əvvəllər Təhsil Nazirliyində və şöbəsində müxtəlif vəzifələrdə işləmiş, münasibətləri hər zaman yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs bir dəfə görmüşdür. Həyat yoldaşı X23 uzun müddətdir ki, Kürdəmir rayon 2 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsində işləmişdir. O isə yeni ailə həyatı qurduğundan həyat yoldaşı Ləmanın iş yerinin Sumqayıt şəhəri ərazisində yerləşən orta məktəblərdən birinə köçürülməsini istəmiş, bu məsələ ilə bağlı da ailəvi tanışları olan Şahid11 köməklik etməsini xahiş etmiş, təxminən 2021-ci ilin iyul ayında Sitarə müəllimə zəng edərək Aqşin adlı Təhsil Nazirliyində işləyən şəxsin köçürmə məsələsinə köməklik edə biləcəyi barədə məlumat vermişdir. O, da bu barədə dostu Zərərçəkmiş şəxs8 da məlumat vermiş, çünki Ruslan da həyat yoldaşını Sumqayıt şəhəri ərazisində yerləşən orta məktəblərdən birinə fizika müəllimi vəzifəsinə qəbul etdirmək istəmiş, Ruslan da məsələyə müsbət cavab verdiyindən o, səhəri gün Sitarə müəllimənin yaşadığı evdə Aqşinlə görüşmüş, görüş zamanı Aqşin köçürmə müqabilində 14.000 (on dörd min) manat, Ruslanın həyat yoldaşını müəllimə vəzifəsinə qəbul etdirmək üçün isə 24.000 (iyirmi dörd min) manat pul istəmiş, əlaqə saxlamaq üçün bir-birlərinin mobil nömrəsini götürmüşlər. O, bir neçə gün sonra pulu hazır edib Aqşinlə əlaqə saxladıqda sonuncu xx.xx.2021ci il tarixdə pulları və zəruri sənədlərin surətlərini götürmək üçün Sitarə müəllimənin Xırdalan şəhərində yerləşən evinə gələ biləcəyini demişdir. O, da bu barədə dostu Ruslana məlumat verdikdə sonuncu işləri olduğundan özü gedə bilməyəcəyini deyib həyat yoldaşına məxsus sənədlərin kserosurətini, eləcə də 24.000 manat pulu Aqşinə çatdırması üçün Sumqayıt şəhəri ərazində yaşadığı evdə ona təqdim etmişdir. O, da xx.xx.2021-ci il tarixdə səhər saatlarında Aqşinlə görüşmək məqsədi ilə Sitarə müəllimənin yaşadığı ünvan 13 ünvanına gəlmiş, evdə olan zaman Aqşinə zəng edərək məlumat vermiş, Aqşin isə işləri olduğunu deyərək gec gələcəyini bildirmişdir. O da tələsdiyindən Sitarə xanımdan mobil telefonu alıb Aqşinə 38.000 manat pulu və sənədlərin surətlərini götürməsi üçün Sitarə xanıma verdiyini demiş, Aqşin də razılaşdıqda pulu və sənədlərin surətlərini Sitarə xanıma verib işlərinin ardı ilə getmiş, səhv etmirsə elə həmin gündə Aqşin gəlib Sitarə xanımdan yaşadığı evdə pulu götürüb getmiş, sonradan Sitarə xanımın bacısı Rahilənin də nəvəsini universitetə tələbə qəbul etdirmək üçün Aqşinə 40.000 manat pul verdiyini öyrənmiş, Aqşin isə xx.xx.2021-ci il tarixədək bütün məsələləri həll edəcəyini vəd vermiş, vəd verilən tarix gəlib keçsə də, Aqşindən heç bir xəbər çıxmamış, mobil telefonlarına isə zəng çatmamışdır. O, bir müddətdən sonra Aqşinin dələduzluq etdiyi üçün həbs edildiyini öyrənmişdir. Zərərçəkmiş şəxs3 ifadələrində göstərdi ki, 2019-cu ildə Təqsirləndirilən şəxs uşağını kurslardan keçirib universitetdə hüquqşünaslıq ixtisasına daxil olmağı üçün ondan 70.000 manat aldı. Aqşinə verdiyi pulu dost-tanışlar aralarında yığıb ona kömək məqsədilə vermişdilər, daha sonra hər şeyini satıb onlara qaytarmışdır. Təqsirləndirilən şəxs şikayətçidir. Pulu Aqşinə restoranda vermişdir. Aqşin verdiyi puldan 15.000 manat geri qaytarıb. Verdiyi pulun qalıq hissəsini geri qaytarılmasını istəyir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı göstərmişdir ki, o, ünvan 14 ünvanında qeydiyyatdadır və hazırda ailəsi ilə birlikdə göstərilən ünvanda faktiki yaşayır, ailəlidir, X12 həyat yoldaşı, Şahid5 və Məryəm Həmzətli doğma övladlarıdır. Hazırda Qax şəhəri, V.Eyvazov küçəsində yerləşən ərzaq malları mağazası vardır və həyat yoldaşı Tamara Məmmədova tərəfindən idarə olunur. O, 2019-cu ilin iyun ilk günlərində təsadüfən həyat yoldaşı Tamaranın işlətdiyi mağazada olan “Svaboda” firmasına məxsus məhsulları paylayan Vüqar adlı şəxslə tanış olmuş, tanışlıq zamanı da Vüqara oğlu Həmzətin 2019-cu ilin may ayında İİİ qrup üzrə keçirilmiş qəbul imtahanlarında iştirak etdiyini, hüquq fakültəsinə qəbul olunması üçün imtahan nəticələrini düzgün kodlaşdıran şəxs axtardığını demiş, Vüqar da həmin vaxt yanından qohumu dediyi Bakı şəhərində yaşayan Nofəl adlı şəxsə zəng edərək bu mövzuda köməklik etməsini xahiş etmiş, qısa müddət sonra Vüqar əlaqə saxlaması üçün Lütvi adlı şəxsin mobil nömrəsini təqdim etmişdir. O, da istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Lütviyə zəng edərək məsələni izah edib imtahan nəticələrinin kodlaşdırılmasına köməklik etməsini xahiş etmiş, Lütvi isə kodlaşdırma ilə məşğul olan Aqşin adlı şəxslə Bakı şəhərinə gələrək özünün danışmasını məsləhət bilmişdir. O, təxminən 2-3 gün sonra Bakı şəhərinə gəlib “20 yanvar” dairəsi adlanan ərazidə zəngləşərək Lütvi ilə görüşmüş, istəyi üzrə Lütvi də zəng edərək Aqşini görüşə çağırsa da sonuncu işləri olduğunu, gələn zaman özünün xəbər edəcəyini demiş, Aqşin bir-iki saatdan sonra Lütviyə zəng edib Bakı şəhəri, “20 yanvar” dairəsi adlanan ərazidə "xxxx" ASC-dən bir az yuxarı tərəfdə yerləşən “Ləvəngi” restoranında olduğunu deyib birlikdə yanına gəlmələrini istəmişdir. O da Lütvi ilə birlikdə qeyd edilən restorana gedib Aqşin adlı şəxslə görüşmüş, görüş zamanı oğlu Həmzətin topladığı bala uyğun Respublika ərazisində yerləşən universitetlərdən birinin hüquq fakultəsinə qəbul edilməsi üçün düzgün kodlaşdırma aparılmasını Aqşindən xahiş etmiş, Aqşin də özünü Təhsil Nazirliyində işləyən şəxs kimi təqdim edib razılaşaraq Həmzətin abuturiyent iş nömrəsini və digər zəruri məlumatları götürmüş, bir müddətdən sonra Aqşin zəng edərək Həmzətin qəbul imtahanında 300-dən aşağı bal toplaması barədə məlumat vermişdir. O, da oğlunun topladığı bal ilə hüquq fakültəsinə qəbul olunmayacağını bildiyindən səhəri gün Bakı şəhərinə gedib Aqşin və Lütviyə zəng edərək hər iki şəxsi “Ləvəngi” kafesinə dəvət etmiş, görüş zamanı Aqşindən oğlu Həmzətə köməklik etməsini xahiş etmiş, Aqşin isə ölkə xaricində yerləşən universitetlərdən birinə qəbulu məsləhət bilərək universitetlərin depozitlərini sadalamağa başlamış, bir neçə seçimləri dəyərləndirdikdən sonra nəticədə Türkiyə Respublikasında yerləşən universitetlərdən birinə qəbulla bağlı aralarında razılıq əldə olunmuş, həmin vaxtda Aqşin 10.000 ABŞ dollarının universitetin depozitinə qoyulacağını, 3.000 manat pulun isə özünə çatacağını dedikdə razılaşmışdır. O, təxminən 2019-cu ilin iyun ayının sonlarında Aqşin və Lütvi ilə birlikdə “Ləvəngi” kafesində görüşmüş, görüş zamanı üzərində olan 10.000 (on min) manat pulu Aqşinə təqdim edib qalıq puluda yaxın günlər ərzində gətirib verəcəyini demiş, rayona geri qayıtdıqdan sonra tanışı Vüqara da bu barədə məlumat vermiş, Vüqar isə pulun verilməsini notarial qaydada rəsmiləşdirməyin gərəkli olduğunu deyərək yanından Lütviyə zəng edib bu barədə tapşırıq vermiş, sonra isə bibisioğlu vasitəsi ilə qiyabən tanıdığı Şahid3 zəng edərək pul verilən zaman yanında olmasını xahiş etmişdir. O, isə günlərin birində Aqşinlə telefonla danışan vaxt sonuncudan oğlunun xaricdə deyil də Respublika ərazisində yerləşən universitetlərdən birinin hüquq fakültəsinə qəbul etdirməsini xahiş etmiş, Aqşin də bu işin 150-160 min manat qiyməti olduğunu, lakin aralarındakı hörmətə görə 70.000 (yetmiş min) manat müqabilində görəcəyini demişdir. O, isə razılaşaraq qeyd edilən pulu hissə-hissə verməyə imkanının çatdığını dedikdə Aqşin razılaşmışdır. O, təxminən 2019-cu ilin iyul ayının əvvəllərində Bakı şəhərinə gəlib ilk öncə Lütvi ilə zəngləşərək görüşüb Şahid3 iştirakı ilə Aqşinə 10.000 manat pul verəcəyini demiş, Lütvi isə artıq pulun verilməsinə şahidlik etmək üçün adam olduğunu deyərək çıxıb getmişdir. O, da vaxt əvvəlcədən danışıb gəldiyi Şahid3 zəng edərək Bakı şəhəri, “20 yanvar” dairəsi adlanan ərazidə yerləşən "xxxx" ASC-nin qarşısında görüşməyi xahiş etmiş, qısa müddət sonra Şahid3 yanında “Səbuhi” adlı digər bir nəfər şəxslə yanına gəlmiş, salamlaşdıqdan sonra təklifi ilə birlikdə “Ləvəngi” restorana getmiş, restoranda masa ətrafında əyləşdikdən sonra əvvəlcədən danışdığı Aqşin də yanlarına gəlmişdir. O, yuxarıda adlarını qeyd etdiyi şəxslərin iştirakı ilə 10.000 (on min) manat pulu Aqşinə təqdim etmiş, pulun alınmasına dair isə heç bir rəsmiləşdirmə aparılmamışdır. O, təxminən 2019-cu ilin iyul ayının ortalarında Aqşinə pul vermək üçün Bakı şəhərinə gəlməli olmuş, həmin vaxt yanında pulun verilməsinə şahidlik edən adam olsun deyə Şahid3 zəng edib görüşdə iştirak etməsini xahiş etmiş, səhəri gün Bakı şəhərinə gəlib zəngləşərək Səbuhi ilə görüşüb yenidən “Ləvəngi” kafesinə getmiş, bir müddətdən sonra Aqşin də yanlarına gəlmişdir. O, tanıdığı Səbuhinin iştirakı ilə 10.000 (on min) manat pulu Aqşinə vermişdir. Təxminən 2019-cu ilin iyul ayının sonlarında tanışı Vüqar işləri ilə bağlı Bakı şəhərinə gedəcəyini bildirmişdir. O, da tanıdığı Aqşinə pul verəcəyindən Vüqardan həmin vaxt yanında olmasını xahiş etmiş, Vüqar da razılaşdıqda səhəri gün yol taksisi ilə Bakı şəhərinə “Ləvəngi” kafesinə gəlmiş, Şahid3 da əvvəlcədən yanlarında olması barədə zəng edərək xahiş etmiş, yanlarına gəldikdən sonra özü ilə gətirdiyi 10.000 (on min) manat pulu Aqşinə təqdim etmiş, bundan sonra Vüqar da Bakı şəhərindəki işlərini bitirdikdən sonra rayona birlikdə geri qayıtmışlar. O, təxminən 2019-cu ilin avqust ayının əvvəlki günlərində Aqşinlə danışaraq xx.xx.2019-cu il tarixdə 10.000 (on min) manat pulun verilməsinə dair razılığa gəlmiş, bu barədə tanışı Vüqara da məlumat vermiş, Vüqarda mobil telefonla Səbuhiyə zəng edərək götürdüyü pulları təsdiqləməsi üçün Aqşini notariusa aparmasını xahiş etmişdir. O, razılıq əldə edildikdən sonra xx.xx.2019-cu il tarixdə səhər saatlarında Bakı şəhərinə gələrək “Ləvəngi” kafesində Səbuhi ilə görüşmüş, qısa müddət sonra Aqşin də yanlarına gəlmiş, söhbət zamanı pulu Aqşinə təqdim etmək istəsə də Səbuhi icazə verməyib notarial rəsmiləşdirmə aparıldıqdan sonra pulun veriləcəyini demiş, Aqşin də razılaşdıqdan sonra birlikdə ilk öncə 3 saylı “Asan Xidmət” mərkəzinə getmiş, Aqşin orada növbə çox olduğunu görüb vaxtı olmadığını əsas gətirərək “Bakı Beynəlxalq Avtovağzalı”nın yanında yerləşən notariat ofisinə getməyi təklif etmiş, birlikdə qeyd edilən notarius ofisinə gəlsələr də işləmədiyini görmüş, bu vaxt Aqşin şəxsiyyət vəsiqəsinin surətinin üzərinə aldığı pulun miqdarı barədə qeydiyyat aparmağı təklif etmişdir. O, da razılaşdıqda Aqşinin idarə etdiyi “Mercedes Benz” markalı E class modelində dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin içərisinə əyləşmiş, Aqşin çantasından şəxsiyyət vəsiqəsinin surətini çıxarıb guya ondan 50.000 manat borc pul alması ilə bağlı qeydiyyat aparmış, Səbuhi isə nə üçün borc barədə qeydiyyat aparması ilə bağlı Aqşinə sual verdikdə sonuncu iş düzəlmək adı ilə qeydiyyat aparmayacağını bildirmiş, sənəd bir nüsxədə tərtib olunduğundan onda qalmış, Səbuhi isə mobil telefonla qeydiyyat aparılan sənədin şəkilini çəkmişdir. O, da avtomobildən yerə endikdən sonra “Bakı Beynəlxalq Avtovağzalı”nın yanında 10.000 (on min) pulu Aqşinə təqdim etmişdir. O, təxminən 2019-cu ilin avqust ayının ortalarında yenidən “Ləvəngi” restoranında pul vermək məqsədi ilə Aqşinlə görüşmüş, dəvəti ilə Şahid3 şahidlik etməsi üçün yanına gəlmiş, görüş zamanı Aqşindən qəbul ilə bağlı hər hansı bir sənəd verməsini tələb etmiş, Aqşin isə artıq məsələnin həll edilmə mərhələsində olduğunu, oğlu Həmzət üçün Bakı şəhərindən kirayə ev tutmasını, istəmişdir. O, da inanaraq üzərində gətirdiyi 20.000 (iyirmi min) manat pulu Aqşinə təqdim etmiş, sonradan oğlu Həmzət Bakı şəhərinə gəlmiş, günlərin birində Həmzət zəng edərək Aqşin tərəfindən tanış edilmək məqsədi ilə univesitetə apardığını demişdir. Lakin bir neçə ay keçsə də Aqşin vədinə əməl edərək Həmzəti BDU-in hüquq fakültəsinə qəbul etdirməmiş, telefonlara belə cavab verməmişdir. O, artıq aldadıldığını başa düşüb bu barədə Vüqara məlumat vermiş, Vüqar da öz növbəsində Lütvi və Şahid3 pulun alınıb qaytarılması üçün köməklik etmələrini xahiş etmişdir. O, isə Aqşinin işi düzəldəcəyinə inandığından şikayət etməkdən çəkinib gözləməyə başlamış, sonradan Aqşin tərəfindən qızı Məryəmin adına iki dəfəyə olmaqla ümumilikdə 15.000 manat pul geriyə qaytarılmış, həmin ödəniş qəbzlərini və Aqşin ilə oğlu Həmzətin birlikdə çəkdirdiyi şəkili ifadəsinə əlavə etmişdir. Zərərçəkmiş şəxs9 ifadələrində göstərdi ki, 2021-ci il iyun ayında Xırdalan qəsəbəsində yerləşən “Heydər Əliyev” parkı yaxınlığında Təqsirləndirilən şəxs 15.000 manat pul vermişdir. Təqsirləndirilən şəxs özünü Zabrat qəsəbəsində yerləşən orta məktəbin direktor müavini kimi təqdim etmişdi. Aqşindən ilk öncə özü kömək istəmişdi, o da nazirlikdə tanışının olduğunu, yoldaşını orta məktəbə işə düzəldəcəyini demişdi. Daha sonra Aqşinə bəzi orta məktəblər atıb həmin məktəblərə işə düzəldə bilib-bilməyəcəyini soruşduqda edə biləcəyini dedi. Aqşinlə bir ara əlaqə saxlaya bilmədi, daha sonra Aqşinin qardaşı oğlu gəlib Aqşinin tutulduğunu, pulun qaytarılacağını desə də, pul geri qaytarılmadı. Təqsirləndirilən şəxs şikayətçidir, pulunun geri qaytarılmasını tələb edir. Aqşin verdiyi pulu qaytarmayıb. Təqsirləndirilən şəxs pulunu geri qaytarmasını tələb edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs9 ibtidai istintaq zamanı göstərmişdir ki, o, 2003-cü ildən hazıradək Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil Kommunal Departamentində mühəndis vəzifəsində işləmiş, 2006-cı ildə Şahid12 ilə ailə həyatı qurmuş, bu nikahdan iki övladı dünyaya gəlmişdir. Həyat yoldaşı Şahid12 Azərbaycan X4 şəhər filialında filalogiya fakultəsini bitirmiş və bundan sonra təyinat əsasında Şəki və İmişli rayonunda yerləşən orta məktəblərdə müəllim vəzifəsində işləmişdir. Lakin Bakı şəhərinə köçdükdən sonra həyat yoldaşı Sahibə X37 müsaqibəsində (MİQ) keçirilən test imtahanında dəfələrlə iştirak etsə də, müvafiq balı toplamadığından Bakı şəhəri ərazisində məktəblərə qəbul edilməmişdir. O, hadisəni törədən Təqsirləndirilən şəxs 2021-ci ilin iyun aylarında Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 307 saylı orta məktəbdə işləyən zaman tanımışdır. Belə ki, o, özünə məxsus iş prinsipi tikinti-quraşdırma və təmir işləri olan "xxxx" MMC ilə 2021-ci ilin yanvar ayında 307 saylı orta məktəbin əsaslı təmiri ilə bağlı elan edilmiş tenderdə qalib olub həmin ayda 307 saylı orta məktəbdə təmir işlərinə başlamışdır. O, 2021-ci ilin iyun aylarında 307 saylı orta məktəbdə şirkəti tərəfindən həyata keçirilən təmir işlərinə nəzarət edən zaman həmin məktəbin direktor müavini işləyən Təqsirləndirilən şəxsla tanış olmuş, söhbət zamanı isə həyat yoldaşı Sahibənin müəllimə olduğunu, dəfələrlə X37 müsaqibəsində (MİQ) iştirak etsə də, lazımi nəticəni toplamadığından Bakı şəhəri ərazisində məktəbə qəbul olunmaması barədə Aqşinə məlumat vermişdir. İlkin tanlışlıqdan sonra təxminən iki-üç dəfə də Aqşinlə məktəbdə söhbət etmiş, həmin söhbətlər zamanı Aqşin “kimdir imtahanla müəllimə vəzifəsinə qəbul olan, mən çox adama 20-30 bal ilə imtahandan keçməsinə köməklik etmişəm” demişdir. O, da kömək istədikdə Aqşin narahat olmamasını, əlindən gələn köməkliyi edəcəyini, lakin Bakı şəhərində azərbaycan dili və ədəbiyyat müəlliməsi vəzifəsinə qəbul olunmaq üçün ən azı 15.000 manat lazım olacağını demişdir. O, tanıdığı Aqşindən işi kimin vasitəsi ilə görəcəyi barədə soruşduqda sonuncu Təhsil Nazirliyində yaxşı əlaqələri olduğunu, pulun isə özünə çatacağını deyərək başqa heç bir məlumat verməmişdir. O da etiraz etməyərək Aqşinlə razılaşmışdır. Təxminən 2021-ci ilin iyul ayının son günlərində onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “whatsapp” sosial şəbəkəsinə Aqşin unutduğu hansısa mobil nömrədən zəng edərək Sahibənin qəbul olunmaq istədiyi məktəblərin siyahısını mesaj formasında göndərməyimi istəmişdir. O, da həyat yoldaşı Sahibə ilə məsləhətləşərək öz “whatsapp” nömrəsi ilə Aqşinə təxminən Bakı şəhərində yerləşən on sayda orta məktəb nömrəsini mesajla göndərmiş, Aqşin isə daha uyğun olan məktəbləri seçməklərini istəmişdir. O, da 276, 102, 3 və 135 saylı məktəblərin nömrələrini, həyat yoldaşı Sahibəyə məxsus şəxsiyyət vəsiqəsinin, diplomun və şəxsi səhifənin kodunun (5038095) şəkilləri “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə Aqşinə göndərmiş, bir müddət sonra Aqşin zəng edərək 135, 99 və 3 saylı orta məktəblərdə vakant yer olduğunu, sabah günortaya qədər vaxtlarının olduğunu bildirmişdir. O, da hər üç məktəbin qane etdiyini bildirərək razılıq vermiş, təxminən 2 gün sonra, yəni, 2021-ci ilin iyul ayının son günlərində, saat 20 radələrində Aqşin onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “whatsapp” sosial şəbəkəsinə zəng edərək Sahibənin müəllimə vəzifəsinə qəbul olunması üçün 15.000 (on beş min) manat pulun təcili çatmalı olduğunu demişdir. O, da elə həmin gün saat 21 radələrində Aqşinlə zəngləşərək Xırdalan şəhəri ərazisində yerləşən “Heydər Əliyev” adına parkda təklikdə görüşüb çay süfrəsi ətrafında söhbət edən zaman Aqşinə iş düzələndən sonra pulu verməyi, yaxud da pulun yarısını verməyi təklif etmiş, Aqşin isə pulun tam olmaqla əvvəlcədən verilməli olduğunu, əks halda isə işin alınmayacağını bildirmişdir. O, da məcbur qalıb elə həmin vaxt üzərində gətirdiyi özünə məxsus 15.000 (on beş min) manat pulu Aqşinə təqdim etmiş, Aqşin pulu saymadan əl çantasının içərisinə qoymuşdur. O, həyat yoldaşı Sahibənin nə zaman müəllimə vəzifəsinə qəbul olunacağını soruşduqda Aqşin cavab olaraq Sahibənin 2021-ci ilin avqust ayının əvvəllərində keçiriləcək X37 müsaqibəsində formal olaraq iştirak etməsini, imtahanda yığılan baldan asılı olmayaraq Sahibənin yuxarıda qeyd edilən üç məktəbdən birinə azərbaycan diliədəbiyyat müəlliməsi vəzifəsinə qəbul olunacağını vəd vermiş, başqada heçnə olmamışdrı. Sahibə isə 2021-ci ilin avqust ayının unutduğu günlərində X37 müsaqibəsində iştirak edərək 38 bal toplayıb imtahandan kəsilmiş, imtahan kompüter vasitəsi ilə keçirildiyindən həmin gün imtahanın nəticəsini öyrənilmişdir. O, imtahan nəticəsini bildikdən sonra əlaqə saxlayaraq Aqşinə bu barədə məlumat vermiş, Aqşin isə əsas imtahandan qeydiyyatdan keçmək lazım olduğunu, balın formal toplandığını, 2021-ci ilin sentyabr ayında Sahibənin yuxarıda qeyd edilən məktəblərdən birinə yerləşdiriləcəyini demiş, başqda heçnə olmamışdır. O, bundan sonra dəfələrlə Aqşinə zəng etsədə sonuncunun unutduğu mobil nömrəsinə zəng çatmamış, sonradan isə Aqşinin dələduzluq etdiyi üçün həbs olunduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs4 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs kimi təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Oğlu qəbul imtahanında bal toplaya bilməmişdi. Oğlunu Azərbaycan İdman Akademiyasına qəbul etdirmək üçün Aqşinə 8 min manat vermişdir, lakin oğlu Azərbaycan İdman Akademiyasına qəbul olmadı. Aqşin 2000 min manat pulu geri qaytardı. O, pulunu geri qaytarsın deyə, Aqşindən şikayət etmişdir. Aqşindən qalan altı min manat pulunu qaytarmasını istəyir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı göstərmişdir ki, o, ailəlidir, Şahid6 həyat yoldaşı, Şahid7 isə doğma oğludur. Təqsirləndirilən şəxs 2018-ci ildə təsadüfən tanımış, tanışlıq zamanı Aqşin özünü Təhsil Nazirliyində yaxşı əlaqələri olan şəxs kimi təqdim etmişdir. O, da gələcəkdə hər hansı bir köməkliyinin dəyməsi ehtimalı olduğundan Aqşindən mobil nömrəsini almış, 2020-ci ildə oğlu Şahid6 Əli oğlu V ixtisas qrupu üzrə qəbul imtanından kəsilərək arzuladığı İdman Akademiyasına qəbul ola bilməmişdir. O da bu səbəbdən Aqşinlə əlaqə saxlayıb oğlu Əlinin qəbul imtahanından kəsildiyini deyib sonuncudan köməklik etməsini xahiş etmiş, Aqşin isə özünün hazırda müəllim işlədiyini və Təhsil Nazirliyində işləyən tanışları ilə məsləhətləşdikdən sonra məlumat verəcəyini bildirmiş, telefon danışığından təxminən iki gün sonra Aqşin zəng edərək Əlinin “İdman Akademiyası”na qəbul olunması üçün 8.000 (səkkiz min) manat pul istəmişdir. O, da heç bir problem olmadığını deyib 2021-ci ilin fevral ayının əvvəllərində 8.000 manat pulu düzəldib Aqşinə məlumat vermiş, Aqşin isə həmin gün yaşadığı ünvan 6 ünvanında yerləşən evə gəlib həyat yoldaşı Samir, oğlu Əlinin yanında 8.000 (səkkiz min) manat pulu ondan alıb 2021-ci ilin yay aylarında X28 qəbul etdirəcəyini vəd verərək çıxıb getmiş, təxminən 2021-ci ilin yay aylarında V qrup üzrə qəbul imtahanları keçirilmiş, Əli qəbul imtahanından 110 bal yığaraq qabiliyyət imtahanına buraxılsa da Aqşin heç bir iş görmədiyindən nəticə olaraq imtahandan kəsilmişdir. O, dəfələrlə Aqşinlə əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşduqda sonuncu hər dəfə bir bəhanə gətirərək məsələni həll etməmişdir. O, isə işin həll olunmadığını görüb pulunu geri tələb etdikdə Aqşin müxtəlif bəhanələr gətirərək pulu geri qaytarmaqdan imtina etmiş, sonradan isə ümumiyyətlə zənglərə belə cavab verməmişdir. O, təxminən 2021-ci il ilin avqust aylarında Aqşinin həbs olunması barədə məlumat aldıqdan sonra Aqşinin əmisioğlu Asif adlı şəxs yaşadığı evə gəlib 2.000 manat pul təqdim edib şikayət etməmələrini xahiş etmişdir. O, da bundan sonra Aqşinin həbsdən azad edilərək pulunu geri qaytaracağı günü gözləmiş, lakin aldadıldığını başa düşdükdən sonra DİN –in 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermiş, məlumat verdikdən sonra isə Sabunçu RPİ-in 12ci PŞ-nə ərizə və izahatla müraciət etmiş, bundan sonra da Aqşin adlı şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Zərərçəkmiş şəxs1 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Oğlu Şahid1 X54 Universitetində 1-ci kursda təhsil alırdı. Oğlunun gözünün qabağında olmasını istəyirdi. Bu barədə qohumu Şirvanəliyə bildirmişdir. Şirvanəli onu Aqşinlə tanış etmişdir. Aqşin əvvəlcə oğlunu tibb kollecinə qəbul etdirmək üçün ondan 8 min manat aldı. Bir gün sonra Aqşin zəng edərək, Azərbaycan Tibb Universitetinə və Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbulun mövcud olduöunu bildirdi. O, oğlunun Azərbaycan Tibb Universitetində oxumağının daha yaxşı olduğunu düşündü. Aqşin oğlunu Azərbaycan Tibb Universitetinə qəbul etdirmək üçün 75 min manat pul istədi, əvvəlcə 8 min manat vermişdi, qalanını da notariusda Aqşinə vermişdir. Aqşin pulu alarkən bildirdi ki, elə bil bu pulu TQDK-nın sədri Məleykə xanıma verirsən. Dərs ili başlayanda Aqşinə zəng edəndə Aqşin dedi ki, universitetdə nümayəndə sizi qarşılayacaq. Yoldaşı, oğlu və o, Azərbaycan Tibb Universitetinin qabağına gəlmişlər, orada nümayəndə onları qarşılamışdır. Sonra nümayəndə ona bildirdi ki, “gedin sizə xəbər edəcəyik”. Artıq dərs ili başlayandan bir ay keçmişdi, o, Aqşinə yenidən zəng etmişdir. Aqşin əvvəlcə telefonu açmırdı, sonra telefonu açdı və övladı xəstə olduğuna görə, İranda olduğunu bildirdi. O, Aqşindən pulunu qaytarmasını tələb etmişdir. Aqşin isə bildirdi ki, onlara pul qaytarılmayacaq, gözlə növbəti il alınacaq. O, başa düşdü ki, Aqşin onu aldadır. Bundan sonra o bu barədə DİN-ə şikayət etdi. Sonra Aqşin 75 min manat puldan 29 min manat pulu geri qaytardı, hazırda ona 44 min manat zərər dəyib, ona dəymiş zərəri qaytarmasını tələb edir. Aqşin özünü TQDK-nın üzvü kimi təqdim etdi. Aqşin komisiyanın üzvü olması ilə bağlı sənəd göstərmədi. Aqşin əvvəl Masazır qəsəbəsində müəllim işlədiyini bildirdi. Aqşinə pulu notariat qaydada verdi ki, birdən onu aldadar. Övladı Azərbaycanda qəbul imtahanında iştirak etmişdi, 40 balı çatmırdı. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı göstərmişdir ki, o, təxminən 30 ildən çoxdur ki, fərdi qaydada stomotoloq işləmiş, hazırda Lənkəran şəhərində fərdi qaydada özəl stomotoloji kabineti vardır. Azər Cabbarov doğma oğludur. Oğlu Azər 2015-ci ilə kimi Rusiya Federasiyası Ryazan şəhərində “Pavlov” adına Tibb universtetinin stomatologiya fakultəsində təhsil almış, sonradan ürək əməliyyatı olunan zaman oğlu Şahid1 universitetdə təhsilini yarımçıq qoyub onun yanına qayıtmış, bu səbəbdən də diplom ala bilməmişdir. O, sağalandan sonra təhsilini yarımçıq qoyduğuna görə Azəri Azərbaycanda Tibb Universitetinə qəbul etdirmək istəmiş, buna görə də bu işdə köməklik göstərə biləcək adam axtarmağa başlamışdır. Təxminən 2018-ci ilin dekabr ayında qohumu Şahid2la söhbət edən zaman sonuncu bu məsələdə ona köməklik göstərə biləcək şəxs tanıdığını demişdir. O, etiraz etmədikdə 2019-cu ilin fevral ayında Şirvanəli əlaqə saxlayaraq həmin adamla danışdığını deyib əlaqə saxlaması üçün ***-***-**-** saylı mobil nömrəni təqdim etmişdir. O, da bundan sonra öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şirvanəlinin verdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng edərək özünü təqdim etmişdir. Zəngə cavab verən şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyərək bu söhbətin telefon söhbəti olmadığını və ən qısa müddətdə görüşmək lazım olduğunu demişdir. O, da həmin gün gec olduğundan səhəri günü görüşə biləcəklərini demiş, səhəri gün Aqşinlə yenidən əlaqə saxlayıb görüşmək üçün sonuncunu ünvan 8 ünvanda yerləşən “Avrasiya” klinikasının qarşısına dəvət etmişdir. O, qeyd edilən yerdə görüşdükdən sonra Aqşinlə birlikdə yaşadığı ünvan 15 ünvana gəlmiş, həmin vaxt mənzildə oğlu Azər olmuşdur. O, mənzilə daxil olduqdan sonra Aqşini qonaq otağına dəvət etmiş, söhbət əsnasında X48 Komissiyasında nəzarətçi və “bunkerdə” müəllim kimi işlədiyini, Məleykə Abbaszadənin yaxın adamı olduğunu, qəbul imtahanlarında yaxından iştirak etdiyini bildirmişdir. O, da oğlu Azəri Bakı şəhəri 2 saylı Baza Tibb kollecində stomatologiya fakultəsinə qəbul etdirmək istədiyini demiş, Aqşin də qohumunun qeyd edilən yerdə işlədiyini, qəbul qiymətinin 9000 manat təşkil etdiyini, pulun isə əvvəlcədən verilməli olduğunu, pulun bəzi yerlərə çatacağını demişdir. O, isə fikirləşmək üçün bir qədər vaxt istəmiş və Aqşini yola salandan sonra oğlu ilə birlikdə Lənkəran şəhərinə qayıtmışdır. Aqşin aradan iki gün keçdikdən sonra xx.xx.2021-ci il tarixdə səhər saatlarında onun mobil telefonuna zəng edərək Lənkəran şəhərinə gəldiyini, ondan isə heç bir xəbər çıxmadığını, pulu və Azərin şəxsiyyət vəsiqəsinin, hərbi biletinin surətini götürüb ünvan 16 ünvanında yerləşən Lənkəran Dövlət Universitetinin qarşısına gəlməsini demişdir. O, da evdən pulu və digər sənədlərin surətini götürüb qeyd edilən ünvana getmiş və Aqşinin universitetin qarşısında yolun kənarında gözlədiyini görmüşdür. O, özünə məxsus Hyundai markalı, Elantra modelində **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Aqşinin yanına gələrək dayanmış, Aqşin də qapını açaraq avtomobilin sərnişinlər üçün nəzərdə tutulan sağ ön oturacaqda əyləşmişdir. O, ilk öncə oğlu Azərin sənədlərinin surətini Aqşinə təqdim edərək cəmi 5000 ABŞ dolları pul düzəltdiyini demiş, həmin pulu da borca aldığını və qısa müddətdə tapdığını bildirmiş, Aqşin isə bu puldan özünə heçnə qalmadığını, heç olmasa yol pulu üçün əlavə ondan 100 manat da pul verməsini istəmişdir. O, da 5000 ABŞ dollarını verdikdən sonra əlavə olaraq da 100 manat da pulu Aqşinə vermiş, başqa da heçnə olmamışdır. O, həmin gün axşam saatlarında yaşadığı evdə olan zaman Aqşin zəng edərək üç yerə, yəni Polis Akademiyası, Tibb universiteti və X55 Universitetinin Azərbaycandakı filialının hər birinə bir nəfər şəxs qəbul etdirə biləcəyini, hər hansı bir tanışının və ya qohumunun qəbul olunmasında köməklik göstərə biləcəyini demişdir. O, da evdə oğlunu kollecə düzəltdirmək əvəzinə, elə birbaşa Tibb universitetinə qəbul etdirmək qərarına gəlmişdir. O, da həmin günün səhəri Aqşinə zəng edərək oğlu Azəri Azərbaycan Tibb universitetinə qəbul etdirməyə imkanının olub-olmadığını soruşmuş, Aqşin də oğlu Azəri “Azərbaycan Tibbi Universitetinin” Stomotologiya fakultəsinə qəbul etdirməyin lap asan bir iş olduğunu, qiymətinin əslində 100.000 manat təşkil etdiyini, lakin onun üçün 80.000 manata həll edə biləcəyini demişdir. O, qiymət baha olduğu üçün fikrindən daşınmış və bu barədə fikrini Aqşinə demiş, Aqşin isə təkidlə razılaşmasını, belə bir fürsətin bir daha ələ düşməyəcəyini, dəfələrlə belə işlər gördüyünü demişdir. O da çox təkid etdiyindən və dəfələrlə belə bir işi gördüyünü deməsi səbəbindən Aqşinlə razılaşıb cəmi 75.000 manat verə biləcəyini demişdir. Aralarında olan razılaşmaya görə Aqşinə vermiş olduğu 5000 ABŞ dollarından başqa əlavə olaraq 35.000 ABŞ dolları, yəni 66.300 manat verməyə söz vermişdir. O, gedib qohumlarından pul tapıb həmin pulu düzəldib Aqşinlə danışmış, Aqşin isə bir qədər tərəddüd etdiyini görüb pulun verilməsini sənədləşdirmək üçün notarial qaydada həqiqətə uyğun olmayan borc müqaviləsi bağlaya biləcəklərini təklif etmişdir. O, da bundan sonra Aqşinlə razılaşıb xx.xx.2019-cu il tarixdə Binəqədi rayonu, Xocalı prospekti 24/A ünvanındakı 11 saylı notariat kontorunda 66.300 manat pulu oğlunun Azərbaycan Tibb Universitetinin stomotologiya fakultəsinə qəbul etdirməsi üçün Aqşinə vermiş, Aqşin 2019-cu ilin iyul ayında keçiriləcək qəbul imtahanında Azərin iştirak edəcəyini və sonra birbaşa universitetə daxil olacağına söz vermişdir. O, təxminən 2019-cu ilin iyun-iyul ayında universitetə qəbul imtahanı başladığından bu barədə zəng edərək Aqşinə məlumat vermiş, Aqşin isə Azərin imtahanda iştirak etməsinə ehtiyyac qalmadığını və birbaşa Azərbaycan Tibbi Universitetinin stomotologiya fakültəsinə qəbul ediləcəyini bildirmişdir. O, 2019-cu ilin avqust ayında qəbul imtahanları yekunlaşdıqdan sonra yenidən Aqşinə zəng edərək oğlu Azərin adının qəbul olunanların siyahısında olmadığını demiş, Aqşin isə belə işlərin qeydiyyata düşmədiyini, ancaq Azərin artıq universitetə qəbul olduğunu bildirmişdir. O, 2019-cu ilin avqust ayında narahat olub tez-tez Aqşinlə əlaqə yaradıb görüşmək istəmiş, lakin Aqşin hər dəfə bəhanə gətirərək görüşlərdən yayınmış, təxminən 2019-cu ilin sentyabr-oktyabr ayında Aqşin zəng edərək bir nəfər Şahid13 adında şəxsin mobil nömrəsini verib həmin şəxsin “nümayəndəsi” olduğunu bildirərək ondan əlaqə saxlamasını istəmişdir. O, 2019-cu ilin sentyabr-oktyabr ayında Lütviyə zəng edəndən sonra sonuncu X13rşısına gəlməsini istəmişdir. O, qeyd edilən inzibati binanın qarşısına çatan zaman Lütvi X26 binasından çıxıb avtomobilinə əyləşmiş, Lütvi avtomobilinə əyləşən zaman Azərə aid şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, atestatının, tibbi arayışın əsillərini və surətlərini, həmçinin 8 ədəd şəkillərini almış, Lütvi həmin sənədləri alıb X39 tərəfindən Dövlət Tibb Universitetinə göndəriləcəyini deyərək çıxıb getmişdir. Təxminən üç gündən sonra Lütvi ona zəng edib Bakıya gəlmələrini istəyərək gələn zaman da 2 kiloqram Lənkəran çayı istəmiş, təxminən beş dəqiqə sonra Aqşin zəng edib Lütvinin dediklərinə əməl etməyi tapşırmışdır. O, da Bakıya gələndən sonra Aqşinə zəng zəng etdikdə sonuncu gələ bilməyəcəyini deyərək Lütvi ilə əlaqə saxlamasını istəmişdir. O, da Lütviyə zəng etdikdə sonuncu Tibb universitetinin əsas korpusuna gəlməsini xahiş etmiş, qeyd edilən ünvana çatanda Lütvinin həyətdə gözlədiyini görmüş, görüş zaman Lütvi üç gündən sonra Azərin tələbə biletinin hazır olacağını bildirmişdir. O, buna etiraz edəndə təxminən üç gün sonra Aqşin zəng edərək Azərin bütün sənədlərinin hazır olduğunu deyib ödənişsiz təhsilə qəbul olunduğunu bildirmişdir. Bundan sonra isə Aqşinlə bütün əlaqələri kəsilmişdir. O, Lütvi ilə əlaqə saxladıqda sonuncu Aqşinin xahiş etdiyini, Lütvi də kömək etmək istədiyini demişdir. Sonradan isə Aqşinin onu aldadıb pullarını dələduzluq yolu ilə ələ keçirdiyi məlum olmuşdur. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı göstərmişdir ki, o, 2015-ci ildən hazıradək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı X52 Çəkmə Müəssisəsinin rəisi vəzifəsində xidmət edir, ailəlidir, Nərmin Həsənova doğma övladıdır. Qızı Nərmin təxminən 3-4 il bundan əvvəl Azərbayan Müəllimlər Universitetinin ibtidai sinif müəlliməsi fakültəsini bitirmiş, 15 sentyabr 2018-ci il tarixdə Təhsil Nazirliyi tərəfindən keçirilən X37 müsaqibəsində (MİQ) iştirak edərək 48 bal toplamış, lakin Bakı şəhəri üzrə orta məktəblərə işə qəbul üçün keçid 50 bal təşkil etdiyindən Nərmin imtahandan kəsilmiş hesab edilmişdir. Təxminən 25 dekabr 2018-ci ildə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Şahid13 cəzası yumşaldılaraq rəhbərlik etdiyi 14 saylı X52 Çəkmə Müəssisəsinə gəlmişdir. O, məhkum Lütvinin şəxsi işini oxuduqda sonuncunun Bakı Dövlət Universitetində Komendant işlədiyini, müəllim işə düzəltmə məsələsi ilə bağlı tutulduğunu oxumuş, Lütvinin ardı ilə həmin gün heç kim gəlməmiş, səhəri gün isə bir nəfər Təqsirləndirilən şəxs adlı şəxs yanına gələrək Abşeron rayon 2 saylı orta məktəbdə müəllim işlədiyini, Lütvi ilə ailəvi dost olduqlarını, bu səbəbdən də Lütvini zaminliyə götürmək istədiyini bildirmişdir. O da etiraz etməyərək Lütviyə bir həftəlik qanuni icazə vermişdir. O, təxminən 2019-cu ilin yanvar ayında məhkum Şahid13lə söhbət edən zaman qızı Nərminin müəllimələrin işə qəbulu müsabiqəsində iştirak etdiyini, lakin gərəkli balı toplaya bilmədiyindən işə qəbul olunmadığını, bu səbəbdən də 2019-cu ilin sentyabr ayında keçiriləcək imtahanda Bakı şəhərində yerləşən orta məktəblərdən birinə müəllimə vəzifəsinə işə qəbul etdirmək istədiyini deyərək köməklik etməsini istəmişdir. Lütvi də ailəvi dostu olan Aqşinin Abşeron rayon 2 saylı orta məktəbdə müəllim işlədiyini və hansısa kursda tələbə hazırladığını, belə işlərdə köməkliyinin dəyə biləcəyini demişdir. O da məhkum Lütvidən söhbət etmək üçün Aqşinlə görüş təşkil etməsini istəmiş, təxminən 3-4 gün sonra Lütvi tanışı Aqşinlə birlikdə yanına gəlmişdir. O, yenidən qızının imtahanda iştirak etməsi ilə bağlı məlumatları Aqşinə çatdırmış, söhbət zamanı Aqşin özünü Abşeron rayon 2 saylı orta məktəbdə işləyən və Masazır qəsəbəsinin girişində yerləşən adını unutuduğu kursda tələbə hazırlaşdıran müəllim, bəzən də orta məktəblərə müəllim işə qəbul etdirən şəxs kimi təqdim edib Bakı şəhər Təhsil idarəsində qohumları olduğunu və köməklik göstərəcəyini demişdir. O da tanıdığı Aqşindən qızı Nərmini hansı məktəbə işə qəbul etdirə biləcəyini ilə bağlı sual vermiş, Aqşin isə cavab olaraq Nərmini Abşeron rayonu ərazisində yerləşən orta məktəblərdən birinə ibtidai sinif müəlliməsi vəzifəsinə qəbul etdirəcəyini, bu iş müqabilində isə 10.000 (on min) manat pul alacağını demiş, həmin vaxt isə Nərminin hansı məktəbə işə qəbul olunacağı barədə heç bir söhbət aparılmamışdır. O, razılaşdıqdan sonra prosessin necə olacağını yəni işi kimin vasitəsi ilə görəcəyini soruşduqda Aqşin “sənin nəyinə lazımdır, 2019-cu ilin sentyabr ayında uşağın əmri çıxacaq” demişdir. O da razılaşdıqdan sonra Aqşin və Lütvi çıxıb getmiş, həmin vaxtdan sonra bir neçə dəfə öz istifadəsində olan 055 (070)- 797-65-85 saylı mobil nömrə ilə Aqşinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək işi nə vaxt düzəldəcəyini soruşmuş, Aqşin isə hər dəfəsində vaxt barəsində özünün xəbər edəcəyini deyib səbirli olub gözləməsini xahiş etmişdir. O, 10 may 2019-cu il tarixdə işdə olan zaman Aqşin zəng edərək pulu və zəruri sənədləri hazırlamasını deyib bir neçə saat sonra Lütvi ilə birlikdə yanına gəlmiş, xidməti otağında olan zaman Aqşin işin həll edilməsi üçün 10.000 manat pulu, qızı Nərminə məxsus şəxsiyyət vəsiqəsinin və diplomun surətini istəmişdir. O, da üzərində manat əskinazı olmadığından məhkum olan Lütvinin yanında 5900 ABŞ dollarını və əvvəlcədən hazıladığı qeyd edilən zəruri sənədlərin surətini Aqşinə təqdim etmiş, pulu alıb saydıqdan sonra Aqşin 2019-cu ilin sentyabr ayında Nərminin Abşeron rayonu ərazisində yerləşən orta məktəblərin birində ibtidai sinif müəllimi vəzifəsinə təyin ediləcəyi barədə vəd verərək Lütvi ilə birlikdə çıxıb getmiş, başqa da heçnə olmamış və deyilən müddəti gözləməyə başlamışdır. O, 2019-cu ilin sentyabr ayının ortalarında Aqşinə zəng edərək məsələnin nə yerdə olduğunu soruşmuş, Aqşin isə cavab olaraq heç bir narahatçılığa əsas olmadığını, qısa müddət sonra Nərminin işinin düzələcəyi barədə vəd vermişdir. O da qızı Nərminə bu barədə heçnə deməmiş, buna səbəb isə qızı Nərminin imtahanda iştirak edərək özünün əziyyəti ilə işə qəbul edilməsini zənn etməsi olmuş, bundan sonra Nərmin 2019-cu ilin sentyabr ayının unutduğu günlərində X37 müsabiqəsində iştirak edərək 46 bal toplamışdır. O, 2019-cu ilin təxminən dekabr ayında Aqşinin istifadəsində olan ***- ***-**-** saylı nömrəyə zəng etsə də, zəng çatmadığı üçün Lütvinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək Aqşini soruşmuş, Lütvi isə cavab olaraq narahat olmamasını Aqşinlə əlaqə yaradan kimi məlumat verəcəyini demiş, təxminən 2019-cu ilin dekabr ayının son günlərində Aqşin istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “whatsapp” proqramından mesaj yazaraq onun “yeni il” bayramını təbrik edib Nərminin işinin bir ay müddətində həll olunacağına, əks halda isə 5900 ABŞ dollarını məbləğində pulu geri qaytaracağını bildirmişdir. O, təxminən bir ay keçdikdən sonra 2020-ci ilin yanvar ayında mütəmadi olaraq Aqşinlə istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “whatsap” proqramı vasitəsi ilə əlaqə saxlamış, hər dəfə də Aqşin yalan vədlər verərək onu aldatmış və pulunu geri qaytarmamışdır. O, da artıq Aqşin tərəfindən aldadıldığını başa düşərək 2020-ci ildə Abşeron rayon prokurorluğuna ərizə ilə müraciət etsə də, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul olunmuş, təxminən 2021-ci ilin yanvar ayında Abşeron rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən çağrıldıqda qeyd edilən fakt üzrə cinayət işinin başlanıldığını öyrənmiş və iş üzrə zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş, bu günə qədər Aqşin tərəfindən dəymiş ziyandan ona cəmi 3000 (üç min) manat pul ödənmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı göstərmişdir ki, o, hazırda təqaüdçü olmaqla heç bir yerdə işləmir, Şahid11 doğma bacısıdır. Təqsirləndirilən şəxs bir dəfə görsə də, Şahid13 ümumiyyətlə tanımamışdır. X5 2020-ci ildə keçirilmiş qəbul imtahanından zəif nəticə göstərdiyindən universitetə qəbul ola bilməmiş və psixoloji cəhətdən çətin dövrlər keçirmişdir. O, da nəvəsi Fidanı İqtisadiyyat Universitetinin kompüter mühəndisliyi fakültəsinə qəbul etdirmək üçün rayonda yerləşən evini satıb bacısı Sitarədən adam tapmasını xahiş etmiş, çünki bacısı Sitarə uzun müddət təhsil sahəsində çalışdığından yaxşı əlaqələri olmuşdur. 2021-ci ilin iyul ayının əvvəllərində bacısı Sitarə zəng edərək Aqşin adlı şəxsin Fidanı universitetə qəbul etdirmək üçün 40.000 manat pul istəməsi barədə məlumat vermişdir. O, da məbləğ qane etdiyindən razılaşıb xx.xx.2021-ci il tarixdə pulu götürüb bacısı Sitarənin yaşadığı Xırdalan şəhərinə gəlmiş, səhəri gün yəni, xx.xx.2021-ci il tarixdə bacısı Sitarə zəng edərək Aqşindən evə gəlib pulu götürməsini istəmiş, elə həmin gün axşam saatlarında Aqşin Sitarənin yaşadığı ünvan 7 ünvanda yerləşən evinə gəlmiş, evdə olan zaman Aqşin 2021-ci ilin sentyabr ayınadək nəvəsi Fidanı İqtisadiyyat Universitetinin kompüter mühəndisliyi fakültəsinə qəbul etdirəcəyini vəd vermişdir. O, da həmin vaxt özünə məxsus olan 40.000 (qırx min) manat pulu Aqşinə təqdim etmiş, Aqşin isə pulu aldıqdan sonra çıxıb getmişdir. O, da artıq lüzum qalmadığından səhəri gün yaşadığı Şəmkir rayonuna geri qayıtmış, sonradan bacısı Sitarə əlavə olaraq da başqa adamların işi ilə bağlı Aqşinə ümumilikdə 38.000 manat pul verdiyi barədə məlumat vermiş, təxminən 2021-ci ilin avqust ayının əvvəllərində Rahilə zəng edərək Aqşinin tələbə qəbul etdirmək adı ilə pul alıb tutulduğunu demiş, təxminən 6-7 aydan sonra Aqşin həbsdən çıxaraq bacısı Sitarəyə 1.000 manat pul qaytarıb qalıq pulları da qısa müddət ərzində ödəyəcəyini vəd versə də sözünə əməl etməmiş, Sitarədə də həmin pulu Aqşindən alaraq ona təqdim etmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı göstərmişdir ki, o, ailəlidir, X14 həyat yoldaşıdır, himayəsində iki övladı vardır, həyat yoldaşı X57 Universitetinin fizika fakültəsini bitirmiş, Zərərçəkmiş şəxs7 ilə uzun müddətdir ki, dostluq münasibətində olmuşdur. Şahid11 Təhsil sahəsində çalışmış şəxs kimi məlumatı olsa da Təqsirləndirilən şəxs ümumiyyətlə tanımamışdır. Həyat yoldaşı Şəfa Məmmədova müəllimə vəzifəsinə qəbul olunmaq üçün bir neçə dəfə X37 imtahanında iştirak etsə də, lazımi nəticə göstərə bilməmiş, dostu Namiq də rayonda müəllimə işləyən həyat yoldaşı Ləmanı Sumqayıt şəhəri ərazisində yerləşən məktəblərdən birinə köçürmək üçün Sitarə xanımdan köməklik istəmişdir. Təxminən 2021-ci ilin iyul ayının unutduğu günlərində dostu Namiq əlaqə saxlayıb Sitarə xanımın tapdığı Aqşin adlı şəxs vasitəsi ilə həyat yoldaşının köçürmə məsələsini həll edəcəyini deyib onun da köməklik istəyib-istəmədiyi barədə sual vermişdir. O, da razılaşıb dostu Namiqdən həyat yoldaşı Şəfanın da işini Aqşin adlı şəxslə danışmasını istəmiş, bir neçə gündən sonra dostu Namiq zəng edib Aqşin adlı şəxsin Şəfanı Sumqayıt şəhəri ərazisində yerləşən orta məktəblərdən birinə fizika müəllimi vəzifəsinə qəbul etdirmək üçün 24.000 manat pul istədiyini demişdir. O, da məbləğ qane etdiyindən razılaşmış, səhv etmirsə xx.xx.2021-ci il tarixdə axşam saatlarında Namiq onun yaşadığı evə gəlib pulları və zəruri sənədlərin surətlərini sabah görüşərək Aqşinə verəcəklərini bildirmişdir. O, da işləri olduğunu əsas gətirib özünə məxsus 24.000 manat pulu və zəruri sənədlərin surətlərini Aqşinə təqdim etməsi üçün dostu Namiqə vermiş, səhəri gündə Namiq zəng edərək pulu Aqşinə çatdırması üçün Sitarə xanıma verməsi barədə məlumat vermiş, Aqşin isə xx.xx.2021-ci il tarixədək bütün məsələləri həll edəcəyini vəd etmiş, vəd verilən tarix gəlib keçsə də, Aqşindən heç bir xəbər olmamış, bir müddətdən sonra isə Aqşinin dələduzluq etdiyi üçün həbs edildiyini öyrənmişdir. Şahid5 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır, zərərçəkmiş Zərərçəkmiş şəxs3 atasıdır. O, 2019-cu ilin may ayında məzun olub İİİ ixtisas qrupu üzrə imtahan verib 248 bal toplamışdı, Azərbaycan ərazisində yerləşən universitetlərdən birinə qəbul olunmadığı üçün Ukrayna Respublikasında olan “X50 Regionlar arası Akademiyasının Gürcüstanda yerləşən filialına müsabiqə və attestat qiymətləri əsasında qəbul olmuşdur. Atası Maisin göstərişi əsasında Bakı şəhərinə gələrək Bakı Beynəlxalq avtovağzalının yaxınlığında yerləşən çayxanada Aqşinlə görüşmüş, Aqşin Naxçıvan MR-da yerləşən universitetlərdən birinə qiyabi qəbul etdirəcəyini dedi. O da atasına bu barədə məlumat verdi və Qax rayonuna geri qayıtdı. Atası Aqşinə pul verib, lakin nə qədər pul verdiyini bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid5 ibtidai istintaq zamanı göstərmişdir ki, o, 2008-2019-cu illər ərzində Qax rayonu Tofiq İsmayılova adına 5 pmrəli tam orta məktəbdə təhsil almışdır. Mais adlı atası, Tamara adlı anası, Məryəm və Aysel adlı bacıları vardır. O, 2019-cu ilin may ayında məzun olub İİİ ixtisas qrupu üzrə imtahan verib 248 bal toplamış, daha sonra Azərbaycan ərazisində yerləşən universitetlərdən birinə qəbul olunmadığı üçün Ukrayna Respublikasında olan “X50 Regionlar arası Akademiyasının Gürcüstanda yerləşən filialına müsabiqə və attestat qiymətləri əsasında qəbul olub hal hazırda təhsilini davam etdirmiş, 3-cü kurs tələbəsidir. Şahid5 verilən suallara cavab olaraq bildirmişdir ki, atası Maisin göstərişi əsasında Bakı şəhərinə gələrək Bakı Beynəlxalq avtovağzalının yaxınlığında yerləşən çayxanada Aqşinlə görüşmüş, həmin vaxtlar yəni 2019-cu ilin sentyabr ayında Aqşin Ukrayna Respublikasında yerləşən universitetlərdən birinin pulsuz təhsilinə, Naxçıvan MR-da yerləşən universitetlərdən birinə qiyabi qəbul olunmasını demişdir. O, da atası Maisə bu barədə məlumat verdikdə sonuncu yaşadıqları Qax rayonuna geri qayıtmasını istəmişdir. Şahid11 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs olaraq təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Bu hadisə iki il əvvəl onların evində olub, Aqşinə pul verən onun bacısı və qardaşının uşaqlarıdır. Aqşinə cəmi 78 min manat pul veriblər, Aqşin min mant pulu geri qaytarıb. O, bacısının ailəsi dağılmasın deyə, öz evini satıb Namiqə, Ruslana və bacısı Ramiləyə dəymiş zərərin hamısını ödəmişdir. Ümumilikdə 78 min manat zərər ödəmiş, həmin zərərdən min manat pulu Aqşin vermişdir. Aqşinlə onu Lütfi müəllim tanış etmişdi. 78 min manat puldan ona heç nə çatmayıb. Aqşinə pulu onun evində verdiklərinə görə, o, evini satıb, onlara dəymiş 78 min manat zərəri ödəmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid11 ibtidai istintaq zamanı göstərmişdir ki, o, hazırda ünvan 13 ünvanında faktiki yaşayır, Şahid10 həyat yoldaşı, Zərərçəkmiş şəxs6 isə doğma bacısıdır. Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs7 isə ailəvi tanışlarıdır. O, hazırda təqaüddə olsa da Bakı şəhəri, Yasamal rayonu, İİ seçki dairəsinin 29 saylı məntəqəsində məntəqə sədri vəzifəsində işləyir, seçki ərəfələrində sədri olduğu məntəqə də Şahid13 ilə tanış olmuşdur. Belə ki, BDU-in keçmiş rektoru A.Məhərrəmov deputatlığa namizəd olan vaxt Lütvi də əhalinin görüşlərə çağrılması və digər işlərdə qeyri-rəsmi olaraq köməklik etmiş, beləcə də Lütvi ilə aralarında dostluq münasibətləri yaranmış, dəfələrlə onun evinə qonaq gəlmişdir. Bacısı Zərərçəkmiş şəxs6 nəvəsi Fidan 2020-ci il universitetə qəbul imtahanlarında kəsildiyindən depressiya yaşamış. bunu görən bacısı Rahilə isə nəvəsi Fidani İqtisad Universitetinin kompüter mühəndisliyi fakültəsinə qəbul etdirmək üçün özünə məxsus Şəmkir rayonunda yerləşən evini satmışdır. O, isə uzun müddət təhsil sahəsində çalışdığından bacısı Rahilə nəvəsini universitetə qəbul etdirmək üçün adam tapmasını xahiş etmiş, bununla bərabər ailəvi tanışı Namiq Kürdəmir rayonunda müəllimə işləyən həyat yoldaşını Sumqayıt şəhərində yerləşən orta məktəblərdən birinə köçürülməsinə köməklik etməsinidə istəmişdir. xx.xx.2021-ci il tarixdə Lütvi onun yaşadığı evə qonaq gəlmişdir. O, elə həmin gün axşam saatlarında rayonda yaşayan bacısı Rahilə ilə telefon vasitəsi ilə Fidanın universitetə qəbulu ilə bağlı söhbət etdikdə Lütvi söhbətə qulaq şahidi olub Təhsil Nazirliyində və DİM-də işləyən bir nəfər tanışının olduğunu demişdir. O, da qeyd edilən məsələ barəsində danışmaq üçün Lütvidən həmin şəxsi yaşadığı evə gətirməsini xahiş etmiş, xx.xx.2021-ci il tarixdə günorta saatlarında Lütvi yanında sonradan adının Aqşin olduğunu bildiyi bir nəfər şəxslə yaşadığı evə gəlmiş, evdə olan vaxt Aqşin özünü Təhsil Nazirliyinin və X26 əməkdaşı kimi təqdim edib bacısı nəvəsi Fidanı 40.000 (qırx min) manat müqabilində İqtisad Universitetinin kompüter mühəndisliyi fakültəsinə qəbul etdirəcəyini vəd vermişdir. O, da elə həmin vaxt Aqşindən ailəvi tanışları olan Namiqin də təhsil ilə bağlı işi olduğunu demiş, Aqşin də etiraz etmədikdə bu barədə ilk növbədə bacısı Rahiləyə, daha sonra isə ailəvi tanışı Namiqə zəng edərək məlumat vermiş, Namiqdən isə səhər gəlib Aqşin ilə qiymət barəsində özü danışmasını xahiş etmiş, səhəri gün Aqşin ilə Namiq onun yaşadığı evdə görüşmüş, Namiq görüş zamanı Aqşindən həyat yoldaşının iş yerinin Sumqayıt şəhərində yerləşən orta məktəblərdən birinə köçürülməsinə və baldızının Sumqayıt şəhəri ərazisində yerləşən məktəblərdən birinə müəllimə vəzifəsinə düzəldilməsini xahiş etmiş, Aqşin isə köçürmə məsələsinə görə 14.000 (on dord min), Ruslanın həyat yoldaşını MİQ imtahanlarından keçirib müəllimə vəzifəsinə qəbul etdirmək üçün 24.000 (iyirmi dörd min) manat pul istəmişdir. Yuxarıda qeyd edilən məsələ ilə bağlı xx.xx.2021-ci il tarixdə bacısı Rahilə onun yaşadığı evə gəlmişdir. O, da xx.xx.2021-ci il tarixdə Aqşinə zəng edərək yaşadığı evə gəlib Rahilədən pulu götürməsini istəmiş, elə həmin gün də axşam saatlarında Aqşin yaşadığı ünvan 7 ünvandan yerləşən evinə gəlib bacısı Rahilədən 40.000 (qırx min) manat pulu alıb getmiş, Aqşin isə gedərkən səhəri gün digər məsələ ilə bağlı pulları götürmək üçün gələcəyini bildirmiş, səhəri gün yəni xx.xx.2021-ci il tarixdə səhər saatlarında Namiq zəng edərək Aqşin ilə danışdığını və görüşmək üçün onun yaşadığı evə gələcəyini demiş, qısa müddət sonra Namiq onun yaşadığı evə gəlib Aqşini gözləməyə başlamış, lakin gec olduğundan Namiq zəng edərək Aqşinə “pulu və sənədlərin surətlərini Sitarə müəlliməyə verirəm, gəlib ondan götürərsən” demişdir. Bundan sonra Namiq 38.000 manat pulu və zəruri sənədlərin surətlərini Aqşinə çatdırması üçün ona verib çıxıb getmiş, həmin gün günortadan sonra Aqşin yaşadığı evə gəlib həyat yoldaşı Vaqifin yanında 38.000 manat pulu alıb xx.xx.2021-ci il tarixədək olan müddətdə bütün işləri həll edəcəyini vəd verərək çıxıb getmişdir. Təxminən 2021-ci ilin avqust ayında Lütvi ona zəng edərək Aqşinin universitetə tələbə qəbul etdirmək adı ilə pul aldığı üçün tutulması barədə məlumat vermiş, təxminən 7-8 aydan sonra Aqşin həbsdən azad edildikdən sonra xx.xx.2022-ci il tarixdə onun yaşadığı evə gəlib aldığı pullardan cəmi 1000 manat geri qaytarıb qalıq 77.000 manat pulu xx.xx.2022-ci il tarixədək ödəyəcəyini vəd verib barəsində şikayət etməmələrini xahiş etmiş, hətta pulu ödəyəcəyinə dair öz xətti ilə yazılı kağız da vermişdir. O, da bu səbəbdən Aqşin barəsində heç vaxt şikayət etməmiş, Aqşin isə hər dəfə müxtəlif bəhanələrlə aldatmış, sonradan polis tərəfindən əlaqə saxlanıldıqda Aqşinin pulu qaytaracağına inandığından şikayət etməmişdir. Şahid6 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs kimi təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Oğlu qəbul imtahanında bal toplaya bilməmişdi. Oğlunu Azərbaycan İdman Akademiyasına qəbul etdirmək üçün Aqşin onlardan 8 min manat istəmişdi. 2021-ci ilin fevral ayında Aqşin onların evinə gəldi və ona 8 min manat pul verdilər. Aqşin isə öz növbəsində oğlunu Azərbaycan İdman Akademiyasına tələbə kimi qəbul etdirəcəyini vəd edərək, çıxıb getdi. 2021-ci ilin may ayında oğlu imtahandan kəsilərək, Azərbaycan İdman Akademiyasına qəbul olmadı. Aqşin iki min manat pulu geri qaytardı, qalan 6 min manatı isə qaytaracağını bildirdi, lakin pulu qaytarmadı. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid6 ibtidai istintaq zamanı göstərmişdir ki, o, “VF Group” şirkətində qaynaqçı vəzifəsində işləyir, Zərərçəkmiş şəxs4 həyat yoldaşı, Şahid7 və Lalə Mehtiyeva doğma övladlarıdır. Təqsirləndirilən şəxs barəsində ilk dəfə 2018-ci ildə həyat yoldaşı Gülşəndən eşitmiş, belə ki, Gülşən təsadüfən Təhsil Nazirliyində işləyən Aqşin adlı şəxslə tanış olub gələcəkdə lazım olar deyə mobil nömrəsini götürdüyünü demiş, bundan sonra Aqşin bir neçə dəfə yaşadıqları evə gəldiyindən normal münasibətləri yaranmışdır. 2020-ci ildə oğlu Şahid7 V ixtisas qrupu üzrə qəbul imtahanından kəsilərək arzuladığı İdman Akademiyasına qəbul ola bilməmiş, elə həmin vaxtda yoldaşı Gülşən mobil nömrəsini götürdüyü Aqşinlə əlaqə saxlayıb övladları Əlinin qəbul imtahanından kəsildiyini deyib sonuncudan köməklik etməsini xahiş etmişdir. Aqşin isə özünün hazırda müəllim işlədiyini və Təhsil Nazirliyində işləyən tanışları ilə danışdıqdan sonra məlumat verəcəyini demiş, telefon danışığından təxminən iki gün sonra Aqşin zəng edərək X22 qəbul olunması üçün 8.000 (səkkiz min) manat pul istəmiş, ailəlikcə məsləhətləşdikdən sonra 2021-ci ilin fevral ayının əvvəllərində 8.000 (səkkiz min) manat pulu düzəldib Aqşinə məlumat verilmiş, Aqşin isə həmin gün onun yaşadığı ünvan 6 ünvanında yerləşən evə gəlmiş, Gülşən yaşadıqları evdə olan vaxt onun və oğlu Əlinin iştirakı ilə 8.000 (səkkiz min) manat pulu Aqşinə təqdim etmişdir. Aqşin isə pulu aldıqdan sonra 2021-ci ildə keçiriləcək universitetə qəbul imtahanlarında X28 tələbə kimi qəbul etdirəcəyini vəd verərək çıxıb getmiş, Aqşin Əlini həm dövlət imtahanından, həm də qabiliyyət imtahanından keçirməyi öz öhdəsinə götürmüşdür. Təxminən 2021-ci ilin may ayında oğlu Əli V ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edərək 110 bal toplayıb göstərdiyi nəticə ilə qabiliyyət imtahanına buraxılmış, Əli həmin ilin iyul ayının əvvəllərində qabiliyyət imtahanında iştirak etsə də Aqşin heç bir iş görmədiyindən imtahandan kəsilmişdir. Onlar əlaqə saxladıqda Aqşin hər dəfə müxtəlif bəhanələr gətirməklə işi düzəldəcəyini vəd versə də buna əməl etməmiş, sonradan isə ümumiyyətlə zənglərə cavab verməmişdir. O, təxminən 2021-ci il ilin avqust aylarında Aqşinin həbs olunması barədə məlumat aldıqdan sonra sonuncunun əmisioğlu Asif adlı şəxs yaşadıqları evə gəlib 2.000 (iki min) manat pul təqdim edib şikayət etməmələrini xahiş etmişdir. Onlar da bundan sonra Aqşinin həbsdən azad edilərək 6.000 manat pulu geri qaytaracağı günü gözləsələr də heç bir nəticəsi olmamış, bu səbəbdən də həyat yoldaşı Gülşən DİN–in 102 xidməti mərkəzi zəng sisteminə hadisə barədə məlumat vermiş, məlumat verdikdən sonra isə Sabunçu RPİ-in 12-ci PŞ-nə ərizə və izahatla müraciət etmişdir. Şahid3 ifadələrində göstərdi ki, məhkəmədə ona təqsirləndirilən şəxs olaraq təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. O, Aqşinin Zərərçəkmiş şəxs3 pul almasının şahidi olmuşdur. Aqşin Maisin oğlunu Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul etdirmək üçün Maisdən hissəhissə 70 min manat civarında pul alıb. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı göstərmişdir ki, o, təxminən 12 ildir ki, “Heydər Əliyev” adına X29 texnik vəzifəsində işləmiş, X19 2017-ci ildən “Azercell” Telekoma məxsus koorporativ nömrələrin satışı zamanı tanımış, dostluq münasibətləri olmuşdur. Şahid4 isə Nofəl vasitəsi ilə qiyabən tanımış, 2019-cu ilin iyun ayının sonlarında özünü Nofəlin bibisi oğlu kimi təqdim edən Vüqar adlı şəxs zəng edərək imtahan nəticələrinin kodlaşdırılması ilə bağlı Bakı şəhərinə gələcək Mais adlı şəxsin nəzarət etmək məqsədi ilə yanında olmasını ondan xahiş etmişdir. O da az-çox kodlaşdırma məsələsindən məlumatlı olduğundan etiraz etməmiş, təxminən 2019-cu ilin iyul ayının əvvəllərində səhər saatlarında sonradan adını bildiyi Mais adlı şəxs tərəfindən zəng edilərək Bakı şəhəri, “20 yanvar” dairəsi adlanan ərazidə yerləşən "xxxx" ASC-nin qarşısına çağrılmışdır. O, da tanışı Səbuhi (soyadın və ata adını bilmir) ilə görüşüb başqa işin ardı ilə getməli olduğundan sonuncuya zəng edərək məsələni izah edib birlikdə bu işi həll etdikdən sonra digər işlərinin ardı ilə getməyi təklif etmiş, elə həmin gün tanışı Səbuhi ilə, sonra isə Maislə Bakı şəhəri, “20 yanvar” dairəsi adlanan ərazidə yerləşən "xxxx" ASC-nin qarşısında görüşmüş, salamlaşdıqdan sonra Mais bir qədər yuxarı tərəfdə yerləşən “Ləvəngi” restoranına getməyi təklif edib kodlaşmanı aparan şəxsində həmin ünvana gələcəyini bildirmişdir. O, da ilk dəfə gördüyü Maislə birlikdə “Ləvəngi” restoranına gəlib həyətdə yerləşən otaqların birində əyləşmiş, restoranda olan zaman Mais mobil telefonuna zəng edən şəxsə cavab verərək “Ləvəngi” restoranında olduğunu demiş, təxminən 10-15 dəqiqədən sonra ilk dəfə gördüyü Təqsirləndirilən şəxs yanlarına gəlib salamlaşaraq masa ətrafında əyləşmiş, Aqşin və Mais söhbətə başladıqda kodlaşdırmadan deyil də, universitetə qəbul məsələsindən danışdıqlarını başa düşmüşdür. O, da həmin vaxt bura kodlaşdırma məsələsi ilə bağlı gəldiyini dedikdə Mais isə cavab olaraq oğlunu Aqşin vasitəsi ilə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul etdirəcəyini demişdir. O, da üzünü Aqşinə çevirib universitetə adam qəbul etdirməyin qeyri-mümkün olduğunu, belə işlərin ancaq imtahan vasitəsi ilə həll olunmasının mümkün olduğunu demiş, Aqşin isə bunun ilk işi olmadığını bildirmiş, Mais də bir qədər alqış etdikdən sonra cibindən pulu çıxarıb Aqşinə verərək 10.000 (on min) manat olduğunu bildirmişdir. O, pul verilən zaman “qərar sizindi, amma yenə də bu işə inanmıram” dedikdə Aqşində əsəbləşərək Maisə “bu kimdi bura gətirmisən” demiş, Maisdə pulun verilməsində şahidlik etməsini bildirmişdir. O, ilk dəfə gördüyü Aqşin adlı şəxs çıxıb getdikdən sonra Maisə həmin şəxsin normal adama oxşamadığını demiş, Mais də heç bir narahatçılıq olmayacağını və Aqşin tərəfindən işin həll olunacağını demiş, bundan sonra Mais Qax rayonuna, o isə işlərinin ardı ilə getmişdir. Təxminən 2019-cu ilin iyul ayının ortalarında Mais zəng edərək Aqşinə pul vermək məqsədi ilə Bakı şəhərinə gələcəyini deyib ondan şahidlik etməsini xahiş etmişdir. O, pul məsələsi olduğundan ilk öncə tərəddüd etsədə sonradan Maisinin xətrinə dəyməyib yanında olacağını demiş, səhəri günü Bakı şəhəri, “20 yanvar” dairəsi adlanan ərazidə yerləşən "xxxx" ASC-nin qarşısında Maislə görüşüb yenidən “Ləvəngi” restoranına getmiş, təxminən 15-20 dəqiqədən sonra Aqşin yanlarına gəlib masa ətrafında əyləşmiş, masa ətrafında olan vaxt Mais 10.000 (on min) manat pulu Aqşinə təqdim etmiş, Aqşin pulu aldıqdan sonra qalıq pulları nə zaman verəcəyini soruşduqda Mais cavab olaraq məbləğ barədə dəqiq bir söz deyə bilməyəcəyini, tapdığını gətirib verəcəyini demişdir. O, da masa ətrafında olan zaman Aqşinə “hər hansı bir iş görürsənsə bir sənəd göstər, bizdə bilək ki, nəsə iş görürsən” dedikdə Aqşində əsəbi halda nə üçün işə qarışdığını, gedişatı özünün bildiyini, hər işi görəndə ona hesabat verməyəcəyini demiş, çay içdikdən sonra hər kəs öz işinin ardı ilə getmişdir. Təxminən 2019-cu ilin iyul ayının sonlarında Vüqar mobil telefonla zəng edərək həm öz işi, həmdə Aqşinlə görüşmək üçün Maislə birlikdə saat 10 radələrində “Ləvəngi” restoranında olacaqlarını deyib görüş zamanı yanlarında olmasını ondan xahiş etmişdir. O, da Aqşinlə bağlı təəsüratlarını bölüşmək üçün Vüqarla görüşməkdə özü də maraqlı olduğundan səhəri gün qeyd edilən saatda “Ləvəngi” restoranına gedib Mais və Vüqarla görüşmüşdür. O, görüş zamanı Vüqara xəbərdarlıq edərək Aqşinin iş düzəldən adama oxşamadığını demiş, Vüqar da üzünü Maisə tutaraq deyilənlər barədə nə düşündüyünü soruşduqda sonuncu qəti şəkildə Aqşinin işi düzəldəcəyini bildirmiş, qısa zaman ərzində Aqşində yanlarına gəlmiş, elə həmin vaxtlarda da Mais 10.000 (on min) manat pulu yanında Aqşinə təqdim etmiş, Aqşin pulu aldıqdan sonra saymayaraq çantasına qoyub tələsdiyini əsas gətirərək çıxıb getmişdir. O, isə artıq bu işdə iştirak etmək istəmədiyini dedikdə Mais kövrəlmiş, Aqşinin gələcəkdə almış olduğu pulu inkar etmə ehtimalına görə yanında olmasını xahiş etmişdir. O, da tanıdığı Maisin kövrəlməyini görüb razılaşaraq çıxıb işlərinin ardı ilə getmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixdə Mais mobil telefonla zəng edərək səhəri gün Aqşinə pul vermək məqsədi ilə Bakı şəhərinə gələcəyini deyib saat 10-11 radələrində “Ləvəngi” restoranında görüşməyi təklif etmişdir. O, da razılaşdıqdan bir neçə saat sonra Vüqar mobil telefonla zəng edib “Aqşinə inamım yoxdur, apar onu notariusa götürdüyü pulları təsdiqləsin” deyə xahiş etmişdir. O, da razılaşaraq xx.xx.2019-cu il tarixdə qeyd edilən saatda “Ləvəngi” restoranına gedib Maislə görüşmüş, görüş zamanı isə Vüqarın notariusla bağlı təklifi barədə dedikdə Mais təklifdən məlumatlı olduğunu bildirmiş, qısa müddət sonra Aqşin də yanlarına gəlmiş, Mais isə pulu Aqşinə təqdim etmək istədikdə o, icazə verməyib notarial sənədləşmə aparıldıqdan sonra pulun veriləcəyi barədə şərt qoymuş, Aqşin ilk öncə tərəddüt etsə də sonradan razılaşmış və birlikdə 3 saylı “Asan Xidmət” mərkəzinə gedilmiş, novbə çox olduğundan Aqşin gözləməyə narazıçılıq edərək işlərinin çox olduğunu və aldığı pulları geri qaytararaq işdən çəkiləcəyini dilə gətirmiş, Mais də işin pozulma ehtimalından qorxduğundan pulu elə orda Aqşinə vermək istəmişdir. O, isə buna imkan verməyərək başqa bir notarius ofisinə getməyi təklif etmiş, bundan sonra Aqşinin təklifi ilə “Bakı Beynəlxalq avtovağzalının yanında yerləşən nömrəsini bilmədiyi notariat ofisinin qarşısına gəlmiş, Lakin ofis işləmədiyindən Aqşin şəxsiyyət vəsiqəsinin surətinə aldığı pulun miqdarı qədər yazı qeydi etməyi təklif etmiş, Mais də razılaşdıqda Aqşin idarə etdiyi “Mercedes Benz” markalı, E class modelində ağ rəngli dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin içərisində şəxsiyyət vəsiqəsinin surətinin üzərinə 50.000 (əlli min) manat pulu Maisdən borc alması ilə bağlı yazı qeydi etmişdir. O, da pulları nə üçün borc kimi alması ilə bağlı yazı yazmasının səbəbini soruşduqda Aqşin “səncə iş görmək üçün pul alıram yazaram? elə şey olmaz” deyə cavab vermişdir. O, da tanıdığı Maisin heç bir söz demədiyini gördüyündən başqa da fikir bildirməmiş, sənəd bir nüsxədə yazılaraq Maisə təqdim edilmişdir. O, da sənədin surətinin şəkilini çəkərək özündə saxlamış, avtomobildən yerə endikdən sonra “Bakı Beynəlxalq avtovağzalının yanında Mais öz deməsinə görə 10.000 (on min) manat pulu yanında Aqşinə təqdim etmişdir. Təxminən 2019-cu ilin avqust ayının ortalarında Mais mobil telefonla zəng edərək Aqşinlə görüşmək üçün Bakı şəhərinə gələcəyini, səhər saat 11-12 radələrində “Ləvəngi” restoranında görüşməyi xahiş etmişdir. O, da səhəri gün qeyd edilən saatda “Ləvəngi” restoranına gedib Maislə görüşmüş, sonradan Aqşin də yanlarına gəlmiş, Mais görüş zamanı Aqşindən qəbul ilə bağlı hər hansı bir sənəd verməsini istəmiş, bunu eşidən Aqşin də Maisə “bir iki gün sonra Həmzət üçün Bakı şəhərindən kirayə ev tut, bir həftəyə uşağı aparıb universitetlə tanış edəcəm” demiş, elə həmin vaxt Mais də üzərində olan deməsinə görə 20.000 (iyirmi min) manat pulu Aqşinə təqdim etmiş, çünki o, pulun sayı barədə məlumatsız olmuş, təxminən 15-20 gün sonra Mais zəng edərək bu işdə əziyyətinin çox olduğunu, oğlu Həmzətin də görüşərək təşəkkür etmək istədiyini demişdir. O, da etiraz etmədikdə Bakı şəhəri, “20 yanvar” dairəsi adlanan ərazidə yerləşən çayxanaların birində Mais və Həmzətlə görüşmüş, görüş zamanı da Aqşin ilə Həmzətin masa arxasında çəkilmiş şəkilini görmüş, təxminən 2019-cu ilin oktyabr ayında Mais zəng edərək Aqşin tərəfindən aldadıldığını, Vüqarla birlikdə Bakı şəhərin gələcəyini, pulun alınmasında ondan köməklik etməsini xahiş etmiş, bir neçə saat sonra Vüqar da zəng edib eyni xahişi edərək Lütvinidə köməklik üçün çağırdığını bildirmişdir. O, səhər gün Bakı şəhəri, “20 yanvar” dairəsi adlanan ərazidə yerləşən çayxanaların birində Mais, Vüqar və Lütvi ilə görüşmüş, görüş zamanı Mais və Vüqar pulu almaq üçün Aqşini tapmağın yollarını Lütvidən soruşmuş, Lütvi də Aqşinin dayısının nömrəsini taparaq Maisgilə təqdim etmişdir. O, da baş vermiş hadisə barədə polisə şikayət etməyi təklif etdikdə Maisdən başqa hərkəs fikrini dəstəkləmiş, Mais isə Aqşinə biraz vaxt verməyi, işin həll olunacağını dedikdə bundan sonra isə bir daha bu işlə maraqlanmamışdır. Şahid10 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır. Şahid11 onun arvadıdır. Aqşini Lütvi onlarla tanış etmişdi. Lütvi onun arvadı Sitarə ilə birlikdə Seçki Komisiyasında işləyib. Lütvi bildirdi ki, Aqşin hansı işi desələr, həll edər. Aqşin Sitarənin bacısının nəvəsini universitetə qəbul etdirmək üçün 40 min manat, Sitarənin digər qohumlarından isə 38 min manat pul aldı. Sonra Aqşin Bakı İstintaq Təcridxanasından onlara zəng edərək, bildirdi ki, buradan çıxan kimi pulu qaytaracaq, onun haqqında heç kimə məlumat verməsinlər. Aqşin həbsdən çıxandan sonra dedi ki, xaricdən ona pul göndərəcəklər, pulu qaytaracaq. Sonda Aqşin onlara min manat pul qaytardı. Ümumilikdə Aqşinə onun yanında 78 min manat pul verilib. O, oğlunun adına olan evi satıb, qohumlarına dəymiş 78 min manat zərəri ödəmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid10 ibtidai istintaq zamanı Şahid11 ilə eyni məzmunlu ifadə vermişdir. Şahid2 ifadələrində göstərdi ki, məhkəmədə ona təqdim olunan Təqsirləndirilən şəxs tanıyır, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 qohumudur. Kamran oğlu Azəri təhsil alması üçün tibb kollecinə qəbul etdirməyə adam axtardığını, belə bir şəxs olduğu halda xəbər verməyini xahiş etmişdi. O, Aqşini cəmi bir dəfə görmüş, Aqşin ona X53 Dövlət Komissiyasında işlədiyini bildirmişdi. O da Kamrana ancaq Aqşinin nömrəsini vermişdir. O, DYP-də işləmiş, hazırda təqaüdə çıxmışdır. Sonradan ona heç kim zəng etmədi. Aqşinin Kamrandan pul almasından xəbəri olmayıb. O, Kamrana hadisədən qabaq bildirmişdir ki, o adamla iş görəndə pul vermək olmaz, Aqşini araşdırmadan pul vermə. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, Aqşini bir dəfə görmüş, ona başqa iş verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, o, 1990-2010-cı illər ərzində X30 xidmət etmiş, 2005-ci ildən Xətai rayon Polis İdarəsinin DYP şöbəsində yol patrul xidməti inspektoru vəzifəsində işləyib 2010-cu ildə yaşı ilə bağlı təqaüdə çıxmışdır. Zərərçəkmiş şəxs1 həyat yoldaşının xalası oğludur, münasibətləri hər zaman yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 2019-cu ilin yanvar-fevral aylarında qohumu Kamran oğlu Azəri stomotoloji təhsil alması üçün tibbi kollecinə qəbul etdirməyə adam axtardığını, belə bir şəxs olduğu halda xəbər verməsini ondan xahiş etmişdir. O, 2019-cu ilin yanvar ayının əvvəllərində işlə bağlı Yasamal rayon Polis İdarəsinin X56 şöbəsində olan zaman bir nəfər Aqşin adlı şəxslə tanış olmuş, Aqşin həmin zaman avtomobilinin cəriməsini ödəmək üçün gəlmiş, tanışlıq zamanı Aqşin əslən Lənkəran şəhərindən olduğunu, hazırda X53 Dövlət Komissiyasında işlədiyini, orada yaxşı əlaqələrinin olduğunu demişdir. O, da qohumu Kamrana lazım olar deyə əlaqə saxlamaq üçün Aqşinin ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrini götürmüş, Aqşinə isə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəni təqdim etmişdir. O, da bundan sonra qohumu Kamrana yığaraq əslən Lənkəran şəhərindən olan Aqşin adlı bir nəfər şəxslə tanış olduğunu, həmin şəxsin özünü X53 Dövlət Komissiyasında işləyən şəxs kimi təqdim etdiyini, lakin şəxsi dərindən tanımadığını bildirib hər bir halda özünün də maraqlanmasını xahiş etmişdir. O, bundan sonra Kamranın istəyi ilə istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Aqşinə zəng edərək sonuncudan qohumu Azəri kollecə qəbul etdirmək imkanının olub-olmadığını soruşmuş, Aqşin də razılıq verdikdən sonra sonuncunun mobil nömrələrini əlaqə saxlaması üçün Kamrana vermiş, başqa da heç bir məlumatı olmamışdır. O, bundan bir müddət Kamranın oğlu Azərin universitetə qəbul olunması üçün Aqşinə külli miqdarda pul verdiyini eşitmiş, verilmiş pulun məbləğinin çox olduğunu gördüyü üçün narahatçılıq keçirərək Kamrana zəng etmiş, Kamran isə heç bir narahatçılığa əsas olmadığını deyərək Aqşinin övladını universitetə qəbul etdirəcəyini bildirmişdir. 2019-cu ilin sentyabr ayında qohumu Kamran ona zəng edərək Aqşin adlı şəxsin bir nəfər Lütvi adlı şəxslə birlikdə aldadaraq 75.000 manata yaxın pulunu ələ keçirdiyini demişdir. O, özü də rayondan maraqlandıqda Aqşinin heç bir yerdə işləməyən və dələduzluqla məşğul olan şəxs olduğunu öyrəmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid1 ibtidai istintaq zamanı göstərmişdir ki, o, 2015-ci ilə kimi Rusiya Federasiyası Ryazan şəhərində tibb fakültəsində oxumuş, atasının sağlamlığı ilə bağlı problem yarandığına görə Lənkərana geri qayıtmış, daha sonra təhsili yarımçıq qaldığından atası onu yenidən universitetə qəbul etdirmək istəmiş, buna görə də qohumları Şirvanəli tərəfindən Aqşin adlı şəxslə tanış edilmidir. O, daha sonra atası Kamran ilə Bakı şəhərində olan zaman Aqşin yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 189, mənzil 63 ünvanında yerləşən mənzillərinə gəlmiş, Aqşin söhbət zamanı atsı Kamrana özünü Dövlət İmtahan Komissiyasında nəzarətçi və "bunkerdə" müəllim kimi işləyən, Məleykə Abbaszadənin yaxın adamı olan, qəbul imthanlarında yaxından iştirak edən şəxs kimi təqdim etmişdir. Kamran isə onu 2 saylı Baza Bakı Tibb kollecində stomotologiya fakultəsinə düzəltmək istədiyini demiş, Aqşində bu işi 8000 manata həll edə biləcəyini dedikdə atası Kamran razılaşmış, Aqşini yola saldıqdan sonra o, atası Kamrna ilə Lənkəran şəhərinə geri qayıtmışdır. O, təxminən iki gün sonra səhər saatlarında atası Kamranın tələsik evdən çıxdığını görmüş, Kaman evə qayıtdıqda nə baş verdiyini soruşmuş, Kamran isə Aqşinin 5.000 ABŞ dolları pul və onun sənədlərini verdiyini demişdir. Bundan sonra Aqşin yenidən atası Kamrana zəng edib üç yerə, biri Polis Akademiyası, Tibb universitetinə, X55 Universitetinin Azərbaycandakı filialının hər birinə bir nəfər şəxs qəbul etdirə biləcəyini və hər hansı bir tanışın və ya qohumun qəbul olunmağında köməklik göstərə biləcəyini demişdir. Atası Kamran isə bir neçə gün fikirləşdikdən sonra Aqşinə yenidən zəng etib onu Tibb universitetinə düzəltdirə biləcəyini soruşmuş, atası Aqşinə 75.000 manat verə biləcəyini demişdir. Kamran daha sonra Aqşinlə 6 saylı notarial kontorda görüşmüş və 66.300 manat pulu Aqşinə verməsini təsdiqləyən borc müqaviləsi bağlanmışdır. O, 2019-cu ilin avqust aylarında qəbul olunmuş tələbələrin siyahısına baxdıqda öz adını görməyıb atası Kamrana məlumat vermiş, Kamranda əlaqə saxladıqda Aqşin belə işlərin qeydiyyata düşmədiyini, lakin onun artıq universitetə qəbul olduğunu demişdir. Bir müddətdən sonra Aqşinlə Şahid13 kimi təqdim etdiyi şəxslə Kamranın əlaqə saxlamasını istəmiş, Kamranda 2019-cu ilin oktyabr ayında Lütviyə zəng etmiş, Lütvi isə onu və atasını X13rşısına çağırmışdır. O, atası Kamran ilə DİM-nə çatanda Lütvi İmtahan mərkəzindən çıxıb maşınlarına oturub ona aid şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, atestatının, tibbi arayışın əsillərini və surətlərini, həmçinin 8 ədəd şəkillərini alıb həmin sənədləri X39 tərəfindən Dövlət Tibb Universitetinə göndəriləcəyini demişdir. Təxminən 3 gündən sonra Lütvi atası Kamrana zəng edib Bakıya gəlməklərini istəmiş, 5 dəqiqə sonra Aqşində zəng Lütvinin dediklərini etməyi Kamrana tapşırmışdır. O, atası Kamran ilə Bakıya gəldikdən sonra Aqşinə zəng edilsədə sonuncu gələ bilməyəcəyini deyərək Lütviyə zəng edilməsini istəmiş, daha sonra onlar Lütvi ilə Tibb universitetinin əsas korpusunun həyətində görüşmüş, Lütvi orada 3 gündən sonra onun tələbə biletinin hazır olacağını demişdir. Kamran isə işin uzandığını dedikdə Lütvi özünə və Aqşinə inamsızlıqda günahlandırmış, bundan 3 gün sonra Aqşin atası Kamrana zəng edib artıq bütün sənədlərinin hazır olduğunu deyərək onun ödənişsiz təhsilə qəbul edildiyini demiş, sonradan Aqşinlə əlaqələr kəsilmişdir. Onlar Lütvi ilə əlaqə saxladıqda sonuncu Aqşin tərəfindən edilən xahişi deyərək Aqşinlə danışmaqlarını məsləhət bilmiş, sonradan Aqşin və Lütvi tərəfindən aldadılaraq pullarının ələ keçirildiyini öyrənişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid4 ibtidai istintaq zamanı göstərmişdir ki, o, 2018-ci ilin noyabr ayından 2019-cu ilin noyabr ayınadək olan müddət ərzində “Aqrovest” şirkətində Şəki-Zaqatala bölgəsi üzrə satış nümayəndəsi vəzifəsində işləmiş, həmin vaxtda “Slaboda” firmasının məhsullarını Şəki və Qax rayonları ərazisində yerləşən mağazalara satmış, Tamara Məmmədovanı isə Qax şəhəri, V.Eyvazov küçəsində yerləşən ərzaq malları mağazasını idarə edən şəxs kimi tanımış, münasibətləri hər zaman yaxşı olmuşdur. O, 2019-cu ilin unutduğu aylarında yığılan pul və məhsul siyahısı götürmək üçün Tamaranın işlətdiyi mağazaya gəlmiş, mağazada olan vaxt da Tamaranın həyat yoldaşı Maislə tanış olmuş, ümumi söhbət zamanı Mais oğlunun qəbul imtahanında normal bal topladığını, toplanmış bala uyğun olaraq universitet kodlaşdırmasını düzgün tərtib etmək üçün adam axtardığını demişdir. O, da özünün elə bir tanışının olmadığını deyərək bibisi oğlu X20 zəng edib qeyd edilən məsələdə köməklik etməsini istəmiş, Nofəl isə qısa müddətdən sonra zəng edib Lütvi adlı bir nəfər şəxsin mobil nömrəsini təqdim etmişdir. O, da nömrəni təqdim etdikdən sonra Mais yanından Lütvi adlı şəxsə zəng vurub Bakı şəhərində görüş günü təyin etmiş, başqa da heç bir məlumatı olmamışdır. O, təxminən 2019cu ilin iyun ayının sonlarında mağazada görüşən zaman Mais oğlunu birbaşa universitetə qəbul etdirəcəyi barədə məlumat vermişdir. O, da tanıdığı Maisə “axı sən kodlaşdırma üçün Bakıya getmisən, bu universitetə qəbul etdirmə məsələsi haradan çıxdı?” deyə sual vermiş, Mais isə oğlunu xaricdə yerləşən universitetlərdən birinin hüquq fakültəsinə qəbul etdirəcəyini, bu məqsədlə Aqşin adlı şəxsə 10.000 (on min) manat pul verdiyini bildirmişdir. O, da bu barədə adın eşitdiyi Lütviyə zəng edərək pulun notarial qaydada verilməsini tənbeh etmiş, sonra isə qiyabən tanıdığı Şahid3 zəng edərək Maisin kənd adamı olduğu üçün qalıq pul verilən zaman yanında olmasını xahiş etmiş, Səbuhi də etiraz etməyərək razılaşmış, başqa da heç bir məlumatı olmamışdır. O, bundan bir müddət sonra Maisdən 70.000 (yetmiş min) manat müqabilində Aqşin adlı şəxs vasitəsi ilə övladını Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul etdirəcəyi barədə eşitmişdir. O, 2019-cu ilin iyul ayının sonlarında işləri ilə bağlı Bakı şəhərinə getməli olmuş, söhbət zamanı Maisdə tanışı Aqşinə pul vermək məqsədi ilə Bakı şəhərinə gedəcəyini, pul verilən zaman ondan yanında olmasını istəmişdir. O, da etiraz etmədikdə Şahid3 da yanlarında olması barədə əvvəlcədən məlumat vermiş, lakin Səbuhiyə isə hansının zəng etməsi yadında qalmamışdır. O, təxminən 2019-cu ilin iyul ayının sonlarında Maislə birlikdə Bakı şəhəri ərazisində yerləşən “Ləvəngi” restoranına gəlmiş, qısa müddət sonra ilk öncə Səbuhi, daha sonra isə Aqşin yanlarına gəlmiş, Mais də həmin vaxt üzərində olan öz deməsinə görə 10.000 (on min) manat pulu Aqşinə təqdim etmiş, Aqşin də saymadan pulu çantasına qoyub vaxtı az olduğunu deyərək çıxıb getmişdir. O, da bundan sonra Bakı şəhərində işlərini həll edərək Maislə birlikdə rayona geri qayıtmış, təxminən 2019-cu ilin avqust ayının ilk günlərində söhbət zamanı Mais 20.000 (iyirmi min) manat pulu Aqşinə vermək üçün Bakı şəhərinə gedəcəyi barədə məlumat vermişdir. O, da mobil telefonla Səbuhiyə zəng edərək Aqşini pulların alınmasına dair notariusa aparmasını xahiş etmiş, sonradan Qax şəhəri ərazisində təsadüfən Maislə görüşdükdə sonuncu Aqşinin şəxsiyyət vəsiqəsinə pul alması ilə bağlı qeydiyyat apardığı, lakin borc kimi qeyd etdiyini bildirmişdir. O, təxminən 2019-cu ilin iyul-avqust aylarında “whatsapp” vasitəsi ilə Maisdən mesaj gəldiyini görmüş, mesaja daxil olanda Maisin oğlu Həmzətin hansısa universitetinin içərisində Aqşinlə birlikdə çəkilmiş şəkilinin olduğunu görmüşdür. O, da nə məsələ olduğunu soruşduqda Mais “Aqşin deyib ki Həmzət artıq universitetin tələbəsidir, universiteti tanıması üçün Aqşinin göstərişi əsasında bir aylıq Bakı şəhərində kirayə ev tutub” demişdir. O, da xeyir-dua vermiş, başqa da heçnə olmamış, təxminən 2019-cu ilin oktyabr ayını unutduğu günlərində Mais yanına gəlib Aqşin tərəfindən aldadıldığını deyərək ondan köməklik etməsiniyini xahiş etmişdir. O, da mobil telefonla zəng edərək Lütvi və Səbuhidən köməklik istəyib səhəri gün birlikdə Bakı şəhərində görüşmüş, görüş zamanı Lütvi də kimdənsə Aqşinin adını bilmədiyi dayısının nömrəsini alıb onlara təqdim etmiş, birlikdə Aqşin barəsində Maisin şikayət ərizəsi yazması qərara alınmış, lakin Mais buna razı olmayıb Aqşinin işini həll edəcəyi üçün şikayət etməyəcəyini bildirmişdir. O, sonradan Aqşinin almış olduğu puldan ümumilikdə 15.000 manatı Maisə geri qayardığını eşitmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid7 Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid8 ibtidai istintaq zamanı göstərmişdir ki, o, təqaüdçüdür və hazırda fərdi əməklə məşğuldur, Şahid9 doğma oğludur. Namazov X1, dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs baş vermiş hadisədə tanımışdır. Belə ki, oğlu Qəzənfər 2021-ci ildə Salyan rayon Kürqaraqaşlı kənd orta məktəbindən məzun olsada 11-ci sinif buraxılış imtahanından cəmi 65 bal toplaya bilmişdir. O, toplanan bal çox az olduğundan Qəzənfərin universitet imtahanından kəsiləcəyini ehtimal etmiş, günlərin birində Zaurla söhbət edən zaman Qəzənfərin buraxılış imtahanında zəif iştirak etdiyini və topladığı bal ilə universitetə qəbul edilməsinin qeyri mümkün olduğunu, güman ki, kəsildikdən sonra müddətli həqiqi hərbi xidmətə göndərəcəyini demişdir. Təxminən 2021-ci ilin may ayında Zaur onun yanına gələrək Qəzənfəri universitetə qəbul etdirmək üçün Lütvi adlı şəxs vasitəsi ilə Aqşin adında adam tapdığını demişdir. O, isə maddi imkanı olmadığından Qəzənfərin universitetə qəbul edilməsi üçün pulu verə bilməyəcəyini demiş, Zaurun özünün isə Quba rayonunda daş karxanası olmuş, elə həmin vaxt Zaur oğlu Qəzənfərin kirvəsi olduğundan xərci özü çəkəcəyini, onun isə imkanı olan vaxt borcunu qaytarmasını təklif etmişdir. O, da dostu Zaurun təklifi ilə razılaşıb münasib vaxtda Aqşinlə görüşməyi təklif etmiş, təxminən 2021-ci ilin may ayının unutduğu günlərində Lütvi, Zaur və oğlu Qəzənfərlə birlikdə Aqşinlə görüşmək məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Heydər” parkına getmiş, Aqşinlə görüşü Zaur təşkil etmiş, çünki işin hallarını onun da bilməsini istəmiş, parkda olan vaxt isə Zaurun istəyi ilə Lütvi zəng edərək Aqşini yanlarına çağırmış, qısa müddət sonra Aqşin də yanlarına gəlmiş, tanışlıq mərhələsindən sonra Aqşin özünü hazırlıq kursunda müəllim, X27 nəzarətçi işlədiyini, ümumilikdə təhsil ilə məşğul olan şəxs kimi təqdim etmişdir. O, da bundan sonra oğlu Qəzənfər haqqında məlumat verərək 11-ci sinif buraxılış imtahanında az bal topladığını, köməklik edilməyəcəyi təqdirdə Qəzənfərin universitetə qəbul imtahanından kəsiləcəyini demiş, Aqşin isə hansı fakültəni istədiklərini soruşduqda, o, cavab olaraq iqtisadiyyat fakültəsini, universitetin isə bir fərq etmədiyini demişd, Aqşin isə köməklik edəcəyini, 2021-ci ilin yay aylarında DİM tərəfindən keçirilən imtahanda Qəzənfəri Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsinə qəbul etdirəcəyi barədə söz vermiş, bundan sonra isə Zaur görüləcək işin qiymətini soruşduqda Aqşin 30.000 manat pul alacağını demişdir. Zaur isə bu pulun çox olduğunu dedikdə Aqşin məsləhətləşdikdən sonra xəbər verəcəyini demiş, bundan sonra isə sağollaşaraq ayrılmış, günlərin birində isə Zaur zəng edərək Aqşinin 25.000 manat pul istədiyini demişdir. O da pulun çox olduğunu bildirdikdə Zaur “mən uşağın kirvəsiyəm, pulu öz cibimdən verirəm, sən niyə nahahat olursan” demişdir. O da razışalaraq heçnə deməmiş, bundan sonra bir neçə dəfə Aqşinlə “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, lakin Aqşinin mobil nömrəsi yadında qalmamış, danışıqlar zamanı isə Aqşin Qəzənfərin imtahan vərəqəsini boş qoymasını istəmiş, guya deməsinə sonradan sualların düzgün cavabları yazdıracağını demiş, təxminən 2021-ci ilin iyun ayının ortalarında Zaur zəng edərək Qəzənfərin Kooperasiya Universitetinə qəbul edilməsi üçün 25.000 manat pulu Lütvi vasitəsi ilə Aqşinə göndərdiyini bildirmişdir. Təxminən 2021-ci ilin iyul ayından universitetlərə qəbul imtahanı keçirilmiş, Qəzənfərdə region üzrə Salyan şəhərində keçirilən İİ qrup üzrə qəbul imtahanında iştirak edərək Aqşinin göstərişi ilə imtahan vərəqəsində heç bir sualı cavablandırmadan boş qoymuş, təxminən bir aydan sonra imtahanın cavabları elan edilmişdir. O, da öz nömrəsi ilə 7727 qısa mesaj xidmətinə Qəzənfərin qəbul nömrəsini göndərdikdə imtahandan 0 bal yığdığı bəlli olmuşdur. O, da bu barədə Aqşinlə əlaqə saxladıqda sonuncu bundan sonra ikinci tur olacağını, həmin imtahandan Qəzənfərin universitetə qəbul olunacağını bildirmişdir. O, da bu barədə pulu verən Zaura məlumat verərək gözləməyə başlamış, lakin Qəzənfərin DİM-in portalında yerləşən şəxsi kabinetinə 2-ci turla bağlı hər hansı bir məlumat gəlməmiş, artıq aldadıldıqlarını başa düşdükdən sonra Aqşini axtarsalar da tapmamış, Zaur isə Lütvini görüşə dəvət edərək Aqşini tapmasını istəmiş, sonradan isə Lütvi hazırda Aqşinin tutularaq istintaq təcridxanasına yerləşdirildiyi barədə məlumat vermiş, bundan sonra da bildiyi qədəri ilə Zaur Abşeron polis idarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid9 Şahid8 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Şahid12 ibtidai istintaq zamanı göstərmişdir ki, o, Zərərçəkmiş şəxs9 ilə 2006-cı ildə ailə həyatı qurmuş, bu nikahdan iki övladı olmuşdur. O, 2004-cü ildə Azərbaycan X4 şəhər filialında filalogiya fakultəsini bitirmiş, institutu bitirdikdən sonra təyinat əsasında Şəki və İmişli rayonlarında yerləşən orta məktəblərdə azərbaycan dili-ədəbiyyat müəllimi vəzifəsində işləmiş, təxminən 2011-ci ildə isə ailəsi ilə birlikdə Bakı şəhərinə köçdüyündən işdən ayrılmış, bu müddətdən sonra azyaşlı övladı olduğu üçün 2017ci ilədək heç bir vəzifədə işləməmiş, səhv etmirsə ilk dəfə 2017-ci ildən hazıradək hər il keçirilən X37 müsaqibəsində iştirak etsə də, lazımi balı toplamadığından Bakı şəhəri ərazisində yerləşən məktəblərdən heç birinə qəbul edilməmişdir. O, Təqsirləndirilən şəxs heç vaxt görməmiş, yalnız adını həyat yoldaşı Qafqazdan eşitmişdir. Belə ki, 2021-ci ilin yanvar aylarında həyat yoldaşı Qafqaz Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 307 saylı orta məktəbdə təmir işləri ilə məşğul olmuş, elə həmin ilin iyun ayının unutduğu günlərində həyat yoldaşı Qafqaz yaşadıqları evdə olan zaman 307 saylı məktəbin direktor müavini işləyən Təqsirləndirilən şəxs adlı şəxslə tanış olduğunu, Aqşinin pul müqabilində onu Bakı şəhərində yerləşən orta məktəblərdən birinə azərbaycan dili-ədəbiyyat müəllimi vəzifəsinə qəbul etdirəcəyini bildirmişdir. Qafqaz təxminən 2021-ci ilin iyul ayının sonlarında Aqşinin münasib bildikləri məktəblərin siyahısını və sənədlərin şəkilini istədiyini demişdir. O, da münasib bildiyi 276, 102, 3 və 135 saylı məktəblərin nömrələrini həyat yoldaşı Qafqaza demiş, Qafqaz da öz növbəsində “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə 276, 102, 3 və 135 saylı məktəblərin nömrələrini, ona məxsus şəxsiyyət vəsiqəsinin, diplomunun və müsabiqədə iştirak etmək üçün şəxsi səhifəsinin kodunu da (5038095) Aqşinə göndərmiş, bir müddət sonra Aqşin həyat yoldaşı Qafqaza zəng edərək 135, 99 və 3 saylı orta məktəblərdə vakant yer olduğunu demişdir. O, da hər üç məktəbin yerləşmə yeri qane etdiyindən öz növbəsində razılıq vermiş, elə həmin vaxtlarda Aqşinin 15.000 (on beş min) manat pul müqabilində onu məktəbə müəllimə vəzifəsinə qəbul etdirəcəyini bilmiş, təxminən iki gün sonra, yəni 2021-ci ilin iyul ayının son günlərində saat 20 radələrində yaşadıqları evdə olan zaman həyat yoldaşı Qafqazın mobil telefonuna zəng edilmiş, Qafqaz telefonla danışıb zəngi bitdirdikdən sonra Aqşinin 15.000 (on beş min) manat pulu indi istədiyini bildirmiş, elə həmin gündə həyat yoldaşı Qafqaz Xırdalan şəhəri ərazisində Aqşinlə görüşərək pulu təqdim etmişdir. O, Aqşinin deməsinə görə imtahanda formal olaraq iştirak etməli, 2021-ci ilin sentyabr ayında isə imtahanda topladığı baldan asılı olmayaraq müəllimə vəzifəsinə qəbul olunmalı idi. O, da 2021-ci ilin iyul ayında X37 müsaqibəsində iştirak edərək cəmi 38 bal toplayıb nəticə olaraq imtahandan kəsilmiş, imtahan kompüter vasitəsi ilə keçirildiyindən həmin gün imtahanın nəticəsini öyrənmiş, 2021-ci ilin avqust ayından sonra isə Aqşinin mobil telefonuna ümumiyyətlə zəng çatmamış, bir müddət sonra Qafqaz evə gələrək dələduzluq etdiyi üçün Aqşinin həbs olunduğunu demişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində şahid X24 ibtidai istintaq zamanı göstərmişdir ki, o, Şahid11 Bakı şəhəri, Yasamal rayonu, İİ seçki dairəsinin 29 saylı məntəqəsində məntəqə sədri vəzifəsində işləyən zaman tanımışdır. O, belə ki, seçki ərəfələrində BDU-in keçmiş rektoru A.Məhərrəmov deputatlığa namizəd olan vaxt əhalinin görüşlərə çağırılması və digər işlərdə kömək etdiyindən məntəqə sədri Sitarə müəllimə ilə yaxşı münasibətlərimiz yaranmış, dəfələrlə evlərində qonaq olmuşdur. O, 2021-ci ilin iyul ayının əvvəllərində Şahid11 yaşadığı Xırdalan şəhərində yerləşən evə qonaq getmiş, evdə olan vaxt Sitarə xanım bacısı qızını İqtisad Universitetinə qəbul etdirmək üçün adam axtardığını demişdir. O, da həmin vaxt Sitarə müəlliməyə hazırlıq kursunda müəllim işləyən və X27 imtahanlar zamanı nəzarətçi işləyən Təqsirləndirilən şəxs adında tanışının olduğunu bildirmiş, Sitarə müəllimə isə ondan söhbət etmək üçün Aqşinlə görüş təşkil etməsini xahiş etmişdir. O, da bundan sonra Aqşinə zəng edərək məsələni izah edib səhəri gün birlikdə Sitarə xanımın yaşadığı Xırdalan şəhəri Quşçuluq massivində yerləşən evə gəlmiş, görüş zamanı Aqşin özünü DİM-in əməkdaşı kimi təqdim etdikdən sonra Sitarə müəllimə bacısı qızını İqtisad Universitetinin hansısa fakultəsinə qəbul etdirmək istədiyini demiş, Aqşin isə bu iş üçün 40.000 (qırx min) manat pul lazım olacağını dedikdə Sitarə müəllimə dəqiqləşdirib xəbər edəcəyini bildirmiş, bundan sonra əlaqə saxlamaq üçün Aqşin və Sitarə bir-birilərinə mobil nömrələrini təqdim etmişdir. Onun bundan başqa heç bir hadisədən məlumatım olmamış, təxminən bir müddətdən sonra Sitarə müəllimə zəng edərək Aqşini görüb-görmədiyini soruşmuşdur. O, da Aqşinin ailə üzvləri ilə maraqlandıqda sonuncunun tutulduğunu öyrənib bu barədə Sitarə müəlliməyə məlumat vermiş, Sitarə müəllimə isə həmin vaxt ağlayaraq Aqşinə tanışlarının müəllimə vəzifəsinə düzəlməsi üçün əlavə pullar verildiyi barədə məlumat vermişdir. Məhkəmədə elan olunub araşdırılmış, cinayət işinin materiallarına əlavə olunmuş: Azərbaycan Respublikası X27n daxil olmuş 25 aprel 2022-ci il tarixli PHŞ/3-2-2022-980 saylı məktubda 24 avqust 1974-cü ildə Lerik rayonunda doğulmuş Təqsirləndirilən şəxs və xx xxxxxx 1965-ci ildə İmişli rayonunda doğulmuş Şahid13 X27 çalışmadığı bildirilmişdir. Azərbaycan Respublikası X27n daxil olmuş 05 avqust 2022-ci il tarixli PHŞ/3-2-2022-2171 saylı məktubda göstərilmişdir ki, xx xxxxxxx 2001-ci il təvəllüdlü Şahid5 2019/2020-ci tədris ilində ali təhsilin bakalavriat səviyyəsində üçüncü ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak edərək 248 bal toplamış, beşinci ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak edərək 93.3 bal toplamış, 2020/2021-ci tədris ilində üçüncü ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak edərək 127.3 bal toplayaraq heç bir təhsil müəssisəsinə qəbul olunmamışdır. 3 fevral 2004-cü il təvəllüdlü Şahid9 2021-2022-ci tədris ilində ali təhsilin bakalavriat səviyyəsində ikinci ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak edərək 53 bal toplayaraq heç bir təhsil müəssisəsinə qəbul olunmamışdır. 9 iyul 1996-cı il təvəllüdlü Şahid1 2013/2014-cü tədris ilində ali təhsilin bakalavr səviyyəsində dördüncü ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında iştirak edərək 198 bal toplayıb müsabiqədən keçmiş, lakin qeydiyyatdan keçmədiyi üçün onun barəsində DİM tərəfindən hər hansı təhsil müəssisəsinə qəbul əmri verilməmişdir. Şahid11 tərəfindən içərisində iki video yazı olan bir ədəd yaddaş kartı təqdim edilmişdir. Təqdim edilmiş bir ədəd yaddaş kartına Şahid11 iştirakı ilə baxış keçirilən zaman ilk görüntüdə xx.xx.2021-ci il tarixdə, saat 12:06-da fərdi yaşayış evlərinin arası ilə bir nəfər üzərində boz rəngli şalvar, qalustuk taxılı ağ köynək, sol əlində qara rəngli çanta, sağ əlində isə mobil telefon, gözündə eynək olan bir nəfər şəxsin irəliyə doğru hərəkət etdiyi, həmin şəxsin kameradan sol tərəfdə olan dəmir qapını əli ilə döydüyü, qapı açıldıqdan sonra isə həyətə daxil olduğu müəyyən edilmişdir. Şahid11 tərəfindən təqdim edilən yaddaş kartında olan ikinci video görüntüdə xx.xx.2021-ci il tarixdə, saat 12:30-da bir nəfər üzərində boz rəngli şalvar, qalustuk taxılı ağ köynək geyinmiş şəxsin saçının orta hissəsi keçəl üzərində tünd göy rəngə bənzər qısa qol yay koftası olan şəxslə masa ətrafında qarşılıqlı əyləşərək söhbət etdikləri, saat 12:31-də bir nəfər adının əlində paket ilə pilləkanlar ilə həyətə düşüb daha sonra masa ətrafında əyləşdiyi, qadının kiməsə zəng edərək mobil telefonla danışdığı, daha sonra danışması üçün mobil telefonu qarşısında əyləşən ağ köynəkli şəxsə uzatması, 12:34-də qadının əlində olan büküllü şəffaf fayl paketini qarşısında əyləşən ağ köynəkli şəxsə təqdim etdiyi, ağ köynəkli şəxsin isə faylın içərisində olan pulları çıxarıb saydıqdan sona yenidən fayla bükərək çantasına qoyduğu müəyyən edilmişdir. Şahid11 baxış keçirilən zaman xx.xx.2021-ci il tarixdə evlərin arasın ilə piyada gəlib qapını döyən şəxsin Təqsirləndirilən şəxs olduğunu, fərdi yaşayış evinə daxil olduqda Aqşinlə masa ətrafında qarşılıqlı əyləşərək söhbət edən şəxsin həyat yoldaşı Şahid10 olduğunu, pilləkənlar ilə həyətyanı sahəyə enən şəxsin özü olduğunu, masa ətrafında əyləşən zaman isə şəffaf fayla bükülmüş pulları Aqşinə təqdim etdiyini, Aqşinin isə pulları aldıqdan sonra sayıb çantasına qoyduğunu və sonra çıxıb getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə yaddaş kartında olan görüntülərə baxış keçirilən zamanı Təqsirləndirilən şəxs boz rəngli şalvar və ağ rəngli köynək geyinmiş şəxsin özü olduğunu, masa ətrafında söhbət etdiyi şəxsin Vaqif adlı şəxs olduğunu, masa ətrafında səffaf paketdə olan pulu ona təqdim edən şəxsin Şahid11 olduğunu, Şahid11 pulu aldıqdan sonra sayaraq çantasına qoyan şəxsin özü olduğunu bildirdi. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Onun bu ifadələri məhkəmədə araşdırmış zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, maddi sübutlarla və işin faktiki halları ilə öz təsdiqini tapdı. Bu səbəbdən də məhkəmə, yuxarıda təsvir olunan ittihamı təsdiq edən sübutlar əsasında işin faktiki halları fonunda yaranmış obyektiv təsəvvür baxımından Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutulan cinayət əməllərinin onun tərəfindən qəsdən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlib onun əməllərinin Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddələri ilə tövsif olunmasını və Təqsirləndirilən şəxs təqsirli bilinib bu əməllərə görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmasını əsaslı sayır. Çünki Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmədə zərərçəkmiş şəxslərə onun tərəfindən vurulmuş maddi ziyanın 103.000 (yüz üç min) manat həcmində hissəsini ödədiyini bildirmişdir. Lakin məhkəmə onun bu ifadələrini pul ödəmələri həyata keçirdiyini iddia etdiyi zərərçəkmiş şəxslərin ifadələri ilə müqayisəli təhlil edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə ümumilikdə 53.000 (əlli üç min) manat ödənilmişdir. Məhkəmə bu halı nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmədə dövlət büdcəsi hesabına Təqsirləndirilən şəxs göstərdiyi 85 (səksən beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 510 (beş yüz on) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasını Hüqüqi yardım və Tədris mərkəzinin hesabına ödənilməli olması müəyyən olundu. Məhkəmə Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad olunmasını əsaslı sayır. Məhkəmə iş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd yaddaş kartının cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin 15 avqust 2018-ci il tarixli hökmü ilə 2900 (iki min doqquz yüz) manat cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində 06 avqust 2021-ci il tarixdə Nərimanov rayon məhkəməsinin qərarı ilə 02 ay 14 gün müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, 16 oktyabr 2021-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 20 yanvar 2022-ci il tarixədək uzadılmış, Abşeron Rayon Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 26 fevral 2022-ci il tarixədək uzadılmış, 26 fevral 2022-ci il tarixdə Abşeron rayon məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs istintaqdan yayınaraq barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozduğundan 14 may 2022-ci il tarixdə barəsində axtarış elan edilmiş və 06 iyun 2023-cü il tarixdə tutularaq barəsində “həbs” qətimkan tədbiri seçilmiş və bugünədək davamlı olaraq həbsdə saxlanılır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən həmin halları nəzərə alır və onun 06 avqust 2021-ci il tarixdən 26 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 20 (iyirmi) gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69-cu maddəsinə əsasən təyin olunmuş cəza müddətinə daxil edilməsini və cəzanın çəkilməsinin başlanğıcının 06 iyun 2023-cü il tarixdən hesablanmasını əsaslı sayır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi həm ibtidai istintaq, həm də məhkəmə baxışı zamanı cinayət əməlinin törədilmə halları, şəraiti, üsulu barədə ətraflı ifadələr verib cinayətin açılmasında fəal iştirak etməsi, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanları qismən ödəməsi müəyyən olundu. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməllərinin xarakterini və Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli olduğunu nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı və barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs oğlu X9 44 günlük Vətən müharibəsi iştirakçısı olması və onun “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təlfit olunmasını təqsirləndirilən şəxsin ailə tərkibini xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və Təqsirləndirilən şəxs onun şəxsiyyətini xarakterizə edən məlumatları nəzərə alıb, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır. Çünki məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza təyin etmək üçün əsas müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına, həyat və ailə şəraitinə təsirini, onun cəmiyyətə reinteqrasiya olma hallarını nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın başlanğıcı 06 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs 06 avqust 2021-ci il tarixdən 26 fevral 2022-ci il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 20 (iyirmi) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilsin və ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalıq hissəsi 06 (altı) il 05 (beş) ay 10 (on) gün müəyyən olunsun. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınıb cinayət işinin materiallarına əlavə olunmuş bir ədəd yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. Dövlət büdcəsi hesabına Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ödənilməsi üçün 510 (beş yüz on) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasını Hüqüqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs həmin məbləğin ödənilməsindən azad olunsun. Zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqlarının olması izah olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Novruz Kərimov Hakimlər: Rasim Sadıxov Leyla Əsgərova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar