Məhkəmə qərarları › İş №1(101)-2011/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2011/2024

28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2011/2024 28.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyeva Aytən Heydər qızı (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Quliyev Vüqar Elbrus oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə saat 14:40-da açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttihamın mahiyyəti: 1.Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. 2.Belə ki, Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisində satışını həyata keçirmək qarşılığında 200 manat pul əldə edəcəyi barədə razılaşdıqdan sonra, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq 11 mart 2024-cü il tarixdə, saat 22:30 radələrində sonuncunun tapşırığına əsasən Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “erməni qəbirstanlığı” adlanan yerin yaxınlığında gizlədilmiş yerdən təmiz çəkisi 970 qram olan xüsusilə külli miqdarda qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini satmaq məqsədilə qanunsuz əldə edib üzərində saxlayaraq daşımış, daxil olmuş əməliyyat məlumatına əsasən 11 mart 2024-cü il tarixdə, saat 22:40 radələrində ünvan 1 ünvanın qarşısında Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin inzibati binasına gətirilmiş, həmin tarixdə xidməti otaqda müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli papaqlı gödəkçənin içəri hissəsindəki, üzərində “Original Levis” sözləri yazılmış göy rəngli sellofan paketdən xüsusilə külli miqdarda olmaqla təmiz çəkisi 970 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürüİmüşdür. Sübutların tədqiqi: 3.Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, Bakı şəhərində yerləşən “Memar Əcəmi” metrostansiyasının yaxınlığında dilənçiliklə məşğul olur və gündəlik əldə etdiyi 50-70 manat pulla şəxsi ehtiyaclarını ödəyir və “kakos” adlanan narkotik vasitə əldə edərək istifadə edir. Yol nəqliyyat hadisəsi nəticəsində ayağı zədələnmiş, nəticədə ayağını itirmişdir. Ailəsindən tək xəstə anası vardır. Tanımadığı İran nömrəsindən onun telefonuna “kuryerim tutulub, filan yerdə mal var” şəklində mesaj gəlmiş və həmin nömrədən onun telefonuna birinci dəfə zəng gəlmişdir. İranlı ona narkotiki Gənclikdən götürüb Nərimanovda qoymalı olduğunu və bunun müqabilində ona 200 manat ödəniləcəyini bildirmişdir. Pulun hansı yolla ona çatdırılacağını soruşmamış və bu barədə danışmamış, çünki pulun ona necə çatdırılacağının marağında olmamışdır. O da narkotik istifadəçisi olduğundan və pulu olmadığından mart ayının 11-də iranlı dediyi əraziyə getmişdir. Ora getmə səbəbi iki yüz manat yox, narkotiki götürmək olmuşdur. O, iranlını bloka ataraq aldatmış, sonradan onun telefonunu bölmədə açdırmışlar. Narkotik vasitənin Nərimanov metrosundan çıxandan sonra unversitetin yanında olan ağacların içində olduğunu bilmiş, orada biraz gəzişmiş, narkotiki yerdə görmüş, amma görəndə çox olduğunu görüb qorxmuş və qorxduğu üçün götürməmişdir. Sonra qorxaraq “Bolt” vasitəsi ilə taksi çağırmışdır. Taksi 50 metr sürən kimi onu da saxlamışlar, saxlayan maşınlardan biri “Kia Rio”, digəri “Range Rover” olmuşdur. Təxminən altı nəfər polis əməkdaşı gəlmişdir. Taksi şoferini bölməyə aparmamışlar, orada da buraxmışlar. Ona qarşı fiziki zorakılıq olmamışdır. Onu saxlayarkən “başqa adam gözləyirdik, sən gəlmisən, səni aparaq” demişlər. Polislər narkotik vasitəni ağacın dibindən götürmüşlər. Sonra onu 16-cı Polis Bölməsinə apararaq yalandan Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə sənədləşdirəcəklərini bildirmişlər. Onu aldatdıqlarından ibtidai istintaq dövründə o şəkildə ifadə vermişdir. 4.Məhkəmə iclas zalında verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında ziddiyyətlər yarandığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, Göyçay rayonu, Bığır kəndində qeydiyyatda olsa da, Bakı şəhərində daimi yaşayış yeri yoxdur. Bakı şəhərində yerləşən “Memar Əcəmi” metrostansiyasının yaxınlığında dilənçiliklə məşğul olur və gündəlik əldə etdiyi pulla şəxsi ehtiyaclarını ödəyir. Yol nəqliyyat hadisəsi nəticəsində sağ ayağını itirmişdir. Təxminən 2 ildir ki, psixotrop maddə olan metamfetamin və narkotik maddə olan heroindən istifadə edir. X16 Respublikası vətəndaşı olan, anket məlumatlarını bilmədiyi Nasir adlı şəxsdən dəfələrlə öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddələr əldə etmişdir. 11 mart 2024-cü il tarixdə günorta saatlarında tanımadığı İran İslam Respublikasına aid 198-***-***-**-** saylı mobil nömrədən ona məxsus 077-345- 49-87 saylı mobil nömrənin “Whatsapp” sosial şəbəkəsinə ismarıc gəlmişdir. Tanımadığı həmin şəxsin ismarıcına cavab vermiş və onunla əlaqə yaratmışdır. Aralarında olan danışıq zamanı həmin şəxs bildirmişdir ki, onun, narkotik vasitələri satan kuryeri həbs edilmişdir və bu işdə ona köməklik etsin. Həmçinin, qeyd etdiyi İran İslam Respublikası vətəndaşı bildirmişdir ki, onun göndərdiyi narkotik vasitəni ona bildirəcəyi yerə atsa, buna görə ona 200 manat pul verəcəkdir. Maddi çətinlikləri olduğuna görə həmin şəxslə razılaşmışdır. Bundan sonra həmin şəxs demişdir ki, 11 mart 2024-cü il tarixdə saat 22:30 radələrində Nərimanov rayonu ərazisində yerləşən “erməni qəbirstanlığı” adlanan yerin yaxınlığından ona göndərəcəyi narkotik vasitəni götürüb və onun deyəcəyi yerə atsın. Ona görə də 11 mart 2024-cü il tarixdə saat 22:30 radələrində həmin şəxsin dediyi yerə, Nərimanov rayonu ərazisində yerləşən “erməni qəbirstanlığı” adlanan yerin yaxınlığına gəlmiş və ona bildirdiyi yerdən göy rəngli sellofan paketin içərisində olan narkotik vasitə heroini götürüb əynində olan qara rəngli, papaqlı gödəkçənin içəri hissəsinə qoyub həmin yerdən uzaqlaşmışdır. 1 1 mart 2024-cü il tarixdə saat 22:40 radələrində ünvan 1 ünvanın qarşısında olan zaman özünə məxsus mobil telefonla taksi sifarişi xidmətinə müraciət etmiş və az sonra hazırda marka, qeydiyyat nişanını xatırlamadığı taksi onun yanında dayanmışdır. Həmin taksiyə əyləşmək istəyən zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onlarla birlikdə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə getməyini bildirmişlər. Başqa çıxış yolunun olmadığını dərk etdiyinə görə etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə qeyd etdiyi Polis Şöbəsinə getmiş, xidməti otaqların birinə daxil olmuşdur. Xidməti otaqda polis əməkdaşları tərəfindən hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 33 ədəd 1 manatlıq, 1 ədəd 5 manatlıq pul əskinazlarını, şalvarının sağ arxa cibindən anasına məxsus “Samsung” markalı mobil telefonu və önü zəncirbəndlə bağlanmış qara rəngli papaqlı gödəkçənin içəri hissəsindən üzərində “Original Levis” sözləri yazılmış 1 ədəd göy rəngli sellofan paketi çıxarıb otaqda olan stolun üstünə qoymaqla təqdim etmişdir. Sellofan paketin içərisinə baxış keçirildikdə, içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik maddə olan 01 ədəd qara rəngli sellofana bükülməklə yapışqan lentlə bağlanmış bağlama aşkar olunmuşdur. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, bağlamanın içərisindəki maddə narkotik vasitə heroindir, həmin heroini tanımadığı İran İslam Respublikası vətəndaşının sözlərinə əsasən 11 mart 2024-cü il tarixdə saat 22:30 radələrində Nərimanov rayonu ərazisində yerləşən “erməni qəbirstanlığı” adlanan yerin yaxınlığından götürmüşdür ki, həmin şəxsin deyəcəyi yerə atsın və buna görə həmin şəxs ona 200 manat pul verəcəkdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş 1 ədəd büküm polis əməkdaşı tərəfindən qablaşdırılmış, möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu və qablaşdırmanın üzərini imzalarla təsdiq etmişlər. O, göstərmişdir ki, ifadəsinin əvvəlində qeyd etdiyi taksi sürücüsünü tanımır və ona görə də onun anket məlumatları barədə heç nə bilmir. Qazanc əldə etmək üçün İran İslam Respublikası vətəndaşlarının tapşırığına əsasən narkotik vasitə və psixotrop maddələri qoyulduğu yerlərdən götürüb müxtəlif ünvanlara atmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Polis Şöbəsinə gətirilərkən, üzərinizə şəxsi axtarış keçirilərkən ona qarşı heç bir formada zor və ya təzyiq göstərilməmişdir (İ cild, səh. 77-81). 5.Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, mart ayında şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyatda iki ya da üç nəfər iştirak etmişlər və daxil olmuş məlumat əsasında Avrasiya Universitetinin yaxınlığında, “erməni qəbirstanlığı” deyilən əraziyə yaxın yerdə şəxsi saxlamışlar. Saxlanılan zaman şəxsin sağlamlıq imkanlarının məhdud olması görünmüş və onlara biraz da təəccüblü gəlmişdir. Şöbəyə dəvət etmişlər və şəxs müqavimət göstərmədən onlarla gəlmişdir. Saxlanılan zaman təqsirləndirilən şəxsin əlində bağlama olmuş və paketdə nə olması soruşulduqda narkotik vasitə olduğunu bildirmişdir. Sonradan məhkəmə kimyəvi ekspertizasının rəyi ilə müəyyən olunmuşdur ki, həqiqətən də kustar üsulla hazırlanmış nakotk vasitə heroindir. Təqsirləndirilən şəxs onlara narkotik vasitəni iranlıdan götürdüyünü, narkotiki paylayacağını və bunun müqablində ona pul veriləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni özünün satmadığını, amma narkotiki götürüb harasa verəcəyini və əvəzində iranlının ona pul verəcəyini demişdir. Şəxsi axtarışda vəkil iştirak etmiş və videoçəkilişdən istifadə edilmişdir. Polis Bölməsinə taksi sürücüsü aparmağı xatırlamır. Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddə ilə sənədləşdiriləcəyi barədə hansısa təklifin şahidi olmamışdır. Saxlanılarkən şəxs piyada olmuşdur. Təqsirləndirilən şəxs qarşı hansısa zor tətbiq edilməmişdir. Şahid1 ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. 6.Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, göstərmişdir ki, hazırda Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanı rütbəsi daşıyır. 11 mart 2024-cü il tarixdə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri özünün istifadə etməsi, üzərində saxlaması, qanunsuz dövriyyəsi ilə məşğul olması və həmin gün, saat 22:40 radələrində ünvan 1 ünvanın qarşısına gəlməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməliyyat müvəkkilləri, polis baş leytenantı X3, Şahid3 və ondan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Həmin gün saat 22:40-da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs müəyyən edib ona yaxınlaşmışlar, özlərini təqdim edərək Nərimanov RPİ- nin 16-cı Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs özünü şübhəli apardığını görmüşlər və ona özünü təqdim etməsini təklif edən zaman o, danışarkən suallardan yayınmağa, həmin yerdən uzaqlaşmağa çalışdığından üzərində qanunla dövriyyəsi qadağan olunmuş maddələrin olmasından şübhələnib onu Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə dəvət etmişlər. Daha sonra Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməliyyat müvəkkiİləri, polis baş leytenantı X3 və Şahid3 ilə birlikdə xidməti avtomobillə ərazi aidiyyəti üzrə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə gətirmişlər. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun saxlanılaraq Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə gətirilməsi barədə raportla rəhbərliyə məruzə etdikdən sonra, raportun icrası Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X4 həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədilə Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X5 dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmiş və o, şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə başlanılaraq ona təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya və yaxud maddə varsa onları könüllü olaraq təqdim etsin. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 33 ədəd 1 manatlıq, 1 ədəd 5 manatlıq pul əskinazlarını, şalvarının sağ arxa cibindən “Samsung” markalı mobil telefonu və önü zəncirbəndlə bağlanmış qara rəngli papaqlı gödəkçəsinin içərisindən üzərində “Original Levis” yazısı olan, göy rəngli 01 ədəd sellofan paketi çıxarıb təqdim etmişdir. Sellofan paketin içərisinə baxış keçirildikdə içərisində qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik maddə olan 01 ədəd qara rəngli sellofana bükülməklə yapışqan lentlə bağlanmış bağlama aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bağlamadakı maddə “kakos” kimi tanınan narkotik vasitə heroindir. 11 mart 2024- cü il tarixdə adını bilmədiyi İran İslam Respublikası vətəndaşı onun mobil telefonunun “Whatsapp” sosial şəbəkəsinə ismarıc göndərək bildirmişdir ki, narkotik vasitələri satan kuryeri həbs edilmişdir, narkotik vasitəni bir ünvandan başqa bir ünvana aparması üçün ona 200 manat pul verəcəkdir. Pula ehtiyacı olduğu üçün həmin şəxsin təklifi ilə razılaşaraq onun atdığı məkan bildirimi vasitəsilə narkotik vasitənin olduğu ünvana gedib götürmüşdür. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt onun üzərindən hər hansı bir əşya və yaxud maddə aşkar edilməmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Eyni zamanda şəxsi axtarış və götürmə protokolu ilə müdafiəçi tanış olmuş və protokolu imzalamışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilməsi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı hər hansı bir formada fiziki və ya psixi təsirlər olunmamışdır (İ cild, səh. 125-127). 7.Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 11 mart 2024-cü il tarixdə onlara bir nəfər şəxsin üzərində külli miqdarda narkotik olacağı barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın doğruluğunu yoxlamaq üçün polis baş leytenantı Şahid2 və polis kapitanı Şahid1 ilə birlikdə əməliyyat tədbirinin keçirilməsinə qərar verilmişdir. Təxminən gecə saat 10-11 radələrində Nərimanov rayonu, Hümbətov küçəsində onlara verilən məlumata uyğun bir nəfər şəxsi görmüşlər, yaxınlaşdıb özlərini təqdim etdikdə həqiqətən də şübhəli olduğunu və suallarından yayındığını görmüşlər. Şəxsi 16-cı Polis Şöbəsinə dəvət etmişlər, etiraz etməmiş və xidməti maşınla şəxsi bölməyə aparmışlar. Orada rəhbərliyə raportla məruzə edərək üzərinə baxış keçirmişlər. Şəxsi axtarış və götürmə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla keçirilmişdir. Şəxsin üzərində telefon və pullar olmuşdur. Gödəkçəsinin içində qara bağlamada “kakos” olduğunu, ona “whatsapp”da İran vətəndaşının yazdığını və 200 manat məbləğ müqabilində götürərək aparıb çatdırmalı olduğunu bildirmişdir. Daha sonra aşkar edilmiş maddə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Səhv etmirsə əməliyyat məlumatı Şahid1 daxil olmuş, əməliyyatda üç nəfər iştirak etmişlər. Onlara əməliyyat məlumatı daxil olarkən həmin şəxsin xarici görünüşü barədə məlumatı vermişlər və gəlib götürəcəyini demişlər. Kənardan müşahidə edəndə şəxsin bir ayağının olmadığını görmüşlər. Şəxs yaxınlaşıb narkotik vasitəni götürmüş və uzaqlaşmaq istəyərkən saxlamışlar. İranlı ilə bağlı nə isə aşkar edə bilməmişlər. Təqsirləndirilən şəxsin narkotiki götürməyə getməsi, amma götürməməsi barədə dedikləri həqiqəti əks etdirmir. Saxlanılan zaman təqsirləndirilən şəxsə hansısa fiziki və psixi zorakılıq olmamışdır. 8.Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq olunmuşdur. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir (İ cild, səh. 111-1 13). 9.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 mart 2024-cü il tarixli 3-16-16/2-6/1460 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №218” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs(imza)” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bağlamada təmiz çəkisi 970 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş siyahəlara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxildir (İ cild, səh. 43-46). 10.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X14 Şəxsi Ambulator X1 17 may 2024-cü il tarixli, 3426 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs müddətsiz əlillik dərəcəsi olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 131-132). 11.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X9-Hüquqi şəxsi ambulator məhkəmə psixiatrik ekspertizasının 20 aprel 2024-cü il tarixli, 1077 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində keçirdiyi avtoqəza zamanı kəllə beyin travması alması müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da, öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (İ cild, səh. 129-130). 12.«Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» 12 mart 2024-cü il tarixli protokoldan və həmin istintaq hərəkətinin video-görüntülərini özündə əks etdirən DVD diskdən görünür ki, şəxsi axtarış və götürmə başlamazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşya və ya maddəni könüllü təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, 33 ədəd 1 manatlıq, 1 ədəd 5 manatlıq pul əskinazlarını, şalvarının sağ arxa cibindən “Samsung” markalı mobil telefonu və önü zəncirbəndlə bağlanmış qara rəngli papaqlı gödəkçəsinin içərisindən üzərində “Original Levis” yazısı olan, göy rəngli 01 ədəd sellofan paketi çıxarıb təqdim etmişdir. Sellofan paketə baxış keçirildikdə içərisindən qəhvəyi rəngli, toz şəkilli, spesifik qoxuya malik maddə olan 01 ədəd qara rəngli sellofana bükülməklə yapışqan lentlə bağlanmış bağlama aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bağlamadakı maddənin narkotik vasitə hesab olunan “kakos” adı ilə tanınan heroin olduğunu, 11 mart 2024-cü il tarixdə İran İslam Respublikasının vətəndaşı olan, adını bilmədiyi şəxsin Nərimanov rayonu ərazisində yerləşən “erməni qəbirstanlığı” adlanan əraziyə atması ilə əldə etdiyini qeyd etmişdir. Aşkar olunmuş narkotik vasitə olan bağlama iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 218 nömrəli möhürü ilə möhürlənmişdir (İ cild, səh. 28-29). 13.«Sübutların qiymətləndirilməsi haqqında» 07 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 970 qram olan narkotik vasitə hesab edilən xüsusilə külli miqdarda heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və aparılmış tədqiqatdan sonra qalıq qalmış 969,8 qram narkotik vasitə heroin Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd CD formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilmişdir (İ cild, səh. 141-155). 14.«Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, səh. 24-25). 15.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 mart 2024-cü il tarixli, 4(005)- 370/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 mart 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə “həbs" növündə qətimkan tədbiri seçilmişdir (İ cild, səh. 87-91). 16.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 1(101)-1161/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər: 1.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ibtidai istintaq vaxtı tutma altında saxlanıldığı 01 gün və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 03 ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə 06 ay 02 gün çıxılmış və üzərində qəti olaraq 01 il 02 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli qərarı ilə “8 Noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasınınn Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, 18 noyabr 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. 2.Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 04 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 02 gün müddət bir günə iki gün hesablanmaqla 04 gün müddət təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 04 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (İ cild, səh. 106-108, 134-140). 17.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsindən Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş 02 oktyabr 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alınmamış və ona təyin edilmiş 04 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: 18.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1 və 125.1-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur və məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 19.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 20.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 21.Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbinə uyğun olaraq iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, iş üzrə digər sənədləri sübut növü kimi qəbul edib və məhkəmə iclasında tam, hərtərəfli, obyektiv araşdırılmış sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə birgə hüquqi qiymət verib, həmin sübutlara əsaslanaraq, iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi vardır. 22.Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərarına görə tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. 23.«Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». 24.Qanunun 1.0.9-cu maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 25.Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. 26.Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 27.“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 8-ci bəndinə əsasən digər şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. 28.Qeyd olunan Plenum qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 29.«Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli, 961 №-li Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ siyahının 83-cü bəndinə əsasən 800 qram və yuxarı həddə narkotik vasitə olan heroin külli miqdar hesab edilir. 30.Məhkəmə, təqsirləndirilən şəxsin narkotik vasitənin satışı ilə məşğul olmaması ilə bağlı məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən azad olunmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri məhkəmə iclasında təqiq edilmiş şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. 31.İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, konvensiyanın 6-cı maddəsi ədalətli məhkəmə araşdırması hüququna təminat verir və məhkəmənin vəzifəsi bütövlükdə məhkəmə araşdırmasının, o cümlədən sübutların əldə edilməsinin, qiymətləndirilməsinin ədalətliliyini, müdafiə və ittiham tərəflərinin hüquq bərabərliyi təmin edilməklə çəkişmə prinsipinə əməl edilməsinin, təqsirləndirilən şəxsin sübutları mübahisə etmək, onlara etiraz etmək hüququnun təmin edilməsini araşdırmaqdır. (Bikkov v. Rusiya [GC], 4378/02, §§ 88- 90, xx.xx.2009 və Rowe və X6rşı [GC], 28901/95, § 60, AİHM 2000 İİ) 32.Məhkəmə təqsirləndirilən şəxsin üzərinə keçirilmiş şəxsi axtarışa dair videoçəkilişin həqiqəti əks etdirməməsi məzmunda ifadəsinə münasibətdə qeyd edir ki, «Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında» 12 mart 2024-cü il tarixli protokolun və həmin istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən CD diskin mötəbərliliyini şübhə altına alan əsaslar müəyyən edilmədiyindən, həmin istintaq hərəkətinin həyata keçirilməsi zamanı sonuncudan aşkar edilərək götürülmüş narkotik vasitə heroinin ona məxsus olması qənaətinə gəlməyə tam əsas verir. 33.Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri törətməsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapır. 34.Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə və cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirərək hesab edir ki, ifadəsində qeyd etdiyi hallar məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunmuşdur. 35.Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlayaraq daşıması mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq olunduğundan onun törətmiş olduğu ictimai təhlükəli əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. 36.Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu ictimai təhlükəli əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir 37.Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətməsində təqsirli olması ibtidai istintaq dövründə və məhkəmə araşdırması zamanı verdiyi ifadələrin əlaqəli təhlili, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, eləcə də iş materiallarında olan digər təkzibolunmaz sübutların məcmusu ilə sübuta yetirildiyini müəyyən edərək hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməli və təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. 38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında cəzanı bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası olmasını, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsi olmasını qeyd etmişdir. Bundan başqa məlumdur ki, sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. 39.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 40.Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 41.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 42.Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, sol aşağı ətrafın, budun orta 1/3-dən amputasiyası olunmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. 43.Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. 44.Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanı yüngüləşdirən və ağırlaşdıran halları, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müddətə azadlıqdan məhrum etmə növündə cəzanın təyini qanuni, ədalətli və cəzanın tətbiqi məqsədinə uyğundur. 45.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 46.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. 47.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 48.“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 may 2009-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. 49.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 50.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 51.Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 1(101)-1161/2023 nömrəli hökmü ilə məhkum edildiyi cinayət əməlinə münasibətdə məhkumluğu ödənilməmişdir, lakin ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza - azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyindən Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivini yaratmır. 52.Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə təqsirləndirildiyi ictimai təhlükəli əməli Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 1(101)-1161/2023 nömrəli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi vaxt yəni, cəzanın çəkilməmiş hissəsi ərzində törətmişdir. 53.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 54.Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 1(101)- 1161/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 04 (dörd) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, yəni 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəzaya qismən birləşdirməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. 55.Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 56.Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. 57.Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. 58.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 59.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. 60.Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı - 11 mart 2024-cü il tarixdən hesablanmalıdır. 61.Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. 62.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. 63.Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində qeyd olunmuş əmlakın müəyyən olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xüsusi müsadirə cinayət-hüquqi tədbiri tətbiq olunmamalıdır. 64.Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.11-ci maddəsinə uyğun olaraq iş üzrə maddi sübut, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan, iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 969,8 qram çəkidə narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən 01 ədəd CD formatlı diskin cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində cinayət işinin materiallarında saxlanılmasını əsaslı hesab edir. 65.İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. 66.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. 67.Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 68.Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 saylı qərarına əsasən təqsirləndirilən şəxsin məhkəmədə hüquqlarının müdafiə edilməsinə görə dövlət büdcəsindən pul tutulmasını əsaslı hesab edir. 69.İş materiallarından görünür ki, müdafiəçi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət hesabına göstərdiyi hüquqi yardım üzrə iş saatları 60 saat, iş saatları üzrə vəkilə ödənilməli haqq 360 (üç yüz altmış) manat təşkil edir. 70.Beləliklə Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərara əsasən Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə icraatı dövründə göstərilən hüquqi yardımla bağlı 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən tutularaq Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. 71.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 1(101)-1161/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş qalan 04 (dörd) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə cəzasının bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı 11 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Məhkəmə icraatı dövründə göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsindən 360 (üç yüz altmış) manat Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Maddi sübut olaraq Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan - iş üzrə aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 969,8 qram çəkidə narkotik vasitə heroin məhv edilsin, 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: 1.(sədrlik edən) Aytən Əliyeva

2. Siyavuş Hacıyev

3. Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar