Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2002/2023 15.12.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məcidov X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi, ev 58/66-da qeydiyyatda olan, həbs olunanadək ünvan 2-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib saxlamaqla daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı «Araz» adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən «Araz» adlı şəxs və qeyriləri «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in l siyahısına daxil edilən külli miqdarda 2276,239 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini və külli miqdarda 7108,4 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda Bakı şəhəri, Qaradağ rayonu ərazisində dəqiq məlum olmayan ünvanda yerləşdirib bu barədə «WhatsApp» ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə Təqsirləndirilən şəxs məlumat verdikdən sonra sonuncu istintaqa dəqiq məlum olmayan vaxtda 2276,239 qram çəkidə narkotik vasitə heroini və 7108,4 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 2 ünvanına qanunsuz daşıyaraq orada saxlamış, əvvəlcədən satışa hazırlamaq məqsədi ilə əldə etdiyi narkotik vasitə heroinin 35,739 qramını 1 (bir) ədəd bükümdə qablaşdırıb üzərində saxlamış, daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:40-da ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq ünvan 3 yerləşən Baş İdarəyə aparılaraq həmin gün saat 21:10-dan etibarən üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 35,739 qram çəkidə narkotik vasitə heroin əynindəki göy rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin gün saat 22:20-dən etibarən Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına özünün razılığı və iştirakı ilə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1081,5 qram və 1159 qram olmaqla, ümumi çəkisi 2240,5 qram narkotik vasitə heroin 2 (iki) ədəd bükümdə, külli miqdarda ayrı-ayrılıqda 903,0 qram, 724,6 qram, 881,0 qram, 1103,3 qram, 1227,3 qram, 1144,6 qram və 1124,6 qram olmaqla, ümumi çəkisi 7108,4 qram narkotik vasitə qurudulmuş marixuana 7 (yeddi) ədəd polietilen bağlamada evin qonaq otağında olan kağız qutunun içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Biləcəri qəsəbəsində yaşamışdır. Polislər tərəfindən saxlanıldığı gün o, avtomobil ilə Biləcəri qəsəbəsindən Yasamal rayonu ərazisindəki sosial evlərə doğru hərəkət etmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün onun idarə etdiyi avtomobilin tutacaq hissəsində təxminən 02 qram çəkidə “kakos” kimi adlanan narkotik vasitə olmuşdur. O, polis əməkdaşlarının ona yaxınlaşdığını gördükdə, həmin narkotik vasitəni udmuşdur. Polis əməkdaşları onu saxladıqdan sonra Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar, sonra isə o, polis əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, çünki müstəntiq onun ifadəsini dəyişdirmiş, eləcə də həmin ifadəni oxumadan imzalamış, saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən döyülməmiş və fiziki təzyiqə məruz qalmamış, təxminən 3-4 ildir ki, narkotik vasitələrdən istifadə edir, adətən narkotik vasitələri Natiq adlı şəxsdən almış, tutulduqdan sonra Natiqin ölməsini eşitmiş, onun heç bir İran vətəndaşı ilə narkotik alqı-satqısı barədə danışığı olmamış, polis əməkdaşları tərəfindən saxlanılarkən avtomobilində təxminən 02 qram çəkidə 02 bükümdə narkotik vasitə olmuş, polis əməkdaşlarını gördükdə həmin narkotik vasitəni udmuş və ona görə də polislər acığa düşərək onu əlavə olaraq 40 qram narkotik vasitə ilə yükləmişlər, sonradan udduğu narkotik vasitəni qussa da, polis əməkdaşları həmin narkotik vasitəni sənədləşdirməmişlər, şəxsi axtarış zamanı üzərindən təxminən 40 qram narkotik vasitə aşkar edilmiş, həmin vasitəni Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onun üzərinə qoymuşlar, yaşadığı evə də baxış keçirilmiş və polis əməkdaşları evə də ona məxsus olmayan narkotik vasitələri qoymuşlar, polis əməkdaşları onu döyməsələr də ona hədə-qorxu gəlmişlər, bu səbəbdən də qorxaraq narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmiş, habelə heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, ancaq şəxsi istifadəsi üçün narkotik vasitə almış, narkotik vasitələrə hər dəfə təxminən 30-40 manat pul xərcləmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bildiyindən, faktiki olaraq isə ona elan edilmiş ittihamı bütövlükdə mübahisələndirdiyindən, eləcə də onun məhkəmə istintaqında vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi arasında əhəmiyyətli ziddiyyət olduğundan məhkəmədə onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətində həbs olunmuş, xx.xx.2020-ci il tarixdə vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, subaydır, rəsmi olaraq heç yerdə işləmir. O, uzun müddətdir ki, narkotik vasitə heroindən və marixuanadan istifadə edir, heroini nəfəsə çəkməklə, marixuananı isə siqaret giləsinə doldurub siqaret kimi çəkməklə istifadə edir. Həbsdən azad olunduqdan bir müddət sonra o, yenidən heroin və marixuanadan istifadə etməyə başlamışdır. Təxminən bir aydır o, “İnstagram” sosial şəbəkəsində təsadüfən adını “Araz” kimi bildiyi İran İslam Respublikası vətəndaşı ilə tanış olmuş, sonradan həmin iranlı şəxslə mütəmadi olaraq “Whatsapp” ani mesajlaşma mübadiləsi sistemində danışmağa başlamış və həmin şəxsdən mütəmadi olaraq onlayn qaydada narkotik vasitələr alaraq istifadə etmişdir. Təxminən iki gün əvvəl pulu olmadığı üçün o, həmin şəxsdən nisyə qaydada narkotik vasitə heroini verməsini istəmiş, lakin Araz bunu edə bilməyəcəyini, lakin ona 40 qram çəkidə narkotik vasitəni pulsuz verməklə özünün qoydurduğu bağlamaları götürüb Bakı şəhərində deyəcəyi yerə qoydurmalı olduğunu bildirmişdir. Maddi imkansızlıqdan və ağrıları olması səbəbindən o, iranlı şəxslə razılaşmış və 04 iyun 2023-cü il tarixdə Araz ona zəng edərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində olan YPX postundan Bakı şəhəri istiqamətinə gələn zaman “Ümid Qəsəbəsi” adlanan yerin giriş hissəsinin yaxınlığında narkotikləri qoydurduğunu, həmin narkotikləri oradan götürüb özündə saxlamağını, orada olan balaca bükümün içərisində ona çatacaq heroinin olduğunu, qalan maddələri isə özündə saxlayaraq deyəcəyi yerə və ya adama çatdırmalı olduğunu bildirmişdir. O da Arazla razılaşmış və yol maşını ilə Arazın dediyi yerə getmişdir. O, həmin yerə çatan zaman orada 1 (bir) ədəd böyük bağlamanın olduğunu görmüş və bağlamanı götürərək maşına qoyub yeni təmir etdikləri evə gətirib evin qonaq otağında olan boş qutunun içərisinə qoymadan əvvəl bağlamanı açmışdır. Orada olan balaca bükümü o, özü üçün götürmüş, qalan 09 ədəd heroin və marixuana olan bağlamaları isə qutunun içərisinə yığdıqdan sonra həmin gün heroindən bir qədər isifadə etmişdir. 05 iyun 2023-cü il tarixdə o, təmir işləri gedən evə getmiş və orada tək olmağından istifadə edərək heroin istifadə etmişdir. Axşam saatlarında o, oradan çıxan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq kim olduğunu soruşmuşlar. Həmin şəxslər özlərini təqdim edərək DİN-in BNMİ-nin əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat olduğunu deyərək onu Baş İdarəyə dəvət etmişlər. O, vəziyyəti bilib polislərə etiraz etməyərək Baş idarəyə gəlmişdir. Orada vəkillə təmin olunmuş və təhqiqatçı tərəfindən saxlanılmasının səbəbi ona izah edilmişdir. Vəkil gəldikdən sonra ona təqdim olunmaqla, hüquq və vəzifələri izah olunmuş və üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. O, buna etiraz etmədikdən sonra videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış başlanılmışdır. Bu vaxt ilkin olaraq ona üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. O da üzərində qanunsuz əşya olduğunu deyərək əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümü çıxararaq təqdim etmişdir. Üzərinə şəxsi axtarış aparılan zaman özünə aid mobil telefon, pul və açar aşkar edilmiş, başqa qanunsuz əşya isə aşkar edilməmişdir. Sorğu-sual zamanı o, üzərindən aşkar edilmiş bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin vasitəni İİR vətəndaşı “Araz” adlı şəxsin dediyi yerdən götürüb Bakı şəhərinə çatdırmağı müqabilində ona narkotik vasitə verəcəyini, həmin maddələrdən yaşadığı evdə də saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra onun yaşadığı mənzilə baxış keçirilmiş və baxış zamanı o, qapını açmış və polis əməkdaşlarını evin içərisinə dəvət etmişdir. Evə daxil olduqdan sonra o, evin qonaq otağında olan kağız qutunun içərisindən 09 ədəd bükümü təqdim etmiş, 07 ədəd bükümün içərisindən narkotik vasitə marixuana, 02 ədəd bükümün içərisindən isə narkotik vasitə heroin aşkar edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı külli midarda ümumi çəkisi 35,739 qram olan narkotik vasitə heroin, külli miqdarda ümumi çəkisi 2240,5 qram olan narkotik vasitə heroin və külli miqdarda ümumi çəkisi 7108,4 qram olan narkotik vasitə qurudulmuş marixuananın ona aidiyyətının olmaması, şəxsi istifadəsi üçün saxlanılarkən idarə etdiyi avtomobildə cəmi 2 (iki) qram çəkidə narkotik vasitə heroin olduğunu, polis əməkdaşlarını gördükdən sonra həmin narkotik vasitəni udduğunu, bundan sonra polis əməkdaşlarının acığa düşərək ona aid olmayan külli miqdarda narkotik vasitələr heroin və külli miqdarda narkotik vasitə marixuananın ona məxsus olmasını etiraf etməsi məqsədi ilə ona psixoloji təzyiqin edildiyini və bunun nəticəsində etirafedici ifadə verməyə məcbur qaldığını, başqa sözlə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə aidiyyətının olmaması ilə bağlı hissədə vermiş olduğu ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin verdiyi ifadəni mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı inkaredici məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətlərini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olması barədə Baş Narkotiklərlə Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına uyğun olaraq ondan və Şahid2 ibarət 2 (iki) nəfərlik əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə, axşam saat 19:30-20:00 radələrində Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən tikilmiş “Yasamal” yaşayış kompleksinin yaxınlığında saxlayaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Onlar Təqsirləndirilən şəxs saxlayarkən Cavid piyada hərəkət etmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsində Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş və şəxsi axtarışın nəticəsi olaraq Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin, 15 (on beş) manat məbləğində nağd pul, telefon və ev açarı aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroini haradan əldə etməsi barədə təhqiqatçı tərəfindən ona verilmiş suala cavab olaraq həmin narkotik vasitəni sosial şəbəkə vasitəsilə İran İslam Respublikasının vətəndaşı olan bir nəfər şəxsdən “zakladka” üsulu ilə əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı və Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən tikilmiş “Yasamal” yaşayış kompleksində yerləşən mənzilində axtarış həyata keçirilmişdir. Axtarışın nəticəsi olaraq Təqsirləndirilən şəxs mənzilində qutunun içərisində 7 (yeddi) ədəd bükümdə narkotik vasitə marixuana və 2 (iki) ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Axtarışın aparıldığı mənzil binanın sonuncu mərtəbəsində yerləşmiş və həmin mənzil Təqsirləndirilən şəxs əmisinə məxsus olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman heç bir fiziki zorakılıq göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verməklə dindirilmiş Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 5) görünür ki, həmin gün Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat orqanına əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara almışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 13) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 21) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli baxış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 29) görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan, həmin protokola əlavə edilmiş videodiskdən (cild 1, iş vərəqə 30-32) görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və həmin vaxt onun əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə qəhvəyi rəngli narkotik vasitə heroinə oxşar kütlə, şalvarının sol yan cibindən 1 (bir) ədəd “Redmi” markalı mobil telefon, 15 (on beş) manat pul və 1 (bir) ədəd açar aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli ərizədən (cild 1, iş vərəqə 34) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsinə etiraz etməmişdir. xx.xx.2023-cü il tarixli mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 35) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli mənzilə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan, həmin protokola əlavə edilmiş videodiskdən (cild 1, iş vərəqə 36-37) görünür ki, həmin gün müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilmiş və həmin vaxt mənzildən 2 (iki) ədəd bağlamada 2 kiloqram 299 qram narkotik vasitə heroinə oxşar kütlə və 7 (yeddi) ədəd bağlamada 7 kiloqram 430 qram narkotik vasitə marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/3180 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 50-52) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün 7 №-li dairəvi möhür əksi, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 35,739 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün 7 №-li dairəvi möhür əksi, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş... şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan torbadakı 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1081,5 qram və 1159 qram, ümumi təmiz çəkisi 2240,5 qram qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Vət.Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş heroinin ümumi təmiz çəkisi 2276,239 qramdır (2 kq 276,239 qr) və həmin heroinlər kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə göə eynidirlər. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahisina (Siyahi İ) daxildir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/807 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 56) görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən...” yazısı və imzalar olan bir ədəd ağ rəngli sintetik torbadakı 07 (yeddi) ədəd polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 903,0 qram, 724,6 qram, 881,0 qram, 1103,3 qram, 1227,3 qram, 1144,6 qram, 1124,6 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudumuş marixuanadır. Ümumi çəkisi - 7108,4 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 73-74) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 861/2023 saylı qərarından (cild 1, iş vərəqə 97-102) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 5(004)-528/2023 saylı qərarından (cild 1, iş vərəqə 103) görünür ki, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar məhkəmə nəzarəti qaydasında yoxlanılmış və həmin qərar qanuni hesab edilmişdir. xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 106-107) görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2275,939 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 7107 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİ-nin saxlanc otağına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin 3847 nömrəli rəyindən (cild 1, iş vərəqə 144-145) görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulyatorların birgə qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 119-120) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixli Salyan Rayon Məhkəməsinin qərarına əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2020-ci il tarixdə cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmışdır. xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (cild 1, iş vərəqə 146-154) görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi, həmin maddələr ilə ona yeni məzmunda ittiham elan edilməsi, Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitələrin əldə edilməsi mənbəyinə görə ayrıca icraata cinayət işinin ayrılmaqla ibtidai istintaqının aparılması və 1 (bir) ədəd mobil telefonun onun ailə üzvlərinə qaytarılması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli qəbzdən (cild 1, iş vərəqə 160) görünür ki, 1 (bir) ədəd mobil telefon Təqsirləndirilən şəxs müdafiəçisinə qaytarılmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 161-162) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 234) görünür ki, Təqsirləndirilən şəxs qardaşı Cəbrayıl Əhmədli vəfat etmişdir. xx.xx.2020-ci il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-110/2020 saylı hökmündən (cild 1, iş vərəqə 130-137) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixli Salyan Rayon Məhkəməsinin 7(057)-427/2020 saylı qərarından (cild 1, iş vərəqə 139-140) görünür ki, Təqsirləndirilən şəxs çəkilməmiş 1 ay 9 gün müddətə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Xasiyyətnamədən (cild 1, iş vərəqə 143) görünür ki, yaşadığı yer üzrə Təqsirləndirilən şəxs barəsində şikayət daxil olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin seçdiyi müdafiəçi vasitəsi ilə suallar, o cümlədən ittihamı mübahisələndirmişdir. Təqsirləndirilən şəxs tərəfindən irəli sürülmüş ittihamın mübahisələndirilməsinə baxmayaraq, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətlərinin olması və həmin cinayət əməllərinin onun tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Belə ki, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə narkotik vasitə heroin və 1-ci Siyahısının 9-cu bəndinə əsasən - təmiz halda 500 qramdan artıq çəkidə narkotik vasitə qurudulmuş marixuana külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlamaqla daşımışdır. Belə ki, nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin bütün tərkib əlamətləri mövcuddur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Məhkəmə belə nəticəyə gələrkən ona istinad etmişdir ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat orqanına əməliyyat məlumatı daxil olmuş və həmin məlumatda təqsirləndirilən şəxsin narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi (əldə etmə, daşıma, saxlama, başqa şəxslərə vermə və sair) ilə məşğul olması göstərilmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat qrupunun üzvləri təqsirləndirilən şəxsin qanunsuz əməlləri törədəcəyi yerə getmişlər. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:40-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə aparılmış və həmin gün saat 21:10-dan etibarən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı külli miqdarda 35,739 qram çəkidə narkotik vasitə heroin onun əynindəki göy rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Bundan sonra həmin gün Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş və həmin vaxt mənzildən külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1081,5 qram və 1159 qram olmaqla, ümumi çəkisi 2240,5 qram narkotik vasitə heroin 2 (iki) ədəd bükümdə, külli miqdarda ayrı-ayrılıqda 903,0 qram, 724,6 qram, 881,0 qram, 1103,3 qram, 1227,3 qram, 1144,6 qram və 1124,6 qram olmaqla, ümumi çəkisi 7108,4 qram narkotik vasitə qurudulmuş marixuana 7 (yeddi) ədəd polietilen bağlamada evin qonaq otağında olan kağız qutunun içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərək saxlanıldığı zaman idarə etdiyi avtomobildə 2 (iki) qram çəkidə 2 (iki) ədəd bükümdə narkotik vasitə heroin olduğunu, polis əməkdaşları tərəfindən tutulmaqdan qorxduğundan həmin narkotik vasitələri udduğunu, buna görə də polis əməkdaşlarının acığa düşərək ona məxsus olmayan külli miqdarda narkotik vasitələr heroinin və külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın ona aid olması barədə psixoloji təzyiq göstərərək ondan etirafedici ifadə aldıqlarını bildirərək ittihamı mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi və müdafiə tərəfinin iddia etdiyi dəlilləri yoxlamaq və araşdırmaq məcburiyyətində qalmışdır. İlk növbədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış müdafiəçinin iştirakı və videoçəkiliş vasitəsi ilə həyata keçirilmişdir. Göstərilən prosessual hərəkətin qeydə alındığı videogörüntüyə baxış keçirildikdə, məlum olur ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd büküm aşkar olunaraq götürülmüş və Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu təsdiq etmişdir. Videogörüntüdən Təqsirləndirilən şəxs üzərində hansısa xəsarət izinin olması müəyyən edilməmişdir. Bundan başqa, məhkəmədə araşdırılmış mənzilə baxış keçirilməsi haqqında protokoldan və videogörüntüdən məlum olmuşdur ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilmiş və həmin vaxt mənzildən külli miqdarda ayrı-ayrılıqda çəkiləri 1081,5 qram və 1159 qram olmaqla, ümumi çəkisi 2240,5 qram narkotik vasitə heroin 2 (iki) ədəd bükümdə, külli miqdarda ayrı-ayrılıqda 903,0 qram, 724,6 qram, 881,0 qram, 1103,3 qram, 1227,3 qram, 1144,6 qram və 1124,6 qram olmaqla, ümumi çəkisi 7108,4 qram narkotik vasitə qurudulmuş marixuana 7 (yeddi) ədəd polietilen bağlamada mənzilin qonaq otağında olan kağız qutunun içərisindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs nə şəxsi axtarış zamanı, nədə ki, mənzilə baxış keçirilən zaman üzərindən və yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitələrin çəkisini, növünü, həmin vasitələri saxladığı bükümlərin və bağlamaların sayını mübahisələndirməmişdir. Yuxarıda göstərilənlər ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məhkəmədə inkaredici ifadə verərkən səmimi olmamış, əksinə məhkəməyə yalan ifadə verməklə həqiqəti gizlətmək, eləcə də qanunsuz əməllərinə haqq qazandırmaq, o cümlədən mümkün qədər məsuliyyətdən yayınmaq məqsədi güdmüşdür. Ona görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməklə həmin cinayətlərə görə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, onun əməllərində cəzanı ağırlaşdıran halların olmadığını, aşkar edilmiş narkotik vasitələrin çəkisini və növünü, çoxlu sayda insan sağlamlığına mühüm zərər vura bilməsini, habelə işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə təyin ediləcək cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsin 3847 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulyatorların birgə qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkəcəyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut kimi Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2275,939 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 7107 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilən zaman çəkilən videogörüntüləri özündə əks etdirən 2 (iki) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak müəyən edilmədi. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 192 (yüz doxsan iki) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 192 (yüz doxsan iki) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və həmin maddələr ilə ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 05 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2275,939 qram təşkil edən narkotik vasitə heroin və qalıq çəkisi 7107 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı mənzilə baxış keçirilən zaman çəkilən videogörüntüləri özündə əks etdirən 2 (iki) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 192 (yüz doxsan iki) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov Hakimlər Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-2002/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2002/2023
15.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver