Məhkəmə qərarları › İş №1(101)-201/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-201/2021

06.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-201/2021 06.04.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Mahmudov İlham Ağa oğlu (sədrlik edən), Xankişiyev Mirzə Aslan oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1 oğlunun, Müdafiəçi – Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi Hafiz oğlunun Zərərçəkmiş şəxsin huquqi varisi X16 oğlunun, X2 iştirakı ilə, xx xxxx 1970-ci ildə Qusar şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Buzovna qəsəbəsi, M.Sübhi küçəsi, ev 2 mənzil 26 da qşeydiyyatda olmaqla yaşamış, hazırda İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Luğman oğlunun Azərbaycan Respublikası CM-nin 120.2.4 -cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 17:00 radələrində Qusar şəhəri, Ləzginsev küçəsi, ev 53 ünvanında yerləşən, doğma qardaşları Əfqan və Zərərçəkmiş şəxslar, habelə anası Şahid1 ilə birgə müvəqqəti yaşadığı evdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində, qardaşı xx xxx 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ona heç yerdə işləməyərək yaşadıqları evi maddi cəhətdən təmin etməməsi ilə bağlı irad tutması səbəbindən aralarında baş vermiş mübahisə nəticəsində yaranmış münaqişə zamanı əl və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs qəsdən vuraraq sonuncuya sağ qaşın üstündə bayır küncünə yaxın 3x1,2 sm, sağ gözün alt qapağında 2x1,4 sm, sol qaşın bayır küncündə 1,5x0,8 sm ölçülərdə, üstü tünd qırmızı rəngli, ətraf dəri səviyyəsindən aşağı yerləşən, kövrək qartmaqla örtülü, fasiləli və qeyri formalı sıyrıqlarla müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, daha sonra Zərərçəkmiş şəxs qisas alıb qəsdən öldürmək qərarına gələrək həmin niyyətlə evin mətbəxindən götürdüyü və əlində tutduğu, soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs əkiz qardaşı X8 yanında ona xüsusi əzab və işgəncə verdiyini dərk etməklə evin giriş qapısının qarşısında Zərərçəkmiş şəxs döş qəfəsinin sol nahiyəsinə bir dəfə qəsdən zərbə vuraraq sonuncuya döş qəfəsinin sol yan səthində ön qoltuqaltı xətti üzrə 10-cu, 11-ci qabırğaarası səviyyəsində, ayaq altından 114 sm yuxarıda 3,5x1 sm ölçüdə, kənarları hamar, yuxarıarxa ucu bir qədər girdələnmiş, soldan sağa, aşağıdan yuxarı istiqamətlənən döş boşluğuna nüfuz edərək ürək kisəsinin və ürəyin kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan, 13-15 sm dərinlikdə, yetirilmə anında həyat üçün təhlükəli olan və kəskin daxili massiv qan itirərək ölümlə nəticələnən ağır dərəcəli zərərvurmaya aid xəsarət yetirərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamla qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, özü Qusar şəhərində doğulsa da, doğulduqdan iki-üç ay Qusar şəhərində yaşadıqdan sonra ailəsi ilə birlikdə ünvan 1 ünvanına köçərək orada yaşamağa davam etmişdir. 1972-ci ildə Bakı şəhərində əkiz qardaşları Kəmran və Əfqan dünyaya gəlmişdir. Onların uşaqlığı Bakı şəhərində keçmiş, lakin maddi vəziyyətləri ilə əlaqədar 1994-cü ildə Bakı şəhərində yerləşən evlərini sataraq Qusar şəhərinə köçmüşlər. O, Qusar şəhərində yaşayarkən 1996-cı ildə əslən rayonun Əvəcuq kəndindən olan X4 ilə ailə həyatı qurmuş, 1997-ci ildə ailə həyatından Süleyman adlı oğlu dünyaya gəlmişdir. Həmin ildə işləmək məqsədilə o, ailəsi ilə birlikdə Rusiya Federasiyasının Dərbənd şəhərinə köçərək orada yaşamağa başlamışdır. Dərbənd şəhərində yaşayarkən 1999-cu ildə ikinci oğlu İbrahim dünyaya gəlmişdir. Uzun müddət ailəsi ilə orada yaşadıqdan sonra iş üçün icazə vərəqəsinin müddətinin bitməsinə baxmayaraq o, qeyri-rəsmi işlədiyi üçün 2015-ci ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına deportasiya olunmuşdur. Ailəsi isə Dərbənd şəhərində yaşamağa davam etmiş və onlar bəzi vaxtlarda Qusar şəhərinə gəlib-getmişlər. O isə Qusar şəhərinə qayıdaraq anası Mariya və qardaşları Kəmran və Əfqanın yaşadıqları, dayısıoğlu İmrana məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gələrək onlarla birlikdə yaşamağa başlamışdır. Həmin vaxt qeyd olunan ünvanda 50 manat müqabilində kirayədə yaşamışlar. O, 2015-ci ildən həmin ünvana köçdükdən sonra qardaşları Kəmran və Əfqanla, o cümlədən anası Mariya ilə ilk əvvəllər normal münasibəti olmuş, lakin sonradan 3 ilə yaxın müddət olmuşdur ki, qardaşları ilə yola getməmişdir. 3 il ərzində qardaşları ilə tez-tez mübahisələri baş vermiş, mübahisələrin yaranmasına səbəb isə qardaşlarının onu gözü götürməməkləri olmuşdur. Dəfələrlə o və qardaşları spirtli içki qəbul etdikdən sonra onlar arasında yaşadıqları evin daxilində mübahisələr yaranmışdır. Bu müddət ərzində onun barəsində qardaşları Qusar RPŞ-yə şikayətlər də etmişlər. Hər dəfə evdə mübahisə yarandıqda yaranmış səs-küyə qonşular da yığışmışlar. xx xxxx 2020-ci il tarixdə səhər oyandıqdan sonra saat 10 radələrində yaşadığı evdən çıxıb Qusar şəhər bazarı istiqamətində getmiş, bir müddət o tərəflərdə, daha sonra isə məhəllələri tərəflərdə tək gəzdikdən sonra saat 12 radələrində evə gəlib iki şüşə qab (butılka) pivə içmişdir. Daha sonra isə yenidən Qusar şəhər ərazisinə çıxıb bir neçə saat gəzdikdən sonra saat 17 radələrində Qusar şəhərində yaşadığı evə gəlmişdir. Həmin vaxt qardaşları Kəmran və Əfqan, o cümlədən anası Mariya evdə olmuşlar. Evə daxil olan kimi o, evin mətbəxinə keçərək çayniki qaynamağa qoymuş, bu zaman Kəmran ondan çaynikin qaynayıb qaynamamağını soruşmuş və o da cavab olaraq hələ qaynamadığını bildirmişdir. Sonra isə o, Kəmrandan siqaret istəyən zaman Kəmran ona siqaretinin olmadığını bildirmiş və onunla mübahisə etməyə başlamışdır. Kəmran ona işləmədiyini, buna görə də özünə siqaret və evə isə heç nə almadığını demiş, bununla da Kəmranla mübahisə etməyə başlamış, həmçinin Kəmran onu itələməyə başlamışdır. Bundan sonra isə Kəmran onun ağız nahiyəsinə, daha sonra isə sağ qaş nahiyəsinə əlinin içi ilə zərbələr vurmuş və o isə Kəmranı itələmiş, lakin ona zərbə vurmamışdır. Kəmranın bu hərəkətlərindən sonra Kəmranla onlar bir-birilərinə nalayiq ifadələr işlətməyə başlamışlar. Onlar bir-birilərinin ünvanına “ağzını belə edərəm” kimi nalayiq ifadələr işlətmişlər. Mübahisə zamanı onların yanında anası Mariya və qardaşı Əfqan da olmuşdur. Həmin vaxt Kəmranla onlar bir müddət bir-birilərinin paltarlarından tutaraq dartışmışlar. Evin giriş qapısının girəcəyində evin daxilində Kəmran onun sinə nahiyəsinə təpiklə vuraraq ondan çölə çıxmağını tələb etmiş, o da Kəmranın ona qarşı olan hərəkətlərindən əsəbləşib evin mətbəxinə daxil olmuş və mətbəx bıçağını götürüb evin həyətinə çıxaraq Kəmrana tərəf getmişdir. Bu zaman Kəmran da onun üstünə gəlmişdir. O əlindəki bıçaqla Kəmranın bədən nahiyəsinə bir dəfə zərbə endirmiş, bundan sonra bıçağı yerə qapının yanına atmışdır. Kəmran isə ilk öncə qarın nahiyəsini tutaraq evin həyətində olan skameykanın üzərində oturmuş, daha sonra isə evin giriş qapısının yanında həyətdə olan torpaq sahəsinə uzanmışdır. O isə Kəmranın hərəkətlərindən əsəbləşdiyi üçün onunla maraqlanmamış və evin mətbəxində oturmuşdir. Daha sonra isə təcili tibbi yardım avtomobili, qonşular evə gəlmişlər. Bir müddət sonra polis və prokurorluq orqanlarının əməkdaşları evə gəldikdə o, hadisəni törətdiyini etiraf etmişdir. Qətl hadisəsi xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində yaşadıqları ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olmuşdur. Kəmranı öldürmək fikri olmamış, sadəcə Kəmranın hərəkətlərindən əsəbləşdiyi üçün o, bu hərəkəti törətmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onu döyərək təhqir etmiş, heç nədən onunla mübahisə yaratmışdır. İlk öncə onu bıçaqla qorxutmaq istəmiş, lakin o üstünə gələndə özündən də asılı olmayaraq bıçaqla onu vurmuşdur. O, həmin vaxt Kəmranın hərəkətlərindən əsəbləşib təsadüfən həmin nahiyədən bir dəfə zərbə vurmuşdur. Əvvəllər Kəmranla dəfələrlə mübahisə etməyinə baxmayaraq onun əvvəlcədən Kəmranı öldürmək fikri olmamışdır. Həmin vaxt o, mətbəxdən götürdüyü, tərəvəz, ət doğramaq üçün nəzərdə tutulmuş bıçaq ilə qardaşı Kəmrana zərbə vurmuş, bıçağın tutacaq hissəsi plastmas materialdan ibarət olmaqla tiyəsi dəmirdən olmuş, bıçağın tutacağı isə ağ, qırmızı, göy rəngli olmuşdur. Bıçağı əvvəllər meyvə-tərəvəz doğramaq üçün istifadə etmiş, o, hansısa məqsədlə planlı şəkildə bıçağı mətbəxə qoymamışdır. Zərərçəkmiş şəxsla mübahisənin, dalaşmanın təşəbbüskarı o özü olmuş, Kəmrandan ilk əvvəl siqaret istəyərkən Kəmran özü onunla mübahisə yaratmış və onlar qarşılıqlı olaraq biri-birilərinə nalayiq ifadələr işlətmişlər. O, Kəmranla dartışan zaman əli onun üz nahiyəsinə dəymiş, lakin o, mübahisə başlayan zaman Kəmrana bilərəkdən zərbə vurmamışdır. O, Kəmranı bıçaqla vurarkən onun yanında həyətdə Əfqan olmuş, Əfqan onun Kəmranı vurmağını görmüş, hadisənin şahidi Əfqan olmuşdur. O Kəmrana qəflətən bıçaq zərbəsi vurduğu üçün Əfqan ona müdaxilə edə bilməmiş, onu vurduqdan sonra qısa müddət həyətdə olmuş və daha sonra evin mətbəxinə keçmişdir. Həmin vaxt yanında qardaşı Əfqan və anası Mariya olmuş, həmin vaxt anası onları sakitləşdirməyə çalışmış, Əfqan isə Kəmrana tərəf dursa da, onların dalaşmaqlarına müdaxilə etməmişdir. Həmin hadisə vaxtı əynində yaşıl rəngli, hərbi yun materialdan uzunqol jaket, qara rəngli şalvar olmuşdur. Səhhətində və psixi vəziyyətində heç bir problem olmamış və heç bir xəstəxanaya da müraciət etməmiş, törətdiyi əmələ görə peşman olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X14 ifadəsində göstərmişdir ki, o və Kəmran əkizlər olaraq 1972-ci ildə Bakı şəhərində anadan olmuşlar, Təqsirləndirilən şəxs isə 1970-ci ildə Qusar şəhərində anadan olmuşdur. O və mərhum qardaşı Kəmran ailəsi ilə birlikdə 1994-cü ilə qədər ünvan 5 ünvanında yaşamışlar. Maddi vəziyyəti ilə əlaqədar 1994-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərində yaşadıqları evi sataraq Qusar şəhərinə köçmüşlər. Onlar Qusar şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Təqsirləndirilən şəxs 1996-cı ildə ailə həyatı quraraq ailəsi ilə birlikdə Rusiya Federasiyasının Dərbənd şəhərinə köçmüşdür. Onun ailə həyatından iki oğlu Süleyman və İbrahim dünyaya göz açmışdır. X17 isə spirtli içki aludəçisi olmuş və o, 2010-cı ilin avqust ayında vəfat etmişdir. 2015-ci ildə qardaşı Raul Rusiya Federasiyasından Azərbaycan Respublikasına deportasiya olunmuş və həmin vaxtdan sonra onlarla birlikdə ünvan 7 ünvanda 50 manat müqabilində kirayədə yaşayırlar. Həmin ünvanda yerləşən ev dayısıoğlu İmranın evidir. Qardaşı Raul 2015-ci ildən onların yaşadıqları ünvana köçdükdən sonra ailəsində tez-tez mübahisələr yaranmışdır. Mərhum Kəmranla o günəmuzd işləməklə fəhləlik etsələr də, Raul heç yerdə işləməmiş, mütəmadi olaraq spirtli içki qəbul etməklə yaşadıqları evi maddi cəhətdən təmin etməmişdir. Eyni zamanda Raul spirtli içki qəbul etdikdən sonra heç bir əsaslı səbəb olmadan onunla, mərhum Kəmranla və anası Mariya ilə mübahisələr yaratmışdır. Dəfələrlə anasına qarşı nalayiq ifadələr işlətmişdir. Bu müddət ərzində Raul barəsində o və Kəmran Qusar RPŞ-yə şikayətlər də etmişlər. Hər dəfə evdə mübahisə yarandıqda yaranmış səs-küyə qonşular da yığışaraq onları ayırmışlar. xx xxxx 2020-ci il tarixdə səhər saat 09 radələrində o və qardaşı Kəmran birlikdə evdən çıxaraq işləməyə getmişlər və onlar evdən çıxanda qardaşı Raul yatmışdır. Həmin gün saat 15 radələrində o və Kəmran Qusar şəhər bazarında yerləşən kafedə hər birilərinə bir bakal pivə içmişlər, bir qədər kafedə oturduqdan sonra sürücünün adını bilmədiyi ağ rəngli VAZ-2106 markalı taksi avtomaşını ilə yaşadıqları evə gəlmişlər. Onlar evə gələndə anası Mariya evin giriş qapısının çölündəki piləkəndə oturub soğan soymuşdur. O və Kəmran evə daxil olaraq marketdən aldıqları ərzaq məhsullarını evə qoymuşlar. Təxminən 10 dəqiqə sonra böyük qardaşı Raul evə gəlmiş, o, həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Raul evdə mətbəxin qarşısında Kəmranla mübahisə edərək ona evə heçnə gətirmədiyi barədə öz iradlarını bildirib ünvanına “alçaqsan, petuxsan və sair” nalayıq ifadələr işlətmiş, həmçinin Raul anasını da söymüşdür. Bu zaman Kəmran ona “ağzının danışığını bil” cavabını söyləmişdir. Daha sonra onlar bir-birlərinə əl-qol hərəkətləri ataraq dava etməyə başlamışlar. O isə onlara yaxınlaşıb ayırmağa başlamış, həmin vaxt anası Mariya çöldən onlara “niyə mübahisə edirsiz, səsiniz çıxmasın, qonumqonşu var ayıbdır, sizdən başqa da adam var” sözlərini bildirmişdir. Lakin, o Raulla Kəmranı ayırmaq istəsə də, ayıra bilməmişdir. Onların dalaşmağı daha da qızğınlaşmağa başlamış, Raul yumruğu ilə Kəmranı vurmaq istəyərkən yumruq zərbəsi onun çənə nahiyəsinə dəymiş, o da bundan əsəbləşib Kəmrana qoşularaq Raulla dalaşmağa başlamışdır. O və Kamran birləşib Raulu yerə yıxaraq ona yumruq və təpik zərbələri vurmuşlar və daha sonra onlar sakitləşmişlər. Daha sonra o və Kamran evdən həyətə çıxmışlar. Kəmran çöldə qalsa da, o evə qayıtmış, bu zaman Raulun evin mətbəxində masanın üstündə olan bıçağı sağ əli ilə götürdüyünü görmüşdür. O dərhal çölə çıxıb Kəmrana “Raulun əlində bıçaq var” sözünü söyləmiş, Raul evdən çölə çıxaraq Kəmranla mübahisə etməyə davam etmişdir. Həmin vaxt Raul mübahisə edərkən onun sağ əlində mətbəxdən götürdüyü bıçaq da olmuş, bunu o və Kəmran da görmüşdür. O, Raulun sağ əlində olan bıçaqla qəfildən Kəmranın sol qarın nahiyəsinə bir dəfə zərbə vurduğunu görmüşdür. Bu zaman Kəmran evin qarşısında olan taxta oturacağın yanında yerə çönbəlmiş vəziyyətdə oturmuşdur. O, Kəmrana yaxınlaşıb onu qaldırmaq istəyərkən Raul arxadan gələrək əlindəki bıçaqla sol boyun tərəfindən vurmaq istəyərkən sağ əli ilə bıçağı onun əlindən alıb kənara tullayaraq anası Mariyaya “bıçağı götür uzaq yerə at, sonra get qonşuları köməyə çağır” demişdir. Anası da bıçağı yerdən götürüb uzağa tullaması üçün səs-küyə gələn qonşu Kəmaləyə vermişdir. Həmin vaxt Raul ona “əcəb edib vurmuşam” sözlərini deməsindən əsəbləşib həyətdə onunla dalaşmağa başlamışdır. Səs-küyə digər qonşular da gələrək onları ayırmışlar. O, Kəmranın qan içində olduğunu görüb hadisə yerinə gələn qonşulara təcili tibbi yardım çağırmalarını demişdir. Bir qədər sonra Qusar rayon Mərkəzi xəstəxanasından təcili tibbi yardım avtomobili gəlmiş, lakin artıq Kəmran vəfat etmişdir. Bundan sonra o, hadisə yerinə gələn qonşularla birlikdə köməkləşib Kəmranın meyitini evin qarşısında yerdə uzandırıb üstünü örtmüşlər. Daha sonra hadisə yerinə polis və prokurorluq orqanlarının işçiləri gəlmişlər və onlar gələndə Raul da evdə olmuşdur. Qətl hadisəsi xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olmuşdur. Hadisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs mətbəxdən götürdüyü, tərəvəz, ət doğramaq üçün nəzərdə tutulmuş bıçaq ilə zərbə vurmuşdur. Bıçağın tutacaq hissəsi plastmas materialdan ibarət olmaqla tiyəsi dəmirdən olmuş, bıçağın tutacağı ağ, qırmızı, göy rəngli olmuşdur. Həmin vaxt Raul spirtli içkinin təsiri altında heç bir əsaslı səbəb olmadan Kəmrana qarşı nalayiq ifadələr işlətmiş, daha sonra isə Raul anası Mariyaya qarşı nalayiq ifadələr işlətdiyi üçün Kəmranla Raul arasında dava yaranmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurarkən o bu hadisəni görmüş, anası Mariya həmin vaxt onların yanında olmamış, evin daxilində olmuşdur. Raul Kəmrana qəflətən bıçaq zərbəsi vurduğu üçün ona müdaxilə edə bilməmiş, həmin vaxt o onlardan bir metr aralıda olmuşdur. Raul Kəmranı bıçaqla vurduqdan sonra o Kəmrana yardım etməyə çalışmış, o Kəmrana yaxınlaşıb onu qaldırmaq istəyərkən Raul arxadan gələrək əlindəki bıçaqla sol boyun tərəfindən vurmaq istəyərkən o sağ əli ilə bıçağı onun əlindən alıb kənara tullamış, daha sonra isə Raul evin mətbəxinə daxil olmuş, Kəmran isə evin giriş qapısını önündə yerdə uzanıqlı vəziyyətdə can vermişdir. Onların arasında yaranmış mübahisənin şahidləri o və anası Mariya olmuşlar. Həmin hadisə vaxtı Təqsirləndirilən şəxs əynində yaşıl rəngli, hərbi yun materialdan uzunqol jaket, qara rəngli şalvar olmuşdur. Raul ilə onun, o cümlədən Kəmranın arasında dəfələrlə mübahisələr baş vermiş, mübahisənin həmişə təşəbbüskarı Raul özü olmuş, onlara qarşı həmişə təhrikedici hərəkətlərə yol vermişdir. Bakı şəhəri, Buzovna qəsəbəsi, M.Sübhi küçəsi, ev 2, 26 saylı mənzili 1993-cü ildə o, vaxtki pulla, yəni 20 şirvana satmışlar və buna görə də Raul evdə əsassız söz-söhbətlər yaradaraq dəfələrlə onlarla və anası Mariya ilə mübahisələr etmiş, o, heç bir yerdə işləməyərək ordaburda yeyib-içib tüfeyli həyat tərzi keçirmiş və evi maddi cəhətdən təmin etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1 və onun övladları Əfqan, Kəmran, Raul onun qonşuları olmuşlar. Onların yaşadıqları evlər bir-birinə bitişik şəkildə yerləşir. Yaşadığı müddət ərzində onların ailəsində mütəmadi olaraq mübahisələr olmuşdur. Belə ki, tez-tez böyük qardaş Raul spirtli içki qəbul etdikdən sonra əkiz qardaşlar olan Kəmran və Əfqanla mübahisələr yaratmışdır. Dəfələrlə Mariya xala onun yaşadığı evə gələrək onu köməyə çağırmış, o da kömək məqsədilə onların evlərinə gedərək söhbətlər aparıb Raulu sakitləşdirməyə çalışmışdır. Həmişə Raul mənasız məsələr ilə bağlı evdə qardaşları və anası ilə mübahisə yaratmış, onların ailəsində davamlı olaraq mübahisələr olduğu üçün qonşuların heç biri həmin ailəyə müdaxilə etməmişlər. xx xxxx 2020-ci il tarixdə 17 radələrində Mariya xala onun yaşadığı evə gələrək “Kəmalə tez gəl, öldürür, ölür” deyə qışqırmış, o da dərhal evdən çıxaraq Mariya xala ilə onların evinin həyətinə daxil olmuş, qapının ağzında Mariya xala əlində olan qanlı bıçağı təmizləyərək ona vermiş, ondan oğlu Əfqanın bıçağı götürməməsi üçün gizlətməyini xahiş etmiş, o da bıçağı evin həyətində yerləşən metal tor ilə əhatələnmiş torpaq əraziyə atmışdır. Həyətə daxil olan zaman yaşayış evinin giriş qapısının yaxınlığında torpaq səthin üzərində Kəmran beli üstə uzanıqlı vəziyyətdə olmuş, həmin vaxt Kəmranın əynində olan köynəyin ön hissəsində qan müşahidə olunmuş və Kəmran hərəkətsiz vəziyyət olmaqla gözləri açıq şəkildə olmuşdur. Kəmranın əkiz qardaşı Əfqan isə həyətdə yerində dayanmayaraq evin daxilində olan Raulun üstünə hücum çəkmək istəmiş, o təcili tibbi yardıma zəng edərək avtomobil gəlməsini xahiş etmiş və Raula qarşı hər hansı hadisə törətməməsi üçün Əfqanın evin içərisinə daxil olmasına icazə verməmişdir. Raul isə evin daxilində mətbəxdə özünə çay süzmüş, qısa müddət sonra Qusar RMX-nın təcili tibbi yardım avtomobili hadisə baş verən evə gələrək yerdə uzanmış olan Kəmranı müayinə etdikdən sonra onun artıq öldüyünü bildirmişlər. Bundan sonra isə qonşular-Rizvan, Yaşar, Rayə xala və s. şəxslər həmin evə gəlmişlər. Qısa müddət sonra polis və prokurorluq orqanlarının əməkdaşları hadisə baş verən evə gələrək şəkillər çəkib ilkin şifahi izahatlar almışlar, həmin vaxt o polis-prokurorluq orqanlarının əməkdaşlarına bıçağı atdığı yeri göstərmiş və onlar tərəfindən bıçaq xüsusi qaydada götürülmüşdür. Neçə illərdi Raul heç yerdə işləməyərək özü üçün yaşamış, əkiz qardaşlar olan Kəmran və Əfqan isə fəhlə işləyərək özlərini və qoca anaları Mariya xalanı dolandırmışlar. Raul isə hər dəfə spirtli içki qəbul edib əkiz qardaşlar və anası ilə mübahisələr yaratmış, onlarla yola getməmiş, hər dəfə mübahisələri spirtli içki qəbul etməklə Raul özü şəxsən yaratmışdır. Mariya xaladan eşitdiyi qədər ilə Raul heç bir əsaslı səbəb olmadan qardaşları ilə mübahisələr yaratmış, onlara qarşı nalayiq ifadələr işlətmişdir. Raul qonşularına qarşı həmişə normal münasibətdə olmuş, lakin evin daxilində həmişə qardaşları ilə mübahisə etmişdir. Həmçinin, uzun illər öncə həmin ailənin maddi imkanları yaxşı olmuş, sonradan məcburiyyət qarşısında Mariya xala Bakı şəhərində yerləşən evlərini satmışdır. Hər dəfə Raul öz anası Mariyanın evi satdığını, maddi cəhətdən əziyyət çəkdiklərini bəhanə gətirməklə anası ilə mübahisələr yaratmışdır. Zərərçəkmiş şəxs və Əfqan Orucov mütəmadi olaraq bir yerdə fəhlə kimi işləmişlər və maddi cəhətdən öz evlərinə baxmışlar, Raul isə yalnız özü işləmiş və özünü dolandırmışdır. Hadisə zamanı evdə onlardan əlavə Əfqan Orucov və Mariya xala olmuş, o şəxsən hadisənin şahidi olmamışdır. Hadisə vaxtı Mariya xala tərəfindən ona verilən bıçaq mətbəx bıçağı olmaqla tutacağı qırmızı, yaşıl, mavi rənglərdən ibarət olmuş və bıçağın kəsici hissəsi qana bulaşmış vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Şahid1 onun bibisi və onun övladları Əfqan, Kəmran, Raul isə onun bibisi uşaqlarıdır. Onların hazırda yaşadıqları ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Təxminən 7-8 il olar ki, həmin şəxslər ona məxsus evdə yaşayırlar. Belə ki, Mariya və oğulları Kəmranla Əfqanın qalmağa yerləri olmadığı üçün o heç bir pul güdmədən onlara həmin ünvanda yaşamağa icazə vermiş, sonradan digər qardaşları Təqsirləndirilən şəxs Rusiya Federasiyasından gələrək anası Mariya və əkiz qardaşları Əfqan və Kəmranla birlikdə yaşamağa başlamışdır. Raul Rusiyadan gəldikdən sonra həmin ailədə problemlər yaranmağa başlamışdır. Raul və digər əkiz qardaşlar olan Kəmran və Əfqan spirtli içki qəbul etdikdən sonra bir-biriləri ilə mübahisə yaratmışlar. Dəfələrlə onların mübahisələrinə qonşular yığışmış, hətta Mariya xala Təqsirləndirilən şəxsla bağlı Qusar RPŞ-yə şikayət ərizəsi də yazmışdır. xx xxxx 2020-ci il tarixdə 17 radələrində qonşusu Elçin ona zəng edərək ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evində cinayət hadisəsinin olduğunu, tez ora gəlməyini demiş, o da dərhal yaşadığı evdən çıxaraq həmin ünvana getmiş, ora çatanda artıq qonşuların, polis əməkdaşlarının həmin ünvana yığışdığını görmüşdür. Evin həyətinə daxil olan zaman Zərərçəkmiş şəxs torpaq səthin üzərində cansız bədəni olmuş, hadisə ilə bağlı maraqlandıqda Təqsirləndirilən şəxs bıçaqla qardaşı Kəmranı vuraraq öldürdüyünü öyrənmişdir. Lakin, polis əməkdaşları onun evə daxil olmağına icazə verməmişlər. Polis və prokurorluq orqanlarının əməkdaşları hadisə baş verən evə gələrək şəkillər çəkib ilkin şifahi izahatlar almışlar. Neçə illərdi Raul ilə əkiz qardaşlar olan Kəmran və Əfqan arasında mütəmadi olaraq mübahisələr baş vermişdir. Zərərçəkmiş şəxs və Əfqan Orucov mütəmadi olaraq bir yerdə fəhlə kimi işləyərək maddi cəhətdən öz evlərinə baxmışlar, Raul isə yalnız özü işləmiş və özünü dolandırmışdır. İş üzrə şahid qismində dindirilmiş X10 və Şahid4 Xavər oğlu da analoji ifadələr verərək Şahid6, Şahid3 və Şahid2 Şahid6 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 107 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət üst dodağın qırmızı şahəsinin səthi əzilmiş yarası küt əşyanın təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxxx 2020-ci il tarixdə mübahisə zamanı əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Bu da Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs öldürməzdən əvvəl aralarında davanın baş verməsini bir daha sübut edir. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 05 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, mərhum Zərərçəkmiş şəxs meyitininin sağ qaşüstü nahiyəsində, sağ gözün alt qapağının və sol qaşın bayır küncündə sıyrıqlar, eyni zamanda döş qəfəsinin sol yan səthinin daxilə keçən, Xİ qabırğanın aşağı kənarının, ürək kisəsini və ürəyi zədələyən deşilmiş-kəsilmiş yara xəsarətləri aşkar edilmişdir. Yara kanalı 13-15 sm, istiqaməti isə az çəp-köndələn, soldan sağa, aşağıdan yuxarıya doğrudur. Mərhum Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthinin həyati deşilmiş-kəsilmiş yarası yastı tiyə tipli deşici-kəsici alətin güclü təsiri nəticəsində yaranmışdır və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir. Deşicikəsici alətin tiyəsinin bir kəsəri küpcüyü olmuşdur, tiyənin uzunluğu təqribən 15-20 sm, eni isə təxminən 3 sm olmuşdur. Qeyd edilmiş xəsarət döş qəfəsinin sol yan səthinin deşilmişkəsilmiş yarası çox güman ki, ayaq üstü vəziyyətdə kəsici-deşici alətin təsirindən, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx xxxx 2020-ci il tarixdə bir bıçaq zərbəsinin təsirindən əmələ gələ bilərdi. Sağ qaşın üstünün bayır küncünün, sağ gözün alt qapağının, sol qaşın bayır küncünün sıyrıqları küt əşyanın (əşyaların) təsirindən, ölümündən az əvvəl əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlərə malikdir. Mərhum Zərərçəkmiş şəxs meyiti üzərində əlbəyaxa və özünü müdafiə etməyə xarakterik xəsarətlər aşkar edilməmişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 1% etil spirti aşkar edilmişdir. Bu da sağlığında yüngül dərəcəli sərxoşluq törədə bilərdi. Mərhum Zərərçəkmiş şəxs ona üzərində olan xəsarətlər yetirildikdən sonra qısa müddət, dəqiqələrlə sayılan vaxt ərzində sağ qalmış və o, məqsədyönlü hər-hansı bir hərəkət etmək iqtidarında olması az inandırıcıdır. Mərhum Zərərçəkmiş şəxs ölümü ilə aldığı xəsarətlər arasında birbaşa səbəbli əlaqə vardır. İlkin meyit əlamətlərinin inkişaf səviyyəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan 2-4 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsi sol yarısının daxilə nüfuz edən, ürək kisəsin və ürəyi zədələyən deşilmişkəsilmiş yarasının törətdiyi kəskin qanitirmə olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-kriminalistik ekspertizasının xx xxxx 2020-ci il tarixli 6/164 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus olması qeyd edilən şalvarlardan göy rəngli şalvar üzərindən tapılmış qara rəngli pampıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olması qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olması qeyd edilən paltarlardan yaşıl rəngli hərbi köynəyin üzərindən tapılmış boz rəngli yun liflər cinsi əlamətlərə görə mərhum Zərərçəkmiş şəxs məxsus olması qeyd edilən qolsuz jaketin tərkib liflərinə uyğun gəlir. Bu da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməzdən əvvəlki mübahisə zamanı, həmçinin sonuncunu qəsdən öldürərkən onunla sıx təmasda olmasını bir daha sübut edir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik-psixoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 1251 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən və ondan sonra hər hansı bir ruhi-əsəb xəstəliyi (xroniki psixi xəstəlik) keçirməmişdir. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış kompleks məhkəmə-bioloji və tibbi-kriminalistik ekspertizasının məhkəmə tibbi bioloji tədqiqinə dair xx xxx 2020-ci il tarixli 9/433 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: Oalfa, beta/İ/, Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu: O/İ/-dir. Ekspertizaya təqdim olunmuş 01 ədəd bıçaq, hadisə yerindən 02 ədəd çubuqlu pambıq tamponlarla götürülmüş ləkələrdə, Zərərçəkmiş şəxs məxsus şalvar, vodolazka, alt mayka və jilet üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləklərinin antigen və aqqlyutininlərinə görə qrup ABO sistemi üzrə təyin olunduqda “H” antigeni, alt mayka və çubuqlu tamponlarda həmçinin alfa, beta aqqlyutinini alındı. Bu qan ləkələri Oalfa, beta/İ/ qruplu şəxsə, yəni Zərərçəkmiş şəxs məxsusdur. Tədqiq olunan Zərərçəkmiş şəxs məxsus şalvar, vodolazka, alt mayka və jilet üzərindəki ləkələrin sitoloji tədqiqatı zamanı periferik mənşəli olması, 02 ədəd çubuqlu tamponlar üzərindəki ləkələrin isə kişi genetik cinsinə mənsub olması müəyyən olundu. Bu da Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən evin həyətində bıçaqla qardaşı Zərərçəkmiş şəxs qəsdən öldürməsini bir daha sübut edir. İş materiallarına əlavə edilmiş kompleks məhkəmə-bioloji və tibbi-kriminalistik ekspertizasının məhkəmə-tibbi-kriminalistik və kriminalistik tədqiqinə dair xx xxx 2020-ci il tarixli 7/234 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus jiletin, sviterin və maykanın ön hissəsinin sol-orta nahiyəsində bir ədəd deşilmişkəsilmiş zədə aşkar edilir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə törənmişdir. Ekspertizaya təqdim olunmuş bıçaq məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bu da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürərkən hadisə yerinə baxış zamanı götürülmüş bıçaqdan istifadə etməsini bir daha sübut edir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü üzrə qiymətəndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini Təqsirləndirilən şəxs əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakının, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən mötəbər sübut növləri kimi qəbul edir. Məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O, həmin cinayət əməlini törətməkdə təqsirlidir və onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, cinayət məsuliyyətindən və cəzadan azad edilməsi uçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmədə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin əməllərində məsuliyyəti yüngülləşdirən hal zərərçəkmiş şəxsin hüquqi varisi X16 oğlu ilə barışması ona qarşı heç bir şikayət və tələbinin olmamasıdır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinin tələblərinə əsasən cinayətlərin təsnifatına görə “xüsusilə ağır” cinayətlər sırasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs xüsusilə ağır cinayət törətdiyinə görə ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla, cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2020-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməməlidir. Cinayət işi üzrə mülki iddia verilməmişdir. İş üzrə mülki iddia yoxdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsindən məhkəmədəki müdafiəçisi Müdafiəçi Hafiz oğlunun Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə 300 (üç yüz) manat köçürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon prokurorluğunun “maddi sübatları saxlanılması” otağında saxlanılan, cinayətin aləti olan bıçaq; pambığa batırılıb hopdurulmaqla qıtürülmüş qan nümunələri, hadisə zamanı meyit mərhumun əynində olan boz, yun sviter, göy cins materialdan belində qəhvəyi kəmər olan şalva, mayka, corablar eləcə də təqsirləndirilən şəxsin hadisə zamanı əynində olmuş yaşıl rəngli, yun materialdan olan uzunqol hərbi köynək, üzərində avto jeans yazılmış etiket olan şalvar məhv edilməlidir. Cinayət işi üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza xərcləri 163,62 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs xüsusi müsadirə tətbiq edilməsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 354, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 05 mart 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Qusar rayon prokurorluğunun “maddi sübatları saxlanılması” otağında saxlanılan, cinayətin aləti olan bıçaq; pambığa batırılıb hopdurulmaqla qıtürülmüş qan nümunələri, hadisə zamanı meyit mərhumun əynində olan boz, yun sviter, göy cins materialdan belində qəhvəyi kəmər olan şalva, mayka, corablar eləcə də təqsirləndirilən şəxsin hadisə zamanı əynində olmuş yaşıl rəngli, yun materialdan olan uzunqol hərbi köynək, üzərində avto jeans yazılmış etiket olan şalvar məhv edilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla əlaqədar Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından məhkəmədəki müdafiəçisi Müdafiəçi Hafiz oğlunun Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun nəfinə 300 (üç yüz) manat köçürülsün. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza xərcləri 163,62 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar