Məhkəmə qərarları › İş №1(101)-201/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-201/2023

02.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-201/2023 02.03.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X23 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı, X35, X13, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri ünvan 3 evdə qeydiyyatda olmaqla yaşayan, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə seçilmiş “həbs” növündə qətimkan tədbiri “ev dustağlığı” növündə qətimkan tədbiri ilə əvəz edilən,) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış, daşımış, eləcə də narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə edib, saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən ümumi təmiz çəkisi 1271,824 qram, yəni külli miqdarda bitki mənşəli kütlə, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ümumi təmiz çəkisi 44,305 qram, yəni külli miqdarda ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 18,054 qram, yəni külli miqdarda qəhvəyi rəngli madda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi təmiz çəkisi 2,888 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 9 ədəd üzərində “Methadone 40” göstəriciləri olan dərman konvolyutu kəsiklərində açıq qəhvəyi rəngli, “F/M 40” göstəricili tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,360 qram təşkil edən metadon həbi, 1 ədəd üzərində “Samisaz” göstəricisi olan dərman kapsulunun əsas təsiredici maddəsi preqabalin olan və həmin kapsulun tərkibində ümumi miqdarı 0,150 qram təşkil edən preqabalinin təsir maddəsini alaraq əldə edib, üzərində və yaşadığı evdə saxlamaqla daşımış və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Suraxanı Rayon Polis İfarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02 noyabr 2021ci il tarixdə saat 12:00-da Bakı şəhəri ünvan 3 evin qarşısında saxlanılıb Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,373 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə külli miqdarda heroin aşkar edilərək götürülmüş və həmin tarixdə əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 3 evə baxış zamanı 1 (bir) ədəd qara rəngli üzərində “SLEPOTA” yazısı olan dəmir papiros qutusunda təmiz çəkisi 2,442 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen torbadakı ağ rəngli sellofan torbada təmiz, çəkisi 1265,0 qram, həmin torbada 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,352 qram, 2,026 qram 2,446 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 4 (dörd) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 1,029 qram, 26,167 qram, 1,179 qram, 15,930 qram və ümumi təmiz çəkisi 44,305 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 1 və 2-ci bükümdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, 3 və 4-cü bükümdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, 1 və 2-ci bükümdəki metamfetaminlər kimyəvi tərkib komponetlərinə görə 3 və 4-cü bükümdəki metamfetaminlərdən fərqli olan, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,475 qram və 5,206 qram ümumi təmiz çəkisi 15,681 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış müxtəlif tərkibli narkotik vasitə heroin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,361 qram və 2,527 qram, ümumi təmiz çəkisi 2,888 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryək, 9 ədəd üzərində “Methadone 40" göstəriciləri olan dərman konvolyutu kəsiklərində 9 ədəd açıq qəhvəyi rəngli, “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadon və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,360 qram təşkil edən güclü təsir edən maddə olan metadon həbi, 1 ədəd üzərində “Samisaz” göstəricisi olan dərman kapsulunun əsas təsiredici maddəsi preqabalin olan və həmin kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,150 qram təşkil edən və 2 ədəd narkotik vasitə olan heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 28 oktyabr 2022-ci il tarixdə saat 10 radələrində X1 azyaşlı oğlu X38 xəstə olduğundan yaşadıqları Bakı şəhəri ünvan 3 evi tərk edərək həkimə getmişdir. X1 həkimə getdikdən təxminən 15 dəqiqə sonra qaynanası X8 yaşadığı Bakı şəhəri ünvan 3 evə gəlmiş, bundan sonra yəni həmin gün saat 10:30 radələrində yaşadığı evin həyətində olan küçədən hündürdən səs-küy gəldiyini eşidib, dərhal yaşadığı evin eyvanına çıxmışdır. Həmin vaxt 7-8 polis əməkdaşının polis avtomobilləri ilə küçədə dayandığını və həmin nəqliyyat vasitəsindən düşən polis əməkdaşlarının bir hissəsinin yaşadıqları evin küçə qapısına doğru, bir qisim polis əməkdaşlarının isə evin altında yerləşən dükana doğru ani halda gəldiklərini görmüşdür. Bundan sonra o, yaşadığı evin giriş qapısını arxadan bağlayıb, yataq otağına keçmiş və həmin otaqda olan pəncərəni açaraq atası Rasim Ağayevin əmisi oğlunun həyətinə keçərək qaçıb getmişdir. O mütəmadi olaraq marixuana istifadəçisidir və polislər həyətə gələn zaman onun yataq otağında olan şkafda 1 (bir) kibrit qutusunda şəxsi istifadəsi üçün saxladığı marixuana yadından çıxaraq qalmışdır. O polislərin onu tutmaq üçün gəldiklərini düşündüyündən və tutulmamaq üçün mən evdən qaçıb getmidir. Həmin vaxt ona məxsus olan 1 (bir) kibrit qutuda saxladığı marixuana yadından çıxaraq yataq otağında qalmışdır. Həmçinin onun istifadəsində olan ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələr yaşadığı həmin evdə qalmışdır. Həmin mobil telefon “Redmi-Not 9 S” və həmin mobil telefon kartında olan mobil nömrələr ***-***-**-**, ***-***-**-**, ***-***-**-** olmuşdur. O, Xaçmaz şəhərində yaşayan dostunun evinə getmiş, buna baxmayaraq o həmin ərəfədə ailə üzvüləri ilə mütəmadi olaraq telefon əlaqəsində olurmuş. Daha sonra o, Xaçmaz şəhərindən Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsinə qayıdıb dostu X14 yaşadığı evdə qalmışdır. O, X14 evində olan zamanı X14 istifadəsində olan mobil telefonla evə zəng edərək işinin hansı mərhələdə olması ilə bağlı maraqlanmış. Bundan sonra qaynanası X8 ona Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis mayoru X28 ilə mütəmadi olaraq danışdığını, onun və əmisi oğlu X15 işi ilə bağlı ümumilikdə 20000, (iyirmi min) manat pul istədiyini və nəticə etibari ilə hər ikisinin işini həll etdiyini əminliklə bildirmişdir. Bununla yanaşı olaraq qaynanası X8 10000 (on min) manat ona görə, 5000 (beş min ) manat isə X15 ailəsindən istəyərək almışdır. Qayınanası 15000 (on beş min) manat pula Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis mayoru X28 ilə razılaşdığını və ona verəcəyini bildirmişdir. Bundan sonra qaynanası X8 ona işi artıq həll etdiyini və rahat halda evə gəlməyini bildirmişdir. O, tanışları X36, X6 və X29 ilə birlikdə R.R.Əzizova məxsus dövlət nömrə nişanını bilmədiyi «Mersedes» markalı avtomobillə xx.xx.2021-ci il tarixdə təxminən saat 21 radələrində yaşadığı evə gəlmişdir. Təxminən 20 dəqiqə sonra Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis mayoru X28 qaynanası X2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmişdir. Həmin vaxt qaynanası X8 və o özü telefona cavab vermişdir. X28 həmin vaxt telefonda ona bildirmişdir ki, onun və əmisi oğlu X15 işini yoluna qoyubdur. Abdin ilə birlikdə Suraxanı Rayon polis İdarəsinə gəlmələrin, müstəntiqin onları gözlədiyini bildirmişdir. Bundan sonra o, İbrahimov Anara telefonda tez bir zamanda əmisi oğlu X29 ilə bilrikdə Suraxanı Rayon Polis İdarəsinə gələcəklərini demişdir. 15-20 dəqiqədən sonra X28 idarə etdiyi Nissan Sani markalı “AP” “978” dövlət qeydiyyat nişanlı avtomobillə onun yaşadığı evə gəlmişdir. X28 evə gələn zaman evdə X36 və X6 olmuşlar. Həmin vaxt X28 ona əmisi oğlu X19 dərhal tapmasını, birlikdə Suraxanı Rayon Polis İdarəsində izahat vermələrini, tərəfindən pul alındığını və artıq işi yoluna qoyduğunu bildirmişdir. Bundan sonra əmisi oğlu X15 bacısının əri İlqar və Ağabəylə telefon əlaqəsi saxlamış, X20 dərhal birlikdə Suraxanı RPİ-nə gedərək izahat verməkləri üçün onlara gəlməsini bildirmişdir. Təxminən 30 dəqiqədən sonra X29 telefon zəngi edərək, hazırda yolda olduğunu onlara gəldiyini bildirmişdir. Beləliklə də X29 onun yaşadığı evə gəldikdən sonra X36 və X6 ilə birlikdə əyləşib çay içib söhbət etmişlər. Təqsirləndirilən şəxs lavə olaraq bildirmişdir ki, o, X21 evinə gəldikdən 1 gün sonra X29 da həmin evə gəlmişdir. Həmin zaman o, X9 ətraflı öyrənmişdir ki, xx.xx.2021-ci il tarixdə Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları onun yaşadığı ünvan 3 evə gələn zaman qonşuluqda yaşayan əmisi oğlu X15 da yaşadığı evə getmişlər. X15 yaşadığı evdən silah, sursat çıxdığı üçün onun qoluna qandal vurmuşlar. X4 qolunda qandal ilə bilrikdə Suraxanı Rayon Polis İdarəsinin əməkdalarının əlindən qaçmışdır. Buna baxmayaraq ümumilikdə söhbət etdikdən sonra o, evdə ki, mobil telefonla polis mayoru X16 istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək X15 onun yaşadığı ünvan 3 evə gəldiyini, birlikdə olduqları barədə məlumat vermişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat 23 radələrində polis mayoru X28 idarə etdiyi nəqliyyat vasitəsi ilə onların yaşadığı evə gəlmişdir. Daha sonra X29, o və X8 ilə bilrikdə polis mayoru X16 idarə etdiyi nəqliyyat vasitəsinə əyləşib Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına getmişlər. Həmin vaxt evdə olan X36 və X6 özlərinə məxsus olan nəqliyyat vasitəsi ilə, onların arxasınca Suraxanı Rayon Polis İdarəsinə gəlmişlər ki, onlar polis idarəsindən çıxdıqdan sonra onları yaşadığı evə aparsınlar. Onlar Suraxanı RPİ-nə çatan zaman giriş qapını polis əməkdaşları açmışlar və polis mayoru X28 idarə etdiyi xidməti nəqliyyat vasitəsi ilə inzibati binanın həyətinə daxil olmuşlar. Suraxanı RPİ-nin inzibati binanın həyətində olan zaman, digər nəqliyyat vasitələrindən polis əməkdaşları aşağı düşərək onlara yaxınlaşmışlar. Daha sonra polis əməkdaşları onu və X19 Suraxanı RPİ-nin əməliyyat üzrə rəis müavini, Fizuli müəllimin xidməti otağına aparmışlar. Həmin vaxt öyrənmişdir ki, xx.xx.2021-ci il tarixdə X19 və onu tutmaq üçün gəlmiş polis əməkdaşlarının əlindən yaşadığı evdən qaçdıqları üçün həmin polis əməkdaşları 4 (dörd) gün ərzində axtarmışlar. Əməliyyat üzrə rəis müavini, Fizuli müəllim onlara sual verərək qaçmaqda hansı polis əməkdaşlarının yaxından kömək etdiyini soruşmşdur. O və X29 polis əməkdaşlarının onlara qaçmaqda kömək etmədiyini və tutulmaqdan qorxduqları üçün qaçdıqlarını Fizuli müəllimə bildirmişlər. Bundan sonra Suraxanı Rayon Polis İdarəsinin 2 (iki) mərtəbəsində olan Cinayət Axtarış Üzrə Əməliyyat Müvəkkillərinin xidməti otağında əmisi oğlu X19 və onu saxlamışlır. Həmin vaxt Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis mayoru X28 gec gəldiyinə görə, müstəntiqin olmadığını, səhəri günü işlərinin yoluna qoyulacağını və daha sonra çıxıb evlərinə gedəcəklərini polislər ona demişdirlər. Həmin gecə Suraxanı Rayon Polis idarəsində qalmış, səhəri günü yəni xx.xx.2021-ci il tarixdə onu yenidən X16 xidməti otağına aparmışlar. Həmin vaxt qaynanası X8 da polis mayoru X16 xidməti otağında olmuşdu. X28 həmin vaxt ona əmisi oğlu X15 işinin düzəlmədiyini və A.F.Ağayevin əlavə olaraq verməli olduğu 5000 (beş) manat pulu vermədiyini, bu səbəbdən onun verdiyi 5000 (beş) manat pulu qaynanası X3 qaytararaq verdiyini bildirmişdir. Həmin vaxt qaynanası X8 5000 (beş) manat pulu ona nümayiş etdirib X16 ona qaytardığını bildirmişdir. X28 həmin vaxt qaynanası X3 narahat olmamasını, onun işinin səhərə qədər həll edəcəyini, hətta bununla bağlı olaraq qurana da and içmişdir. Səhəri gün polis əməkdaşları gəlib ona narkotik verib, cibinə qoymağını, çəkiliş edəcəklərini, onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini və Suraxanı rayon Məhkəməsindən buraxdıracaqlarını bildirmişlər. Bundan sonra o, polis əməkdaşlarına bildirmişdir ki, polis mayoru X22 o, işinin həll edilməsi ilə bağlı pul vermişdir, polis əməkdaşları ona narahat olmamasını, onu Anar İbrahimov tərəfindən şəxsən tapşırıldığını və hər şeyin yaxşı halda öz həllini tapacağını demişlər. Bundan sonra Suraxanı RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı xidməti otağa gələrək öz növbəsində ona narahat olmamağını və Azərbaycan Respubliaksı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənədləşdirəcəyini və Suaraxanı rayon Məhkəməsindən buraxılacağını bildirmişdir. Bundan sonra təhqiqatçı istifadəsində olan mobil telefonu ilə yaşadığı Bakı şəhəri ünvan 3 evdə olan ***-***-**-** saylı nömrəyə zəng edib X1na onun üçün siqaret, su, yemək gətirilməsini demişdir. Daha sonra Suraxanı RPİ-nin əməkdaşı olan X30 xidməti otaqda olan seyfi açaraq 1 (bir) bükümdə olan narkotik vasitəni ona verib, humanistlik etdiyini, narkotiki cibinə qoymağını video çəkilişdə könüllü olaraq çıxarmağını, bir daha narahat olmamağını, polis mayoru X16 məsələni həll etdiyini məhkəmədən buraxılacağını əminliklə bildirmişdir. Bundan sonra polis əməkdaşalrının ona bildirdikləri ilə səmimi olaraq razılaşaraq video çəkilişdə həmin narkotik vasitənin ona aid olmasını bildirmişdir. Beləliklə də video çəkilişdən bir neçə saat sonra Suraxanı RPİ-nin təhqiqatçısı X31, polis mayoru X28, Şahid1, Şahid2 və 9 saylı vəkil bürosundan olan X25 yaşadığı Bakı şəhəri ünvan 3 evə onunla bilrikdə gəlmişlər. Həmin vaxt polis mayoru X28 avtomobildə ona bildirmişdir ki, Bakı şəhəri ünvan 3 evdə polis əməkdaşlarına qarşı hörmətsilzik etməməyini, edildiyi halda ona yaxşı olmayacağını bildirmişdir. O bu işlə ilə bağlı pul aldığını və polis əməkdaşları tərəfindən ona nə diqtə edilirsə video çəkiliş zamanı səmimi olaraq etiraf etməyini tapşırmışdır. Bundan sonra o, X22 inandığından onun diqtə etdiyi bütün xüsusatları video çəkiliş zamanı demişdir. Nəticə etibar ilə Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin ünvan 2 ünvanında yerləşən inzibati binasında və yaşadığım Bakı şəhəri ünvan 3 evdə aparılan video çəkiliş zamanı göstərdiyi narkotik vasitələr ona aid olmamış, həmin etiraflar X22 inandığından bildirmişdir. Təqsirləndirilən şəxs suallara cavab olaraq göstərmişdir ki, o, evdə olduğum zaman polis əməkdaşlarını görsə də polislər onu görməmişlər. Evdə ona məxsus yarım kibrit qutusu marixuna olduğu üçün o, polis əməkdaşlarını gördükdən sonra evdən qaçmışdır. Həmin marixuana sonra polis əməkdaşları götürmüşdülər. Evə baxış keçirilməsinə getdikləri zaman onu təxminən 30 dəqiqə maşında saxlamışlar və Anar müəllimin əlində sellofon torba ilə evə getdiyini görmüşdür. Həyat yoldaşı da sellofon torbanın gətirilib evə qoyulmasını görmüşdür. Baxışda iştirak edən vəkil də sellofon torbanın ora qoyulmasını və digər hərəkətləri görmüş və etiraz etməmişdir. Tüfəngi Roman və digər polis əməkdaşları aparıb sandığın içərisinə qoymuşlar. Anar İbrahimovla 3 dəfə əlaqə saxlamış, 1-ci dəfə gəlib onu evdən çölə çıxmamağını və Abidinə də zəng vurub onu tapmağnı demiş, təxminən 20 dəqiqə sonra yenə gəlib Abidinin gəlib- gəlmədiyini yenidən soruşmuş, daha sonra 30 dəqiqə sonra Abidin gəlmiş və o da Anar müllimə bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ilki ifadəsi ilə məhkəmədə elan olunmuşdur. O həmin ifadəsində göstərmişdir ki, o təxminən 3-4 aydır ki, narkotik maddələrdən istifadə edir. Nəhayət 02 noyabr 2021-ci il tarixdə saat 12 radələrində ünvan 3 ünvanın qarşısında mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişdir. Bundan sonra onun narkotik vasitənin əldə edilməsi, saxlanması və istifadəsində şübhəli olduğunu deyərək onu Suraxanı Rayon Polis İdarəsinə dəvət edilmişdir. O razılaşmış və polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nə gəlmişdir. Polis İdarəsində ona hüquq və vəzifələri izah olunduqdan sonra videoçəkilişlə üzərində axtarış keçirilmişdir. Axtarış zamanı ondan üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O etiraz etməmiş və əynində olan mavi rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümü təqdim etmişdir. Ondan həmin bükümün içərisində nə olması və nə vaxt kimdən əldə etməyi barədə soruşulmuşdur. O həmin bükümlərin içərisində narkotik maddə kokos olduğunu, onu üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 5 manat müqabilində aldığını və öz şəxsi tələbatını ödəmək üçün əldə etdiyini bildirmişdir. Bundan sonra yuxarıda göstərilən narkotik vasitə götürülərək zərfə qoyulub qablaşdırılmış və üzəri o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış həyata keçirilmiş və hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmiş və ya götürülməmişdir. Bundan sonra ona evə baxış keçirilməsi barədə təklif olunmuş və o etiraz etməmiş və evinə baxış keçirilməsi üçün ərizə yazaraq razılıq verməsini göstərmişdir. Yaşadığı evinə, yəni Suraxanı rayonu, Əmircan qəsəbəsi, Əli Bayramov küçəsi 4 saylı evdə yerləşən mənzilə polis əməkdaşları və vəkilin iştraki ilə baxış keçirilmişdir. Yaşadığı evinin dükan qismində işlətdiyi zirzəmisinin içərisində olan sandıqda 01 ədəd tüfənq, öz fərdi yaşayış otağının taxta dolabın içərisində yerləşən qara rəngli parçadan üzəri qırmızı rəngli “Speedy” yazılı çantanın içərisindən 08 ədəd bükümdə olan narkotik vasitəyə bənzər maddə, 12 ədəd həbb, həmin çantanın içərisində “Slepota” yazılı dəmir qutusunun içərisində ota bənzər kütlə və eyni çantanın içərisindən 01 ədəd tərəzi və digər fərdi yaşayış otağında taxta dolabın içərisində yerləşən ağ rəngli üzəri “Novas” yazılı sellofanın içərisi olan 03 ədəd kibrit qutusunun içərisində ota bənzər kütlə və həmin sellofanın içərisində ot kütləsi və 01 ədəd tərəzi aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitəyə bənzər maddələr və tərəzilər qablaşdırlaraq onun və iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq cinayət təqibi üzrə əhəmiyyət kəsb edən heç bir şey aşkar edilmədiyini göstərmişdir. Həmçinin o, narkotik vasitə, psixotrop maddə və güclü təsir edən dərman həblərini özü istifadə etmək üçün əldə etməyini, üzərində saxlamağını bildirmişdir. Narkotik vasitə, psixotrop maddə və güclü təsir edən dərman həblərini heç kimə satmaq və ya vermək niyyəti ilə əldə etmədiyini qeyd etmişdir. O, üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və güclü təsir edən dərman həblərini tanımadığı şəxsdən ös istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmçinin üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və güclü təsir edən dərman həblərindən başqa heç bir ünvanda hər hansı bir narkotik vasitə, psixotrop maddə və güclü təsir edən dərman həblərini saxlamadığını və əkmədiyini bildirmişdir. Tapılan silah ona rəhmətə getmiş babasından yadigar qalmışdır. Babasının həmin silahı haradan əldə etməsini bilmədiyini, həmin silahla heç bir qanunsuz hərəkət etmədiyini və həmin silahdan heç vaxt istifadə etmədiyini qeyd etmişdir. Həmçinin o, Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir psixi və ya zorakılıq olmadığını göstərmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin ifadəsində ona hər şeyin yaxşı olacağına vəd etdikləri üçün o da ifadəni oxumadan imza etməsini, buna görə ibtidai istintaq zamanı verdiyi son ifadəsi və məhkəmədə verdiyi ifadənin düzgün olduğunu bildirir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuşdu. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunmuş və daha sonra ondan və Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri ünvan 3 evin qarşısında Təqsirləndirilən şəxs əlamətlərinə uyğun olan şəxsə yaxınlaşaraq üzərlərində olan polis xidməti vəsiqlərini təqdim edib, şəxsiyyəti barədə məlumat verməyini xahiş etmişlər. Bundan sonra evin qarşısında Təqsirləndirilən şəxs saxlayıb Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirmişlər. İnzibati binada üzərində qanunsuz olan əşya varsa könüllü olaraq təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi gödəkçənin boynuna və içərisinə baxılmış, lakin hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra evinə baxış keçirilərkən 3 ədəd kibrit qurtusunda və 8-9 bükümdə narkotik vasitələr, 1 ədəd tərəzi aşkar olunmuş və özü narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf etmişdir. Şahid1 suallara cavab olaraq bildirmişdir ki, məliyyat tədbirində 2 nəfər iştirak etmişlər, Təqsirləndirilən şəxs qarşı fiziki təzyiq göstərilməmişdir. Evə baxış zamanı iştirak etmiş, otaqların birində 3 ədəd kibrit qutusunda və 8-9 bükümdə narkotik vasitə və tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs özü etiraf etmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs Anar müəllimin yanına gəlməsini görməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X36 ifadəsində göstərmişdir ki, oktyabr ayının 28-i axşamüstü Təqsirləndirilən şəxs onlara gəlmiş, bir gün sonra isə Abidin Ağayev onlara gəlmişdir. Ayın 31-i Bəxtiyar, o və Zaur maşına minib Zaurgilin evlərinə getmişlər və orada Anar müəllim adlı polis olmuşdur. Evdə Anar müəllim və Zaurgil arasında 15000 manat pul söhbəti olmuşdur. Daha sonra Zaur və Abidin Anar müəllimin maşınına minib polis bölməsinə getmişlər və onlar da yəni o, Bəxtiyar və Zaurun qayınansı onların arxasınca getmişdirlər. Onlara Zaurun bu gün bölmədə qalacağını, sabah onu buraxacaqlarını demişlər. Təqsirləndirilən şəxs təxminən 15 ildir ki tanıyır və dostudur. Onun evi və Zaurun evi arsındakı məsafə təxminən 10-15 km olar. Ayın 29-u Zaur onun evinə gəlmişdi və hansı səbəblə gəldiyini bilməmiş, daha sonra Zaurun evində ov tüfəngi olduğu üçün onun polis gədiyi üçün qorxub qaçdığını bilmişdir. Zaur 2 gün onlarda qalıb ayın 31-i getmişdir. Zaurun evinə gəldiyikləri vaxt evdə Zaurun anası, yoldaşı, uşaqları olmuş və daha sonra Anar müəllim evə gəlmişdir. Bölmənin qabağında 1-2 saat gözləmişlər, daha sonra Zaurun qayınansına gözləməməklərini, Zaur sabah buraxacaqlarını demişdir Məhkəmədə şahid qismində ifadə vermiş X26 ifadəsində göstərmişdir ki, evlərinə basqın omuşdu, Zaurun evinə də girmişdilər. Evində onun üstünə 2 nəfər polis əməkdaşı hücum etmiş, onun cibinə 3 büküm narkotik vasitə qoymuşlar. Polislər onu tutmuşlar və o onların əlindən qaçıb getmişdir. Ramilin evində təxminən 3- 4 gün qalmışdır. Zaur Ramilin evində ona demişdir ki, Anar ona məsələnin həll olunacağını deyib və narahat olmağa gərək yoxdur. Polis idarəsinə Anar müəllimin maşını ilə getmişlər. Evində olan Vinçester markalı silah ona məxsus olmuşdur. Onun özündə həmin vaxt 0.5 qram marixuana olmuşdur. O əsəbləşdyi zaman marixunadan istifadə edir. İlk dəf evə gələndə Anar sellofon torbada narkotik vasitə vermişdir ki, aparıb soyuducuya qoysun, qalan narkotik vasitəni də Zaur üçün aparmışdır, o da pəncərəni açıb oradan qaçıb getmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X24 ifadəsində göstərmişdir ki, oktyabr ayının 28-i təxminən saat10:15-də evdən çıxıb oğlu ilə xəstaxanaya getmiş, saat 11 radələrində ona Aynur adlı tanışı zəng edib evlərinin qapısının açılmasını və polislərin olmasını bildirmişdir. Bəxtiyar adlı şəxsin taksisi ilə təxminən saat 1-ə işləmiş evə gəlmiş və evin dağıdılmış və bərbad gündə olmasını görmüşdür. Həmin vaxt həyat yoldaşı Təqsirləndirilən şəxs əmisioğlu Abidin Ağayevin evindən təxminən 12 polis əməkdaşının çölə çıxdığını görmüşdür. Evdəki əşyaların çoxunu polis əməkdaşları aparmışlar. 3000 manata yaxın məbləğdə özünə məxsus pulunu da götürmüşdülər. O, evdə narkotik vasitə görməmişdir. Anar İbrahimov ondan 20000 manat pul istəmiş, o, səbəbini soruşanda isə heç nə deməmişdir. Daha sonra onun nömrəsini almışdır. Sabah saatlarında polislər əllərində torba ilə qapını döyüb açmadığı təqdirdə qapını qıracaqlarını demişdirlər. Evə girdikdən sonra ona Abidin Ağayevi axtardıqlarını bildirmişlər. Anar ona Zauru yükləyib sroka göndərəcəyini demişdir. Ayın 29-u Anar ona zəng edib pul vermək haqqında nə fikrləşdiyini soruşmuş və işi yoluna qoymağı təklif etmişdir. Sonra isə telofonda danışanda Anar müəllim ona Zaurun qayıdıb gəlməsini, sadəcə imza atacağını və 10000 manat ilə razılaşa biləcəkərini demişdir və o da razılaşmışdır. O da borc, bankdan kredit götürərək pulu düzəltmiş və Anara zəng edib pulun hazır olduğunu demişdir. Oktyabr ayının 31-i saat 1 radələrində Anar onlardan 10000 manat pulu almışdır. Anar müəllim, həyat yoldaşı və Abidin Anarın maşınına minib Polisə getmişdirlər. Noyabr ayının 2-si evdə videoçəkiliş olmuş, pilləkəni qalxanda Anarın əlində qara sellofon torba var imiş. Videoçəkiliş zamanı onları mətbəxə aparmışlar və çölə çıxmağa qoymamışlar və evdə nə etdiklərindən xəbərləri olmamışdır. Anar nüəllim 10000 manat pulu onlara daha sonra qaytarmışdır. Anar ona hadisədən bir neçə ay sonra gəlib ondan şikayət etməyəcəyi təqdirdə, gedib məhkəmədə Zaurun heç nə etmədiyini deyəcəyini bildirmişdir. Anar müəllim ilə onun əvvələr heç bir tanışlığı olmamışdır. Ayın 28-i o, evə gələndə evin içində polislər olmamışdır Məhkəmədə şahid qismində ifadə vermiş X10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun kürəkənidir. 31 oktybarda günorta Anar İbrahimov gəlib bildirmişdir ki, Zaurun işini həll etmək lazımdır. Anar onlardan 15000 azn pul istəmiş və onlar 10000 azn pul verib, 5000 azn borclu qalmışlar. Anar pulu vermədikləri təqdirdə Zauru narkotik vasitə ilə yükləyəcyini demişdir. O, Zaurun narkotik vasitədən istifadə etdiyini görməmişdir. Ayın 31də gecə saat 11-12 radələrində Zaur, Anar və Abidin bölməyə getmişlər. Onlar da Anargilin arxaları ilə getmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. O, xəstaxanadan Zaurun yoldaşı və uşağını evlərinə gətirdiyi zaman ev dağıdılmış vəziyyətdə olmuşdur. Həmin vaxt evdə polis əməkdaşları var imiş və evdə axtarış aparırmışlar. Polis əməkdaşları bir də Abidinin evinə girmişdilər. Bir neç gün sonra Abidin və Zaur maşın ilə evə gəlmişlər və sonra polis maşını ilə bölməyə getmişlər. Maşında Abidin və Zauru görmüş və polislərdən bir nəfər maşını sürən olmuşdur. Polis maşının arxasınca isə o, Zaurun yoldaşı və Ramin bir maşında getmişlər. Təqsirləndirilən şəxs ilə tez- tez görüşmürmüş, taksi işlətdiyi üçün ailəsini, uşaqlarını məktəbə aparır, bəzən başqa yerlərə gedirmiş. 1-ci dəfə evə gələndə polislər mülki formada olmuşlar. O, evə gələndə polisləri Zaurun evində 1-ci görmüş, Abidinin evinə girmələrini görməmiş, ancaq Abidinin evinin qapısı da açıq imiş. Zaurun qayınansını görmüş, yoldaşı və uşağını isə xəstaxanadan evə o gətirmişdir.O, evə girmiş, polislər artıq evi axtarmışdılar və ev dağıdılmış vəziyyətdə imiş. Məhkəmədə həmçinin aşağıdakı sübutlar və digər sənədlər tədqiq olunmuşdur; Cinayət işinin materiallarında olan "şübhəli şəxsin tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 4(010)- 558/2021 nömrəli 04 noyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası tərəfindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri “ev dustaqlığı” növündə qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Ev dustaqlığının müddəti Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli qərarı ilə müəyyən olunmuş həbsdə saxlanılma müddəti ilə, yəni 02 avqust 2022-ci il tarixinədək müəyyən edilmiş. Ev dustaqlığının əvvəli 09 iyun 2022-ci il tarixdən hesablanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 avqust 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi X11 5 (010)-530/2021 nömrəli qərarında göstərilir ki, Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin CAŞ-nin rəis müavini, polis baş leytenantı Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 02 noyabr 2021-ci il tarixli qərarının 3-cü bəndi Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İV hissəsinin 2-ci bəndi və V hissəsi ilə müəyyən edilmiş şərtlər mövcud olduğu halda qanuni sayılsın. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinin CAŞ-nin rəis müavini, polis baş leytenantı Şahid1 əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 02 noyabr 2021-ci il tarixli qərarı nəticəvi hissəsinin digər müddəaları ilə bağlı hissədə geri qaytarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş protokoldan məlum olur ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis kapitan X31 tərəfindən “şəxsi axtarış və götürmə aparılması” protokolunda Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,373 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə külli miqdarda heroin götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş protokoldan məlum olur ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis kapitan X31 tərəfindən “evə axtarış və götürmə aparılması” protokolunda Təqsirləndirilən şəxs evindən 1 (bir) ədəd qara rəngli üzərində “SLEPOTA” yazısı olan dəmir papiros qutusunda təmiz çəkisi 2,442 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen torbadakı ağ rəngli sellofan torbada təmiz, çəkisi 1265,0 qram, həmin torbada 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,352 qram, 2,026 qram 2,446 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,029 qram, 26,167 qram, 1,179 qram, 15,930 qram və ümumi təmiz çəkisi 44,305 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 1 və 2-ci bükümdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, 3 və 4-cü bükümdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, 1 və 2-ci bükümdəki metamfetaminlər kimyəvi tərkib komponetlərinə görə 3 və 4-cü bükümdəki metamfetaminlərdən fərqli olan, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,475 qram və 5,206 qram ümumi təmiz çəkisi 15,681 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış müxtəlif tərkibli narkotik vasitə heroin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,361 qram və 2,527 qram, ümumi təmiz çəkisi 2,888 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryək, 9 ədəd üzərində “Methadone 40" göstəriciləri olan dərman konvolyutu kəsiklərində 9 ədəd açıq qəhvəyi rəngli, “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadon və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,360 qram təşkil edən güclü təsir edən maddə olan metadon həbi, 1 ədəd üzərində “Samisaz” göstəricisi olan dərman kapsulunun əsas təsiredici maddəsi preqabalin olan və həmin kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,150 qram təşkil edən və 2 ədəd narkotik vasitə olan heroin izləri olan elektron tərəzi götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Cinayət işində olan Azərbaycan RespublikasıƏdliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 7/1132 №-li rəyindən göstərilir ki, - Tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd çanta ." olan yazılar və imzalar olan 2 №-li kağız paketdə açdıqda bir ədəd qara rəngli çantadkı üzərində “SLEPOTA» yazısı olan dəmir papiros qutusunda təmiz çəkisi - 2,442 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə-qurudulmuş marixuanadır. -Tədqiqata təqdim olunmuş vət.Təqsirləndirilən şəxs üzərindən götürülmüş 2 №-li kağız paketdəki qara rəngli çantada və yaşadığı evdən götürülmüş 3 №-li kağız paketdə olan elektron tərəzilər üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. -Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik maddə” yazılar və imzalar olan üzəri skoçla bağlanmış polietilen torbada üzəri skoçla bağlanmış qara rəngli polietilen torbadakı ağ rəngli sellofan torbada təmiz çəkisi-1265,0 qram, həmin torbada 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri-2,352 qram; 2,026 qram; 2,446 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə-qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi – 1271,824 qramdır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Qeyd:Marixuanaların təmiz çəkiləri-2,442 qram (1N-li ob.); 1271,824 qram (2-5N-li ob.), tədqiqata istifadə olundu cəmi - 0,1 qram (hər obyektdən 0,02 qram), qalıqlar - 2,422 qram; 1271,744 qram. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 6/4879 №-li rəyindən göstərilmişdir ki, - tədqiqata təqdim edilmiş üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış 1 №-li paketdə bir ədəd bükümdə təmiz çəkisi 2,373 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 №-li paketdə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1) - 1.029 qr., 2) - 26,167 qr., 3) - 1,179 qr., 4) – 15,930 qr., ümumi təmiz çəkisi 44.305 qr. olan ağ rəngli kristallik hissəciklərindən ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir, 1 və 2-ci bükümdəki matamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər, 3 və 4-cü bükümdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi kompenet tərkiblərinə görə eynidirlər, lakin 1 və 2-ci bükümdəki metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə 3 və 4-cü bükümdəki metamfetaminlərdən fərqlidir. 2 ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 10,475 qr., 5,206 qr., ümumi təmiz çəkisi 15,681 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış müxtəlif tərkibli narkotik vasitə heroindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,361 qr., 2,527 qr., ümumi təmiz çəkisi 2,888 qram olan tünd-qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryəkdir, 9 ədəd üzərində “Methadone 40" göstəriciləri olan dərman konvolyutu kəsiklərində 9 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,360 qram təşkil edir, 1 ədəd üzərində “Samisaz” göstəricisi olan dərman kapsulunun əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,150 qram təşkil edir, 2 ədəd dərman həbinin tərkibində narkotik, psixotrop, güclü təsir edən maddə komponentləri aşkar edilmədi, 2 və 3 №-li paketlərədki iki ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlərdır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in siyahısına (Siyahı İ) daxildir. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Həmin ekspert rəyinin qeyd hissəsində göstərilmişdir ki, 1 N-li kağız paketdəki heroinin təmiz çəkisi - 2,373 qramdan tədqiqata sərf edildi - 0,050 qr., qalıq qalmışdır 2,323 qr. 2 N-li kağız paketdəki metamfetaminin ümumi təmiz çəkisi - 44,305 qramdan tədqiqata sərf edildi - 0,100 qr., qalıq qalmışdır 44,205 qr. 2 N-li kağız paketdəki metadon həblərinin ümumi sayı - 9 ədəd həb olmuş, tədqiqata sərf edildi - 1 həb, qalıq qalmışdır 8 həb. 2 N-li kağız paketdəki preqabalin kapsulunun sayı - 1 ədəd kapsul, tədqiqata sərf edildi – ½ hissə kapsu, qalıq qalmışdır ½ hissə kapsul. 2 N-li kağız paketdəki heroinin ümumi təmiz çəkisi -15,681 qramdan tədqiqata sərf edildi - 0,100 qr.,qalıq qalmışdır 15,581 qr. 2 N-li kağız paketdəki tiryəkin ümumi təmiz çəkisi -2,888 qr., tədqiqata sərf edildi - 0,100 qr., qalıq qalmışdr 2,788 qr. Azərbaycan Respublikası daxili işlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2021-ci il tarixli 21/629 R №-li rəyindən görünür ki, - tədqiqata təqdim edilmiş N-si silinmiş sialh, keçmiş “SSRİ” dövlətində, İjevski silah zavodunda istehsal olunmuş 12 kalibrli İJ-18 modelli, çaxmaqsız, hamar tək lüləli ov tüfəngidir, yivsiz odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. DİN KTİ-nin “güllə-giliz” kartotekasında yalnız yivli odlu silahlardan atılmış güllə-gilizlərin qeydiyyatı aparıldığından, həmçinin DİN-nin KTİ-də fiziki-kimyəvi məhkəmə ekspertizası keçirilmədiyindən qərarın 5-ci və 6-cı suallara cavab verilmədi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X40 X34-narkoloji X5 xx.xx.2021-ci il tarixli 4471 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asıllıq sindiromu (Narkomaniya Xəstəliyi) aşkar olunur.Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli 1554 №-li rəyindən görünür ki, - Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs, Şahid1, Şahid2, “şəxsi axtarış və götürmə haqqında” və “evə axtarış və götürmə aparılması haqqında” protokollar iş materiallarına uyğun gəldiyindən sübut növü kimi qiymətləndirilərək cinayət işinə əlavə olunmuşdur. xx.xx.2021-ci il tarixdə “şəxsi axtarış və götürmə haqqında” protokolda Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə təmiz çəkisi 2,373 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə külli miqdarda heroin cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, ünvan 3 evə baxış zamanı 1 (bir) ədəd qara rəngli üzərində “SLEPOTA” yazısı olan dəmir papiros qutusunda təmiz çəkisi 2,442 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 1 (bir) ədəd üzəri skoçla bağlanmış qara rəngli polietilen torbadakı ağ rəngli sellofan torbada təmiz, çəkisi 1265,0 qram, həmin torbada 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 2,352 qram, 2,026 qram 2,446 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 4 (dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,029 qram, 26,167 qram, 1,179 qram, 15,930 qram və ümumi təmiz çəkisi 44,305 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin, 1 və 2-ci bükümdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan, 3 və 4-cü bükümdəki metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan, 1 və 2-ci bükümdəki metamfetaminlər kimyəvi tərkib komponetlərinə görə 3 və 4-cü bükümdəki metamfetaminlərdən fərqli olan, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 10,475 qram və 5,206 qram ümumi təmiz çəkisi 15,681 qram qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış müxtəlif tərkibli narkotik vasitə heroin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,361 qram və 2,527 qram, ümumi təmiz çəkisi 2,888 qram tünd qəhvəyi rəngli qətranabənzər maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə tiryək, 9 ədəd üzərində “Methadone 40" göstəriciləri olan dərman konvolyutu kəsiklərində 9 ədəd açıq qəhvəyi rəngli, “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadon və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,360 qram təşkil edən güclü təsir edən maddə olan metadon həbi, 1 ədəd üzərində “Samisaz” göstəricisi olan dərman kapsulunun əsas təsiredici maddəsi preqabalin olan və həmin kapsulun tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 0,150 qram təşkil edən və 2 ədəd narkotik vasitə olan heroin izləri olan elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitan X18 Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasında saat 13:35-dən saat 13:55-dək “şəxsi axtarış və götürmə haqqında” protokolda tərtib etdiyi 01 (bir) ədəd “CD” disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı polis kapitan X18 Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin ünvan 1 ünvanında yerləşən inzibati binasında saat 14:40-dən saat 15:20-dək “evə axtarış və götürmə aparılması haqqında” protokolda tərtib etdiyi 01 (bir) ədəd “CD” disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. xx.xx.2022-ci tarixli “Azerfon MMC-nin AZF/LGL-5485/22 nömrəli məktubunda qoşma olan 01 (bir) ədəd “CD” disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. xx.xx.2022-ci tarixli “Azerfon MMC-nin AZF/LGL-9112/22 nömrəli məktubunda qoşma olan 01 (bir) ədəd “CD” disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. İş üzrə tədqiqata təqdim edilmiş N-si silinmiş sialh, keçmiş “SSRİ” dövlətində, İjevski silah zavodunda istehsal olunmuş 12 kalibrli İJ-18 modelli, çaxmaqsız, hamar tək lüləli ov tüfəngi maddi sübut hesab olunmamış və qorunub saxlanması üçün Suraxanı RPİ-nin Növbətçi Hissəsinə təhfil verilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhər Suraxanı rayon prokurorluğunun müstəntiqi X12 24 iyun 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından məlum olur ki, Suraxanı rayon Pİ-nin əməkdaşlarının Təqsirləndirilən şəxs qarşı qanunsuz hərəkətləri öz əksini tapmamışdır. Həmçinin məhkəmə istintaqı zamanı cinayət işinin materiallarına əlvə olunmuş Bakı şəhər Suraxanı rayon prokurorluğunun müstəntiqi X12 12 yanvar 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından məlum olur ki, Suraxanı rayon Pİ-nin əməkdaşlarının tərəfindən Təqsirləndirilən şəxs qarşı amansız rəftar etmə, onun ləyaqəti mütamadi alçaltma və ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə həddinə çatdırma halları öz əksini tapmamışdır. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 340.1ci maddələrində nəzərdə tutlan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.3-cü və 340.1-ci maddələri ilə tövsif edilmişdir. Verilmiş ittihamlar üzrə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi işdə olan digər sübutlarla təkzib olunur. Məhkəmədə ifadə vermiş Təqsirləndirilən şəxs yaxın adamlarının ifadələri ziddiyətli olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş X24 ifadəsində göstərmişdir ki, oktyabr ayının 28-i təxminən saat10:15-də evdən çıxıb oğlu ilə xəstaxanaya getmiş, saat 11 radələrində ona Aynur adlı tanışı zəng edib evlərinin qapısının açılmasını və polislərin olmasını bildirmişdir. Bəxtiyar adlı şəxsin taksisi ilə təxminən saat 1-ə işləmiş evə gəlmiş və evin dağıdılmış və bərbad gündə olmasını görmüşdür. Ayın 28-i o, evə gələndə evin içində polislər olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş X6 isə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. O, xəstaxanadan Zaurun yoldaşı və uşağını evlərinə gətirdiyi zaman ev dağıdılmış vəziyyətdə olmuşdur. Həmin vaxt evdə polis əməkdaşları var imiş və evdə axtarış aparırmışlar. Polis əməkdaşları bir də Abidinin evinə girmişdilər. Məhkəmədə şahid qismində ifadə vermiş X24 ifadəsində göstərmişdir ki, noyabr ayının 2-si evdə videoçəkiliş olmuş, pilləkəni qalxanda Anarın əlində qara sellofon torba var imiş. Evdə axtarış zamanı çəkilmiş video görüntüdə isə narkotik vasitələrin ağ sellafon mağaza torbalarında olduğu görünür. Məhkəmədə şahid qismində ifadə vermiş X36 ifadəsində göstərmişdir ki, oktyabr ayının 28-i axşamüstü Təqsirləndirilən şəxs onlara gəlmiş, bir gün sonra isə Abidin Ağayev onlara gəlmişdir. Ayın 31-i Bəxtiyar, o və Zaur maşına minib Zaurgilin evlərinə getmişlər və orada Anar müəllim adlı polis olmuşdur. Evdə Anar müəllim və Zaurgil arasında 15000 manat pul söhbəti olmuşdur. Daha sonra Zaur və Abidin Anar müəllimin maşınına minib polis bölməsinə getmişlər və onlar da yəni o, Bəxtiyar və Zaurun qayınansı onların arxasınca getmişdirlər. Həmin xüsusat üzrə şahid qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşı olmuşdur. O, xəstaxanadan Zaurun yoldaşı və uşağını evlərinə gətirdiyi zaman ev dağıdılmış vəziyyətdə olmuşdur. Həmin vaxt evdə polis əməkdaşları var imiş və evdə axtarış aparırmışlar. Polis əməkdaşları bir də Abidinin evinə girmişdilər. Bir neç gün sonra Abidin və Zaur maşın ilə evə gəlmişlər və sonra polis maşını ilə bölməyə getmişlər. Maşında Abidin və Zauru görmüş və polislərdən bir nəfər maşını sürən olmuşdur. Polis maşının arxasınca isə o, Zaurun yoldaşı və Ramin bir maşında getmişlər. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş telefona daxil olan sms-lərin məzmunundan onun narkotik vasitələrin satışı ilə məşğul olması öz təsdiqini tapır. Təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalanmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2011-ci il 4 mart tarixli 2 №-li Qərarının 9-cu bəndinə görə, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirici halı himayəsində azyaşlı uşağın olmasıdır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə ağır cinayət tbrətməyə görə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş saxlanması üçün Bakı şəhəri Suraxanı RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş marixuanaların təmiz çəkiləri 2,442 qram və 1271,824 qram olan, 0,1 qramı tədqiqata istifadə olunduqdan sonra 2,422 qram və 1271,744 qram qalıq qalan hissəsi, və heroinin təmiz çəkisi - 2,373 qr. olan, 0,050 qramı tədqiqata istifadə olunduqdan sonra 2,323 qr. qalıq qalan hissəsi, metamfetaminin ümumi təmiz çəkisi - 44,305 qr.,olan, 0,100 qramı tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 44,205 qr. hissəsi, metadon həblərinin ümumi sayı - 9 ədəd həbin, 1 həbi tədqiqata istifadə olunduqdan sonra, qalıq qalan- 8 həb hissəsi, 1 ədəd preqabalin kapsulunun ikidə bir hissəsi tədqiqata sərf edildikdən sonra qalan ikidə bir hissəsi, heroinin ümumi təmiz çəkisi -15,681 qr. olan 0,100 qramı tədqiqata sərf edildikdən sonra qalıq qalan 15,581 qr. hissəsi, tiryəkin ümumi təmiz çəkisi -2,888 qramın 0,100 qramı tədqiqata sərf edildikdən sonra qalıq qalan 2,788 qram hissəsi, bir ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən video görüntülər olan 01 (bir) ədəd “CD” disk, Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış və götürmə aparılması zamanı çəkilmiş görüntüləri əks etdirən 01 (bir) ədəd “CD” disk, “Azerfon MMC-dən alınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs”qətimkan tədbiri seçilməli və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndəlilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan 02 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 148,28 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 240.1- maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndəlilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 02 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş "həbs" qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə tədbirləri təyin edilsin, o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Azərbaycan Respublikasının CPM-nin 132-cı maddəsinə uyğun Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş saxlanması üçün Bakı şəhəri Suraxanı RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş marixuanaların təmiz çəkiləri 2,442 qram və 1271,824 qram olan, 0,1 qramı tədqiqata istifadə olunduqdan sonra 2,422 qram və 1271,744 qram qalıq qalan hissəsi, və heroinin təmiz çəkisi - 2,373 qr. olan, 0,050 qramı tədqiqata istifadə olunduqdan sonra 2,323 qr. qalıq qalan hissəsi, metamfetaminin ümumi təmiz çəkisi - 44,305 qr.,olan, 0,100 qramı tədqiqata istifadə olunduqdan sonra qalıq qalan 44,205 qr. hissəsi, metadon həblərinin ümumi sayı - 9 ədəd həbin, 1 həbi tədqiqata istifadə olunduqdan sonra, qalıq qalan- 8 həb hissəsi, 1 ədəd preqabalin kapsulunun ikidə bir hissəsi tədqiqata sərf edildikdən sonra qalan ikidə bir hissəsi, heroinin ümumi təmiz çəkisi -15,681 qr. olan 0,100 qramı tədqiqata sərf edildikdən sonra qalıq qalan 15,581 qr. hissəsi, tiryəkin ümumi təmiz çəkisi -2,888 qramın 0,100 qramı tədqiqata sərf edildikdən sonra qalıq qalan 2,788 qram hissəsi, bir ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən video görüntülər olan 01 (bir) ədəd “CD” disk, Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış və götürmə aparılması zamanı çəkilmiş görüntüləri əks etdirən 01 (bir) ədəd “CD” disk, “Azerfon MMC-dən alınmış 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 148,28 manat manat məbləğində pul Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar