Məhkəmə qərarları › İş №1(101)-2006/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2006/2025

19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2006/2025 19.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər X4 və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs7, Qanuni nümayəndə, Zərərçəkmiş şəxs3, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3728942Zərərçəkmiş şəxs5, https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3728942Zərərçəkmiş şəxs6, zərərçəkmiş şəxsin hüquqi varisi X1, zərərçəkmiş şəxsin hüquqi varisi X8, zərərçəkmiş şəxsin hüquqi varisi A.A.Rüstəmovun nümayəndəsi, “Pro-Bono” Vəkil Bürosunun vəkili Nümayəndə qızı, müdafiəçilər- Abşeron rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi Manaf oğlu və X2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 2003-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə- Cinayət Məcəlləsi və ya CM) 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:

1. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır, ağır zərər vurulmasına və iki şəxsin ölümünə səbəb olmuşdur.

2. Belə ki, Təqsirləndirilən şəxs 23 aprel 2025-ci il tarixdə saat 17 radələrində BD057832 nömrəli, “B1, B, C1, C” dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “Hyundai Elantra” markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Qaradağ rayonu ərazisində Lökbatan qəsəbəsindən Puta qəsəbəsi istiqamətində “iki su arası” adlanan ərazidə 70-80 km/saat sürətlə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə riayət etməklə, yəni ötməyə başlamazdan əvvəl qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boş olmaqla və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmaqla və “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60 km/saat sürətdən artıq sürətlə idarə etməməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qanunun qeyd olunan tələblərini cinayətkarcasına etinasızlıq edib pozaraq həmin yolda ötməyə başlayaraq hərəkət üçün təhlükə yaradıb avtomobili 60 km/saat sürətdən artıq sürətlə idarə edib qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olan Qanuni nümayəndə idarə etdiyi “VAZ 21901” markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun hərəkət zolağında toqquşaraq ehtiyatsızlıqdan öz avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs5 “qapalı kəllə beyin travması, baş beynin silkələnməsi, sol gözün ağlı qişasının qansızması ilə müşayiət olunan sol gözətrafı nahiyəsinin hematoması, sağ bazu sümüyünün böyük qabarının az yerinidəyişən dınığı, sağ əl barmaqlarının sıyrıqları” olmaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır, Zərərçəkmiş şəxs6 “açıq kəllə beyin travması, baş beyinin yüngül dərəcəli əzilməsi, alın sümüyünün hər iki səhfəsinin sağ orbita sümüyünün medial divarına keçən xətti sınığı, sol konyuktivanın qansızması ilə müşayiət olunan sol üst göz qapağının və burunüstü nahiyələrinin əzilmiş yaraları, başın alın, sağ said hər iki diz oynağı nahiyələrinin sıyrıqları” olmaqla ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır, Zərərçəkmiş şəxs3 "çənə sümüyünün yerdəyişmiş sınığı, sol bud sümüyünün orta 1/3 qapalı, çox qəlpəli, yerdəyişən sınığı, sağ İ qabırğa qövsündə yerdəyişməyən sınığı, iki tərəfli travmatik pnevmatoraks, l bel fəqərəsinin kompression sınığı, sağ yanaq və sol bazu oynağı nahiyələrinin əzilmiş yaraları” olmaqla ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır, Zərərçəkmiş şəxs2 “baş beyin ödemi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sağ təpə - ənsə sümüklərinin xətti sınıqları, dalağın travmatik cırılması, sağdan İV-V-Vİ, soldan ll-İİİ qabırğaların sınıqları, baş nahiyəsinin əzilmiş yaraları, bədən səthinin qançır, sıyrıqları” olmaqla ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır, VAZ 21901 markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Qanuni nümayəndə “nazik bağırsağın müsaqirəsinin cırılması, daxili qanaxma, sağ bud sümüyünün orta və yuxarı 1/3-nin, diz qapağının, qapalı, qəlpəli, yerdəyişən sınığı, sağdan V-Vl-Vİİİ qabırğaların, soldan Xİ qabırğanın sınıqları, C7 (7-ci boyun) fəqərəsinin sağ yan çıxıntısının yerdəyişməyən sınığı, çənənin sağ mental və sol oynaq çıxıntısının yerdəyişən sınığı” olmaqla ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır, sonuncu avtomobildə olan sərnişin, Zərərçəkmiş şəxs7 “splenektomiya (dalağın çıxarılması), sol bud sümüyünün yuxarı 1/3-nin qapalı və aşağı 1/3-nin açıq, qəlpəli yerdəyişən sınıqları” olmaqla ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır, Zərərçəkmiş şəxs1 “baş beyin ödemi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma, başın sağ təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağdan lll-İV-V-Vİ-Vİİ, soldan l-İİ-lll-İV-V-Vİ-Vİİ qabırğaların sınıqları, sol körpücük, sol bazu, sol bud, sağ baldır və sağ pəncə sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, sol baldır sümüyünün açıq, yerdəyişmiş sınığı, başın təpə və sağ gözaltı nahiyələrinin əzilmiş yaraları, hər iki gözətrafı, burunüstü, çənə, hər iki bazu, sağ bud – çanaq, hər iki bud və hər iki baldır nahiyələrinin qançırları” olmaqla dərəcəsinə görə ümumilikdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs5 sağlamlığına az ağır, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3, Qanuni nümayəndə, Zərərçəkmiş şəxs7 sağlamlıqlarına ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs2 sağ təpə – ənsə sümüklərinin xətti sınıqları, baş beyin ödemi, baş beyin toxumasına onun mədəciklərinə və qişaları altına qansızması və dalağın travmatik cırılması nəticəsində baş vermiş daxili qanaxma, hemorragik şokdan və Zərərçəkmiş şəxs1 başın sağ təpə sümüyünün kəllə əsasına keçən xətti sınıqları nəticəsində baş beyin ödemi, baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma xəsarətlərindən ölümünə səbəb olmuşdur.

Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:

3. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, 23 aprel 2025-ci il tarixdə saat 17:59-da Daxili işlər Nazirliyinin “102” xidmətindən daxil olmuş məlumata əsasən, hadisə şahidi Beyrək Cəbiyev zəng edərək Lökbatan qəsəbəsindən Puta qəsəbə istiqamətində dəmir yol xəttini keçdikdən sonra “iki su arası” deyilən ərazidə yol nəqliyyat hadisəsinin baş verməsi və 5 nəfərin xəsarət almasını bildirmişdir. Həmin gün KTM-dən və 15 saylı TTYS-dan yol-nəqliyyat hadisəsi zamanı Korgöz qəsəbəsi sakini 1978-ci il təvəllüdlü Qanuni nümayəndə idara etdiyi “Lada” markalı **-VM-*** nişanlı avtomaşınla Qızıldaş qəsəbəsi sakini 2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai” markalı **-CY-*** nişanlı avtomaşınların toqquşması nəticəsində “Hyundai” markalı avtomaşında sərnişin Qızıldaş qəsəbəsi sakini 1992-ci il təvəllüdlü X3 və “Lada” markalı avtomaşında sərnişin olan Qızıldaş qəsəbəsi sakini 1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 aldıqları bədən xəsarətlərindən hadisə yerində ölmüş, hər iki sürücü və avtomaşınlarda olan digər sərnişinlər Qızıldaş qəsəbəsi sakinləri 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs3, 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs5 Azər oğlu, Korgöz qəsəbəsi sakini 2009-cü il təvəllüdlü Zərərçəkmiş şəxs7 və Qızıldaş qəsəbəsi sakini 2007-ci il təvəllüdlü X6 müxtəlif növ bədən xəsarətləri alaraq KTM-yə yerləşdirilmişdir. (Cild 1, iş vərəqi 3)

4. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokol və protokola əlavə edilmiş foto cədvəl və sxemdən görünür ki, hadisə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Puta yolu istiqamətində baş vermişdir. Yol asfalt-beton örtüklü, quru və düz olmaqla 7 metr enliyindədir. Hadisə baş verən yolun hərəkət zolaqlarının sayı 2, işlək hissəsinin eni 7 metrdir və işlək hissədə qarşı-qarşıya nəqliyyat axınını 1,5 üfüqi nişanlanma xətləri bölmüş, hər iki istiqamət bir zolaqlıdır. İşlək hissəyə sağdan 3,5 metr, soldan 1,5 metr enində torpaqlı ehtiyyat hissə, sağ və sol tərəfdən göl birləşir. Yol nişanları üfüqi nişanlanma xətləri ilə tənzimlənmişdir. “Lada” markalı avtomobil yolun sağ kənarında torpaqlı ehtiyyat hissədə üzü yol istiqamətində asfalt hissədən 0,5 metr məsafədə, “Hyundai Elantra” markalı avtomobil isə yolun sağ kənarında torpaqlı ehtiyyat hissədə üzü asfalt yol istiqamətində asfalt hissədən 2 metr məsafədə aşkar olunmuşdur. Hadisə yerindən paltar parçaları, qanabənzər iz, beyin maddəsi, sürütləmə və sair izləri götürülməmişdir. Hadisə yerində şinlərin izi və tormoz izi aşkarlanmamışdır. Nəqliyyat vasitələrində yolun sağ asfalt hissəsindən 0,8 metr məsafədə yağ və su mayeləri, avtomobillərin qabaq ön hissəsinin sınmış detalları aşkarlanmış, nəqliyyat vasitələrinin ətrafdakı əşyalara toxunma izləri aşkar olunmamışdır. Hadisə yerində vəfat etmiş avtomaşınların qabaq sərnişinlərindən “Hyundai” markalı avtomobilin sərnişini yolun asfalt hissəsindən 2 metr torpaqlı ehtiyyat hissədə baş nahiyəsi Lökbatan istiqamətində yola paralel kürəyi üstə uzanılmış vəziyyətdə, “Lada” markalı avtomobilin sərnişini yolda 0,8 metr torpaqlı ehtiyyat hissədə baş nahiyyəsi Puta istiqamətində yola paralel kürəyi üstə uzanılmış vəziyyətdə aşkar olunmuşdur. (Cild 1, iş vərəqi 4-14)

5. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X9 Məhkəmə-kimya şöbəsinin xx.xx.2025-ci il tarixli, 1580/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri aşkar edilməmiş, məhkəmə-kimya şöbəsinə tədqiqatın aparılması üçün göndərilən qan nümunəsinin miqdarının az olması səbəbindən narkotik və digər maddələrin təyinatını aparmaq mümkün olmamışdır. (Cild 1, iş vərəqi 33-34)

6. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X9 Məhkəmə-kimya şöbəsinin xx.xx.2025-ci il tarixli, 1581/K nömrəli ekspert rəyindən görünür ki, Qanuni nümayəndə götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri aşkar edilməmiş, məhkəmə-kimya şöbəsinə tədqiqatın aparılması üçün göndərilən qan nümunəsinin miqdarının az olması səbəbindən narkotik və digər maddələrin təyinatını aparmaq mümkün olmamışdır. (Cild 1, iş vərəqi 36-37)

7. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-101214/2025 məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Qanuni nümayəndə adında xx.xx.2013-cü il tarixdən "Vaz 21901" markalı **-VM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Etibarnamə ilə Qanuni nümayəndə oğulunun istifadəsinə nəqliyyat vasitəsinin verilməsi barədə Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. (Cild 1, iş vərəqi 47-48)

8. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-101226/2025 məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. Lakin, X7 məxsus “Hyundai Elantra” markalı **- CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2025-ci il tarixdən xx.xx.2033-cü il tarixədək Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. (Cild 1, iş vərəqi 48-49)

9. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X9 xx.xx.2025-ci il tarixli, 34 nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 məhkəmə-tibb ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – baş beyin ödemi, baş beyin toxunmasına, onun mədəciklərinə ve qişalarıaltına qansızma, başın sağ təpə – ənsə sümüklərinin xətti sınıqları, dalağın travmatik cırılması, sağdan İV-V-Vİ, soldan İl-llİ qabırğaların sınıqları, baş nahiyəsinin əzilmiş yaraları, bədən səthinin qançır, sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən əvvəl törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər və bu da canlı şəxslərdə dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs2 ölümünə səbəb sağ təpə – ənsə sümüklərinin xətti sınıqları, baş beyin ödemi, baş beyin toxumasına onun mədəciklərinə və qişalarıaltına qansızması və dalağın travmatik cırılması nəticəsində baş vermiş daxili qanaxma, hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs2 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (xx.xx.2025-ci il tarixdə saat 20:30-da) 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti ve narkotik maddələr aşkar edilməmișdir. (Cild 1, iş vərəqi 60-64)

10. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X9 xx.xx.2025-ci il tarixli, 34 nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər – baş beyin ödemi, baş beyin toxumasına onun mədəciklərinə və qişalarıaltına qansızma, başın sağ təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı, sağdan İ-İV-V-Vİ-Vİİ, soldan İ-İİ-İİİ-İV-V-Vİ-Vİİ qabırğaların sınıqları, sol körpücük, sol bazu, sol bud, sağ baldır və sağ pəncə sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sol baldır sümüyünün açıq, yerdəyişmiş sınığı, başın təpə və sağ gözaltı nahiyələrinin əzilmiş yaraları, hər iki gözətrafı, burunüstü, çənə, hər iki bazu, sağ bud – çanaq, hər iki bud və hər iki baldır nahiyələrinin qançırları. Göstərilən xəsarətlər həyati olub qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb başın sağ təpə sümüyünün kəllə əsasına keçən xətti sınıqları nəticəsində baş beyin ödemi, baş beyin toxumasına, onun mədəciklərinə və qişalarıaltına qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2025-ci ildə, saat 22:00-da) 4-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (Cild 1, iş vərəqi 66-71)

11. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-106539/2025 saylı məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Qanuni nümayəndə xx.xx.2025-ci il tarixdə (xx.xx.2015-ci il tarixədək etibarlı olan) AC 523536 nömrəli BC kateqoriyalı sürücülük vəsiqələri verilmiş və onların sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. (Cild 1, iş vərəqi 72)

12. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X20 İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-13-16/2-106537/2025 saylı məktubundan görünür ki, Daxili İşlər Nazirliyinin Baş X19 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə (xx.xx.2033-cü il tarixədək etibarlı olan) sürücülük vəsiqələri verilmiş və onların sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. (Cild 1, iş vərəqə 73)

13. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli AZ-İİ 506573 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə baş beyin diffuz travması səbəbindən ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 265 № ilə qeyd edilmişdir. (Cild 1, iş vərəqə 74)

14. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varisi qismində tanınması” haqqında qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində, X8 mərhum Zərərçəkmiş şəxs2 hüquqi varisi qismində tanınmışdır. (Cild 1, iş vərəqi 77)

15. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli AZ-İİ 506761 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə baş beyin diffuz travması səbəbindən ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 277 № ilə qeyd edilmişdir. (Cild 1, iş vərəqə 83)

16. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Zərərçəkmiş şəxsin yaxın qohumunun hüquqi varisi qismində tanınması” haqqında qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs, X1, mərhum Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində tanınmışdır. (Cild 1, iş vərəqi 85)

17. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 91)

18. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Qanuni nümayəndə əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqi 92)

19. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X9 xx.xx.2025-ci il tarixli, 32/244 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, baş beynin silkələnməsi, sol gözün ağlı qişasının qansızması ilə müşahidə olunan sol gözətrafı nahiyəsinin hematoması, sağ bazu sümüyünün böyük qabarının az yerinidəyişən sınığı, sağ əl barmaqlarının sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X13 müraciət etdiyi xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına az ağır zərərvurmaya aid edilir. (Cild 1, iş vərəqi 127-129)

20. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X9 xx.xx.2025-ci il tarixli, 33/255 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs6 məhkəmə-tibbi ekspertizasi zamanı aşkar edilmiş xəsarətlər – açıq kəllə beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi, alın sümüyünün hər iki səhfəsinin sağ orbita sümüyünün medial divarına keçən xətti sınığı, sol konyuktivanın qansızması ilə müşayiət olunan sol üst göz qapağının və burunüstü sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X13 müraciət etdiyi xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya aid edilir. (Cild 1, iş vərəqi 130-133)

21. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X9 xx.xx.2025-ci il tarixli, 34/410 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 Toğrul oğlunun məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – çənə sümüyünün yerdəyişmiş sınığı, sol bud sümüyünün orta 1/3 qapalı çox qəlpəli, yerdəyişən sınığı, sağ İ qabırğa qövsündə yerdəyişməyən sınığı, iki tərəfli travmatik pnevmatoraks, İ bel fəqərəsinin kompression sınığı, sağ yanaq və sol bazu oynağı nahiyələrinin əzilmiş yaraları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, onun tibbi yardım üçün X13 müraciət etdiyi xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. (Cild 1, iş vərəqi 134-137)

22. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X9 xx.xx.2025-ci il tarixli, 604 nömrəli ekspert rəyindən görünür ki, Qanuni nümayəndə məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – nazik bağırsağın müsariqəsinin cırılması, daxili qanaxma, sağ bud sümüyünün orta və yuxarı 1/3-nin, diz qapağının qapalı, qəlpəli, yerdəyişən sınığı, sağdan V-Vİİ-Vİİl qabırğaların, soldan Xİ qabırğanın sınıqları, C7 (7-ci boyun) fəqərəsinin sağ yan çıxıntısının yerdəyişməyən sınığı, çənənin sağ mental ve sol oynaq çıxıntısının yerdəyişən sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, onun tibbi yardım üçün X13 müraciət etdiyi xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənməsi mümkündür və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. (Cild 1, iş vərəqi 139-141)

23. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X9 xx.xx.2025-ci il tarixli, 605 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs7 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – splenektomiya (dalağın çıxarılması), sol bud sümüyünün yuxarı 1/3-nin qapalı və aşağı 1/3-nin açıq, qəlpəli yerdəyişən sınıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X13 müraciət etdiyi xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənməsi mümkündür və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərərvurmaya aid edilir. (Cild 1, iş vərəqi 143-145)

24. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi” X9 xx.xx.2025-ci il tarixli, 640 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər – alt və üst dodağın, ağız boşluğunun açıq yaraları, soldan 6-7-ci qabırğaların yerdəyişmiş sınıqları, sağ sirkə kasasının arxa divarının yerdəyişən, qəlpəli sınığı, sağ bud sümüyünün çıxığı, sağ diz qapağının qapalı, qəlpəli, yerdəyişən sınığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X13 müraciət etdiyi xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənməsi mümkündür və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. (Cild 1, iş vərəqi 148-150)

25. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2025-ci il tarixli, 2756 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisə baş verən vaxt öz əməlinin faktiki xarakterini va ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən səxs qismində keçdiyi halda baş vermiş hadisə barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçib, ona-rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. S.RSultanlıda hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs iş üzrə təqsirləndirilən şəxs qismində keçdiyi halda əməli Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükəli hesab edilmir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətinə malikdir. Onda yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyillilik müəyyən edilmir. (Cild 1, iş vərəqi 151-153)

26. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X9 xx.xx.2025-ci il tarixli, 2757 nömrəli ekspert rəyindən görünür ki, Qanuni nümayəndə baş verən hadisə zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlrı idarə etmək iqtidarında olmuşdur. Qanuni nümayəndə hal-hazırda öz hərəkətlərini ölçüb-biçib ona rəhbərlik etmək iqtidarındadır. Qanuni nümayəndə xroniki psixi xəstəlik, psixi fəaliyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Qanuni nümayəndə hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Qanuni nümayəndə psixi vəziyyətinə görə özünə və ətrafdakılara qarşı təhlükəli hesab edilmir. Qanuni nümayəndə hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətinə malikdir. Onda yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyillilik müəyyən edilmir. (Cild 1, iş vərəqi 154-156)

27. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi” haqqında qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs7 qanuni nümayəndəsi qismində atası Qanuni nümayəndə təyin edilsin, hüquq və vəzifələri izah edilmişdir. (Cild 1, iş vərəqi 165)

28. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs7 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 168)

29. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 175)

30. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs5 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 182)

31. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli “Zərərçəkmiş şəxs qismində tanınmaq” haqqında qərardan görünür ki, həmin tarixdə Zərərçəkmiş şəxs6 zərərçəkmiş şəxs qismində tanınmışdır. (Cild 1, iş vərəqi 189)

32. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertizası Mərkəzi” X9 xx.xx.2025-ci il tarixli, 8/2023 nömrəli ekspert rəyindən görünür ki, “VAZ 21901” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Qanuni nümayəndə hadisənin qarşısını almağa texniki imkanı olmamış, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. “Hyundai Elantra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Sultanİı Sultan Rafayel oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yoİ hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. (Cild 1, iş vərəqi 205-206)

33. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, “Hyundai” markalı və “VAZ 21901” markalı avtomobilin maddi sübut kimi tanınaraq hadisədən sonra istifadəyə yararsız olduğundan Qaradağ Rayon Polis İdarəsinin dayanacağında saxlanılmasının nəzərə alınması qərara alınmışdır. (Cild 1, iş vərəqi 226-237)

34. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. (Cild 1, iş vərəqə 239-240)

35. Məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş xx.xx.2025-ci il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (Cild 1, iş vərəqə 270-271)

36. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 23 aprel 2025-ci il tarixdə hadisə baş verdikdən sonra Amil Rüstəmova zəng gəldikdə o, dərhal hadisə yerinə yollanaraq qardaşını qanlar içərisində görmüşdür. Eşitdiklərinə görə Təqsirləndirilən şəxs avtomobili hədsiz dərəcədə sürətli sürmüşdür. Qardaşının sərnişin olduğu avtomobil hədsiz dərəcədə pis vəziyyətdə, yəni tamamilə əzilmiş şəkildə olmuşdur. Qardaşı dəfələrlə Təqsirləndirilən şəxs avtomobili yavaş sürməsi ilə bağlı xahiş etsə də, sonuncu dinləməyib. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 həmçinin bildirmişdir ki, o, şikayətçidir. Barışıq üçün nə Təqsirləndirilən şəxs, nə də sonuncunun ailəsi onların qapısına gəlməmiş, bir dəfə belə olsun Təqsirləndirilən şəxs onun qardaşının 2 uşağı ilə maraqlanmamışdır. Təqsirləndirilən şəxs və sonuncunun ailəsi bir dəfə onların evinə gəlmişlər.

37. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, hadisə zamanı Təqsirləndirilən şəxs məxsus olan “Hyundai Elantra” markalı avtomobildə olmuşdur. Hadisədən əvvəl ötən gecə toyda olduğuna görə spirtli içki qəbul etdiyi üçün hadisə günü evə qayıtmaq məqsədilə Təqsirləndirilən şəxs xahiş etmişdir. Yuxulu və hələ də tam ayıq olmadığına görə avtomobilə əyləşdikdən bir neçə dəqiqə sonra yatmışdır. Lakin yatmamışdan əvvəl Təqsirləndirilən şəxs avtomobili çox sürətli sürdüyünə görə sonuncudan yavaş sürməyi barədə xahiş etmişdir. O, səhəri gün isə gözünü xəstəxanada açmışdır. O, başqa heç nə xatırlamamır. Zərərçəkmiş şəxs3 həmçinin bildirmişdir ki, o, Təqsirləndirilən şəxs avtomobili hansı sürətdə sürdüyünü bilmir. Özü yatdığı üçün Hacıalının Sultana avtomobili yavaş sürməsi ilə bağlı xahiş edib-etmədiyini eşitməmişdir, lakin o, yatmamışdan qabaq Sultandan avtomobili yavaş sürməsini tələb etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. O, Sultanla barışmamışdır, lakin o, Təqsirləndirilən şəxs şikayətçi deyil.

38. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, hadisə günü özünə paltar almaq məqsədilə getdiyi “Sədərək” Ticarət Mərkəzindən geri qayıdan zaman Təqsirləndirilən şəxs avtomobilini görüb əyləşmişdir. Əlavə olaraq avtomobildə 3 şəxs də olmuşdur. O, zədəni baş-beyin nahiyəsindən aldığı üçün heç nə xatırlamır. Lakin kiminsə “avtomobili yavaş sür” dediyini eşitməmişdir. Zərərçəkmiş şəxs6 həmçinin bildirmişdir ki, hadisə axşamüstü baş vermiş, o, gözünü açan zaman asfaltda uzanmış vəziyyətdə olmuşdur. Ona dəymiş ziyan ödənilməmişdir. O, Sultanla barışmamışdır, lakin o, Təqsirləndirilən şəxs şikayətçi deyil.

39. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, hadisə zamanı baş-beyin silkələnməsi ilə zədələndiyi üçün heç nəyi xatırlamır. Zərərçəkmiş şəxs5 həmçinin bildirmişdir ki, hadisə zamanı sürücünün arxasında, Həsən və Tural da onunla birlikdə əyləşmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. O, Sultanla barışmamışdır, lakin o, Təqsirləndirilən şəxs şikayətçi deyil.

40. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, istifadəsində olan “Lada Granta” markalı avtomobillə Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olduğu vaxt Təqsirləndirilən şəxs yüksək sürətlə avtomobilinin qarşısına çıxması ilə toqquşma baş vermişdir. Zərərçəkmiş şəxs Qanuni nümayəndə həmçinin bildirmişdir ki, Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan zaman ön oturacaqda arvadı Zərərçəkmiş şəxs1, arxa oturacaqda isə oğlu Zərərçəkmiş şəxs7 əyləşmişdir. Avtomobillərin toqquşması nəticəsində huşunu itirmiş, o, özünə gələndə arvadı Zərərçəkmiş şəxs1 vəfat etdiyini, oğlu Zərərçəkmiş şəxs7 isə yanında uzandığını görmüşdür. Təcili tibbi yardım gəlməmişdir. Barışıq üçün əlaqə saxlanılsa da, danışıqlar onu qane etməmişdir və o, şikayətçidir. Çiyin nahiyəsindən zədə almış və bağırsaqları partlamışdır.

41. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, qəza hadisəsinin baş verdiyi gün atası Qanuni nümayəndə və anası Zərərçəkmiş şəxs1 ilə birlikdə alış-veriş etməyə yollanmışlar. Zərərçəkmiş şəxs7 həmçinin bildirmişdir ki, hadisə zamanı sol ayağı sınmış, hazırda müalicə almaqdadır. İbtidai istintaqa verdiyi ifadəni təsdiq etmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmamışdır və şikayətçidir.

42. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, hadisənin baş verdiyi gün dərsdə olduğu zaman anası Zərərçəkmiş şəxs1 atası Qanuni nümayəndə və qardaşısı Zərərçəkmiş şəxs7la birlikdə alış-verişə gedəcəklərini bildirmişdir. Qəzanın baş verməsini qonşusundan öyrəndikdən sonra taksi ilə hadisə yerinə getmək istədikdə bibisi gözləməyini və gəlib onu da götürəcəklərini desə də, anası Vəsfiyyə Məlikovun vəfat etməsini ona bildirməmişdir. 1 saylı Şəhər Kliniki Xəstəxanasına getdikdə atası Qanuni nümayəndə və qardaşı Zərərçəkmiş şəxs7 vəziyyətini eşidib huşunu itirmişdir. Ayıldıqdan sonra anası Zərərçəkmiş şəxs1 vəziyyətini öyrənib təkrar özündən getmişdir. Anası Zərərçəkmiş şəxs1 müəllim olmuş və ailəsinin maddi vəziyyətini sonuncu təmin etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X1 həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxs bir dəfə Qanuni nümayəndə yanına gəlsə də, Zərərçəkmiş şəxs7 yanına gəlməmişdir. Anası Zərərçəkmiş şəxs1 vəfatından sonra ailəsinə o baxır. O, həm ödənişli əsaslarla oxuyur, həm də iş tapmaqda çətinlik çəkir. Təqsirləndirilən şəxs ilə barışmamışdır və şikayətçidir.

Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü və məhkəmə istintaqı zamanı həmin dəlillərin araşdırılması nəticəsində toplanmış sübutlar aşağıdakılardır:

43. Təqsirləndirilən şəxs məhkəmə baxışında Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, hadisə günü “Sədərək” Ticarət Mərkəzində çalışdığı mağazadan çıxaraq Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən evinə getmək məqsədilə “Hyundai Elantra” markalı avtomobilinə əyləşmişdir. Yaxın ərazilərdə yaşadıqları üçün onunla birlikdə Həsən, Adəm, Tural və Hacıalı da avtomobilə əyləşmişlər. Lökbatan yolunda irəliləyən zaman ötmə əməliyyatını uğurla həyata keçirə biləcəyini hesab etdiyindən ötmə əməliyyatı etmək qərarına gəlmiş, lakin əks yolda olan zaman çatdıra bilmədiyini görüb avtomobili suya buraxmaq qərarına gəlmiş, amma bunu bacara bilmədiyinə görə qarşıdan gələn avtomobillə toqquşmuşdur. Təqsirləndirilən şəxs Rafael oğlu həmçinin bildirmişdir ki, idarə etdiyi avtomobilin sürəti 140 km/saat yox, 70 km/saat və ya 80 km/saat, qarşıdan gələn “Lada Granta” markalı avtomobillə arasında olan məsafə çox az olmuş, halbelə yolda qırıq-qırıq xətlər mövcud olduğundan, ötmə etmə əməliyyatının mümkünlüyünü hesab etmişdir. Hadisə zamanı özündə olmamış, səhəri gün xəstəxanada gözünü açmışdır. Hadisə 24 aprel 2025-ci il tarixdə baş vermiş və Hacıalı Rüstəmov ölmüşdür. Barışıq əldə olunması üçün çalışmaqdadır. Ötmə əməliyyatı etdiyi yolda sürət həddi 60 olmuşdur. O, taksi fəaliyyəti ilə məşğul olmur, sadəcə olaraq evə gedən zaman hamısı yaxın ərazidə yaşadıqlarına görə həmin şəxsləri də evə düşürmək məqsədilə avtomobilinə almışdır. Avtomobildə olan zaman avtomobili yeni aldığı üçün Tural ona avtomobili yavaş sürməyini söyləmişdir. O, avtomobili sürətli şəkildə sürməmişdir. Ailəsi bəzi zərərçəkmiş tərəflərin xərclərini qarşılayaraq maddi yardım göstərmişlər. O düşünür ki, həmin vaxt əyləcdən istifadə etdiyi halda, avtomobildəki hərkəs hadisə nəticəsində öləcək idi.

Hüquqi məsələlər:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:

44. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

45. Maddə 3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

46. Maddə 7.1. Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

47. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

48. Maddə 15.4. Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.

49. Maddə 26.3. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur.

50. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.

51. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

52. Maddə 43.3. Nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə cəza növü yalnız əlavə cəza kimi tətbiq edilir.

53. Maddə 45.1. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər.

54. Maddə 45.2. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.

55. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.

56. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.

57. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.

Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsi:

58. Maddə 15.4. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzanı nəqliyyat vasitəsini idarəetmə hüququnu verən orqan icra edir.

59. Maddə 154.3. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərir.

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:

60. Maddə 28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

61. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

62. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.

63. Maddə 125.8. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – Cinayət-Prosessual Məcəlləsi və ya CPM) tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.

64. Maddə 126.6. Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.

65. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.

66. Maddə 134.3. Cinayət barədə şifahi ərizənin qəbulu, təqsirini boynuna almaqla könüllü gəlmə, tutulma, şəxslərə hüquq və vəzifələrini izah etmə protokolları faktı təsdiq edən sübut növü kimi istifadə oluna bilər.

67. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

68. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.

69. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.

70. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1-197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.

71. Maddə 318.1. Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.

72. Maddə 347.1. Məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

73. Maddə 349. Məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır.

74. Maddə 351.2. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır.

75. Maddə 351.3.4. Məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir.

“Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Qanun:

76. Maddə 51.1.1. Ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq;

77. Maddə 64.1. Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarı:

78. Qərarın 17-ci bəndi. Məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yolhərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-in 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərərçəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsinə göstərilən digər şəxs zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-in 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.

79. Qərarın 21-ci bəndi. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yol nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-in 106.6.1-cı maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulduğunu, hüquqi varis qismində tanınmış digər şəxslərin isə bu hüquqa malik olmadıqlarını nəzərə alaraq, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi CM-in 59.1.12-ci maddəsində nəzərə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən CM-in 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Hüquqi varis qismində tanınmış digər şəxslərlə hər hansı razılığın əldə olunması isə təqsirləndirilən şəxs barəsində CM-in 60-cı maddəsinin tətbiq edilməsi üçün əsas ola bilməz.

80. Qərarın 22-ci bəndi. Məhkəmələr nəzərə almalıdırlar ki, CM-in 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.

81. Qərarın 23-cü bəndi. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra, yaxud məhkum şərti olaraq vaxtından əvvəl əsas cəzadan azad edilərsə və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza ilə əvəz edilərsə, hökmün surətini və nəqliyyat vasitəsini idarəetmə hüququ verən sənədi onun yaşadığı yerin icra məmuruna göndərir. (CİM-nin 154.3-cü maddəsi). İcra məmuru tərəfindən göstərilən sənədlər icra olunması üçün qəbul edildiyi vaxtdan şəxsə təyin olunmuş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə növündə əlavə cəza üçün müəyyən edilmiş müddətin axımı başlayır. Məhkəmənin hüquqi dəyərləndirməsi Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə həmin Məcəllənin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edibetməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir.

Məhkəmənin hüquqi dəyərləndirməsi:

82. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 23 aprel 2025-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu ərazisində Lökbatan qəsəbəsindən Puta qəsəbəsi istiqamətində “iki su arası” adlanan ərazidə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı) tələblərinə riayət etməklə, yəni ötməyə başlamazdan əvvəl qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boş olmaqla və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəyinə əmin olmaqla və “Maksimum sürətin məhdudlaşdırılması” qadağan nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 60 km/saat sürətdən artıq sürətlə idarə etməməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qanunun qeyd olunan tələblərini cinayətkarcasına etinasızlıq nəticəsində pozaraq həmin yolda ötməyə başlayaraq hərəkət üçün təhlükə yaradıb avtomobili 60 km/saat sürətdən artıq sürətlə idarə edib qarşıdan əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olan Qanuni nümayəndə idarə etdiyi “VAZ 21901” markalı **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə sonuncunun hərəkət zolağında toqquşmuş və nəticədə dörd nəfər şəxsin sağlamlığına ağır, bir şəxsin sağlamlığına az ağır xəsarət yetirmiş və iki nəfər şəxsin ölümünə səbəb olmuşdur.

83. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı öz təqsirini etiraf etmişdir.

84. Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən isə təqsirin etirafı yalnız digər sübutların məcmusu ilə təsdiq edildiyi halda ittihamın əsası kimi qəbul edilə bilər.

85. Məhkəmə müəyyən edir ki, təqsirləndirilən şəxsin əməlində cinayətin bütün tərkib əlamətləri mövcuddur. Belə ki, onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə iki şəxsin ölümü və dörd nəfər şəxsin sağlamlığına ağır, bir nəfər şəxsin sağlamlığına az ağır zərər vurulması arasında birbaşa səbəbli əlaqə mövcuddur. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edən şəxs kimi xüsusi subyektdir. Əməl ehtiyatsızlıqdan, cinayətkarcasına etinasızlıq formasında törədilmişdir, o, ictimai təhlükəli nəticələrin baş verə biləcəyini qabaqcadan görməli və görə biləcəyi halda, kifayət qədər əsas olmadan bu nəticələrin qarşısını alacağını güman etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu Təqsirləndirilən şəxs təqsirini tam təsdiq edir və onun etirafı digər sübutlarla uzlaşır.

86. Məhkəmə məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını, habelə məhkəmə istintaqında tədqiq edilmiş sübutlar məcmusunun həcminin sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyini qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir. Onun əməli başa çatmış cinayətdir, habelə onun törətmiş olduğu cinayət əməli cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir və təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

87. Məhkəmə kollegiyası CM-in 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini və cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsinə cəhd göstərilməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, müdafiə tərəfinin təqdim etdiyi sənədlərə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində təqsirləndirilən şəxs də bədən xəsarəti aldığından, iki dəfə cərrahi əməliyyat olunduğunu və tibbi sənədlərə əsasən hazırda da əlavə müalicəyə ehtiyacın mövcudluğunu Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır.

88. Məhkəmə istintaqı zamanı CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir.

89. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir.

90. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır.

91. İş materiallarına əlavə edilmiş tibbi arayış baş vermiş yol-nəqliyyat hadisəsinin birbaşa nəticəsi kimi Təqsirləndirilən şəxs qəza nəticəsində xəsarət almasını və uzunmüddətli müalicə keçməsini təsdiq edir. Bununla belə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin özü də xəsarət alması onun əməlində cinayətin tərkibinin mövcudluğunu aradan qaldırmır və əmələ hüquqi qiymət verilməsinə təsir göstərmir. Eyni zamanda, məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində sağlamlığına zərər gəlməsi, müalicə və cərrahi əməliyyata ehtiyacının olması onun məsuliyyətini istisna etməsə də, cəzanın fərdiləşdirilməsi zamanı nəzərə alına biləcək hallardan biri kimi qiymətləndirilə bilər.

92. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəza nəticəsində xəsarət alması və tibbi müdaxilələrə məruz qalması onun təqsirini aradan qaldırmır, lakin cəzanın təyin olunması mərhələsində nəzərə alınmalı olan faktiki haldır.

93. Məhkəmə yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsi hüququndan məhrum etmə əlavə cəzası və azadlıqdan məhrum etmə növündə əsas cəzasının hüdudları daxilində cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.

94. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş “Başqa yerə getməmək iltizam” qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir.

95. CM-in 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasının çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir.

96. Təqsirləndirilən şəxs təyin edilmiş əlavə cəza qismində nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə ona təyin edilmiş əlavə cəza müddətinə şamil edilməli və cəzasının icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X19 idarəsinə həvalə edilməlidir.

97. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/2023 nömrəli ekspert rəyinə əsasən, 128 (bir yüz iyirmi səkkiz) məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.

98. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmaqla Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin dayanacağında saxlanılan “Hyundai Elantra” markalı, **- CY-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə, “VAZ 21901” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Qanuni nümayəndə təhvil verilməlidir.

99. İş üzrə mülki iddia, üzərinə həbs qoyulmuş əmlak yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.

100. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin və onun barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbs edilsin və o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında göndərilsin. Təqsirləndirilən şəxs aparılması və müşayiəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Konvoy taboruna həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 19 fevral 2026-cı il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin dayanacağında saxlanılan “Hyundai Elantra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə, “VAZ 21901” markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Qanuni nümayəndə təhvil verilsin. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən hakim Fərid Namazov Hakimlər Telman Hüseynov Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar