Məhkəmə qərarları › İş №1(101)-2011/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-2011/2025

16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2011/2025 16.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), X8 və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X4, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Presedent” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 9 noyabr 1994-cü ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, subay, himayəsində 2(iki) azyaşlı uşağı olan, sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 1(014)-96/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 11 iyul 2025-ci il tarixdə cəzasını çəkib qurtarmış, lakin məhkumluğu qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli, 1(101)- 2011/2025 nömrəli məhkəmənin hazırlıq iclasının qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 yanvar 2026-cı il tarixdə, saat 10:20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs satış məqsədi olmadan məlum olmayan tarixdə, vaxtda və məlum olmayan mənbədən qanunsuz olaraq külli miqdarda olmaqla təmiz çəkisi 2,533 qram olan narkotik vasitə heroin və xeyli miqdarda təmiz çəkisi 0,891 qram olan psixotrop maddə metamfetamin əldə etməklə üzərində saxlayaraq 13 avqust 2025-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 20 ünvanına daşımış, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün (bundan sonra mətndə - Nərimanov RPİ-nin PPXB) əməkdaşları tərəfindən 13 avqust 2025-ci il tarixdə, saat 05:30 radələrində ünvan 4 ünvanın yaxınlığında saxlanılıb Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin (bundan sonra mətndə - 18-ci PŞ) inzibati binasına gətirilərək orada aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli şalvarın sol yan cibindən 1(bir) ədəd bükümdə külli miqdarda olmaqla təmiz çəkisi 2,533 qram olan qəhvəyi rəngli tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitəsi heroin və 1(bir) ədəd bükümdə xeyli miqdarda olmaqla təmiz çəkisi 0,891 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Tərəflərin bildirdiyi və təqdim etdiyi işin halları və dəlilləri:

2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək 9 yanvar 2026-cı il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, o, narkotik vasitə istifadəçisi olmaqla hazırkı iş üzrə narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikası vətəndaşından əldə etmiş, gecə saat 23:00- 00:00 radələrində yolda hərəkətdə olarkən Nərimanov RPİ-nin PPXB-nin polis əməkdaşları ilə qarşılaşaraq sonuncular tərəfindən şübhəli şəxs qismində saxlanılmışdır. Onun saxlanıldığı yer insanların çoxluq təşkil etdiyi yer olsa da, saxlanılarkən yanında başqa heç kim olmamışdır. O, sonradan polis şöbəsində olarkən narkotik vasitə və psixotrop maddəni aldığı şəxs barəsində məlumat verməsi üçün Qələndər adlı polis əməkdaşı tərəfindən döyülmüş, həmin vaxt əldə etdiyi narkotik vasitə heroinin bir qismindən istifadə etdiyindən huşu özündə olmamış, bu səbəbdən döyülməsi barədə hər hansı hüquq-mühafizə orqanına və ya digər quruma, eləcə də hər hansı şəxsə şikayət etməmişdir. O, hadisə zamanı üzərindən aşkar olunmuş qanunsuz predmetləri şəxsi istehlakı məqsədilə əldə etmişdir. O, narkotik vasitə və psixotrop maddə istifadə etsə də ailəsinə və ya digər hər hansı şəxsə ziyan vurmamış, həmin qanunsuz maddələrin istehlakı ilə yalnız öz sağlamlığına ziyan vurmuşdur.

3. Cinayət işi üzrə ittiham aktına əlavə edilmiş məhkəmə iclasına çağırılmalı şəxslərin siyahısında olan şahidlər dindirilərkən, eləcə də iş materialları elan edilərək tədqiq edildikdən sonra 9 yanvar 2026-cı il tarixli məhkəmə baxışı üzrə məhkəmə iclasının gedişində Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq ifadəsinə əlavə edərək göstərdi ki, şahid Müşviq Süleymanov onun saxlanılmasında iştirak etməmiş, sonuncunu yalnız Nərimanov RPİ-nin 18-ci PŞ-də görmüşdür. Şahidlər Şahid3 və Şahid1 tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təzyiq göstərilməmişdir. Şahid3 ifadəsi doğrudur. O, Qələndər adlı polis əməkdaşı tərəfindən videoçəkilişlə üzərində şəxsi axtarış istintaq hərəkəti həyata keçirilməmişdən əvvəl döyülmüş, bu zaman Şahid3 və ya Müşviq Süleymanov orada olmamışdır. Nərimanov RPİ-nin PPXB-nin polis əməkdaşları tərəfindən saxlanılarkən əvvəlcə PPXB-nin xidməti avtomobilinə deyil, yaxınlıqdakı Yol Patrul Xidmətinin avtomobilinə əyləşdirilmiş, həmin avtomobildə saxlanılarkən ayağının altında olmuş narkotik vasitə və psixotrop maddənin ona məxsus olduğu bildirilərək həmin qanunsuz maddələr cibinə qoyulmuşdur. Həmin qanunsuz maddələri cibinə qoyan polis əməkdaşlarının kim olmasını, eləcə də Şahid3 və ya Şahid1 olub-olmamasını bilmir. O, saxlanılarkən üzərində narkotik vasitə və psixotrop maddə olmamış, ittihamda qeyd olunan ünvana narkotik vasitə götürmək üçün getmişdir. Sevər Məlikova onun arvadıdır. 2021-ci il tarixdə qonşusu ilə mübahisə etmiş, lakin onu döyməmiş, həmin hadisə ilə bağlı araşdırma aparılmış və aralarında barışıq olduğundan cinayət təqibinə xitam verilmişdir. Anası ağır xərçəng xəstəliyindən əziyyət çəkir. Özü isə bronxial astma və əsəb xəstəliyindən əziyyət çəkir. O, hazırkı iş üzrə narkotik vasitə və ya psixotrop maddə götürməmişdir. İttihamda qeyd olunan ünvana narkotik vasitə və psixotrop maddəni öz şəxsi istehlakı məqsədi ilə əldə etmək üçün götürməyə getmişdir. X20 Respublikası vətəndaşı narkotik vasitə və psixotrop maddəni götürəcəyi yer barədə ona əvvəlcədən bildirmişdir. Sonda Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bildiyini, günahkar olmaqla artıq islah olunduğunu, himayəsində iki azyaşlı övladının, xərçəng xəstəliyindən əziyyət çəkən anasının və arvadının olduğunu, narkomaniya xəstəliyindən müalicə olunaraq tam sağlam həyat tərzinə qayıtmaq istədiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi.

4. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmuşdur. 13 avqust 2025-ci il tarixdə, təxminən saat 05:30 radələrində ünvan 4 ünvanın yaxınlığında piyada hərəkətdə olarkən 2 nəfər polis əməkdaşı ona yaxınlaşmış, sonuncuları gördükdə üzərində narkotik vasitələr olduğundan onların suallarından yayınıb qaçmaq istəmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nin 18-ci PŞ-yə aparılmışdır. Polis şöbəsinin inzibati binasında vəkilin və polis əməkdaşlarının iştirakı ilə ona hüquqları izah edilmiş, üzərinə şəxsi axtarış keçirilmişdir. Polis əməkdaşı tərəfindən ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təhvil verməsi təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan boz rəngli şalvarın sol yan cibindən 2 ədəd bükümü çıxarıb təqdim etmişdir. Daha sonra onun üzərinə baxış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı başqa bir əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı o həmin bükümlərin içərisində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri şəxsi istifadəsi üçün bir neçə gün öncə əvvəlcədən X20 Respublikası vətəndaşından 120 manat pul müqabilində Yasamal rayonunu ərazisindən aldığını bildirmişdir. Daha sorra həmin bükümlər qablaşdırılaraq möhürlənmiş, bu barədə tərtib edilmiş protokol imzalanmışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə i.v.) 31-32; 49-51; 64-66; 147-149;).

5. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

6. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

7. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 13 avqust 2025-ci il tarixdə, saat 05:30 radələrində ünvan 4 ünvanda Nərimanov RPİ-nin PPXB-nin polis serjantı polis nəfəri Şahid1 ilə birlikdə xidmətdə olan zaman bir nəfər şəxsin hərəkətləri onlara şübhəli gəldiyindən həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, bu zaman həmin şəxs verilən suallara qeyridəqiq cavab verdiyindən həmin şəxsi Nərimanov RPİ-nin 18-ci PŞ-yə dəvət etmiş və orada sonuncunun Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Daha sonra polis şöbəsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı tərəfindən onun, Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə rəisi Şahid2 və dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya varsa təqdim edilməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki boz rəngli şalvarın sol yan cibindən 2 ədəd ağ rəngli sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümlərin birində ağ rəngli kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə və digər bükümdə isə qəhvəyi rəngli heroinə bənzər kütlə olması aşkar edilmişdir. Daha sonra baxış zaman üzərindən əlavə olaraq hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin maddələri İran İslam Respublikasının vətəndaşı olan şəxsin bildirdiyi Yasamal rayonu ərazisindən 120 manat qarşılığında şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Daha sonra aşkar edilmiş həmin bükümlər zərfə qoyularaq qablaşdırılmış, zərf möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır.

8. Verilən suallara cavab olaraq şahid qismində dindirilmiş Şahid3 ifadəsinə əlavə edərək göstərdi ki, təhkim olunduğu Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi 20 ünvanı ərazisində xidmətdə olarkən gecə saatlarında Təqsirləndirilən şəxs özünü şübhəli apardığına görə ona yaxınlaşaraq suallar vermiş, davranışları və danışığından narkotik vasitə və psixotrop maddələrin istifadəsindən, eləcə də üzərində qeyd edilən qanunsuz maddələri saxlamasından şübhələnildiyindən onu Nərimanov RPİ-nin 18-ci PŞ-yə aparmış, orada təhqiqatçı, əməliyyatçı və müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən qəhvəyi və ağ rəngli narkotik vasitə və psixotrop maddələrə bənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və ya psixi təzyiq olmamış, o cümlədən sonuncu saxlanılarkən onlara qarşı hər hansı müqavimət göstərməmişdir. Nərimanov RPİ-nin 18-ci PŞ-də Qələndər adlı polis əməkdaşı işləmir.

9. Məhkəmədə şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə rəisi polis mayoru X6 və Nərimanov RPİ-nin PPXB-nin polis nəfəri polis serjantı Şahid1 məhkəməyədək icraat zamanı verdikləri ifadələri ilə əsasən eyni məzmunlu və şahid qismində dindirilmiş Şahid3lə oxşar məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər.

10. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxslə faktiki ər-arvad münasibətlərində olsa da, nikahlarını rəsmi qeydə aldırmamışlar. X13 və Nur Məlikovanın atası Təqsirləndirilən şəxsdur. Uşaqlarının anadan olduğu dövrdə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi olmadığından o, müvafiq orqana Təqsirləndirilən şəxs soyadı barədə yanlış məlumat verərək soyadının “Məlikov” olduğunu bildirmiş, bu barədə qeydiyyat aparan şəxs də yanlış olaraq Amidin soyadını Məlikov kimi yazmış, sonradan da həmin məsələyə diqqət yetirməmişdir. Buna görə də məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrdə övladlarının atasının adı “X17” kimi qeyd olunmuşdur. Bu səbəbdən gələcəkdə həmin yanlışlığın aradan qaldırılması üçün müvafiq qurumlara müraciət edəcəkdir. Əri Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsindən məlumatlı olmuş, sonuncunu dəfələrlə müalicə etdirmək üçün cəhdlər etmişdir. Təqsirləndirilən şəxs fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmaqla ona və ortaq uşaqlarının maddi ehtiyacını təmin etmişdir.

11. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

12. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli şalvarın sol yan cibindən 1 (bir) ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 0,891 qram olan ağ kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1(bir) ədəd ağ rəngli sellofan bükümdə təmiz çəkisi 2,533 qram olan qəhvəyi rəngli tozşəkilli kustar üsulla hazırlanmış narkotik vasitə heroinin aşkar edilməsi faktına görə Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı polis mayoru X14 tərəfindən fakta görə 13 avqust 2025ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraatına qəbul edilməklə istintaqı aparılmışdır (Cild 1, i.v.1;).

13. Nərimanov RPİ-nin PPXB-nin polis nəfərləri polis serjantları Şahid3 və Şahid1 tərəfindən tərtib olunmuş 13 avqust 2025-ci il tarixli raportdan görünür ki, həmin tarixdə, saat 05:30 radələrində inzibati ərazidə xidmətdə olarkən ünvan 4 ünvanının qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və bu zaman həmin şəxs verdikləri suallardan yayınaraq qaçmağa çalışmışdır. Həmin şəxs saxlanılaraq narkotik vasitədən istifadə etməkdə şübhəli şəxs qismində Nərimanov RPİ-nin 18-ci PŞ-yə gətirilmiş, orada həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur (Cild 1, i.v.3;).

14. “Şübhəli şəxsin tutulması haqqında” 13 avqust 2025-ci il tarixli qərar və protokoldan görünür ki, Ağayev X10 RPİ-nin 18-ci PŞ-in təhqiqatçısı polis mayoru X14 tərəfindən həmin tarixdə, saat 06:30-da müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X5 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı, yəni 13 avqust 2025-ci il tarixdə, saat 05:30-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v.13; 17;).

15. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 avqust 2025-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs müdafiəçisi X5 iştirakı ilə elan edilmiş müvafiq qərar əsasında həmin gün, saat 07:30-dən 08:00-dək Nərimanov RPİ-nin 18-ci PŞ-nin təhqiqatçısı polis mayoru X14 tərəfindən həmin gün həmin şöbənin sahə rəisi polis mayoru X6 və Nərimanov RPİ-nin PPXB-nin polis serjantı Şahid3 və müdafiəçi X5 iştirakı ilə Nərimanov RPİ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri ətraflı izah edilərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində boz rəngli şalvarın sol yan cibindən 2(iki) ədəd ağ rəngli sellefona bükülmüş, birində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə və digər bükümdə qəhvəyi rəngli heroinə bənzər kütləni təqdim etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin narkotik vasitə heroin və metamfetamin olmaqla Yasamal rayonundan İran İslam Respublikasının vətəndaşının bildirdiyi yerdən götürərək 120 manat pul ödədiyini və məqsədinin həmin maddələri şəxsi istifadə etmək olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti Nərimanov RPİ-nin inzibati binasında, xidməti iş otaqlarının birində, süni işıqlandırma şəraitində həyata keçirilmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmiş, protokolda “Samsung” markalı videokameradan istifadə edilməklə videoçəkilişin aparılması, videoyazının əks olunduğu 1(bir) ədəd DVD diskin protokala əlavə edilməsi qeyd edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 23; 25-27;).

16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 13 avqust 2025-ci il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən bir ədəd müddəti 6 dəqiqə 3 saniyə olan həmin videogörüntünün əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq Şahmar Qurbanov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə baxış keçirilməsinə dair müvafiq olaraq 13 avqust 2025-ci il tarixli protokolla, eləcə də həmin diskdəki videogörüntüyə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs müdafiəçisinin saxlanılarkən və sonradan hər hansı təzyiqə məruz qalmasına dair sualına cavab olaraq sərbəst formada və təkidlə hər hansı təzyiqə məruz qalmadığını bildirmişdir (Cild 1, i.v.27; 52;).

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının 13 avqust 2025-ci il tarixli, 6/2760 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №224 dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs (imza) “yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 2,533 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,891 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi – 2,533 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 2,433 qramdır. Metamfetaminin təmiz çəkisi – 0,891 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,841 qramdır. Aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manatdır (Cild 1, i.v. 34-38;).

18. “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə” və “Cinayət işinin icraata qəbul edilməsi haqqında” 13 avqust 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq edilən ********* nömrəli cinayət işi aidiyyəti üzrə Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilmiş və həmin şöbənin baş müstəntiqi polis mayoru X9 tərəfindən icraata qəbul edilməklə ibtidai istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 40; 43;).

19. “Törədilməsi müəyyən edilən cinayət əməlinin hüquqi tövsifi haqqında” 14 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* nömrəli cinayət işi üzrə cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsf edilmişdir (Cild 1, i.v. 53-54;).

20. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 14 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilməklə müdafiəçisinin iştirakı ilə ittihamın mahiyyəti, hüquq və vəzifələri ətraflı izah edilmişdir (Cild 1, i.v. 56-57;).

21. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 4(005)- 984/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 13 avqust 2025-ci il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək təxminən iki ildir narkotik vasitələrdən metamfetamin və heroindən istifadə etdiyini, əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı uşağı olmaqla özünün astma xəstəliyindən əziyyət çəkdiyini, narkotik vasitənin satışı ilə məşğul olmaq niyyətinin olmadığını, hazırda ailəsi ilə birlikdə Sabunçu rayonu ərazisində yaşadığını qeyd edərək məhkəmədən barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsini xahiş etmişdir (Cild 1, 80-84;).

22. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 25 avqust 2025-ci il tarixli cavabından, müvafiq hökmün surətindən və arayışdan görünür ki, sonuncu dəfə Ağdaş Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 1(014)-96/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 11 iyul 2025-ci il tarixdə cəzasını çəkib qurtarmışdır (Cild 1, i.v. 92, 101- 105; Cild 2;).

23. “Təqdim edilmiş CD-R diskində olan məlumatlara baxış keçirilməsi haqqında” 1 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru X9 tərəfindən müvafiq məhkəmə qərarı ilə əldə edilmiş “CD-R” diskə baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir (Cild 1, i.v. 95;).

24. “Maddi sübut kimi tanıma haqqında” 7 oktyabr 2025-ci il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,533 qram olan narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,891 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmaqla ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,433 qram narkotik vasitə heroin və 0,841 qram psixotrop maddə metamfetamin saxlanış üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir (Cild 1, i.v. 106-109;).

25. “Diskə baxış keçirilməsi haqqında” 15 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən müvafiq məhkəmə qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə daxil olan və çıxan sms mətnlərinə, nömrənin anten əhatə dairəsinə baxış keçirilmiş, baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumatlar qeydə alınmamışdır (Cild 1, i.v.112;).

26. “Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının” 21 avqust 2025-ci il tarixli, 2768 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırkı müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər törətdiyi əməl dövründə və hazırda xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığının və sair psixi xəstəlik aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyacı yoxdur. Həmin rəyin tədqiqi hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs astma və əsəbilik xəstəliyindən əziyyət çəkdiyinə görə hərbi xidmət keçməmişdir, evlidir, iki qız övladı vardır. Ona ittiham olunan əməl barədə soruşduqda narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir (Cild 1, i.v. 121-122;).

27. “Ambulator komisyon məcburi məhkəmə-narkoloji ekspertizasının” 21 avqust 2025ci il tarixli, 5153 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Gəncə şəhər Narkoloji Dispanserində F12.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə bronxial astma xəstəliyindən əziyyət çəkir, 3 ildir narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir, narkotik vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar Respublika Narkoloji Mərkəzində stasionar şəaitdə müalicə kursu almışdır (Cild 1, i.v 124-125;).

28. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında” 18 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə olan ittihamın məzmununda əlavə və dəyişikliklər edilməklə yenidən ittiam elan edilməsi, ********* nömrəli cinayət işindən narkotik vasitə heroin və psixotrop maddə metmafetamin satılması faktına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması, Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən bir ədəd disk, DİN BİKİ və "xxxx" MMC-dən daxil olmuş iki ədəd, ümumilikdə üç ədəd disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə olunmasının nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 2,533 qram olan narkotik vasitə heroinin və bir ədəd bükümdə təmiz çəkisi 0,891 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınmaqla ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,433 qram narkotik vasitə heroinin və 0,841 qram psixotrop maddə metamfetaminin saxlanış üçün Nərimanov RPİ-nin maddi sübutların saxlanma otağına təhvil verilməsinin nəzərə alınması və Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd “Samsung” markalı mobil telefonun özünə qaytarılması qərara alınmışdır (Cild 1, i.v. 127-136;).

29. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 18 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə yenidən ittiham elan edilməklə ona hüquq və vəzifələri ətraflı izah edilmişdir (Cild 1, i.v. 139-140;).

30. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq Ş.R.Qurbanov tərəfindən 23 noyabr 2025-ci il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 24 noyabr 2025-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.152-159;).

31. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli, 1(101)-2011/2025 nömrəli məhkəmənin hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkəməyə verilməklə cinayət işi məhkəmə baxışına təyin edilmiş və barəsində məhkəməyədək icraat zamanı seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır (Cild 2;).

32. “Doğum haqqında” AZ-İİİ 733236 və AZ-İV 256326 nömrəli şəhadətnamələrdən və AA2145600 və AA5668573 seriya nömrəli şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Sevgi Məlikova və Nur Məlikova adlı qız övladları vardır (Cild 2;).

33. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 15 yanvar 2026-cı il tarixli qərardan görünür ki, Ağayev X10 RPİ-nin Müvəqqəti saxlama yerinə xx.xx.2025-ci il tarixdə gətirilmiş, xx.xx.2025-ci il tarixdə MSY-dən azad edilmişdir. Ağayev X1 yerinə daxil olarkən və azad edilərkən bədəni üzərinə baxış keçirilmiş, baxış zamanı heç bir xəsarət aşkar edilməmişdir (Cild 2;).

34. Azərbaycan Tibb Universitetinin X3-poliklinik şöbəsinin 5 noyabr 2024 və 21 fevral 2025-ci il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs anası X7 “Sol süd vəzisinin Cr-i. T2N1M0. İİB mərhələ. İİ kl.qr. Kombinə olunmuş müalicədən sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Xəstə ilk dəfə ATU-nun Onkoloji klinikasına sol süd vəzisində olan törəmə şikayəti ilə daxil olmuş, aparılan müayinələrə əsasən xəstəyə “Sol süd vəzisinin Cr-i. T2N1M0 diaqnozu” qoyulmuş, xx.xx.2022-ci il tarixdə “Soltərəfli radikal matektomiya” cərrahi əməliyyatı ica edilmişdir (Cild 2;). Əməlin tövsifi və digər hüquqi məsələlər:

35. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

37. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

38. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

39. CM-in 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə və daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

40. CM-in 234.1-1-ci maddəsinə əsasən həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

41. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Siyahıların İ siyahısının 83-cü bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə heroinin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 800 qram olması, 118-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin xeyli miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi 2 qram və xüsusilə külli miqdar daxil olmaqla aşağı həddinin isə 400 qram olması müəyyən edilmişdir.

42. Məhkəmə xüsusi vurğulamaqla qeyd edir ki, Təqsirləndirilən şəxs 13 avqust 2025-ci il tarixdə, saat 23:00-00:00 radələrində saxlanılaraq Qələndər adlı polis əməkdaşı tərəfindən fiziki təzyiqə məruz qalması, o cümlədən eyni məhkəmə iclası zamanı gah ittihamda göstərilən narkotik vasitə və psixotrop maddələrin onun özünə məxsus olması, gah polis əməkdaşları tərəfindən avtomobilə mindirildikdən sonra həmin qanunsuz predmetlərin onun üzərinə qoyulması, gah da ittihamda göstərilən ünvana qeyd olunan narkotik vasitə və psixotrop maddələri götürmək üçün getməsinə baxmayaraq götürə bilməməsi ilə bağlı göstərdiyi biri digərini təkzib edən kəskin ziddiyyətli hallar onun məhz ağır cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan və cəzalanmaqdan yayınmaq məqsədi daşımasını bir daha təsdiq edir. Halbuki məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində, o cümlədən üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən (bax hökmün 15-16-cı bəndləri), habelə barəsində məhkəmə nəzarəti qaydasında qətimkan tədbiri seçilərkən (bax hökmün 21-ci bəndinə) ona istinad edilən əməli səmimi etiraf etməklə törətdiyi əməldən peşman olmasını bildirmiş və hər hansı şəxs tərəfindən, o cümlədən polis əməkdaşları tərəfindən hər hansı pis rəftara məruz qalmadığını vurğulamışdır. Eyni zamanda, hökmün 33-cü bəndində də göstərildiyi kimi təqsirləndirilən şəxs müvəqqəti saxlama yerinə daxil olarkən və oradan azad olunarkən ətraflı tibbi müayinədən keçirilmiş, müayinə zamanı Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət alması müəyyən edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı ev dustaqlığı qətimkan tədbiri seçilmiş, buna baxmayaraq, saxlanılarkən və sonradan hər hansı zorakılığa məruz qalması, üzərindən aşkar edilmiş predmetlərin özünə məxsus olmaması barədə hər hansı dövlət orqanına və ya digər quruma, eləcə də hər hansı şəxsə məlumat verməmiş, hər hansı şikayət etməmiş, eləcə də barəsində ev dustaqlığı qətimkan tədbiri seçilərkən məhkəməyə törətdiyi cinayət əməlini sərbəst olaraq etiraf etmişdir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs pis rəftara məruz qalması ilə bağlı ifadəsində göstərdiklərinə tənqidi yanaşaraq onlar iş materialları ilə təsdiq edilmədiyindən rədd edir.

43. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

44. Halbuki, Təqsirləndirilən şəxs ona qarşı fiziki zorakılıq tətbiq edilməsi barədə məhkəmədə ifadəsində göstərdiklərini məhkəməyədək icraat zamanı ümumiyyətlə qaldırmamış, onun saxlanılarkən və bundan sonra hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri zamanı onun sərbəst olaraq barəsində hər hansı qanunsuzluq baş verdiyi halda müvafiq dövlət orqanlarına və sair qurumlara müraciət etmək imkanının olmasına baxmayaraq, belə halların olması müəyyən edilməmişdir.

45. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

46. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir.

47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

48. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

49. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

50. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

51. Qeyd edilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 234.1-1ci maddəsi ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

52. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

53. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

54. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

55. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən, onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

56. CM-in 18.4.4-cü maddəsinin tələbinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluğu olan şəxslər tərəfindən yenidən qəsdən cinayətin törədilməsi residivin müəyyən edilməsi zamanı nəzərə alınmır.

57. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2(iki) azyaşlı uşağının olmasını, 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin kəskin ziddiyyətli ifadələr verməsinə baxmayaraq sonda və məhkəməyədək icraat zamanı törətdiyi əməli səmimi etiraf etməklə peşmanlıq çəkməsini bildirməsini, anasının ağır xəstəlikdən əziyyət çəkməsini, özünün 31 yaşında olmaqla müxtəlif xəstəliklərdən əziyyət çəkməsini, o cümlədən narkomaniya xəstəliyindən müalicə olunaraq tam sağalıb normal həyat tərzinə qayıtmaq istədiyini bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

58. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

59. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın ən aşağı həddə təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

60. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

61. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir.

62. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

63. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

64. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 13 avqust 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli qərarı ilə onun barəsində 4 (dörd) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, əvvəli şübhəli şəxs qismində tutulduğu 13 avqust 2025-ci il tarixdən hesablanmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zmanı seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilmişdir.

65. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin əvvəli isə 13 avqust 2025-ci il tarixdən hesablanmalıdır.

66. Məhkəmə hökmün 27-ci bəndində qeyd edilən ekspertiza rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, CM-in 93-1-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyatda olması nəzərə alınmalıdır.

67. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

68. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Nərimanov RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan, tədqiqatlardan sonra qalıq qalmış 2,433 qram narkotik vasitə heroin və 0,841 qram psixotrop maddə metamfetamin məhv edilməli, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı çəkilmiş videogörüntünün köçürüldüyü 1 (bir) ədəd, "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd və DİN-nin BİKİ-dən daxil olmuş 1 (bir) ədəd, ümumilikdə 3(üç) ədəd disk maddi sübut qismində tanınmaqla iş materiallarında saxlanılmalıdır.

69. CPM-yə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

70. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

71. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

72. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

73. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

74. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun hazırkı iş üzrə tutulduğu 13 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və onun ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması nəzərə alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 2,433 qram narkotik vasitə heroin və 0,841 qram psixotrop maddə metamfetamin məhv edilsin, 3 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar