Məhkəmə qərarları › İş №1(101)-2008/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2008/2022

15.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2008/2022 15.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Mahmudov İlham Ağa oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4, Azərbaycan-rus dilləri üzrə tərcüməçi X1 iştirakı ilə, xx xxxxxx 1982-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan, faktiki ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci, 234.4.1-ci və 234.4.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda, yerdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 2,514 qram təşkil edən narkotik vasitə olan heroini və külli miqdarda - təmiz çəkisi 2,679 qram təşkil edən psixotrop maddə olan metamfetamini 01 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında gizlədilmiş yerdən götürüb qanunsuz olaraq əldə etməklə həmin narkotik vasitə və psixotrop maddələri bir ədəd qara rəngli plastik qabın içərisində qablaşdırıb üzərində saxlamaqla daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında həmin idarənin əməkdaşları tərəfindən 02 sentyabr 2022-ci il tarixdə saat 13:30 dəqiqədə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq qeyd edilən idarəyə dəvət edilmiş, orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarın sol yan cibindən içərisində heroin və metamfetamin izləri olan bir ədəd qara rəngli plastik qabın içərisində satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı üç ədəd sellofan bükümlərdə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,834 qram, 0,796 qram və 0,884 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar - 2,514 qram təşkil edən kustar üsulla hazırlamış narkotik vasitə heroin və yeddi ədəd sellofan bükümlərdə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 0,312 qram, 0,293 qram, 0,680 qram, 0,384 qram, 0,366 qram, 0,380 qram və 0,264 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar - 2,679 qram təşkil edən kustar üsulla hazırlamış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə deyil, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımaqda təqsirli bilərək göstərdi ki, əvvəllər də narkotik vasitələrdən istifadə etmiş, 2020-ci ildə isə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilmiş, ona cəza təyin olunmuş, cəzasını çəkib başa çatdırmışdır. Cəza çəkdiyi müddətdə və cəzanı çəkib qurtardığı ilk vaxtlarda bu vərdişi tərgidə bilsə də təxminən bir il əvvəldən başlayaraq yenə “kakos” və “şüşə” adlandırılan maddələrdən - heroin və metamfetamindən yandırıb tüstüsünü nəfəsinə çəkməklə qəbul etməyə başlamışdır. Şəxsi istehlak üçün bu maddələri tanımadığı müxtəlif şəxslərdən əldə etmişdir. Sonradan özü kimi narkotik vasitə aludəçilərindən öyrənmişdir ki, internetdə - sosial şəbəkələrdə heroin və metamfetamin satışının həyata keçirildiyi xüsusi səhifələr var və satıcıların əsasən iranlılar olduğu deyilən həmin səhifələr vasitəsilə bu maddələri daha ucuz qiymətə, həm də təhlükəsiz şəkildə, pulunu terminallarda ödəməklə əldə etmək mümkündür. Ona görə belə səhifələrdən istifadə etməklə “kakos” və “şüşə” almağa başlamışdır. Tutulmazdan təxminən 2 ay əvvəldən belə səhifələrdən birində özünü yazışmalarda “Behbud” adı ilə təqdim edən və İran İslam Respublikasının vətəndaşı olduğunu bildirən “kakos” və “şüşə” satan daha bir şəxslə tanış olmuşdur. Bu şəxsdən cəmi iki dəfə “kakos” və “şüşə” almışdır. Bunun birincisi tutulmazdan bir qədər əvvəl olmuş, aldığı “kakos” və “şüşə”ni istifadə edib bitirdikdən sonra yenidən Behbuda müraciət etmiş və sonuncu dəfə, yəni Behbuddan ikinci dəfə “kakos” və “şüşə” aldıqdan sonra tutulmuşdur. Belə ki, tanışlıqdan sonra ona öz istifadəsi üçün “kakos” və “şüşə” lazım olanda Behbudla yazışmış, sonuncunun göndərdiyi elektron hesab nömrəsinə pul ödəməklə bu maddələrdən alıb istifadə etmişdir. Ötən müddət ərzində bu qaydada Behbuddan qeyd etdiyi kimi bir dəfə “kakos” və “şüşə” alıb istifadə etmişdir. Əslində digər satanlar da Behbudla olduğu qaydada etmişlər. Hər dəfə ödəniş etdikdən sonra qəbzin şəklini çəkib satan şəxsə göndərmiş, qəbzi göndərəndən çox az sonra - ola bilsin ki, yarım saat, ən uzağı bir saat ərzində “kakos” və ya “şüşə”nin qoyulduğu yer barədə ona «konum», həm də qoyulan yerin izahlı şəkli göndərilmiş, o da heç bir şəxslə ünsiyyətdə olmadan gedib həmin “kakos” və ya “şüşə”ni götürüb apararaq istifadə etmişdir. Narkotik istifadəçiləri arasında “zakladka” üsulu kimi deyilən “kakos” və ya “şüşə”nin qoyulduğu yerlər hər dəfə fərqli olmuşdur. Sifariş etdiyi və pulunu qabaqcadan ödədiyi “kakos” və “şüşə” əvvəllər o cümlədən Sumqayıt ərazisinə, Saray qəsəbəsinin ərazisinə də qoyulmuş, o da gedib həmin yerlərdən götürərək istifadə etmişdir. Amma Behbud bundan əvvəlki “kakos” və “şüşə”ni də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisinə qoydurmuşdur. Belə başa düşmüşdür ki, Behbud deyəsən elə Suraxanı ərazisində «işləyir», yəni “kakos” və “şüşə” satdığı şəxslər üçün bu maddələri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisinə qoydurur. Şəxsən özü heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, bu məqsədlə heç kimlə əlbir olmamış, belə maddələri pay kimi heç kimdən əldə etməmiş, yaxud kiməsə pay kimi verməmişdir. Həm sonuncu dəfə, həm də əvvəllər aldığı narkotik vasitənin və psixotrop maddənin xaricdən, o cümlədən İran İslam Respublikasından gətirilib-gətirilmədiyi barədə heç bir məlumatı olmamışdır. Behbud kimi dediyi, təmiz Azərbaycan dilində danışan şəxsin özünün də İran vətəndaşı olub-olmaması barədə dəqiq məlumatı yoxdur. Sonuncu dəfə Behbuddan “kakos” və “şüşə”ni tutulmazdan bir gün əvvəl – 01 sentyabr 2022-ci il tarixdə almışdır. Belə ki, həmin gün Behbudla danışıb hərəsindən 3 qram olmaqla “kakos” və “şüşə” istədiyini bildirib pulunu sonuncunun dediyi hesaba yükləmişdir. Pulu yükləyib qəbzin də şəklini göndərəndən təxminən 1 saat sonra Behbud onunla əlaqə saxlayıb dediyi miqdarda, yəni 3 qram “kakos”u və 3 qram “şüşə”ni “zakladka” yolu ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında qoydurduğunu bildirmiş, həmin yerin şəklini və dəqiq koordinatlarını – «konumu» ona atmış, o da gedib deyilən yeri taparaq həmin maddələri oradan götürmüşdür. “Kakos” və “şüşə”ni evdə heç vaxt gizlətmədiyindən və həmişə paltarında gizlədib saxladığından bu dəfə də onları üzərində saxlamışdır. “Kakos” və “şüşə”ni istifadə edərkən birdəfəlik dozalara ayırmaq üçün tərəzi lazım olmuş, amma evdə ailə üzvləri tərəzidən şübhələnə biləcəklərindən, həm də çəkilərə ayırmaq üçün evdə kiminsə görə bilməyəcəyi bir yer olmadığından bunun əlavə problem yarada biləcəyindən ehtiyat etdiyi üçün Behbudla danışanda atdırdığı “kakos” və “şüşə”ni dozalara bölünmüş şəkildə qoydurmasını xahiş etmişdir. Bu təkcə axırıncı dəfə olmamış, əvvəllər də həmişə bükümlərə ayrılmış şəkildə əldə etmişdir. Həm də eşitdiyinə görə “kakos” və “şüşə” satanların özlərinə də bükümlərlə satmaq daha sərfəli olur, çünki bükümlərin sellofanları da faktiki olaraq çəkiyə hesablanır. Bu qaydada aldığı, hərəsindən 3 qram olduğunu bildiyi həmin “kakos” və “şüşə” onun cəmi 4-5 günlük tələbatı üçün bəs etməli idi. Çünki, son aylarda ağrıları daha da kəskinləşdiyi üçün təkcə bir gün ərzində qəbul etdiyi doza 1,5-2 qram arası dəyişmişdir. 02 sentyabr 2022-ci il tarixdə o, ünvan 3 ünvanın yaxınlığında olan zaman ona mülki geyimli şəxslər yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin işçiləri olduqlarını bildirmişlər və ondan özünü təqdim etməsini xahiş etmişlər. Özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqlarını deyib onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. O, etiraz etməmiş və onlar deyilən idarəyə çatanda dövlət hesabına vəkillə və rus dilində təhsil aldığına görə rus dili tərcüməçi ilə təmin olunmuş və bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, o da buna etiraz etməmişdir. Beləliklə, onu saxlayan polis əməkdaşlarının, dəvət edilmiş vəkilin və tərcüməçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş və üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. O da həmin vaxt masaya yaxınlaşıb üzərində şəxsi istifadəsi üçün aldığı “kakos” və “şüşə”olduğunu bildirib üstündə olan bütün əşyaları, konkret olaraq isə əynində olan şalvarın sol yan cibindən bir ədəd qara rəngli plastik qabın içərisində saxladığı, bir gün əvvəl aldığı ümumilikdə 10 ədəd bükümlərdə olan “kakos” və “şüşə”ni, şalvarın arxa sol cibindən mobil telefonu, şalvarın arxa sağ cibindən isə 5 manat nağd pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Pulu və siqareti özünə qaytarılmış, sonra bir ədəd qara rəngli qutunun içərisində olan 10 ədəd sellofan bükümlərin hər birinə ayrı-ayrılıqda açılmaqla baxış keçirilmiş, həmin bükümlərin 3 ədədinin içərisində qəhvəyi rəngli “kakos”, qalan 7 bükümün içərisində isə “şüşə” olması məlum olmuşdur. Aşkarlanmış maddələr ekspertiza tədqiqatı üçün götürülüb qablaşdırılmış, onlar da həmin zərfi imzalamışlar. Həmin maddələr barədə sorğu edilərkən o, yuxarıda qeyd etdiyi kimi aşkar edilmiş maddələrin “kakos” və “şüşə” kimi tanınan heroin və metamfetamin olduğunu, onları tutulduğu gündən bir gün əvvəl İran vətəndaşı kimi özünü təqdim etmiş Behbud adlı şəxsdən hərəsindən 3 qram olmaqla özünün istifadəsi üçün sifariş edib əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və onlar həmin protokolu imzalamışlar. Sonradan istintaq vaxtı ekspert rəyinə əsasən bilmişdir ki, həqiqətən də Behbud bükümlərə ayırmaqla çəkiləri də əskik veribmiş, çünki əslində hərəsindən 3 qram olacağı ilə bağlı razılaşmaları olsa da və məhz cəmi 6 qramın pulunu ödəsə də faktiki olaraq heroinin təmiz çəkisi 2,514 qram, metamfetaminin təmiz çəkisi 2,679 qram təşkil etmişdir. Bu da “kakos” və “şüşə” satanların həmin maddələri bükümlərlə satmağın elə onların özlərinə sərf etmələri barədə eşitdiklərini təsdiq edir. Bir məsələni də qeyd edir ki, o, uzun illər bundan öncə, təxminən 8-9 il əvvəl bir neçə dəfə İrana gedib gəlmişdir. Səbəbi isə o olmuşdur ki, həmin vaxt anası, bacısı və həm də qaynanası olan bibisi müalicə və müayinə üçün İrana getmiş, geri qayıdarkən olduqları avtomobil İran ərazisində ağır qəzaya uğramış və onlar çox ağır xəsarətlər alaraq İrandakı xəstəxanaların birinə yerləşdirilmişlər. Atası da xeyli əvvəldən vəfat etdiyi üçün onlara arxa dura biləcək bir şəxs olmamış, ona görə də həmin vaxtlar işlədiyi Yanğınsöndürmə xidmətindən hər dəfə növbədən çıxanda məcbur olub dərhal yola çıxıb xəstələrin yanına getmiş, onların ehtiyaclarını qarşılamış, qulluq göstərmiş, tez sağalıb geri dönə bilmələri üçün əlindən gələni etmişdir. Ailəsi üçün ağır olan həmin dövrdə dediyi qaydada İrana gedib-gələrkən də orada heç kiminlə məxsusi tanışlığı olmamış, həmin dövrlərdə ümumiyyətlə narkotik vasitələrdən uzaq olmaqla dövlət idarəsində çalışmışdır. Himayəsində iki azyaşlı uşağı vardır. Əvvəlki nikahından olan bir azyaşlı uşağına görə də aliment ödəyir, bununla da faktiki üç uşağa baxır. Ona görə də məhkəmədən qanunla nəzərdə tutulmuş qaydada ancaq etdiyi əmələ görə cəzalandırılmasını, heç vaxt satışla məşğul olmamasının, qaçaqmalçılıq əməli barədə heç bir məlumatı olmamasının, heç kiminlə əlbir olmamasının, himayəsində azyaşlı övladlarının, xərçəng xəstəsi olan anasının olmasının nəzərə alınmaqla mümkün qədər yüngül cəza, həm də müalicə təyin edilməsini xahiş edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı tam etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili polis kapitanı X7 göstərdi ki, 02 sentyabr 2022-ci il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş ilkin məlumatda 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş İdarə rəhbərliyinə məruzə edilmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verildikdən sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş İdarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna rəhbərlik edilməsi ona həvalə edilmiş, əməliyyat qrupunun üzvləri qismində isə Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2 İnqlab oğlu və Şahid1 təyin edilmişdir. Beləliklə, 02 sentyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saat 13:30-da Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanının yaxınlığında onların tərəfindən saxlanılmış və xidməti vəsiqələrini göstərərək özlərini bu şəxsə təqdim etmişlər. Şəxsiyyətini aydınlaşdırıb Təqsirləndirilən şəxs olduğunu dəqiqləşdirəndən sonra sonuncuya narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığı bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edib aparmışlar. Sorğusu zamanı orta məktəbdə rus dilində təhsil aldığını dediyindən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üçün tərcüməçi də təyin edilmiş, daha sonra isə dövlət hesabına vəkil dəvət edilərək təqdim edildikdən sonra barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmişdir. Amma Təqsirləndirilən şəxs özü sərbəst olaraq ancaq Azərbaycan dilində danışmış, onlarla ünsiyyətdə heç bir rus sözündən istifadə etməmişdir. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış və götürmə aparılması haqqında» 02 sentyabr 2022-ci il tarixli qərara əsasən videoçəkilişdən istifadə edilməklə onun üzərinə tutulmasında iştirak etmiş şəxslərin, yəni yaradılmış əməliyyat qrupunun üzvləri və dəvət edilmiş vəkilin və tərcüməçinin iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Videoçəkiliş onun tərəfindən “Sony” markalı videokamera vasitəsilə aparılmışdır. Təqsirləndirilən şəxs hər hansı etiraz bildirməmiş, əvvəlcə ona qanunda nəzərdə tutulmuş hüquq və vəzifələri izah edildikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində heroin və metamfetamin vardır. Bundan sonra əynində olan qara rəngli cins şalvarının sol yan cibindən bir ədəd qara plastik qabı, arxa ciblərindən isə özünə məxsus olan mobil telefonla nağd pulu çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, heroin və metamfetamin məhz həmin qara rəngli plastik qabın içərisindədir. Həmin qara rəngli plastik qab açılaraq içərisinə keçirilən baxış zamanı məlum olmuşdur ki, orada ümumilikdə on ədəd şəffaf sellofan büküm vardır. Bundan sonra həmin bükümlərin hər biri ayrılıqda açılaraq içərisinə baxış keçirilmiş və məlum olmuşdur ki, həmin bükümlərin üç ədədinin içərisində tünd qəhvəyi rəngli, narotik vasitə hesab edilən heroinə bənzər, yeddi ədəd bükümün içərisində isə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr vardır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilən zaman əlavə heç bir qanunsuz maddə və predmet aşkar edilməmişdir. Şifahi sorğusu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlərdə olan maddələri saxlanılmamışdan bir gün əvvəl sosial şəbəkədə tanış olduğu “Behbud” adlı İran İslam Respublikasının vətəndaşına öz istifadəsi üçün sifariş verdiyini, buna görə həmin şəxsin bildirdiyi elektron hesaba 148 manat məbləğində pul ödədiyini, Behbudun heroini və metamfetamini Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında bir yerə qoydurduğunu, qoyulan yerin şəklini və həmin yerlə bağlı «konumu» ona göndərdiyini, onun da təsvir olunan əraziyə gedib gizlədilmiş yerdən heroini və metamfetamini götürdüyünü və onları öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin ümumilikdə on ədəd bükümdə olan maddələr bir ədəd plastik qabla birlikdə bir ədəd zərfdə qablaşdırılmışdır. Maddələrin qablaşdırıldığı zərf tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyi ehtimalı ilə götürülmüş, nağd pul isə özünə geri qaytarılmışdır. Qeyd edilənlər barədə protokol tərtib edilmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədilə əldə etməsi ilə bağlı təsdiqedici məlumatlar əldə olunmamış, onun bu maddələri satmaq üçün kiminləsə əlbir olması barədə hallar müəyyən edilməmiş, onun qaçaqmalçılıq cinayətinin törədilməsinə hər hansı aidiyyəti olmasına dair heç bir məlumat əldə olunmamış, bununla da satışla bağlı daxil olmuş ilkin məlumat təsdiqini tapmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 İnqlab oğlu və Şahid1 şahid X5 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Şəxsi axtarış və götürmə aparılması haqqında 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib saxlaması və daşıması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanının yaxınlığında saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və video çəkilişdən istifadə edilməklə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindəki bir ədəd qara rəngli plastik qabın içərisindən üç ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə və yeddi ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 44-47). Məhkəmə-kimyəvi ekspertizasının 13 avqust 2022-ci il tarixli 6/4304 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi və “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 10 ədəd sellofan bükümdə olan maddələr; Şübhəli şəxs Təqsirləndirilən şəxs-imza; imzalar, tərtib etdi : M.Seyidov - imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 03 ədəd bükümlərdə təmiz çəkiləri 0,834 qram, 0,796 qram və 0,884 qram, ümumi təmiz çəkisi - 2,514 qram olan qəhvəyi rəngli toz şəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 07 ədəd bükümlərdəki təmiz çəkiləri 0,312 qram, 0,293 qram, 0,680 qram, 0,384 qram, 0,366 qram, 0,380 qram və 0,264 qram, ümumi təmiz çəkisi - 2,679 qram olan ağ rəngli kristallardan ibarət maddə kütlələri xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd qara rəngli plastik qabın içərisində heroinin və metamfetaminin izləri vardır. İz şəklində olduğu üçün heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. Ekspert tədqiqatından sonra heroinin qalıq çəkisi 2,454 qram, metamfetaminin qalıq çəkisi 2,539 qram təşkil etmişdir (cild 1, iş vərəqə 62-67). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 sentyabr 2022-ci il tarixli 5478 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur (cild 1, iş vərəqə 176-177). Mobil telefon aparatına baxış keçirilməsi haqqında 05 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müvafiq olaraq götürülmüş 01 ədəd “Redmi” markalı mobil telefon aparatına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, həmin mobil telefon cihazı işlək vəziyyətdə olub istifadə üçün yararlıdır və üzərində ***-***-**-** saylı GSM nömrə vardır. «Redmi» markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara, “Kontaktlar” qovluğu, “SMS” bölməsi, daha sonra, mobil telefonda olan mobil tətbiqlərinə, o cümlədən “WhatApp” ani ünsiyyət mobil tətbiqinə keçirilən baxış zamanı məlum olmuşdur ki, kontaktlar bölməsində adı “Abi” kimi qeyd olunmuş İran İslam Respublikasına məxsus +**********81 saylı nömrə vardır. Sözügedən ani mesajlaşma ünsiyyət tətbiqlərinə keçirilən baxış zamanı tətbiqin vasitəsilə aparılan dialoq danışıq pəncərələrinə 24 saatdan artıq müddət keçdikdə avtomatik silinmə rejimində qurulması səbəbindən elektron yazışmaların silinmiş vəziyyətdə olması, bundan başqa, danışıq pəncərələrin içərisində əlavə olaraq adı qeyd olunmamış İran İslam Respublikasına məxsus +**********45 saylı nömrədən qeydiyyatdan keçmiş abunəçi ilə hazırda silinmiş danışıqların olduğu müəyyən edilmişdir. Mobil telefon aparatının daxili yaddaşına keçirilən baxış zamanı fotogörüntülərin içərisində bir ədəd üzərində “MRS.AYSEL ABDULLAYEV A” sözləri və 4169 7387 6908 2284 rəqəmləri həkk olunmuş qırmızı rəngli "Kapital Bank” ASC tərəfindən verilmiş plastik bank kartının və bir ədəd köhnə tikilinin söküntüləri arasında çəkilərək sonradan ox işarəsi ilə qeyd edilmiş gizlədilmiş yerin izahını verən fotogörüntünün olması müəyyən olunmuşdur (cild 1, iş vərəqə 131-132). İş materiallarına əlavə edilmiş əməliyyat tapşırığına cavab olaraq daxil olmuş məktubunun məzmunundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatların əldə olunmasına baxmayaraq, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə və ya psixotrop maddələri, o cümlədən üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-kcçirməməsinin, həmin narkotik vasitə və psixotrop maddəni aldığı şəxsin müəyyən edilməsinin, həmçinin digər cinayət əməllərinin törədilməsində iştirakının olubolmamasının, yaxın əlaqələrinin müəyyən edilməsinin, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələri nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 162). Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs tərbiyəli və intizamlı, qonşularla yaxşı münasibət saxlayan şəxs kimi müsbət xarakterizə edilmişdir (cild 1, iş vərəqə 159). Cinayət işinin materiallarına əlavə edilmiş arayışdan və şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il və xx.xx.2019-cu il təvəllüdlü azyaşlı uşaqları vardır (cild 1, iş vərəqə 157, 160-161). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 iyun 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13 oktyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir (cild 1, iş vərəqə 181-183, 184-191). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən X3 məhkumluğu ödənilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Bu hal isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə istintaqı zamanı dövlət ittihamçısı vəsatətlə müraciət edərək, cinayət təqibini istisna edən hallar aşkar olunduğunu bildirməklə Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihamdan imtina etmişdir. Məhkəmə, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə elan edilmiş ittihamın məhkəmə baxışı zamanı ittihamdan imtina edən dövlət ittihamçısının həmin mövqeyini Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü və 314.2-ci maddələrinə uyğun hesab etmiş, bu səbəbdən də Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam vermişdir. Ona görə də məhkəmə iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma apararaq tədqiq edilmiş sübutlar məcmusuna əsasən Təqsirləndirilən şəxs qarşı yalnız Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə gəldiyi nəticəni şərh etməyi və əsaslandırmağı zəruri hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli qaçaqmalçılıqla keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmiş, habelə, qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və külli miqdarda psixotrop maddələri əldə edərək saxlayıb daşımışdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən heç bir sübuta istinad etməmişdir, cinayət işinin materiallarında da həmin tövsifedici əlamətlərin mövcudluğuna dəlalət edən hər hansı sübut mövcud deyildir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri qaçaqmalçılıqla keçirilməsinə və satılmasına əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etməsi, habelə onları satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı həmin ittihamla bağlı öz mövqeyini əsaslandırmağa cəhd edərkən hər hansı sübuta istinad etmədən yalnız mülahizələr irəli sürmüşdür. Məhkəmə ibtidai istintaq orqanının konkret sübutlara söykənməyən mülahizələr əsasında gəldiyi bu qənaətini əsassız hesab edərək qeyd edir ki, narkomaniya xəstəliyindən əziyyət çəkən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin miqdarının külli miqdar olması, həmçinin onların ayrı-ayrı bükümlərdə olmaları digər mötəbər sübutların olmadığı bir halda əməlin satış məqsədilə törədilməsi kimi qiymətləndirilməsi üçün əsas vermir. Heç bir sübut mövcud olmadığı halda satış məqsədinin yalnız ehtimalı üçün irəli sürüləcək hər hansı fərziyyəni məhkəmə ağlabatan hesab etmir. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2022-ci il tarixli cavabında birbaşa göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə edib üzərində gəzdirməsi ilə bağlı məqam ilkin əməliyyat məlumatında əks olunmuşdur. Amma sonradan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni aldığı şəxsin müəyyən edilməsi, narkotik vasitənin və psixotrop maddənin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqəsinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqə 162). Göründüyü kimi, hətta əməliyyat orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi narkotik vasitənin və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə bağlı əmələ dair ayrı-ayrı ciddi xüsusatlar - onun qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni və psixotrop maddəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsinin, narkotik vasitəni və psixotrop maddəni aldığı şəxsin, narkotik vasitənin və psixotrop maddənin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqəsinin müəyyən edilmədiyi bir şəraitdə, hər hansı mötəbər sübutla möhkəmləndirilməyən satışla məşğul olmasına dair əməliyyat məlumatının ittihamın əsasına qoyulması əsaslı mövqe hesab oluna bilməz. Həm də xüsusi vurğulanmalıdır ki, əməliyyat orqanının müəyyən edə bilmədiyi sadalanan hallar isə şəxsin narkotik vasitənin və psixotrop maddənin satışı ilə məşğul olub-olmamasının dəqiqləşdirilməsi üçün zəruri olan ən vacib məqamlardır. Digər tərəfdən, Təqsirləndirilən şəxs barəsində məlumatı əldə etmiş və müvafiq əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşları da məhkəmədə verdikləri ifadələrində təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını, o cümlədən üstündən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni satış məqsədilə əldə etməsini təsdiq edən heç bir məlumat əldə etmədiklərini bildirdilər. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamla bağlı məhkəmə ibtidai istintaq orqanının təqdim etdiyi bütün yuxarıda şərh olunan sübutları hərtərəfli araşdıraraq təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi ilə bağlı hissəsini mövcud sübutların məcmusu əsasında qiymətləndirərək bu qənaətə gəlir ki, şəxsin ona istinad edilən qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi kimi qiymətləndirilməsi də tam əsassızdır. Əslində məhkəmə satış məqsədilə əldə etməni təsdiq edən sübutların mövcud olmadığı bir şəraitdə qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilmə əlamətinin də istisna edildiyini nəzərdə saxlasa da, bu tövsifedici əlamətlə bağlı da gəldiyi qənaəti şərh etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi tövsifedici əlamət kimi Cinayət Məcəlləsinin 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsini nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Cinayət qanununun mənasına görə qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülür. Cinayət Məcəllənin 34.2-ci maddəsinin mənasına görə Məcəllənin 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli Qərarında da eyni hüquqi mövqe əks olunmuşdur. Hazırkı cinayət işi üzrə məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs qabaqcadan kiminləsə əlbir olmasını təsdiq edən hər hansı sübut müəyyən edilməmişdir. Əməlin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini hətta ehtimal etməyə əsas verə biləcək hər hansı dəlil də mövcud deyildir. Mübahisə edilməyən hal ondan ibarətdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni özü müstəqil surətdə pulunu qabaqcadan ödəməklə naməlum şəxsə sifariş etmiş və həmin şəxs tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında gizlədilmiş yerdən götürmüşdür. Göründüyü kimi, təsvir olunan vəziyyətdə narkotik vasitəni və psixotrop maddəni əldə edərkən Təqsirləndirilən şəxs alıcı, narkotik vasitəni və psixotrop maddəni həmin yerə gizlədən şəxs isə satıcı qismində çıxış etmişdir. Qeyd olunan naməlum şəxsin Təqsirləndirilən şəxs satdığı narkotik vasitə və psixotrop maddə ilə bağlı etdiyi sonrakı hərəkətlərə hər hansı aidiyyəti, yaxud sonrakı hərəkətlər barədə onların arasında bu və ya digər razılaşmanın olması ilə bağlı hər hansı dəlil, hətta məlumat belə mövcud deyildir. Beləliklə, Təqsirləndirilən şəxs hər hansı qeyrisi ilə qabaqcadan əlbir olmaqla narkotik vasitə və psixotrop maddə əldə etməmiş, onları birlikdə saxlamamış və daşımamışdır. Bu mənzərənin elə ibtidai araşdırma zamanı qəbul edilmiş qərarların bilavasitə özündə də əks olunmasına baxmayaraq, cinayət işinin materiallarında heç bir əsas mövcud olmadığı halda əməl yekunda həm də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilmişdir. İbtidai istintaq orqanı sübutların qiymətləndirilməsi haqqında 03 oktyabr 2022-ci il tarixli qərarında da Təqsirləndirilən şəxs əməli həm də qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi tövsifedici əlaməti ilə törətməsinə dair öz mövqeyini əsaslandırarkən qeyri-müəyyən, cinayət işinin materiallarına əsaslanmayan, hansı konkret hüquqi və məntiqi əsaslara söykəndiyi məlum olmayan dəlillər irəli sürmüşdür. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanının bu qənaətini cinayət mühakimə icraatının vəzifələri, habelə cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri ilə ziddiyyət təşkil edir. Cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən konkret iş üzrə şəxsi qənaəti ifadə edən daxili inam və hüquqi biliklərin səviyyəsinin göstəricisi olan hüquq düşüncəsi yalnız sübutların tədqiqinə, sübutların qiymətləndirilməsi isə qanun və vicdan rəhbər tutulmaqla sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmalıdır. Külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmənin həm satış məqsədilə, həm də qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsini təsdiq edən heç bir sübutun mövcud olmadığı bir vəziyyətdə ehtimallar əsasında nəticəyə gəlinərək şəxsə ittihamın irəli sürülməsi yolverilməzdir. Məhkəmə, daxili inamın və hüquq düşüncəsinin fərdi xarakterli olduğunu nəzərdə saxlamaqla, onların hər bir halda yalnız obyektiv, qərəzsiz və tam araşdırılmış sübutlara söykənməli olduğunun mübahisəsizliyini vurğulayır. Ona görə də məhkəmə, dövlət ittihamçısının məhkəmədə artıq Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə olan ittihamdan artıq imtina etdiyini də nəzərdə saxlayaraq hesab edir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinə tövsif edib həmin maddələrlə ittiham irəli sürməklə əsassız qənaətə gəlmişdir. Məhkəmə şəxsi axtarış və götürmə protokolunu, aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin növünün və çəkisinin müəyyən edilməsinə dair məhkəmə-kimyəvi ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması barədə ittihamı təsdiq etmir. Lakin həmin sübutlar, habelə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, “Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və işin digər halları nəzərə alınmalıdır”. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Lakin məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini təsdiq edən heç bir sübut aşkar olunmadı. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə hesab edir ki, digər mötəbər sübutların mövcud olmadığı şəraitdə narkotik vasitənin və psixotrop maddənin yalnız külli miqdarda olması və onun bükümlərə ayrılması şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz əldə etməkdə, saxlamaqda və daşımaqda təqsirli bilinməsinə əsas verə bilməz. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin külli miqdarda olması kriteriyasından yanaşılıb onun əməlinin satış kimi qiymətləndirilməsi üçün hüquqi əsas olmadığı qənaətinə gəlir. Yaranmış şübhələr isə toplanmış sübutların məcmusu nəzərə alınmaqla Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının izah və tələblərini də rəhbər tutur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə məhkum edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən özünü təqsirli bilərək peşman olmasını, yaşayış yeri üzrə müsbət xasiyyətlənməsini onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 sentyabr 2022-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 02 sentyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır (cild 1, iş vərəqə 26, 113-117). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 02 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,454 qram təşkil edən narkotik vasitə heroin, ekspert tədqiqatınından sonra qalıq çəkisi 2,539 qram təşkil edən psixotrop maddə metamfetamin və bir ədəd qara rəngli plastik qab məhv edilməli, bir ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 38,349). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məhkəmə mərhələsində Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli Qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı X4 vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 02 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. İş üzrə maddi sübutlar: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbəçi hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,454 qramı təşkil edən narkotik vasitə heroin, qalıq çəkisi 2,539 qram təşkil edən metamfetamin və bir ədəd qara rəngli plastik qab məhv edilsin; - bir ədəd “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın; - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 14 Vəkil Bürosunun hesabına vəkil X8 üçün 120 (bir yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar