Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-201/2020 03.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhər 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, 1 (bir) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 4, mənzil 6-da qeydiyyatda olan, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki,o, qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bundan başqa, o, vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəkləri hərəkətə və bilə-bilə qanunsuz hərəkətlər etməyə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə qeyrisini vahid niyyətlə təhrik etmişdir. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs xx xxxxx 2018ci il tarixdən xx xxxx 2019-cu il tarixədək Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsinin sahə inspektoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Şahid1 övladı X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Vüqar İsmayılovun xeyrinə hər hansı köməklik göstərilməsinə dair Şahid1 özünə müraciəti ilə əlaqədar, sonuncuya özünün daxili işlər orqanlarında işləməklə geniş əlaqələrə malik olmasını, həmçinin özünün həmin Polis İdarəsinin yüksək rütbəli səlahiyyətli vəzifəli şəxsi ilə yaxın münasibətdə olmasını, həmin münasibətdən istifadə edərək qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Vüqar İsmayılovun xeyrinə edəcəyi hərəkətə, yəni sonuncunun törətdiyi cinayət əməlinin kütləvi-informasiya vasitələrində işıqlandırılmaması üçün həmin qurumlara məlumat verilməməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 600 (altı yüz) manat pul vəsaitinin verilməsinin zəruriliyini yalandan bildirib, həmin adla 2018-ci ilin avqust ayının 1-də Nəsimi rayonu ərazisində Şahid2 ilə görüşüb ondan 600 (altı yüz) manat məbləğində pul vəsaitini almışdır. Təqsirləndirilən şəxs aldığı pul vəsaitini guya qeyd edilən məsələ ilə məşğul olan vəzifəli şəxsə təqdim etməsi görüntüsü yaratmaqla Şahid1 inandırmaq üçün həmin tarixdə Bakı şəhəri, Azadlıq prospekti 60 ünvanında yerləşən Nəsimi RPİ-nin inzibati binasına daxil olub, bir müddət sonra binadan çıxmaqla, həmçinin eyni niyyətlə Vüqar İsmayılovun həmin cinayət işi üzrə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X20 küçəsində yerləşən 1 saylı Respublika Psixiatriya xəstəxanasına yerləşdirilərək xeyrinə məhkəmə-psixiatrik və psixoloji ekspertizası rəyinin alınması ilə əlaqədar Şahid1 həmin xəstəxananın səlahiyyətli vəzifəli şəxsləri, o cümlədən ekspertləri ilə yaxın münasibətdə olmasını, həmin münasibətdən istifadə edərək qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Vüqar İsmayılovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni qeyd edilən cinayət işi üzrə sonuncunun xeyrinə olacaq məhkəmə-psixiatrik və psixoloji ekspertizası rəyinin verilməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 2300 (iki min üç yüz) manat pul vəsaitinin verilməsinin zərurliyini yalandan bildirib, həmin adla 2018-ci ilin sentyabr ayının əvvəllərində Şahid1 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsi 104 saylı evdə ondan 2300 (iki min üç yüz) manat məbləğində pul vəsaitini almaqla, həmçinin eyni niyyətlə həmin cinayət işi üzrə zərərçəkmiş şəxsin barəsində keçiriləcək məhkəmə-tibbi ekspertizası rəyinin Vüqar İsmayılovun xeyrinə verilməsi ilə əlaqədar Şahid1 həmin ekspertizanın keçiriləcəyi qurumun səlahiyyətli vəzifəli şəxsi ilə yaxın münasibətdə olmasını, həmin münasibətdən istifadə edərək qeyd edilən vəzifəli şəxsələrə, o cümlədən ekspertlərə xidməti vəzifəsinin icrası ilə əlaqədar Vüqar İsmayılovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni qeyd edilən cinayət işi üzrə sonuncunun xeyrinə olacaq məhkəmə-tibbi ekspertizası rəyinin verilməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 5000 (beş min) manat pul vəsaitinin verilməsinin zərurliyini yalandan bildirib, həmin adla 2018-ci ilin sentyabr ayının sonlarında Şahid1 yaşadığı həmin evdə ondan 5000 (beş min) manat məbləğində pul vəsaitini almaqla, həmçinin eyni niyyətlə, qeyd edilən cinayət işinin guya Nəsimi rayon Polis İdarəsinin icraatından götürülərək istintaqının davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş X2 dair İşlər üzrə İstintaq İdarəsinə göndərildiyini yalandan bildirərək, özünün həmin idarənin səlahiyyətli vəzifəli şəxsi ilə yaxın münasibətdə olmasını, həmin münasibətdən istifadə edərək qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Vüqar İsmayılovun xeyrinə edəcəyi hərəkətə, yəni cinayət işinin istintaqının Vüqar İsmayılovun xeyrinə olacaq şəkildə davam etdirilməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 9600 (doqquz min altı yüz) manat pul vəsaitinin verilməsinin zərurliyini yalandan bildirib, həmin adla 2018-ci ilin noyabr ayında Şahid1 yaşadığı həmin evdə ondan 9600 (doqquz min altı yüz) manat məbləğində pul vəsaitini almaqla, həmçinin eyni niyyətlə iş üzrə zərərçəkmiş şəxsin barəsində əlavə məhkəmə-tibb ekspertizasının aparılmasını və ekspertiza nəticəsində veriləcək rəyin Vüqar İsmayılovun xeyrinə dəyişdirilməsinin zəruri olmasını Şahid1 yalandan deyərək, həmin ekspertizanı aparan ekspertlə yaxın münasibətdə olmasını, həmin münasibətdən istifadə edərək qeyd edilən ekspertə xidməti vəzifəsinin icrası ilə əlaqədar Vüqar İsmayılovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni qeyd edilən cinayət işi üzrə zərər çəkmiş şəxs barəsində əlavə məhkəmətibbi ekspertizası rəyinin Vüqar İsmayılovun xeyrinə olacaq məzmunda verilməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 4500 (dörd min beş yüz) manat pul vəsaitinin verilməsinin zərurliyini yalandan bildirib, həmin adla 2018-ci ilin dekabr ayının əvvəllərində Şahid1 yaşadığı həmin evdə ondan 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini alıb, aldığı pul vəsaitini guya qeyd edilən məsələ ilə məşğul olan ekspertə təqdim etməsi görüntüsü yaratmaqla Şahid1 inandırmaq üçün sonuncunun qaynı Şahid3 ilə birlikdə ünvan 2 ünvanında yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin inzibati binasına yaxınlaşıb tək şəkildə binaya daxil olub, bir müddət sonra binadan çıxmaqla, həmçinin eyni niyyətlə, həmin ilin dekabr ayının sonlarında artıq cinayət işi mahiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildikdən sonra məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxsin barəsində aparılan əlavə məhkəmə-tibbi ekspertizasının rəyinin Vüqar İsmayılovun xeyrinə dəyişdirilməsinin zəruriliyini Şahid1 yalandan deyib, həmin ekspertizanın keçiriləcəyi qurumun səlahiyyətli vəzifəli şəxsi ilə yaxın münasibətdə olmasını, həmin münasibətdən istifadə edərək qeyd edilən vəzifəli şəxsə xidməti vəzifəsinin icrası ilə əlaqədar Vüqar İsmayılovun xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətə, yəni qeyd edilən məhkəmə-tibbi ekspertizası rəyinin sonuncunun xeyrinə olacaq məzmunda verilməsinə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan 3800 (üç min səkkiz yüz) manat pul vəsaitinin verilməsinin zərurliyini yalandan bildirib, həmin adla 2018-ci ilin dekabr ayının sonlarında Şahid1 yaşadığı həmin evdə ondan 3800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaitini almaqla, ümumilikdə qeyd edilən hərəkətləri ilə qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə Şahid1 xeyli miqdarda, yəni ümumilikdə 25800 (iyirmi beş min səkkiz yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə ələ keçirib şəxsi ehtiyaclarına sərf etməklə dələduzluq cinayətini törətmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Şahid1 ayrı-ayrı vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Vüqar İsmayılovun xeyrinə edəcəkləri hərəkətə və bilə-bilə qanunsuz hərəkətlər etməyə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə vahid niyyətlə təhrik etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o Şahid3 adlı şəxslə birlikdə özünə məxsus avtomobil ilə Bayraq meydanından şəhərin mərkəzi istiqamətində hərəkət edərkən Fazilin mobil telefonuna zəng gəlmişdir. Fazil zəng edən şəxsin qardaşı olduğunu, qardaşının oğlu Vüqarın tutulduğunu ona demiş və ondan 21-ci Polis Bölməsinə birlikdə getməsini xahiş etmişdir. O da Fazil ilə razılaşmış və onlar birlikdə 21-ci Polis Bölməsinə getmişlər. Polis Bölməsinə çatdıqda Fazilin qardaşı İlqarın və qardaşının yoldaşı Rəsmiyyənin çöldə dayandığını görmüşdür. Fazil içəri daxil olaraq Polis Bölməsindəki təhqiqatçı ilə danışmışdır. Onun isə heç nədən xəbəri olmamış və həmin vaxt o, Fazili öz avtomobilində gözləmişdir. Bir müddət keçdikdən sonra Fazil onun yanına gələrək demişdir ki, “Mən gedirəm. Axşam mənimlə qardaşımgilə gedərik”. O da Fazillə razılaşmış və axşam o, Fazillə birlikdə Fazilin qardaşı İlqarın evinə getmişdir. Fazil qardaşının ailəsini və anasını onunla tanış etmişdir. Sonra Fazil ondan psixiatriya ekspertizası barəsində köməklik etməsini xahiş etmişdir. O da bununla bağlı maraqlanacağını Fazilə demişdir. Lakin həmin vaxt o, Fazilin qardaşı İlqardan heç bir pul vəsaiti almamışdır. Sonradan ona məlum olmuşdur ki, ekspertiza məsələsini həll etmək üçün İlqar qardaşı Fazilə 4500 (dörd min beş yüz) manat pul vermişdir. Bunu Fazil özü ona demişdir. Hətta İlqar ona zəng edərsə Fazilin 4500 (dörd min beş yüz) manat pulu ona verdiyini İlqara deməsini xahiş etmişdir. O da İlqara, İlqarın arvadı Rəsmiyyəyə və İlqarın qızı Fatiməyə Fazilin ona 4500 (dörd min beş yüz) manat məbləğində pulu ona çatdırdığını bildirmişdir. Lakin Fazil ona 4500 (dörd min beş yüz) manat məbləğində pul verməmişdir. Təqsirləndirilən şəxs, həmçinin ifadəsində bildirdi ki, o, 9600 (doqquz min altı yüz) manat məbləğində pulu Rəsmiyyədən prokurorluq adı ilə aldığını xatırlasa da, qalan pulların hansı adla aldığını xatırlamır. O, Rəsmiyyədən 4 (dörd) dəfəyə ümumilikdə 19600 (on doqquz min altı yüz) manat məbləğində pul almışdır. Onun İlqardan və Rəsmiyyədən aldığı 19600 (on doqquz min altı yüz) manat məbləğində pulun hamısı İlqara və Rəsmiyyəyə qaytarılmışdır. Fazilin ona 4500 (dörd min beş yüz) manat məbləğində pul verməməsinə baxmayaraq, onun qohumları tərəfindən İlqara və Rəsmiyyəyə həmin pul da qaytarılmışdır. O, Vüqar İsmayılovun işi üzrə heç vaxt ekspertlə, müstəntiqlə və Vüqarın işinə baxan hakimlə görüşməmiş və Vüqarla bağlı onlarla söhbət etməmişdir. Təqsirləndirilən şəxs ifadəsində dələduzluq cinayətini törətdiyini, bu hərəkətinin səhv olduğunu bildirsə də, heç kimi vəzifəli şəxslərə rüşvət verməyə təhrik etmədiyini, bunun yalan olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs qeyd edilənlərin nəzərə alınmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə ona aşağı həddə cəzanın təyin edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, onun oğlu Vüqara azyaşlı şəxsə qarşı zorakılıq hərəkətlər etməsi ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs onun qaynı Fazillə birlikdə onun evinə gəlmiş və özünün Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin sahə müvəkkili vəzifəsində işlədiyini bildirmişdir. Azər ona müxtəlif vəzifədə tanışlarının işlədiyini və oğluna köməklik göstərə biləcəyini demişdir. Azər onun oğluna kömək etmək adı ilə ondan pul istəmişdir. O da Azərlə razılaşaraq hissə-hissə Azərə 5000 (beş min) manat, 3000 (üç min) manat, 7000 (yeddi min) manat, 9600 (doqquz min altı yüz) manat pul vermişdir. Azərə pul verilməsinə baxmayaraq, Azər verdiyi vədə əməl etməmiş və nəticədə onun oğlu Vüqar məhkum edilmişdir. Bundan sonra onlar Azərin onları aldatdığını bilmişlər və dəfələrlə Azərdən verdikləri pulları tələb etmişlər. Onlar Azərdən pulların qaytarılmasını tələb etsələr də, Azər onların pullarını qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etmişdir. Lakin hazırda Azərin ailə üzvləri tərəfindən onların pulu tam qaytarılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs qardaşı Vüqara ittiham irəli sürüldükdən sonra tanımışdır. Təqsirləndirilən şəxs onun əmisi Fazil ilə birlikdə onun və ailəsinin yaşadığı mənzilə gəlmişdir. Azər onun valideynlərinə tanıdığı şəxslərin çox olmasını söyləyərək Vüqara kömək edəcəyini bildirmişdir. O və valideynləri Azərin onlara kömək edə biləcəyini düşünmüşlər. Azər pul lazım olduğunu onlara bildirmiş və onun valideynləri Azərin istədiyi pulu ona vermişlər. Azər pulları birdəfəyə istəsə də, valideynlərinin o qədər pulu olmadığından Azər pulu onun valideynlərindən hissə-hissə almışdır. O, işlədiyi üçün anası Azərə pul verəndə hər dəfə görə bilməmiş, lakin anası Azərə 9600 (doqquz min altı yüz) manat məbləğində pulu verərkən o, orada olmuş və pulun verilməsini görmüşdür. Həmin vaxt evdə ondan və anasından başqa heç kim olmamışdır. Onun atası həmin vaxt rayona getmişdir. Ümumilikdə onun valideynləri Azərə 26000 (iyirmi altı min) manat pul vermişlər. 1000 (min) manat pulu isə sonradan Azər onlara qaytarmışdır. Qardaşı barəsində ittiham hökmü çıxarıldıqdan sonra o və ailəsi aldanıldıqlarını bilmişdir. Bundan sonra valideynləri və o Azərə dəfələrlə zəng vuraraq pullarının qaytarmasını tələb etmişlər. Azər isə bugün, sabah pulu verəcəyini bildirmiş və beləliklə pulu qaytarmaqdan yayınmışdır. O, əvvəldən Azərdən şübhələndiyi üçün anasının telefonuna telefon danışıqlarını yazan proqram yükləmiş və hər gün işdən evə gəldikdə telefon danışıqlarını anasının telefonundan öz telefonuna, sonra isə diskə yükləyib saxlayırmış. Həmin telefon danışıqlarında Təqsirləndirilən şəxs onun anasından Vüqara kömək etməsi adı ilə müxtəlif vaxtlarda pul aldığını etiraf etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o,Azəri qardaşı Fazilin vasitəsilə tanımışdır. Belə ki, o, işdə olan zaman arvadı Rəsmiyyə ona zəng edərək oğlu Vüqarın tutulması barədə məlumat vermişdir. O da qardaşı Fazilə zəng edib Vüqarın tutulduğunu demişdir. Sonra o, Nəsimi rayon Polis İdarəsinin qarşısına gəlmiş və orada Fazil ilə Azəri görmüşdür. Sonradan Azər qardaşı ilə birlikdə onun evinə gəlib getməyə başlamışdır. O, Azərdən oğluna kömək edə bilib-bilməyəcəyini soruşmuş, Azər isə ona oğlu Vüqara kömək edəcəyini bildirmişdir. Azər hissə-hissə onlardan 26000 (iyirmi altı min) manat pul almışdır. Azər onlardan həmin pulları müxtəlif şəxslərə vermək adı ilə almışdır. Sonra oğlu Vüqara hökm oxunanda Azərin onu və ailəsini aldatdığını bilmişdir. Dəfələrlə Azərdən pullarını geri istəsələr də, Azər onların pulunu qaytarmaqdan imtina etmişdir. Sonra onlar Azər barəsində müxtəlif dövlət orqanlarına müraciət etmişlər. İstintaq vaxtı Azərin qohumları tərəfindən onlara dəymiş ziyan ödənilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, qardaşının oğlu Vüqar İsmayılovun tutulmasını qardaşı İlqar ona zəng vurub dediyi vaxt o, Təqsirləndirilən şəxs ilə kafedə oturub yemək yeyirmiş. Qardaşı İlqar ona oğlu Vüqarın tutulmasını dedikdə o, Azərdən onunla 21-ci Polis Bölməsinə getməsini xahiş etmişdir. 21ci Polis Bölməsinin yanında o, Azəri qardaşı ilə tanış etmişdir. Qardaşıgillə Azərin tanışlığı həmin gündən başlamışdır. O, qardaşı və qardaşının ailəsinə Azərin 26-ci Polis Bölməsində sahə müvəkkili işlədiyini bildirmişdir. X5 işində ona kömək etməsini xahiş etmişdir. Azər də qardaşı İlqar ilə razılaşmışdır. X21 Bölməsinə daxil olmuş və bir müddət keçdikdən sonra Polis Bölməsindən çıxaraq Vüqarın zorlama cinayəti ilə ittiham olunduğunu onlara bildirmişdir. Həmin vaxt Azərlə qardaşı İlqarın nə danışdığını bilməmişdir, çünki qardaşının arvadı Rəsmiyyənin vəziyyəti pis olduğuna görə ona su almaq üçün mağazaya getmişdir. Sonradan Azərin onun qardaşı oğlu Vüqara kömək etmək üçün söz verdiyini və qardaşıgilin Azərə təqribən hissə-hissə 9600 (doqquz min altı yüz) manat, 5000 (beş min) manat, 3000 (üç min) manat və digər məbləğlərdə pul verdiyini bilmişdir. Bir dəfə ekspertə verilməsi üçün 4500 (dörd min beş yüz) manat məbləğində pulu qardaşı İlqar öz evində soyuducunun yanında Azərə təqdim etmək üçün ona vermişdir. O da öz növbəsində qardaşının ona verdiyi 4500 (dörd min beş yüz) manatı Azərin işlədiyi yerin qabağında Azərə təqdim etmişdir. Bundan sonra o, Azərlə birlikdə ekspertiza mərkəzinə getmişdir. Azər binaya daxil olmuş və bir neçə vaxtdan sonra binadan çıxaraq ona hər şeyin yaxşı olacağını bildirmişdir. Amma sonradan Vüqara məhkəmədə ağır cəza təyin edildikdə ona və qardaşının ailəsinə məlum olmuşdur ki, Azər qardaşının ailəsini aldadaraq onlardan hissə-hissə 26000 (iyirmi altı min) manat məbləğində pul almışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxx 2019-cu il tarixli hadisə yerinin müəyyən olunması barədə protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (bax: cild İ, iş vərəqə 23-25) görünür ki, Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq pulların ələ keçirildiyi yer, yəni cinayət hadisəsinin törədildiyi yer Bakı şəhəri, Nəsimi rayonu, Ə.Hüseynzadə küçəsində yerləşən 104 saylı ünvandır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxx 2019-cu il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Yasamal rayon Polis İdarəsinin cavab məktubundan (bax: cild İ, iş vərəqə 93) görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər BPİ-in xx xxxxx 2018-ci il tarixli, Ə260 ş/h-039-18 saylı əmri ilə Yasamal RPİ-in 26-cı PB-ın polis sahə inspektoru vəzifəsinə təyin olunmuş, DİN-in xx xxxx 2019-cu il tarixli, Ə181-001-19 saylı əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (bax: cild İ, iş vərəqə 180) görünür ki, Qasımov X14 Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli bilindiyinə görə onun şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (bax: cild İ, iş vərəqə 181) görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 18:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan (bax: cild İ, iş vərəqə 190- 192) görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 12:05-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxxx 2019-cu il tarixli Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-749/2019 saylı qərarından (bax: cild İ, iş vərəqə 208-213) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 15 (on beş) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən (bax:cild İ, iş vərəqə 236) görünür ki, Şahid1 Təqsirləndirilən şəxs ona vurduğu ziyanın tam ödənilməsini, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddiasının, şikayətinin və tələbinin olmadığını bildirmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli ərizədən (bax:cild İ, iş vərəqə 235) görünür ki, Şahid1 2019-cu ilin oktyabr ayının 1də Təqsirləndirilən şəxs ona vurduğu ziyanın tam şəkildə ödənilməsini ifadə etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli xasiyyətnamədən (bax: cild İ, iş vərəqə 282) görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxxx 2019-cu il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan (bax: cild İ, iş vərəqə 284-296 ) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə elan olunmuş ittihamın qüvvədə saxlanılması, “xxxx” MMC-dən daxil olmuş telefon məlumatlarının olduğu 1 (bir) ədəd diskin maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs Şahid1 aldığı ouldan Vüqar İsmayılovun barəsində olan cinayət işinin istintaqını aparan müstəntiqə, ekspertə və digər vəzifəli şəxslərə, həmçinin Şahid3 hər hansı bir məbləğdə pul verməsi faktı öz təsdiqini tapmadığından həmin xüsusat üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şahid1 əməlinin rüşvət verməyə cəhd kimi qiymətləndirilməsi, lakin o, könüllü olaraq istintaq Təqsirləndirilən şəxs qanunsuz hərəkətləri barədə məlumat verdiyindən Şahid1 barəsində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2018-ci il tarixli cinayət işinin başlanılması haqqında qərardan (bax: cild İ, iş vərəqə 83) görünür ki, X10 barəsində toplanılmış materiallar əsasında fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işinin başlanması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2018-ci il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan (bax: cild İ, iş vərəqə 84) görünür ki, X10 həmin gün saat 15:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2018-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (bax: cild İ, iş vərəqə 85) görünür ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətdiyinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-204/2019 saylı hökmündən (bax:cild İ, iş vərəqə 218-226) görünür ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx xxxxxx 2013-cü il tarixli 145078 nömrəli doğum haqqında .əhadətnamədən (bax: cild İ, iş vərəqə 283) görünür ki, xx xxxxxx 2013-cü il tarixdə X12 doğulmuş, onun anası X6, atası Təqsirləndirilən şəxsdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - Hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey X1rşı” işi üzrə X15 Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılmış, təqsirləndirilən şəxs və onun seçdiyi müdafiəçi sübutların tədqiqində iştirak etmişlər, onlar məhkəmə istintaqında dindirilmiş şəxslərə suallar vermişlər və sərbəst şəkildə müdafiə hüququnu həyata keçirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməllərin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, mötəbər sübutlar əsasında məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Şöbəsinin sahə inspektoru vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən Vüqar İsmayılov adında şəxsin cinayət məsuliyyətindən azad olunmasına dair kömək edəcəyi barədə Vüqar İsmayılovun anası Şahid1 və atası Şahid2 yalan vədlər vermişdir. Təqsirləndirilən şəxs yalan vəd verərək onların övladı Vüqar İsmayılova kömək edəcəyini yalandan bildirmiş, bu yolla Şahid1 və Şahid2 etibarını qazanmış və onları aldadaraq müxtəlif vaxtlarda hissə-hissə müxtəlif məbləğlərdə pul almışdır. Nəticədə Təqsirləndirilən şəxs Vüqar İsmayılova kömək edəcəyi adı ilə vahid niyyətlə ümumilikdə 25800 (iyirmi beş min səkkiz yüz) manat məbləğində pul vəsaitini qanunsuz ələ keçirərək dələduzluq cinayətini törətmişdir. Məhkəmə hesab edir ki, Qasımov X13 İsmayılovaya və Şahid2 əvvəldən yalan vədlər vermişdir. Məhkəmə belə nəticəyə gələrkən ona istinad etmişdir ki, Təqsirləndirilən şəxs həmin vədləri verərkən ümumiyyətlə həmin vədləri yerinə yetirmək və ya vədlərini digər formada icra etməklə bağlı hər hansı bir səlahiyyətə malik olmamışdır. Yəni, Təqsirləndirilən şəxs xidməti vəzifəsinə və səlahiyyətlərinə aid olmayan, o cümlədən Vüqar İsmayılovun törətdiyi cinayətə görə məsuliyyətdən azad etmək və ya cinayət məsuliyyəti ilə bağlı hər hansı bir formada ona “kömək” etmək üzrə qanuni əsaslar olmadan yalan vədlər verərək həqiqətdə Şahid1 etibarından sui-istifadə edərək və onu aldadaraq ümumilikdə 25800 (iyirmi beş min səkkiz yüz) manat məbləğində pul vəsaitini dələduzluq cinayətini törətməklə qanunsuz şəkildə ələ keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmənin bu hissədə gəldiyi nəticə təqsirləndirilən şəxsin qohumları tərəfindən Şahid1 vurulmuş ziyanın tam şəkildə ödənilməsi ilə də tam şəkildə təsdiq olunur. Bundan başqa, Təqsirləndirilən şəxs vəzifəli şəxslərə xidməti vəzifələrinin icrası ilə əlaqədar Vüqar İsmayılovun xeyrinə edəcəkləri hərəkətə və bilə-bilə qanunsuz hərəkətlər etməyə görə özü vasitəsilə birbaşa yolla maddi nemət olan pul vəsaitini rüşvət verməyə Vüqar İsmayılovun valideynlərini vahid niyyətlə təhrik etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsi tam şəkildə öz təsdiqini tapmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2015-ci il tarixli, 7 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci bəndində göstərilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Qeyd edilən qərarın 3-cü bəndində göstərilir ki, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Həmçinin qərarın 4-cü bəndində göstərilir ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 8-ci bəndində göstərilir ki, oğurluqdan, soyğunçuluqdan və quldurluqdan fərqli olaraq dələduzluğun törədilməsi zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsinə zidd olaraq hər hansı yolla (gizli şəkildə, zor tətbiq etməklə və zor tətbiq etmə hədəsi ilə) ələ keçirmir, əksinə həmin əmlak aldadılması və ya etibarından sui-istifadə edilməsi nəticəsində zərərçəkmiş şəxsin özü tərəfindən könüllü olaraq təqsirkara verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4-cü maddəsinə əsasən - ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır. Cinayət hüququ nəzəriyyəsinə görə: təhrikçi öz fəaliyyəti ilə başqasında cinayət törətmək qətiyyəti yaradan şəxsdir. Təhrikçilik başqa şəxsdən cinayət törətməyə sövq edən hərəkətlərin bilavasitə edilməsini tələb edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin bütün əlamətləri vardır və onun törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə tövsif olunmalıdır. Eyni zamanda həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin qeyd edilən cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində cinayətlərin məcmusu var. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2011-ci il tarixli Qərarı). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cavan olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, məhkəmə istintaqında səmimi ifadə verməsini, bir azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, dələduzluq cinayəti nəticəsində vurulmuş maddi ziyanın onun qohumları tərəfindən ibtidai araşdırma dövründə tam şəkildə ödənilməsini, ali təhsilli olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən - bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 17.3-cü maddəsinə əsasən - şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Qeyd edilənləri, təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin (Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi) birbaşa ədalət mühakiməsinə qarşı yönəldiyini, sözü gedən cinayət əməlinin yüksək ictimai təhlükəli olduğunu və həmin cinayətin insanların qanun və dövlət hakimiyyəti qarşısında bərabərlik və sosial ədalət prinsiplərini kobud şəkildə pozduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə, o cümlədən pozulmuş sosial ədalətin bərpasına nail olmaq olar. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası da əlavə cəza kimi təyin edilməlidir. Odur ki, Azər Təqsirləndirilən şəxsbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirli bilinməlidir. Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri üzrə ona həmin maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə vahid cəza, Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi üzrə həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, o cümlədən Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri və Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi üzrə ayrı-ayrılıqda dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin ediləcək əsas cəza və əlavə cəzalar qismən toplanılmalı, toplanmış əlavə cəza əsas cəzaya Cinayət Məcəlləsinin 66.4-cü maddəsinə əsasən birləşdirilərək ona qəti cəza olaraq dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Yalnız bu cəza vasitəsi ilə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrində göstərilən cinayətlər cinayətlərin təsnifatına görə az ağır cinayətlər kateqoriyasına, Cinayət Məcəlləsinin 312.2-ci maddəsində göstərilən cinayət isə ağır cinayətlər kateqoriyasına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edildiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə maddi sübutların taleyini həll edərək qeyd edir ki, iş üzrə maddi sübut qismində çıxış edən “xxxx” MMC-dən daxil olmuş telefon məlumatlarının olduğu 1 (bir) ədəd disk və Təqsirləndirilən şəxs səs yazılarını özündə əks etdirən 1 (bir) ədəd disk hökm qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4,312.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri üzrə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi üzrə 1 (bir) il 6 (altı) ay müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılsın, toplanılmış əlavə cəza əsas cəzaya birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və ona təyin edilmiş qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx xxxxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində çıxış edən “xxxx” MMC-dən daxil olmuş telefon məlumatlarının olduğu 1 (bir) ədəd disk və Təqsirləndirilən şəxs səs yazılarını özündə əks etdirən 1 (bir) ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-201/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-201/2020
03.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver