Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-201/2024 05.03.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Səbinə Adil qızı (sədrlik edən), Məcidov X10 və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, Qafarova- Məmmədova Turan Zakir qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyası Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Novruz oğlunun, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx xxxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də mühasib işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamaqla barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.1 və 29, 120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 31 avqust 2021-ci il tarixdən faktiki ər-arvad münasibətlərində yaşadığı Zərərçəkmiş şəxs 2022-ci ilin may ayının sonlarından ona məlumat vermədən birgə yaşadıqları ünvan 2 ünvanında yerləşən mənzili tərk edib getməsi və bir daha geri qayıtmaması səbəbindən onu axtararaq, 2022-ci ilin avqust ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində hərəkət etdiyini görüb, onu izləyərək ünvan 3 ünvanında yaşadığını, Yasamal rayonu, İnşaatçılar prospekti 8-10 ünvanında yerləşən "xxxx" tibb müəssisəsində işlədiyini müəyyən etdikdən sonra onunla görüşüb münasibətlərinə aydınlıq gətirmək və barışaraq əvvəlki kimi ər-arvad münasibətlərində birgə yaşamağa razı salmaq məqsədilə 30 avqust 2022-ci il tarixdə saat 08:20 radələrində idarə etdiyi “Hyundai Sonata" markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə "xxxx" tibb müəssisəsi ilə üzbəüz yerləşən ünvan 5 ünvanına gəlib onun işə gəlməsini gözləmiş, Zərərçəkmiş şəxs qeyd olunan ünvana gəldikdə onun qarşısını kəsib evə qayıtmasını tələb etmiş, sonuncu onun bu tələbi ilə razılaşmayıb etiraz etdikdə onu iradəsinə zidd olaraq, zorla idarə etdiyi avtomobilin arxa oturacağına mindirərək faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə aparıb saxlamaq məqsədilə avtomobili idarə edib uzaqlaşmaq istədikdə Zərərçəkmiş şəxs onunla mübahisə edərək hərəkətdə olan avtomobilin qapısını açıb özünü yerə atdığından iradəsindən asılı olmayan səbəblərdən cinayətkar niyyətini həyata keçirə bilməyərək adam oğurluğuna cəhd etmiş, daha sonra Zərərçəkmiş şəxs onu tərk etməsi, onunla gəlmək istəməməsi, özünü maşından yerə atmasına görə qisas niyyəti ilə onu qəsdən öldürmək qərarına gələrək, həmin cinayətkar niyyətini həyata keçirmək məqsədilə əvvəllər də avtomobilinin sürət qutusunun yanında saxladığı özünə məxsus soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağını götürüb asfalt örtüyün üzərində yıxılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs üstünə çıxıb sonuncunun yalvarışlarına, müqavimət göstərməsinə, habelə ətrafa toplaşmış şəxslərin müdaxilə cəhdlərinə baxmayaraq, onu xüsusi amansızlıqla qəsdən öldürmək məqsədi ilə xüsusi əzab və iztirab verdiyini dərk edib müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq nümayiş etdirərək həmin bıçaqla bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr endirib ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid ağır dərəcəli travmatik-hemorragik şok, lll-İV dərəcə ilə müşayiət olunan boyunun 1 (bir) ədəd, döş boşluğuna nüfuz edən 1 (bir) ədəd, döş boşluğuna nüfuz etməyən 1 (bir) ədəd, sol bazunun 2 (iki) ədəd, sol yanaq nahiyəsində 2 (İki) ədəd, sağ saiddə 3 (üç) ədəd, sağ dirsəkdə 1 (bir) ədəd, sağ əlində 2 (iki) ədəd, qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd, ümumilikdə 14 (on dörd) ədəd kəsilmiş-deşilmiş çoxsaylı bədən xəsarətləri, habelə sol İX qabırğanın sınığı, sağ çiyin və sol budun əzilmiş yaraları və qançırı xəsarətlərini yetirdikdən sonra huşsuz vəziyyətdə olan Zərərçəkmiş şəxs öldüyünü zənn edərək avtomobilinə əyləşib hadisə yerindən qaçmış, lakin Zərərçəkmiş şəxs ətrafda olan şəxslər tərəfindən yaxınlıqda yerləşən "xxxx" tibb müəssisəsinə çatdırılaraq həkimlər tərəfindən vaxtında ixtisaslı tibbi yardım almaqla həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. İbtidai istintaq orqanı Azərbaycan Respublikası CM-nin 29, 144.1 və 29, 120.2.4-cü maddələri ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar müəyyən etmədiyindən anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş materiallarını məhkəməyə göndərmişdir. Təqsirləndirilən şəxs barəsində məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış və Azərbaycan Respublikası CM-nin 29, 144.1 və 29, 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət hadisəsinin törədilməsi, həmin cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi və sonuncunun qeyd olunan cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olması tam təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etmiş, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, məhkəmə tərəfindən prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs kimi tanınmamışdan əvvəl təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, 2012-ci ildə dayısı X2 İsazadə İlə rəsmi qaydada evlənmiş, birgə nikahdan övladları 2015-ci il təvəllüdlü Zeynəb İsazadə və 2019-cu il təvəllüdlü İncinur İsazadə doğulmuşdur. 2021-ci ilin təxminən iyul ayında ailə daxili münasibətlərin pozulması səbəbindən arvadından rəsmi qaydada boşanmışdır. Digər dayısı Ataxan İsparovun nəvəsi Zərərçəkmiş şəxs uşaq yaşlarından tanımış, Zərərçəkmiş şəxs əvvəllər ailəsi ilə birlikdə Biləsuvar rayonunda yaşamış, sonradan aralarında sevgi münasibəti yarandığı üçün evlənmək istəmişlər. Bununla bağlı anası bir neçə dəfə Biləsuvar rayonuna Nuridənin yaşadığı evə elçiliyə getsə də, sonuncunun anası Xalidə onların evliliklərinə qarşı olmuş və hər dəfəsində evlənmələrinə razılıq verməmişdir. Lakin onlar bir-birini sevdikləri üçün 31 avqust 2021-ci il tarixdə Nuridənin razılığı ilə onu Biləsuvar rayonundan qaçıraraq Bakı şəhərində yaşadığı evə gətirmiş, həmin gün axşam saatlarında valideyinləri onların evinə gələrək Nuridəni geri aparmaq istəsələr də, Nuridə qayıtmaq istəmədiyi üçün məcbur qalıb evlənmələrinə razılıq vermişlər. 03 yanvar 2022-ci il tarixdə böyük əmisi Mirlazım vəfat etdiyi üçün toy mərasimi keçirməmiş, məcbur qalaraq əmisinin vəfat tarixindən bir ilin keçməsini gözləməli olmuşlar. Nuridə ilə aralarında rəsmi nikah olmasa da, dini kəbin bağlanmış, toy mərasimi təşkil olunacağı zaman rəsmi nikah bağlamağı qərarlaşdırmışlar. Birgə yaşadıqları müddət ərzində sonuncu dəfə 21 may 2022-ci il tarixdə saat 11 radələrində evdən çıxaraq işə getdiyi zaman Nuridə onunla normal qaydada sağollaşaraq işə yola salmış, işdə olduğu zaman internet vasitəsilə Nuridəyə ismarıc yazsa da, onunla əlaqə saxlaya bilməmiş, ardınca mobil nömrəsinə dəfələrlə zəng etsə də, zəng çatmadığı üçün yaşadıqları evə qayıtmış, Nuridənin evdə olmadığını, kağız parçasında yazı yazdığını görmüş, kağız parçasında yazılanları oxuduqda sonuncunun guya onun tərəfindən vurulması, söyülməsi, habelə toy etməməsi səbəbindən ayrıldığını yazdığını görmüşdür. Həmin vaxtdan sonra təxminən 1 ay ərzində Nuridəni axtarsa da tapa bilməmiş, heç cür əlaqə saxlaya bilməmiş, bununla bağlı sonuncunun anası Xalidə ilə dəfələrlə əlaqə saxlasa da, o da Nuridənin yerini deməmişdir. 2022-ci ilin iyul ayının əvvəllərində Biləsuvar rayonuna Nuridənin valideyinlərinin yaşadığı evə getmiş, orada Xalidədən Nuridəni görməsinə icazə istəmiş, öncə icazə verməsə də, sonradan mənzilə girərək sonuncunun evdə olduğunu görmüş, Nuridəyə evə qayıtmasını, onu sevdiyini desə də, Nuridə onunla gəlməyəcəyini bildirmişdir. Bir neçə gün sonra qohumlarından Nuridənin zob xəstəsi olduğunu eşitmiş və yenidən Biləsuvar rayonuna onun yaşadığı evə gedərək Xalidəyə Nuridənin müalicəsi üçün 1.000 manat pul vermişdir. 26 avqust 2022-ci il tarixdə saat 18 radələrində Yasamal rayonu, İnşaatçılar prospektində avtomobil idarə etdiyi zaman Nuridənin orada yerləşən "xxxx" tibb mərkəzindən çıxdığını görmüş, Lənkəran şəhərində tibb texnikomunu bitirdiyi üçün onun həmin tibb müəssisəsində işə düzəldiyini yəqin edərək avtomobili ilə onun arxasınca getmiş, Nuridə metronun “Elmlər Akademiyası” stansiyasına daxil olduğu üçün avtomobilini orada saxlayaraq stansiyaya daxil olmuşdur. Nuridəni izləyərək onun metronun “28 May" stansiyasında platformadan çıxıb Nəsimi rayon Polis İdarəsi istiqamətində getdiyini, yaxınlıqda yerləşən hündür mərtəbəli yaşayış binasına daxil olduğunu görmüşdür. 27 və 28 avqust 2022-ci il tarixləri həftə sonu olduğu üçün Nuridənin evdən çıxdığını görə bilməmiş, 29 avqust 2022-ci il tarixdə saat 09 radələrində "xxxx" tibb mərkəzi ilə üzbəüz ünvan 6 ünvanının qarşısında dayanaraq Nuridənin gəlməsini gözləmişdir. Bir neçə dəqiqə gözlədikdən sonra sonuncunun metro tərəfdən gələrək yolu keçib tibb mərkəzinə daxil olduğunu gördükdə onun həmin tibb müəssisəsində işlədiyinə əmin olmuş, lakin Nuridənin həmin vaxt onu görməsindən xəbəri olmamışdır. 30 avqust 2022-ci il tarixdə saat 07 radələrində özünə məxsus **-CZ-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobillə Nuridəni uzaqdan görmək üçün eyni qaydada onun işlədiyi tibb müəssisəsi ilə üzbəüz ünvan 5 ünvanının qarşısında dayanmış, həmin vaxt Nuridə ilə görüşməyəcəyini planlaşdırdığı üçün əynində idman tərzli qara rəngli qısaqol köynək, göy rəngli idman şalvarı və qara rəngli şəpit olmuşdur. Lakin sonradan ətrafın sakit olduğunu görüb fikrini dəyişmiş, səhəri gün, yəni 31 avqust tarixində onunla birlikdə olmalarının birinci il dönümü münasibətilə barışaraq onu evə aparıb ailə kimi yaşamağa davam etmələri barədə danışmaq istəmişdir. Saat təxminən 08:10 radələrində avtomobilin sükanı arxasında "xxxx" tibb mərkəzi istiqamətində əyləşdiyi zaman avtomobilin sol yan güzgüsündən Nuridənin metro tərəfdən gəldiyini və yanında bir nəfər oğlan olduğunu görmüşdür. Onları görsə də, avtomobildən düşməmiş, Nuridə yaxınlaşdığı zaman mühərriki işə salaraq avtomobili yolun sol tərəf hərəkət İstiqamətinə sürüb saxlayaraq avtomobildən düşmüş və hər iki əli ilə Nuridənin sağ qolundan tutaraq avtomobilə əyləşməsini tələb etmiş, yanında olan oğlandan isə kim olduğunu soruşmuş, həmin oğlan qısa boylu, rusdilli, zəyif bədən quruluşu biri olduğundan, həmçinin oğlanın ondan qorxaraq Nuridənin iş yoldaşı olduğunu və metrodan çıxarkən rastlaşdıqlarını dediyi üçün onların sevgili olduğunu düşünməmiş, Nuridə də, iş yoldaşı olduğunu təsdiqləmişdir. Bundan sonra Nuridədən avtomobilə əyləşməsini tələb etmiş, sonuncu uca səslə qışqıraraq getmək istəmədiyini demiş, ona görə də, Nuridəni məcburi qaydada avtomobilə, sürücü oturacağının arxasında əyləşdirərək qapını örtmüş və avtomobili kənar bir yerdə saxlayıb rahat şəkildə danışmağı planlaşdırdığından Nuridənin qapını açaraq aşağı düşməməsi üçün arxa qapıların kilid sistemini qoşmuşdur. Bir neçə metr irəlilədikdən sonra səs-küyə ətrafa yığılmış şəxslərdən tanımadığı biri avtomobilin arxa sol qapısını açdığı üçün Nuridə avtomobildən çölə atılmış, bu zaman avtomobili saxlayıb qapını açaraq mütəmadi olaraq şəxsi istifadəsi üçün avtomobilin sürət qutusunun yanında saxladığı özünə məxsus qatlanan cib bıçağını götürüb maşından düşmüş, Nuridə yerdə asfalt örtüyü üzərində yıxılmış vəziyyətdə olmuş, özündə olmadığı üçün Nuridənin üstünə çıxaraq sağ əlində tutduğu həmin bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vurmuşdur. Bu zaman Nuridəni öldürmək niyyəti olmamış, sadəcə sonuncu müqavimət göstərdiyi üçün xəsarətlər onun bədəninin müxtəlif nahiyələrinə dəymişdir. Ona xəsarət yetirdiyi zaman Nuridə “qələt eləmişəm, bağışla” demiş, hadisəni törədərkən özündə olmadığı üçün başını qaldıraraq yuxarı baxdıqda ətrafda xeyli insanların toplaşdığını və üzərindəki geyim əşyalarında, ətrafda qan gördüyü, həmçinin hadisənin təsirində olduğu üçün dərhal avtomobilə əyləşərək oradan uzaqlaşmış, bir qədər sonra yenidən hadisə yerinə qayıdaraq hadisənin nəticəsinə baxmaq istəmiş, lakin özündə olmadığından evləri istiqamətində getmişdir. N.Hikmət küçəsində olarkən X11 avtomobili yanma sürərək avtomobildən enməsini tələb etmiş, özü də əmrə tabe olaraq avtomobildən enmiş və polis əməkdaşları tərəfindən Post Patrul avtomobili ilə Yasamal RPİ- nin 27-ci PB-nə aparılmışdır. Hazırda müxtəlif psixi xəstəliklərdən əziyyət çəkir, əvvəllər 2 saylı Psİxatriya Xəstəxanasında, 2012-ci ildə 1 saylı Psixatriya Xəstəxanasında stasionar qaydada müalicə olunmuş, sonuncu dəfə 2022-ci ilin fevral-mart aylarında psixiator həkim qəbulunda olmuş, bir müddət müalicə olunsa da, sonradan müalicəni dayandırmışdır. (cild İ, i/v: 63-69) Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxsə yaxınlaşanda maşına minməyini istəmiş, Nuridə bundan imtina etmiş, o da Nuridənin əlindən tutub maşına oturtmuş, lakin daha sonra Nuridə özünü maşından atmışdır. O, hadisədən sonra əlinin kəsildiyini və qanadığını görmüşdür. Onun üzərində həmişə bıçaq olub, bıçaqdan xoşu gəlir. O, Nuridəni necə vurduğunu xatırlamır, əlində qan görəndən sonra səs-küy eşitməyə başlamışdır. Nuridə özünü maşından atandan sonra o, hirslənib Nuridəni vurmuşdur. Onun Nuridəyə sualları olmuş, onunla üz-üzə gəlmək istəmiş, lakin anası buna icazə verməmişdir. Onun Nuridəni öldürmək fikri olmamış, əgər belə bir niyyəti olsa, öldürərdi. O, törətdiyi əməldən peşman deyil. Birlikdə yaşadıqları müddətdə Nuridə ilə münasibəti yaxşı olub. O, işləmədiyinə görə aralarında bəzən problemlər olmuşdur. O, işləməmiş, lakin işləmək istəmiş, xırda bizneslə məşğul olmuşdur. Onun maddi gəliri olmamış, ailəsi ona maddi cəhətdən köməklik etmişdir. Hadisədən 2 ay əvvəl müalicə almış və dərmanlar qəbul etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs uşaqlıqda görmüş, yəni onu elə də tanımamışdır. Bu hadisənin yaranmasına səbəb Arazın anası olmuş, belə ki, Arazın anası onun nömrəsini Araza vermiş, Araz da tez-tez ona yazaraq, onu narahat etmişdir. Arazın anası bir neçə dəfə elçiliyə gəlmiş, lakin onun valideyni onların ailə qurmasına razı olmamışdır. Araz özü də ona demişdir ki, “mən qoymaram sən başqası ilə ailə qurasan”. Araz əgər başqası ilə ailə qursa onu da, ailə qurduğu şəxsi də öldürəcəyi ilə hədələmişdir. O, Arazla qaçmaq istəməmiş, lakin sonuncu onu təhdid etdiyinə görə qorxmuş və qaçmışdır. Onlar birlikdə yaşadıqları müddət ərzində də onu təhdid etməyə davam etmiş, onu döymüş, söymüş, hətta bir dəfə onu vuraraq burnunu sındırmışdır. X9 Mərkəzə aparmışlar, orada ona kəlləbeyin silkələnməsi və burun sınığı diaqnozu qoyulmuş, lakin ona həmin sənədləri verməmişlər. Araz və onun valideynləri evə gələn polisə yalandan guya onun hamamda iş görəndə yıxıldığını bildirmiş, ona da hədə-qorxu gələrək əgər düzünü danışsa bundan da pis günlər görəcəyini demişlər. Müstəntiq dəfələrlə xəbərdarlıq edərək onu izahat verməyə dəvət etmiş, lakin onu izahat verməsi üçün bölməyə aparmamışlar. Araz narkotik vasitələr qəbul etmiş, onu da narkotik vasitələrdən istifadə etməsi üçün məcbur etmişdir. O, qəbul etmək istəmədikdə isə onu döymuşdur. O, bütün bu olanlara dözə bilməmiş, dəfələrlə intihar etməyə cəhd etmişdir. Qaçdığı gün valideyni gəlib onu evə qaytarmaq istəmiş, lakin Araz onu öldürməklə hədələdiyi üçün o, anası ilə evə qayıtmamışdır. 9 ay valideyni onunla əlaqə saxlamamışdır. X6 evində yaşamışlar, son vaxtlar Arazın atası da onlarla birlikdə qalmışdır. O, evdən çıxmış və anasına zəng edərək onu bu evdən götürməsə özünü öldürəcəyini demişdir. O, gizlin taksi ilə qaçmış və həmin gündən Arazdan ayrı yaşamışdır. Daha sonra Bakı şəhərində "xxxx"da işə başlamışdır. Hadisə günü səhər tezdən işə gedən zaman işə çatana yaxın o, iş yoldaşları ilə söhbət edərkən Araz qarşısına çıxmış və onu onunla getməyə məcbur etmişdir. Araz ondan yanındakıların kim olduğunu soruşmuş, o da iş yoldaşı olduğunu bildirmişdir. Araz onu qolundan tutub sürüyərək aparıb öz maşınına mindirmiş, ətrafda olan hər kəs hadisəni görmüşdür. Araz bıçağı göstərərək kim gəlsə vuracağını demiş, buna görə də heç kim qorxudan yaxın gəlməmişdir. Araz orada onu bıçaqla vurmuş, o, ağrını hiss etmiş, lakin hardan vurduğunu bilməmişdir. Araz onu heç kimin tapa bilməyəcəyi yerə aparacağını demişdir. O, qorxmuş, maşında qışqır-bağır salmış, kimsə qapını açmış, o da özünü maşından atmışdır. Qaçmaq istəyərkən irəlidə maşına dəymiş və yıxılmışdır. O, xəstəxanaya 5 dəqiqə də gec çatdırılsa ölə bilərdi. Araz sonradan da onu təhdit etməyə davam etmiş, həmişə onsuz da onu öldürəcəyi ilə hədələmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Arazı tanıyanda onun psixi xəstə olması barədə məlumatı olmamış, Arazın psixi xəstə olması yalandır. Araz həminşə ona cinayət etsə də, onun elə bir kağızı var ki, onu tuta bilməyəcəklər. O, Arazla 2022-ci ildə 9 ay birlikdə yaşamış, lakin aralarında rəsmi nikah və toy olmamışdır. Birlikdə yaşadıqları müddətdə Araz onu döymüş, özü narkotik vasitələrdən istifadə etmiş və onu da buna məcbur etmişdir. O, Arazın hansı narkotik vasitədən istifadə etdiyini bilmir. Araz maşından düşəndə onun üzərində bıçaq olmuş, Araz onu ilk dəfə bıçaqla maşında vurmuşdur. Araz onu hər gün səbəbsiz yerə döymüş, 9 ay ərzində Arazın dərman qəbul etdiyini görməmişdir. Araz normal insan olmuş, psixi xəstə olmamışdır. O, Arazın psixoloji xəstə olmağı ilə razı deyil. Arazın belə davranmağının səbəbi psixi xəstə olması deyil, narkotik vasitələrin təsiri altında olması olmuşdur. Bu hadisələrin yaranmasına səbəb elə Arazın valideynləri olmuşdur. O, Arazın atasının aldığı dərmanları Araza verə bilməzdi, o, evdə reseptli dərmanları görmüş, lakin Arazın həmin dərmanları istifadə etdiyini görməmişdir. O, istintaq zamanı Arazın özünü dəli kimi apardığını deməmiş, təqsirləndirilən şəxs özü-özünə xəsarət yetirməyib, başqa heç kimi döyməyib. Arazın valideynləri ilə münasibəti normal olmuş, atası gözündən əməliyyat olunduğu üçün onlarla birlikdə qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 30 avqust 2022-ci il tarixdə saat təxminən 08:30 radələrində inzibati ərazidə xidmət apararkən efir vasitəsilə onlara “Hyundai” markalı avtomaşını idarə edən şəxsin cinayət hadisəsi törətməsi və həmin avtomobillə hadisə yerindən yayınaraq Yasamal rayonu ərazisində “Asan” Xidmətdən sosial evlər tərəfə istiqamətdə hərəkətdə olması barədə məlumat verilmişdir. Onlar həmin şəxsin saxlanılması üçün idarə etdikləri xidməti maşınla qeyd olunan istiqamətdə hərəkət etmişlər və çatdıqda YPX əməkdaşları tərəfindən həmin avtomobilin sürücüsünün saxlanılaraq zərərsizləşdirildiyini görmüşlər. YPX əməkdaşlarına kömək məqsədilə yaxınlaşıb həmin şəxsi nəqliyyat vasitəsinə mindirərək rəhbərlik tərəfindən verilən göstərişə əsasən yaxınlıqdakı Yasamal RPİ-nin 27-ci PB-nə təqdim etmiş, həmin bölmənin rəisinə bu barədə raport verərək xidməti fəaliyyətlərini davam etdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 və Şahid5 Şahid7 ilə oxşar məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi Məfkurə İsayevanın oğludur. O, həmin ailənin tərbiyəsinə, nəyə qadir olduqlarına bələd olmuş, Təqsirləndirilən şəxs ailəsi Nuridə üçün elçi gəlməklərinə baxmayaraq, qızının Arazla ailə qurmasına razı olmamış, onları qapıdan qovmuşdur. Bibisi onun fikrinə qarşı çıxaraq, onun xəbəri olmadan qızı ilə əlaqə saxlayıb, onu ələ alaraq Nuridənin əlaqə nömrəsini oğlu Araza vermiş və bununla da qızı ilə Araz arasında əlaqə yaranmışdır. 31 avqust 2021-ci ildə Arazın anası ona zəng edərək qızını qaçırdıqlarını demiş, o, ilk başda buna inanmamış, qızının iş yerinə zəng edərək onunla əlaqə saxlamağa çalışmış, telefonuna zəng çatmadığını görmüş və qızını qaçırdıqlarını anlamışdır. Bibisinə zəng edərək əgər həqiqətən də qızını qaçırıblarsa onu geri qaytarmalarını onun da şikayət etməyəcəyini demişdir. Bibisi isə ona qızının onların evində olduğunu və bir daha geri qayıtmayacağını demişdir. O, qızının Araza öz xoşluğu ilə qaçmadığına bələd olmuş, axşam vaxtı rayondan taksi tutaraq Bakı şəhəri, Şıxov qəsəbəsinə gəlmişdir. Evdə Nuridəyə peşman olacağını, onu hər halı ilə qəbul edəcəyini, onunla birlikdə evə qayıtmasını demişdir. Nuridə isə bir söz deməmiş, yalnız ağlamışdır. Araz Nuridəni evdən qaçacağı halda onu və digər qızını öldürəcəyini deyərək təhdid etmişdir. O, rayona qayıtmış, lakin bir müddət sonra Bakıya, Alatavaya, əmisigilə gəlmiş, qızını qaytarmaqlarını xahiş etmiş, lakin qızı ancaq ağlayaraq onlara da qayıda bilməyəcəyini demişdir. O, həmin vaxtdan 2022-ci ilin may ayınadək qızı ilə əlaqə saxlamamışdır. 03 may 2022-ci ildə Nuridə ağlaya-ağlaya onunla əlaqə saxlayaq artıq yaşamaq istəmədiyini və özünü öldürəcəyini demişdir. O, bu günün gələcəyini bilmiş, lakin qızının başına bu oyunu gətirdiyini bilməmişdir. Qızının psixoloji cəhətdən gərgin olduğunu görüb, sözlərinin ciddi olduğunu hiss etmiş, harada olduğunu soruşmuşdur. O, taksi tutub “20 Yanvar” ərazisinə gəlmiş, qızı onu görəndə ağlamağa başlamışdır. Nuridə gördüyü işgəncələrdən bu vəziyyətə düşmüşdür. Nuridəni Biləsuvara aparmış, həmin vaxtdan Araz onun ünvanına əxlaqsız sözlər deməyə başlamışdır. Bu barədə Arazın atasına məlumat vermiş, qonşular ona pəncərələrini ağ maşının izlədiyini söyləmişdir. O, ağ maşının nömrəsini Nuridəyə demiş, Nuridə də o maşının Araza məxsus olduğunu bildirmişdir. Arazın valideynləri, əmisi oğulları ilə əlaqə saxlayaraq Arazı tərbiyələndirmələrini demişdir. Bununla əlaqədar 102-yə müraciət etsə də, onun müraciətlərinə Biləsuvar RPŞ-də baxılmamışdır. Araz Biləsuvarda ev tutub onları izləmiş, ölümlə təhdid etmişdir. O, izlərini itirmək üçün 2022-ci ilin avqust ayının əvvəllərində qızları ilə birlikdə Biləsuvarı tərk edərək Bakı şəhərinə köçmüş və Nəsimi rayon polis idarəsinin yaxınlığındakı yaşayış binasında kirayə yaşamağa başlamışdır. Qızının psixi gərginlikdən çıxması, həm də dolanışıqlarını yaxşılaşdırmaq üçün ona bir neçə yerə CV ilə müraciət etməsini demiş, Nuridə Yasamal rayonu ərazisində yerləşən "xxxx" tibb müəssisəsində tibb bacısı işləməyə başlamışdır. Bir neçə gün o, Nuridəni özü işə aparıb-gətirmişdir. 31 avqust 2022-ci ildə Nuridənin işlədiyi tibb müəssisəsindən ona zəng edərək qızının bıçaqlandığını demişlər. O, xəstəxanaya gedəndə qızını artıq əməliyyata götürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 30 avqust 2022-ci il tarixdə, saat təxminən 08:10 radələrində metronun “Elmlər Akademiyası” stansiyasından çıxaraq iş yerinə gedərkən yolda iş yoldaşı Nuridə ilə rastlaşmış, onunla işlərlə, əməliyyatlarla bağlı söhbət etmişdir. Klinikaya 20-30 metr qalmış o, yolu keçməyi təklif etmiş, yolu keçən zaman Araz yaxınlaşmışdır. Nuridənin qolundan tutaraq maşına mindirmək istəmiş, ona baxaraq kim olduğunu soruşmuşdur. O, Nuridənin iş yoldaşı olduğunu bildirmiş, Nuridə də bunu təsdiqləmişdir. Araz onun üstünə gəlmiş, o, ona zərər yetirəcəyindən qorxaraq geri çəkilmişdir. Daha sonra Araz Nuridəni məcbur arxa oturacağa mindirmiş və qapını təpikləyə-təpikləyə bağlamışdır. O, artıq yolun əks istiqamətinə keçmiş, Araz maşını hərəkət etdirmiş,10 metr getməmiş Nuridə özünü maşından atmışdır. Araz maşından düşərək dərhal Nuridəyə hücum etmiş, o, ilk başda Nuridəyə yumruq zərbələri endirəcəyini düşünsə də, sonradan bıçaqla xəsarət yetirdiyini görmüşdür. Hadisə heç 10 saniyə çəkməmiş, daha sonra Araz avtomobilə minərək oradan uzaqlaşmışdır. O, dərhal tibb mərkəzinə getmiş, Nuridəni xəstəxanaya aparıb əməliyyat etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 30 avqust 2022-ci il tarixdə, səhər saatlarında işə gələn zaman iş yerinin yaxınlığında insanların toplaşdığını, həmin yerə yaxınlaşanda isə bir nəfərin bıçaqlandığını görmüşdür. Daha sonra bıçaqlanan şəxsin "xxxx"ın əməkdaşı olduğunu öyrənmiş və bu barədə hospitalın rəhbərliyinə və polisə məlumat vermişdir. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunan Şahid3 ifadəsində göstərmişdir ki, 30 avqust 2022-ci il tarixdə saat 08:20 radələrində ofisiant işlədiyi Bakı şəhəri Yasamal rayonu, B.Vahabzadə küçəsində yerləşən “Nanə” restoranında stolların üstünü sildiyi zaman çöldən yüksək səslə qadın qışqırığı eşitmiş, qaçaraq çölə çıxdığı zaman avtomobil yolunda üzü "xxxx" tibb müəssisəsi istiqamətində ağ rəngli “Hyundai Sonata” markalı avtomobilin yolun hərəkət istiqamətində dayandığını, avtomobilin arxa tərəfində əynində qırmızı rəngli şalvar, ağ rəngli köynək olan bir qızın yerə yıxıldığını, dolu bədən quruluşlu oğlanın isə əlində bıçaq həmin qızın üzərinə çıxaraq bıçaqla dayanmadan ona zərbələr endirdiyini görmüşdür. Oğlan qızın üzünə, boğazına və bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirmiş, həmin hadisə təxminən 10-15 saniyə davam etmişdir. Ətrafa xeyli insan yığılmış, onlar hadisəyə müdaxilə etmək istəsələr də, bıçaqla xəsarət yetirən şəxs qışqıraraq əlindəki bıçağı hər kəsə göstərib hədələyici şəkildə yaxın gəlməmələrini tələb etmişdir. Bundan sonra həmin oğlan qəflətən “Hyundai Sonata" markalı avtomobilinə oturaraq yüksək sürətlə ərazidən uzaqlaşmışdır. Oğlan getdikdən sonra qız yerdən kürəyini qaldıraraq asfalt üzərində oturmuş və əli ilə boynunu tutaraq ətrafdakı şəxslərdən köməklik istəmişdir. Həmin vaxt "xxxx" tibb mərkəzindən bir neçə nəfər gələrək həmin qızı götürüb tibb mərkəzinə aparmış, bundan sonra hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları gəlmişlər. (cild İ, i/v: 83-86) Məhkəmə kollegiyası iş üzrə dindirilmiş əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. “Cinayət işinin başlanması haqında” 30 avqust 2022-ci il tarixli qərardan görünür ki, 30 avqust 2022-ci il tarixdə saat 09 radələrində ünvan 5-ün qarşısında xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə bıçaqla bir neçə dəfə vuraraq xəsarətlər yetirməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 29, 120.1- ci maddəsi ilə cinayət işi başlanmışdır. (cild İ, i/v: 1-2) - “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri, ünvan 8 ünvanının qarşısıdır. Hadisənin baş verdiyi yerin tam qarşısında, səkinin kənarında, üzü Bakı şəhəri, Yasamal rayonu, K.Kazımzadə küçəsi İstiqamətində boz rəngli, **-ZY-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” markalı avtomobil park edilmişdir. Həmin yer avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş iki tərəfli yoldur, yol asfalt örtüklə örtülmüşdür. Yolun hər iki yan tərəfində, piyadalar üçün nəzərdə tutulmuş səkinin kənarlarında yaşayış binaları mövcuddur. Avtomobilin arxa hissəsi ilə üzbəüz Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 8-10 ünvanında isə "xxxx" MMC yerləşir. Həmin avtomobilin sükan hissəsinin sol tərəfində, asfalt örtüyün üzərində qanabənzər gölməçə vardır. Qanabənzər gölməçənin olduğu hissə xüsusi lentlə əhatəyə alındı. Qanabənzər gölməçənin uzunluğu 1.80 metr, ən çox yayılmış hissəsində eni isə 85 sm-dir. Cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən hadisə yerində mövcud olan qanabənzər gölməçədən pambığa hopdurulmaqla qan nümunələri götürüldü. (cild İ, i/v: 5-9) - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 382 saylı arayışından görünür ki, 30 avqust 2022-ci il tarixdə saat 08:25 radələrində xx.xx.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Müslüm qızının Yasamal rayonu, İnşaatçılar prospektində (klinikanın yaxınlığında) döyülərək ağır kəsik-dəlik bıçaq yaraları ilə zədə alması barədə məlumat verildi. Klinikanın tibbi heyəti dərhal hadisə yerinə gedərək zərərçəkmişi təcili şəkildə müəssisəyə çatdırdılar. Aldığı çoxsaylı kəsici-dəlici bıçaq yaralarından xeyli miqdarda qan itirmiş xəstənin vəziyyətinin kritik olduğu nəzərə alınaraq, əməiiyyatönü müayinələri olunmadan təcili şəkildə əməliyyatxanaya yerləşdirildi. İlkin olaraq magistral damarlarda olan qanaxmanı dayandırmaq məqsədi ilə lazımi tədbirlər görülməyə başlanıldı və əməliyyatxanaya ixtisas həkimləri dəvət olundu (ümumi cərrah, ürək-damar cərrahı, boyun cərrahı, travmatoloq). (cild İ, i/v: 15-16) - Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 1125 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən - ağır dərəcəli travmatikhemorragik şok, lll-İV dərəcə ilə müşayiət olunan boyunun 1 (bir) ədəd, döş boşluğuna nüfuz edən 1 (bir) ədəd, döş boşluğuna nüfuz etməyən 1 (bir) ədəd, sol bazunun 2 (iki) ədəd, sol yanaq nahiyəsində 2 (iki) ədəd, sağ saiddə 3 (üç) ədəd, sağ dirsəkdə 1 (bir) ədəd, sağ əlində 2 (iki) ədəd, qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları deşici-kəsici və iti kənarlı alətin (alətlərin) təsirindən törənmişdir, bu yaraların hamısı 1 (bir) ədəd- ekspertizaya təqdim edilmiş bıçağın təsirindən törənə bilərdi, sol İX qabırğanın sınığı, sağ çiyin və sol budun əzilmiş yaraları və qançırı isə küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarada qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumillikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Qeyd olunan xəsarətləri şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (cild İ, i/v: 192-196) - Məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 369 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs adına BİT-də tərtib olunmuş tibbi kitabçada qeyd olunan xəsarət - sağ əlin İİ barmağının kəsilmiş yarası iti kənarlı əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (cild İ, i/v: 189-191) - Məhkəmə tibbi-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin 677/2022-MTBŞ saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/H//ll/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: O-alfa, beta/l/. Ekspertizaya təqdim edilən Təqsirləndirilən şəxs məxsus bir ədəd qısaqol mayka, bir ədəd şalvar, bir cüt tərliyin sol tayı, bir ədəd bıçaq üzərində ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A, H antigenləri və bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/H//ll/qruplu bir şəxsə, o cümlədən Abo sistemi üzrə Zərərçəkmiş şəxs, əgər onun qanında müşayiətçi H antigeni varsa məxsus ola bilər. Ləkələrdə O/l/qruplu Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür, əgər onda hadisə zamanı qanaxma ilə müşaiyət olunan xəsarətlər olubsa. (cild İ, i/v: 179-183) - Məhkəmə tibbi-kriminalistik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin 545/2022-MTKŞ saylı rəydən görünür ki, ekspertizaya təqdim edilmiş bıçağın hər iki səthində olan ləkələr yaxma xarekterli olub, qan mənbəyi ilə (qanlı səthlə) dinamaki kontakt nəticəsində yaranmağa uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus köynək, idman şalvarı və bir cüt tərlik üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamaki kontakt nəticəsində fiziki kapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur, köynəkdə qeyd olunan bəzi qan ləkələrinin bucaq altında səthə hündürlükdən, bəziləri üst-üstə düşən damalar nəticəsində əmələ gəlmişdir. (cild İ, i/v: 184-188) - Ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi" publik hüquqi şəxsininxx.xx.2022-ci il tarixli, 6077 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X5 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (cild İİ, i/v: 32-34) - Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 2768 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqın ekspertlər qarşısında qoyduğu suallara ambulator şəraitdə cavab verilməsi mümkün olmur. Belə ki, Təqsirləndirilən şəxs daha uzun müddət ərzində müayinə olunması, onun barəsində olan tibbi və digər sənədlərin ekspertizaya təqdim olunaraq araşdırılması tələb olunur. Qeyd olunanları nəzərə alaraq Təqsirləndirilən şəxs psixiatrik və psixoloji müayinəsini stasionar şəraitdə davam etdirmək, ekspertlər qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. (cild İ, i/v: 143-147) - Kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 143 saylı rəyinindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədən zaman “Travma mənşəli üzvi şəxsiyyət pozuntusu" kimi xroniki psixi pozuntudan əziyyət çəkmişdir. Travma mənşəli üzvi şəxsiyyət pozuntusu müxtəlif simptomların birləşdiyi və psixi fəaliyyətin ayrı-ayrı sahələrini əhatə edən əlamətlərin təzahür etdiyi kifayət qədər ciddi bir patologiyadır. Üzvi şəxsiyyət pozuntusu bir qayda olaraq mnestik-koqnitiv funksiyanı zədələdiyinə görə intellektual imkanların enməsi ilə müşayiət olunur. Həmin patologiyanın gedişində dekompensasiya (pisləşmə) və kompensasiya (nisbi yaxşılaşma) mərhələləri ayırd edilir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi Travma mənşəli üzvi şəxsiyyət pozuntusu” anlaqsızlığın tibbi meyarlarından olan xroniki psixi xəstəliklər sırasına aiddir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən onun əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən ondakı travma mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində dekompensasiya vəziyyəti olduğundan öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə münasibətdə anlaqsız hesab olunmalıdır. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdikdən sonra da ‘‘Travma mənşəli üzvi şəxsiyyət pozuntusu” kimi xroniki psixi pozuntudan əziyyət çəkir və həmin pozuntunun gedişində dekompensasiya vəziyyəti davam edir. Buna görə Təqsirləndirilən şəxs qeyd edilən psixi pozuntu onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum edir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusunun gedişində hal-hazırda dekompensasiya vəziyyəti davam etdiyi üçün onun stasionar şəraitdə məcburi müalicə edilməsinə ehtiyacının olduğu müəyyən edilir. Buna görə də, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Məhkəmə-psixoloji ekspertizası üzrə rəyin yekun hissəsində qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs konfliktə və mübahisəyə meyillilik, qıcığa qarşı həssaslıq, inadkarlıq, hövsələsizlik, kobudluq, tez özündən çıxmaq, davranışında özünü idarəetmənin çatışmazlığı kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Emosional halını onda müəyyən edilən psixi pozuntu şərtləşdirmäşdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman psixi-emosional halında qəzəb, aqressiya yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən psixi pozuntu ilə şərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (cild İ, i/v: 240-246) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, İsazadə X3 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə cəzası 01 ilə endirilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur, yəni məhkumluğu ödənilmişdir. (cild İ, i/v: 165-168) İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, İsazadə X3 Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(002)-70/2013 saylı ittiham hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən məhkumun müdafiəçisi apelyasiya şikayəti və birinci instansiya məhkəməsində icraatda iştirak etmiş dövlət ittihamçısı apelyasiya protesti vermiş, Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2013-cü il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin olunaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmənin müddəti 10 (on) aya, cinayətlərin məcmusu üzrə təyin olunmuş qəti cəzanın müddəti 01 (bir) ilə endirilmiş, apellyasiya protesti isə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının xx.xx.2013-cü il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti, məhkumun müdafiəçisi kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2014-cü il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilərək cinayət işi yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının xx.xx.2015-ci il tarixli, 1(103)- 11/2015 saylı hökmü ilə apellyasiya şikayəti təmin olunaraq Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ləğv olunaraq Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə bəraət verilmiş, apelyasiya protesti isə təmin edilməmişdir. (cild İİ, i/v: 66-80) - “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, 2023 nömrəli arayışına əsasən Zərərçəkmiş şəxs qeyd olunan xəstəxanaya müraciət etmədiyi və həmin xəstəxanada qeydiyyatda olmadığı, lakin arxiv məlumatına görə Təqsirləndirilən şəxs xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə “Nevrozabənzər vəziyyət. Anamnezində PAM qəbulu” diaqnozu ilə həmin xəstəxanada müalicə olunduğu müəyyən olunmuşdur. (cild İİ, i/v: 54-55) - 2 nömrəli X1 xx.xx.2023-cü il tarixli, 1/109 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qeyd olunan xəstəxanaya müraciət etmədikləri və həmin xəstəxanada qeydiyyatda olmadıqları müəyyən olunmuşdur. (cild İİ, i/v: 7) - “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 19/51-159 nömrəli arayışına əsasən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qeyd olunan mərkəzə müraciət etmədikləri və həmin mərkəzdə qeydiyyatda olmadıqları müəyyən olunmuşdur. (cild İİ, i/v: 64-65) - “Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 246 nömrəli arayışına əsasən əsasən Zərərçəkmiş şəxs qeyd olunan mərkəzə müraciət etmədiyi və həmin mərkəzdə qeydiyyatda olmadığı, lakin Təqsirləndirilən şəxs 01,04.2013-cü il tarixdən “Kannabinoidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə həmin mərkəzdə qeydiyyatda olduğu müəyyən olunmuşdur. (cild İİ, i/v: 41-42) Məhkəmə baxışı zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizası təyin olunmuş, ekspertizanın xx.xx.2023-cü il tarixli, 136 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən “Psixoaktiv maddələrinə qəbulu nəticəsində psixi və fiziki davranış pozuntuları ilə fəsadlaşmış üzvi şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalarla” kimi xroniki psixi pozuntudan əziyyət çəkmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsiriəndirildiyi cinayət əməlini törədərkən onun əziyyət çəkdiyi «Psixoakiv maddələrin qəbulu nəticəsındə psixi və fiziki davranış pozuntuları ilə fəsadlaşmış üzvi şəxsiyyət pozuntusu dekompensasiya vəziyyətində olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Cinayət işinin təhlili zamanı məlum olur ki, Təqsirləndirilən şəxs istintaq təcndxanasında olduğu müddət ərzində tabesizliyə və əməkdaşlara qarşı fiziki müqavimət göstərməyə, mühafizə altından yayınmağa, eyni zamanda çılğınlıq göstərərək özünə, ətrafdakılara xəsarət yetirməyə, gözlənilməz hərəkətlər və intihar etməyə meylli olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs saxlanıldığı kamerada, məhkəmədə, istintaq otağında, görüş verilərkən, müvəqqəti saxlama yerində olarkən, tibbi-sanitar qovşağında olarkən, cərimə təcridxanasında saxlanılarkən, konvoy avtomaşınında cəzaçəkmə müəssisəsində saxlanılarkən ciddi nəzarət altında saxlanılması, eləcə də müşayiət olunarkən nəzarət altında aparılması məqsədəmüvafiq hesab olunmuşdur. Bütün bunlar deməyə əsas verir ki, Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi pozuntunun gedişində dekompensasiya vəziyyəti hələ də davam edir. Dekompensasiya vəziyyətində olan şəxsin cinayət məsuliyyətindən yaxa qurtarmaq və obyektiv həqiqətin müəyyən edilməsinə maneə törətmək məqsədi ilə bilərəkdən belə bir üsuldan istifadə etməsi qeyri-mümkündür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdikdən sonra da «Psixoaktiv maddələrin qəbulu nətcəsində psixi və fiziki davranış pozuntuları ilə fəsadlaşmış üzvi şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalarla» kimi xroniki psixi pozuntudan əziyyət çəkir və həmin pozuntunun gedişində dekompensasiya vəziyyəti davam edir. Buna görə Təqsirləndirilən şəxs qeyd olunan psixi pozuntu onu öz hərəkətlərini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum edir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi üzvi şəxsiyyət pozuntusu psixoaktiv maddələrin (kannabioidlərin) qəbulu nəticəsində fəsadlaşmışdır. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi «Psixoaktiv maddələrin qəbulu nətcəsındə psixi və fiziki davranış pozuntuları ilə fəsadlaşmış üzvi şəxsiyyət pozuntusu»nun gedişində hal-hazırda dekompensasiya vəziyyəti davam etdiyi üçün onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının olması müəyyən edilir. Buna görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə uyğun olaraq ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə o, törətdiyi cinayət əməli barəsində anlaqsız hesab olunmalıdır. Təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 136 saylı rəyində Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi pozuntu ibtidai istintaq zamanı təyin edilmiş kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 143 saylı rəyi ilə müəyyən edilmiş pozuntudan (“Travma mənşəli üzvi şəxsiyyət pozuntusu”) fərqli olduğundan dövlət ittihamçısının vəsatəti əsasında xx.xx.2023-cü il tarixdə yenidən təkrar komisyon stasionar məhkəməpsixiatrik ekspertizası təyin edilmiş, həmin qərar əsasında verilmiş xx.xx.2024-cü il tarixli, 12 saylı rəydə göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törətməzdən əvvəl psixi pozuntudan əziyyət çəkmişdir. Belə ki, təxminən 18 yaşında olarkən huşunun itməsi ilə kəllə-beyin travması alması, bundan sonra onda yuxu rejiminin pozulması, əsəbiliyinin artması, tez əsəbiləşib özündən çıxması, baş ağrılarından əziyyət çəkməsi Təqsirləndirilən şəxs yeniyetmə yaşlarında psixi pozuntunun yaranmasını sübut edir. Eyni zamanda anamnestik məlumatlara əsasən irsiyyətinin psixi xəstəliklərlə ağırlaşması, yeniyetmə yaşlarından xasiyyətcə əsəbi, konfliktə meylli olması, özünə xəsarətlər yetirməsi və s. kimi neqativ endogen amillər şəxsiyyətinin formalaşması zamanı kəllə-beyin travmafarının uzaq nəticələrindən biri olan şəxsiyyət pozuntusunun yaranması üçün zəmin yaradıcı amillərdir. Bundan əlavə psixoaktiv maddələri (kannabioid) qəbul etdiyi üçün onda «Psixoaktiv maddələrin qəbulu nəticəsində psixi və fiziki davranış pozuntuları» da yaranmışdır. Beləliklə, həm irsiyyətində psixi pozuntunun olması, həm anamnestik olaraq kəllə-beyin travması alması, həm də psixoaktiv maddələrin (kannabioid) qəbulu belə şəxsdə formalaşmaqda olan şəxsiyyət strukturunda pozuntuların, xüsusilə də üzvi şəxsiyyət pozuntusunun yaranmasına və dərinləşməsinə səbəb olan amillərdir. Beləliklə, qeyd olunmalıdır ki, yuxarıda göstərilənlər Təqsirləndirilən şəxs həmin dövrlərdən şəxsiyyət pozuntusunun yaranmasını - xüsusilə də XBT-nin 10-cu baxışında FO rubrikasında təsbit olunmuş üzvi şəxsiyyət pozuntusunun (F07.0) olmasını bir daha sübut edir. XBT 10-cu baxışının digər F6 (şizoid, paranoid, isterik və s.) rubrikasında təsbit olunmuş şəxsiyyət pozuntuları ilə FO rubrikasında göstərilən şəxsiyyət pozuntusu yaranma və inkişaf etmə səbəblərinə görə tam fərqli patologiyalardır (bax: istinad mənbələrinə). Qeyd olunan patologiya Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz gedişində dekompensasiya mərhələsində olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən istər «Psixoaktiv maddələrin qəbulu nəticəsində psixi və fiziki davranış pozuntuları ilə fəsadlaşmış», istərsə də «kəllə-beyin travmasının» fəsadlaşmış nəticəsi kimi yaranan «ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU» dekompensasiya mərhələsinə keçdiyi üçün o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda üzvi şəxsiyyət pozuntusundan əziyyət çəkir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi həmin psixi pozuntunun digər somatik və s. xəstəliklər kimi yaranma tarixini dəqiq müəyyən etmək mümkün olmasa da, həmin patologiyanın yaranma ardıcıllığı barədə əvvəlki sualda izah verilmişdir. Sualın üçüncü hissəsinə münasibətdə qeyd olunmalıdır ki, üzvi şəxsiyyət pozuntusu da digər spesifik şəxsiyyət pozuntuları kimi öz gedişində bir-birini əvəz edən kompensasiya (yaxşılaşma) və dekompensasiya (kəskinləşmə) mərhələləri ilə gedir. Həmin mərhələlərin hansı vaxt hansı vəziyyətdə olması barədə konkret fikir söyləmək düzgün olmazdı. Yuxarıda qeyd olunduğu kimi üzvi şəxsiyyət pozuntusu da digər spesifik şəxsiyyət pozuntuları kimi öz gedişində birbirini əvəz edən kompensasiya (yaxşılaşma) və dekompensasiya (kəskinləşmə) mərhələləri ilə getdiyindən müalicə olunmadığı təqdirdə həmin patologiyanın gələcəkdə və ya hazırda təkrarən dekompensasiya mərhələsinə keçməsi istisna olunmur. Lakin qeyd olunan mərhələdə onun hansı sosial təhlükəli (aqressiv - ətrafa qarşı və ya autoaqressiv özünə qarşı) əməl törətməsi barədə konkret fikir söyləmək düzgün olmazdı. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs mübtəla olduğu üzvi şəxsiyyət pozuntusunun gedişində halhazırda dekompensasiya mərhələsi davam davam edir və bu özlüyündə təxirəsalınmaz ixtisasladırılmış - tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq olunması üçün əsasdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs stasionar məhkəmə psixiatrik ekspertizası zamanı müayinə gedişində elmi ədəbiyyat və beynəlxalq təcrübədə həm elmi, həm də praktik cəhətdən kifayət qədər əsaslı və ən etibarlı sayılan klinik-psixopatoloji (klinik anamnezin müəyyən olunması, həyat tarixi və klinik müşahidə) metoddan istifadə olunmuşdur ki, bu da digər patologiyalar kimi üzvi şəxsiyyət pozuntusunun da müəyyən olunmasına tam imkan verir və yetərincə təkzibolunmazdır. Odur ki, üzvi şəxsiyyət pozuntusu diaqnozunun müəyyənləşdirilməsində qeyd olunan metod elmi cəhətdən tam əsaslıdır. Ekspertiza müayinəsindən keçən şəxsin hərtərəfli tədqiqi üçün əsas metodlardan İstifadə olunmaqla bərabər, eyni zamanda həkim-psixiatrların istinad etmələri üçün tövsiyə edilən etibarlı beynəlxalq elmi mənbələr müraciət edilmişdir ki, onların da siyahısı rəyin sonunda təqdim edilmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz davranışını qəsdən psixi pozuntu vəziyyətinə uyğunlaşdırması, onda simulyasiya (xəstəlik görüntüsünün yaradılması) və imitasiya (xəstəlik əlamətlərinin yamsılanması) kimi vəziyyətin mümkünlüyü təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs müəyyən edilən istər «Psixoaktiv maddələrin qəbulu nəticəsində psixi və fiziki davranış pozuntuları ilə fəsadlaşmış», istərsə də «kəllə-beyin travmasının» fəsadlaşmış nəticəsi kimi yaranan və tez-tez baş verən dekompensasiyalarla gedən «ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU» psixi patologiyası müxtəlif simptomların birləşdiyi və psixi fəaliyyətin ayrı-ayrı sahələrini əhatə edən əlamətlərin təzahür etdiyi bir patologiyadır. Yoxlanılan şəxsin müayinədə olduğu dövr ərzində kliniki psixopatoloji metodla aparılan müayinə əsasında düçar olduğu şəxsiyyət pozuntusu müəyyən edilməsi ilə nəticələnən hazırkı müayinə gedişatında onun simulyasiya və yamsılama etmək iqtidarında olmaması qənaətinə gəlinməsinə əsas verir. Hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili, həmçinin müayinə dövründə davranışına dinamik nəzarət sayəsində müəyyən edilir ki, Təqsirləndirilən şəxs hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı simulyativ davranış aşkarlanmamışdır. Ümumiyyətlə məhkəmə-psixiatrik ekspertizasına cəlb olunan şəxslərə adından da göründüyü kimi yoxlanılan şəxs statusu daşıdığı üçün kəskin və təxirəsalınmaz hallardan başqa heç bir tibbi medikamentoz müdaxiləyə yol verilmir. Çünki bu tip müdaxilə nəticəsində şəxsin psixi vəziyyətində yarana biləcək dəyişikliklər (kəskinləşmə və ya yaxşılaşma) istintaq gedişatında yoxlanılan şəxs barəsində fikir ayrılığı yarada bilər. Qanunvericilikdə bu kimi şəxslər barəsində məhkəmə qərarı əsasında tibbi xarakterli məcburi müalicə tədbirləri nəzərdə tutulmuşdur. Odur ki, qeyd olunan ekspertiza müddətində şöbədaxili dinamik müşahidə zamanı Təqsirləndirilən şəxs hər hansı psixiatrik müalicə təyin edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi üzvi şəxsiyyət pozuntusunun gedişində hal-hazırda dekompensasiya mərhələsi davam etdiyinə görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacı olduğu müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 97.3-cü maddəsinə əsasən öz psixi vəziyyətinə görə daimi müşahidə tələb edən şəxslərə xüsusi ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə təyin edilə bilər. Təqsirləndirilən şəxs psixi vəziyyəti daimi müşahidə tələb etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.3-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.1 və 29, 120.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini sübuta yetmiş hesab edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin tələblərinə müvafiq olaraq cinayət məsuliyyətindən və cəzadan azad olunmalı və iş üzrə keçirilmiş ekspertiza rəylərinə və həmçinin Azərbaycan Respublikası CM-nin 21.2 və 95.0.3-cü maddələrinə uyğun olaraq barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbir təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilir. Həmin Məcəllənin 95.0 və 95.0.3-cü maddələrinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal rayon Prokurorluğunda saxlanılan pambığa hopdurulmaqla götürülmüş qan nümunələri, Təqsirləndirilən şəxs məxsus 01 ədəd idman şalvarı, 01 ədəd köynək, 01 cüt tərlik və 01 ədəd bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 477-ci maddəsinin və Azərbaycan Respublikası CM-nin 21.1, 21.2, 93.1-1, 93.1.-1.1, 95.0 və 95.0.3-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 144.1 və 29, 120.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli anlaqsız vəziyyətdə törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.2 və 95.0.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ixtisaslaşdırılmış psixiatriya stasionarına yerləşdirilməsi həbsdə saxlandığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Yasamal rayon Prokurorluğunda saxlanılan pambığa hopdurulmaqla götürülmüş qan nümunələri, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd idman şalvarı, 01 (bir) ədəd köynək, 01 (bir) cüt tərlik və 01 (bir) ədəd bıçaq qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərardan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Məmmədzadə Hakimlər: Əli Məmmədov Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-201/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-201/2024
05.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver