Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-2012/2024 09.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi - X2 və X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi X3, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlu və Bakı şəhəri 35 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017-ci il tarixli, 1(101)-1017/2017 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 8 dekabr 2021-ci il tarixdə “8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan vaxtından əvvəl azad edilmiş, lakin məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 9 oktyabr 2024-cü il tarixdə, saat 12:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs 9 aprel 2024-cü il tarixdə, saat 22 radələrində ünvan 2 ünvanında yerləşən kafedə müştəri qismində olarkən yaxınlıqda yerləşən Zərərçəkmiş şəxs kababçı işlədiyi “Dadlı Kabab” adlı kafedən sifariş əsasında gətirilmiş lülə kababdan sümük çıxmasını bəhanə edərək onun olduğu kafeyə gəlmiş kababçı Zərərçəkmiş şəxs bu barədə iradlar bildirdikdən sonra aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla xuliqanlıq niyyəti ilə əvvəlcədən üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, kəpənək formalı məişət təyinatlı qatlanan cib bıçağı ilə kafenin girişində qəsdən öldürmək məqsədilə Zərərçəkmiş şəxs həyat üçün mühüm əhəmiyyət kəsb edən orqanlarının yerləşdiyi döş qəfəsinin sol nahiyəsindən 1(bir) dəfə qüvvətli zərbə vuraraq sonuncuya həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid, ölümü ilə birbaşa səbəbli əlaqəsi olan ürəyin zədələnməsi və Vİ qabırğanın döş sümüyü ilə birləşən yerində natamam kəsilməsi, sol tərəfli hematoraksla müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən 1(bir) ədəd deşilmiş-kəsilmiş yara xəsarətini yetirmiş, Zərərçəkmiş şəxs növbəti zərbələrindən yayınaraq qaçıb kafedən uzaqlaşmış, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yetirdiyi ürəyin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası nəticəsində kəskin qanitirmə səbəbindən sonuncu 10 aprel 2024-cü il tarixdə, səhər saat 07:15-də müalicə üçün yerləşdirildiyi xəstəxanada ölmüş, bununla da Rəhman Quliyev Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. İşin halları və dəlilləri:
2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə olan ittiham üzrə deyil, həmin Məcəllənin 126.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, zərərçəkmiş şəxsi qonşuluqda kirayədə yaşaması ilə əlaqədar tanımışdır. O, tanışları Könül (Şahid1) və Şahid2la yeyib-içmək üçün 9 aprel 2024-cü il tarixdə axşam saatlarında ünvan 3 ünvanında yerləşən “Könül çay evi” kafesinə gedib orada kabab sifariş etmiş, sifariş etdiyi kababın içərisindən sümük çıxmışdır. Kafedə oturub spirtli içki içərkən həmin gün, təxminən saat 22 radələrində Anar da həmin kafeyə gəlmiş, o, sonuncuya yaxınlaşıb bişirdiyi kababın içərisindən sümük çıxdığını demiş, Anar isə ona “Məni narahat etmə”, “Üzrlü hesab et” kimi sözlər dediyindən ondan aralanıb geri yerinə qayıdıb oturmuş, lakin Anar dilinin ucunda nə isə danışmağa başlamış, spirtli içki qəbul etdiyindən onun nə deməsini dəqiq xatırlamamışdır. Bundan sonra Anar ayağa qalxıb onun yanına gəlmiş, sonuncu ona tərəf gəldikdə cibindəki bıçağı əlinə almış, çölə çıxıb orada söhbət etmələri üçün sağ əli ilə sonuncunun sinəsinə yumruqla vurub onu itələmiş, bu zaman bıçaq əlində olmuş, bıçaq Anarın sinəsinə batmış, lakin bıçaqda qan ləkəsi olmamış, birlikdə kafenin qapısından çölə çıxıb orada söhbət etdikdən sonra geri qayıdıb yerinə oturmuşdur. Aralarında keçən söhbətdən təxminən 35 dəqiqə sonra təcili tibbi yardım avtomobili gəlib zərərçəkmiş şəxsi xəstəxanaya aparmış, sonradan sonuncunun vəfat etdiyini eşitmişdir. Onun zərərçəkmiş şəxsi bıçaqla vurub öldürmək niyyəti olmamış, sonuncunu qəsdən öldürməmiş, hadisə ehtiyatsızlıqdan baş vermiş, həmin vaxt içkili olduğundan ağlı başında olmamışdır. Onun zərərçəkmiş şəxsi öldürmək niyyəti olsaydı, Anara ikinci dəfə də bıçaqla zərbə vurardı. O, yedikləri kababın məhz Anar tərəfindən hazırlanmasını bilməmiş, sadəcə Anar həmin restoranda işlədiyindən kababın içindən çıxmış sümüyün nə ola biləcəyi ilə maraqlanmışdır. O, Anarı bıçaqla vurmamış, onu əli ilə itələmiş, həmin vaxtı bıçaq əlində olsa da, bıçağın Anara batmasını hiss etməmişdir. Bıçağı əlinə götürmüş, Anara bıçaqla vurmaq niyyəti olmamış, Anar üstünə gəldiyi üçün sinəsindən itələmişdir. O, əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə məhkum olunmuş, həmin hadisə zamanı zərərçəkəni bıçaqla vurmuşdur. İbtidai istintaq zamanı müstəntiqə ifadə verərkən sonuncu ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində ehtiyatsızlıqdan adam öldürməyə görə cinayət məsuliyyəti nəzərdə tutulduğunu, bu səbəbdən narahat olmamasını bildirmiş, o da oxumaq və yazmaq qabiliyyəti olmadığından ifadələrini oxumadan imzalamışdır. Həmçinin ifadəsi yerində yoxlanılarkən müstəntiq bıçağı necə tutmasını göstərməsini istəmiş, o da şəkilə tam düşməsi üçün bıçağı göstərmişdir. İfadəsinin sonunda təqsirləndirilən şəxs özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olduğunu və cavan olduğunu bildirərək məhkəmədən əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə tövsif edilərək ona ədalətli cəza təyin edilməsini xahiş etdi.
3. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, bacısı Xanım Qurbanovanın ailəsi ilə birlikdə yaşamış, orta təhsilini Bakı şəhərində yerləşən 227 saylı tam orta məktəbdə 9-cu sinifə kimi almış, 2015-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci, 2017-ci ildə isə həmin məcəllənin 126.1 və 221.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətdiyi üçün müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2021-ci ildə cəzadan vaxtından əvvəl azad olunmuş, 2008-2010-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, narkoloji və psixoloji kabinetlərdə qeydiyyatda deyil, gündəlik 20-30 manat müqabilində fəhlə işləmişdir. Zərərçəkmiş şəxs Keşlə qəsəbəsindən tanımış, sonuncu ilə sadəcə olaraq, salam-sağolu olmuşdur. Zərərçəkmiş şəxs Keşlə qəsəbəsində “Keşlə” məscidinin yanında yerləşən kafedə kababçı işlədiyini bilmiş, sonuncu ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamış, əvvəllər heç bir problem yaşamamış, hərdən Anarın işlədiyi kafeyə gedərək çörəkarası lülə yemişdir. 9 aprel 2024-cü il tarixdə, saat 13 radələrində yuxudan oyanmış, həmin gün heç bir işlə məşğul olmamış, axşam saat 7 radələrində ünvan 2 ünvanında yerləşən, demək olar ki, hər gün getdiyi Könülün işlətdiyi kafeyə getmiş, həmin vaxt kafedə Könül və Keşlə sakini Ziya ilə yeyib-içmək qərarına gəlmiş, bu səbəbdən Könül öz telefonu ilə Zərərçəkmiş şəxs işlədiyi kafedən kabab sifariş vermiş, Ziya isə 1(bir) litrlik dəyəri 13 manat olan arağı alıb qayıtmış, həmin gün, saat 20 radələrində Zərərçəkmiş şəxs kababçı işlədiyi Keşlə qəsəbəsində yerləşən həmin kafedən kuryer kababları gətirmiş və Könül kababların 21 manat olan ödənişini etmişdir. Onlar yeyib-içməyə başlamış, o, lülə və digər kabablardan yeyərkən yediyi lülə kababın içindən sümük çıxdığı üçün çox əsəbiləşmiş, lakin buna o qədər də əhəmiyyət verməyərək yeməyini yeməyə davam etmiş, araqdan o və Ziya təxminən 100 qram içmişlər. Onlar yeyib-içdikdən sonra təxminən saat 22 radələrində kafeyə Zərərçəkmiş şəxs daxil olub ayrı masada tək oturaraq özünə pivə sifariş vermiş, son 1-2 həftə ərzində Anarın tez-tez Könülün işlətdiyi kafeyə gəldiyini görmüşdür. O, Anarın əyləşdiyi masaya yaxınlaşaraq sonuncudan lülə kababın içindən çıxan sümüyü göstərib “Bu dişdir? Yoxsa sümük” deyə soruşmuş, Anar isə “Bilmirəm” cavabını verib ikinci pivəni sifariş vermiş və o da öz masasına geri qayıtmışdır. O öz masasına geri qayıtdıqdan təxminən 10-15 dəqiqə sonra lülə kababından sümük çıxmasına və Anarın ondan üzr istəməməsinə özlüyündə yenidən əsəbləşərək Anara tərəf baxıb “Bu nə kababdı göndəriblər mənə?” demiş və sonuncu ayağa qalxaraq üzərinə gəlməklə ona “Sən uje məni bezdirdin. Ay qaqaş sən mənlə məzələnirsən?” deyə bildirmiş, həmin vaxt o, əyləşdiyi masanın yanında ayaq üstə dayanmış, onların masaları bir-birinə yaxın olmuş, Anarın ona “Sən uje məni bezdirdin. Ay qaqaş sən mənlə məzələnirsən?” deyərək üzərinə gəlməsi ilə “Sən mənim üstümə gəlirsən?” ifadəsini işlətmiş, Anarın və onun əyləşdikləri masalar düz kafenin girişində biri sağda, digəri solda olmaqla yerləşdiyi üçün onlar kafenin içində - giriş qapısının qarşısında bir-birilərinin yaxasından tutmuş, həmin vaxt Könül onları aralamaq istəmiş, onlar bir-birinə nə yumruq, nə təpik, nə də şillə zərbəsi vurmamış, Könül həmin vaxt mətbəxə keçmişdir. Anarın səhvini qəbul etməməsi onu əsəbləşdirdiyi üçün təxminən 1(bir) il əvvəl xatırlamadığı mağazadan alıb üstündə gəzdirdiyi kəpənək tipli bıçağı gödəkçəsinin sağ cibindən çıxarıb sağ əlində saxlamaqla Zərərçəkmiş şəxs ürək nahiyəsindən 1(bir) dəfə vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs zərbənin təsirindən qışqırıb kafenin çölünə çıxaraq qorxub qaçmağa başlamış, o, bıçağı Anarın ürək nahiyəsindən vurduğu üçün öləcəyini bilmiş, bu səbəbdən də arxasınca qaçmaq istəməmiş, həm də bıçaqla vurduqdan sonra əsəbi nisbətən soyuduğu üçün Anarın arxasınca qaçmaq istəməmişdir. Bundan sonra o, kafedən çıxıb yaşadığı evə getmiş və evə çatdıqdan sonra polis əməkdaşları tərəfindən polis idarəsinə dəvət olunduğu üçün Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə getmişdir. Törətdiyi əməldən peşmandır. Hadisə vaxtı kafeni işlədən Könül, Ziya və Anardan başqa orada heç kəs olmamış, onun Zərərçəkmiş şəxslə mübahisəsi lülə kababın içindən sümük çıxması və sonuncunun buna baxmayaraq, ondan üzr istəməməsi olmuş, həmin kababı 9 aprel 2024-cü il tarixdə Könül sifariş vermiş, Zərərçəkmiş şəxs də onlar yeyib-içdikdən sonra həmin kafeyə gəldiyi üçün sonuncunu gördükdən sonra ilk öncə özünə bu barədə bildirmiş, lakin Anar onun sualına “Bilmirəm” cavabı verdiyi üçün o, qane olmamışdır. Anar ondan üzr istəsəydi, aralarındakı söhbət bu həddə çatmazdı. Anarın cavabından təxminən 10-15 dəqiqə sonra da onun “Bu nə kababdı göndəriblər mənə?” deməsindən sonra Anarın ayağa qalxaraq ona “Sən uje məni bezdirdin. Ay qaqaş sən mənlə məzələnirsən?” deməsi onu lap əsəbləşdirdiyi üçün o, bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirmiş, həmin vaxt o, çox əsəbi olmuş, ona görə də Zərərçəkmiş şəxs döş qəfəsindən bıçaqla zərblə vurmuş, məqsədi sonuncunu öldürmək olmuşdur. Zərərçəkmiş şəxs təsadüfən həmin kafeyə pivə içmək üçün gəlmiş, sonuncunu o, yaxud kafedə olan digər şəxs dəvət etməmiş, 1(bir) ilə yaxındır üstündə hər ehtimala qarşı bıçaq gəzdirmiş, həmin bıçağı 1(bir) il əvvəl xatırlamadığı mağazadan almış, baş vermiş hadisə vaxtı onun üzərində ağqara rəngli gödəkçə, boz rəngli köynək, qara rəngli mayka, qara rəngli tuman, açıq mavi rəngli cins şalvar, qara rəngli dəri ayaqqabı olmuş, Zərərçəkmiş şəxs xəsarət yetirdiyi vaxt sonuncunun bədənində hər hansı başqa xəsarət olmamışdır. O, Zərərçəkmiş şəxs öldürmək üçün ürəyindən 1(bir) dəfə bıçaqla vurmuş, sonuncunun ürəyindən vurduqdan sonra artıq öləcəyini bilmiş, baş vermiş hadisədən 1-2 saat əvvəl spirtli içki olan araqdan az miqdarda, təxminən 100 qram içmiş, lakin huşu tam özündə olmuşdur. Baş verənləri tam xatırlayır, əvvəllər Zərərçəkmiş şəxslə heç bir problem yaşamamış, Zərərçəkmiş şəxs kafeyə daxil olarkən sadəcə salam vermiş, o, Anarı görüb lülə kababından sümük çıxmasına əsəbləşdiyi üçün iradını bildirmiş, ilk dediyi “Bu dişdir? Yoxsa sümük” ifadəsi də, sonrakı “Bu nə kababdı göndəriblər mənə?” ifadəsini də işlədərkən Zərərçəkmiş şəxs pivəsini içmiş, ona, yaxud qeyrisinə heç nə deməmişdir. Hadisə zamanı o, heç bir xəsarət almamış, baş vermiş hadisədən əvvəl də bədənində heç bir xəsarət olmamış, Zərərçəkmiş şəxs sadəcə onun yaxasından tutmuş, lakin onu vurmamışdır (Cild 1, iş vərəqi (bundan sonra mətndə- i.v.) 35-37; 64-68; 117-120; Cild 2, i.v. 95-98;).
4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
6. Belə ki, məhkəmədə dindirilmiş ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X13 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. İbtidai istintaq zamanı digər qardaşı Tural Quliyev zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış, lakin sonuncu müharibədə iştirak etməsi ilə bağlı səhhətində yaranmış psixoloji problemlərlə bağlı məhkəmədə iştirak edə bilmədiyindən o özünün zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmasını məhkəmədən xahiş etmişdir. Mərhum qardaşı Zərərçəkmiş şəxs təxminən 2018-ci ildən Bərdə şəhərindən işləmək üçün Bakı şəhərinə gəlmiş, Bakı şəhərində müxtəlif yerlərdə işləmiş, öldürülməsindən əvvəl Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kababçı işləməklə həmin qəsəbədə kirayədə yaşamışdır. Bildiyi qədəri ilə qardaşının bir nəfər otaq yoldaşı da olmuş, lakin həmin şəxsin kim olmasını bilməmiş və heç vaxt görməmişdir. Mərhum qardaşı Anar ona maddi köməklik göstərmiş, Anarın heç kimlə ədavəti və ya düşmənçiliyi olmamış, hər gün mobil telefon vasitəsilə danışıb onunla əlaqə saxlamışdır. Sonuncu dəfə qardaşının istifadəsində olmuş mobil telefona zəng vurub hal-əhval tutmaq istəyərkən zəngə müstəntiq cavab verərək qardaşının ölməsi barədə ona məlumat vermişdir. O, hadisənin birbaşa şahidi olmamış, internetdə xəbər saytlarından qardaşının kababdan çıxan sümüyə görə öldürüldüyünü eşitmiş, habelə sonradan qardaşını qətlə yetirən şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Digər qardaşı Tural Quluyev müharibədə iştirak etməsi ilə əlaqədar sonuncuda psixoloji problemlər yaranmışdır. Bərdə rayonunda qardaşının hüzür mərasimi keçirilərkən əmisi Şahid3 ona qardaşının Bakıda kirayə qaldığı otaq yoldaşının sifarişi ilə qətlə yetirildiyini demiş, əmisinə bu barədə konkret olaraq kimin deməsini bilməmiş, lakin əmisi ona bunun Anarın yas mərasiminə gələn dostlarının dediyini demiş, o özü isə həmin söhbətlərdən xəbərsiz olmuş, sadəcə bu barədə əmisindən eşitmişdir. Belə ki, əmisi Şahid3 qardaşının dostlarından eşitdiklərinə əsasən deməsinə görə qardaşı Anar hadisədən 3-4 gün öncə otaq yoldaşı ilə mübahisə edərək onu döymüş və otaq yoldaşının da Anara gücü çatmadığı üçün sifarişlə “killer” kimi Təqsirləndirilən şəxs tutmuş, sonuncu da Anarı sifarişlə kafedə öldürmüşdür. Lakin sonradan hadisə baş verən vaxt kafedə Rəhman, Anar, Ziya və Həqiqətdən başqa heç kəsin olmamasını öyrənmişdir. Əmisi həmin məlumatları Bərdə şəhəri, İnternat orta məktəbi, Qaçqın düşərgəsində keçirilən Anarın hüzür mərasimində (3 mərasimi) 13 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs dostlarından aldığını ona demiş, lakin həmin şəxslərin kim olmasını, haradan gəlmələrini, Anarı haradan tanıdıqlarını bilməmişdir. Mərhum qardaşı Anarın dostlarının da kimlər olmasını bilməmişdir. O, ümumiyyətlə, dəqiq olaraq Anarın otaq yoldaşını döyüb döymədiyini bilməmiş, bunların hamısını ona əmisi demiş, əmisi ona qardaşının otaq yoldaşını sonuncunun qonşu qıza baxdığı üçün döydüyünü bildirmiş, həmin qonşu qızının kim olmasını bilməmişdir. Bunları ona əmisi danışmış, ona bu barədə heç kəs heç nə deməmişdir. O, mərhum qardaşını sonuncu dəfə 2024-cü ilin yanvar ayının 5-də Bərdə rayonunda toy mərasimində görmüş, Anar ilə sonuncu dəfə isə 2024-cü ilin aprel ayının 9-da günorta saatlarında mobil telefonla danışıb hal-əhval tutmuş, danışıq zamanı Zərərçəkmiş şəxs hər gün olduğu kimi normal şəkildə danışmış, sonuncu ona hər hansı probleminin olmasını bildirməmişdir. O, hər gün qardaşı ilə telefonla danışmış, lakin qardaşı son günlərdə telefonla danışarkən ona probleminin olduğunu deməmişdir. Mərhum qardaşı sağlığında ***-***-**-** saylı mobil telefon nömrəsini işlətmiş, başqa nömrəsi olmamışdır. Mərhum qardaşı sakit, öz işində, zəhmətkeş biri olmuş, heç kəslə işi olmamış, heç kəsin də qardaşı ilə işi olmamışdır. Qardaşının əvvəllər kiminləsə dalaşdığını görməmiş və eşitməmişdir. 25 sentyabr 2024-cü il tarixdə məhkəmə iclasında iştirak edərkən iclasdan əvvəl Təqsirləndirilən şəxs qardaşı Şahid8 onunla söhbət zamanı birincinin onun qardaşı Anarı tək öldürmədiyini, başqa şəxslərlə əlbir olaraq Anarı öldürdüyünü bildirmişdir. İfadəsinin sonunda G.M.Quluyeva Təqsirləndirilən şəxs şikayətçi olduğunu, sonuncunun ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməsini xahiş etdi.
7. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə baş verən kafedə ofisiant işləyir. O, hadisədən əvvəl kafedə samovar qaynadıb çay içmiş, sonradan Rəhmanla Ziya kafeyə gəlmiş, sonuncular yemək yemək istədikləri üçün kababxanadan lülə kabab sifariş etmişdir. Kabab gətirildikdən sonra Rəhmanla Ziya spirtli içki qəbul etmiş, Rəhman kabab yeyərkən onun lülə kababından sümük çıxmışdır. Sonradan Anar da içkili vəziyyətdə kafeyə gəlmişdir. Anar kafedə pivə sifariş verib Rəhmanla görüşmuş və masada oturmuşdur. Rəhman Anara yaxınlaşıb lülə kababından çıxmış sümüyü sonuncuya göstərib “Qardaşım sən kababxanada işləyirsən. Səncə bu nədir?” deyə soruşmuşdur. Anar isə Rəhmana bilmədiyini deyərək başından eləmişdir. O həmin vaxt masanı təmizləyirdi. Rəhmanla Ziya 1(bir) litr spirtli içki içmişdi. Anar daha sonra masadan qalxıb Rəhmanın oturduğu masaya gəlmiş, o, Rəhmanla Anara yaxınlaşıb kafedə sakit durmalarını, səs-küy salmamalarını demiş, bundan sonra hərə öz masasına keçib yerlərində oturmuşlar. Daha sonra Anar ondan günəbaxan tumu və pivə sifariş edib musiqiyə qulaq asmaq istədiyi üçün mahnı qoyaraq mətbəxə keçmişdir. Rəhman, Ziya və Anardan başqa kafedə iki nəfər müştəri də olmuşdur. O, mətbəxdə qabları yuyub içəri keçəndə Rəhmanla Anarın kafedə olmadığını görüb Ziyadan hara getdiklərini soruşmuş, Ziya isə bilmədiyini demişdir. Daha sonra o, çay gətirərək Ziya ilə birlikdə çay içmişdir. Bir müddət sonra tanımadığı şəxslər kafeyə gələrək məhlədə kiminsə bıçaqlandığını demiş, o, kafedən çıxa bilmədiyi üçün Ziyaya həmin bıçaqlanma hadisəsi barədə maraqlanmasını demişdir. Ziya kafedən çıxdıqdan sonra Rəhmanı görmüş, Rəhman isə Ziyaya Anara xəsarət yetirdiyini demişdir. Daha sonra Ziya da ona zəng edib Rəhmanın Anarı bıçaqladığını demişdir. O, mətbəxdə qab-qacaq yuduğundan Rəhmanın Anarı bıçaqlamasını başqa şəxsdən eşitmişdir. Bıçaqlanma hadisəsi kafedə olmamışdır. Hadisə kafenin giriş qapısından çıxdıqdan sonra çöldə olmuşdur. Orada yerləşən mağazalardan birinin müşahidə kamerası kafenin qarşısını da əhatə edir. O, mətbəxdə qab-qacaq yuyarkən kafedə səs-küy eşitməmiş, hadisəni ümumiyyətlə görməmiş, kafedə hər hansı qan izləri olmamışdır. Kafedə onu hər kəs Könül adı ilə tanıyır. Rəhmanla Ziyanı məhlədə olan tanış şəxslər kimi tanımış, onlar tez-tez kafeyə gəlib yeyib-içmişlər. Rəhmangil yemək yemək istədiyindən kababı(antrikot, toyuq və lülə kabab) o, sifariş etmiş və kababın 20 manat pulunu da özü vermişdir. X30 arasında mübahisə olmamış, bildiyinə görə Anar hadisədən təxminən 4-5 ay əvvəl Keşlə qəsəbəsinə gələrək orada yerləşən kafelərdən birində kababçı işləmişdir. Anar kafeyə gələndə sərxoş vəziyyətdə olmuşdur. Rəhman Anardan restoranda işlədiyini bildirib kababı kimin bişirdiyini soruşmuş, Anar isə həmin kababın özü tərəfindən hazırlanmasını deməmişdir. İbtidai istintaq zamanı ifadəsi müstəntiq tərəfindən yazılmaqla onun tərəfindən imzalanmışdır. Həmin ifadədə onun guya Rəhmanın Anarın sinəsinə bıçaqla zərbə vurmasını görməsi, mətbəxdə olarkən kafedə səs-küy eşitməsi, kafedə başqa heç kimin olmaması kimi halları bildirməmişdir. Anarın davranışlarından onun sərxoş vəziyyətdə olmasını hiss etmişdir.
8. Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadə elan edilərək tədqiq edilmişdir. Şahid1 həmin ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kamran Əfkari 15 ünvanında yerləşən “Könül çay evini” təxminən 15 ildir “arendator” olaraq işlədir. Çay evinin sahibi Emin Məmmədov ilə kirayə müqaviləsi bağlamamış, sonuncu ***-***-**-** mobil telefon nömrəsini istifadə edir. Şifahi sövdələşmələri əsasında çay evinin kirayəsi üçün aylıq 400 manat ödəniş verir. Çay evində ondan başqa heç kim işləmir, orada müştərilərə yalnız çay və pivə verir. Adı Həqiqət olsa da onu çox yerdə Könül olaraq tanıyırlar. 9 aprel 2024-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs çay evinə tək gələrək çay sifariş vermiş, bundan bir neçə dəqiqə sonra Rəhmanın tanışı Ziya da çay evinə gələrək çay içmişdir. Təxminən saat 19 radələrində o, acdığı üçün Anarın kababçı olaraq işlədiyi kabab evindən kabab sifariş vermiş, Rəhman, Ziya və o yemək yedikdən sonra, təxminən saat 22 radələrində Anar sərxoş halda çay evinə gəlib pivə sifariş verərək masaların birində əyləşmiş, həmin vaxt Rəhman Anarın əyləşdiyi masaya tərəf gedib kababın içərisindən çıxan bir sümük göstərərək bunun diş və ya sümük olmasını Anardan soruşmuş, Anar isə bilmədiyini deyərək ondan ikinci pivəni istəmişdir. O da Anarın sifariş etdiyi ikinci pivəni gətirərək kafenin mətbəxinə gedib qabları yumuş, bundan sonra Rəhman ayağa qalxaraq “Bu nə kababdı bişirib göndəriblər” demiş, Anar da Rəhmana “Sən artıq məni bezdirmisən, mənimlə məzələnirsən” deyərək ayağa qalxmışdır. Rəhman da “Sən mənim üzərimə gəlirsən” deyib, çay evinin giriş qapısının yanında tutaşmışlar. O da həmin vaxt onları aralamış və sakitləşdirmişdir. Bundan sonra o, mətbəxə qayıtmış, mətbəxdə olanda Rəhman bıçaqla Anarın sinəsinə zərbə endirmiş, o, mətbəxdə olduğundan Rəhmanın bıçağı necə çıxarmasını və necə vurmasını görə bilməmiş, bundan sonra Anar qaçaraq çölə çıxmışdır. Rəhman da çay evinin çölünə çıxmış, o isə yenidən mətbəxə getmişdir. Təxminən 10-15 dəqiqə sonra hay-küy eşidərək Keşlə məscidinin yaxınlığına, çay evindən təxminən 200 metr aralıya təcili tibbi yardım xidmətinin gəlməsini öyrənmiş, Ziya da həmin tərəfə getmiş və gəldikdən sonra Anar üçün təcili tibbi yardım xidməti gəldiyini bildirmişdir. Daha sonra polis əməkdaşları gələrək Rəhmanı soruşmuş, onlar da Rəhmanın bir müddət öncə kafedə olduğunu demişlər. Rəhman Anarı 9 aprel 2024-cü il tarixdə, saat 23 radələrində “Könül çay evinin” giriş qapısının qarşısında bıçaqlamış, o, onları aralamağa çalışsa da, Rəhmanın bıçağı necə çıxarmasını və necə vurmasını görə bilməmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs arasında əvvəllər hər hansı mübahisə və narazılıq olması barədə heç bir məlumatı yoxdur. Rəhman çay evində oturan zaman Anara bir sümük göstərərək həmin sümüyün nə olması barədə sual vermiş, bununla yanaşı, Rəhman yaxşı kabab bişirmədiklərini deyərək Anara söz atmışdır. Rəhmanın üzərində çox vaxt bıçaq olmuş, lakin bıçağı haradan əldə etdiyini bilmir, əvvəllər Rəhmanın adam bıçaqlamasına görə məhkumluğu olmuşdur. Hadisə zamanı çay evində o, Ziya, Rəhman və Anar olmuş, başqa heç kəs olmamışdır (Cild 1, i.v.74-76;)
9. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, təxminən 40 ildir Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs qəsəbə sakini kimi tanıyır və hər zaman normal münasibətləri olmuşdur. 9 aprel 2024-cü il tarixdə, saat 18 radələrində Keşlə qəsəbəsində yerləşən Həqiqətin işlətdiyi “Könül çay evi” kafesinə getmişdir. O, kafeyə çatdıqda Həqiqətlə Rəhman orada olmuş, onlar birlikdə əyləşib çay içmiş, daha sonra yemək yeməyi qərarlaşdırmış, Həqiqət kabab sifariş verəcəyini bildirmiş, o da araq almağı öz üzərinə götürmüşdür. O, kafedən çıxıb təxminən 500 metr aralıda olan marketdən bir ədəd araq alıb geri qayıtmışdır. Saat 19:30 radələrində sifariş etdikləri kabab gəlmiş, onlar əyləşib yeməklərini yemiş, bir qədər araq içmiş, yeməklərini yedikdən sonra, təxminən saat 22 radələrində sifariş etdikləri kabab evinin kababçısı olan Zərərçəkmiş şəxs də kafeyə gələrək qonşu masada əyləşib pivə sifariş etmişdir. Həmin vaxt Həqiqət onların masalarını yığışdırmış, Rəhman isə masanın üzərində olan bir sümük qırıntısını götürüb Anarın masasına tərəf gedərək diş və ya sümük olmasını Anardan soruşmuş, sonuncu da bilmədiyini deyərək Həqiqətdən yenə də pivə gətirməsini istəmişdir. Təxminən 15-20 dəqiqə sonra Rəhman ayağa qalxaraq “Bu nə kababdı bişirib göndəriblər” demiş, Rəhman ikinci dəfə ondan (Ziyadan) sümüyün nə olduğunu soruşduqda Anar Rəhmanın ona nəsə dediyini zənn etmiş, Anar da Rəhmana “Sən artıq məni bezdirmisən, mənimlə məzələnirsən” deyərək ayağa qalxmış, sonuncu da “Sən mənim üzərimə gəlirsən” deyərək Anarın üstünə getmiş və onlar kafenin giriş qapısının yanında tutaşmışlar. Həmin vaxt o, bir qədər sərxoş olduğundan masada əyləşərək onları izləmiş, Həqiqət isə onları aralayıb sakitləşdirmişdir. Həqiqət kafedə dava etməmələrini, sakitçilik yaratmalarını istəmişdir. Həqiqət sözlərini bitirib mətbəxə qayıtdıqdan sonra Rəhman Anarı vurmaq üçün sonuncunun üzərinə gedərək onu çölə çıxarmış, Rəhman əlində bıçaqla çölə çıxmış, Rəhman cibindən çıxardığı bıçaqla bir dəfə Anara zərbə endirmiş, lakin dəqiq Anarın bədəninin hansı nahiyəsindən vurduğunu görməmiş, bundan sonra Anar qaçaraq çölə çıxmış, Rəhman da çay evinin çölünə çıxmış, sonuncunun çölə çıxdığını görüb o da çay evindən bayıra çıxmış və Rəhmandan nə baş verdiyini soruşmuş, sonuncu isə Anarın qolundan vurduğunu deyərək getmişdir. O da çay evindən təxminən 50 metr məscid istiqamətində getdikdə orada Anarın uzandığını, insanların onun ətrafına toplaşdığını və təcili tibbi yardım xidmətinin gəldiyini görmüş, təcili tibbi yardım xidməti Anarı xəstəxanaya aparmış, o da çay evinə qayıtmışdır. Həqiqət ilə çay içdikdən sonra polis kafeyə gələrək Rəhmanı soruşmuş, onlar da Rəhmanın bir müddət öncə kafedə olduğunu demişlər. Rəhman Anarı 9 aprel 2024-cü il tarixdə, saat 23 radələrində “Könül” çay evinin giriş qapısının qarşısında bıçaqlamışdır. Rəhman çay evində oturan zaman Anara bir sümük göstərərək, həmin sümüyün nə olması barədə sual vermiş, həmçinin, Rəhman yaxşı kabab bişirmədiklərini deyərək Anara söz atmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bıçağı haradan əldə etməsi barədə dəqiq məlumatı yoxdur, lakin Rəhmanın üzərində çox vaxt bıçaq olmuş, bundan əvvəl Rəhmanın adam bıçaqlamasına görə məhkumluğu da olmuşdur. Hadisə zamanı çay evində o, Həqiqət, Rəhman və Anar olmuş, başqa heç kəs olmamışdır. Hadisədən əvvəl o, Rəhmanla 750 qram spirtli içki içdiyindən sərxoş olmuş, hadisədən sonra Rəhmanla danışdıqda sonuncu törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Rəhmanla Anar birinci dəfə mübahisə etdikdə onları sakitləşdirməyi bacarmışlar. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi də həqiqəti əks etdirir.
10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, mərhum Zərərçəkmiş şəxs 2017-ci ildən Bərdə rayonundan tanınmış, həmin dövrdə sonuncu Bərdə rayonunda kafe işlətmiş, o da həmin kafeyə gedib-gəlmiş, aralarındakı dostluq münasibəti həmin vaxtlardan yaranmışdır. O, əvvəllər ünvan 5 ünvanında Zərərçəkmiş şəxslə birlikdə Şahid7 məxsus evdə kirayə yaşamış, Zərərçəkmiş şəxs Keşlə qəsəbəsində kababçı işləmiş, gündəlik olaraq işdən evə, evdən də işə gedib gəlmişdir. Onun Zərərçəkmiş şəxslə arasında düşmənçilik və ya ədavət olmamış, o cümlədən aralarında hər hansı söz-söhbət və ya mübahisə yaranmamış, mehriban dostluq münasibətlərində olmuşlar. Zərərçəkmiş şəxs kiminləsə düşmənçiliyi və ya ədavətinin olması barədə məlumatı olmamış, bu barədə ümumiyyətlə eşitməmişdir. O, hadisənin baş verdiyi tarixdə Binəqədi rayonunda qardaşının yaşadığı evə qonaq getdiyindən baş vermiş hadisənin birbaşa şahidi olmamış, xəbərlərdən Anarın hazırladığı lülə kababın içərisindən sümük çıxdığı üçün Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirildiyini öyrənmişdir. Əvvəllər Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında hər hansı mübahisənin olmasının şahidi olmamış, Anarla birlikdə hərdən kafeyə gedib spirtli içki içmişlər.
11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, təxminən 2 ildir Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kamran Əfkari 15 ünvanında yerləşən “Dadlı kabab” restoranında kassir işləyir. Kassir kimi vəzifəsi müştərilərin restoranın mobil telefon nömrəsinə zəng edərək verdikləri sifarişi qeydə almaq, həmin sifarişi restoranın mətbəxinə yönəltmək, sifariş hazır olduqda isə sifarişi kuryerlərə vermək və kuryerlərin gətirdiyi sifarişə görə ödənilmiş pul vəsaitlərini restoranın kassasına mədaxil etməkdən ibarətdir. 9 aprel 2024-cü il tarixdə, saat 19:04 radələrində işlədiyi restoranın mobil telefon nömrəsinə əvvəllər tanıdığı Könül adlı qadın zəng vurmuş, işlətdiyi “Könül çay evi” adlı kafeyə kabab sifariş vermiş, sifarişin məbləği 21 manat olmuşdur. O, Könülün verdiyi sifarişi qeydə alaraq restoranın mətbəxinə vermiş, sifariş hazır olduqda o, restoranda kuryer işləyən Şahid6 sifarişi vermiş və sonuncuya sifarişi çatdırmalı olduğu yeri demişdir. Şahid6 sifarişi aparıb çatdırdıqdan sonra yenidən restorana qayıtmış, həmin gün saat 20:30-da Könül yenidən ona zəng etmiş və çatdırılan sifarişdə səhvlik olmasını, xan kababı sifariş verməsinə baxmayaraq, sifarişdə ciyər kababının çatdırılmasını bildirmişdır. O, Könülü uzun müddət tanıdığından və qonşu ərazidə işlədiklərindən sonuncuya əlavə olaraq xan kababının çatdırılmasını təklif etmiş, lakin Könül bundan imtina etmiş və onsuz da mütəmadi olaraq onlardan kabab sifariş verməsini bildirmişdir. Bundan sonra restoranda iş öz adi qaydasında davam etmiş, Zərərçəkmiş şəxs onların restoranında yeni işlədiyindən sonuncu ilə yaxın münasibət qura bilməmiş, Anar restorandan axşam saat 9 radələrində tək çıxaraq getmişdir. 9 aprel 2024-cü il tarixdə, gecə saat 23:30 radələrində o, “Könül çay evi” adlı kafenin qarşısında polis və təcili tibbi yardım avtomobillərinin gəlməsini görmüş, həmin tərəfə getdikdə nəyin baş verməsini başa düşməmiş, hətta ətrafda olan tanımadığı şəxslərdən biri ona avtomobil ilə adam vurulmasını demiş, daha sonra o, evə getmiş, səhəri gün, yəni 10 aprel 2024-cü il tarixdə işə gəldikdə iş yoldaşlarından dünən, yəni 9 aprel 2024-cü il tarixdə, axşam saatlarında kababçıları Zərərçəkmiş şəxs “Könül çay evi” adlı çay evində bıçaqlanaraq öldürülməsini öyrənmişdir. Zərərçəkmiş şəxs əvvəllər spirtli içki içən və ya sərxoş vəziyyətdə görməmiş, sonuncu hadisədən 3-4 gün əvvəl onların restoranına işə düzəlmiş və həmin müddətdə də o, Anarı spirtli içki içən və ya sərxoş vəziyyətdə görməmişdir. Zərərçəkmiş şəxs restoranda işləyən üç kababçıdan biri olmuş və bilavasitə kababın bişirilməsi ilə məşğul olmuşdur. O, Təqsirləndirilən şəxs tanımamış, sonuncu və Zərərçəkmiş şəxs arasında əvvəllər hər hansı mübahisə və narazılıq olması barədə heç bir məlumatı yoxdur.
12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid5la oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, təxminən 2 ildir Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kamran Əfkari 15 ünvanında yerləşən “Dadlı kabab” restoranında kuryer işləmişdir. Kuryer kimi vəzifəsi restorana verilmiş sifarişləri mətbəxdə hazırlandıqdan sonra ünvanı üzrə çatdırmaq və sifarişə görə ödənilmiş pul vəsaitlərini restoranın kassirinə təqdim etməkdən ibarət olmuşdur. 9 aprel 2024-cü il tarixdə, saat 19:04 radələrində işlədiyi restoranın mobil telefon nömrəsinə əvvəllər tanıdığı Könül adlı qadın zəng vuraraq işlətdiyi “Könül çay evi” adlı kafeyə kabab sifariş vermiş, kassir Vüqar Könülün verdiyi sifarişi qeydə almış və restoranın mətbəxinə yönləndirmişdir. Sifariş hazır olduqda Vüqar onu çağırmış, sifarişi vermiş və sifarişi çatdırmalı olduğu yeri demişdir. Sifariş “Könül çay evi” adlanan kafeyə olmuş, o, sifarişi götürərək həmin kafeyə çatdırmış, kafeyə daxil olduqda o, qapı ilə üzbəüz yerləşən masada əvəllər tanıdığı Könül, Ziya və bir nəfər tanımadığı şəxsin oturmasını görmüş, həmin masaya yaxınlaşmış, sifarişi Könülə vermiş və Könül ona 21 manat pul vermişdir. Pulu aldıqdan sonra o, öz restoranına qayıtmış, axşam saat 21:00 radələrində o, kassaya yaxınlaşaraq gün ərzində çatdırdığı sifarişlərə görə aldığı ödənişləri kassir Vüqara təhvil vermiş, bundan təxminən yarım saat sonra iş saatının bitməsi ilə əlaqədar işdən çıxmışdır. O, restorandan çıxmazdan yarım saat əvvəl Zərərçəkmiş şəxs restorandan tək çıxmış və onlara hara getməsi barədə hər hansı məlumat verməmişdir. Səhəri gün, yəni 10 aprel 2024-cü il tarixdə işə gəldikdə iş yoldaşlarından dünən, yəni 9 aprel 2024-cü il tarixdə, axşam saatlarında kababçıları Zərərçəkmiş şəxs “Könül çay evi” adlı kafedə bıçaqlanaraq öldürülməsini öyrənmişdir. Hadisə sifarişi təhvil verdikdən təxminən 2 saat sonra baş vermiş, Zərərçəkmiş şəxs 3-4 günlük kömək məqsədi ilə onların kafesinə işə düzəlmiş, hadisənin baş verdiyi gün Anarın son iş günü olmuş, həmin kafedə ümumilikdə 3 kababçı olmuş, sifarişi təhvil verərkən Rəhmana kababın Anar tərəfindən bişirildiyini deməmişdir. O, Zərərçəkmiş şəxs kiminləsə oturub içki içdiyini, habelə kiməsə söz atıb mübahisə yaratdığını görməmişdir. “Könül” kafesi ilə kababxanın arasındakı təxmini məsafə 200-300 metr olmuşdur.
13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun mülkiyyətində olan ünvan 5 ünvanında kirayə yaşamış, mərhum Zərərçəkmiş şəxs deməsinə görə 2018-ci ildə Bərdə şəhərindən çıxaraq işləmək üçün Bakı şəhərinə gəlmiş, sonuncu son vaxtlarda Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kababçı işləmiş, mərhum Zərərçəkmiş şəxslə Fazil adlı şəxs arasında hər hansı söz-söhbət və ya mübahisə olmasını görməmiş və eşitməmişdir. Mərhum Zərərçəkmiş şəxs kiminləsə düşmənçiliyi və ya ədavətinin olması barədə məlumatı olmamış, bu barədə ümumiyyətlə eşitməmişdir. 9 aprel 2024-cü il tarixdə, gecə saatlarında ona Zərərçəkmiş şəxs qətlə yetirilməsi barədə xəbər verilmiş, o, sonradan Zərərçəkmiş şəxs qətlə yetirən şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Təqsirləndirilən şəxs adlı şəxsi ümumiyyətlə tanımamış, həmin şəxsin Anarla hansı əlaqəsinin olmasını bilməmişdir. Xəbərlərdə öyrənmişdir ki, Anar kababçı işlədiyindən və hazırladığı lülə kababının içindən sümük çıxdığı üçün Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirilmişdir. Mərhum Zərərçəkmiş şəxs onun evində yalnız bir gecə qalmış, sonuncudan evində kirayədə yaşamasının rəsmiləşdirilməsi üçün şəxsiyyət vəsiqəsini tələb etmiş, lakin onunla aralarında rəsmiləşmə işləri barədə danışıqlar aparılmadan vəfat etməsi xəbərini eşitmiş, Anarın qaldığı evdəki bir ədəd içərisində paltarlar olan çantasını sonradan bacısı Gülnarəyə vermişdir. O, Zərərçəkmiş şəxs hər hansı şəxslə münaqişə və ya ədavətinin olmasını eşitməmiş və bu barədə şahidi olmamışdır. Mərhum Zərərçəkmiş şəxs əmisi Şahid3 ifadəsində Zərərçəkmiş şəxs Keşlə qəsəbəsində kirayə yaşadığı evdə otaq yoldaşını döyməsi, otaq yoldaşının da Anara gücü çatmadığından sifarişlə Təqsirləndirilən şəxs tutaraq öldürtməsi barədə bildirdikləri tamamilə yanlışdır. Zərərçəkmiş şəxslə Fazilin arasında qətiyyən problem olmamış, qonşu xanıma qaldıqda isə Şahid3 bunu haradan uydurduğunu bilməmişdir. Onların yaşadığı məhlədə qətiyyən belə hadisə baş verməmişdir. O, Anarla şifahi razılaşma əsasında sonuncuya evi aylıq 100 manata kirayəyə vermişdir
14. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşı olmaqla sonuncu Nizami rayonu, Keşlə qəsəbəsində bacısı Xanım Qurbanovanın yanında qalmışdır. Qardaşı ilə münasibətləri onun əvvəllər dəfələrlə məhkum olunması ilə əlaqədar yaxşı olmamış, sonuncuya dəfələrlə işləməsini, ailə həyatı qurmasını bildirsə də, qardaşı onun sözünə əhəmiyyət verməmiş, bu səbəbdən onun qardaşı ilə münasibətləri pis olmuşdur. Qardaşı, adətən, Keşlə qəsəbəsində “Könül” ləqəbli, əsl adı Həqiqət olan qadının kafesində olmuşdur. Mərhum Zərərçəkmiş şəxs tanımamış, sonradan həmin şəxsin Keşlə qəsəbəsində kafelərdən birində kababçı işlədiyini bilmişdir. 9 aprel 2024-cü il tarixdə, gecə saatlarında ona qardaşı Təqsirləndirilən şəxs Həqiqətin kafesində Zərərçəkmiş şəxs qətlə yetirməsi barədə xəbər verilmiş, o, qardaşı Rəhmanın Anarı hansı səbəbdən qətlə yetirməsini dəqiq bilmir. Hadisənin bilavasitə şahidi olmamışdır. Belə ki, Fərid adlı şəxs ona zəng edərək məscidin yanında adam güllələnməsi barədə eşitdiyini deyib onu həmin yerə dəvət etmiş, orada Anarın uzanıqlı vəziyyətdə yerdə çabaladığını, Ziyanın da ayaqüstə dayanıb onu müşahidə etdiyini görmüşdür. Ziyadan nə baş verdiyini soruşduqda sonuncu ona heç nə deməmişdir. O, hesab edir ki, qardaşı Təqsirləndirilən şəxs hadisəni tək törətməmişdir.
15. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 18 aprel 2024-cü il tarixdə verdiyi ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmişdir. Şahid3 həmin ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun qardaşı oğludur. Mərhum qardaşı oğlu Zərərçəkmiş şəxs 2018-ci ildə Bərdə şəhərindən işləmək üçün Bakı şəhərinə gəlmiş, sonuncu həmin vaxtdan Bakı şəhərində müxtəlif yerlərdə işləmiş, Zərərçəkmiş şəxs heç vaxt evli olmamış, sonuncu son vaxtlarda Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kababçı işləmiş və həmin qəsəbədə kirayə yaşamışdır. Bildiyi qədəri ilə qardaşının oğlunun bir otaq yoldaşı olmuş, həmin şəxsin kim olmasını bilməmişdir. Mərhum qardaşının oğlunun kimləsə düşmənçiliyi və ya ədavətinin olması barədə məlumatı yoxdur və bu barədə eşitməmişdir. 9 aprel 2024-cü il tarixdə, gecə saatlarında ona qardaşının oğlu Zərərçəkmiş şəxs qətlə yetirilməsi barədə xəbər vermişlər. O, sonradan qardaşı oğlunu qətlə yetirənin Təqsirləndirilən şəxs olduğunu bilmiş, sonuncunu ümumiyyətlə, tanımamış, həmin şəxsin qardaşının oğlu ilə hansı əlaqəsinin olmasını da bilməmişdir. Xəbərlərdə qardaşının oğlu Zərərçəkmiş şəxs kababçı işlədiyi üçün sonuncunun hazırladığı lülə kababının içindən sümük çıxması səbəbindən Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirilməsini öyrənmişdir. Bərdə rayonunda qardaşının oğlunun hüzür mərasimi keçirilərkən Zərərçəkmiş şəxs hüzürə gələn 2-3 nəfər dostları ona Anarın Bakıda kirayə qaldığı otaq yoldaşının sifarişi ilə qətlə yetirildiyini demiş, o bu barədə deyən şəxslərin kim olmasını bilməmişdir. O, daha sonra bu barədə qardaşının uşaqlarına məlumat vermişdir. O, xəbər saytlarından qardaşının oğlunun kababdan çıxan sümüyə görə öldürüldüyünü eşitmiş, lakin Anarın yas mərasimində sonuncunun 2-3 nəfər xatırlamadığı dostları ona hadisədən 3-4 gün öncə Anarın otaq yoldaşı ilə mübahisə etməsindən sonra Anarın otaq yoldaşını döydüyünü və otaq yoldaşının da Anara gücü çatmadığı üçün sifarişlə “killer” kimi Təqsirləndirilən şəxs tutduğunu və sonuncunun da Anarı kafedə sonuncunu öldürməyi sifariş edənin yanında öldürdüyünü bildirmişdir. Hadisə baş verən vaxt isə kafedə Rəhman, Anar, Ziya və Həqiqətdən başqa kənar şəxsin olmamasını izah edə bilməmişdir. Ona həmin məlumatları Bərdə şəhəri, İnternat orta məktəbi, Qaçqın düşərgəsində keçirilən hüzur mərasimində (3 mərasimi) 13 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs 2-3 nəfər Bakıdan gələn dostları demiş, lakin həmin şəxslərin kim olmasını, haradan gəlmələrini, Anarı haradan tanıdıqlarını bilməmişdir. O, ümumiyyətlə, dəqiq olaraq Anarın otaq yoldaşını döyüb döymədiyini bilməmiş, həmin məlumatı ona Anarın 2-3 nəfər dostu demiş, sonuncular da ona qardaşı oğlunun otaq yoldaşını sonuncunun qonşu qıza baxdığı üçün döydüyünü bildirmiş, həmin qonşu qızının kim olmasını isə bilməmişdir. Təqsirləndirilən şəxs 9 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən hazırlanmış kababdan sümük çıxdığı üçün sonuncu ilə aralarında baş vermiş mübahisə nəticəsində Zərərçəkmiş şəxs qətlə yetirməsi barədə onun dəqiq məlumatı yoxdur. O, sümüyə görə qardaşının oğlunun öldürülməsinə inanmamış, konkret olaraq qardaşının oğlunun hansı səbəbdən öldürülməsini bilməmişdir. O, mərhum qardaşının oğlunu sonuncu dəfə 2024-cü ilin yanvar ayının 5-də Bərdə rayonunda toy mərasimində görmüş, sonuncu dəfə isə 2024-cü ilin mart ayının ortalarında mobil telefonla danışıb hal-əhval tutmuş, danışıq zamanı Zərərçəkmiş şəxs hər gün olduğu kimi normal şəkildə danışmış, sonuncu ona hər hansı problem yaşamasını bildirməmişdir. Anar sakit, öz işində, zəhmətkeş biri olmuş, dalaşqan olmamış, onun kimləsə dalaşdığını görməmiş və eşitməmişdir. Anarın heç kimə pul borcu olmamışdır (Cild 1, i.v. 191-195;).
16. Şahid L.Şahid3 18 aprel 2024-cü il tarixli əlavə dindirilməsi zamanı verdiyi ifadəsi də elan edilərək tədqiq edilmiş və L.Şahid3 həmin ifadəsində göstərmişdir ki, əvvəl araşdırmaya vermiş olduğu ifadəsində Anarın sifarişlə öldürülmək hissəsini əsəbləşdiyindən düzgün deməmiş, ona Anarın dostları da bu barədə deməmiş, Zərərçəkmiş şəxs kababdan çıxan sümüyə görə öldürülməsini həzm edə bilməmiş, ona görə də belə düşünmüşdür ki, qardaşı oğlu sifarişlə öldürülmüşdür. Anarın otaq yoldaşının Fazil olduğunu bilmiş, sonuncuyla dalaşmadığını da bilmiş, sadəcə olaraq, Anarın Rəhman tərəfindən sümüyə görə öldürülməsinə inanmaq istəmədiyi üçün belə demişdir. Hazırda qardaşı oğlu Anarın Rəhman tərəfindən kababdan çıxan sümüyə görə öldürülməsinə, sifarişlə öldürülmədiyinə əmindir. Anarın dostları ona, sadəcə, baş sağlığı vermiş, onlar ona qətiyyən elə söz deməmiş, qardaşının oğlunun ölümü ilə əlaqədar əsəbləri yerində olmadığı üçün ilkin ifadəsində elə qeyd etmiş, qardaşının digər övladları da onun dediyinə inanmışlar (Cild 1, i.v. 205-207;).
17. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X14 ifadəsi tərəflərin vəsatəti əsasında məhkəmədə elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, T.M.Quluyev həmin ifadəsində bacısı Məmmədova (Quluyeva) Gülnarə Mayis qızının ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. T.M.Quluyev ifadəsində əlavə olaraq göstərmişdir ki, o, 44 günlük Vətən müharibəsi qazisidir. “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Mərhum Zərərçəkmiş şəxs onun doğma qardaşıdır. Zərərçəkmiş şəxs başqa X15 adlı bacısı da vardır (Cild 1, i.v. 181-184;).
18. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, habelə ifadəsi elan edilməklə tədqiq edilmiş şahidlər T.M.Quluyev və LŞahid3 ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
19. “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” qərardan görünür ki, 9 aprel 2024-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kamran Əfkari küçəsində yerləşən kafedə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısından bir dəfə bıçaqla qəsdən vuraraq sonuncuya döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarətini yetirməsi faktına görə 10 aprel 2024-cü il tarixdə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin (bundan sonra mətndə-Nizami RPİ-nin İŞ) müstəntiqi, polis mayoru X22 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanıb icraata götürülərək istintaqı aparılmışdır (Cild 1, i.v.4;).
20. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 10 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kaman Əfkari küçəsində yerləşir. Hadisə yerinə baxış zamanı Zərərçəkmiş şəxs yıxıldığı yerdə qan və sair cinayət xarakterli izlər aşkar edilməmiş, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı əşya və ya predmet götürülməmişdir. Hadisə yerinə baxış gecə vaxtı, süni işıqlandırma şəraitində keçirilmiş, “İphone 11” markalı mobil telefon vasitəsi ilə hadisə yerinin fotoşəkilləri çəkilmişdir (Cild 1, i.v. 8-10;).
21. “Bıçağın baxışının aparılması və götürülməsi haqqında” 10 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, həmin tarixdə qəbul edilməklə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında 10 aprel 2024-cü il tarixdə, saat 01:30-da Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş 1 (bir) ədəd bıçağa baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, təqdim olunmuş 1 (bir) ədəd bıçaq qatlanan cib bıçağı olmaqla dəstək və tiyədən ibarətdir. Bıçağın dəstəyinin və kəsici hissəsinin ümumi uzunluğu 12 sm-dir. Bıçağın tiyəsi qara rəngli metaldan olmaqla bir tərəfi küt, digər tərəfi isə kəsici olmaqla ucu sivridir. Kəsici hissəsi hər iki tərəfdən kafi dərəcədə itilənmişdir. Bıçağın tiyəsinin uzunluğu 5,5 sm-dir. Bıçağın dəstək hissəsi qara rəngli dəmirdən olmaqla iki hissədən ibarətdir və üzərində heç bir yazı və şəkil yoxdur, dəstəyin uzunluğu 6,5 sm-dir. Bıçağın istər tiyəsinin üzərində, istərsə də, dəstəyində hər hansı digər işarə, həmçinin qana bənzər ləkə aşkar olunmamışdır. Həmin bıçaq cinayət təqibi üçün əhəmiyyət kəsb etdiyindən hal şahidlərinin və digər iştirakçının iştirakları ilə götürülməklə müvafiq qaydada qablaşdırılmışdır (Cild 1, i.v. 11-14;).
22. “Şübhəli şəxsin tutulması haqqında” 10 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X22 tərəfindən Təqsirləndirilən şəxs həmin tarixdə, saat 03:20-də müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 6 saylı Vəkil Bürosunun vəkili X10 iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, bu barədə həmin gün, saat 03:30-dan 03:43-dək protokol tərtib edilmişdir (Cild 1, i.v. 25-26;).
23. “Cinayət işi üzrə əməlin tövsif edilməsi və cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” və “Cinayət işinin icraata qəbul eilməsi haqqında” 10 aprel 2024cü il tarixli qərarlardan görünür ki, həmin tarixdə, saat 9:00 radələrində Zərərçəkmiş şəxs aldığı xəsarətlər nəticəsində X28 ölməsi ilə əlaqədar Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif olunmaqla cinayət işi istintaq aidiyyəti üzrə istintaqın davam etdirilməsi üçün Bakı şəhəri Nizami Rayon Prokurorluğuna göndərilmiş, həmin tarixdə Nizami rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X25 tərəfindən ********* nömrəli cinayət işi icraata qəbul edilməklə ibtidai istintaqı davam etdirilmişdir (Cild 1, i.v. 39-40;).
24. “İstintaq qrupunun yaradılması haqqında” 10 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Bakı şəhəri Nizami rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X25, rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X4 və rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X5 ibarət istintaq qrupu yaradılmaqla cinayət işi X16 icraatında saxlanılaraq istintaq qrupuna rəhbərlik sonuncuya həvalə edilmişdir (Cild 1, i.v.41;).
25. “Baxış keçirilməsi haqqında” 10 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Bakı şəhəri Sabunçu rayonunda yerləşən X28 Zərərçəkmiş şəxs meyitinə baxış keçirilmiş, baxış zamanı meyitin sol qaşüstü nahiyəsində sıyrılmış yaranın olması, gözqapağının göyərməsi, bədən səthində döş qəfəsinin sol yarısının ön səthində döş qəfəsindən 2 sm yuxarı, 5 sm sağ tərəfdə cərrahi əməliyyat sarğısı olan bintlərin olması müəyyən edilmişdir. Meyit üzərində başqa xəsarət yoxdur. Zərərçəkmiş şəxs məxsus paltarlar və şəxsi əşyalara baxış zamanı paltarların qara rəngli “kurtka”, ağ rəngli köynək, ağ rəngli mayka, qara rəngli cins şalvar, bir cüt ayaqqabı, bir ədəd alt paltarı, bir ədəd açar, bir ədəd “KGTEL” markalı mobil telefon olması müəyyən edilməklə həmin paltarlar və mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür (Cild 1, i.v.42-47;).
26. “Baxış keçirilməsi haqqında” 10 aprel 2024-cü il tarixli protokoldan görünür ki, müstəntiq X19 tərəfindən 1 (bir) ədəd diskə köçürülmüş 3(üç) ədəd videogörüntüyə baxış keçirilmiş, baxış zamanı diskdə 0:48, 0:43 və 1:46 dəqiqədən ibarət videogörüntülərin olması müəyyən edilmişdir. Həmin videogörüntülərdə Zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kamran Əfkari küçəsində yerləşən kafedən çıxması və qeyd olunan kafedən çox uzaqlaşmamış üzü üstə asfaltın üzərinə yıxılması nəticəsində üzünün sol hissəsinin zərblə yerə çırpılması müşahidə olunur (Cild 1, i.v. 50-51;).
27. “Meyitə baxış keçirilməsi haqqında” 10 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, meyit kişi cinsli, düzgün bədən quruluşlu, kafi qidalıdır, boyunun uzunluğu 172 sm-dir....Əllə toxunduqda üz skeleti sümükləri tamdırlar...Meyitdə aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol qaşüstü nahiyədə 7,0x6,0 sm ölçüdə dərialtı hematoma vardır, hematoma səthi sıyrıqlıdır. Döş qəfəsinin sol yarısının ön səthində döş giləsindən 4,0 sm yuxarıda və 5,0 sm sağda üzərində 2 ədəd cərrahi tikiş olan 3,0 sm uzunluqda yara vardır. Yara V-Vİ qabırğalararası sahədə yerləşir. Döş qəfəsinin sol yarısının ön səthində köndələn istiqamətdə üzərində 11 ədəd cərrahi tikiş olan 4,0 sm uzunluqda yara vardır (cərrahi müdaxilə yeri-torakotomiya)..(Cild 1, i.v. 52- 55;).
28. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan” 10 aprel 2024-cü il tarixli, 1/3129 nömrəli tibbi müayinə protokolundan görünür ki, həmin tarixdə, saat 16:40da müayinə zamanı Təqsirləndirilən şəxs ayıq olması, alkoqol qəbulu əlamətlərinin olmaması müəyyən edilmişdir (Cild 1, i.v. 69;).
29. “Mobil telefonlara baxış keçirilməsi haqqında” 10 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 iştirakı ilə sonuncunun istifadəsində olmuş “Samsung” markalı, “Galaxy A22” modelli mobil telefona baxış keçirilmişdir. Baxış zamanı mobil telefonun zənglər bölməsində 9 aprel 2024-cü il tarixdə, saat 19:04 və saat 20:30 radələrində “Kabab” adı ilə qeydə alınmış ***-***-**-** saylı mobil nömrəyə zəng olunaraq 45 saniyə və 47 saniyə danışıq aparılması müəyyən edilmişdir. Baxışda iştirak edən Şahid1 hər iki zəngin onun tərəfindən edildiyini, ilk zəngdə kabab sifariş etməsini, ikinci zəngdə isə “Xan kababı” əvəzinə “Ciyər kababı” göndərmələrini bildirməsini demişdir (Cild 1, i.v. 78-80;).
30. “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 10 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid1 şahid qismində 10 aprel 2024-cü il tarixdə verdiyi ifadəsi yerində yoxlanılarkən, sonuncu həmin ifadəsini hadisə yerində bir daha əyani olaraq göstərməklə təsdiq edərək 9 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən kafedə olarkən Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun hazırladığı lülə kababın içindən sümük çıxdığı üçün mübahisə etmələrini, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla ürək nahiyəsindən vurduğunu bildirərək hadisə ilə əlaqədar bütün halları əyani şəkildə, ardıcıllıqla yerində göstərib təsvir etmişdir (Cild 1, i.v. 81-86;).
31. “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 10 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid2 şahid qismində 10 aprel 2024-cü il tarixdə verdiyi ifadəsi yerində yoxlanılarkən, sonuncu həmin ifadəsini hadisə yerində bir daha əyani olaraq göstərməklə təsdiq edərək 9 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən kafedə olarkən Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun hazırladığı lülə kababın içindən sümük çıxdığı üçün mübahisə etmələrini, mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla ürək nahiyəsindən vurduğunu bildirərək hadisə ilə əlaqədar bütün halları əyani şəkildə, ardıcıllıqla yerində göstərib təsvir etmişdir (Cild 1, i.v. 87-91;).
32. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 10 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdə verdiyi ifadəsi müdafiəçisinin iştirakı ilə yerində yoxlanılarkən, sonuncu həmin ifadəsini hadisə yerində bir daha əyani olaraq göstərməklə təsdiq edərək 9 aprel 2024-cü il tarixdə ünvan 2 ünvanında yerləşən kafeyə getdiyini, kafedə olarkən Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun hazırladığı lülə kababın içindən sümük çıxdığı üçün mübahisə etdiklərini, mübahisə zamanı Zərərçəkmiş şəxs gödəkçəsinin sağ cibindən çıxartdığı bıçaqla ürək nahiyəsindən öldürmək məqsədilə vurduğunu, Zərərçəkmiş şəxs öləcəyini bildiyi üçün növbəti zərbələri vurmadığını və sonuncunun hadisə yerindən qaçdığını, özünün isə hadisə yerindən uzaqlaşıb getdiyini bildirərək hadisə ilə əlaqədar bütün halları əyani şəkildə, ardıcıllıqla yerində göstərib təsvir etmişdir (Cild 1, i.v. 92-99;).
33. “Dadlı Kabab” restoranı tərəfindən tərtib olunmuş, üzərinə “Könül” yazılmış qəbzdən görünür ki, 9 aprel 2024-cü il tarixdə, saat 19:04-də ümumilikdə dəyəri 21 manat olan 2 (iki) ədəd lülə kababı, 1 (bir) ədəd toyuq kababı, 1 (bir) ədəd xan bükmə və 1 (bir) ədəd antrikot kababı sifariş verilmişdir (Cild 1, i.v. 103-104;).
34. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona müdafiəçisinin iştirakı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham elan edilməklə hüquq və vəzifələri ətraflı izah edilmişdir (Cild 1, i.v. 109-110;).
35. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 10 aprel 2024-cü il tarixdən hesablanmaqla 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 128- 130;).
36. “Götürmə və baxış keçirilməsi haqqında” 11 aprel 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq təqdim olunan, hadisə zamanı əynində olmuş 1(bir) ədəd ağ rəngli olmaqla qolları qara rəngli olan, üzərində “LA” yazılmış gödəkçə, 1(bir) ədəd boz rəngli uzunqol köynək, 1(bir) ədəd qara rəngli mayka, 1(bir) ədəd göy rəngli cins şalvar, 1(bir) ədəd tünd göy rəngli naxışlı tuman, 1(bir) cüt qara rəngli corab, 1(bir) cüt qara rəngli, bağları olan dəri ayaqqabı iş üçün əhəmiyyət kəsb etdiyindən götürülməklə həmin gün, saat 14:35-dən 15:01-dək baxış keçirilmişdir. Götürmə və baxış zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi paltarların özünə məxsus olmaqla hadisə zamanı əynində oluğunu bildirmişdir (Cild 1, i.v. 131-137;).
37. Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin 17 aprel 2024-cü il tarixli 2-2/1-048295/2024 nömrəli məktubundan və müvafiq hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 22 may 2015-ci il tarixli, 1(007)-188/2015 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 28 iyul 2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X6 döş qəfəsinin arxa-sol yarısından bıçaqla bir dəfə zərbə vurmaqla sonuncuya xəsarət yetirmişdir. Bundan başqa, o, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 5 iyul 2016-cı il tarixli, 1(007)-219/2016 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Kamran Əfkari küçəsində yerləşən “Könül” kafesində spirtli içki qəbul etdikdən sonra xuliqanlıq hərəkətləri etməklə kafeni işlədən Şahid1 müxtəlif bədən xəsarətləri yetirmiş, zərərçəkmiş şəxs olan sonuncu təqsirləndirilən şəxslə barışmışdır. Həmçinin Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 avqust 2017-ci il tarixi, 1(101)- 1017/2017 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsi ilə ona qəti olaraq 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 8 dekabr 2021-ci il tarixdə “8 Noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan vaxtından əvvəl azad edilmişdir. Həmin hökmün təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs “Könül” çay evində zərərçəkmiş şəxs X23 ilə aralarında yaranmış mübahisəni aydınlaşdırmaq üçün sonradan yaxınlıqda yerləşən ərazidə sonuncunun döş qəfəsinin sağ və sol yarısına üzərində olan bıçaqla iki dəfə zərbə ilə vuraraq xəsarət yetirmiş, həmin hadisə ilə bağlı Şahid1 da şahid qismində ifadə vermişdir. (Cild 1, i.v. 171- 174; Cild 2, i.v. 7-13; 50-55; 56-58;)
38. “Zərərçəkmiş şəxsin və hüquqi varisinin tanınması haqqında” 18 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində, onun qardaşı X26 isə həmin tarixli ərizə əsasında ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (Cild 1, i.v. 175-177;).
39. “Üzləşdirmə” 18 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Şahid3 ilə Şahid7 arasında üzləşdirmə istintaq hərəkəti zamanı Şahid7 mərhum Zərərçəkmiş şəxs yalnız Fazil adlı otaq yoldaşının olduğunu, Zərərçəkmiş şəxs Fazil adlı otaq yoldaşı ilə hər hansı problem yaşamadığını Şahid3 üzünə qarşı bildirdikdən sonra Şahid3 mərhum qardaşı oğlu Zərərçəkmiş şəxs kababdan çıxan sümüyə görə öldürüldüyünə inanmaq istəmədiyini, bu səbəbdən də mərhum qardaşı oğlu Anarın sifarişlə qətlə yetirildiyini bildirdiyini, sonuncunun dostlarının ona bu barədə heç nə demədiyini göstərmişdir (Cild 1, i.v. 201- 203;).
40. Nizami Rayon İcra Hakimiyyəti Başçısının Keşlə qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təqdim olunmuş xasiyyətnamə və arayışdan görünür ki, 1990-cı ildə anadan olmuş Təqsirləndirilən şəxs ünvan 7 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olduğu müddət ərzində onun barəsində Keşlə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs ailə üzvləri 1983-cü il təvəllüdlü qardaşı - Şahid8, 1982-ci il təvəllüdlü bacısı - X20, bacısının övladları - 2010-cu il təvəllüdlü X11 və 2005-ci il təvəllüdlü X1 ibarətdir (Cild 1, i.v. 236-237;).
41. “Canlı şəxsin məhkəmə-tibbi ekspertizasının” 17 aprel 2024-cü il tarixli, 306/1 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdə tibbi müayinədən keçirilmiş, onun bədən səthində xəsarət və xəsarət izi aşkar olunmamışdır (Cild 2, i.v. 22-23;).
42. “Meyitin məhkəmə-tibbi ekspertizasının” 8 may 2024-cü il tarixli, 79 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyiti məhkəmə-tibbi müayinə olunarkən bədən səthində aşağıdakı xəsarətlər aşkar edildi: A) Ürəyin zədələnməsi və Vİ qabırğanın döş sümüyü ilə birləşən yerində natamam kəsilməsi, sol tərəfli hemotoraksla müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası. B) Sol qaşüstü nahiyənin hematoması və sıyrığı. Qeyd edilən xəsarətlər həyatidirlər, şəxsin xəstəxanaya daxil olmasından az əvvəl, yəni 9 aprel 2024-cü il tarixdə alınmaları mümkündür, A) bəndində qeyd olunan xəsarətlər deşici-kəsici əşyanın (ola bilsin bıçaq) təsirindən törənmişlər, dərəcələrinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyırlar, baş vermiş ölümlə birbaşa səbəbli əlaqələri vardır. B) bəndində qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişlər, ümumilikdə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, baş vermiş ölümlə səbəbli əlaqələri yoxdur. Zərərçəkmiş şəxs ölümünə ürəyin zədələnməsi ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası nəticəsində kəskin qanitirmə səbəb olmuşdur. Ölüm X28 10 aprel 2024-cü il tarixdə baş vermişdir. Xəsarətlərin lokalizasiyasma və xüsusiyətlərinə əsasən demək olar ki, həmin xəsarətlər eyni xüsusiyyətə malik müxtəlif deşici-kəsici əşyanın, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın da təsirindən alına bilərdilər. Xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi nəticəsində alınmaları inkar olunur, sol qaşüstü nahiyənin hematoması və sıyrığının yıxılma nəticəsində alınması inkar olunmur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs 9 aprel 2024-cü il tarixdə, saat 23:50-də X33 Təcili və Təxirəsalınmaz Tibbi yardım maşını ilə ağır vəziyyətdə gətirilmişdir...Plevra boşluğunda 1 litrə yaxın qan və qan laxtaları vardır. Ürək fəaliyyətini dayandırmışdır. Perikard açıldı və qan xaric edildi. Aparılan reanimasion tədbirlərdən və ürəyin açıq masajından sonra ürəyin fəaliyyəti bərpa olundu...Aparılan reanimasion tədbirlər effekt vermədi, saat 07:15-də biloji ölüm qeyd olundu. Ölümə səbəb: Hemorragik şok İV dərəcə fonunda artan kəskin ürək damar çatışmazlığı..(Cild 2, i.v.27-33;).
43. “Məhkəmə lifli materialların ekspertizasının” 21 may 2024-cü il tarixli, 3-16-16/2- 6/2237 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və X7 məxsus olduğu qeyd edilən geyim əşyaları üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Aparılmış tədqiqatın dəyərinin 154 manat olması müəyyən edilmişdir (Cild 2, i.v. 36-41;).
44. “Ambulator məcburi məhkəmə narkoloji tibbi ekspertizasının” 10 may 2024-cü il tarixli, 3133 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə, əvvəllər məhkum olunmuş, cəzaçəkmə müəssisəsində olan zaman ağ ciyər vərəmi xəstəliyi keçirdiyindən müalicə kursu almış, əvvəllər narkotik vasiə olan marixuanadan siqaretə doldurub çəkməklə istifadə etmişdir (Cild 2, i.v. 44-46;).
45. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X42 Məhkəmə tibbi-biologiya şöbəsinin “Kompleks məhkəmə tibbi-bioloji və kriminalistik ekspertizasının bioloji tədqiqinə dair” 3 iyun 2024-ci il tarixli 251/2024- MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu - Abeta (H)/ll/. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs məxsus 1(bir) ədəd kofta üzərində Abeta (H)/İİ/qruplu insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus olması inkar edilmir. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus alt mayka, idman gödəkçəsi, şalvar, kofta, trusik, 1(bir) cüt corab, 1(bir) cüt ayaqqabı, Zərərçəkmiş şəxs məxsus trusik, şortik, 1(bir) cüt corab, 1(bir) cüt ayaqqabı, şalvar və gödəkçə üzərində qana şübhəli ləkələr, bıçaq üzərində isə qan aşkar olunmamışdır (Cild 2, i.v. 61-65;).
46. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X8” X34 kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 3 may 2024-cü il tarixli, 1226 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs xasiyyətin pixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs idrak prosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Fərdi-psixi xüsusiyyətləridə qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, hövsələsizlik, kobudluq və s. kimi xarakterik əlamətlərinin olması müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs 9 aprel 2024-cü il tarixdə, saat 22 radələrində cinayət hadisəsini törədən zaman və hadisədən əvvəl xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və həmin əməli idarə edə bilmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak edə bilər. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs idrak prosesləri, intellektual imkanları normaya uyğun olmaqla, qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, hövsələsizlik, kobudluq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən edilmir (Cild 2, i.v. 68-71;).
47. “Kompleks məhkəmə tibbi-bioloji və kriminalistik ekspertizasının məhkəmə-tibbi kriminalistik tədqiqinə dair” 13 iyun 2024-cü il tarixli, 172/MTKŞ-2024 saylı rəyindən görünür ki, təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus gödəkçənin və koftanın hər birinin ön səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədə ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənmişdir. Mərhum Zərərçəkmiş şəxs məxsus paltarların (gödəkçənin və koftanın) üzərində olan deşilmiş-kəsilmiş zədənin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs məxsus paltarların (gödəkçənin və koftanın) üzərində olan deşilmiş-kəsilmiş zədə ilə, mərhumun bədən səthində olan deşilmiş-kəsilmiş xəsarət yerləşməsinə və xarakterinə görə üst-üstə düşürlər. Mərhum Zərərçəkmiş şəxs Mayıs oğluna məxsus cins şalvarın, kəmərin, şortikin, tumanın, bir cüt corabın və bir cüt ayaqqabının üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus paltarların (gödəkçənin, koftanın, qolsuz maykanın, cins şalvarın, tumanın, bir cüt corabın və bir cüt ayaqqabının) üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş paltarların üzərində əlbəyaxa mübarizəyə xarakterik hər hansı zədə aşkar edilmədi. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qatlanan cib bıçağıdır (“Kəpənək” formalı) və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir, üzərində zədə aşkar edilmədi. Təqdim edilmiş maddi sübutların üzərində məhkəmə-tibbi-bioloji tədqiqat nəticəsində aşkar edilmiş qan ləkələrinin əmələgəlmə mexanizmi aşağıdakı kimidir: mərhum Zərərçəkmiş şəxs məxsus koftanın ön səthinin sol yarısında və aşağı hissəsində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və fiziki-kapilyarlıq faktoru üzrə əmələ gəlmiş hopma xarakterli, koftanın arxa səthində olan ləkə (əsasən daxili səthdə daha çox biruzə olunur) qan mənbəyi ilə (qanlı səthlə) zəif statik və əsasən dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələrdir. Məhkəmə-tibbi-bioloji tədqiqat zamanı mərhum Zərərçəkmiş şəxs Mayıs oğluna məxsus digər paltarların (gödəkçənin, cins şalvarın, kəmərin, şortikin, tumanın, bir cüt corabın və bir cüt ayaqqabının), Təqsirləndirilən şəxs məxsus paltarların (gödəkçənin, koftanın, qolsuz maykanın, cins şalvarın, tumanın, bir cüt corabın və bir cüt ayaqqabının) və bıçağın üzərində vizual olaraq qana şübhəli ləkələr aşkar olunmamışdır (Cild 2, i.v. 74-70;).
48. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 21 iyun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək əlavələr edilməklə ona həmin Məcəllənin 120.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, lakin Təqsirləndirilən şəxs özünü həmin Məcəllənin 120.1-ci maddəsi ilə təqsirli bildiyini bildirərək ittihamın ona elan edilməsinə dair sənədi və sonrakı ifadəsini imzalamaqdan imtina etmişdir (Cild 2, i.v. 87-88;).
49. “Sübutların qiymətləndirilməsi haqqında” 24 iyun 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə mərhum Zərərçəkmiş şəxs baş vermiş hadisə zamanı əynində olmuş paltarlar üzərində qanabənzər ləkələr olan, “H” yazılmış 1(bir) ədəd ağ rəngli köynək, 1(bir) ədəd tünd göy rəngli cins şalvar, 1(bir) ədəd qara rəngli dəri kəmər, 1(bir) ədəd qara rəngli üzərində “Sensen” yazılmış şortik, 1(bir) ədəd qara rəngli üzərində “Boxerland” yazılmış tuman, 1(bir) cüt qara rəngli corab, 1(bir) cüt qara rəngli, bağları olan dəri ayaqqabı, Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı əynində olmaqla könüllü olaraq özü tərəfindən istintaqa təqdim edilmiş 1(bir) ədəd ağ rəngli olmaqla qolları qara rəngli olan, üzərində “LA” yazılmış gödəkçə, 1(bir) ədəd boz rəngli uzunqol köynək, 1(bir) ədəd qara rəngli mayka, 1(bir) ədəd göy rəngli cins şalvar, 1(bir) ədəd tünd göy rəngli naxışlı tuman, 1(bir) cüt qara rəngli corab, 1(bir) cüt qara rəngli, bağları olan dəri ayaqqabı, eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən könüllü təqdim edilmiş, cinayətdə istifadə etdiyi 1(bir) ədəd qara rəngli kəpənək tipli bıçaq Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutlar otağına təhvil verilməsi, Zərərçəkmiş şəxs məxsus 1(bir) ədəd “Kgtel” markalı mobil telefon və 1(bir) ədəd açar isə iş üçün əhəmiyyət kəsb etmədiyindən zərərçəkmiş şəxsin hüquqi varisi X21 təhvil verilməsi qərara alınmışdır (Cild 2, i.v. 101- 129;).
50. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq O.Ü.Babayev tərəfindən tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 29 iyun 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 2, i.v.136-152;).
51. Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin edilmişdir(Cild 3;).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
52. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
53. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
54. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilib-keçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.
55. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs açıq məhkəmə iclaslarında onun əleyhinə olan bütün sübutların tədqiqində seçdiyi müdafiəçiləri ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində müdafiə tərəfinə imkan yaradılmışdır. Eyni zamanda müdafiə tərəfi məhkəmə istintaqında irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmişdir.
56. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
58. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
59. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
60. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin tövsifi bağlı ilk növbədə qeyd edir ki, cinayət qanunvericiliyinə görə qəsdən adam öldürmə, digər şəxsi qəsdən həyatdan məhrumetmədə ifadə olunur. Adam öldürmə cinayətinin obyektini başqa şəxsin həyatı təşkil edir. Adam öldürmə cinayətinə görə məsuliyyətin yaranması üçün zərərçəkmiş şəxsin dərhal və ya yaxud müəyyən müddətdən sonra ölməsinin əməlin tövsifi üçün heç bir əhəmiyyəti yoxdur. Adam öldürmə maddi tərkibli cinayət olduğundan törədilən əməllə (hərəkət və ya hərəkətiszliklə) baş verən nəticə arasında (ölüm) arasında səbəbli əlaqənin müəyyən edilməsi zəruridir. Əgər səbəbli əlaqə müəyyən edilməzsə, təsadüfi şərait zəminində ölümün baş verməsi qəsdən adam öldürmə sayıla bilməz. Təqsirkarın qəsdinin məzmunu və istiqaməti məsələsini həll edərkən törədilmiş cinayətin bütün hallarının məcmusunu əsas tutmalı və xüsusilə cinayətin üsulu və alətini, yetirilən yaraların və sair bədən xəsarətlərinin sayını, xarakterini və bədənin hansı nahiyəsinə yetirildiyini (məsələn, həyat üçün mühüm olan orqanlara zərər yetirilməsini), cinayət hərəkətlərinin kəsilməsi səbəblərini araşdırmalı, habelə təqsirkarın şəxsiyyəti, onun zərərçəkmişlə qarşılıqlı münasibəti, hadisədən əvvəl və hadisədən sonrakı davranışı haqqında məlumatlar tədqiq edilməlidir. Adam öldürmə cinayətlərinin düzgün tövsifi üçün cinayətin motivinin, məqsədinin, üsulunun tam və hərətəfli araşdırılması zəruridir.
61. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət və cinayət-prosessual qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının müddəalarını da nəzərə alır.
62. CM-in 120.2.2-ci maddəsində xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Həmin maddənin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.
63. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə düzgün olaraq tövsif edilmişdir.
64. Belə ki, xuliqanlıq niyyətinin mahiyyətinə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 6-cı bəndində göstərilir ki, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli sayıla bilməz. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, yaxud əxlaq normalarını pozan hərəkətlər edir. Xuliqanlıq niyyətilə adam öldürmə çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi adam öldürmək üçün bəhanə etməklə törədilir. Bu zaman münaqişənin təşəbbüskarı kimi təqsirləndirilən şəxs çıxış edir.
65. Məhkəmə istintaqı ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmaqla 9 aprel 2024-cü il tarixdə, saat 19 radələrində “Dadlı Kabab” adlı kafedən sifariş edilmiş lülə kababın içərisindən çıxan sümüyü bəhanə edərək saat 22 radələrində onun olduğu kafeyə müştəri kimi gələn “Dadlı Kabab” restoranında kababçı işləyən Zərərçəkmiş şəxs kababın sifarişindən bir neçə saat vaxt keçməsinə və münaqişə yaratmamaq imkanı olduğu halda kababın içərisindən çıxmış sümüyü bəhanə edərək sonuncunu təkidlə münaqişəyə cəlb edib bu barədə bir neçə dəfə iradını bildirdikdən sonra Zərərçəkmiş şəxs onun iradlarına məhəl qoymamasını, habelə üzr istəmədən etiraz etməsini bəhanə edib ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq və öz şəxsiyyətinin üstünlüyünü nümayiş etdirərək əvvəlcədən üzərində gəzdirdiyi bıçaqla heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib kafenin girişində həmin bıçaqla həyat üçün mühüm əhəmiyyət kəsb edən orqanlarının yerləşdiyi döş qəfəsinin sol yarısına birbaşa bıçaqla güclü zərbə vurub ağır bədən xəsarəti yetirdikdən sonra hər hansı formada yardım, o cümlədən tibbi yardımın göstərilməsi üçün hər hansı təşəbbüs göstərmədən Zərərçəkmiş şəxs ölümə tərk edərək hadisə yerindən uzaqlaşmaqla sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir.
66. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 24-cü bəndində göstərilmişdir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər.
67. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
68. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
69. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən CM-in 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. CM-in 120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir.
70. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada CM-in 120.2.2-ci maddəsinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir.
71. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
72. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur.
73. Müdafiə tərəfi məhkəmə istintaqı zamanı təkidlə hadisənin qəsdən deyil, ehtiyatsızlıqdan törədilməsini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sinəsinə yumruqla vurub özündən kənara itələyərkən əlindəki bıçağın da istəmədən sonuncunun sinəsinə batmasını, habelə Təqsirləndirilən şəxs bıçaqdan istifadə etmək, ümumiyyətlə Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmadığını göstərmişdir. Həmçinin müdafiə tərəfi təkidlə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müstəntiq tərəfindən aldadılaraq həqiqəti əks etdirməyən ifadələr alınmasını və müvafiq istintaq hərəkətlərinin həyata keçirilməsini bildirərək həmin ifadələri və istintaq hərəkətləri protokollarını Təqsirləndirilən şəxs savadsızlığından və yazıb-oxuya bilməməsindən imzalamaq məcburiyyətində qalması ilə əlaqədar onların sübut kimi qiymətləndirilməsinin mümkün olmadığını qeyd etmişdir.
74. Halbuki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə heç bir əsaslı səbəb olmadan zərərçəkmiş şəxsi münaqişəyə çəkərək, bir neçə saat əvvəl aldıqları lülə kababın içərisindən sümük çıxmasını bəhanə edərək münaqişə yaratmamaq imkanı olmasına baxmayaraq (bir müddət keçdiyinə görə), hətta həmin kababın məhz Zərərçəkmiş şəxs tərəfindən hazırlanıb-hazırlanmamasını aydınlaşdırmadan, özünün şəxsiyyətini Zərərçəkmiş şəxs şəxsiyyətinin fövqündə qoyaraq ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərib özünü ətrafdakılara qarşı qoymaqla xuliqanlıq niyyəti ilə əvvəlcədən üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, kəpənək formalı məişət təyinatlı qatlanan cib bıçağı ilə onun döş qəfəsinin sol nahiyəsinə bir dəfə qəsdən qüvvətli zərbə endirərək sonuncunu xuliqanlıq niyyəti ilə qəsdən öldürmüşdür. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi Zərərçəkmiş şəxs bıçaqla vurmaq, o cümlədən onu öldürmək niyyətinin olmaması, törədilmiş hadisənin ehtiyatsızlıqdan baş verməsi, sonuncunu yumruqla zərbə vuraraq özündən kənara itələməsi və ifadəsində göstərdiyi digər ziddiyyətli xüsusatlar işin faktiki halları ilə öz təsdiqini tapmadığından inkar edilir, məhkəmə, onun məhkəmədə verdiyi həmin ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun həmin ifadəsi özünü müdafiə xarakteri daşımaqla xüsusilə ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün işin faktiki halları ilə təkzib olunan ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, həmin hallar Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi, habelə məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər mötəbər sübutlarla da tam şəkildə öz təsdiqini tapır.
75. Məhkəmə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə olması, ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla zərbə vurmasını görməməsi, sonuncunun Təqsirləndirilən şəxs kobud cavab verməsi və sair göstərdiyi halları tənqidi yanaşaraq həmin hallar işin faktiki halları ilə öz təsdiqini tapmadığından rədd edir. Belə ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında hökmün 37-ci bəndində də göstərildiyi kimi çox yaxın münasibətlər olmuş, sonuncu hazırkı cinayət əməlindən əvvəllər də həmin kafe ilə bağlı olan hadisələrlə əlaqədar törədilmiş müxtəlif cinayət əməllərinə görə məhkum edilmiş, həmin cinayət hadisələrində zərərçəkmiş şəxslərdən biri də məhz Şahid1 olmuşdur. Həmçinin Şahid1 sifariş verdiyi kabablar gəldikdən sonra da həmin restoranın kassirinə zəng edib sifarişlə bağlı təkrarən danışmasına, sifarişdə hər hansı qüsur olduğu halda həmin restorana zəng edib məlumat vermək, habelə kababın içərisindən sümük çıxması ilə bağlı müştəri kimi restoranın diqqətinə çatdırmaq, həmin kababın kim tərəfindən hazırlanmasını müəyyənləşdirmək imkanına malik olmasına baxmayaraq, bunu etməmişdir. Qeyd edilənlər Şahid1 məhkəmə iclasında verdiyi işin faktiki halları ilə öz təsdiqini tapmayan ifadəsində göstərdiklərinə sübut kimi qiymətləndirilməsinə təndiqi yanaşılmasını əsas verir.
76. Bundan başqa, müdafiə tərəfi Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinin (cild 1, i.v.70-72;) sonuncu səhifəsinin onun tərəfindən imzalanmadığını bildirərək həmin ifadənin sübut kimi qəbul edilməsinin mümkün olmadığını qeyd etmişdir. Halbuki, Şahid2 məhkəmə istintaqı zamanı dindirilərkən qeyd edilən ifadə elan edilməklə tədqiq edilmiş, o həmin ifadəni təsdiq etdiyini bildirərək həmin məzmunda sərbəst olaraq ifadə verməklə proses iştirakçılarının suallarına cavablar vermişdir. Eyni zamanda, Şahid2 ibtidai istintaq zamanı verdiyi həmin ifadəsi hadisə yerində yoxlanılmış və sonuncu əyani olaraq ifadəsini yerində göstərməklə təsdiq etmişdir. Bu baxımdan ifadənin yalnız bir səhifəsində imzanın texniki xəta olaraq olmaması həmin ifadənin sübut kimi qiymətləndirilməməsinə əsas vermir. Həmçinin həmin ifadənin sonunda Şahid2 öz əlyazması ilə ifadəni oxumasını, həmin ifadənin onun sözləri ilə yazılmasını, hər hansı əlavə və düzəlişinin olmamasını qeyd etməsi də nəzərə alınmalıdır.
77. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, ekspertiza rəylərini və digər sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 120.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
78. Məhkəmə nəzərə alır ki, CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
79. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
80. CM-in 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusilə təhlükəli sayılır.
81. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 4cü bəndində göstərilmişdir ki, CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Belə halların cəzanın yüngülləşdirici hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır.
82. CM-in 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs 34 yaşında olmaqla özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
83. Məhkəmə CM-in 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin xüsusilə təhlükəli residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (hökmün 37 və 80-ci bəndləri). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Xüsusilə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az ola bilməz.
84. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 120.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanı yuxarı həddə yaxın təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar.
85. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayətlər kimi təsnif edilmişdir.
86. CM-in 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edilmiş şəxslərin cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur.
87. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
88. CM-in 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır.
89. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 11 aprel 2024cü il tarixli qərarı ilə əvvəli 10 aprel 2024-cü il tarixdən hesablanmaqla barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
90. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 aprel 2024-cü il tarixdən hesablanmalıdır.
91. Məhkəmə hökmün 44-cü bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.
92. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
93. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan 1 (bir) ədəd qara rəngli kəpənək tipli bıçaq məhv edilməli, Zərərçəkmiş şəxs məxsus hadisə baş verən zaman üzərində olmuş üzərində qanabənzər ləkələr olan “H” yazılmış 1 (bir) ədəd ağ rəngli köynək, 1 (bir) ədəd tünd göy rəngli cins şalvar, 1 (bir) ədəd qara rəngli dəri kəmər, 1 (bir) ədəd qara rəngli üzərində “Sensen” yazılmış şortik, 1 (bir) ədəd qara rəngli üzərində “Boxerland” yazılmış tuman, 1 (bir) cüt qara rəngli corab və 1 (bir) cüt qara rəngli bağları olan dəri ayaqqabı ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinə və ya digər qohumlarına qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd ağ rəngli olmaqla qolları qara rəngli olan üzərində “LA” yazılmış gödəkçə, 1 (bir) ədəd boz rəngli uzunqol köynək, 1 (bir) ədəd qara rəngli mayka, 1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) ədəd tünd göy rəngli naxışlı tuman, 1 (bir) cüt qara rəngli corab və 1 (bir) cüt qara rəngli bağları olan dəri ayaqqabı sahibinə qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş 2 (iki) ədəd disk və hadisənin görüntülərini özündə əks etdirən 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır.
94. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 154 (bir yüz əlli dörd) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
95. İş üzrə mülki iddianın və üzərinə həbs qoyulmuş əmlakın olmaması nəzərə alınmalıdır.
96. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
97. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
98. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 10 aprel 2024-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olmaqla Bakı şəhəri Nizami rayon prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan 1 (bir) ədəd qara rəngli kəpənək tipli bıçaq məhv edilsin, Zərərçəkmiş şəxs məxsus hadisə baş verən zaman üzərində olmuş üzərində qanabənzər ləkələr olan, “H” yazılmış 1 (bir) ədəd ağ rəngli köynək, 1 (bir) ədəd tünd göy rəngli cins şalvar, 1 (bir) ədəd qara rəngli dəri kəmər, 1 (bir) ədəd qara rəngli üzərində “Sensen” yazılmış şortik, 1 (bir) ədəd qara rəngli üzərində “Boxerland” yazılmış tuman, 1 (bir) cüt qara rəngli corab və 1 (bir) cüt qara rəngli bağları olan dəri ayaqqabı ölmüş zərərçəkmiş şəxsin hüquqi varisinə və ya digər qohumlarına qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd ağ rəngli olmaqla qolları qara rəngli olan, üzərində “LA” yazılmış gödəkçə, 1 (bir) ədəd boz rəngli uzunqol köynək, 1 (bir) ədəd qara rəngli mayka, 1 (bir) ədəd göy rəngli cins şalvar, 1 (bir) ədəd tünd göy rəngli naxışlı tuman, 1 (bir) cüt qara rəngli corab, 1 (bir) cüt qara rəngli bağları olan dəri ayaqqabı sahibinə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, 3 (üç) ədəd ("xxxx" MMC, "xxxx" MMC-dən daxil olmuş və hadisənin görüntülərini özündə əks etdirən) disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 154 (bir yüz əlli dörd) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş əmlakın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu (təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.